id
int64
1
59.4k
title
stringlengths
6
4.17k
text
stringlengths
1
12.3k
107
Notariat haqqında
Dövlət rüsumunun dərəcələrİ
107
Notariat haqqında
Notariat hərəkətlərinin aparılmasına görə alınan dövlət rüsumunun dərəcələri aşağıdakılardır:
107
Notariat haqqında
1. daşınmaz əmlakın, qiymətli kağızların özgəninkiləşdirilməsi, yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün:
107
Notariat haqqında
a) müqavilə üzrə əmlak və ya ondan istifadə hüququ ərə (arvada), uşağa, valideynə, qardaşa, bacıya, babaya, nənəyə, nəvəyə keçirsə - müqavilə məbləğinin 1 faizi miqdarında;
107
Notariat haqqında
b) müqavilə üzrə əmlak və ya ondan istifadə hüququ bacı və ya qardaşın uşağına, həmçinin əmiyə (dayıya), bibiyə (xalaya) və onların uşaqlarına keçirsə - müqavilə məbləğinin 2 faizi miqdarında;
107
Notariat haqqında
c) müqavilə üzrə əmlak və ya ondan istifadə hüququ başqa şəxslərə keçirsə - müqavilə məbləğinin 5 faizi miqdarında;
107
Notariat haqqında
ç) müqavilə üzrə əmlak və ya ondan istifadə hüququ fəaliyyət növündən və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərə keçirsə - müqavilə məbləğinin 10 faizi miqdarında;
107
Notariat haqqında
2. avtonəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün:
107
Notariat haqqında
a) müqavilə üzrə əmlak ərə (arvada), uşağa, valideynə, qardaşa, bacıya, babaya, nənəyə, nəvəyə keçirsə - buraxılış ilindən sonra beş il ərzində avtonəqliyyat vasitəsinin mühərrikinin hər at gücü üçün minimum əmək haqqı məbləğinin 5 faizi miqdarında, buraxılış ilindən 5 il sonra avtonəqliyyat vasitəsinin hər at gücü üçün minimum əmək haqqı məbləğinin 2 faizi miqdarında;
107
Notariat haqqında
b) müqavilə üzrə əmlak bacı və ya qardaşın uşağına, həmçinin əmiyə (dayıya), bibiyə (xalaya) və ya onların uşaqlarına keçirsə - buraxılış ilindən sonra 5 il ərzində avtonəqliyyat vasitəsinin mühərrikinin hər at gücü üçün minimum əmək haqqı məbləğinin 7 faizi miqdarında, buraxılış ilindən beş il sonra avtonəqliyyat vasitəsinin hər at gücü üçün minimum əmək haqqı məbləğinin 3 faizi miqdarında;
107
Notariat haqqında
c) müqavilə üzrə əmlak digər şəxslərə keçirsə - buraxılış ilindən sonra 5 il ərzində avtonəqliyyat vasitəsinin mühərrikinin hər at gücü üçün minimum əmək haqqı məbləğinin bir misli miqdarında, buraxılış ilindən 5 il sonra avtonəqliyyat vasitəsinin hər at gücü üçün minimum əmək haqqı məbləğinin 80 faizi miqdarında;
107
Notariat haqqında
ç) müqavilə üzrə əmlak fəaliyyət növündən və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxsə keçirsə - buraxılış ilindən sonra 5 il ərzində avtonəqliyyat vasitəsinin mühərrikinin hər at gücü üçün minimum əmək haqqı məbləğinin 150 faizi miqdarında, buraxılış ilindən 5 il sonra avtonəqliyyat vasitəsinin hər at gücü üçün minimum əmək haqqı məbləğinin bir misli miqdarında;
107
Notariat haqqında
3. yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilələrin təsdiqi üçün:
107
Notariat haqqında
a) müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşağa, valideynə, qardaşa, bacıya, babaya, nənəyə, nəvəyə keçirsə - minimum əmək haqqı məbləğinin 35 faizi miqdarında;
107
Notariat haqqında
b) müqavilə üzrə istifadə hüququ bacı və ya qardaşın uşağına, həmçinin əmiyə (dayıya), bibiyə (xalaya) və ya onların uşaqlarına keçirsə - minimum əmək haqqı məbləğinin 70 faizi miqdarında;
