id int64 43k 1.05M | date stringlengths 16 16 | category stringclasses 47
values | title stringlengths 1 19.1k ⌀ | text stringlengths 13 518k ⌀ |
|---|---|---|---|---|
43,102 | 19.11.2008 07:08 | Media | “QƏNİMƏT HƏFTƏSİ”nin QALİBLƏRİ MÜƏYYƏNLƏŞDİ | Bizə açıqlamasında ASİ-nin təsisçilərindən Seymur Həziyev bildirdi ki, artıq nominasiyalar üzrə qaliblər bəllidir. Amma müsahibimiz dedi ki, görüş iştirakçıları ilə ümumi müzakirələr nəticəsində bunların kimliyini hələlik açıqlamamağı qərarlaşdırıblar. S.Həziyevin sözlərinə görə, iştirakçılar həftə ərzində çıxan yazıla... |
43,103 | 19.11.2008 07:10 | Media | “SEÇKİ 2008“ KOALİSİYASI KİV-ləri DİPLOMLA TƏLTİF ETDİ | Müşahidə prosesi 13 avqust - 31oktyabr 2008-ci il tarixləri arasındakı müddəti əhatə edib. Monitorinqə dörd TV kanalı - AzTV, İTV, ANS və Lider, üç onlay resus - media forum, lent.az və 1news.az, doqquz qəzet - “Azərbaycan”, “Yeni Azərbaycan”, “İki sahil” (hər üçü hakimiyyətyönlü), “Azadlıq”, “Yeni Müsavat”, “Novoye vr... |
43,104 | 19.11.2008 06:10 | Media | “AZADLIQ” RADİOSUNA CİDDİ ƏNGƏL NAXÇIVANDAN BAŞLADI | Muxtar respublika Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İnternet şöbəsinin müdiri Vüqar Rəsulov bildirib ki, hər hansı bir veb-sayta müdaxilə etmək onların imkanları xaricindədir: “Problemlər yaşanırsa, bu, Bakı ilə bağlıdır”.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Müşfiq Əmirov isə deyib ki, y... |
43,105 | 19.11.2008 06:11 | Media | ABŞ DÖVLƏT KATİBİNİN KÖMƏKÇİSİ REDAKTORLARLA GÖRÜŞDÜ | Bu barədə bizə məlumat verən R.Arifoğlu söylədi ki, onlardan görüşdə səslənən məlumatlar, müzakirələrlə bağlı mediaya təfsilatlı bilgi verilməməsi xahiş olunub. Onun sözlərinə görə, qarşı tərəfin Azərbaycan hakimiyyətinin rəhbərliyi ilə görüşdən gəldikləri məlum olub: “Həmin görüşdə jurnalistlərlə, söz və mətbuat azadl... |
43,106 | 19.11.2008 06:16 | Gündəm | QARABAĞ DANIŞIQLARINDAN İKİ BƏD XƏBƏR | “Əgər bu məqamlar razılaşmada əksini tapmasa, Ermənistan müxalifəti onu tanımayacaq”-deyə Zurabyan bildirib.Ermənistanda hakim Respublika Partiyasından deputat Eduard Şarmazanov isə Moskva bəyannaməsinə imza atanlar arasında “DQR prezidenti”nin olmaması barədə davam edən tənqidlərlə bağlı deyib ki, bu formatda danışıql... |
43,107 | 19.11.2008 07:20 | Güney hadisələri | AZƏRBAYCANLI İRANIN DAXİLİ İŞLƏR NAZİRİ OLDU | “Media forum” saytının məlumatına görə, yeni nazir Sadıq Məhsuli İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində doğulub. Ticarət idarəçiliyi ixtisasına yiyələnib. İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) üzvü olub. Ölkənin varlı adamlarından biridir, “milyarder keçmiş sepahçı” kimi tanınır. Hakimiyyət daxilin... |
43,108 | 19.11.2008 07:20 | Gündəm | HAKİMİYYƏTLƏ NORVEÇ ARASINDA DİPLOMATİK QALMAQAL | Norveç tərəfinin bəyanatının real vəziyyəti əks etdirmədiyi və məsələnin yalnız Azərbaycanın qanunvericiliyi çərçivəsində həll olunacağı diqqətə çatdırılıb. Səfirə deyilib ki, Norveç tərəfi öz bəyanatlarında daha diqqətli olmalıdır, çünki bu kimi hallar ikitərəfli münasibətlərin inkişafına xələl gətirə bilər. |
43,109 | 19.11.2008 06:22 | Ölkə | VERGİLƏR NAZİRLİYİ SAHİBKARLARDAN “HAQQ” YIĞILMASINDAN DANIŞDI | Vergilər Nazirliyi mətbuat xidmətinin rəhbəri Fariz Səmədov bu yazı ilə bağlı redaksiya ilə əlaqə saxlayaraq rəsmi mövqelərini dərc etməyimizi xahiş etdi. O dedi ki, bütün növ vergi nəzarəti “Vergilər Nazirliyi haqqında əsasnamə” ilə nazirliyin səlahiyyətlərinə aiddir: “Vergi nəzarətinin həyata keçirilməsi kimlərdəsə n... |
43,110 | 19.11.2008 07:21 | İqtisadiyyat | DÖVLƏT BÜDCƏSİ NOYABRIN 25-də TƏSDİQLƏNƏCƏK | Onlardan bəzisi seçildiyi bölgənin problemləri ilə bağlı məsələnin həllini büdcə xərclərinə daxil etmək istəyirdi. Lakin belə olduqda, büdcənin pərsəngi pozular". Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli deyib. Komissiya sədri bildirib ki, büdcə məxariclə məd... |
43,111 | 19.11.2008 07:24 | Dünya | ABŞ QOŞUNLARINI İRAQDAN ÇIXARIR | Bağdadla Vaşinqton arasında saziş imzalanması İraqdakı şiə hərəkatının, Tehran və Dəməşqin ciddi narazılığına səbəb olub. İraq şiələrinin lideri Muqtəda əs-Sədr sazişin imzalanmasının qarşısını almaq üçün yeni hərəkat yaradacağını bəyan edib. |
43,112 | 19.11.2008 07:25 | Gündəm | TÜRKİYƏ PARLAMENTİNDƏ ORİJİNAL AKSİYA | Adının Mətin olduğu bildirilən 56 yaşlı bu şəxsin əlindəki bidonda benzin olduğu müəyyənləşib. O, yaxınlıqdakı polis idarəsinə aparılıb. İdarədə onun həyat yoldaşını və sevgilisini öldürdüyünə görə 23 il həbsdə yatdığı bəlli olub. Mətin həbsdən çıxdıqdan sonra iş tapa bilmədiyi üçün parlamentdə etiraz aksiyası keçirmək... |
43,113 | 19.11.2008 06:28 | Siyasət | YAP LİVİYA SƏFİRLİYİNİ QEYRİ-CİDDİLİKDƏ SUÇLADI | S.Novruzovun bu açıqlaması beynəlxalq skandala səbəb olub. Belə ki, Liviyanın ölkəmizdəki səfirliyi bu məsələ ilə bağlı redaksiyamıza məktub ünvanlayıb. Məktubda səfirliyin S.Novruzovun belə fikirlər səsləndirməsindən təəssüfləndiyi bildirilir. Həmçinin S.Novruzovun açıqlamasının iki ölkə arasında təməli mərhum Heydər ... |
