passage_id stringlengths 16 16 | title stringlengths 1 88 | content stringlengths 200 2k |
|---|---|---|
fbf9193349e64f25 | Atlantida | Bu səbəbdən də Misir sivilizasiyasını Atlantida sivilizasiyasının təzahürü saymaq olar. Bürünc əsri Avropaya məhz Atlantidadan ayaq açıb və ilk dəfə dəmirdən atlantlar istifadə ediblər. Və Atlantida dəhşətli fəlakət nəticəsində məhv olub. Adanın bütün əhalisi okean sularının altında qalıb. Corcio Qalanopoulos Yunan sey... |
0c28202fdb42a6bd | Atlantida | Burada "minlər" əvəzinə "yüzlər" tərcümə olunmalı idi. 9 min il əslində 900 ildir. Yəni Solonun dövründən 900 il əvvəl e.ə XV–XVI əsrlərə uyğun gəlir. Bu isə Tera vulkanik partlaması ilə təxminən üst-üstə düşür. Kanar, Madeyra və Azro adalarının da Atlantida olması barədə fikirlər var, lakin bu adaların ətrafında aparı... |
bcb351513c1d9504 | Atlantida | 1929-cu ilin 29 noyabr ayında məşhur Topqapı sarayında dənizlər fatehi Piri Rəisə aid köhnə bir xəritə tapılır. Xəritədə dənizlər və düzənliklər olduqca dəqiq əks etdirilmişdi. Ancaq xəritədə Antarktida qitəsinin koordinatlarının və buz altındakı dağların müasir elmin həsəd apara biləcəyi bir şəkildə dəqiq göstərilməsi... |
148274d3751b66d3 | Atlantida | İddialara görə, Piri Rəisin 1513-cü ildə "Bəhriyyə" kitabında (XVI) çəkdiyi və Antarktidanı da təsvir etdiyi (Antarktida 1820-ci ildə F. Bellinşauzen və M. Lazarev tərəfindən kəşf edilib) sirli xəritədə materik tamamilə buzlardan azad şəkildədir. Admiral xəritəni tərtib edərkən, Makedoniyalı İsgəndərin dövrünə aid sənə... |
c580072336a6bd43 | Atlantida | Uilyam Skott-Elliot İqnatius Donnellinin davamçılarından olan Uilyam Skott-Elliot 1896-cı ildə yazdığı "Atlantida tarixi" adlı (ing. Atlantis: the Antediluvian World) əsərində bu ada haqqında daha dolğun məlumat verməyə çalışıb. U. Skott-Elliot tərəfindən tam həqiqət kimi təqdim olunan konsepsiyaya görə, Atlantida bizi... |
74135bce8a494e96 | Atlantida | İlk kataklizm təxminən 800 min il əvvəl baş verib. Nəticədə Atlantida öz əvvəlki relyefini itirməyə başlayıb. Amerika materiki bu nəhəng adadan ayrılıb. İkinci geoloji fəlakət 200 min əvvələ təsadüf edir. Atlantida ikiyə — Ruta adlanan nisbətən böyük şimal və ondan kiçik Daitya kimi məlum olan cənub hissələrinə bölünüb... |
840b17b6886c2dae | Atlantida | Daha dəhşətli üçüncü kataklizmsə, 80 min il əvvəl baş verib. Bu dəfə də Atlantida öz mövcudluğunu qoruyub. Ancaq bu mövcudluq nəhəng Atlantidanı, sadəcə, Rutanın qalığı olan Poseydanidaya çevirib. Platonun haqqında danışdığı Atlantida da əslində onun kiçik hissəsi olan Poseydaniyadır. Nəhayət, təxminən bizim eradan əvv... |
a37f473b8fb5540b | Atlantida | Və okean Atlantidanı həmişəlik olaraq udub. Bunun nəticəsində planetimizin müasir quru və dəniz sərhədləri indiki görüntülərini alıb. Skott-Elliota görə, Atlantidanın iki milyonluq əhalisi olan paytaxtı Stavorot adlanıb. Bu şəhər müasir parkları xatırladan yaşıllıqlarla əhatə olunubmuş. Paytaxtın kənar hissəsində, əsas... |
2341730aaeb86b30 | Atlantida | Stavorot şəhərinin hələ ikinci kataklizm nəticəsində məhv olduğu ehtimal edilir. Atlantida cəmiyyə tisə quldarlıq üzərində təşəkkül tapmışdır. Atlantidanın yerləşdiyi əraziyə dair xəritələr Ekspedisiyalar 1968-ci ildə Baham adalarından uçan pilotlar Mimini adasının ətrafında nə isə görürlər. Hal-hazırda da "Mimini yolu... |
4f5d6edc719c2e4f | Atlantida | Alimlərin ehtimalına görə bu tikili liman ətrafında çəkilmiş dalğaqıran idi. Bir neçə il sonra bu cür tapıntı Endres adasında tapılır. Buna da "Endres yolu" adı verilir. Alimlər bu yolların Atlantida ilə bağlarının ola biləcəyini iddia edirlər. 1995-ci ildə Fidel Kastro hökuməti ispan gəmilərinin batmış xəzinələrini ta... |
ef937fea97487d87 | Atlantida | Polina bu qədər dərinlikdə təbiətin simmetrik, olduqca səliqəli olan bir tikili yarada biləcəyinə inanmır. Baxmayaraq ki, o Atlantida möcüzəsinə qəbul eləmir, amma yenidən səyahət edib araşdırma aparmaq istəsə də, Kastro hökuməti buna icazə vermir. Platonun əsərindəki qeydləri əsas götürərək bir çox alimlər, araşdırmaç... |
3e20fadf0650eec0 | Atlantida | Həmin mülahizələr içərisində Atlantik okeanda yerləşmiş bu mifik ada boyu yayılan quldarlıq imperiyasının çiçəklənmə dövrü barəsində də iddialara rast gəlinir. Uilyam Skott-Elliot məlumat verir ki, qızıl əsrinin sonunda Atlantidanın "100 qapı" adlı paytaxtında reaktiv aviasiya sahəsi yüksək inkişafa çatmışdı.Ümumiyyətl... |
