passage_id
stringlengths
16
16
title
stringlengths
1
88
content
stringlengths
200
2k
5992d58a055fe12a
Yara
Yara — mexaniki təsirdən dəri və selikli qişaların, bədən boşluğunda yerləşən üzvlərin: ürək, ağciyər, qaraciyər, mədə-bağırsaq, böyrəklər, sidik kisəsi və s. tamlığının pozulmasıdır. Mexaniki zədə kəsici, deşici alətlərlə törənirsə və dəri tamlığı pozulursa, bu yaradır. Məsələn, qarına vurulan bıçaqla dəri tamlığı poz...
0b36a67df8297a17
Yara
Əmələ gəlməsinə görə bütün yaralar 2 qrupa bölünür: məqsədyönlü və təsadüfi yaralar. Məqsədyönlü yaralar — özləri də 2 qrupa bölünür: tibbi və kriminal yaralar (müharibələr, qəsd, intiqam, intihar). Tibbi yaralara — cərrahi kəsiklər zamanı törənən yaralar aiddir. Bu yaralar müalicə və diaqnostik məqsəd üçün aseptik şər...
39b11334d724dc08
Yara
Özünəqəsd yaraları — insan öz bədənində intihar məqsədilə (ölmək) törədir. Zədələnmiş toxumaların xüsusiyyətindən, zədələyici alətin növündən və quruluşundan asılı olaraq yaralar aşağıdakı növlərə: kəsilmiş, deşilmiş, əzilmiş, cırılmış, didilmiş, çapılmış, dişlənmiş, zəhərlənmiş, odlu silah, müştərək, qarışıq (kombinə)...
cd9cbbccbc9c4513
Yara
Tam və natamam nekrozlaşmış, qan hopmuş toxumalardan ibarət olur. Bu qatın qalınlığı 2 sm-ə qədərdir. — molekulyar silkələnmə məhəlləsi — hüceyrədaxili metabolik və struktur dəyişikliyə uğramış toxumalardan ibarət olub ikinci məhəllədən 5–7 sm məsafədə toxumaları əhatə edir. Bu məhəllədə qan dövranı və qaz mübadiləsini...
3b672f2ddb4b4172
Yara
Yüksək kinetik enerjiyə malik güllə iki boşluğu deşib keçir (müştərək köks və qarın yaralanması), sümükləri, iri damar-sinir dəstəsini parçalayır. Toxumalarda müqavimətə rast gəldikcə güllə istiqamətini dəyişir və yara kanalında əyriliklər əmələ gəlir. Odlu silah yaraları bütün hallarda yaranın infeksiyalaşması ilə fəs...
20aec92095a56bb2
Yara
Daxil olan güllə (qəlpə) toxumaları müəyyən dərinlikdə yarıb xaricə çıxır. Kor güllə yaraları — yara kanalının yalnız giriş dəliyi olur. Toxumaların müqavimətinə rast gələn güllə malik olduğu kinetik enerjini tam itirdikdən sonra yara kanalının dibində dayanır. Toxunub keçən yara — güllə dəri, dərialtı toxumalardan keç...
8b711c86838d9817
Yara
Sadə və mürəkkəb yaralar Yaralar quruluşuna görə: sadə və mürəkkəb olurlar. Sadə yaralar — dəri, dərialtı və əzələlərin zədələnməsi ilə məhdudlaşır. Mürəkkəb yaralar — dərin toxumalarda yerləşən sümük, sinir, damar dəstəsinin və yaxud bədən boşluqlarında (döş, qarın) yerləşən üzvlərin zədələnməsi ilə müşahidə olunur. M...
b13e3d492029d744
Yara
Yaralar sayına görə tək və çox olur. Çoxsaylı yaralar bədənin müxtəlif nahiyələrinə səpələnir. Qarışıq-kombinə olunmuş yaralar — mexaniki və digər yollarla törənmiş yaralara başqa amillər təsir göstərərsə (yüksək hərarət — yanıq, aşağı hərarət — donma, kimyəvi və radioaktiv maddələr) belə yaralar qarışıq-kombinə olunmu...
890d2b63a4f348b9
Yara
Yaranın sağalması 3 mərhələdə gedir: iltihab mərhələsi, yaranın yaşama qabiliyyətini itirilmiş toxumalardan təmizlənməsi, regenerasiya. Yaranın sağalması iki quruluşda tamamlanır: regenerasiya və reparasiya. Sağalması üçün yara səthində 3 əsas proses gedir: Fibroblastların kollageni əmələ gətirməsi — makrofaqlar tərəfi...
fcbe4d8f4c105d5e
Yara
Yara səthinin epitelizasiyası — yara kənarlarından hər tərəfdən epiteli hüceyrələri bölünərək çoxalır və yara səthinə doğru yayılır. Yara səthini tam örtən epitel örtüyü mikrobların zədələnmiş toxumaya sonrakı daxil olmasının qarşısını alır. Epitel örtüyü yara səthini tam örtmədikdə dəri köçürməklə yara səthi bağlanılı...
89d6a24bca3b6d30
Yara
Artıq birinci gündən başlayaraq yara ətrafı toxumalarda və eksudatda leykositlər, 2–3 gündən sonra isə limfositlər və makrofaqlar peyda olur. Neytrofil leykositlər — mikrobları, həyat qabiliyyətini itirmiş hüceyrələri, yara möhtəviyyatını faqositoza uğradır, daha doğrusu, hüceyrə xarici proteolizi gücləndirir, nekrozla...
53c13aa4b96450d5
Yara
Yarada iki əsas dəyişiklik baş verir. Yara səthi kollagen toxuma ilə örtülür və yeni qan-limfa damarları əmələ gəlməyə başlayır. Yara səthində neytrofillər azalır, onların yerini fibroblastlar tutur. Fibroblastlar — birləşdirici toxuma hüceyrəsi olub, hüceyrədaxili matriksin makromolekullarını hasil və ifraz edir. Bund...