43,114 | 19.11.2008 06:28 | Siyasət | YAP-ın QANUN LAYİHƏSİ YOXA ÇIXIB | Xatırladaq ki, YAP-ın hazırladığı layihədə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsində prezident seçkisinin nəticələrinin əsas götürüldüyü deyilirdi. Dövlət büdcəsindən maliyyələşmədə prezident seçkisinin nəticələrinin əsas götürülməsinin tərəfdarı kimi vitse-spiker Bahar Muradova və bir neçə YAP-çı deputa... |
43,115 | 19.11.2008 06:29 | Müsahibə | “AZƏRBAYCANDA CİHAD ETMƏK İSTƏYƏN QÜVVƏLƏR VAR” | - Küveytə niyə getmişdiniz? - Küveytə səfərimin məqsədi Məhəmməd Peyğəmbərin (s) müdafiəsi ilə bağlı keçirilən tədbirdə iştirak etmək idi. Lakin bəziləri bunu mənim ölkədən qaçmağım kimi qələmə verdi. Halbuki ölkədən qaçmağım üçün heç bir səbəb yoxdur. Mən öz işimi görürəm, məscid bağlı olsa da, fəaliyyətimi davam etdi... |
43,116 | 19.11.2008 06:30 | Müsahibə | “RÜSTƏM İBRAHİMBƏYOVA İTTİHAMLARIM SİFARİŞ İDİ” | - Nizami bəy, sizin Rüstəm İbrahimbəyovun məqaləsinə parlamentdəki ilkin reaksiyanız çox aqressiv tonlarla yadda qaldı. Hətta onu emosional, kobud və anlaşılmaz adlandıranlar da oldu, 37-ci ili xatırlatdığını deyənlər də... Nə ehtiyac vardı belə kəskin reaksiyaya? - Ehtiyac vardı. Mən ədəbiyyat tənqidçisiyəm. Ona görə ... |
43,117 | 19.11.2008 07:35 | Siyasət | 2005-də RƏSUL QULİYEVİN BAKIYA GƏLMƏSİNƏ MÜXALİFƏT MANE OLUB? | Həmin müxalifət hakimiyyətə şərait yaratdı ki, başqa yola əl atsın. Hakimiyyət də düşündü ki, əgər yüz minlərlə insan aeroporta gəlsə, bu, artıq dövlət çevrilişidir. Hakimiyyət də bundan istifadə elədi, aeroporta ordu yeritdi. Meydana yüz min nəfər çıxaracağına söz verən müxalifət liderləri isə ortaya heç yüz nəfər də ... |
43,118 | 19.11.2008 06:15 | Siyasət | ARİF HACILI İSA QƏMBƏRƏ TƏZYİQ EDİR? | “Başqan bu yolla həm də cəmiyyəti fəallaşdıracaqlarını düşünürmüş. Amma ötən bir ay göstərdi ki, prezident seçkiləri müxalifət düşərgəsindəki pessimizmi bir az da artırıb. Radikal mübarizə üsullarından imtina edənlərin sayı sürətlə artır. Bu isə ”Azadlıq" blokuna rəğbətin azalmasına gətirib çıxarır". Vurğulanır ki, Müs... |
43,119 | 19.11.2008 06:08 | Siyasət | MÜSAVAT RƏHBƏRLİYİ BLOK YARADILMASI XƏBƏRİNİ TƏSDİQLƏDİ | Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə “Azadlıq” blokunun qarşısına hər hansı blok çıxarmaq, alternativ yaratmaq fikrində olmadıqlarını bildirdi: “Müsavatın ətrafında yaradılacaq blokun məqsədinin guya hansısa müxalifət blokunun qarşısına güc çıxarmaq olduğu haqda iddialar əsassızdır. Bizim h... |
43,120 | 19.11.2008 06:25 | Siyasət | BU GÜN AMİP, GAMOH VƏ “DALĞA” BİR ARAYA GƏLƏCƏK | Xatırladaq ki, AMİP sədri Etibar Məmmədov iki ildir ki, Güney Azərbaycan Beynəlxalq Forumuna rəhbərlik edir. Qeyd edək ki, AMİP-in qərargahı Nəsimi rayonu, A.Mirqasımov küçəsi - 4 ünvanında yerləşir. |
43,121 | 19.11.2008 07:40 | Gündəm | TƏZYİQ VƏ TƏHDİD ALTINDAKI AZƏRBAYCAN | Qeyd edək ki, Rusiyanın sülhməramlı adı altında Azərbaycana əsgəri qüvvə yeritmək niyyəti barədə çoxdan danışılır və yazılır. Rəsmi mənbələr bunu təsdiqləməsə də, Moskva görüşünün yekununda Qarabağ bəyannaməsinin imzalanması Rusiyanın bu məsələdə təşəbbüsü ələ almaq cəhdinə və hansısa planlar qurmasına şübhə yeri qoyma... |
43,122 | 19.11.2008 06:40 | Yazarlar | SİYAVUŞ VƏ UZAQ LİVİYA SƏHRASI | Söhbətin nədən getdiyini qısaca açım. Deputatxanada dövlət büdcəsinin müzakirəsi gedirdi, YAP üzvləri ölkənin zırıltı inkişafından həmişəki kimi guruldayırdılar. Novruzov da orada söz almış, belə söyləmişdi: “İordaniya neftlə zəngin ölkədir, amma xalqı acından ölür, prezidenti çadırda yaşayır”. Qəzetimizin deputatxana ... |
43,123 | 19.11.2008 06:45 | Gündəm | “FASYE “PERSONA-NON QRATA” ELAN EDİLMƏLİDİR” | Hazırda Azərbaycan tərəfdən güclü qarşıdurma vəziyyətində olan Qarabağ xalqının təhlükəsizliyini Dağlıq Qarabağ və Ermənistan təmin edir” deməklə işğalçılığa bəraət qazandırıb. Üstəlik, həmsədrin “Qarabağ xalqı” adlandırdığı erməni separatçılarına ürək yanğısı ilə yanaşması da onun bundan sonrakı fəaliyyətində obyektiv... |
43,124 | 19.11.2008 07:43 | Dünya | BARAK OBAMA MİXAİL SAAKAŞVİLİYƏ ZƏNG EDİB | B.Obama həmçinin Türkiyə prezidenti Abdullah Gülə, Filippin, Yunanıstan, Kolumbya, İsrail və digər ölkələrin rəhbərlərinə, eləcə də Avropa Birliyinin yüksək çinli nümayədəsi Havyer Solanaya zəng edərək onu təbrik etdiklərinə görə təşəkkür edib. |
43,125 | 19.11.2008 06:46 | Yazarlar | SƏHİYYƏ NAZİRİNİN MÜDRİKLİYİ | Mən vətənimizi və onun bizə bu ölkədə başı-dişi ağrımaz yaşamağın, vəzifə, sərvət, villa əldə etməyin yolunu indidən əməli surətdə öyrədən məktəblərini çox sevirəm. İstəyirəm məktəblərimiz dünyanın ən yaxşısı olsun, gənc nəslimiz orada gələcək alver həyatına indidən hazırlaşsın. “Hörmət-şirinlik”lə dinamik inkişaf etmə... |
43,126 | 19.11.2008 07:50 | Gündəm | “ÖLƏRİK, ƏLDƏN ƏGƏR GETSƏ VƏTƏN...” | Bəs iyirmi il əvvəl meydan hərəkatında iştirak edənlər Qarabağ probeminin bu qədər uzanacağını düşünürdülərmi? Müsavat başqanının müavini Mehman Cavadoğlu öncə iyirmi il əvvəlki ab-havadan söz açdı: “Ermənilər bizə qarşı torpaq iddiası ilə çıxış edəndə millət ayağa qalxdı və mübarizəyə qoşuldu. O zaman cəmiyyətdə böyük... |
