text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Əsası 1890-cı ildə F.Pavlenko tərəfindən qoyulan, 1933-cü ildən ömrünün sonunadək böyük yazıçı M.Qorkinin redaktorluğu ilə nəşr olunub şöhrət qazanan JZL dünyada ən çox oxunan bioqrafik seriyadır. Son illər bu məşhur seriyadan görkəmli Azərbaycan yazıçı və publisisti Hüseynbala Mirələmovun “Heydər Əliyev” və “İlham Əli...
ANL
Sözü qalan ağsaqqallardan. Polad İlyasın “Dünya, sənin qəm yükünü daşıdım” kitabını vərəqlədim – ilk gözümə dəyən şeirdən bəhs edəcəm fikriylə. İlk misradanca “Ey dost!” deyə oxucusuna müraciət edən müəllifin didaktik münasibəti göründü: Ey dost! Hər həyatın var öz sevinci, Ömürdən küsmüşə il qənim olar. Bəzən pessimis...
ANL
Akademiya və akademiyalar. Akademiyalar – təhsil müəssisəsi kimi. Dövlət idarəçilik orqanlarının, nazirlik, komitə və şirkətlərin elmi əsaslar üzərində çalışa bilməsi üçün onların nəzdində müvafiq sahə elmlərinin yaradılmasına və onların fəaliyyətinin müvafiq nəzəri tədqiqatlarla əlaqələndirilməsinə böyük ehtiyac var. ...
ANL
Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Sevil Xəlilova 1953-cü ildə Bakıda anadan olub. 1969-70-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdində “kino aktyoru” kursunun axşam şöbəsində oxu...
ANL
“Qarabağ xanlığı” kitabı nəşr edilib. Azərbaycanda Atatürk Mərkəzində professor Tofiq Mustafazadənin “Qarabağ xanlığı” kitabının təqdimatı mərasimi olub. Mərkəzdən verilən məlumata görə, təqdimat mərasimində çıxış edən müəllif əsərdə Rusiya arxivlərində saxlanılan materiallardan da geniş istifadə etdiyini bildirib: “Ki...
ANL
A.M.Şərifzadə adına mədəniyyət evində görkəmli Azərbaycan dramaturqu, şairi və nasiri Cəfər Cabbarlının xatirəsinə həsr olunmuş “Mən bir susmaz duyğuyam ki...” mövzusunda ədəbi-bədii gecə keçirilib. Bu barədə ədibin nəvəsi Qəmər Seyfəddinqızı məlumat verib. Gecədə mədəniyyət evinin direktoru Zivər Əhmədova “Cəfər Cabba...
ANL
Bəstəkarların Üzeyir Hacıbəyliyə həsr edilən plenumu başlayıb. Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin 125 illiyinə həsr edilən xalq çalğı alətləri üçün yazılmış əsərlərdən ibarət plenumun açılışı keçirilib. APA-nın məlumatına görə, plenumun açılışında çıxış edən ittifaqın katibi, xalq artisti Ramiz Zöhr...
ANL
Azərbaycan filmləri Özbəkistanda göstərilib. Özbəkistanda Azərbaycan kinosu həftəsi keçirilib. Kino həftəsində Azərbaycanı xalq artisti Rafiq Əliyev, rejissorlar Mehriban Ələkbərzadə, Samir Kərimov, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Almaz Sultanzadə təmsil ediblər. APA-nın məlumatına görə, kino həftəs...
ANL
“Gənc aşıqlar” Mahnı Teatrında konsert veriblər. R.Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm İdarəsiylə birgə təşkilatçılığı ilə “Aşıq sənətimiz layiqli əllərdədir”adlı konsert olub. Aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mənəvi irs siyahısına salınmasına hə...
ANL
“Mütərcim”in növbəti sayı çıxıb. Azərbaycan Yazıçılar Birliyi, Bakı Slavyan Universiteti və “Mütərcim” Tərcümə Mərkəzinin həmtəsisçiliyilə nəşr olunan “Mütərcim” ədəbi, elmi, tərcümə jurnalının 2010-cu ildə ilk sayı işıq üzü görüb. Daha çox tərcümə dərgisi kimi tanınan nəşrin bu sayı baş redaktor, filologiya elmləri do...
ANL
(Əvvəli ötən saylarımızda). Siz bundan da artıq hörmətə, şan-şöhrətə layiqsiniz. Axı, əliniz neçə-neçə müsəlman qanına batıb. Yaramaz adam kimi partiyadan da xaric eləməkdən ötrü indinin özündə də bəhanə axtarırlar. Ancaq mən hələlik düzdə qalmamışam. Elmi dərəcəmi nəzərə alıb kiçik bir iş veriblər. Bayaq dedim ki, arx...
ANL
Zəfərə aparan yollar. Faşizm üzərində Qələbənin 65 illiyinə. Dünya tarixi sübut edir ki, bəşəriyyət heç də gözlənilən və gözlənilməyən müharibələrdən sığortalanmayıb. Faşizmin yüzlərlə xalqa gətirdiyi fəlakətlər və bəlalar kimi. Bunların içində qərinələr, yüzilliklər boyu qəhrəmanlıq, hünər məktəbi keçmiş Azərbaycan xa...
