id int64 1 59.4k | title stringlengths 6 4.17k ⌀ | text stringlengths 1 12.3k ⌀ |
|---|---|---|
74 | Su təchizatı və tullantı suları haqqında | b) tikinti zibilini daşımağa; |
74 | Su təchizatı və tullantı suları haqqında | c) iş aparılan yeri işlər başlanandan əvvəlki vəziyyətinə qaytarmağa; |
74 | Su təchizatı və tullantı suları haqqında | ç) yol örtüklərinin bərpası ilə əlaqədar müvafiq orqanların, yol xidmətinin və vətəndaşların xərclərini ödəməyə; |
74 | Su təchizatı və tullantı suları haqqında | d) işləri ən qısa müddətlərdə və maksimum səmərəliliklə görməyə borcludurlar. |
74 | Su təchizatı və tullantı suları haqqında | 3. Su təchizatı və kanalizasiya müəssisələri, başqalarına məxsus su kəmərləri, drenaj sistemləri və digər əmlakla əlaqədar, bu maddədə nəzərdə tutulan tədbirləri həyata keçirdikləri hallarda öz xərclərini qeyd olunan əmlak sahibinin hesabına ödətdirmək hüququna malikdirlər. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 53. Görülən işlər barədə bildiriş |
74 | Su təchizatı və tullantı suları haqqında | İstehlakçıların mənafelərinə toxunan işlərin görüldüyü hallarda su təchizatı və kanalizasiya müəssisələri onları aşağıdakı müddətlərdə xəbərdar etməlidirlər: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) adi hallarda - işləri başlamazdan əvvəl 7 gündən gec olmayaraq; |
74 | Su təchizatı və tullantı suları haqqında | b) fövqəladə vəziyyətdə - işləri başlamazdan əvvəl imkan daxilində tez, bu mümkün olmadıqda işləri başlayandan dərhal sonra. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 54. Boru kəmərlərinin yerlərinin dəyişdirilməsi üzrə vəzifələr |
74 | Su təchizatı və tullantı suları haqqında | 1. Qanunvericiliyə zidd olmayan hallarda mülkiyyətində (istifadəsində, icarəsində) torpaq sahəsi olan hüquqi və ya fiziki şəxs, boru kəmərlərinin və ya qurğuların yerləşdiyi ərazidə müəyyən işlərin (o cümlədən tikinti) görülməsinin planlaşdırılması ilə əlaqədar su təchizatı və kanalizasiya müəssisəsindən bu torpaq sahəsində yerləşən və bu müəssisənin mülkiyyətində olan və ya onun xidmət göstərdiyi boru kəmərlərinin (kollektor, kanal), yaxud digər qurğuların yerinin dəyişdirməsini tələb edə bilərlər. Bu zaman boru kəmərlərinin və digər qurğuların yerinin dəyişdirilməsi üzrə xərclər və su təchizatı müəssisəsinə su təchizatında baş verən fasilələrə görə dəyən ziyan belə tələbi qoyan şəxslərin hesabına ödənilir. |
74 | Su təchizatı və tullantı suları haqqında | 2. Belə tələblər alındıqdan sonra su təchizatı və kanalizasiya müəssisələri yerinə yetirilməsi mümkün olmayan və ya səmərəsiz olanlar istisna olunmaqla, yerdə qalan bütün tələbləri yerinə yetirməlidir. |
74 | Su təchizatı və tullantı suları haqqında | 3. Əgər bu, mütləq zəruriyyətdən irəli gəlirsə, su təchizatı və kanalizasiya müəssisəsi yol xidməti və ya digər kommunal xidmətləri (elektrik təchizatı, qaz, istilik təchizatı, telefon rabitəsi) müəssisələrinin tələbi ilə öz qurğularını köçürməli və ya götürməlidir. Bu zaman qurğu və avadanlıqların köçürülməsi üzrə bütün işlər belə tələbi qoyan müəssisələrin hesabına aparılır. |
74 | Su təchizatı və tullantı suları haqqında | 4. Su təchizatı və kanalizasiya müəssisəsi qurğuların köçürülməsi tələbini qoyan hüquqi və fiziki şəxslərdən qanunvericilikdə müəyyən edilmiş qaydada pul və ya digər şəkildə girov təminatını verməyi tələb edə bilər. Təminatın miqdarı planlaşdırılan işlərin dəyərindən asılıdır. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 55. Su təchizatı (kanalizasiya) müəssisələrinin əlavə xidmətləri sahəsində hüquqları |
74 | Su təchizatı və tullantı suları haqqında | Su təchizatı və kanalizasiya müəssisələri hər hansı istehlakçının xahişi ilə onların hesabına və ya öz təşəbbüsü ilə (özünün hesabına), öz səlahiyyətləri çərçivəsində aşağıdakıları edə bilər: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) hər hansı avadanlığı modernləşdirmək və ya təmir etmək; |