43,127 | 19.11.2008 07:00 | Gündəm | ƏSGƏRİMİZİN CƏSƏDİ ERMƏNİLƏRİN ƏLİNƏ KEÇDİ | Orada olanda əsgərlər mənə hadisə barədə ətraflı məlumat verdilər. Orxan doğrudan da ermənilərlə atışmada həlak olub. Ermənilərlə atışma başlayarkən Orxan açıq ərazidə imiş. O, mövqe tutmaq üçün atəş aça-aça irəli gedib. Bu zaman onun üzərində 4 ədəd güllə darağı olub. Orxan iki erməni əsgərini öldürüb. Baxmayaraq ki, ... |
43,128 | 19.11.2008 06:01 | Ölkə | “ORDUDAKI VƏZİYYƏTLƏ BAĞLI PARLAMENT DİNLƏMƏLƏRİ KEÇİRİLMƏLİDİR” | Ancaq təəssüf ki, rəsmi qurumlar ordudakı özbaşınalığın qarşısını almaqdan ötrü heç bir təsirli tədbir görmür. Əgər ermənilərlə döyüş şəraitində şəhid olan əsgər fərarilikdə suçlanıb barəsində axtarış elan olunursa, görün vəziyyət necə fəlakətli həddədir. Müdafiə Nazirliyi rəhbərliyinin susmaqda davam etməsi isə çox mü... |
43,129 | 19.11.2008 06:10 | Gündəm | TÜRKİYƏ SUPERDÖVLƏTƏ ÇEVRİLİR | Belə ölkələrdən biri də Türkiyədir. Bir çoxlarına qəribə görünsə də Türkiyə son illər sakit, səs-küysüz diplomatiyası sayəsində Avrasiya və Yaxın Şərq regionunda önəmli söz sahibi olan ölkəyə çevrilib. Əgər əvvəllər Türkiyə ABŞ-ın bölgədəki əsas hərbi və siyasi müttəfiqi hesab olunurdusa, indi Ankara müstəqil oyunçudur... |
43,130 | 19.11.2008 06:10 | Yazarlar | ASTAR VƏ ÜZ | İki ildir ki, gecə saat 2-3 arası müharibə vaxtı düşmən hücumundan xəbərdar eləyən bir uğultu, sonra isə bomba partlayışını, top səsini xatırladan bir səs küçələri dolaşır. Yüz dəfə eşitsə də bu əcaib səs hamını diksindirir. Küçədə saxlanılan maşınların qoruyucu siqnalları da bu atəş səslərindən işə düşür. Bir sözlə, d... |
43,131 | 19.11.2008 06:11 | Kriminal | BAKIDA QADIN İŞ ADAMI TUTULDU | Məlumatda bildirilir ki, şirkətin rəhbəri və əməkdaşları humanitar yardım təşkilatı yaratmaq adı ilə 11 vətəndaşın 433 min 400 ABŞ dolları məbləğində pulunu mənimsəyiblər. Yasamal rayon Polis İdarəsinə zərərçəkən vətəndaşlar tərəfindən daxil olan şikayətlər əsasında 27-ci bölmənin əməkdaşları hər üç şəxsi həbs edib. Ha... |
43,132 | 19.11.2008 06:10 | İqtisadiyyat | NEFTÇİLƏR HÖKUMƏTLƏ MƏVACİB SAVAŞINA HAZIRLAŞIR | O, yeni qaydalara əsasən, fırtına, növbənin dəyişə bilməməsi və s.üzündən dənizdə bir neçə gün artıq işləyən fəhlələrə bayram günləri işlədiklərinə görə verilən ikiqat muzdun aradan qaldırıldığını və dənizdə olduğu bayram günlərinin adi iş günü kimi hesablandığını deyib. M.Qəhrəmanlı nümunə olaraq qeyd edib ki, yeni he... |
43,133 | 19.11.2008 06:13 | Ölkə | XALQ ARTİSTİ HACI MƏMMƏDOVDAN QIZILLARINI TƏLƏB EDİR | “Hacı Məmmədov mənim qonşum olub. Onun anası bu günə kimi bizim həyətdə yaşayır. Dörd nəfər mənim mənzilimi qarət edəndə düşünürdüm ki, bunları kim göndərmiş olar? Çünki nə mənim, nə də həyat yoldaşımın düşməni var. Biz sakit, səmimi insanlarıq. Həmin vaxt mən, qızım, iki nəvəm və dayə evdə idik. Onlar qara maskada, əl... |
43,134 | 19.11.2008 06:17 | Kriminal | SALYAN SAKİNİ QATARIN ALTINDA QALDI | Bakı Dəmir Yolu Stansiyasının ərazisində qadın meyiti tapılıb. Həmin ərazidən Göyçay rayon sakini Zemfira Bağırovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkarlanıb. İlkin yoxlama prokurorluq tərəfindən aparılır. |
43,135 | 19.11.2008 07:14 | Ölkə | BAKIDAKI “QUL BAZARLARI” YIĞIŞDIRILACAQ | N.Məmmədov bildirib ki, noyabrın 20-21-də Bakıda əmək yarmarkası keçiriləcək. Yarmarkada müxtəlif müəssisələr tərəfindən 7 minə yaxın vakant iş yerinin təqdim ediləcəyi gözlənilir. Vakant iş yerlərinin 80-85%-i özəl sektora aiddir. |
43,137 | 19.11.2008 06:18 | Dünya | OBAMANIN “MESAJXOR” OLDUĞU ÜZƏ ÇIXDI | “Bləkberri” şəxsi kompyuter funksiyalarına malik cib telefonu cihazıdır. Bildirilir ki, seçki kampaniyası zamanı Obamanı tez-tez “Bləkberri”sinə nəzər salan halda görmək olardı. Hətta bir dəfə buna görə həyat yoldaşı Mişel onu məzəmmət də etmişdi. Prezident öz e-maillərinin məxfiliyini qorumalıdırsa, onda ona “Bləkberr... |
43,138 | 19.11.2008 06:23 | Dünya | SOMALİ PİRATLARI NƏHƏNG NEFT TANKERİNİ ƏLƏ KEÇİRDİ | Əvvəlcə gəminin azad edildiyi haqda xəbər yayılsa da, məlum olub ki, quldurlar 2 milyon barel neft daşıyan nəhəng “Sirius Star” tankerini özlərinin bazasına doğru aparırlar. Bildirilir ki, tankerin göyərtəsində 25 nəfərlik heyət üzvləri var, lakin onların milliyyəti və hansı ölkələrdən olduqları haqda məlumat yoxdur. İ... |
43,139 | 19.11.2008 06:24 | Yazarlar | VERMƏSƏK, ALA BİLMƏYƏCƏKLƏR! | İndi görəsən, yerdə nə qaldı? Bəlkə erməni tərəfinin bu “konstruktivliyinin” müqabilində “Nabukko” qaz kəmərini də “müstəqil DQR”in ərazisindən keçirək, sülh daha qayim, daha davamlı olsun? Yaxud “Bakı-Ceyhan”dan bir boru da çəkək ora, separatçılar enerji sarıdan korluq çəkməsinlər? Hələ biz Bakı ermənilərini geri qayt... |