1b91d1872f3f04b3
Yara
Yaraların sağalmasında fibroblastların əsas rolu birləşdirici toxuma kompleksləri sintez etməkdən, kollagen və elastiki lifləri qorumaqdan ibarətdir. Yara səthində kollagenin əsas kütləsi regenerasiya mərhələsində törənir. Eyni zamanda yara səthində qan və limfa axını yaxşılaşır, bununla da, oksigenə çox ehtiyacı olan ...
ec7faad39147586c
Yara
Yara səthində çapıq toxumasının əmələ gəlməsi və formalaşması — bu mərhələ yara əmələ gələndən 15 gün keçdikdən sonra başlayıb, 6 aya qədər davam edir. Tədricən fibroblastların və digər hüceyrələrin sintetik aktivliyi dayanır. Əsas dəyişikliklər yara səthində elastiki liflər şəbəkəsi və ayrı-ayrı kollagen dəstələri ara...
31885b8cd9a6281c
Yara
Yara divarları arasında qalan və fəaliyyət göstərən mikroblar, yad cismlər, nekrotik toxumalar, limfa, qan və qan laxtaları irinli fəsadların törənməsinə və birincili sağalma prosesinin pozulmasına səbəb olur. Bu cür yaralar ikincili sağalır. Yaraların ikincili sağalması İkincili sağalma irinləmə, qranulyasion (dənəvər...
6f38f10befdadbbf
Yara
Birinci mərhələdə — iltihab əlamətləri daha çox olur və yaranın təmizlənməsi ləng gedir. Yara səthi həyat qabiliyyətini itirmiş toxumalardan təmizləndikdən sonra yara səthində böyük defekt — canlı toxuma çatışmazlığı yaranır və sağalmanın ikinci mərhələsi — regenerasiya mərhələsi, yəni həmin boşluğu dolduran və yaşama ...
1905c2de3886ccf8
Yara
Bu qatın hüceyrələrindən fibroblastlar törənir. İkincili sağalmanın erkən dövründə bu qat daha çox nəzərə çarpır; Yetişən qat — əvvəlki qatın daha dərin hissəsidir. Burada damarətrafı fibroblastlar üfüqi vəziyyət alıb damarlardan uzaqlaşır. Onlar arasında kollagen və arqirofil liflər inkişaf edir. Bu qat çox müxtəlif h...
09bbda8f42899f63
Yara
Fibroz qat — yetkin birləşdirici toxumadan ibarətdir. Yaraların müalicəsi Yaraların müalicə prinsipləri eyni qaydada aparılır. İlk yardım zamanı üç əsas şərtə mütləq əməl olunmalıdır: müşahidə olunan kəskin tənəffüs çatışmazlığının aradan götürülməsi, qanaxmanın dərhal dayandırılması və yaranın infeksiyadan mühafizə ol...
892b3874216762bd
Yara
Yaraların sağalma müddətinə yaş, qanitirmə və yanaşı xəstəliklər də təsir edir. Təzə infeksiyalaşmış yaraların müalicəsi İnfeksiyalaşmış yaranın təmizlənməsi və qısa müddətdə sağalması üçün yara birincili işlənməlidir. Yaranın birincili cərrahi işlənməsi — aşağıdakı ardıcıllıqla icra olunmalıdır: əməliyyat stolu üzərin...
a80f7b16f358c1a6
Yara
Yara nahiyəsinə ağrısızlaşdırma məqsədilə anestetik (0,5–0,25% novokain məhlulu) yeridilir. İti skalpellə yara kənarı və divarları 0,5 sm enində kəsilir və yara səthində olan mikroblar, həyat qabiliyyətini itirmiş toxumalarla birgə xaric edilir. Yaranın dibini boşluqlu üzvlərin, qan damarlarının divarı təşkil edərsə, y...
6571cec0561af9ae
Yara
Yaranı tikmək olmaz — 24–48 saatdan sonra, dişlənmiş, çox geniş cırılmış, didilmiş və əzilmiş, torpaqla örtülmüş yara, yanaşı xəstəliklər olanlarda, baldırda və pəncədə yerləşən yaralarda və odlu silah yaralarında yaranın səthi açıq saxlanılmalıdır. Yaranın birincili işlənməsinin növləri — Yara törədildiyi andan birinc...
03297bd4b115e3eb
Yara
Yaraların müalicəsi birincili sağalmadakı kimi davam etdirilir. Yaraların təxirə salınmış birincili işlənməsi — yara törəndikdən 24–48 saat ərzində icra olunur. Bu müddətdə yarada ödem və digər iltihab əlamətləri özünü büruzə verir. Yara kanalına seroz bulanıq maye toplanır. Yara kənarları açıq saxlanılır və antibiotik...
acda2d7d6fb17629
Yara
Yaranın gecikmiş birincili işlənməsi — yara törədildikdən 48 saat keçdikdən sonra, yarada irinli iltihab başlananda icra olunur. Yara səthi açıq saxlanılır, geniş spektrli antibiotiklər təyin edilir. Yara səthi antiseptiklərlə hər gün yuyulur, irinli iltihab söndükdən sonra 7–20-ci günlərdə yara səthi dənəvər toxuma il...
5d89e263bff1a110
Yara
Birincili tikişlər — təzə cərrahi yaralara, yaranın birincili işlənməsindən sonra infeksiyalaşma ehtimalı olmayan təsadüfi yaralara qoyulur. Təxirəsalınmış birincili tikişlər — yaranın irinləmə ehtimalı, infeksiya əlamətləri söndükdən sonra 1–5 gün ərzində qoyulur. İkincili tikişlər — ikincili sağalmış yaranın səthi ir...
28f0c51509333602
Şəmsəddin Hacıyev
Şəmsəddin Hümmət oğlu Hacıyev (8 noyabr 1950, Lək, Ucar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor. Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru (2004–2014), Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiri. 1950-...