ANL
28 may günü Azərbaycan xalqının tarixinə iki böyük, taleyüklü hadisə ilə daxil olub. 1918-ci ilin 28 mayı vahid, müstəqil, demokratik, parlamentar bir dövlətin – Azərbaycan Demokratik Cümhuriyyətinin yarandığı, 1920-ci ilin 28 mayı isə Gəncə üsyanının başladığı, Cahangir bəy Kazımbəylinin sözləriylə desək, “Milli istiq...
ANL
Milli Kino Günü silsilə tədbirlərlə qeyd olunub. Avqustun 2-də Muzey Mərkəzində Milli Kino günü ilə bağlı tədbir keçirilib. Giriş sözü ilə çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev bütün kino işçilərini peşə bayramı münasibətilə təbrik edib: “112 il öncə əsası qoyulan milli kino ...
ANL
Gecə düşən kimi külək qalxdı. Küçələrə, xəsis sürücülərə, səfil itlərə, polis dəyənəklərinə birtəhər alışsa da, yad şəhərin dənizindən və qəfil qalxan küləyinin səsindən uşaq hələ də qorxurdu. Bu qorxulardan da qorxulusu, onun qorxusunu duyub ələ salacaq uşaqlardı. Belə hallarda dostlarından yayınıb şəhərin işıqlı yerl...
ANL
1980-ci ildə Amerikaya getdiyi üçün SSRİ vətəndaşlığıdan çıxarılmışdır,Vaşinqtonda Jorj Meyson universitetində dərs vermişdir.1990-cı ildə yenidən SSRİ vətəndaşlığına qəbul edilmişdir. Ədəbiyyat və sənət üzrə Fransanın mükafatını və Buker mükafatını almışdır. - Bunu məndən götürmüsən deyəsən? - Ən seçilən xüsusiyyətini...
ANL
Elxan Qaraqanın “A” romanı haqqındakı tənqidlərə cavab. Yazının bu hissəsini “A” romanı haqqında yazılan məqalələrə (əgər onlardan bəzilərinə doğrudan da məqalə demək olarsa) həsr etmişik. Roman haqqında bəzən nadanlıq, bəzən nadanlıq + qısqanclıq, bəzənsə sadəcə, cəsarətsizlikdən irəli gələn bu yazıların bir qismi “Az...
ANL
Nöqtə. BÜTÜN DİLLƏRDƏ. Nöqtədən əvvəlkini rüşvət deyil deyə geri qaytara bilərsiniz, sadəcə unutmayın ki, bizim ölkədə verilən salamlar geri qaytarılmır. Salam – bütün dillərdə adamları görüşdürmək, yaxınlaşdırmaq funksiyasını boynuna götürmüş əzabkeşdir.Salam – ünsiyyət mağarasının tilsimli,ovsunlu, sehirli sözü, sim-...
ANL
Ədəbiyyatşünaslıqda belə bir qayda var ki, hər hansı bir şair, yazıçı barədə danışarkən onun yaşadığı dövrə diqqət yetirirlər. O, 90-cı illərdə yenicə müstəqilliyə çıxmış, qarışıq ictimai-siyasi proseslər burulğanında çabalayan, tez-tez baş verən hakimiyyət dəyişikliyinin bədəlini tarixi torpaqlarını itirərək ödəyən Az...
ANL
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı b...
ANL
Orta məktəbin son siniflərində oxuyanda jurnalist olmaq arzusu ilə alışıb yanırdım. Və başqa bir sənət sahibi olacağımı xəyalıma belə gətirmirdim. dərindən kəsdirə bilməyəcəyim bir davam vardı... Ancaq ADU (indiki BDU)- nun jurnalistika fakültəsinə sənəd vermək istəyəndə iki il iş stajı tələb etdilər. Mətbuatda çap olu...
ANL
Əvvəli ötən şənbə sayımızda. Çoban papağının artırması üç ayaq üstündə idi. Ayaqlar – kərpic dirəkdən. Artırmanın dimdiyindən dirəklərin altına navalça tuşlanmışdı. Yağışlar burdan keçib guya evin arxa tərəfini çox da islatmadan torpağa hopmalı idi. F.Q. evi görən kimi onu ürəyində “çoban papağı” adlandırmışdı, müqayis...
ANL
Bir kəndin repressiya mənzərələri: ağrılı faktlar, acı həqiqətlər. 24 il “Mədəni Maarif işi” jurnalının baş redaktoru işləmiş Müstəcəb Muradovun işıqlı xatirəsinə. Azərbaycanımıza Xudu Məmmədov, Misir Rəhimov və başqa dünyaşöhrətli alimlər, Feruz və Şəmil Mustafayev, Yusif Səmədov, Mikayıl Gözəlov kimi respublikada tan...
ANL
Şəhidlik elə bir zirvədir ulu, Yurdun qalasıdır, Vətən bürcüdür. Hamı uyuduğu torpağın qulu, Təkcə şəhidlərə Vətən borcludur. Həmən şəhidlərə borcludur Vətən!.. 92-ci il – arzuladığımız və arzularımızın qatili olan il Azərbaycana çox erkən gəlmişdi. 92-ci il – ilk Azad ilimiz ilk günlərindən Meymun amansızlığı, Meymun ...
ANL
Bəkir müəllim şəxsiyyətinin sirri. Bir adam haqqında yazmaq, o adamda nəyi isə kəşf etməkdən daha çox adamla bağla nəyi isə etiraf etməkdir. Bu etiraf ayrı-ayrı baxış bucaqlarını inkar etmir və bir-birini təsdiq, yaxud inkar edən bu baxışlar həmin adamın bütöv portreti üçün eskizlərdən birisi olmaqdan başqa bir şey dey...
