text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
EŞQİN MÖVSÜMLƏRİ BAŞQADIR. Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri Parmaksızın “Həsrət, eşq və sükut” kitabı “aybkitab” layihəsi üzrə nəşr olunub. Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır. Kitabda yer alan esselərdən nümunələri oxucularımıza ...
ANL
“Kitabi-Dədə Qorqud” Baltik xalqlarının dillərində. “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası prezidentinin 1997-ci il aprelin 20-də imzaladığı Fərmanda vurğulanıbdır ki, “...Azərbaycan xalqının mühüm tarix və mədəniyyət qaynaqlarından biri olan və (...) oğuz t...
ANL
Payız ovqatının dedikləri. Mən bu qeydləri yazmağa başlarkən ilk ağlıma gələn bu sual oldu: “Lirik qəhrəman kimdir?” və görünür, burada təsadüfi bir şey yoxdur, çünki son on beş-iyirmi ildə mən tənqidimizdə (eləcə də müasir rus tənqidində) “lirik qəhrəman” ifadəsi (termini) ilə çox az rastlaşıram, elə bil, bu ifadə də ...
ANL
Bakı - teatrsevərlərin görüş yeri. Qəzetimizin ötən şənbə saylarında I və II Bakı Beynəlxalq Teatr Konfranslarının əhəmiyyəti, əlamətdar məqamları haqqında yazılarım oxucularımıza təqdim olunub. Üçüncü həftədir ki, bu forumun materiallarını, tarixini səhifələyirəm və etiraf edim ki, əldə olunan nəticələr doğrudan da ya...
ANL
Böyük yolun zəfər zəngləri Səkkizinci məqalə. Adətən, müqəddəslərə and içirlər; mənim üçün yer üzündə səndən müqəddəsi yoxdur; sənə and içirəm, Respublikam! Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illik yubileylərinə üz tutan məqalələr silsiləsinin sonuncu - yeddinci yazısının ilk qığılcımı qəfil bir sa...
ANL
Arif Əmrahoğlunun xatirəsinə həsr edilmiş tədbir. Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış ədəbiyyatşünas alim, unudulmaz müəllim, dəyərli ziyalı, uzun illər qurumun katibi vəzifəsində çalışmış Arif Əmrahoğlunun anadan olmasının 62-ci ildönümü münasibətilə anım tədbiri keçirilib. AYB-nin sədri,...
ANL
“Şərq” qəzeti bu illər ərzində özünəməxsus yer tutub. İctimai fikrə təsir edən mətbuat orqanlarından biridir. Biz də həmkarlarımızı və “Şərq”in oxucularını təbrik edir, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının Modern.az-a verdiyi müsahibəni təqdim edirik. Ötən illərə nəzər saldıqda “Şərq”i arzuladığınız məqamda gö...
ANL
Böyükkişi Mirzəzadə: böyük vətəndaş və şair. QƏRBİ AZƏRBAYCANDA YARANMIŞ POEZİYADA MİLLİ BÜTÖVLÜK VƏ İSTİQLAL MÜBARİZƏSİNİN İNİKASI. Qərbi Azərbaycanın əzabkeş tərənnümçüsü Böyükkişi Mirzəzadənin şeirlərini təhlil edərkən bu vətənpərvər söz adamının ürəkdən gələn ümummilli ağrı və iztirablarla yanıb-yaxıldığına əmin...
ANL
Böyükkişi Mirzəzadə: böyük vətəndaş və şair. QƏRBİ AZƏRBAYCANDA YARANMIŞ POEZİYADA MİLLİ BÜTÖVLÜK VƏ İSTİQLAL MÜBARİZƏSİNİN İNİKASI. Böyükkişi Mirzəzadə əksər şeirlərində məhz böyük yurddaş və vətəndaş kimi çıxış etməyə üstünlük verir. Nərmənazik, hədsiz incə və zərif lirika nümunələri yaratmaqdansa, xalqa açıq h...
ANL
Son illər Azərbaycanın idman sahəsində qazandığı uğurlar göz qabağındadır. Əlbəttə, bu nailiyyətlər də ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğıdan xəbər verir. Hazırda ölkəmizdə sürətlə inkişaf edən, günü-gündən kütləviliyi artan növlərdən biri də bədii gimnastikadır. Sevindirici haldır ki, uşaq və yeniyetməl...
ANL
Ədəbiyyatımızda üç cərəyanın yaradıcısı. YAXUD ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVİN ATDIĞI “BOMBA”. Əbdürrəhim bəy Haqverdiyev özünü simvolizmin banisi hesab edirdi. “Pəri cadu haqqında qeydlər”ində oxuyuruq: “Doxsanıncı illərin ortasında simvolizm deyilən bir ədəbiyyat üsulu teatro səhnəsinə atıldı. Alman ədibi Hauptmanın...
ANL
Nicat Kazımov Qaqauz teatrı üçün tamaşa hazırlayıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı xarici ölkə teatrları ilə yaradıcılıq əlaqələrini genişləndirməkdə davam edir. Teatrın rejissoru, Əməkdar artist Nicat Kazımov 88-ci teatr mövsümünün sonunda Moldova Respublikası Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrın...
ANL
YARAT Müasir İncəsənət Mərkəzinin ARTIM Layihə Məkanında Azərbaycan rəssamlarının “Evin sirləri” adlı qrup sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, sərgidə gənc rəssamlar - Mehriban Şəmsədinskaya, Zöhrab Salamzadə, Hətəm Əlizadə və Qafar Rzayevin əsərləri nümayiş olunub. Sərgidə nümayiş olunan əsərlərin mövzularının d...
