id
int64
1
59.4k
title
stringlengths
6
4.17k
text
stringlengths
1
12.3k
115
Nəşriyyat işi haqqında
Nəşriyyat məhsullarında reklamın verilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
115
Nəşriyyat işi haqqında
Uşaq ədəbiyyatı, dərsliklər, dövlət əhəmiyyətli zəruri nəşrlər, ensiklopediyalar pulsuz və yaxud güzəştli şərtlərlə reklam oluna bilər.
115
Nəşriyyat işi haqqında
1 fevral 2019-cu il tarixli 1479-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 377) ilə 22-ci maddəsinin birinci hissəsində “Azərbaycan Respublikasının Milli Kitabxanasına, Kitab Palatasına, Azərbaycan Mətbuat Şurasına, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının və qanunvericilikdə nəzərdə tutulmuş digər orqanların kitabxanalarına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma (qəzet və jurnalların məcburi nüsxələrini), həmçinin “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq kitabxanalara” sözləri ilə əvəz edilmişdir.
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublİkasının Qanunu
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
I. «Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998, № 9 (15), maddə 565) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
1. 7-ci maddədə «Büdcə məsələləri daimi komissiyası» sözləri «Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası» sözləri ilə, «Yerli özünüidarə məsələləri daimi komissiyası» sözləri, «Regional məsələlər daimi komissiyası» sözləri ilə əvəz edilsin.
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
2. 8-ci maddənin ikinci hissəsinin birinci bəndindən «inzibati ərazi quruluşu» sözləri çıxarılsın.
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
3. 9-cu maddə aşağıdakı redaksiyada verilsin:
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
«Maddə 9. Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası dövlətin təhlükəsizlik və müdafiə məsələlərinə dair qanun və qərar layihələri üzrə aparıcı daimi komissiyadır.
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası:
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
fövqəladə vəziyyət rejimi və hərbi vəziyyət rejimi, müdafiə, hərbi qulluq, hərbi xidmətə çağırış, hərbi xidmət keçmə, hərbi qulluqçuların statusu və digər məsələləri, dövlət təhlükəsizliyinin əsasları, onun təmin etmə üsul və vasitələri, dövlət sərhəd rejiminə aid qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin təqdimatlarına əsasən Azərbaycan Respublikasının hərbi doktrinasının təsdiqinə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsinə, Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsinə dair qərar layihələrinə rəy verir;
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrinə təhlükəsizlik və müdafiə məsələləri baxımından rəy verir».
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
4. 10-cu maddə aşağıdakı redaksiya da verilsin:
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
«Maddə 10. İqtisad siyasəti daimi komissiyası
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
İqtisadi siyasət daimi komissiyası dövlətin maliyyə və vergi siyasətinin, iqtisadi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair, habelə dövlət büdcəsinin təsdiq edilməsi və icrası ilə bağlı qanun və qərar layihələri üzrə aparıcı daimi komissiyadır.
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
İqtisadi siyasət daimi komissiyası:
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
dövlət büdcəsi, büdcə prosesi və quruluşu, pul emissiyası, qiymət siyasətinin əsasları, bank fəaliyyəti, maliyyə, mühasibat, sığorta, valyuta, kredit, gömrük tənzimlənməsi, vergi siyasəti, rüsum və ödənişlər sahələri, daxili və xarici iqtisadi münasibətlər, mülkiyyət, əmlak münasibətləri, təsərrüfat fəaliyyəti, sənaye, nəqliyyat, rabitə, ticarət, birja, sahibkarlıq fəaliyyəti, antiinhisar siyasəti sahələri üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
yerli vergilərə və ödənişlərə, yerli büdcələrə aid qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvləri vəzifəyə təyin və vəzifədən azad edilərkən təklif olunan namizədliklərə baxır və onlar barəsində rəy verir;
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri və sədr müavini, Azərbaycan Respublikası Hesablama Palatasının sədri, sədr müavini və auditorlar vəzifəyə təyin edildikdə və ya vəzifədən azad edildikdə təklif olunmuş şəxslərin namizədliklərinə baxır və onlar barəsində rəy verir;
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
Dövlət büdcəsinə nəzarətlə bağlı məsələlərə baxır və Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verir;
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
dövlət büdcəsinin layihəsinə dair başqa daimi komissiyaların təkliflərinə baxır və onlar barəsində rəy verir;
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə dövlət büdcəsindən əlavə xərc tələb edən qanun və qərar layihələrinə dair, habelə qanun və qərar layihələrinə iqtisadi əsaslandırma və iqtisadi məqsədəuyğunluq baxımından rəy verir».
