id
int64
1
59.4k
title
stringlengths
6
4.17k
text
stringlengths
1
12.3k
33
Azərbaycan Respublikası «Metallurgiya» Dövlət Şirkətinin ləğv edilməsi haqqında
Azərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı

İqtisadiyyatın idarəetmə strukturunun təkmilləşdirilməsini, metallurgiya müəssisələrinin fəaliyyətinin canlandırılmasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsini rəhbər tutaraq qərara alıram:
33
Azərbaycan Respublikası «Metallurgiya» Dövlət Şirkətinin ləğv edilməsi haqqında
3. Bu sərəncamın 1-ci bəndində göstərilən müəssisə və təşkilatların özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorların da iştirakına icazə verilsin.
33
Azərbaycan Respublikası «Metallurgiya» Dövlət Şirkətinin ləğv edilməsi haqqında
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
33
Azərbaycan Respublikası «Metallurgiya» Dövlət Şirkətinin ləğv edilməsi haqqında
5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
33
Azərbaycan Respublikası «Metallurgiya» Dövlət Şirkətinin ləğv edilməsi haqqında
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

Bakı şəhəri, 4 may 2000-ci il

№ 405

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590)
33
Azərbaycan Respublikası «Metallurgiya» Dövlət Şirkətinin ləğv edilməsi haqqında
2. 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610)
33
Azərbaycan Respublikası «Metallurgiya» Dövlət Şirkətinin ləğv edilməsi haqqında
3. 4 avqust 2022-ci il tarixli 3410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 911)
33
Azərbaycan Respublikası «Metallurgiya» Dövlət Şirkətinin ləğv edilməsi haqqında
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə 1-ci və 2-ci bəndlərində ismin müvafiq hallarında "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri ismin müvafiq hallarında "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.
33
Azərbaycan Respublikası «Metallurgiya» Dövlət Şirkətinin ləğv edilməsi haqqında
4 avqust 2022-ci il tarixli 3410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 911) ilə 2-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
34
"Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə[1]
Azərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı
34
"Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə[1]
"Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
34
"Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə[1]
Müəyyən edilsin ki, "Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
34
"Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə[1]
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
34
"Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə[1]
Bakı şəhəri, 4 may 2000-ci il
34
"Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə[1]
№ 406
34
"Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə[1]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
34
"Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə[1]
1. 12 sentyabr 2008-ci il tarixli 827 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 sentyabr 2008-ci il, № 205; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 09, maddə 799)
34
"Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə[1]
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
35
K. M. Abdullayevin M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun rektoru təyin edilməsi haqqında
Azərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı
35
K. M. Abdullayevin M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun rektoru təyin edilməsi haqqında
Kamal Mehdi oğlu Abdullayev Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun rektoru təyin edilsin.
35
K. M. Abdullayevin M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun rektoru təyin edilməsi haqqında
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
35
K. M. Abdullayevin M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun rektoru təyin edilməsi haqqında
Bakı şəhəri, 4 may 2000-ci il
35
K. M. Abdullayevin M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun rektoru təyin edilməsi haqqında
№ 407
36
Ə. M. Abbasovun Azərbaycan Dövlət İqtisad İnstitutunun rektoru təyin edilməsi haqqında
Azərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı
36
Ə. M. Abbasovun Azərbaycan Dövlət İqtisad İnstitutunun rektoru təyin edilməsi haqqında
Əli Məmməd oğlu Abbasov Azərbaycan Dövlət İqtisad İnstitutunun rektoru təyin edilsin.
36
Ə. M. Abbasovun Azərbaycan Dövlət İqtisad İnstitutunun rektoru təyin edilməsi haqqında
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
36
Ə. M. Abbasovun Azərbaycan Dövlət İqtisad İnstitutunun rektoru təyin edilməsi haqqında
Bakı şəhəri, 4 may 2000-ci il
36
Ə. M. Abbasovun Azərbaycan Dövlət İqtisad İnstitutunun rektoru təyin edilməsi haqqında
№ 408
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
1. "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" 1999-cu il sentyabrın 28-də Vaşinqton şəhərində imzalanmış Saziş təsdiq edilsin.
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
Bakı şəhəri, 8 fevral 2000-ci il № 804-IQ
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
Sazİş

Burada və irəlidə Tərəflər adlandırılan Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti,
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
kütləvi qırğın silahlarının yayılmasının, habelə bu növ silahlardan olan texnologiyaların, materialların və ekspertizaların qarşısının alınması məqsədi ilə,
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
nüvə, bioloji, kimyəvi silahların və bunlara aid olan materialların tranziti və daşınması daxil olmaqla, qeyri-qanuni yerdəyişmələrinin qarşısının alınmasını arzu edərək,
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
aşağıdakılar barədə razılığa gəlmişlər:
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
Maddə 1

