id int64 1 59.4k | title stringlengths 6 4.17k ⌀ | text stringlengths 1 12.3k ⌀ |
|---|---|---|
74 | Su təchizatı və tullantı suları haqqında | 38.9. Bu Qanunun 38.7-ci və 38.8-ci maddələrində göstərilən hallar istisna olmaqla, mövcud və ya inşa ediləcək tikinti obyektinin kanalizasiya sisteminə qoşulması müddəti genişləndirmə işlərinin həcmi nəzərə alınmaqla, tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydası ilə müəyyən olunur. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 39. Kanalizasiya sisteminə axıdılmanın (atılmanın) qadağan edilməsi |
74 | Su təchizatı və tullantı suları haqqında | 1. Ümumi istifadədə olan kanalizasiya sistemlərinə istehlakçılar tərəfindən aşağıdakıların axıdılması (atılması) qadağandır: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) yağış sularının; |
74 | Su təchizatı və tullantı suları haqqında | b) tullantı sularının emalına və ya axmasına mane olan, kanalizasiya borularını sıradan çıxaran hər hansı maddələrin; |
74 | Su təchizatı və tullantı suları haqqında | c) neft məhsullarının və kalsium karbidin; |
74 | Su təchizatı və tullantı suları haqqında | ç) insanların sağlamlığı üçün təhlükəli maddələrin; |
74 | Su təchizatı və tullantı suları haqqında | d) yoluxucu xəstəxanaların zərərsizləşdirilməmiş tullantı sularının; |
74 | Su təchizatı və tullantı suları haqqında | e) kanalizasiya müəssisəsi ilə bağlanmış məişət və istehsalat tullantı sularının axıdılması haqqında müqavilədə nəzərdə tutulan hallar istisna olunmaqla, qadağan olunmuş tullantıların, tullantı sularının və maddələrin. |
74 | Su təchizatı və tullantı suları haqqında | 2. Tullantı sularının yağış kanalizasiya sisteminə axıdılması qadağan edilir. |
74 | Su təchizatı və tullantı suları haqqında | 3. İstehsalat tullantılarının axıdılması (atılması) qadağan edilən istehsalat və müəssisə növləri və ya konkret müəssisələr normativ hüquqi aktlarla müəyyən edilir. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 40. Ayrıca kanalizasiya qurğularının (avadanlığın, sistemlərin) kanalizasiya müəssisələrinə verilməsi |
74 | Su təchizatı və tullantı suları haqqında | 1. Ayrıca kanalizasiya qurğusunun sahibi özünə məxsus kanalizasiya qurğusunun kanalizasiya müəssisəsinə verilməsi barədə müraciət edə bilər. |
74 | Su təchizatı və tullantı suları haqqında | 2. Kanalizasiya müəssisəsi ayrıca kanalizasiya qurğusunun sahibinə həmin qurğunu almaq niyyətini bildirir. Bundan sonra iki ay müddətində kanalizasiya müəssisəsi və ayrıca kanalizasiya qurğusunun sahibi qurğunun verilməsi şərtlərini, o cümlədən kompensasiyanın ödənilməsinin mümkünlüyünü razılaşdırırlar. |
74 | Su təchizatı və tullantı suları haqqında | 3. Qanunvericilikdə başqa hal nəzərdə tutulmadıqda, ayrıca kanalizasiya qurğusu kanalizasiya müəssisəsinə təhvil verildikdən sonra onun istismarı, texniki xidməti və təmiri üçün lazım olan torpaq sahəsi ilə birlikdə əvvəlki sahibinin hüquq və vəzifələri kanalizasiya müəssisəsinə keçir. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 41. Ayrıca kanalizasiya sistemlərinə dair tələblər |
74 | Su təchizatı və tullantı suları haqqında | 1. Ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulması məqsədi ilə ayrıca kanalizasiya sisteminin tikintisi və ya avadanlığın qurulması kanalizasiya müəssisəsinin razılığı ilə müvafiq normativ hüquqi aktlara uyğun olaraq aparılır. |
74 | Su təchizatı və tullantı suları haqqında | 2. Kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndəsi aşağıdakı hüquqlara malikdir: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) ayrıca kanalizasiya sisteminin tikintisinə dair norma və qaydalara, avadanlığın quraşdırılmasına və təhlükəsiz istismarına dair tələblərə riayət olunmasına nəzarət etmək məqsədi ilə tullantı suları axıdılan obyektə girmək; |
74 | Su təchizatı və tullantı suları haqqında | b) sulardan və tullantı sularından nümunələr götürmək; |
