id int64 43k 1.05M | date stringlengths 16 16 | category stringclasses 47
values | title stringlengths 1 19.1k ⌀ | text stringlengths 13 518k ⌀ |
|---|---|---|---|---|
43,000 | 16.11.2008 06:25 | Dünya | OBAMA MÜSƏLMAN OLDUĞUNU ETİRAF EDİB? | “İnternethaber.com” saytının xəbərinə görə, “renegeat” kod adını Obama özü seçib. Amerika xüsusi xidmət orqanlarının qaydalarına görə, yüksək səlahiyyətli şəxslərin radiodanışıqlar zamanı istifadə olunan kod adları olur və bu adlar onların özləri tərəfindən seçilir. Bu dəfə də Məxfi Xidmət Obamaya özü və ailə üzvləri ü... |
43,004 | 16.11.2008 08:29 | Astrologiya | ULDUZ FALI | QOÇ - Bir neçə istiqamətdə əlverişli sövdələşmədə iştirak edəcəyinizə ümid bağlayın. Öz fikirlərinizdə qətiyyətli olsanız, gələcək perspektivlərinizə daha da yaxınlaşa biləcəksiniz. BUĞA - Fərdi fəaliyyət zəminində əsaslı dönüş yaratmağa tələsin. Ulduzlar müdafiənizdə durduğundan şanslarınız daha da artacaq. Kiminsə ya... |
43,009 | 16.11.2008 06:56 | İdman | GEDE BAXIŞA ÇAĞIRDIĞI OYUNÇULARI BƏYƏNMƏDİ | Klubdan verilən məlumata görə, alman mütəxəssis məşqlərdə və ikitərəfli oyunlarda sınaqdan keçirdiyi 3 oyunçunun heç birini bəyənməyib, buna görə də onlar geri göndərilib. |
43,041 | 17.11.2008 09:34 | Ölkə | BAKIDA ÇÖRƏK UCUZLAŞDI | Qeyd edək ki, ucuzlaşma prosesi cənub bölgəsində də baş verib. Lənkəranda isə vəziyyət bir qədər fərqlidir. Burada çörəyin qiyməti aşağı düşməsə də, çəkisi bir qədər artırılıb. Xatırladaq ki, unun qiymətinin aşağı düşməsi bir sıra bölgələrdə çörəyin satışına təsir göstərib. Belə ki, əksər bölgələrdə əhali çörəyin ev şə... |
43,001 | 16.11.2008 07:26 | İqtisadiyyat | DOLLAR MANATA NİSBƏTƏN MÖHKƏMLƏNİR | Dünyanın ən böyük investisiya banklarından olan UBS-in hesabına görə, dollar həm avro, həm də digər valyutalarla, o cümlədən Azərbaycan manatı ilə müqayisədə bundan sonra da bahalaşmaqda davam edəcək. Bank ekspertlərinin fikrincə, dolların son dövrlər kursunun bahalaşması dünya iqtisadiyyatının zəifləməsinin göstəricis... |
43,002 | 16.11.2008 07:28 | İqtisadiyyat | İNKİŞAF, YOXSA TRANSFERT BÜDCƏSİ? | 2009-cu ilin büdcəsinin daha bir xarekterik xüsusiyyəti büdcə ilə bağlı büdcə zərfində təqdim olunan məlumatların sayının az olmasıdır. Eyni zamanda yaşayış minimumu, ehtiyac meyarı, istehlak səbətinin dəyəri büdcədə simvolik rəqəmlərlə ifadə edilib. Bundan əlavə, etirazlara baxamayaraq sənəddə Azərbaycanın başlıca gəl... |
43,003 | 16.11.2008 07:18 | Mədəniyyət | SABİR RÜSTƏMXANLININ YENİ ŞERLƏRİ | TONQAL BAŞINDATonqal iyi verirsən!" - bir gözəlin sözüydü.Tüstülü saçlarımı qarışdırıb gülürdü.Bilmirdi tonqal iyi mənim saçımdan deyil,Köksümdə tüstülənən ürəyimdən gəlirdi! Gözlərimin önündə tüstülənən kitablar,Nəsiminin, Sabirin ruhunda tonqal iyi!Haqqımı istəyəndə dilimə damğa basanAdımı yasaq edən qorxumda tonqal ... |
43,005 | 16.11.2008 08:36 | Kriminal | AVTOBUS 82 YAŞLI QOCANI VURUB | *** Dünən saat 00.25 radələrində Buzovna qəsəbəsində Bakı şəhər sakini Mircavid Seyidov “İnfiniti” markalı avtomaşını idarə edərkən onu maneəyə vurub. DİN-in mətbuat xidməti xəbər verir ki, nəticədə M.Seyidov hadisə yerində ölüb, xəsarət almış sərnişini Eldar Əliyev isə xəstəxanaya yerləşdirilib. *** Həmin gün saat 18.... |
43,006 | 16.11.2008 07:51 | İdman | ŞAHMATÇILARIMIZ BİRİNCİ YERDƏ GEDİR | Fikrət Sideyifzadənin rəhbərlik etdiyi kişi yığmamız ardıcıl ikinci qələbəsini Slovakiya üzərində qazanıb - 3:1. Komandamızın lideri Teymur Rəcəbovun (2752) Sergey Movsesyanla (2732), dördüncü lövhədə oynayan Rauf Məmmədovun (2631) isə Peter Vavrakla (2478) görüşündə heç-heçə qeydə alınıb. Şəhriyar Məmmədyarov (2731) L... |
43,007 | 16.11.2008 07:51 | İdman | FUTBOL DÜNYASININ ƏN VARLI ADAMLARI | Maraqlıdır ki, Ukrayna “Şaxtyor”unun prezidenti Rinat Axmetovun adı ilk “onluq”da da yoxdur. Halbuki o bu ilin iyununda 31,1 milyard dollarlıq varidatla Avropanın ən zəngin şəxsi seçilmişdi. Axmetov 7,3 milyard dollarlıq varidatla bu dəfə siyahının ikinci “onluğ”unda qərarlaşıb.“Forbes”in tərtib etdiyi siyahıda ilk “on... |
43,008 | 16.11.2008 07:54 | İdman | ZİKONUN KOMANDASI ÖZBƏKİSTAN ÇEMPİONU OLDU | Beləliklə, “Fənərbaxça”nın sabiq çalışdırıcısı sentyabrda təhvil aldığı “Bunyodkor” klubu ilə oktyabrın 31-də qazandığı Özbəkistan kubokunun ardınca ölkə çempionluğunu da qazanaraq mövsümü qızıl dublla başa vurub.Bu arada Özbəkistan mətbuatının yazdığına görə, İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Me... |
43,010 | 17.11.2008 07:20 | Gündəm | LABA VASİF TALIBOVA QALİB GƏLDİ | Hansısa yollarla (bəzi versiyalara görə, “Laba” Pekin olimpiadasında prezident İlham Əliyevlə görüşə bilib; özünün və qardaşının başına gələnlərlə bağlı ona ətraflı məlumat verib) dövlət başçısı ilə əlaqə yarada bilən Mübariz Pənahov nəticədə qardaşını və sərvətini Vasif Talıbovun əlindən qurtara bilib: “Prezident məsə... |
