id int64 1 59.4k | title stringlengths 6 4.17k ⌀ | text stringlengths 1 12.3k ⌀ |
|---|---|---|
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Kütləvİ İnformasİya vasİtələrİnİn təşkİlİnİn hüquqİ əsasları |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Mətbu nəşrlərin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Mətbu nəşr təsis etmək istəyən hüquqi və ya fiziki şəxs nəşrin çapından 7 gün əvvəl müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət etməyə borcludur. Müraciətdə aşağıdakılar göstərilməlidir: |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | mətbu nəşrin adı, məqsədi, dövriliyi, hüquqi ünvanı; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | mətbu nəşrin təsisçisinin, varsa redaktorunun (baş redaktorunun) adı, soyadı; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | mətbu nəşrin təsisçisi yaxud redaksiyası hüquqi şəxsdirsə, qeydiyyatdan keçirilmiş nizamnaməsi. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Mətbu nəşrin təsisçisi müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət etmədən yayıldıqda yaxud müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda müvafiq icra hakimiyyəti orqanı həmin nəşrin fəaliyyətinə xitam verilməsi barədə müvafiq məhkəmə qarşısında məsələ qaldırır. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Kütləvi informasiya vasitələrini dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar (yalnız mətbu nəşrlər üçün), ictimai birliklər, idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlar təklikdə və ya başqaları ilə birlikdə təsis etmək hüququna malikdirlər. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində kütləvi informasiya vasitəsi təsis etməsi Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilə ilə tənzimlənir (xarici dövlətin hüquqi şəxsi dedikdə, hüquqi şəxsin nizamnamə kapitalının və ya səhmlərinin 30 faizindən çoxunun xarici dövlətlərin hüquqi şəxslərinə və vətəndaşlarına məxsus olduğu və ya təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici dövlətin hüquqi şəxsi və ya vətəndaşı olan hüquqi şəxslər başa düşülür). |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Bu maddənin beşinci hissəsində və bu Qanunun 21-ci maddəsində göstərilən, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallardan başqa xarici ölkələrin dövlət orqanlarının, hüquqi və fiziki şəxslərinin kütləvi informasiya vasitələrini maliyyələşdirməsinə yol verilmir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Həmçinin: |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən, habelə fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən şəxslər; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | dövlət qeydiyyatından keçməyən yaxud fəaliyyəti qanunla qadağan olunan ictimai birliklər və siyasi partiyalar kütləvi informasiya vasitəsi təsis edə bilməzlər. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 16. İnformasiya agentliyi |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Kütləvi informasiya vasitəsi redaksiyasının, naşirin, yayıcının bu Qanunla müəyyənləşdirilən statusu və hüquqi vəziyyəti informasiya agentliklərinə də şamil edilir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 17. Təsisçinin statusu |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Təsisçi (həmtəsisçi) kütləvi informasiya vasitəsi redaksiyasının nizamnaməsini təsdiq edir, redaksiya ilə (redaktorla, baş redaktorla) müqavilə bağlayır, kütləvi informasiya vasitəsinin istehsal və yayım istiqamətlərini müəyyənləşdirir, onun maliyyə, avadanlıq və texniki təchizat məsələlərini həll edir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Təsisçi kütləvi informasiya vasitəsində çıxış etmək, bəyanat vermək, digər rəsmi məlumatlar dərc etdirmək hüququna malikdir. Təsisçinin çıxış və bəyanatının maksimum həcmi redaksiyanın qeydiyyatdan keçirilmiş nizamnaməsində, yaxud təsisçi ilə baş redaktor (redaktor) arasında bağlanmış müqavilədə müəyyənləşdirilə bilər. Həmin çıxış, bəyanat və rəsmi məlumatlarla bağlı şikayət və iddialara görə təsisçi özü məsuliyyət daşıyır. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Təsisçi bu Qanunda, nizamnamədə və redaksiya ilə (redaktorla, baş redaktorla) bağlanmış müqavilədə göstərilən hallar istisna olmaqla, kütləvi informasiya vasitəsinin istehsalına və ya yayımına müdaxilə etmir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Kütləvi informasiya vasitəsinin həmtəsisçiləri birgə təsisçi kimi fəaliyyət göstərirlər. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 18. Naşirin statusu |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Naşir öz hüquqlarını bu Qanun, habelə Azərbaycan Respublikasının müəssisələr və sahibkarlıq fəaliyyəti haqqında qanunvericiliyi əsasında həyata keçirir və həmin qanunvericiliyə uyğun şəkildə vəzifələr daşıyır. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Naşir eyni zamanda kütləvi informasiya vasitəsinin təsisçisi, redaksiyası, yayıcısı, redaksiya əmlakının mülkiyyətçisi ola bilər. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 19. Kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Kütləvi informasiya vasitəsi təsis olunduqdan sonra bir il ərzində fəaliyyət göstərmirsə, müvafiq icra hakimiyyəti orqanı onun istehsalı və yayımına məhkəməyə müraciət etmədən xitam verə bilər. Həmçinin bu Qanunun 43-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı teleradio təşkilatının fəaliyyətini müvəqqəti dayandırmaq hüququna malikdir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Kütləvi informasiya vasitəsinin istehsalına və yayımına təsisçi tərəfindən xitam verildikdə, eyni adlı kütləvi informasiya vasitəsi təsis etməkdə kütləvi informasiya vasitəsinin başçısı, yaxud jurnalist kollektivi üstün hüquqa malikdir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Təsisçinin kütləvi informasiya vasitəsinin istehsalını və yayımını yalnız redaksiya nizamnaməsində, yaxud təsisçi ilə redaksiya (redaktor, baş redaktor) arasında bağlanmış müqavilədə nəzərdə tutulan hallarda dayandırmaq və ya ona xitam vermək hüququ var. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Fəaliyyətin müvəqqəti dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqda, kütləvi informasiya vasitəsinin nəşri (efirə buraxılması) bərpa edilir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Məhkəmə şikayət ərizəsi ilə əlaqədar apardığı araşdırmadan sonra işin vəziyyətindən asılı olaraq aşağıdakı tədbirlərdən birini və ya bir neçәsini seçə, yaxud kütləvi informasiya vasitəsinin şikayətə səbəb olmuş fəaliyyətinə bəraət qazandıra bilər; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 1) məhkəmə təkzib, düzəliş və ya cavab verilməsi barədə qətnamə çıxarır; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 2) kütləvi informasiya vasitəsinin istehsalını və yayımını iki ayadək müvəqqəti dayandırır; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 3) cərimə sanksiyası tətbiq edir; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 4) kütləvi informasiya vasitəsinin istehsalına və yayımına xitam verir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Kütləvi informasiya vasitəsinin şikayətə səbəb olmuş fəaliyyətinə bəraət qazandırmaq üçün: |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | a) informasiyanın ictimai maraqları qoruduğu; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | b) məhkəmədə aşkar olunan digər səbəblər əsas ola bilər. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Bu maddənin altıncı hissəsinin 1-ci, 2-ci və 4-cü bəndləri tətbiq edilərkən: |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 1) informasiyanın qərəzli olub-olmadığı, yəni bilərəkdən, yaxud səhlənkarlıq üzündən yayımlandığı; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 2) məhkəmədə aşkar olunan digər səbəblər əsas ola bilər. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 1) əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru (baş redaktoru) vəzifəsinə təyin edildikdə; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Müvafiq icra hakimiyyəti orqanı: |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 1) dövri mətbu nəşr bu Qanunun 3-cü maddəsinin beşinci abzasının tələblərini yerinə yetirmədikdə; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 2) dövlətin bütövlüyünə, ölkənin təhlükəsizliyinə və ictimai asayişə ciddi zərbə vuran çağırışlar və ya informasiyalar, habelə pornoqrafik materiallar dərc etdikdə (efirə verdikdə); |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 20. Müqavilə bağlanması qaydası |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Kütləvi informasiya vasitəsinin həmtəsisçiləri arasında bağlanmış müqavilədə onların qarşılıqlı hüquqları, vəzifələri, məsuliyyətləri, həmtəsisçilərin tərkibinin dəyişdirilməsi qaydası, şərtləri və hüquqi nəticələri, yarana biləcək mübahisələrin həlli qaydaları göstərilir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Təsisçi və redaksiya (redaktor, baş redaktor) arasında bağlanmış müqavilədə əmlak və maliyyə münasibətləri, habelə təsisçinin və redaksiyanın (redaktorun, baş redaktorun) öhdəlikləri öz əksini tapır. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Həmçinin redaksiya (redaktor, baş redaktor) ilə naşir, təsisçi və nəşr öz aralarında digər müqavilələr də bağlaya bilərlər. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 21. Kütləvi informasiya vasitələrinə sponsorluq |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Xarici ölkələrin hüquqi və fiziki şəxsləri kütləvi informasiya vasitələrinə qismən (mətbu nəşrin ayrıca saylarına, yaxud verilişlərə) sponsorluq edə bilərlər. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | IV fəsil |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Mətbu nəşrİn İstehsalının hüquqİ əsasları |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 22. Mətbu nəşrin redaksiyası |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 26. Çap məhsullarının yayılma qaydası |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Mətbu nəşrlərin çap məhsulları bilavasitə redaksiya, naşir, yaxud müqavilə əsasında rabitə müəssisələri, başqa təşkilatlar, habelə vətəndaşlar tərəfindən yayıla bilər. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Mətbu nəşrlərin çap məhsullarının yayılması, bundan ötrü haqq alınırsa, kommersiya sayılır. Qeyri-kommersiya qaydasında yayılmaq üçün nəzərdə tutulmuş məhsulun üzərində "Pulsuz" qeydi olur və belə məhsul kommersiya yolu ilə yayılma predmeti hesab edilmir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 27. Çap məhsullarının yayılmasına qadağa qoyulmasının xüsusi halları |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə ciddi zərbə vuran informasiyalar, habelə pornoqrafik materiallar dərc edilən xarici mətbu nəşrlərin Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayılmasına məhkəmənin qərarı ilə qadağa qoyula bilər. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 28. İstinad məlumatı |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Mətbu nəşrin hər buraxılışında bu məlumatlar olmalıdır: |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 1) nəşrin adı; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 2) təsisçi (həmtəsisçi) barədə məlumat; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 3) baş redaktorun (redaktorun) soyadı və adı; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 4) sıra sayı və çapdan çıxdığı tarix, çapa imzalanma vaxtı (qrafiklə təyin olunmuş və faktiki vaxt); |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 5) rabitə idarələri vasitəsilə yayılan nəşrlərin indeksi; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 6) tiraj; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 7) qiymət (nəşr kommersiya qaydasında yayılırsa), yaxud "Sərbəst qiymət" və ya "Pulsuz" qeydləri; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 29. Məcburi nüsxələr |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 32. Redaksiya materiallarının saxlanması |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Mətbu nəşr redaksiyalarının materialları (əlyazmaları, məktublar, lent yazıları və s.) bir il müddətində saxlanılır. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Materialların saxlanma qaydaları mətbu nəşr redaksiyaları tərəfindən müəyyənləşdirilir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | V fəsil |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | VI fəsil |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | İnformasİyaya düzəlİş, təkzİb və cavab verİlməsİ |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 44. Təkzib, düzəliş və cavab vermək hüququ |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Şikayətçi müraciət edərkən, yaxud məhkəmə qərar çıxararkən kütləvi informasiya vasitəsi müvəqqəti olaraq dayandırılmışsa və ya onun istehsalına (yayımına) xitam verilmişsə təkzib, cavab və ya düzəliş cavabdehin vəsaiti hesabına iddiaçının istədiyi kütləvi informasiya vasitələrindən birində dərc oluna (efirə verilə) bilər. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 45. Təkzib, cavab və düzəliş verilməsi qaydası |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin kütləvi informasiya vasitəsində nə vaxt və necə dərc olunduğu göstərilir. Dövri mətbu nəşrdə təkzib bir qayda olaraq məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və "Təkzib" başlığı aktında dərc olunur. Gündəlik və həftəlik yayılan mətbu nəşrlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri nəşrlər isə hazırlanan və ya yaxın günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və ya düzəlişi dərc etməlidirlər. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Təkzib və ya cavab mətnində heç bir dəyişiklik edilmədən verilir. Təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çox olmamalıdır. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Cavab dərc olunan (efirə gələn) buraxılışda həmin cavabı şərh etməyə və ya təkzib etməyə yol verilmir. Cavaba cavab kütləvi informasiya vasitəsinin sonrakı buraxılışlarında yerləşdirilə bilər. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Təkzib, cavab və ya düzəliş rədd edildikdə bu barədə tələb etmiş şəxsə 3 gün müddətində əsaslandırılmış məlumat verilməlidir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Təkzibdən imtina üçün aşağıdakılar əsas ola bilər: |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | məhkəmənin qanuni qüvvəyə minmiş qərarına ziddirsə; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | imzasızdırsa; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | həmin məlumat və ya material barədə kütləvi informasiya vasitəsində artıq təkzib getmişdirsə; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çoxdursa; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | VII fəsil |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 49. Jurnalist statusu |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Jurnalistin bu Qanunla müəyyən edilmiş statusu aşağıdakılara şamil edilir; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 50. Jurnalistin akkreditəsi (qeydə alınması) |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Kütləvi informasiya vasitələri dövlət orqanlarının idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, razılığı ilə və müəyyən etdikləri akkreditə qaydalarına əməl etməklə onların nəzdində öz jurnalistlərini akkretiditə etdirə bilərlər. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Həmin orqanlar akkreditə olunmuş jurnalistə, qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və başqa tədbirlər barədə qabaqcadan məlumat verir, onun stenoqramlarla, protokollarla və başqa sənədlərlə tanış olması üçün şərait yaradırlar. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Kütləvi informasiya vasitələri redaksiyalarının xüsusi müxbirlərinin akrreditəsi də bu maddənin tələblərinə müvafiq olaraq həyata keçirilir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | VIII fəsil |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Kütləvİ İnformasİya sahəsİndə beynəlxalq əməkdaşlıq |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 51. Beynəlxalq əməkdaşlıq |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Kütləvi informasiya sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr əsasında həyata keçirilir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri, peşəkar jurnalist təşkilatları əcnəbilər və xarici təşkilatlarla beynəlxalq əməkdaşlıqda iştirak edə və bu məqsədlə sazişlər bağlaya bilərlər. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 52. Xarici mənbələrdən alınan informasiyanın yayılması |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Azərbaycan Respublikası vətəndaşlarının xarici mənbələrdən, o cümlədən kütləvi informasiya vasitələrindən birbaşa məlumat əldə etmək hüququ var. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Bilavasitə televiziya proqramlarının qəbul olunmasının məhdudlaşdırılmasına Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.