passage_id stringlengths 16 16 | title stringlengths 1 88 | content stringlengths 200 2k |
|---|---|---|
740e6efa9e6cb90e | Britaniya imperiyası | Bu, Vahid Hollandiya Vilayətləri ilə gərginliyə səbəb oldu və holland-ingilis müharibələrini başlatdı. Münaqişənin nəticəsi Amerika qitəsində İngiltərənin Amerika qitəsində mövqeyinin güclənməsi ilə nəticələndi. İngiltərə 1655-ci ildə ispanların Yamayka adasını özünə birləşdirdi. 1666-cı ildə Baham adaları da ingilis k... |
7659d5422ee26c62 | Britaniya imperiyası | Nyufaundlenddə daimi yaşayış yeri yaratmaq məqsədi ilə 1610-cu ildə London və Bristol şirkəti yaradıldı, ancaq uğursuz oldu. 1620-ci ildə Puritan dini seperatçılarına (sonralar Pilqrimlər olaraq tanınacaq) sığınacaq üçün Pilmoutun əsası qoyuldu. Dini təqiblərdən qaçmaq bir çox ambisiyalı ingilis müstəmləkəçini çətin tr... |
705d3e9e5b01a1ce | Britaniya imperiyası | Bu, ikinci ingilis-holland müharibəsindən sonra Surinamın hollandlara güzəştə gedilməsi qarşılığında rəsmiləşdirildi. Pensilvaniya koloniyası 1681-ci ildə Vilyam Penn tərəfindən yaradıldı. Amerikadakı koloniyalar Karib hövzəsindəki koloniyalarla müqayisədə maliyyə cəhətdən daha az səmərəli olsa da, Amerikanın güclü aqr... |
ac9338724fffbcc9 | Britaniya imperiyası | Bu ərazi sonralar Kanada dominionunun böyük hissəsini təşkil etmişdi. HBC tərəfindən qurulan ticarət postları və qalalar tez-tez fransızların hücumuna məruz qalırdı. Fransızlar Yeni Fransa yaxınlığında öz xəz ticarət koloniyasını yaratmışdılar.İki il sonra kral Çarlz tərəfindən Krallıq Afrika şirkətinə Karibdəki Britan... |
2ed97881aeb33a5c | Britaniya imperiyası | Bu kölələrin üçdə biri Atlantik okeanı vasitəsilə köçürülmüşdü. Bu ticarəti asanlaşdırmaq üçün Qərbi Afrika sahillərində Ceyms adası, Akkra və Bans adası kimi qalalar qurulmuşdu. Britaniya Karibində 1650-ci ildə Afrika mənşəli əhalinin nisbəti 25% idisə, bu rəqəm 1780-ci ildə 80%-ə yüksəlmişdi. Eyni vaxt aralığında on ... |
98046c1dcadb3d4f | Britaniya imperiyası | Bu şəhərlər Afrika və Amerika ilə birlikdə ticarət üçbucağını formalaşdırırdılar. Qul gəmilərindəki köçürülmüş, sərt və gigiyenik olmayan vəziyyət və zəif qidalanma Orta keçid dövründə ölüm nisbətinin yeddidə bir olmasına səbəb oldu. Digər Avropa İmperiyaları ilə rəqabət İngiltərə və Niderland XVI əsrin sonunda səyahət... |
bddbacdc8b21e4e1 | Britaniya imperiyası | Bu ticarətə əsas fokuslanan iki regionda — Ost-Hind arxipelaqı və ticarət şəbəkəsinin önəmli limanı Hindistanda ingilis və hollandlar həm Portuqaliya ilə, həm də bir-biriləri ilə ticarət üstünlüyü uğrunda rəqabətdə idilər. İngiltərə Niderlandın müstəmləkə gücünü qırsa da, Niderlandın daha inkişaf etmiş maliyyə sistemi ... |
5664fa110bdc7db2 | Britaniya imperiyası | Onlar Avropadakı quru döyüşlərində öz hərbi büdcələrinin böyük hissəsindən istifadə etməli olmuşdular.İspaniyada II Karlosun 1700-cü ildə ölümündən sonra hakimiyyətə gələn, Fransa kralının nəvəsi V Filipin İspaniya müstəmləkə imperiyasını miras alması Fransa və İspaniyanın öz koloniyaları ilə birləşmə perspektivlərini ... |
7d4229fc4ad53a20 | Britaniya imperiyası | Bu hadisə şotlandların öz dəniz imperiyasını qurma ümidlərini puç etdi. Hətta, bu koloniya fəlakətinin siyasi nəticələri də var idi. Şotlandiya sadəcə taxtları birləşdirmək əvəzinə, iki ölkənin birləşdirən aktı qəbul etməyə məcbur olmuşdu. "Birinci" Britaniya imperiyası (1707–1783) 18-ci əsr yenicə birləşmiş Böyük Brit... |
233e41bda5f669e5 | Britaniya imperiyası | Cəbəli-Tariq mühüm dəniz qüvvələri bazası oldu və Britaniyaya Aralıq dənizinə Atlantik okeanından giriş və çıxışlara nəzarət etməyə imkan verdi. İspaniya, həmçinin əhəmiyyətli asyento (İspaniya Amerikasında afrikalı qulları satmaq icazəsi) hüququnu da Britaniyaya itirdi. 1727–1729-cu il ingilis-ispan müharibəsindən son... |
f1181a2d485065f9 | Britaniya imperiyası | İngilislərlə ispanlar arasındakı 1739-cu il Cenkinsin qulağı müharibəsi ilə birlikdə, ispan dəniz quldurları ticarət üçbucağı marşrutu boyunca Britaniya ticatərət gəmilərinə hücum etdilər. İspaniya kralı Britaniya gəmilərinə hücumları dayandırmağı razı olduqdan sonra, 1746-cı ildə ispan və britaniyalılar sülh danışıqla... |
e7df2d31ecac4127 | Britaniya imperiyası | 1757-ci ildəki Plessi döyüşündə britaniyalılar Benqaliyanın Nəvvabını və onun fransız müttəfiqlərini məğlub etdi və Hindistanın əsas hərbi və siyasi gücü sayılan Benqaliyanın nəzarəti İngilis Ost-Hind şirkətinə keçdi. Fransa öz anklavlarına nəzarət etsə də, hərbi məhdudiyyətlər və Britaniyanın asılı dövlətlərini dəstək... |
