id
int64
1
59.4k
title
stringlengths
6
4.17k
text
stringlengths
1
12.3k
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
özəlləşdirilən dövlət müəssisələrinin balansında olan və onların tərkibindən çıxarılan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektlərin siyahısını tərtib edərək Dövlət Xidmətinə təqdim etmək, habelə müvafiq təşkilatların və yerli icra hakimiyyəti (və ya bələdiyyə) orqanlarının balansına verilməsi məqsədəuyğun hesab edilməyən sosial-mədəni və kommunal-məişət təyinatlı obyektlərin özəlləşdirilən müəssisələrlə birlikdə və ya ayrıca özəlləşdirilməsi barədə təkliflər vermək;
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
4. Dövlət müəssİsəsİnİ özəlləşdİrmə komİssİyasının hüquqları
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
4.1. Komissiyanın aşağıdakı hüquqları vardır:
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Dövlət Proqramının 5.4-cü bəndində göstərilən sənədlərin işlənib hazırlanması üçün müəssisə rəhbərliyindən lazımi sənədləri tələb etmək;
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
özəlləşdirmə zamanı müəssisənin sosial infrastruktur obyektlərindən istifadə olunması barədə təkliflər hazırlayıb Dövlət Xidmətinə təqdim etmək;
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
zəruri hallarda öz işinə müstəqil auditor, ekspert və məsləhətçi cəlb etmək;
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
ona həvalə edilmiş vəzifələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə özəlləşdirilən müəssisənin rəhbərliyinə lazımi tapşırıqlar vermək;
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
5. Dövlət müəssİsəsİnİ özəlləşdİrmə komİssİyasının fəalİyyətİnİn təşkİlİ
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
5.1. Komissiyanın iclasları həftədə bir dəfədən az olmayaraq keçirilir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Komissiyanın hər bir üzvü komissiyanın iclaslarında iştirak etməyə borcludur. O, komissiyanın iclaslarında iştirak edə bilmədiyi halda bunun səbəbini bildirməklə komissiyanın sədrini xəbərdar etməlidir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
5.2. Komissiyanın iclaslarında baxılacaq məsələlər üzrə materialların surətləri və qərar layihələri komissiyanın bütün üzvlərinə iclasa azı iki gün qalmış paylanmalıdır.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
5.3. Komissiyanın iclası komissiya üzvlərinin üçdə iki hissəsinin iştirakı təmin olunduqda səlahiyyətli hesab olunur.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
5.4. Komissiyanın iclaslarının gündəliyi onun iclasında iştirak edən komissiya üzvlərinin ümumi sayının sadə səs çoxluğu ilə təsdiq edilir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Komissiyanın hər bir üzvi səsvermə zamanı bir səsə malikdir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Komissiyanın iclasında təkliflər növbə ilə səsə qoyulur.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Komissiyanın qərarları onun iclaslarında açıq səsvermə yolu ilə və iştirak edən üzvlərinin sayının sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda komissiya sədrinin səsi həlledici sayılır.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
5.5. Komissiyanın iclasının protokolu və qəbul olunmuş qərarlar iclasın keçirildiyi gündən sonrakı üç gün ərzində rəsmiləşdirilir, komissiyanın sədri və katibi tərəfindən imzalanır.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
5.6. Komissiyanın üzvü qəbul olunmuş qərarla və ya bütövlükdə müəssisənin özəlləşdirmə planı ilə razı olmadıqda öz xüsusi rəyini yazılı surətdə komissiyanın sədrinə və komissiyanın iclasının protokolu ilə birlikdə Dövlət Xidmətinə təqdim edir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
5.7. Komissiyanın fəaliyyəti onun sədri tərəfindən təşkil olunur.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Komissiyanın sədrinin aşağıdakı hüquqları vardır:
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
komissiyanın işinin təşkili və ona rəhbərlik etmək;
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
komissiyanın vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar olaraq onun üzvləri, komissiyanın işinə cəlb olunmuş şəxslər və özəlləşdirilən müəssisənin vəzifəli şəxsləri üçün məcburi sayılan göstərişlər vermək;