ANL
Azərbaycan musiqisinin Oqtay Kazımi itkisi. Bugünlərdə Azərbaycan incəsənətinə daha bir ağır itki üz verdi. Görkəmli bəstəkar, unudulmaz mahnılar müəllifi Oqtay Kazımi avqustun 9-da vəfat etdi. Ömrünün 50 ildən çoxunu Azərbaycan musiqisinin inkişafına həsr edən bəstəkar musiqimizin zənginləşməsinə böyük töhfələr verib....
ANL
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı b...
ANL
Mən şairin adının qarşısında heç bir epitet yazmadım. Halbuki, Xalq şairindən Sosialist Əməyi Qəhrəmanınacan bir çox fəxri adları, orden-medalları, mükafatları sadalamaq olardı. Rəsul Rza 50-ci illərin əvvəlində Stalin mükafatı da almışdı. Amma şairin bəzi qələm dostları Bakıdan Moskvaya imzalı-imzasız o qədər donoslar...
ANL
Qəmdə bəxti yar olan Bəxtiyar. Çünki dilimizin cahangiri olan B.Vahabzadə hələ sağlığında klassiklik statusunu qazanan nadir şəxsiyyətlərdən biri idi. Şairin ölümü ilə ölümsüzlüyə qovuşması həm də Bəxtiyarsevərlər üçün yerin altını yerin üstündən qiymətli etdi. B.Vahabzadə yaradıcılığına həsr olunan kifayət qədər müxtə...
ANL
Bu kitabı oxumağı məsləhət görürük: “Car-Balakən camaatlığı”. Oxuduqca da dərin-dərin düşüncələrə qərq olacaqsınız. Kitab gənc tarixçi-tədqiqatçı alim Arzu Əşrəfqızına məxsusdur. Minlərlə arxiv sənədlərini, tarixi yazıları vərəvürd edib çıxardığı nəticələr çox maraqlıdır. Zaman-zaman torpaqlarımızın kəsilib ölkəmizin ə...
ANL
Elxan Qaraqanın “A” romanı haqqındakı tənqidlərə cavab. Alternativ nəsr anlayışı: tarixi-fəlsəfi əsası və estetik xüsusiyyətləri. E.Qaraqanın “A” romanı haqda ardı-arası kəsilməyən dartışmaların ən başlıca bir nədənini görürəm: kontrkultura və alternativ nəsr anlamlarıyla uğraşmamaq! Bu, avtomatik olaraq, “A” romanını ...
ANL
Əvvəli ötən şənbə saylarımızda. Bəhram kişinin yaxşı yadında idi. İlk kəndə gəlib yazı naxışlarının şəklini çıxaranda üç gün onun evində qonaq qalan o yaşlı, qaraqabaq adama səhər-səhər çay içdikləri zaman dedi ki, bu naxışlar, elə bil, çiçəkdi, çiçək ləçəkləridi, bu yazı əməlli-başlı çiçəyə oxşayır. Sonralar kiminsə, ...
ANL
1980-ci ildə Amerikaya getdiyi üçün SSRİ vətəndaşlığından çıxarılmışdır, Vaşinqtonda Jorj Meyson universitetində dərs vermişdir.1990-cı ildə yenidən SSRİ vətəndaşlığına qəbul edilmişdir. Ədəbiyyat və sənət üzrə Fransanın mükafatını və Buker mükafatını almışdır. - Bunu məndən götürmüsən deyəsən? - Ən seçilən xüsusiyyəti...
ANL
Rayon, demək olar ki, döyüşsüz təhvil verildi. Məlumatlara görə, ermənilərin kiçik kəşfiyyat dəstələri irəliləyərək səngərlərin və yaşayış məntəqələrinin bomboş olduğunu görüb xəbər verirmişlər; erməni zabitləri isə bunun tələ olduğunu bildirərək, ehtiyatlı olmağı, kəndləri bir-bir tutmağı məsləhət görürmüşlər. Amma nə...
ANL
“Qobustan” sənət toplusunun yeni sayı çapdan çıxıb. Topluda unudulmaz şair Rəsul Rzadan bəhs edən “Polifonik poeziya”, “Böyük sənət simsarı” yazıları verilib. Jurnalda yer alan “Böyük bəstəkar haqqında kiçik qeydlər” başlıqlı məqalə Rəsul Rzanın dahi bəstəkar Qara Qarayev haqqında fikirlərindən ibarətdir. Şair yazıda q...
ANL
Maraqlı layihələri ilə daim diqqəti cəlb edən Dubay bu sahədə növbəti addımı atmağa hazırlaşır. Bu yalnız qadınlar üçün nəzərdə tutulan biznes mərkəzinin inşasıdır. “Həvva qalası” adlanacaq bu mərkəz yalnız qadınlara xidmət göstərəcək. 20 mərtəbədən ibarət olacaq mərkəzdə kişilərə nəinki işləmək, hətta gediş-gəliş də q...
ANL
Elxan Qaraqanın “A” romanı haqqındakı tənqidlərə cavab. IV hissə: Elxan Qaraqanın “A” romanının ezoterik simvolikası. Mətbuatda və internet saytlarında E.Qaraqanın “A” romanının təsirlənmə mənbəyi kimi iki əsərin adı çəkilir. Bunlardan birincisi, P.Koelyonun “Portobelli cadugər”, ikincisi isə Ç.Palanikin “Döyüş klubu” ...
