text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
DEYİŞMƏ. Qabilin Şamaxıda yaxın dostları çox idi. Baba müəllim, Soltanpaşa Vəliyev, Heydər, Vəlican, Əlihəsən, saymaqla qurtarmaz. Hər dəfə Bakıya gələndə Şamaxıdan şərab gətirirdilər. Evdə qonaqlıq öz yerində, qonşulara ayrıca pay da çatırdı. Necə deyərlər, bizdə yeyib-içəndən sonra, "paxmel"i də nəzərə alırdılar. Gün...
ANL
Qəfil məni teleradio verilişləri komitəsinin sədri Elşad Quliyev yanına çağırdı. Sədrin otağına daxil olanda onu müavini ilə söhbət edən gördüm. - replikasını verərək müəmmalı şəkildə mənə baxdı. Onun nəyə işarə etdiyini başa düşmədim. Yaqub Məmmədov Tehrana səfərə gedir və nümayəndə heyətinin tərkibində o dili bilən b...
ANL
"Prezident İlham Əliyev və mədəniyyət" kitabının elektron versiyası təqdim olunub. Ötən gün M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin növbəti layihəsi olan "Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)" adlı ikicildliyin elektron versiyasının təqdimat mərasimi keçirilib. Kitabın çap vers...
ANL
"Təbii sərvətlərimizə sahib çıxaq, ətraf mühitimizi qoruyaq". Dünən Bakı Dövlət Universitetində "Təbii sərvətlərimizə sahib çıxaq, ətraf mühitimizi qoruyaq" adlı elmi konfrans keçirilib. Mərasimdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Ramal Həsənov çıxış edərək ekologiyaya həsr olunmuş elmi konfransın əhəm...
ANL
Milli mədəni irslə bağlı foto müsabiqəsi keçirilir. Gənclər və İdman Nazirliyi "Avropa Mədəni İrs Günləri" kampaniyası çərçivəsində gənclər arasında Avropa Şurasının "Avropa: Ümumi İrs" və "Mənim doğma vətənim" mövzusunda foto müsabiqəsi elan edib. Əsas məqsədi Azərbaycanın zəngin mədəni irsinin, mənəvi-əxlaqi dəyərlər...
ANL
Uşaq yaşlarında olarkən doğum günləriniz böyüyüb yetkinləşmək və irəliyə doğru baxmaq imkanı ilə səciyyələnir. Ömrünüzün müəyyən sayda illəri arxada qaldıqdan sonra doğum günləriniz geriyə baxmaq və bu illər ərzində nələr etdiyinizi qiymətləndirmək imkanıdır. 1949-cu ildə Avropa Şurasını təsis etmiş London Müqaviləsini...
ANL
"Qızıl kəlmə"nin sahibləri mükafatlandırıldı. Ötən gün Rəşid Behbudov adına Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Qızıl kəlmə" ədəbi mükafatının laureatlara təqdim olunması ilə bağlı mərasim keçirilib. Mərasimi giriş sözüylə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu təşəbbüsün müsbət...
ANL
"Hökmdarın taleyi"nin Heydər Əliyev adına Sarayda geniş premyerası olacaq. Mayın 22-23-də Heydər Əliyev adına Sarayda İlyas Əfəndiyevin "Hökmdar və qızı" faciəsi əsasında Elçin Əfəndiyevin ssenarisi ilə çəkilən "Hökmdarın taleyi" filminin ilk geniş premyerası keçiriləcək. Bu barədə APA-ya açıqlamasında filmin hazırland...
ANL
"Heydər Əliyev və Azərbaycan kinosu" mövzulu tədbir keçirilib. Dünən Dövlət Film Fondunun yeni binasında Heydər Əliyevin anadan olmasının 86 illiyi münasibəti ilə "Heydər Əliyev və Azərbaycan kinosu" mövzusunda tədbir təşkil edilib. APA-nın məlumatına görə, tədbirdə fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliye...
ANL
Mehdi Məmmədovun "İnsan" fədakarlığı. Universitetin filologiya fakültəsində onun estetikadan oxuduğu mühazirələri maraqla dinləyər, sənət və sənətkar haqqında yazılarını mütaliə edər, özünün iştirakı ilə hazırladığı radiotamaşalara həvəslə qulaq asardıq. Sənətkarın "Teatrlar, aktyorlar, tamaşalar", "Həyat və sənət yoll...
ANL
Qalanın işğalına bir neçə saat qalmış şəhərdəki vəziyyət. Əlisaab Orucovun dedikləri: "Mən müharibə bölgələrində daha çox Şuşa və ətraf kəndlərdə olmuşam. Şəhərin işğalından bir gün əvvəl də oraya getmişdim. Mayın 7-də Laçın rayon daxili işlər şöbəsinin rəisi Akif Səlimov bildirdi ki, bizim Böyük Kirsdəki qüvvələrimiz ...
ANL
Heydər Əliyevin 86 illiyinə həsr olunan elmi konfrans keçirilib. Dünən İqtisad Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 86 illiyinə həsr edilən "Dünyada baş verən iqtisadi tendensiyalar: Azərbaycanın rolu və yeri" mövzusunda elmi konfrans keçirilib. İqtisad Universitetilə Yeni Azərbaycan Partiya...
ANL
Azərbaycan dilinin qorunması istiqamətində yeni layihəyə start verilib. Dünən Azadlıq Hərəkatçıları İctimai Birliyi "Natiqlərin I ümumrespublika müsabiqəsi" adlı yeni layihənin təqdimat mərasimini keçirib. Birliyin İdarə Heyətinin sədri Təhmasib Novruzov bildirib ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti yanı...