43,012 | 17.11.2008 07:20 | Yazarlar | MEYXANA VƏ AŞ PA | Şeyx sonra da ötkəm səslə, qürurla, inamla, ilhamla dedi ki, bu iş davam etdirilməlidir, qoy bütün dünya ictimaiyyəti meyxana sayəsində mədəniyyətimizin necə yüksək səviyyədə olduğunu görsün, bizim bir xalq kimi necə böyük olduğumuzu bilsin, dünyanı fəth etməyə qadir meyxana sənətimizə aşiq olsun və s. vacib işləri gör... |
43,013 | 17.11.2008 07:22 | Gündəm | XALQ HƏRƏKATININ BAŞLANMASINDAN 20 İL KEÇDİ | İki il öncəyə qədər 17 noyabr qeyri-iş günü olaraq dövlət səviyyəsində bayram edilirdi. Bunları xatırlatmaqla 1988-ci ilin 17 noyabr hadisəsinin Azərbaycan üçün necə yüksək əhəmiyyət kəsb etdiyini vurğulamaq istədik. 17 noyabrda başlanan mitinqin əsas təşkilatçısı olmuş və bu gün çoxlarının Mərkəzi Seçki Komissiyasının... |
43,014 | 17.11.2008 10:41 | Gündəm | KÜVEYT ŞEYXDƏN PUL İSTƏYİR | Mənbənin dediyinə görə, “Əbu Bəkr”in tikintisinə çəkilən xərclərdən savayı, dini vəqf tərəfindən Azərbaycanda bir sıra şəxslərə 3 milyon dollara yaxın rüşvət verilib. Çox maraqlıdır ki, elə bu günlərdə hörmətli Şeyx məhz bu məqamla bağlı açıqlama verib. Sitat: “”Əbu Bəkr" adı ilə tanınan və “Cümə” məscidinin hüquqi sah... |
43,015 | 17.11.2008 07:41 | Yazarlar | “QƏFƏS” REALİTİ-ŞOUSU | Rəşid Həsənovun oğlu üstəgəl keçmiş ədliyyə naziri Sədabə Həsənovanın qardaşı oğludur. Bu cavan 5-6 il qabaq, yəqin ki, hamıya ləzzətlə deyərdi: “Bibim ədliyyə naziridir”. O ədliyyə, o ədalət ki, Südabə Həsənova onun bir hərfini də tanımırdı. “Demokratiyanı beşiyində boğmaq lazımdır”. Südabə Həsənovanın, ədliyyə naziri... |
43,016 | 17.11.2008 08:01 | Yazarlar | REGİONUN “BURUQ USTASI” | Bu hədənin üç qaynağı ola bilər, ya Putinlə Saakaşvilininin arasında şəxsi namus davası var, ya rusiyalı baş nazirin gürcü prezidentə nifrəti siyasi səbəblərdən bu dərəcədə yoğunlayıb, yaxud da o sözü deyərkən Volodya, sadəcə, dəm olub. O vaxt Amerikanın prezidenti ata Corc Buş da Səddam Hüseyni asmaq fikrindəydi. Amma... |
43,017 | 17.11.2008 09:05 | Ölkə | HEYDƏR BABAYEVİN ÖLKƏNİ TƏRK ETDİYİ XƏBƏRİ YAYILDI | Lakin Heydər Babayevin səfir göndərilmək xahişi nəzərə alınmayıb. Hakimiyyətdən onun xahişinə heç bir cavab verilməyib. Bundan sonra sabiq nazirdə artıq hakimiyyətin ona etimad göstərməyəcəyi qənaəti yaranıb və o, ölkəni tərk etməyi ən doğru yol seçib. Məlumatda həmçinin deyilir ki, Heydər Babayev Azərbaycandan birbaşa... |
43,018 | 17.11.2008 07:05 | Yazarlar | SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... | Düzü, belə cavab gözləmirdim (niyəsini bir azdan yazacam), ona görə təkrar dəqiqləşmə aparma zərurəti hiss edərək, “ancaq dostunuzumu, Çingiz bəy?” deyə soruşmuşdum. Gözəl ağa gözəl idi, vurdu bir çiban da çıxardı... Çingiz bəy “kruq”u bir az da genişləndirərək “lap həyət, məhlə yoldaşım olsun. Görünür, bu mənim pis xa... |
43,019 | 17.11.2008 07:18 | Yazarlar | GET, GEDE, GET! | Gede “Neftçi”yə gələndən bəri öz sərt alman sifətini yalnız çağırışçılardan ibarət olan, indi də elə “Neftçi” ilə turnir cədvəlinin zirzəmisində hərlənən ordu futbolçularına - OMİK-ə göstərib. İki kubok, bir çempionat oyununda onlara qalib gəlib.Srağagün isə Bakıda Yevlaxın “Karvan”ına uduzan “Neftçi”nin başbilənləri h... |
43,020 | 17.11.2008 07:19 | Gündəm | HƏMSƏDRLƏRİN DAĞLIQ QARABAĞ SƏRGÜZƏŞTLƏRİ | Xəbər verildiyi kimi həmsədrlərin regiona səfərləri noyabrın 13-də Bakıdan başlayıb. Onlar xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşlərdən sonra İrəvana gediblər. İrəvanda vasitəçilərlə xarici işlər naziri Edvard Nalbəndyan arasında görüş olub. Daha sonra onlar Xankəndinə yola düşüblər.Rus... |
43,021 | 17.11.2008 07:29 | Gündəm | RUSİYANIN ARDINCA... | Əslində, bu gün də Rusiyanı Vladimir Putin idarə edir. Medvedyev, sadəcə, Putinin siyasi mövcudluğunun qorunub saxlanılması üçün prezident kürsüsündə oturdulub. Ehtimallara görə, yeni qanun qüvvəyə mindikdən sonra gələn il Medvedyev istefa verəcək və Putin yenidən dövlət başçısı seçilərək 12 il də ölkəyə rəhbərlik etmə... |
43,022 | 17.11.2008 10:03 | Yazarlar | İKİ TÜRMƏ | Tiflisdə kirayədə qaldığım evin pəncərəsindən Kürün füsunkar mənzərəsinə tamaşa etməkdən doymurdum. Balkona çıxıb doyunca Kürlə dərdləşirdim, heç kimə demədiyimi ona etibar edirdim. Mənimlə hər gün həmsöhbət olan sular sabah ürəyim qalan yerdən axıb keçəcəkdi. Oradan “Sınıq körpü”yə qədər cəmi 30 kilometr vardı. Özümü ... |
43,023 | 17.11.2008 10:21 | Kriminal | QADININ RƏHBƏRLİK ETDİYİ DƏLƏDUZ DƏSTƏSİ TUTULDU | Yenə də dəqiqləşdirilməmiş məlumata görə, “Kosmos-Qalaktika” adlanan şirkətin Esmira isimli sahibəsi özünü vətəndaşlara müxtəlif adlarla təqdim edib və təxminən 500 nəfəri aldadaraq pullarını mənimsəyib. Bu məqsədlə mütəşəkkil bir dəstə də yaradan və əksəriyyət insanlara özünü Sevda Xəlilova kimi təqdim edən həmin xanı... |
43,025 | 17.11.2008 10:31 | Gündəm | OBAMANIN İNAUQURASİYASINA AZƏRBAYCANDAN KİMLƏR QATILACAQ? | Qeyd edək ki, Amerika prezidentlərinin inauqurasiyasına adətən xaricdən rəsmən dəvətlər edilmir. Lakin mərasimə şəxsi təşəbbüsü ilə qatılmaq istəyən xarici dövlət başçıları, o cümlədən siyasi liderlərə iştirak üçün şərait yaradılır. Azərbaycan prezidenti İlham Əliyevin Barak Obamanın inauqurasiya mərasimində iştirak ed... |