74 | Su təchizatı və tullantı suları haqqında | b) hər hansı tədqiqatı və ya baxışı keçirmək; |
74 | Su təchizatı və tullantı suları haqqında | c) öz səlahiyyətlərinə aid olan hər hansı digər işləri görmək. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 56. Layihələndirmə və tikinti işlərinin razılaşdırılması |
74 | Su təchizatı və tullantı suları haqqında | 2. İstehlakçıların birbaşa və dolayısı ilə su təchizatına, tullantı sularının axıdılmasına, subasmanın qarşısının alınmasına təsir göstərən tikinti və təsərrüfat fəaliyyəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq su təchizatı və kanalizasiya müəssisələri, bələdiyyələrlə razılaşdırılmaqla həyata keçirilir. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 57. Tikinti norma və qaydalarına riayət edilməsi |
74 | Su təchizatı və tullantı suları haqqında | 1. Su təchizatı və kanalizasiya müəssisələri, həmçinin ayrıca su təchizatı və kanalizasiya sistemlərinin (obyektlərin) sahibləri tikinti və memarlıq sahəsində dövlət standartlarına və normalarına riayət etməlidirlər. |
74 | Su təchizatı və tullantı suları haqqında | 2. Həmin norma və standartlara riayət edilməklə aparılan işlər: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) müvafiq ixtisaslı və işlərin aparılmasına icazəsi olan mütəxəssislər tərəfindən və ya onların başçılığı altında yerinə yetirilməlidir; |
74 | Su təchizatı və tullantı suları haqqında | b) su təchizatı və kanalizasiya müəssisələrini məlumatlandırmaqla işlərin yerinə yetirilməsinə onlardan razılıq alındıqdan sonra başlanılmalıdır; |
74 | Su təchizatı və tullantı suları haqqında | c) su təchizatı və kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndəsinin göstərişlərinə müvafiq onun iştirakı ilə və nəzarəti altında aparılmalıdır; |
74 | Su təchizatı və tullantı suları haqqında | ç) su təchizatı və kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilməlidir. |
74 | Su təchizatı və tullantı suları haqqında | VI fəsil |
74 | Su təchizatı və tullantı suları haqqında | İqtİsadİ tənzİmləmə və malİyyə məsələlərİ |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 58. Suyun götürülməsi və tullantı sularının axıdılmasına görə ödənişlər |
74 | Su təchizatı və tullantı suları haqqında | Ödənişlər aşağıdakılara görə müəyyənləşdirilir: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə görə; |
74 | Su təchizatı və tullantı suları haqqında | b) bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən tullantı sularının və tullantıların atılmasına görə. |
74 | Su təchizatı və tullantı suları haqqında | Ödənişlərin miqdarı, onların hesablanması və ödənilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 59. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrlə bağlı hüquqları |
74 | Su təchizatı və tullantı suları haqqında | 1. Müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri aşağıdakı hüquqlara malikdir: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) bu Qanuna müvafiq olaraq onların fəaliyyəti prosesində bağlanılan müqavilədə göstərdikləri hər hansı xidmət növü üçün ödəmələrin və əvvəlcədən ödəmənin (avans) miqdarının müəyyənləşdirilməsinə dair təkliflər vermək; |
74 | Su təchizatı və tullantı suları haqqında | b) su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək; |
74 | Su təchizatı və tullantı suları haqqında | c) qeyd olunan ödənişlərin müəyyənləşdirilmiş müddətlərdə verilməməsinə, həmçinin vəzifələrin hər hansı formada yerinə yetirilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlavə yığımlar və ya gecikdirilmiş borclar üzrə faizlər şəklində cərimə məbləğləri almaq; |
