id
int64
1
59.4k
title
stringlengths
6
4.17k
text
stringlengths
1
12.3k
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
3.16. Meşə əkinləri tərkibinə görə bir əsas ağac cinsindən (bir cinsli əkin) və ya bir neçə əsas və köməkçi ağac cinslərindən (qarışıq əkin) ibarət yaradıla bilər. Bu zaman seçilən cinsləri meşəbitmə şəraitindən asılı olaraq meşə təsərrüfatının inkişaf etdirilməsi məqsədinə uyğun olmalıdır.
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
Köməkçi ağac və kol cinsləri seçildikdə onların əsas cinslə qarşılıqlı təsir əlaqələri nəzərə alınmalıdır.
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
3.17. Meşə əkinlərinin sıxlığı və qarışdırma sxemləri davamlı, yüksək məhsuldarlıqlı ağaclığın formalaşmasını təmin etməlidir. Ziyanvericilər və xəstəliklər yayılmış sahələrdə meşə əkinlərinin ilkin sıxlığı və cins tərkibi meşələrin mühafizəsi haqqında verilmiş təkliflərə uyğun müəyyənləşdirilir.
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
3.18. Səpin üsulu ilə meşə əkinləri salındıqda səpin qaydası, ilkin sıxlıq norması və digər texnoloji tələblər, yolverilən cərgə aralarının eni və əkin (səpin) yerlərinin arası, meşəbitmə zonası Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyənləşdirilir.
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
3.19. Meşə əkinlərinin yaradılmasında əsas üsul olan əkin, müxtəlif növ əkin materialları (ting, toxmacar və qələm) ilə həyata keçirilir. Su və külək eroziyalarına məruz qalmış, rütubətliyi çox olan torpaqlarda, əkin yerlərini tez alaq bitkiləri basan sahələrdə, kifayət qədər nəmliyi olmayan rayonlarda əkin üsuluna üstünlük verilir. Bu zaman yalnız seleksiya əsasında seçilmiş əkin materiallarından istifadə olunur.
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
3.20. Meşə əkinlərinin etibarlılığını, aqrotexniki xidmətə olan tələblərinin azaldılmasını və meşə ilə örtülü sahəyə keçirilməsinin tezləşdirilməsini təmin etmək məqsədi ilə, əkin üçün davamlı, tezböyüyən yüksək məhsuldarlıqlı ağac cinslərinin tinglərindən, toxmacarlarından və qələmlərindən istifadə edilir.
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
3.21. Səpin üsulu ilə meşə əkininin yaradılmasında bu sahədə müsbət təcrübəsi olan, gəmiricilər tərəfindən qorxusu olmayan və torpaq örtüyü zəif inkişaf etmiş sahələrdə aparılır. Bu zaman palıd, şabalıd, qoz ağacı cinslərinin toxumlarından istifadə olunur.
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
3.22. Əkin və səpinin aparılma müddətləri torpaq, iqlim şəraitindən və ağac cinslərindən asılı olaraq erkən yazda və ya payızda aparılır.
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
3.24. Meşələrin təbii bərpası üçün təbii yeniyetmələri olmayan və ya çox az olan sahələrdə bərabər yayılmayan, lakin təbii bərpaya kömək tədbirləri aparmaqla qiymətli cinslər hesabına bərpası mümkün olan yüksək keyfiyyətli məhsuldar meşə torpaqları daxildir.
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
3.25. Təbii bərpaya kömək tədbirləri aparılan meşə sahələri:
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
qalın ölü örtüyə malik, yüksək doluluğu olan, təbii bərpası zəif gedən meşə sahələri;
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
mal-qara otarılmasına məruz qalmış, kifayət qədər qiymətli cinsləri, yeniyetmələri və cücərtiləri olan meşə sahələri;
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
toxumluq ağaclar qeyri bərabər yayılmış meşə sahələri;
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
meşəbitmə şəraitinə görə məhsuldar meşə yetişdirilməsi mümkün olan, lakin meşələrin doluluğuna, yaşına və ərazinin relyefinə görə yeniyetmələri və cücərtiləri zəif olan və qeyri-bərabər yayılan meşə sahələri.
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
3.26. Təbii bərpaya kömək etmək məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
qalın ölü örtüyə və kifayət qədər toxumluq ağaclar olan meşə sahələrində çürüməmiş xəzəl qatının torpaq qatına qədər dırmıxla aşılanması;
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
əlverişli meşəbitmə şəraiti olan, doluluğu 0,4—0,6 və az toxumluq ağac olan sahələrdə (ərazinin relyefindən asılı olaraq) torpağın üst qatını dırmıxlanmaqla ağac toxumlarının səpilməsi.