43,026 | 17.11.2008 10:41 | Media | “QƏNİMƏT HƏFTƏSİ” YEKUNLAŞDI | Dünən yekunlaşması nəzərdə tutulan həftənin nəticələri ilə bağlı təşkilatın həmsədri Anar Niftəliyevlə danışdıq. Müsahibimiz bildirdi ki, dünən müsabiqə təxminən yekunlaşıb. Bir neçə müəllif həbsdəki baş redaktorla bağlı eyni gündə məqalə ilə çıxış edib və bu, Q.Zahid həftəsinə qatılanların sayını artırıb. Onun sözləri... |
43,029 | 17.11.2008 10:04 | Ölkə | GƏMİQAYIRMA ZAVODU BALACA SEXDƏ “YERLƏŞDİRİLİB” | Belə ki, hərbi hissəsiz qalan hərbçilər zavodu zəbt etməklə problemi “həll” etmiş olublar. Zavod zəbt edildikdən sonra isə 364 nəfər işsiz qalmaq təhlükəsilə üzləşib. Baş verən qanunsuzluqla barışmayan zavod kollektivi kütləvi etiraz aksiyaları keçirəcəklərini bəyan ediblər. Dünən əmək kollektivi ilə əlaqə saxlayıb son... |
43,031 | 17.11.2008 09:06 | Gündəm | MEDVEDEV OBAMA İLƏ MÜNASİBƏT QURMAĞA ÜMİD EDİR | Medvedyev Qərb çevrələrində onun hakimiyyətdə formal fiqur olduğu, real hakimiyyətin isə baş nazir Vladimir Putinlə onun nəzarət etdiyi parlamentdə olması haqda şübhələrə toxunaraq deyib ki, Rusiyada hakimiyyət prezidentin əlindədir. Onun bildirdiyinə görə, Konstitusiya prezidentin parlamentdən çox hakimiyyət səlahiyyə... |
43,049 | 17.11.2008 09:40 | İdman | RƏCƏBOV UDUZMAQLA YIĞMAMIZI ÇƏTİN VƏZİYYƏTƏ SALDI | Komandamız Qədir Hüseynovun qələbəsi sayəsində rüsvayçılıqdan qurtulub. Kişilərdən ibarət komandamız hazırda 5 xalla 10-cu yerdədir.Qadınlarımız isə 4 xalla 25-ci pillədə qərarlaşıb. 4-cü turda kişi komandamız ABŞ-la, xanımlarımız isə Almaniyanın ikinci komandası ilə mübarizəyə çıxacaq. Qeyd edək ki, 11 turdan ibarət y... |
43,054 | 18.11.2008 07:42 | Kriminal | AXTARIŞDA OLAN İŞ ADAMI TUTULDU | İlkin araşdırmalar zamanı onun bizneslə məşğul olduğu müəyyənləşib. Faktla bağlı araşdırmalar davam etdirilir. |
43,441 | 25.11.2008 02:37 | Gündəm | İLHAM ƏLİYEV İTALİYAYA GEDİR | Səfər çərçivəsində ikitərəfli sənədlərin imzalanacağı gözlənilir. |
43,027 | 17.11.2008 10:50 | Müsahibə | “MİTİNQ ÜÇÜN DARIXMIŞAM” | Təkcə ölkədə yox, elə onun həyatında da. Ancaq dəyişməyən bir şey varsa, o da özü demişkən, meydan sevgisi, meydan məhəbbətidir. Millət vəkili, xalq şairi, VHP və DAK sədri Sabir Rüstəmxanlıdır həmsöhbətimiz. “O tribuna bizimdir” Azadlıq meydanındakı tribunanın qapısını qıfıllamışdılar. Bu səbəbdən yarım metrlik səddin... |
43,028 | 17.11.2008 11:01 | Müsahibə | “İLK DƏFƏ 16 YAŞIMDA ERMƏNİ ÖLDÜRMÜŞƏM” | Həyatlarının böyük hissəsini, gəncliklərini vətənlərinə sərf edən, min bir əzaba qatlaşan, lakin haqq bildikləri yoldan çəkinməyən bu qəhrəmanlar çox zaman arxa planda olurlar. Onlardan, təmənnasız olaraq millətə xidmət edən gənclərdən biri də Kənan Hacıəkbəroğludur. Tanınmayan qəhrəmanımızın doğrudan da çox kəşməkəşli... |
43,030 | 17.11.2008 07:06 | Dünya | DÜNYA MALİYYƏ DÜZƏNİ DƏYİŞİR | Sammitdə qəbul edilən qərara görə risklərə meylli olan investisiya fondlarının və bankların fəaliyyətləri dövlət tərəfindən ciddi nəzarətə alınacaq. Ümumiyyətlə, bundan sonra heç bir maliyyə institutu dövlətin nəzarəti olmadan fəaliyyət göstərə bilməyəcək. Həmçinin fəaliyyət planı Beynəlxalq Valyuta Fondunun və Avropa ... |
43,032 | 17.11.2008 10:16 | Yaşam | “XƏRÇƏNGİN TAM MÜALİCƏSİNDƏN DANIŞMAQ TEZDİR” | Tibb elmləri doktoru, professor Adil Qeybulla isə xərçəng geninin müəyyənləşdirilməsini elmi nailiyyət saysa da, bunun tezliklə xəstəliyin kökünün kəsilməsinə gətirəcəyi ilə bağlı fikirləri bölüşmür: “İş ondadır ki, bədxassəli şişlərin geninin müəyyən olunması indiyədək həllini tapmayıb. Xərçəng bədxassəli şişlərin bir... |
43,033 | 17.11.2008 08:21 | Yazarlar | ARMUD KİMİ ŞİRİN AZADLIQ | Hərdən adama elə gəlir ki, o hərəkat da olmayıb, o adamlar da, o meydan da, heç ermənilərin kəsmək istədiyi o tək armud ağacı da. Azadlıq da armud kimiymiş, yedik - qurtardı...20 il əvvəl başqa Azərbaycan vardı. Ruhu və insanları ilə, meydanı və əzmkarlığı ilə fərqli bir Azərbaycan. Yalanı yoxdur, o meydanda da Azərbay... |
43,034 | 17.11.2008 08:24 | Ölkə | “SEÇKİ QURTARDI, PROBLEMLƏR İSƏ YERİNDƏ QALIR” | Digər tərəfdən, təmirə dayanmış magistral yollarda işlər başa çatdırılmayıb. Hökumət hələ ilin əvvəlindən sərnişindaşınmada vəziyyətin yaxşılaşdırılacağını, xəttə yeni avtobuslar buraxılacağını vəd etsə də, bu sahədə də ciddi dəyişikliklər yoxdur. Havalar bir qədər yağmurlu keçən kimi Bakıda avtobus qıtlığı yaranır, av... |
43,035 | 17.11.2008 09:25 | Dünya | MEDVEDEV OBAMA İLƏ MÜNASİBƏT QURMAĞA ÜMİD EDİR | Medvedyev Qərb çevrələrində onun hakimiyyətdə formal fiqur olduğu, real hakimiyyətin isə baş nazir Vladimir Putinlə onun nəzarət etdiyi parlamentdə olması haqda şübhələrə toxunaraq deyib ki, Rusiyada hakimiyyət prezidentin əlindədir. Onun bildirdiyinə görə, Konstitusiya prezidentin parlamentdən çox hakimiyyət səlahiyyə... |