02b7dd08d72001af | Atlantida | Əlbəttə, belə mükəmməl texnikaya malik olsaydılar, atlantlar fəlakətdən qaçmağa cəhd göstərərdilər. Doğrudan da atlantoloqların mülahizələri arasında Atlantidanın çökdüyü vaxt hakim sinfin müəyyən hissəsinin reaktiv gəmilər vasitəsilə xilas olduğu barədə iddialara rast gəlinir. Onların qənaətinə görə, ali təbəqənin təm... |
66c277aef6181090 | Atlantida | Atlantida və Mars planeti 2009-cu ildə İsveçrə alimləri atlantların Mars planetinə uçması və Qədim Misirə səyahəti barədə fərziyyənin doğru olduğunu bildirərək, bu hadisələrin həqiqətən də baş verdiyi qeyd edilər. Bu barədə isveçrəli həkim Stefan Vayz (alm. Dr. Stephan Weisz) "Mars sivilizasiyası ya öz-özünü məhv etmiş... |
b9701237e95475d4 | Atlantida | Stefan Vayz və kolleqalarından biri olan misir tarixçisi Konrad Veytç atlantların Mars planetində olduğu barədə Misirin papiruslarında qeyd olunduğunu qeyd edirlər. Onlar, həmçinin, qədim misirlildə uçan aparatın olması və bu sxemin Tutanhamonun qəbrində tapıldığını qeyd edirlər. Lakin isveçrə alimlərinin fərziyyələrin... |
6a22283c6be26e7d | Atlantida | Mənim fikrimcə, əgər Atlantida mövcud olsaydı, onda Yerdə mövcud olardı". Atlantida və Yer qabığında baş verən fəlakətlər 365-ci ildə Yunanıstanın Krit adası ətrafında, demək olar ki, bütün şəhərlər yox olmuş və 10 minlərlə insan həlak olmuş, 1556-cı ildə Çinin Şensi zəlzələsi zamanı 830 min adam, 1908-ci ildə Siciliya... |
af52b326739e0a09 | Atlantida | Zəlzələlər əsasən bu layların sərhəd zonalarında əmələ gəlirlər. Müxtəlif layların bir-birinə nəzərən sürüşməsi və toqquşması yeraltı təkanlara səbəb olurlar. Yeraltı daşların kəsicilik möhkəmliyi həddi keçdikdə onlar burada yaranan gərginliyi sıçrayışla boşlayır və nəticədə yeraltı tektonik təkanlar baş verir. Bu gərg... |
bf0c2a565a8c53db | Atlantida | Bir çox müasir atlantoloqların fərziyyələrinə görə, Atlantidanın okeana qərq olunmasına səbəb məhz yer qabığında baş verən zəlzələlər olub. Yer qabığında litosfer tavalarının hərəkət etdiyi ərazilərdə ən çox zəlzələlər baş verir və Atlantidanın bu tavalara yaxın yerləşmişdir. Zəlzələdə əsas dağıdıcı fəlakət bir neçə sa... |
c36d2d55b31d3849 | Atlantida | Okeanda baş verən Sunami dalğalarını, əsasən, zəlzələlər və vulkanlar yaradırlar. Yaponiya ətrafı, Azor adaları və İslandiya, Yunanıstan ətrafında yerləşən Egey dənizi və buna bənzər bir çox ərazilər yer qabığının güclü seysmik mərkəzlərindən sayılırlar. Mayyaların tanrısı atlantlar Meksikada yayılmış bir əfsanəyə görə... |
216950ec1f3fb989 | Atlantida | Atlantidanın Qəraib dənizi tərəfdə olduğunu iddia edənlərdən biri də Corc Eriksondur. Erikson "Endris" və "Mimini" yolunun Atlantida ilə bağlılığını vurğulayır. Bundan başqa Erikson bildirir ki, Baham adaları Platonun Atlantidanın dağıldığını iddia etdiyi dövrdə su səviyyəsindən yuxarıda olub. Erikson atlantlarla Mayya... |
9c57f00a47bba755 | Atlantida | Qalın qaşlar, uzun sifət, iri gözlər, uzun burun, qalın bığlar mayyalara məxsus sifət quruluşu deyil. Bu ancaq atlantlara məxsus ola bilər. Erikson, israr edir ki, mayyalıların üzləri tüklü olmayıb və sifətləri isə yumru olub. Eriksonun Günəş tanrısının simasında atlantların tərənnüm olması iddiası bəzi alimlər tərəfin... |
fdb85b5f830b87bb | Atlantida | Eriksonun fikrincə, Yukatan yarımadasında məskunlaşan ilk insanlar Sibirdən Alyaskaya keçənlər deyil, məhz dənizdən gələn atlantlar olublar. Onun dediklərinə və elmin təsdiqlədiyi fakta görə Buz dövründən sonrakı dövrdə Yukatan yarımadası, Kuba və Baham adaları daha böyük quru sahələri olublar. Atlantologiya Coğrafi xü... |
ce6b3c4e9749b356 | Atlantida | Nikolay Feodosyeviç Jirov əlilliyə görə təqaüdə çıxdıqdan sonra Atlantida barəsində iki kitab nəşr etdirmiş və Londonda populyar olar "Atlantis" jurnalında müxtəlif məqalələr dərc etdirmişdi. Jirov öldükdən sonra onun yaratdığı elm sahəsi Rusiya cəmiyyəti tərəfindən inkişaf etdirilmişdi. Calvo, T., ed. (1997). Interpre... |
4bcb303a7e733621 | Atlantida | Exeter: University of Exeter Press. ISBN 978-0-85989-805-8. Xarici keçidlər Atlantis in The Black Sea Arxivləşdirilib 2009-09-22 at the Wayback Machine (ing.) Clara Iza von Ravn. Selestor’s Men of Atlantis (ing.) |
c519b4b4e86fcc59 | Daşnaksütun | Erməni İnqilabi Federasiyası, Daşnaksutyun (erm. Հայ Յեղափոխական Դաշնակցություն; Hay Heğapoxakan Daşnaksutyun) — ən iri və mütəşəkkil erməni siyasi təşkilatlarından biri. 1890-cı ildə Tiflisdə yaradılıb. Erməni diasporunun olduğu bütün ölkələrdə büroları fəaliyyət göstərir. Hazırkı ali şura sədri İşxan Sağatelyandır. P... |
