id
int64
1
59.4k
title
stringlengths
6
4.17k
text
stringlengths
1
12.3k
109
İnvestisiya fondları haqqında
2. İnvestisiya fondunun müdiriyyəti istənilən təşkilati-hüquqi formada hüquqi şəxs kimi və ya fiziki şəxs (müdir) kimi fəaliyyət göstərə bilər.
109
İnvestisiya fondları haqqında
Maddə 21. İnvestisiya fondu və onun müdiriyyətinin (müdirinin) qarşılıqlı münasibətləri
109
İnvestisiya fondları haqqında
1. İnvestisiya fondunun qiymətli kağızlarının idarə edilməsi yalnız fondun müdiriyyəti (müdiri) tərəfindən həyata keçirilir.
109
İnvestisiya fondları haqqında
2. İnvestisiya fondu müdiriyyətinə (müdirinə) idarə edilməyə verilmiş özünün bütün aktivlərinin (pul vəsaitinin və qiymətli kağızların) mülkiyyətçisidir və investisiya fondunun fəaliyyətinin təmin edilməsi və həyata keçirilməsi ilə əlaqədar bütün xərclər həmin fondun vəsaiti hesabına ödənilir.
109
İnvestisiya fondları haqqında
3. Qiymətli kağızların idarə edilməsinə dair müqavilədə tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti; müqaviləyə dəyişikliklər və əlavələr edilməsi, müqaviləyə xitam verilməsi şərtləri; investisiya fondunun müdiriyyətinə (müdirinə) mükafatın ödənilməsinin qaydası, müddətləri və məbləği; qiymətli kağızlar bazarının peşəkar iştirakçıları ilə qarşılıqlı münasibətlərdə investisiya fondunun maraqlarının təmsil edilməsi şərtləri; qiymətli kağızların idarə edilməsi prosesində çəkilən xərclərin ödənilməsi üzrə vəzifələrin tərəflər arasında bölgüsü müəyyən edilir.
109
İnvestisiya fondları haqqında
Müqavilədə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər müddəalar da ola bilər.
109
İnvestisiya fondları haqqında
Müqavilə tərəflərdən birinin tələbi ilə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ləğv edilə bilər.
109
İnvestisiya fondları haqqında
4. İnvestisiya fondunun müşahidə şurası fondun müdiriyyətinə (müdirinə) investisiya fondunun fəaliyyətinə dair maliyyə və digər sənədləşməni tam həcmdə təqdim etməlidir.
109
İnvestisiya fondları haqqında
5. İnvestisiya fondunun müdiriyyəti (müdiri) eyni zamanda bir neçə investisiya fondu ilə qiymətli kağızların idarə edilməsinə dair müqavilələr bağlaya bilər.
109
İnvestisiya fondları haqqında
6. Müdiriyyət (müdir) qiymətli kağızların idarə edilməsi üzrə müqavilə bağladığı investisiya fondunun səhmlərinin sahibi ola bilməz.
109
İnvestisiya fondları haqqında
Maddə 22. İnvestisiya fondunun müdiriyyətinin (müdirinin) funksiyaları və vəzifələri
109
İnvestisiya fondları haqqında
1. İnvestisiya fondunun müdiriyyəti (müdiri) aşağıdakı funksiyaları həyata keçirir:
109
İnvestisiya fondları haqqında
1.1. investisiya fondunun cəlb etdiyi pul vəsaitinin qiymətli kağızlara investisiya olunmasına dair qərarlar qəbul edir və bu qiymətli kağızlarla müxtəlif mülki-hüquqi əqdlər bağlayır;
109
İnvestisiya fondları haqqında
1.2. qiymətli kağızların idarə edilməsinə dair müqavilə və idarə edilən fondun investisiya bəyannaməsi əsasında investisiya qərarlarının həyata keçirilməsi prosesində investisiya fondunun depozitarisi, reyestr saxlayıcısı, brokerləri və dilerləri ilə qarşılıqlı fəaliyyətini həyata keçirir;
109
İnvestisiya fondları haqqında
1.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qiymətli kağızların idarə edilməsinə dair müvafiq müqavilə ilə müəyyən edilən digər funksiyaları.
109
İnvestisiya fondları haqqında
İnvestisiya fondunun müdiriyyəti (müdiri) öz funksiyalarını investisiya fondunun nizamnaməsi və investisiya bəyannaməsinə, habelə onunla investisiya fondu arasında bağlanmış müqaviləyə uyğun şəkildə həyata keçirir.