43,036 | 17.11.2008 09:25 | Media | “ÖZÜMDƏ YENİ TELEKANAL AÇMAĞA GÜC HİSS EDİRƏM” | Son bir il ərzində çoxlu sayda yeni təşkilatlarla əməkdaşlıq etdiklərini deyən V.Mahirqızı xeyli layihələr həyata keçirdiklərini və analitik materiallarının sayını artırdıqlarını da vurğulayıb. Baş redaktor həmçinin agentlik əməkdaşlarının məvacibini iki dəfə artırmalarını da son bir ildəki irəliləmə kimi vurğulayıb. M... |
43,037 | 17.11.2008 09:27 | Media | 10 SAYLI HƏBSXANA “CƏNNƏT”dir? | Maraqlıdı, hər iki həbsxana arasındakı fərq bu qədərmi böyükdür? Hüquq müdafiəçiləri keçirdikləri monitorinqdə və apardıqları araşdırmada bu fərqi görüblərmi? Hüquq müdafiəçisi Çingiz Qənizadə bildirdi ki, hazırda 14 saylı cəzaçəkmə müəssisəsində yoxlama aparılır. Mirzə Sakitlə bağlı baş verən təxribatdan sonra başlana... |
43,038 | 17.11.2008 09:30 | Media | XANIM JURNALİSTİ İĞTİŞAŞ SALMAQDA İTTİHAM EDİRLƏR | Qulaminin hansı ittihamla həbs olunduğu bəlli deyil. İki ay əvvəl Təbriz İnqilab Məhkəməsinin 1-ci Şöbəsi Qulamiyə dövlət quruluşuna qarşı təbliğat ittihamı ilə 6 ay həbs cəzası vermişdi. Qulami hökmdən apellyasiya şikayəti verib. Hökmün qüvvəyə minməsi üçün ona apellyasiya məhkəməsində baxış başa çatmalıdır. Bunları “... |
43,039 | 17.11.2008 09:28 | Ölkə | BƏRDƏ SEL ALTINDA QALA BİLƏR | Xatırladaq ki, artıq iki aydır ki Sərsəng su anbarını lildən təmizləyən ermənilər bu müddət ərzində bəzi hallarda çaya normadan artıq su buraxır.Bərdə Rayon Fövqəladə Hallar Komissiyasının yaydığı məlumatda isə bildirilir ki, ötən gün bu hədd saniyədə 40 kubmetr olub. Nəticədə çay Bərdə şəhərinin girişində sahilin 15 m... |
43,040 | 17.11.2008 08:28 | Ölkə | ŞİMAL SƏRHƏDİNDƏ DƏHŞƏTLİ TIXAC YARANIB | Bu arada Xaçmaz Gömrük İdarəsi Samur Gömrük Keçid Məntəqəsinin rəisi Hüseyn Məsimov anspress-ə bildirib ki, Rusiya tərəfinin piyada keçidini bağlaması qonşu ölkənin keçid məntəqəsində kompüter sistemində yaranmış texniki problemlərlə bağlıdır. Hələlik Azərbaycandan Rusiyaya keçmək istəyən piyadalar və minik avtomobillə... |
43,042 | 17.11.2008 09:35 | Gündəm | QAFQAZ HAQDA MİSİLSİZ KİTAB | Burada qırxadək öyrənilməsi müsibətli dərəcədə çətin olan dil danışılır. Üstəlik ən çətini budur ki, bu pərakəndə insanların pərakəndə də tarixləri var. Onlardan yalnız ikisi, gürcülər və ermənilər - bəziləri bura azəriləri də aid edə bilərlər - tarixi yazılacaq dərəcədə dövlətçilik tarixinə malik olub”. Bu sözləri “Th... |
43,043 | 17.11.2008 07:33 | Ölkə | LÖKBATANDAKI “BİNƏ” BAZARI MÜBAHİSƏSİ BİTMİR | Lakin bu bazarda ticarətlə məşğul olan sahibkarlardan biri dünən redaksiyamıza zəng vuraraq K.Məmmədovanın düz danışmadığını, yarmarkanın heç də tam hazır olmadığını deyib. Onun sözlərinə görə, televiziyalarda göstərilən kadrlar bazarın cüzi bir hissəsini əhatə edir: “Yerdə qalan hissələrində isə vəziyyət bərbaddır. He... |
43,044 | 17.11.2008 09:31 | Kriminal | BAYKER AVTOQƏZADA ÖLDÜ | MOSKVADA AZƏRBAYCANLILARIN İŞTİRAKI İLƏ KÜTLƏVİ DAVAMoskvanın Poteşnaya küçəsində P.B.Qanuşkin adına 4 saylı Ruhi-Əsəb Dispanserinin həyətində dava düşüb. Yerli sakinlər arasında azərbaycanlıların da olduğu dispanseri təmir edən fəhlələr arasında gecə saat 2 radələrində baş vermiş toqquşmada 12 nəfər müxtəlif dərəcəli ... |
43,045 | 17.11.2008 09:36 | Ölkə | ALİMLƏRİN BİNASI YENİDƏN EKSPERTİZADAN KEÇİRİLİR | Buna baxmayaraq dünən bir daha sözügedən mövzuya qayıtmaq qərarına gəldik və işin nə yerdə olması ilə maraqlandıq. Məlum oldu ki, artıq iki gündür Belarus Memarlıq və İnşaat Nazirliyinin mütəxəssislərindən ibarət komissiya alimlərin yaşadığı binada yoxlamalara başlayıb. Mütəxəssislərin dövlət tərəfindən dəvət olunduğun... |
43,046 | 17.11.2008 09:38 | Ölkə | XƏZƏRİN SAHİLİNİ “DİASPOR NAZİRİ”nin QARDAŞI ZƏBT EDİB | Dəniz sahilini zəbt edən şəxslər isə dəniz sahilini torpaqla doldurub və ərazidə şəxsi limanlar inşa ediblər. Əməkdaşlarımız adıçəkilən ərazidə olarkən dəniz sahilini əslən Naxçıvandan olan Hacı İbrahim adlı şəxs tərəfindən satıldığını öyrəniblər. Məqalə dərc ediləndən sonra redaksiyamıza çoxsaylı oxucu zəngləri daxil ... |
43,047 | 17.11.2008 10:39 | Astrologiya | ULDUZ FALI | QOÇ - Yaxşı olar ki, bu ərəfəni dini ayinlərə həsr edəsiniz. Əgər vaxtınızın çoxunu İlahiyə dualar etməklə başa vursanız, bunun savabı daha çox olacaq. Sevindirici hadisələr də gözlənilir. BUĞA - Bu qədər dözmüsünüz, bir az da səbr edin. Nəzərə alın ki, bu bayram günü sizə böyük sürprizlər vəd edir. Amma ulduzlar daha ... |
43,048 | 17.11.2008 09:40 | Yaşam | UÇAN EVLƏR... | Putinin muzey təyyarəsi... Rusiyanın keçmiş prezidenti, indiki baş nazir Vladimir Putinin İl-96-300 PU təyyarəsini İngiltərənin Diamonite Aircraft Furnishirngs kompaniyası hazırlayıb. Bu təyyarə barədə sözügedən şirkət tərəfindən birbaşa məlumat almaq mümkün deyil, çünki dövlət sirri sayılır. Yalnız müxtəlif mənbələri ... |
43,050 | 18.11.2008 07:32 | Astrologiya | ULDUZ FALI | QOÇ - Olduqca məhsuldar gündür. Üzərinizə düşən çoxsaylı vəzifələrdən qorxmayın. Əksinə, əzmkarlığınızı artırmaqla nəzərdə tutduğunuz işlərin həllini sürətləndirin. Səfərə çıxmayın. BUĞA - Son vaxtlar Göy qübbəsi əsəblərinizin qaydasında olmadığını göstərir. Bunu nəzərə alıb sakit bir guşəyə çəkilin. Ulduzlar bunun üçü... |
43,051 | 18.11.2008 07:59 | Gündəm | MÜĞƏNNİ RÖYA HƏBS EDİLƏ BİLƏR | Xatırladaq ki, adıçəkilən məhkəmədə səslənən ittiham aktına görə, narkodəstəyə Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamlının oğlu Mahir Mirsalamlı ilə Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun (Ali Məhkəmənin keçmiş sədri Südabə Həsənovanın qardaşı-red.) oğlu Yalçın Həsənov və xalq artisti İlhamə Quliy... |
43,052 | 18.11.2008 07:40 | Ölkə | PROKUROR ÖVLADLARINI MTN-də DÖYÜBLƏR? | “Həyətdə mənə 7-8 nəfər tanımadığım şəxslər hücum etdi. Onlar məni döyürdülər. Bunu qonşularımız da gördü. Başıma ”meşok" keçirib MTN-in istintaq təcridxanasına apardılar. Orada da məni döydülər. Bu yolla məndən istədikləri ifadələri aldılar". Yalçın Həsənov isə həbs olunarkən ona bir yumruq zərbəsi vurulduğunu, bundan... |
43,053 | 18.11.2008 07:42 | Siyasət | MÜSAVAT DİVANININ TOPLANTISI OLUB | Divan bu yaxınlarda Bakıda keçirilmiş Enerji Sammitinə münasibət bildirib. Qeyd olunub ki, neft və qaz boru kəmərləri təkcə iqtisadi deyil, eyni zamanda ciddi strateji siyasi əhəmiyyətə malikdir. Odur ki, bu sammitdə “Nabukko”, Odessa-Brodı və digər neft və qaz kəmərləri layihələrinin dəstəklənməsi ölkəmizin həm iqtisa... |
43,055 | 18.11.2008 08:02 | Gündəm | RAMİL SƏFƏROV AZƏRBAYCANA EKSTRADİSİYA OLUNA BİLƏR | Kinq Qents Ramil Səfərovun Azərbaycana verilməsi barədə məsələ qaldırılsa, onun Macarıstanda ciddi şəkildə müzakirə olunacağını vurğulayıb. Xarici işlər naziri qeyd edib ki, Səfərov vətəninə qaytarılsa, onun cəzasını çəkməkdə davam edib etməyəcəyi ilə bağlı ciddi şübhələr mövcuddur. |
43,056 | 18.11.2008 08:02 | Media | “MEDİA SAHƏSİNDƏ PLÜRALİZM OLMALIDIR” | O, Avropada belə bir təcrübə varmı" sualını belə cavablandırıb: “Belə bir Avropa standartı yoxdur ki, əcnəbinin radiostansiya açmasına və tezlik əldə etməsinə mane olsun. Bizim mövqeyimiz budur ki, media sahəsində plüralizmin olması vacibdir. Bu, azad mətbuat tarixi qısa olan ölkələrdə daha mühümdür. Belə bir vəziyyətd... |
43,057 | 18.11.2008 07:03 | Mədəniyyət | ZEYNƏB XANLAROVANIN ANSAMBLINDA QALMAQAL | A.İsrafilov onu da deyib ki, bu addımı atmasının başqa səbəbləri də var: “Mən bu problemlərin nədən ibarət olduğunu açıqlamayacağm. Sadəcə, onu bildirirəm ki, artıq o ansamblda çalışmıram. Problemlərin nədən ibarət olduğunu ansamblın üzvlərindən soruşsanız, deyərlər. Ansambldan ayrılmağımın əsl səbəbini heç həyat yolda... |
43,058 | 18.11.2008 08:04 | Ölkə | BAKIYA QAR YAĞACAQMI? | Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Quba ərazi Hidrometeorologiya İdarəsi yaydığı məlumatda bildirib ki, rayonun Xaltan, Xınalıq və Qırız kəndlərində qar daha intensiv xarakter alıb və -6-7 dərəcə şaxta qeydə alınıb. Həmin vaxt Azərbaycanın dağlıq və dağətəyi rayonlarında yağan yağışları sulu qar əvəz edib... |
43,059 | 18.11.2008 07:10 | Gündəm | SAAKAŞVİLİDƏN AZƏRBAYCANLA BAĞLI SENSASİON AÇIQLAMA | Onun sözlərinə əsasən, Rusiya Azərbaycan üzərinə nəhəng təzyiqlər edərək, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz sülhməramlı qüvvələrini bu ölkədə yerləşdirmək istəyir. Xəbərdə deyilir ki, Rusiya-Gürcüstan münaqişəsindən sonra Moskva kəskin şəkildə özünün Azərbaycan-Ermənistan münaqişəsindəki vasitəçilik səylərini ... |
43,060 | 18.11.2008 07:13 | Gündəm | BAKI SAMMİTİNİN YENİ DETALLARI ÜZƏ ÇIXIR | Diplomatik mənbələrdən bunu qəzetə belə izah ediblər ki, Azərbaycan rəhbərliyi Moskvanın Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda göstərdiyi təzyiqlərə görə sammitdə Rusiyanı qıcıqlandıracaq qərarların qəbulunu istəmir. Bu baxımdan sammitin yekun bəyannaməsinin mətni ümumi məzmunlu ifadələrlə hazırlanıb. Beləliklə... |
43,061 | 18.11.2008 07:13 | Gündəm | “LABA” İLƏ VASİF TALIBOVUN DÜŞMƏNÇİLİYİ NECƏ BAŞLAYIB? | Xatırladaq ki, Səfər Pənahov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun əmri ilə həbs edilmişdi. Bəs görəsən, Pənahovla Talıbovu düşmən edən nədir, hansı bölünməzlərdir? Səfər Pənahov niyə həbs edilmişdi?Oxucuya aydın olsun deyə bu düşmənçiliyin tarixinə qayıtmaq istərdik. *** Naxçıvanla Türkiyə ... |
43,062 | 18.11.2008 07:13 | Gündəm | SƏRKİSYAN ONU TƏNQİD EDƏNLƏRƏ QƏZƏBLƏNDİ | Ərdoğanın fikrincə, Moskvada Rusiya, Ermənistan və Azərbaycan prezidentləri arasında aparılmış danışıqlar problemin həlli istiqamətində atılan mühüm addım olub. “Biz prezidentlərin növbəti görüşünün Türkiyədə keçirilməsini təklif etmişik”, - deyə Ərdoğan bildirib.Xəbər verildiyi kimi, Azərbaycan və Ermənistan prezident... |
43,063 | 18.11.2008 07:17 | Gündəm | PKK ORDU GENERALINA SUİ-QƏSD HAZIRLAYIR | Məlumata görə, sui-qəsd planı haqda xəbər alındıqdan sonra silahlı qüvvələrin Baş Qərargahı, Daxili İşlər Nazirliyi və Ankara valiliyi hərəkətə keçib. Məlum olub ki, sui-qəsdi həyata keçirəcək terrorçular A-4 plastik partlayıcıları ilə artıq Türkiyəyə daxil olub, onlar diqqətləri cəlb etməmək üçün ər-arvad, yaxud sevgi... |
43,064 | 18.11.2008 07:59 | Gündəm | “MEYDAN HƏRƏKATI XALQIN TARİXİNDƏ ŞƏRƏFLİ SƏHİFƏLƏR YAZDI” | Müsavat Partiyasının başqanı İsa Qəmbər 1988-ci il noyabrın 17-də başlamış meydan hərəkatının xalqın tarixinə şərəfli səhifələr yazdığını qeyd edib. O, hərəkatın önündə milli istiqlal, ərazi bütövlüyü kimi məsələlərin həll edilməsinin durduğunu deyərək, istiqlal məsələsini həll etdiyini vurğulayıb. Müsavat lideri, buna... |
43,065 | 18.11.2008 08:09 | Gündəm | LİVİYA SƏFİRLİYİ SİYAVUŞ NOVRUZOVUN CAVABINI VERDİ | Birincisi, cənab Novruzovun sözlərindən təəccüblənir və təəssüf edirik. Belə ki, parlamentin və Yeni Azərbaycan Partiyasının üzvünün iki İslam ölkəsini - biri Asiya qitəsində, digəri isə Afrika qitəsində yerləşən ölkələri bir- birindən ayıra bilməməsi onun dünya coğrafiyasını, Liviyanın harada yerləşdiyini yaxşı bilməm... |
43,066 | 18.11.2008 07:03 | Siyasət | MİLLİ MÜQAVİMƏT HƏRƏKATI BƏRPA EDİLİR | “Azərbaycanın bütün demokratik, vətənpərvər ictimai-siyasi spektrinin təmərküzləşdiyi Milli Müqavimət Hərəkatı bərpa olunmalı və hamının bir arada olduğu model tapılmalıdır. Milli Müqavimət Hərəkatının yaranması siyasi təmərküzləşmənin həll variantıdır. Bu variant Elçibəy tərəfindən qoyulmuşdu və onu bərpa etməkdən baş... |
43,067 | 18.11.2008 07:07 | Siyasət | MÜSAVAT ƏTRAFINDA SEÇKİ BLOKU YARADILIR | Onun sözlərinə görə, vaxtilə “Bizim Azərbaycan” blokunda birləşmiş 9 partiyanın sədri iki gün əvvəl Müsavat Partiyasının başqanı İsa Qəmbərlə görüşüblər. Geniş müzakirələrdən sonra seçki blokunun yaradılması məqsədəuyğun hesab edilib. B.Quliyev seçki blokunun 2009-cu ildə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı yarad... |
43,068 | 18.11.2008 07:07 | Siyasət | MÜSAVATDAN ADP SƏDRİNƏ CAVAB GƏLDİ | ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, partiyası mövqeyini dəyişmək fikrində deyil: “Arif Hacılı mövqeyimizi dəyişəcəyimizə ümid etməsin. Bizim belə bir niyyətimiz yoxdur. Biz öz mövqeyimizi bəyan etmişik və bu mövqedə də qalacağıq. Onlar özləri özləri ilə əməkdaşlıq etsinlər”.S.Cəlaloğlunun bu cavabını əsas tutaraq A... |
43,069 | 18.11.2008 07:22 | Siyasət | HƏRƏKAT LİDERLƏRİ BİR ARAYA GƏLDİ | Qeyd edək ki, iki il öncəyə qədər 17 noyabr rəsmi dövlət baramı kimi qeyd olunurdu. Ölkə hakimiyyəti qısqanclıq nümayiş etdirərək demokratik düşərgənin Azərbaycan uğrunda etdiyi fədakarlıqları yaddaşlardan silməyə çalışır.Hakimiyyətin mövqeyi bəllidir. Bəs hərəkatda yaxından iştirak etmiş şəxslər bu günü necə qeyd etdi... |
43,070 | 18.11.2008 07:57 | Siyasət | “MƏN ÖZ İŞİMİ GÖRMÜŞƏM” | Meydan hərəkatının əsas qəhrəmanı olan “azadlıq aşiqi” Nemət Pənahlı bugünlərdə də heç yerdə gözə dəymədi. Dünən Nemət bəyə telefon açıb Dirçəliş Gününü necə qeyd etməsi, 20 il öncəni necə xatırlaması barədə suallar vermək istədik. Ancaq o, israrla hər hansı açıqlama verməyəcəyini bildirdi: “Son günlər qəzet, televiziy... |
43,071 | 18.11.2008 07:00 | Ölkə | ƏNVƏR ƏLİYEV MEYDAN HƏRƏKATI HAQDA KİTAB YAZIB | “Tariximiz üçün bu kitab son dərəcə vacibdir. Təəssüf ki, 1997-ci ildən hazır olan kitabı maliyyə problemi ucbatından çap etdirə bilmirəm. Çox arzu edirdim ki, heç olmasa meydan hərəkatının 20 illiyində çap etdirim. Maliyyə olmadı. 1989-cu ildə ABŞ-da çıxan nüfuzlu bir neçə jurnalda Azərbaycan xalqı dünyada ”ilin xalqı... |
43,072 | 18.11.2008 07:20 | Ölkə | SAHİBKARLARDAN BİR İLLİK “HAQQ” YIĞILIR | Bu barədə redaksiyamıza adının çəkilməsini istəməyən iş adamı məlumat verib. Mənbənin sözlərinə görə, ticarətçilərin obyektlərində peyda olan vergiyığanlar heç bir səbəb olmadan onlardan külli miqdarda pul tələb edirlər: “Kiçik dükanlardan 5-10 min manat, nisbətən böyüklərdən, o cümlədən topdansatış mərkəzlərindən isə ... |
43,073 | 18.11.2008 07:51 | Ölkə | “KÜVEYTİN AYIRDIĞI VƏSAİT TİKİNTİYƏ SƏRF OLUNDU” | Şeyx bu vaxta qədər bir dəfə İslam İnkişaf Bankının QMİ-yə 132 min dollarlıq çek yazdığını və həmin vəsaitə inzibati bina tikildiyini deyib: “Onlar pulun hara xərcləndiyini dəfələrlə yoxlayıblar. Bir dəfə də Küveyt tərəfi ilə Azərbaycanda universitet tikmək üçün sənəd imzaladıq. Bakıda müvafiq nazirlik bizə yer ayırdı,... |
43,075 | 18.11.2008 07:55 | Ölkə | “FƏRARİ” ADLANDIRILAN ƏSGƏRİMİZ DÖYÜŞDƏ ŞƏHİD OLUB | “Bu zaman o, düşmənin iki əsgərini məhv edib, sonda isə özü həlak olub”. E. Sabiroğlu deyib ki, əldə olunan məlumata görə, düşmən öz hərbçilərinin meyitini aparsa da, O. Şəmilovun meyiti Ermənistan Silahlı Qüvvələrinin mövqelərinə yaxın ərazidə qalıb: “İndi Müdafiə Nazirliyi əsgərimizin meyitini götürmək üçün tədbirlər... |
43,076 | 18.11.2008 08:18 | Ölkə | VASİF TALIBOV ÖZÜNƏ PUL FONDU YARADIB | Bu barədə əməkdaşımıza muxtar respublikadakı mənbəmiz xəbər verib. Mənbənin dediyinə görə, kəndlərdə təqaüdünü və sosial yardımı almaq üçün qol çəkən şəxslərdən nəzərdə tutulan 5 manatı saxlamağa problem yoxdur. Naxçıvan şəhərində, habelə NMR-in digər rayon mərkəzlərində quraşdırılmış bankomatlarda isə xüsusi adamlar o... |
43,077 | 18.11.2008 07:22 | Dünya | OBAMA “ƏL-QAİDƏ”nin KÖKÜNÜ KƏSƏCƏYİNİ BİLDİRİR | Yeni prezident deyib ki, indi onun vəzifəsi mümkün qədər tez bir müddətdə yeni administrasiyanın milli təhlükəsizlik məsələləri ilə məşğul olan blokunu formalaşdırmaqdır. Çünki hakimiyyətin bir komandadan digərinə keçməsi dövrü terror aktlarını həyata keçirmək üçün münasib hesab olunur: “Biz əmin olmaq istəyirik ki, iş... |