ANL
Bələdiyyə seçkilərində qadınların fəallığı artırılmalıdır. Avropa ölkələrində qadınlar səsvermə hüququnu Azərbaycan Xalq Cümhuriyyətində olduğu kimi, səssiz-küysüz deyil, qalmaqallı şəkildə ələ alıblar. Seçki hüququ uğrunda qadın hərəkatı XIX yüzilin ikinci yarısından etibarən İngiltərədə başlayıb. Hərəkat ingilis term...
ANL
"Azərbaycan - dünyam mənim" yaradıcılıq müsabiqəsi yekunlaşıb. Dünən Musiqili Komediya Teatrında Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin məktəblilər arasında keçirdiyi "Azərbaycan - dünyam mənim" adlı yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mərasimdə ...
ANL
XALQ ŞAİRİNİN XATİRƏSİ MUĞAM TEATRINDA YAD EDİLİB. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan xalq şairi Süleyman Rüstəmin xatirə gecəsi keçirilib. Muğam Teatrında təşkil edilən tədbiri giriş sözüylə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov şairin bütün yaradıcılığı boyu vətəni...
ANL
Məmməd Cəfər: fəlsəfi tənqid və poetik fəlsəfə. Tarixən Azərbaycanda fəlsəfi fikir bədii ədəbiyyatın bətnindən boy atıb. Bu mənada klassik Azərbaycan ədəbiyyatını poetik fəlsəfə kimi dəyərləndirmək olar. Xaqaninin, Nizaminin, Nəsiminin, Füzulinin, M.F.Axundzadənin bədii irsi əslində Azərbaycan fəlsəfəsinin ideya məxəzl...
ANL
İstiqlal Muzeyində Heydər Əliyevə həsr olunmuş sərgi açılıb. Dünən Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş "Xalqımızın zəhmətkeş atası" adlı sərginin açılışı keçirilib. APA-nın məlumatına görə, Respublika Uşaq Təşkilatı ilə birgə təşk...
ANL
"Yarımçıq əlyazma" polyak dilində. Görkəmli Azərbaycan yazıçısı, Azərbaycan MEA-nın müxbir üzvü professor Kamal Abdullanın bir sıra dünya dillərinə tərcümə olunmuş "Yarımçıq əlyazma" romanı bu yaxınlarda polyak dilində də işıq üzü görəcək. Əsəri polyak dilinə Qdansk Universitetinin dosenti, tanınmış tərcüməçi Stanislav...
ANL
Şuşanı qaytarmaq olardımı? Yaqub Məmmədovun dedikləri: - Dövlət çevrilişi baş verməsə, Şuşanı qaytarmaq mümkün olardı. Həm siyasi, həm də hərbi sahədə müəyyən addımlar atılsaydı, mən əmin idim ki, Şuşanı qaytara bilərdik. Ermənistan müxalifətçiləri bu işdə fəal iştirak etmişdilər. Mən o vaxt Ermənistanın prezidenti ilə...
ANL
Şərq və Qərb: düşüncə ziddiyyətləri. Qərb və Şərq arasındakı qarşılıqlı münasibətlərin qədim tarixi var. Zaman-zaman dağıdıcı müharibələr, xaç yürüşləri, ərəb istilaları baş verib, eləcə də nisbətən sakitlik də hökm sürüb. Bununla belə, onlar arasındakı elm və bilik telləri köklü dəyişikliklərə məruz qalmayıb. Belə mün...
ANL
"Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda elmi konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş elmi konfrans keçirilib. Konfransda ilk öncə müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, ümummilli li...
ANL
Qəhərli yazı. Bakı... Nizami metrosu, gecə saat on bir... Nizami metrosu yaxınlığında bir dostumla görüşəndən sonra evə qayıdıram. Metroya sarı gələndə diqqətimi bir lövhə çəkdi. Lövhədə yazılmışdı. "Bu evdə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə yaşayıb". Bir neçə dəqiqə lövhəyə baxdım. Neçə ildir ki, bu yolu gedib...
ANL
YAP "Heydər Əliyev ideyaları XXI əsrdə. Azərbaycanın inkişaf yolu" mövzusunda elmi-praktiki konfrans keçirdi. Əli Əhmədov: "Azərbaycan Heydər Əliyev ideyalarına əsaslanaraq müstəqil dövlət kimi dünya birliyində öz yerini tutmaqdadır". Dünən "Gülüstan" sarayında Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə ümummilli...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, bu məqalədə Avropa məkanına inteqrasiya prosesində ali təhsil müəssisələrimizin rolu və Azərbaycan ali təhsil sistemində nəzərdə tutulan islahatlar barədə məlumat verməyə çalışacağam. Qeyd etmək istərdim ki, 2005-ci ildə Boloniya prose...
ANL
Olan xətamsan mənim... Göylərdən endirilən. Qərib ətamsan mənim. Yayda, Dağda qarımsan. İşıqda görünməyən, Kölgədə zümrüd rənglim... Dənizsən, bir andaca. Yerə gömülə bilən. Sevgilisinin qatilinə təslim olmamaq və onun qələbə şadyanalığını görməmək üçün Kleopatra səbətdə zəhərli ilanların gətirilməsini əmr etdi. Onun e...
