text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Bugünlərdə “Naşir” jurnalının növbəti sayı oxucuların ixtiyarına verilib. Jurnalın baş redaktoru Gülnar Məsimli giriş yazısında yeni ilin yeni ümidlər, yeni arzular gətirdiyi barədə fikirlərini bölüşüb: “İlin başlanğıcından, ilk günlərindən etibarən bunun fərqinə vara bilsək, özümüzə, ətrafımıza, dünyamıza sevgi ilə sa... | ANL |
“Mənim günahım” Milli Dram Teatrında. Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşa Xalq artisti Mərahim Fərzəlibəyovun ... | ANL |
Otuz ildən artıqdır ki, istedadlı şair Yusif Nəğməkarı şəxsən tanıyıram. Hər şey onun şeirlərinə vurğunluğumdan başlayırdı. Oxuyub gördüm ki, onun şeirləri axıcılığına, rəvanlığına, tez əzbərlənib yadda qaldığına görə biz bəstəkarlar üçün, necə deyərlər, göydəndüşmədir. Üstəlik o sadə, oynaq şeirlərin ağır fikir, mənti... | ANL |
“Son dövrdə türk ədəbiyyatı özünə qayıtmaqdadır”. Özgə Səna Bigəç Çav çağdaş türk yazarları arasında seçilən imzalarından biri kimi öz dəsti-xəttini tanıda bilib. Bu cür dəyişik imzalarla oxucularımızın, özəlliklə yazarlarımızın bir-birlərini tanımaları yaxşı olardı. Onunla türk ədəbiyyatı ilə bağlı qısa yazışmamızı tə... | ANL |
Bu dünyanın özü boyda dərd çəkər, Dərdlərimiz çiyin əyər, bel bükər. Anasız gözümə duman, çən çökər, Yaşadar sevgisi bizi ananın. Möcüzə axtarmağa nə ehtiyac var? Vallah, möcüzədi özü ananın. Üstümüzdən əskik olmaz bir an da, Nəzər duasıdır gözü ananın. | ANL |
Geri qayıt, uşaqlığım. Geri qayıt, uşaqlığım, Sənə ehtiyacım var. Xoş keçmir gəncliyim. Geri qaytar o illəri, Şirin-şəkər xəyalları. Təkcə dərdim oyuncağımın. Göz açıb gördüyüm insanları- Yaxınları, doğmaları. Geri qaytar uşaqlığımla birlikdə. Simran ƏLİZADƏ. | ANL |
Gecələr. Gündüz gülüşümə çox aldanmışam, Gözümdən yaş axır xəlvət gecələr. Onu unutmuşam deyə sanmayın, Mən onsuz çəkirəm həsrət gecələr. Sən bizi ayırdın qəsdən, bilərək, Nə olar, yanımdan keçmə gülərək. Dərdi söyləməyə dost nəyə gərək? Dərdimə şərikdi zülmət gecələr. Bizim eşq bağında çiçəklər solur, Səni düşünəndə g... | ANL |
Hərdən düşünürəm, görən kiməm mən? Sazdan ayrı düşdüm, qırıq siməm mən. Dərdimi-qəmimi kimsə bilməyir, Özüm öz içimdə bir tilsiməm mən. Fikrim göylərdədir, qalıram orda, Özümü çox xoşbəxt sanıram orda. Min dərdin əlindən qaçıb gedirəm, Dərdimi-qəmimi qoyuram burda. Necə ki enirəm bu ucalıqdan, Elə əzablarla vuruşuram m... | ANL |
Başında qar kimidi. Anamın ağ telləri. İncədir biləkləri, Vardır gözəl əlləri. Tezdən məni oyadır. Təbəssümü üzündə! Nağıl danışır sanki, Doymuram ki sözündən! Gözlərindən öpürəm, Qarşında baş əyirəm. Anam halsız olanda, Sanki mən üşüyürəm. | ANL |
Səni sevəcəyəm ölənə qədər. Daha gizli saxlamıram sevgimi, Etiraf edirəm həqiqəti mən. Tək səni sevmişəm bu günə qədər, Bundan sonrasını bilmək istəsən, Səni sevəcəyəm ölənə qədər. De, ürək sevgisiz yaşasın necə? Adını söyləyib sızlar hər gecə. Səndə xoşbəxtliyi tapdım, sadəcə. Bir ömür qismətim olsa da kədər, Səni sev... | ANL |
İbadət. Eşq və Haqq aləmin görən qəlbimə. Nə gözəldir haqqın yoluyla getmək! Eşq əhlitək sənə ruhunu verib, Bu ali niyyətə ibadət etmək! | ANL |
Unutmaq olmur. Unutdum ki, söyləyim, Səni məndən soruşurlar. Mənə sənin sevgini. Roman kimi danışırlar. Bilmirəm, nə düşünüm, Səndən sevgi umurdum. Titrəyən də ürəkdi. Əllərimdə əlinin. | ANL |
Sənə hörmətim var hədsiz-hüdudsuz, Hər zaman arxasan mənə, müəllim. Keçdiyin uğurlu, şərəfli yollar, Fikrində canlanır yenə, müəllim. Bizi gələcəyə səslədin hər an, Yaraşır təriflər sənə, müəllim. Sən böyük varlıqsan, ustadsan bizə, Daim yetişmisən köməyimizə. Qatıb gecələri nurlu gündüzə, Çıxardın bizləri günə, müəlli... | ANL |
Səni düşünürəm. Bu gün yalnız qalıb səni düşündüm, Görən, haralarda ömür sürürsən? Dünən yuxumda sənlə görüşdüm, Məni heç yuxunda sən də görürsən? Mən sənin yanında deyiləm bəlkə? Dolanır ardımca qara bir kölgə, Bilirəm, xəyalındı, axtarır məni. Hələ çox gəzib axtaracaqsan, Məni xatırlayıb ağlayacaqsan. Gündüzlər tək-t... | ANL |
Xatirələr. Getmək istəyirəm uzaqlara mən, Orda bulud kimi boşalım, dolum. Sakit bir yerdə sadə bir həyat. Yaşayım sakitcə, tək-tənha qalım. Susqun baxışlarda itib gedərsən, Gedərsən, bilməzsən yenə nə olub?! Hər şeydən bezəndə sənə dönərəm, Üşüyər baxışın buz heykəlimdə. Təkliyi yaşat mənə, qoy sənsiz qalım, Bircə xati... | ANL |
Mil lətin şərəfli, şanlı əsgəri, Ümidlər doğruldan ey güman yeri! Bəxtiyar eylədin doğma vətəni, Ağlar qaldı gözü qarı düşmənin. Ruhun şad olsun, ey igid əsgər, İzinlə gələcək vətənsevərlər! Zirvələrdən keçib gedənə qədər! | ANL |
Vurmayın zəngi. Dayanın bir anlıq, vurmayın zəngi, Əlvida söyləmək istəmir qəlbim. Məktəbdən ayrılmaq çətindir, çətin, Onu tərk eyləmək istəmir qəlbim. Ayrılıq qəlbimi yaman dağladı, Əlvida söyləmək istəmir qəlbim, Vurmayın, vurmayın bu son zəngi! | ANL |
Aldığım nəfəsim, atar damarım, Sinəmdə döyünən ürəksən, ana. Şirin gecələri qatıb gündüzə, Dediyin laylatək kövrəksən, ana. Bitib-tükənməyən sərvətim sənsən, Mənim bu dünyada dövlətim sənsən. Qeyrətim, qüdrətim, şöhrətim sənsən, Sən mənə həmişə gərəksən, ana. Səndən öyrənmişəm hörmət-izzəti, Qəlbimdə boğmuşam kini, nif... | ANL |
Ürəkdə bir gülüş əgər yoxdursa, Üzdəki gülüşün nə faydası var? Kimsə yoxluğunda xatırlanmırsa, Yalançı görüşün nə faydası var? Alışıb yananda ürəklərdə qəm, Çəkilsə qəsd ilə canlara sitəm, Kədərli günündə çıxmasa həmdəm, Tanışın, bilişin nə faydası var? Dərk et, Alaşarlı, dərindən bunu, Doğrunun yalnışın nə olduğunu! U... | ANL |
“YAZMAQ YAŞAMAĞIN BAŞQA BİR ƏLAMƏTİDİR”. “Ulduz” jurnalının baş redaktoru, tanınmış şair Qulu Ağsəs bugünlərdə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. Qulu müəllimlə söhbətimiz də bu məsələyə də toxunduq. Azərbaycan Yazıçılar Birliyindəki (AYB) iş otağında bizi səmimi qarşılayan şair söhbətə də elə fəxri ad alma... | ANL |
Şahmat dünyası və ilahə Kaissanın kahinləri. ŞAHMAT: MƏNŞƏYİ VƏ İNKİŞAFI. (Əvvəli ötən şənbə saylarımızda). Məhz qatı erməni millətçiləri iki qonşu xalq - azərbaycanlılarla öz xalqı arasında düşmənçilik toxumu səpmiş, bu dalğa start götürəndə yüz minlərlə azərbaycanlıları Ermənistandan, sonra isə Qarabağdan, öz doğma v... | ANL |
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M... | ANL |
Ağdamda nəyim qaldı? Surayya xalanın Ağdam bazarında yüz cür xırdavat satdığı bir budkası vardı. Budka balaca olsa da arvadın firavan yaşayışını gen-bol təmin edirdi. Dərdi-səri də olmazdı, əgər oğlu Valod onun başına itin oyununu açmasaydı. Məsələ burasındaydı ki, Surayyanın yeganə oğlu havalı idi, hətta, necə deyərlə... | ANL |
Şəbi-Yelda. Ən uzun gecə ən uzun kədər deməkdir. Ən uzun gecə ən uzun sevgi deməkdir. Ən uzun gecə əbədiyyət gecəsidir. Ən uzun gecə bizim gecəmizdir. Bir baxış çox-çox dərinliklərdə gizlədilən daş-torpağa gömülən, divara hörülən sirri bir anın içində açıb ayan edə bilir. Min kilometr uzaqda, min illik məsafədə olsa be... | ANL |
“Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu kimindir? IV MƏQALƏ İSLAM-İSLAM MİLLƏTİ-İSLAM BİRLİYİ. Zatən islam kontekstində yaşayan türklərin yuxarıdakı çətir altında siyasi mahiyyətli, məfkurəvi birlik təşkil etməsinin yaşı da XIX yüzillərin ortalarına gedib çıxır. Üç təməl prinsipdən son anda sonuncu yeri tu... | ANL |
Milli Kitabxanada Rumın Poeziyası Günü qeyd edilib. Yanvarın 15-də Bakıda, Milli Kitabxanada Rumın Poeziyası Günü keçirilib. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq qonaqları salamlayıb. O, Rumın-Azərbaycan mədəni, siyasi, iqtisadi əlaqələrindən qısaca danışaraq, Mədəniyyət və Turizm Nazirliyinin Kita... | ANL |
“Adım yaddaşlardan silinməyəcək”. Ömür-gün səhrasında. Qəzası, müsibəti. Təhvil olan canımız. Çoxları kimi bu acı xəbəri mən də televiziya xəbərlərindən eşitdim və dərhal Zəlimxanlı günlərimiz xəyalımda yenidən canlandı. Kitabxanaçılıq fakültəsinin beşinci kurs tələbəsi Zəlimxan Yaqub gur səslə Kəlbəcərdə Aşıq Şəmşirlə... | ANL |