43,078 | 18.11.2008 07:25 | Dünya | ALMANİYADA İLK DƏFƏ TÜRK PARTİYA SƏDRİ OLDU | Özdəmir partiyanın qurultayında 79,2 faiz səs toplayaraq öz postunu qoruyub saxlayan Klaudiya Rotla bərabər partiyanın həmsədri olub. “Mən elə bir cəmiyyətdə yaşamaq istəyirəm ki, haradan gəlməsindən asılı olmayaraq hamının eyni imkanları olsun”, - deyə Özdəmir çıxışında bildirib. Cem Özdəmir 1965-ci ildə Şvabriyada do... |
43,079 | 18.11.2008 07:27 | Dünya | HİLLARİ KLİNTONUN DÖVLƏT KATİBİ OLMASI QƏTİLƏŞİR | “Biz onun qələbə qazanmasından çox şadıq, əminik ki, o, yaxşı işləyəcək”. Keçmiş prezident deyib ki, xanımı Obama ilə tez-tez telefonla danışır, lakin bu söhbətlər zamanı onun dövlət katibi təyin olunması ilə bağlı təklifin olub-olmadığını bilmir.Hillari Klintonun dövlət katibi təyin olunacağı haqda xəbərlər ötən həftə... |
43,080 | 18.11.2008 07:19 | Kriminal | EKSTAZİ NARKOTİKDİR, YA YOX? | Sonuncu prosesdə Y.Həsənov ekstazi qəbul etdiyini, bu həbin narkotik olmadığını bildirmişdi. Demişdi ki, tərəfsiz ekspertiza keçirilsə, onlardan götürülən ekstazi həblərinin tərkibində Azərbaycanda dövriyyəsi qadağan olunmuş narkotik müəyyən olunmayacaq. O, ofisindən götürülən həblərin yalnız güclü stimulyator olduğunu... |
43,081 | 18.11.2008 07:23 | Kriminal | AZƏRBAYCAN QADINLARINI YUNAN ADALARINDA SATAN MAFİYA ÇÖKDÜRÜLÜB | Əməliyyat eyni zamanda 43 nöqtədə aparılıb. Bildirilir ki, əməliyyat zamanı saxlanılan qadınlardan biri onları çəkən televiziya müxbirlərini söyərək“ yaxşı çəkin, gözəl görünək, onsuz da gözəlik, siz də çəksəniz reklamımız olar. Bu işdən pul qazanırıq, sizə nə” - deyə qışqırıb. Məlumata görə, əməliyyat zamanı saxlanıla... |
43,082 | 18.11.2008 07:03 | Müsahibə | “HƏLƏ VAXTI DEYİL” | Ancaq nədənsə, əksini müşahidə etməkdəyik. Belə ki, konstitusiya dəyişiklikləri təşəbbüsü ilə çıxış edən YAP-ın icraçı katibinin müavini, deputat Siyavuş Novruzovun təklifi hələlik öz partiyadaşları tərəfindən də təqdir olunmayıb. Elə YAP-da bu məsələnin müzakirəyə çıxarılmaması da təklifə münasibətin göstəricisidir. S... |
43,083 | 18.11.2008 07:06 | Mədəniyyət | FAİQ AĞAYEV ƏMƏLİYYAT OLUNUB | Lakin gərgin iş rejimi buna imkan vermirdi. Nəhayət, bu il avqustun 17-də Bakıda peşəkar göz cərrahı Xəlil Hüseynova səhhətimi etibar edərək, əməliyyat olundum. Bu cərrahiyyə əməliyyatı nəticəsində fəsad kimi gözlərimin ətrafındakı dəri gərilmişdi. Elmi dildə buna müvəqqəti hiperkorreksiya deyilir. Məhz bu səbəbdən neç... |
43,084 | 18.11.2008 07:22 | Mədəniyyət | ƏLİ MİRƏLİYEV QADIN MÜĞƏNNİLƏRİ SUÇLAYIR | “Əli Mirəliyev qəsdən ortalığa atılmış fiqurdur. Biz kişilərin xanımları əxlaqsızlıqda ittiham etməyə ixtiyarımız yoxdur. Xüsusən üzdə olan, Azərbaycanı təmsil edən xanımlar barəsində belə fikirlər səsləndirmək ağıldankəmlik əlamətidir, öz-özünü baltalamaqdır. Gərək Əli Mirəliyev bundan sonra danışanda çox korrektəli o... |
43,085 | 18.11.2008 08:01 | Yazarlar | BÖYÜK PARADOKSUN ŞƏKLİ | Söhbət 20 illiyi tamam olan Meydan Hərəkatından, onun dekabrın 5-də (1988-ci il) dağıdılan mitinqindən və Artur Rasizadənin “tarixi əməyi”ndən gedir. Bu gün həmin adam, yəni tariximizə və siyasi təqvimimizə Dirçəliş Günü kimi düşən hərəkatın dağıdılmasına rəhbərlik edən şəxs artıq baş nazirin müavini deyil, baş nazirdi... |
43,086 | 18.11.2008 07:56 | Yazarlar | JANRI BƏLLİ OLMAYAN ŞÜKRANLIQ | Ümumiyyətlə, elə yazılar və əsərlər var ki, onların janrı olmur. Onlar təcrübədə rast gəldiyimiz, nəzəriyyələşdirilmiş janr və formalara uyğun gəlmir. Üstəlik, bu əsərin niyə məhz o cür yazıldığına heç cür izah tapa bilmirsən. İkinci belə bir yazının olacağına da inam olmur. Yeni janr da saya bilmirsən. Əgər onu novato... |
43,087 | 18.11.2008 07:04 | Yazarlar | NAPOLEON,NEMƏT PƏNAHLI, RASİZADƏ... | Amma əgər cəmiyyət də fizika qanunları ilə idarə edilsəydi, indi bizdə vəziyyət ayrı cür idi. Tutalım, neftli Norveçdəki, ya da neftsiz Fransadakı kimi. Çünki bizim nağılbaz cəmiyyətdə hər kəs özlüyündə Nyutondan da şanslıdır. Min illərdir hər nağıldan sonra başına göydən üç alma düşən camaatımız adam kimi yaşamağın ca... |
43,088 | 18.11.2008 07:01 | Yazarlar | KOD ADI “OBAMA” | İkinci xeyrim isə bu oldu: İqtisadiyyat İnstitutu mənə başa saldı ki, elmlər cərgəsində... iqtisadiyyat adında bir elm yoxdur. Tam ciddi sözümdür. İstənilən iqtisadçı ekspertlə mübahisəyə girərəm, sübut edərəm ki, iqtisadiyyat elmi adına öyrədilən hər şey tam cəfəngiyyatdır. Elə son qlobal iqtisadi böhran bunun yekə sü... |
43,089 | 18.11.2008 07:15 | Yazarlar | ARAQ ŞÜŞƏSİNDƏKİ QARABAĞ | Polemika uzun çəkdi və Elçibəy sonda yenə hövsələdən çıxdı: “Bilirsinizmi, bu Qarabağ məsələsi rus üçün araq butılkası deyil e, cibinə qoyub aparıb içsin...”Bəy bunu o qədər dərin bir inamla dedi ki, ətrafdakıların hamısının sanki ruhu rahatlandı. Bu fikir yaddaşımdan çox mühüm bir informasiya kimi uzun müddət silinməd... |
