id int64 1 59.4k | title stringlengths 6 4.17k ⌀ | text stringlengths 1 12.3k ⌀ |
|---|---|---|
102 | Normativ hüquqi aktlar haqqında | 22.2. tənzimləmə predmetini əks etdirən normativ hüquqi aktın adı (başlığı); |
102 | Normativ hüquqi aktlar haqqında | 22.3. normativ hüquqi aktın qəbul edildiyi tarix və yer; |
102 | Normativ hüquqi aktlar haqqında | 22.4. müvafiq normativ hüquqi aktı imzalamaq səlahiyyəti olan şəxsin imzası; |
102 | Normativ hüquqi aktlar haqqında | 22.5. normativ hüquqi aktın nömrəsi. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 23. Normativ hüquqi aktın strukturu |
102 | Normativ hüquqi aktlar haqqında | 23.1. Özündə hüquq normalarını əks etdirən maddə və ya bənd normativ hüquqi aktın əsas struktur elementidir. Hüquq normaları "maddə" adı altında maddələr şəklində qanunlara daxil edilir. Digər normativ hüquqi aktlar "bənd" sözü yazılmadan bəndlərdən ibarətdir. |
102 | Normativ hüquqi aktlar haqqında | 23.2. Normativ hüquqi aktların məzmunca yaxın maddələri (bəndləri) fəsillərdə birləşə bilərlər. Məzmunca yaxın olan bir neçə fəsil bölmələrdə birləşə bilər. |
102 | Normativ hüquqi aktlar haqqında | 23.3. Normativ hüquqi aktın maddələri ayrı-ayrı hüquq normalarını əks etdirən bəndlərə, bəndlər isə yarımbəndlərə bölünə bilər. Maddə, bənd və yarımbəndlərin daxilində abzaslara ayrılan hissələr ola bilər. |
102 | Normativ hüquqi aktlar haqqında | 23.4. Məcəllənin daxili strukturu digər əsaslarla qurula bilər. |
102 | Normativ hüquqi aktlar haqqında | 23.5. Normativ hüquqi aktın qəbul edilməsinin məqsəd və səbəblərini, onun qarşısında duran əsas vəzifələri izah etmək zərurəti olan hallarda normativ hüquqi akta giriş hissəsi (preambula) verilir. |
102 | Normativ hüquqi aktlar haqqında | 23.6. Zəruri hallarda normativ hüquqi aktda istifadə edilən termin və anlayışların mənasını izah edən maddə həmin normativ hüquqi akta daxil edilə bilər. |
102 | Normativ hüquqi aktlar haqqında | 23.7. Normativ hüquqi aktın fəsilləri və maddələrin adları olmalıdır. |
102 | Normativ hüquqi aktlar haqqında | 23.8. Həcmcə kiçik, fəsilsiz olan normativ hüquqi aktın maddələri adsız ola bilər. |
102 | Normativ hüquqi aktlar haqqında | 23.9. Normativ hüquqi aktın strukturuna əlavələr daxil edilə bilər. |
102 | Normativ hüquqi aktlar haqqında | 23.10. Məcəllənin, zəruri halda həcmcə iri normativ hüquqi aktın strukturuna mündəricat daxil edilir. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 24. Normativ hüquqi aktlara əlavə və dəyişikliklərin edilməsi |
102 | Normativ hüquqi aktlar haqqında | 24.1. Normativ hüquqi aktın hissəsi (fəsli, maddəsi, bəndi) qüvvədən düşmüş hesab edildikdə, onlar qüvvədə olan aktdan çıxarılır, lakin onların nömrələri saxlanılır və normativ hüquqi aktın hissələrinin (fəsillərin, maddələrin, bəndlərin) nömrələri dəyişmir. |
102 | Normativ hüquqi aktlar haqqında | 24.2. Normativ hüquqi akta əlavə hissə (fəsil, maddə, bənd) əlavə edildikdə, onlar aktın hissələrinin nömrələrini təkrarlamaqla əlavə nömrə ilə daxil edilir. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 25. Normativ hüquqi aktlarda başqa aktların maddələrinə istinad edilməsi və aktlarda başqa aktların maddələrinin təkrarlanması |
102 | Normativ hüquqi aktlar haqqında | Zəruri hallarda normativ hüquqi aktda digər aktların maddələrinə istinadlara, habelə yüksək səviyyəli aktlara istinad etməklə belə normativ hüquqi aktların ayrı-ayrı müddəalarının təkrarlanmasına yol verilir. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 26. Normativ hüquqi aktların maddələrində başqa maddələrə istinad edilməsi |