9aa6aa2c90826e6b | Britaniya imperiyası | Britaniyalı və fransızlar arasındakı Hindistan mübarizəsi Fransa, Britaniya və digər Avropa dövlətlərinin daxil olduğu Yeddiillik müharibənin (1756–1763) hərbi teatrlarından sadəcə biri idi.1763-cü ildə imzalanan Paris müqaviləsinin Britaniyanın gələcəyi üçün vacib nəticələri var idi. Şimali Amerikada Fransanın müstəml... |
34511d366416c9bf | Britaniya imperiyası | Amerika inqilabı parlament avtoriterinin rədd edilməsiylə başladı və özünü idarəetməyə yönəldi. Britaniya cavab olaraq birbaşa hakimiyyətini bərpa etmək üçün qoşun göndərdi, bu da 1775-ci ildə müharibənin başlamasına səbəb oldu. Növbəti il, 1776-da Birləşmiş Ştatlar müstəqilliyini elan etdi. Fransız və ispan qüvvələrin... |
9300a8fe5663c9e4 | Britaniya imperiyası | Bu keçid dövründə Britaniyanın diqqəti Amerikadan Asiyaya, Sakit okeana və sonralar Afrikaya yönəlmişdi. Adam Smitin 1776-cı ildə nəşr olunan Xalqların sərvəti kitabında koloniyaların lazımsız olduğu və azad ticarətin köhnə merkantilist siyasəti əvəzləməli olduğu deyilir. Merkantilist siyasət kolonial genişləmənin biri... |
370ca4a94c58a141 | Britaniya imperiyası | Sent-Con və Sent-Krua çay vadilərinə (o vaxt Yeni Şotlandiya bir hissəsi idi) köçən 14000 loyalist Halifaksdakı əyalət idarəçiliyindən çox uzaq düşdüyünü hiss etdi, London da 1784-cü ildə Nyu-Bransuiki fərqli koloniya kimi ayırdı. Fransız və britaniyalı icmalar arasındakı gərginliyi azaltmaq və Britaniyadakına oxşar hö... |
cf6b33cefd6c42ea | Britaniya imperiyası | Britaniya cavab olaraq ABŞ-ni işğal etsə də, 1814-cü il Gent müqaviləsinə əsasən, müharibədən əvvəlki sərhədlər bərpa edildi və Kanadanın gələcəyinin ABŞ-ninkından ayrı olacağına qərar verildi. "İkinci" Britaniya imperiyasının yüksəlişi (1783–1815) Sakit okeanın tədqiqatı 1718-ci ildən bəri Amerikaya köçürülmə Britaniy... |
7385af1d0d0ac903 | Britaniya imperiyası | Kukun səyahət zamanı botaniki olan Cozef Benks Botanika körfəzində cəzaçəkmə müəssisəsinin qurulmasının mümkün olduğunu hökumətə təqdim etdi, məhkumlardan ibarət ilk gəmi 1787-ci ildə səyahətə başladı və növbəti il mənzilinə çatdı. Ənənədən fərqli olaraq, Avstraliyaya ərazi iddiası bəyannamə vasitəsi ilə edildi. Yerli ... |
db868304bb9e9705 | Britaniya imperiyası | Avstraliya koloniyaları yun və qızıl ticarəti ixracatı baxımından mənfəətli idi, əsasən, Viktoriyadakı qızıl hərisliyi səbəbindən paytaxt Melburn o dövrdə dünyanın ən varlı şəhəri və Londondan sonra Britaniya imperiyasının ikinci ən böyük şəhəri idi.Kuk səyahəti ərzində holland səyyah Abel Tasmanın 1642-ci il səyahətin... |
94b8485cc5d21174 | Britaniya imperiyası | Napoleon Fransası ilə müharibə Britaniyaya Napoleon rəhbərliyindəki Fransa tərəfindən meydan oxunuldu. Bu dəfəki münaqişə keçmiş müharibələrdən fərqli olaraq iki xalq arasındakı ideologiya yarışını da təmsil edirdi. Dünya səhnəsindəki mövqeyi risk altında olan sadəcə Britaniya deyildi: Napoleon qitə Avropasında əzib ke... |
d20f0f34954086e1 | Britaniya imperiyası | Fransa, nəhayət, 1815-ci ildə Avropa orduları koalisiyası tərəfindən məğlub edildi. Britaniya yenə sülh müqavilələrindən öz maraqlarına uyğun istifadə edə bilmişdi: Fransa İon adaları, Malta (müvafiq olaraq 1797 və 1798-ci illərdə işğal edilmişdi), Mavriki, Sent-Lüsiya, Seyşel adaları və Tobaqonu, İspaniya Trinidadı, N... |
80d4d999d451f814 | Britaniya imperiyası | 1808-ci ildə Syerra-Leone koloniyasında da rəsmi şəkildə qulların azad edilməsi tətbiq edildi. 1832-ci ildəki parlament islahatı Qərbi Hindistan Komitəsindəki təsirin azaldığını gördü. Quldarlığın Ləğvi haqqında Qanun növbəti il qəbul edildi və 1 avqust 1834-cü ildə Britaniya imperiyasında köləliyin ləğvi ilə birlikdə ... |
067054f657be5825 | Britaniya imperiyası | Britaniya hökuməti qul sahiblərinə kompensasiya ödədi. Britaniyanın imperial əsri (1815–1914) 1815 və 1914-cü illər arasındakı dövr bəzi tarixçilər tərəfindən Britaniyanın "imperial əsri" olaraq adlandırılır. Bu dövrdə təqribən 26 milyon km² ərazi və təxminən 400 milyon insan Britaniya imperiyasının sərhədləri daxilind... |
db17c9d5933241bd | Britaniya imperiyası | Bu üstün mövqe bəzi tarixçilər tərəfindən "Qeyri-rəsmi İmperiya" kimi təsvir edilib. Britaniya imperiyasının gücü XIX əsrin ikinci yarısında yeni ixtira edilmiş buxar maşını və teleqrafın kəşfi ilə daha artdı, bu texnoloji yeniliklər imperiyanı qorumaq və idarə etmək imkanı yaradırdı. Britaniya imperiyası 1902-ci ilə q... |
