id
int64
1
59.4k
title
stringlengths
6
4.17k
text
stringlengths
1
12.3k
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
4.3. Cəmiyyətin əmlakının dəyəri onun balansında göstərilir.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
4.4. Cəmiyyətin nizamnamə kapitalı 88026564 manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 2 manat olan 44013282 ədəd adi səhmlərdən ibarətdir.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
4.5. Cəmiyyətin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur:
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
4.5.1. nizamnamə kapitalına daxil olan əmlak;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
4.5.2. səhmdarın vəsaiti;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
4.5.3. təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən daxil olan gəlirlər;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
4.5.4. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
4.6. Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
4.7. Cəmiyyətin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan, əmlak hüquqlarından və pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
5. CƏMİYYƏTİN STRUKTURU
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
Cəmiyyətin strukturu, aparatının işçilərinin say həddi və xərclər smetası müvafiq qaydada tabeliyində olduğu icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
6.1. Cəmiyyət mühasibat və statistik uçotu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aparır.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
6.2. Cəmiyyətin birinci maliyyə ili qeydiyyata alındığı vaxtdan başlayır və dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
6.5. Cəmiyyət özünün törəmə müəssisələrinin, filial və nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasının qüvvədə olan qanunvericiliyə uyğun olaraq aparılmasını təmin edir.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
7. CƏMİYYƏTİN İCRA ORQANI
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
7.1. İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
7.2. İdarə Heyəti qanunvericiliklə və bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətləri daxilində Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
7.3. İdarə Heyətinin tərkibi 5 nəfərdən – Cəmiyyətin sədri və onun dörd müavinindən ibarətdir.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
7.4. İdarə Heyətinin işinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Cəmiyyətin sədri rəhbərlik edir.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
7.5. Cəmiyyətin sədrinin müavinləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vəzifəyə təyin edilir və vəzifədən azad olunurlar.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
7.6. İdarə Heyəti:
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
7.6.1. Cəmiyyətin tabeliyində olduğu icra hakimiyyəti orqanına hesabat verir;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
7.6.2. Cəmiyyətin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq əməkhaqqı fondu dairəsində təşkil edir;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
7.6.3. yeni texnologiyaların tətbiqi ilə bağlı qərarlar qəbul edir;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
7.6.4. Cəmiyyətin daxili intizam qaydalarını müəyyən edir;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
7.6.5. Cəmiyyətin struktur bölmələrinin rəhbərlərinin səlahiyyətlərini müəyyən edir;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
7.6.6. bütövlükdə Cəmiyyətin və ya onun struktur bölmələrinin, həmçinin Cəmiyyətin törəmə müəssisələrinin, filial və nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərar qəbul edir;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
7.6.6-1. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanılması haqqında qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə müraciət edir;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
7.6.7. Cəmiyyətin perspektiv inkişaf planı, digər müəssisələrə kapital qoyuluşu, bu Nizamnaməyə əlavə və dəyişikliklər edilməsi, Cəmiyyətin illik maliyyə hesabatı və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları, mənfəət və zərərin bölüşdürülməsi barədə tabeliyində olduğu icra hakimiyyəti orqanına təkliflər verir;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
7.6.8. Cəmiyyətin fəaliyyətində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə qurumların yaradılması, yenidən təşkil olunması və ləğv edilməsi barədə tabeliyində olduğu icra hakimiyyəti orqanına təkliflər verir;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
7.6.9. Bu Nizamnamə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aid edilməmiş məsələləri həll edir.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
7.7. İdarə Heyətinin qərarları müvafiq protokollarla və bir qayda olaraq, sədrin əmri ilə rəsmiləşdirilir.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
7.8. Cəmiyyətin İdarə Heyətinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
7.9. Avtomobil yolları sahəsində elmi-tədqiqat, layihə-axtarış, tikinti-quraşdırma fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı avtomobil yolları, körpülər və digər yol qurğuları üzrə yüksək ixtisaslı mütəxəssislər və alimlər cəlb edilməklə, Cəmiyyətin tərkibində sədrin müavinlərindən birinin rəhbərliyi ilə Elmi-texniki Şura yaradılır.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
