id int64 1 59.4k | title stringlengths 6 4.17k ⌀ | text stringlengths 1 12.3k ⌀ |
|---|---|---|
98 | Yeyinti məhsulları haqqında[1] | Əvvəlki redaksiyada deyilirdi: |
98 | Yeyinti məhsulları haqqında[1] | Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və insanların sağlam həyat fəaliyyəti üçün vacib olan qida məhsulları istehsalının planlaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən hər il dövlət və regional ərzaq balansları tərtib olunur. |
98 | Yeyinti məhsulları haqqında[1] | Əvvəlki redaksiyada deyilirdi: |
98 | Yeyinti məhsulları haqqında[1] | yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi sahəsində standartlar və tələbləri pozduqda; |
98 | Yeyinti məhsulları haqqında[1] | Əvvəlki redaksiyada deyilirdi: |
98 | Yeyinti məhsulları haqqında[1] | yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının yazılı tələblərini və qərarlarını yerinə yetirmədikdə; |
98 | Yeyinti məhsulları haqqında[1] | Əvvəlki redaksiyada deyilirdi: |
98 | Yeyinti məhsulları haqqında[1] | Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi, istehsalı, satışı və istifadəsi barədə mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. |
99 | Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında | AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI |
99 | Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında | "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli, 261 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: |
99 | Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında | 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının siyahısı təsdiq edilsin (əlavə olunur). |
99 | Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında | 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. |
99 | Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında | Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə |
99 | Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında | Bakı şəhəri, 17 may 2000-ci il № 91 |
99 | Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında | Azərbaycan Respublikası Nazirlər Kabinetinin |
99 | Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında | 2000-ci il 17 may tarixli, 91 nömrəli qərarı ilə təsdİq edİlmİşdİr |
99 | Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında | Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının SİYAHISI |
99 | Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında | 1. "Şəxsi minik avtomobillərinin növbəyə alınması, bölüşdürülməsi, satılması və istifadə edilməsi qaydaları haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il 11 dekabr tarixli, 455 nömrəli qərarının 16-ci bəndi. |
99 | Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında | 2. "Şəxsi minik avtomobillərinin növbəyə alınması, bölüşdürülməsi, satılması və istifadə edilməsi qaydaları haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il 11 dekabr tarixli, 455 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 28 iyun tarixli, 283 nömrəli qərarının 2-ci bəndi. |
99 | Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında | 3. "Məhkəmələrin, prokurorluq orqanlarının və notariat kontorlarının işçilərinin maddi təminatının yaxşılaşdırılması haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 11 noyabr tarixli, 449 nömrəli qərarı. |
99 | Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında | 4. "Dövlət rüsumunun dərəcələri və ödənilməsi qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 29 iyun tarixli, 156 nömrəli qərarının birinci bölməsinin 3-cü bəndi. |
99 | Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında | 5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət rüsumunun dərəcələri və ödənilməsi qaydası haqqında" 1995-ci il 29 iyun tarixli, 156 nömrəli qərarına dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 27 iyun tarixli, 67 nömrəli qərarı. |
99 | Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında | 6. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 10 noyabr tarixli, 559 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına dəyişiklik və əlavə edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 7 dekabr tarixli, 229 nömrəli qərarının 2-ci bəndi. |
99 | Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında | 7. "Torpaq bazarı ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 19 oktyabr tarixli, 167 nömrəli qərarının 2-ci bəndi. |
100 | Z. B. Qaralovun Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi haqqında | AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI |
100 | Z. B. Qaralovun Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi haqqında | Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram: |
100 | Z. B. Qaralovun Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi haqqında | Zakir Bəkir oğlu Qaralov Azərbaycan Respublikasının Baş prokuroru təyin edilsin. |
100 | Z. B. Qaralovun Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi haqqında | Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev |
100 | Z. B. Qaralovun Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi haqqında | Bakı şəhəri, 25 aprel 2000-ci il № 331 |
101 | "Azərbaycan Respublikasında Padar sahəsi və ona bitişik perspektiv strukturların daxil olduğu blokun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında | AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI |
101 | "Azərbaycan Respublikasında Padar sahəsi və ona bitişik perspektiv strukturların daxil olduğu blokun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında | Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 19 aprel tarixli, 136 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("ARDNŞ") və Kura Valley Development Kompani Ltd. ("Monkrif") xarici neft şirkəti arasında "Azərbaycan Respublikasında Padar sahəsi və ona bitişik perspektiv strukturların daxil olduğu blokun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişin 1999-cu il aprelin 27-də imzalandığını nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: |
101 | "Azərbaycan Respublikasında Padar sahəsi və ona bitişik perspektiv strukturların daxil olduğu blokun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında | Göstərilən Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri təsdiq edilsin. |
101 | "Azərbaycan Respublikasında Padar sahəsi və ona bitişik perspektiv strukturların daxil olduğu blokun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında | (Azərbaycan Respublikası Baş nazirinin yanında 2000-ci il aprelin 5-də keçirilmiş iclasın 4 nömrəli protokolu əlavə olunur). |
101 | "Azərbaycan Respublikasında Padar sahəsi və ona bitişik perspektiv strukturların daxil olduğu blokun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında | Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə |
101 | "Azərbaycan Respublikasında Padar sahəsi və ona bitişik perspektiv strukturların daxil olduğu blokun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında | Bakı şəhəri, 19 may 2000-ci il |
101 | "Azərbaycan Respublikasında Padar sahəsi və ona bitişik perspektiv strukturların daxil olduğu blokun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında | № 92 |
102 | Normativ hüquqi aktlar haqqında | AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU |
102 | Normativ hüquqi aktlar haqqında | 1-ci fəsil Ümumİ müddəalar |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 1. Bu Qanunun vəzifəsi |
102 | Normativ hüquqi aktlar haqqında | Bu Qanun Azərbaycan Respublikasının qanunlarının və başqa normativ hüquqi aktlarının hazırlanması, qüvvəyə minməsi, şərhi və bunlarla əlaqədar müvafiq dövlət orqanlarının qarşılıqlı fəaliyyət qaydalarını müəyyən edir. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 2. Azərbaycan Respublikasının normativ hüquqi aktlarının anlayışı |
102 | Normativ hüquqi aktlar haqqında | 2.1. Azərbaycan Respublikasının normativ hüquqi aktı (bundan sonra "normativ hüquqi akt" adlanacaq) səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş, göstərişləri ümumi məcburi xarakter daşıyan, hüquq normalarını müəyyən edən, dəyişdirən və ya ləğv edən, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi yazılı sənəddir. |
102 | Normativ hüquqi aktlar haqqında | 2.2. Azərbaycan Respublikasının qanunvericilik sistemi və ona daxil olan normativ hüquqi aktlar Azərbaycan Respublikası Konstitusiyasının 147-151-ci maddələri ilə müəyyən edilir. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 3. Normativ xarakterli aktlar |
102 | Normativ hüquqi aktlar haqqında | Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır: |
102 | Normativ hüquqi aktlar haqqında | 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-6, 8-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları; |
102 | Normativ hüquqi aktlar haqqında | 3.2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları; |
102 | Normativ hüquqi aktlar haqqında | 3.3. Yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının qərarları; |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 4. Normativ hüquqi aktlar qəbul etmək səlahiyyətlərinin hüquqi əsası |
102 | Normativ hüquqi aktlar haqqında | Normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti olan orqanlar və bu səlahiyyətlərin hüdudları Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə müəyyən edilir. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 5. Normativ hüquqi aktların daha yüksək hüquqi qüvvəsi olan normativ hüquqi aktlara uyğunluğu |
102 | Normativ hüquqi aktlar haqqında | Normativ hüquqi aktlar Azərbaycan Respublikası Konstitusiyasına və onlardan daha yüksək hüquqi qüvvəsi olan başqa normativ hüquqi aktlara uyğun olmalıdır. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 6. Normativ hüquqi aktlar qəbul etmək səlahiyyətinin aşağı orqanlara verilməsi |
102 | Normativ hüquqi aktlar haqqında | 6.1. Azərbaycan Respublikasının normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti olan dövlət hakimiyyəti orqanı bu səlahiyyətlərin bir hissəsini, qanunla başqa hal nəzərdə tutulmayıbsa, başqa dövlət hakimiyyəti orqanına verə bilər. |