ANL
İstanbul səhnəsindəki “Müqəvva”. Tanınmış yazıçı-filosof Firuz Mustafanın “Müqəvva” pyesi İstanbuldakı “Oda” teatrında nümayiş olunub. AZƏRTAC xəbər verir ki, “Müqəvva”nı Türkiyədə rejissor Elçin İmanov (El Çino) səhnələşdirib. Baş rolun ifaçısı Kamalə Kamaldır. Tamaşanın rəssamı Tariyel Əlizadə, musiqi tərtibatçısı...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xali...
ANL
İmperiyalar və onların süquta sürüklənməsi. IV Corc öldükdən sonra III Corcun üçüncü oğlu IV Uilyam adı altında taxt-taca çıxdı. Nəticədə, 1837-ci ildə Aleksandrina-Viktoriya kraliça Viktoriyaya çevrildi. II Corcun bir sıra övladlarının və əksər nəvələrinin aqibəti onlara monarx aliliyinə yüksəlməyə imkan verməd...
ANL
Şahdağdan üz tutub Murova baxdım, Bu taydan o taya salamlarım var. Kəpəzin o üzü gözəl diyarda, Düşmən tapdağında qalanlarım var. Odu kirpiyində götürənlərim, Həsrətlə köksünü ötürənlərim, Çoxdan əzizini itirənlərim, Ah çəkib saçını yolanlarım var. Elin köməyilə çörəklənmişəm, Dirçəlib, dirçəlib zirəklənmişəm, O...
ANL
Həminki Tofiq Abdin. Tükənməz həvəsiylə, çılğınlığıyla, qaynar çalışqanlığıyla, yenilikçi düşüncə və yanaşmalarıyla! O qədər parlaq idi ki, onu görməmək və dəyərləndirməmək mümkün deyildi. Lakin sanki sonacan onu əsl böyüklüyü və dəyəri ilə nə gördülər, nə qiymətləndirdilər. Kənddən gəlmiş bir traktorçu balasın...
ANL
Taleyini özü qazanan dostum. Mənimtək bir pillə qalxmayan kəsi, Baba zirvəsinə qaldıran gəldi... Tanış dəst-xətt idi... Hətta ən ciddi məsələləri də bəzən incə yumora çevirməyi bacaran tələbə dostum Simranı tanıdığım uzun illər ərzində onun bu cür “yaradıcılıq” nümunələrinin çox şahidi olmuşdum. İndi də nəvəsin...
ANL
Mifoloji dansöküləndə baş verənlər - (poetik enerji partlayışından əvvəl). “KİTABİ-DƏDƏ QORQUD DASTANININ POETİKASINA GİRİŞ” KİTABINDAN. Qədim mətnin ibtidai mifoloji dövründə, başqa sözlə desək, dansökülənində (buna P. Pyotto deyən kimi reallıqla mifin tam üst-üstə düşdüyü autentik mif zamanı da deyə bilərik) ba...
ANL
Onun haqqında yazmağı çoxdan fikirləşirdim. Necə yazacağımla bağlı tərəddüdüm olsa da, nə yazacağımı ilk gündən bilirdim. Hətta yazının adını da düşünmüşdüm: Uca ömür. Etiraf edim ki, yazını gecikdirdiyimə görə indi sevinirəm. Çünki vaxt keçdikcə onu daha yaxşı tanıyıram. Görünür, bu yetərli deyil, insanları tanımaq ü...
ANL
Gecə düşüncələri. Uzun illərdir, Xalq yazıçısı Anar “Gecə düşüncələri” başlığı altında silsilə esselərini, qeydlərini oxucularına təqdim edir. Bu yazılarda bəlkə nə zamansa yazılacaq əsərlərin eskizlərini də görmək olar, çağdaş durumla, gündəmlə bağlı fikirləri də. Eyni zamanda bu, bir növ yazıçının böyük əsərlər...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL
“Cəmiyyətdə Hepatitlə bağlı yanlış təsəvvür formalaşıb”. DOKTOR NAMİQ TAĞIYEV: “İNSANLARIMIZIN QORXULU YUXUSUNA ÇEVRİLƏN BU BƏLADAN QORUNMAQ VƏ XİLAS OLMAQ MÜMKÜNDÜR”. Bakıda fəaliyyət göstərən “İstanbul NS” Klinikasının Qastroenterologiya şöbəsinin rəhbəri, doktor Namiq Tağıyevin hepatologiya, qastroenterologiya və in...
ANL
Bu il Azərbaycan Radiosunun yubileyidir. 1926-cı il noyabrın 6-dan fəaliyyətə başlayan radioda “Danışır Bakı” sözləri paytaxtla yanaşı qısa müddətdən sonra ölkənin bütün ərazilərində eşidilməyə başlayır. Daha sonra Azərbaycan Radiosunun səsi uzaq-uzaq ellərə yayılır... O dövrdə dünyada radionun meydana gəlməsi dövrün b...
ANL
Dünyaya sevgi dolu gözlə baxan şair. Xoş bir təsadüf mənim maraqlı və dəyərli bir insanla tanışlığıma imkan yaratmış oldu. Tanınmış dramaturq Firuz Mustafa bu tanışlığımızda vasitəçi rolu oynamış oldu. Tanış olduğum şəxs isə professor Elçin İsgəndərzadə idi. Öncədən söyləyim ki, söhbətimiz ilk dəqiqələrdən tutdu. İntel...