102 | Normativ hüquqi aktlar haqqında | Hüquqi normaların arasında qarşılıqlı əlaqəni pozmamaq və yaxud təkrarlara yol verməmək zərurəti olduğu hallarda, normativ hüquqi aktın maddələrində həmin normativ hüquqi aktın başqa maddələrinə istinad edilə bilər. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 27. Normativ hüquqi aktın dili |
102 | Normativ hüquqi aktlar haqqında | Aktın mətni sadə, ədəbi dildə verilməlidir. Köhnəlmiş, çoxmənalı söz və ifadələrdən, obrazlı sözlərdən, epitet və metaforalardan istifadə edilməsinə yol verilmir. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 28. Normativ hüquqi aktda məsuliyyət tədbirlərinin nəzərdə tutulması |
102 | Normativ hüquqi aktlar haqqında | Dövlət və yerli özünüidarə orqanlarının, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqları təşkilatlarının, onların vəzifəli şəxslərinin, hüquqi və fiziki şəxslərin vəzifələrini nəzərdə tutan aktlarda həmin vəzifələrin pozulmasına görə qüvvədə olan qanunvericiliklə məsuliyyət nəzərdə tutulmamışdırsa, bu cür məsuliyyət tədbirləri göstərilməlidir. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 29. Yeni normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar qüvvədə olan aktların öz qüvvəsini itirməsi və ya onlara dəyişikliklər və əlavələr edilməsi |
102 | Normativ hüquqi aktlar haqqında | 29.1. Yeni aktın qəbul edilməsi ilə yeni normativ göstərişlərə zidd olan və ya yeni aktla tam əhatə olunan, yaxud formal olaraq qüvvədən düşməmiş, lakin faktik əhəmiyyətini itirən əvvəllər qəbul edilmiş bütün aktlar, yaxud onun hissələri bu Qanunla müəyyən edilmiş qaydada qüvvəsini itirmiş hesab olunur. |
102 | Normativ hüquqi aktlar haqqında | 29.2. Yeni normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar olaraq zəruri hallarda qüvvədə olan normativ hüquqi aktlara onları qəbul etmiş orqan tərəfindən müvafiq dəyişikliklər və əlavələr edilir. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 30. Normayaradıcı orqanın ləğvi və ya yenidən təşkili hallarında onun aktlarının qüvvədən düşməsi, yayılması, onlara dəyişiklik və əlavələr edilməsi |
102 | Normativ hüquqi aktlar haqqında | Normayaradıcı orqanın ləğvi və ya yenidən təşkili zamanı onun aktlarının qüvvədən düşmüş hesab edilməsi, onların yayılması, onlara dəyişiklik və əlavələr edilməsi məsələləri həmin orqanın hüquqi varisi və yaxud yuxarı orqan tərəfindən həll edilir. |
102 | Normativ hüquqi aktlar haqqında | 4-cü fəsil Normatİv hüquqİ aktların müstəqİl elmİ ekspertİzası |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 31. Layihələrin elmi ekspertizası və onun məqsədi |
102 | Normativ hüquqi aktlar haqqında | 31.1. Baxılmaq və qəbul olunmaq üçün təqdim edilmiş normativ hüquqi akt layihəsinin keyfiyyətinin qiymətləndirilməsi üçün müstəqil elmi (hüquqi, iqtisadi, maliyyə, texniki, ekoloji və s.) ekspertiza keçirilə bilər. |
102 | Normativ hüquqi aktlar haqqında | 31.2. Elmi ekspertizanın əsas məqsədləri: |
102 | Normativ hüquqi aktlar haqqında | 31.2.1. Hazırlanan layihələrin yüksək keyfiyyətinin, əsaslılığının, qanuniliyinin və aktuallığının təmin edilməsi; |
102 | Normativ hüquqi aktlar haqqında | 31.2.2. qəbul edilən normativ hüquqi aktların elmi əsaslandırılmış sisteminin yaradılması; |
102 | Normativ hüquqi aktlar haqqında | 31.2.3. qəbul edilən aktların mümkün neqativ, sosial, iqtisadi, hüquqi, ekoloji və digər nəticələrinin aşkarlanmasıdır. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 32. Layihəni ekspertizaya göndərmək səlahiyyəti |