102 | Normativ hüquqi aktlar haqqında | 6.2. Azərbaycan Respublikasının normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti olan müvafiq icra hakimiyyəti orqanları bu səlahiyyətin bir hissəsini, qanunla başqa hal nəzərdə tutulmayıbsa, aşağı müvafiq icra hakimiyyəti orqanlarına verə bilər. |
102 | Normativ hüquqi aktlar haqqında | 6.3. Səlahiyyəti vermə aktında verilən səlahiyyətin həcmi müddəti və səlahiyyəti alan orqan göstərilməlidir. |
102 | Normativ hüquqi aktlar haqqında | 6.4. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində müəyyən edilmiş səlahiyyətlərini başqa orqanlara verə bilməz. |
102 | Normativ hüquqi aktlar haqqında | 6.5. Bu maddənin 6.1-ci bəndində göstərilən qaydada səlahiyyət almış orqan bu səlahiyyəti ayrı orqana verə bilməz. |
102 | Normativ hüquqi aktlar haqqında | 6.6. Verilmiş səlahiyyətin həyata keçirilməsi məqsədi ilə normativ hüquqi akt qəbul edən orqan həmin səlahiyyətin verilməsi haqqında normativ hüquqi akta istinad etməlidir. |
102 | Normativ hüquqi aktlar haqqında | 6.7. Verilmiş səlahiyyətin həyata keçirilməsi məqsədi ilə normativ hüquqi akt qəbul etmiş orqan onun qəbul edildiyi gündən etibarən 24 saat ərzində (qeyri-iş günləri nəzərə alınmamaq şərti ilə) normativ hüquqi aktı səlahiyyəti verən orqana təqdim edir. Səlahiyyəti vermiş orqan həmin aktı ləğv edə və ya dəyişdirə bilər. |
102 | Normativ hüquqi aktlar haqqında | 6.8. Səlahiyyəti vermə aktında başqa hal nəzərdə tutulmamışdırsa, verilmiş səlahiyyəti həyata keçirən orqan bununla bağlı məsrəfləri özünün büdcə vəsaitləri həcmində müəyyən etməlidir. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 7. Normativ hüquqi aktların tətbiq edilmə qaydası |
102 | Normativ hüquqi aktlar haqqında | Normativ hüquqi aktların tətbiqi zamanı müxtəlif hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar arasında ziddiyyət olduqda daha yüksək hüquqi qüvvəyə malik olan akt tətbiq olunur. Eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar arasında ziddiyyət olduqda isə daha sonra qüvvəyə minmiş normativ hüquqi akt tətbiq olunur. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 8. Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilənədək qüvvədə olmuş aktların hüquqi qüvvəsi |
102 | Normativ hüquqi aktlar haqqında | Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilənədək qüvvədə olmuş, sonradan ləğv edilməmiş və Azərbaycan Respublikasının Konstitusiyasına zidd olmayan aktlar Azərbaycan Respublikasında hüquqi qüvvəsini saxlayır. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 9. Normativ hüquqi aktların qəbul edilməsinin hüquqi əsasları |
102 | Normativ hüquqi aktlar haqqında | 9.1. Azərbaycan Respublikasında normativ hüquqi aktların qəbul edilməsi qaydası Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi ilə müəyyən edilir. |
102 | Normativ hüquqi aktlar haqqında | 9.2. Müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının baxılması, qəbul edilməsi və təsdiqi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 10. Normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti olan orqanlar |
102 | Normativ hüquqi aktlar haqqında | Normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti olan orqanlar Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilir. |
102 | Normativ hüquqi aktlar haqqında | 2-ci fəsil Normatİv hüquqİ aktların hazırlanmasının PLANLAŞDIRILMASI |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 11. Normativ hüquqi aktların layihələrinin hazırlanması planlarının təsdiqi |
102 | Normativ hüquqi aktlar haqqında | 11.1. Azərbaycan Respublikası qanunvericilik işləri planlarının təsdiqi Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə tənzimlənir. |
102 | Normativ hüquqi aktlar haqqında | 11.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları özlərinin hazırlayacaqları normativ hüquqi aktların layihələrinin hazırlanması haqqında planları təsdiq edirlər. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 12. Normativ hüquqi aktların layihələrinin hazırlanması planlarında nəzərə alınan təkliflər |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 13. Normativ hüquqi aktların layihələrinin hazırlanması planlarının müddətləri |
102 | Normativ hüquqi aktlar haqqında | Normativ hüquqi aktlar layihələrinin hazırlanmasının cari planları, bir qayda olaraq, 6 aydan 1 ilədək müddətə tərtib olunur. |
102 | Normativ hüquqi aktlar haqqında | Zəruri hallarda 5 illik müddət üçün perspektiv planlar nəzərdə tutula bilər. Bu planlarda qanunvericiliyin inkişaf istiqamətləri, kodifikasiya və ya normativ sənədlərin başqa cür qaydaya salınması üzrə iri tədbirlər müəyyən olunur, normativ aktların sistemləşdirilmiş və yaxud yeniləşdirilmiş nəşrlərinin hazırlanması nəzərdə tutulur. Perspektiv planlar cari planlarda konkretləşdirilir və nəzərə alınır. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 14. Plandankənar layihələrin hazırlanması |