ANL
Bu xatirələrimi Bilik Gününə həsr edirəm. 132 saylı Bakı məktəbini gözəl İçəri şəhərimizin bir uzantısı kimi xoş bir ovqatda xatırlayıram. Pəncərələri bir üzdən qala qapısına açılan bu binaya təhsil almağa gələn uşaqların əksəriyyəti İçəri şəhərdən idi və onların yaşadıqları məhəllələrdən özlərilə gətirdiyi xüsusi ab-h...
ANL
Sentyabrın 12-si tanınmış şair Rüstəm Behrudinin doğum günüdür. Bu münasibətlə şairi təbrik edir, mərhum akademik Tofiq Hacıyevin vaxtilə onun haqqında yazdığı bu məqaləni oxucularımızın diqqətinə çatdırırıq. Əli Kərimin cığırı uzanıb gəlir: bu cığırda Ramiz Rövşənin yerişi iz saldı - təzə söz, obrazlarıyla yadda qaldı...
ANL
Professor Buludxan Xəlilov 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda Amasiya rayonunun Ellərkənd kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. Tələbəlik illərini “Cəfər Cabbarlı” adına olan təqaüdlə oxuyub. Əm...
ANL
Məşhur Mehmandarovlar nəslinin davamçısı olan gənc dirijor Mustafa Mehmandarov son illərdə əldə etdiyi uğurlarla, musiqimizi Avropada təmsil, təbliğ etməsiylə diqqət mərkəzindədir. O, 1998-2009-cu illərdə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının nəzdində Orta Ixtisas Musiqi Məktəb-Studiyasında, mərhum professor Bay...
ANL
Azərbaycanlı musiqiçi Parisdə konsert verdi. Parisin “Reservoir” klubunda istedadlı bəstəkar və pianoçu Etibar Əsədlinin konserti olub. Konsertdə azərbaycanlı bəstəkarı Linley Marthe (bass) və Tilo Bertholo (zərb alətləri) müşayiət ediblər. Kluba toplaşan musiqisevərlərə Azərbaycan milli musiqisinin qərb caz sənətinin ...
ANL
“Yol kənarı” gənc aktyorların təqdimatında. Bakıda “Yol kənarı” adlı bədii filmin təqdimatı olub. Ekran əsəri gənc rejissor Anar Qasımovun quruluşunda təqdim edilib. “Filmin əsas ideyası gəncləri qumar və bu tipli oyunlardan uzaqlaşdırmaqdır. Bu filmdə yolun kənarında yaşayan, kimsəsiz birinin özü kimi bir gəncə kömək ...
ANL
Fərhad Xəlilovun Moskvada sərgisi açıldı. Moskvadakı “Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi” kompleksində Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun “Görüş” adlı yubiley sərgisinin təntənəli açılış mərasimi keçirilib. Sərgi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Mədəniyyət Nazirli...
ANL
Belə ağır işin öhdəsindən uğurla gəldiniz... “ƏDƏBİYYAT QƏZETİ”NİN BAŞ REDAKTORU AZƏR TURANA AÇIQ MƏKTUB. Hörmətli Azər müəllim! Sizin “Ədəbiyyat qəzeti”nin baş redaktoru təyin olunmağınızdan ədəbi ictimaiyyət, heç şübhəsiz, müəyyən yeniliklər gözləyirdi, ancaq etiraf edim ki, mən də daxil olmaqla, bu qədər uğur ummaq,...
ANL
Türkoloji qurultayın əks-sədası, yaxud vətənə son gəliş. 90 il bundan əvvəl, 1926-cı ilin fevral-mart aylarında Bakı beynəlxalq miqyaslı mühüm elmi-mədəni və ictimai-ideoloji toplantıya - Birinci Türkoloji qurultaya ev sahibliyi etdi. Seçim təsadüfi sayılmamalıdır: Şərq xalqlarının 1920-ci ilin sentyabrındakı qurultayı...
ANL
Zərdabi ömrünün işığında. ... Nəhayət ki, bu yay günlərinə düşən qısa məzuniyyətim dövründə son illər geniş ictimai və ədəbi rezonans doğurmuş bəzi bədii əsərləri oxumağı qərara aldım. Onlardan biri də azərbaycançılıq ideologiyası və ədəbiyyatşünaslığa dair sanballı tədqiqatları və lirik şeirləri ilə yaxşı tanınan filo...
ANL
Birinci Türkoloji Konqresdən qeydlər. Fuad Köprülü, Etnoqrafiya muzeyinin direktoru Mesaroş, Leninqrad professorlarından Bartold, Strasburqdan professor Menzel ilə birlikdə idik. 26 fevral 1926-cı ildə Səməd Ağam oğlu Malıyev (əslində Səməd Ağamalıoğlu olmalıdır, Əli bəyin bilərəkdən, yaxud yanlışlıq üzündən Azərbaycan...
ANL
Onun alın qırışları sətirbəsətir oxunan ömür yoludur. Gözlərinə diqqətlə baxanda döyüş səhnələrini, mərmi partlayışlarını, can verən dostlarının son anlarını aydınca görmək olar. Titrəyən, şair demiş, "külüng tutan, kösöy tutan, silah tutan" tunc rəngli dəmir əllərində vətənimizin xəritəsinə bənzəyən damarlar 100-ü haq...