0853d879c282c3aa | Daşnaksütun | Bizim diplomatlarımız öz marağından və güclülərin marağından çıxış edir. Avropa bizim üçün deyil, qoy ermənilər bilsinlər ki, erməni torpağı qanla suvarılmasa onlar heç bir şey əldə edə bilməzlər. Digər tərəfdən partiya Ermənistanın proletariatın köməyi ilə azad olunacağına inanmır, çünki Türkiyə şəraitində bu mümkün d... |
17340a3ee5732dd6 | Daşnaksütun | İstənilən vasitələrlə həyatın və iş yerlərinin təmin edilməsi. Müxtəlif dinlər və millətlər qanun qarşısında bərabərdir. Söz və mətbuat azadlığı.Vasitələr: Erməni inqilab ittifaqı öz məqsədlərinə çatmaq üçün silahlı dəstələr yaradır, bu dəstələr hökumətə, eləcə də tək ermənilərin yox, həm də assiriyalıların, kürdlərin ... |
239ac59e18fd4370 | Daşnaksütun | İnqilabi komitələri və onlar arasında sıx əlaqələri təşkil etmək. Hakimiyyət nümayəndələri, sələmçilər, satqınlar və hər cür istismarçılara qarşı terror tətbiq etmək. Xalqı quldur və soyğunçuların hücumundan qorumaq. Adamların və silahların göndərilməsi üçün yollar və vasitələr tapmaq. Dövlət idarələrinin dağıdılması v... |
efa5cd436780e354 | Daşnaksütun | O zaman daşnakların əsas fəaliyyəti Osmanlı İmperiyasının ermənilər yaşayan ərazilərinə "fədailər" üçün silah və sursatın göndərilməsindən, həmçinin yerli erməni əhalisinin, silahlandırılmasından və türk hökumətinə qarşı qaldırılmasından ibarət idi. XIX əsrdə daşnakların keçirdiyi ən məşhur terror aktı 1896-cı ildə Osm... |
6efdeda23a6070d8 | Daşnaksütun | 1910–11-ci illərdə Sankt-Peterburqda terrorçuluqda günahlandırılan daşnaklar üzərində keçirilmiş məhkəmə prosesi nəticəsində 52 nəfər həbs cəzasına layiq görülür, 4 nəfər isə Sibirə sürgünə gondərilir. Bu proses zamanı daşnaklarım müdafiəçiləri sıralarında Aleksandr Kerenski də var idi. Daşnaklar Birinci dünya müharibə... |
3d48cc625bf61186 | Daşnaksütun | 1915-ci ilin fevralında Erməni milli konqresində çıxış edən Daşnaksutyunun hərbi qanadının təmsilçisi, çar hökumətinin Türkiyə ermənilərinin ehtiyacları üçün 242 900 rubl vəsait ayırdığını bildirir, bu pullar Türkiyədəki erməniləri silahlandırmaq və üsyana təşviq etmək üçün nəzərdə tutulurdu. Amerika tarixçisi Corc Şou... |
3366a8946e7444b5 | Daşnaksütun | Rus ordusu bu ərazidən çəkildikdən sonra, erməni quldur dəstələri daha da azğınlaşır və bu ərazidə qalmış müsəlman əhalinin kütləvi qətllərinin miqyasını böyüdür, bu hal türk ordusunun əks hucuma keçib erməniləri Qafqaza sıxışdırmasına qədər davam edir. Türk ordusu tərəfindən Qafqaza sıxışdırılan erməni hərbi dəstələri... |
2e74607208cba57f | Daşnaksütun | 18 fevral 1921-ci ildə daşnaklar üsyan qaldırır və Ermənistanda nəzarəti tam ələ alır, lakin aprelin 3 sovet ordusunun İrəvanı alması ilə üsyan yatırılır. 1923-cü ilin yanvarında İrəvanda Daşnaksutyunun Ermənistanda olan üzvlərinin toplantısında Daşnaksutyun partiyasının Ermənistanda fəaliyyətinin dayandırılması barədə... |
cc8ece362a906741 | Daşnaksütun | Erməni diasporunun maddi imkanlarından istifadə edərək, Daşnaksutyun Avropada, Asiyada, Şimali və Cənubi Amerikada bir çox kilsə təşkilatları, gənclərlə iş üzrə təşkilatlar və erməni məktəbləri yaradır. Həmçinin Daşnaksutyun erməni diasporunun KİV-lərinin yaradılmasında və formalaşmasında da böyük rol oynayır. Bütün bu... |
2e29fc26f60fc8d5 | Daşnaksütun | Azərbaycan barədə təhrif olunmuş yalan məlumatların yayılmasında Daşnaksutyunun nəzarətində və yaxud təsirində olan KİV-lərdən aktiv istifadə adi hal alır. Daşnaklar gürcü-abxaz münaqişəsində də aktiv iştrak edirlər, onların iştrakı və köməyi ilə "Marşal Baqramyan adına erməni batalyonu" yaradılır, ki bu batalyon gürcü... |
28a41013b3644b06 | Brom | Brom (Br) (q.yun. βρῶμος — "pis qoxulu","üfunətli" ) – Dmitri Mendeleyevin yaratdığı kimyəvi elementlərin dövri cədvəlində 35-ci elementdir. Brom atom nömrəsi 35, element simvolu Br, reaktiv qeyri-metal halogenlər qrupunun 4-cü elementi olan kimyəvi elementdir. Kimyəvi elementlərin dövri cədvəlinin 17-ci qrupuna aiddir... |
b74bb28cdc50bf36 | Brom | Uçur,zəhərlidir. Brom molekulu diatomikdir (Br2 formulu) Brom sərbəst olaraq iki kimyaçı tərəfindən kəşf edildi: 1825-ci ildə Karl Yakob Lyovix və 1826-cı ildə Antuan Jerom Balar tərəfindən kəşf edilib. Monpelyedə kollecdə gənc bir müəllim olan Baların kəşfi onun adını bütün dünyada məşhur etdi. Məşhur bir kitabda veri... |