43,140 | 19.11.2008 06:06 | Dünya | MAKKEYN OBAMANI DƏSTƏKLƏMƏYƏ RAZILIQ VERDİ | Onlar bəyan edirlər ki, Amerikanın qarşısında duran problemləri birgə həll edəcəklər. İki lider arasında əmkdaşlığın konkret formaları bəlli olmasa da, Makkeyn bəyan edib ki, o, Obamaya kömək edəcək. Onlar birgə əməkdaşlıq üçün maliyyə böhranı kimi məsələlərin seçiləcəyini vurğulayıblar. Danışıqlarda Obamanın administr... |
43,141 | 19.11.2008 06:25 | İqtisadiyyat | AZƏRBAYCANIN VALYUTA EHTİYATLARI AZALIB | Oktyabrın 1-dən valyuta ehtiyatlarının azalması dünya maliyyə böhranı ilə əlaqədar Avropa Mərkəzi Bankının, Avropa ölkələri mərkəzi banklarının və ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcələrini aşağı salması ilə bağlıdır. MB-dən bildirilir ki, Azərbaycanın valyuta ehtiyatlarının azalmasının miqyası digər ölkələrin, o... |
43,142 | 19.11.2008 06:09 | İqtisadiyyat | BENZİN 1 MANAT OLARSA... | İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) mütəxəssislərinin fikrincə, dünya bazar qiymətləri anlayışı nisbi anlayışdır: “Əgər biz dünya bazar qiymətlərinə yaxınlaşmaqdan danışırıqsa, ABŞ dünyada istehsal olunan neftin 45 faizini istehlak edir. Bu isə o deməkdir ki, hər 100 bareldən 45 barelini ABŞ alır.Birləşmiş Şta... |
43,143 | 19.11.2008 06:30 | İqtisadiyyat | YARMARKALAR İŞSİZLƏRƏ KÖMƏK ETMƏYƏCƏK | Belə ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi noyabrın 20-21-də Bakıda növbəti əmək yarmarkası təşkil edəcək. Nazirlikdən verilən məlumata görə, ümumilikdə il ərzində respublikanın 55 şəhər və rayonunda 57 yarmarka keçirilib. Bu yarmarkalarda 2 434 müəssisə 21 967 boş iş yeri təqdim edib. 6 270 nəfər münasib işlər... |
43,144 | 19.11.2008 06:28 | Yazarlar | İŞGƏNCƏYƏ QARŞI PROFİLAKTİKA | O biri müstəntiq işə qarışır və həmkarını başa salır ki, bu vətəndaş şübhəli şəxs qismində saxlanmayıb, özü istintaqa könüllü kömək etmək üçün gəlib. Qoçu müstəntiq də deyir, nə bilim, adə, dedim, bəlkə cinayətini boynuna almır, profilaktika üçün vurdum. Sonradan həmin adam, gərək ki, “Gənclik” jurnalının əməkdaşı ilə ... |
43,145 | 19.11.2008 06:31 | Mədəniyyət | AFTANDİL İSRAFİLOV DANIŞMAQ İSTƏMİR | Dünən A.İsrafilovla əlaqə saxladıq. O bildirdi ki, R.Behbudov adına Mahnı Teatrında tədbirdə iştirak etdiyi üçün iki saat sonra ona zəng edək. İki saat sonra zəng etsək də, A.İsrafilovla danışmaq cəhdimiz baş tutmadı.Qeyd edək ki, Z.Xanlarovanın ansamblında uzun illər fəaliyyət göstərən klarnet ifaçısı Vəli Qədimovun d... |
43,146 | 19.11.2008 06:36 | Ölkə | “ALO, TAKSİ?..” | Xaricdə bu cür şirkətlərin sayının çox olması təbii ki, şirkətlərarası rəqabəti stimullaşdırır. Nəticədə biri digərindən daha güzəştli tariflər təklif etməyə çalışır. Azərbaycanda isə hər hansı vətəndaş taksi xidmətindən istifadə edən zaman bir çox hallarda ona “oxunacaq” qiymətdən xəbərdar olmur. Bəzən hətta sürprizlə... |
43,147 | 19.11.2008 06:44 | Mədəniyyət | ÇELİK 10 İL ƏVVƏL ƏSGƏR OLUB | “Dünən (srağagün-red.) Çelik Erişçi dərhal ”Hürriyet" qəzetinin redaktoruna təkzib verilməsi tələbi ilə müraciət edib. Çünki müğənni bildirir ki, o, 10 il əvvəl Çanaqqaladakı 116-cı jandarma alayında hərbi xidmət keçib. Ahmet Hakanın onun barəsində yazdıqlarına gəlincə isə müğənninin dediyinə görə, yazarla aralarında i... |
43,150 | 20.11.2008 06:21 | Gündəm | “SƏRKİSYAN 5 RAYONU VƏ KƏLBƏCƏRİ AZƏRBAYCANA QAYTARIR” | Onun sözlərinə görə, Ermənistan prezidenti bu səfər zamanı Qarabağın və “əsas güc strukturlarının” “rəhbərliyi” ilə görüşərək qəti şəkildə problemin həlli variantını açıqlayıb. Guya Sərkisyan “Dağlıq Qarabağ” “rəhbərliyinə” bildirib ki, onlar heç bir şərt və təminat olmadan işğal edilmiş 5 rayonu azad etməlidir. Bundan... |
43,177 | 20.11.2008 06:54 | İqtisadiyyat | BAKIDA QULLARIN SAYI ARTIR | Əbəs deyil ki, son zamanlar qul bazarına yığışanların sayı çoxalıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakıda qul bazarının yığışdırılmasını təklif etməsi də məhz işsizlərin sayını gizlətmək üçün atılan addımdır. Yeri gəlmişkən, neftin dünya bazar qiymətinin ucuzlaşması dövlət sektorunda da ixtisarların apa... |
43,249 | 22.11.2008 07:05 | Gündəm | ABDULLA ÖCALANIN QONŞULARI OLACAQ | Xatırladaq ki, hazırda İmralıda saxlanılan yeganə məhkum A. Öcalandır. |
43,148 | 19.11.2008 06:45 | Mədəniyyət | SİYASƏTÇİLƏRİMİZİN AĞLINA GƏLƏN İLK ŞEİR HANSIDIR? | Maraqlıdır, ölkənin ictimai-siyasi gündəmini müəyyənləşdirən, özlərinin geniş mütaliə diapazonu, universallığı, ensiklopedik biliyi, istedadı ilə seçilən siyasilərimizin yadında qalan, ürəklərində yaşatdığı, necə deyərlər, dillərinin ucunda olan şeir hansıdır? Məqsədimiz siyasilərimizin dərisini Nəsimi təki “soyub” onl... |
43,149 | 20.11.2008 17:11 | Mədəniyyət | RƏSSAMLARIMIZIN ƏSƏRLƏRİ DÜNYA SƏVİYYƏLİ AUKSİONDA DİQQƏTSİZ QALIB | Oxucumuz bir sənətsevərdir və sözügedən auksiondakı mədəniyyət “yarış”ında Azərbaycan rəssamlarının haqq etdiyi zirvəyə yüksəlməsini arzulayır. Həmyerlimiz yazır ki, auksiondakı əsərlərimiz arasında tanınmış rəssam Mikayıl Abdullayevin dövlət mükafatı almış “Qorki”, “Gülən qadın”, habelə daha öncə böyük versiyası 60 mi... |