ANL
Daha bu sualı verən olmayacaq. Bəxtiyar Vahabzadə bu dünyanın problemlərini bu dünyadakıların öhdəsinə buraxıb haqq dünyaya qovuşdu…. Bəxtiyar Vahabzadənin dünyasını dəyişməsi xəbərini Azərbaycandan uzaqlarda aldım. Və bu xəbər məni illərin xatirələrinə, düşüncələrinə qaytardı... Ağlıma gələn ilk xoş duyğu bu oldu: biz...
ANL
XALQ YAZIÇISI ELÇİNİN "ŞEKSPİR" TRAGİKOMEDİYASI VƏ BƏHRAM OSMANOVUN EYNİADLI TAMAŞASI HAQQINDA QEYDLƏR. Ünlü Argentina yazıçısı X.L.Borxes "Dörd dövrə" adlı novella-essesində dünya ədəbiyyatının ta "Bibliya" və Homerdən üzü bəri dörd əsas mövzu ətrafında dövr etdiyini yazır - möhkəmləndirilmiş qalaya hücum və onun qoru...
ANL
Böyük aşiq. Bir tale üçün eyni təqvim gününün neçə möhürü ola bilər? Doğuluş gününün möhürü. Sevdalanmaq gününün möhürü. Bitən həyat möhlətinin möhürü. Ölümündən uzun illər sonra işığa çıxan möhtəşəm kitabının möhürü... Necə olur ki, olumla ölüm arasındakı tale adlı yaşantının, başlanğıcla sonun və sonsuzluğun möhürü h...
ANL
Mədəniyyətimizin hamisi. HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜ MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİNDƏ QEYD OLUNUB. Ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibəti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən elmi konfrans əslində son dərəcə maraqlı, təsirli məqamlarla müşayiət olun...
ANL
Şəhərmi maraqlıdır, yoxsa insanlar?.. 2003-cü ildə ilk İstanbul səfərindən qayıdanda uzun illər həsrətində olduğum bu şəhər, bu məmləkət haqqında yazmamağımın, bəlkə yaza bilməməyimin səbəbi bu doğma ölkəni çox gec görməyimlə bağlı idi. Hələ sovet dönəmində yolların, bənd-bərələrin qəddarcasına çəpərləndiyi, sərhədləri...
ANL
Şuşa həsrətinin səhnə təcəssümü nümayiş olunub. "Azərsun Holdinq" şirkətlər qrupunun Mədəniyyət Mərkəzində Şuşanın işğalının 17-ci ildönümünə həsr olunmuş "Ürəyimin şüşəsi Şuşa" adlı anım mərasimi keçirilib. Tədbirin əvvəlində görkəmli sənətkar Xan Şuşinskinin ifasında "Qarabağ şikəstəsi"nin sədaları altında Şuşadan gö...
ANL
Bu günlərdə "Ulduz" jurnalının aprel sayı işıq üzü görüb. Məlum olduğu kimi, jurnalın budəfəki nömrəsi Gənc Ədiblər Məktəbi (GƏM) üzvlərinin ixtiyarına verilib. "Ulduz" jurnalının baş redaktor müavini şair Qulu Ağsəsin "Yazılarından balaca və böyük uşaqlar" adlı önsözü ilə açılan bu sayda gənclərin bədii yaradıcılıq nü...
ANL
"Ölkəm"in bəstəkarının xatirəsi anılıb. MUSİQİ İCTİMAİYYƏTİ ASƏF ZEYNALLININ 100 İLLİYİNİ QEYD EDİB. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə görkəmli bəstəkar, milli romans janrının banisi Asəf Zeynallının 100 illiyinə həsr olunm...
ANL
"Dədə Qorqud" və "Koroğlu" dastanları Macarıstanda çap olunub. Macarıstanda Azərbaycan folklorunun ən möhtəşəm epik abidələrindən olan "Dədə Qorqud Kitabı" və "Koroğlu" dastanları "Azərbaycan qəhrəmanlıq eposu" seriyasından nəfis şəkildə, yüksək poliqrafik tərtibatla işıq üzü görüb. Nəşrlər Azərbaycan Milli Elmlər Akad...
ANL
Azərbaycan Gənc İstedadların VI Beynəlxalq Festivalında təmsil olunub. Belarusun Mozır şəhərində "Zemlya pod belımi krılyami" adlı Gənc İstedadların VI Beynəlxalq Festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyevanın verdiyi məlumata görə, 11 ölkənin təmsil olunduğu festival...
ANL
"Cavad xan"la ən böyük arzularımdan birini reallaşdırdım". Tanınmış rejissor Rövşən Almuradlı 1971-76-cı illərdə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Aktyor kimi Tədris Teatrında fəaliyyətə başlayıb. Müxtəlif illərdə Şəki, Sumqayıt, Mingəçevir, Gəncə Dövlət Dram Teatrlarında əvvəlcə ...
ANL
Həyatda və onun bədii əksi olan ədəbiyyatda "müqəddəs yalan" anlayışı var. Ədəbiyyatda isə belə tryuklarsız keçinmək çox zaman mümkün olmur... Müqəddəs yalanın Elçin Hüseynbəyliyə nə dəxli var? Biləcəksiniz. Amma indi başqa suala cavab verəcəyəm - niyə yazıya məhz Elçin Hüseynbəylini qəhrəman seçdim? Ən əvvəl ona görə ...