d15d04bc15b8250c | Britaniya imperiyası | 1729-cu ildə Tzin sülaləsi tərəfindən qadağan edildikdən sonra qeyri-qanuni sayılan bu ticarət Britaniyanın Çindən idxal etdiyi çaya görə ölkədən Çinə ödənilən gümüş axını səbəbindən yaranan, ticarətdəki balanssızlığı Britaniyanın xeyrinə dəyişdirirdi. 1839-cu ildə Kantonda 20000 qutu tiryəkin Çin tərəfindən müsadirə e... |
e4ae996a6d76c663 | Britaniya imperiyası | Akta görə, Hindistanın idarəsi üçün Hindistanı itmək üçün general-qubernatorun təyin olunduğu Britaniya Hindistanı yaradıldı və I Viktoriya Hindistan imperatiçesi oldu. Hindistan imperiyanın ən dəyərli mülkü — "Taxtdakı ləl-cəvahirat" və Britaniya gücünün ən vacib mənbəyi oldu.XIX əsrin sonlarındakı ciddi məhsul itkilə... |
6e4eea0d9e1aaa01 | Britaniya imperiyası | Mərkəzi Asiyadakı bu rəqabət "Böyük oyun" olaraq adlandırıldı. Britaniyaya gəldikdə, Rusiyanın İran və Türkiyəni məğlubiyyətə uğratması onun imperial ambisiyaları və bacarıqlarını göstərmiş və Britaniyada Hindistana quru basqını qorxusu yaratdı. 1839-cu ildə Britaniya bu məqsədlə Əfqanıstanı işğal etsə də, birinci ingi... |
ec3d8ed3095f1e9e | Britaniya imperiyası | Bu, bir müddət yeni müharibəni qaçınılmaz etsə də, iki ölkə 1878-ci ildə regiondakı təsir dairələri ilə bağlı razılığa gəldilər və 1907-ci ildə imzalanan ingilis-rus konvesiyası ilə digər bütün məsələlərin həlli reallaşdırıldı. 1904–1905-ci illərdə Rus-yapon müharibəsindəki Port Artur döyüşündə Rusiya İmeriya Donanması... |
42a05855f3e25f50 | Britaniya imperiyası | Bu proseslər ərzində Böyük Səfərə çıxanlarla Cənubi Afrikada kolonial genişləməyə maraqlı və buranın Soto və Zulu kimi yerli Afrika xalqları barədə öz planları olan britaniyalılar arasında dəfələrlə toqquşmalar qeydə alındı. Tədricən burlar nisbətən uzun yaşamış iki respublika qurdular: Cənubi Afrika Respublikası və ya... |
0c05fad4def245cc | Britaniya imperiyası | Bu, strateji su yoluna birbaşa hakimiyyət haqqı verməsə də, Britaniyaya güc qatdı. Misir üzərində ingilis-fransız birləşmiş maliyyə nəzarəti 1882-ci ildə Britaniya işğalı ilə sonlandı. Britaniya XX əsrə qədər Misiri idarə etsə də, bura rəsmi olaraq Britaniya imperiyasının yox, Osmanlı İmperiyasının ərazisi idi. Fransız... |
0cc674fc69bf7a47 | Britaniya imperiyası | Yarış 1890-cı illərə qədər davam etdi, Britaniyanı Sudandan 1885-ci ildə geri çəkilmə qərarını yenidən düşünməyə məcbur etdi. Britaniya və Misir qoşunlarının birləşmiş qüvvələri 1896-cı ildə Mehdiçi Ordunu məğlub etdi və 1898-ci ildə Faşodada fransız işğalını dayandırdı. Sudan ingilis-misir kondominiumu olsa da, reallı... |
136cb293e0ba1db4 | Britaniya imperiyası | Bu hesabat 1837-ci ildə başlamış silahlı üsyanlarda özünü göstərən siyasi narahatlıqların həlli kimi Aşağı və Yuxarı Kanadanın birləşdirilməsi ve özünü idarəsini nəzərdə tuturdu. Hesabatın reallaşdırılması Kanada əyalətini yaradan 1840-cı il Birlik Qanunu ilə başladı. Məsul hökumətə ilk olaraq 1848-ci ildə Yeni Şotland... |
aea736f48a00ae8b | Britaniya imperiyası | "Dominion statusu" ifadəsi rəsmi olaraq 1907-ci ilin Kolonial Konfransında təqdim edildi.19-cu əsrin son onillikləri İrland homrulu üçün razılaşdırılmış siyasi kampaniyalara şahidlik etdi. İrlandiya 1798-ci il İrland üsyanından sonra 1800-cü il Birlik Qanunu ilə Britaniya ilə Böyük Britaniya və İrlandiya Birləşmiş Kral... |
b89c52b75d218237 | Britaniya imperiyası | İkinci homrul billi də oxşar səbəblərdən qəbul edilmədi. Üçüncü bill isə 1914-cü ildə qəbul edilsə də, Birinci Dünya müharibəsinin başlaması ilə tətbiq edilmədi, bu da 1916-cı il Pasxa üsyanına səbəb oldu. Dünya müharibələri (1914–1945) Britaniyada XX əsrin əvvəllərində metropoliyanın və imperiyanın bütövlüyünün artıq ... |
a9ff7cdf1586a6ee | Britaniya imperiyası | Birinci Dünya müharibəsi Birinci Dünya müharibəsinin 1914-cü ildə başlamasıyla Britaniyanın Almaniya ilə müharibə qorxusu reallaşdı. Britaniya tezliklə Afrikadakı Almaniya dəniz koloniyalarının çoxunu tutdu və işğal etdi. Sakit okeanında Avstraliya Alman Yeni Qvineyasını, Yeni Zelandiya Alman Samoasını zəbt etdi. Mühar... |
f7dfe16bbe286cf7 | Britaniya imperiyası | Şərif Britaniyanın müstəqil ərəb dövlətinin yaradılmasını dəstəkləyən təəssürat yaradaraq, britaniyalılar tərəfindən Osmanlı hakimlərinə qarşı ərəb üsyanı yaratmaq üçün təşviq edilmişdi.Britaniya Almaniya və müttəfiqlərinə qarşı elan etdiyi müharibəyə onun koloniya və dominionları da boyun olmuşdu. Koloniya və dominion... |
a4be49933d2ae953 | Britaniya imperiyası | Kanadalılar da Vimi döyüşünü eyni şəkildə dəyərləndirdi. Dominionların müharibə üçün verdiyi vacib töhfə 1917-ci ildə Britaniya Baş naziri Lloyd Corc tərəfindən tanındı. O, dominion Baş nazirlərinin hər birini imperiya siyasətini koordinasiya etmək üçün İmperiya Müharibə Kabinetinə dəvət etmişdi.1919-cu ildə imzalanan ... |