43,151 | 20.11.2008 07:04 | Gündəm | İQTİDARIMIZ ABŞ-ın “QARA SİYAHI”sında | Bildirilir ki, Qərb təmsilçiləri rəsmi Bakı ilə təmaslar zamanı öz etirazlarını daha kəskin formada çatdırırlar. Xəbər verildiyi kimi, son günlər Avropa Birliyinin, ATƏT-in, ABŞ Dövlət Departamentinin, Birləşmiş Ştatların beynəlxalq yayımlar üzrə qurumunun xarici radiostansiyaların bağlanacağı haqda xəbərdarlığa dair e... |
43,152 | 20.11.2008 06:05 | Gündəm | TER-PETROSYAN SƏRKİSYANLA GÖRÜŞDƏN İMTİNA ETDİ | Erməni Milli Konqresinin mətbuat katibi Arman Musinyan mətbuata açıqlamasında sabiq prezidentin görüşə qatılmamasının səbəbini belə izah edib: “Nə qədər ki bizim yoldaşlarımızı həbsdə saxlayırlar, belə tədbirlərdə iştirak etməyəcəyik”.A.Musinyan əlavə edib ki, Levon Ter-Petrosyan Dağlıq Qarabağa dair öz mövqeyini açıql... |
43,153 | 20.11.2008 06:04 | Gündəm | ABŞ-ın YENİ VİTSE-PREZİDENTİ RƏSUL QULİYEVLƏ DOSTDUR | Belə ki, Cozef Bayden senator olduğu dövrlərdə R.Quliyevlə isti münasibətlərdə olub. R.Quliyevin ABŞ-da ən sıx əlaqələri olan siyasətçilərdən birinin məhz C.Bayden olduğu hələ o zamanlardan Azərbaycan hakimiyyətinə və müxalif siyasi çevrələrə məlum idi.Kiçik bir xatırlatma edək ki, C.Bayden Senatda ermənipərəst qrupun ... |
43,154 | 20.11.2008 06:18 | Gündəm | ABŞ DÖVLƏT KATİBİNİN KÖMƏKÇİSİ DEVİD KREMER NİKBİNDİR | Kremerin açıqlamalarından belə başa düşmək olardı ki, bu məsələlərlə bağlı onunla hakimiyyət rəhbərliyi arasında çətin danışıqlar gedib.D.Kremer bildirdi ki, o, səfər zamanı prezident İlham Əliyev də daxil olmaqla onun administrasiyasının yüksək rütbəli şəxsləri, həmçinin müxalifət partiyalarının rəhbərləri, media, din... |
43,155 | 20.11.2008 06:22 | Yazarlar | NƏZAKƏTLİ PARADOKSLAR | Bəs prezident seçkilərində niyə iştirak etmirdik? Yoxsa İlham Əliyevə mane olmaq istəmirdik? Bəlkə bizim partiyalar bələdiyyə partiyaları miqyasına keçirlər? Hər halda, paradoksdur. Amma belə nazik paradokslar çox yoğun mətləbləri ifadə edir. *** Türklər isə bir uğurdan başını itirib. Bilirsiniz ki, onların da Obaması ... |
43,156 | 20.11.2008 06:23 | Yazarlar | STEYNAR GİLİN XƏLƏFİ | Ola bilsin, diplomatik dildə bunu bir az bəzək-düzəkli ifadələrlə malalayıblar, amma şübhəsiz, sərt tonu cənab səfir hiss edib. XİN-in yaydığı rəsmi məlumatın sonunda deyilir: “Səfirə deyilib ki, Norveç tərəfi öz bəyanatlarında daha diqqətli olmalıdır, çünki bu kimi hallar ikitərəfli münasibətlərin inkişafına xələl gət... |
43,157 | 20.11.2008 06:25 | Gündəm | İQTİDAR NORVEÇ SƏFİRİNİ SIXIŞDIRIR | Ancaq ölkə XİN-i “Qarabağ xalqı”nın halına acıyaraq göz yaşı tökən Fasyenin açıqlamalarına səthi yanaşdığı halda, demokratiya və söz azadlığının qayğısına qalan norveçli diplomata sərt təpki göstərib. Qeyd edək ki, səfirə Norveç Xarici İşlər Nazirliyinin xarici radiostansiyaların Azərbaycandakı fəaliyyəti ilə bağlı noy... |
43,158 | 20.11.2008 06:26 | Gündəm | FASYE BƏYANAT VERƏRKƏN SƏRXOŞ OLUB? | Konfliktoloq Elxan Mehdiyev bu fikirləri ATƏT-in Minsk Qrupunun həmsədlərinin Ermənistanda olarkən səsləndirdikləri anti-Azərbaycan mövqeli çıxışlarına münasibət bildirərkən söylədi. Xatırladaq ki, fransalı həmsədr ermənipərəstlik yarışında daha uzağa gedərək “Qarabağ xalqı”nın təhlükəsizliyinin təmin olunmasının vacib... |
43,159 | 20.11.2008 06:25 | Ölkə | BEŞMƏRTƏBƏLİ BİNALAR 3 İLƏ SÖKÜLƏCƏK | Ekspertlər bunu belə əsaslandırır ki, artıq həmin binaların istismar müddəti çoxdan başa çatıb. Memarlıq və İnşaat Universitetinin professoru, memarlıq doktoru Nəriman Əliyev də mətbuata açıqlamasında sözügedən binaların sökülüb yenisi ilə əvəzlənməsini qaçılmaz sayıb.Öz növbəsində Dövlət Şəhərsalma və Arxitektura Komi... |
43,160 | 20.11.2008 06:29 | Yazarlar | BİZİM GÜNÜMÜZDƏ OLAN AMERİKA | Onu da yaxşı başa düşürük ki, ABŞ-ın Azərbaycanda danışan dili olan “Azadlıq” radiosunun susmaması daha çox bizə lazımdı. Çünki “Azadlıq” radiosu burda amerikalıların başa düşdüyü dildə yox, bizim dilimizdə danışır. Bizim insanları ölkədəki vəziyyətdən, baş verənlərdən xəbərdar edir, azadlıqların boğulmasının qarşısını... |
43,161 | 20.11.2008 06:28 | Mənəviyyat | TÜRKİYƏDƏ SİĞƏYƏ İCAZƏ VERİLDİ, BƏS AZƏRBAYCANDA? | Xəbərdə İslam Peyğəmbərinin (s.ə.s.) yasaqladığı bildirilərək heç bir sünni alimin siğəyə izn vermədiyi, ancaq DİB tərəfindən hazırlanan “Quran yolu türkcə məal və təfsir” adlı kitabda siğəyə izn verildiyi yazılıb.Qeyd edək ki, yazıda da bildirildiyi kimi, bu mövzu zaman-zaman İslam alimlərinin, din tədqiqatçılarının d... |
43,162 | 20.11.2008 06:30 | Yazarlar | ACINDAN ÖLƏN MİLYARDERLƏR? | Öncə “xalqı acından ölən İordaniya” haqqında üç-dörd cümlə irad edək. Neftlə zəngin və ölkəmizlə dost-qardaş ölkə olan İordaniyada prezident yoxdur, kral var, adı da Abdulladır. Deyəsən, ondan qabaq o ölkədə bir dənə də kral Abdulla olub, ona görə də hazırkını İkinci kimi nömrələyiblər. Çünki Allah qoysa, Üçüncü Abdull... |
43,163 | 20.11.2008 06:30 | Ölkə | HACI MƏMMƏDOVUN ƏMLAKI ÖZÜNƏ QAYTARILIB | Maraqlısı isə odur ki, A.Məlikovaya dəyən ziyan indiyədək də ödənməyib, onun qızılları və ya kompensasiyası verilməyib. Bunun səbəblərini araşdırarkən çox maraqlı faktlar əldə etdik. Bəlli oldu ki, nəinki A.Məlikova, ümumiyyətlə, Hacı Məmmədovun cinayətlərindən zərər çəkən və ona dəyən ziyanın ödənilməsini tələb edən ş... |