ANL
və ya DÜNYANIN DAŞ KİTABININ CIRILMIŞ VƏRƏQLƏRİ. ...Bakı-Tiflis dəmiryolunun relslərində, məscidlərin divarlarında, qəbirlərin başdaşlarında itirilən Qobustan yazıları... Min illər oxunmamış qalan minlərlə səhifəsi kəşf edilmədən məhvə məhkum imiş, sən demə. Dünyanı fəth edən Böyük İsgəndərin də bundan xəbəri olmadı. D...
ANL
Memuar ədəbiyyatının dəyərli örnəyi. Bu günlərdə xalq yazıçısı Anarın "Unudulmaz görüşlər" kitabı Azərbaycan və rus dillərində nəşr olunub. Kitabda müəllifin ümummilli lider Heydər Əliyevə həsr olunmuş yazıları toplanıb. Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin kitaba yazdığı...
ANL
Heydər Əliyevin 86 illiyi Bakı Slavyan Universitetində də qeyd edilib. Dünən Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin 86-cı doğum günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən BSU-nun rektoru, professor Kamal Abdulla deyib ki, Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət...
ANL
Heydər Əliyevin 86 illiyi Bakı Slavyan Universitetində də qeyd edilib. Dünən Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin 86-cı doğum günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən BSU-nun rektoru, professor Kamal Abdulla deyib ki, Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət...
ANL
Küləyin hikməti. Bir çox gecələrlə, ələlxüsus, qəfil, sütül ilhamla coşub nəhəng hava dalğalarıyla evlərin damlarını, pəncərə çərçivələrini titrədən Küləyin bizləri nə isə çox vacib, həyatəhəmiyyətli mətləblərdən agah eləməyə çalışdığı dərin uçurumlu qaranlıqlarda Qurandan şimşək barədə oxuduğum ilahi sətirləri xatırla...
ANL
Milli Elmlər Akademiyasında Məmməd Cəfər Cəfərov yad edilib. Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında görkəmli ədəbiyyatşünas alim akademik Məmməd Cəfər Cəfərovun 100 illik yubileyilə bağlı elmi sessiya keçirilib. AMEA-dan verilən məlumata görə, burada alimin həyat və yaradıcılığı ilə bağlı sərgi də ...
ANL
Nizaminin "Leyli və Məcnun"u Ukrayna dilində nəşr olunub. Dahi şair Nizami Gəncəvinin "Leyli və Məcnun" əsəri bugünlərdə Azərbaycan və Ukrayna dillərində işıq üzü görüb. Kitab Ukrayna xaricində yaşayan ukraynalılarla əlaqələrin möhkəmləndirilməsi tədbirləri üzrə Büdcə Proqramına əsasən, Ukraynanın Azərbaycandakı səfiri...
ANL
Moskvada keçirilən "Eurovision-2009" müsabiqəsinin ilk yarımfinalında səhnəyə çıxan Ermənistan təmsilçiləri Anuş və İnqanın kostyumları, saç düzümü və makiyajı, xoreoqrafik etüdü və səhnə tərtibatı azərbaycanlı Aslan Əhmədovun işidir. APA-nın "Novosti Armeniya"ya istinadən yaydığı məlumata görə, Aslan Əhmədov Ermənista...
ANL
Təəssüratlar qalereyası. Amma əsərləri oxunduqdan sonra yaratdığı qəribə hisslərlə - həyəcanla, kədərlə, nifrətlə, sevinclə, təəssüflə, maraqla, hansısa qəhrəmanın düşdüyü situasiyanı yaşamaq arzusu ilə, hansınınsa yerində ola bilmək qorxusu ilə... yadda qalan yazıçılar da var. Ümumi şəkildə desək, təəssüratla... Hər ş...
ANL
"Dünyaya gələn hər bir insanın öz missiyası olur: kimi böyük, kimi də kiçik işlər görmək üçün doğulur. İnsan var ki, Tanrının onun çiyinlərinə qoymuş olduğu missiyadan xəbərsiz olur və günlərin bir günü, sanki möcüzə baş verir; nə isə adilikdən çox uzaq bir iş görüb, hamını təəccübləndirir. Özünü dərk edən kimi ətrafda...
ANL
"Türk kültüründə azərbaycanlılar və Sarıqamış hərəkatı" adlı konfrans keçirilib. Atatürk Mərkəzində "Türk kültüründə azərbaycanlılar və Sarıqamış hərəkatı" mövzusunda konfrans keçirilib. Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov konfransın ümummilli lider Heydər Əliyevin doğum gününə təsadüf etdiyini xüs...
ANL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü Xızı rayonunda da qeyd edilib. Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Xızı rayonunun Altıağac qəsəbəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə mədəni-kütləvi el şənliyi keçirilib. Mərasimdə BDM-in səd...
ANL
Gənclərin beynəlxalq əməkdaşlığına həsr olunan festival keçirilib. Mayın 11-də Bakıda Gənclər və İdman Nazirliyilə Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Beynəlxalq Assosiasiyası (AİESEC) beynəlxalq "Global Village" festivalına təşkil edib. Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Bab...
ANL
Mətbuat Şurasında Türkiyə və Azərbaycanın media təmsilçilərinin dialoqu keçirilib. ƏFLATUN AMAŞOV: "BİZİM FİKRİMİZ BUDUR Kİ, QARABAĞ MƏSƏLƏSİ HƏLL OLUNMAYANADƏK TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDLƏRİ AÇILMASIN". Mayın 11-də Azərbaycan Mətbuat Şurasında Türkiyənin ölkəmizdə səfərdə olan nüfuzlu media təmsilçilərindən ibarət nüma...