102 | Normativ hüquqi aktlar haqqında | Normativ hüquqi aktın layihəsi onu qəbul etmək səlahiyyəti olan orqanın rəhbərliyinin qərarı ilə elmi ekspertizaya göndərilə bilər. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 33. Qanun layihəsinin hazırlanmasında iştirak edən ekspertlərin hüquqları |
102 | Normativ hüquqi aktlar haqqında | Qanun layihəsinin ekspertizasında iştirak edən şəxslərin: |
102 | Normativ hüquqi aktlar haqqında | 33.1. Azərbaycan Respublikası Milli Məclisinin Aparatında və başqa dövlət orqanlarındakı layihənin hazırlanması ilə bağlı material və sənədlərlə, o cümlədən razılaşdırma və ümumxalq müzakirəsi zamanı alınmış təklif, rəy, irad və başqa materiallarla tanış olmaq; |
102 | Normativ hüquqi aktlar haqqında | 33.2. müvafiq layihə müzakirə edilərkən, normativ hüquqi aktı qəbul etmək hüququ olan kollegial orqanların işində iştirak etmək hüquqları var. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 34. Ekspertlərin müstəqilliyi |
102 | Normativ hüquqi aktlar haqqında | Ekspertlər normativ hüquqi aktı qiymətləndirərkən müstəqildirlər və ekspertiza keçirmə tapşırığı verən orqandan asılı deyillər. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 35. Ekspert rəyinə baxılması |
102 | Normativ hüquqi aktlar haqqında | Azərbaycan Respublikası Milli Məclisinə təqdim edilmiş və ekspertizaya göndərilmiş qanunun və ya başqa normativ hüquqi aktın layihəsi Azərbaycan Respublikasının Milli Məclisində yalnız ekspert rəyi verildikdən sonra müzakirə edilir. |
102 | Normativ hüquqi aktlar haqqında | 5-ci fəsil Normatİv hüquqİ aktların dərcİ və başqa formada YAYILMASI |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 36. Normativ hüquqi aktların dərci |
102 | Normativ hüquqi aktlar haqqında | 36.1. Referendumla qəbul olunmuş aktlar, qanunlar, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları istisna olmaqla, özündə dövlət sirləri əks etdirən normativ hüquqi aktların yayılması və qüvvəyə minməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. |
102 | Normativ hüquqi aktlar haqqında | 36.2. Rəsmi qaydada dərc olunmuş normativ hüquqi aktlar qüvvəyə mindikdən sonra onların hər hansı orqan tərəfindən yerlərə göndərilmə faktından asılı olmayaraq, bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən tətbiq və icra olunmalıdır. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 37. Normativ hüquqi aktın icraçılarının vəzifələri |
102 | Normativ hüquqi aktlar haqqında | Normativ hüquqi aktın icrası üçün məsul olan orqan və vəzifəli şəxslər: |
102 | Normativ hüquqi aktlar haqqında | 37.1. icraçıları aktla tanış etməli (zəruri hallarda iltizamnamə ilə); |
102 | Normativ hüquqi aktlar haqqında | 37.2. zəruri hallarda aktların surətləri, onlardan çıxarışlarla icraçıları təmin etməli, aktları görünən yerlərdə asmalı, aktın qüvvəsi şamil edilən təşkilat, orqan və şəxslərin nəzərinə çatdırmaq üçün zəruri tədbirlər görməlidirlər. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 38. Normativ hüquqi aktların dərc olunması |
102 | Normativ hüquqi aktlar haqqında | 38.1. Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları rəsmi nəşrlər sayılan "Azərbaycan" qəzetində və "Azərbaycan Respublikasının qanunvericilik toplusu"nda dərc olunur. |
102 | Normativ hüquqi aktlar haqqında | 38.2. Azərbaycan Respublikası Milli Məclisinin qərarları "Azərbaycan" qəzetində və "Azərbaycan Respublikası Milli Məclisinin məlumatı"nda dərc olunur. |
102 | Normativ hüquqi aktlar haqqında | 38.3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları rəsmi nəşr sayılan "Azərbaycan Respublikası qanunvericilik toplusu" və "Respublika" qəzetində dərc olunur, zəruri hallarda onların dərhal və geniş yayımının təmini üçün digər kütləvi informasiya vasitələrinin köməyindən istifadə olunur. |