ANL
Ürək yanmasa... VAHİD ƏLİOĞLUNUN ŞEİRLƏRİ HAQQINDA BİR NEÇƏ SÖZ. Müasir poeziyamızda xalq şeiri ənənələrini yaşadan şairlərimizdən biri də Vahid Əlioğludur. Onun “Ürək yanmasa” kitabında toplanan əksər şeirlər ya qoşma, ya da heca şeirinin müxtəlif ölçülərində yazılan nümunələrdir. Bu yol ənənəvi yoldur, əsrlərin sınağ...
ANL
(Esse-kollaj, yarıironik, yarıciddi, intertekstual təcrübə). “Peterburq” kitabının müəllifi A.Belının xatirəsinə. Yaza bilmədim. Ancaq o kağızları otelə atıb gəlmədim. Özümlə Bakıya gətirdim. Başıma gələnləri deyil, duyduqlarımı, düşündüklərimi onlara yazdım (guya yazmasaydım Piter dağılacaqdı...). Adamlar xoşbəxt və b...
ANL
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. (Əvvəli ötən şənbə saylarımızda). Toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni və lüğətin tərtibçisi: Şirməmməd Hüseynov Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri...
ANL
Ədəbiyyatşünaslıq elmimizin patriarxı. Ömrünün altmış ilini ədəbiyyatşünaslıq elmimizə həsr edən, onun inkişafında xüsusi xidmətləri olan, görkəmli alim, sadə və təvazökar insan, akademik Bəkir Nəbiyevin 80 yaşı tamam olur. Titanik zəhməti, sonsuz məhəbbəti ilə elmin daşlı-kəsəkli yolları ilə irəliləyərək ədəbiyyatşüna...
ANL
Əvvəli ötən şənbə saylarımızda. 2-ci fəsil BƏHRAM KİŞİ MAĞARANI TAPANDAN BİR HƏFTƏ SONRA. Günortaya yaxın Bəhram kişi idarəyə, Mübarizin yanına gəldi. Həyəcanını zorla gizlətməyə çalışırdı. – Bəhram kişi açıq pəncərədən çölə baxa-baxa soruşdu. – Mübarizin diqqətini çəkən Bəhramın səsindəki gizli vahimə oldu. !” Mübariz...
ANL
19 avqust 2010-cu il Mübarək ramazan ayında Sənin xatirənə müraciət etmək, Ruhun qarşısında səcdə etmək, gücsüzlüyümüzü etiraf etmək, sağkən vətən uğrunda qurban verdiyin o əzəmətli və məsum bədənini belə mənfur düşmənin əlindən ala bilməməyimizin acısını yaşaya-yaşaya gündə min dəfə ölmək də bizim payımıza düşən qismə...
ANL
“Azərbaycanlılarla görüş yaddaşımda ən gözəl xatirə olaraq qalacaq”. SƏFİR MASAMİTSU OKİ: “AZƏRBAYCANDA İŞLƏMƏYİ ÇOXDAN ARZU EDİRDİM”. Yaponiya ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlər inkişaf etməkdədir. Rəsmi Tokio Azərbaycanla siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığa xüsusi önəm verir. Yap...
ANL
Mənəviyyatın çölləşməsi. “Məndə yaşayanlar” silsiləsindən. “Çölləşmə” təbiət hadisəsi kimi torpağın şoranlaşması, münbitsizləşərək əkinə-biçinə, yaşayışa yararsızlaşması, susuzluq və quraqlıqdan çöl halına düşməsi mənasına gəlir. Əgər doğma torpaqlarımız, bütün Vətən səthi çölləşərsə, yaşanılası yer olmaqdan çıxar. “Mə...
ANL
Gözü yolda qalan Cəbrayılım. Axtarıram amma tapa bilmirəm torpağımı. Tapa bilmirəm, taleyinə Azərbaycanın tərkibində amma ermənilərin tapdağında olmaq yazılan bəxti qaramı. Tapa bilmirəm Şuşanı, Ağdamı, Füzulini, Ağdərəni, Kəlbəcəri, Zəngilanı. Eşidə bilmirəm Qubadlının, Xocavəndin, Laçının, sorağını, Xocalının, Cəbray...
ANL
Dünən Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 17 il ötüb. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb. Məhsuldarlıq baxım...
ANL
Niyazinin doğum günü qeyd edilib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə görkəmli Azərbaycan dirijoru və bəstəkarı Maestro Niyazinin anadan olmasının 98 illiyilə bağlı tədbirlər keçirilib. Tərtib olunan proqrama əsasən səhər saatlarında muzey işçiləri, mədəniyyət adamları Fəxri Xiyabanda Maes...
ANL
Böyük qəhrəmanlıq haqqında yığcam teletarixçə. MİLLİ QƏHRƏMAN MÜBARİZ İBRAHİMOV HAQQINDA İLK SƏNƏDLİ FİLM UĞURLU ALINIB. ...İctimai Televiziyanın belə bir sənədli filmi çəkib başa çatdırması barədə xəbər qəfil yayıldı. Buna qədər kütləvi informasiya vasitələrində nüfuzlu deputatlarımızdan birinin dəstəyi ilə Milli Qəhr...