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
3.27. Meşə yetişdirilməsi üçün torpaq fondu, meşə fondunun məhsuldar olmayan torpaq sahələrini minimuma endirmək, meşə fonduna daxil olmayan torpaqlarda qoruyucu meşə əkinləri yaratmaq, ərazinin meşəlik faizini artırmaq, ekoloji mühiti yaxşılaşdırmaq, torpaqları külək və su eroziyalarından qorumaq məqsədi ilə yaradılır.
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
Buraya daxildir:
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
dağ yamaclarında və dərə yarğanlarında salınmış, su eroziyasını, su axımını tənzimləyən meşə əkinləri;
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
torpaqların münbitliyini qoruyan, hidroloji və mikroiqlim şəraitini yaxşılaşdıran dövlət meşə zolaqları;
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
təbii su mənbələrini, çay kənarlarını və sahil boyu qoruyucu meşələri, xırda çayları və digər su mənbələrini lilləşmədən, kimyəvi maddələrlə çirklənmədən qoruyan və su rejimini yaxşılaşdıran meşə əkmələri;
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
qumluqların bərkidilməsi üçün külək eroziyasına qarşı salınmış yaşıllıq zolaqları;
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
örüş və otlaqların yem bazasının yaxşılaşdırılması, ərazilərin sərt küləklərdən və qar çovğunlarından, günəş radiasiyasından qorumaq
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
məqsədi ilə yaradılmış meşə zolaqları və massivləri.
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
3.28. Meşə yetişdirilməsi meşəhidromeliorativ tədbirlər nəzərə alınmaqla ərazi texnoloji xəritələri əsasında aparılır.
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 01 oktyabr 2005-ci il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 855)
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
2. 5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108)
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
3. 26 yanvar 2015-ci il tarixli 15 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 yanvar 2015-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 67)
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
4. 16 dekabr 2016-cı il tarixli 506 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2225)
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
5. 17 aprel 2018-ci il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 aprel 2018-ci il, № 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 801)
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
6. 25 dekabr 2019-cu il tarixli 501 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2082)
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
7. 8 may 2021-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2021-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 520)
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
13 sentyabr 2023-cü il tarixli 325 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 16 sentyabr 2023-cü il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1346) ilə “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları”nın 2.2-ci bəndinin üçüncü abzasında “kütləvi informasiya vasitələrindən” sözləri “mediadan” sözü ilə əvəz edilmişdir.
68
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
16 dekabr 2016-cı il tarixli 506 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2225) ilə “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları”nın 2.3-cü bəndinin üçüncü abzasına “məhkəmə orqanlarına” sözlərindən sonra “, yaxud inzibati xəta haqqında işə baxan səlahiyyətli orqanlara (vəzifəli şəxslərə)” sözləri əlavə edilmişdir.
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
Kənd təsərrufatında aparılan işlərin daha da dərinləşdirilməsini və sahibkarlığın inkişafının hərtərəfli dəstəklənməsini, habelə Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış "İnkişaf üçün kredit haqqında sazişin (kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi layihəsi)" icrasını təmin etmək məqsədi ilə qərara alıram:
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
1. Azərbaycan Respublikası prezidentinin 1996-cı il 19 sentyabr tarixli 495 nömrəli fərmanı ilə yaradılmış Kənd Təsərrüfatında Nümunəvi Özəl Təsərrüfatların Formalaşmasına Yardım üzrə Dövlət Komissiyası Kənd Təsərrüfatında Özəl Təsərrüfatların Formalaşmasına Yardım üzrə Dövlət Komissiyası adlandırılsın.
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
Həmin fərmana müvafiq olaraq yaradılmış özəl kənd təsərrüfatı müəssisələrinin yaradılması layihəsinin tətbiqi üzrə mərkəzi işçi orqan Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyi Adlandırılsın.