2d82ce052fdaa2ba
Şəmsəddin Hacıyev
1971-ci ildə həmin institutun aspiranturasına qəbul olmuş və 1974-cü ildə təhsilini başa vurmuşdur. 1974-cü ilin noyabr ayından 1976-cı ilin fevral ayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1981-ci ilə qədər həmin institutda kiçik elmi işçi, baş elmi işçi və bölmə müdi...
1f57856e61bfe59f
Şəmsəddin Hacıyev
1993–1996-cı illərdə "Marketinq və xarici iqtisadi əlaqələr", 1996–2000-ci illərdə "Marketinq və beynəlxalq iqtisadi münasibətlər", 2001-ci ildən isə "Beynəlxalq iqtisadi münasibətlər" kafedrasına rəhbərlik edir. 1980-ci ilin yanvarında "Azərbaycan SSR-nin pərakəndə mal dövriyyəsi və onun planlaşdırılmasının təkmilləşd...
4ff339324d8ef4bb
Şəmsəddin Hacıyev
1992-ci ildə dosent, 2004-cü ildə isə professor elmi adını almışdır. 110-dan çox elmi əsərin müəllifidir. Bunların sırasında 2 monoqrafiya, 10-a qədər kitab, 4 dərslik və dərs vəsaiti, 60-dan çox elmi məqalə, məruzə, tezislər və s. vardır ki, onların da əksəriyyəti yaxın və uzaq xarici ölkələrdə çap edilmişdir. İndiyə ...
263c6c5046f39a45
Şəmsəddin Hacıyev
Universitet fəaliyyəti dövründə bir sıra ictimai işlərdə çalışmışdır. İnstitutun Həmkarlar Komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin Dissertasiya Şurasının və Tbilisi Dövlət Universitetinin Dissertasiya Şurasının üzvü, Azərbaycan Marketinq Assossiasiyasının vitse-prezidenti olmuşdur. 3 noyabr 2004-cü...
d7721a9b099419e3
Şəmsəddin Hacıyev
2010-cu ilin noyabr ayında 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmişdir. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədridir. Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-İran, A...
010b0df1e468a02b
Hiss (müğənni)
Hiss (Röya Məmmədova; 13 iyul 1995, Bakı) — azərbaycanlı müğənni. Həyatı və fəaliyyəti 13 iyul 1995-ci ildə Bakıda doğulub. Üç yaşından etibarən qardaş-bacısı ilə uşaq evində (SOS Uşaq Kəndi) böyüyüb. 2013–2017-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasıda neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb.Hiss musiqi i...
b7f980ee2dbd359e
Hiss (müğənni)
Professional sənətdə ilk mahnısı 2018-ci ildə ifa etdiyi "Mirvarilər" olub.Onun sayca beşinci treki olan "İstəmirəm" aylar ərzində Shazam Türkiyə çartında top 50-də yer alıb. Mahnıya çəkilmiş klip YouTube-da 20 milyondan çox izlənilib. Hiss 2021-ci ilin sentyabrında Show TV-də yayımlanan Bir Başka Güzel proqramında xüs...
5c1297dc0fe448b4
Təcnis
Təcnis — daha çox aşıq poeziyasında yayılmış şeir şəkillərindən biri. Məzmununa görə təcnislər əsasən lirik xarakterlidir. Aşıq poeziyası ilə bir sırada yazılı ədəbiyyatda da ara-sıra təcnis nümunələrinə təsadüf olunur. Təcnisin özünəməxsus xüsusiyyəti, adından göründüyü kimi, burada qafiyələrin cinas üzərində qurulmas...
d028a07e2bcefa8f
Təcnis
Digər tərəfdən, Azərbaycan dilinin ifadə imkanlarının genişliyi, onun ahəngdarlığı və musiqililiyi təcnis poetik formasının digər türkdilli xalqların ədəbiyyatı ilə müqayisədə Azərbaycanda daha geniş yayılmasına təkan vermişdir. Əlbəttə, cinas sözlərin zəruriliyi təcnisdə müəyyən formalizm ünsürlərinin meydana çıxma tə...
cde1f30d805c3908
Rəhman Rəhmanov
Rəhman Rəhmanov (tam adı: Rəhman Tofiq oğlu Rəhmanov; 29 aprel 1957, Bakı) — Azərbaycan aktyoru, A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, Azərbaycanın əməkdar artisti (2014). Rəhman Tofiq oğlu Rəhmanov 29 aprel 1957-ci ildə Bakı şəhərində anadan olub. 8 saylı musiqi məktəbində oxuyub. 1978-1...
ec6c7d97a5fe72b1
Rəhman Rəhmanov
Anarın «Qaravəlli» tamaşasında Balaqədeş, Mirzəağa Atəşin «Cırtdan» tamaşasında Div, Əli Səmədlinin «Cubbulunun çərpələngi» tamaşasında Div və Qədeş, Tofiq Mütəllibovun «Meşə nağılı» tamaşasında Təkgöz kişi, Tofiq Kazımovun «Qoçaq Polad» tamaşasında Balıqçı, Hikmət Ziyanın «Əkiz qardaşlar» tamaşasında Səfər, Rəhman Əli...
d046bac6661f05c9
Hüseynağa Sadıqov (aktyor)
Hüseynağa Ələsgər oğlu Sadıqov (21 mart 1914, Bakı – 23 fevral 1983, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1979). Əslən Cənubi Azərbaycanlı olan Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə...
7967c0ae0196f935
Hüseynağa Sadıqov (aktyor)
Hüseynağa Sadıqov 23 fevral 1983-cü ildə Bakıda vəfat edib. 2019-cu ilin martında Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Hüseynağa Sadıqovun 105 illik yubileyi qeyd olunmuşdur. Təltif və mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 iyul 1956 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 9 fevral 1979 A...