102 | Normativ hüquqi aktlar haqqında | 38.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisi və müvafiq icra hakimiyyəti orqanları qəbul etdikləri normativ hüquqi aktları rəsmi dərc edə bilərlər. |
102 | Normativ hüquqi aktlar haqqında | 38.6. Bu maddədə göstərilmiş normativ hüquqi aktlar onu qəbul etmiş orqanlar və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən əhalinin geniş kütlələrinin tanış olması zərurəti nəzərə alınmaqla lazımi tirajda dərc edilir. |
102 | Normativ hüquqi aktlar haqqında | 38.7. Normativ hüquqi aktlar, həmçinin istənilən kütləvi informasiya vasitələri və nəşriyyatlar tərəfindən dərc oluna bilər. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərar və qərardadlarının dərci |
102 | Normativ hüquqi aktlar haqqında | Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları və dərc olunmalı qərardadları rəsmi nəşr sayılan "Azərbaycan" qəzetində və "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məlumatı"nda dərc olunur. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 40. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının aktlarının dərci |
102 | Normativ hüquqi aktlar haqqında | Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının dərc olunmalı aktları rəsmi nəşr sayılan "Azərbaycan" qəzetində və rəsmi mətbuat orqanında dərc olunur. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 40-1. Məhkəmə-Hüquq Şurasının qərarlarının dərci |
102 | Normativ hüquqi aktlar haqqında | 6-cı fəsil Normatİv hüquqİ aktların zaman, məkan və subyektlərə görə qüvvəsİ |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 41. Normativ hüquqi aktların qüvvəyə minməsi müddəti |
102 | Normativ hüquqi aktlar haqqında | 41.1. Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, onların özündə başqa müddət nəzərdə tutulmamışdırsa, dərc edildiyi gündən qüvvəyə minir. |
102 | Normativ hüquqi aktlar haqqında | 41.2. Müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının normativ aktları müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçdikdən sonra özlərində başqa qayda nəzərdə tutulmamışdırsa, dərc edildiyi gündən qüvvəyə minir. |
102 | Normativ hüquqi aktlar haqqında | 41.3. Normativ hüquqi aktın hissəsinin (fəslinin, maddəsinin, bəndinin) qüvvəyə minməsi üçün normativ hüquqi aktın bütövlükdə qüvvəyə minməsinə dair müəyyən edilmiş müddətdən fərqli müddət müəyyən edilə bilər. |
102 | Normativ hüquqi aktlar haqqında | 41.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi aktda onun dərc edildiyi gündən 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 42. Normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi |
102 | Normativ hüquqi aktlar haqqında | Normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi ilə tənzimlənir. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 43. Normativ hüquqi aktın qüvvədə olma müddəti |
102 | Normativ hüquqi aktlar haqqında | 43.1. Normativ hüquqi akt, onun özündə ayrı hal nəzərdə tutulmamışdırsa, müddətsiz qüvvədə olur. |
102 | Normativ hüquqi aktlar haqqında | 43.2. Akt bütövlükdə, yaxud onun bir hissəsi müvəqqəti qüvvədə ola bilər. Bu halda aktda onun və ya onun müvafiq hissəsinin qüvvədə olma müddəti göstərilir. Göstərilən müddət qurtaran kimi akt, yaxud onun müvafiq hissəsi əlavə elan olmadan qüvvədən düşür. Göstərilən müddət qurtaranadək aktı qəbul etmiş orqan aktın qüvvədə olma müddətinin artırılması və ya ona müddətsiz xarakter verilməsi haqqında qərar qəbul edə bilər. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 44. Normativ hüquqi aktın qüvvəsinin itirilməsi |