ANL
Ustad müəllim və tədqiqatçı. Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Rafiq Meyxoş oğlu Quliyevin 60 yaşı tamam olur. Orta məktəbi bitirəndən sonra BDU-nun (ovaxtkı ADU) Mexanika-riyaziyyat fakültəsində təhsi...
ANL
"Azərbaycan bəstəkarları və musiqişünaslarının elektron kataloqu" təqdim edildi. Sentyabrın 20-də Muzey Mərkəzdə Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Azərbaycan bəstəkarları və musiqişünaslarının elektron kataloqu"nun təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, kataloq Azərbaycan Bəstəkarlar...
ANL
“Onu olimpiya çempionu kimi Azərbaycan yetişdirdi”. BİRİNCİ HİSSƏ. Bizim taekvondonun əsas simalarından biridi, Rəşad Əhmədov. Zamanında dörd dəfə Avropa çempionu, iki dəfə dünya çempionatının mükafatçısı olub. Amma ən yüksək nailiyyəti beşincilik oldu o yarışlarda. Bunlar bilinən faktlardı. Görüşümüzün səbəbi isə...
ANL
Ədəbiyyatımızda üç cərəyanın yaradıcısı. Çox sadə bir hadisədən danışan "Mirzə Səfər" hekayəsinin başlıca qayəsini "tənqid" bugünəcən açmayıb. Şairliyi kulta çevirən xalqın səmasında amansız bir kabus dolaşır: "Şairlik" kabusu! Anadan "şair" doğulanların baxışları yuxarıdadır. Cənablar, bəs aşağıdan xəbəriniz varmı? ...
ANL
Nuh peyğəmbər ömrünün doqquz yüz qırx doqquzuncu baharına yenicə qədəm qoymuşdu. Hər gün Allaha Həzrət Adəmdən də uzun ömür sürdüyünə görə şükür edirdi və şükür səcdəsində Rəbbindən ona göstərdiyi bu lütfkarlığın səbəbini soruşurdu. Bir gün Allahdan ona vəhy gəldi: "Ya Nuh, ömrün uzunluğu və əcəl qabaqcadan müəyyən edi...
ANL
Zəlimxan Yaqubun 2006-cı ilin payızında qələmə aldığı "Hüseyn Saraçlı dastanı" dastan-romanı nəsrlə nəzmin qarşılıqlı vəhdəti şəklində yazılıb. Əsərin nəsrlə olan parçalarının təhkiyəsi çox mükəmməldir. Dili son dərəcə səlis və rəvandır. Həmin hadisələrin təsviri nəzmlə verilsə, bəlkə də, əsərin dilində xoşagəlməz bir ...
ANL
Türk tarixi digər millətlərə örnək olacaq zəfərlərlə zəngindir. İlk türk dövlətlərindən başlayaraq bu günümüzə qədər türklər bir çox zəfərlər qazanıb. Ancaq bu qələbələrin içərisində elələri var ki, daha böyük əhəmiyyətə malikdir. 1071-ci il avqustun 26-da baş verən Malazgirt savaşında əldə olunan qələbə isə tək türk t...
ANL
Ağamusa müəllimi xatırlayarkən... Müasir Azərbaycan elminin parlaq simalarından, nadir zəka və istedad sahiblərindən biri olan akademik Ağamusa Axundovun dünyasını dəyişməsindən bir il ötür. AMEA-nın həqiqi üzvü, dövlət mukafatı laureatı, əməkdar elm xadimi, "Şöhrət" ordenli Ağamusa Axundov cismən aramızda olmasa da, b...
ANL
Zemfira Səfərovanın Üzeyir Hacıbəyli haqqında əsəri Türkiyədə. Bugünlərdə Ankarada musiqişünas-alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, professor Zemfira Səfərovanın "Türk dünyasının Muzik Yıldızı Üzeyir Hacıbəyli" adlı monoqrafiyası çapdan çıxıb. Əsərdə Üzeyir Hacıbəylinin yaradıcılığının nəzəri və es...
ANL
XX əsrin ilk yarısındakı ədəbi-mədəni prosesdə roman faktoru. VƏ YA AZƏRBAYCANDA ROMANÇILIQ ƏNƏNƏSİNİN FORMALAŞMA DÖVRÜNƏ MÜASİR BAXIŞ. "Görkəmli tənqidçi Yaşar Qarayev yazırdı ki, roman hər şeydən əvvəl böyük, epik lövhələr janrıdır. Dövrü, epoxanı təsvir etmək üçün ən əhatəli və imkanlı formadır. Oçerk, hekayə yaxud ...
ANL
XX əsrin ilk yarısındakı ədəbi-mədəni prosesdə roman faktoru. VƏ YA AZƏRBAYCANDA ROMANÇILIQ ƏNƏNƏSİNİN FORMALAŞMA DÖVRÜNƏ MÜASİR BAXIŞ. Ədəbiyyatımızda roman dövrü kimi yadda qalan 1930-cu illər nəsrinə kiçik bir ekskursiya etməyi düşündük. Aydındır ki, Azərbaycanda romançılığın formalaşması, roman ənənəsinin yaranması...
ANL
Körpələrin gülüşü boğulmasın deyə... KAPİTAN NƏCMƏDDİN SAVALANOV BU UCA AMAL UĞRUNDA ŞƏHİD OLDU. Aprel döyüşlərində İmişli rayonu da şəhid verənlər sırasında oldu. Mənəvi borc olaraq şəhidi ziyarət etmək qərarına gəldim. Göbəktala kəndi - şəhid kapitan Nəcməddin Savalanovun ata evinə yola düşdüm. Kəndə çatanda yol kəna...