1bafa56af9f3502c
Aləmşah bəyim
Aləmşah bəyim (1460, Diyarbəkir – 1522, Ərdəbil və ya Səfəvilər, Ərdəbil, Səfəvi imperiyası) — Ağqoyunlu şahzadəsi, Uzun Həsənin və Dəspinə xatunun qızı, Şeyx Heydərin arvadı və Şah İsmayıl ilə Şeyx Sultan Əlinin anası. Aləmşah bəyimin əsl adı barədə müxtəlif fikirlər mövcuddur. Həlimə bəyim ağa, Aləmşah bəyim. Xristia...
0d9f9b6d9fbadc3d
Aləmşah bəyim
Ağqoyunlular tərəfindən təzyiqlər Aləmşah Bəyimin əri Şeyx Heydər Səfəvi təriqətinin rəhbəri kimi üç dəfə Şimali Qafqazdakı xristianların üzərinə yürüş həyata keçirmişdir. Belə yürüşlərdən sonuncusu 1488-ci ildə baş verdi. Yürüş zamanı o, Şirvan torpaqlarından keçərkən Şirvanşahların müxalifəti ilə qarşılaşdı. Tabasara...
0a5edb9e27e7beb1
Aləmşah bəyim
Bunun nəticəsində Aləmşah Bəyimin qardaşı olan Ağoyunlu hökmdarı Sultan Yaqub Səfəvi təriqətinin güclənməsindən və onun öz hakimiyyətinə təhlükə yaradacağından çəkindiyi üçün bacısı və ailəsini həbs etdirdi. Ailə ilk öncə Akdamar qalasında, daha sonralar isə Şirazdakı İstəxr qalasına salındı. Yaqub bacısı olan Aləmşah ...
c5bdff3c33eea3ee
Aləmşah bəyim
Bununla belə Rüstəm onların Ərdəbildə öz adamları ilə birləşməsinin nə dərəcədə təhlükə yarada biləcəyindən xəbərdar idi, buna görə də, onları təqib etmək üçün ordu göndərdi. Döyüşdə Aləmşah Bəyimin böyük oğlu Sultan Əli öldürüldü və kiçik oğlu İsmayıl Mirzə tərəfdarları tərəfindən gizlədilib varis elan edildi. Sultan ...
d682cd581a403c4e
Aləmşah bəyim
Lakin Quranda Bəqərə surəsinin 233-cü ayəsində keçən "heç bir ana uşağı səbəbiylə zərərə məruz qalmasın" sözünə görə bu fikirdən daşınılır. İsmayıl və İbrahimi gizlədənlər bunun çox da təhlükəsiz olmadığı qərarına gəlirlər və Aləmşah Bəyimlə məsləhətləşdikdən sonra oğlanlarını Lələ Hüseyn bəy Şamlı Gilana aparmaq tapşı...
4c0498ba6a52a722
Aləmşah bəyim
Məktubda verilən məlumatlar tarixi hadisələrlə uyuşmamaqla birlikdə, onu üzə çıxaran tarixçi Tufan Gündüz tərəfindən də məlumatların yanlış olduğu bildirilmişdir. Nezmi-zâde Murteza adlı müəllif tərəfindən 1717-ci ildə yazılmış “Gülşen-i Hulefâ” və III Mustafanın hakimiyyəti dövründə yazılmış “Zuhûr-i Devlet-i Safeviyâ...
8331d40fa189c556
Aləmşah bəyim
Erməni din adamı Təbrizli Arakel 1662-ci ildə yazdığı "Tarixlər Kitabı" adlı əsərində bu hadisəni belə təsvir edir: Şeyx Heydər ilə Sultan Yaqubun bacısından bir oğlan dünyaya gəldi və ona İsmayıl adı verildi. Bu Heydər və arvadı hakimiyyəti ələ keçirmək üçün Sultan Yaqubu zəhərləməyə çalışdılar. Onlar bunun üçün hökmd...
ab3d6881399410c8
Aləmşah bəyim
Aləmşah Bəyim isə qardaşı və ərinin ölümündən sonra da uzun müddət həyatda olmuşdur. Elə bu səbəblərə görə də, həm Namiq Musalı, həm də məşhur tarixçi Vladimir Minorski erməni müəlliflərin bu iddialarını absurd adlandırır.XXI əsrdə, xüsusən Türkiyə gündəmində Reha Çamuroğlunun "İsmayıl" və İsgəndər Palanın "Şah və Sult...
0e4e613e713b9517
Aləmşah bəyim
Zenonun nəvəsi gənc tacir Katerino Şamda bu bacılardan biri ilə tanış olmuş və söhbət etmişdir. Söhbət zamanı Aləmşahın bacısı Şah İsmayılın hakimiyyətə gəlməsindən məmnun olduğunu, özünün də Təbrizə getməyə hazırlaşdığını yazmışdır. Musalı buna əsaslanaraq iddia edir ki, əgər İsmayıl Ağqoyunlu və sünni olduğu üçün öz ...
800e885de2118a9e
Aləmşah bəyim
Mələk Xanım - Səfəvi imperiyasının görkəmli sərkərdələrindən olan Abdullah xan Şamlı ilə evlənmişdir. Adı bəlli olmayan bir qız. Hüseyn bəy Şamlı ilə evlənmişdir. Adı bəlli olmayan bir qız. Şahəli bəy ilə evlənmidir. Kioumars Ghereghlou. ḤAYDAR ṢAFAVI. Encyclopaedia Iranica.
5dec11ff50b6d0a4
Aləmşah bəyim
ISBN 978-0521200943. Roger Savory. Iran Under the Safavids. Cambridge: Cambridge University Press. 2007. ISBN 978-0521042512. Tufan Gündüz. Sofyalı Bâlî Efendi’nin Safevîlere dair Rüstem Paşa’ya gönderdiği mektup.
f37d135462ee3e45
Aləmşah bəyim
Ankara: Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi, Sayı: 56. 2010. Charles Grey. Travels of Venetians in Persia: A Narrative of Italian Travels in Persia in the 15-th and 16-th Centuries. London: Hakluyt Society. (translated and edited by C.Grey). Tufan Gündüz. Seyyahların gözüyle sultanlar ve savaşlar (Giovan...