7c08f455dc9b430b | Britaniya imperiyası | Dominionlar özləri də həmçinin öz mandatlarını əldə etmişdilər: Cənubi Afrika Birliyi Cənub Qərbi Afrikaya (bugünkü Namibiya), Avstraliya Yeni Qvineya Ərazisinə və Yeni Zelandiya Qərbi Samoa Ərazisinə yiyələnmişdi. Nauru iki Sakit okeanın Dominionu və Britaniyanın ortaq mandatı oldu. Müharibələrarası dövr Müharibənin g... |
3677166deed1dcdc | Britaniya imperiyası | Bu qərar 1930-cu illərdə Britaniya geniş müzakirələrə səbəb olmuşdu, çünki Almaniyada militarist hökumət hakimiyyəti ələ keçirmişdi və Yaponiya Böyük böhranın qismən köməyinə çatmışdı, bu səbəbdən imperiyanın iki dövlətlə eyni zamanda müharibədən sağ çıxa bilməyəcəyindən qorxurdular. İmperiyanın təhlükəsizliyi məsələsi... |
d2e9ef97b2b52378 | Britaniya imperiyası | Bunlara baxmayaraq, İrland Azad Dövləti konstitusional olaraq Britaniya taxtına bağlı idi. 1920-ci il İrandiya Hökumət Qanunu ilə ayrılmış bölgə kimi qurulan 32 irland qraflığının 6-dan təşkil olunan Şimali İrlandiya Birləşmiş Krallıq içərisindəki mövcud statusunu qaytarmaq üçün müqavilənin ona verdiyi seçimi tətbiq et... |
af6ae49401ecad57 | Britaniya imperiyası | Qeyri-əməkdaşlıq hərəkatı Çauri Çaura hadisəsindən sonra, 1922-ci ilin martında təxirə salındı və bu narazılıq qarşıdakı 25 il ərzində qaynamağa davam etdi.Birinci Dünya müharibəsinin başlanğıcında Britaniya protektoratı olaraq elan edilən Misirə 1922-ci ildə formal müstəqillik verildi, baxmayaraq ki, o, 1954-cü ilə qə... |
21b08f12eaa2776e | Britaniya imperiyası | Bu, 1936-cı ildə açıq şəkildə üsyan edən ərəb əhali ilə artan münaqişəyə səbəb oldu. 1930-cu illərdə Almaniya ilə müharibə təhlükəsi artdıqca Britaniya yəhudi vətəni qurmaqdansa, ərəbləri dəstəkləməyi daha vacib hesab etdi və yəhudi immiqrasiyasını məhdudlaşdıraraq, ərəbpərəst mövqeyə keçdi, bu da öz növbəsində Fələsti... |
9c0f59fce76fdfd2 | Britaniya imperiyası | Bu bəyannaməyə 1931-ci il Vestminster əsasnaməsi altında leqal substansiya verildi. Kanada, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika Birliyi, İrland Azad Dövləti və Nyufaundlend dominionu artıq Britaniya qanunvericilik nəzarətindən azad idilər; onlar Britaniya qanunlarını sıfırlaya bilərdilər və Britaniya da artıq onl... |
4a9c1b95ccf6af05 | Britaniya imperiyası | Onların hamısı tezliklə Almaniyaya qarşı müharibə elan etdi. Britaniya İrlandiyanın Britaniya Birliyi daxilində olduğun üçün onu təhlükə olaraq görməsə də, İrlandiya müharibə boyunca leqal olaraq neytral qalmağı seçmişdi.Fransanın 1940-cı ildə məğlub olmasından sonra Britaniya və imperiya almanlar 7 aprel 1941-ci ildə ... |
89d6b3a028cf0f3d | Britaniya imperiyası | Bu ifadə formasına görə xartiyanın Almaniya və İtaliya tərəfindən işğal edilən Avropa ölkələrinə, yoxsa Avropa dövlətləri tərəfindən müstəmləkəyə çevrilən xalqlara aid olub-olmaması qaranlıq qaldı və sonralar Britaniya, Amerika və milliyətçi cərəyanlar tərəfindən fərqli şəkildə şərh ediləcəkdi.Çörçill üçün ABŞ-nin müha... |
e3aadfa25ff66a04 | Britaniya imperiyası | Bu sıx əlaqələrin nəticəsində, 1951-ci ildə ANZUS paktı imzalandı. Müharibə imperiyanı digər tərəflərdən də zəiflətmişdi: Britaniyanın Hindistandakı nəzarəti itirməsi ona uzun dövrdə iqtisadi zərbə vuracaq və dəyişən geosiyasət nəticəsində, Sovet İttifaqı və ABŞ-ni yeni qlobal mərkəzlərə çevriləcəkdi. Müstəmləkəçilikdə... |
e2107340acae901a | Britaniya imperiyası | Eyni vaxtda Avropa dövlətlərinin koloniyalarında antimüstəmləkə hərəkatları yüksəlməkdə idi. Bu vəziyyət ABŞ ilə SSRİ arasında artan Soyuq müharibə rəqabəti ilə daha da mürəkkəbləşmişdi. Prinsip olaraq hər iki dövlət Avropa müstəmləkəçiliyinə qarşı idi. Praktikada amerikan antikommunizmi antiimperializmini üstələyirdi ... |
5d85eaf81ecdde1a | Britaniya imperiyası | Bu mənada, Fransa və Portuqaliya kimi digər Avropa gücləri imperiyalarını qorumaq üçün böyük məsrəfli və uğursuz müharibələrə girişsələr də, Britaniya öz müstəmləkələrindən ayrılmağı dinc siyasətlə həyata keçirdi. Reallıqda bu, çox nadir hallarda sülh şəraitində və altruistik olaraq həyata keçirdi. 1945–1965-ci illər a... |
3d8539a90132009e | Britaniya imperiyası | Xalq Şurası sekulyar, vahid Hindistan ideyasını dəstəkləsə də, Müsəlman Liqası Hinduların əksəriyyət təşkil etməsindən qorxaraq, müsəlmanların çoxluq olduğu regionlar üçün ayrı İslam dövlətinin təsis edilməsini arzulayırdı. Artan sivil narazıçılıq və Hindistan Krallıq donanmasındakı 1946-cı il üsyanları Etliini 30 iyun... |