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
5. 14-cü maddənin adında və mətnində «yerli özünüidarə məsələləri daimi komissiyası» sözləri «regional məsələlər daimi komissiyası» sözləri ilə əvəz edilsin.
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
Həmin maddənin ikinci hissəsinin birinci bəndinə «yerli özünüidarə» sözlərindən əvvəl «inzibati ərazi quruluşu» sözləri əlavə edilsin.
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
Bakı şəhəri, 1 dekabr 2000-ci il
116
«Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
№ 8-IIQD
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
Bu Qanun Azərbaycan Respublikasında ölçmələrin vəhdətinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən edir, ölçmə vasitələrinin işlənib hazırlanması, istehsalı, yoxlanması, sınağı, istismarı, təmiri, satışı, idxalı və ixracı sahəsində münasibətləri tənzim edir.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
Maddə 1. Əsas anlayışlar
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
1.0.1. ölçmələrin vəhdəti - ölçmələrin elə vəziyyətidir ki, onların nəticələri qəbul edilmiş vahidlərlə ifadə olunur və ölçmələrin xətaları müəyyən edilmiş sərhədlərdə yerləşir;
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
1.0.2. metroloji xidmət - ölçmələrin vəhdətinin təmin edilməsinə yönəldilmiş iş növləri və fəaliyyət subyektləridir;
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
1.0.3. ölçmə vasitələri - ölçmələrdə istifadə edilən və normalaşdırılmış metroloji xassələrə malik olan texniki vasitələrdir;
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
1.0.4. kəmiyyət vahidinin etalonu - ölçünün kəmiyyətini saxlayan və bu kəmiyyətin digər ölçmə vasitələrinə ötürülməsini təmin edən xüsusi hazırlanmış və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ölçmə vasitələridir;
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
1.0.5. dövlət kəmiyyət vahidinin etalonu - Azərbaycan Respublikasında kəmiyyət vahidi kimi qəbul edilmiş ilkin etalondur;
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
1.0.6. ölçmələrin vəhdətinin təmin edilməsi üzrə normativ sənədlər (metroloji qayda və normalar) - müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət standartları, qaydalar, tövsiyyələr, təlimatlar, həmçinin qanunvericiliyə uyğun qaydada tətbiq edilən dövlətlərarası və beynəlxalq standartlar;
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
1.0.7. metroloji nəzarət - müəyyən edilmiş metroloji qayda və normalara əməl edilməsinin yoxlanması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı, yaxud hüquqi şəxslərin metroloji xidmətləri tərəfindən həyata keçirilən fəaliyyətdir;
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
1.0.8. ölçmə vasitələrinin müqayisəli yoxlanması - ölçmə vasitələrinin müəyyən edilmiş texniki tələblərə uyğunluğunun təyin və təsdiq edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı, yaxud bu səlahiyyətlər verilmiş hüquqi şəxslərin metroloji xidmətləri tərəfindən yerinə yetirilən əməliyyatların məcmusudur;
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
1.0.9. ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat - ölçmə vasitələrinin tipinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməsi, müəyyən edilmiş tələblərə uyğun olması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən sənəddir;
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
1.0.10. ölçmə vasitələrinin müqayisəli yoxlanması hüququnun verilməsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müqayisəli yoxlama işlərinin yerinə yetirilməsi səlahiyyətlərinin rəsmi tanınmasıdır;
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
1.0.11. ölçmə vasitələrinin kalibrlənməsi - dövlət metroloji nəzarətinə aid olmayan ölçmə vasitələrinin tətbiq olunması yararlığının müəyyən edilməsi və təsdiqi məqsədi ilə yerinə yetirilən əməliyyatların məcmusudur;
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
1.0.12. kalibrlənmə haqqında sertifikat - kalibrlənməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı, yaxud bu səlahiyyətlər verilmiş hüquqi şəxslərin metroloji xidmətləri tərəfindən ölçmə vasitələrinin kalibrlənməsi nəticələrinin təsdiq edilməsi haqqında verilən sənəddir;
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
1.0.13. ölçmələrin yerinə yetirilməsi üsulları - ölçmələrin nəticələrinin məlum xəta ilə alınmasını təmin edən əməliyyat və qaydalardır.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