43,164 | 20.11.2008 06:33 | Kriminal | SOMALİ QULDURLARI İKİ AZƏRBAYCANLI DƏNİZÇİNİ TUTDU | “Mustafa Bəy”in ərzaq anbarındakı ehtiyatlarla qidalanan gəmi heyətindən sahilə verilən məlumata görə, yanacaq, ərzaq və içməli su ehtiyatı dünən səhər tamamilə tükənib. “Yanacaq azaldığından elektrik generatorları da çalışmır. İndi buralarda havalar həddən artıq istidir. Yanacaq və elektrik enerjisi olmadığından kayut... |
43,165 | 20.11.2008 06:32 | Dünya | ABŞ-ın VİTSE-PREZİDENTİNƏ CİNAYƏT İŞİ AÇILDI | “Çeyni insanların azadlıqdan məhrum edilməsi hesabına gəlir əldə edib”- deyə ittiham aktında bildirilir. Sənəddə deyilir ki, D.Çeyni həbsxana biznesi ilə məşğul olan “Vanguard Group” şirkətində paya malikdir. Amerika qanunlarına görə, ölkədə özəl həbsxanaların fəaliyyətinə icazə verilir.2005-2007-ci illərdə baş prokuro... |
43,166 | 20.11.2008 06:39 | Dünya | SOMALİ PİRATLARI DAHA ÜÇ GƏMİNİ QAÇIRDI | Hindistan telekanallarından birinə istinadən yayılan xəbərlərə görə, piratlar Aden körfəzində hind freqatına hücum etməyə cəhd göstəriblər. “Tabar” adlı freqat bu hücumu dəf edərək quldurlara artilleriya atəşi açıb. Nəticədə onların gəmisi batıb. Bildirilir ki, oktyabrın 3-də Hindistan dəniz quldurlarına qarşı mübarizə... |
43,167 | 20.11.2008 06:39 | Gündəm | MHP-dən OLAN MİLLƏT VƏKİLİ VƏFAT ETDİ | G.S.Aktan 1941-ci ildə Karabük bölgəsində anadan olub, Ankara Universitetinin siyasi elmlər fakültəsini bitirib. Bir müddət Daxili İşlər Nazirliyində çalışıb, daha sonra Xarici İşlər Nazirliyi sistemində fəaliyyətə başlayıb. Türkiyənin Afinadakı səfirliyində, BMT-dəki daimi nümayəndəliyində, Tokiodakı səfirliyində siya... |
43,168 | 20.11.2008 06:40 | Dünya | İRAN ABŞ-ın MÜTTƏFİQLƏRİNİ HƏDƏLƏDİ | “CNN-Türk” kanalının xəbərinə görə, M.Cəzayiri deyib ki, bölgədəki Amerika hərbi bazaları onların yerləşdiyi ölkələr üçün birbaşa təhdiddir: “Biz lazım olan tədbirləri görmüşük, ABŞ Yaxin Şərqdəki heç bir bazasından İrana qarşı istifadə edə bilməyəcək”.M.Cəzayiri əlavə edib ki, İran mümkün müdaxilə zamanı Hörmüz körfəz... |
43,169 | 20.11.2008 06:38 | Dünya | QLOBAL MALİYYƏ BÖHRANINI YƏHUDİLƏR TƏŞKİL EDİB? | Xəbərlərdə bildirilir ki, Almaniyanın Qota şəhərindəki yəhudi qəbiristanlığının darvazasından qırmızı rəngə boyanmış donuz başı asılıb. Başın üzərindəki parçada isə yəhudilərin sayına işarə olaraq “6 milyon yalan” sözləri yazılıb. Erfurt şəhərindəki yəhudi məzarlığındakı xatirə lövhəsinin üzərinə isə boya tökülüb.Alman... |
43,170 | 20.11.2008 06:41 | Gündəm | “ERGENEKON” MƏHBUSLARINDAN BİRİ HƏBSDƏN BURAXILDI | Ötən ilin iyununda həbs edilən Z.Öztürk silahlı terror təşkilatına üzv olmaqda ittiham edilirdi. İstefaya çıxandan sonra siyasi şərhçi kimi fəaliyyət göstərən Z.Öztürk evini “Ergenekon” rəhbərlərindən biri kimi təqdim edilən istefada olan kapitan Müzəffər Təkinə kirayə verdiyinə görə həbs edilib, onlar hərbi xidmət vax... |
43,171 | 20.11.2008 06:34 | Ölkə | RAFİQ ƏLİYEV HƏBS EDİLƏ BİLƏR | Əksinə, bəzi mətbuat orqanlarında “Əbu Bəkr”in bağlanacağı ilə bağlı məlumatlar dərc olunub. Bu məlumatlarda məscidin sökülməsinin tikinti mafiyasının marağında olduğu deyilir. Təxminən həmin ərəfədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə mətbuata açıqlama verərək sözügedən məsc... |
43,172 | 20.11.2008 06:42 | Yazarlar | KRAMERİN “ÜÇAYAQLI” MASASI | ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Devid Kramerin Bakı səfərinə öncə bu prizmadan baxmaq yerinə düşər. Görəvindən də göründüyü kimi, söhbət məhz demokratiya və insan haqlarına diqqətdən gedir. Sirr deyil ki, Corc Buş iqtidarı dövründə Birləşmiş Ştatların dünyadakı sivil ö... |
43,173 | 20.11.2008 07:46 | Gündəm | “MİLLİ-AZADLIQ HƏRƏKATI HƏLƏ DƏ DAVAM EDİR” | 1988-ci il noyabrın 17-də başlayan ilk mitinq və 17 gün davam edən şanlı Qurtuluş mübarizəsi millətimizin həyatında dönüş, sovet imperiyasının caynağında çırpınan Azərbaycanın azadlığa çıxması zərurətini yaratdı. Bu tarixdən 20 il ötdü. Həmin dövrdə sovet rejiminə qarşı çıxan insanların sıralarında indi artıq gənc sayı... |
43,174 | 20.11.2008 06:46 | Ölkə | ZAHİD ORUC PARLAMENTDƏ QARABAĞ DİNLƏMƏLƏRİ İSTƏYİR | Göründüyü kimi, Ermənistan hakimiyyəti bunu nəzərə alır. Deməli, bu zərurəti nəzərə almaq torpaqları işğal altında olan Azərbaycan üçün daha vacibdir. Bəs Azərbaycan hakimiyyəti Qarabağ məsələsini müxalifətlə müzakirə etməyi düşünürmü?Milli Məclisin Təhlükəsizlik məsələləri daimi komissiyasının üzvü, deputat Zahid Oruc... |
43,175 | 20.11.2008 06:47 | Gündəm | İKRAM İSRAFİL ŞİMALİ KİPRDƏ SƏFƏRDƏ OLUB | Millət vəkili bildirdi ki, ŞKTC ilə Azərbaycan arasında sıx münasibətlərin qurulmasına böyük ehtiyac var: “Bunu görüşlərdə də hiss etdim. Ən azı iqtisadi, mədəni, təhsil məsələlərində Şimali Kiprlə Azərbaycanın sıx əlaqələrinin olması vacibdir. Milli Məclisdə ŞKTC parlamenti ilə dostluq qrupunun yaradılmasına və Azərba... |