ANL
"Çərpələng ovçusu" - Əfqanıstandan bütün dünyaya. Tanınmış əfqan yazıçısı Xalid Xosseyninin "Çərpələng ovçusu" romanının indiyədək 8 milyondan çox oxucusu var. Xalid Xosseyni Əfqanıstanın paytaxtı Kabildə bir diplomat ailəsində anadan olub. Gənc yaşlarından Amerikanın Koliforniya Ştatında məskunlaşan Xalid hazırda Şima...
ANL
Ötən gün Yazıçılar Birliyində yazıçı-dramaturq Firuz Mustafanın "Dəniz köçü" və "13-cü hekayə" kitablarının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu Firuz Mustafanın həm dost, həm də yaradıcı insan kimi çox gözəl xüsusiyyətlərə malik olduğunu vurğulayıb. "Firuz Mustafa...
ANL
Böyük mədəniyyətlərin qovuşuğunda - Moskvada gerçəkləşən bu bayram onlarla ölkənin əhalisini gecənin bir aləmində ekranların önünə cəmlədi. Milli maraqların kulminasiya həddinə çatdığı yarışmada hər kəs yalnız öz bayrağını yüksəklərə qaldıran ifaçısını alqışlayır və dəstəkləyirdi. Zənnimcə, builki "Eurovision" ötənilki...
ANL
APA-nın Moskvaya ezam edilmiş xüsusi müxbirinin məlumatına görə, müsabiqənin I yarımfinalının aparıcıları Andrey Malaxov və Natalya Vodyanova olub. Müsabiqənin I yarımfinalında 18 ölkə - Çernoqoriya, Çexiya, Belçika, İsveç, Belarus, İsveçrə, Ermənistan, Andorra, İsveç, Türkiyə, İsrail, Bolqarıstan, İslandiya, Makedoniy...
ANL
Mənim tanıdığım Kamal Qəhrəmanov. Mən ədəbiyyatşünas alim Kamal Qəhrəmanovu keçmiş Azərbaycan Dövlət Pedaqoji İnsititutuna qəbul olunmazdan xeyli əvvəl tanıyırdım. Onun adını ilk dəfə ədəbiyyat müəllimim, AYB-nin üzvü, Respublikanın əməkdar müəllimi, doğmaca əmim Sevi Sevdimalıdan eşitmişdim. Sonralar mən də filologiya...
ANL
Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış etdi. RƏCƏB TAYYİB ƏRDOĞAN: "AZƏRBAYCAN VƏ TÜRKİYƏ ARASINDAKI MÜNASİBƏTLƏRİ YAXŞI MƏNADA DÜNYANIN HEÇ BİR İKİ ÖLKƏSİ ARASINDAKI MÜNASİBƏTLƏ MÜQAYİSƏ ETMƏK MÜMKÜN DEYİL". Azərbaycanda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dünən Milli Məclisdə çıxış etdi. Qonağı...
ANL
Ailədə müasirliyin və ənənəviliyin toqquşması. Belə bir günün təsis olunması və beynəlxalq səviyyədə qeyd olunması heç də tasadüfi deyil. Çünki uzun müddətdir ki, dünyada, xüsusilə Qərbdə ailə institutu ciddi aşınmalara məruz qalıb və böhran keçirir. Bu köşədən yazdığım yazılarda Qərbdən fərqli olaraq Azərbaycanda ailə...
ANL
Yeniyetmə idmançının ilk uğurları. Son illər dünyanın bir çox mötəbər turnir və yarışlarında ölkəmizi təmsil edən idmançılarımız vətənə alnıaçıq, üzüağ qayıdırlar. Respublika səviyyəsində keçirilən turnir və yarışlarda isə gənc idmançılarımızın əldə etdikləri uğurlar gələcəkdə bu idmançılarımızın daha böyük uğurlara, n...
ANL
Ömrünün çox hissəsini kino sənətinə həsr etmiş istedadlı sənətkar öz yaradıcılığı boyu Azərbaycanın görkəmli sənətkarları olan Həsən Seyidbəyli, Adil İsgəndərov, Hüseyn Seyidzadə, Tofiq Tağızadə, Həsənağa Turabov və neçə-neçə kino korifeyləri ilə çiyin-çiyinə çalışıb, onların təcrübəsindən bəhrələnərək kinoda müxtəlif ...
ANL
"BYORN ERİKSEN: "İNANIRAM Kİ, BAKIDA TƏŞKİL OLUNAN BUİLKİ MÜSABİQƏ ÇOX CƏLBEDİCİ BİR LAYİHƏ KİMİ YADDA QALACAQ". Təşkilatçıların açıqladıqları nikbin qənaətlərə görə, bu il daha da çox tamaşaçı auditoriyası, əvəzolunmaz və çox həyəcanverici televiziya şousu gözlənilir. Müsabiqəyə hazırlıq prosesi barədə "Eurovision TV"...
ANL
Aşıqlarımız Parisdə çıxış edəcəklər. Mayın 18-20-də Fransanın paytaxtı Parisdə, YUNESKO-nun Baş Qərargahında "Mədəni müxtəliflik-2009" Beynəlxalq Festivalı çərçivəsində "Müxtəliflik bayramı" konsert-tamaşası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tədbirdə ölkəmizi tanınmış aşıqlardan iba...
ANL
Yaradıcı gənclərin problemləri və inkişaf meylləri müzakirə olunacaq. Mayın 15-17-də Zağulbada yerləşən "Gənclik" Beynəlxalq Turizm Mərkəzində "Yaradıcı gənclərin aktual problemləri və inkişaf meylləri" adlı III Respublika görüş-seminarı keçiriləcək. Seminar ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbay...