109
İnvestisiya fondları haqqında
İnvestisiya fondunun müdiriyyəti (müdiri) investisiya fondu ilə qiymətli kağızların idarə edilməsinə dair müqavilə bağladıqdan sonra Azərbaycan Respublikasının qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin yalnız bu Qanunda göstərilən növlərini həyata keçirə bilər.
109
İnvestisiya fondları haqqında
İnvestisiya fondunun müdiriyyətinin (müdirinin) qəbul etdiyi investisiya qərarlarının həyata keçirilməsinə dair tapşırıqları investisiya fondu, müvafiq müqavilələr əsasında həmin investisiya fonduna xidmətlər göstərən depozitari, reyestr saxlayıcısı, brokerlər və dilerlər tərəfindən mütləq icra edilməlidir.
109
İnvestisiya fondları haqqında
2. İnvestisiya fondunun müdiriyyətinin (müdirinin) vəzifələrinə aşağıdakılar aiddir:
109
İnvestisiya fondları haqqında
2.1. investisiya fondunun investisiya bəyannaməsi əsasında, həmin fondun adından və onun xeyrinə qiymətli kağızlarla müxtəlif əqdlərin bağlanması və həyata keçirilməsinə dair qərarların qəbul edilməsini nəzərdə tutan investisiya fondunun siyasətini yeritmək;
109
İnvestisiya fondları haqqında
2.2. investisiya fondu və müvafiq icra hakimiyyəti orqanı qarşısında öz fəaliyyətinin nəticələrinə dair müntəzəm hesabat vermək;
109
İnvestisiya fondları haqqında
2.3. investisiya fondu ilə bağladığı müqavilədə müəyyən edilmiş hüdudlarda bütün üçüncü şəxslərlə münasibətdə investisiya fondunun maraqlarını təmsil etmək;
109
İnvestisiya fondları haqqında
2.4. Azərbaycan Respublikasının qanunvericiliyi, müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktları və qiymətli kağızların idarə edilməsinə dair müvafiq müqavilə ilə müəyyən edilmiş digər vəzifələr.
109
İnvestisiya fondları haqqında
3. İnvestisiya fondu müdiriyyətinin (müdirinin) fəaliyyətinin nəticələri haqqında hesabatların müvafiq icra hakimiyyəti orqanına təqdim olunması, mətbuatda dərc edilməsi, habelə digər kütləvi informasiya vasitələrində verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
109
İnvestisiya fondları haqqında
4. Bu Qanunun 22-ci və 25-ci maddələrinə uyğun məlumatlar müəyyən olunmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanına verilmədikdə, fondun müdiriyyətinə (müdirinə) verilmiş xüsusi razılığın fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dayandırıla bilər.
109
İnvestisiya fondları haqqında
5. Müvafiq icra hakimiyyəti orqanının aşkar etdiyi çatışmamazlıqların müəyyən edilmiş müddətdə aradan qaldırılması üzrə tələbləri yerinə yetirilmədikdə, fondun müdiriyyətinə (müdirinə) verilmiş xüsusi razılıq geri alına bilər.
109
İnvestisiya fondları haqqında
Maddə 23. İnvestisiya fondunun müdiriyyətinin (müdirinin) mükafatlandırılması
109
İnvestisiya fondları haqqında
1. İnvestisiya fondunun müdiriyyətinin (müdirinin) mükafatının miqdarı tərəflərin razılığı ilə qiymətli kağızların idarə edilməsi haqqında müvafiq müqavilədə müəyyən edilir. İnvestisiya fondunun müdiriyyətinin (müdirinin) illik mükafatının maksimum miqdarı müvafiq investisiya fondunun xalis aktivlərinin orta illik dəyərinin 5 faizindən artıq ola bilməz.
109
İnvestisiya fondları haqqında
Açıq investisiya fondunun müdiriyyətinin (müdirinin) mükafatının miqdarı idarə edilən investisiya fondunun xalis aktivlərinin dəyərinin artımına faiz nisbətində müəyyən edilir.
109
İnvestisiya fondları haqqında
Qapalı investisiya fondunun müdiriyyətinin (müdirinin) mükafatının miqdarı qapalı investisiya fondunun müvafiq dövrdə əldə etdiyi mənfəətə faiz nisbətində müəyyən edilir.