43,176 | 20.11.2008 06:52 | İqtisadiyyat | BANKLAR MÜFLİSLƏŞİR | Amma Azərbaycanda bankların çöküşünün davamlı xarakter alacağı realdır. Rəsmi məlumatlardan da belə aydın olur ki, ölkədə nizamnamə kapitalı 5 milyon manatdan aşağı banklar mövcuddur. Digər 3 bankın nizamnamə kapitalı 5 milyonla 10 milyon manat, 25 bankın isə kapitalı 10 milyonla 20 milyon manat arasındadır.Xatırlatmaq... |
43,178 | 20.11.2008 06:36 | İqtisadiyyat | AZƏRBAYCAN NEFTİ 52 DOLLARA DÜŞDÜ | Maliyyə bazarlarında isə avro-dollar məzənnəsi nisbətən sabitdir. Ən son məlumatlara görə, Avropanın vahid valyutası 1 dollar 26 sentə dəyişdirilir. Qızılın qiyməti isə aşağı düşüb. İndi qiymətli metalın unsiyası 736 dollara və ya qramı 23 dollar 75 sentə satılır. |
43,179 | 20.11.2008 06:55 | Siyasət | AMİP-lə ADP MÜSAVATLA AXCP-ni ÜZ-ÜZƏ QOYDU | Onun sözlərinə görə, müzakirələrə ən müxtəlif layihələr təqdim edilir: “Bura seçki kampaniyası dövründə əməkdaşlıq etmiş partiyaların bundan sonra da əməkdaşlığı eyni şəkildə davam etdirməsi, əməkdaşlığın dərinləşməsi, tərkibin genişləndirilməsi, ayrı-ayrı siyasi partiyalarla daha dərin münasibətlər quraraq müttəfiqlik... |
43,180 | 20.11.2008 06:57 | Gündəm | “TÜRKİYƏNİN QARABAĞ MƏSƏLƏSİNDƏ VASİTƏÇİLİYİ PERSPEKTİVSİZDİR” | Onun sözlərinə görə, Türkiyənin Qafqazda sülhün əldə olunması istiqamətində yeni keyfiyyətdə, əminliklə təşəbbüs göstərməsi, Rusiyanın regionda sülh əldə edilməsinə yanaşmasında qismən də olsa dəyişikliklərə meylli görünməsi münaqişənin həlli yolunda Azərbaycana bir qədər avantaj verib.Konfliktoloq Elxan Mehdiyev ATƏT-... |
43,181 | 20.11.2008 06:58 | Ölkə | NİZAMİ CƏFƏROVA CAVABLAR GECİKMƏDİ | Ç.Abdullayevin xalqı aldatdığını bildirən deputat onu ümumiyyətlə yazıçı hesab etməyib. “Çingiz Abdullayevin Azərbaycan ədəbiyyatına aidiyyəti yoxdur” deyən N.Cəfərov onu fantaziyalar, hisslərlə yaşayan birisi adlandırıb. Qəzetimizə açıqlamasında Ç.Abdullayev bu mövzuda danışmaq istəmədiyini söylədi. “Mən nəyi sübut et... |
43,182 | 20.11.2008 06:03 | Yazarlar | POLİTOLOQ FAİQ AĞAYEVİN FİKRİNCƏ... | Sitat: “Düşünürəm ki, xalqıma bir siyasətçi olaraq xidmət göstərə bilərəm”. Məşhur “Ordan-burdan” teletamaşasının qəhrəmanı fotoqraf Əli bəyin sözü olmasın: “Bax, buna deyərəm sensasiya”. Azərbaycanda “Balıq Hafiz”, “Masallı Əhəd” kimi şoumen siyasətçilər, deputatlar görmüşük, faiqsayağı şoudan siyasətə gəliş isə ilk t... |
43,183 | 20.11.2008 06:03 | Yazarlar | EL ÜÇÜN AĞLAYANDA... | Deməli, axşam saatlarıdır, nəqliyyatda və avtobusların içində bir “basabas” əhvalı hökm sürür. İçində bulunduğum mikroavtobusa millət vəkillərindən birinin üç övladı daxil olur, özlərinə yer eləyib, ədəb-ərkanla otururlar. Özü də bu, birinci dəfə deyil; onları bir neçə dəfə eyni marşruta minən görmüşəm. Həmin şəxsin ki... |
43,184 | 20.11.2008 07:04 | Yaşam | PETERBURQDA ƏN BAHALI MAŞINI AZƏRBAYCANLI QIZ SÜRÜR | Bu barədə Peterburqda nəşr olunan “Qorod 812" jurnalı xəbər yayıb. Xəbərdə bildirilir ki, Kamilə Məmişova dövlət nömrə nişanı N-9-A98 olan al qırmızı rəngli ”Ferrari 430 Ssuderia" sürür. Bu maşının qiyməti 650 min dollardır.V.Məmişova məxsus “Konrad” şirkətlər qrupuna “Petrovski stroitel” ASC, “Mexaniki zavod” ASC, 1 s... |
43,185 | 20.11.2008 07:03 | Mədəniyyət | BRİLLİANT TÜRKDİLLİ MÜĞƏNNİLƏRİ BİRLƏŞDİRƏCƏK | Müğənni Brilliant Dadaşova dedi ki, yeni telekanalda Azərbaycanın musiqi mədəniyyəti də təbliğ ediləcək: “Mənim Türkiyədə ”Masal dünyam" adlı diskim işıq üzü gördü. Lakin bu disk mənə böyük məsrəfə və iki ilə başa gəldi. Üç ay öncə TMB-nin yaradıcısı Naim Burak Elçi dedi ki, sizin Türkiyədə diskiniz çıxdı, klipləriniz ... |
43,186 | 20.11.2008 06:04 | Yazarlar | YARANMADAN ÖLƏN BİRLİK | Müsavatın vaxtilə “Bizim Azərbaycan” blokunda təmsil olunmuş bir neçə partiya ilə yeni seçki bloku yaratmaq istiqamətində fəaliyyətə başlaması xəbəri çoxlarını təəccübləndirdi. Bu xəbər o vaxta təsadüf etdi ki, Müxalifətin Əməkdaşlıq Mərkəzi (MƏM) kimi tanınan simvolik qurumun perspektivləri haqda mətbuatda müzakirələr... |
43,187 | 20.11.2008 06:29 | İqtisadiyyat | HEYDƏR BABAYEVİN DAHA BİR ADAMI “VURULDU” | Sənədlərə əsasən, Prezident yanında QKDK-nın əsasında QKDK, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əsasında eyniadlı Dövlət Komitəsi, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında isə Diaspora ilə İş üzrə Dövlət Komitəsi yaradılıb. Prezidentin dünənki sərəncamı ilə aşağıda... |
43,188 | 20.11.2008 06:15 | Mədəniyyət | FLORA KƏRİMOVA İLHAMƏNİN MƏHKƏMƏSİNDƏ İFADƏ VERƏCƏK | S.Kərəmoğlunun APA-ya verdiyi məlumata görə, artıq iddia əsasında Yasamal rayon Məhkəməsində iki proses keçirilib.Ölkə xaricində olması üzündən özünün ilk məhkəmə prosesində iştirak etmədiyini deyən iddiaçı növbəti prosesdə isə İ.Quliyevanın iştirak etmədiyini bildirib. Məhz bu səbəbdən də hər iki proses noyabrın 19-də... |