107
Notariat haqqında
c) müqavilə üzrə istifadə hüququ digər şəxslərə keçirsə - minimum əmək haqqı məbləğinin 10 misli miqdarında;
107
Notariat haqqında
ç) müqavilə üzrə istifadə hüququ fəaliyyət növündən və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxsə keçirsə - minimum əmək haqqı məbləğinin 15 misli miqdarında;
107
Notariat haqqında
4. qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün:
107
Notariat haqqında
a) tərəflər ər (arvad), uşaq, valideyn, qardaş, bacı, baba, nənə, nəvədən ibarətdirsə - müqavilə məbləğinin 2 faizi miqdarında (lakin minimum əmək haqqı məbləğinin 80 faizindən az olmamaqla);
107
Notariat haqqında
b) tərəflər bacı və ya qardaşın uşağı, həmçinin əmi (dayı), bibi (xala) və ya onların uşaqlarından ibarətdirsə - müqavilə məbləğinin 4 faizi miqdarında (lakin minimum əmək haqqı məbləğinin 120 faizindən az olmamaqla);
107
Notariat haqqında
c) tərəflər digər şəxslərdən ibarətdirsə - müqavilə məbləğinin 5 faizi miqdarında (lakin minimum əmək haqqı məbləğinin 160 faizindən az olmamaqla);
107
Notariat haqqında
ç) tərəflərdən biri fəaliyyət növündən və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxsdirsə - müqavilə məbləğinin 6 faizi miqdarında (lakin minimum əmək haqqı məbləğinin 240 faizindən az olmamaqla);
107
Notariat haqqında
5. əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilənin ləğvi barədə sazişin təsdiqi üçün:
107
Notariat haqqında
a) tərəflər ər (arvad), uşaq, valideyn, qardaş, bacı, baba, nənə, nəvədən ibarətdirsə - minimum əmək haqqı məbləğinin 50 faizi miqdarında;
107
Notariat haqqında
b) tərəflər bacı və ya qardaşın uşağı, həmçinin əmi (dayı), bibi (xala) və ya onların uşaqlarından ibarətdirsə - minimum əmək haqqı məbləğinin 7 misli miqdarında;
107
Notariat haqqında
c) tərəflər digər şəxslərdən ibarətdirsə - minimum əmək haqqı məbləğinin 10 misli miqdarında;
107
Notariat haqqında
ç) tərəflərdən biri fəaliyyət növündən və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxsdirsə - minimum əmək haqqı məbləğinin 15 misli miqdarında;
107
Notariat haqqında
6. vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün:
107
Notariat haqqında
a) qanun üzrə vərəsələrə - miras əmlakın dəyərinin 1 faizi miqdarında;
107
Notariat haqqında
b) vəsiyyətnamə üzrə vərəsələrə - miras əmlakın dəyərinin 4 faizi miqdarında;
107
Notariat haqqında
7. ər-arvadın birgə nikah dövründə qazanılmış ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqındakı şəhadətnamələrin verilməsi üçün:
107
Notariat haqqında
a) ərlə arvadın sağlığında - minimum əmək haqqı məbləğinin 150 faizi miqdarında;
107
Notariat haqqında
b) sağ qalmış ərə (arvada) - minimum əmək haqqı məbləğinin 80 faizi miqdarında;
107
Notariat haqqında
8. əmlakın, o cümlədən nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi, kredit əməliyyatlarının aparılması üçün verilən vəkalətnamələrin təsdiqi üçün:
107
Notariat haqqında
a) vəkalətnamə ərə (arvada), uşağa, valideynə, qardaşa, bacıya, babaya, nənəyə, nəvəyə verilirsə - minimum əmək haqqı məbləğinin 2 misli miqdarında;
107
Notariat haqqında