ANL
Ölüm yola verir məni. Olur, gəlmir zülm üstündən. Zülüm yola verir məni. Bəmdə dinib, danışıram, Zilim yola verir məni. Həminəm o məmmədnəsir, Gözüm görür, ağlım kəsir. Durub Tanrıya gedəsən? Ola-ola vətənində. Dörd yanını günah ilə. Gəzəsən özünü bir ömür boyu. Ölə bilməyəsən ölmək istəsən, Yaşamaq istəyin dəbərib çıx...
ANL
“Kaş bizim idmançıların hamısı Fərid Mansurov kimi sadə olaydı”. İKİNCİ YAZI. Onunla tanışlığımızın tarixçəsi 13 il əvvələ gedib çıxır. Diktofonsuz görüş idi. Yəni indikitək müsahibə üçün bir araya gəlməmişdik. O zaman ölkənin ən reytinqli və məşhur idmançılarından idi. Ortaq dostumuz Əşrəf tanış elədi bizi: “Rəşaddı, ...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL
“Cəmiyyətdə Hepatitlə bağlı yanlış təsəvvür formalaşıb”. DOKTOR NAMİQ TAĞIYEV: “İNSANLARIMIZIN QORXULU YUXUSUNA ÇEVRİLƏN BU BƏLADAN QORUNMAQ VƏ XİLAS OLMAQ MÜMKÜNDÜR”. Bakıda fəaliyyət göstərən “İstanbul NS” Klinikasının Qastroenterologiya şöbəsinin rəhbəri, doktor Namiq Tağıyevin hepatologiya, qastroenterologiya və in...
ANL
Bu il Azərbaycan Radiosunun yubileyidir. 1926-cı il noyabrın 6-dan fəaliyyətə başlayan radioda “Danışır Bakı” sözləri paytaxtla yanaşı qısa müddətdən sonra ölkənin bütün ərazilərində eşidilməyə başlayır. Daha sonra Azərbaycan Radiosunun səsi uzaq-uzaq ellərə yayılır... O dövrdə dünyada radionun meydana gəlməsi dövrün b...
ANL
Dünyaya sevgi dolu gözlə baxan şair. Xoş bir təsadüf mənim maraqlı və dəyərli bir insanla tanışlığıma imkan yaratmış oldu. Tanınmış dramaturq Firuz Mustafa bu tanışlığımızda vasitəçi rolu oynamış oldu. Tanış olduğum şəxs isə professor Elçin İsgəndərzadə idi. Öncədən söyləyim ki, söhbətimiz ilk dəqiqələrdən tutdu. İntel...
ANL
Bu xatirələrimi Bilik Gününə həsr edirəm. 132 saylı Bakı məktəbini gözəl İçəri şəhərimizin bir uzantısı kimi xoş bir ovqatda xatırlayıram. Pəncərələri bir üzdən qala qapısına açılan bu binaya təhsil almağa gələn uşaqların əksəriyyəti İçəri şəhərdən idi və onların yaşadıqları məhəllələrdən özlərilə gətirdiyi xüsusi ab-h...
ANL
Sentyabrın 12-si tanınmış şair Rüstəm Behrudinin doğum günüdür. Bu münasibətlə şairi təbrik edir, mərhum akademik Tofiq Hacıyevin vaxtilə onun haqqında yazdığı bu məqaləni oxucularımızın diqqətinə çatdırırıq. Əli Kərimin cığırı uzanıb gəlir: bu cığırda Ramiz Rövşənin yerişi iz saldı - təzə söz, obrazlarıyla yadda qaldı...
ANL
Professor Buludxan Xəlilov 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda Amasiya rayonunun Ellərkənd kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. Tələbəlik illərini “Cəfər Cabbarlı” adına olan təqaüdlə oxuyub. Əm...
ANL
Məşhur Mehmandarovlar nəslinin davamçısı olan gənc dirijor Mustafa Mehmandarov son illərdə əldə etdiyi uğurlarla, musiqimizi Avropada təmsil, təbliğ etməsiylə diqqət mərkəzindədir. O, 1998-2009-cu illərdə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının nəzdində Orta Ixtisas Musiqi Məktəb-Studiyasında, mərhum professor Bay...
ANL
Azərbaycanlı musiqiçi Parisdə konsert verdi. Parisin “Reservoir” klubunda istedadlı bəstəkar və pianoçu Etibar Əsədlinin konserti olub. Konsertdə azərbaycanlı bəstəkarı Linley Marthe (bass) və Tilo Bertholo (zərb alətləri) müşayiət ediblər. Kluba toplaşan musiqisevərlərə Azərbaycan milli musiqisinin qərb caz sənətinin ...
ANL
“Yol kənarı” gənc aktyorların təqdimatında. Bakıda “Yol kənarı” adlı bədii filmin təqdimatı olub. Ekran əsəri gənc rejissor Anar Qasımovun quruluşunda təqdim edilib. “Filmin əsas ideyası gəncləri qumar və bu tipli oyunlardan uzaqlaşdırmaqdır. Bu filmdə yolun kənarında yaşayan, kimsəsiz birinin özü kimi bir gəncə kömək ...
ANL
Fərhad Xəlilovun Moskvada sərgisi açıldı. Moskvadakı “Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi” kompleksində Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun “Görüş” adlı yubiley sərgisinin təntənəli açılış mərasimi keçirilib. Sərgi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Mədəniyyət Nazirli...