102 | Normativ hüquqi aktlar haqqında | Normativ hüquqi aktların layihələrinin hazırlanması planları ən vacib və iri həcmli aktların hazırlanmasını nəzərdə tutur və yuxarı orqanların tapşırığı əsasında, habelə başqa zəruri hallarda plandankənar layihələrin hazırlanmasını istisna etmir. |
102 | Normativ hüquqi aktlar haqqında | 3-cü fəsil Normatİv hüquqİ aktların layİhələrİnİn HAZIRLANMASI |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 15. Normativ hüquqi aktların layihələrinin hazırlanması üçün komissiyaların yaradılması |
102 | Normativ hüquqi aktlar haqqında | 15.1. Normativ hüquqi aktın layihəsini hazırlayan orqan, bir qayda olaraq, layihəni hazırlamaq üçün həmin orqanın işçilərindən, mütəxəssis və alimlərdən ibarət komissiya yaradır. |
102 | Normativ hüquqi aktlar haqqında | 15.2. Layihələrin hazırlanması işinə elmi idarələrin, marağı olan dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri cəlb edilə bilərlər. |
102 | Normativ hüquqi aktlar haqqında | 15.3. Layihələrin hazırlanmasında layihələri tərtib edən orqan və qurumların hüquq bölmələrinin iştirakı zəruridir. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 16. Normativ hüquqi aktların layihələrinin hazırlanması və ya sifariş edilməsi |
102 | Normativ hüquqi aktlar haqqında | Normativ hüquqi aktın ilkin layihəsinin, o cümlədən alternativ layihələrin hazırlanması dövlət orqanlarına, elmi idarələrə, qeyri-dövlət qurumlarına, ayrı-ayrı alim və mütəxəssislərə və ya onların kollektivlərinə tapşırıla, yaxud müqavilə ilə sifariş edilə, habelə ən yaxşı layihə üçün müsabiqə elan edilə bilər. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 17. Dövlət orqanlarının və inzibati ərazi vahidləri nümayəndələrinin layihələrin hazırlanmasına cəlb edilməsi |
102 | Normativ hüquqi aktlar haqqında | 17.1. Naxçıvan Muxtar Respublikasının və inzibati ərazi vahidlərinin səlahiyyəti və mənafeyi ilə bağlı layihələr hazırlanarkən onların müvafiq orqanları bu işə cəlb olunurlar. |
102 | Normativ hüquqi aktlar haqqında | 17.2. İqtisadiyyatın, dövlət idarəçiliyinin ayrı-ayrı sahələri üzrə layihələrin hazırlanmasına bu sahələrin inkişafı və vəziyyəti üçün cavabdeh olan müvafiq icra hakimiyyəti orqanları cəlb olunurlar. |
102 | Normativ hüquqi aktlar haqqında | Normativ hüquqi akt layihələri razılaşdırılmaya və ya təsdiq olunmağa göndərildiyi andan onu hazırlayan orqanın internet informasiya ehtiyatında açıqlanır. Normativ hüquqi akt layihələri həmçinin kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, kitabxanalarda, ictimai informasiya mərkəzlərində, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə layihələrlə tanış olmaq üçün şərait yaradılması yolu ilə, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla açıqlana bilər. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 19. Layihələrin ümumxalq müzakirəsinə verilməsi |
102 | Normativ hüquqi aktlar haqqında | Azərbaycan Respublikasının Milli Məclisi öz təşəbbüsü və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təşəbbüsü ilə qəbul etdiyi qərarla Azərbaycan Respublikasının qanun layihələrini qanunla müəyyən edilmiş qaydada ümumxalq müzakirəsinə verə bilər. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 20. Əsas və konkretləşdirici layihələrə eyni vaxtda baxılması |
102 | Normativ hüquqi aktlar haqqında | Əsas normativ hüquqi aktı və onun müddəalarını inkişaf etdirən və ya konkretləşdirən başqa aktların layihələri eyni vaxtda hazırlanır və baxılır, bu mümkün deyilsə, əsas layihədə və ya onun qüvvəyə minməsi barədə aktın layihəsində bu cür aktların hazırlanması və qəbul edilməsi tapşırığı nəzərdə tutulur. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 21. Layihəyə əlavə edilən sənədlər |
102 | Normativ hüquqi aktlar haqqında | Normativ hüquqi aktların layihələri onların işlənib hazırlanması zərurətindən əsaslandırmaqla, gələcək aktların məqsədlərinin, əsas müddəalarının və qüvvədə olan qanunvericilik sistemində onların yerinin, onların tətbiqindən gözlənilən sosial-iqtisadi və başqa nəticələrin geniş xarakteristikası, habelə bu layihələrin qəbul edilməsi ilə qüvvədə olan qanunvericiliyə dəyişikliyi nəzərdə tutan aktın layihəsi ilə birlikdə baxılmaq və təsdiq üçün təqdim edilir. Həm də layihələrin hazırlanmasında iştirak etmiş və layihə barədə razılığı alınmış kollektivlər və şəxslər, ortaya çıxan ixtilaflar və onlar barədə motivli rəy göstərilir. Həyata keçirilməsi əlavə maddi və başqa məsrəflər tələb edən layihə təqdim edilərkən onun maliyyə-iqtisadi əsasları da əlavə olunur. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 22. Normativ hüquqi aktların rekvizitləri |
102 | Normativ hüquqi aktlar haqqında | Normativ hüquqi aktın aşağıdakı rekvizitləri olmalıdır: |
102 | Normativ hüquqi aktlar haqqında | 22.1. normativ hüquqi aktın adı (qanun, fərman, qərar və s); |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.