43,189 | 20.11.2008 06:16 | Ölkə | DƏVƏÇİNİN SABİQ POLİS RƏİSİ VƏ MÜAVİNİ EV DUSTAĞI EDİLİB | “Bizim yol” qəzetinin hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ötən məhkəmə iclasından sonra N.Sadıqovun və hazırda Dəvəçi rayon PŞ-nin rəis müavini olan M.Hüseynovun ölkədən çıxmasına qadağa qoyulub. N.Sadıqov ev dustağı edilib.Dünən məsələyə aydınlıq gətirmək üçün Dəvəçidəki mənbələrimizlə əlaqə saxlad... |
43,190 | 20.11.2008 07:16 | Gündəm | ERMƏNİLƏR ƏSGƏRİMİZİN MEYİTİNİ QAYTARDI | Qeyd edək ki, noyabrın 16-da ermənilər atəşkəsi pozan vaxt döyüş növbəsi çəkən O.Şəmilov düşməni susdurmağa çalışıb. Atışma bir neçə dəqiqə davam edəndən sonra əsgər atəş aça-aça düşmənə doğru irəliləyib. O, düşmənin iki əsgərini məhv edib, sonda isə özü qəhrəmancasına həlak olub. Düşmən öz hərbçilərinin meyitini apars... |
43,191 | 20.11.2008 06:17 | Ölkə | İÇƏRİŞƏHƏRDƏ 5 AİLƏ HOTELƏ KÖÇÜRÜLDÜ | “Bina 2000-ci ildə baş verən zəlzələdən sonra qəzalı vəziyyətə düşüb, tikilidə əmələ gələn çatlar getdikcə genişlənib. Fövqəladə Hallar Nazirliyi və ”İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi əməkdaşlarından ibarət komissiya binaya baxış keçirdi. Binada bərpa işlərinin aparılmasının zəruriliyi meydana çıxdı. Sak... |
43,192 | 20.11.2008 07:18 | Ölkə | MÜXALİFƏTLƏ BŞİH-in MƏHKƏMƏSİ BU GÜN OLACAQ | Xatırladaq ki, Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan təşkilatlar sentyabrın 28-də Bakının bir neçə meydanında mitinq keçirmək üçün meriyaya müraciət etmişdi. Şəhər rəhbərliyi də aksiya üçün müxalifətin müraciətindəki 9 ünvandan heç birini ayırmayaraq mitinqin Bibiheybətdəki stadionda keçirilməsinə razılıq vermişd... |
43,193 | 20.11.2008 07:19 | Gündəm | NƏSİB NƏSİBLİ BORÇALI SARIDAN NARAHATDIR | Bunu Milli Məclisin deputatı Nəsib Nəsibli deyib. O bildirib ki, bununla bağlı Milli Məclisdə dəfələrlə çıxış edib və sonuncu dəfə irəli sürdüyü təklif qəbul olunub: “Ancaq problemlə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əməkdaşlıq komissiyasında müzakirələrə başlanılmayıb. Gürcüstanda azərb... |
43,194 | 20.11.2008 06:20 | İqtisadiyyat | ERMƏNİSTANDA BENZİN UCUZLAŞDI | Düşmən ölkədə Aİ-95 markalı benzinin 1 litri 330 drama, yəni 0,86 avroya düşüb. Bu isə o deməkdir ki, düşmən ölkədə benzin iyul ayı ilə müqayisədə 16,5 faiz ucuzlaşıb. |
43,195 | 20.11.2008 06:20 | Gündəm | ERMƏNİSTANDA QARABAĞ MÜZAKİRƏLƏRİ KEÇİRİLƏCƏK | Bu fikirləri Ermənistan Milli Təhlükəsizlik Şurasının üzvü Artur Bağdasaryan deyib. O, Azərbaycan və Ermənistanın son 14 il ərzində ilk dəfə birgə sənədə imza atmasını müsbət qiymətləndirib: “Bu sənəd münaqişənin nizamlanması formatının dəyişdirilməsinin mümkünsüz olduğunu bir daha təsdiqləyir. Bu, xüsusilə vacib məqam... |
43,196 | 20.11.2008 06:21 | Dünya | “ƏL-QAİDƏ” LİDERLƏRİNDƏN BİRİ DƏ ÖLDÜRÜLDÜ | Hava zərbələri ABŞ-a məxsus pilotsuz təyyarədən endirilib. Pakistan xüsusi xidmət orqanları həlak olanların hamısının xarici vətəndaşlar olduğunu açıqlayıb. Yerli sakinlər zərbələrdən sonra ərazinin çoxlu sayda Taliban döyüşçüsü tərəfindən mühasirəyə alındığını bildirir (APA). |
43,197 | 20.11.2008 06:22 | Kriminal | BİR AİLƏNİN 5 ÜZVÜ YOL QƏZASINDA ÖLDÜ | Nəticədə sərnişinlərindən həmyerliləri Simuzər Əhmədəliyeva, Bəybala Əhmədəliyev, onun qardaşı Bəydadaş hadisə yerində ölüb, xəsarət alan B.Əhmədəliyev və digər sərnişinləri Lətifə Əhmədəliyeva, Xanbala Əhmədəliyev, Xəyalə Əhmədəliyeva, Türkan Əhmədəliyeva, onun qardaşı Baba, Gümrah Eldarov və Yeganə Zahidova isə xəstə... |
43,198 | 20.11.2008 06:21 | Kriminal | QUBADA TOYDA BIÇAQLANMA OLUB | Siyəzən rayon PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə noyabrın 17-də Bəhruz Kəlbiyevə bıçaqla xəsarət yetirmiş Siyəzən rayon sakini Elvin Əliyev tutulub. İSMAYILLIDA POLİS KAPİTANI BIÇAQLANDINoyabrın 18-də saat 22.00 radələrində İsmayıllı rayonunda rayon sakini Məmməd Talıbov sərxoş halda ic... |
43,199 | 20.11.2008 06:24 | Kriminal | “PRİTON” YARADAN 3 NƏFƏR YAXALANDI | Səngəçal qəsəbə sakini, 1963-cü il təvəllüdlü Meysab Dadaş qızı Sövbətova isə özünə məxsus olan, həmin qəsəbədə yerləşən “Güzgü” kafesində əxlaqsız yuva saxladığına görə həbs edilib (lent.az).Noyabrın 19-na keçən gecə Bakının Sabunçu rayonu ərazisində də əxlaqsızlıq yuvası aşkarlanıb (ANS). İnsan alverinə qarşı mübariz... |
43,200 | 20.11.2008 06:25 | Kriminal | BƏRDƏDƏ OĞUL ANASINI DÖYƏ-DÖYƏ ÖLDÜRDÜ | Noyabrın 17-də Bərdə rayon sakini Ceyran Qiyasova evindən huşunu itirmiş vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüb. Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, G.Qiyasovanı doğma oğlu Hüseyn Abbasov öldürüb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ... |
43,202 | 20.11.2008 06:29 | Media | “AVROPA BİRLİYİ AZƏRBAYCANDA ÜÇ JURNALİSTİN HƏBSİNDƏN NARAHATDIR” | O bildirib ki, Avropa Birliyi Azərbaycanda üç jurnalistin hələ də həbsdə olmasından çox narahatdır. Xanım Qallax deyib ki, Azərbaycan hökuməti hüquqi dövlətin qurulması istiqamətində islahatlar aparmalıdır. Gələn il qəbul olunacağı gözlənilən “Şərq əməkdaşlığı” təşəbbüsü çərçivəsində də diqqətdə saxlanılan əsas məqam m... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.