Maddə 2. Ölçmə vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
Ölçmə vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
Maddə 3. Qanunun tətbiq sahəsi
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
Bu Qanun Azərbaycan Respublikası ərazisində mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən müvafiq hüquqi və fiziki şəxslərə aid edilir.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
Maddə 4. Kəmiyyət vahidləri
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
4.1. Azərbaycan Respublikasında ölçmələr zamanı Beynəlxalq vahidlər sisteminin kəmiyyət vahidlərinin tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yol verilir.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
Kəmiyyət vahidlərinin adlarını, işarələrini, yazılışını, həmçinin Azərbaycan Respublikası ərazisində onların tətbiq edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
4.2. İxrac edilən məhsulların, o cümlədən ölçmə vasitələrinin xassələri və parametrləri sifarişçinin müəyyən etdiyi kəmiyyət vahidləri ilə ifadə edilə bilər.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
Maddə 5. Dövlət kəmiyyət vahidləri etalonları
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
5.1. Ölkə daxilində ölçmələrin vəhdətinin təmin edilməsinin texniki əsaslarını dövlət kəmiyyət vahidləri etalonları təşkil edir.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
5.2. Dövlət kəmiyyət vahidləri etalonları onların ölçmələrinin verilmiş kəmiyyətinin bütün ölçmə vasitələrinə ötürülməsi məqsədi ilə kəmiyyət vahidlərinin təkrarlanması və saxlanması üçün ilkin etalon kimi istifadə edilir.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
5.3. Dövlət kəmiyyət vahidləri etalonları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
Maddə 6. Ölçmələrin yerinə yetirilməsi üsulları
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
6.1. Ölçmələr müəyyən edilmiş qaydada attestasiya olunmuş üsullara uyğun həyata keçirilməlidir.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
6.2. Ölçmələrin yerinə yetirilməsi üsullarının işlənib hazırlanması və attestasiya edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
Maddə 7. Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə fəaliyyət
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə fəaliyyət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
Maddə 8. Hüquqi şəxslərin metroloji xidmətləri
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
8.1. Hüquqi şəxslər ölçmələrin tələb edilən dəqiqliyinin və vəhdətinin təmin edilməsi üzrə işlərin yerinə yetirilməsi və metroloji nəzarətin həyata keçirilməsi üçün metroloji xidmət yarada bilər.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
8.2. Hüquqi şəxslərin metroloji xidmətlərinin fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət edilir.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
8.3. Hüquqi şəxslərin metroloji xidmətlərinin fəaliyyət haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
Maddə 9. Dövlət metroloji nəzarəti
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
9.1. Azərbaycan Respublikasında dövlət metroloji nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
9.2. Dövlət metroloji nəzarətinə aşağıdakılar aiddir:
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
9.2.1. dövlət sınaqlarının aparılması və ölçmə vasitələrinin tipinin təsdiq edilməsi;
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
9.2.2. ölçmə vasitələrinin, o cümlədən etalonların müqayisəli yoxlanması;
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
9.2.3. ölçmə vasitələrinin və ölçmələrin yerinə yetirilməsi üsullarının tətbiq edilməsinin yoxlanması;
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
9.2.4. ölçmə vasitələrinin istismarına, istehsalına, satışına və idxalına; ölçmələrin yerinə yetirilməsinin attestasiya edilmiş üsullarına, etalonlara, metroloji qayda və normalara nəzarət.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
9.3. Metroloji qayda və normalara riayət edilməsini yoxlamaq məqsədi ilə həyata keçirilən dövlət metroloji nəzarəti ölçmə vasitələri istifadə olunan mülkiyyət formasından asılı olmayaraq bütün sahələrə şamil edilir.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
Maddə 10. Ölçmə vasitələrinin dövlət sınaqlarından keçirilməsi və tipinin təsdiq edilməsi
