text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Düşüncələr: sistemli-sistemsiz, məntiqli-absurd, aydın-bulanıq. Nəvəm Məhəmməd Kamil üçün. Əvvəli ötən şənbə saylarımızda. Yazıçının dünya qurumuna etiraz haqqı var. Yazıçının Haqqa, yaranışa şübhəsi, mühakimə haqqı şeytani üsyandırmı, ağlın məhkəməsidirmi? Bu suala da qəti cavab vermək bizim gücümüzdə deyil.Yazı da şe...
ANL
İşğaldan bir gün əvvəl. Kənd arvadlarının gördüyü qara-qura yuxular Kəndxudanın kürkünə birə salmışdı. Kəndxuda özü də son vaxtlar qəribə yuxular görürdü; bir başından möhür, o biri başından cəza vasitəsi kimi istifadə etdiyi simli qamçısı ilana çevrilib onun boğazına sarılırdı. Qəribəsi o idi ki, ilan dil açıb danışır...
ANL
Qarabulaq düşüncələri, yaxud unudulmamış Ağasəfa. O, kənddə yaşayır - Xızının Qarabulaq kəndində, ata yurdunda. Amma uzun müddət doğulduğu kəndə qonaq kimi gəlib-gedib, çünki həyatını, taleyini şəhərlə bağlamışdı. Əmək kitabçasının müvafiq bəndi “fəhlə”, “qazmaçı köməkçisi” sözləri ilə başlayır. Ədəbi aləmdə az-çox tan...
ANL
Arxada qalmış gələcəyi təsvir edən roman. Artıq neçə yüzillərdir ki, Azərbaycan xalqının yaddaşında sufizm və səfəvilik onun yaşamına güc verən, onu ilkinliyinə qaytaran, hər zaman tanrı qarşısındakı məsuliyyətini anladan, vətən, övlad, millət və xalqa bağlı vəzifələrini öyrədən təfəkkür kompleksi, ictimai-mədəni hərək...
ANL
Neftlə tablolar çəkən rəssam Sabir Çopuro. Aktau şəhərindəki Azərbaycan baş konsulluğunun təşəbbüsü ilə Azərbaycanın müstəqilliyinin 18-ci ildönümü və Qazaxıstanda neft çıxarılmasının 110 illiyi ilə əlaqədar tanınmış rəssam, Azərbaycan və Gürcüstan rəssamlar ittifaqlarının üzvü Sabir Çopuroğlunun fərdi sərgisi açılıb. ...
ANL
Xalq artisti Ceyran Haşımovanın yubileyi qeyd olunub. M.Maqomayev adına Dövlət Filarmoniyasında görkəmli tarzən, xalq artisti, “Lalə” qızlar ansamblının bədii rəhbəri Ceyran Haşımovanın yubiley gecəsi keçirilib. Tədbir “Lalə” qızlar ansamblının ifasında Ü.Hacıbəylinin “Koroğlu” operasının uvertürası ilə başlayıb. Yubil...
ANL
“Laçın folkloru” İlham Qəhrəmanın təqdimatında. Çağdaş şeirimizin sayılıb-seçilən isimlərindən olan İlham Qəhrəman o taylı-bu taylı Azərbaycan oxucusuna çox yaxşı tanışdır. Çoxəsrlik folklor ənənələri ilə sıx bağlı şair publisistika sahəsində də qələmini sınayıb. O, müxtəlif illərdə sənət səhnəsinin təmsilçiləri olan ş...
ANL
Xanəndə Əvəzxan Xankişiyevin 60 illik yubileyi keçirilib. Qobustan rayon Mədəniyyət Evində tanınmış xanəndə Əvəzxan Xankişiyevin anadan olmasının 60 illik yubileyi qeyd edilib. Tədbirdə çıxış edənlər Ə.Xankişiyevin Şirvan aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Şakirin layiqli davamçısı olduğunu önə çəkiblər. Yubiley...
ANL
“Azərbaycan şərqşünaslığı” jurnalı nəşrə başlayıb. AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu 51 illik fəaliyyəti dövründə “Ərəb filologiyası”, “İran filologiyası”, “Türk filologiyası”, “Orta əsrlər Şərqi”, “Elmi araşdırmalar”, “Şərq filologiyası” və başqa topluları vasitəsilə bu sahədə görülən elmi i...
ANL
Günümüzdə baş verən hadisələr bəzən o qədər qarmaqarışıq, sürətli olur ki, lap önümüzdən keçən, bizim üçün əzizdən də əziz olan nəsnələri çox zaman görmürük. Əslində bilsəydik ki, görmədiklərimiz nədir, bizim üçün nə dəyər kəsb edir, bəlkə də dünyanın sonunun gəldiyini düşünərdik. Bu, həmin Əkbər Qoşalıdır ki, bir zama...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (əvvəli ötən şənbə saylarımızda). “Rasionallaşdırma və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi” alt-komponenti çərçivəsində beynəlxalq və milli məsləhətçilər tərəfindən hər bir pilot rayon üzrə məktəb şəbəkələrinin rasionallaşdırılması pla...
ANL
Aydın Talıbzadə fəlsəfəsi, Rəşad Məcid sükutu və Gənc Ədiblər Məktəbinin növbəti görüşü barədə. Gənc ədiblərin növbəti görüşü yenə M.F.Axundov adına Milli Kitabxanada oldu. Mən isə səbirsizliklə gözlədiyim bu görüşə ardımca ağladığından tək qoyub çıxa bilmədiyim qızıma və nəqliyyat sisteminin bərbadlığı ucbatından yenə...