017411155add75e6
Aləmşah bəyim
Ali Ekber Vilayeti. Şah İsmail Safevî devrinde İran’ın haricî alakalar tarihi. Tehran: el-Hudâ. 1998. Namiq Musalı. I Şah İsmailın hakimiyyəti (“Târîh-i ‘Âlemârâ-yı Şâh İsmâ’îl” əsəri əsasında). Bakı: Elm və Təhsil. 2011.
18c2ef17eeedea9c
Aləmşah bəyim
Mohammad Karîm Youssef-Jamâlî. The Life and Personality of Shāh Ismā’īl I (1487-1524). Ph.D. dissertation. University of Edinburgh. 1981. Tufan Gündüz. Uzun Hasan Fatih mücadelesi döneminde Doğu’da Venedik elçileri (Caterino Zeno ve Ambrogio Contarini’nin seyahatnameleri).
d227a7822f3bd5af
Aləmşah bəyim
The Poetry of Shah Ismail I. University of London: Bulletin of the School of Oriental and African Studies, Vol. X, Part 4. 1942. 1006a–1053a. Faruk Sümer. Safevî Devletinin kuruluşu ve gelişmesinde Anadolu Türklerinin rolü (Şah İsmail ile halefleri ve Anadolu Türkleri). Ankara: Türk Tarih Kurumu Basımevi. 1999.Douglas ...
276d939cf9d422e2
Aləmşah bəyim
Islamic Gunpowder Empires: Ottomans, Safavids, and Mughals. Boulder, Colifornia: Westview Press. 2011. Münşi İsgəndər bəy. Dünyanı bəzəyən Abbasın tarixi: Tarixe-aləmaraye-Abbasi. Bakı: Şərq-Qərb. 2010. 1144.
50e92dc373514b10
Azər Bayramov
Azər Əziz oğlu Bayramov (1 fevral 1970, Bakı) — Azərbaycan Respublikası maliyyə nazirinin müavini. Əslən Gədəbəyin Nərimankənd Kəndindəndir. Azər Bayramov 1 fevral 1970-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə N. Voznesenski adına Leninqrad Maliyyə — İqtisad İnstitutunun Bakı filialını bitirərək iqtisadçı ixtis...
6ad3f87ca5dcab50
Azər Bayramov
Əmək fəaliyyətinə 1990-cı ildə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi kimi başlamışdır. 1992―1996-cı illərdə Baş Dövlət Vergi Müfəttişliyinin "Beynəlxalq vergiqoyma", 1997―1999-cu illərdə isə "İri vergi ödəyiciləri ilə iş üzrə" idarələrinin rəisi olmuşdur. 2000―2004-cü illərdə Azər...
2fe2985315bcb908
Sumaq
Sumaq (lat. Rhus) – sumaqkimilər fəsiləsinə aid bitki cinsi.Dünyada 250-ə qədər kol və ağac növləri məlumdur. Meyvəsinin tərkibində 18 – 20 % aşı maddə, şəkər, üzvi turşular [alma, çaxır və s.], C, K vitaminləri vardır. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabət...
7e7407aa6c7a7d32
Sumaq
Sumağın meyvəsi sentyabr-oktyabrda yetişir. Hər meyvə süpürgəciyinin üzərində 200-300 və daha çox meyvə olur. Meyvələri nəzəri cəlb edən tünd qırmızı və girdədir. Dadı turş və büzüşdürücüdür. Meyvələri qurudulub poroşok halına salındıqdan sonra ət və balıq xörəklərində tamlı qatqı kimi işlədilir. Sumaq ya isti emal zam...
be1275242704a8c7
Sumaq
Sumaqda, həmçinin C vitamini, karotin, aşılayıcı və rəngləyici maddələr vardır. Sumağın yarpaqlarında 30-39% aşılayıcı maddə (əsasən tanin) vardır. Ondan texniki və tibbi məqsədlər üçün tanin alırlar. Sumaq bitkisinin bütün hissələrindən rəngləyici maddə kimi istifadə edilir. Ipək və yun parçanı onun yarpaqları qara, q...
708f3e736d150a2c
Sumaq
Boğaz xəstəliklərinə qarşı faydalıdır. Qandakı şəkər miqdarını aşağı salır. İshalı aradan qaldırır. Ən yaxşı mikroböldürücüdür. Temperaturu aşağı salır. Qanaxmaların qarşısını alır. Susuzluğu aradan qaldırır. Ağrıkəsici təsirə malikdir.
480bb272939b00b2
Sumaq
Hipertoniyaya qarşı təsirlidir. Ödün fəaliyyətini nizamlayır. Diş və diş xəstəliklərinə qarşı faydalıdır. İltihabları aradan qaldırır. Zəhərlənmələrə qarşı təsirlidir. Ürəkbulantılarına və qusmalara qarşı çox faydalıdır. Azərbaycanın dərman bitkiləri Digər növləri Rhus angustifolia Rhus aromatica Rhus aucheri Rhus bren...
22d8bface8d54182
Qırmızı beret
Qırmızı Beret — əsasən Xüsusi Təyinatlı Dəstələrin baş geyimi kimi qəbul edilmişdir. Dünya dövlətləri ölkədaxilində baş verəcək terrorun qarşısının alınması və xüsusi təyin olunmuş əməliyyat üçün bu birləşmələri yaradmışlar. Bir sıra ölkələrin Qırmızı Beretliləri haqqında: 'Amerika Ordusu' — 1943-cü ildə General Freder...
860903eeb2babaf8
Qırmızı beret
Birinci mərhələ xüsusi komissiya tərəfindən həyata keçirilir. Bu komissiyanın tərkibinə qərargah, kadrlar, tibb və xüsusi təyinatlı bölmələrin zabitləri daxildir. Hər bir namizədlə aparılan söhbətlər zamanı onun xidmətə gəlməkdə məqsədi, vətənpərvərlik hissləri, ölkədə baş verən hadisələrə, valideynlərinə, onların bu x...
501553faf93fee9a
Qırmızı beret
Bu dəstələrin təlimlərində əsasən çöl, bina, meşə və dağ şəraitində silahlı cinayətkarların zərərsizləşdirilməsinə önəm verilir. Onlar əlbəyaxa döyüş növlərini öyrənirlər. Eyni zamanda gecə təlimləri, gecə vaxtı müxtəlif şəraitlərdə əməliyyatlar aparmaq imkanları müntəzəm olaraq nəzərdən keçirilir. Əsasən NATO dövlətlə...
d5ece813531f09ab
Qırmızı beret
XTD-nin hərbi qulluqçuları və zabitlərinin adları açıqlanmır, onlar Türkiyə, ABŞ, Macarıstan, Almaniya, Ukrayna, Çin və digər ölkələrdə təlimlərdə iştirak edib təcrübə toplayırlar. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)ində xidmət etmək üçün 6 ay ərzində təşkil olunmuş kurslard...
b46744e0dc811875
Qırmızı beret
'Belarusiya Ordusu' — Xüsusi Təyinatlı Polis Dəstələri bu baş geyimindən istifadə edirlər. 'Bangladeş Ordusu' — xüsusi təxribatçı desant qüvvələri bu baş geyimindən istifadə edirlər. Bunlardan başqa Tibb Korpusu və bu korpuslara köməklik edən Silahlı Qüvvələrin üzvləri qırmızı beretdən istifadə edirlər. 'Belçika Ordusu...
01bba018c35e6dd6
Qırmızı beret
Xüsusi Təyinatlı Qüvvələr isə tünd-yaşıl rəngli beret geyinirlər. 'Fransa Ordusu' — Fransız paraşütçüləri qırmızı beretdən , Fransa Xarici Legion ordusu isə yaşıl beretdən istifadə edirlər. 'Qvatemala Ordusu' — Xüsusi Qüvvələri bu baş geyimindən istifadə edirlər. 'İsrail Ordusu' — İsrail Müdafiəsi Qüvvələrində, qırmızı...
356450c7dac982f5
Qırmızı beret
'Norveç Ordusu' — bu baş geyimi Norveçdə 1981-ci ildən Xüsusi Qüvvələr istifadə edirlər. 'Rus Ordusu' — Rusiya ordusunda qırmızı bereti Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri geyinirlər, yalnız burada Qərb uslubuna uyğun qırmızı deyil, beretlər — 'Krapoviy-dir'. 1980-ci ildən Sovet imperiyasında dəyişikli...
bfeabef9073cec47
Qırmızı beret
Heç bir qüvvə komandirliyinə bağlı olmayan komandanlığ Baş qərargah Başçısına bağlı olaraq vəzifə yerinə yetirərlər. Söz mövzusu birlik, Bordo Beretlilər ilə Müharibə Axtarış Qurtarma (MAK), Xüsusi Qüvvələrin əmrində vəzifə yerinə yetirməkdədir. Burada vəzifə yerinə yetirən əsgərlər xüsusi olaraq seçilmişdir. 2004-cü i...
172017ed09a008da
Qırmızı beret
Əsl vəzifələri; ola biləcək bir döyüş vəziyyətində xalqı təşkilatlandırmaq və yetişdirməkdir. Bordo Berelilerin gizliliyini Milli İstihbarat Təşkilatı qoruyur. 'Ukrayna Ordusu'- "Berkut" hərbiləşdirilmiş polis qüvvəsi qırmızı beretdən istifadə edirlər. Həmçinin bax Yaşıl beret Rus Ordusunda qırmızı bereti qazanmaq üçün...
ddd019dd062717c6
Heyratı
Heyratı – Azərbaycan zərbi muğamı və bu muğam üzərində qurulmuş unudulmuş Azərbaycan rəqsi. "Heyratı" sözü Herat coğrafi adının təhrif olunmuş biçimidir. Hazırda Herat İranda şəhər və Əfqanıstanda İranla həmsərhədd olan vilayətin adıdır. Amma vaxtılə orada Səfəvilər dövlətinin önəmli mərkəzlərindən biri olan Herat bəyl...
b7027fc4a87b6b41
Heyratı
Özü də "do" mayeli rast lad-məqamına əsaslanır. Heyratı zərbi muğamı "Mahur – hindi" muğam dəstgahının ayrı-ayrı melodik dönəmlərini özündə birləşdirən sərbəst improvizəyə malikdir. Ölçüsü 4/2-dir. Heyratı nikbin, mərd, qəhrəmani əhval yaradandır. Bütün ifa variantlarında qəzəllə oxunur. Ən mahir ifaçısı Xan Şuşinski h...
ace51255b66e0f7b
Heyratı
[mənbə göstərin]Bu muğam üzərində rəqs də mövcud olub, ancaq unudulub. Xalq musiqisini dərindən bilən Cabbar Qaryağdıoğlu Heyratı rəqsini bilirdi.Heyratı muğam XX əsrin əvvəllərində Türkiyəli musiqişünas Rauf Yektabəyin təşəbbüsü və Məşədi Cəmil Əmirovun köməyi ilə ilk dəfə nota salınıb. Heyratı bəstəkar musiqisində Üz...
2d8a7a9ba665a6ea
Adi badam
Adi badam (lat. Prunus amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Müxtəlifliyinə görə iki yerə ayrılır: Şirin badam – Prunus dulcis var. dulcis; Acı badam – Prunus dulcis var. amara.Şirin badam təzə halda yeyilir və geniş miqyasda qənnadı sənayesi...
88320b7efc101881
Adi badam
Bu məhsullar ətriyyat, əczaçılıq sənayesində kamfora, məlhəm, emulsiya istehsalı üçün istifadə olunur. Badam efir yağından bəzi ətriyyat məmulatlarının ətirləndirilməsi üçün istifadə edilir. Ondan, həmçinin aktivləşdirilmiş kömür də alırlar. Gülçiçəklilər fəsiləsindən alçaqboylu ağac və ya kol cinsi. Qozmeyvəli bitkidi...