b) vəkalətnamə bacı və ya qardaşın uşağına, həmçinin əmiyə (dayıya), bibiyə (xalaya) və ya onların uşaqlarına verilirsə - minimum əmək haqqı məbləğinin 3 misli miqdarında;
107
Notariat haqqında
c) vəkalətnamə digər şəxslərə verilirsə - minimum əmək haqqı məbləğinin 4 misli miqdarında;
107
Notariat haqqında
ç) vəkalətnamə fəaliyyət növündən və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxsə verilirsə - minimum əmək haqqı məbləğinin 6 misli miqdarında;
107
Notariat haqqında
9. əmlakdan, o cümlədən nəqliyyat vasitələrindən istifadә edilməsi və başqa vəkalətnamələrin təsdiqi üçün:
107
Notariat haqqında
a) vəkalətnamə ərə (arvada), uşağa, valideynə, qardaşa, bacıya, babaya, nənəyə, nəvəyə verilirsə - minimum əmək haqqı məbləğinin 1 misli miqdarında;
107
Notariat haqqında
b) vəkalətnamə bacı və ya qardaşın uşağına, həmçinin əmiyə (dayıya), bibiyə (xalaya) və ya onların uşaqlarına verilirsə - minimum əmək haqqı məbləğinin 2 misli miqdarında;
107
Notariat haqqında
c) vəkalətnamə digər şəxslərə verilirsə - minimum əmək haqqı məbləğinin 3 misli miqdarında;
107
Notariat haqqında
ç) vəkalətnamə fəaliyyət növündən və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxsə verilirsə - minimum əmək haqqı məbləğinin 4 misli miqdarında;
107
Notariat haqqında
10. miras əmlakın mühafizəsi barədə tədbir görülməsi üçün:
107
Notariat haqqında
a) vərəsə Azərbaycan Respublikasının vətəndaşıdırsa - minimum əmək haqqı məbləğinin 3 misli miqdarında;
107
Notariat haqqında
b) vərəsə Azərbaycan Respublikasının hüquqi şəxsidirsə - minimum əmək haqqı məbləğinin 5 misli miqdarında;
107
Notariat haqqında
c) vərəsə əcnəbidirsə - minimum əmək haqqı məbləğinin 8 misli miqdarında;
107
Notariat haqqında
ç) vərəsə xarici ölkələrin və ya xarici investisiyalı hüquqi şəxsidirsə - minimum əmək haqqı məbləğinin 10 misli miqdarında;
107
Notariat haqqında
11. dəniz protestlərinin tərtibi üçün:
107
Notariat haqqında
hüquqi şəxslərə - protestdə göstərilən məbləğin 1 faizi miqdarında;
107
Notariat haqqında
12. vəsiyyətnamələrin təsdiqi üçün:
107
Notariat haqqında
a) miras qoyan Azərbaycan Respublikasının vətəndaşıdırsa - minimum əmək haqqı məbləğinin 2 misli miqdarında;
107
Notariat haqqında
b) miras qoyan əcnəbidirsə - minimum əmək haqqı məbləğinin 4 misli miqdarında;
107
Notariat haqqında
13. notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi (dublikat) üçün:
107
Notariat haqqında
a) fiziki şəxslərə - minimum əmək haqqı məbləğinin 1 misli miqdarında;
107
Notariat haqqında
b) hüquqi şəxslərə - minimum əmək haqqı məbləğinin 2 misli miqdarında;
107
Notariat haqqında
14. sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin imzasının həqiqiliyini və şəxslə fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün:
107
Notariat haqqında
a) fiziki şəxslərə – minimum əmək haqqı məbləğinin 25 faizi miqdarında;
107
Notariat haqqında
b) hüquqi şəxslərə – minimum əmək haqqı məbləğinin 1 misli miqdarında;
107
Notariat haqqında
15. sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün:
107
Notariat haqqında
a) mətnin həcmi 10 səhifəyə qədər olduqda – minimum əmək haqqı məbləğinin 25 faizi miqdarında;
107
Notariat haqqında
b) mətnin həcmi 10 səhifədən artıq olduqda – sonrakı hər bir səhifə üçün əlavə olaraq minimum əmək haqqı məbləğinin 5 faizi miqdarında;
107