ANL
KİTABI İCTİMAİYYƏTƏ TƏQDİM OLUNDU. Oktyabrın 4-də Muğam Teatrında görkəmli el şairi Fətəli Alıoğlunun “Ataların bir yadigar sözü var” kitabının təqdimatı keçirilib. Tədbirin aparıcısı, kitabın tərtibçisi, şair Bağman Baba F.Alıoğlunun yaradıcılığından söz açaraq el sənətkarının ruhən azad, əqidəsinə, məsləkinə həmişə s...
ANL
Əkrəm Əylisli: “Moskva məni bir vaxt görməsəydi, Bakı heç vaxt görməyəcəkdi. ”PATRİARXLA ÖMRÜMÜZÜN VƏ YAŞADIĞIMIZ İLİN PAYIZINDA YAĞIŞLA YUDUĞUMUZ DƏRDLƏR “TUTDUĞUM BÜTÜN ƏDƏBİ POSTLARDA YENİLİKÇİ CAVANLAR HƏMİŞƏ YANIMDA OLUB”. - Özümlə məndən cavanlar arasındakı yaş fərqini heç vaxt hiss etməmişəm. Əksinə, hərdən mənə...
ANL
İNSANLARA MÜNASİBƏTDƏ EYNİ OLAN ÜÇLÜK. İmanı torpaqla müqayisə etmək nə dərəcədə düzgündür? Zənnimcə, həyatımızın bu üç ən mühüm tərkib hissəsinə münasibətimizə dair düşüncələrimiz barədə danışmaq olardı. Torpaq öz xarakter və mahiyyətinə görə dünyada mövcud olan bütün canlı varlıqlara xidmət edir. O, buğda və narkotik...
ANL
Sergey Yesenin Mərdəkanda anıldı. Rusiyanın Azərbaycandakı səfirliyi və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 114 illiyi münasibətilə tədbir keçirilib. RİMM-dən verilən məlumata görə, tədbirdə Rusiya, Özbəkistan və Mo...
ANL
Azərbaycanın dekorativ xalq sənəti inciləri sərgilənir. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin (BMTİ) təşkilatçılığı ilə Buzovna qəsəbəsi Ruhulla Axundov adına mədəniyyət evində Azərbaycan Rəssamlar İttifaqının üzvü Zərifə Seyidəliyevanın “Azərbaycan dekorativ xalq sənəti inciləri” adlı 13-cü fərdi sərgisi təşkil e...
ANL
Şəkidə “İlk addım” fotoqrafiya sərgisi. Şəki Dövlət Rəsm Qalereyasında “İlk addım” fotoqrafiya sərgisi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Fotoqraflar Birliyi (AFB), ABŞ-ın “Sülh Korpusu Gənclərin İnkişaf Layihəsi” və Bakı şəhəri “YarAdAn” Qalereyasının birgə təşkilatçılığı ilə gerçəkləşib. Mədəniy...
ANL
Dünya elmində böyük hadisə. Mənim təbiət (termokimya) və dəqiq (kalorimetriya, termometriya) elm sahələrində ABŞ və Avropada çap olunmuş, “elmdə yeni istiqamət” kimi qəbul edilən (üç icmalda) işlərim barədə AMEA rəhbərliyinin məlumatı var. Son 19 il ərzində, sərbəst surətdə (pensiyaçı vəziyyətində) Novosibirskdə, Moskv...
ANL
Qəşəm İlqar Ruhdaş “Sevgi vadisi”ni imzaladı. Azərbaycan Yazıçılar Birliyinin “Bayatı” kitab mağazasında növbəti İmza günü keçirildi. Bu dəfə tanınmış şair Qəşəm İlqar Ruhdaş özünün yeni çapdan çıxmış “Sevgi vadisi” adlı kitabı ilə oxucularla görüşə gəlmişdi. İmza günündə şairin yaxınları, qələm dostları bir araya gəlm...
ANL
Ərtoğrul Cavid ədəbi-bədii gecə ilə yad edilib. Atatürk Mərkəzində Hüseyn Cavid Fondu və “Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə istedadlı bəstəkar, dünyasını erkən dəyişmiş Ərtoğrul Cavidin 90 illik yubileyi qeyd olunub. Bununla bağlı “Əbədi Türk Birliyinin Ərtoğrulları” adlı ədəbi-bədi...
ANL
Şəkidə balaca rəssamlar “Yaddan çıxmaz Qarabağ” rəsm aksiyasına qoşulublar. Oktyabrın birinci həftəsindən Azərbaycanda “Yaddan çıxmaz Qarabağ” adlı mədəni-siyasi aksiya - incəsənət həftəsi start götürüb. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə artıq ikinci ildir keçirilən həftə çərçivəsində oktyabrın 6-da Şəki ...
ANL
“İslam mətbəxi” beynəlxalq kulinariya festivalı davam edir. Bakı Əl Oyunları İdman Sarayında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009” layihəsi çərçivəsində keçirilən “İslam mətbəxi” beynəlxalq kulinariya festivalı davam edir. Xatırladaq ki, festivalın açılış mərasimi o...
ANL
Bu ölkənin adı çəkiləndə, yəqin ki, oxucuların əksəriyyətinin yadına sauna və taxtadan inşa edilən fin evləri düşür, bir də təbii ki, “Nokia” mobil telefonları. Amma Finlandiya təkcə sadaladıqlarımdan ibarət deyil. Dünya xəritəsində qolları yuxarıda rəqs edən (SSRİ ilə Qış müharibəsində işğal olunan torpaqları ilə bir ...
ANL
Xalq yazıçısı Anar güneyli ziyalılarla görüşüb. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dəvəti əsasında Kanada Qələm Təşkilatının keçmiş sədri Rza Bərahəninin başçılığı ilə ABŞ, Kanada, Almaniya, İngiltərə, İsveç və başqa ölkələrdə yaşayan, əslən Güney Azərbayca...
