id int64 1 59.4k | title stringlengths 6 4.17k ⌀ | text stringlengths 1 12.3k ⌀ |
|---|---|---|
90 | Beynəlxalq arbitraj haqqında[1] | i) 7-ci maddədə göstərilən arbitraj sazişinin tərəflərindən biri bu və ya digər dərəcədə fəaliyyət qabiliyyəti olmayan olmuşdur və yaxud arbitraj sazişi tərəflərin onu tabe etdirdikləri qanuna görə, sazişdə belə göstəriş olmadıqda isə qərarın çıxarıldığı dövlətin qanununa əsasən etibarsızdır; və yaxud |
90 | Beynəlxalq arbitraj haqqında[1] | ii) zərərinə qərar çıxarılmış tərəf arbitrin təyin edilməsi və ya arbitraj baxışı haqqında lazımi qaydada xəbərdar olunmamış və ya başqa səbəblərdən öz izahatını təqdim edə bilməmişdir; yaxud |
90 | Beynəlxalq arbitraj haqqında[1] | iii) qərar arbitraj sazişində nəzərdə tutulmayan və ya arbitraj sazişinin şərtlərinə aid olmayan mübahisə üzrə çıxarılmışdır və yaxud qərar arbitraj sazişinin hədlərindən kənara çıxan məsələləri əhatə edir, arbitraj sazişi ilə əhatə edilən məsələlərə aid olan arbitraj qərarının həmin hissəsi bu qərardan ayrılmaqla tanına və icraya yönəldilə bilər; yaxud |
90 | Beynəlxalq arbitraj haqqında[1] | iv) arbitraj məhkəməsinin tərkibi və ya arbitraj proseduru tərəflərin arbitraj sazişinə uyğun olmamışdır və ya belə saziş olmayıbsa, arbitrajın keçirildiyi dövlətin qanununa uyğun gəlməmişdir; və yaxud |
90 | Beynəlxalq arbitraj haqqında[1] | v) qərar tərəflər üçün hələ qəti olmamışdır və yaxud qərarın çıxarıldığı dövlətin qanununa uyğun olaraq məhkəmə tərəfindən ləğv edilmiş və yaxud icrası dayandırılmışdır; yaxud |
90 | Beynəlxalq arbitraj haqqında[1] | b) məhkəmə müəyyən edərsə ki: |
90 | Beynəlxalq arbitraj haqqında[1] | i) mübahisəli obyekt həmin dövlətin qanununa görə arbitraj baxışının predmeti ola bilməz; və yaxud |
90 | Beynəlxalq arbitraj haqqında[1] | 2. Arbitraj məhkəməsinin qərarını tanıyan və icraya yönəldən səlahiyyətli məhkəmədə arbitraj qərarının icrasının xitamı və yaxud dayandırılması haqqında vəsatət verilmişdirsə, qərarın tanınması və ya icra edilməsi tələb olunan məhkəmə bunu lazım bilərsə, öz qərarının çıxarılmasını təxirə sala bilər və arbitraj qərarının tanınmasını və ya icrasını xahiş edən tərəfin vəsatəti ilə digər tərəfi qərarı lazımi qaydada təmin etməyə məcbur edə bilər. |
90 | Beynəlxalq arbitraj haqqında[1] | Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev |
90 | Beynəlxalq arbitraj haqqında[1] | Bakı şəhəri, 18 noyabr 1999-cu il |
90 | Beynəlxalq arbitraj haqqında[1] | № 757-IQ |
90 | Beynəlxalq arbitraj haqqında[1] | İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI |
90 | Beynəlxalq arbitraj haqqında[1] | 1. 10 may 2005-ci il tarixli 915-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 iyun 2005-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 476) |
90 | Beynəlxalq arbitraj haqqında[1] | 2. 16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 712) |
90 | Beynəlxalq arbitraj haqqında[1] | 3. 26 dekabr 2023-cü il tarixli 1077-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 26 yanvar 2024-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 12) |
90 | Beynəlxalq arbitraj haqqında[1] | QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertizası Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətinə aid olan mülki, cinayət və digər işlər üzrə icraat zamanı həyata keçirilir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | I fəsil |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Ümumİ müddəalar |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 1. Əsas anlayışlar |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | məhkəmə ekspertizası fəaliyyəti - məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması ilə əlaqədar fəaliyyət olub, xüsusi elmi biliklər vasitəsi ilə proses iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi məqsədini daşıyır; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | ekspertin rəyi - məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | məhkəmə ekspertizasının predmeti - məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsidir; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | məhkəmə ekspertizası idarəsi - məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanıdır. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 2. Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunvericilik |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 3. Məhkəmə ekspertizası fəaliyyətinin vəzifəsi |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 4. Məhkəmə ekspertizası fəaliyyətinin prinsipləri |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertizası fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanır. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 5. Məhkəmə ekspertizası aparılarkən insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl olunması |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertizası aparılarkən insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl olunmalıdır. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertizası fəaliyyəti nəticəsində hüquqlarının və azadlıqlarının pozulduğunu hesab edən şəxs bu hərəkətdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə ekspertizası idarəsinin rəhbərinə və ya məhkəməyə şikayət edə bilər. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 6. Ekspertin müstəqilliyi |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 7. Tədqiqatın obyektivliyi, hərtərəfliliyi və tamlığı |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 8. Ekspert tədqiqatının obyektləri |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Ekspert tədqiqatının obyektləri maddi sübutlar, sənədlər, müqayisəli tədqiqat üçün nümunələr, əşyalar, canlı insan və onun psixi vəziyyəti, heyvanlar, meyitlər və onların hissələri, həmçinin əsasında məhkəmə ekspertizası aparılması üçün zəruri olan iş materiallarıdır. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Canlı insanın, meyitin, heyvanın, əşyanın, cismin, materialın və ya maddənin xüsusiyyətlərini əks etdirən (əlamətlərini daşıyan) obyektlər, həmçinin ekspertin tədqiqat aparması və rəy verməsi üçün zəruri olan digər nümunələr müqayisəli tədqiqat üçün nümunələr hesab edilir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Tədqiqat obyektini məhkəmə ekspertizası idarəsinə gətirmək mümkün olmadıqda, hadisə yerində və ya tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılması zərurəti yarandıqda, ekspertizanı təyin (sifariş) etmiş orqan və ya şəxs obyekt üzərində ekspert tərəfindən tədqiqatın aparılması üçün şərait yaratmalıdır. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertizası başa çatdırıldıqdan sonra tədqiqat obyekti ekspertizanı təyin (sifariş) etmiş orqana və ya şəxsə qaytarılmalıdır. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | II fəsil |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertİzası İdarəsİ rəhbərİnİn və ekspertİn hüquqları və vəzİfələrİ |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 9. Məhkəmə ekspertizası idarəsi rəhbərinin hüquqları |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertizası idarəsi rəhbərinin aşağıdakı hüquqları vardır: |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | rəy verilməsi üçün bu idarənin əməkdaşı olmayan şəxslərin zəruri biliyinə ehtiyac yarandıqda, onların ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertizası idarəsinin rəhbərinə aşağıdakıları etmək qadağandır: |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | ekspertə konkret məhkəmə ekspertizası üzrə tədqiqatın gedişatına təsir edən və onun nəticələrinin məzmununu müəyyən edən göstərişlər vermək. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 10. Məhkəmə ekspertizası idarəsi rəhbərinin vəzifələri |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertizası idarəsi rəhbərinin aşağıdakı vəzifələri vardır: |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | ekspertə (ekspertlərə) onların hüquq və vəzifələrini izah etmək; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə ekspertizasının aparılması müddətini müəyyən etmək və onun gözlənilməsinə nəzarət etmək; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | aparılan tədqiqatların tamlığı və keyfiyyəti üzərində nəzarəti ekspertin müstəqilliyi prinsipinə əməl olunmaqla təmin etmək; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | tədqiqatlar başa çatdırıldıqdan sonra ekspertin rəyini, tədqiqat obyektlərini və iş üzrə materialların məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqana və ya şəxsə göndərilməsini təmin etmək. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparılması üçün zəruri olan aşağıdakı şəraiti yaratmağa borcludur: |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | avadanlıqlar, cihazlar, materiallar və informasiya təminatı vasitələrini əldə etmək; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | texniki təhlükəsizlik və istehsalat sanitariyası qaydalarına əməl olunmasını təmin etmək; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | təqdim edilmiş tədqiqat obyektlərini və iş üzrə materialların qorunub saxlanmasını təmin etmək. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 11. Məhkəmə eksperti |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan Respublikasının vətəndaşı məhkəmə eksperti ola bilər. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxs, din xadimi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş, cinayət törətdiyinə görə məhkum olunmuş, barəsində ekspertiza fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxs məhkəmə eksperti ola bilməz. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini (bundan sonra - şəhadətnamə) almalıdır. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertizası idarələrində fəaliyyət göstərən ekspertlərə dövlət məhkəmə eksperti şəhadətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən və özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs özəl məhkəmə eksperti şəhadətnaməsini almaq üçün müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədlə yanaşı aşağıdakı tələblərdən birinə cavab verdiyini təsdiq edən sənədləri təqdim etməlidir: |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | 1) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il işlədiyini; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | 2) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olduğunu; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | 3) xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərinin (diplom, sertifikat və sair) mövcudluğunu. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs şəhadətnamə almaq üçün həmin siyahıda olmayan sənəd təqdim etdikdə, həmin sənədin siyahıya daxil edilməsi məsələsi araşdırılır və bu sənəd siyahıya daxil edildiyi halda ona şəhadətnamə verilməsi üçün əsas qismində çıxış edir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən internet informasiya ehtiyatı vasitəsilə təşkil edilən məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair icbari təlimdə iştirak etməlidir. Təlimin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Müvafiq icra hakimiyyəti orqanı özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə müsahibə keçirir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Reyestrə daxil edilmiş şəxslər məhkəmə ekspertizasının aparılması və ekspert rəyinin hazırlanması ilə əlaqədar məhkəmə ekspertləri üçün bu Qanunla və müvafiq prosessual qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir, vəzifələri yerinə yetirirlər. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə eksperti yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası ixtisası (ixtisasları) üzrə ekspert rəyi verə bilər. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə eksperti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən məhkəmə ekspertinin etik davranış kodeksinin tələblərinə riayət etməlidir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 11-1. Məhkəmə ekspertinin fəaliyyətinə xitam verilməsi |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı şəhadətnaməni ləğv edərək məhkəmə ekspertinin fəaliyyətinə xitam verir: |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | şəxs öz arzusu ilə şəhadətnamənin ləğv olunması barədə yazılı ərizə verdikdə; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | şəhadətnamə almaq üçün təqdim edilən sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edildiyi aşkar olunduqda; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | şəhadətnamə aldıqdan sonra 5 il ərzində məhkəmə eksperti qismində fəaliyyət göstərmədikdə; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | attestasiyadan keçə bilmədikdə və ya attestasiya keçməkdən yayındıqda; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | qanunvericiliyin tələblərini kobud və ya mütəmadi pozmaqla ekspertiza apardıqda; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | ekspertin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | ekspertin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya ekspert Azərbaycan Respublikasından daimi yaşayış üçün başqa ölkəyə köçüb getdikdə; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | ekspert məhkum edildikdə, onun barəsində ekspertiza fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə və ya tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | ekspert barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verildikdə; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | ekspert vəfat etdikdə, məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Müvafiq icra hakimiyyəti orqanı şəhadətnaməsi ləğv edilmiş ekspertin adını Məhkəmə Ekspertləri Reyestrdən çıxarır. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Şəhadətnaməsi ləğv edilmiş ekspertə qəbul edilmiş qərarla bağlı üç iş günü müddətində məlumat verilir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 11-2. Məhkəmə ekspertlərinin attestasiyası |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertləri 5 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilirlər. 20 ildən artıq müddətdə ekspert qismində fəaliyyət göstərən şəxslər attestasiyadan azaddırlar. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Attestasiya nəticəsində məhkəmə ekspertizası idarələrinin ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi verilir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.