74 | Su təchizatı və tullantı suları haqqında | c) obyektin ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulması ilə əlaqədar obyekt sahibinə verdiyi bildirişdə müəyyənləşdirilmiş müddətlərdə aşağıdakı tədbirləri həyata keçirməyi tələb etmək: |
74 | Su təchizatı və tullantı suları haqqında | avadanlığın təmizlənməsinin, təmirinin və ya ona texniki xidmətin həyata keçirilməsini; |
74 | Su təchizatı və tullantı suları haqqında | avadanlıq müəyyən edilmiş normalara uyğun gəlmədikdə onun istismarının dayandırılmasını (tamamilə və ya qismən, daimi və ya müvəqqəti); |
74 | Su təchizatı və tullantı suları haqqında | suların çirklənməsinin qarşısını almaq və ya dayandırmaq məqsədi ilə digər zəruri tələblərin həyata keçirilməsini. |
74 | Su təchizatı və tullantı suları haqqında | 3. Tullantı sularını axıdan obyektin və ya ayrıca kanalizasiyanın sahibi bu maddənin 2-ci bəndinin "c" yarımbəndində nəzərdə tutulan tədbirləri yerinə yetirmədikdə kanalizasiya müəssisəsi obyektin sahibinin vəsaiti hesabına lazımi işləri görə bilər. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 42. Zədələnmiş ayrıca kanalizasiya sistemlərinə baxış hüququ |
74 | Su təchizatı və tullantı suları haqqında | 1. Aşağıdakı hallarda ümumi istifadədə olan kanalizasiya müəssisəsinin ayrıca kanalizasiya sistemlərinə baxış keçirməyə və bu məqsədlə torpaq işləri də daxil olmaqla zəruri işlərin aparılmasına hüquqları var: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) ümumi istifadədə olan kanalizasiya sistemlərinə qoşulmuş kanalizasiya sistemlərinin və qurğuların texniki vəziyyəti insanların sağlamlığı üçün təhlükə yaratdıqda və əhəmiyyətli dərəcədə narahatlığa səbəb olduqda; |
74 | Su təchizatı və tullantı suları haqqında | b) tullantı suları kanalizasiya sistemlərindən sızaraq qrunt sularını çirkləndirdikdə. |
74 | Su təchizatı və tullantı suları haqqında | 2. Aşağıdakı sübuta yetirilmiş hallar istisna olunmaqla, aşkar edilmiş nasazlıqların aradan qaldırılması üzrə bu maddənin 1-ci bəndində qeyd olunan işlərlə əlaqədar bütün xərclər ayrıca kanalizasiyanın (obyektin) sahibləri tərəfindən ödənilir: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) obyektin sahibi tərəfindən zəruri işlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsi haqqında ona əvvəl təqdim olunmuş bütün tələblərin dəqiq yerinə yetirilməsi; |
74 | Su təchizatı və tullantı suları haqqında | b) kanalizasiya müəssisəsinin obyektin sahibindən qeyd olunan işlərin yerinə yetirilməsini tələb etməsinə kifayət qədər əsasının olmaması; |
74 | Su təchizatı və tullantı suları haqqında | c) kanalizasiya müəssisəsinin gördüyü işlərin zəruri olmaması və ya bu işlərin görülməsi üçün vəsaitdən səmərəli istifadə olunmaması. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 43. Kanalizasiya sisteminin istismarının dayandırılması |
74 | Su təchizatı və tullantı suları haqqında | 1. Kanalizasiya müəssisəsi ancaq aşağıdakı hallarda kanalizasiyadan istifadəni qadağan edə və ya onun istismarını müvəqqəti dayandıra bilər: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) avadanlıqların quraşdırılması, onlarda təmir və texniki xidmət işləri görüldükdə; |
74 | Su təchizatı və tullantı suları haqqında | b) avadanlıqların qoşulması və istismara verilməsi zamanı; |
74 | Su təchizatı və tullantı suları haqqında | c) tullantı sularının sızması və suların çirklənməsinin qarşısını almaq zərurəti olduqda. |
74 | Su təchizatı və tullantı suları haqqında | 2. Müəyyən ərazilərdə kanalizasiya sisteminin ləğvi və ya onun fəaliyyətinin uzun müddətli dayandırılması zərurəti yarandıqda, kanalizasiya müəssisələri bu Qanunda nəzərdə tutulmuş qaydada həmin ərazidəki obyektləri öz hesablarına digər kanalizasiya sisteminə qoşmalıdırlar. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 44. İstehsalat tullantı suları |
74 | Su təchizatı və tullantı suları haqqında | 1. Kanalizasiya müəssisələri hər hansı istehlakçı ilə (hüquqi və fiziki şəxslərlə) onların obyektlərindən istehsalat tullantı sularının axıdılması, saxlanması və təmizlənməsi barədə müqavilə bağlaya bilərlər. |
74 | Su təchizatı və tullantı suları haqqında | İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi sahəsində fəaliyyət göstərən mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir. |
74 | Su təchizatı və tullantı suları haqqında | İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi sahəsində fəaliyyət göstərən mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır. |
74 | Su təchizatı və tullantı suları haqqında | İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi sahəsində fəaliyyət göstərən obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur. |
74 | Su təchizatı və tullantı suları haqqında | 3. Kanalizasiya müəssisələri hər hansı istehsalat tullantı sularını kanalizasiyaya axıtmazdan əvvəl obyektin sahibindən onların ilkin təmizlənməsini tələb edə bilərlər. Bu tullantı suları (özləri və ya digər maddələrlə birləşmədə) aşağıdakılara təhlükə yaratdıqda kanalizasiya müəssisələri istehsalat tullantı sularının axıdılması üçün müqavilənin bağlanmasından imtina edə bilərlər: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) bu sularla təmasda olan insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə; |
74 | Su təchizatı və tullantı suları haqqında | b) kanalizasiya müəssisəsinin avadanlıqlarının təhlükəsiz istismarına və texniki vəziyyətlərinə; |
74 | Su təchizatı və tullantı suları haqqında | c) tullantı sularının təmizlənməsi və emalının texnoloji proseslərinə. |
74 | Su təchizatı və tullantı suları haqqında | Bu cür imtina istehsalat tullantı sularının daşınması və emalı xərcləri ilə bağlı razılıq əldə edilmədiyi halda da edilə bilər. |
74 | Su təchizatı və tullantı suları haqqında | 4. İstehlakçılar: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) istehsalat tullantı sularının axıdılması haqqında müqavilənin bağlanmasından kanalizasiya müəssisəsinin imtinası ilə; |
74 | Su təchizatı və tullantı suları haqqında | b) belə müqavilənin şərtləri ilə; |
74 | Su təchizatı və tullantı suları haqqında | c) istehsalat tullantı sularının axıdılması ilə əlaqədar ödəmələrin məbləği ilə razılaşmadıqda kanalizasiya müəssisəsinin qərarından qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edə bilərlər. |
74 | Su təchizatı və tullantı suları haqqında | V fəsil |
74 | Su təchizatı və tullantı suları haqqında | Su TӘCHİZATI və kanalİzasİya müəssİsələrİ üçün ümumİ olan hüquqlar və vəzİfələr |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 45. Torpaqlardan istifadə etmək hüquqları |
74 | Su təchizatı və tullantı suları haqqında | 1. Su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirmək məqsədi ilə su təchizatı və kanalizasiya qurğularının tikilməsini təmin edir və bu məqsədlərlə müvafiq qanunvericiliklə nəzərdə tutulmuş qaydada torpaqlardan istifadə etmək hüququna malikdirlər. |
74 | Su təchizatı və tullantı suları haqqında | 2. Dövlət və ya bələdiyyələrin mülkiyyətində olan torpaqların ayrılması müvafiq icra hakimiyyəti orqanının və (və ya) bələdiyyə orqanının razılığına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. |
74 | Su təchizatı və tullantı suları haqqında | Torpaq qanunvericiliyinə zidd olmayan hallarda xüsusi mülkiyyətdə olan torpaqlardan qeyd olunan məqsədlərlə istifadə torpaqların mülkiyyətçisi ilə bağlanmış müqaviləyə əsasən onların satın alınması, icarəyə götürülməsi və ya kompensasiyanın verilməsi yolu ilə həyata keçirilir. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 47. Su təchizatı və kanalizasiya müəssisələrinin əmlakı |
74 | Su təchizatı və tullantı suları haqqında | 1. Su kəmərləri və ya kanalizasiya sisteminin tərkib hissəsi olan və su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən alınmış və ya tikilmiş mühəndis-texniki qurğular, su kəmərləri, avadanlıq və digər əmlak ayrıca müqavilədə digər şərtlər nəzərdə tutulmayıbsa, onların əmlakı hesab olunur. |
74 | Su təchizatı və tullantı suları haqqında | 2. Qanunvericiliyə zidd olmayan hallarda su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən və ya onun tapşırığı ilə başqasının mülkiyyətində olan torpaq sahəsində quraşdırılmış qurğu və digər əmlak müəssisənin mülkiyyəti hesab olunur. Qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada müəssisə ilə torpaq mülkiyyətçisi arasında bağlanmış müqavilədə başqa şərt nəzərdə tutulmadıqda, belə qurğular torpaq mülkiyyətçisinə keçmir və ona onların istismarından əldə olunmuş gəlirdən pay almağa hüquq verilmir. |
74 | Su təchizatı və tullantı suları haqqında | 3. Su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən tikilmiş, alınmış və ya istismar olunan mühəndis-texniki qurğular bu müəssisənin su təchizatı və tullantı sularının axıdılması zonasından kənarda yerləşə bilər. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 48. Pozuntuların aradan qaldırılmasına dair xəbərdarlıq |
74 | Su təchizatı və tullantı suları haqqında | 1. Su təchizatı və kanalizasiya müəssisəsinin bildiriş vasitəsi ilə obyektin sahibindən aşağıdakıları tələb etmək hüququ var: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) daxili su təchizatı və kanalizasiya sisteminin ümumi istifadədə olan su təchizatı və kanalizasiya sistemlərinə birləşməsi üçün istifadə edilən avadanlıqların nasazlıqlarını müəyyən müddətlərdə aradan qaldırmaq. Ümumi sistemə bir neçə sahibin daxili sistemlərinin ardıcıl olaraq qoşulduğu halda su təchizatı və kanalizasiya müəssisəsi belə nasazlıqların aradan qaldırılmasını bir neçə sahibdən və ya onların hamısından tələb edə bilər; |
74 | Su təchizatı və tullantı suları haqqında | b) bu Qanuna müvafiq olaraq xidmətlərin göstərilməsi haqqında bağlanmış müqavilənin şərtlərinin və bu Qanunun müddəalarının yerinə yetirilməsi üçün zəruri olan vəzifələrin vaxtında yerinə yetirilməsini. |
74 | Su təchizatı və tullantı suları haqqında | 2. Bildirişin tələblərinin yerinə yetirilmədiyi hallarda su təchizatı və kanalizasiya müəssisəsi aşağıdakıları edə bilər: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) bildiriş almış və müvafiq tələblərin yerinə yetirilməsinə cavabdeh sahibin hesabına nasazlıqların aradan qaldırılması üçün zəruri işləri görmək; |
74 | Su təchizatı və tullantı suları haqqında | b) obyekti ümumi su təchizatı sistemindən ayırmaq və ya xidmətlərin göstərilməsini dayandırmaq və bu Qanunda nəzərdə tutulmuş qaydada görülmüş işlərin dəyərinin ödənməsini obyektin sahibindən tələb etmək; |
74 | Su təchizatı və tullantı suları haqqında | c) bildirişdə göstərilmiş tələblərin yerinə yetirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmək. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 49. Su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri |
74 | Su təchizatı və tullantı suları haqqında | 1. Su təchizatı və kanalizasiya müəssisələri bu Qanuna uyğun olaraq hüquq və vəzifələrin həyata keçirilməsini həvalə etməklə səlahiyyətli nümayəndələrini təyin edirlər. |
74 | Su təchizatı və tullantı suları haqqında | 2. Səlahiyyətli nümayəndəyə onun fotoşəkli və şəxsi imzası olan müəyyən olunmuş formada vəsiqə verilir. |
74 | Su təchizatı və tullantı suları haqqında | 3. Zəruri hallarda səlahiyyətli nümayəndə və ya ona bu səlahiyyəti verən su təchizatı və kanalizasiya müəssisəsi kömək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada ona lazımi kömək göstərməlidir. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 50. Su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən obyektə buraxılmaq hüququ |
74 | Su təchizatı və tullantı suları haqqında | 1. Qanunvericilikdə müəyyən edilmiş qaydada sahibə əvvəlcədən bildirməklə səlahiyyətli nümayəndə öz vəsiqəsini təqdim edərək, aşağıdakıları həyata keçirmək üçün su təchizatı və tullantı suları axıdılan obyektə buraxılmaq hüququna malikdir: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) obyekti su təchizatı və (və ya) kanalizasiya sistemlərinə qoşmaq və ya borcların alınması məqsədi ilə onu sistemlərdən ayırmaq; |
74 | Su təchizatı və tullantı suları haqqında | b) su və ya tullantı sularından nümunə götürmək, analiz aparmaq, baxış və ölçü işləri aparmaq, fotoşəkil çəkmək və məlumat toplamaq; |
74 | Su təchizatı və tullantı suları haqqında | c) obyekt sahibi və ya su təchizatı (kanalizasiya) xidmətlərini göstərən müəssisələrin işçiləri tərəfindən bu Qanunla müəyyənləşdirilmiş vəzifələrin və müvafiq tələblərin yerinə yetirilməsinə nəzarət etmək; |
74 | Su təchizatı və tullantı suları haqqında | ç) suölçən cihazı təmir etmək, onu sökmək və ya onun göstəricilərini götürmək; |
74 | Su təchizatı və tullantı suları haqqında | d) su təchizatı və tullantı sularının axıdılması sahəsinə aid olan qurğulara, cihazlara, mexanizmlərə və qovşaqlara baxış keçirmək; |
74 | Su təchizatı və tullantı suları haqqında | e) su təchizatı və kanalizasiya müəssisəsinin funksiyaları ilə əlaqədar hər hansı zəruri işləri yerinə yetirmək; |
74 | Su təchizatı və tullantı suları haqqında | ə) su təchizatının ehtiyacları üçün torpağın əldə olunmasının məqsədyönlüyünü araşdırmaq məqsədi ilə torpaq sahələrinə və onların üzərindəki su mənbələrinə baxmaq; |
74 | Su təchizatı və tullantı suları haqqında | f) bu Qanunun müddəalarının icrasının və ya işlədiyi su təchizatı və kanalizasiya müəssisəsinin maraqlarının mühafizəsinin təmin olunmasına nəzarət etmək. |
74 | Su təchizatı və tullantı suları haqqında | 2. Aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri bu maddədə nəzərdə tutulmuş məqsədlər üçün obyektlərə əvvəlcədən bildirmədən daxil ola bilərlər: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) fövqəladə hadisə zamanı; |
74 | Su təchizatı və tullantı suları haqqında | b) obyekt sahibi işlərin aparılmasına etiraz etmədikdə; |
74 | Su təchizatı və tullantı suları haqqında | c) suyun çirklənməsini, ondan qeyri məqsədlər üçün və səmərəsiz istifadəni aradan qaldırmaq və həmçinin bu Qanunun müddəalarının pozulmasının qarşısını almaq üçün. |
74 | Su təchizatı və tullantı suları haqqında | 3. Yaşayış binalarının və mənzillərin sahibləri (icarəçiləri) tərəfindən sudan istifadəyə qoşulmuş məhdudiyyətlərə riayət olunmadığı, sudan səmərəsiz və qeyri-məqsədlər üçün istifadə olunduğu və bu Qanunun müddəalarının pozulduğu haqqında əsaslı məlumatların olduğu hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələrinə yaşayış binalarına saat iyirmi birdən sonra və səhər saat doqquza kimi daxil olmağa icazə verilmir. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 51. Su təchizatı və kanalizasiya müəssisələrinin işlərin yerinə yetirilməsi üzrə hüquqları |
74 | Su təchizatı və tullantı suları haqqında | 1. Su təchizatı və kanalizasiya müəssisələrinin işlərin yerinə yetirilməsi üzrə aşağıdakı hüquqları vardır: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) torpaq işlərini yerinə yetirmək; |
74 | Su təchizatı və tullantı suları haqqında | b) özünün funksiyalarının icrası üçün zəruri olan texniki qurğuları qurmaq, istifadə və istismar etmək, quyular qazmaq; |
74 | Su təchizatı və tullantı suları haqqında | c) torpaqdan, tullantılardan və tullantı sularından zəruri nümunələr götürmək; |
74 | Su təchizatı və tullantı suları haqqında | ç) su təchizatı-kanalizasiya qurğularını tikmək, onları istismar və ya idarə etmək və bu Qanuna uyğun olaraq öz səlahiyyəti daxilində digər müvafiq fəaliyyəti həyata keçirmək. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 52. Dövlət torpaqlarında və yollarda işlərin yerinə yetirilməsi |
74 | Su təchizatı və tullantı suları haqqında | 1. Su təchizatı və kanalizasiya müəssisələri müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq dövlət torpaqlarında və yollarda zəruri işlərin görülməsi üçün tədbirlər həyata keçirirlər. |
74 | Su təchizatı və tullantı suları haqqında | 2. Su təchizatı və kanalizasiya müəssisələri: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) işləri görərkən və onları başa çatdırdıqdan sonra vətəndaşlar və dövlət torpaqlarının və yolların digər istifadəçiləri üçün təhlükənin aradan qaldırılması məqsədi ilə bütün zəruri tədbirləri həyata keçirməyə; |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.