Baltik ölkələrində Azərbaycan mədəni irsini yayma yolları. LİTVA-AZƏRBAYCAN QƏDİM MƏDƏNİYYƏT KÖRPÜLƏRİ. Litva ilə qədim ədəbi-mədəni əlaqələrimizdən danışmazdan öncə ayrıca vurğulamaq istərdik ki, Azərbaycan - Litva dövlətlərarası münasibətlərinin qədim tarixi XV əsrdən hesablanır. Buna baxmayaraq Azərbaycan - Litva əd... | ANL |
Yaradıcı tələbələr. Hörmətli Rəşad Məcid! Ədəbi mərkəzdən uzaqda, bölgələrdə xeyli istedadlı gənc yaşayır və təhsil alır. İlk qələm təcrübələrini həvəslə müəllimlərinə və tələbə yoldaşlarına oxuyan bu gənclər üçün mətbuat, ədəbi orqanlar bir qədər əlçatmazdır. Mənim işlədiyim ali təhsil müəssisəsində belə istedadlı gən... | ANL |
Qaraqalpaq ədəbiyyatına aid sanballı dərslik. Bəri başdan onu qeyd edim ki, Nizami Məmmədov-Tağısoy çağdaş ədəbiyyatşünaslığımızda kifayət qədər tanınmış nüfuz sahiblərindəndir. Ədəbiyyatşünas alim kimi çoxillik təcrübəyə, yüksək erudisiyaya, orijinal təhlil manerasına, özünəməxsus deyim tərzinə malikdir. Özünü təsdiq ... | ANL |
Moskvada professor Sabir Həbibovun 65 illiyi qeyd edilib. Yanvarın 14 - də Rusiya paytaxtındakı Millətlər Evinin böyük zalında Moskva şəhər 79 saylı xəstəxananın Cərrahiyyə-endoskopiya şöbəsinin müdiri, professor, Rusiya Federasiyasının Əməkdar həkimi Sabir Həbibovun 65 illiyi ilə bağlı təntənəli mərasim keçirilib. Təd... | ANL |
Sonu ayrılıqmış... Yoxdur sıramızda həkim Rəisə - Ömür-gün sirdaşı Əlixeybərin. Durdu keşiyində Ofelya bacı, Ələddin qardaşın çallandı saçı;. Gəldi mərasimə min gözü yaşlı, Sarvan, Qızılağac, Kükqaraqaşlı... Toyunu gördüyüm ailənin də. Xeyli istəyimiz-muradımız var, Vaxt sanki tələsib vurur möhürü;. Ulu təbiətə iradımı... | ANL |
İlk övladımı qucağıma aldığım gündən düşünürəm, dünyamızın da elə bu körpə kimi bizim hamımızın qayğısına ehtiyacı var. O vaxtdan səksən bir yaşımın bu gününə kimi vətənimə, övladıma, anama sevgi ilə dolu şeirlər yazdıqca, sahibsiz və kimsəsiz qalan yer kürəsinə də poemalar, şeirlər yazıram. Deyirəm, bəlkə səsimi eşidə... | ANL |
ayrılığın hər yerində qadın var, hər yerində darıxmaq. həm də insafsızca darıxmaq. əvvəl bütün bədəninlə, sonra mesajlarda. sonsuza kimi öldürmək üçün. unutmaq həm də sevməkdi. hardasa sən varsan bədənimdə, bir sən qədər unutmaqlıq. getməyinlə işim yox, unudulmaq istəyirəm. sənəcən unudulmaq. mən səni unuda bilmirəmsə.... | ANL |
Taleyüklü milli məsələ - Qarabağ mövzusu bədii publisistika müstəvisində. "1988-ci ildən başlayaraq yaranan gərgin siyasi vəziyyətin təsiri nəticəsində publisistika ədəbi prosesdə ön xəttə keçdi və publisistik əsərlərdə Qarabağ mövzusu aparıcı rol oynadı. Çünki "Qarabağ hadisələrinə müraciətdə əsas fəal janr öncə publi... | ANL |
İctimai mənafenin cəmiyyətin və dövlətin inkişafında rolu... Hər bir cəmiyyətin inkişafı orada ictimai mənafenin qorunma dərəcəsindən asılıdır. Bəşəriyyətin inkişafına nəzər salarkən məlum olur ki, hansı cəmiyyətdə ki, ictimai mənafe şəxsi mənafedən öndə olub, o cəmiyyətlər sosial-iqtisadi və siyasi inkişafın dinamikli... | ANL |
Amaşov: "İnternet medianın maliyyələşmə qaydalarının layihəsi hazırlanıb". Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun müsahibəsi. - Ölkədəki son vəziyyətin fonunda medianın durumunu necə xarakterizə edərdiniz? - Media cəmiyyətin formalaşmasında, müəyyən dəyərlər əldə etməsində mühüm missiya yerinə yetirir.... | ANL |
“Gənc Tamaşaçılar”in fəaliyyəti nüfuzlu beynəlxalq jurnalda. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının fəaliyyəti teatrın üzv olduğu Beynəlxalq qurumun jurnalında öz əksini tapıb. Teatrdan 525.az-a verilən məlumata görə, beynəlxalq ASSİTEJ-in hər ay dərc olunan jurnalında ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin (Azərbay... | ANL |
Qanlı Yanvar: Xalqımızın qan yaddaşı. Naxçıvan Dövlət Universitetində (NDU) 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş "Qanlı Yanvar: Xalqımızın qan yaddaşı" mövzusunda tədbir keçirilib. Azərbaycan xalqının milli müstəqilliyi uğrunda qurban getmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Azər... | ANL |
Ölümsüz eşqin əbədi ünvanı. İstər klassik, istərsə də müasir Azərbaycan ədəbiyyatını, dünya ədəbiyyatını vərəqlədikcə ülvi eşqin, saf məhəbbətin tərənnümünə həsr olunmuş yüzlərlə əsər çıxır qarşımıza. Eşq, məhəbbət, sevgililərin fədakarlığı ədəbiyyatın daimi, tükənməyən mövzu qaynağıdır. Sevgilisi yolunda şirin canında... | ANL |
Bakı həm də qəhrəman şəhərdir. Bunu Bakını yağmalamağa, odlara qalamağa gələnlər də yaxşı bilirdilər. Ancaq unutmuşdular. Unutmuşdular ki, öyündükləri imperiyanı çökməkdən, parçalanmaqdan və məhv olmaqdan, sözün əsl mənasında, Bakı qorudu. Qanımızla, canımızla döyüşlərdə adımızı qəhrəmanlar sırasına yazdırmaqla kifayət... | ANL |
20 Yanvar hadisələrinə kəskin etiraz ruhunda yazılmış poetik nümunələrdən biri də unudulmaz şairimiz Məmməd Aslanın "Ağla, qərənfil, ağla" əsəridir. Hər bir vətəndaşımıza əsl yaddaş ağrısı kimi təqdim olunan bu əsər dəfələrlə şairin müxtəlif kitablarında işıq üzü görsə də, ilk dəfə ayrıca kitab halında 2014-cü ildə nəş... | ANL |
Vətənin köksündə güllə yarası... Bakıya Qanlı Yanvar şənbəsindən üç gün sonra gələ bildim. Şəhər oğlu ölmüş ana kimi matəm libasında idi. Uğrunda bu qədər şəhidlər qanı axıdılan ulu yurdumuz Qarabağdan da Bakıya qədər ürəyim sinəmdə yetiş uşaq kimi hönkürürdü. Donmuş, taqətdən düşmüş canımı metronun pis üzlərdən sərt v... | ANL |
20 Yanvar qurbanları mədəniyyət ocaqlarında yad edilib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım mərasimində teatrın direktoru, Əməkdar artist Mübariz Həmid... | ANL |
Əsmər Nərimanbəyovanın əsərləri Berlində sərgilənir. Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın əsərləri Berlindəki "Berlin-Baku-Galeri" sərgi salonunda nümayiş etdirilir. AZƏRTAC, buro247.az saytına istinadla xəbər verir ki, afrikalı rəssam Zina Maisir və almaniyalı heykəltəraş Stefan Bassirin sənət əsərlərin... | ANL |
Məhəmməd Füzuli yaradıcılığı Hollandiyada konfrans mövzusu olub. Hollandiyanın paytaxtı Amsterdamda keçirilən konfransda ədəbiyyatsevərlərə Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsəri barədə dolğun məlumat verilib. "Anadolu" informasiya agentliyinə istinad edən AZƏRTAC xəbər verir ki, konfrans Türkevi Araşdırmalar Mərkə... | ANL |
Azərbaycan multikulturalizmi örnək model kimi. BU MÖVZU AMEA-nın HUMANİTAR VƏ İCTİMAİ ELMLƏR BÖLMƏLƏRİNİN ÜMUMİ YIĞINCAĞINDA GENİŞ MÜZAKİRƏ EDİLİB. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Humanitar və İctimai Elmlər bölmələrinin birgə ümumi yığıncağı keçirilib. Tədbiri giriş nitqi ilə AMEA-nın v... | ANL |
Milli azadlıq mübarizəmizin şanlı səhifəsi təsviri sənətdə. Xalqımız tarixən, müxtəlif əsrlərdə və zamanlarda bədnam qonşularımız tərəfindən təcavüzə məruz qalıb, əzəli dədə-baba torpaqlarında incidilib, didərgin salınıb, deportasiya edilib. Yüzillər boyu Azərbaycanın tarixi torpaqları kiçildilib, xalqımıza divan tutul... | ANL |
Həyəcanlı günlər yaşayır, Qarabağ düyününün açılmasını gözləyirdik. Hələ ümid edirdik ki, ərazi bütövlüyümüz toxunulmaz qalacaq, problem xalqımızın xeyrinə həll olunacaq, həqiqət zəfər çalacaq. Sov.İKP Mərkəzi Komitəsi sərhədlərin toxunulmazlığı baxımından səhvə yol verildiyindən bu səhvi düzəltməyə çalışacaq və il uğu... | ANL |
Yaponiyada 20 Yanvar hadisələri ilə bağlı xüsusi veriliş yayımlanıb. ƏLİBƏY MƏMMƏDOV: "20 YANVAR HADİSƏSİ MÜASİR AZƏRBAYCAN TARİXİNİN QƏHRƏMANLIQ SƏHİFƏLƏRİNDƏN BİRİDİR". Yanvarın 18-də Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının prezidenti, siyasi elmlər üzrə doktorant tələbə, həmyerlimiz Əlibəy Məmmədovun... | ANL |
Hər bir xalqın hansı dərəcədə milli birliyə, milli iradəyə və milli özünüdərkə malik olması məhz onun üzləşdiyi ən çətin anlarda mövcud proseslərə və çağırışlara ümumxalq reaksiyasında özünü göstərir. 26 il əvvəl üzləşdiyimiz belə bir məqamda xalqımızın mübarizlik əzminin təzahürü, təzyiqlərə boyun əyməyən əzmkar iradə... | ANL |
Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər. Ölkəmizdə gedən ümumi inkişaf və tərəqqi fonunda ən çox dəyişən, yeniləşən məkanlardan biri də Azərbaycan Respublikası Ali Sovetinin 21 noyabr 1980-ci tarixli qərarı ilə indiki Xətai və Nərimanov rayonlarının ərazilərinin bir hissəsində yaradıla... | ANL |
İdrak süzgəcindən nələr keçir... AZAD MÜZƏFFƏRLİNİN KİTABI HAQQINDA QEYDLƏR. Azad Müzəffərlinin jurnalist imzası güvəniləndir. Uzun illərdir ki, səsi-sədası televiziya ekranlarından gəlir. Onu nişan verən subtitrlər gözə göründümü, dərhal maraq doğurur. Rəsmi dövlət tədbirlərindən, ölkə rəhbərinin səfərlərindən, tarixi... | ANL |
Oturur taxtında payız xan kimi, Torpağı sapsarı xəzəl bələyir. İldırım səsini qaldıran kimi, Buludlar gözündən leysan ələyir. Sarı rəng çəmənin olur hakimi, Sanki yaşıl boya küsür budaqdan. Çörəyi diz üstə olanlar kimi, Yarpaq əlvidasız düşür budaqdan. Küləklər süpürür ayaq izini, Çöldən yorğun-yorğun qayıdır naxır. Bu... | ANL |
"Müsyö İbrahim və Quran çiçəyi" yenidən səhnədə. Dekabrın 20-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində fransız dramaturqu Erik-Emmanuel Şmittin "Müsyö İbrahim və Quran çiçəyi" ikihissəli dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki,... | ANL |
"Ədəbiyyat məsələləri" tənqidçi Baba Babayevin təqdimatında. Tənqidçi-ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Baba Babayevin yeni kitabı işıq üzü görüb. "Ədəbiyyat məsələləri" adlı kitabda müəllifin klassik Azərbaycan ədəbiyyatının görkəmli simaları haqqında ədəbi düşüncələri, məqalə və rəyləri yer alıb. Kitab m... | ANL |
Əflatun İsrailovun əsərləri "Rusiya incəsənət həftəsində" fərqlənib. Azərbaycanlı rəssam Əflatun İsrailovun işləri Moskvada Rusiyanın Mərkəzi Rəssamlar Evində keçirilən "Rusiya incəsənət həftəsində" ən yaxşı əsərlər hesab olunub. Ənənəyə çevrilmiş "Rusiya incəsənət həftəsi" dünyanın 20-dən çox ölkəsindən və demək olar ... | ANL |
Azərbaycan alimləri Makidoniyada beynəlxalq konfrans qatılıblar. Yanvarın 17-19-da Makedoniyanın Ohrid şəhərində "Terrorizm, miqrasiyalar, köçkünlər - mədəni irs və dəyərlər, iqtisadiyyat, turizm və media ilə bağlı müasir çağırışlar" adlı IV Beynəlxalq konfrans keçirilib. Beynəlxalq tədbirdə ölkəmizi Milli Azərbaycan T... | ANL |
Maarif və mədəniyyət tariximizdə Rəşid bəy Əfəndizadənin yeri və rolu. Rəşid bəy Əfəndizadə (rus dilində yazılmış sənədlərdə Rəşid bəyin adı və soyadı Abdurəşid İsmayıl Əfəndi oğlu Əfəndiyev kimi yazılıb - N.N.) Azərbaycan dilində təhsil alan hər bir azərbaycanlının hələ ibtidai məktəb illərindən tanıdığı söz ustaların... | ANL |
Qarabağ münaqişəsi və Qanlı 20 Yanvar faciəsinə aparan yol. Qarabağ Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Elçin Əhmədov Azərbaycan xalqının müstəqillik tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin 26-cı anım günü ilə əlaqədar "525"ə müsahibə verib. - 20 Yanvar hadisələrini necə qiymətləndirirsin... | ANL |
Saatlıda şəhidin xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı. Yanvarın 20-də Saatlı rayonunun Gənclər Mərkəzində şəhid Fariz Novruzovun xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib. Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə "Bitməyən müharibənin qəhrəmanları" silsiləsindən hazırlanmış "Nigaran ruhla... | ANL |
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universiteti (BSU) və Yaradıcılıq Fondu rəhbərlərinin iştirakı ilə Azərbaycanda “Multikulturalizm ili”nin elan olunmasından irəli gələn vəzifələr müzakirə edilib. Mərkəzin mətbuat xidmətindən AZƏRT... | ANL |
Yarım əsr tarla nəfəs-nəfəsə. Açığını deyim ki, onun barəsində o qədər də böyük bilgim yox idi. Və hətta bildiklərimi də demək olar ki, unutmuşdum, çünki bu, unutqanlıq deyilən bəla bizim qanımızda-canımızdadı. Üstəlik bu canımızda-qanımızda olan bəlaya haqq qazandırmaq üçün bir deyim də uydurmuşuq: Gözdən uzaq olan, k... | ANL |
Gecə lampası. Tükəndi qürubun səsi-sədası, Yollardan hənirti çəkilir artıq. Pəncərəm önündə küçə lampası. Necə də gəlməsin damağım dada? Zəqqum çuval-çuval, bal bir qaşıqdı. Zülmətə dirənən ömür yolu da. Yarı qaranlıqdı, yarı işıqdı. Əhrimən Hürmüzlə qolboyun gəlir, Hürmüz Əhrimənə yoxsa aşiqdi? Bəsdi, sızıldama, küçə ... | ANL |
Hazırda Qazaxıstanın Türküstan şəhərində Əhməd Yasəvi Universitetində. təhsil alır. Körpə budaqlardan yay-ox düzəldib, günahsız göy üzün oxlamağımı? Canım bahasına ala bilmərəm, suyu qiymətinə satdıqlarımı... Nə bilim, ayağım burxulaydı ya. əlim qırılaydı kaş, atmayaydım;. Əvvəl əllərimin açarı idi, indi gözlərimə kili... | ANL |
Ruslanla təsadüfən görüşdüm. Mənə öz şeirlərini təqdim etdi ki, oxuyum fikirlərimi deyim. Bu şeirlər, son vaxtlar gənclərin mənə təqdim etdiyi şeirlərdən tamamilə fərqli idi. İndi poeziyada qarmaqarışıqlığın hökm sürdüyü bir vaxtda, hərənin əlinə qələm alıb şeir yazmaq həvəsinə düşdüyü bir vaxtda, yaxşını pisdən seçmək... | ANL |
Öz yerində olan adam. Və ya bir dostumuzun 55 illiyi barədə zarafatdan xali olmayan qeydlər. Fəxri adı, titulları və təltifləri olmayan bir jurnalist... Amma lazım gəlsə, adı-sanı olanlara belə dərs deyə bilər... Ən azı dil və üslub məsələlərindən... Hətta bir ara tanınmış universitetlərdən birində bu mövzuda mühazirə ... | ANL |
Şahmat dünyası və ilahə Kaissanın kahinləri. ŞAHMAT: MƏNŞƏYİ VƏ İNKİŞAFI. (Əvvəli ötən şənbə saylarımızda). O, şahmat ustalığı barədə öz rəyini bildirərək dedi ki, bu sahədəki uğur iki bünövrəyə - istedada və zəhmətə əsaslanır. Onların sintezi şahmatçıya yaxşı nailiyyətlərə sahib olmağa imkan verir. Bu mənada Spasskini... | ANL |
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M... | ANL |
Ağdamda nəyim qaldı? Quba tətilləri. ...Axşamüstü sərinləmək, gəzmək, özünü adamlara göstərmək istəyən qubalılar və daha çox da şəhərə istirahətə gələn qonaqlar bu küçədə iki park arasında aşağı-yuxarı gəzişirdilər. Şəhərin dram teatrı və elə küçənin adını daşıyan “Mir” kino-teatrı da burda yerləşirdi. Kino diqqətimi d... | ANL |
Uzun müddət qəzetimizdə silsilə şəkildə dərc olunan “Yüz gözəl sevgi şeiri” layihəsi oxucularımıza tanışdı. Pərvinin ayrı-ayrı klassik və müasir Azərbaycan, türk şairlərinin şeirlərindən yazdığı esselər oxucuların marağına səbəb oldu. Həmin esselər kitab halında çapa hazırlanır. “Sevdim səni” adlandırılacaq kitaba ön s... | ANL |
“Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu kimindir? Ötən məqalələrdə “Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturunun qoyuluşuna, təməl prinsiplərinin hər birinin ayrı-ayrılıqda inkişaf yoluna və formulun meydana gəlməsində, formalaşmasında xidmətləri olan fikir adamlarının düşüncələrinə nəzər saldıq.... | ANL |
Zəlimxan Yaqub Kəpənəkçi kəndində anılıb. Yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib. Tədbirdə Gürcüstanın dövlət, hökumət rəsmiləri, parlamentin deputatlar... | ANL |
Maqsud İbrahimbəyova “Şərəf” ordeni təqdim edilib. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təltif edilən xalq yazıçısı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyova “Şərəf” ordenini təqdim edib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumat... | ANL |
Əməkdar incəsənət xadimi Afaq Məsud Azərbaycan dramaturgiyasını “Aktrisa”, “Can üstə”, “O məni sevir”, “Qatarın altına atılan qadın”, “Kərbəla” kimi böyük istedadla qələmə alınmış dram əsərlərilə zənginləşdirib. Və Türk dünyasının ilk pyes yarışması olan “Beynəlxalq səhnə əsərləri müsabiqəsi”ndə görkəmli yazıçı-dramatu... | ANL |
Elçin yaradıcılığından yazmağın məsuliyyəti. Hərə bu dünyaya gəlməklə öz təyinatını, öz missiyasını yerinə yetirir. Biri bu dünyaya gəlib baxır, əylənib onu tərk edir. Bir başqası isə adını yaddaşlara, bəşər övladının təfəkkürünə həkk edir. Və sanki o, dünyanın yaddaşına ömürlük, əbədi, həmişəlik yazılmaq üçün gəlir. O... | ANL |
Elə suallar var ki, onu başqasına deyil, yalnız özünə verə bilirsən. Və bütün düşüncələrin həmin sualın cavabı olmasa da, o sual ətrafında həyat platformun, özünəbaxışı, özünütənqidi gerçəkliyə çevirməyə çalışırsan. Elə düşünürəm ki, mən dünyaya müəllim kimi doğulanlardanam. Qətiyyən yox. Tələbələrim yaxşı bilir ki, bi... | ANL |
Baltik ölkələrində Azərbaycan mədəni irsini yayma yolları. LİTVA-AZƏRBAYCAN QƏDİM MƏDƏNİYYƏT KÖRPÜLƏRİ. HƏR KÖZƏRƏN İŞIQ ULDUZ OLMAZ... Azərbaycan - Baltik ədəbi və mədəni əlaqələri sahəsində həm Azərbaycan, həm də Baltik xalqları müəllifləri tərəfindən görülmüş bütün işləri, həmin işlərin böyük və kiçikliyindən asılı ... | ANL |
Türkologiya elminə ağır itki. Türk dünyası üçün dəyərli insan, beynəlxalq miqyasda tanınan türkoloq-alim, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü, Şərq və Asiya Tədqiqləri Beynəlxalq Cəmiyyətinin (“İnternational Union of Oriental and Asian Studies” prezidenti professor Georq Hazai (Gyorgy Hazai) bu il yanvarın 7-d... | ANL |
Kamal Abdullayev: “Bizdə ermənifobiya yoxdur”. “AZƏRBAYCAN XALQININ ERMƏNİLƏRLƏ BİRGƏ YAŞAMAQ POTENSİALI VAR”. Dünən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev “Mul... | ANL |
Gənc ədiblərin yeni dönəmində ilk görüşü. Yanvarın 22-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Mədəniyyət və Turizm Nazirliyi ilə AYB-nin ortaq layihəsi olan Gənc Ədiblər Məktəbinin (GƏM) üçüncü dönəminə start verilib. Tədbiri giriş sözü ilə açan Birliyin katibi, GƏM-in rəhbəri Rəşad Məcid iştirakçıl... | ANL |
Etüdlər. Qaranlıq zülmət o lal sükuta qarışıb lap bağıryaran olurdu. Birdən hardasa it hürdü. Səs gah uzaqdan, gah da yaxından gəlirdi. Görünür, zəncirsiz idi. İt hürə-hürə elə bil bağıryaran o sükutu da boğmuşdu. Ertəsi gün yenə həmin sükut... Qaranlıq zülmət o bağıryaran sükutu daha da vahiməli etmişdi. Qoca, bu səhə... | ANL |
Rəşid Behbudov Filarmoniyada konsertlə anılıb. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli müğənni, Xalq Artisti Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunmuş konsert təqdim olunub. Movqe.az AzərTac-a istinadən xəbər verir ki, konsertdə R.Behbudov adına 2 nömrəli onbirillik musiqi məkt... | ANL |
"Ziyayi-Qafqaziyyə" qəzetində milli-mənəvi dəyərlərimizə münasibət. "Ziya (Ziyayi-Qafqaziyyə)" əslində adı dəyişdirilərək fasilə ilə çap olunmuş eyni qəzetdir. Hər iki adda qəzetin təsisçisi, sahibi imtiyazı Səid Ünsizadə əfəndi, "Kəşkül" qəzeti nəşrə başlayanadək müdir və mühərriri isə ortancıl qardaşı Cəlal Ünsizadə ... | ANL |
Gənclərə özünü cəmiyyətdən kənarda hiss etmək "şansını" verməyəcəyik. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il Azərbaycanda Multikulturalizm ili elan olunub. Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev yanvarın 22-də mətbuat konfransı keçir... | ANL |
Qüdrət Bülbül :"Diasporların ortaq fəaliyyətinə birgə dəstək verməyi düşünürük". "Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar" Qurumu (YTB) Türkiyənin yeni qurumlarından biri hesab olunur. Müsahibimiz qurumun rəhbəri Qüdrət Bülbül YTB-nin fəaliyyəti, prioritetləri, planları barədə ətraflı məlumat verib. -Qüdrət bəy, "... | ANL |
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqında seminar-müşavirə. Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi 2 fevral - Gənclər Gününə həsr edilmiş seminar-müşavirə keçirib. AZƏRTAC xəbər verir ki, seminarda çıxış edən komitənin sədri Cəmilə Səttarova hər bir ölkənin perspektiv inkişafının, müst... | ANL |
İndi kəlmə ağlar qalıb, söz mələr... Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə. İnanmazdım, ölüm ona güc gələr, Varlığıyla axı nurdu Zəlimxan. Xəzinəydi hikmətlərdən sinəsi, Yaradana duaçıydı gur səsi. Dədələri birər-birər anardı, Deyimlərin ali qanun sanardı, Saz dinəndə alışardı, yanardı, Hey öyərdi eli, yurdu Zəlimxan.... | ANL |
"Azərbaycan" jurnalının yanvar sayı nəşr edilib. Məzahir Süleymanzadənin "Yanvar düşüncələri" yazısı həmin dövrün hadisələrinə, o günlərdə fədakarcasına gördükləri işlərə güzgü tutur: "...Əslində yanvarın 22-də "Səhər"in materialları hazır idi. Amma qərara gəldik ki, qəzetin əsas materialı 20 Yanvarın günahsız qurbanla... | ANL |
Bu günlərdə "Ulduz" jurnalının yeni sayı işıq üzü görüb. Jurnala budəfəki ekspert rəyini tanınmış ədəbiyyatşünas Şirindil Alışanlı yazıb. O, "Qulu Ağsəsə məktub" adlı yazısında jurnalın ötən sayını ciddi mülahizələrlə təhlil edib. Ekspertin fikrincə, gənclər yüksək sənətkarlıq meyarlarına, yeni məzmun və biçim axtarışl... | ANL |
Kitabçılıq işi və kitabxana mədəniyyətimizin dəyərli səhifəsi. ORUCOV QARDAŞLARININ 1912-ci İLDƏ ÇAP ETDİRDİKLƏRİ KATALOQ AZƏRBAYCANDA ÇAP KİTABLARINA AİD İLK BİBLİOQRAFİK MƏNBƏ SAYILIR. Kağıza köçürülərək cildlənmiş kitablarımızın yaranmasından təxminən min ilə yaxın vaxt keçib. Mütəxəssislərin verdiyi məlumata görə, ... | ANL |
Vaşinqton əsrarəngiz, gözəl təbiəti ilə yanaşı, həm də tarixi abidələr, muzeylər və dövlət idarələrinin yerləşdiyi şəhərdir. Doğrusu, tarixi-memarlıq abidələri ilə zəngin olan bu şəhəri seyr etməkdən doymurdum, bu müasir şəhəri gəzdikcə də hər dəfə yeni-yeni insanlarla tanış olur, dostlar qazanırdım. Nə deyim, xarici d... | ANL |
Dağ sevdalı, dağ nisgilli şair üçün səmimiyyət abidəsi. Yazıçı-publisist Vəliyəddin Misiroğluya açıq məktub. Çox hörmətli Vəliyəddin müəllim! Bu günlərdə sizin mənə ünvanladığınız, xalqımızın sevimli şairi mərhum Məmməd Aslanın həyatına və yaradıcılığına həsr etdiyiniz "Misrası qala bürcü olanın nə dərdi" və "Gözümə Kə... | ANL |
Mübarək. Salamlayıb yüz mahalı, bölgəni, Xəbər yayır xəyalımın yelkəni;. Bir ustadsan, yaratdığın incilər. Şərqə, Qərbə tanıtdırır ölkəni. Əsgərlərə ərməğanın hərbi marş. Xoş məramın, saf diləyin mübarək, Tahir Əkbər, yubileyin mübarək! Tahir Əkbər, yubileyin mübarək! Milyonlara qoşulub. əməkdar müəllim. | ANL |
Hərdən inciyənim, küsənim mənim, İnciyib qəlbimi üzənim mənim. Nərgizim, bənövşəm, süsənim mənim, Çöllərə tapşırıb gedirəm səni. Ömürdən xoş keçən ilim, ayımsan, Gündüz Günəşimsən, gecə Ayımsan. Sən mənim İlahi - Tanrı payımsan, Göylərə tapşırıb gedirəm səni. Sədanı gətirər, demə heç kimə, Yellərə tapşırıb gedirəm səni... | ANL |
Yasamal rayonu M.Muxtarov küçəsi, 83-də fəaliyyət göstərən Azərbaycan Dövlət "Yuğ" Teatrı uzun illər yerləşdiyi binada son tamaşasını təqdim edib. AZƏRTAC xəbər verir ki, "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında səhnələşdirilən "Boy" tamaşanın ideya və quruluşu teatrın direktoru Tərlan Musayevaya məxsusdur. S... | ANL |
Yanvarın 26-da Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbovanın "XX əsr Qazax aşıq mühiti" kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə filologiya elmləri doktoru Rüstəm Kamal kitab ha... | ANL |
"İrəvanda xal qalmadı"nın premyerası nümayiş etdirilib. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı heyəti şair-dramaturq Hidayətin "İrəvanda xal qalmadı" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerasını təqdim edib. AZƏRTAC xəbər verir ki, Akademik Milli Dram Teatrının səhnəsində nümayi... | ANL |
Kitabçılıq işi və kitabxana mədəniyyətimizin dəyərli səhifəsi. ORUCOV QARDAŞLARININ 1912-ci İLDƏ ÇAP ETDİRDİKLƏRİ KATALOQ AZƏRBAYCANDA ÇAP KİTABLARINA AİD İLK BİBLİOQRAFİK MƏNBƏ SAYILIR. Orucov qardaşları mətbəənin yanında açdıqları mağazada kitabların satışını və təbliğini sürətləndirmək üçün kitab kataloqunun nəşrini... | ANL |
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev "Multikulturalizmin elmi-n... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.