ANL
“Yazıçı” Cəfər Cabbarlını xatırlayıb. XÜSUSİ BURAXILIŞIN BAŞQA BİR SAYI İSƏ GÖRKƏMLİ ŞAİR MƏMMƏD İSMAYILIN 70 İLLİYİNƏ HƏSR EDİLİB. “Oğuz eli” qəzetinin “Yazıçı” xüsusi buraxılışının yeni saylarından biri böyük dramaturq Cəfər Cabbarlının 110 illik yubileyilə bağlı hazırlanıb. Qəzetin ilk səhifəsində C.Cabbarlının Azər...
ANL
Pianoçu Murad Hüseynovla görüş olub. Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Klassik Musiqisevərlər Klubunun üzvlərinin xahişi ilə pianoçu, əməkdar artist Murad Hüseynovla Niyazinin mənzil-muzeyində görüş keçirilib. Tədbiri Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova açaraq, M.H...
ANL
Təfəkkürlü duyğuların işığı. MƏŞHUR TELEOPERATOR ELDAR MƏMMƏDOVUN YARADICILIĞI BARƏDƏ NAXIŞLAR. Teleməkanların bol olduğu dövrdə çağdaş tamaşaçının seçimi çoxdur. O, ürəyinə yatan kanalda könlünü, zövqünü oxşayan verilişə baxır. İlk növbədə kadrların görümü ruhuna tumar çəkirsə əlindəki pultun düyməsini basıb kanalı də...
ANL
İnzibati Xətalar Məcəlləsinə teleradio yayımı ilə bağlı bənd əlavə olunsun. MÜSAHİBİMİZ MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASININ SƏDRİ NUŞİRƏVAN MƏHƏRƏMLİDİR. - Azərbaycan teleməkanında şou-biznes xarakterli verlişlərin həddən artıq çoxalması sevindirici hal deyil. Yəni bu cəmiyyətdə gənc nəslin tərbiyyəsinə çox mənfi təsir...
ANL
Minilliklər boyunca sərt təbii şəraitlə, iqlimlə yaşamaq uğrunda aparılan inadlı mücadilə finlərin xasiyyətində silinməyən izlər buraxıb. Finlandiyanin torpaqları qayalıqlardan ibarətdir. Finlər qayaları dəlib yaşayış məskənləri, sənaye obyektləri, ən müasir infrastruktur quraraq, ən ucqar meşələrin ən sıx guşəsində be...
ANL
“Kitabi-Dədə Qorqud”Atamın xatirəsinə ithaf edirəm. Qazaxdan Tiflisə aparan yolda birdən-birə leysan tökdü. Sonra yağmur başladığı kimi də kəsildi və ardınca qatı-boz duman gəldi.Elə bir duman ki, bıçaq çəksən izi qalardı.Duman əvvəlcə Yağlıcadan enən yağış suyuna yüklənib Kaxaber dərəsinə endi, az keçmiş şişib-köpürüb...
ANL
Cəmil müəllimin atalığı. “Duyğular” silsiləmi mənim üçün əziz olan, içimdə daim yaşatdığım, öləziməyə qoymadığım hisslərdən hörəcəyəm. O hisslərdən ki, vaxtilə bir sıra səbəblərdən, siyasi sistem üzündən, tuş gəldiyim haqsızlıqlardan, evsizlik, əsəb gərginliyi, vaxt məhdudluğundan qələmə ala bilməmişəm. Amma onları dəf...
ANL
Şeir Şərqdən doğur. Şərqdən də Şərqdə. Hərdən Günəş də. A.Tarkovski haqqında “525-ci qəzet”də gedən yazıma, ondan çevirmələrimə “Şairi sakitcə məhvetmə növbəsinə duranlar ən sonda əfv növbəsinə qaçırlar” başlığını qoymuşdum. “525”də və “Cult.az”da bu çevirmələrin hörmətli müzakirəçilərinin qeydlərini gec də olsa oxuduq...
ANL
İlk azərbaycanlı kinoaktrisa İzzət Orucovanın 100 illiyi qeyd olunub. Muzey Mərkəzində ilk azərbaycanlı kino aktrisası İzzət Orucovanın anadan olmasının 100 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib. Tədbiri Mədəniyyət və Turizm Nazirliyi Dövlət Film Fondu ilə birgə təşkil edib. Gecədə çıxış edən Dövlət Film Fondun...
ANL
Elçinin “Mahmud və Məryəm” romanı Türkiyədə ekranlaşdırılır. Xalq yazıçısı Elçinin məşhur “Mahmud və Məryəm” romanı illərin sınağından çıxmış xoşbəxt taleli əsərdir. Sovet ideologiyasının hökm sürdüyü bir dövrdə - 1982-ci ildə yazılmış bu roman ideoloji və coğrafi sərhədləri adlayaraq neçə-neçə nəslin sevimli kitabı ol...
ANL
Sevinc Mürvətqızının “Sən sevgidən yuxarısan” adlı ilk kitabı nəşr olunub. Bu yaxınlarda “Vektor” Nəşrlər Evində Gənc Ədiblər Məktəbinin üzvü, qəzetimizin əməkdaşı, şairə Sevinc Mürvətqızının “Sən sevgidən yuxarısan” adlı ilk kitabı işıq üzü görüb. Kitab 2008-ci ildə müəllifin “Vektor” Beynəlxalq Elm Mərkəzinin Şahmar ...
ANL
Bilirəm, siz də kimlərəsə inanmırsınız. Amma kimlərsə sizə neyləyəyiblər axı? Babalardan bizə yadigardır! Məsələn, insanlar qırıq-qırıq səslərə inanmadılar, sözlər yarandı... İnsanlar radioya inanmadılar, eşitdikləri səsin yiyəsini görmək istədilər, televizor yarandı. Və bütün bunlar hər şeyin vizuallaşmasına gətirib ç...
ANL
Cənnət hissi. Cütləşmək və qovuşmaq kimi bir-birindən fərqli anlamlar sevginin varlığını, yoxluğunu göstərir. Cütləşmək yalnız insana xas deyil, qovuşmaq isə yalnız insana xasdır. Dünya poeziyasının ulu babası - adəmi Homer sevginin bir şəhəri yıxacaq qədər böyük və qüdrətli hiss olduğunu yazdı. Bu yolun hara uzandığın...
ANL
Təzə SƏSlər, NƏFƏSlər. Cavidanın şeirləri. Mən onu tanımıram, heç üzünü də görməmişəm. Açığını deyim ki, onun şeirləri ilə tanışlıqdan sonra şəxsən onu görmək arzusunu da düşmədim. Çünki oxuduğum şeirlər bu xanımın mənəvi aləmi, həyat, ölüm, sevgi, Tanrı haqqında özünəməxsus düşüncələrini ortaya qoydu. Cavidanın şeirlə...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, ötən məqalədə Milli Kurikulum barədə bir sıra mülahizələrimi Sizinlə bölüşmüşdüm. Bu məqalədə həmin konseptual sənədlə bağlı fikirlərimi davam etdirmək istərdim. Milli Kurikulum sənədi məntiqi ardıcıllığa əsaslanan və bir-birini üzvi ş...
ANL
Böyük Britaniyanın “Tayms” jurnalı əsərin ilk nəşrinin ildönümü münasibəti ilə özünün redaksiya məqaləsində “1984”ü son altmış ildə dünyanın beş qitəsində ingilis dilində yaranan ədəbiyyatın ən diqqətılayiq nümunəsi adlandırmışdır. ABŞ-nın “Newsweek” dərgisinin bu yaxınlarda keçirdiyi sorğunun nəticələri isə Corc Oruel...
ANL
Azərbaycandakı 7 muzeyin veb-saytının təqdimatı olub. “YENİ EKSPONATLARIN ALINMASI İLƏ BAĞLI GÖRÜLƏN İŞLƏR YETƏRLİ DEYİL”. Ötən gün Muzey Mərkəzində Azərbaycanda fəaliyyət göstərən yeddi muzeyin veb-saytının təqdimat mərasimi keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin...
ANL
Atatürk Mərkəzində “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası,(SAMA) Azərbaycan Kulturoloqlar Cəmiyyəti və Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumunun birgə təşkilatçılığı ilə əməkdar incəsənət xadimi, şair Tofiq Bayramın 75 illik yubileyinə həsr olunmuş xatirə gecəsi-seminar keçirilib.Müxtəlif təşkilatları...
ANL
Sən Allahın yazısı. İstər məqalələrində, istərsə də şeirlərində qəribə bir ruh var. Bax, bu ruhun cazibəsidir ki, onun şeirlərini su kimi ciyərlərimə çəkirəm. Sanki mürgülü günlərimin əlçatmaz, ünyetməz xatirələri könlümün pəjmürdə hisslərini misra-misra odlayır: “Sevinci səsləmişəm - göz yaşları hay verib”. Bir vaxt o...
ANL
Efir məkanı şou-biznesin yaratdığı mənəvi böhrandan qurtulmalıdır. Bəşər cəmiyyəti inkişafın elə yüksək sosiomədəni mərhələsinə adlayıb ki, bu gün müasir dövlətin və ya xalqın inkişafını informasiyasız təsəvvür etmək çətindir. Tarixən çox dəyərli əmtəə, qiymətli sərvət sayılan informasiya müasir qloballaşma dövründə si...
ANL
Əsirlikdən qayıdanların ağrılı xatirələri. TANINMIŞ HƏRBİ JURNALİST VAHİD MƏHƏRRƏMOVUN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB. Müharibə qədim zamanlardan bu günə qədər daima bəşəriyyəti sarsıdan, insanlara dəhşətlər yaşadan qorxunc fəlakətdir. Bu sözü səsləndirmək kifayətdir ki, insanın gözləri qarşısına yanğın, dağıntı, uşaqların...
ANL
Bakıda İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransı açılıb. Ötən gün “Gülüstan” sarayında “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində Bakıda İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransına start verilib. Dünyanın 45-dən çox ölkəsindən 200-dən çox iştir...
ANL
Azad söz və teleboru. EFİR MƏKANINI DAR DÜŞÜNCƏ TƏRZİ İLƏ MƏHDUDLAŞDIRMAQ OLMAZ. Bu məktubu hələ iki il bundan əvvəl yazmışam. Bu günlərdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində nəşr edilmiş elmi-analitik məqaləsini oxuduqdan sonra “Dostuma məktub”u dərc etdirmək qərarın...
ANL
“Türkiyə səfərimiz protokolların imzalanması ilə bağlı narahatlıqdan irəli gəlir”. GÜLTƏKİN HACIBƏYLİ: “TÜRKİYƏ MİLLİSİNİN AZARKEŞİ KİMİ TÜRKİYƏ-ERMƏNİSTAN QARŞILAŞMASINDA AZƏRBAYCAN BAYRAĞINI DALĞALANDIRMAQ İSTƏRDİM”. Ötən şənbə İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında məlum protokolların imzalanması...
ANL
Xalq şairi Məmməd Arazın xatirə gecəsi keçirilib. Oktyabrın 13-də Məmməd Arazın doğum günü ilə əlaqədar xalq şairinin xatirə gecəsi təşkil edilib. Gecədə M.Arazın həyat və fəaliyyəti haqqında danışılıb və qeyd olunub ki, şairin qələmə aldığı poeziya nümunələri onun istedadı, mənəvi aləmi və şəxsiyyəti haqqında ətraflı ...
ANL
Azərbaycan şairləri Qaracaoğlan Şəlalə Şeir Axşamlarına qatılıblar. Türkiyənin Tarsus şəhərində VIII Ənənəvi Beynəlxalq Qaracaoğlan Şəlalə Şeir Axşamları keçirilib. Tarsus bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbir hər il olduğu kimi Tarsus şəlaləsinin Qaracaoğlan parkında gerçəkləşib. Müxtəlif ölkələrdən yazar...
ANL
Musiqili Komediya Teatrı“Arşın mal alan”ı rus dilində təqdim edib. Azərbaycan professional bəstəkarlıq məktəbinin yaradıcısı Üzeyir Hacıbəyli 1913-cü ildə Peterburqda oxuyarkən “Arşın mal alan” adlı operetta yazır. Əvvəlcə əsəri təhsil aldığı müəssisənin rektoru Aleksandr Qlazunova göstərir. A.Qlazunov əsərin gənc bəst...
ANL
Azərbaycan folkloru “Ulduz salxımı”nda. Rusiyada MDB klassik ədəbiyyatı silsiləsi çərçivəsində Azərbaycan folkloru və ədəbiyyat nümunələri haqqında yeni kitab nəşr olunub. Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən verilən xəbərə görə, “Ulduz salxımı” adlanan kitab MBD ölkələrinin Dövlətlərarası Human...
ANL
“Tanış mövzuda variasiyalar” işıq üzü görüb. Sənətşünaslıq namizədi Əlisəfdər Hüseynovun “Tanış mövzuda variasiyalar” kitabı son zamanlar kino sahəsinə həsr edilən maraqlı nəşrlərdən biri kimi diqqəti çəkir. Kitaba önsöz yazan tanınmış şair və sənətşünas Ramiz Heydər “Sənətə məhəbbətlə” adlı məqaləsində müəllifin yazı ...
ANL
İslam dini daxilində meydana gəlmiş mistik cərəyan və ezoterik bir təlim olan sufizmin müsəlman xalqlarının fikir dünyasında, ədəbiyyat və incəsənətində, həyat tərzində dərin izləri olub. Sufi ideyaları Orta əsrlər müsəlman mədəniyyətində mühüm bir axına çevrilib, həm təriqət yolunun yolçuları, həm də sufizmə xas olan ...
ANL
Boz dağlar qurtaran yer. Bura gedən yol dağlıq ərazidən, dolamalardan keçir. Dağlıq Qarabağ boz dağların qurtarıb yaşıl və xoşagəlimli mənzərənin açıldığı yerdən başlayır. Dağların arasında sıx və yaşıl meşələrlə örtülən təpələr, dərə və düzənliklər boyu uzanan taxıl zəmiləri, uzaqdan gözəl meyvə bağları və bostanları ...
ANL
Musiqi ilə yaşanan ömür. Sona İrzaquliyeva 1927-ci ildə Dərbənd şəhərində ziyalı ailəsində anadan olub. Sona xanımın hələ kiçik yaşlarından Dərbənddə öz nənəsindən eşitdiyi musiqi sədaları ilə ömrünün musiqili səhifəsi açılıb. Qarmon alətinin sirlərini də elə nənəsindən öyrənib. Musiqiyə olan böyük sevgi onu Dərbənd pi...
ANL
Toğrul Hüseynlinin yeni sənət uğuru. İSTEDADLI GƏNC PİANOÇU BELARUSDA KEÇİRİLƏN BEYNƏLXALQ FESTİVALDA YÜKSƏK SƏVİYYƏDƏ ÇIXIŞ EDİB. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 11-ci sinfində fortepiano üzrə təhsil alan Toğrul Hüseynlinin xüsusi ifaçılıq istedadına malik olması onu digər yaşıdlarından fərqləndirir. Azərb...
ANL
Önəmli səfərin unudulmaz təəssüratları. Yer üzərində əhalinin sayının və təsərrüfat fəaliyyətinin artması ilə əlaqədar insanın ətraf mühitə etdiyi təsir əvvəllər görünməmiş olan bir miqyasa çatıb. Buna görə də insanlar qarşısında təbii mühitin qorunmasının prinsipcə yeni üsullarının işlənib hazırlanması və tətbiqi kimi...
ANL
Azərbaycan - dünyada və Avropada nüfuzu artan Amazon yurdu. Bu mövzuda olan əvvəlki yazılarımda vurğuladığım kimi, amazonlar 10 min il boyunca bütün Qafqazda, Xəzər, Qara dəniz sahillərində və Kiçik Asiyada yaşayaraq, öz cəngavər savaşları ilə tarix yaradıblar. Tarixi məxəzlər sübut etməyə imkan verir ki, Azərbaycanın ...
ANL
Qəşəm Nəcəfzadə yeni kitabını oxucular üçün imzalayıb. Dünən Azərbaycan Yazıçılar Birliyinin “Bayatı” kitab mağazasında şair Qəşəm Nəcəfzadənin yeni şeirlər kitabının imza günü keçirildi. Tədbiri ənənəvi olaraq AYB-nin katibi Rəşad Məcid açaraq, imza günlərinin əhəmiyyətindən və Q.Nəcəfzadənin yaradıcılığından danışara...
ANL
Sevgidən yuxarıdakı qızın şeirləri. Tarix və dostlar üçün silsiləsindən. Bu yazıma qəhrəman kimi Sevinci seçdim - Sevinc Mürvətqızını. Sevinc Gənc Ədiblər Məktəbinin üzvüdür, amma bizi yaxınlaşdıran təkcə bu deyil. Məsələ burasındadır ki, o mənə digərlərindən bir köynək daha yaxındır: hər ikimiz mətbuatdan gəlmişik və ...
ANL
Şair Kəmaləddin Qədimin yeni kitabı nəşr olunub. Bu yaxınlarda “Vektor” Beynəlxalq Elm Mərkəzində şair Kəmaləddin Qədimin “Allahdı, şeytandı, mənəm” adlı kitabı işıq üzü görüb. Kitab şair haqqında yazılmış məqalələrdən fraqmentlərlə açılır. Onların sırasında xalq şairi Bəxtiyar Vahabzadə, tənqidçi Vaqif Yusifli, şairlə...
ANL
Aysel ƏLİZADƏ. Əvvəllər elə bilirdim ki, ölkədə hamı bir-birinə müxalifdir. Sonra anladım ki, müxalif olmaq özü də ciddi bir mövqedir. Peşəkar yanaşmadır. Biz döyüşkən yox, dalaşqan millətik. Xoruz, it, pişik döyüşdürməyi sevdiyimiz kimi adamları da döyüşdürüb seyr etməkdən ötrü sinov gedirik. Özümüz də arada bu döyüşə...
ANL
Alman caz qrupu Sumqayıtda konsert verib. Sumqayıtda Cənubi Almaniya caz qrupunun gənc ifaçıları konsert proqramı ilə çıxış ediblər. Konsert Almaniyanın Azərbaycandakı səfirliyi və Sumqayıt şəhər İcra Hakimiyyəti (SŞİH) tərəfindən təşkil edilib. Almaniya səfirliyinin mədəniyyət üzrə attaşesi Herbert Şmitter bu tədbirin...
ANL
Şəkidə rəssam Səbuhi Məmmədovun fərdi sərgisi açılıb. Şəkidəki Sənətkarlar evində rəssam Səbuhi Məmmədovun fərdi yaradıcılıq sərgisi açılıb. Bu barədə Rəssamlar İttifaqından məlumat verilib. Rəssamlar İttifaqı Şəki təşkilatının sədri Tahir Həmidli çıxışında sərginin rəssamın 50 illik yubileyinə həsr olunduğunu bildirər...
ANL
Azərbaycan filologiya elminin Mikayıl Rəfili, Məmməd Arif, Məmməd Cəfər kimi çox böyük, vətəndaş qayəli alimləri olmuş və bu alimlər Bəkir Nəbiyev, Yaşar Qarayev, Akif Hüseynov... kimi tədqiqatçılar, tənqidçilər nəsli yetişdirmişlər... Sonralar altmışıncılar adlanacaq bu möhtəşəm ədəbi nəsil obyektiv, dərin təhlili bax...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular! Son illərdə təhsil sahəsində əldə etdiyimiz ciddi nailiyyətlərdən biri məhz dərslik hazırlığı ilə bağlıdır. Bununla əlaqədar olaraq ölkəmizdə dərslik hazırlığının tarixi, bu sahədə əldə olunan nailiyyətlər, yeni dərslik siyasəti, eləcə...
ANL
Türkiyənin tanınmış və nüfuzlu jurnallarından olan “First Business”in avqust nömrəsində millət vəkili Qənirə Paşayeva Azərbaycanın birinci xanımı, millət vəkili, Azərbaycan-Amerika Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Azərbaycan Gimnastika Fede...
ANL
Rejissor haqqında paradoks. Çağdaş Azərbaycan teatrının görkəmli rejissoru Vaqif İbrahimoğlu ilə ilgili peşəkar düşüncəmdə yaranmış paradoksu incələməkdən öncə, hər ehtimala qarşı, kiçicik girişvari açıqlama verməyə ehtiyac duyuram. “Girişvari” ona görə ki, əslində qarşıma qoyduğum məsələ özü-özlüyündə elə böyükdür ki,...
ANL
Yunus Oğuzun “Təhmasib şah” romanı çapdan çıxıb. “Apostrof” nəşriyyatında nəfis şəkildə çap olunmuş kitabda böyük Azərbaycan hökmdarı, Səfəvilər dövlətinin banisi Şah İsmayılın oğlu I Təhmasibin həyat və fəaliyyətindən bəhs edilir. Kitaba ön sözü (“Tarixi və müasir roman”) Atatürk Mərkəzinin direktoru, filologiya elmlə...
ANL
Bakıda İordaniya Mədəniyyət Günləri başlayıb. Bakı Muzey Mərkəzində İordaniya Krallığının Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və İordaniya səfiri Adel Adalieh çıxış ediblər. Ə.Vəliyev açıl...
ANL
Şövkət Ələkbərova yad edilib. Azərbaycanın görkəmli sənətkarı Şövkət Ələkbərovanın ad günü ilə əlaqədar onun Fəxri Xiyabandakı məzarı ziyarət olunub. Şövkət Ələkbərovanın gəlini, Tofiq Quliyev adına 12 saylı Musiqi Məktəbinin direktoru Gülnarə Səfərova APA-ya bildirib ki, hər il olduğu kimi, bu il də sənətkarı doğum gü...
ANL
Çağdaş elmi-ictimai fikrimizin Nizamisi. Son yarım əsrdə Azərbaycanda humanitar düşüncə sahəsində universal zəkaya malik olan bir neçə nəfəri xüsusi fərqləndirmək mümkündür. Əli Sultanlı, Mikayıl Rəfili, Yaşar Qarayev, Aydın Məmmədov... Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov da humanitar elml...
ANL
Hər könül Kəbəyə bənzəməz... “Azərbaycan” jurnalının Əməkdaşı Südabə Ağabalayevaya. Qayğı və diqqətiniz üçün sağ olun, minnətdaram! Oxucunu ram edən, riqqətə gətirən mühakimə və təhkiyə tərziniz mənə anamın laylasıtək xoş gəldi; elə bil “Sənsiz” romansını, “Füzuli” kantatasını, “Karvan” süitasını eşitdim, qəlbimdə qala...
ANL
Nə vaxtsa lentə alınmış fotoşəkildə insan ömrünün bir anı əbədiləşir. Acılı-şirinli xatirələri özündə yaşadan həmin fotoşəkillərə baxdıqda insan ömrün o çağlarına qayıdır, həmin illəri bir daha yaşayır. Elə fotoşəkillər də var ki, özündə təkcə bir insan ömrünün hər hansı anını yaşatmaqla yanaşı, lentə alındığı dövrün x...
ANL
Azərbaycanlı rəqqasə Rusiyada hind rəqsləri müsabiqəsində birincilik qazanıb. Rusiyanın paytaxtı Moskvada keçirilən iki beynəlxalq hind rəqsləri festival-müsabiqəsində azərbaycanlı rəqqasə Oksana Rəsulova da iştirak edib. O.Rəsulovanın APA-ya verdiyi məlumata görə, həmin festival-müsabiqələrdən biri Hindistanın Mədəniy...
ANL
Türk dünyası: yeni problemlər, düşüncələr və nəticələr. Müəyyən dövrlərdə elə hadisələr baş verir ki, hər bir dövlətin və xalqın mövcudluğunu müəyyənləşdirəcək qədər vacib olur. Dünya tarixinin XIX-XX əsrləri türk dünyası, türk xalqları üçün heç də müsbət məqamlarla yadda qalmayıb. Çox təəssüflər olsun ki, XXI əsrə də ...
ANL
Əsl alim və müəllim kimi... Misir yazıçısı Mahmud Teymurun “Səlva küləklərin qoynunda” adlı bir romanı var. Romanın qəhrəmanı Səlva təlatümlü həyatı olan gənc bir qızdır. Həyatın burulğanı onu o qədər çaşdırır ki, anasının ölüm xəbərini eşidərkən, Mahmud Teymurun öz sözləri ilə desək, “pis olur, ancaq o qədər də fikir ...
ANL
Yol göstərən. Afat müəllimin dünyasını dəyişməsi xəbəri Azərbaycan elmi ictimaiyyəti, pedaqoji aləmi üçün çox ağır və üzücü bir hal yaşatdı. Bizim üçün, yəni çoxsaylı tələbələri üçün bu xəbər ata qayğıkeşliyini əsirgəməyən müəllimin, görkəmli alimin, elm xadimi və təhsil təşkilatçısının itkisi deməkdi... Afat müəllimlə...
ANL
“Türkün gizli tarixi” Yunus Oğuz və Bəxtiyar Tuncayın təqdimatında. Dünən Atatürk Mərkəzində yazıçı-türkoloq Yunus Oğuz və tədqiqatçı Bəxtiyar Tuncayın “Türkün gizli tarixi” adlı elmi-publisistik əsərinin təqdimatı keçirilib. Nəşrin ön söz müəllifi əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. Giriş sözü ...
ANL
Qəşəm Nəcəfzadənin yeni kitabı çapdan çıxıb. Tanınmış şair Qəşəm Nəcəfzadənin “Şirvannəşr” nəşriyyatında Qafqaz Universitetinin maliyyə dəstəyilə “Oğlum qapını aç, qapıda bir külək ölür” adlı şeirlər kitabı çap olunub. Kitabda şairin müxtəlif vaxtlarda və əsasən son illərdə yazdığı şeirləri toplanıb. Şeirlərin əsas məz...
ANL
“Azərbaycanca danışaq. Dil və mədəniyyət” kitabı təqdim olunub. PROFESSOR KAMAL ABDULLA VƏ MİŞEL MALERBİN HAZIRLADIQLARI BU KİTAB AZƏRBAYCAN-FRANSA ƏLAQƏLƏRİNDƏ ÖNƏMLİ HADİSƏ KİMİ DƏYƏRLƏNDİRİLİB. Oktyabrın 21-də Bakı Slavyan Universitetinin konfrans zalında Fransanın “Harmattan” nəşriyyatında işıq üzü görən “Azərbayca...
ANL
Gənc rəssamlar üçün internet vasitəsilə müsabiqə elan edilib. Gənclər və İdman Nazirliyi MDB ölkələrindən olan gənc rəssamlar arasında internetin köməyilə müsabiqəyə start verib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqənin əsas məqsədi vizual incəsənətin və internetin imkanlarından istifadə edərək...
ANL
“Teatr, təhsil və mənəviyyatımız” layihəsi həyata keçirilib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının və Suraxanı rayon məktəblilərinin “Teatr, təhsil və mənəviyyatımız” birgə layihəsi gerçəkləşib. Teatrdan APA-ya verilən məlumata görə, layihənin rəhbəri, Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz...
ANL
Kiyevdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. 18 Oktyabr Azərbaycanın Müstəqillik Günü münasibətilə Kiyevdə T.Şevçenko adına Milli Akademik Opera və Balet Teatrında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert keçirilib. APA-nın məlumatına görə, konsertin təşkilatçıları Azərbaycanın Ukraynadakı s...
ANL
Bakı Beynəlxalq Caz Festivalının təntənəli açılışı olub. Oktyabrın 21-də Azərbaycan Dövlət Filarmoniyasında Bakı Beynəlxalq Caz Festivalının təntənəli açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, “Bakı – islam mədəniyyətinin p...
ANL
“Dəlilər və ağıllılar” səhnədə necə göründü? Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında “525-ci qəzet”in həyata keçirdiyi “Gənclər arasında mənəvi və ədəbi dəyərlərin təbliğ olunması” layihəsi çərçivəsində bugünlərdə 50 nəfər gən...
ANL
Teatr tamaşasına ilk baxışın təəssüratları. Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında “525-ci qəzet”in həyata keçirdiyi “Gənclər arasında mənəvi və ədəbi dəyərlərin təbliğ olunması” layihəsi çərçivəsində bugünlərdə 50 nəfər gənc...
ANL
Yeddi qapı. KƏMALƏDDİN QƏDİMİN ŞEİRLƏRİ HAQQINDA. İlk illərdə yaşıdları arasında heç seçilmirdi də. Yaxşı bilirdi ki, poetik istedadı hələ cilalanmayıb, çox oxumaq, həyatı, insanları müşahidə etmək, adidə qeyri-adini, anda zamanı görmək üçün çox çalışmalıdır, seçilmək, fərqlənmək, ÖZÜNƏMƏXSUS olmaq, heç kimə bənzəməmək...
ANL
Oralarda kimlər var: İradə Tuncay, Aslan Qəhrəmanlı, Rafiq Tağı. Ədəbiyyat və Ədəb! Bu sözlərin heç biri güman ki, bizim deyil və buna görə də onların hansının əvvəl yarandığı barədə də məncə ən gözəlini dilçilər bilirlər. Amma indiki məqamda baxanda bizim ədəbi camiəmizdə bu sözlərin ikincisindən yapışıb bir çox günah...
ANL
İkicə kəlmə: Mənsum İbrahimov. Nadanlıqla silahlananları tərksilah eləmək lazımdı, ağlıma gələn birinci cümlənin sonunda nöqtə qoymağa yer tapmıram, nöqtənin bəlkə də yeri yoxdu, amma cümlənin yeri var; o, güc orqanında işləmir, müstəqil dedektiv də deyil, amma hücum eləməyi əla bacarır, qarşısındakı nadandısa... Üzeyi...
ANL
Sevrdən Sürixədək gələn yol. Tarix yazılıb, qeyd olunmuş keçmişdən daha artıq bir şeydi. O, yazılmış, yazılacaq və ən önəmlisi xatırlanan keçmişdən oluşur. Hərə üzünə bir maska taxıb bu maskaradda ona ayrılmış rolu oynamağa çalışır. Kimi məharətlə, kimi də diletantcasına. Kimin necə oynadığı göz qabağındadı – bunlar da...
ANL
Füzuli nə deməkdir? Bu sualın birbaşa lüğətə söykənən cavabı var ki, onu Füzuli özü də yazıb, bizdən əvvəl çoxları da söyləyib, biz də yozmuşuq. sorğusunun məntiqdən, mahiyyətdən qaynaqlanan cavabı (daha doğrusu, saysız cavabları) da var ki, yüzillərcə hər kəs o sualı öz duyduğu və anladığı səviyyədə açmaq təşəbbüsündə...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, ötən məqalədə ölkəmizdə dərslik hazırlığı tarixindən bəhs edilmişdi, bu məqalədə mövzu davam etdirilməklə yanaşı, daha çox müstəqillik illərində dərslik hazırlığı, əldə olunan nailiyyətlər, problemlərin həlli istiqamətində atılan addım...
ANL
Polşa-Azərbaycan nağılı. Azərbaycan Respublikasının Polşadakı Fövqəladə və Səlahiyyətli səfiri Vilayət Quliyevlə müsahibə Varşavanın populyar “Şviat elit” (“Seçkinlər dünyası”) jurnalının 2009-cu il avqust sayında Azərbaycan Respublikasının Polşadakı səfiri Vilayət Quliyevlə müsahibə dərc edilib. – Cənab səfir, uzun il...
ANL
BSU-nun xarici əlaqələrinin yeni mərhələsi. KAMAL ABDULLAYEV POLŞADA USTAD DƏRSİ KEÇİB. Bakı Slavyan Universitetinin ilbəil genişlənən xarici əlaqələri, son illər universitet həyatında baş verən dəyişikliklər bu təhsil ocağının böyük bir coğrafiyada nüfuzlu elm və mədəniyyət mərkəzi kimi tanınmasına gətirib çıxarıb. Tə...
ANL
Nə etmək istəyirsiniz? Srağagün Türkiyənin “Hürriyət” qəzetinin 1-ci səhifəsinə bir xəbər qoymuşdular. Xəbərin başlığı belə idi: “Oradakı bayraq dalğalanır”. Xəbərdə deyilirdi ki, Azərbaycan xatirə abidəsinin yanındakı türk bayraqlarını endirsə də İngiltərədə şəhid düşmüş türk pilotlarının məzarları üzərindəki türk bay...
ANL
Şoloxovla unudulmaz bir görüşün köhnəlməyən təəssüratları. Bəzən həyatda elə səfərlər və görüşlər olur ki, həmin vaxtlarda bəzi səbəblərə görə yazılıb dərc edilə bilmir. Əvvəlcə onu deyim ki, həmin illərdə Naxçıvanda Könüllü Kitabsevərlər Cəmiyyəti şəxsi kitabxanaları olanları tanınmış yazıçı və şairlərlə görüşlər üçün...
ANL
Misirin Xarici İşlər Nazirliyinin və Misir Texniki Əməkdaşlıq Fondunun təşəbbüsüylə oktyabrın 10-dan 24-nə kimi bir qrup Azərbaycanlı jurnalist bu ölkədə səfərdə olub. On yeddi nəfərlik nümayəndə heyətinin tərkibinə dövlət, müstəqil qəzetlərin və bir müxalifət mətbuatının təmsilçisi daxil idi. Səfərin əsas məqsədi KİV-...
ANL