ANL
Elxan Qaraqanın “A” romanının psixoanalitik təhlili. Ötən həftə “525-ci-ci qəzet”in redaktor müavini, klassik ədəbiyyat araşdırmaçısı Seyfəddin Hüseynliyə “A” romanı haqqındakı yazının növbəti hissəsinin psixoanalizlə ilgili olacağını bildirəndə məni pəjmürdə eləyən bir söz dedi: “İndi yeni nəzəriyyələr meydana çıxıb, ...
ANL
Tofiq Abdin günü. İnsanın bütün ömür boyu, müxtəlif yaş mərhələlərində bir formada qalması zor işdir. Haqqında danışacağım adam ola bilsin ki, nə vaxtsa belə bir hiss keçirib, amma zahiri görkəmi ətrafdakılarda həmişə qibtə hissi doğurub. Bir ara məni Tofiq Abdinşünas adlandırırdılar. Axı mən neyləyim ki, bu kişiyə sim...
ANL
Yanlış da bir naxışdır. Şekspir, Bethoven, Puşkin, Qoqol, Balzak, Çaykovski, Mirzə Fətəli, Sabir, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov! Adları böyük ehtiramla çəkilən sənət bahadırları, xalqların iftixarı, milli qüruru, müqəddəs məbədləri! Bu gün bizə qəribə gəlir ki, həmin bu dahilərə ağır büzənlər, əsərlərini bəyən...
ANL
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. (Əvvəli ötən şənbə saylarımızda). Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kəna...
ANL
Bir kəndin repressiya mənzərələri: ağrılı faktlar, acı həqiqətlər. Mustafa Ədil oğlunun və erməni qəsbkarlarına qarşı döyüşdə şəhid olmuş tanınmış göz həkimi Nizami Bəylər oğlunun işıqlı xatirəsinə. Yüz minlərlə adamın taleyində dərin iz buraxan Sovet repressiyası Azərbaycanda əslində 1920-ci ilin aprelindən – Vətənimi...
ANL
Ömrünü bir nağıl qəhrəmanı kimi yaşadı. Hələ gənc yaşlarında Qazağın bir kəndində ingilis, o biri kəndində alman dili dərsi deyirmiş. Mən bunu sonralar fəxrlə rəhmətlik Aydın Məmmədova danışanda laqeydcəsinə: – Sən bilməmisən, yəqin, məsciddə də mollalıq edirmiş, – dedi. Ərəbcə də bilməsinə işarə edirdi... Vaqif Aslano...
ANL
Əvvəli ötən şənbə saylarımızda. Mən utandım? Özü əslən Birmalıdı. Birma bir ölkədi. Bütün dünyanın rəisliyini veriblər ona. – Olmaz, olmaz... ... Mübariz Bəhramın məktəbdən çıxan vaxtını, hansı dərsin olub-olmayacağını çox yaxşı bilirdi, hətta Bəhram mat qalırdı ki, bəzən axırıncı dərsləri olmayanda belə məktəbdən çıxı...
ANL
MİSİR MƏRDANOV: “TƏHSİL SAHƏSİNDƏ GEDƏN İNKİŞAFI DANMAQ ƏN AZI ƏDALƏTSİZLİKDİR”. Qanunun tətbiqi ilə bağlı Təhsil Nazirliyi tərəfindən mütərəqqi dünya təcrübəsində tətbiq olunan inkişafyönümlü model və mexanizmləri, müasir yanaşmaları əks etdirən 40-dək normativ-hüquqi sənəd hazırlanıb. Sənədlərin 22-si Nazirlər Kabine...
ANL
Oralarda kimlər var: Tofiq ABDİN. mən on il əvvəlki Tofiq deyiləm. heç beş il əvvəlki Tofiq deyiləm. sevinc itirib gücünü. sırasına qar yağıb. insan doğulan gündən. tale onu qarğıyıb. gələnimin yolu bağlı. gedənimin davası çox. orda bir körpə ağlayır. hər şey təzədən başlayır. bilmirdilər getməyim var. gətirənlər indi ...
ANL
30 avqust Beynəlxalq İtkin Düşmüşlər günü qeyd olunub. 30 avqust Beynəlxalq İtkin Düşmüşlər günü Azərbaycanda qeyd olunub. Bu barədə APA-ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslərin ailələri yerli h...
ANL
Meksikada Dünya Gənclər Konfransı başa çatıb. Gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi altında nazirlik əməkdaşları və gənclər təşkilatlarının nümayəndələrindən ibarət heyətin qatıldığı Dünya Gənclər Konfransı başa çatıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dünya Gənclər Konfran...
ANL
Bakıda “Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya” məsələləri üzrə iclas keçirilib. Dünən Mirzə Fətəli Axundov adına Milli Kitabxanada MDB İcraiyyə Komitəsi “Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya” məsələləri üzrə Dövlətlərarası Şuranın XV iclasının açılışı keçirilib. APA-nın məlumatına g...
ANL
“Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert”. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında peşəkar musiqi ifaçılığı ilə məşğul olan gənclərin “Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət Konsert” layihəsi gerçəkləşəcək. Bu barədə Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən ...
ANL
“Tahir Salahov” filmi təqdim olunub. Bakının 193 nömrəli orta məktəbində xalq rəssamı Tahir Salahovun ad günü münasibətilə rejissor Ziya Şıxlinskinin “Tahir Salahov” sənədli filmi təqdim edilib. Məktəbin direktoru Rəhim Hüseynov 1928-ci il noyabrın 29-da Bakıda anadan olmuş Tahir Salahovun həyat və yaradıcılığı haqqınd...
ANL
“Mənim ağ göyərçinim” yeni versiyada. Maraqlı səhnə əsərləri, zəngin repertuarı və premyeraları ilə daim öz tamaşaçılarının görüşünə gələn Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu dəfə də ənənəsinə sadiq qalır. Belə ki, teatrın yaradıcı heyəti yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşasının ye...
ANL
Azərbaycan anası. Əsrlər boyu doğma xalqımızın azadlığı naminə, doğma torpaqlarımızın qorunması, istiqlalı uğrunda mübarizə aparan qadınlarımız az olmayıb. Öz mərdliyi,qeyrəti,namusuyla dünyanın başqa qadınlarından fərqlənən qadınlarımız zaman-zaman öz kişiləriylə, ərləriylə,qardaşlarıyla,oğullarıyla çiyin-çiyinə vuruş...
ANL
– bu səs toya üçcə gün qalmış bəy еvindən çıxıb astananın bеş addımlığınadək yayılırdı. Dəvətnamələr paylanmış, çalğıçılarla danışılmışdı. Bu səhər məlum olmuşdu ki, təzə bəy üçün Türkiyədən gətirilən toyluq ayaqqabı bəyin ayağına olmur. Olmur sözü bəlkə də vəziyyəti tam dəqiqliyi ilə əks еtdirmir. Bəlkə də təzə bəy, y...
ANL
“Mehralı bəy” dastanı ədəbi ictimaiyyətə təqdim edilib. Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair və publisist Elbəyi Cəlaloğlunun “Mehralı bəy” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri AYB-nin katibi Arif Əmrahoğlu açaraq kitabın əhəmiyyətindən danışıb. Yazıçı Elçin Hüseynbəyli öz çıxışında bildiri...
ANL
Tanınmış pianoçu Gülşən Mirzəbəyovanın yubileyi qeyd olunub. Azərbaycan Yaradıcılıq Fondunda mahir pianoçu Gülşən Mirzəbəyovanın 70 illik yubileyilə bağlı mərasim keçirilib. Tədbiri Yaradıcılıq Fondunun sədr müavini, əməkdar incəsənət xadimi Rafiq Kaşanlı açaraq Gülşən Mirzəbəyovanın yaradıcılığından bəhs edib. Onun “Ə...
ANL
Sözü təzələyən istedad. Elə bil dünən idi: filologiya fakültəsinin koridorlarında, kommunist küçəsinin səkilərində qayğısız-qayğısız gəzib söhbətləşər, mübahisələr edər, oxuduğumuz kitablardan danışardıq, fakültənin gözəllərini müzakirə edərdik. Onlar Kamalın yaraşıqlı qamətinə, təmiz təbəssümünə göz qoymadan ötməzdilə...
ANL
Niyazinin ev-muzeyində bəstəkar Azər Rzayevlə görüş keçirilib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevənlər Klubunun növbəti tədbiri gerçəkləşib. Niyazinin mənzil muzeyində reallaşan görüş görkəmli bəstəkar, xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Azər Rzayevin 80 illik yubileyi mün...
ANL
Uşaq vaxtından Azərbaycan filmlərini maraqla, sevgi ilə izləyən biri olmuşam. Nəinki mən, bütün ailəmiz, yaxınlar və doğmalar Azərbaycan filmlərini sevə-sevə izləyirdik. Səmimi etiraf edirəm, hərəmiz özümüzə bir kumir aktyor da seçmişdik hələ o zaman. Mənim ən sevdiyim aktyor, elə indi olduğu kimi, Yaşar Nuriyev idi. Y...
ANL
“Poeziya günü”nün təqdimatı olub. Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda “Poeziya günü” almanaxının təqdimatı mərasimi gerçəkləşib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, AYB-in təşkilatçılığı ilə nəşr olunmuş almanaxda müasir ədəbi mühitin sayılıb-seçilən nümayəndələrinin əsərləri dərc edilib. Kita...
ANL
“Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert”. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında professional musiqi ifaçılığı ilə məşğul olan gənclərin “Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert” layihəsi həyata keçirilib. Bəstəkarlar İttifaqından APA-ya verilən məlumata görə, konsertin ifaçı...
ANL
Gələcək nəsillər üçün... “ƏSRLƏRDƏN ƏSRLƏRƏ” HAQQINDA DÜŞÜNCƏLƏR. Yazıçı və ədiblərimizin həyatından bəhs edən kitablar həmişə maraqla oxunur. Bunun başlıca səbəbi xatirə-yazıların heç bir dərslikdə öz əksini tapmaması, həyat dərsləri olaraq ibrətamiz, müdrikanə fikirlərlə zəngin olmasıdır. Bu qəbildən olan kitablardan...
ANL
Bu səhər fakültəmizin qulağına külək kimi bir xəbər əsdi: Nurlana canını yer üzündən çəkib apardı. Çəkib apardı deyəndə ki, yəni yerini dəyişdi, yeniləşdi. Ölümü nəzərdə tuturam. Ölüm mənim üçün bir yeniləşmə, insanın bir haldan başqa bir hala keçməsidir. Xəbər alnıma daş kimi dəydi. Bəzən, göz yaşları insan kədərini, ...
ANL
Gələn o deyilmiş. Gün elə təzəcə əyilmişdi ki, başı buludlara dəyən “Əkizlər” dağının dabanındakı Qurudərə kəndinə bir şad xəbər yetişdi: “Ə, sən demə, Dədəbəy oğlu Böyüybəy rusyətdə əməlli-başlı sağ-salamatmış. Kənd poçtunun həyətində Böyükbəy barədə şıdırğı söhbət gedirdi. Arvadı tərəfdən Böyükbəyə qohumluğu çatan və...