ANL
Sabah olmayacaq... Azərbaycan Dövlət Neft Akademiyasında terror qurbanı olan tələbələrin xatirəsinə. Günəş çıxmışdı, adamlar ikiləşirdi. Artıq yerdə kölgələr sürünməyə başlamışdı. Səhər tez oyandı. Gözlərini açıb tavana baxdı. Otaq soyuq olsa da, pəncərədən düşən günəş şüası ona hərarət verdi. Ayağa qalxıb stolun kanda...
ANL
İnsan nə qədər azad olsa da yenə cəmiyyətin əlindədir. Cəmiyyətsə o qədər sərhədsizdir ki, kənara çıxmaq mümkün deyil, o qədər məhduddur ki, əl-qol atmaq olmur. Qaraqanın (Elxanın) "A" romanını oxuduqdan sonra aldığım ilkin təəssürat yuxarıda qeyd etdiyim məntiqi fikirləri özüm üçün bir daha yəqinləşdirməkdən ibarət ol...
ANL
Beş dəqiqəlik qəhrəman olmaq istəyənlər. ONLARIN BU HƏVƏSİNDƏ ÜRƏKAÇAN NƏSƏ TAPMAQ ÇƏTİNDİR. Xarici dövlətlərin öz ictimai sektor təmsilçilərini təmənnasız maliyyələşdirməsinə biz həmişə müəyyən qibtə hissi ilə baxmışıq. Bəzi vətəndaşlarımız heç indinin özündə də təsəvvür edə bilmirlər ki, dövlət və yaxud hər hansı bir...
ANL
""Türkiyə hökumətinin mövqeyinə inanmalıyıq". NİZAMİ CƏFƏROV: "ANKARA YEREVANLA DANIŞIQLARDA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNDƏN İMTİNA ETMƏMƏLİDİR. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana budəfəki səfəri xüsusi əhəmiyyət daşıyırdı. Çünki fevral ayından bəri Türkiyə-Ermənistan sərhədlərinin açılacağı, Ank...
ANL
Moskvada Heydər Əliyevin xatirəsi anıldı. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. APA-nın Moskvadakı müxbirinin məlumatına görə, tədbirdə çıxış edən Rusiya D...
ANL
Bakıda sovet dövrü heykəllərindən biri də Rixard Zorgenin şərəfinə S.Vurğun küçəsindəki bağda ucaldılmış abidədir. R.Zorgenin fəaliyyəti Bakıda heykəlləri olan 20-30-cu illərin kommunist rəhbərlərinin fəaliyyətindən fərqlənsə də onun haqqında əhali arasında məlumatın olmaması müəyyən narahatlıq doğurur. Hər gün bu abid...
ANL
Mediaya necə dəstək gərəkdir? Mediaya iqtisadi dəstək, reklam bazarının genişlənməsi, mətbuatın maddi durumu son illər KİV təmsilçilərini ən çox düşündürən məsələlərdən biri idi. Bu barədə uzun müzakirələr aparılıb, müxtəlif fikirlər səslənib. Nəhayət, KİV-in İnkişafına Dəstək Fondunun yaradılması haqqında Azərbaycan p...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, bu məqalədə Azərbaycanda özəl təhsil müəssisələrinin təşəkkülü, əldə olunan nailiyyətlər, fəaliyyətlərindəki problemlər və onları doğuran səbəblər barədə fikirlərimi sizinlə bölüşməyə çalışacağam. Müstəqil Azərbaycanın təhsil sistemind...
ANL
XALQ YAZIÇISI ELÇİNİN "ŞEKSPİR" TRAGİKOMEDİYASI VƏ BƏHRAM OSMANOVUN EYNİADLI TAMAŞASI HAQQINDA QEYDLƏR. Fərqli baxış bucaqlarına demokratik və tolerant münasibət ən müxtəlif dünyagörüşlərinin dinc yanaşı yaşamasını özünün əsas kredosuna çevirən postmodernist dünyaduyumu və estetikanın plüralist təbiətindən doğur. "Şeks...
ANL
Bir gəncin romanı. Müəllifi Elxan Qaraqan. Rəşad Məcid romana səmimi bir ön söz yazıb, qeyd edib ki, Elxan istedadlı gəncdir. Deyim ki, Rəşadın romanla bağlı keçirdiyi fərəh hissinə, bu gəncin ilk romanı haqqında düşündüklərinə mən də şərikəm. Roman yazmaq yazıçılığın ən çətin, ən mürəkkəb və mən deyərdim ki, böyük ene...
ANL
Jalənin və Ruqiyyənin hekayələri: süjet və kompozisiya. Vaxtilə tərcümə elədiyim bu hekayəni tez-tez xatırlayıram. Sonuncu dəfə təbrizli Ruqiyyə Səfərinin və imzası oxuculara yaxşı tanış olan Jalənin hekayələrini oxuyanda xatırlamışam. Ancaq oxşatmaq, paralellər qurmaq, keçid salmaq mənasında yox, yada düşmə sövq-təbii...
ANL
Şair Səlim Babullaoğlunun İranda "Yaşmaq" kitab seriyasından nəşr olunan və seçmə şeirləri toplanan kitabı müəllifin "Avqust" şeirindən götürülmüş bir misra ilə, "Küləyə qarşı gedən qadın" adlanır. Kitabın naşirləri və redaktorları Həmid Asəfi, Səid Muğanlı və Məsihağa Məhəmmədidir. Səid Muğanli Səlimin şeirləri haqqın...
ANL
Bugünlərdə ADMİU-nun nəzdindəki Tədris teatrında yazıçı Yusif Əhmədovun 70 illik yubileyi ilə əlaqədar tələbələrlə görüş keçirilib. Rektor Timuçin Əfəndiyevin təşəbbüsü ilə hazırlanan tədbiri Sənətşünaslıq fakültəsinin dekanı Vəfa Əliyev açaraq, sözü professor Nizaməddin Şəmsizadəyə verib. N.Şəmsizadə publisist, nasir,...
ANL
Heyranlıqlar içində albalı bağı. Bu yazdıqlarımı heyranlıqlar içində təəssüratın səmimi ifadəsi kimi qəbul eləmək daha doğru olardı. Çexovu həmişə sevmişəm. "Öz içindəki qulla əbədi mübarizədə" olan bu böyük sənətkar və böyük insan mənim üçün həmişə əziz olub. Və əziz bir şeyə ehtiyatsız əllərin toxunmasından da həmişə...
ANL
Müəllimlər İnstitutunda Elçin Hüseynbəyli ilə görüş olub. Bugünlərdə Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) yazıçı-dramaturq Elçin Hüseynbəyli ilə görüş keçirilib. Görüşü giriş sözü ilə institutun dosenti, filologiya elmləri namizədi Baba Babayev açıb. E.Hüseynbəyli ilə tanışlığının 1997-ci ilə təsadüf etdiyini vurğu...
ANL
Məmməd Əkbər Yazıçılar Birliyində yad edilib. Yazıçılar Birliyində yazıçı, publisist və tərcüməçi Məmməd Əkbərin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Xalq şairləri Fikrət Qoca, Nəriman Həsənzadə, "Ədəbiyyat" qəzetinin baş redaktoru Ayaz Vəfalı, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin ...
ANL
"Qədim Yunanıstanın mifləri və əfsanələri" Azərbaycan dilində. Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası cari problemlərin həllilə yanaşı, bir çox konseptual məsələlərin yenidən işlənməsi və təkcə günün tələbləri səviyyəsində deyil, həm də perspektivə hesablanmış vacib addımların atılması zərurətini me...
ANL
İstanbulu dinliyorum gözlerim kapalı... ...Pierre Loti İstanbulun Eyyub səmtində Xəlicə baxan bir təpədi. Turistlər buranı sıx-sıx ziyarət edərlər və bu nədənlə də təpədə bulunan kafe və çayxanalar çox bahalıdı. Pierre Lotidən bir mənzərə açılır ki, gəl görəsən. Bu adın hardan qaynaqlandığını xəbər alsanız, deyək ki, P...
ANL
Azərbaycan ədəbiyyatı tarixində istiqlal şairi mövqeyini qazanmaq məhz ona nəsib oldu. Və bu mövqeyə yüksəlmək üçün Əhməd Cavad şərəfli mücadilə yolu keçdi. Bütün Şərqdə və Türk dünyasında ilk demokratik dövləti - Azərbaycan Xalq Cümhuriyyətini o, böyük sevgi və vətən məhəbbəti ilə tərənnüm etdi. Yazdığı şeirlər, himnl...
ANL
"Bəhanə" romanının müəllifi Seyran Səxavətə bəhanəsiz məktub. Hörmətli Seyran müəllim! Yazı yaz sözündən qaynaqlanıb. Yaz torpağı necə yazırsa, torpaq yazın yazdığını necə bitirirsə, Siz də "Bəhanə" romanınızı elə yazıb, elə də bitirmisiniz. Bitirmək sözü də yazı sözü kimi sehirlidir. Bitirmək, yəni əkib, bitirmək və y...
ANL
İlham Qəhrəmanın İranda kitabı çıxıb. 50 yaşı yenicə tamam olan tanınmış şair İlham Qəhrəmanın Tehranda "Əsir dağlar" adlı şeir kitabı nəşr edilib. Kitab Azərbaycan türkcəsində işıq üzü görüb. "Pinar" Yayım Evinin buraxdığı kitab Tehranda Beynəlxalq Kitab Sərgisinə çıxarılıb. Şairin Tehrandakı qələm dostları? Ön sözünü...
ANL
Qəşəm Nəcəfzadənin şeirləri "Çoxsimalı dünya"da. Şair Qəşəm Nəcəfzadənin Gürcüstanda şeirləri işıq üzü görüb. Şeirləri gürcü dilinə tanınmış şair və tərcüməçi Nika Corcaneli çevirib. Ədəbi-bədii materiallar dərc edən jurnal ayda bir dəfə çap olunur. Jurnalın baş redaktoru şair Şota İataşvilidir. Onu da qeyd edək ki, bu...
ANL
Azərbaycan həqiqətlərilə bağlı nəşrlər Londonda sərgilənib. Kitab Cəmiyyətinin sədri Zərifə Salahova bu yaxınlarda Londonda keçirilmiş beynəlxalq sərgidən qayıdıb. O, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri ilə birlikdə iştirak etdiyi sərgidə ölkəmizdə müxtəlif mövzulara aid 100-dən çox miniatür kitabın sərgilə...
ANL
Şuşada görüşərik! "İSTANBULDA QUŞLAR QONDU ÇİYNİMƏ". Budəfəki söhbətim İstanbulda Ayasofya məqbərəsini ziyarət edərkən düşündüklərimdən ibarətdir. Səfərimdə Sultan Əhməd camesini və Topqapı tarixi muzeyini də ziyarət etdim. Lakin Ayasofya düşüncələrimin daha önəmli olacağını düşünürəm. Həm də yaxın keçmişdə hörmətli İr...