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
2. Kənd Təsərrüfatında Özəl Təsərrüfatların Formalaşmasına Yardım üzrə Dövlət Komissiyasının yeni tərkibi aşağıdakı kimi müəyyənləşdirilsin:
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
Dövlət komissiyasının sədri
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
Abbas Abbasov - Azərbaycan Respublikası baş nazirinin birinci müavini
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
Dövlət komissiyasının üzvləri:
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
Məmməd Abbasov - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti sədrinin birinci müavini
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
Yusif Hümbətov - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
Namiq Nəsrullayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
Əvəz Ələkbərov - Azərbaycan Respublikasının maliyyə naziri
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
İrşad Əliyev - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
Qərib Məmmədov - Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin sədri
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
Akif Rəfiyev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
Əhməd Əhmədzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi sədrinin səlahiyyətlərini icra edən
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
Vaqif Hüseynov - Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin rəhbəri
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
Əli Məmmədov - Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin aqrar-sənaye şöbəsi müdirinin birinci müavini
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
Fərrux Abbasov - Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun direktoru
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
4. Bu fərman imzalandığı gündən qüvvəyə minir.
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
Bakı şəhəri, 7 fevral 2000-ci il № 275
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
1. 20 aprel 2005-ci il tarixli 226 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 oktyabr 2005-ci il, № 89, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-cü il, № 4, maddə 301)
69
Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında[1]
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 176 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
1. “Radioaktiv və kimyəvi çirklənməyə və məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi Qaydaları”, “Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası” və “Torpaqların zonalaşdırılmasının ümumi əsasları və prinsipləri” təsdiq edilsin (əlavə olunur).
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
Bakı şəhəri, 1 may 2000-ci il
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
№ 79

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 1 may tarixli, 79 nömrəli qərarı ilə

təsdİq edİlmİşdİr

Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikası ərazisində radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi qaydasını müəyyən edir.
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
2. Bütün növ torpaqlarda radioaktiv maddələrin miqdarının çox olması həm təbii mənşəli radioaktiv maddələrlə, həm də texnogen xarakterli mənbələrlə əlaqədardır. Torpaqlarda radioaktivliyin normadan çox olmasına səbəb mənşəcə təbii və süni radioaktiv elementlər ola bilər.
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
3. Torpaqların kimyəvi maddələrlə çirklənməsinin əsas mənbələri kənd təsərrüfatında bitkilərin mühafizəsində istifadə olunan zəhərli kimyəvi maddələr, eyni zamanda mineral gübrələr, sənaye, məişət və sair xarakterli çirkablı sular və tullantılardır.
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
4. Radioaktiv və kimyəvi çirklənmə zamanı radionuklidlərin radiasiya təhlükəliliyi, onların yarımparçalanma dövrü, kimyəvi maddənin toksikliyi, torpaqda parçalanma müddəti və s. nəzərə alınmalıdır.
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaq sahələri çirklənmə dərəcəsi və xarakterinə görə aşağıdakı qruplara bölünür:
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
a) çirklənmə dərəcəsi mövcud normaların son həddinin 1.0—2.0 misli qədər olan təhlükə ehtimallı sahələr.
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
Bu sahələrdə canlı orqanizmlərin yaşaması və fəaliyyəti xüsusi sanitar və gigiyenik normativlərlə, həmçinin otlaq sahələrində həmin maddələrin dövranını ev heyvanlarından alınan ət və süd məhsullarının tərkibindəki miqdarı ilə müəyyənləşdirilir. Kənd təsərrüfatı üçün istifadəsi qeyri-mümkün olan torpaq sahələrini xüsusi çəpər və ya göstərici işarələr vasitəsi ilə izolə etmək lazımdır.
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
b) çirklənmə dərəcəsi mövcud normaların son həddinin 2.0 mislindən çox olan təhlükəli torpaq sahələri.
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
Bu sahələrdə təmas yalnız xüsusi sanitar-gigiyenik normativlərlə məhdudlaşır. Belə sahələr ətraf mühitdən tamamilə izolə edilməlidir.
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
5. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və onların bərpası mülkiyyət formasından asılı olmayaraq bütün fiziki və hüquqi şəxslər üçün məcburidir.
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
7. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaq sahələrinin çirklənmə dərəcəsi, çirklənmə mənşəyi, tərkibi, əsas torpaq kütləsi ilə əlaqə forması, aqreqat, fiziki-kimyəvi xüsusiyyətləri, dərin qatlara və yer səthinə zərərli təsirin məsafədən asılılıq qanunauyğunluqlarının müəyyən edilməsi xüsusi yüksək ixtisaslı mütəxəssislər tərəfindən elmi tədqiqat işləri nəticəsində həyata keçirilir.