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
üzrsüz səbəblərə görə komissiyanın iclaslarında iki dəfədən artıq iştirak etməyən komissiya üzvünün onun tərkibindən çıxarılması barədə Dövlət Xidməti qarşısında məsələ qaldırmaq;
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
əmək kollektivinin Dövlət Xidməti tərəfindən qəbul edilən özəlləşdirmə çeklərinin silinməsində iştirak etmək.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
5.8. Komissiyanın fəaliyyətinin təminatı özəlləşdirilən müəssisənin sərəncamında olan vəsait hesabına həyata keçirilir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Azərbaycan Respublikası Prezidentinin

2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
TƏSDİQ edİlmİşdİr

Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
1. Bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın (bundan sonra - II Dövlət Proqramı) həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin (bundan sonra - qeyri-yaşayış sahələri) özəlləşdirilməsi qaydalarını tənzimləyir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
2. Qeyri-yaşayış sahələrinə aşağıdakılar aiddir:
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
ayrıca tikilmiş qeyri-yaşayış binaları;
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri;
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
3. Bu Qaydalarda nəzərdə tutulan "ayrıca tikilmiş qeyri-yaşayış binaları" dedikdə "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə əhatə edilməyən sahələr və binalar nəzərdə tutulur.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
4. Qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir:
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
4.1. özəlləşdirilən dövlət müəssisələri (obyektləri) tərəfindən icarəyə götürülmüş və onlar tərəfindən istehsal, ticarət, ictimai-iaşə, məişət xidməti və digər məqsədlər üçün istifadə edilən qeyri-yaşayış sahələri qüvvədə olan qanunvericiliyə müvafiq olaraq həmin müəssisələr (obyektlər) ilə birlikdə özəlləşdirilir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Ərizəyə icarə müqaviləsinin surəti və aşağıdakı sənədlər əlavə olunur:
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
a) hüquqi şəxslər üçün:
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
hüquqi şəxsin nizamnaməsinin müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti;
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti;
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
qeyri-yaşayış sahəsinin texniki pasportu;
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
b) fiziki şəxslər üçün:
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
şəxsiyyəti təsdiq edən sənəd;
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
qeyri-yaşayış sahəsinin texniki pasportu.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
İcarə obyekti (qeyri-yaşayış sahəsi) bu bəndin 1-ci abzasında göstərilən hallarda özəlləşdirmə üçün açıq elan edildikdə və icarə müqaviləsi ləğv olunduqda mülkiyyət münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "İcarə haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həll edilir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
5. İstifadədə olmayan qeyri-yaşayış sahələri bu Əsasnamənin 4.2.2.-ci yarımbəndində göstərilən qaydada özəlləşdirilir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
6. Qeyri-yaşayış sahələrinin alıcısı qismində "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dövlət əmlakının alıcıları çıxış edə bilərlər.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Azərbaycan Respublikası Prezidentinin
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
TƏSDİQ edİlmİşdİr
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında ƏSASNAMƏ
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
1. Bu Əsasnamə "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Müəssisələr haqqında", "Mühasibat uçotu haqqında", "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
2. Bu Əsasnamə dövlət əmlakının özəlləşdirilməsi prosesində müəssisələrin start (satış) qiymətini və ya dövlət müəssisələrinin əsasında yaradılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalını hesablamaq məqsədi ilə onların əmlakının qiymətləndirilməsi qaydalarını müəyyən edir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