43,090 | 18.11.2008 07:26 | Yazarlar | VASİTƏÇİNİN ƏRƏBCƏ QƏLƏTLƏRİ | Xülasə, amerikalı diplomat ərəbcə “qələt”lərini davam etdirir. Çünki Qarabağla bağlı Azərbaycanın xeyrinə olan analoji fikirlər ABŞ hökumətinin qat-qat yüksək çinli təmsilçilərinin, o cümlədən bu yaxınlarda Bakıda səfərdə olmuş Con Neqroponte və vitse-prezident Dik Çeyninin dilindən də səslənib. Bəs Brayzanı vaxtaşarı ... |
43,091 | 18.11.2008 07:53 | Yazarlar | 6 İL ÖNCƏ, BU GÜN | Həmin gün gənc jurnalist kimi dövlət başçısı Heydər Əliyevə bəzi sualları ünvanlayıb, üzbəüz cavab aldığıma görə təbii ki, sevinmişdim. Özü də o vaxt çox çətin günlərimizi yaşayırdıq; düzdür, ən kritik anlarımızda Heydər Əliyev redaktorları yığıb, onlarla danışmış, iqtidardakı irticaçı məmurları üzərimizdən xeyli geri ... |
43,092 | 18.11.2008 07:04 | Oxucu poçtu | “QARALOV SAXTAKAR İŞÇİLƏRİN ƏLİ İLƏ MƏNİ İŞDƏN UZAQLAŞDIRDI” | T.Bünyadova yazır ki, rəhbərlik onun fəaliyyətində nöqsanlar tapmadığı halda başqa işçilərin saxtakar fəaliyyətindən istifadə olunub. Şikayətçi işinə bərpa olunmaq üçün ona rəhbərlikdən müraciət edildiyini yazır, amma qəribədir ki, o, bu təklifi qəbul etməyərək, onu işdən uzaqlaşdıranların çıxarılmasını tələb edir: “Mə... |
43,093 | 18.11.2008 07:05 | Oxucu poçtu | “NAZİM QULİYEV HƏBS OLUNMASA, BU DÖVLƏT ÜÇÜN ETDİKLƏRİMƏ HALALLIQ VERMƏYƏCƏM” | Müsahibimiz öncə N.Quliyevin anasının bəzi mətbuat orqanlarında oğlunun öldürülmə ehtimalı ilə bağlı dediklərinə münasibət bildirdi: “Üzümü onun anasına tutub deyirəm ki, belə şərəfsiz oğulu doğan adam necə xalq qarşısında söz deməlidir? Nazim uzun müddət Azərbaycanın yolunda can qoyan xanımları təhqir edib, reketçilik... |
43,094 | 18.11.2008 07:14 | İqtisadiyyat | BU İL DÖVLƏT XƏRCLƏMƏLƏRİ 5 MİLYARD MANAT TƏŞKİL EDİB | Nəzərə çatdıraq ki, Oğuzdakı körpüyə büdcədən 1 milyon manat vəsait ayrılıbmış. Ümumiyyətlə, istər büdcə, istərsə də xarici kreditlər hesabına yol-körpü layihələrinə külli miqdarda vəsait xərclənir. Məsələn, ötən il təsdiq olunan büdcədə 2,8 milyard manatlıq dövlət xərcləmələri nəzərdə tutulurdusa, artıq bu ilin ortası... |
43,095 | 18.11.2008 07:24 | İqtisadiyyat | DEKABRDA ƏT VƏ ƏT MƏHSULLARI BAHALAŞA BİLƏR | İqtisadçı ekspert Vüqar Bayramov da deyir ki, son günlər bir sıra ərzaq məhsullarının qiymətində azalmalar baş verir. Bu da birbaşa dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə bağlıdır: “Xüsusən ərzaq məhsullarının dünya bazar qiymətləri aşağı düşüb. Son bir ayda dünya bazarında ərzaq məhsulları 15 faiz ucuzlaşıb... |
43,096 | 18.11.2008 07:26 | İqtisadiyyat | BAKIDA DAŞINMAZ ƏMLAK BAZARI GÜNÜ-GÜNDƏN “ÖLÜR” | MBA Konsaltinq Qiymətləndirmə Şirkətinin eksperti Faiq İbrahimov deyir ki, çoxlu sayda alqı-satqı agentlikləri ümumiyyətlə fəaliyyətlərini dayandırıb: “Problem alıcının olmamasındadır”. Bazar üzrə ilkin nəticələrə gəlincə, F.İbrahimov deyir ki, alıcılar qiymətin daha artıq enəcəyini gözləyirlər. Satıcılar isə qiyməti 5... |
43,097 | 18.11.2008 07:14 | Media | QƏNİMƏT ZAHİD APELYASİYA MƏHKƏMƏSİNİ GÖZLƏYİR | Q.Zahid həyat yoldaşına deyib ki, əgər bir il ingilis dili ilə müntəzəm şəkildə məşğul olsa, onu yüz faiz mənimsəyəcək. Baş redaktor Ayəndə xanımdan istədiyi alman dilindəki kitabları da alıb: “Ona alman dilini ibtidai səviyyədə öyrənə biləcəyi kitabları apardım. O, bu dillə ingilis dili arasında paralellər aparacaq. Q... |
43,098 | 18.11.2008 07:29 | Gündəm | “QURDLAR VADİSİ”nin AZƏRBAYCANLA BAĞLI SENSASİON BÖLÜMLƏRİ ÇƏKİLƏ BİLƏR | Ssenariyə görə, Türkiyənin “Bordo beretlilər” adlanan xüsusi təyinatlı qüvvələrinin bölmələri PKK-ya qarşı əməliyyat üçün Dağlıq Qarabağda yerləşir. Lakin türk xüsusi təyinatlılarının Dağlıq Qarabağda yerləşməsi ABŞ və Rusiyanın Azərbaycanın işğal edilmiş əraziləri üzərindən həyata keçirdiyi bir çox çirkli fəaliyyətlər... |
43,099 | 18.11.2008 07:08 | Media | “QƏNİMƏT HƏFTƏSİ”nin QALİBLƏRİ BU GÜN MÜƏYYƏNLƏŞƏCƏK | Layihə çərçivəsində imzası tanınan jurnalistlərin Q.Zahidlə bağlı yazılarla çıxış etməsi nəzərdə tutulmuşdu. Artıq müsabiqə yekunlaşıb. Təşkilatın həmsədri Anar Niftəliyevin sözlərinə görə, müsabiqəyə imzası ilə tanınan çoxlu sayda jurnalist qatılıb. Bununla yanaşı, müsabiqədə iştirak etməyən ASİ üzvləri də həftə çərçi... |
43,100 | 18.11.2008 07:31 | Media | “YENİ ÜMİD” QƏZETİ NƏŞRƏ BAŞLAYACAQ | Gündəlik nəşr olunacaq mətbu orqan müxalif mövqeyi ilə seçiləcək. Qəzet partiyanın siyasi kursunu öz səhifələrində dəstəkləyəcək: “Bu baxımdan qəzetin partiya ilə yaxın əməkdaşlığı olacaq. Əsas hədəfimiz söz və mətbuat azadlığının inkişafına nail olmaqdır”. |
43,101 | 19.11.2008 06:06 | Media | KRAMER DÖVLƏT RƏSMİLƏRİ İLƏ NƏDƏN DANIŞIB? | O, “Azadlıq” radiosuna bildirib ki, bu radio təkcə Azərbaycanda yox, bütün dünyada çox böyük işlər görür: “Bizim müəyyən məsələlərdə narahatçılığımız var, xüsusilə də mətbuat azadlığı ilə əlaqədar. Həbsdə olan jurnalistlər və dekabrda xarici radiostansiyaların yayımının dayandırılması bizi narahat edən məsələlər idi. B... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.