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
10.1. Dövlət metroloji nəzarətinin şamil edildiyi sahələrdə istismar edilən ölçmə vasitələri dövlət sınaqlarından keçirilməklə tipi təsdiq edilməlidir.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
10.2. Ölçmə vasitələri tipinin təsdiq edilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir və ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatla təsdiq edilir. Həmin sertifikatın forması və qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Ölçmə vasitələrinin təsdiq edilmiş tipi ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilir. Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
10.3. Ölçmə vasitələri tipinin təsdiq edilməsi məqsədi ilə onların dövlət sınaqlarından keçirilməsi dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada aparılır.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
10.4. Dövlət sınaqlarının keçirilməsi üçün ölçmə vasitələrinin nümunələri normativ və istismar sənədləri ilə birlikdə sınağı keçirən təşkilata təqdim edilməlidir.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
10.5. Ölçmə vasitələrinin təsdiq edilmiş tipə uyğunluğuna nəzarəti istehsalçıların yaxud istifadəçilərin yerləşdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
10.6. Tipi təsdiq edilmiş ölçmə vasitələrinə və hər nüsxəni müşaiyət edən istismar sənədlərinə müəyyən edilmiş formada ölçmə vasitələri tipinin təsdiq edilməsi haqqında damğa vurulur.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
10.7. Ölçmə vasitələri tipinin təsdiq edilməsi haqqında məlumat və onun ləğv edilməsi haqqında qərar mətbuatda dərc olunur.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
10.8. Ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilməmiş ölçmə vasitələrinin istehsalı, istismarı, satışı və idxalı qadağandır.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
Maddə 11. Ölçmə vasitələrinin müqayisəli yoxlanması
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
11.1. Dövlət metroloji nəzarətinə cəlb edilən ölçmə vasitələri istehsaldan buraxıldıqda yaxud təmir edildikdən sonra və istismar zamanı müqayisəli yoxlamadan keçməlidir.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
11.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin metroloji xidmətlərinə ölçmə vasitələrinin müqayisəli yoxlanması hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada verilə bilər.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
11.3. Hüquqi şəxslərin metroloji xidmətləri tərəfindən həyata keçirilən müqayisəli yoxlama fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanı nəzarət edir.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
11.4. Dövlət metroloji nəzarətinin şamil edildiyi sahələrdə ölçmə vasitələrini istehsal, istismar yaxud təmir edən hüquqi və fiziki şəxslər ölçmə vasitələrini vaxtında müqayisəli yoxlamaya təqdim etməlidirlər.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
11.5. Ölçmə vasitələrinin müqayisəli yoxlanmasının müsbət nəticələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlama möhürü yaxud yoxlama haqqında şəhadətnamə ilə təsdiq edilir.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
Maddə 12. Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə səlahiyyətli şəxslər, onların hüquq və vəzifələri
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
12.1. Dövlət metroloji nəzarətini müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli şəxsləri həyata keçirir.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
12.2. Ölçmə vasitələrinin müqayisəli yoxlanmasını həyata keçirən səlahiyyətli şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada attestasiyadan keçməlidirlər.
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
12.3. Səlahiyyətli şəxslərin hüquq və vəzifələri aşağıdakılardır:
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
12.3.1. tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq ölçmə vasitələrinin istismar, istehsal və təmir edildiyi, satıldığı yaxud saxlanıldığı obyektlərə qanunvericiliklə müəyyən edilmiş qaydada daxil olmaq;
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
12.3.2. ölçmə vasitələrinin vəziyyətini, istismar və saxlanma şəraitini yoxlamaq;
117
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında[1]
12.3.3. ölçmə vasitələrinin dövlət sınaqlarında iştirak etmək;