4d45d4c80a6d198d
Adi badam
8 m-ədək olur. Təqr. 40 növü var. Asiyada, Şimali və Mərkəzi Amerika da, eləcə də Cənubi Avropada və s. müx təlif növləri (Azərbaycanda 3 növü) bitir. Ən əhəmiyyətlisi adi Badamdır (A. com munis). Kökləri dərinə işləyir.
d415e102f9d41c2d
Adi badam
Lan set şə killi yarpaqları növbə ilə düzülmüş, çi çək ləri ağ, yaxud çəhrayı, beşlə çəklidir. Meyvəsi tüklü-oduncaqlı çəyirdəkdir; iyun–avqust aylarında yetişir. Meyvəsinin ləpəsində amiqda lin qlükozidi (acı badamda 4%-ə qədər), 6%-ədək su, 21% azotlu və 13% azotsuz maddə, 54% yağ (şirin Badamdan badam yağı, acı Bada...
376dca7a2042c7fd
Adi badam
Abşeronda quraqlığadavamlı məhsuldar sortları alınmışdır. Sinəyə xeyirlidir. İnsanı kökəldir və beyin üçün faydalıdır. Bağırsaq yarası, mədə pozğunluğu və təngnəfəsliyi müalicə edir. Yetişməmiş badam diş kökünü möhkəmləndirir. Badam yağı həm də quduz it dişləməsinə qarşı, mədə ağrısı və quru öskürək üçün xeyirlidir.
5485fc95434b92e7
Adi badam
Badam yağı ilə onurğa sütununu yağlamaq qocalıqda tez əyilmənin qarşısını alır. Acı badam isə ağciyərə xeyirlidir. Onu bal ilə yemək qaraciyərə və dalağa dərmandır. Yağı üzdəki ləkələri aparır, qırış və çatlaq üçün məlhəmdir. Yağını qulağa damcılatmaq qulaq ağrısını kəsər. Amerikalı tədqiqatçıların araşdırmasına əsasən...
d90421c7eff80f13
Adi badam
Tədqiqatda iştirak edən 25 iştirakçı 4 həftə ərzində 3 müxtəlif pəhriz tutublar. Kalorinin miqdarından asılı olmayaraq gündəlik rasionda badam yağının miqdarı artmağa başlayıb. Birinci pəhrizdə badam özünü büruzə verməyib. İkincidə artıq 10 % , axırıncıda isə 20% artım hiss olunub. Nəticələr belə idi: menyuda nə qədər ...
2004d9ce6ce02cca
Adi badam
Badam omeqa 3 qaynağıdır, tərkibindəki E vitamini şəkər xəstəliyi riskini azaldır, sümükləri möhkəmləndirir. Tərkibindəki kalsium sümük əriməsinin qarşısını alır, maqnezium isə baş ağrısı, yuxusuzluq, yorğunluq, baş gicəllənməsinin qarşısını alır. Həftədə ən azı 5 ədəd badam yeyənlərdə ürəklə bağlı narahatlıqlara daha ...
61ecf51c2a545837
Bəsitçay Dövlət Təbiət Qoruğu
Bəsitçay dövlət təbiət qoruğu — nadir Şərq çinarının qorunub saxlanılması məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə 107 hektar ərazidə yaradılmışdır. Qoruq Zəngilan rayonunda Kiçik Qafqaz dağlarının cənub-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazini əhatə edir. Qoruğun adı monq...
0d18f06da5b01f81
Bəsitçay Dövlət Təbiət Qoruğu
Sağ sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən ibarətdir. Əsasən Üçüncü dövr çöküntüləri yayılıb. Çay dərəsi boyunca ensiz allüvial düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə xeyli parçalanmışdır. Yaradılmasında məqsəd Qoruq Azərbaycanın cənub-qərbində, Zəngilan rayonu ərazisində Bəsitçayın d...
3164e50e2aa54d06
Bəsitçay Dövlət Təbiət Qoruğu
Qoruğun adı dərəsində yerləşdiyi çayın adı ilə eynidir. Bəsitçay respublika qoruqlarının ən kiçiyidir. Onun sahəsi 107 ha-dır. Meşə ilə örtülü sahənin əsas ağac cinsi şərq çinarıdır. Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir.
68531fe5bb4293e7
Bəsitçay Dövlət Təbiət Qoruğu
Havanın orta illik temperaturu 130-dir. Illik yağıntının miqdarı 600 mm-dir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir. Torpaq örtüyü Bəsitçay dövlət təbiət qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları yayılıb. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrind...
51608878c5efeb86
Bəsitçay Dövlət Təbiət Qoruğu
Burada daşlı-çınqıllı (yüksək skeletli) ərazilər də müəyyən sahəni tutur. Bunların hamısında çinar bitir və inkişaf edir. Çünki o torpağa tələbkar deyil, lakin çinar meşələri gillicəli, yaxşı su-fiziki xassəli və münbit torpaqlarda yüksək məhsuldarlığa və bonitetə malikdir. Dünyada çinarın 7 növü vardır. Azərbaycanda i...
5a7e6d04b10ab5c9
Bəsitçay Dövlət Təbiət Qoruğu
Bəsitçay dövlət təbiət qoruğunun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan, və s. kollar inkişaf ...
6a7913371c51f0d1
Bəsitçay Dövlət Təbiət Qoruğu
Bəsitçayın əsas təbiət kompleksi sayılan 200 illik tarixə malik çinar ağacları qəddarcasına kökündən çıxarılaraq məişətdə istifadə edilir. Burada əsasən bir meşə tipi-müxtəlif otlu çinar meşələri formalaşmışdır. Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600–800 m-ə qədərdir. Sağ sahil ...