109
İnvestisiya fondları haqqında
2. Qiymətli kağızların idarə edilməsi haqqında müqavilədə investisiya fondunun xalis aktivlərinin artımından və əldə etdiyi mənfəətindən asılı olmayaraq fondun müdiriyyətinə (müdirinə) əvvəlcədən müəyyən edilən məbləğdə mükafatın ödənilməsinə təminat verildiyi göstərilə bilər. Bu mükafatın miqdarı həmin investisiya fondunun müəyyən edilmiş qaydada ödənilmiş nizamnamə kapitalının 5 faizindən artıq olmamalıdır.
109
İnvestisiya fondları haqqında
3. İnvestisiya fondunun qiymətli kağızlarının idarə edilməsi ilə əlaqədar fondun müdiriyyətinin (müdirinin) xərcləri onun mükafatına daxil edilmir.
109
İnvestisiya fondları haqqında
IV fəsil İnvestİsİya fondunun və onun müdİrİyyətİnİn (müdİrİnİn) fəalİyyətİnİn dövlət tənzİmlənməsİ
109
İnvestisiya fondları haqqında
Maddə 24. İnvestisiya fondunun fəaliyyətinə xüsusi razılıq verilməsi
109
İnvestisiya fondları haqqında
1. İnvestisiya fondu qiymətli kağızlar bazarında fəaliyyət göstərmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq almalıdır.
109
İnvestisiya fondları haqqında
Azərbaycan Respublikasında fəaliyyət göstərən investisiya fondlarının vahid reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və həmin orqan tərəfindən aparılır.
109
İnvestisiya fondları haqqında
2. İnvestisiya fondu xüsusi razılıq almaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim olunan sənədlərdə edilən əlavə və dəyişikliklər barədə müvafiq icra hakimiyyəti orqanına bu qərarın qəbul edildiyi andan etibarən 10 gün müddətində məlumat verməlidir.
109
İnvestisiya fondları haqqında
3. Müvafiq icra hakimiyyəti orqanından bu maddənin 1-ci və 2-ci bəndlərinə uyğun olaraq müvafiq xüsusi razılığı almamış investisiya fondu fəaliyyət göstərə bilməz.
109
İnvestisiya fondları haqqında
Maddə 25. İnvestisiya fondunun fəaliyyətinə dair hesabat
109
İnvestisiya fondları haqqında
1. İnvestisiya fondu öz fəaliyyətinin nəticələri haqqında məlumatı hər rüb müvafiq icra hakimiyyəti orqanına verməli, habelə səhmdarların və investorların bu məlumatlarla sərbəst tanış olmalarını təmin etməlidir. Bu məlumat müvafiq icra hakimiyyəti orqanına hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq təqdim olunmalıdır.
109
İnvestisiya fondları haqqında
Göstərilən məlumatın məzmunu, təqdim olunması, mətbuatda dərc edilməsi, habelə digər kütləvi informasiya vasitələrində verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
109
İnvestisiya fondları haqqında
2. İnvestisiya fondu öz fəaliyyətinə dair sənədlərin saxlanmasını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirir.
109
İnvestisiya fondları haqqında
3. İnvestisiya fondunun müdiriyyəti (müdiri), depozitarisi və reyestr saxlayıcısı ilə bağlanmış müqavilələrin məzmununda əhəmiyyətli dəyişikliklər edildikdə, habelə qiymətli kağızlar bazarının göstərilən peşəkar iştirakçıları dəyişdirildikdə investisiya fondu 30 gün ərzində müvafiq icra hakimiyyəti orqanını həmin dəyişikliklər haqqında rəsmi şəkildə xəbərdar etməlidir.
109
İnvestisiya fondları haqqında
Maddə 25-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
109
İnvestisiya fondları haqqında
leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının
109
İnvestisiya fondları haqqında
1. İnvestisiya fondu cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı monitorinq olunmalı pul vəsaitləri və digər əməliyyatlar barədə məlumatları maliyyə monitorinq orqanına təqdim edir, özünün daxili nəzarət sistemini hazırlayır və tətbiq edir.
109
İnvestisiya fondları haqqında
İnvestisiya fondu qanunla müəyyən olunmuş hallarda və qaydada müştərinin, benefisiarın və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi, habelə onlar barədə əldə olunmuş eyniləşdirilmə məlumatlarının verifikasiyası üçün tədbirlər görməli, məlumatın sənədləşdirilməsi və saxlanılması tələblərinə əməl etməlidir.
109
İnvestisiya fondları haqqında
2. Bu maddənin 1-ci bəndində göstərilən tələblərdən başqa digər tələblər “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar ilə müəyyən edilir.