ANL
Belə ağır işin öhdəsindən uğurla gəldiniz... “ƏDƏBİYYAT QƏZETİ”NİN BAŞ REDAKTORU AZƏR TURANA AÇIQ MƏKTUB. Hörmətli Azər müəllim! Sizin “Ədəbiyyat qəzeti”nin baş redaktoru təyin olunmağınızdan ədəbi ictimaiyyət, heç şübhəsiz, müəyyən yeniliklər gözləyirdi, ancaq etiraf edim ki, mən də daxil olmaqla, bu qədər uğur ummaq,...
ANL
Türkoloji qurultayın əks-sədası, yaxud vətənə son gəliş. 90 il bundan əvvəl, 1926-cı ilin fevral-mart aylarında Bakı beynəlxalq miqyaslı mühüm elmi-mədəni və ictimai-ideoloji toplantıya - Birinci Türkoloji qurultaya ev sahibliyi etdi. Seçim təsadüfi sayılmamalıdır: Şərq xalqlarının 1920-ci ilin sentyabrındakı qurultayı...
ANL
Zərdabi ömrünün işığında. ... Nəhayət ki, bu yay günlərinə düşən qısa məzuniyyətim dövründə son illər geniş ictimai və ədəbi rezonans doğurmuş bəzi bədii əsərləri oxumağı qərara aldım. Onlardan biri də azərbaycançılıq ideologiyası və ədəbiyyatşünaslığa dair sanballı tədqiqatları və lirik şeirləri ilə yaxşı tanınan filo...
ANL
Birinci Türkoloji Konqresdən qeydlər. Fuad Köprülü, Etnoqrafiya muzeyinin direktoru Mesaroş, Leninqrad professorlarından Bartold, Strasburqdan professor Menzel ilə birlikdə idik. 26 fevral 1926-cı ildə Səməd Ağam oğlu Malıyev (əslində Səməd Ağamalıoğlu olmalıdır, Əli bəyin bilərəkdən, yaxud yanlışlıq üzündən Azərbaycan...
ANL
Onun alın qırışları sətirbəsətir oxunan ömür yoludur. Gözlərinə diqqətlə baxanda döyüş səhnələrini, mərmi partlayışlarını, can verən dostlarının son anlarını aydınca görmək olar. Titrəyən, şair demiş, "külüng tutan, kösöy tutan, silah tutan" tunc rəngli dəmir əllərində vətənimizin xəritəsinə bənzəyən damarlar 100-ü haq...
ANL
Ustad müəllim və tədqiqatçı. Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Rafiq Meyxoş oğlu Quliyevin 60 yaşı tamam olur. Orta məktəbi bitirəndən sonra BDU-nun (ovaxtkı ADU) Mexanika-riyaziyyat fakültəsində təhsi...
ANL
Birinci Türkoloji Konqresdən qeydlər. Söhbət qurultaya Simferopoldan (Ağməscid) qatılan Krım Dövlət Universitetinin müəllimi, dilçi və ədəbiyyatşünas Həbibulla Odabaşdan gedir. Qurultayın səkkizinci iclasında "Türk dillərində terminologiya" mövzusunda məruzə etmişdi -V.Q.) Krımda etnoqrafik materiallar toplamaq işi üzə...
ANL
Reallıqdan doğan dəyişikliklər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsini geniş miqyasda cəmiyyətin müzakirəsinə təqdim etməsi respublikamızda bundan sonrakı tarixi epoxada dah...
ANL
Xoşbəxtlik gələndə. xoşbəxt olursa... Sonra qırıq xoşbəxtliklər. qırıq xəyallar kimi. gözlərinin suyunda. Anlayırsan ki, xoşbəxtlik gələndə. bütöv gəlməli, tam gəlməli. Tofiq Abdinsizliyə. Gözümdə dünya yolları, bir yol gəzirəm, gəzirəm. Namərd, viranlıq dünyada, qarışıq, toranlıq dünyada, Bu qədər qaranlıq dünyada, bi...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL
Britaniya Muzeyi Nizami Gəncəvini necə təqdim edir... İngiltərədə London şəhərinin Bloomsbury sahəsində yerləşən British Museum - Britaniya muzeyi dünyanın müxtəlif ərazilərindən bu ölkəyə səyahət edən insanların maraq dairəsində olan, dünya mədəniyyəti nümunələrini təqdim edən məşhur muzeylərdəndir. 1753-cü ildə yarad...
ANL
Elm fədaisi, dəyərli pedaqoq. Hələ zəngin tarixi və yaşarlı ənənəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi olduğu çağlarda yaşıdlarının Buludxan Xəlilovu bütöv şəxsiyyət kimi qəbul etdiklərinin, onun yüksək insani keyfiyyətlərindən qürurlandıqlarının şahidi olmuşam. Bu, mühüm dəyərlərin onda ilk gəncl...
ANL
Böyük yolun zəfər zəngləri. Birinci məqalə. UZAQLARDAN GƏLƏN YOLLAR VƏ YA TALEYİMİN YURD YERİ. Və bu möhtəşəm tarix yolunun Azərbaycanın arzu və ümidlərinə, sevinc və kədərinə üz tutan hər ayından, ilindən, hər mübarək məqamından ZƏFƏR ZƏNGLƏRİNİN səsi gəlir... Bu il mənim də 60 yaşım tamam olub; necə deyərlər, mən Azə...
