id int64 1 59.4k | title stringlengths 6 4.17k ⌀ | text stringlengths 1 12.3k ⌀ |
|---|---|---|
115 | Nəşriyyat işi haqqında | qeyri-dövlət nəşriyyatları - xüsusi mülkiyyət və ya bələdiyyə mülkiyyəti əsasında yaradılmış nəşriyyatlar; |
115 | Nəşriyyat işi haqqında | nəşriyyat işi - nəşriyyat məhsullarının hazırlanması, istehsalı və yayımı ilə məşğul olan hüquqi və fiziki şəxslərin təşkilati-yaradıcılıq və istehsalat-təsərrüfat fəaliyyətini əhatə edən ictimai münasibətlər sahəsi; |
115 | Nəşriyyat işi haqqında | naşir - nəşriyyat məhsulunun istehsalını maddi-texniki cəhətdən təmin edən (maliyyələşdirən) nəşriyyat və yaxud əsas fəaliyyəti bu sahə ilə əlaqədar olmayan fiziki və ya hüquqi şəxs; |
115 | Nəşriyyat işi haqqında | nəşriyyat məhsulu - çap üsulundan və formasından asılı olmayaraq nəşriyyatların (naşirlərin) sifarişi ilə istehlakçı üçün nəzərdə tutulan kitab, broşür, albom, plakat, buklet, açıqca, elektron nəşrlər və digər nəşriyyat məhsullarının məcmusu; |
115 | Nəşriyyat işi haqqında | çap məhsulu - poliqrafiya müəssisələrində çap texnikası vasitəsilə hazırlanan dövri mətbu nəşrlər, nəşriyyat məhsulları (elektron nəşrlərdən başqa) və bütün növlərdən olan poliqrafiya məhsullarının məcmusu; |
115 | Nəşriyyat işi haqqında | nəşriyyat məhsulunu istehsal edən - nəşriyyatın (naşirin) sifarişi əsasında nəşriyyat məhsulunun tirajının, yaxud tirajın bir hissəsinin istehsalını və buraxılışını təmin edən fiziki və ya hüquqi şəxs; |
115 | Nəşriyyat işi haqqında | yayıcı - nəşriyyatla (naşirlə) müqavilə bağlamaqla, yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını və satışını həyata keçirilən fiziki və ya hüquqi şəxs; |
115 | Nəşriyyat işi haqqında | sifarişçi - maliyyə obyektlərini üzərinə götürməklə nəşriyyat məhsulunun hazırlanmasını, istehsalını və yayımını sifariş edən fiziki və ya hüquqi şəxs; |
115 | Nəşriyyat işi haqqında | tiraj - nəşr nüsxələrinin miqdarı; |
115 | Nəşriyyat işi haqqında | kitabın beynəlxalq standart nömrəsi (İSBN) - hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə; |
115 | Nəşriyyat işi haqqında | nəşr - nəşriyyat prosesindən keçirilərək texniki vasitələrin köməyilə sayı çoxaldılan yazılı və audiovizual formada bir dəfə, yaxud dəfələrlə yayılan nəşriyyat məhsulu; |
115 | Nəşriyyat işi haqqında | redaktə - nəşriyyat (naşir) tərəfindən müəllifə (müəlliflərə və tərtibçilərə) verilmiş sifariş əsasında, yaxud müəlliflərin özünün təqdimatı ilə nəşriyyata daxil olmuş əsərin müəllifin razılığı ilə elmi, ədəbi, texniki və bədii cəhətdən təkmilləşdirilməsi, ixtisar, dəyişiklik, əlavə və düzəlişlər etməklə nəşrə hazırlanması; |
115 | Nəşriyyat işi haqqında | nəşriyyat redaksiyası - nəşriyyat məhsullarının hazırlanması ilə məşğul olan, əsərləri çap üçün hazırlayan əsas struktur bölmə; |
115 | Nəşriyyat işi haqqında | redaktor - nəşriyyatlarda çalışan, yaxud müqavilə əsasında kənardan cəlb olunan, nəşriyyat əlyazmasının mətnini elmi, ədəbi, texniki və bədii cəhətdən işləyib nəşrə hazırlayan aparıcı mütəxəssis; |
115 | Nəşriyyat işi haqqında | nəşriyyat proqramı - nəşriyyatın nizamnaməsinə, istiqamətinə uyğun olaraq nəşriyyatın (naşirin) tərtib və təsdiq etdiyi rüblük, illik və çoxillik tematik layihə; |
115 | Nəşriyyat işi haqqında | zəruri nəşrlər - siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən və dövlət ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulan üstün nəşrlər; |
115 | Nəşriyyat işi haqqında | nəşriyyat işinin subyektləri - nəşriyyatlar (naşirlər), müəlliflər, poliqrafiya müəssisələri, nəşriyyat məhsullarının sifarişçiləri və yayıcıları; |
115 | Nəşriyyat işi haqqında | Maddə 2. Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi |
115 | Nəşriyyat işi haqqında | Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir. |
115 | Nəşriyyat işi haqqında | Maddə 3. Nəşriyyat işi sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri |
115 | Nəşriyyat işi haqqında | Nəşriyyat işi sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: |
115 | Nəşriyyat işi haqqında | nəşriyyat işi sahəsində sərbəstliyin təmin edilməsi; |
115 | Nəşriyyat işi haqqında | nəşriyyat işinin maddi-texniki bazasının, təşkilati, hüquqi və elmi əsaslarının möhkəmləndirilməsinə, milli kitab nəşrinin inkişafına yardım edilməsi. |
115 | Nəşriyyat işi haqqında | Nəşriyyat işi sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır: |
115 | Nəşriyyat işi haqqında | nəşriyyat işinin inkişafına dair dövlət proqramının hazırlanması və həyata keçirilməsi; |
115 | Nəşriyyat işi haqqında | nəşriyyat işi sahəsində inhisarçılığın qarşısının alınması; |
115 | Nəşriyyat işi haqqında | əhalini, təhsil müəssisələrini və kitabxanaları latın əlifbası ilə nəşr olunmuş kitablara təmin etmək məqsədilə xüsusi dövlət proqramının hazırlanması və həyata keçirilməsi; |
115 | Nəşriyyat işi haqqında | Azərbaycan xalqının klassik irsi və milli-mənəvi sərvətləri sayılan əsərlərin dövlət sifarişi əsasında nəşrinin həyata keçirilməsi, bu məqsədlə güzəştli kreditlər və dövlət tərəfindən qrantların ayrılması; |
115 | Nəşriyyat işi haqqında | nəşriyyatların maddi-texniki bazasının genişləndirilməsinin, poliqrafiya sənayesinin inkişafının, nəşriyyat məhsullarının satışının stimullaşdırılması və kənd yerlərində kitab yayımının təmin edilməsi; |
115 | Nəşriyyat işi haqqında | idarə, müəssisə və təşkilatların dövlət dilində olan zəruri nəşrlərlə təmin edilməsi; |
115 | Nəşriyyat işi haqqında | milli-mədəni sərvətləri əks etdirən kitabların dünya miqyasında təbliği məqsədilə onların tərcüməsi, nəşri və yayılmasının stimullaşdırılması; |
115 | Nəşriyyat işi haqqında | mətbuatın dövlət statistikasını aparmaqla, əhalinin və bazarın nəşriyyat məhsullarına olan tələbatını, ehtiyaclarını və təkliflərini öyrənməklə nəşriyyatların işinin istiqamətləndirilməsi; |
115 | Nəşriyyat işi haqqında | uşaq ədəbiyyatı, dərslik, elmi-texniki ədəbiyyat, tərcümə ədəbiyyatı, lüğət və ensiklopediyaların, yazılı və şifahi mədəniyyət abidələrinin nəşrinə əlavə güzəştlərin müəyyən edilməsi; |
115 | Nəşriyyat işi haqqında | milli universal ensiklopediya nəşrinin dövlət vəsaiti hesabına həyata keçirilməsi; |
115 | Nəşriyyat işi haqqında | qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının fəaliyyəti, habelə səhiyyə, elm və əhalinin sosial müdafiəsi ilə bağlı nəşriyyat məhsullarının istehsalının dövlət sifarişi əsasında həyata keçirilməsi; |
115 | Nəşriyyat işi haqqında | Azərbaycan Respublikasını xarici ölkələrdə təbliğ etmək məqsədilə xarici dillərdə buraxılan zəruri nəşrlərin dövlət tərəfindən maliyyələşdirilməsi. |
115 | Nəşriyyat işi haqqında | Nəşriyyat işi sahəsində dövlət siyasətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. |
115 | Nəşriyyat işi haqqında | Maddə 4. Nəşriyyat işinin sərbəstliyi |
115 | Nəşriyyat işi haqqında | Nəşr üçün nəzərdə tutulmuş əsərlərin, əlyazmaların və digər materialların senzurasına yol verilmir. |
115 | Nəşriyyat işi haqqında | Nəşriyyat materiallarının müəllif deyilərsə, dövlət orqanlarının, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, habelə vəzifəli şəxslərin nəşrə hazırlanan materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və yayılmasını qadağan etmək hüququ yoxdur. |
115 | Nəşriyyat işi haqqında | Nəşriyyatlar, poliqrafiya müəssisələri, yayıcılar tematik plan və proqram hazırlamaqda, mövzu və müəlliflər seçməkdə, nəşrlərin tirajını, qiymətini və ticarət əlavələrini (güzəştlərini) müəyyən etməkdə (dövlət proqramları əsasında hazırlanan, maliyyələşdirilən nəşrlərdən başqa), öz aralarında və digər hüquqi və fiziki şəxslərlə əlaqə formalarını müəyyənləşdirməkdə tam sərbəstidirlər. |
115 | Nəşriyyat işi haqqında | Materialların hazırlanması zamanı tərcümə və müəllif mətnlərində müəlliflik hüququnu qorumaq şərtilə ixtisarlara və redaktəyə yol verilə bilər. |
115 | Nəşriyyat işi haqqında | Maddə 5. Nəşriyyat işinin sərbəstliyindən sui-istifadənin yolverilməzliyi |
115 | Nəşriyyat işi haqqında | Nəşriyyat işinin subyektlərinin hazırladıqları, istehsal etdikləri və yaydıqları nəşriyyat məhsullarında dövlət sirlərini yaymağa, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirməyə, yaxud dəyişməyə, ölkənin təhlükəsizliyinə, dövlətin bütövlüyünə qəsd etməyə, müharibəni, zorakılığı, milli, irqi, dini müstəsnalığı, dözülməzliyi, sosial ədavəti təbliğ etməyə, habelə pornoqrafik xarakterli materialları nəşr etməyə və yaymağa, böhtan atmağa və digər qanun pozuntularına çağırışlara yol verilmir. |
115 | Nəşriyyat işi haqqında | II fəsil Nəşrİyyat İşİnİn təşkİlİ və həyata keçİrİlməsİ |
115 | Nəşriyyat işi haqqında | Maddə 6. Nəşriyyat işi sahəsində fəaliyyətin təşkilati-hüquqi formaları |
115 | Nəşriyyat işi haqqında | Nəşriyyat işi sahəsində fəaliyyət mülkiyyətin bütün növlərinə əsaslanan müxtəlif təşkilati-hüquqi formalarda həyata keçirilə bilər. |
115 | Nəşriyyat işi haqqında | Maddə 7. Nəşriyyat işi subyektlərinin dövlət qeydiyyatı |
115 | Nəşriyyat işi haqqında | Nəşriyyat (naşir), çap məhsullarını hazırlayan və yayıcı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınırlar. |
115 | Nəşriyyat işi haqqında | Maddə 8. Təsisçi (həmtəsisçi) |
115 | Nəşriyyat işi haqqında | Hüquqi və fiziki şəxslər nəşriyyatların, poliqrafiya və kitab ticarəti müəssisələrinin təsisçiləri (həmtəsisçiləri) ola bilərlər. Xarici hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələrdə müəyyənləşdirilmiş hallarda təsisçi (həmtəsisçi) ola bilərlər. |
115 | Nəşriyyat işi haqqında | Təsisçi ilə onun təsis etdiyi nəşriyyat, poliqrafiya, yaxud kitab ticarəti və təchizat müəssisəsi arasındakı münasibətlər nizamnamə, təsis müqaviləsi və mövcud qanunvericiliklə tənzimlənir. |
115 | Nəşriyyat işi haqqında | Təsisçi nəşriyyatın tematikasını və (və ya) ixtisaslaşmasını müəyyənləşdirir, onun nizamnaməsini təsdiq edir, qanunvericilikdə nəzərdə tutulan hallarda məhkəmədə iddiaçı və ya cavabdeh kimi iştirak edir. |
115 | Nəşriyyat işi haqqında | Təsisçi eni zamanda nəşriyyat məhsulunun naşiri, istehsalçısı və yayıcısı ola bilər. |
115 | Nəşriyyat işi haqqında | Maddə 9. Nəşriyyatın (naşirin) hüquq və vəzifələri |
115 | Nəşriyyat işi haqqında | Nəşriyyatın (naşirin) aşağıdakı hüquqları vardır: |
115 | Nəşriyyat işi haqqında | nəşriyyat məhsulu buraxılışının proqramını tərtib və təsdiq etmək; |
115 | Nəşriyyat işi haqqında | nəşriyyat proqramını və müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin edəcək göstəriciləri müəyyənləşdirib öz redaksiyaları və digər struktur bölmələri arasında paylaşdırmaq; |
115 | Nəşriyyat işi haqqında | nizamnaməsində göstərilən fəaliyyət istiqamətlərinə (ixtisas yönünə) uyğun olaraq hər hansı bir mövzuda bədii, bədii-publisistik, ictimai-siyasi və elmi xarakterli əsərlərin yaradılması ilə bağlı sifariş almaq və vermək; |
115 | Nəşriyyat işi haqqında | müəlliflərlə müəllif müqavilələri bağlamaq; |
115 | Nəşriyyat işi haqqında | müəlliflərin əsərlərindən başqa ölkələrdə və xarici müəlliflərin əsərlərindən Azərbaycan Respublikasında istifadə edilməsi üçün müəlliflərin icazəsi ilə xarici hüquqi və fiziki şəxslərlə müəllif müqavilələrinin bağlanmasında vasitəçi kimi iştirak etmək; |
115 | Nəşriyyat işi haqqında | xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə qanunvericiliyə uyğun olaraq müqavilələr bağlamaq; |
115 | Nəşriyyat işi haqqında | çap məhsulunun hazırlayanı və yayıcısı qismində çıxış etmək; |
115 | Nəşriyyat işi haqqında | Azərbaycan Respublikasının qanunvericiliyinə və öz nizamnaməsinə müvafiq olaraq digər istehsalat-təsərrüfat fəaliyyətini həyata keçirmək; |
115 | Nəşriyyat işi haqqında | nəşriyyat tərəfindən hazırlanmış elmi, bədii və incəsənət əsərlərini müəyyən edilmiş qaydada dövlət mükafatlarına, ictimai və beynəlxalq mükafatlara təqdim etmək; |
115 | Nəşriyyat işi haqqında | müəyyən edilmiş qaydada beynəlxalq təşkilatların işində iştirak etmək, öz nəşrlərini milli və beynəlxalq müsabiqələrə, sərgilərə, yarmarkalara təqdim etmək. |
115 | Nəşriyyat işi haqqında | Nəşriyyatın (naşirin) aşağıdakı vəzifələri vardır: |
115 | Nəşriyyat işi haqqında | istehlak ehtiyaclarının ödənilməsini təmin etmək; |
115 | Nəşriyyat işi haqqında | öz məhsullarını dövlət standartlarına müvafiq tərtib etmək; |
115 | Nəşriyyat işi haqqında | müəlliflik hüququna, dövlət standartlarının və beynəlxalq standartların tələblərinə, nəşriyyat işini tənzimləyən normativ hüquqi aktlara əməl etmək; |
115 | Nəşriyyat işi haqqında | nəşriyyat məhsulları haqqında dövlət hesabatını və məlumatı müəyyən olunmuş qaydada təqdim etmək. |
115 | Nəşriyyat işi haqqında | Nəşriyyat (naşir) qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan da istifadə edir və vəzifələr daşıyır. |
115 | Nəşriyyat işi haqqında | Poliqrafiya müəssisələri nəşriyyat məhsulu sayılmayan digər çap məhsullarının istehsalını qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirirlər. |
115 | Nəşriyyat işi haqqında | Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, nəşriyyat öz məhsullarının buraxılışına görə tam məsuliyyət daşıyır. |
115 | Nəşriyyat işi haqqında | Maddə 10. Nəşriyyat məhsullarının istehsal edənin hüquq və vəzifələri |
115 | Nəşriyyat işi haqqında | Poliqrafiya müəssisələri, istifadəsində poliqrafik, surətçıxarma və ya müvafiq texniki vasitələr olan digər hüquqi və fiziki şəxslər nəşriyyat məhsullarını istehsal edə bilərlər. |
115 | Nəşriyyat işi haqqında | Nəşriyyat məhsullarını istehsal, edən poliqrafiya müəssisələri nəşriyyatdan və naşirlərdən daxil olan sifarişlər əsasında nəşriyyat məhsullarının istehsalını və buraxılışını həyata keçirə bilərlər. |
115 | Nəşriyyat işi haqqında | Sifarişlərin yerinə yetirilməsinin şərtləri və müddəti tərəflər arasındakı müqavilə ilə müəyyən edilir. |
115 | Nəşriyyat işi haqqında | Nəşriyyat məhsullarını istehsal edən poliqrafiya müəssisəsi poliqrafiya sahəsində dövlət standartlarına və beynəlxalq standartlara, texniki şərtlərə və normativ hüquqi aktlara əməl etməlidir. |
115 | Nəşriyyat işi haqqında | Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa nəşriyyat məhsulunu istehsal edən poliqrafiya müəssisəsi nəşrin hazırlanmış tirajını və ya onun bir hissəsini, nəşrin orijinal nüsxəsini, maket və fotoları və ya çap formalarını sifarişçinin icazəsi olmadan başqasına verə, habelə nəşrin əlavə və təkrar tirajını çap edə bilməz. |
115 | Nəşriyyat işi haqqında | Maddə 11. Sifarişçinin hüquq və vəzifələri |
115 | Nəşriyyat işi haqqında | Hər bir hüquqi və fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəşriyyat məhsulunun sifarişçisi ola bilər. |
115 | Nəşriyyat işi haqqında | Sifarişçi qismində müəlliflər (həmmüəlliflər), tərtibçilər (həmtərtibçilər) və tərcüməçilər redaksiya-nəşriyyat işlənməsi, hazırlanması və buraxılışı üçün aşağıdakı materialları nəşriyyatı (naşirə) təqdim edə bilər: |
115 | Nəşriyyat işi haqqında | belletristik, ictimai-siyasi, reklam, məlumat, tədris, elmi, tətbiqi və texniki səciyyəli əsərlər; |
115 | Nəşriyyat işi haqqında | çıxışlar, mühazirələr, nitqlər, məruzələr, moizələr; |
115 | Nəşriyyat işi haqqında | mətnli və mətnsiz musiqi əsərləri; |
115 | Nəşriyyat işi haqqında | dram, musiqili dram əsərləri; |
115 | Nəşriyyat işi haqqında | tətbiqi sənət əsərləri; |
115 | Nəşriyyat işi haqqında | fotolar, illüstrasiyalar, xəritələr, planlar, eskizlər; |
115 | Nəşriyyat işi haqqında | tərcümələr, işləmələr, annotasiyalar, icmallar, xülasələr, əsərlərin digər işləmələri və əsasında törəmə əsərlər yaradılan, orijinalın məzmununa ziyan vurmayan folklor işləmələri; |
115 | Nəşriyyat işi haqqında | almanaxlar, antologiyalar, ensiklopediyalar və digər toplular; |
115 | Nəşriyyat işi haqqında | digər əsərlər. |
115 | Nəşriyyat işi haqqında | Sifarişçi nəşrin dilini, həcmini, tirajını müəyyən edir və onun istifadə və yayımı qaydasını müstəqil həll edir. |
115 | Nəşriyyat işi haqqında | Naşir nəşriyyat məhsulunu hazırlayana (poliqrafiya müəssisəsinə) öz məhsulunun hazırlanmasını, yayıcıya isə həmin məhsulun yayılmasını sifariş edə bilər. |
115 | Nəşriyyat işi haqqında | Verilmiş sifarişlərin icra şərtləri, tərəflərin hüquq və vəzifələri müəllif (həmmüəllif) və ya sifariş obyektinin mülkiyyətçisi olan şəxs, sifarişçi, naşir, çap məhsulunu hazırlayan və yayıcı arasında qanunvericiliyə uyğun bağlanmış müqavilə ilə müəyyən edilir. |
115 | Nəşriyyat işi haqqında | Maddə 12. Xüsusi şərtlər |
115 | Nəşriyyat işi haqqında | Naşir, müəllif, çap məhsulunu hazırlayan poliqrafiya müəssisəsi və onun yayıcısı olan kitab ticarəti təşkilatları öz müqavilə öhdəliklərində Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan xüsusi şərtlər də müəyyən edə bilərlər. |
115 | Nəşriyyat işi haqqında | Maddə 13. Mühafizə prinsipli sənədlərin nəşri |
115 | Nəşriyyat işi haqqında | Dövlət əhəmiyyətli sənədlərin, qiymətli kağızların, nömrəli çap məhsullarının nəşrinin qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. |
115 | Nəşriyyat işi haqqında | Maddə 14. Nəşrdən imtina |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.