74 | Su təchizatı və tullantı suları haqqında | ç) su təchizatı və tullantı sularının axıdılması obyektlərinin ilkin və ya təkrar qoşulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməni müəyyənləşdirmək, tələb etmək və almaq. |
74 | Su təchizatı və tullantı suları haqqında | 2. Kanalizasiya müəssisələri göstərdiyi xidmətlərin müvafiq qaydada ödənilməsi şərti ilə leysan axarları vasitəsi ilə suların axıdılması üçün yol xidməti (müəssisələri) ilə müqavilə bağlaya bilərlər. |
74 | Su təchizatı və tullantı suları haqqında | 3. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; |
74 | Su təchizatı və tullantı suları haqqında | b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 60. Su təchizatı və kanalizasiya xidmətlərinə görə ödəmələr |
74 | Su təchizatı və tullantı suları haqqında | 1. Su təchizatı və kanalizasiya müəssisələri istehlakçıların bütün kateqoriyaları üçün göstərdiyi xidmətlərə görə ödəmələrin aşağıdakı növlərini, müddətlərini və məbləğini müqavilədə təklif edə bilərlər: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) mövcud qaydalara uyğun suölçən cihazların göstәricilәrinә və ya hesabat göstəricilərinə əsasən götürülmüş suyun və axıdılmış tullantı sularının miqdarına görə ödəmə; |
74 | Su təchizatı və tullantı suları haqqında | 2. Suyun keyfiyyətindən, tullantı sularının və tullantıların xüsusiyyətlərindən, xidmətin göstərilməsinin yerindən və mövsümündən, su təchizatının 24 saat ərzində və ya rejimli (fasilələrlə) olmasından asılı olaraq, su təchizatı və kanalizasiya müəssisələri bu maddənin 1-ci bəndində göstərilən müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş ödəmələrə (tariflərə) artırılma və ya azaldılma əmsalları tətbiq edə bilərlər. |
74 | Su təchizatı və tullantı suları haqqında | 3. Su təchizatı və kanalizasiya müəssisələri, zərurət olduqda hər hansı istehlakçıya əlavə xidmət göstərmək üçün onunla əlavə müqavilə bağlamaqla, əlavə ödəmələrin verilməsini təklif edə bilərlər. |
74 | Su təchizatı və tullantı suları haqqında | 4. Həmin müqavilə, ilkin və təkrar qoşulma da daxil olmaqla, istehlakçı tərəfindən xidmətlərin ödənilməsi üzrə öhdəlikləri nəzərdə tuta və xidmət göstərilməsi prosesində ortaya çıxan su təchizatı və kanalizasiya müəssisələri ilə istehlakçı arasında münasibətləri tənzimləyə bilər. |
74 | Su təchizatı və tullantı suları haqqında | 6. Qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı və kanalizasiya müəssisəsi vaxtı keçmiş ödənişlərin məbləğini istehlakçının akkreditiv hesabından silmək hüququna malikdir. Akkreditiv hesabın məbləği borcların ödənilməsinə kifayət deyildirsə, su təchizatı və kanalizasiya müəssisəsi borcların ödənilməməsi məsələsini məhkəmə qaydasında həll edə bilər. Bu qayda ödənişin hesabın ödənilmək üçün təqdim edildiyi gündən otuz gün keçdikdən sonra tətbiq olunur. |
74 | Su təchizatı və tullantı suları haqqında | 7. Akkreditivin məbləği göstərilmiş xidmətlərə görə borclar həcmində azalarsa, onda istehlakçı su təchizatı və kanalizasiya müəssisəsinin tələbinə əsasən akkreditivin depozit məbləğini nəzərdə tutulmuş səviyyəyə qədər çatdırmalıdır. |
74 | Su təchizatı və tullantı suları haqqında | 8. Akkreditivin məbləği bu Qanunla nəzərdə tutulmuş aylıq xidmətlərə görə bütün ödənişlərin cəminin iki misli səviyyəsində müəyyənləşdirilir. Orta aylıq ödənişlərin hesabatı, bu istehlakçının daxil olduğu kateqoriyanın istifadə normalarını da nəzərə almaqla, əvvəlki altı ayın istehlakının orta qiymətinə və ya suölçən cihazın göstəricilərinə əsasən aparılır. |
74 | Su təchizatı və tullantı suları haqqında | Akkreditivin məbləği su təchizatı və kanalizasiya müəssisəsinin razılığına əsasən hissə-hissə keçirilə bilər. |
74 | Su təchizatı və tullantı suları haqqında | 9. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə akkreditiv hesablaşmalar üzrə bu Qanunda öz əksini tapmayan məsələlər mövcud qanunvericiliklə müəyyənləşdirilir. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 61. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri |
74 | Su təchizatı və tullantı suları haqqında | 1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. |
74 | Su təchizatı və tullantı suları haqqında | 2. Su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 62. Xidmətlərə görə borcların alınması |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 63. Yanğın əleyhinə məqsədlər üçün istifadə olunmuş suya görə ödənişdən azad edilmə |
74 | Su təchizatı və tullantı suları haqqında | 1. Su təchizatı və kanalizasiya müəssisələri aşağıdakı məqsədlər üçün su təchizatı və tullantı sularının axıdılması üzrə xidmətlərinə və işlədilmiş suyun miqdarına görə haqq almırlar: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) yanğının söndürülməsinə və ya fövqəladə vəziyyətlər zamanı yanğınsöndürmə xidmətlərinin ehtiyaclarını ödəməyə xidmət etdikdə; |
74 | Su təchizatı və tullantı suları haqqında | b) yuxarıdakı məqsədlər üçün su ehtiyatları yaradıldıqda. |
74 | Su təchizatı və tullantı suları haqqında | 2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan hallarda su təchizatı və kanalizasiya müəssisələrinin xərcləri müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına ödənilir. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 64. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatların ödəmələr üzrə vəzifələri |
74 | Su təchizatı və tullantı suları haqqında | 1. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar (büdcə müəssisələri) bu Qanunda nəzərdə tutulmuş qaydada su təchizatı və kanalizasiya müəssisəsinin onlara göstərdikləri bütün xidmətlərin dəyərini ödəməlidirlər. |
74 | Su təchizatı və tullantı suları haqqında | 2. Büdcə müəssisələri nəzərdə tutulmuş müddətdə ödənişləri köçürmədikdə su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada büdcəyə maliyyə öhdəliklərini büdcə müəssisəsi ilə qarşılıqlı razılaşma əsasında əvəz edə bilər. |
74 | Su təchizatı və tullantı suları haqqında | VII fəsil |
74 | Su təchizatı və tullantı suları haqqında | Su TӘCHİZATI və TULLANTI SULARININ AXIDILMASI sahəsİndə qanunverİcİlİyİn POZULMASINA görə məsulİyyət |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 65. Hüquqi məsuliyyətə səbəb olan ümumi hallar |
74 | Su təchizatı və tullantı suları haqqında | 1. Hüquqi və fiziki şəxslər qanunvericiliyə müvafiq olaraq aşağıdakılara görə məsuliyyət daşıyırlar: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) sudan səmərəsiz, israfçılıqla istifadə etdikdə və ya öz hərəkətləri ilə buna başqaları üçün imkan yaratdıqda; |
74 | Su təchizatı və tullantı suları haqqında | b) sudan, ondan istifadəyə verilmiş icazədə və ya su təchizatı müəssisəsi tərəfindən nəzərdə tutulmuş məqsədlərdən fərqli məqsədlər üçün istifadə etdikdə; |
74 | Su təchizatı və tullantı suları haqqında | c) suyun götürülməsi və təmizlənməsi üzrə hər hansı işlərin yerinə yetirilməsinə mane olduqda; |
74 | Su təchizatı və tullantı suları haqqında | ç) su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələrinin bu Qanun çərçivəsində öz vəzifələrini yerinə yetirməsinə mane olduqda. |
74 | Su təchizatı və tullantı suları haqqında | 2. Bu maddədə nəzərdə tutulan hallarda maddi zərər vurmuş şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada zərəri ödəməlidirlər. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 66. Üçüncü şəxslərə suyun qanunsuz verilməsi |
74 | Su təchizatı və tullantı suları haqqında | Sudan istifadənin aşağıdakı halları istisna olmaqla, istehlakçı tərəfindən su təchizatı müəssisəsinin qanuni istehlakçısı olmayan üçüncü şəxsi su ilə təmin etməsi və ya sudan istifadəyə icazə verməsi qadağan edilir: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) su kəmərləri şəbəkəsinə qoşulmuş obyektdə suyun istifadəsi; |
74 | Su təchizatı və tullantı suları haqqında | b) yanğının söndürülməsi üçün suyun istifadəsi; |
74 | Su təchizatı və tullantı suları haqqında | c) su təchizatı müəssisəsi ilə müqaviləyə əsasən suyun istifadəsi. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 67. Qanunsuz qoşulma |
74 | Su təchizatı və tullantı suları haqqında | 1. Bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. |
74 | Su təchizatı və tullantı suları haqqında | 2. Küçələrdə quraşdırılmış supaylayıcı kranlarından suyu ancaq məişət (təsərrüfat) - içməli məqsədlər və ya su təchizatı müəssisəsi tərəfindən müəyyənləşdirilmiş digər məqsədlər üçün götürməyə icazə verilir. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 68. Avadanlığın zədələnməsi |
74 | Su təchizatı və tullantı suları haqqında | 1. Bu Qanuna və müvafiq qanunvericiliyə zidd olmayan hallar istisna olmaqla, su təchizatı və kanalizasiya sisteminin texniki qurğularının müəyyənləşdirilmiş ərazilərində, su təchizatı və kanalizasiya müəssisələrinin razılığı olmadan hər hansı işlərin görülməsi qadağandır. |
74 | Su təchizatı və tullantı suları haqqında | 2. Su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının zədələnməsi (qəsdən və ya ehtiyatsızlıq üzündən) və ya sıradan çıxarılması qanunvericiliyə müvafiq olaraq məsuliyyətə cəlb edilməyə səbəbdir. |
74 | Su təchizatı və tullantı suları haqqında | 3. Su təchizatı və kanalizasiya sistemlərinin hər hansı texniki qurğusuna dəyişdirici, zədələyici və ya dağıdıcı təsir göstərə biləcək və onun sanitariya mühafizə zonasında yerləşən hər hansı tikili və avadanlıq, əks halların lehinə sübutlar yoxdursa, bu tikili və avadanlığa görə texniki qurğunun korlanmasına sübut kimi qəbul edilə, bundan irəli gələn və qanunvericiliklə nəzərdə tutulmuş prosessual nəticələrin əmələ gəlməsinə səbəb ola bilər. |
74 | Su təchizatı və tullantı suları haqqında | 4. Aşağıdakı hallara yol vermək qadağan olunur: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) sanitariya mühafizəsi zonasında su kəmərləri və kanalizasiya borularının və yeraltı texniki qurğuların mühafizə hasarlarının dağıdılması; |
74 | Su təchizatı və tullantı suları haqqında | b) yeraltı texniki qurğuların, su kəmərləri və kanalizasiya borularının, kommunikasiyaların qəsdən və ya ehtiyatsızlıq üzündən sıradan çıxarılması, onların açılması, zədələnməsi və ya digər formada onlara təsir edilməsi; |
74 | Su təchizatı və tullantı suları haqqında | c) texniki su kəmərinin içməli su kəmərinə qoşulması; |
74 | Su təchizatı və tullantı suları haqqında | ç) suölçən cihazların göstəricilərinin dəyişdirilməsi; |
74 | Su təchizatı və tullantı suları haqqında | d) suölçən cihazların normal fəaliyyətinə təsir göstərən və onların çıxarılmasını tələb edən işlərin və fəaliyyətin həyata keçirilməsi. |
74 | Su təchizatı və tullantı suları haqqında | Maddə 69. Suların qeyri məqsədlər üçün istifadəsi, israfçılıqla işlədilməsi və çirkləndirilməsi |
74 | Su təchizatı və tullantı suları haqqında | Fiziki və hüquqi şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşağıdakı hallarda müvafiq məsuliyyət daşıyır: |
74 | Su təchizatı və tullantı suları haqqında | a) şəxsin təqsiri üzündən su itkisi baş verdikdə, sudan qeyri məqsədlər üçün istifadə olunduqda; |
74 | Su təchizatı və tullantı suları haqqında | b) şəxsin götürdüyü suyun həcmi icazə veriləndən artıq olduqda; |
74 | Su təchizatı və tullantı suları haqqında | c) qəsdən və ya ehtiyatsızlıq üzündən fəaliyyəti nəticəsində içməli su mənbəyi çirkləndirildikdə və ya onun çirklənmə təhlükəsi yarandıqda; |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.