ANL
Muğam işığında təksəsli, çoxsəsli düşüncələr. Bu yazı Alim Qasımov haqqında olduğu qədər, onun haqqında deyil. Bir avtoportret, özşəkildir. Sadəcə üzümü dosta tutub yazdım. Esse-roman termini haqqında bir-iki kəlmə söz demək istəyirəm. Esse ədəbi-fəlsəfi janrdır. Hətta müəlliflərin bəzən janrın adını göstərmədən də ess...
ANL
Bu silsiləmi mənim üçün əziz olan, içimdə daim yaşatdığım, öləziməyə qoymadığım hisslərdən hörəcəyəm. O hisslərdən ki, vaxtilə bir sıra səbəblərdən; siyasi quruluş üzündən, tuş gəldiyim haqsızlıqlardan, evsizlikdən, əsəb gərginliyindən, vaxt məhdudluğundan qələmə ala bilməmişəm. Amma onları dəfn edə, özümlə qara torpağ...
ANL
Bu günlərdə Polşada, Vroslavın “ATUT” nəşriyyatında tanınmış yazıçı Əjdər Olun “Qrafoman” adlı hekayələr kitabı nəşr olunub. 10 hekayənin daxil olunduğu kitabın tərcüməçiləri, son illər Azərbaycan-Polşa ədəbi əlaqələri, tərcümə və qarşılıqlı mübadilə sahəsində diqqətəlayiq işlər görmüş Vüsalə Mustafayeva, Sonya Piriyev...
ANL
“Ruhlar şəhəri”ndə qalan ləpirlər. VAHİD QAZİNİN ESSELƏRİ HAQDA DÜŞÜNCƏLƏR. Qarabağ tarixi dərdlərimizin ən böyüyüdür. Bu dərdin baş səbəbi başsız qalmağımız olub. Başqa bir dərdimiz də var – tariximiz zamanında, canlı şahidlər sağkən qələmə alınmayıb, kitablara, yazılara köçürülməyib. Vahid Qazinin yenicə çıxmış “Ruhl...
ANL
Kamal müəllim yaradıcılığına, onun təşkilatçılıq bacarığına bir diqqət olaraq özümdən asılı olmayaraq bu yazını yazmağa başladım. Ona görə yazdım ki, ad günü ərəfəsində Almaniyada olmasına rəğmən heç olmasa, ürəyimdən keçən təbrik sözlərini mətbuat vasitəsilə çatdırım. Bu günlərdə Kamal Abdullanın Berlində Humbolt Univ...
ANL
İki ildən sonra eyni aqibət məni də gözləyir. İllər nə yaman sürətlə keçdi! Cavanlıq sevdası başımızdan çıxmamış ömrün ahıl yaşlarına qədəm qoyduq! Kamalı tanıdığım vaxtdan qırx il keçir. Aradan bunca uzun zaman keçəndən sonra artıq həyatımızda hər şey yerli-yerində görünsə də, cəmiyyətdə uğur qazanmış insanlar kimi qə...
ANL
Lap əvvəldən varmış Kamal. Jurnalistlərin çox işlənməkdənmi, ya yersiz yararlanmaqdanmı yıpranmış bir sualı var. Adətən, ünlü müsahiblərinə yönəldirlər. “İki-üç kəlmə ilə özünüzü necə tanıdardınız?” sualını nəzərdə tuturam. İndi bir anlıq həmin sualı, xəyalən də olsa, Kamal Abdullaya verib, onun əvəzindən cavab eşitmək...
ANL
NƏŞRLƏRDƏ İXTİSAR VƏ “REDAKTƏ” EDİLMİŞ ƏSƏRLƏRİNİN TAM MƏTNİ. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, h...
ANL
Bu səhər qanın durulması, toxumaların təmizlənməsi üçün qəbul etdiyim dərmanı suyla dolu qaşığa damızdırıb həkimin tapşırdığı kimi, bir neçə saniyə ağzımda saxlayarkən, neçə vaxdan bəri yaddaşımın ha tərəfinəsə, daxıla yığan tək, yığa-yığa saxlayıb kağıza köçürməyə hazırlaşdığım növbəti duyğular silsiləmi xatırladım......
ANL
Müasir Azərbaycan mətbuatı tarixində, son dövr mili mətbuatımızın təşəkkül tapmasında və formalaşmasında müstəsna xidmətləri olan “Xəzər” jurnalının 20 yaşı tamam olur. Öz dəsti-xətti ilə seçilən bu jurnal daim sıravi oxucuların və ziyalı elitasının diqqətində olub. Onlar zaman-zaman bu jurnal barədə fikirlərini və təə...
ANL
“Azərbaycan xalçaları bütün məktəbləri ilə” adlı layihə üzrə növbəti kitab çapdan çıxıb. Heydər Əliyev Fondunun dəstəyi ilə “Azər-İlmə” MMC-nin rəhbəri Vidadi Muradovun “Azərbaycan xalçaları bütün məktəbləri ilə” adlı layihənin növbəti kitabı nəşr edilib. “Azər-İlmə”dən APA-ya verilən məlumata görə, nəfis və yüksək pol...
