id int64 1 59.4k | title stringlengths 6 4.17k ⌀ | text stringlengths 1 12.3k ⌀ |
|---|---|---|
80 | Tibbi sığorta haqqında | 15-21.1. İcbari tibbi sığortanın maliyyə mənbələri icbari tibbi sığorta fondunda cəmləşdirilir və aşağıdakı məqsədlər üçün istifadə edilir: |
80 | Tibbi sığorta haqqında | 15-21.1.1. icbari tibbi sığorta ödənişlərinə; |
80 | Tibbi sığorta haqqında | 15-21.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) idarəetmə və fəaliyyət xərclərinin (o cümlədən, saxlanma xərclərinin və işçilərin əməkhaqlarının) maliyyələşdirilməsinə (icbari tibbi sığorta fondunun gəlirlərinin 2 faizindən artıq olmamaqla); |
80 | Tibbi sığorta haqqında | 15-21.3. İcbari tibbi sığorta fondunun sərbəst vəsaitləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yerli maliyyə bazarında investisiyaya yönəldilə bilər. İcbari tibbi sığorta fondunun vəsaitlərinin sərbəst vəsaitlərə aid edilməsi və həmin vəsaitlərlə investisiya əməliyyatlarının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. |
80 | Tibbi sığorta haqqında | Maddə 15-22. İcbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması |
80 | Tibbi sığorta haqqında | 15-22.1. Sığorta ehtiyatları icbari tibbi sığorta üzrə sığorta ödənişlərinin həyata keçirilməsi üçün öhdəliklərin məcmusuna uyğun olaraq formalaşdırılır. |
80 | Tibbi sığorta haqqında | 15-22.2. Sığorta ehtiyatları makroiqtisadi risk ehtiyatlarına və cari ehtiyatlara bölünür. |
80 | Tibbi sığorta haqqında | 15-22.3. Makroiqtisadi risk ehtiyatları icbari tibbi sığortaya makroiqtisadi təsir risklərinin aradan qaldırılması və ya təsir dərəcəsinin aşağı salınması məqsədilə yaradılır. Makroiqtisadi risk ehtiyatları icbari tibbi fondunun gəlirlərinin 4 faizi həcmində təşkil edilir. |
80 | Tibbi sığorta haqqında | 15-22.4. Cari ehtiyatlar icbari tibbi sığortada cari öhdəliklərin təmin edilməsi məqsədilə yaradılır. Cari ehtiyatlar icbari tibbi sığorta fondunun gəlirlərinin 6 faizi həcmində təşkil edilir. |
80 | Tibbi sığorta haqqında | 15-22.5. Bu Qanunun 15-22.3-cü və 15-22.4-cü maddələrində nəzərdə tutulan ehtiyatlardan istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. |
80 | Tibbi sığorta haqqında | Maddə 15-23. İcbari tibbi sığorta üzrə tibbi xidmətlərin tarifləri |
80 | Tibbi sığorta haqqında | 15-23.2. İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. |
80 | Tibbi sığorta haqqında | Maddə 15-23-1. Pozitiv siyahının müəyyən edilməsi |
80 | Tibbi sığorta haqqında | 15-23-1.1. Pozitiv siyahı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir və onun rəsmi internet saytında yerləşdirilir. Pozitiv siyahıda ambulator şəraitdə istifadə olunan dərman vasitələri ilə bağlı aşağıdakı məlumatlar göstərilir: |
80 | Tibbi sığorta haqqında | 15-23-1.1.1. bu Qanunun 15-17.2.3-1-ci maddəsində göstərilən məlumatlar; |
80 | Tibbi sığorta haqqında | 15-23-1.1.2. dərman vasitəsinin əmtəə nişanı adı; |
80 | Tibbi sığorta haqqında | 15-23-1.1.3. dərman vasitəsinin orijinal və ya generik olması; |
80 | Tibbi sığorta haqqında | 15-23-1.1.4. dərman vasitəsinin ticarət qablaşdırılması; |
80 | Tibbi sığorta haqqında | 15-23-1.1.5. dərman vasitəsinin qablaşdırılma miqdarı; |
80 | Tibbi sığorta haqqında | 15-23-1.1.6. dərman vasitəsi istehsalçısının və istehsal edildiyi ölkənin adı; |
80 | Tibbi sığorta haqqında | 15-23-1.1.7. şərti kompensasiya məbləği; |
80 | Tibbi sığorta haqqında | 15-23-1.1.8. müştərək maliyyələşmə məbləği; |
80 | Tibbi sığorta haqqında | 15-23-1.1.9. dərman vasitəsinin qlobal identifikasiya nömrəsi (olduğu halda); |
80 | Tibbi sığorta haqqında | 15-23-1.1.10. dərman vasitəsinin QR kodu (barkodu); |
80 | Tibbi sığorta haqqında | 15-23-1.1.11. dərman vasitəsinin pozitiv siyahıya daxil edilmə və çıxarılma tarixləri. |
80 | Tibbi sığorta haqqında | 15-23-1.2. Dərman vasitəsinin pozitiv siyahıya daxil edilməsi qaydası və meyarları, habelə həmin siyahıdan çıxarılması əsasları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. |
80 | Tibbi sığorta haqqında | Maddə 15-23-2. İcbari tibbi sığorta çərçivəsində dərman vasitələrinə əlçatanlığın artırılması və maliyyə risklərinin bölüşdürülməsi haqqında müqavilə |
