text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Fərəh Əliyeva: "Universiteti bütün neqativ hallardan təmizləmişik". Milli.Az Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyevanın APA-ya müsahibəsini təqdim edir. Ölkənin ən çox oxunan saytları belə bir xəbər yaydı: "Şirməmməd Hüseynovun qızı rektor oldu". Mən bilmirəm bu cür xəbər başlığı Fərəh ...
ANL
Dövlətçilik tariximizdə parlaq imzalar - Ziyadxanov qardaşları. Şəxsiyyətlər cəmiyyətin aparıcı qüvvəsi, millətin simasında əsas cizgilər sayılır. Öz əməlləri ilə vətənlərinin tarixinə imza ata bilənlər, xalqına son nəfəsinə qədər sədaqətlə xidmət edənlər tarixin səhnəsində yaşamaqdadırlar və bu yaşamaq haqqını heç kim...
ANL
Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər. Mark Avrelinin 161-ci ildə imperator taxt-tacına çıxması ilə, filosofun hökmdar olması barədə Platonun arzusu həyata keçdi. Ona qədər nə filosof taxt-tacda olmuşdu, nə də hökmdar filosof sənətinə yiyələnmişdi. Onun hökmdarlığı heç də uğurlu getmirdi, hətta Roma imperiyas...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL
Əmrahsız qalan dağlar. Lakin əsəbiləşdiyini büruzə vermədi. Silahları əlindən alıblar, canın sağ olsun. Hünərli adamsan ki, qaçaq-quldurun əlindən sağ-salamat qurtarmısan. Səni öldürə də bilərdilər. Balaca bəy utana-utana başını qaldırıb qırıq-qırıq kəlmələrlə dil tökməyə başladı: - Nəyə deyirsən and içim, silahları əl...
ANL
“Əli və Nino” müəllifinin gizlinləri... Azərbaycan mühacirət ədəbiyyatına daxil olan bütün forma və janrlar (poeziya, publisistika, dramaturgiya, nəsr və s.) içərisində ən məşhur əsər Qurban Səidin “Əli və Nino” romanıdır. İndiyədək kim tərəfindən və hansı dildə yazıldığı barədə mübahisələrin kəsilmədiyi bu roman hətta...
ANL
Onu mən həmişə türk paşalarına oxşadırdım. Uzun ağ saçları, qalın ağ bığları ilə əsl türk paşasıydı. Yalnız paşa deyil, eyni zamanda türklüyün sevdasında, Türkiyənin həsrətində insan idi. İnsan həyata həmişə davam edəcək deyə düşünür və əlinə düşən fürsəti da dəyərləndirə bilmir. Kaş ki, o zaman daha çox söhbətləşə bil...
ANL
MƏRHUM ŞAİR FİKRƏT SADIQ ÖMRÜNÜN BƏZİ MƏQAMLARI XATİRƏ İŞIĞINDA. On-on iki il əvvəlin söhbətidir, işıqçılar haqqında kitabımı çapa hazırlayırdım. Kitabda uzun illər energetika sahəsində sahədə çalışan mütəxəssislərlə yanaşı, həyatının müəyyən illəri bu sahə ilə bağlı olan məşhurlar haqqında da yazmaq istəyirdim. Fikirl...
ANL
Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır. Kitabda yer alan esselərdən nümunələri oxucularımıza təqdim edirik. Ərdəm Qalasının Qəlb Diyarına İthafımdır... Şükür Məşəlim, Dua Çiçəyim, Bərəkət Təsbehim, Könül Taxtımın Sultanı... Ərdəm qalasının qəlb d...
ANL
Kamran Əliyevin “Açıq kitab - ”Dədə Qorqud” kitabı əlli məqalənin məcmusudur. “Kitabi-Dədə Qorqud” dastanında olduğu kimi bu kitabı da vahid süjet xətti birləşdirir. “Etnopoetika anlayışı” hissəsində müəllif, etnopoetika məfhumunu “Dədə Qorqud” dastanından alınan örnəklərlə aydınlaşdırmışdır. “Qoşa misralı şeir”, “Qoşa...
ANL
Azərbaycan filologiya elmi mühitində istər klassik anlamda, istərsə də müasir zamanda ünlü alimlərimiz çoxdur. Bu sırada AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərovun ayrıca yeri var. Və həm də ona görə ayrıca ki, bir sıra həmkarlarından fərqli olaraq, Nizami Cəfərov təkcə filoloji istiqa...
ANL
Azərbaycan filologiya elmi mühitində istər klassik anlamda, istərsə də müasir zamanda ünlü alimlərimiz çoxdur. Bu sırada AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərovun ayrıca yeri var. Və həm də ona görə ayrıca ki, bir sıra həmkarlarından fərqli olaraq, Nizami Cəfərov təkcə filoloji istiqa...
ANL
“Kitabi-Dədə Qorqud” Baltik xalqlarının dillərində. Estoniyada “Kitabi-Dədə Qorqud” dastanını tanıtma istiqamətində ilk addımlar digər Baltik ölkələrindən fərqli olaraq, eposun “milli ədavəti qızışdıran” bir abidə kimi Mərkəzin ideoloji təzyiqi altında 1951-ci ilin may ayında Azərbaycan Kommunist (bolşeviklər) Partiyas...
ANL
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın müsahibəsi. - Anar müəllim, bu yaxınlarda xatirələrinizi yazmağınız barədə açıqlamanızı oxudum. İstəyirəm müsahibəyə elə bundan başlayaq. Sizin xatirələriniz çap olunub. Yazmadığınız nələr qalıb? - Əgər “Əsrin əsiri” kitabımla tanışsınızsa, razılaşarsınız ki, ...
ANL
“Elm çırağı” İctimai Birliyinin təşkilatçılığı və dəstəyi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında İspan mədəniyyətinə həsr olunmuş elmi konfrans keçirildi. Tədbir “Azərbaycan-İspaniya elm və mənəviyyat müstəvisində” adı altında gerçəkləşdi. Konfransda gənc rəssam Ceyran Mirqasımovanın bir sıra rəsm əsərləri sə...
ANL
"Dilinin altında saxlanan insan, Dilinin üstündə özün özünsən". Artıq geniş ictimaiyyətə məlum olduğu kimi filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın "İşığa gedən yol" tarixi-sənədli romanı işıq üzü görüb. Sona Vəliyevanın yaradıcılığına çox yaxından bələd olduğum üçün onun bu kitabını da əldə e...
ANL
Bakıda İndoneziya Mədəniyyət Festivalı. İndoneziyanın Azərbaycandakı səfirliyi tərəfindən noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində Birinci İndoneziya Mədəniyyət Festivalı keçirilib. AZƏRTAC xəbər verir ki, bu tədbir İndoneziyanın rəngarəng mədəniyyətini əks etdirir. Belə ki, festival çərçivəsində kiçik yarmarka təşki...
ANL
Dərslik sahəsində yeni təcrübə. Prezident İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" haqqında 23 may 2012-ci il tarixli sərəncamına uyğun olaraq Azərbaycan dilinin dövrün tələbləri səviyyəsində müasir metodlarla ...
ANL
Dövlətçilik tariximizdə parlaq imzalar - Ziyadxanov qardaşları. Şəxsiyyətlər cəmiyyətin aparıcı qüvvəsi, millətin simasında əsas cizgilər sayılır. Öz əməlləri ilə vətənlərinin tarixinə imza ata bilənlər, xalqına son nəfəsinə qədər sədaqətlə xidmət edənlər tarixin səhnəsində yaşamaqdadırlar və bu yaşamaq haqqını heç kim...
ANL
"Gündoğar ölkə"də Azərbaycan diasporu. YAPONİYA ÖLKƏMİZİ CƏNUBİ QAFQAZDA ƏN ƏSAS STRATEJİ TƏRƏFDAŞI HESAB EDİR. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi. Müstəqilliyin bərpasından sonra Azərbaycanla əməkdaşlıq əlaqələri yaradan ilk dövlətlərindən biri Yaponiyadır. 1992-ci ildə isə iki dövl...
ANL
Məhkəmə-hüquq islahatları öz bəhrəsini verir. Bir əsrə yaxın yaşı olan Azərbaycan ədliyyəsi bu gün özünün ən şərəfli inkişaf dövrünü yaşayır. İstər yarandığı vaxt inqilabi illərdə, istərsə də sovetlər dönəminin durğunluq şəraitində milli ədliyyəmiz rolu və funksiyaları dəyişməklə siyasi eksperimentlərə məruz qalmış, çə...
ANL
Gec də olsa... UNUDULMAZ ŞAİRİMİZ FİKRƏT SADIQLA BAĞLI BİR XATİRƏ. Xaqanidən üzü bəri Seyid Əzim, Sabir, Hadi, Abbas Səhhət... təkcə doğulduqları torpağa deyil, bütün Azərbaycana, hətta dünyaya qürur yeri sayılırlar. Müasir poeziyamızın tanınmış nümayəndələrindən olan Fikrət Sadıq da sələflərinin adlarına layiq şairlər...
ANL
Burda qüdrətlidir hər daş, hər qaya, Dağların təkindən qıy qopub gəlir. Qıy-qıya bağlıdır, burda hay-haya, Duyğular Heyratı üstə dincəlir... Uzaqda dolanan min bölük bulud, Bir qalın dumanın toruna düşür. Dərin dərələrə qısılan zülmət, Çaxan şimşəklərin qoruna düşür... Şıdırğı bir yağış döyür dağları, Selovlar kükrəyib...
ANL
İran yazıçısı Mustafa Məstur Bakıda oxucuları ilə görüşdü. Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanınmış İran yazıçısı Mustafa Məsturla görüş olub. Görüş çərçivəsində ədibin ATV kanalı və "Parlaq İmzalar" Nəşriyyatının ortaq layihəsi üzrə işıq üzü görən "Tanrının ay üzündən öp" romanının imza günü də keçirilib. ...
ANL
Noyabrın 21-də "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının inzibati binasında “ATV Qalereya”nın doqquzuncu sərgisinin açılış mərasimi keçirilib. Ölkənin görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan ATV-nin Bədii Şurasının sədri, “ATV Qalereya” layihəsinin rəhbəri...
ANL
Parisdə “İvon Bottonun arzuladığı həyat” təqdim edildi. Parisdə UNESCO-nun baş qərargahında Azərbaycan Respublikasının bu təşkilatda daimi nümayəndəliyinin və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə Şain Sinarianın “İvon Bottonun arzuladığı həyat” kitabının təqdimatı keçirilib. Azərbaycanın UNESC...
ANL
Birinci Türkoloji Qurultay: türk xalqlarının elmi-mədəni birliyi naminə tarixi addım. "TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR". Noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan "Türkoloji elmi-mədəni hərəkatda ...
ANL
Türk şeirinin ustadlarından olan Əli Ağbaşı neçə illərdir tanısam da, bir masa arxasında əyləşib şirin söhbətlərini dinləmək qismət olmamışdı. Böyük Səməd Vurğunun Ankarada - Türksoyda yubileyinin keçirildiyi günlərin birində Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu məşhur Gölbaşında yaxşı bir məclis qurdu. ...
ANL
Belqrad teatr həyatı payız günlərində. Neçə illər bundan əvvəl Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən "Slaviya" beynəlxalq teatr festivalında Akademik Milli Dram Teatrı da iştirak edirdi. H. Mirələmovun "Xəcalət" pyesi əsasında rejissor B. Osmanovun hazırladığı və böyük uğurla oynanılan eyni adlı tamaşadan son...
ANL
Milli Kitabxanada misirli qonaqlarla görüş. Noyabrın 22-də Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami Elaydi və Misirin "Ədəbiyyat xəbərləri" qəzetinin baş redaktoru Tarik-əl-Tahir Hifni Azərbaycan Milli Kitabxanasında olublar. Qonaqlar Milli Kitabxananın direktoru Kərim Tahirovla görüşüblər. Görüşdə iki ölkənin ...
ANL
Gəncədə BMT-nin iqtisadi forumu başladı. Ölkəmiz dünyanın iqtisadi və humanitar inkişafı məsələlərinə dair mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə davam edir. Respublikamızın ikinci şəhəri Gəncədə BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramının "Əməkdaşlıq vasitəsilə davamlı inkişa...
ANL
And olsun Qələmə! Yazdıq, yazdıq, Lakin yüksələ bilmədik. Hər şey qaldı Sabaha. Kölgəyə döndük, Kölgələrdə gəzdik. Axırda. yorulduq, bezdik. İndisə gəlin biz. Baş endirməyəcəyik daha!". Vaxtdır, Çəkilək səhnədən. Ruhsuz bədənsən. Məni cəzb edirsən. Söylə nədən? Yanımda yoxsan axı? İstəyirəm içəri. Bağlıdır qapı. İçində...
ANL
Çıxaydım zirvənə sənin, ey Vətən, Qoynunda əbədi izim qalaydı. Keçəydim Muğandan, keçəydim Mildən, Ayağım çöllərdən yığışmayaydı. Bir çələng hörəydim çiçəkdən, güldən, İsti qucağına sığışmayaydı. Söz aça biləydim zəfərlərindən, İlhamım ümmantək coşub-daşaydı. Sənin bu günündən, səhərlərindən, Eşidib yadların ağlı çaşay...
ANL
Pıçıltıyla qoşa,qovaq. O illərdən verir soraq. Dinlədikcə artır maraq, Köks göynədir hər söz, kəlam. Bir arzum var indi ancaq: Göylərində qanad çalam. Salam, Müşfiq yurdu,salam! Vəcdə gəlib nəğmə deyir. Salam, Müşfiq yurdu,salam! Nəcməddin MÜRVƏTOV.
ANL
Mənə tutulan toyu. Vicdan dildə-dodaqda, Xəstə qalıb yataqda, Bir dostu bəd ayaqda. Varmı görən oxşarı? İçində nə aparır? Niyə haray qoparır? Qazancı da bir quruş.
ANL
Saf, təmiz könüldə bitib boy atan, İlahi sevginin parasıyam mən. Bir ömrü qismətə çəkib yaşadan, Ayların, illərin sırasıyam mən. Həm sözün dağıyam, həm dərəsiyəm, Haqqına can atan haqq zərrəsiyəm. Yoxdur insanlığın bir asan yolu, Şərəflə gedirəm Haqq yazan yolu. Yolumdan düşəcək min insan yolu, Gözlərin nur saçan qaras...
ANL
Ovsunlayıb təbiəti elə bil, Gözəlliyin arasında, qız gözəl. Min bir bəzək vurub buna yaradan, Doymaq olmur bu ilahi sonadan. Ruhum uçdu, ixtiyarım üzüldü, Bir eşq axıb ürəyimə süzüldü. Təvəkkül KƏRİM.
ANL
Dünya, dəyişmişəm tamam, Mən həmin adam deyiləm. Səsim sənə tanış gələr, Mən həmin adam deyiləm. Nə oldu yeyə bilmirəm, Nə tapdım geyə bilmirəm. Hər sözü deyə bilmirəm, Mən həmin adam deyiləm. Mənim işim savaş deyil, Mən həmin adam deyiləm. Nə əməlli yerişim var, Nə dövranda gərdişim var. Mən həmin adam deyiləm. Sənlə ...
ANL
Könlümün quşu uçub, Gedib qonub budağa. Ellərimi qar aldı, Ocağımız qaraldı.
ANL
Yaşar Qarayev yaradıcılığı: bədii mətn və ədəbiyyatşünaslıq mətni. Tənqidçi və ədəbiyyatşünasın yaradıcılığı timsalında mətnin bədii mətnə və sonradan ədəbiyyatşünaslıq mətninə çevrilməsini izləmək maraqlıdır. Tənqidçi konkret mətnə - konkret işarələr sisteminə müraciət və istinad edir. O, bu mətnə ya apriori düşüncələ...
ANL
BƏSTƏKARIN ƏSƏRLƏRİ MACAR MUSİQİÇİLƏRİN İFASINDA BAKI FİLARMONİYASINDA SƏSLƏNDİ. Böyük macar bəstəkarı, pianoçusu, musiqi etnoqrafı, macar musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Bela Bartokun bu il 135 illiyi tamam olur. Bela Bartokun musiqi və elmi əsərləri böyük uğur qazanıb. Bu onun ölümündən sonra da musiqisini...
ANL
Belqrad teatr həyatı payız günlərində. GÜNDƏLİKDƏ YENƏ DƏ TEATR PROBLEMLƏRİ İDİ... Teatr tənqidçilərinin beynəlxalq assosiasiyasının Varşavadan, Pekindən sonrakı növbəti Konqresi 2016-cı il sentyabr ayının 26-da, Serbiyanın paytaxtı Belqrad şəhərində öz işinə başladı. Azərbaycan təmsilçiləri olaraq Mədəniyyət və Turizm...
ANL
Həmsədrlik institutunda ardıcıl iki dəyişiklik. DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ İLƏ BAĞLI QARŞIYA QOYULAN YENİ HƏDƏFLƏR, YOXSA MİNSK QRUPUNA QARŞI YARANMIŞ İNAMSIZLIQ BU ƏVƏZLƏNMƏLƏRİ ŞƏRTLƏNDİRİB? ABŞ-da yeni prezident məlum olandan sonra digər ölkələr kimi Azərbaycan da ikitərəfli əlaqələrin müsbət istiqamətdə ink...
ANL
Elmə həsr olunan ömrün əbədiyyət formulu. AKADEMİK TOFİQ HACIYEVİN 80 İLLİYİNƏ. Ömrünü elmə həsr edən insanlar - alimlər cismən bu dünyanı tərk etsələr də, ruhən ölmürlər, çünki onların qələmə aldıqları dəyərli elmi əsərlər hər zaman oxunur, beləliklə, alimlər, onların elmi irsi yaddaşlara əbədi həkk olunur. Yaddaşlard...
ANL
Alimin rütbəsi ucadır, əlbət. Nizami Gəncəvi. Neçə dost qazanıb, düşmən görmüşəm. Saxta təriflərə dönən dil yağı;. Acı yalanlara qəlib düzəldir. Yapışmaz boyalar - əslin qınağı, Qranit qayalar rəngsiz gözəldir. Tanrıdan qəlbimə enən sədadır - Köçürdüm kağıza ulu diqtəni, Düzdüm çox mətləbə əvəzçün bir-bir - Misralar so...
ANL
Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər. Xristian dini Romada gizli icmalarda yayılırdı, xristianlar təqib olunur, onlar müxtəlif bəhanələrlə edam olunurdular. Neronun hökmranlığı dövründə xristianlar daha çox cəzalandırılırdı. Hətta nəcib imperator Trayan da Vifiniyadakı vali Kiçik Piiniyə xristianları təqib e...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL
Əmrahsız qalan dağlar. Onlar bir-birinin əlindən yapışıb, ağacların sıx olduğu yerə döndülər. Nadejda Salmanın ona göstərdiyi nəvazişdən xoşhal olsa da, yeri gəldikcə Əmrah yüzbaşı, onun harda olduğu, silah-sursat barədə verdiyi sualların ardı-arası kəsilmirdi. Armenak Andranikin ordusuna lazım olan sirləri öyrənməkdən...
ANL
Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır. Kitabda yer alan esselərdən nümunələri oxucularımıza təqdim edirik. Gecələr həsrət; gündüzlər həsrət, lakin dünya sonlu olan. Məhşərədək bitməyəcək bir həsrət dənizində üzürəm hər gün. Eşq, içində min bir ç...
ANL
Görüşünə gəlmişəm böyük ustad! Amma mən Sizin haqqınızda qısa, ən başlıcası isə emosiyasız danışa bilməyəcəyəm... Məmməd Araz yeganə adamdır ki, mən onunla görüşəndə əlini öpüb gözümə qoyuram. Dost sözü iddialı səslənir, özümü - M.Araz pərəstişkarı, onun sehrinə düşmüş yüzlərlə - minlərlə insandan biri hesab edirəm. Mə...
ANL
Qəbirstanlıqda məhəbbət əhvalatı. ... sonra dəniz tərəfdən yüngülcə bir yaz mehi əsdi və o yaz mehi güllərin, çiçəklərin ətrini bütün ətrafa yaydı, elə bil, bura qəbirstanlıq yox, dağ yamacındakı o gözəl çəmənlik kimi bir yer idi - o gözəl çəmənlik ki, Şölünün uşaqlığı da, yeniyetməliyi, gəncliyi də kəndlərinin böyründ...
ANL
Bitməyən nur yolunda yeni bir işıq. Hələ 90-cı illərin əvvəlində Naxçıvanda “Azərtac”ın xüsusi müxbiri kimi çalışdığım vaxtlarda onun imzasını muxtar respublikanın dövrü mətbuatının səhifələrində ara-sıra görərdim. “Şərq qapısı” qəzetinin ədəbiyyat və incəsənət şöbəsinin müdiri mərhum Cəlil Vəzirov Elman Həbibdən, Asim...
ANL
“Türk dünyası arasındakı əlaqələri daha da gücləndirməliyik”. QÜDRƏT BÜLBÜL: “AZƏRBAYCANA HƏR SƏFƏRİMDƏ BAKINI BİR BAŞQA İNKİŞAF NÖQTƏSİNDƏ GÖRÜRƏM”. Türkiyə Baş Nazirliyi nəzdində fəaliyyət göstərən Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Başqanlığı (YTB) Türkiyənin yeni qurumlarından biridir. Qurum yaranmasından...
ANL
Siyavuş Kərimi: "Milli musiqinin tədrisində çox problem var". Milli Konservatoriyanın pilləkənlərini düşəndə bircə suala cavab axtarıram: haradan, nədən başlamalı? Bəlkə Milli Konservatoriyanın mühafizə sistemindən? Adama elə gəlir, quş quşluğu ilə imzalı-möhürlü icazə kağızı almasa, konservatoriyanın binasına yaxın dü...
ANL
Mənə söz verilsəydi... Görkəmli jurnalist, pedaqoq Tofiq Rüstəmovun anadan olmasının 80 illiyinə. Azərbaycan Mətbuat Şurasının təşkilatçılığıyla noyabrın 24-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən növbəti tədbir görkəmli jurnalist, pedaqoq, ictimai xadim, tərcüməçi Tofiq Rüstəmovun anadan olmasının 80 illiyinə həsr ...
ANL
Xalqa inam və bütövlük nümunəsi. Xanəli Kərimli 1968-ci ildə Cəlil Məmmədquluzadə adına Şahbuz qəsəbə orta məktəbini, 1973-cü ildə indiki Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Şeirləri Azərbaycan hüdudlarından kənarlarda - İran, Türkiyə mətbuatında da işıq üzü gör...
ANL
Müstəqillik dövründə folklor və qanunvericilik məsələsinə bir nəzər. Folklor bu anın, bundan əvvəlki zamanların, xalqların, yaşamın səsini toplayan, özündə saxlayan, özünə hopduran membran olmaqla yanaşı, həm də bundan sonrakı həyatın, yaşamın, anlayışların düzənini saxlayan, insanları bu həyata kökləyən kamerton rolun...
ANL
Bəkir Çobanzadənin Budapeşt şeirləri. XX yüzillikdə Azərbaycan və keçmiş SSRİ-nin digər türk respublikalarında türkologiya elminin görkəmli simalarından biri kimi tanınan professor Bəkir Çobanzadə doğma Krım-tatar ədəbiyyatının tarixinə həm də özünə məxsus poetik dəsti-xəttə malik şair kimi daxil olub. Onun bədii yarad...
ANL
Zavallı Türk, bəxtsiz gəldin dünyaya, Sənin də iqbalın düşdü dəryaya. Keçmişdən deməyim, qəlbim qan ağlar, Tarixi açmayım, ürəklər dağlar! Yağı əlinəmi keçdi sarayın? Ərəbdi, əcəmdi yalançı dostun, Neyçün bu yarışda onlarla qoşdun? Müsəllət olubdur düşmən canına, Cümlə yerikləyib şirin qanına. Yolundan etdilər, qaçdın ...
ANL
ŞAİR RAMİZ RÖVŞƏN 70 İLLİYİ ƏRƏFƏSİNDƏ YUĞ TEATRINDA OXUCULARI İLƏ GÖRÜŞÜB. Yuğ Teatrında lap çoxdan olmaq istəsəm də, hər dəfə təxirə düşən ilk gedişim noyabrın 25-də, teatrda şair Ramiz Rövşənlə görüş sayəsində gerçəkləşdi. Görüşün tamaşaçıları arasında Yuğ Teatrının kollektivi ilə birgə Əməkdar rəssam Rais Rəsulzadə...
ANL
Professor Şirməmməd Hüseynova açıq məktub. Hörmətli Şirməmməd müəllim! Və əminliklə deyə bilərəm ki, bu, hər şeydən əvvəl, kifayət qədər mükəmməl bir mətnşünaslıq işidir; ikincisi, eyni dərəcədə mükəmməl bir yazıçı- jurnalist işidir; üçüncüsü (və ən başlıcası) isə böyük bir vətəndaşlıq işidir ki, hər cür təqdirə layiqd...
ANL
Mənəvi sərvətimizə müasir yanaşmanı əks etdirən dəyərli nəşr. Ölkənin ən böyük və ən zəngin elm xəzinəsi olan Azərbaycan Milli Kitabxanası hər il çoxlu sayda biblioqrafik və metodik vəsaitlər, informasiya göstəriciləri, məlumat nəşrləri hazırlayıb kitabxana ictimaiyyətinə, oxucularına təqdim etməklə onların mütaliəyə m...
ANL
Alim nüfuzu və şöhrətinin miqyası. GÖRKƏMLİ ƏDƏBİYYATŞÜNAS ƏSGƏR ZEYNALOVUN ÖMÜR VƏ FƏALİYYƏT YOLUNA BİR BAXIŞ. Yaşadığımız cəmiyyətdə elə şəxsiyyətlər var ki, onların haqqında böyük ehtiramla, sevgiylə, hətta fəxrlə danışmaq, yazmaq istəyirsən. Çünki belə şəxsiyyətlər yaşam boyu böyük ideallar, məqsədlər uğrunda mübar...
ANL
Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər. İnsan dünyanı və yaşadığı cəmiyyəti dərk etmək üçün onu araşdırmağa, təhlil etməyə cəhd edir. Bu vaxt o, müqayisə metodundan istifadə etməklə, keçmişə baş vurur. Tarixdəki oxşar hadisələrə nəzər yetirir və onu qayğılandıran suallara cavab tapdıqda, hətta izah əldə etdiyi...
ANL
Doğma Qarabağımızın sayılan simalarından olan Xurşidbanu Natəvanın Seyid Hüseyndən olan övladı Mir Cabbar ağa haqqında bir sıra yazılarımda onun həyatının bəzi məqamlarına toxunmuşam. Budəfəki yazımda isə Mir Cabbar ağanın Ağdam rayonunun İmamqulubəyli kəndindəki yurdundan söhbət açacağam. İmamqulubəyli kəndi hələ keçm...
ANL
Azərbaycan. Özün boyda çırağın var, Əsrlərdən sorağın var! Əsirgəmir uğrunda can, Min-min igid, Azərbaycan! Azad, vahid Azərbaycan! İstiqlalın yolu çətin, Məskənisən bol sərvətin;. Qorunmasa təbiətin. Azıxdır ilk ünvanımız, Qobustan daş dastanımız;. Xudafərin körpüsündən. Yenə keçər karvanımız. Bakı daim şöhrətimiz, Xə...
ANL
“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimat mərasimi keçirilib. AZƏ...
ANL
Azərbaycan mədəniyyəti müstəqillik yollarında. Ölkəmiz öz dövlətçilik tarixinin çox şərəfli bir dövrünü yaşayır. 1991-ci ildə ikinci dəfə öz müstəqilliyinə qovuşan Azərbaycanı Heydər Əliyev hakimiyyətə qayıdışından sonra üzləşdiyi bəlalardan xilas etdi, ölkəmizi davamlı islahatlar yoluna çıxardı. Artıq 25 ildir ki, Azə...
ANL
Bir xalqın dilindən doğulan şair. Hər xalqın özünün mənəvi sərvətlərindən biri də yetirdiyi söz sənətkarlarıdır. Dədə Qorqud kimi bir ozanı, Nizami, Füzuli, Nəsimi kimi şairləri olan bu xalqın ötən əsrdə yetirdiyi ən böyük söz ustadlarından biri də, heç şübhəsiz, Məmməd Arazdır. Mən indi Məmməd Arazın Nursu kəndindəki ...
ANL
Araz Qurbanov:"Talış dili lüğətləri ilə bağlı spekulyasiyaya aydınlıq gətirilməlidir". Ötən ay jurnalist, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Araz Qurbanov öz Feysbuk səhifəsində yazdığı statusda Bakının mərkəzi kitab mağazalarının birində qondarma "Talış-Muğan Respublikasının" ideoloqlarından b...
ANL
İlyas Əfəndiyevin romanlarında elat-tərəkəmə həyatının təsviri. Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan İlyas Əfəndiyev zəngin və çoxşaxəli bir yaradıcılıq yolu keçib. Bədii nəsrin müxtəlif janrlarında qələmə aldığı çoxsaylı əsərləri hələ sağlığında yazıçıya böyük şöhrət gətirib. İlk hekayələrindən tutmuş iri hə...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL
Əmrahsız qalan dağlar. Naxır örüşdən təzəcə qayıtmışdı. Kəndə yavaş-yavaş toran çökürdü. Yaxın-uzaq dağlar, təpələr, yalçın qayalar gecənin qara örpəyinə bürünüb hiss olunmadan gözdən itirdi. Təzə boğulub miniyə öyrənən Qəmər at ayağında buxov, kənddən çox da uzaq olmayan Böyükdüzün qurtaracağında sakit-sakit otlayırdı...
ANL
Böyük yolun zəfər zəngləri - Üçüncü məqalə. HƏQİQİ VƏTƏN EŞQİ, TÜKƏNMƏZ AZƏRBAYCAN SEVGİSİYLƏ. 1969-cu ilin 14 iyulundan sonra bütün respublikamızda olduğu kimi Azərbaycan televiziyasının və radiosunun həyatında da yeni bir inkişaf mərhələsi başlandı. Həmin tarixdə respublika rəhbəri seçilən Heydər Əliyev bütün stratej...
ANL
Dostum və tanınmış şərqşünas həmkarım, professor Elxan Əzizovun 70 yaşı münasibətilə (25 oktyabr 1946-cı ildə Ağdaş şəhərində doğulub) əl ilə toxunan, astarı üzündən oxunan zərif ipək misalı xatirə-oçerk yazmaq üçün uyğun ovqata köklənmək çətin olmadı. Gecənin gec saatlarında kompüterin qarşısında oturub, həssas və güc...
ANL
Mənəvi-mədəni və ədəbi dəyərlər müstəvisində modernizmə və postmodernizmə baxış. Şərq mifologiyası, folkloru, etnoqrafiyası, tarixi, coğrafiyası üstündədir. Bunlar kitabələrimizdə, Dədə Qorqudumuzdadır. Forma, süjet, kompozisiya xüsusiyyətləri Şərqin sənət ənənələrində olmayıbmı? Sənətkarlıq, bədii üslub yenilikləri ol...
ANL
İşıq bucağı. Uşaqlığımızın nağıllar aləmində tez-tez eşitdiyimiz bir deyim vardı: İşıq gələn tərəfə get! Və bu deyimin alt qatında birmənalı qəbul etdiyimiz bir həqiqət də vardı - işıq varsa həyat da var, ümid də var, eləcə də axtardığımız, arzusunda olduğumuz, sahiblənəcəyimizə şübhə etdiyimiz, ehtiyatlandığımız gerçə...
ANL
Onun təkcə ötürücü qülləsi yox, özü də hər yerdən görünür. Fəaliyyət göstərdiyim 21 il ərzində düşünmüşəm ki, dinləyicilərim həm də məni görürlər. Həm də ona görə həmişə studiyada, mikrafon arxasında, efir zamanı oturub-duruşumdan tutmuş əyin-başıma qədər hər şeyə diqqət yetirmişəm. Elə bilmişəm ki, efirin o üzündən tə...
ANL
Azərbaycan Televiziyası və radiosunun Həmkarlar Təşkilatının sədri Sərhəd Qasımovla söhbətimiz radionun yubileyi ərəfəsinə təsadüf edir. Taleyini bağladığı, həyatının mənası və öz dogma evi hesab etdiyi mədəniyyət məbədi, sənət ocağı olan Ana Televiziyanın fevral ayında 60 yaşı olub. Gələn il onun bu təşkilatda sədr ki...
ANL
Kimdən soruşurdumsa, deyirdi, başın xarab olub?! Qəribədir, mənə bunu deyənlər sual vermirdilər ki, niyə Ölümü axtarırsan? Buna səbəb nədir? Bir gün bağı seyrə çıxmışdım. Hər tərəf alyanaq, qırmızı, yaşıl almalarla dolu ağaclar və yaşıl otluq idi. Otların arasıyla yeriyib onları əzdikcə, xəfif bir səs qulağımı döyəcləy...
ANL
İrəvanda qalan uşaq. Biz, İrəvanın axırıncı Şeyxi, görkəmli İslam alimi Hacı Məhəmməd ağa İrəvaninin nəvəsi, kimyaçı-alim, sayılıb-seçilən ziyalı Hüseyn babamın İrəvandakı mülkündə yaşayırdıq. Evimiz Bağlar məhəlləsi 51-də, Təpəbaşı məhəlləsinin 180 dərəcə əksində idi. Tila nənəmiz vaxtaşırı bizə bu fikri təlqin eləyər...
ANL
İlyas Əfəndiyevin şəxsiyyəti, ədəbi və dramaturji yaradıcılığı əsərlərinin teatr təcəssümü və onlardan qaynaqlanan mətləblər, şəksiz ki, bu gün “İlyas Əfəndiyev dramaturgiyası”na məhz yeni elmi konsepsiyaların araşdırma üsulları ilə yanaşmaq imkanı verir. Təbii ki, XX əsrin II yarısında Azərbaycan ədəbiyyatının öndər s...
ANL
“Çırpınıb əlindən çıxdım balıq tək”. Gözü yaşlı gələn seldən. Balıq qaçmaz, sən qaçırsan. Balıqsan, sudan qaçırsan, Mən qaçmıram, sən qaçırsan? Şikayət eylə. Bu haqsızlıqdı belə, Allahsızlıqdı belə. - Görürsən çalışıram. Can alan Əzrayıldı, Ondan şikayət eylə. Mənölümlər. Hanı qiymətli çağın, ay mənölümlər, İndi gəlmir...
ANL
Sentyabrın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında poeziyamızın görkəmli nümayəndəsi, Xalq şairi Qabilin 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. AZƏRTAC xəbər verir ki, respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi gecə Mədəniyyət və Turizm Nazirliyinin t...
ANL
Ələkbər Tağıyevin mahnıları “Mənim dünyam”da. Sentyabrın 29-da Heydər Əliyev Sarayında tanınmış Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi mahnılardan ibarət konsert proqramı təqdim edilib. AZƏRTAC xəbər verir ki, “Mənim dünyam” adlı konsert proqramında, respublikamızın sevilən və populyar sənətkarları Xalq art...
ANL
“Azərbaycan”ın sentyabr sayı. Bugünlərdə “Azərbaycan” jurnalının sentyabr sayı nəşr olunub. “Poeziya”da Vaqif Bəhmənli, Fərid Hüseyn, Sabir Yusifoğlu, Tahir Taisoğlu, Nofəl Ümid, Avtandil Ağbaba, Dəyanət Osmanlı və İsmayıl İmanzadənin şeirləri verilib. “Qabil-90” adlı xüsusi rubrikada Vaqif Yusifli Xalq şairi Qabilin y...
ANL
Azərbaycan Dövlət “Yuğ” Teatrı yeni “Rindi-Şeyda” tamaşasını teatrsevərlərə təqdim edib. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında səhnələşdirilən tamaşa teatrın baş rejissoru Gümrah Ömərin quruluşunda təqdim olunub. Janrı səmavi eşq ayini kimi t...
ANL
Sentyabrın 29-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycanın Xalq şairi, nasir, publisist Söhrab Tahirin 90 illik yubileyinə həsr olunmuş “Vətən həsrətli şair” adlı tədbir təşkil olunub. İdarədən AZƏRTAC-a bild...
ANL
İsveçrə mətbuatı Azərbaycan musiqiçisindən yazdı. İsveçrənin gündəlik “Tagesanzeiger” qəzetində tanınmış Azərbaycan caz pianoçusu və bəstəkarı Şahin Növrəslinin oktyabrın 4-dən 8-dək Bern şəhərində keçiriləcək konsertləri ilə bağlı məqalə dərc olunub. “1001 gecədən caz” adlı məqalədə Bernin məşhur “Marians Jazzroom” kl...
ANL
Türkiyənin mədəniyyət və turizm naziri, yazıçı Nəbi Avcı ilə görüş. Sentyabrın 27-də Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada Türkiyənin Mədəniyyət və turizm naziri professor Nəbi Avcı ilə Azərbaycan alimləri və ədiblərinin görüşü planlaşdırılırdı. Hər tədbirə xüsusi həssaslıqla yanaşan kitabxana direktoru Kərim ...
ANL
Hüseyn Cavid prospekti. Onu qəhrəmanları Şeyx Sənan, Topal Teymur, Azər kimi qəbul edib, bəzənsə İblis bilərək intiqam da almaq istəyirdim. Amma tələbə adını alıb Bakıya yollananda əfəndinin yaradıcılığının yox, adını daşıyan prospektin izinə düşməli oldum. Çünki oxuyacağım ali təhsil ocağı həmin ərazidə yerləşdiyindən...
ANL
Soyuq, amma etibarlı dost. Nə varsa diferensial qaydada bir-birini tamamlayır və əvəz edir. Xeyir Şərdən törəyir, ağıl şüursuzluqdan, qəhrəmanlıq qorxudan, əxlaq əxlaqsızlıqdan, kamillik nadanlıqdan. Bunlar bir-biri üçün güzgüdür. Bəşəriyyətin ən saf məhək daşı, əxlaq və mənəviyyat cövhəri, hikmət saxlancı isə kitablar...
ANL
V Bakı Beynəlxalq Humanitar Forumu dünyanın diqqətində. EMİL HÜSEYNLİ: “PREZİDENT İLHAM ƏLİYEV FORUMUN AÇILIŞ MƏRASİMİNDƏ BEYNƏLXALQ İCTİMAİYYƏTƏ CİDDİ MESAJLAR VERİB”. Xəbər verdiyimiz kimi, sentyabrın 29-da Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. Bununla Bakı beşinci dəfə Beynəlxalq ...
ANL
Fəxri Xiyabanda Xalq yazıçısı İlyas Əfəndiyev yad edilib. Respublikamızın tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri oktyabrın 3-də Fəxri xiyabana gələrək, görkəmli sənətkar, XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsini ehtiramla anıb, məzarı üstünə ə...
ANL
Minskdə "Nar bayramı" - Azərbaycan Mədəniyyəti Günü. Oktyabrın 1-də Minskin Yuxarı şəhər ərazisində "Nar bayramı" adlı Azərbaycan Mədəniyyəti Günü keçirilib. AZƏRTAC "Minsk-Novosti" agentliyinə istinadla xəbər verir ki, Minsk sakinlərini və şəhərin qonaqlarını Azərbaycan parlamentinin deputatları, ölkəmizin Belarusdakı...
ANL
Bakıda V Beynəlxalq "Tullantıdan sənət" sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, sərgi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə reallaşıb. Məişət tullantılarından, laz...
ANL
“Sən həmişə mənimləsən və yaxud Boy çiçəyi” nümayiş olunub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Yazıçısı İlyas Əfəndiyevin xatirəsinə həsr olunan “Boy çiçəyi” tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin nümayişindən əvvəl tamaşaçılar qarşısında çıxış edə...
ANL
Alim nüfuzu və şöhrətinin miqyası. GÖRKƏMLİ ƏDƏBİYYATŞÜNAS ƏSGƏR ZEYNALOVUN ÖMÜR VƏ FƏALİYYƏT YOLUNA BİR BAXIŞ. Burda onu da xüsusi vurğulamaq lazım gəlir ki, "Hüqonun Şərq baxışı"nda fransız yazıçısının İslam dinini qəbul etməsi faktının üzə çıxarılmasının da əsərdə öz əksini tapması və İngiltərədə nəşr olunmsı Əsgər ...
ANL
BÖYÜK ŞAİR-DRAMATURQUMUZ HÜSEYN CAVİDİN CƏNAZƏSİNİN QALIQLARININ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN İRADƏSİ SAYƏSİNDƏ AZƏRBAYCANA GƏTİRİLMƏSİNDƏN 34 İL KEÇİR. 1956-cı ildə bəraət aldıqdan sonra oktyabr ayı repressiya qurbanı olan görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin taleyində bir sıra əlamətdar hadisələr...
ANL
Sinəsində əsl şair ürəyi gəzdirirdi... Filosof, ictimai xadim Aslan Aslanovun sayca o qədər də çox olmayan şeir kitablarından biri "Nəğməli günlərim" adlanır ki, fikrimizcə, bu ifadəyə müəllifin yalnız poeziyasını deyil, ümumən yaradıcılığını, hətta şəxsiyyətini anlamaq üçün istinad etmək olar. Xüsusilə o mənada ki, As...
ANL