ANL
Qərib bir durnanın harayı kimi... İndi payız gələndə yola saldığım payızlar gəlib gözümün önündən keçir. Yadıma qərib bir durnanın harayı gəlir. Yenə qulağıma həmin qərib durnanın harayı gəldi. O durnanı eşitmək - dinləmək,keçmişə qayıtmaq istədim. Dostum Aslan Aslanovla hərdən xeyirdə-şərdə görüşürük. Ötən illərin uza...
ANL
Nurəngiz Günün poeziyasında təbiətin tərənnümü. Şairi təbiət yaradır, cəmiyyət formalaşdırır, eşq hər şeyin fövqünə qaldırır! Mənəvi güc-qüvvəni, zövqü təbiətdən alan söz adamlarının baş mövzusu da çox zaman təbiət özü olur. Bəlkə də təbiətin əsrarəngiz gözəllikləri olmasaydı insan öz şairlik duyğusunu, istedadını dərk...
ANL
Vətəndaşlıq mövqeyi, plyus lirizm. Azərbaycan poeziyasında vətəndaşlıq ruhu, ictimai mövqe, millilik amili bütün dövrlərdə aparıcılıq təşkil etmişdir. Əslində ictimai və milli ideal olmadan bütünlükdə böyük ədəbiyyatı, o cümlədən də poeziyanı təsəvvür etmək olmaz. Lakin vətəndaşlıq mövqeyinin, ictimai idealların üstünl...
ANL
Milli Kitabxananın nümayəndələri beynəlxalq konqresdə. Astanada Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə həsr olunmuş Kitabxanaçıların Beynəlxalq Konqresi keçirilir. Konqresdə alimlər, ictimai və siyasi xadimlər, şairlər, yazıçılar, kulturoloqlar, naşirlər, kitabxanaçılar iştirak edirlər. M.F.Axundzadə ad...
ANL
“Tarixi həqiqətlərin izi ilə” Macarıstanda təqdim edildi. Dünən Azərbaycanın Macarıstandakı səfirliyində Bakı Slavyan Universitetinin dosenti, tədqiqatçı Şəlalə Həsənovanın müəllifi olduğu “Tarixi həqiqətlərin izi ilə” iki hissəli sənədli filmin təqdimat mərasimi keçirilib. Səfirlikdən 525.az-a verilən məlumata görə, i...
ANL
Bakıda hind mətbəxi festivalı. Sentyabrın 25-də Bakıda hind mətbəxi festivalı keçiriləcək. AZƏRTAC xəbər verir ki, “Hyat Regency-Naxçıvan” mehmanxanasında təşkil olunacaq festival Hindistanın ölkəmizdəki səfirliyi və Azərbaycan-Hindistan Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Festival çərçivəsində Hindi...
ANL
Dini biliklər və radikalizm. BİRİ O BİRİNİ TAMAMLAYA BİLƏRMİ? İctimai və fərdi həyatımızın mühüm aspektlərindən olan bu mövzu müasir şəraitdə hər birimiz üçün olduqca böyük əhəmiyyət kəsb edir. Şəxsən mənim fikrimcə, Allahın yaratdığı hər bir insan övladının qəlbində iman var. Odur ki, dinin şərtlərinə əməl edib-etməmə...
ANL
Paralel dünyalardakı şifrələr. Hər şairin yaradıcılığı, poeziyası əslində, yaşadığımız dünyaya paralel olan bir aləmdir. Bəlkə də mütaliə adlanan proses heç yerli-dibli yoxdu, sadəcə qaçış var, uçuş var, pənah aparmaq var... İnsan yaşadığı dünyanın naqisliyindən, ruhsuzluğundan, bu ruhsuzluğun yaratdığı ağrıdan bezərək...
ANL
Nizami əsərlərinin tərcüməsi haqqında NKVD-nin xüsusi arayışı. Nizami Gəncəvi əsərlərinin, xüsusən “Xəmsə”yə daxil olan poemaların Azərbaycan dilinə tərcüməsi zaman-zaman müzakirə və mübahisə obyekti olub. Özü də çeşidli tənqidlər təkcə Nizami əsərlərinin poetik çevirmələrini deyil, sətri (filoloji) tərcümələrini də əh...
ANL
Vətəndaşlıq mövqeyi, plyus lirizm. Asim Yadigarın şeir yaradıcılı ğında janr baxımından rast gəldiyim əhəmiyyətli bir faktı da ayrıca nəzərə çatdırmağa ehtiyac var. “Sonet” adlanan və həmin janrda yazılmış şeir forma və məzmunca yeni və əhəmiyyətlidir. Məsuliyyətlə demək olar ki, “Sonet” şeiri Asim Yadigarın bu janrda ...
ANL
Birinci Türkoloji Konqresdən qeydlər. Professor Malov (S.E.Malov, rus türkoloqu, əski türk yazılı abidələri üzrə mütəxəssis. Orhun yazısından, Uyğur yazısından, daha sonra ərəb əlifbasından istifadə edən türklərin əlifbalarını təkmilləşdirmək, daha mükəmməl şəkillər tapmaq xüsusiyyətini vurğulamışdır. Maqsudov tatarca ...
ANL
Əsrin dörddə biri, kamilləşən əsas qanunumuz və sabaha ümidlər. Azərbaycan əlamətdar bir günün astanasındadır. Xalq növbəti dəfə iradəsini nümayiş etdirəcək, cavan dövlətimizin gənc Konstitusiyasının daha da kamil olması münasibətilə edilən düzəlişlərin əks olunduğu Referendum Aktına səs verəcəkdir. Günlərdən bəri ölkə...
