id int64 1 59.4k | title stringlengths 6 4.17k ⌀ | text stringlengths 1 12.3k ⌀ |
|---|---|---|
66 | Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydasının təsdiq edilməsi haqqında | 2. 29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) |
66 | Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydasının təsdiq edilməsi haqqında | 3. 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) |
66 | Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydasının təsdiq edilməsi haqqında | 4. 10 may 2012-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 471) |
66 | Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydasının təsdiq edilməsi haqqında | 5. 1 aprel 2025-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 aprel 2025-ci il, “Xalq” qəzeti, 11 aprel 2025-ci il, № 70) |
66 | Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydasının təsdiq edilməsi haqqında | QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI |
66 | Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydasının təsdiq edilməsi haqqında | 10 may 2012-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 471) ilə "Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydası"nda 6-cı, 7-ci və 10-cu hissələrdə “Nazirliyi” sözündən sonra “və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri əlavə edilmişdir. |
66 | Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydasının təsdiq edilməsi haqqında | 1 aprel 2025-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 aprel 2025-ci il, “Xalq” qəzeti, 11 aprel 2025-ci il, № 70) ilə “Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydası”nın 6-cı, 7-ci, 9-cu, 10-cu və 11-ci bəndlərində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilmişdir, ismin müvafiq hallarında “və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri çıxarılmışdır. |
66 | Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydasının təsdiq edilməsi haqqında | 29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə "Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydası"nın 6-cı, 7-ci, 9-cu, 10-cu və 11-ci bəndlərində "Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri ilə əvəz edilmişdir |
67 | Ə. B. Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında | AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI |
67 | Ə. B. Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında | Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Əlibaba Balaəhməd oğlu Məmmədov "Şöhrət" ordeni ilə təltif edilsin. |
67 | Ə. B. Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında | Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev |
67 | Ə. B. Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında | Bakı şəhəri, 4 fevral 2000-ci il № 274 |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | Azərbaycan Respublikası Meşə Məcəlləsinin 27-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 1. "Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları" təsdiq edilsin (əlavə olunur). |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | Bakı şəhəri, 1 may 2000-ci il |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | № 78 |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | Azərbaycan Respublikası Nazirlər Kabinetinin |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 2000-ci il 1 may tarixli, 78 nömrəli qərarı ilə |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | təsdİq edİlmİşdİr |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | Qaydaları |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | I. Ümumİ müddəalar |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 1.1. Bu Qaydalar meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpasını tənzimləyir. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 1.2. Meşələrin mühafizəsi və qorunması onların bioloji və digər xüsusiyyətlərini nəzərə almaqla həyata keçirilir, meşə fondundan səmərəli istifadə, meşələrin məhv olmaqdan, zədələnmədən, zəifləmədən, çirklənmədən və digər mənfi təsirlərdən mühafizəsi və qorunması sahəsində təşkilati, hüquqi və başqa tədbirlər sistemindən ibarətdir. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 1.3. Meşə fondunun mühafizəsi və qorunmasında məqsəd meşələrin yanğından, qanunsuz qırmalardan, meşə fondundan istifadənin müəyyən edilmiş qaydalarının pozulması hallarından və meşələrə zərər vuran digər hərəkətlərdən, zərərvericilərdən, xəstəliklərdən mühafizə etmək və qorumaqdır. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 1.4. Meşələrin bərpasının məqsədi meşə ilə örtülü olmayan torpaqlarda meşələrin vaxtında bərpa olunmasını, onların cins tərkibinin yaxşılaşdırılmasını, məhsuldarlığının artırılmasını və meşə fondu torpaqlarından səmərəli istifadəni təmin etməkdən ibarətdir. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 1.5. Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Azərbaycan Respublikasının Meşə Məcəlləsinə, bu sahə ilə əlaqədar digər qanunvericilik və normativ hüquqi aktların tələblərinə müvafiq olaraq həyata keçirilir. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | II. Meşə fondunun mühafİzəsİ və qorunması |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 2.1. Meşələrin mühafizəsi aşağıdakı tədbirləri nəzərdə tutur: |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, meşələrin bərpasına dövlət nəzarətinin təşkili; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşə fondundan istifadə edilməsi, onun mühafizəsi, qorunması, bərpası sahəsində hüquq pozuntularının qarşısının alınması, onların aradan qaldırılması; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | təqsirkar fiziki və hüquqi şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşə fonduna zərər vuran təsərrüfat və başqa fəaliyyət növlərinin məhdudlaşdırılması, dayandırılması, qadağan edilməsi; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 2.2. Meşələrin mühafizəsi və qorunması məqsədi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, onun yerli təşkilatları aidiyyəti orqanlarla birlikdə: |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşə qanunvericiliyinə riayət edilməsini, meşə fondunun səmərəli istifadəsini, meşələrin qanunsuz qırılmasından qorunmasını təmin etmək üçün müəyyən olunmuş qaydada dövlət nəzarətini həyata keçirirlər; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | yerüstü vasitələrdən və müəyyən olunmuş qaydada aviasiyadan istifadə etməklə meşələrin yanğından qorunması üçün profilaktiki tədbirlər görürlər; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşə fondunda zərərvericilərin və xəstəliklərin mənbələrini aşkara çıxarır, onların yayılmasının qarşısını almaq üçün müvafiq fitosanitar tədbirləri həyata keçirir, meşə fondunun vəziyyəti üzərində müntəzəm müşahidə aparırlar. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 2.3. Meşə fondunun mühafizəsini və qorunmasını həyata keçirən vəzifəli şəxslər öz səlahiyyətləri hüdudlarında aşağıdakı hüquqlara malikdirlər: |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşə fondu ərazisində meşə qanunvericiliyinə riayət olunmasına nəzarət etmək; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşə fonduna, əhalinin sağlamlığına və ətraf mühitə ziyan vuran təsərrüfat və başqa fəaliyyət növlərini, torpaq eroziyasına səbəb olan, meşənin vəziyyətinə və bərpasına, habelə suyun və digər təbii obyektlərin vəziyyətinə mənfi təsir göstərən üsulların istifadə edilməsini məhdudlaşdırmaq, dayandırmaq, qadağan etmək; istifadəyə verilmiş meşə fondu sahələrində meşə yanğını təhlükəsizliyi qaydalarına riayət edilməməsi ilə əlaqədar fiziki və hüquqi şəxslərin ayrı-ayrı təsərrüfat fəaliyyətinin, mədəni-kütləvi və sair tədbirlərin dayandırılması və ya qadağan olunması barədə qərar qəbul etmək; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşə istifadəçilərinə meşə fondunun mühafizəsinə, qorunmasına və bərpasına dair rəsmi göstərişlər vermək; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | fiziki və hüquqi şəxsləri meşə yanğınlarının söndürülməsinə cəlb etmək; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsini təşkil etmək; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşə fondunda meşələrin qanunsuz qırılmasından qorunmasını təmin etmək. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | III. Meşələrİn bərpası |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 3.1. Meşələrin bərpası zonal-tipoloji əsaslarla aparılır. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 3.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, onun yerli təşkilatlarının meşələrin bərpası sahəsində əsas vəzifələri: |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşə fondu torpaqlarında meşəbərpa işlərinin aparılmasının uçotunu aparmaq; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşəquruluşu materiallarını və meşə fondunda dəyişiklikləri nəzərə alaraq ayrı-ayrı torpaq kateqoriyalarında meşəbərpa işlərinin həcmini, növbəliliyini, vaxtını, qaydasını və üsullarını müəyyənləşdirmək; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşə ağac cinslərinin seleksiyasını, meşə toxumçuluğunu və sınaq işlərini təmin etmək; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | qiymətli cinslərdən ibarət yüksək məhsuldarlıqlı, mühit əmələ gətirici və qoruyucu funksiyalara malik yeni meşə sahələrinin salınmasını təmin etmək; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşə fondu torpaqlarının məhsuldarlığının artırılmasını, su və külək eroziyasından qorunmasını təmin edən tədbirləri həyata keçirmək; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşə istifadəçiləri tərəfindən aparılan işlər meşələrin inkişafına mənfi təsir göstərdiyi hallarda, müəyyən olunmuş qaydada müvafiq istifadə növlərini dayandırmaq və ya məhdudlaşdırmaq; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşələrin bərpası və inkişafı ilə bağlı olan işlərə nəzarət etmək. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 3.3. Meşələrin bərpası meşə tiplərindən, ərazilərin meşəbitmə şəraitindən, ağac və kol cinslərinin meşəçilik xüsusiyyətlərindən və meşə yetişdirilməsinin məqsədindən asılı olaraq aşağıdakı şərtləri təmin etməlidir: |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşə sərvətlərinin meşəçilik, ekoloji və iqtisadi cəhətdən ən qısa müddətdə daha səmərəli üsullarla bərpa olunmasını; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşə fondu torpaqlarından səmərəli istifadə edilməsini; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşələrin məhsuldarlığının və ağaclarının keyfiyyətinin yaxşılaşdırılmasını; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | ərazinin optimal meşəlik faizinin təmin edilməsini; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşələrin suqoruyucu, sanitar-gigiyena, mühit əmələ gətirən və sair qoruyucu funksiyalarının artırılmasını. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 3.4-2. Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti yerlərinin razılaşdırılması Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 36-cı maddəsinə əsasən aparılır. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 3.5. Meşə fondunda meşələrin bərpası məqsədi ilə meşə əkinlərinin salınması və meşələrin təbii bərpasına kömək tədbirlərinin həyata keçirilməsi üçün meşəbərpa fondu yaradılır. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | Bu fond aşağıdakı kateqoriyalara bölünür: |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşə əkini fondu; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşələrin təbii bərpası üçün torpaq fondu; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşə yetişdirilməsi üçün torpaq fondu. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 3.6. Meşə əkini fonduna daxildir: |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | təbii yolla meşələşməmiş qırma sahələri, yanğın yerləri, seyrəkliklər, talalar, qurumuş ağaclıqlar; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | batmış və müəyyən olunmuş qaydada silinmiş meşə əkini və qurudulmuş bataqlıq sahələri; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | kənd təsərrüfatı istifadəsi üçün yararsız, lakin meşə bərpası üçün yararlı olan torpaq sahələri; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşələrin bərpası üçün yararlı olan qumluqlar, dərə və yarğanlar və qeyri-meşə torpaqları. Bu sahələr torpaq və aqrokimyəvi tədqiqatlar aparıldıqdan sonra meşə əkini fonduna daxil edilir; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşə əkini və səpini üsulu ilə bərpa olunmalı azqiymətli meşə sahələri və doluluğu 0,6-dan aşağı olan pozulmuş meşə sahələri. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 3.7. Meşə əkini fondundan ilk növbədə istifadə olunan sahələr: |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | su və külək eroziyasına məruz qalmış sahələr; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | şəhərlərin (qəsəbələrin) yaşıl zonalarında, çayların və ya digər su obyektlərinin qadağan olunmuş zolaqlarında yerləşən sahələr; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | yüksək bonitetli ağaclıqların yetişdirilməsi üçün yararlı olan, meşə ilə örtülü olmayan sahələrin yüksək məhsuldar torpaqları; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | qiymətli ağac cinslərinin yetişdirilməsi üçün bərpa olunması (qırılması nəzərdə tutulmuş azqiymətli meşələr) sahələr; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | tikinti və mədən işlərinin aparılması nəticəsində pozulan və meşə yetişdirilməsi üçün yararlı hala salınmış (rekultivasiya olunmuş) |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | torpaqlar. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 3.8. Meşə əkinləri üçün sahələrin hazırlanmasında, meşə əkinlərində aparılacaq əməliyyatların keyfiyyətlə yerinə yetirilməsi, onların yanğın təhlükəsinə məruz qalma ehtimalının azaldılması və sanitar vəziyyətinin yaxşılaşdırılması sahəsində aşağıdakı işlər nəzərdə tutulur: |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | sahənin müayinə edilməsi; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşə əkini üçün sahənin ayrılması; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | meşə əkini üçün maşın və mexanizmlərin hərəkətinə maneçilik törədən sahələrin nişanlanması; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | sahənin tör-töküntülərdən, daşlardan, arzu olunmaz ağac bitkilərindən, xırda kötüklərdən və s. başdan-başa və ya zolaqlarla təmizlənməsi; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | sahənin hamarlanması, meliorasiyası, yamaclarda terrasların kəsilməsi; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | sahədə zərərverici həşəratlarla qabaqcadan mübarizə tədbirlərinin aparılması. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 3.9. Meşə əkini üçün torpaq hazırlığı üsulu meşəbitmə şəraitindən, meşə tiplərindən, sahənin hazırlanması qaydasından, torpaq hazırlığının aqrotexniki tələblərindən və digər amillərdən asılı olaraq meşə təsərrüfatı müəssisəsi tərəfindən seçilir. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 3.10. Meşə əkini üçün torpaq hazırlığı mexaniki üsulla başdan-başa və ya hissə-hissə zolaqlarla aparılır. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 3.11. Külək və su eroziyasına məruz qalmayan, mailliyi 6 dərəcəyə qədər olan və mexanizmlərin işləməsi üçün maneçilik törətməyən sahələrdə başdan-başa şumlama üsulundan istifadə olunur. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 3.12. Mexaniki üsulla hissə-hissə torpaq hazırlığı zolaqlarla, tranşeylər açılmaqla və çalalar qazılmaqla aparılır. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 3.13. Hərəkətdə olan qumluqlarda meşə əkinləri aparılmasından əvvəl həmin sahələrdə kollardan, ot örtüyündən, qamışdan, qarğıdan, mexaniki çəpərlərdən və s. istifadə olunmaqla zolaqlar yaradılır. Bu halda əvvəldən əkilmiş kollar əsas cins əkilənə qədər meşə əkininin həcminə daxil edilmir. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 3.14. Dağ və dağətəyi sahələrdə meşə əkini üçün torpaq hazırlığı üsulu sahələrin coğrafi zonalığından, ərazinin mailliyindən, torpağın daşlılığından, su hopdurma qabiliyyətindən, sahənin böyüklüyündən və istifadəsinin mümkünlüyündən, ərazidə eroziya başlaması və artması təhlükəsindən asılı olaraq seçilir. |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | 3.15. Dağlıq ərazilərdə, yamacların maillik dərəcəsindən, torpaq şəraitindən və digər göstəricilərindən asılı olaraq torpaq hazırlığı aşağıdakı üsullarla aparılır: |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | mailliyi 6 dərəcəyə qədər olan, az daşlı güclü torpaqlarda başdan-başa şumlama; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | mailliyi 12 dərəcəyə qədər az daşlı torpaqlarda zolaqlarla şumlama və ya terras açmaqla; |
68 | Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında | mailliyi 12—40 dərəcəyə qədər və ana qatın su hopdurma qabiliyyəti normal olan torpaqlarda eni 2,5 metrdən 4,5 metrə qədər ölçüdə qazıb tökmə torpaq üsulu ilə, kiçik sahələrdə isə xırda zolaqlarla, çala və tranşeylər qazmaqla. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.