345fb62d221c34cf
Uzurpasiya
Uzurpasiya (lat. usurpatio - yiyələnmək) — hakimiyyətin bir nəfər, bir qurum və ya bir qrup adam tərəfindən zor gücünə, qanunsuz ələ keçirilməsi. Bunun icraçısı isə uzurpator adlanır. Hakimiyyətin bir qanadının digər qanadının səlahiyyətlərini uzurpasiya etmək, hakimiyyətin parçalanmasının qarşısının alınması cəhdi kim...
185ad014ac9138cf
Uzurpasiya
Roma papaları da bu prinsiplə qanunı papalara və antipapalara bölünürlər. Tarixdə qanuni hakimiyyətə çatmağın yolu sələf-xələf prinsipinə əsaslanır. Qanunsuz yol isə saray çevrilişlərinə, hökmdarın və xələfinin cismən yox edilməsinə, vətəndaş müharibəsi dalğası üzərində hakimiyyətə gəlmə prinsipinə əsaslanır. Parçalanm...
e47fc77f6fb96331
Uzurpasiya
Misal olaraq Flavi Yoann 423-425-ci illərdə Qərbi Roma imperatoru olsa da o, uzurpator kimi qəbul olunur. Digər bir misal, 284-cü ilə qədər bir uzurpator kimi Roma imperatoru olmuş Diokletian rəqibi Karinə qalib gələrək, artıq 285-ci ildən qanuni imperator kimi qəbul edilmişdir. V. O. Klyuçevski II Yekaterınanın ıqtıda...
69164b9c12d10ad0
Uzurpasiya
Edame edilmiştir. Diokletian (284— 305) 284 cü ilə qədər bir uzurpator kimi Roma imperatoru olmuşdur. Tiberi ( e. ə. 14 — 37) Maqn Maksim (383 — 28 avqust 388) Edame edilmiştir. Maqn Maksim senator və keçmiş konsul olmuş, imperator Aleksandr Sever öldükdən sonra sələf yeni imperator I Maksimə sui qəsd hazırlayaraq haki...
29006024f6e96872
Uzurpasiya
Flavi Yevgeni (392 — 394) II Valentinianın müəmmalı ölümündən sonra imperatorun dəftərxana rəisi Flavi Yevgeni hərbi magistr Flaviy Arboqastın dəstəyi ilə özünü 392 ci ildə Qərbi Roma imperatoru elan edir. Şərqi Romada bunu uzurpasiya hesab edirlər. Şərqi Roma imperatoru I Feodosi müdaxilə edərək uzurpator 394 cü ildə ...
27f2f732b51e173c
Caz
Caz — XX əsrdə ABŞ-də xüsusən zəncilər tərəfindən yaradılmış musiqi sənəti. Məşhur cazmenlərdən Lui Armstronqu göstərmək olar. Caz musiqisinin tarixi haqqında XIX əsrin sonunda ABŞ-nin Missuri ştatının barlarında yeni üslubda yaradılmış musiqi səslənməyə başlanır. Avropa musiqisinin ənənələrini — Frederik Şopen və List...
6ad1d893de2c0b41
Caz
Çoxmillətli liman şəhəri olan Nyu-Orleanda hər cür musiqi — həm reqtaym, həm ispan və fransız musiqisi, həm blüz (Afrika, Amerika və Avropa xalq musiqi formalarının kəsişməsində yaranmış janr) və həm də kantri-musiqisi (Amerikanın ağ əhalisinin ənənəvi musiqisi) səslənərdi. Məhz bu müxtəlif mənşəli musiqi formalarının ...
b57ee59d430d2d26
Caz
Çox keçmir ki, həmin şəhər dünyanın ən möhtəşəm caz mərkəzi kimi böyük şöhrət qazanır. Məhz burada caz musiqisi ilk dəfə qrammofon valına yazılır, radio verilişlərində səslənir. 20-ci illərin və bəlkə də bütövlükdə caz tarixinin ən musiqiçisi zənci Lui Armstronqdur. Onun virtuoz truba çalmaq məharəti, eləcə də nadir, b...
8ad2616ed06e44a8
Caz
"Svinq kralı" klarnet-çalan Benni Qudmen, pianoçu və bəstəkar Dük Ellinqton və istedadlı trombonçalan Qlen Miller 30-cuların ən məşhur biq-bəndlərinə rəhbərlik etmişlər. Gözəl müğənni, "cazın birinci ledisi" Ella Fitscerald da biq-bəndlərdən birində çıxış etmişdir. Onun ecazkar səsi və improvizasiya qabiliyyəti bu günə...
b3f0ea94f4de2e67
Caz
Çarli Parkerin modern-cazın inkişafında oynadığı rolu çox vaxt Lui Armstronqun ənənəvi caz sahəsindəki xidmətlərinə bərabər tuturlar. Dizzi Gillespinin kəşflərindən biri də caza Afrika, Kuba ritmlərini daxil etməsidir. 50-ci illərin əvvəlində bir çox caz musiqiçiləri "isti" bibopdan uzaqlaşıb melodikliyi və mülayim xar...
2006d9536c03cc2a
Caz
Həmin meyl 70-ci illər-də Kaliforniyada "Qərb sahilinin cazı" adı ilə tanınmış caz musiqisinin yeni formasının yaranması ilə nəticələnir. Görkəmli pianoçu Deyv Brubekin təmsil etdiyi bu yeni üslub Avropa musiqisinin bir çox əlamətlərindən yaradıcdıqla bəhrələnir. Lakin caz pərəstişkarları bu gün də ifadəli, ehtiraslı b...
8eb91737800eb10a
Caz
Burada Afrika musiqisinin hərarətli ritmlərinə geniş meydan verilir. 60-cı illərin ən populyar caz üslubu fri-cazdır ("fri" "sərbəst" deməkdir). Onun ən nümayəndələri saksafonçular Con Koltreyn və Ornett Kolman sayılır. Onlar caz musiqisində improvizasiyanı bir növ bərpa edirlər. Koltreynin ifa tərzi dinamik və fəal, K...