ANL
Dahi sənətkara sonsuz ehtiramla... Heydər Əliyev 18 sentyabrın Azərbaycan xalqının milli bayramı, mədəniyyət, musiqi bayramı olduğunu vaxtilə xüsusi vurğulayıb. Milli professional bəstəkarlıq məktəbimizin banisi dahi Üzeyir Hacıbəyli 1885-ci ilin 18 sentyabrında, Azərbaycanın dilbər guşələrindən biri olan Ağcabədidə dü...
ANL
Fransada Azərbaycan musiqisi festivalı. Fransanın Alzas regionunun Müluz şəhərində Azərbaycan musiqisinə həsr edilmiş "İki dünya" adlı musiqi festivalı keçirilib. Festivalı giriş sözü ilə tədbirin təşkilatçısı XANADU assosiasiyasının prezidenti, Yuxarı Alzas Müluz Universitetinin ədəbiyyat, dil və humanitar elmlər fakü...
ANL
Birinci Türkoloji Konqresdən qeydlər. Təhsilini Sorbonnada almış Feyzul Kırımlı (söhbət tanınmış Ukrayna alimi, akademik-şərqşünas, mənşə etibarı ilə Litva tatarı olan A.E.Krımskidən gedir. Görünür, alimi yaxından tanıyan və həyat tarixçəsinə yaxşı bələd olan Əli bəy bir qədər də xəfif yumor hissi ilə ad və soy adını t...
ANL
Hər bir azərbaycanlının güvənc yeri. "Xatirələr" kitabından parça. İdeal dövlət quruluşu yoxdur. O quruluşu Allah yaradıb, adını da Cənnət qoyub. İrili-xırdalı, dünyadakı bütün ölkələr ona doğru gedir, hər kəs öz yolu ilə. Biz də onlardan biriyik. Hamımızın bir vətənimiz var - Azərbaycan. Unutmayaq ki, qəriblər yad ölk...
ANL
Zəlimxan Yaqubun 2006-cı ilin payızında qələmə aldığı "Hüseyn Saraçlı dastanı" dastan-romanı nəsrlə nəzmin qarşılıqlı vəhdəti şəklində yazılıb. Əsərin nəsrlə olan parçalarının təhkiyəsi çox mükəmməldir. Dili son dərəcə səlis və rəvandır. Həmin hadisələrin təsviri nəzmlə verilsə, bəlkə də, əsərin dilində xoşagəlməz bir ...
ANL
Mexikoda "Azərbaycanın təqdimatı" oldu. Meksikanın paytaxtı Mexiko şəhərində yerləşən "Naucalli" parkının mədəniyyət sarayında "Instituto de Cultura y Parque Naucalli"nin təşkilatçılığı və ölkəmizin Meksikadakı səfirliyinin dəstəyi ilə "İpək Yolu" adı altında "Azərbaycanın təqdimatı" tədbiri keçirilib. Azərbaycanın Mek...
ANL
Sözlə əməl, düşüncə ilə əxlaq qırılmaz vəhdətdə... GÖRKƏMLİ ALİM İSMAYIL MƏMMƏDLİ ÖMRÜNÜN ÖTƏN 70 İLİNİ MƏHZ BELƏ YAŞAYIB. Müasir dilçilik elmimizin görkəmli simalarından biri olan filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli ömrünün müdriklik çağındadır. 70 ilin astanasınacan çox xeyirxah işlərə, xalqın-mill...
ANL
"Azərbaycan bəstəkarları və musiqişünaslarının elektron kataloqu" təqdim edildi. Sentyabrın 20-də Muzey Mərkəzdə Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Azərbaycan bəstəkarları və musiqişünaslarının elektron kataloqu"nun təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, kataloq Azərbaycan Bəstəkarlar...
ANL
Hikkəli qadın. Adına uyğun ora cavan, ortayaşlı xanımlar, bir də, sevgiləri alışıb-yanan (qabaqlarında yanan şam, əlləriylə sevişə-sevişə söhbət edənlər) və sevgiləri soyumuş, ya yoxa çıxmış (şamı yandırmayanlar, ehtirassız-təbəssümsüz söhbət edənlər) cütlüklər gəlir. Birinci dəfə Bakıda bu cür adda kafe görəndə təəccü...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL
Gəncənin müqbil oğlu. “XOŞBƏXT” MƏHASI DAŞIYAN, ƏSL ADI MƏHZ BELƏ OLMUŞ GÖRKƏMLİ SƏNƏTKARIMIZ MOBİL ƏHMƏDOVUN 85 İLLİYİNƏ DOĞMA ŞƏHƏRİNDƏN HƏZİN NOTLAR. “Dördyol” Gəncənin indi də həndəvəri bu adla tanınan qədim məhəllələrindəndir. O, şəhərin cənub hissəsindən keçən iki əsas yolun kəsişməsində qərar tutduğundan bu cür ...
ANL
Böyük yolun zəfər zəngləri - İkinci məqalə. MİLLİ RUHUMUZUN MÖHTƏŞƏM MƏKANI. Azərbaycan Televiziyası haqqında ən böyük, tarixi sözü ulu öndər, ümummilli liderimiz Heydər Əliyev deyib: “Azərbaycan Milli Televiziyası Azərbaycan xalqının milli sərvətidir”. Bu cismən sadə, ruhən möhtəşəm cümlədə Azərbaycan Televiziyasının ...
ANL