8. CƏMİYYƏTİN SƏDRİ
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
8.1. Cəmiyyətin sədri:
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
8.1.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
8.1.2. müavinlər arasında vəzifə bölgüsünü müəyyənləşdirir;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
8.1.3. Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Nizamnaməyə uyğun olaraq, Cəmiyyətin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi və onun hüquqlarının həyata keçirilməsi üçün zəruri tədbirlər görür;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
8.1.4. Cəmiyyət adından etibarnaməsiz fəaliyyət göstərir, habelə Cəmiyyəti bütün dövlət orqanlarında, müəssisələrdə, idarələrdə və təşkilatlarda (o cümlədən beynəlxalq təşkilatlarda) təmsil edir;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
8.1.5. Cəmiyyətin törəmə müəssisələrinin, filial və nümayəndəliklərinin strukturunu, ştat cədvəlini təsdiq edir;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
8.1.6. Cəmiyyətin struktur bölmələrinin əsasnamələrini, filial və nümayəndəliklərinin, tabeliyindəki hüquqi şəxs statuslu qurumların nizamnamələrini təsdiq edir;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
8.1.8. Cəmiyyətin aparatının işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
8.1.9. Cəmiyyətin tabeliyində olduğu icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla filial və nümayəndəliklərinin, həmçinin törəmə müəssisələrinin rəhbərlərini müəyyən edilmiş qaydada vəzifəyə təyin edir və vəzifədən azad edir;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
8.1.10. Cəmiyyətin filial və nümayəndəliklərinin, həmçinin törəmə müəssisələrinin rəhbərləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
8.1.11. Cəmiyyətin filial və nümayəndəliklərinə, həmçinin törəmə müəssisələrinə göstərişlər verir;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
8.1.12. öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının və Nəqliyyat Nazirliyinin əmr və sərəncamlarının icrasını təmin edir;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
8.1.13. Cəmiyyətin idarə edilməsi, cari fəaliyyətinin tənzimlənməsi üçün ona verilmiş səlahiyyətlər daxilində icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
8.1.15. qanunvericiliyə uyğun olaraq verilən səlahiyyət əsasında beynəlxalq, dövlətlərarası və hökumətlərarası danışıqlarda iştirak edir;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
8.1.16. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
8.2. Cəmiyyətin sədri öz vəzifəsini yerinə yetirə bilmədikdə, onun səlahiyyətlərini müvəqqəti olaraq sədr müavinlərindən biri həyata keçirir.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
9. DAXİLİ AUDİT VƏ MALİYYƏ NƏZARƏTİ MEXANİZMİ
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
9.1. Cəmiyyət sədrə tabe olan daxili audit sistemi təsis edir. Daxili audit və bu sistemin işini icra edən şəxslər öz funksiyalarını icra edərkən müstəqil qiymət vermək, nəticə çıxarmaq hüququna malikdirlər.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
9.2. Cəmiyyətin daxili audit xidmətinin əməkdaşları Cəmiyyətin bütün işçiləri üçün müəyyən edilmiş tələblərlə bərabər, aşağıdakı əlavə tələblərə cavab verməlidirlər:
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
9.2.1. hüquq, iqtisadiyyat, yaxud mühasibat uçotu sahəsində ali təhsilli olmaq;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
9.2.2. digər ixtisas üzrə ali təhsilə və bu Nizamnamənin 9.2.1-ci bəndində sadalanan müvafiq sahə üzrə azı dörd illik iş stajına malik olmaq.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
9.3. Daxili audit xidməti aşağıdakıları yerinə yetirir:
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
9.3.1. Cəmiyyətin, o cümlədən onun törəmə müəssisələrinin, filial və nümayəndəliklərinin fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin daxili qaydalarına uyğunluğunu yoxlamaq;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
9.3.2. Cəmiyyətin istehsal və xidmət fəaliyyətinin, habelə maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməsi məqsədi ilə bütün sahələrdə aparılan xüsusi əməliyyatların mütəmadi auditini aparmaq;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
9.3.3. daxili audit yoxlamalarının nəticələri haqqında, habelə ortaya çıxmış çatışmazlıqların aradan qaldırılması üçün təkliflər barədə Cəmiyyətin sədrinə məlumat vermək;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
9.3.4. Azərbaycan Respublikasının qanunvericiliyi və bu Nizamnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
9.4. Cəmiyyətin bütün müvafiq bölmələri və əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri olan sənədləri təqdim etməyə, onlara öz vəzifələrinin icrası üçün lazımi şərait yaratmağa borcludurlar.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
9.5. Cəmiyyətin sədri tərəfindən daxili audit yoxlamalarının nəticələri haqqında Cəmiyyətin tabeliyində olduğu icra hakimiyyəti orqanına hesabatlar təqdim edilir.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
10. CƏMİYYƏTİN MÜSTƏQİL (KƏNAR) AUDİTİ
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
11. CƏMİYYƏTİN TABELİYİNDƏ OLAN İDARƏ, MÜƏSSİSƏ VƏ TƏŞKİLATLARLA QARŞILIQLI MÜNASİBƏTLƏRİ
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
11.1. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatlarla qarşılıqlı münasibətləri Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, bu Nizamnaməyə, habelə onların nizamnamə və əsasnamələrinə, Cəmiyyətin idarəetmə orqanlarının qərarlarına uyğun olaraq tənzimlənir.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
11.2. Cəmiyyət tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, bu Nizamnaməyə, onların nizamnamə və ya əsasnamələrinə, Cəmiyyətin idarəetmə orqanlarının qərarlarına zidd olaraq qəbul edilmiş qərarları ləğv etmək hüququna malikdir.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
11.3. Cəmiyyət tabeliyində olan idarə, müəssisə və təşkilatlarla qarşılıqlı münasibətlərdə aşağıdakı səlahiyyətlərə malikdir:
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
11.3.1. mövcud normativ hüquqi aktlara uyğun olaraq, tabeliyində olan idarə, müəssisə və təşkilatların balansında olan əmlakın hüquqi və fiziki şəxslərə icarəyə verilməsi, habelə balansında olan əsas vəsaitlərin silinməsi barədə müəyyən edilmiş qaydada Nəqliyyat Nazirliyinə təkliflər vermək;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
11.3.2. tabeliyində olan idarə, müəssisə və təşkilatların idarəetmə orqanlarını formalaşdırmaq;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
11.3.3. tabeliyində olan idarə, müəssisə və təşkilatların təsərrüfat fəaliyyəti üzrə proqnoz göstəricilərinin formalaşmasına və hesabatlara nəzarət etmək, bu məsələlərə aid tövsiyələr və təkliflər vermək, habelə onların müzakirəsində iştirak etmək;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
11.3.4. tabeliyində olan idarə, müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətini təhlil və təftiş etmək;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
11.3.5. tabeliyində olan idarə, müəssisə və təşkilatların fəaliyyətlərinin yekunlarına baxılmasını təmin etmək;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
11.3.6. tabeliyində olan idarə, müəssisə və təşkilatlardan onların təqsiri üzündən Cəmiyyətə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək;
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
11.3.7. qanunvericilikdə və bu Nizamnamədə nəzərdə tutulan digər səlahiyyətləri həyata keçirmək.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
12. CƏMİYYƏTİN YENİDƏN TƏŞKİLİ VƏ LƏĞVİ
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
Cəmiyyətin yenidən təşkili və ləğvi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
1. 20 iyun 2013-cü il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 iyun 2013-cü il, № 135; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 764)
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
2. 16 fevral 2016-cı il tarixli 49 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 mart 2016-cı il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 576)
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
3. 11 may 2016-cı il tarixli 188 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 948)
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
Əvvəlki redaksiyada deyilirdi:
113
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
CƏMİYYƏTDƏ UÇOT VƏ HESABATIN APARILMASI
114
Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublİkasının Qanunu
114
Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin iş həcminin artmasını nəzərə alaraq, onun fəaliyyətini təkmilləşdirmək və daha səmərəli qurmaq məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
114
Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində (Azərbaycan Respublikasının 17 may 1996-cı il tarixli Qanunu ilə təsdiq edilmişdir) aşağıdakı dəyişikliklər edilsin:
114
Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində dəyişiklik edilməsi haqqında
1. 32-ci maddənin birinci hissəsində və 34-cü maddənin ikinci hissəsində «birinci müavini və müavini» sözləri «birinci müavini və müavinləri» sözləri ilə əvəz edilsin.
114
Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində dəyişiklik edilməsi haqqında
2. 32-ci maddənin üçüncü hissəsində «sədrinin müavini» sözləri «sədrinin daha yaşlı müavini, o olmadıqda isə Milli Məclisin sədrinin müavini» sözləri ilə əvəz edilsin.
114
Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
114
Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində dəyişiklik edilməsi haqqında
Bakı şəhəri, 24 noyabr 2000-ci il
114
Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində dəyişiklik edilməsi haqqında
№ 3-IIQ
115
Nəşriyyat işi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
115
Nəşriyyat işi haqqında
Bu Qanun nəşriyyat işinin ümumi prinsiplərini müəyyən edir, nəşriyyat fəaliyyətinin təşkili və həyata keçirilməsi ilə əlaqədar nəşriyyat işinin subyektləri arasında münasibətləri tənzimləyir, onların hüquq və vəzifələrini müəyyən edir.
115
Nəşriyyat işi haqqında
I fəsil Ümumİ müddəalar
115
Nəşriyyat işi haqqında
Maddə 1. Əsas anlayışlar
115
Nəşriyyat işi haqqında
Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları istifadə edir:
115
Nəşriyyat işi haqqında
nəşriyyat - əsas fəaliyyət sahəsi müəllifə sifariş verməklə və ya müəllifin (müəlliflik hüququ sahibinin) sifarişi ilə nəşriyyat məhsullarının hazırlanması, istehsalı və (və ya) yayımından ibarət olan ixtisaslaşmış mədəniyyət müəssisəsi;
115
Nəşriyyat işi haqqında
dövlət nəşriyyatı - dövlət təşkilatlarının təsis etdiyi və yaxud onların təşkilat strukturlarına daxil olan nəşriyyatlar və nəşriyyat bölmələri;