Bu Sazişin şərtlərinə müvafiq olaraq, Amerika Birləşmiş Ştatları Hökuməti aşağıdakı məqsədlərə nail olmaq üçün avadanlıqların, ehtiyatların, materialların, texnologiyaların, təlim və yaxud xidmətlərin təmin edilməsi və icarəyə verilməsi vasitəsi ilə Azərbaycan Respublikası Hökumətinə yardım göstərə bilər:
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
(a) kütləvi qırğın silahlarının və belə silahlara aid olan texnologiyaların, materialların və ekspertizanın yayılmasının qarşısının alınması;
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
(b) tranzit və nüvə, bioloji və ya kimyəvi silahların və onlara aid olan materialların daşınması və tranziti daxil olmaqla, qeyri-qanuni transferlərin qarşısının alınması;
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
(c) qarşılıqlı razılıq üzrə digər belə tədbirlər.
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
Maddə 2

Hər bir Tərəf bu Sazişin həyata keçirilməsi üçün İcraçı Agent təyin etməlidir. Azərbaycan Respublikası Hökuməti tərəfindən İcraçı Agent Nazirlər Kabineti olacaq. Amerika Birləşmiş Ştatları Hökuməti tərəfindən İcraçı Agent Müdafiə Nazirliyi olacaq.
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
Maddə 3

1. Zərurət olduqda, Tərəflər öz İcraçı Agentləri vasitəsi ilə bu Sazişin 1-ci maddəsində əks olunan məqsədlərin həyata keçirilməsi üzrə sazişlər və ya razılaşmalar bağlaya bilərlər.
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
2. Bu Saziş və həyata keçirilmə üzrə digər saziş və razılaşmalar arasında hər hansı bir uyğunsuzluğun yarandığı təqdirdə, bu Saziş üstünlük təşkil edəcək.
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
Maddə 4

Bu Sazişin təfsiri və ya həyata keçirilməsinə aid olan hər hansı fikir ayrılıqları və ya mübahisələr müstəsna şəkildə Tərəflər arasında məsləhətləşmələr vasitəsi ilə nizamlanmalı və hər hansı bir üçüncü tərəfin, məhkəmə və ya tribunalın baxılmasına verilməməlidir.
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
Maddə 5

Bu Saziş və ya həyata keçirilmə üzrə sazişlərə uyğun olaraq, bu Sazişin şərtləri Amerika Birləşmiş Ştatlarının təqdim etdiyi bütün avadanlıqlara, ehtiyatlara, materiallara, texnologiyalara, təlim və ya xidmətlərə və ona aid olan tədbirlərə və personala şamil ediləcəkdir.
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
Maddə 6

1. Azərbaycan Respublikası Hökuməti bu Sazişə uyğun olaraq, tədbirlərin həyata keçirilməsi məqsədi ilə Amerika Birləşmiş Ştatları Hökumətinin əməkdaşlarına və Amerika Birləşmiş Ştatları Hökumətinin podratçı işçilərinə Azərbaycan ərazisi hüdudlarına və hüdudlarından kənara gəliş və gedişi asanlaşdırmalıdır.
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
2. Bu Sazişə uyğun olaraq, tədbirlərlə bağlı Amerika Birləşmiş Ştatları tərəfindən Azərbaycanda istifadə olunan təyyarə və gəmilər, müntəzəm kommersiya reyslərini həyata keçirən təyyarələr və gəmilərdən başqa, Azərbaycan ərazisində tutulan gömrük rüsumlarından, yerə enmə və dayanacaq üçün ödəmələrdən, liman ödənişlərindən, yığımlardan və istənilən digər rüsumlardan azad olunmalıdır. Amerika Birləşmiş Ştatlarına məxsus və yaxud bu Sazişə aid olan tədbirlərlə əlaqədar istifadə olunan təyyarələr Azərbaycanda gömrük baxışından azad olunmalıdır.
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
3. Müntəzəm kommersiya reysləri həyata keçirən təyyarələrdən başqa, digər təyyarələr Azərbaycana nəqletmə məqsədi ilə Amerika Birləşmiş Ştatları tərəfindən istifadə olunarsa, uçuş planının qeydlər qrafasında müvafiq icazənin alınmasının təsdiqi daxil olmaqla, onların üçuş planı mülki təyyarələrə tətbiq olunan Beynəlxalq Mülki Aviasiya Təşkilatı prosedurlarına uyğun olaraq tərtib edilməlidir.
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
Maddə 7

Amerika Birləşmiş Ştatları Hökumətinin yazılı razılığını almadan, Azərbaycan Respublikası Hökuməti Amerika Birləşmiş Ştatları Hökumətinin bu Sazişə müvafiq olaraq təqdim etdiyi hər hansı avadanlığa, ehtiyatlara, materiallara, texnologiyaya, təlimə və ya xidmətlərə aid olan mülkiyyət hüququnu və yaxud sahibkarlığı bu Saziş Tərəfinin əməkdaşı, işçisi və ya agentindən başqa, istənilən hüquqi şəxsə verə bilməz və bu avadanlığın, təchizatın, materialların, texnologiyaların, təlimin və ya xidmətlərin, təyin olunmuş məqsədlərdən başqa, digər məqsədlərlə istifadə olunmasına icazə verməməlidir. Azərbaycan Respublikası Hökuməti, bu Sazişə müvafiq olaraq Amerika Birləşmiş Ştatları Hökuməti tərəfindən təqdim edilmiş avadanlıqların, ehtiyatların, materialların, texnologiyanın, təlimin və ya xidmətlərin təhlükəsizliyinin təminatı üçün onun səlahiyyətində olan bütün səmərəli tədbirləri həyata keçirməlidir və onları konversiya və ya mənimsənilməyə qarşı mühafizə etməyə borcludur.
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
Maddə 8

1. Azərbaycan Respublikası Hökuməti Amerika Birləşmiş Ştatları Hökumətini və onun personalını, podratçılarını və podratçıların personalını məhkəmə prosedurlarından azad edir və bu Saziş üzrə tədbirlərin həyata keçirilməsi ilə əlaqədar yaranan mülkiyyətə ziyan, Azərbaycanda hər hansı bir şəxsin vəfat etməsi və ya zədələnməsi ilə bağlı müqavilə üzrə iddialardan başqa, iddialar irəli sürmür.
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
2. Bu maddənin müddəaları Tərəflərin kompensasiya ödənilməsinə, onların milli qanunlarına müvafiq olaraq, maneə törətməməlidir.
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
Maddə 9

Amerika Birləşmiş Ştatları Hökumətinin bu Saziş üzrə fəaliyyəti müvafiq vəsaitlərin mövcudluğundan asılıdır.
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
Maddə 10

Amerika Birləşmiş Ştatları Hökumətinin xahişi ilə bu Sazişlə bağlı fəaliyyətin həyata keçirilməsi üçün Azərbaycan ərazisində yerləşən Amerika Birləşmiş Ştatları Hökumətinin hərbi və mülki əməkdaşlarına, 18 aprel 1961-ci il tarixli diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına müvafiq olaraq inzibati və texniki personala verilən imtiyaz və immunitetlər verilir.
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
Maddə 11

1. Amerika Birləşmiş Ştatları Hökuməti, onun personalı, podratçıları və podratçılar personalı, bu Saziş üzrə fəaliyyət ilə bağlı Azərbaycan ərazisində tutulan hər hansı vergilərin, gömrük rüsumlarının və yaxud bu tipli digər yığımların ödənilməsindən azad edilirlər.
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
2. Amerika Birləşmiş Ştatları Hökuməti, onun personalı, podratçıları və onların personalı bu Sazişin həyata keçirilməsi üçün zəruri olan istənilən avadanlığı, ehtiyatları, materialları, texnologiyanı, təlimi və ya xidmətləri Azərbaycana gətirə və Azərbaycandan çıxara bilər. Bu növlü idxal-ixrac lisenziyalaşdırmanın və ya digər məhdudiyyətlərin, Azərbaycan ərazisində tutulan gömrük rüsumlarının, vergilərin və istənilən digər yığımların predmeti olmamalıdır.
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
Maddə 12

Bu Sazişin həyata keçirilməsi məqsədi ilə Tərəf, tikinti üzrə daxil olmaqla, əşyaların və xidmətlərin əldə edilməsi üçün kontraktı təqdim etdiyi təqdirdə, belə kontraktlar bu Tərəfin qanunlarına və qaydalarına uyğun olaraq təqdim edilməlidir. Amerika Birləşmiş Ştatları Hökuməti tərəfindən və ya onun adından bu Sazişin həyata keçirilməsi məqsədi ilə əşyaların və xidmətlərin Azərbaycanda əldə olunması, Azərbaycan ərazisində tutulan hər hansı vergilərin qoyulması, gömrük rüsumları və ya bu tipli yığımların predmeti olmayacaqdır.
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
Maddə 13