102 | Normativ hüquqi aktlar haqqında | 44.1. Normativ hüquqi akt (onun hissəsi) aşağıdakı hallarda öz qüvvәsini itirir: |
102 | Normativ hüquqi aktlar haqqında | 44.1.1. müvəqqəti aktın (aktın hissəsinin) müddəti başa çatdıqda; |
102 | Normativ hüquqi aktlar haqqında | 44.1.2. əvvəllər qəbul edilmiş aktın müddəaları yeni qəbul edilmiş akta zidd olduqda; |
102 | Normativ hüquqi aktlar haqqında | 44.1.3. əvvəllər qəbul edilmiş aktın müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqaviləyə zidd olduqda; |
102 | Normativ hüquqi aktlar haqqında | 44.1.4. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-3, 6, 8-ci bəndlərində nəzərdə tutulmuş hallarla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul edildikdə; |
102 | Normativ hüquqi aktlar haqqında | 4.1.5. aktı qəbul etmiş və ya qanunla müəyyən edilmiş qaydada bu səlahiyyətləri almış orqan tərəfindən onun qüvvədən düşməsi və yaxud dayandırılması barədə qərar qəbul edildikdə. |
102 | Normativ hüquqi aktlar haqqında | 44.2. Normativ hüquqi akt onu qəbul etmiş orqanın aktı ilə və ya bunun üçün qanunvericiliklə müvəkkil edilmiş orqanın aktı ilə qüvvədən düşmüş hesab edilir. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 45. Normativ hüquqi aktların məkana və subyektlərə görə qüvvəsi |
102 | Normativ hüquqi aktlar haqqında | 45.1. normativ hüquqi aktlar müvafiq olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya inzibati ərazi vahidinin ərazisində qüvvədə olur. |
102 | Normativ hüquqi aktlar haqqında | 45.2. Normativ hüquqi aktların qüvvəsi qanunla müəyyən edilmiş hallar istisna olmaqla Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə dövlət və yerli özünüidarə orqanlarının, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqları təşkilatlarının və başqa hüquqi şəxslərin vəzifəli şəxslərinə tətbiq edilir. |
102 | Normativ hüquqi aktlar haqqında | 7-ci fəsil Normatİv hüquqİ aktların şərhİ |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 46. Normativ hüquqi aktların şərhini zəruri edən hallar |
102 | Normativ hüquqi aktlar haqqında | 46.1. Normativ hüquqi aktın məzmununun müəyyən edilməsinə, məna və məqsədlərinin, qanunvericilikdə istifadə olunan istilahların aydınlaşdırılmasına onun şərhi deyilir. |
102 | Normativ hüquqi aktlar haqqında | 46.2. Rəsmi şərh buna səlahiyyəti olan orqanlar tərəfindən verilə bilər. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 47. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının rəsmi şərhinin verilməsi |
102 | Normativ hüquqi aktlar haqqında | Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının qanunlarının rəsmi şərhini Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi verir. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 48. Müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının rəsmi şərhi |
102 | Normativ hüquqi aktlar haqqında | Müvafiq icra hakimiyyəti orqanları qəbul etdikləri normativ hüquqi aktları rəsmi şərh edə bilərlər. |
102 | Normativ hüquqi aktlar haqqında | Maddə 49. Normativ hüquqi aktın şərhi zamanı akta dəyişikliklər olunmasının və konkretləşdirici normaların əlavə edilməsinin yolverilməzliyi |
102 | Normativ hüquqi aktlar haqqında | Normativ hüquqi akt şərh edilərkən ona dəyişikliklər edilməsinə, konkretləşdirici normalar əlavə olunmasına yol verilmir. Genişləndirici və yaxud məhdudlaşdırıcı təfsirə yalnız normativ hüquqi aktın mətni və mənası arasında açıq-aşkar fərq olanda yol verilir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.