80 | Tibbi sığorta haqqında | 15-23-2.1. Sığortaolunanların ambulator və stasionar şəraitdə istifadə olunan dərman vasitələrinə əlçatanlığının artırılması və icbari tibbi sığorta fondunun maliyyə sabitliyinin təmin olunması məqsədilə sığortaçı və dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi arasında aşağıdakı şərtlərdən birinin və ya hər ikisinin nəzərdə tutulduğu icbari tibbi sığorta çərçivəsində dərman vasitələrinə əlçatanlığın artırılması və maliyyə risklərinin bölüşdürülməsi haqqında müqavilə bağlanıla bilər: |
80 | Tibbi sığorta haqqında | 15-23-2.1.1. icbari tibbi sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilən dərman vasitəsinin proqnozlaşdırılan istifadə həcmi müqabilində dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən endirimlərin tətbiq edilməsi; |
80 | Tibbi sığorta haqqında | 15-23-2.1.2. icbari tibbi sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilən dərman vasitəsinin proqnozlaşdırılan effektivliyinə nail olunmadıqda dərman vasitəsinə görə ödənilən vəsaitin müqavilə ilə razılaşdırılmış hissəsinin dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən sığortaçıya geri qaytarılması. |
80 | Tibbi sığorta haqqında | 15-23-2.2. Dərman vasitələrinə əlçatanlığın artırılması və maliyyə risklərinin bölüşdürülməsi haqqında müqavilə sığortaçının təşəbbüsü və ya istənilən dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqə sahibinin sığortaçıya müraciəti əsasında bağlanılır. |
80 | Tibbi sığorta haqqında | Maddə 15-24. İcbari tibbi sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət |
80 | Tibbi sığorta haqqında | 15-24.2. Bu Qanunun 15-24.1-ci maddəsində qeyd olunan şəxslər istisna olmaqla, digər şəxslərə münasibətdə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. |
80 | Tibbi sığorta haqqında | Maddə 15-25. İcbari tibbi sığorta üzrə uçot və hesabat |
80 | Tibbi sığorta haqqında | 15-25.1. İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. |
80 | Tibbi sığorta haqqında | 15-25.2. Tibb təchizatçısı və ya tibbi ərazi bölməsi tərəfindən icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. |
80 | Tibbi sığorta haqqında | IV-V fəsil. |
80 | Tibbi sığorta haqqında | 15-26.4. Tibbi xidmətin keyfiyyətinin ekspertizası tibbi xidmətlərin vaxtında göstərilib göstərilməməsinin, o cümlədən profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarının düzgün seçilib-seçilməməsinin, habelə tibbi xidmətin göstərilməsi zamanı yol verilən pozuntuların aşkar edilməsi məqsədilə aparılır. Tibbi xidmətin keyfiyyətinin ekspertizasının aparılması və nəticələrinin rəsmiləşdirilməsi qaydası, habelə ekspertizanı aparan ekspertlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. |
80 | Tibbi sığorta haqqında | Maddə 15-27. İcbari tibbi sığorta üzrə məlumat bazası |
80 | Tibbi sığorta haqqında | 15-27.1. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların elektron qaydada həyata keçirilməsinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icbari tibbi sığorta üzrə məlumat bazası (elektron informasiya ehtiyatı) yaradılır. |
80 | Tibbi sığorta haqqında | 15-27.2. İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. |
80 | Tibbi sığorta haqqında | Maddə 15-28. İcbari tibbi sığorta üzrə göndəriş sisteminin tətbiqi |
80 | Tibbi sığorta haqqında | Xidmətlər zərfində nəzərdə tutulduğu təqdirdə, xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin göstərilməsinə gözləmə müddəti tətbiq edilir. Gözləmə müddətinin tətbiq edildiyi tibbi xidmətlər və gözləmə müddətinin hesablanması qaydası xidmətlər zərfi ilə müəyyən edilir. |
80 | Tibbi sığorta haqqında | V fəsil |
80 | Tibbi sığorta haqqında | Yekun müddəaları |
80 | Tibbi sığorta haqqında | Maddə 16. Tibbi sığorta sistemində tərəflərin məsuliyyəti |
80 | Tibbi sığorta haqqında | Maddə 16-2. İcbari tibbi sığortanın və dövlət proqramlarının qarşılıqlı əlaqəsi |
80 | Tibbi sığorta haqqında | Dövlət proqramları vasitəsilə maliyyələşən tibbi xidmət növlərinə icbari tibbi sığorta şamil edilmir. |
80 | Tibbi sığorta haqqında | Maddə 16-3. Cərimələrin və faizlərin istifadəsi qaydası |