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
8. Radioaktiv elementlərlə çirklənmiş torpaq sahələrinin çirklənmə dərəcəsi, torpaq qatının çirklənməsi dərinliyindən, torpağın tipi, növü, geomineraloji və ətraf mühitin coğrafi xüsusiyyətlərindən asılı olaraq konservasiya və bərpa işləri aşağıdakı qaydada həyata keçirilir:
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
a) təhlükə ehtimalı torpaq sahələrində çirklənməyə təbii radioaktiv izotoplar səbəb olduqda, həmin sahələrdə təsərrüfat fəaliyyəti və təmas üçün xüsusi qaydalar müəyyən olunur. Bu sahələrdə radioaktiv maddələrin tərkibi, aqreqat halı, ionlaşdırıcı şüaların mənşəyi və intensivliyi müəyyən edilir. İlk növbədə çirklənmə dərəcəsinin artmasının qarşısının alınması və sonrakı çirklənmənin azalmasına yönəlmiş elmi-texniki işlər aparılır;
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
b) təhlükəli torpaq sahələrində çirklənmə zonaları mütləq ətraf mühitdən izolə edilməlidir. Çirklənmə mənbəyinin xarakteri, tərkibi və şüa növü tədqiq olunaraq ətraf mühitə təhlükə ehtimalını müvəqqəti azaltmaq üçün işçi planı hazırlanıb yerinə yetirilməlidir. Sonralar isə əsaslı təmizləmə və radioaktiv dezaktivasiya texnologiyası əsasında tədbirlər planı yerinə yetirilməlidir.
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
9. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalma təhlükəsi gözlənilən sənaye obyektlərində həmin obyektlərin yerləşdiyi və qonşu torpaq sahələrində çirklənmə zonasının hüdudlarından asılı olaraq uzunmüddətli monitorinq müşahidə məntəqələri yaradılmalıdır.
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
10. İstehsal prosesi zamanı torpaqda radioaktiv və kimyəvi çirklənmə halları müşahidə edildikdə həmin torpaq sahələrində xüsusi cari sağlamlaşdırma tədbirləri həyata keçirilir, bu tədbirlərin tətbiqi müsbət nəticələr vermədikdə istehsal prosesi dayandırılır və torpaq sahələri təsərrüfat dövriyyəsindən çıxarılaraq konservasiya edilir.
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
11. İstehsal prosesi zamanı fiziki və hüquqi şəxslərin səhlənkarlığı nəticəsində radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi və sağlamlaşdırılması işlərinin dəyəri təqsirkar şəxslər tərəfindən ödənilir.
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
12. Təbii fəlakət və fövqəladə hallar nəticəsində dövlət mülkiyyətində olan obyektlərdə baş verən qəza və eləcə də digər mənbələrin tullantıları ilə radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması işlərinin dəyəri müəyyən olunmuş qaydada dövlət büdcəsindən ödənilir.
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
2000-ci il 1 may tarixli, 79 nömrəli qərarı ilə
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
təsdİq edİlmİşdİr
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
Bu Qayda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikası ərazisində ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi qaydasını tənzimləyir.
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
1. Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlara ərazilərində sürüşmə, sel, su eroziyası (yarğanəmələgəlmə, torpaq qatının yuyulması), külək eroziyası (deflyasiya; eol) uçqunlar, subasma bataqlıqlaşma, yer çökməsi, abraziya prosesləri gedən, həmçinin palçıq vulkanları təzahür edən sahələr aiddir.
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
3. ETSN, təhlükəsizlik dərəcəsi nəzərə alınmaqla, ekzogen geoloji proseslərə məruz qalmış və bu proseslərin getdiyi torpaqlarda meliorasiya və bərpa (rekultivasiya) işləri aparılanadək onların istehsal və həyat fəaliyyəti üçün istifadəsinin məhdudlaşdırılması və konservasiya edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti, yerli icra hakimiyyətləri və bələdiyyələr qarşısında vəsatət qaldırır.
70
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında
4. Yerli icra hakimiyyətləri, bələdiyyələr və torpaq mülkiyyətçiləri onlara məxsus torpaq sahələrində rast gəldikləri ekzogen geoloji proseslər haqqında ETSN-nə məlumat verirlər. ETSN yoxlanması və gələcəkdə baş vermə təhlükəsi gözlənilən ekzogen geoloji proseslərə qarşı mübarizə tədbirlərinin görülməsi barədə müvafiq təkliflər hazırlayır və onlara təqdim edir.