3. Özəlləşdirilən müəssisənin start (satış) qiyməti və ya dövlət müəssisələrinin əsasında yaradılan səhmdar cəmiyyətinin nizamnamə kapitalı, onun qiymətləndirilən balans aktivinin dəyərindən balansın uyğun passiv maddələrinin dəyəri çıxılaraq alınmış ilkin qiymətə bu Əsasnamə ilə müəyyən edilmiş əmsallar tətbiq edilməklə hesablanır.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
4. Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı özəlləşdirilən əmlakın real qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə maliyyə məsləhətçiləri cəlb edildiyi hallarda qiymətləndirmənin beynəlxalq metod və üsullarından istifadə edilir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
5. Müəssisənin start (satış) qiyməti və ya səhmdar cəmiyyətinin nizamnamə kapitalı son hesabat tarixinə təsdiq edilmiş balans məlumatları əsasında aşağıdakı qayda ilə müəyyən edilir:
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Sq= (A - P) x Max Zəx Xə x Gə
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Burada: Sq - müəssisənin start (satış) qiyməti;
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
A - müəssisənin balans aktivlərinin ümumi dəyəri;
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
P- müəssisənin balans öhdəlikləri (passivləri);
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Ma- müəssisənin maliyyə asılılığı əmsalı;
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Zə - müəssisənin yerləşdiyi zona əmsalı;
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Xə - müəssisənin yerli xammalla təchiz olunma əmsalı;
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Gə - müəssisənin gəlirlilik əmsalıdır.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Müəssisənin maliyyə asılılığı əmsalı özəlləşdirmə tarixinə onun balansında olan kreditor borcların (büdcəyə, büdcədənkənar fondlara, ssuda, əmək haqqı, iş və xidmətlərə görə olan borclar) onun qiymətləndirilən aktivlərinin ümumi dəyərinə olan nisbəti kimi müəyyən edilir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Müəssisənin zona əmsalı - onun yerləşdiyi əraziyə görə şərti müəyyən olunmuş əmsalıdır.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Müəssisənin yerli xammalla təchiz olunma əmsalı - onun yerli xammaldan (və ya idxal olunan xammaldan) asılılığını xarakterizə edir və istifadə olunan yerli xammal növlərinin (xammal, yarımfabrikat, komplektləşdirici məmulat və s.) ümumilikdə istifadə olunan xammal növlərinə olan nisbəti kimi müəyyən edilir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Müəssisənin gəlirlilik əmsalı - onun nəzərdə tutulan rentabellik səviyyəsidir və proqnozlaşdırılan xalis gəlirin (mənfəətin) istehsal xərclərinə (və ya maya dəyərinə) olan nisbəti kimi müəyyən edilir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Dövlət müəssisəsinin hüquqi şəxs olmayan struktur bölməsi (filial, istehsal sahəsi, sex və digər struktur bölmə) ayrıca özəlləşdirildikdə, qiymətləndirmə özəlləşdirmə anına olan öhdəliklərə uyğun tərtib olunmuş və baş müəssisə tərəfindən təsdiq edilmiş bölüşdürücü aktın (balansın) məlumatları əsasında aparılır.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
6. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) qiymətləndirilən əmlakının tərkibinə onun əsas vəsaitləri və sair dövriyyədənkənar aktivləri, ehtiyat və məsrəfləri, pul və sair maliyyə vəsaitləri, digər maddi və qeyri-maddi aktivləri daxildir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
7. Əsas vəsaitlərə və sair dövriyyədənkənar aktivlərə aşağıdakılar daxildir:
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
a) binalar, qurğular, ötürücü qurğular, iş-güc maşınları və avadanlıqları, ölçü tənzimləyici cihazlar (qurğular), hesablama texnikası, nəqliyyat vasitələri, alətlər, istehsalat-təsərrüfat inventarları (ləvazimatları), işçi-məhsuldar heyvanlar, çoxillik əkmələr, torpaqların yaxşılaşdırılmasına (meliorasiya, qurudulma, irriqasiya və s. işlər), habelə başqa işlərə qoyulan kapital qoyuluşları və başqa əmək vasitələri;
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