706147713c8e52d3 | Brom | Brom təbiətdə geniş yayılmışdır və dağılmış formada demək olar ki, hər yerdə rast gəlinir. Demək olar ki, bütün brom birləşmələri suda həll olunur və buna görə də qayalardan asanlıqla sızılır. Qarışıq olaraq yüzlərlə mineralda rast gəlinir. Ancaq az miqdarda suda həll olunmayan minerallar — gümüş və mis halidlərində də... |
b8c72447985a6499 | Brom | Süxurlarda brom əsasən, qrunt suları ilə köç edən ion şəklində olur. Yerüstü bromun bir hissəsi bitki orqanizmində mürəkkəb və əsasən həll olunmayan üzvi birləşmələrlə bağlıdır. Bəzi bitkilər aktiv şəkildə brom yığırlar. Buna ilk növbədə paxlakimilər — noxud,lobya, mərcimək, həmçinin dəniz yosunu aiddir. Bromun çox his... |
eda312c6027bda19 | Brom | Brom,təbii duzlu sulardan və Br ionu olan digər məhlullardan,qazlı xlorla oksidləşərək kimyəvi olaraq əldə edilir: Cl 2 + 2 Br − ⟶ 2 Cl − + Br 2 ↑ {\displaystyle {\ce {Cl2\ {+}\ 2Br^{-}->2Cl^{-}{+}Br2{\!\uparrow }}}} Sonra molekulyar brom məhluldan su buxarı və ya hava axını ilə ayrılır və qatılaşdırılır. Fiziki xassəl... |
caea6b28de1af1d6 | Brom | Bromun çoxsaylı radioaktiv izotopları süni şəkildə əldə edilir. Kimyəvi xassələri Sərbəst formada, Br2 diatomik molekullar şəklində mövcuddur. Molekulların atomlara nəzərəçarpacaq dərəcədə dağılması 800 °C temperaturda müşahidə olunur və temperaturun daha da artması ilə sürətlə artır. Br2 molekulunun diametri 0.323 nm,... |
67a494df0b9cfe41 | Brom | Reaksiya qaynadıqda davam edir: Cl 2 + 2 KBr → t ∘ Br 2 ↑ + 2 KCl {\displaystyle {\ce {Cl2{+}\ 2KBr\ {\xrightarrow {t^{\circ }}}\ Br2{\!\uparrow }+\ 2KCl}}} Bromun kükürdlə reaksiyasında S2Br2, bromun fosforla reaksiyasında PBr3 və PBr5 əmələ gəlir.Brom, metal olmayan selen və tellur ilə də reaksiya göstərir. Bromun hi... |
6280baae84d13824 | Brom | Bir çox metal ilə qarşılıqlı təsir edərkən brom məsələn, AlBr3, CuBr2, MgBr2 və s. bromidlər meydana gətirir. Brom tantal və platinə, daha az dərəcədə — gümüş, titan və qurğuşuna davamlıdır. Maye brom AuBr3 qızıl tribromidini yaratmaq üçün qızılla asanlıqla qarşılıqlı təsir göstərir:: 2 Au + 3 Br 2 ⟶ 2 AuBr 3 {\display... |
bc5432ca0cd038fa | Brom | Sənayedə tətbiqi Elementar bromun əhəmiyyətli hissəsi 1980-ci illərin əvvəllərinə qədər, etil mayesinin bir hissəsi olan 1,2-dibrometan — tetraetil qurğuşun ehtiva edən benzində antiknok aşqar istehsal etmək üçün istifadə edilmişdir: bu vəziyyətdə dibromoetan, mühərrik hissələrində bərk qurğuşun oksidlərinin çökməsinin... |
a908528ddc149981 | Brom | Silah istehsalında Birinci Dünya Müharibəsindən bəri kimyəvi silah istehsalında brom istifadə olunur. Fizioloji təsiri Brom və onun buxarları zəhərlidir. Havada brom miqdarının təxminən 0,001% konsentrasiyasında (həcmi ilə), selikli qişaların qıcıqlanması, başgicəllənmə, burun boşluğundan qan açılma və daha yüksək kons... |
97a2534e36ac30f2 | Brom | Natrium tiosulfat inhalyasiyası 2% sulu bir həll olaraq,mineral su və ya soda, qəhvə ilə bol ilıq süd içmək tövsiyə olunur. Xüsusilə təhlükəli olan bronxial astma və ağciyər xəstəliklərindən əziyyət çəkən insanların brom buxarı ilə zəhərlənməsidir, çünki brom buxarının inhalyasiyası ağciyər ödəminə səbəb ola bilər. Dər... |
50b03983f4b2120c | Brom | Natrium tiosulfat Na2S2O3 — ın sulu həlli, bromu dezinfeksiya etmək üçün ən uyğun gələndir. Böyük brom borularını lokallaşdırmaq üçün, köpükləndirici maddələr və aerosil əlavə etməklə natrium tiosulfatın həllini istifadə edə bilərsiniz. Eyni həll (3–5% natrium tiosulfat), tənəffüs sistemini brom buxarından qorumağa köm... |
a8ef6c011a79b5da | Brom | Xarici keçidlər Brom WebElements.com (rus.) Kimyəvi elementlərin populyar kitabxanasında brom (rus.) Bromun istilik keçiricilik qrafiki (ing.) Bromun müəyyən şərtlərdəki viskozitesi (ing.) Kimyəvi element Kimyəvi element |
f6f74398aa5da978 | Zülfüqar (qılınc) | Zülfüqar (ər:ذوالفقار) Əli bin Əbu Talibin qılıncı Ad, apelyasiya və görünüşü Zülfüqar ərəb sözü olub "fəqərələr sahibi" mənasını ifadə edir. Fəqərə özü onurğa mənasındadır. Bu adın qılınca onun arxasında nahamar və hamar cızıqların olduğu üçün verildiyi nəql olunur.Çoxlu belə düşünülür ki zülfüqarın iki baş və bleydi ... |
de2ade5db14fe8cf | Zülfüqar (qılınc) | Əli ər-Rzadan nəql olunan bir hədisə görə Cəbrayıl Zülfüqarı özü ilə göydən gətirmişdir. Məhəmməd Baqir Məclisi Mənaqibdən (ərəb. محمد باقر المجلسي) nəql edir ki, Hədid surəsinin 25-ci ayəsində bu hadisəyə işarə olunur. Bu barədə Biharül-ənvarda nəql olunan başqa bir hədisdə qeyd olunur ki, Zülfüqar Bəlqisin Süleyman p... |
c070edb2feb83511 | Zülfüqar (qılınc) | Əli ondan düşməni Məhəmməddən uzaq tutmaq və arxaya sürünmək üçün istifadə etdi. Təbəri tarixi və Sireyi ibni Hişam kitabına görə bu zaman bir çağrı eşidildi ki deyirdi:"لا فتی الا علیّ لا سیف الاّ ذوالفقار" azərb. Əli-dən başqa bir igid , Zülfüqardan başqa bir qılınc yoxdur. "və peyğəmbər dedi bu Cəbrayıldır." Şeyxi M... |
bd130f78885dd40a | Zülfüqar (qılınc) | Səmani"ərəb. سمعانی" və İbni Bəttə"ərəb. ابن بطّه"-də bu hədisi Bədr döyüşündə olmaq fərqi ilə nəql ediblər. Əlidən sonra Zülfüqar Mən La Yəhzərül Fəqih"ərəb. من لا یحضره الفقیه" kitabına görə Əlidən sonra, zülfüqar oğlu Həsən bin Əli-yə, və sonunda doqquz imamdan sonra Höccət bin Həsənə irs yetişdi. rivayətlərdə vardı... |
dabb64aabc77ea68 | Sidney | Sidney — Avstraliyada şəhər. Şəhərin əsası 1788-ci ildə Port-Cekson körfəzinin sahilində, avropalıların Avstraliyada ilk məskunlaşması dövründə qoyulub. 200 il ərzində kiçik katorqa qəsəbəsindən iri meqapolisə çevrilib. Görməli yerlər Sitinin göydələnləri ilə şəhərin Roks və Kinq-Kross rayonunun qədimi binaları arasınd... |
8b47d35da65cf480 | Sidney | 305 metr hündürlüklü Sidney Qülləsindəni şəhərlə hərtərifli tanış olmaq olar. Oksford-stritdə çoxlu bar və restoranlar, Darlinq-Harbor rayonunda yüzlərcə qalereya, bar, mehmanxana və restoranlar, Corc-strit və Market-stritdə isə şəhərin ən yaxşı ticarət mərkəzləri cəmlənmişdir. Elə burdaca şəhər hüdudlarında Bodni (ölk... |
009101f0bf0ead6c | Sidney | Elə ordaca qara opaldan hazırlanmış müxtəlif cür zərgərlik bəzəkləri, mirvari və rəngli almazlar almaq olar. Pertanın ətrafında Kalquri rayonunda dünyanın ən böyük qızıl və nikel yataqlarına, eləcə də dünyanın ən böyük almaz rayonu olan Kimberlinin mədənlərinə baxmaq çox maraqlıdır. Bu, böyük çaylar, heyranedici peyzaj... |
01ca3a00a05eff2f | Epiloq | Epiloq (yun. έπίλογος — sözdən sonra) — sonuncu hissə, bitmiş əsərə əlavə olunan və əlavə olunması mütləq olmayan hissə. Proloq kimi əvvəlcə əsərdə bəhs olunan şəxslər haqqında məlumat verir və ya oxucunu şəxsin əvvəlki həyatı haqqında məlumatlandırır. Epiloq ondan fərqlənir ki, düşüncə ola bilər, onda epiloq — həmişə ... |
1f1fee961cae200e | Səfa Mirzəyev | Səfa Mirzəyev (tam adı: Mirzəyev Səfa Abbas oğlu; 12 may 1952, Bakı) — Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri(1997-2022), Həqiqi dövlət müşaviri; hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru, dosent; Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu. Səfa Mirzəyev 1952-ci il mayın 12-də anadan olub.Azərb... |
948cedb3a0e36177 | Əsgəran qalası | Əsgəran qalası — Azərbaycanda cəmiyyətdə "Əsgəran qalası" adı ilə tanınan bu səddi XVIII əsrdə Pənahəli xan öz xanlığının şərq sərhəddində tikdirmişdi. Dərbənd səddi Şirvanın şimal qapısı idisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi. Ən qədim zamanlardan Azərbaycan daim yadellilərin hücumlarına məruz qalı... |
1342198336372146 | Əsgəran qalası | Burada dağlar eni təqribən 500 m-ə çatan çayın vadisinə və qalanın divarları ilə əhatələnən böyük olmayan dərəyə yaxınlaşır.Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub, Qarqar çay vadisini qapayaraq yalnız çay tərəfdən kiçik keçid yaratmaq məqsədini güdürdü. Əsgəran qalası çayın hər iki sahili ... |
356e4b6350ebad0f | Əsgəran qalası | Dağ keçidindən müdafiə olunan kənar şərq bürc xüsusi formalı otaqların yaratdığı kompleksindən ibarətdir. Qalanın sol sahil hissəsi (qərb) isə bir müdafıə həlqəsində birləşən düzbucaqlı trapesiya şəkilli istehkamlardan ibarətdir. Burada relyef nəzərə alınmaqla inşa olunmuş qala divarları altı bürclə möhkəmləndirilmişdi... |
795c84fedf5fbe75 | Əsgəran qalası | Bu həyətdən aşağı həyəti ayıran köndələn divarda daxili, üstü tağlı darvazalar vardır. Aşağı həyət şərq tərəfdən açılmışdır, belə ki, hər iki divar yalnız çaya çatır. İstehkamın sol sahildəki altı bürcün hər biri mərkəzində kiçik aşınma olan tağtavanla iki mərtəbəyə ayrılır. Üçüncü mərtəbə yalnız mazğallara qədər mühaf... |
48cf53466ca6543f | Əsgəran qalası | Hündürlüyü 9 m, qalınlığı 2 m-dən ibarət qala divarları üz hissəsi yaxşı işlənmiş çay daşlarından tikilmişdir. Horizontal sıralı döşəmə daşlar tikintini daha da canlandırır.Ermənistanın azərbaycan torpaqlarına təcavüzü nəticəsində bir çox abidələr kimi Əsgəran qalası da düşmən əlinə keçib. Lakin Əsgəran qalasının təcav... |
6ec713e40642a97b | Əsgəran qalası | 2. Mədəniyyət və arxeoloji abidələrə qarşı terrorizm – abidələrin dağıdılması və məhv edilməsi. Qalanın tikilmə tarixindən söz açan erməni müəllif onun 1778–1779-cu illərdə müdafiə məqsədilə tikildiyini bildirsə də, qalanın kimin tərəfdən inşa olunduğunu qeyd etməyi lüzum görmür. Qeyd etmək lazımdır ki, müəllif qalanın... |
f4e026bfe2638acc | Əsgəran qalası | Bir qisim tarixçi qalanın tikilməsini Mehrəli xan Qarabağlıın, digər qisim isə İbrahimxəlil xanın adı ilə bağlayır. Eyni zamanda tikilmə tarixi də müxtəlif cür verilir. Rzaqulu bəy Mirzə Camal oğlunun "Pənah xan və Ibrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri" əsərində müəllif qeyd edir: "Mərhum İbrah... |
aedfb209051e715f | Əsgəran qalası | Bu qalalar Şuşa qalasının üç ağaclığında, Qarqar çayının keçidi olan iki dağın arasında yerləşmişdir. Şirvan, Şəki və Dağıstan vilayətləri əhalisi mərhum Pənahəli xan Qarabağlı ilə düşmən olduqlarından ehtiyat üçün böyük oğlu Ibrahim xana vəsiyyət etmişdi ki, əgər fürsət tapmasam, sən bu iki Əsgəran dağının arasında ik... |
1b49083fe61bca11 | Əsgəran qalası | Düşmənçilik zamanı elat xalqı və başqaları orada sığınacaq edərlər. Qalalarda tüfəngçilər qoyarlarsa düşmən oradan keçib, zülm və talan etmək fıkri ilə əlini uzadıb xalqın mal-qarasını qarət və talan edə bilməz. Mərhum İbrahim xan həmin vəsiyyətə görə hər iki qalanı birini Şərq, o birini isə Qərb tərəfdə daş və əhənglə... |
94c4a8e0bf0e24fe | Əsgəran qalası | XIX əsr Azərbaycan tarixçisi Əhməd bəy Cavanşir "1747-ci ildən 1805-ci ilə qədər Qarabağ xanlığının siyasi vəziyyətinə dair" adlı əsərində yazırdı: "Mehrəli xan Qarabağ xanlığının idarəsini ələ aldıqdan sonra, atasının vəsiyyətinə əsasən xanlığın daxili işləri ilə məşğul olur; Şuşanın möhkəmləndirilməsini başa çatdırır... |
06190d06104977d5 | Əsgəran qalası | Şaqen Mkrtçyan qalanı siyasi təbliğat üçün istifadə etməyi də unutmur: "1805-ci ilin iyununda 40 minlik İran ordusu onlarla erməni kənd və monastırlarını qarət edib, yandıraraq Şuşa qalasını ələ keçirmək və orada yerləşən rus qarnizonunu məhv etmək məqsədilə Qarqar dərəsinə soxuldular. Şuşaya köməyə gələn mayor Karyagi... |
54c6b16d93d728f6 | Əsgəran qalası | Lakin İran qoşunları tərəfindən mühasirəyə düşdü. İran süvarilərinə zərbələr endirərək dəstə artıq Əsgəran dərəsinə yaxınlaşdı, lakin birdən onların qarşısını Pirqulu xanın əsas qüvvələri kəsdi. Aydın idi ki, farslar artıq Əsgəran qalasında möhkəmləniblər və Şuşaya gedən yol bağlanıb. Vəziyyət çox təhlükəli idi. Yalnız... |
eadd0277bc556054 | Əsgəran qalası | Yer həqiqətən əlverişli idi və Karyagin bu məzarlığa çataraq orada möhkəmləndi". Fəridə Aslanova (AMEA Tarix İnstitutu). Əsgəran qalası. Azərbaycan arxeologiyası jurnalı, 2003. tom 5, nömrə 1–4. Həmçinin bax Qarabağ xanlığı |
022261118f375bc1 | Bahadur Əliyev | Bahadur Atabala oğlu Əliyev (24 fevral 1933, Sığıncaq, Masallı rayonu – 16 sentyabr 2002, Sumqayıt) — Azərbaycan aktyoru. Bahadur Əliyev 24 fevral 1933-cü ildə Masallı rayonunun Sığıncaq kəndində anadan olub. 1956-cı ildə İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirib. 1957–1959-cu illərdə "Kölgələr... |
ef3ea16fff3b0415 | Varşava Müqaviləsi Təşkilatı | Varşava Müqaviləsi Təşkilatı (VMT) — 14 may 1955-ci ildə SSRİ və Avropadakı sosialist bloku dövlətləri tərəfindən imzalanan Varşava müqaviləsi əsasında yaranan hərbi ittifaq. Bu müqavilə NATO-nun yaradılmasına SSRİ-nin cavabı idi. Müqavilənin şərtlərinə görə müqaviləyə qoşulan ölkələr beynəlxalq münasibətlərdə güc nüma... |
4dd2799d98b0e272 | Varşava Müqaviləsi Təşkilatı | Təşkilatın əsas məqsədi NATO-ya qarşı durmaq və iştirakçı dövlətlərdə anti-kommunist çıxışlarının yatırılması idi. Bu qurum AFR-in 9 may 1955-ci ildə ABŞ-nin təklifi ilə Avropada Sovet nüfuzunun artmasından narahat olan 12 ölkənin 1949-cu ildə qurduğu Şimali Atlantika Alyansı NATO-ya qoşulmasına cavab kimi yaradılıb. V... |
bae583578dcfb88e | Varşava Müqaviləsi Təşkilatı | Maraqlıdır ki, hələ VMT yaranmazdan əvvəl SSRİ bir neçə dəfə NATO-ya daxil olmağa çalışıb. Həlledici cəhd 31 mart 1954-cü ildə olmuşdur. Moskva hesab edirdi ki, onu NATO-ya qəbul etməklə Qərb gücləri NATO-nun SSRİ-yə qarşı yox, dinc məqsədli olduğunu nümayiş etdirərdilər. Qərb ölkələri Sovet təşəbbüsünü qəti şəkildə rə... |
d980f38d6085a3bc | Varşava Müqaviləsi Təşkilatı | Üzvlüyün rədd edilməsi SSRİ-yə NATO-nun sülh məqsədli olmadığını inandırdı və öz hərbi blokunu təsis etməsinə əsas verdi. VMT-nin elan edilməsi beynəlxalq münasibətlərdə ikiqütblülük yaratdı. Lakin təşkilat ilk strateji məğlubiyyətini elə yarandığı ildə aldı. Sovet İttifaqı öz təşkilatına Yuqoslaviyanı üzv edə bilmədi.... |
50e1d82264820a19 | Varşava Müqaviləsi Təşkilatı | Təşkilatın yaradılması barədə sənəd 25 may 1955-ci ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən ratifikasiya edilmiş, iyunun 4-də isə qüvvəyə minmişdir. Onun fəaliyyət müddəti 20 il idi, üzvlüyü vaxtından əvvəl ləğv etməyən dövlətlər üçün üzvlük sonrakı 10 il üçün avtomatik yenilənirdi. 1956-cı ildə Macarıstan üzv... |
527bcbdea279575d | Varşava Müqaviləsi Təşkilatı | Bundan sonra Moskva SSRİ-nin kursundan kənara çıxan sosialist ölkələrinin işlərinə qarışmaq səlahiyyətini öz üzərinə götürmüşdü. Qərbdə SSRİ-nin bu yeni doktrinasını "Brejnev doktrinası" adlandırırdılar.1990-cı ildə AFR ilə birləşməsi ilə əlaqədar ADR NATO əleyhinə təşkilatda iştirak etməyi dayandırdı. SSRİ-də, Mərkəzi... |
53d3eb0661cc7513 | Varşava Müqaviləsi Təşkilatı | İştirakçı dövlətlər BMT-nin Nizamnaməsinə uyğun olaraq beynəlxalq münasibətlərdə hərbi güc tətbiq etmək təhlükəsindən çəkinməli, mübahisələri dinc vasitələrlə həll etməli, ümumi maraqlara toxunan bütün vacib məsələlər üzrə məsləhətləşməli idilər. Mətndə sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində bütün beynəlx... |
0faeea89242596ec | Alman klassik fəlsəfəsi | Alman klassik fəlsəfəsi — İmmanuel Kantdan başlayaraq Alman klassik fəlsəfəsi ənənəvi metafizikadan subyektin öyrənilməsinə doğru uğurlu addımlar atmağa başlamışdır. Yenə də Kantdan başlayaraq fəlsəfi bilik sahəsində çox böyük dəyişikliklər, o cümlədən ağırlıq mərkəzinin subyektin və onun fəaliyyətdə olan təbiətinin öy... |
cabe87a74a1a9eac | Alman klassik fəlsəfəsi | XIX əsrin sonunda Amerika, İngiltərə, ümumiyyətlə Avropanın bütün aparıcı filosoflarının əksəriyyəti, demək olar ki, hegelçi olmuşlar. Hegel fəlsəfəsi siyasi nəzəriyyələrə də böyük təsir göstərmişdir. Məlum olduğu kimi, Karl Marks gəncliyində hegelçi olmuş və bütün ömrü boyu öz yaradıcılığında hegelçilik cizgilərini sa... |
c37a7cbd193a485d | Alman klassik fəlsəfəsi | Fəlsəfənin dərk etməli olduğu həqiqəti Hegel daha, birdəfəlik kəşf edildiyinə görə ancaq əzbərlənməsi lazım gələn dəyişilməz hazır müddəalar yığını şəklində təsəvvür etmirdi; indi həqiqət idrak prosesini özündən, elmin uzun tarixi inkişafından ibarət idi ki, burada elmi biliyin aşağı pillələrindən getdikcə daha yüksək ... |
28baf39688e90604 | Alman klassik fəlsəfəsi | Lakin bu pillə onun öz içərisində tədriciliyini itirir və öz bəraətindən məhrum olur. Bu pillə öz yerini daha yüksək pilləyə tərk etməyə məcburdur, o da habelə öz növbəsində süqut edir və məhv olur". Hegel akademik filosof olmuşdur və ömrü boyu fəlsəfəni tədris etmişdir. Hegel belə hesab edirdi ki, dünyanın əsasında tə... |
32033d6681b3f9af | Alman klassik fəlsəfəsi | Bu cür məcmunu yalnız illüziya hesab etmək lazımdır. Dünyada bütövdən, tamdan başqa real heç nə yoxdur. Lakin bu bütöv Hegeldə Parmeniddəki və Spinozadakı varlıqdan fərqlənirdi. Çünki o, bunu sadə substansiya hesab etmirdi, əksinə mürəkkəb sistem (orqanizm) sayırdı. Məkan və zaman (təkcə predmetlər kimi) real deyil, an... |
a2f9e473f613807e | Alman klassik fəlsəfəsi | Hegelin "gerçək olan hər şey əqlə uyğundur, əqlə uyğun olan hər şey gerçəkdir" kimi məşhur müddəasına görə, inkişaf səviyyəsində əvvəllər gerçək olan hər şey qeyri– gerçək olur, öz zəruriliyini yaşamaq hüququnu və əqlə uyğunluğunu itirir. Ölüb getməkdə olan gerçəkliyin yerini yeni, yaşamağa qadir gerçəklik tutur,– əgər... |
74d66b5b8780be9d | Alman klassik fəlsəfəsi | Mütləq– ruhdur. (xatırladaq ki, mütləq Spinozada materiya xassəsinə malik idi. Hegel mütləqin bu xassəsini inkar edir). Hegelin metafizikası iki mühüm momentlə fərqlənir. Bunlar onun məntiqi və dialektikasıdır. Məntiq Hegelin sistemi deməkdir. |
1fddac27ee63600b | Alman klassik fəlsəfəsi | Hegelin sisteminin klassik şərhini F. Engels özünün "L. Feyerbax və klassik alman fəlsəfəsinin sonu" əsərində vermişdir. Biz də burada həmin şərhlə kifayətlənirik. "… Hegel sistem qurmalı idi, fəlsəfə sistemi isə, qərarlaşmış adətə görə, bu və ya başqa cür mütləq həqiqətlə başa çatmalı idi. Hegelin özü,– bu əbədi həqiq... |
df7805a746775e73 | Alman klassik fəlsəfəsi | Tarixin sonunu məhz belə təsəvvür etmək lazım idi: bəşəriyyət lap bu mütləq ideyanı dərk etməyə gəlib çıxır və elan edir ki, mütləq ideyanın həmin dərk edilməsi Hegel fəlsəfəsində əldə edilmişdi". Mütləqin mahiyyətini məşhur rus filosofu V. A. Solovyov belə şərh edirdi: "Hegelə görə allah ancaq filosofluq edən əqldir. ... |
bbb8dbccef964c6d | Alman klassik fəlsəfəsi | Materiyanın mahiyyəti onun ağırlığıdır. Onun məqsədi isə ondan kənardadır; ruhun mahiyyəti– azadlıqdır: onun məqsədi isə özündədir. "Ruh özündə varlıqdır". Ruhun tarixi inkişafında üç mərhələ olmuşdur. Bunlar Şərq, yunan– roma və alman mərhələləridir. |
3e808ad638a9bd8b | Nikolay Qoqol | Nikolay Vasilyeviç Qoqol 1809-cu ilin mart ayının 19-da Malorusiyanın Poltava quberniyasında, Soroçi qəsəbəsində anadan olmuşdur. Qoqolun atası Malorusiyanın xırda mülkədarlarından olub xoş xasiyyət, eyş-işrət sevən bir şəxs imiş ki, vaxtının çoxunu kefdə keçirirmiş. Anası isə sadədil bir qadın imiş ki, hər sözə inanar... |
20bf9933aa8fa064 | Nikolay Qoqol | Burada Qoqol malorusların eyş-işrətlərini, çalıb-oynamaqlarını, gözəl nəğmələrini, ənənə və adətlərini, əxlaq və adablarını mütəmadi müşahidə edib, sonralar gördüklərini bütünlüklə məharətlə yazıb, özünün həqiqətyazan bir ədibi-kamil olduğunu aşkar etmişdir. Təhsil dövrü Qoqol 13 yaşına çatanda təlim üçün Nejin gimnazi... |
6d48e92adde8281e | Nikolay Qoqol | Puşkinin ona təsiri çox olur. Onun əvvəlinci əsərlərinə diqqət yetirib təqdir edir və gələcəkdə Qoqolun böyük və müqtədir bir ədib olacağını bildirib, bununla onun təbinə tab və qələminə qüvvət verir. Puşkin ilə yaxın olduqdan sonra Qoqola sanki təzə bir həyat verilir: onun təbi, istiqaməti-qəlbi nuraniyyət və fikri cə... |
ea845b46883d150c | Nikolay Qoqol | Bu iki müqtədir ədibin qələmi sayəsində rusların ədəbiyyatı təbii halına və təbii rənginə düşüb, fransızların, ingilislərin və almanların ədəbiyyatı təsirindən xilas olmağa başlayıbdır. Qoqol və Puşkin milli ədəbiyyatlarını məişətlərinin güzgüsü edib, özlərindən sonra gələn üdəba və şüəraya sağlam bir məslək, düz bir y... |
1cd0fa304ff95bef | "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı | "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı — Azərbaycan Respublikasının medalı. "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir. Medalın ortasında Sila... |
379f3accc6a89de4 | Pirallahı adası | Pirallahı — Xəzər dənizində, Abşeron körfəzinin eyni adlı Abşeron arxipelaqına aid ada. O, Azərbaycanda yerləşən sahəcə ən böyük adadır. Sahəsi 17,56 km², uzunluğu 12 km, eni 0,2 km-dən 4 km-ə qədərdir. Etimologiyası Adanı atəşpərəstliklə əlaqələndirirlər. İslam dininin buraya gəlməsiylə əlaqədar adanın adı Pirallahı o... |
5fe62a46ba7e7186 | Pirallahı adası | 1990-cı ildə adanın köhnə adı rəsmən bərpa edilmişdir. Neftə olan ehtiyacı da nəzərə alaraq SSRİ hökuməti gözünü Pirallahıdakı neft qaynaqlarına çevirir. 1939-cu ildə Azərneftyağ Sənaye Nazirliyi tərəfindən Moskva şəhərində "Damba" tipli körpü tikilməsi üçün layihə təsdiq edilmişdir. Adanı sahilə birləşdirən körpünün t... |
2e0e5b5462506b96 | Pirallahı adası | Bir müddət sonra isə damba üzəri ilə adaya dəmir yolu çəkilmişdir. Azərbaycan dəmiryolları Artyom adası stansiyası 13 may 1953-cü ildə istifadəyə verilmişdir. 2012-ci ildə Pirallahını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün tikintisi ilə əlaqədar, elektrik qatarlarının hərəkəti dayandırılmış və dəmir yol xətti... |
2fde6882aee64cc5 | Pirallahı adası | Quru suptropik iqlimə malikdir. Əsas etibari ilə Xəzri küləyi hakimdir. Adanın qərb sahillərini Simali və Cənubi Abşeron körfəzləri yuyur. Adadan cənubda Qu adası, cənub-şərqdə isə Böyük Tava və Tava altı adaları yerləşir. Ehtiyyatları Əsas ehtiyatları neftdir. Böyük Sovet Ensiklopediyası Weather reports for Pirallahı ... |
884729a7f403fea9 | Erməni terrorizmi | Erməni terrorizmi — erməni millətçi qruplarının və təşkilatlarının sistematik təhdid və fərdi intiqam aktlarından biri. Erməni terrorizmi mütəşəkkil və yaxşı təşkilatlanmış bir terrorizm olmaqla, beynəlxalq terrorizminin geniş qanadı və şəbəkəsidir. "Erməni terrorizmi" termini ilk dəfə ABŞ-də 1982-ci il avqust ayında n... |
c375dd789a42df98 | Hipnoz | Hipnoz — psixologiya elminə görə, təlqinə uyğunluğu olan süni yuxu və ya yuxu-oyanıqlıq arası bir haldır. Hipnoz (yunan tanrısı Hipnosun adından götürülüb) Hipnozçunun sözlə təlqini nəticəsində insanlarda yuxuyabənzər vəziyyətin xüsusi növüdür. Termini ilk dəfə istifadə edən, Yunan mifologiyasındakı yuxu ilahəsinin adı... |
9d135224ad7285f5 | Hipnoz | Maqnetizma üsullarını süjelər üzərində bilinən mənada ilk tətbiq edən və bu təsirə "heyvani maqnetizma" adını verən adam, canlılar üzərindəki maqnetizmanın kaşifi sayılan, Franz Anton Mesmerdir (1734–1815). Maqnetik hipnoz, hipnotik hipnoza müqayisədə həm daha dərin və təbii bir degajman halıdır, həm də ruhi araşdırmal... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.