80 | Tibbi sığorta haqqında | Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən və faizlərdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. |
80 | Tibbi sığorta haqqında | 16-4.2. Bu Qanunun 16-4.1-ci maddəsinə əsasən müəyyən edilmiş mərhələlərə uyğun olaraq, bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə tutulan sığorta haqqının ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. |
80 | Tibbi sığorta haqqında | Maddə 17. Bu Qanunun pozulmasına görə məsuliyyət |
80 | Tibbi sığorta haqqında | Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev |
80 | Tibbi sığorta haqqında | Bakı şəhəri, 28 oktyabr 1999-cu il |
80 | Tibbi sığorta haqqında | № 725-IQ |
80 | Tibbi sığorta haqqında | İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI |
80 | Tibbi sığorta haqqında | 1. 20 fevral 2001-ci il tarixli 86-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 141) |
80 | Tibbi sığorta haqqında | 2. 7 dekabr 2007-ci il tarixli 503-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1212) |
80 | Tibbi sığorta haqqında | 3. 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) |
80 | Tibbi sığorta haqqında | 4. 4 aprel 2014-cü il tarixli 925-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 25 aprel 2014-cü il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 331) |
80 | Tibbi sığorta haqqında | 5. 24 fevral 2015-ci il tarixli 1211-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 aprel 2015-ci il, № 069, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 352) |
80 | Tibbi sığorta haqqında | 6. 4 mart 2016-cı il tarixli 153-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 419) |
80 | Tibbi sığorta haqqında | 7. 3 aprel 2018-ci il tarixli 1064-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 aprel 2018-ci il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 651) |
80 | Tibbi sığorta haqqında | 8. 28 dekabr 2018-ci il tarixli 1419-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 yanvar 2019-cu il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 36) |
80 | Tibbi sığorta haqqında | 9. 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) |
80 | Tibbi sığorta haqqında | 10. 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) |
80 | Tibbi sığorta haqqında | 11. 30 mart 2020-ci il tarixli 32-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 227) |
80 | Tibbi sığorta haqqında | 12. 1 may 2020-ci il tarixli 71-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 521) |
80 | Tibbi sığorta haqqında | 13. 20 noyabr 2020-ci il tarixli 201-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, № 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1426) |
80 | Tibbi sığorta haqqında | 14. 27 may 2021-ci il tarixli 332-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 697) |
80 | Tibbi sığorta haqqında | 15. 9 iyul 2021-ci il tarixli 360-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 iyul 2021-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 711) |
80 | Tibbi sığorta haqqında | 16. 4 mart 2022-ci il tarixli 491-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 mart 2022-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 193) |
80 | Tibbi sığorta haqqında | 17. 29 noyabr 2022-ci il tarixli 654-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 24 yanvar 2023-cü il, № 15, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 10) |
80 | Tibbi sığorta haqqında | 18. 9 dekabr 2022-ci il tarixli 685-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1393) |
80 | Tibbi sığorta haqqında | 19. 1 fevral 2023-cü il tarixli 801-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 216) |
80 | Tibbi sığorta haqqında | 20. 6 iyul 2023-cü il tarixli 951-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 avqust 2023-cü il, “Azərbaycan” qəzeti, 4 avqust 2023-cü il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab, maddə 1102) |
80 | Tibbi sığorta haqqında | 21. 5 dekabr 2023-cü il tarixli 1045-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 20 dekabr 2023-cü il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, I kitab, maddə 1618) |
80 | Tibbi sığorta haqqında | 22. 8 oktyabr 2024-cü il tarixli 44-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 noyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 12 noyabr 2024-cü il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 11, maddə 1182) |
80 | Tibbi sığorta haqqında | 23. 29 noyabr 2024-cü il tarixli 74-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 dekabr 2024-cü il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1332) |
80 | Tibbi sığorta haqqında | 24. 16 dekabr 2024-cü il tarixli 101-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 28 dekabr 2024-cü il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1348) |
80 | Tibbi sığorta haqqında | 25. 29 dekabr 2024-cü il tarixli 120-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 yanvar 2025-ci il, “Azərbaycan” qəzeti, 29 yanvar 2025-ci il, № 19) |
80 | Tibbi sığorta haqqında | 26. 28 fevral 2025-ci il tarixli 145-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 mart 2025-ci il, “Azərbaycan” qəzeti, 11 mart 2025-ci il, № 53) |
80 | Tibbi sığorta haqqında | QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI |
80 | Tibbi sığorta haqqında | əvvəlki redaksiyada deyilirdi: |
80 | Tibbi sığorta haqqında | Maddə 1. Tibbi sığorta və onun formaları |
80 | Tibbi sığorta haqqında | Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə Azərbaycan Respublikası əhalisinin tibbi və dərman yardımı almasına təminat verir. |
80 | Tibbi sığorta haqqında | Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. |
80 | Tibbi sığorta haqqında | İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir. |
80 | Tibbi sığorta haqqında | Könüllü tibbi sığorta icbari tibbi sığorta proqramında müəyyənləşdirildiyindən əlavə könüllü tibbi sığorta müqaviləsi əsasında əhalinin tibbi və digər xidmətlər almasını təmin edir. |
80 | Tibbi sığorta haqqında | 29 noyabr 2024-cü il tarixli 74-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 dekabr 2024-cü il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1332) ilə 1.1.1-ci maddədə “toplusu” sözü “, habelə dərman vasitələrindən ambulator və ya stasionar şəraitdə istifadənin təmin edilməsi üçün dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin məcmusu” sözləri ilə əvəz edilmişdir |
80 | Tibbi sığorta haqqında | əvvəlki redaksiyada deyilirdi: |
80 | Tibbi sığorta haqqında | 1.0.6. sığortalı – sığorta müqaviləsini bağlamaq vəzifəsi daşıyan, öz adından və ya sığortaolunan adından sığorta haqqı ödəyən və sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan şəxs və ya bu Qanunla nəzərdə tutulmuş hallarda sığorta müqaviləsinin tərəfi; |
80 | Tibbi sığorta haqqında | əvvəlki redaksiyada deyilirdi: |
80 | Tibbi sığorta haqqında | 1.0.7. sığortaolunan – sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; |
80 | Tibbi sığorta haqqında | əvvəlki redaksiyada deyilirdi: |
80 | Tibbi sığorta haqqında | 1.0.8. sığorta ödənişi –sığorta hadisəsi baş verdikdə icbari tibbi sığortaya münasibətdə xidmətlər zərfinə və tariflərə, könüllü tibbi sığortaya münasibətdə isə könüllü tibbi sığorta müqaviləsinə uyğun olaraq bu Qanunla nəzərdə tutulmuş qaydada tibb təchizatçısına, tibbi ərazi bölməsinə və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxsə ödənilən maliyyə vəsaiti; |
80 | Tibbi sığorta haqqında | 29 noyabr 2024-cü il tarixli 74-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 dekabr 2024-cü il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1332) ilə 1.1.8-ci maddəyə “tariflərə,” sözündən sonra “habelə şərti kompensasiya məbləğinə,” sözləri əlavə edilmişdir və həmin maddədə “əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxsə” sözləri “aptek təşkilatına” sözləri ilə əvəz edilmişdir. |
80 | Tibbi sığorta haqqında | əvvəlki redaksiyada deyilirdi: |
80 | Tibbi sığorta haqqında | 1.0.10. sığorta hadisəsi – bu Qanuna əsasən sığorta ödənişinin ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal (o cümlədən profilaktik müalicə üsullarının tətbiqi); |
80 | Tibbi sığorta haqqında | əvvəlki redaksiyada deyilirdi: |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.