Otuz gün əvvəl təqdim olunmuş yazılı sorğuya əsasən, Amerika Birləşmiş Ştatları Hökumətinin nümayəndələri Sazişin qüvvədə olduğu müddətdə və həmçinin müddətin qurtarmasından sonra üç il ərzində, bu Sazişə müvafiq olaraq Amerika Birləşmiş Ştatları Hökuməti tərəfindən təqdim olunmuş istənilən avadanlıqların, ehtiyatların, materialların, təlimin və ya xidmətlərin istifadə edilməsi və onların yerləşmə və istifadə yerləri üzrə yoxlamalar aparmaq hüququna malik olacaqlar və bu Sazişə müvafiq olaraq təqdim olunmuş materialların və ya xidmətlərin istifadəsinə aid olan bütün yazıların və ya sənədləşmələrin auditi və tədqiqatı hüququna malik olacaqlar.
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
Maddə 14

Bu Saziş onun qüvvəyə minməsi üçün tələb olunan bütün tətbiq edilən daxili prosedurları hər bir Tərəfin yerinə yetirməsini təsdiq edən, Tərəflərin diplomatik notalarının mübadiləsi tarixindən qüvvəyə minəcək və yeddi il müddətində qüvvədə olacaqdır. Tərəflər arasında yazılı razılaşma yolu ilə bu Sazişə əlavələr edilə bilər və ya o uzadıla bilər və bir Tərəfin, Sazişin ləğv olunması haqqında digər Tərəfdən bu niyyəti barədə yazılı xəbərdarlıq almasından doxsan gün başa çatdıqdan sonra Saziş ləğv oluna bilər.
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
Bu Sazişin və ya onun həyata keçirilməsi üzrə sazişlərin qüvvəsinin dayandırılmasına baxmayaraq, Azərbaycan Respublikası Hökumətinin bu Sazişin 7-ci və 8-ci maddələrinə müvafiq olaraq öhdəliklərinin, Tərəflər arasında yazılı şəkildə digər razılaşmalar əldə olunmazsa, qeyri-müəyyən müddətə tətbiq edilməsi davam etdiriləcək.
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
Vaşinqtonda, Kolumbiya əyalətində 1999-cu ilin sentyabr ayının 28-ci günündə, iki nüsxədə, Azərbaycan və ingilis dillərində tərtib edilmişdir, hər iki mətn autentikdir.
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
Hökuməti adından Hökuməti adından
37
"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişin təsdiq edilməsi barədə
(imza) (imza)
38
«Yurd» illüstrasiyalı ictimai-siyasi və informasiya-reklam jurnalının nəşr edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 20 may tarixli 27 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə
Azərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı
38
«Yurd» illüstrasiyalı ictimai-siyasi və informasiya-reklam jurnalının nəşr edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 20 may tarixli 27 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə
1. «Yurd» illüstrasiyalı ictimai-siyasi və informasiya-reklam jurnalının nəşr edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 20 may tarixli 27 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilsin.
38
«Yurd» illüstrasiyalı ictimai-siyasi və informasiya-reklam jurnalının nəşr edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 20 may tarixli 27 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsinlər.
38
«Yurd» illüstrasiyalı ictimai-siyasi və informasiya-reklam jurnalının nəşr edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 20 may tarixli 27 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV.
38
«Yurd» illüstrasiyalı ictimai-siyasi və informasiya-reklam jurnalının nəşr edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 20 may tarixli 27 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə
Bakı şəhəri, 14 may 2000-ci il.
38
«Yurd» illüstrasiyalı ictimai-siyasi və informasiya-reklam jurnalının nəşr edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 20 may tarixli 27 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə
№ 410.
39
N. A. Nəsibovun «Yurd» jurnalının baş redaktoru vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı
39
N. A. Nəsibovun «Yurd» jurnalının baş redaktoru vəzifəsindən azad edilməsi haqqında
Nadir Alı oğlu Nəsibov «Yurd» jurnalının baş redaktoru vəzifəsindən azad edilsin.
39
N. A. Nəsibovun «Yurd» jurnalının baş redaktoru vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
39
N. A. Nəsibovun «Yurd» jurnalının baş redaktoru vəzifəsindən azad edilməsi haqqında
Bakı şəhəri, 14 may 2000-ci il
39
N. A. Nəsibovun «Yurd» jurnalının baş redaktoru vəzifəsindən azad edilməsi haqqında
№ 411
40
"Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
40
"Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: