id int64 1 59.4k | title stringlengths 6 4.17k ⌀ | text stringlengths 1 12.3k ⌀ |
|---|---|---|
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Attestasiyanın keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 11-3. Məhkəmə Ekspertlərinin Reyestri |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatları Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Reyestrin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Reyestr açıqdır, müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar daim yenilənir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Reyestrə daxil edilməyən şəxslərin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olması qadağandır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 11-4. Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin reyestrə daxil edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Ekspertlər məhkəmə ekspertizasının aparılması zamanı Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinə daxil olan tədqiqat metodlarından istifadə edir. Ekspert Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinə daxil olmayan metoddan yalnız həmin metodun aşağıdakı bütün şərtlərə cavab verdiyini ekspert rəyində əsaslandırmaqla istifadə edə bilər: |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | 1) qanunda nəzərdə tutulmuş norma və prinsiplərə zidd deyildir; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | 2) elmi cəhətdən əsaslandırılmışdır; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | 3) insanların həyat və sağlamlığı və ətraf mühit üçün təhlükəsizdir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 11-5. Məhkəmə ekspertizasının metodik fondu |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertizalarının elmi-metodik materiallarından ibarət xüsusi fond yaradılır. Həmin materialların elektron nüsxələri fonda daxil edilir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 12. Ekspertin hüquqları |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Ekspertin aşağıdakı hüquqları vardır: |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | məhkəmə ekspertizasının predmetinə aid olan iş üzrə materiallarla tanış olmaq, onlardan lazımi məlumat götürmək və ya onların surətini çıxarmaq; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | rəy verilməsi üçün zəruri olan əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim olunması barədə vəsatət vermək; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | məhkəmə ekspertizasının aparılmasına başqa ekspertlərin cəlb olunması haqqında vəsatət vermək; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | məhkəmənin qərardadı (hakimin qərarı) ilə məhkəmə istintaqı mərhələsində işin materiallarının tədqiqində iştirak etmək; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | verdiyi rəyin və ya ifadənin proses iştirakçıları tərəfindən düzgün izah edilməməsi və yaxud təhrif edilməsi barədə istintaq hərəkətləri və ya məhkəmə iclasının protokoluna daxil edilməsi üçün məlumat vermək; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | qoyulmuş suallardan əlavə, məhkəmə ekspertizasının predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da öz rəyində göstərmək; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxsin hərəkəti ekspertin hüquqlarını pozduqda qanunla müəyyən edilmiş qaydada şikayət etmək. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | məhkəmə ekspertizasının təyin (sifariş) edilməsinin prosessual qaydası pozulduqda və bu, ekspertizanın aparılmasını çətinləşdirdikdə və ya onun aparılmasını qeyri-mümkün etdikdə; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda və onların tamamlanması barədə ekspertin vəsatəti təmin edilmədikdə; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan şərait, metodik vəsait və avadanlıqlar olmadıqda; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | ekspertin həyatı və sağlamlığı üçün real təhlükə mövcud olduqda. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Belə hallarda ekspert bu barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqana və ya şəxsə yazılı formada məlumat verir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Ekspertə aşağıdakıları etmək qadağandır: |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | məhkəmə ekspertizası idarəsinin ekspertlərinə həmin idarənin rəhbərindən başqa, hər hansı şəxsdən və ya orqandan məhkəmə ekspertizasının aparılması haqqında tapşırıq almaq; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | məhkəmə ekspertizasının aparılması ilə bağlı işin gedişatında maraqlı olduğunu güman etməyə əsas verən proses iştirakçıları ilə şəxsi əlaqələr yaratmaq; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | məhkəmə ekspertizasını aparmaq üçün müstəqil olaraq material toplamaq; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | təhqiqat aparan şəxsin, müstəntiqin və ya prokurorun icazəsi olmadan təhqiqat və ibtidai istintaqın məlumatlarını yaymaq; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | dövlət, qulluq, peşə və kommersiya sirri təşkil edən və qanunla qorunan məlumatları, habelə məhkəmə ekspertizasının aparılması ilə əlaqədar ona məlum olan və açıqlanması insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulmasına səbəb ola bilən məlumatları yaymaq; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin razılığı olmadan tədqiqat obyektini məhv etmək və ya onun xassəsini əhəmiyyətli dərəcədə dəyişdirmək. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 13. Ekspertin vəzifələri |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Ekspertin aşağıdakı vəzifələri vardır: |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda, məhkəmə ekspertizasının aparılmasından özü-özünə etirazetmə haqqında məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxsə, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbərinə məlumat vermək; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | məhkəmə ekspertizasının aparılmasında ekspert kimi iştirakını rədd edən hallar olmadıqda, ona tapşırılmış məhkəmə ekspertizasını aparmaq; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun və ya məhkəmənin (hakimin) çağırışı üzrə gəlmək; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | aparılmış tədqiqat və verilmiş rəylə əlaqədar məsələlər üzrə təhqiqat, ibtidai istintaq zamanı və ya məhkəmədə ifadə vermək; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | təqdim edilmiş tədqiqat obyektlərinin və iş üzrə materialların qorunub saxlanılmasını təmin etmək. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 14. Ekspertin dindirilməsi |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Barəsində məhkəmə ekspertizası aparılan şəxsə dair həmin məhkəmə ekspertizasının predmetinə aid olmayan məlumatlarla əlaqədar ekspert dindirilə bilməz. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Ekspert tərəfindən rəy verilənədək onun dindirilməsi qadağandır. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | III fəsil |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertİzasının növlərİ və onun aparılması |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 15. Məhkəmə ekspertizasının növləri |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertizası aşağıdakı növlərdən ibarətdir: |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | 1) ilkin məhkəmə ekspertizası; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | 2) əlavə məhkəmə ekspertizası; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | 3) təkrar məhkəmə ekspertizası; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | 4) komission məhkəmə ekspertizası; |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | 5) kompleks məhkəmə ekspertizası. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 16. İlkin məhkəmə ekspertizası |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | İş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edildikdə, həmin məsələnin aydınlaşdırılması məqsədi ilə birinci dəfə təyin (sifariş) edilən ekspertiza ilkin məhkəmə ekspertizası adlanır. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 17. Əlavə məhkəmə ekspertizası |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 18. Təkrar məhkəmə ekspertizası |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Əvvəlki ekspertizam aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert buna səbəb olan məsələ barəsində yazılı formada öz rəyini ayrıca tərtib edir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 19. Komission məhkəmə ekspertizası |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Komission məhkəmə ekspertizası eyni ixtisas üzrə sayı iki nəfərdən az olmayan ekspertlər tərəfindən aparılır. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertizasının komission xarakteri onu təyin (sifariş) etmiş orqan və ya şəxs, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən müəyyən edilir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Komission məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması onu təyin (sifariş) etmiş orqan və ya şəxs tərəfindən məhkəmə ekspertizası idarəsinin rəhbərinə həvalə edilir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Verilən sualların həll edilməsi zərurəti nəzərə alınaraq ekspertlər qarşıda duran tədqiqatın ardıcıllığını və həcmini razılaşdırırlar. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Komissiya tərkibində məhkəmə ekspertizasının aparılması həvalə edilmiş hər bir ekspert müstəqildir və sərbəst olaraq özünün əldə etdiyi və başqa ekspertlər tərəfindən əldə olunmuş nəticələri qiymətləndirir və öz zəruri biliyi hüdudlarında qoyulmuş suallara cavab verir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Ekspertlər rəy verməmişdən qabaq öz aralarında məsləhətləşirlər. Ümumi rəyə gəldikdə, rəyə bütün ekspertlər tərəfindən imza edilir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert buna səbəb olan məsələ barəsində yazılı formada öz rəyini ayrıca tərtib edir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 20. Kompleks məhkəmə ekspertizası |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Kompleks məhkəmə ekspertizasının təşkili və aparılması, ekspertlərin fəaliyyəti ilə əlaqədar məsələlər bu Qanunun 19-cu maddəsində müəyyən edilmiş qaydada həll edilir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Kompleks məhkəmə ekspertizasının aparılmasında iştirak edən ekspertlərin rəyində hər bir ekspertin apardığı tədqiqatın növü və həcmi, müəyyən etdiyi faktlar və əldə etdiyi nəticələr göstərilir. Hər bir ekspert onun tərəfindən aparılmış tədqiqatı əks etdirən hissəsində rəyi imzalayır və ona görə məsuliyyət daşıyır. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Alınmış nəticələrin qiymətləndirilməsində və yekun nəticənin formalaşdırılmasında ekspertlər ümumi nəticəyə gəlirlər. Əgər ümumi nəticənin əsasını bir və ya bir neçə ekspert tərəfindən müəyyənləşdirilən faktlar təşkil edirsə, bu rəydə öz əksini tapmalıdır. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 21. Məhkəmə ekspertizasının aparılmasının əsasları |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertizası Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallarda təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilir. Təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilmiş ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulmuş hallarda fiziki və ya hüquqi şəxslər, həmin şəxslərin vəkilləri və nümayəndələri (qanuni nümayəndələri) məhkəmə ekspertizasının aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdir. Bu halda məhkəmə ekspertizası həmin şəxslərlə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə ekspertləri arasında bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş edən şəxslərin hesabına həyata keçirilir. Müqavilədə ekspertin bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıması barədə məlumatlandırıldığı onun imzası ilə təsdiq edilməlidir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda şübhəli, təqsirləndirilən şəxs və ya onların müdafiəçisi, yaxud mülki cavabdeh məhkəmə ekspertizasının aparılmasını məhkəmə ekspertizası idarələrinə sifariş vermək üçün rəsmi müraciət etmək hüququna malikdir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 22. Məhkəmə ekspertizasının aparılması |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs tədqiqatın aparılması və ekspert rəyinin verilməsi üçün suallar siyahısını, tədqiqat obyektləri və iş üzrə materialları məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə təqdim edir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müqayisəli tədqiqat üçün nümunələr götürür və onları işə əlavə edir. Nümunənin götürülməsi məhkəmə ekspertizası fəaliyyətinin bir hissəsidirsə, bu hərəkət məhkəmə ekspertizasını aparan ekspert tərəfindən həyata keçirilir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Tədqiqat prosesində ekspert tərəfindən eksperimental nümunələr hazırlana bilər və bu hal ekspertin rəyində göstərilməlidir. Ekspertizanı təyin etmiş orqan və ya şəxs bu cür nümunələrin hazırlanmasında iştirak edə bilər və onun bu hərəkəti tərtib etdiyi protokolda əks etdirilir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə Tərəfinin mənafeyinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün müdafiəçi öz təşəbbüsü ilə bir və ya bir neçə ekspertə, ekspert idarəsinə ekspert işinin müqavilə əsasında ödənilməsi şərti ilə ekspertizanın aparılması barədə rəsmi müraciət etmək hüququna malikdir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 23. Məhkəmə ekspertizası fəaliyyətinin təşkili |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən şəxslər və qurumlar məhkəmə ekspertizasının aparılması üzrə fəaliyyətini ekspert təcrübəsinin ümumiləşdirilməsi, ekspertlərin peşəkar hazırlığı və onların ixtisaslaşdırılması, о cümlədən ekspert praktikasının vahid elmi-metodik üsullarla öyrənilməsi əsasında həyata keçirirlər. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertizası idarələri məhkəmə ekspertlərinə metodik köməklik göstərir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 24. Məhkəmə ekspertizasının aparılmasında məhdudiyyətlər |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertizası idarəsi rəhbərinin işdə maraqlı olduğunu təsdiq edən hallar müəyyən edilərsə, məhkəmə ekspertizasının aparılması həmin idarəyə tapşırıla bilməz, başlanılmış tədqiqat isə dərhal dayandırılmalıdır. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Ekspert, Azərbaycan Respublikasının prosessual qanunvericiliyində göstərilən əsaslar mövcud olduqda, məhkəmə ekspertizasının aparılmasında iştirakdan özü-özünə etiraz etməlidir, məhkəmə ekspertizası ona tapşırıldıqda isə onun aparılmasını dərhal dayandırmalıdır. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertizasının aparılması, bu maddənin birinci və ikinci hissələrinin tələblərinin pozulması ilə həyata keçirilmişdirsə, o, icra edilməmiş hesab olunur və ekspertin rəyi sübut kimi istifadə edilə bilməz. Belə olduqda, məhkəmə ekspertizasının təyin (sifariş) edilməsi məsələsi yenidən həll edilir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 25. Proses iştirakçılarının məhkəmə ekspertizasının aparılmasında iştirak etməsi |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertizasının aparılmasında iştirak edən proses iştirakçıları tədqiqatın gedişatına müdaxilə edə bilməzlər, lakin məhkəmə ekspertizasının predmetinə dair ekspertə suallar və izahatlar verə bilərlər. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Ekspert rəyini tərtib etdiyi zaman, həmçinin məhkəmə ekspertizası ekspertlər tərəfindən aparıldıqda ekspertlərin müqaviləsi və əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhələsində proses iştirakçılarının iştirakına yol verilmir. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Proses iştirakçısı məhkəmə ekspertizası aparıldığı zaman ekspertə mane olduqda, ekspert tədqiqatı dayandıra bilər və həmin şəxsə verilmiş icazənin ləğv edilməsi barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldıra bilər. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Maddə 26. Məhkəmə ekspertinin (ekspertlərinin) rəyi və onun məzmunu |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Aparılmış tədqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla, məhkəmə eksperti (ekspertləri) öz adından yazılı rəy verir və onu imzalayır. Məhkəmə ekspertinin (ekspertlərinin) imzaları məhkəmə ekspertizası idarəsinin möhürü ilə təsdiq olunur. |
91 | Məhkəmə ekspertizası fəaliyyəti haqqında[1] | Məhkəmə ekspertinin (ekspertlərinin) rəyində aşağıdakılar göstərilir: |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.