c31630fc8d06171b | Britaniya imperiyası | Milyonlarla müsəlman Hindistandan Pakistana, hindular isə Pakistandan Hindistana köç etdi və iki icma arasındakı zorakılıqlarda yüzminlərlə insanın həyatını itirdi. Britaniya Hindistanının bir hissəsi olan Birma və Şri Lanka 1948-ci ildə öz müstəqilliklərini əldə etdilər. Hindistan, Pakistan və Şri Lanka Birliyin üzvü ... |
269bf2584e650bdb | Britaniya imperiyası | BMT Baş Assambleyası da öz növbəsində Fələstinin Yəhudi və Ərəb dövlətinə parçalanmasına səs verdi. Bu səs verməni Fələstin ərəb və yəhudiləri arasında baş verən vətəndaş müharibəsi izlədi və Britaniya qüvvələri döyüşlərin ortasında oradan çəkildi. Fələstin üçün Britaniya mandatı 15 may 1948-ci ildə, gecə yarısı ləğv e... |
33f53d3464e97a37 | Britaniya imperiyası | Döyüşlər davam edərkən Britaniya öz qüvvələrini İsraildən geri çəkməyə davam edirdi. Son Britaniya qoşunu 30 iyun 1948-ci ildə Hayfadan çıxdı.İkinci Dünya müharibəsində Yaponiyanın təslim olmasından sonra Malaydakı antiyapon müqavimət hərəkatının diqqəti Britaniyaya yönəlmişdi. Britaniya buranı rezin və qalay mənbəyi o... |
79cb52eac126f044 | Britaniya imperiyası | Malay döyüşü 1948-ci ildə başlayıb, 1960-cı ilə qədər davam etsə də, Britaniya 1957-ci ilə qədər Malay Federasiyasına Birlik daxilində müstəqillik verməyə razı olmuşdu. 1963-cü ildə federasiyanın 11 dövləti Sinqapur, Saravak və Şimali Borneo ilə birlikdə Malayziyanın tərkibinə daxil olsa da, malaylar və çinlilər arasın... |
c6075f6245d0cceb | Britaniya imperiyası | Çörçill Camal Əbdül Nasirin 1952-ci ildə iqtidarı ələ keçirmiş, yeni inqilabçı hökuməti ilə razılaşa bilmədi və növbəti il Britaniya qoşunlarının Süveyş kanalından çəkilməsinə və 1955-ci ilə qədər Sudana öz müqəddəratını təyin etmə hüququ verilməsinə razılaşıldı. Sudana müstəqillik 1 yanvar 1956-cı ildə verildi.Nasir 1... |
06262ea7eae920f6 | Britaniya imperiyası | Eyzenhaverin bir digər narahatçılığı onun Misirin tərəfində müharibəyə müdaxilə etmək təhdidindən sonra Sovet İttifaqı ilə daha geniş müharibənin başlama ehtimalı idi. Eyzenhaer funt sterlinqlə olan ABŞ rezervlərini sataraq Britaniya məzənnəsinin çöküşünü sürətləndirməklə maliyyə levereci tətbiq etdi. İşğal qüvvələri ö... |
2404fc885323a1a1 | Britaniya imperiyası | Bu proseslər ABŞ-nin razılığı ilə baş tutsa da, yeni Baş nazir Harold Makmillanın da xarici siyasəti ABŞ ilə eyni mövqedə qalmaq idi. Britaniya 1961-ci ildə Küveytə müstəqillik verdi, ancaq o, Yaxın Şərqdəki varlığını növbəti onillikdə də davam etdirdi. 16 yanvar 1968-ci ildə, funt sterlinqin devaluasiyasından bir neçə... |
494e74d7350c4d9f | Britaniya imperiyası | Dəyişiklik küləyi Makmillan 1960-cı ilin fevralında Cənubi Afrikanın Keyptaun şəhərində nitq söylədi. Nitqdə "bu qitə içərisində dəyişiklik küləyinin əsdiyi" deyildi. Makmillan Fransanın Əlcəzairdəki müstəmləkə müharibəsi kimi bir müharibəyə girişməməyi arzulayırdı. Onun dövründə dekolonizasiya prosesi sürətlənmişdi. 1... |
d9ffa650586284c5 | Britaniya imperiyası | Britaniyanın Afrikanın cənub və şərq hissələrindən çəkilməsi dinc proses deyildi. Kenya müstəqilliyi onminlərlə üsyançının müstəmləkə hökuməti tərəfindən həbs düşərgələrində tərki silah edilərək saxlanıldığı 8 illik Mau Mau üsyanından sonra verilmişdi. Rodsiyada 1965-ci ildə ağ azlıq tərəfindən tək tərəfli müstəqilliyi... |
7e0c27835d4445fd | Britaniya imperiyası | Razılaşma nəticəsində Kiprə 1960-cı ildə müstəqillik verildi. Birləşmiş Krallıq Akrotiri və Dekeliyadakı hərbi bazaları suveren baza ərazisi kimi saxladı. Aralıq dənizindəki Malta müstəmləkəsi 1964-cü ildə Birləşmiş Krallıqdan müstəqilliyini aldı və Malta olaraq adlandırılmağa başlandı, baxmayaraq ki, 1955-ci ildə Brit... |
19ae0b5c6e00103c | Britaniya imperiyası | Barbados 1966-cı ildə, Karibin Bahamalar daxil olmaqla digər adaları 1970 və 1980-ci illərdə müstəqillik yolu tutsalar da, Angilya və Törks və Kaykos adaları artıq müstəqil olmağa can atsalar da, sonradan ölkələrində Britaniya hakimiyyətini bərpa etməyə yönəldilər. Britaniya Vircin adaları, Kayman adaları və Montserrat... |
49ce0721f9551621 | Britaniya imperiyası | Fici, Papua Yeni Qvineya, Solomon adaları və Tuvalu Birlik bölgəsi oldu. İmperiyanın sonu Beliz 1981-ci ildə müstəqillik əldə etdi. Qalan Taxt koloniyalarının "Britaniya Asılı Əraziləri" kimi adlandırılmasını (2002-ci ildə Britaniya Dəniz Əraziləri olaraq dəyişdirilmişdi) nəzərdə tutan 1981-ci il Britaniya Vətəndaşlığı... |
fc102609bf1888f8 | Britaniya imperiyası | Britaniyanın Folklend müharibələrində adanı geri götürmək üçün apardığı, uğurlu hərbi əməliyyatlar Britaniyanın dünya gücü kimi statusunun enmə trendini dayandırdı.1980-ci illər Kanada, Avstraliya və Yeni Zelandiyanın Britaniya ilə konstitusional əlaqələrini sonlandırdığına şahidlik etdi. 1931-ci il Vestminister əsasna... |
35f361b6f56416d9 | Britaniya imperiyası | Bənzər şəkildə, 1986 Avstraliya Qanunu (3 mart 1986-da qüvvəyə mindi) Britaniya və Avstraliya ştatları arasındakı konstitusional əlaqəni kəsdi. 1986 Yeni Zelandiya Konstitusiya Qanunu (1 yanvar 1987-də qüvvəyə mindi) ilə Yeni Zelandiya konsitusiyasında Britaniya ilə konstitusiya əlaqəsini kəsmək üçün islahat aparıldı.1... |
cab226603835f598 | Britaniya imperiyası | 1984-cü ildə Çin-Britaniya Birgə Bəyanatı ilə razılığa gəlindi. Bəyannaməyə görə, Honkonq, ən az 50 il daha öz yolu ilə davam edən, Çin Xalq Respublikasının xüsusi administrativ regionu oldu. 1997-ci ildə Honkonqun təslim edilmə mərasimində iştirak edən Uels şahzadəsi Çarlz da daxil olmaqla, çoxları bu tarixi "İmperiya... |
148e60dac0045579 | Britaniya imperiyası | Ən köhnə Britaniya koloniyaları və protektoratları bərabər üzvlərdən ibarət könüllü birlik olan Millətlər Birliyinə üzvdürlər. Bu birlik 2.2 milyard insanı əhatə edir. On altı Birlik bölgəsi könüllü şəkildə Britaniya monarxı, kraliça II Elizabeti öz dövlətlərinin başçısı kimi qəbul edir. Bu on altı dövlət ayrı və bərab... |
d612670505d266aa | Britaniya imperiyası | Bu gün 460 milyona qədər insanın əsas danışıq dili və təxminən 1.5 milyard insanın birinci, ikinci və ya xarici dilidir. Britaniyada ortaya çıxmış fərdi və komanda oyunları da — xüsusilə, futbol, kriket, tennis və qolf digər ölkələrə ixrac edilmişdi. Əsgərlər və mülki xadimlərdən öncə tez-tez dünyanı gəzən britaniyalı ... |
3998bc4a04bf1ad0 | Britaniya imperiyası | Britaniya böyük əhali miqrasiyalarına görə də məsuliyyət daşıyırdı. Çoxu Britaniya və İrlandiyadan gələnlər tərəfindən qurulan ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada yaşayış yerlərinin qurulmasıyla milyonlarla insan Britaniya adalarını tərk etmişdi. Bu ərazilərdə miqrant ağdərili əhali ilə yerli azlıqlarla, Cənubi... |
015a39fd6de68b2a | Britaniya imperiyası | Britaniya ölçmələr sistemi olan imperiya sistemi bu gün də müxtəlif yollarla bəzi ölkələrdə istifadə edilir. Yollarda sol istiqamətli hərəkət keçmiş imperiyanın çoxu ölkəsində saxlanılıb.Çoxu keçmiş müstəmləkə üçün parlament demokratiyasının Vestminster sistemi hökumət şablonu, İngilis ümumi qanunu hüquqi sistemlər üçü... |
5e6bbe7dfff262f3 | Heydər Babayev | Heydər Aydın oğlu Babayev (1957, Bakı) — Azərbaycan Respublikasının sabiq İqtisadi İnkişaf naziri. Babayev Heydər Aydın oğlu 1957-ci ildə Bakıda anadan olmuşdur. 1980-ci ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan TSP-də xari... |
f61e00f1e8e4667c | Heydər Babayev | 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır. 2005-ci il 19 oktyabrda İqtisadi İnkişaf Naziri təyin olunmuşdur. 2008-ci il 30 oktyabrda Heydər Babayev İqtisadi İnkişaf Nazirliyi vəzifəsindən azad olunumuşdur. Ailə vəziyyəti Evlidir, 1 ö... |
33a5656aa49db7b1 | Hüseyn Əliyev (rəssam) | Hüseyn Əlirza oğlu Əliyev (22 aprel 1911, Comardlı, Zəngəzur qəzası – 21 may 1991, Bakı) — fırça ustası, Azərbaycan xalq rəssamı (1982). Bakı Rəssamlıq Texnikumunu bitirmiş (1932), Leninqrad Rəssamlıq, Memarlıq və Heykəltəraşlıq İnstitutunda oxumuşdur (1932–1935). Yaradıcılığında portret və mənzərələr mühüm yer tutur. ... |
1c0b63fd24e4dd20 | Hüseyn Əliyev (rəssam) | 1922–1931-ci illərdə "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmiş, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunmuşdur. Hüseyn Əliyev Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən (1932–1935) təqaüdə çıxanadək "Xalq qəzeti"nin ("Kommunist") bədii tərtibat şöbəsində əvvəlc... |
e264e4196f310fbb | Hüseyn Əliyev (rəssam) | Hüseyn Əliyevin "Göygöl mənzərələri" adlı çap edilən albomunda rəssamın 17 mənzərəsi verilmişdi. Hüseyn Əlirza oğlu Əliyev 25 may 1991-ci ildə vəfat edib. Mükafatları Ermənistan SSR əməkdar incəsənət xadimi — ? Azərbaycan SSR əməkdar rəssamı — 05.12.1977 Azərbaycan SSR xalq rəssamı — 01.12.1982 Mirzə Əbdül Alagöz Məhəm... |
6ff0a1d9d3cbc3fe | Berlin divarı | Berlin divarı (alm. Berliner Mauer) — Almaniya Demokratik Respublikası ilə Qərbi Berlin arasında 13 avqust 1961-ci ildə uzunluğu 155 km (o cümlədən Berlin civarında 43,1 km) olan möhkəmləndirilmiş və 1989-cu ilə qədər mövcud olmuş dövlət sərhədi. Erkən hadisələr İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Berlin dörd ... |
0530eda1e416e978 | Berlin divarı | İki hissə arasında əsl sərhədin olmaması tez-tez münaqişələrə, məhsul qaçaqmalçılığına və mütəxəssislərin AFR tərəfə keçməsinə səbəb olurdu. Tək 1961-ci ilin 1 yanvarından avqustun 13-nə qədər ADR-dən 207 min mütəxəssis qarşı tərəfə keçmişdi. Bu zaman hökumətin bildirdiyinə görə, dövlət bundan illik 2,5 milyard mark zə... |
bf739fb697d79cf0 | Berlin divarı | 80-ci illərin sonuna yaxın isə videokameraların, hərəkət ötürücülərinin və hətta uzaqdan idarəetmə sisteminə sahib silahların quraşdırılması planlaşdırılırdı. Berlin divarı 1989-cu ildə orta hündürlüyü 3,6 m və ümumi uzunluğu 106 km olan beton divardan, metal tordan (65,5 km), gərginlik altında siqnal çəpərindən (127,5... |
77be4bbd40b05309 | Berlin divarı | 12 iyun 1987-ci il tarixində ABŞ prezidenti Ronald Reyqan Berlinin 750 illiyi ilə bağlı Branderburqda çıxışı zamanı Mixail Qorbaçovu divarın sökülməsinə səsləyir. Qorbaçov isə Reyqanın təklifinə razılıq verir. 9 noyabr 1989-cu ildə Almaniya Demokratik Respublikasının hökuməti Almaniya Federativ Respublikası əhalisi ilə... |
fa4b857cc6ac19fe | Berlin divarı | Uzunluğu 1,3 km olan Berlin divarının hissəsi abidə kimi ("East-Side-Galery") saxlanıldı. Almaniyanın birləşməsindən sonra (oktyabr, 1990) AFR hakimiyyət orqanları ADR ilə AFR və Qərbi Berlin arasındakı sərhəddə insanların ölümü ilə nəticələnən silah tətbiqində günahlandırılan şəxsləri, o cümlədən ADR-in keçmiş yüksəkv... |
b1c352e3c84c8e42 | İldırım Bəyazid | I Bəyazid və ya Sultan İldırım Bayazid (Şablon:Dil-otm; təq. 8 mart 1354, Ədirnə, Osmanlı imperiyası – 8 mart 1403, Akşehir, Osmanlı imperiyası) — Osmanlı imperiyasının 4. padşahı. Atası I Murad, anası isə Gülçiçək Xatundur. Sultan Bəyazid Anadolu və Rumelindəki vassal bəylikləri aradan qaldırmaq və İslam dövləti anlay... |
c25d95dece337cb5 | İldırım Bəyazid | Şahzadəlik illəri 1354-cü ildə dünyaya gəlmişdir. Osmanlı sultanı I Muradın böyük oğlu olub, anası Gülçiçək Xatundur. 1378-ci ildə Gərmiyanoğlu Süleyman Çələbinin qızı Sultan Xatunla evləndirildi və xanımının cehizi olaraq Osmanlılara verilən torpaqlara sancaqbəyi təyin edildi. Kütahyada vəzifələndirilən Şahzadə Bəyazi... |
bce263373aa9774b | İldırım Bəyazid | Sultanın vəfatından sonra vəsiyyəti yerinə yetirildi və Şahzadə Bəyazid, döyüş meydanındakı sultan çadırında taxta çıxarıldı. Dövlət xadimlərinin tövsiyəsilə, yeganə qardaşı Şahzadə Yaqubu edam etdirdi. Bu əsnada əsir düşən Serbiya şahzadəsi Lazar da ələ keçirilərək döyüş meydanında qətlə yetirildi. Yeni sultan döyüşdə... |
f8ad3605df2c2fb0 | İldırım Bəyazid | Razılaşmadan sonra Stefan həm macarların, həm də Osmanlıların təzyiqindən qorunmaq üçün Sultan Bəyazidə sadiq qaldı və hətta onun səfərlərinə belə qatıldı. Ancaq şimali Serbiya hakimi Vuk Brankoviç, öz idarəsindəki bölgələri qorumaq üçün Osmanlılara qarşı mübarizə aparmağa davam etdi. Ancaq bu bölgədə fəaliyyət göstərə... |
a8bf077c53f36408 | İldırım Bəyazid | Bu əsnada ordudan ayrılıb Kastamonuya qayıdan Süleyman bəy, Qaramanoğluna kömək məqsədilə Qazi Burhanəddinlə ittifaq qurdu. Yeni müttəfiqlərin Kırşəhərə gəlməsinin ardından Sultan Bəyazid Konya mühasirəsini qaldırdı və qısa zamanda sülh danışıqları başladı. Sülh şərtlərinə görə, iki dövlət arasında sərhədlər müəyyənləş... |
44535b00fb0b0674 | İldırım Bəyazid | Bu dəniz səfərinin nəticəsində Sinop istisna olmaqla, Süleyman bəyə aid bütün ərazilər ələ keçirildi və Süleyman bəy həlak oldu. Daha sonra Osmanlı ordusu, Qazi Burhanəddinin müqavimətini qırmaq üçün Osmancıq üzərinə səfərə çıxdı və bölgəni ələ keçirdi. Ancaq Çorumlu istiqamətində baş tutan çatışmada Osmanlı qüvvələri ... |
bd4d4c145ae9107d | İldırım Bəyazid | Rumelidəki fəaliyyəti Sultan Bəyazid, səltənətinin bundan sonrakı illərində üzünü qərbə çevirdi. Kosovo döyüşündən sonra Bizans imperiyası üzərindəki təsiri artmışdı. Belə ki, 1390-cı ildə Bizans imperatoru VII İohannın, ardından 1391-ci ildə V İohann və ortaq imperator olan oğlu Manuelin taxta çıxışını dəstəklədi. Hət... |
dd076051481c8692 | İldırım Bəyazid | Venesiyalılar bir yandan Bizansa təzyiq göstərir, digər yandan Moreya və Albaniyada da Osmanlı əleyhinə propaqanda aparırdılar. Macarlar isə Valaxiya və Dunay sahili bölgəsində nüfuzları yaymağa başlamışdılar. Bu vəziyyətdə Sultan Bəyazid bütün qüvvələrini qərbə yönəltməyə məcbur oldu. 1388-ci ildən etibarən Osmanlı id... |