ANL
Milli Elmlər Akademiyasında hesabat məzmunlu yığıncaq olub. Dünən Milli Elmlər Akademiyasının (MEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Həmçinin müxtəlif nazirliklər və dövlət şirkətləri nəzdində fəaliyyət göstərən elmi mərkəzlər tərəfindən aparılan tədqiqatlar da əlaqələndirilib. Hazırda aspiranturada 608 aspi...
ANL
İlqar Fəhmidən söz düşmüşkən... ÇOXDAN DÜŞÜNDÜKLƏRİM VƏ İMZA GÜNÜNDƏ GÖRDÜKLƏRİM. "Bayatı" kitab mağazasında keçirilən İmza günü İlqar Fəhmi haqqında çoxdan yazmaq istədiyim bu yazı üçün bəhanə oldu. Deyəsən, hərdən bəhanələr də işə yarayır, axı... Onun barəsində tərifli-tənqidli yazıları müəyyən qədər izləmişəm. Şair ...
ANL
AZƏRBAYCAN YAZIÇILARI BÖYÜK RUS ƏDİBİNİ YAD EDİBLƏR. Yazıçılar Birliyində (AYB) böyük rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun anadan olmasının 200 illiyilə əlaqədar tədbir keçirilib. "Ölü canlar", "Müfəttiş" kimi ölməz əsərlər müəllifinin yubileyinə həsr olunan mərasim Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının t...
ANL
Berlində bəstəkar Arif Mirzəyevin 65 illiyi qeyd edilib. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı və bu ölkədəki səfirliyimizin dəstəyilə, uzun illər Almaniyada yaşayıb-yaradan bəstəkar Arif Mirzəyevin 65 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitə...
ANL
Uçdu dəniz, qaçdı quşlar... "Uçdu getdi quşlar" mahnısının müəllifinə və "Uzaq yaşıl ada" mahnısının müəllifinə dostmodernist ərmağanı. Taksidən düşəndə gördüm, son bahar. Yağışlar yağdıqca düşəcək yada. Yağışın əlindən qaçıb dənizə, Dedim, qoy qarışsın sulara sular. Dəyişib sözlərin sıralarını. Fikrətin, Vaqifin misra...
ANL
Əziz qələm dostlarım! Qələm dostları deyəndə, on yaşından yüz yaşına kimi şeir yazan hər kəsə səslənirəm. Dostlar, qəzetlərə, jurnallara böyük silsilə şeirlər verməklə oxucunu yazılarınızdan doyuzdurmayın. Az yazı verin, dadı damağında qalsın, axtarıb kitablarınızı alsın. Şeir balaca olanda, səhifədə kiçik görünəndə si...
ANL
AYSELLƏ ARAŞ MOSKVADA KEÇİRİLƏN BEYNƏLXALQ MÜSABİQƏDƏ ÜÇÜNCÜ YERİ TUTUBLAR. APA-nın xəbərinə görə, yarışma müsabiqənin ötənilki qalibi Dima Bilanın ifası ilə başlayıb. Final gecəsini rus müğənni Alsu və tanınmış teleaparıcı İvan Urqan idarə ediblər. Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araş səhnəyə 11-ci çıxıbla...
ANL
Tükənməz ümidin sönməyən poetik işığı. ADİL ŞİRİNİN YARADICILIĞI HAQQINDA BİR NEÇƏ SÖZ. Azərbaycan poeziyasının tanınmış nümayəndələri sırasında məxsusi yaradıcılıq manerası, orijinal dəsti-xətti, poetik təfəkkürünün təravəti ilə seçilən çox istedadlı şairlərdən biri Adil Şirindir. Onun poetik düşüncələrinin fəlsəfi tu...
ANL
19 Mayısdan başlanan yol....Böyük Atatürkün öndərliyi ilə başlanan bu yol Türkiyəni İstiqlal və Cümhuriyyətə qovuşdurdu. Türkiyə Cümhuriyyətinin digər tarixi günləri kimi, bu gün də böyük öndər Atatürklə, onun türk milləti qarşısında misilsiz xidmətləri ilə bağlıdır. Eyni zamanda, bu günün əlahiddə özəlliyi də var. Tal...
ANL
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində daha bir görüş. AZƏRBAYCANIN KİV RƏHBƏRLƏRİ ƏSASLI TƏMİR EDİLMİŞ NİZAMİ GƏNCƏVİ ADINA MUZEYLƏ YAXINDAN TANIŞ OLUBLAR. Dünən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycanın KİV rəhbərləri ilə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə çıxış edən muzeyi...
ANL
Aktual mövzuya qeyri-ciddi münasibət. Bu gün Azərbaycanda müşahidə olunan ictimai-siyasi və sosial-mədəni proseslər hər bir vətəndaşın qarşısında yeni vəzifələr qoyur. Hər kəs anlayır ki, ictimai mənşəyindən, peşəsindən, vəzifəsindən və dünyagörüşündən asılı olmayaraq hamı vahid ideyaya - Azərbaycançılığa, Azərbaycan d...
ANL
Ərəbyengicə" adlı kitab işıq üzü görüb. AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, tarix elmləri doktoru Abbas Seyidovun birgə hazırladıqları "Ərəbyengicə" adlı kitab bu yaxınlarda işı...
ANL