ANL
İlqar Fəhminin “Aktrisa” əsəri Özbəkistanda nəşr edilib. Ötən ay İlqar Fəhminin “Aktrisa” psixoloji detektivi Özbəkistanın dövlət nəşriyyatı olan “Şərq” nəşriyyat-mətbəə şirkəti tərəfindən böyük tirajla çap olunub. Əsəri özbək dilinə tanınmış yazıçı və tərcüməçi Rüstəm Jabborov tərcümə edib. Kitaba adıçəkilən romandan ...
ANL
Naxçıvan Dövlət Universitetində Heydər Əliyev həftəsi. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirə günü ilə əlaqədar olaraq Naxçıvan Dövlət Universitetində (NDU) bir həftə ərzində silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb. Heydər Əliyev həftəsinin ilk tədbiri kimi universite...
ANL
Tiflisdə Firəngiz Əlizadənin əsərlərindən ibarət konsert olub. Gürcüstan Milli Musiqi Mərkəzində (GMMM) Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin müəllif konserti keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə konsertin təşəbbüskarı və təşkilatçısı, GMMM-in direktoru N...
ANL
Gürcüstan paytaxtında 11-ci Beynəlxalq Film Festivalı keçirilir. Dünən Gürcüstanın paytaxtı Tiflisdə 11-ci Beynəlxalq Film Festivalı başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, festival gürcü rejissoru Otar Çelidzenin “Şantrapa” (“Yaramaz”) filmi ilə açılıb. Tədbirdə yüzə qədər xarici rejissorlar, kino xadim...
ANL
Azərbaycan rəssamları “Daşkəndin sevinci”ndə qızıl medal qazanıblar. Özbəkistan paytaxtında “Nəsillərin harmonik inkişafı” dövlət proqramı çərçivəsində “Daşkəndin sevinci” adlı Beynəlxalq Uşaq Festivalı gerçəkləşib. Bu layihənin həyata keçilməsində əsas məqsəd istedadlı gənclərin digər ölkələrdə yaşayan həmyaşıdları il...
ANL
Pianoçuların Qara Qarayev adına I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsinə start verilib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və pianoçuların “Fortepiano Qara Qarayev yaradıcılığında” I Beynəlxalq elmi-ifaçılıq konfransı başlayıb. APA-nın ...
ANL
Ekrandakı nişanə. Tanınmış publisist,vaxtilə “Aydınlıq” qəzetinə və AzTV-yə rəhbərlik etmiş unudulmaz Babək Hüseynoglunun vəfatından 5 il keçir. Hazırda Xəzri nəşriyyatında Babək müəllimin dostları və yaxınlarının xatirələrindən ibarət kitab nəşrə hazırlanır. Professor Q.Məhərrəmlinin həmin kitabda yer almış yazısını o...
ANL
Dünya ədəbiyyatında nadir hallar göstərilə bilər ki, kiminsə bütövlükdə yaradıcılığı bir yana dursun, səs-küy salmış bir əsərin müəllifliyi barədə uzun illər mübahisə getsin, Şekspir barədə, Şoloxovun “Sakit Don” romanı ətrafında mübahisələr hamıya məlumdur... Bizim günlərdə isə, ötən əsrin sonunda Bakıda ilk dəfə çap ...
ANL
Sabit Rəhmanın 100 illiyi Milli Kitabxanada qeyd edilib. Ötən gün M.F.Axundov adına Milli Kitabxanada, Mədəniyyət və Turizm Nazirliyinin Tədbirlər Planına əsasən, Azərbaycan komediya janrının görkəmli nümayəndələrindən biri, yazıçı-dramaturq Sabit Rəhmanın 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Tədbirdə h...
ANL
Sənətdə fədakarlıq örnəyi. Beynəlxalq festivallar laureatı “Qarabağ bülbülləri” ansamblının rəhbəri və yaradıcısı, respublikanın xalq təhsili əlaçısı, SSRİ-nin qabaqcıl maarif xadimi Murad Rzayevin adı Azərbaycanın hər bir musiqisevərinə tanışdır. Eli-obası kimi yurd-yuvasından qaçqın düşən bu ansambl bütün çətinlik və...
ANL
Absurd teatrı, yaxud Gorusdakı bir teatrsayağı çıxışın absurd təfəkkürü. Azərbaycanın son illərdə qazandığı irimiqyaslı nailiyyətlər, ölkəmizin sürətlə beynəlxalq birliyə inteqrasiya etməsi, ən qabaqcıl texnologiyaların mənimsənilməsi və iqtisadiyyatda tətbiq olunması, mədəni quruculuğun gündən-günə daha da genişlənməs...
ANL
MİSİR MƏRDANOV: “BUNUNLA BÜTÜN DÜNYAYA BƏYAN EDİRİK Kİ, 180 İL ƏVVƏL İLK DÜNYƏVİ TƏHSİL MÜƏSSİSƏSİ MƏHZ AZƏRBAYCANDA, QƏDİM TARİXİ ƏRAZİMİZ OLAN ŞUŞA ŞƏHƏRİNDƏ YARADILIB”. Mərasimdən öncə tədbir iştirakçıları Fəxri Xiyabana gələrək, müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin, həmçinin Şəh...
ANL
Milli Qəhrəmanla bağlı “Mübariz” slayd-filminin təqdimatı olub. Ötən gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tələbələr tərəfindən hazırlanan “Mübariz” adlı slayd-filmin təqdimat mərasimi keçirilib. Film tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin Milli Qəhrəman Mübariz İbrahi...
ANL