b) balansda əks olunan qeyri-maddi aktivlər, torpaq, su və təbii ehtiyatlardan (sərvətlərdən) istifadə hüquqları, əmlak hüquqları, patentlər, lisenziyalar, "nou-hau", proqram məhsulları, inhisar və imtiyaz (üstünlük) hüquqları (xüsusi fəaliyyət növünə verilən lisenziyalar da daxil olmaqla), təşkilati xərclər, ticarət markaları, əmtəə nişanları və digər qeyri-maddi aktivlər;
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
c) müəssisənin quraşdırılmamış avadanlıqları və başa çatdırılmamış əsaslı tikintisi;
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
ç) müəssisənin uzunmüddətli maliyyə qoyuluşları, o cümlədən digər müəssisələrin qiymətli kağızlarına (səhm, istiqraz və sair), dövlət və yerli borclar üzrə faizli istiqrazlara, ölkə ərazisində yaradılmış digər müəssisələrin nizamnamə fondlarına, müəssisənin xaricdəki kapitalına və sair uzunmüddətli maliyyə qoyuluşları;
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
d) müəssisə balansının aktivindəki "Əsas vəsaitlər və sair dövriyyədənkənar aktivlər" bölməsinin digər maddələri.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
8. Ehtiyatlar və məsrəflər - istehsal ehtiyatları (xammal, yanacaq, ehtiyat hissələri, yarımfabrikat və komplektləşdirici məmulatlar, əsas və köməkçi materiallar, taralar və material ehtiyatları), azqiymətli və tez köhnələn əşyalar, bitməmiş istehsal, gələcək dövrün xərcləri, hazır məhsul, mallar və müəssisə balansının aktivindəki "Ehtiyatlar və məsrəflər" bölməsinin digər maddələrindən ibarətdir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
9. Pul vəsaitləri, hesablaşmalar və sair aktivlərə müəssisənin banklardakı hesablarında və kassasında olan pul vəsaitləri, yüklənmiş malların dəyəri, debitorlarla hesablaşmaları, qısamüddətli maliyyə qoyuluşları (bir ildən çox olmayan) və balansın aktivindəki "Pul vəsaitləri, hesablaşmalar və sair aktivlər" bölməsində əks etdirilən dövriyyə aktivlərindən ibarətdir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
10. Qiymətləndirilən əmlakın tərkibinə müəssisənin mühasibat uçotunda müxtəlif səbəblərdən əks etdirilməyən əmlak, müvəqqəti olaraq təmirdə və ehtiyatda olan əmlak, icarədə və ya müddətli istifadədə olan əmlak da daxil edilir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
11. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) yerləşdiyi torpaq sahəsi bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilən əmlakın tərkibinə daxil edilmir və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən müəyyən edilmiş qaydada ayrıca özəlləşdirilir. Özəlləşdirilən torpaq sahəsinin qiymətləndirilməsi müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
12. Dövlət müəssisəsinin əmlakının icarəyə verilməsi yolu ilə yaradılmış icarə müəssisələrinin və icarəyə verilmiş əmlakın özəlləşdirilməsi zamanı qiymətləndirmə bu Əsasnaməyə uyğun olaraq aparılır.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
13. Müəssisənin balans öhdəliklərinə borc vəsaitləri və kreditlər, kreditorlarla hesablaşmalar, alıcı və sifarişçilərdən alınmış avanslar və sair cəlb edilmiş vəsaitlər daxildir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Əmlakın tərkibindən çıxarılan balans passivlərinə qarşıdakı xərclər və ödəmələr üzrə ehtiyatlar, gələcək dövrün gəlirləri, şübhəli borclar üzrə ehtiyatlar və sair qısamüddətli passivlər də aiddir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
14. Özəlləşdirilən dövlət müəssisəsinin start (satış) qiyməti və ya səhmdar cəmiyyətinin nizamnamə kapitalı müəyyən edilərkən əmlakın tərkibindən bu Əsasnamənin 13-cü bəndində göstərilən passiv maddələri ilə yanaşı, qüvvədə olan qanunvericiliyə əsasən özəlləşdirilməsi qadağan olunmuş əmlakın, dövlət mülkiyyətində saxlanılan, habelə yerli özünüidarəetmə (bələdiyyə) orqanlarının və müvafiq təşkilatların balansına verilən sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərin, habelə müəssisənin əmlak kompleksinin tərkibindən çıxarılaraq ayrıca özəlləşdirilən əmlakın dəyəri da çıxılır.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
15. Özəlləşdirmə prosesində dövlət müəssisələrinin əmlakının bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsi müəssisə rəhbərliyinin iştirakı ilə özəlləşdirmə komissiyası tərəfindən müəssisənin əmlakının inventarlaşdırılması əsasında həyata keçirilir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