56fdb12d034690b5 | İldırım Bəyazid | Bunun ardından Sultan Bəyazid şəxsən özü Balkan yarımadasına səfərə çıxdı və 1387-ci ildə fəth edilən, ancaq 2 il sonra itirilən Saloniki qalasını yenidən fəth etdi (1394). Beləliklə, Fessaliya bölgəsi tamamilə ələ keçirildi. Bundan başqa həmin ilin baharında Konstantinopolu yenidən mühasirəyə aldı. 1395-ci ildə isə Ma... |
f80b60570009020c | İldırım Bəyazid | 1396-cı ildə Osmanlı ordusunun Konstantinopol mühasirəsində olmasından istifadə edən macar kralı I Ziqmund Niqbolunu mühasirəyə aldı. Ardından Sultan Bəyazid Konstantinopoldakı mühasirəni qaldıraraq dərhal bölgəyə gəldi və burada səlib ordusu üzərində böyük bir qələbə qazandı (25 sentyabr 1396). Niqbolu döyüşü adlanan ... |
3616772e1da43aca | İldırım Bəyazid | Ankara döyüşü Bu əsnada Sultan Bəyazid Niqbolu döyüşündəki düşmənliyi səbəbilə Qaramanoğlu Ələddin bəyin üzərinə səfərə çıxdı. Akçay döyüşündə məğlub olan Ələddin bəy Konya qalasına gizlənsə də, ələ keçirilərək edam edildi. Beləliklə, Konya başda olmaqla, digər bütün Qaramanlı mülkləri Osmanlıların əlinə keçdi (1397-ci... |
b87f09bff024ae96 | İldırım Bəyazid | Şəhərin təslim edilməsinə az qalmış, şərqi Anadoluda Əmir Teymur təhlükəsi peyda oldu. 1394-cü ildə şərqi Anadoludakı bir neçə şəhəri ələ keçirməsinin ardından Əmir Teymur Böyük Səlcuq və Hülaki imperiyasının varisi olaraq Anadoluya da sahib olmaq istəyirdi. Sultan Bəyazid isə səlcuqluların varisi iddiasında idi və Ana... |
31646694d381a12a | İldırım Bəyazid | Bu vəziyyət Əmir Teymuru qəzəbləndirdi. Dərhal Ərzincana gələn Əmir Teymur burada şəhər qapısında qarşılandı və çox keçmədən Osmanlılara aid Sivas qalasını mühasirəyə aldı (1400-cü ilin avqustu). Şəhər əmirin ordusuna təslim olsa da, qalada dəhşətli qətliamlar oldu və qala əhalisi qılıncdan keçirildi. Darmadağın edilən... |
5f75eba354a16a60 | İldırım Bəyazid | Keçmiş torpaqlarını geri alan Anadolu bəyləriylə yanaşı, qalan torpaqları da aralarında bölüşdürən Osmanlı şahzadələri Əmir Teymurun Anadoludakı səltənətini tanıdılar. Osmanlı tarixində Fetrət dövrü olaraq adlanan bu dövrdəki çaxnaşmalar yalnız II Mehmed dönəmində tamamilə həll edildi. Hərəmxanası Sultan Xatun Dövlət X... |
8efa61841f2f0e40 | Əmək bazarı | Əmək bazarı — tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məş... |
d31c0e9e8ef87da7 | Əmək bazarı | Əmək bazarının xüsusiyyəti Müasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir ... |
6a1354b7d9d62331 | Qütb ulduzu | Qütb ulduzu (lat. Polaris) — Kiçik Ayı bürcündə yerləşən ən parlaq ulduz. Şimal qütbünə çox yaxındır və bu, mövcud şimal qütb ulduzunu meydana gətirir. Yenidən nəzərdən keçirilmiş Hipparკos parallaksı Qütb ulduzuna təxminən 433 işıq ili (133 parsek) məsafəsini verir, digər metodlarla hesablamalar isə təxminən 30% yaxın... |
43b6fb5728ba185a | Saxa | Saxa Rusiya Federasiyasının ən böyük regionu, habelə dünyanın ən böyük inzibati vahididir. Əgər Saxa müstəqil dövlət olsa idi, dünyada ərazisinə görə yeddinci dövlət olardı. (3103.2 min km²), lakin əhali sıxlığına görə Rusiyada ən son yerlərdən birini tutur. Coğrafi vəziyyəti Saxanın ümumi sahəsi 3103,2 min km² təşkil ... |
3191cc252035cb7d | Saxa | Dəniz sahillərinin ümumi uzuznluğu 4,5 min km-dən çoxdur. Saxa ərazisisnin 40%-indən yuxarısı Şimal Qütb hüdudundan şimalda yerləşir. Respublikanın eni 2500 km, uzunu isə 2000 km təşkil edir. Ən kənar nöqtələri qərbdə – Krasnoyarsk diyarı sərhədində (105° şərq uzunluğu), şərqdə – Çukot Muxtar Dairəsi ilə sərhəddə (165°... |
1144adb54d50bb03 | Saxa | Saxa ərazisinin qərb hissəsini Orta Sibir platosu əhatə edir. Ən böyük düzənlikləri: Mərkəzi Saxa düzənliyi, Kolım düzənliyi, Şimali Sibir düzənliyinin şərq hissəsi. Hidroqrafiya Saxa Respublikası Rusiyanın ən çox çayı (700 mindən çox çay və çaylaq) və ən çox gölü (800 mindən çox) olan regionlarındandır. Onun çaylarənı... |
f8ae44518e62666f | Saxa | Almaz, qızıl və qalay filizi mədən sənayesi iqtisadiyyatın əsas mərkəzidir. Uran filizi hasil olunmağa başlayır. Türkdilli Saxa xalqları siyasət, hökumət, maliyyə, iqtisadiyyat və maldarlıqla (at və inək süd və ət üçün) məşğul olurlar. Paleoaziya yerli xalqları ovçu, balıqçı və şimal maralı çobanlardır. 2008-ci ildəki ... |
9d59328b5b1ef43b | Budaq cümlə | Budaq cümlə - tabeli mürəkkəb cümlənin baş cümləyə semantik və qrammatik cəhətdən tabe olan tərkib hissəsi. Budaq cümlə baş cümləyə müxtəlif cəhətdən xidmət edir; baş cümlədə ifadə olunan hal-hərəkətin zamanını, yerini, səbəbini və digər əlamətlərini bildirir. Azərbaycan dilində budaq cümlənin aşağıdakı növləri vardır:... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.