109
İnvestisiya fondları haqqında
Maddə 27. İnvestisiya fondunun fəaliyyətinə dövlət nəzarəti
109
İnvestisiya fondları haqqında
2. İnvestisiya fondunun fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı hallarda dayandırıla bilər:
109
İnvestisiya fondları haqqında
2.1. fondun müdiriyyətinə (müdirinə) verilmiş xüsusi razılığın fəaliyyəti dayandırıldıqda və ya o ləğv edildikdə;
109
İnvestisiya fondları haqqında
2.2. açıq investisiya fondu buraxdığı səhmləri geri satın ala bilmədikdə;
109
İnvestisiya fondları haqqında
2.3. Azərbaycan Respublikasının qanunvericiliyi pozulduğu halda.
109
İnvestisiya fondları haqqında
Göstərilən hallar 6 ay müddətində aradan qaldırılmazsa, həmin investisiya fondu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada ləğv edilir, yaxud yenidən təşkil edilir.
109
İnvestisiya fondları haqqında
3. Müvafiq icra hakimiyyəti orqanının investisiya fonduna, fondun müdiriyyətinə (müdirinə), depozitarisinə və reyestr saxlayıcısına və onların vəzifəli şəxslərinə qanunvericilikdə yol verdikləri pozuntuların aradan qaldırılmasına dair göstərişləri məcburidir.
109
İnvestisiya fondları haqqında
V fəsil Yekun müddəalarI
109
İnvestisiya fondları haqqında
Maddə 28. İnvestisiya fondunun auditoru
109
İnvestisiya fondları haqqında
1. İnvestisiya fondu özünün maliyyə sənədləşməsi və hesabatlarını yoxlamaq üçün ildə 2 dəfədən az olmayaraq auditor cəlb etməlidir.
109
İnvestisiya fondları haqqında
2. İnvestisiya fondunun afilə edilmiş şəxsi onun auditoru təyin edilə bilməz.
109
İnvestisiya fondları haqqında
Maddə 29. Kütləvi informasiya vasitələrində investisiya fonduna dair dəqiq olmayan məlumatın verilməsinə qadağan
109
İnvestisiya fondları haqqında
1. İnvestisiya fondu yalnız müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq aldıqdan sonra onun haqqında məlumat kütləvi informasiya vasitələrində verilə bilər.
109
İnvestisiya fondları haqqında
2. İnvestisiya fondunun kütləvi informasiya vasitələrində öz səhmdarlarını, habelə potensial səhmdarları çaşdıra bilən məlumat verməsi qadağandır.
109
İnvestisiya fondları haqqında
Maddə 30. İnvestisiya fondunun ləğvi və yenidən təşkili
109
İnvestisiya fondları haqqında
1. İnvestisiya fondunun ləğvi, yaxud yenidən təşkili Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslarla və qaydada həyata keçirilir.
109
İnvestisiya fondları haqqında
2. İnvestisiya fondunun ləğv olunmasının gedişi və müddətləri haqqında məlumat həmin investisiya fondunun hər bir səhmdarına, bilavasitə marağı olan üçüncü şəxslərə, habelə müvafiq icra hakimiyyəti orqanına onların tələbi ilə verilməlidir. Ləğv olunan investisiya fondunun əmlakı (qiymətli kağızlar və digər daşınar və daşınmaz əmlak) müvafiq olaraq fond birjası vasitəsi ilə və müsabiqə qaydasında (hərrac, auksion) satılmalıdır. Həmin əmlakın əvəzinə əldə edilən pul vəsaiti ləğv olunan investisiya fondunun digər pul vəsaiti ilə birlikdə fondun bütün öhdəlikləri ödənildikdən sonra səhmdarlar arasında onların səhmlərinin sayına mütənasib bölüşdürülür.
109
İnvestisiya fondları haqqında
3. Qapalı investisiya fondu müvafiq icra hakimiyyəti orqanının razılığı ilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada açıq investisiya fonduna çevrilə bilər. Açıq investisiya fondu qapalı investisiya fonduna çevrilə bilməz.
109
İnvestisiya fondları haqqında
4. İnvestisiya fondu bölündükdə onun hər bir səhmdarı yaranan hər bir yeni investisiya fondunda bölünən investisiya fondundakı paylarına uyğun səhmlərə malik olmalıdır.
109
İnvestisiya fondları haqqında
Maddə 31. Məsuliyyət
109
İnvestisiya fondları haqqında
Maddə 32. Mübahisələrin həlli qaydası
109
İnvestisiya fondları haqqında
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
109
İnvestisiya fondları haqqında
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
109
İnvestisiya fondları haqqında
1. 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)
109
İnvestisiya fondları haqqında
2. 28 sentyabr 2004-cü il tarixli 765-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 973)
109
İnvestisiya fondları haqqında
3. 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684)
109
İnvestisiya fondları haqqında
4. 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053)
109
İnvestisiya fondları haqqında
5. 30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 22 iyul 2009-cu il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517)
109
İnvestisiya fondları haqqında
6. 22 oktyabr 2010-cu il tarixli 1101-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 14 Noyabr 2010-cu il, № 250, “Azərbaycan” qəzeti 21 Noyabr 2010-cu il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 650)
109
İnvestisiya fondları haqqında
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
109
İnvestisiya fondları haqqında
10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684) ilə 2-ci maddədə “, "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" Azərbaycan Respublikasının qanunları” sözləri “Azərbaycan Respublikasının Qanunu” sözləri ilə əvəz edilmişdir.
109
İnvestisiya fondları haqqında
Maddə 26. İnvestisiya fondunun fəaliyyətinin stimullaşdırılması
109
İnvestisiya fondları haqqında
İnvestisiya fondunun fəaliyyətinin stimullaşdırılması üçün vergi güzəştləri Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə müəyyən edilir.
110
Əlvan metal tullantılarının tədarükü, emalı və satışına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
110
Əlvan metal tullantılarının tədarükü, emalı və satışına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
"Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli, 310 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
110
Əlvan metal tullantılarının tədarükü, emalı və satışına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
1. "Əlvan metal tullantılarının tədarükü, emalı və satışına xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
110
Əlvan metal tullantılarının tədarükü, emalı və satışına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının "İstehsalat və məişət tullantıları haqqında" Qanununa əsasən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər, nəzərdə tutulmuş istehsal prosesində, kənd təsərrüfatında, xidmət sahələrində əmələ gələn və əmələ gəlmə yerlərində istifadəsi mümkün olmayan, habelə texnoloji prosesin gedişində ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən maddələri, əşyaları və materialları, yaxud onlarda olan qırıntı və tullantıların öz şəxsi əmlakları olduğunu təsdiq edən sənəd olarsa, əlvan metal tullantılarının satışı fəaliyyəti ilə məşğul ola bilərlər.
110
Əlvan metal tullantılarının tədarükü, emalı və satışına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
Fiziki şəxslər Azərbaycan Respublikasının "İstehsalat və məişət tullantıları haqqında" Qanunu ilə müəyyənləşdirilmiş həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn, əlvan metaldan olan əşyaları, maddələri və materialları, əlvan metal qırıntı və tullantılarının tədarükü və emalı ilə məşğul olan müəssisələrə sata (təhvil verə) bilərlər.
110
Əlvan metal tullantılarının tədarükü, emalı və satışına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 9 aprel tarixli, 72 nömrəli qərarı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) alınması üçün ödənilən dövlət rüsumunun məbləği"nə aşağıdakı 81 nömrəli bənd əlavə edilsin:
110
Əlvan metal tullantılarının tədarükü, emalı və satışına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
№-si
110
Əlvan metal tullantılarının tədarükü, emalı və satışına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
Fəaliyyət növlərinin adı
110
Əlvan metal tullantılarının tədarükü, emalı və satışına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
Məbləğ (min manat)
110
Əlvan metal tullantılarının tədarükü, emalı və satışına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
81
110
Əlvan metal tullantılarının tədarükü, emalı və satışına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
Əlvan metal tullantılarının:
110
Əlvan metal tullantılarının tədarükü, emalı və satışına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
a) tədarükü və satışı
110
Əlvan metal tullantılarının tədarükü, emalı və satışına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
500
110
Əlvan metal tullantılarının tədarükü, emalı və satışına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
b) tədarükü, emalı və satışı
110
Əlvan metal tullantılarının tədarükü, emalı və satışına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
1000
110
Əlvan metal tullantılarının tədarükü, emalı və satışına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
110
Əlvan metal tullantılarının tədarükü, emalı və satışına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
110
Əlvan metal tullantılarının tədarükü, emalı və satışına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
Bakı şəhəri, 31 may 2000-ci il № 95
110
Əlvan metal tullantılarının tədarükü, emalı və satışına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin