text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Naxçıvanda xalq yazıçısı Hüseyn İbrahimovun 90 illiyi qeyd edilib. AMEA Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universiteti xalq yazıçısı, ictimai xadim Hüseyn İbrahimovun anadan olmasının 90 illiyinə həsr edilmiş konfrans keçirib. İştirakçılar əvvəlcə Hüseyn İbrahimovun ömür yolu və yaradıcılığından bəhs edən sənədli fil... | ANL |
Rəsul Rza Mükafatı yeni laureatlara təqdim edilib. Ötən gün Yazıçılar Birliyində (AYB) Beynəlxalq Rəsul Rza Mükafatının təqdimat mərasimi keçirilib. Rəsul Rza Fondunun prezidenti xalq şairi Fikrət Qoca mükafatın hər il mayın 19-da - R.Rzanın doğum günündə təqdim edildiyini nəzərə çatdırıb. F.Qoca mərhum xalq şairinin A... | ANL |
Akademik Milli Dram Teatrı: qastrollar və uğurlar silsiləsi davam edir. DİREKTOR MAQBET BÜNYADOVUN SÖZLƏRİNƏ GÖRƏ, YARADICI KOLLEKTİVİ QARŞIDA ALMANİYA VƏ TÜRKİYƏYƏ YENİ QASTROL SƏFƏRLƏRİ GÖZLƏYİR. Azərbaycanın bir sıra mədəniyyət ocaqlarında, prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, köklü təmir-bərpa iş... | ANL |
Rəfael Cəfərovun "Xəyaldan doğan sevgi"si Vyanada işıq üzü görüb. Bu yaxınlarda Avstriyanın paytaxtı Vyanadakı "Kopi-senter" nəşriyyatında Rəfael Cəfərovun "Xəyaldan doğan sevgi" kitabı çap olunub. Yazarın oxucularla ikinci görüşü olan bu kitabda müəllif uşaqlıq, gənclik dövrlərində yaşadıqları, valideynləri, yaxın qoh... | ANL |
Qulu Ağsəsin yeni kitabı nəşr olunub. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) "Avrasiya press" nəşriyyatında şair Qulu Ağsəsin "Nabran novellası" adlı ilk nəsr kitabı işıq üzü görüb. Bu barədə APA-ya BAMF-dən bildirilib. "Poeziyada bəmbəyaz bir səs..." bölümündə isə Fikrət Qoca, Çingiz Əlioğlu, Tofiq Abdin, Vaqif B... | ANL |
Azərbaycan müstəqillik qazandıqdan sonra milli düşüncə tərzinin formalaşması, milli varlığımızın dərki, tarixə qayıdışdan qidalanan tarixi əsərlərin meydana çıxması, açılmamış səhifələri açmaq cəhdi, tarixin həqiqətinə, həqiqətin tarixinə ayna tutan kitabların yaranması məni həddindən çox sevindirir. Ona görə həddən ço... | ANL |
Qafqaz Universiteti Naxçıvan Dövlət Universitetilə birgə "Arşın mal alan"ı təqdim edib. Mayın 17-də Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində Qafqaz Universiteti və Naxçıvan Dövlət Universitetinin (NDU) incəsənət fakültəsi dahi bəstəkar Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsərinin tamaşasını nümayiş etdirib. Səh... | ANL |
"Bir millət-iki dövlət" ideyası rəsmlərdə. Rəssamlıq Akademiyasında azərbaycanlı və türkiyəli tələbələrin birgə sərgisi açılıb. "Bir millət-iki dövlət" mövzusuna həsr olunmuş sərgidə Türkiyə universitetləri və Dövlət Rəssamlıq Akademiyası tələbələrinin vətənpərvərlik, türkçülük, xeyirxahlıq və sülhə çağırış ideyalarını... | ANL |
"Sözün müqəddəsliyi mənim üçün həmişə yüksəkdə dayanıb". GÜLAYƏ ŞINIXLI: "SÖZ ADAMLARININ TƏMASLARI İLƏ MÖHKƏMLƏNƏN DOSTLUQ TELLƏRİ TÜRK DÜNYASI XALQLARINI DAHA DA DOĞMALAŞDIRIR". Orta təhsilini doğma rayonda alan G.Şınıxlının şeirləri 1992-ci ildən Azərbaycan Radiosu və Televiziyasında səslənib. Şairənin tamaşaçı və o... | ANL |
Faiq Hüseynbəyli: "Ədəbiyyatda vətənpərvərlik mövzusunun tükəndiyini düşünənlər yanılırlar". Gənc şair Faiq Hüseynbəyli bir müddət əvvəl hərbi xidmətini başa vurub və bu yaxınlarda onun yeni kitabı çapdan çıxıb. "Vektor" Nəşrlər Evinin çap etdiyi "Sabahın adamı" adlı kitab müəllifin hərbi xidmətdə olarkən yazdığı şeir ... | ANL |
Dövlət Film Fondunun təşkilatçılığı ilə Musiqili Komediya Teatrında rejissor, xalq artisti Vaqif Mustafayevin çəkdiyi "Yaramaz" filminin 20 illiyinə həsr olunmuş tədbir keçirilib. Teatrın foyesində filmlə bağlı fotosərgi nümayiş etdirilib. Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxışında bu filmin Azə... | ANL |
Azərbaycanlı aktrisa Məlahət Abbasova Türkiyədə yeni filmə çəkilir. Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova bir neçə seriala dəvət alıb. Bu barədə APA-ya açıqlama verən M.Abbasova bildirib ki, bunlardan ən mühümü Türkiyənin nüfuzlu "Öykü" film şirkətindən aldığı təklifdir: "Öykü" şirkətinin çəkəcəyi fil... | ANL |
Bakıda Berlin İncəsənət Xadimləri Birliyi üzvlərinin sərgisi açılıb. Dünən Azərbaycan Rəssamlıq Akademiyasında Berlin İncəsənət Xadimləri Birliyi nümayəndələrinin sərgisinin açılışı olub. APA-nın məlumatına görə, sərginin açılışında çıxış edən Azərbaycan Rəssamlıq Akademiyasının sədri Ömər Eldarov burada Berlindən olan... | ANL |
Ədəbiyyatımızın milli vicdanı. Tarixə dünya müharibələri və siyasi qalmaqallarla daxil olmuş XX əsr Azərbaycan ədəbiyyatına böyük şəxsiyyətlər bəxş etdi: M.Ə.Sabir, Ü.Hacıbəyli, Ə.Hüseynzadə, H.Cavid, C.Cabbarlı... Bu böyüklər sırasında C.Məmmədquluzadə müstəsna yer tutur. Yalnız bu böyüklər arasındamı?! Ədəbi-tarixi f... | ANL |
Azərbaycan Universitetində fəxri qonaqla görüş keçirilib. Mayın 19-da Azərbaycan Universitetində Almaniyanın Zigen Universitetinin vitse-prezidenti, professor Manfred Grauerlə müəllim və tələbələrin görüşü keçirilib. Görüşdə iki universitet arasında yaxın perspektivdə qurulacaq əlaqələrin istiqamətləri, eləcə də Azərba... | ANL |
Azərbaycan insanını xəyal qırıqlığına uğradan mövqe. AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ BARAK OBAMAYA MÜRACİƏT. Hörmətli cənab prezident! "Beləliklə, istər böyük kapitala, istərsə də mənim atamın da doğulduğu kiçik kəndlərə malik olan bütün xalqlar və hökumətlər bilməlidir: Amerika gələcək sülh və ləyaqət axtaran... | ANL |
Növbədənkənar yazı. Hər dəfə Bakıdan Türkiyəyə dönəndə yüküm daha çox kitablardan ibarət olur. İldə iki dəfə qısa müddətdə vətəndə olarkən gəlişimdən xəbər tutan şair və yazıçı dost-tanışlarımın yeni çıxan (ya da çoxdan çıxan, amma mənimçün yeni olan) əsərlərindən ibarət yetərincə kitab yığılır. Bunun əsas səbəblərində... | ANL |
Atatürk Mərkəzində Əhməd bəy Ağaoğlunun 140 illiyinə həsr olunan tədbir keçirilib. Dünən Atatürk Mərkəzində Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə ictimai xadim, jurnalist, pedaqoq və yazıçı Əhməd bəy Ağaoğlunun anadan olmasının 140 illiyinə həsr olunan tədbir keçirilib. APA-nın məlumatına görə, tarixçi-alim ... | ANL |
Azərbaycanda Beynəlxalq Mədəniyyət Həftəsi keçirilir. Mayın 18-dən Bakıda Beynəlxalq Mədəniyyət Həftəsinə start verilib. Tədbirlər Kıbrıs, Balkanlar, Avrasiya Türk Ədəbiyyatı Kurumu ( KİBATEK), Türk Dünyası Araşdırmaları Uluslararası Akademiyası (TDAUEA) və "Vektor" Beynəlxalq Elm Mərkəzinin birgə təşkilatçılığı ilə hə... | ANL |
Türkiyəli şairə Yeşim Ağaoğlu ilə Yazıçılar Birliyində görüş olub. Ötən gün Yazıçılar Birliyində Türkiyə PEN mərkəzinin və BESAM idarə heyətinin üzvü, şairə Yeşim Ağaoğlu ilə görüş keçirilib. "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, şair Səlim Babullaoğlu əslən Azərbaycandan olan, məşhur Ağaoğlular nəslinin nümayən... | ANL |
Xalq artisti Rza Əfqanlı xatırlanıb. Dünən Musiqili Komediya Teatrında xalq artisti Rza Əfqanlının anadan olmasının 110 illiyilə bağlı sənətkarın xatirə gecəsi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbir R.Əfqanlının rol aldığı filmlərdən kadrlar göstərilməsilə başlayıb. Xatirə ge... | ANL |
Tanınmış şairlər Memarlıq və İnşaat Universitetinin qonağı olublar. Bu günlərdə Memarlıq və İnşaat Universitetində Azərbaycanın tanınmış şairləri Vaqif Bəhmənli, Tofiq Nurəli və Maarif Soltanla müəllim-tələbə kollektiviinin görüşü təşkil edilib. Görüşdə şairlərin həyat və fəaliyyət yolu haqqında ətraflı məlumat verilib... | ANL |
İsmayıllıda Qalalar günü təntənəylə qeyd edilib. Mayın 10-da ümummilli lider Heydər Əliyevin doğum günündə qədim Cavanşir yurdu İsmayıllıda möhtəşəm bir bayram təntənəsi vardı. Səhər tezdən ulu öndərin abidəsi önünə gül dəstələri qoyan rayon ictimaiyyətinin nümayəndələri və qonaqlar "Ormanlar içində duran Talıstan"dan ... | ANL |
Xalq yazıçısı İlyas Əfəndiyevin bədii əsərlərinin dili haqqında mülahizələr. Dünya ədəbiyyatının ən gözəl ənənələrinə dayaqlanan, milli özünəməxsusluğa, folklora, klassik irsə möhkəm bağlı olan, müasirlik, novatorluq və ümumbəşəri məzmun daşıyan millilik İlyas Əfəndiyev yaradıcılığının əsas xüsusiyyətləridir. Həyat had... | ANL |
Naxçıvanın öyrənilmə tarixinə bir nəzər: rusiyalı şərqşünas Smirnov və onun şəxsi arxivinin taleyi. Ömrünün çoxunu Şərq tarixinin, o cümlədən Naxçıvan tarixinin öyrənilməsinə, tədqiqinə sərf edən rus şərqşünaslarından biri də Konstantin Nikolayeviç Smirnovdur. Əvvəlcə onu deyək ki, bu hərbçi-şərqşünasla bağlı xeyli axt... | ANL |
"Qarabağ münaqişəsilə bağlı vəziyyət hələ də sıfır nöqtəsindən tərpənməyib". GÜLTƏKİN HACIBƏYLİ: "DAĞLIQ QARABAĞ, CƏNUBİ OSETİYA, ABXAZİYA MÜNAQİŞƏLƏRİNİN HƏLLİ ÜÇÜN MÜNBİT GEOSİYASİ ŞƏRAİT HƏLƏ FORMALAŞMAYIB". Bir müddət öncə Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşü keçirildi. Bəzi gözləntilərə baxmayara... | ANL |
Tozdan silkələnmək, təmizlənmək gərək... SƏVİYYƏSİZ XİDMƏT İNSANLARI ÇOX ƏSƏBLƏŞDİRİR. Bəli, Azərbaycanda heç yerdə, vurğulayıram, heç yerdə yüksək xidmət görmək mümkün deyil. Yəni xidmət sahələrində çalışanların hamısı səviyyəsizdir? Belə demək insafsızlıq olar. Bizə belə gəlir ki, bu ən çox görüb-götürməzlikdəndir. İ... | ANL |
Fəlsəfə bizə lazımdırmı? Artıq neçə həftədir ki, İctimai televiziyanın "Açıq dərs" verilişi fəlsəfəyə həsr olunur və belə bir sual vurğulanır: "Fəlsəfə bizə lazımdırmı?". Əlbəttə, sualdan suallar çıxır: "Fəlsəfə dedikdə biz nəyi nəzərdə tuturuq? Biz hələ özümüz üçün həqiqi fəlsəfə ilə Azərbaycanda formalaşmış "fəlsəfə"... | ANL |
Korrupsiyaya qarşı mübarizədə cəmiyyətin rolu mövzusunda konfrans keçirilib. MİLLİ MƏCLİSİN HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN SƏDRİ ƏLİ HÜSEYNOV: "DÖVLƏT BÜDCƏSİNİN İCRASINA NƏZARƏT, ŞƏFFAFLIĞIN TƏMİN OLUNMASI ÜÇÜN MİLLƏT VƏKİLLƏRİ SƏYLƏRİNİ ARTIRMALIDIR". Korrupsiyaya Qarşı Parlament Üzvlərinin Qlobal Tə... | ANL |
Növbədənkənar yazı. Axşam yol üçün hazırlıq görəndə kitabları saf-çürük eləməyə başladığımda, gizləmirəm, birdən-birə içim burxuldu. Bu cildli, qalın, gözəgəlimli poliqrafik tərtibatla çap olunan kitabların bir çoxundan elə bir-iki şeiri, ya da bir neçə sətir oxumaq yetərli idi ki, onların maklaturadan başqa heç nəyə y... | ANL |
Gözəl cərrah, görkəmli dilçi. BÖYÜK AZƏRBAYCANLI CAVAD HEYƏTİN 83 YAŞI TAMAM OLUR. Az vaxtda minimum imtahanlarımı vermişəm. Elmi işim də hazırdır. Düzünü deyim ki, ötən iki ildə neçə-neçə elmi məqalələr yazıb həm yerli, həm də digər xarici ölkələrin mətbuatında çap etdirmişəm. Həftələrlə yuxusuz gecələr keçirsəm də, i... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, ötən məqalədə özəl ali təhsil müəssisələrinin yaranması mərhələləri, bu sahədə çətinliklər, onların aradan qaldırılması istiqamətində Təhsil Nazirliyi tərəfindən atılan addımlar, o cümlədən 1999-2003-cü illərdə özəl ali təhsil müəssisə... | ANL |
XXI əsrin son Amazonu ulularını kəşf edir. VƏ YA AMAZON ATƏŞİ QOBUSTANDA. Nuridə Atəşi ilə görüş saatım çox erkən, yolum xeyli uzaq idi. Səhər saat 6-da Ayna Sultanovanın heykəlinin yanında olmalıydım. Novxanıdan şəhərə vaxtında çatmaq üçün taksi tapmaq ümidilə bomboş yola boylanırdım. Yanımdan sürətlə keçən maşınlar b... | ANL |
Faykonun məktubları. "İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti" bioqrafik romanından. Mən artıq yazmışam ki, təbiəti etibarilə şux, emossional, duzlu yumoru sevən və qiymətləndirməyi bacaran bir adam olan İlyas Əfəndiyevin dostları çox az idi və ümumiyyətlə, o, xasiyyətinin dediyim cəhətlərinə baxmayaraq, qətiyyən kommuni... | ANL |
Unudulmaz yazıçımız İlyas Əfəndiyevin yaradıcılığına mən lap körpəlikdən bağlı olmuşam. Atam Yusif Şamil oğlu riyaziyyat müəllimi olmağına baxmayaraq, bədii ədəbiyyatı, xüsusilə nəsri çox oxuyardı. Oxuduğu əsərləri şirin bir dillə nağıl kimi öz övladlarına - xüsusilə mənə danışmaqdan ləzzət alardı. "Mənə" sözünü ona gö... | ANL |
Natiq Rəsulzadənin qırx illik axtarışları və tərəddüdləri. Doğrusu, gəlməyib, hətta sıçrayış edib, baxmayaraq ki, o dövrdə Elçin, Anar, Əkrəm Əylisli kimi "ağırçəkili" cavanlar meydan sulayırdı. Moskvada məşhur Qorki adına Ədəbiyyat İnstitutunu yenicə bitirib vətənə qayıdan Natiq Rəsulzadə hardasa çox incə və bununla b... | ANL |
Ədəbiyyat əxlaqi dəyərlərin keşiyində. "QIRXINCI OTAQ"IN MÜƏLLİFİ HÜSEYNBALA MİRƏLƏMOVA AÇIQ MƏKTUB. Hörmətli Hüseynbala müəllim, oxucular Sizi maraqlı, gərgin və həyati süjetlər əsasında qələmə alınan romanlar müəllifi kimi tanıyırlar. Zəngin həyat təcrübəsi olan, neft sənayesinin müxtəlif sahələrində çalışmış peşəkar... | ANL |
Şair Hüseyn Arif yad edilib. Dünən Yazıçılar Birliyində (AYB) Turan Ədəbi Birliyinin təşəbbüsü ilə görkəmli şair Hüseyn Arifin 85 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözüylə açan AYB-nin katibi Rəşad Məcid mərhum sənətkarla tanışlığından bəhs edərək, vaxtilə H.Arifin onun şeirlərinə "Uğurlu yol... | ANL |
Alim Qasımov rokla muğamın sintezindən ibarət dini mahnı oxuyub. Azərbaycanın xalq artisti Alim Qasımov rokla muğamı özündə birləşdirən dini mövzuda mahnı ifa edib. Bu barədə APA-ya mahnının mətninin müəllifi, əməkdar incəsənət xadimi Baba Vəziroğlu məlumat verib. O bildirib ki, "İlahi" adlanan mahnıya "əlavə rəng qata... | ANL |
"Azərbaycan"ın aprel sayı çapdan çıxıb. "Azərbaycan" jurnalının aprel sayı şair Vaqif Bəhmənlinin "Roman" adlandırdığı "Diaqnoz" poeması ilə açılır. Bundan başqa, "Poeziya" bölməsində Camal Yusifzadənin, Sabir Sarvanın, Sərvaz Hüseynoğlunun və Nizami Muradoğlunun şeirləri dərc olunub. Seyran Səxavətin "Yəhudi əlifbası"... | ANL |
"Cəhənnəmə gedən yol" tamaşası Astarada talış dilində oynanılıb. Astara rayonunun Kakalos kənd mədəniyyət evində yazıçı-dramaturq Azər Əliyevin "Cəhənnəmə gedən yol" əsərinin motivləri əsasında talış dilində hazırlanmış monotamaşanın təqdimatı keçirilib. Bu barədə APA-nın cənub bürosuna Astara Rayon Mədəniyyət və Turiz... | ANL |
Gənc pianoçuların respublika müsabiqəsinə yekun vurulub. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu ilin aprelində keçirilən gənc pianoçuların respublika müsabiqəsinin nəticələri məlum olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd respublikada for... | ANL |
Masallıda Uşaq Kitab Bayramı keçirilib. Masallıda "Uşaq ili" çərçivəsində Uşaq Kitab Bayramı təşkil edilib. APA-nın cənub bürosuna verilən məlumata görə, tədbirdə səslənən çıxışlarda uşaqların dünyagörüşünün formalaşmasında və onların cəmiyyətin layiqli nümayəndələri kimi yetişməsində kitabların mühüm əhəmiyyətindən bə... | ANL |
II Respublika Uşaq Kitabı Festivalı başa çatıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşəbbüsü ilə keçirilən II Uşaq Kitabı Festivalı yekunlaşıb. Festivalın bağlanışı mərasimində mədəniyyət və incəsənət xadimlərilə yanaşı, orta məktə... | ANL |
IX Bakı Kitab Bayramına hazırlıq yekunlaşır. AYDIN XAN: "KİTABSEVƏRLƏRİ, ƏDƏBİYYATA BAĞLI İNSANLARI MARAQLI PROQRAM GÖZLƏYİR". IX Bakı Kitab Bayramı, bu bayramın tarixi haqqında daha ətraflı məlumat almaq üçün tədbirin əsas təşkilatçısı olan Yeni Yazarlar və Sənətçilər Qurumunun (YYSQ) sədri Aydın Xanla söhbətləşdik. -... | ANL |
Məsud Əlioğlunun elmi irsi "Darıxan adamlar"da toplanıb. Bugünlərdə "Təhsil" nəşriyyatında tanınmış tənqidçi və ədəbiyyatşünas Məsud Əlioğlunun "Darıxan adamlar" adlı ikicildilk kitabı işıq üzü görüb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunan topluda görkəmli şair və yazıçıların yaradıcılığına, xalqın şi... | ANL |
Ağsəs soyadının bu mənada alınması da taleyin bir uğurudu, fikrimin daha aydın olması üçün sadəcə belə deyim: bu da Tanrının işidi ki, düz Qulunun üstünə biçilib... Ağsəs.... Eynəksiz təsəvvürümə gəlmir; inana bilmirəm ki, gözlüyü də zəif gördüyünə görə taxır; ağlım kəsmir, deyirəm, yəqin, ona görə taxır ki, şüşələrin ... | ANL |
Qulu Ağsəsdən üçüncü kitab. İkisini də bir yerdə? - Yox, onların ikisini bir yerdə ancaq qiyamət günü görmək olardı. Onda Alsu hələ sizin ananız deyildi, mənim balaca qızım idi, evə də kim zəng vursaydı, dəstəyi birinci özü götürərdi, əvvəlcə adını soruşardı, ad xoşuna gəlməsəydi, dəstəyi bizə verməzdi, həmin vaxtlar m... | ANL |
SON AYLAR BAŞ VERƏN HADİSƏLƏR FONUNDA TÜRKİYƏ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ CİDDİ SINAQLARDAN KEÇDİ VƏ TARİXİN BU İMTAHANINDAN ŞƏRƏFLƏ ÇIXDI. Son bir neçə ay ərzində Cənubi Qafqazda tarixi əhəmiyyətli dəyişikliklər baş verdi. Onlar uzun müddət qeyri-sabit olan bu regionun xalqları və dövlətlərinin imkanlarını, demək olar ki... | ANL |
Şirməmməd Hüseynovun "Müstəqilliyin çətin yolu... Reallıqlar, düşüncələr" kitabı çapdan çıxıb. BƏXTİYAR VAHABZADƏ: "ŞİRMƏMMƏD HÜSEYNOVU TANIYAN HƏR KƏS BİLİR Kİ, ONUN QƏLƏMİNDƏN ÇIXAN BÜTÜN YAZILARIN ARXASINDAN ONUN SINMAZ, DÖNMƏZ, ƏYİLMƏZ ŞƏXSİYYƏTİ BOYLANIR". Bu günlərdə "Elm" nəşriyyatında Azərbaycan jurnalistlərini... | ANL |
Yazıçılar Birliyində Elmira Axundova ilə görüş olub. ŞƏXSİYYƏT VƏ ZAMAN" ADLI YENİ KİTABINI YÜKSƏK QİYMƏTLƏNDİRİBLƏR. Ötən gün Yazıçılar Birliyində (AYB) millət vəkili, tanınmış yazıçı-publisist Elmira Axundova ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev E.Axundovanı... | ANL |
XALQ YAZIÇISI İLYAS ƏFƏNDİYEVİN 95 İLLİK YUBİLEYİ MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİNDƏ ELMİ KONFRANSLA QEYD EDİLİB. Azərbaycan Dövlət mədəniyyət və İncəsənət Universitetində (ADMİU) xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konfrans keçirilib. "Geriyə baxmağa dəyər... | ANL |
Şair Nəsib Nəbioğlunun Moskvada yubileyi qeyd olunub. Moskvadakı Millətlər Evində Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi, tanınmış şair Nəsib Nəbioğlunun 55 illik yubileyinə həsr olunmuş gecə keçirilib. AzərTAc-ın məlumatına görə, gecənin aparıcısı, "Ocaq" cəmiyyətinin sədri professor Tofiq Məlikli yubil... | ANL |
Heydər Əliyev Sarayında xalq yazıçısı Elçinin ssenarisi üzrə çəkilən "Hökmdarın taleyi" filminin geniş premyerası keçirilib. Filmin ssenarisi İlyas Əfəndiyevin "Hökmdar və qızı" faciəvi dramı əsasında qələmə alınıb. Filmin nümayişindən əvvəl əsas rolların ifaçıları çıxış ediblər. Baş rolun - İbrahim xanın ifaçısı xalq ... | ANL |
Dünya Sizə borclu qaldı... Milli ədəbiyyatımızın bizlərlə həməsr, həmsöhbət, həmdərd klassiki, yaradıcılıq yürüşlərində sənət dostlarından hardasa (xüsusilə ədəbi janr seçimində) bir addım qabağa düşə bilmiş unudulmaz ustad İlyas Əfəndiyevin bu vəfalı (vəfasız!) dünyaya gəlişindən düz doxsan beş il keçir. Düz doxsan be... | ANL |
"Bütün əsərlərim ayrı-ayrılıqda bir həyatdır". BÖYÜK TÜRK ŞAİRİ FAZIL HÜSNÜ DAĞLARCADAN YADİGAR BİR SÖHBƏT. Türkiyədə keçirilən IV Beynəlxalq İstanbul Bəyoğlu Şeir Festivalında Türkiyənin məşhur şairi Fazıl Hüsnü Dağlarca (1914-2008) böyük ehtiramla yad edilib. Zəngin bir ədəbi irs yaradaraq dünyadan köçmüş bu böyük tü... | ANL |
Növbədənkənar yazı. Bu dəfə də çəkidən yüngül, mənadan ağır bir neçə kitab mənə yolyoldaşlığı edəcəkdi... Aydın Qurbanoğlunun, Mətləb Misirin (Şeir - yazıldığı məmləkətə bənzəyir və bir az da onu yazan şairə. Mətləbin - üz-gözünə qəmin çiləsi hopmuş bu dərdli şairimizin "Çadır, çadır rəngləri" kitabının təqdimat mərasi... | ANL |
IX Bakı Kitab Bayramı keçirilib. Dünən M.F.Axundov adına Milli Kitabxanada IX Bakı Kitab Bayramı təşkil edilib. Tədbir Yeni Yazarlar və Sənətçilər Qurumunun (YYSQ) təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Yazıçılar Birliyinin təşkilati, Gənclər və İdman Nazirliyinin maddi dəstəyilə gerçəkləşib. Builki kitab b... | ANL |
Yazıçılar Birliyində İlyas Əfəndiyevin yubileyi qeyd edilib. Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) görkəmli ədib, xalq yazıçısı İlyas Əfəndiyevin 95 illik yubileyilə bağlı mərasim keçirilib. Mərasim iştirakçıları tədbirdən əvvəl İ.Əfəndiyevin Fəxri Xiyabandakı məzarını ziyarət edib, mərhum yazıçının xatirəsinə... | ANL |
Ömrünün 60 ilini dünyanın nəhəng şəhərlərindən olan Moskvada keçirib. Elə o vaxtdan da ömrünü Moskvayla bağlayıb. Ç.Hüseynov irili-xırdalı 30-dan çox povest və romanın müəllifidir. Çingiz müəllimlə tanışlığımızın maraqlı bir tarixi var. M.Qorki adına Ədəbiyyat İnstitutunda oxuyurdum. Hələ Moskvaya gəlməmişdən qabaq Bak... | ANL |
"Etiraf"dan doğan düşüncələr. Ötən əsrin sonundan başlayaraq dünyada informasiyalı cəmiyyətin formalaşması bədii sözə və bütövlükdə bədii sənətə marağın azalmasını şərtləndirən faktor kimi gündəmə gəldi. Müxtəlif ölkələrdə, o cümlədən Azərbaycan gerçəkliyində də bədii söz sənətinin informasiya qarşısında təslim olması,... | ANL |
Ötən ilin 27 mayı gözəl yaz günlərindən biri idi. Həmin səhər televiziya ailəsinə daxil olanların əksəriyyətinin telefonunda tanınmış kinorejissor Cəmil Quliyevin həyəcanlı səsi eşidildi: "Elşad Quliyev rəhmətə getdi...". Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin keçmiş sədri, əməkdar incəsənət xadimi Elşad Qul... | ANL |
Növbədənkənar yazı. Vasif Süleyman, özünə bənzəyən bir şair olduğuna, özünü bu şərtlər altında tapdığına, modaya ayaq uydurmaq üçün "sərbəstin" sərməstliyinə uymadığına görə məni sevindirir. Bir-iki uğurlu misal çox kitabda tapmaq olar, söhbət bir kitab yaxşı şeirdən gedir. Vasifin kitabı belə bir kitabdır. Şeirlərini ... | ANL |
İki sinə, bir ürək... Bütöv bir şeirdən iki-üç dişə dəyən misra tapıb, hazırlıqsız oxucuya sırıyan sözdətənqidçilərin gözlərinə su vermələri üçün Aydının kitab boyu səpələnmiş bir-birindən tutumlu deyimlərindən, yeni bənzətmələrindən örnəklər vermək istəyirəm: Yalın əllərini. açdı göyə ağaclar. Üşüyən ürəyi çırpındı ov... | ANL |
..."Vətən" kinoteatrının qabağında bir tanışım - Akademiyanın Şərqşünaslıq İnstitutunun əməkdaşı rast gəldi. Görüşüb hal-əhval tutduq. Dedi ki, iş yoldaşları şair Balaş Azəroğlunun həyat yoldaşı Mədinə Gülgün vəfat edib. Cənazə Aktyor evindən götürüləcəkdi. Yazı-pozu adamı kimi özümə mənəvi borc bilib mərhumla vidalaşm... | ANL |
Oyatmaq növbəsi. Bizlər elə əvvəldən yatağan olmuşuq. Qorqud Dədə gileylənirdi ki, Oğuz bəyləri yatanda günlərlə yatırdılar. Oğuz bəyləri o uzun yuxudan duranda şücaətlər göstərməyə hazır olardılar. Bizlərisə sonralar qəflət yuxularına alışdırdılar. Yuxudan oyanandan sonra təzədən uyumağa, növbəti dəfə ayılandan sonra ... | ANL |
Türkün üç böyük şeiri. Bu yazıya girişin ağzındaca Salih Zeki Mericə təşəkkür edirəm. Onun və "İrfan" dərgisinin sifarişi olmasaydı, çoxdandı düşündüklərimi, şifahi qeydlərimi yazıya köçürməyəcəkdim. Qəribə bir dövr yaşadıq. Eyforiya və pafos dövrünü. Həyatımızın bütün sahələrini əhatə edən bu dövr, Allaha çox şükür, b... | ANL |
Zəfərin mübarək, Nazım! Hər gün qəzet səhifələrindən, televiziya ekranlarından, radio dalğalarından bəd xəbərlərin uçqunu üstümüzə gəlir. Fələstinin acıdan acı faciəsi, İraqda müsəlmanların bir-birlərini qırması, Hindistanda terror aktı, Əfqanıstanda döyüşlər, Rusiyanın təcavüzkar Ermənistanı yenidən səxavətlə silahlan... | ANL |
Bağışlanan şairlər və bağışlanmayan torpaqlar. Göz yaşı görməkdən bezib televizora baxmaq istəmirəm. Xəbəri oğlum verir: - Türkiyə hökuməti Nazimin vətəndaşlığını qaytardı! Dünyanın şeir, sənət limanlarına 40 il Türkiyə yükü boşaldan şairə Türkiyə sovqatı... Rusların informasiya saytları heç ləngimir, həmən yerləşdirir... | ANL |
Qəzəl xanı. Ömrü boyu şulum kökündə, sərgərdan yaşayan bir adama "xan" sözü yapışmır. Amma ona yaraşır. O, Xəzərin sahilində doğulmuşdu. Ev-eşik sarıdan həyatı boyu korluq çəkmişdi. Əslində torpağın üstündən daha əvvəl onun elə dənizi özünə ev-eşik saymağa haqqı çox idi. Amma dünyada hər şeyin ədalətsiz bölündüyünü gör... | ANL |
Üç-dörd gün bundan əvvəl iş telefonuma zəng gəldi, TV kanalların birindən. Çox ədəb-ərkanla danışan gənc qız səsi idi. Dedi ki, sizi proqrama dəvət eləmək istəyirik. Soruşdum nə proqram? Dedi və mən təbii ki, təəccübləndim - oynamaq bilmirəm, oxumaq bilmirəm. Dedi ki, "qadın yazarlar"... Hımm, yaxşı mövzudu, amma TV-lə... | ANL |
Başımızın üstündə dolaşan narahat ruh: Dostum Aydın Məmmədovun əziz xatirəsinə. Epiqraf verdiyimiz böyük bir gerçəyi ifadə edir. Məncə, "Tövrat"dan sonra başqa şəkildə "Quran"da da təsbit edilən bu həqiqət yalnız təbiətə aid edilə bilməz. Bu dirəklər təbiətdə dağlar, cəmiyyətdə şəxsiyyətlərdir. Elmin və sənətin böyük ş... | ANL |
Bu gün yurdumuzun böyük oğlu, Şərq və türk dünyasında ilk demokratik dövlətin qurucusu Məmməd Əmin Rəsulzadənin anadan olmasının 125 ili tamam olur. Nə yazım bilmirəm! Kompyuterin qarşısında oturmuşam, gözlərim dolub, əllərim titrəyir. Başımda minlərlə sual, əsəbilik! Nə yazım bilmirəm! Azərbaycana hətta 70 illik əsarə... | ANL |
"Azərbaycanda milli hərəkat". MƏMMƏD ƏMİN RƏSULZADƏNİN EYNİADLI ƏSƏRİ AZƏRBAYCAN VƏ RUS DİLLƏRİNDƏ KİTAB ŞƏKLİNDƏ ÇAP OLUNUB. Bu günlərdə Məmməd Əmin Rəsulzadənin "Azərbaycanda milli hərəkat" adlı tarixi əsəri Azərbaycan və rus dillərində çapdan çıxıb. Professor Şirməməd Hüseynovun təqdimatı ilə nəşr edilən kitab M.Ə.R... | ANL |
Təhsil qanunu: Uzun illərin həsrəti. I məqalə: Qanun yaradıcılığında xırda məsələ olurmu? Son illər Təhsil qanunu barədə mənə sual veriləndə jurnalistlərin diqqətini iki məsələyə yönəltməyə çalışıram. Birincisi, nədənsə cəmiyyətdə belə bir əminlik formalaşıb ki, "Təhsil haqqında" qanun qəbul olunan kimi, təhsilimizdə m... | ANL |
M.Ə.Rəsulzadənin mühacirət fəaliyyəti. Azərbaycanın görkəmli Dövlət xadimi, Azərbaycan Milli Qurtuluş Hərəkatının Böyük ideoloqu M.Ə.Rəsulzadənin 125 illik yubileyi tamam olur. Zəngin və maraqlı mücadilə həyatı yaşayan M.Ə.Rəsulzadənin fəaliyyətinin İkinci Dünya müharibəsindən sonrakı mühacirət dövrü yetərincə öyrənilm... | ANL |
Gözümüzün önündəki qəhrəman. Həmin cümə günü Milli Məclisin iclası vardı. Adətən iclasdan beş-on dəqiqə əvvəl yerlərini tutan millət vəkilləri salonun müxtəlif səmtlərində iki-bir, üç-bir dayanıb söhbət edirdilər. Bəziləri öz kumirlərinin, yaxud vəzifə adamlarının başına toplaşmışdılar. Bir sözlə, hər iclas günü təkrar... | ANL |
QIZIL İNSANIN GÜMÜŞ MANATI. Amma güllələməyi ona az bildilər. Məngənədəykən, ölümün astanasındaykən qələmə aldığı axırıncı yazısı. Həmişə təmkinli, səbirli Firidun bəyin varlığını sarmış narahatlıq, əsəb onun bu son xəttinin hər bir hərfindən sezilir. Nəfəsi daralan sözlər hərflərə sığmır sanki, fikirlər, kəlmələr elə ... | ANL |
Yanvar ayının daha bir günü əlamətdarlığı ilə tarixə yazılıb. Bu ay unudulmaz Nazim Hikmətin həm vətəndaşlığının bərpa olunması ilə yadda qaldı, həm də şairin 107 yaşı tamam olması ilə. Anadolu türklərinin təbirincə desək, dövrünün aydını kommunist olduğu üçün vətənində təqiblərə məruz qaldı. Ürəyinə sığdırdığı ürəyi k... | ANL |
Onu da elə-belə, tələm-tələsik yola salacağıq. Fevralın ilk günlərindən birində, daha dəqiq desəm, fevralın 2-də ölkəmizdə Gənclər Günü qeyd olunacaq. Əslində gənclər normal yaşamağı öyrənə bilsəydilər, ilin hər günü onların olmalı idi. Ancaq əhalisinin çox faizi gənclər olan ölkələri elə günə qoyublar ki, orda gənclər... | ANL |
Müharibənin insan taleyindəki izləri "İki" filmində görünəcək. MƏQSƏD NURUN SSENARİSİ ƏSASINDA HACI HƏSƏNOVUN EKRANLAŞDIRDIĞI FİLMİN ÇƏKİLİŞLƏRİ YEKUNLAŞIR. Mədəniyyət və Turizm Nazirliyinin "Bu meydan, bu ekran" mövzusunda keçirdiyi "Ən yaxşı qısametrajlı bədii film layihəsi" müsabiqəsi başa çatıb. Müsabiqədə yeddi fi... | ANL |
Zəlimxan Yaqub poeziyası rus dilində. Şair Allahın həm ən xoşbəxt, həm də ən bədbəxt bəndəsidi. Xoşbəxt bəndədi ona görə ki, milyonların içərisindən seçilib, bədbəxt bəndədi ona görə ki, bu seçim heç də ona xoş, rahat ömür vəd etmir, o, artıq dünyaya gəldiyi gündən əzab dolu həyat yaşamağa məhkumdur. Şair bəlkə də zahi... | ANL |
"Nobel mükafatı almış yazıçıdan yaxşı yaza biləcəyimi hiss elədim". YAZIÇI-JURNALİST TALEH ŞAHSUVARLI: "ƏMİNƏM Kİ, YAZACAĞIM ROMAN NOBEL MÜKAFATI KOMİTƏSİNİN BEYNİNİ MƏŞĞUL EDƏCƏK". - Siz ilk əvvəl Azərbaycan mətbuatında siyasi şərhlər yazan jurnalist kimi tanınmısınız. Siyasi fəaliyyətlə məşğul olduğunuz dövrdə tez-te... | ANL |
“Ağıl qaranlıqda daha yaxşı işləyir”. Tarixin bu adi təqvimində qəfildən xəzrinin gətirdiyi bir bəd xəbər hamının kefinə soğan doğradı, ovqatını sarsıtdı. Rəsul Rza Mərdəkanda vəfat edib. Bu xəbər ümumən Azərbaycan mədəniyyətini tərs şillə kimi tutdu. Kimi dərhal inandı, kimi inanmadı, axı onda dünyanın yalan günüydü, ... | ANL |
31 Mart Soyqırımı ilə bağlı Milli Kitabxanada sərgilər açılıb. Dünən M.F.Axundov adına Milli Kitabxanada “31 mart Azərbaycanlıların Soyqırım Günüdür” və “Erməni terroru karikaturalarda” adlı kitab və plakat sərgilərinin açılışı olub. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, 31 Mart 1918-ci il soyqırım... | ANL |
Azərbaycan rəssamlarının soyqırım mövzusunda əsərlərinin sərgisi açılıb. Dünən Muzey Mərkəzində, 31 Mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş sərginin açılışı olub. APA-nın məlumatına görə, sərginin açılışında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, 92 il əvvəl törə... | ANL |
Biz tərəflərdə sözünü birbaşa qarşısındakı adamın alnına yapışdıran, hətta fikrini ifadə eləmək üçün kosmetikalı söz axtarmadan, elə nə təhər gəldi, elə də çılpaqlığıyla deyən dəli-dolu adamlara çoxunun açıq, bəzilərinin də gizli simpatiyası olur. O kişilər həm də yeyən-içən, pul xərcləyən adamlar kimi tanınırlar. Bir ... | ANL |
Akif İslamzadə, məni ad günümə bağışla! Yəni Tanrı “Ol” deyib və insanların yüz min illərdi, nə bilim milyon illərdi dağıtmaq istədiyi, amma dağıda bilmədiyi dünya olub. Dünya Sözdən yaranmayıb, dünya Səsdən yaranıb. Oxuduqlarımıza inansaq Tanrı bircə Musa peyğəmbərlə söhbət edib, başqa peyğəmbərlərlə mələkləri vasitəs... | ANL |
Qatı millətçiliyin cəbbəxanasındakı “Damokl qılıncı”. Qatı təcavüzkar millətçilik forması olan şovinizm müxtəlif qaydalarda təzahür edir. Ermənilərin şovinizmi digər xalqların ifrat millətçiliyindən həm də başqa tip ifadə tərzlərindən istifadə etməsi ilə fərqlənir. Onlar əndazədən çıxan iddialarının gerçəkləşməsi üçün ... | ANL |
(Əvvəli ötən saylarımızda). – Qəzili belə-belə olmuş örüşlərin güllü-çiçəkli otunu qoyub dağa-daşa dırmanırlar. Əmimə kefinin kök vaxtı bir-iki dəfə eşitdirmişəm ki, bu damazlığı kəsilmişləri sat getsin. Əmimdən olsa, keçinin kökünü çoxdan kəsərdi. Onu da arvadı qoymur.- Keçini sat-deyəndə Qönçə xalanı od götürür. Barm... | ANL |
Qatı millətçiliyin cəbbəxanasındakı “Damokl qılıncı”. (Əvvəli ötən saylarımızda). Qatı erməni millətçilərinin nifrət bəslədiyi xalqlardan biri olan azərbaycanlılara isə, heç bir mübaliğəyə yol vermədən demək olar ki, şovinizm hissləri yaddır. Azərbaycanda çox sayda milli azlıqlar titul millətlə birlikdə bütün vətəndaş ... | ANL |
Qaçhaqaç. Hörmətli oxucu! Romanla bütövlükdə “Azərbaycan” jurnalının yaxın nömrələrində tanış ola bilərsiniz. Hamı qaçhaqaçdadı. Dəli inək balasını ayaqlayan kimi tapdalayaram səni!!! Bunun dilinə bax! Mən dilimi çıxarıb ona göstərdim. Məni bu Dünyaya göndəriblər, özü də iş dalınca. Bu gün oturduğum yerdə Qara Kağız al... | ANL |
XX yüzil Azərbaycan aydınlarının öncül nümayəndəsi. Zaqatala Dairəsi Qax bölgəsinin qazısı. Qaxda maarif yayan müəllimlərdən biri. Görkəmli ictimai-siyasi xadim. Azərbaycanın qurtuluşu və bağımsızlığı uğrunda fəal mücahid. (Başlanğıcı ötən şənbə sayımızda). İbtidai məktəb müəllimi və türk dili müəllimi adı almaqçün Bak... | ANL |
Ələsgər Ələkbərovun 100 illik yubileyi qeyd olunub. Dünən Muzey Mərkəzində böyük aktyor Ələsgər Ələkbərovun 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir Dövlət film Fondunun təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev Ə.... | ANL |
“Pəncərə” mədəniyyət jurnalının növbəti sayı işıq üzü görüb. “Şəbəkə” bölümündə ötən ilin dekabrından bu ilin fevralınadək keçirilən mühüm tədbirlər, mədəniyyət və incəsənət xadimlərinin xatirəsinə həsr olunmuş gecələrin qısa xülasələri yer alıb. Toplunun “Dünya bir pəncərədir” adlı bölməsi böyük cazmen Vaqif Mustafaza... | ANL |
Uşaq arabasına qoşulan fil. Gözəl hekayələr müəllifi, usta nasir Şahmar Hüseynov dünyasını dəyişəndən sonra onun haqqında isti-isti yazıb böyük ixtisarla çap elətdirdiyim “Uşaq arabasına qoşulan fil” essemi yazıçının yetmiş illiyi ərəfəsində bütöv şəkildə oxuculara təqdim etmək istədim. Tanıdığım adamlar bu dünyadan kö... | ANL |
Elçin yaradıcılığında uşaq aləmi. Elçinin çoxaspektli bədii əsərləri diqqət mərkəzində olmaqla, müxtəlif rakurslardan təhlilə cəlb edilmiş və edilməkdədir. Universal yaradıcılıq diapazonu ilə seçilən bu sənətkarın arsenalında kiçik hekayə və povestlərdən tutmuş iri həcmli romanlara və dram əsərlərinə qədər müxtəlif jan... | ANL |
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Milli iftixarımız Üzeyir Hacıbəyli xalqımıza çoxşaxəli, əbədiyaşar zəngin bir irs qoyub getmişdir. Bu irsə, bu əvəzsiz xəzinəyə sahib çıxmaq, onu dərindən, hərtərəfli araşdırmaq, nəşr və təbliğ etmək müqəddəs borcdur, vacib vəzifələrdəndir. Bu sahədə son 60 ildə xeyli iş görülm... | ANL |
Yol ayrıcındakı illərin anıları. Təkcə fizikada deyil, cəmiyyət həyatında da Ətalət qanunu mövcuddur. Hətta ən inqilabi dəyişikliklər zamanı da cəmiyyət qısa müddət ərzində dəyişmir. Amplituda dalğası tədricən, ətalət qüvvəsinin təsiri altında zəiflədiyi kimi ictimai proseslər də azalan sürətlə sönməyə, yaxud müvafiq ş... | ANL |
Qatı millətçiliyin cəbbəxanasındakı “Damokl qılıncı”. (Əvvəli ötən saylarımızda). Qatı erməni millətçilərinin nifrət bəslədiyi xalqlardan biri olan azərbaycanlılara isə, heç bir mübaliğəyə yol vermədən demək olar ki, şovinizm hissləri yaddır. Azərbaycanda çox sayda milli azlıqlar titul millətlə birlikdə bütün vətəndaş ... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.