Notariat haqqında
16. icra qeydlərinin aparılması üçün:
107
Notariat haqqında
a) fiziki şəxslərə – tutulacaq məbləğin 2 faizi miqdarında;
107
Notariat haqqında
b) hüquqi şəxslərə – tutulacaq məbləğin 4 faizi miqdarında;
107
Notariat haqqında
17. fiziki və hüquqi şəxslərin ərizələrinin başqa fiziki və hüquqi şəxslərə verilməsi və bu Əlavənin 1-16-cı bəndlərində göstərilən hərəkətlərdən başqa aparılan notariat hərəkətləri üçün:
107
Notariat haqqında
a) fiziki şəxslərə – minimum əmək haqqı məbləğinin 1 misli miqdarında;
107
Notariat haqqında
b) hüquqi şəxslərə – minimum əmək haqqı məbləğinin 2 misli miqdarında.
107
Notariat haqqında
b) tərəflər digər vətəndaşlardan ibarətdirsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 3 misli miqdarında;
107
Notariat haqqında
c) tərəflərdən biri fəaliyyət növündən və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxsdirsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 10 misli miqdarında;
107
Notariat haqqında
Əlavə xİdmət haqqının məbləğlərİ
107
Notariat haqqında
Əlavə xidmət haqqının məbləğləri aşağıdakılardır:
107
Notariat haqqında
1. müştərinin verdiyi bildiriş üzrə - əvvəlcədən razılaşdırılmış vaxtda qəbul üçün - minimum əmək haqqı məbləğinin 1 misli miqdarında;
107
Notariat haqqında
2. bu Qanunla müəyyən edilmiş hallarda müştərini onun qabaqcadan verdiyi bildiriş üzrə iş yerindən kənara notariat hərəkətlərinin kənarda aparılmasına görə getmək üçün - minimum əmək haqqı məbləğinin 2 misli miqdarında;
107
Notariat haqqında
3. notariusun iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə olduğu vaxtın hər bir saatı üçün - minimum əmək haqqı məbləğinin 2 misli miqdarında;
107
Notariat haqqında
4. aparılan notariat hərəkəti ilə bağlı olmayan məsələlərə dair yazılı məsləhətlər üçün - minimum əmək haqqı məbləğinin 2 misli miqdarında;
107
Notariat haqqında
5. aparılan notariat hərəkəti ilə bağlı olmayan sənədin layihəsinin tərtibi üçün - minimum əmək haqqı məbləğinin 250 faizi miqdarında (sənəd 2 səhifədən artıq həcmdə olduqda hər növbəti səhifə üçün əlavə olaraq) minimum əmək haqqı məbləğinin 50 faizi miqdarında.
108
E. S. Rüstəmovun Azərbaycan Respublikasının Milli Bankının İdarə Heyətinin sədri təyin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
108
E. S. Rüstəmovun Azərbaycan Respublikasının Milli Bankının İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
108
E. S. Rüstəmovun Azərbaycan Respublikasının Milli Bankının İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Elman Sirac oğlu Rüstəmov Azərbaycan Respublikasının Milli Bankının İdarə Heyətinin sədri təyin edilsin.
108
E. S. Rüstəmovun Azərbaycan Respublikasının Milli Bankının İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
108
E. S. Rüstəmovun Azərbaycan Respublikasının Milli Bankının İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Bakı şəhəri, 28 aprel 2000-ci il № 333
109
İnvestisiya fondları haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
109
İnvestisiya fondları haqqında
I fəsil Ümumİ müddəalar
109
İnvestisiya fondları haqqında
Bu Qanun Azərbaycan Respublikasında investisiya fondlarının yaradılması, idarə edilməsi və fəaliyyətinin tənzimlənməsinin ümumi prinsiplərini və qaydalarını müəyyən edir.
109
İnvestisiya fondları haqqında
Maddə 1. Əsas anlayışlar
109
İnvestisiya fondları haqqında
Bu qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
109
İnvestisiya fondları haqqında
investisiya fondu - səhmlərinin buraxılması və açıq yerləşdirilməsi vasitəsi ilə cəlb edilən, pul vəsaitini qiymətli kağızlara investisiya edən, habelə qiymətli kağızların alqı-satqısı üzrə fəaliyyəti həyata keçirən və diversifikasiya edilmiş investisiya portfelinə sahib olan açıq tipli səhmdar cəmiyyəti;
109
İnvestisiya fondları haqqında
investisiya bəyannaməsi - investisiya qoyuluşunun məqsədlərini, istiqamətlərini, investisiya fondunun fəaliyyətinə məhdudiyyətləri müəyyən edən, diversifikasiya edilmiş investisiya portfelinə tələbləri əks etdirən, fondun və onun müdiriyyətinin (müdirinin) cari investisiya fəaliyyətini istiqamətləndirən əsas sənəddir;
109
İnvestisiya fondları haqqında
investisiya fondunun afilə edilmiş şəxsi (bundan sonra - afilə edilmiş şəxs) - investisiya fondunun fəaliyyətində maraqlı olan və hüquqi cəhətdən əhəmiyyətli hərəkətlərlə onun fəaliyyətinə təsir edə bilən, yaxud investisiya fondu tərəfindən fəaliyyətlərinə göstərilən şəkildə təsir edilən istənilən hüquqi və ya fiziki şəxs;
109
İnvestisiya fondları haqqında
investisiya fondunun müdiriyyəti (müdiri) - qiymətli kağızların idarə edilməsi üzrə fəaliyyəti həyata keçirən və investisiya fondu ilə onun idarə edilməsinə dair bağlanmış müqavilə əsasında hərəkət edən hüquqi şəxs (fiziki şəxs);
109
İnvestisiya fondları haqqında
investisiya fondunun xalis aktivləri - investisiya fondunun əmlakının bazar qiyməti ilə onun maliyyə öhdəlikləri arasındakı fərq.
109
İnvestisiya fondları haqqında
Maddə 2. İnvestisiya fondu haqqında qanunvericilik
109
İnvestisiya fondları haqqında
II fəsil İnvestİsİya fondunun yaradIlmasI və fəalİyyətİ
109
İnvestisiya fondları haqqında
Maddə 3. İnvestisiya fondunun yaradılması və növləri
109
İnvestisiya fondları haqqında
1. İnvestisiya fondu qanunvericiliklə nəzərdə tutulmuş qaydada açıq tipli səhmdar cəmiyyəti formasında yaradılır. Bu Qanunda göstərilən məhdudiyyətlər istisna olmaqla istənilən hüquqi və fiziki şəxs investisiya fondunun səhmdarı ola bilər.
109
İnvestisiya fondları haqqında
2. Səhmdarlarla qarşılıqlı münasibətlərdən asılı olaraq investisiya fondları aşağıdakı növlərə bölünür:
109
İnvestisiya fondları haqqında
açıq investisiya fondu - buraxdığı səhmləri fondun səhmdarlarından bu qanunla müəyyən edilmiş qaydada geri satın almağa öhdəliyi olan investisiya fondu;
109
İnvestisiya fondları haqqında
qapalı investisiya fondu - buraxdığı səhmləri fondun səhmdarlarından geri satın almağa öhdəliyi olmayan investisiya fondu.
109
İnvestisiya fondları haqqında
3. İnvestisiya fondunun nizamnaməsində investisiya fondunun növü (açıq yaxud qapalı) göstərilməlidir.