16. Əsas vəsaitlər qalıq dəyəri və ya bazar dəyəri ilə qiymətləndirilir. Əsas vəsaitin qalıq dəyəri onun balans dəyərindən (yenidən qiymətləndirmə nəzərə alınmaqla) əsas vəsaitlərin amortizasiya normaları əsasında qiymətləndirmə dövrünə hesablanmış köhnəlmə məbləği çıxılmaqla müəyyən edilir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Bu qayda ilə hesablanmış qalıq dəyəri özəlləşdirmə komissiyası tərəfindən qiymətləndirmə dövründə eyni və ya analoji əsas vəsaitlərin bazar qiymətləri ilə müqayisə edilir. Əsas vəsaitlərin mühasibat uçotu məlumatları əsasında müəyyən edilmiş qalıq dəyəri bazar qiymətlərinə uyğun gəlmədikdə (aşağı və ya yuxarı olduqda), müəssisəni özəlləşdirmə komissiyası qiymətləndirmə və mühasibat uçotu haqqında. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təkrar qiymətləndirmə aparır və əsas vəsaitin bazar dəyərini müəyyən edir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Qiymətləndiricilər (hüquqi və fiziki şəxslər) dövlət müəssisəsinin əmlakının düzgün qiymətləndirilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Qiymətləndirmə aktları müəyyən olunmuş qaydada təsdiq edildikdən sonra qiymətləndirmənin nəticələri müəssisənin mühasibat və statistika uçotu və hesabatlarında düzəlişlər etmək üçün istifadə olunur.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
18. Əsas vəsaitlərin balans dəyəri inventarlaşdırmanın nəticələri nəzərə alınmaqla mühasibat uçotu məlumatları (uçot kitabları, inventar kartları və s.) əsasında müəyyən edilir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
İnventarlaşdırma nəticəsində qalıq kimi aşkar edilmiş, lakin mühasibat uçotunda əks etdirilməyən əsas vəsaitlərin balans dəyəri onların hazırlanmasına, quraşdırılmasına və əldə edilməsinə çəkilən xərclər əsasında müəyyən edilir. Bu zaman qüvvədə olan tikinti-smeta normativləri, tikinti materiallarının bazar qiymətləri, müvafiq xidmətlərin tariflərini və həmin xərclərin bazar dəyərinin müəyyən edilməsinə imkan verən qiymət, tarif və digər amillər nəzərə alınır.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Müəssisənin balansında əks etdirilməyən bina, qurğu, maşın, avadanlıq və digər növ əsas vəsaitlərin hazırlanmasına və əldə edilməsinə çəkilən xərclər haqqında mühasibat uçotunda müvafiq məlumatlar olmadıqda, onların dəyəri özəlləşdirmə komissiyası tərəfindən qiymətləndirmə dövrünə olan bazar qiymətləri ilə müəyyən edilir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
19. Normativ istismar müddəti bitmiş, lakin istifadəyə yararlı olan əsas vəsaitlərin və ya onların ayrı-ayrı hissələrinin (detallarının, qovşaqlarının və s.) gələcəkdə istifadə olunmaq dərəcəsi nəzərə alınmaqla qalıq bərpa dəyəri müəyyən edilir. İstifadəyə yararlı olan əsas vəsaitlərin qalıq bərpa dəyəri fiziki aşınma vəziyyəti nəzərə alınmaqla müəssisənin özəlləşdirmə komissiyası tərəfindən qiymətləndirilir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
20. Başa çatdırılmamış tikinti obyektlərinin və quraşdırılmamış avadanlıqların özəlləşdirmə dövründə dəyəri bu Əsasnamənin 16-cı bəndində nəzərdə tutulmuş qaydada müəyyən edilir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Özəlləşdirilməsi nəzərdə tutulan, tikintisi başa çatdırılmamış perspektivsiz obyektlər özəlləşdirmə komissiyası və ya qiymətləndirici tərəfindən onların tikintisinə sərf olunmuş yararlı tikinti materiallarının (konstruksiyalarının) bazar dəyəri nəzərə alınmaqla qiymətləndirilir. Bu zaman obyektin perspektivsizlik göstəricilərinin müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalara uyğun aparılır.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
21. Azqiymətli və tez köhnələn əşyaların dəyəri onların balans dəyərindən hesablanmış köhnəlmə çıxılmaqla müəyyən edilir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
22. Uzunmüddətli maliyyə qoyuluşları balans dəyəri üzrə qiymətləndirilir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
23. Qeyri-maddi aktivlər onların balans dəyərindən köhnəlmə məbləği çıxılmaqla qiymətləndirilir.
144
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
24. Ehtiyatlar və məsrəflər mövcud vəziyyətə olan balans dəyəri ilə qiymətləndirilir.