id
int64
1
59.4k
title
stringlengths
6
4.17k
text
stringlengths
1
12.3k
80
Tibbi sığorta haqqında
əvvəlki redaksiyada deyilirdi:
80
Tibbi sığorta haqqında
15-4.1.2. bu Qanunun 15-3.1-ci maddəsində nəzərdə tutulan tələblərə cavab verən tibb təchizatçısını və ya tibbi ərazi bölməsini seçmək;
80
Tibbi sığorta haqqında
29 noyabr 2024-cü il tarixli 74-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 dekabr 2024-cü il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1332) ilə 15-4.1.2-ci maddəyə “etmək” sözündən sonra “, həmçinin bu Qanunun 15-3.4-cü və 15-23-1.1-ci maddələri nəzərə alınmaqla, aptek təşkilatını seçmək və pozitiv siyahıya daxil olan dərman vasitələri ilə təmin olunmalarını tələb etmək” sözləri əlavə edilmişdir.
80
Tibbi sığorta haqqında
29 noyabr 2024-cü il tarixli 74-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 dekabr 2024-cü il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1332) ilə 15-4.1.3-cü maddəyə “müəssisəsindən” sözündən sonra “, buraxılan dərman vasitələrinin qiyməti, şərti kompensasiya məbləği və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq digər məlumatları aptek təşkilatından” sözləri əlavə edilmişdir.
80
Tibbi sığorta haqqında
29 noyabr 2024-cü il tarixli 74-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 dekabr 2024-cü il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1332) ilə 15-7-ci maddənin adına “müəssisəsinin” sözündən sonra “və aptek təşkilatının” sözləri əlavə edilmişdir.
80
Tibbi sığorta haqqında
3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-8.1.4-cü, 15-8.1.5-ci (hər iki halda) və 15-8.2.3-cü maddələrdə ismin müvafiq hallarında “tibb təchizatçısı və ya tibbi ərazi bölməsi” sözləri ismin müvafiq hallarında “tibb müəssisəsi” sözləri ilə əvəz edilmişdir.
80
Tibbi sığorta haqqında
29 noyabr 2024-cü il tarixli 74-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 dekabr 2024-cü il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1332) ilə 15-8.1.4-cü maddəyə “haqqında” sözündən sonra “, habelə aptek təşkilatları ilə ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında” sözləri əlavə edilmişdir.
80
Tibbi sığorta haqqında
əvvəlki redaksiyada deyilirdi:
80
Tibbi sığorta haqqında
15-9.1.6. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş təqvim haqqından ayırmalar;
80
Tibbi sığorta haqqında
əvvəlki redaksiyada deyilirdi:
80
Tibbi sığorta haqqında
15-9.1.8. bank kreditləri;
80
Tibbi sığorta haqqında
1 may 2020-ci il tarixli 71-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 521) ilə 15-9.2-ci maddəsində “50” rəqəmləri “43” rəqəmləri ilə, “30” rəqəmləri “23” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “hesabına” sözündən sonra “, 7 faizi isə dövlət büdcəsinə” sözləri əlavə edilmişdir.
80
Tibbi sığorta haqqında
əvvəlki redaksiyada deyilirdi:
80
Tibbi sığorta haqqında
Maddə 15-10. İcbari tibbi sığorta üzrə sığorta haqları
80
Tibbi sığorta haqqında
15-10.1. İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir:
80
Tibbi sığorta haqqında
15-10.1.1. xidmətlər zərfinin baza hissəsi üzrə –təqvim ili üçün adambaşına 29 (iyirmi doqquz) manat;
80
Tibbi sığorta haqqında
15-10.1.2. xidmətlər zərfinin əlavə hissəsi üzrə:
80
Tibbi sığorta haqqında
15-10.1.2.1. bu Qanunun 15-2.3.1-ci və 15-2.3.2-ci maddələrində nəzərdə tutulan şəxslər üzrə:
80
Tibbi sığorta haqqında
1. sığortalı tərəfindən – hesablanmış əməyin ödənişi fondunun 2 faizi;
80
Tibbi sığorta haqqında
2. sığortaolunan tərəfindən – işçinin əməkhaqqının 2 faizi;
80
Tibbi sığorta haqqında
15-10.1.2.2. bu Qanunun 15-2.3.3-cü – 15-2.3.6-cı maddələrində nəzərdə tutulan şəxslər üzrə – təqvim ili üçün adambaşına 120 manat.
80
Tibbi sığorta haqqında
15-10.1.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə – 0,02 manat;
80
Tibbi sığorta haqqında
15-10.1.4. energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə aksiz markasının verilməsinə görə – verilən hər bir aksiz markasına görə 0,1 manat;
80
Tibbi sığorta haqqında
15-10.1.5. tütün məmulatlarına aksiz markasının verilməsinə görə – verilən hər bir aksiz markasına görə 0,05 manat;
80
Tibbi sığorta haqqında
15-10.1.6. alkoqollu içkilərə aksiz markasının verilməsinə görə – verilən hər bir aksiz markasına görə 0,1 manat;
80
Tibbi sığorta haqqında
15-10.1.7. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənilən təqvim haqqının 50 faizi;
80
Tibbi sığorta haqqında
15-10.1.8. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalının sığorta müqaviləsi üzrə sığortaçıya ödədiyi sığorta haqqının 5 faizi.
80
Tibbi sığorta haqqında
15-10.2. Bu Qanunun 15-10.1.1-ci və 15-10.1.2.2-ci maddələrində müəyyən olunmuş sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir və indeksləşdirilən sığorta haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında yerləşdirilir.
80
Tibbi sığorta haqqında
əvvəlki redaksiyada deyilirdi:
80
Tibbi sığorta haqqında
Maddə 15-11. İcbari tibbi sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim olunması
80
Tibbi sığorta haqqında
15-11.1. İcbari tibbi sığortanın maliyyə mənbələri üzrə daxil olan vəsaitlər icbari tibbi sığorta fondunda cəmləşdirilir.
80
Tibbi sığorta haqqında
15-11.2. Bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə tutulan sığorta haqları, habelə bu Qanunun 15-2.3.3-cü maddəsində göstərilən şəxslər üçün sığorta haqları dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hər ay üçün bərabər hissələrlə növbəti ayın 15-dən gec olmayaraq ödənilir.
80
Tibbi sığorta haqqında
15-11.3. Bu Qanunun 15-10.1.2.1-ci maddəsində nəzərdə tutulan sığorta haqları sığortalı tərəfindən hər ay üçün hesablanır, əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.
80
Tibbi sığorta haqqında
15-11.4. Azərbaycan Respublikasının ərazisində benzinin, dizel yanacağının və maye qazın istehsalı və idxalı ilə məşğul olan vergi ödəyicisi sığorta haqqını aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödəyirlər.
80
Tibbi sığorta haqqında
15-11.5. Bu Qanunun 15-10.1.4-cü – 15-10.1.6-cı maddələrində nəzərdə tutulan icbari tibbi sığorta haqqı vergiödəyicisi tərəfindən həmin aksiz markalarının alınmasına görə dövlət rüsumu ilə eyni vaxtda ödənilir.
80
Tibbi sığorta haqqında
15-11.6. Bu Qanunun 15-10.1.7-ci maddəsində nəzərdə tutulan icbari tibbi sığorta haqqı İcbari Sığorta Bürosu tərəfindən hər ay üzrə növbəti ayın 20-dək ödənilir.
80
Tibbi sığorta haqqında
15-11.7. Bu Qanunun 15-10.1.8-ci maddəsində nəzərdə tutulan sığorta haqqını “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan sığortaçılar aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödəyirlər.
80
Tibbi sığorta haqqında
15-11.8. Bu Qanunun 15-2.3.4-cü – 15-2.3.6-cı maddələrində nəzərdə tutulan şəxslər tərəfindən sığorta haqqı icbari tibbi sığorta müqaviləsi bağlandığı tarixdən 30 (otuz) gün müddətində tam məbləğdə və ya həmin müqavilənin bağlandığı tarixdən sığorta ilinin sonunadək olan ayların sayına bölünməklə bərabər hissələrlə hər ay üçün növbəti ayın 15-dən gec olmayaraq ödənilir. Həmin şəxslər tərəfindən sığorta haqqının ödənilməsi üsulu icbari tibbi sığorta müqaviləsində əks olunur.
80
Tibbi sığorta haqqında
15-11.9. Bu Qanunun 15-2.1-ci və 15-2.3.3-cü maddələrində nəzərdə tutulan şəxslərə dair statistik məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsi və həmin şəxslər üzrə sığorta haqqının ümumi məbləğinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
80
Tibbi sığorta haqqında
15-11.10. Bu Qanunun 15-2.3.3.2-ci – 15-2.3.3.7-ci maddələrində nəzərdə tutulan şəxslərin həmin maddələrdə nəzərdə tutulan kateqoriyalara aidiyyətinin müəyyən olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya resursları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş hədlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya resurslarına inteqrasiya olunur.
80
Tibbi sığorta haqqında
15-11.11. Bu Qanunun 15-2.3.3-cü maddəsinə əsasən sığortalanmalı olan şəxslər həmin maddədə nəzərdə tutulmuş iki və ya daha çox şəxslər kateqoriyasına aid olduğu təqdirdə, həmin şəxslərin xeyrinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yalnız bir dəfə sığorta haqqı ödənilir.
80
Tibbi sığorta haqqında
15-11.12. Bu Qanunun 15-2.3.4-cü – 15-2.3.6-cı maddələrində nəzərdə tutulan şəxslər bu Qanunun 15-2.3.3-cü maddəsində nəzərdə tutulan şəxslər kateqoriyasına aid olub-olmamasından asılı olmayaraq sığorta haqlarını öz vəsaiti hesabına ödəyirlər.
80
Tibbi sığorta haqqında
15-11.13. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 15-11.2-ci maddəsinə əsasən ödənilən sığorta haqları barədə hesabatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. Həmin hesabatın forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müəyyən edilir.
80
Tibbi sığorta haqqında
15-11.14. Sığortalılar bu Qanunun 15-11.3-cü maddəsinə əsasən ödənilən sığorta haqları barədə hesabatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. Həmin hesabatın forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müəyyən edilir.
80
Tibbi sığorta haqqında
15-11.15. Bu Qanunun 15-11.4-cü maddəsində nəzərdə tutulan vergiödəyiciləri ödənilən sığorta haqları barədə hesabatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. Həmin hesabatın forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müəyyən edilir.
80
Tibbi sığorta haqqında
15-11.16. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tütün məmulatlarına, alkoqollu içkilərə, energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə görə vergiödəyicilərinə verilmiş aksiz markaları barədə hesabatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. Həmin hesabatın forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müəyyən edilir.
80
Tibbi sığorta haqqında
15-11.17. İcbari Sığorta Bürosu tərəfindən bu Qanunun 15-11.6-cı maddəsinə əsasən ödənilən sığorta haqları barədə hesabat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir. Həmin hesabatın forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
80
Tibbi sığorta haqqında
15-11.18. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığortaçı bu Qanunun 15-11.7-ci maddəsinə əsasən ödənilən sığorta haqları barədə hesabatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. Həmin hesabatın forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müəyyən edilir.
80
Tibbi sığorta haqqında
15-11.19. Bu Qanunun 15-2.3.6-cı maddəsində nəzərdə tutulan şəxslər tərəfindən (bu Qanunun 15-11.21-ci maddəsi nəzərə alınmaqla) icbari tibbi sığorta müqaviləsi sığorta ili ərzində bağlandıqda, bu Qanunun 15-10.1.2.2-ci maddəsində müəyyən olunmuş sığorta haqqına icbari tibbi sığorta müqaviləsinin bağlandığı ay da daxil olmaqla gecikdirilmiş hər ay üzrə 10 faiz əlavə sığorta haqqı hesablanır.
80
Tibbi sığorta haqqında
15-11.20. Bu Qanunun 15-11.19-cu maddəsində nəzərdə tutulan faizlər sığorta haqqının ödənilmədiyi bütün müddətə, lakin bir ildən çox olmamaq şərtilə hesablanır. Ödənilməmiş sığorta haqları və əlavə sığorta haqları üzrə yaranmış borclar cari təqvim ili və əvvəlki son bir təqvim ili üçün hesablanır.
80
Tibbi sığorta haqqında
15-11.21. Bu Qanunun 15-2.3.3 – 15-2.3.6-cı maddələrində nəzərdə tutulan şəxslər tərəfindən icbari tibbi sığorta müqaviləsini bağlamaq öhdəliyi sığorta ili ərzində yarandıqda, həmin şəxslər üçün icbari tibbi sığorta üzrə sığorta haqqı, bu Qanunun 15-10.1.2.2-ci maddəsində müəyyən olunmuş sığorta haqqı 12-yə bölünməklə icbari tibbi sığorta müqaviləsini bağlamaq öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanır.
80
Tibbi sığorta haqqında
Əvvəlki redaksiyada deyilirdi:
80
Tibbi sığorta haqqında
15-11.3. Bu Qanunun 15-10.1.2-ci maddəsində nəzərdə tutulan sığorta haqqı sığortalı tərəfindən hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir, əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.
80
Tibbi sığorta haqqında
8 oktyabr 2024-cü il tarixli 44-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 noyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 12 noyabr 2024-cü il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 11, maddə 1182) ilə 15-11.4-cü maddəsinin birinci və ikinci cümlələrindən “və yük” sözləri çıxarılmışdır.
80
Tibbi sığorta haqqında
Əvvəlki redaksiyada deyilirdi:
80
Tibbi sığorta haqqında
15-11.8. Bu Qanunun 15-10.1.7-ci maddəsində nəzərdə tutulan sığorta haqqı vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 191.1-ci maddəsi ilə müəyyən edilən vaxtda ödənilir.
80
Tibbi sığorta haqqında
əvvəlki redaksiyada deyilirdi:
80
Tibbi sığorta haqqında
15-12.2. Sığorta haqları ödənilmədiyi hallarda xidmətlər zərfinin əlavə hissəsi çərçivəsində göstərilən tibbi xidmətlər pasiyentlərin öz maliyyə vəsaiti hesabına göstərilir.
80
Tibbi sığorta haqqında
20 noyabr 2020-ci il tarixli 201-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, № 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1426) ilə 15-12.2-ci, 15-15.1 – 15-15.3-cü və 15-28.3-cü maddələrdə ismin müvafiq hallarında “səhiyyə xidməti” sözləri ismin müvafiq hallarında “tibbi-sanitariya yardımı” sözləri ilə əvəz edilmişdir.
80
Tibbi sığorta haqqında
29 noyabr 2024-cü il tarixli 74-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 dekabr 2024-cü il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1332) ilə 15-12.2-ci maddədə “xidmətlər onların öz vəsaiti hesabına göstərilir” sözləri “xidmətlərin göstərilməsi, habelə sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi onların öz vəsaiti hesabına həyata keçirilir” sözləri ilə əvəz edilmişdir.
80
Tibbi sığorta haqqında
əvvəlki redaksiyada deyilirdi:
80
Tibbi sığorta haqqında
Maddə 15-13. İcbari tibbi sığorta müqaviləsi
80
Tibbi sığorta haqqında
15-13.1. İcbari tibbi sığorta müqaviləsi bu Qanunun 15-2.3.4-cü – 15-2.3.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərlə elektron formada və ya kağız daşıyıcıda bağlanılır. Bu maddədə nəzərdə tutulan şəxslərlə növbəti sığorta ili üçün icbari tibbi sığorta müqaviləsi cari ilin dekabrın 31-dək bağlanmalıdır. Bu Qanunun 15-2.3.3-cü – 15-2.3.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərlə sığorta müqaviləsini bağlamaq öhdəliyi sığorta ili ərzində yarandıqda, icbari tibbi sığorta müqaviləsi həmin öhdəliyin yarandığı təqvim ayından sonrakı ayın 10-dan gec olmayaraq bağlanılır.
80
Tibbi sığorta haqqında
15-13.2. İcbari tibbi sığorta müqaviləsinin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
80
Tibbi sığorta haqqında
15-13.3. İcbari tibbi sığorta müqaviləsi üzrə sığorta təminatı Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
80
Tibbi sığorta haqqında
15-13.4. İşçinin əmək müqaviləsinə xitam verildiyi hallarda, əmək müqaviləsinə xitam verildiyi tarixdən 1 (bir) ay müddət ərzində həmin şəxsin sığortaolunan statusu saxlanılır.
80
Tibbi sığorta haqqında
əvvəlki redaksiyada deyilirdi:
80
Tibbi sığorta haqqında
15-15.3. Xidmətlər zərfinin əlavə hissəsi üzrə sığortaolunanlara tibbi xidmətlərin göstərilməsi üzrə ödənişlər xidmətlər zərfinə və tariflərinə uyğun olaraq tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilədə qeyd olunmuş həcmdə ödənilir.
80
Tibbi sığorta haqqında
28 fevral 2025-ci il tarixli 145-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 mart 2025-ci il, “Azərbaycan” qəzeti, 11 mart 2025-ci il, № 53) ilə 15-16.1.1-ci maddəyə birinci halda “daxil olmayan” sözlərindən sonra “və (və ya) xidmətlər zərfinin şərtlərinə uyğun olmayan” sözləri əlavə edilmişdir.
80
Tibbi sığorta haqqında
əvvəlki redaksiyada deyilirdi:
80
Tibbi sığorta haqqında
15-17.2. Xidmətlər zərfinin strukturu aşağıdakı qaydada müəyyənləşdirilir:
80
Tibbi sığorta haqqında
29 noyabr 2024-cü il tarixli 74-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 dekabr 2024-cü il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1332) ilə 15-17.2.3-cü maddəyə “müştərək” sözündən əvvəl “tibbi xidmətin” sözləri əlavə edilmişdir.
80
Tibbi sığorta haqqında
28 fevral 2025-ci il tarixli 145-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 mart 2025-ci il, “Azərbaycan” qəzeti, 11 mart 2025-ci il, № 53) ilə 15-17.2.3-cü maddəyə “məbləği” sözündən sonra “və onun tətbiq olunduğu hallar” sözləri əlavə edilmişdir.
80
Tibbi sığorta haqqında
əvvəlki redaksiyada deyilirdi:
80
Tibbi sığorta haqqında
Maddə 15-18. Azadolma məbləği və gözləmə müddəti
80
Tibbi sığorta haqqında
15-18.1. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilməli hissəsidir.
80
Tibbi sığorta haqqında
15-18.2. Azadolma məbləğinin tətbiq edildiyi tibbi xidmətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xidmətlər zərfi ilə müəyyən edilir.
80
Tibbi sığorta haqqında
15-18.3. Gözləmə müddəti sığorta hadisəsi nəticəsində yaranan itkilərin və dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilməsini nəzərdə tutan müddətdir.
80
Tibbi sığorta haqqında
15-18.4. Gözləmə müddətinin tətbiqi qaydası və həmin müddətin şamil olunacağı şəxslərin kateqoriyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
80
Tibbi sığorta haqqında
28 fevral 2025-ci il tarixli 145-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 mart 2025-ci il, “Azərbaycan” qəzeti, 11 mart 2025-ci il, № 53) ilə 15-18.3-cü maddəyə “məbləği” sözündən sonra “və onun tətbiq olunduğu hallar (bu Qanunun 15-28.3-cü maddəsində göstərilən hal istisna olmaqla)” sözləri əlavə edilmişdir.
80
Tibbi sığorta haqqında
əvvəlki redaksiyada deyilirdi:
80
Tibbi sığorta haqqında
15-21.1.2. bu Qanunda nəzərdə tutulmuş qaydada ehtiyatların yaradılmasına;
80
Tibbi sığorta haqqında
Əvvəlki redaksiyada deyilirdi:
80
Tibbi sığorta haqqında
15-21.4. İlin sonuna icbari tibbi sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
80
Tibbi sığorta haqqında
Əvvəlki redaksiyada deyilirdi:
80
Tibbi sığorta haqqında
15-24.1. İcbari tibbi sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
80
Tibbi sığorta haqqında
15-24.2. İcbari tibbi sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, sığorta haqqı üzrə yaranmış borcların alınması, icbari tibbi sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.
80
Tibbi sığorta haqqında
29 noyabr 2024-cü il tarixli 74-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 dekabr 2024-cü il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1332) ilə 15-26.2-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
80
Tibbi sığorta haqqında
Əvvəlki redaksiyada deyilirdi:
80
Tibbi sığorta haqqında
15-26.3. İqtisadi ekspertiza göstərilmiş tibbi xidmətin müddətlərinin və həcminin, o cümlədən tibb təchizatçısı və ya tibbi ərazi bölməsi tərəfindən hesablanmış sığorta ödənişi məbləğinin tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilənin şərtlərinə, ilkin tibbi sənədlərə və tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin hesabat sənədlərinə uyğunluğunu müəyyən edir. İqtisadi ekspertizanın aparılması və nəticələrinin rəsmiləşdirilməsi qaydası, habelə ekspertizanı aparan ekspertlərə dair tələblər, ilkin tibbi sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
80
Tibbi sığorta haqqında
29 noyabr 2024-cü il tarixli 74-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 dekabr 2024-cü il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1332) ilə 15-26.3-cü maddənin birinci cümləsinə “hesabat sənədlərinə” sözlərindən sonra “, habelə aptek təşkilatları tərəfindən buraxılmış ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin həcminin və buraxılma şərtlərinin bu Qanunun 15-19-1-ci maddəsində nəzərdə tutulan müqavilə və reseptə” sözləri əlavə edilmişdir.
80
Tibbi sığorta haqqında
Əvvəlki redaksiyada deyilirdi:
80
Tibbi sığorta haqqında
15-28.1. Sığortaolunanların xidmətlər zərfinin əlavə hissəsi çərçivəsində ambulator-poliklinika müəssisələrində göstərilən tibbi xidmətlərdən, habelə laborator, instrumental müayinələrdən istifadəsinə ilkin səhiyyə xidmətlərini göstərən tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin göndərişinə əsasən yol verilir.
80
Tibbi sığorta haqqında
20 noyabr 2020-ci il tarixli 201-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, № 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1426) ilə 15-28.1-ci maddədə “səhiyyə xidmətlərini” sözləri “tibbi-sanitariya yardımı” sözləri ilə əvəz edilmişdir.
80
Tibbi sığorta haqqında
28 fevral 2025-ci il tarixli 145-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 mart 2025-ci il, “Azərbaycan” qəzeti, 11 mart 2025-ci il, № 53) ilə 15-28.1-ci maddədə “ambulator-poliklinik, laborator, funksional-diaqnostik” sözləri “ixtisaslaşdırılmış” sözü ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
80
Tibbi sığorta haqqında
Əvvəlki redaksiyada deyilirdi:
80
Tibbi sığorta haqqında
15-28.3. İlkin səhiyyə xidmətinə müraciət etmədən birbaşa ambulator-poliklinika müəssisəsinə və ya laborator, instrumental, habelə stasionar tibbi xidmətlərdən istifadə edildikdə sığortaolunan tibb təchizatçısına və ya tibbi ərazi bölməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə xidmət haqqı ödəməlidir.
80
Tibbi sığorta haqqında
28 fevral 2025-ci il tarixli 145-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 mart 2025-ci il, “Azərbaycan” qəzeti, 11 mart 2025-ci il, № 53) ilə 15-28.3-cü maddədə “ambulator-poliklinik, laborator, funksional-diaqnostik” sözləri “ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı” sözləri ilə əvəz edilmişdir.
80
Tibbi sığorta haqqında
28 fevral 2025-ci il tarixli 145-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 mart 2025-ci il, “Azərbaycan” qəzeti, 11 mart 2025-ci il, № 53) ilə 15-28.4-cü maddə ləğv edilmişdir.
80
Tibbi sığorta haqqında
Əvvəlki redaksiyada deyilirdi: