text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Ramiz Quliyevin 75 yaşı Kanadada konsertlərlə qeyd edilib. Kanadanın Vankuver şəhərində 9-12 iyunda keçirilən XXI "Global Soundscapes" Beynəlxalq Musiqi Festivalında görkəmli tarzən, professor Ramiz Quliyevin iştirakı ilə silsilə konsertlər olub. 11 iyunda Vankuverin "Cultch" Historical Theatre zalında gerçəkləşən k... | ANL |
Qarabağ zəfərimizə həsr olunan tamaşa qurulur. 44 günlük Zəfər savaşımızdan və tarixi qələbəmizdən sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Qarabağ – Vətən müharibəsi mövzusunda elan etdiyi pyes müsabiqəsinin nəticələrinə uyğun olaraq qalib əsərin məşqlərinə başlanıb. Qeyd edək ki, müsabiqəyə təqdim edilən əs... | ANL |
"Qanun" nəşriyyatının yerləşdiyi binaya illərdən bəri dəfələrlə gedib-gəlmişəm. Bir binanın içərisində həm nəşriyyat var, həm nəşriyyatın kitabları satılır, həm artıq neçə ildir ki, siyasi partiyalardan biri orda yerləşir. Ancaq nəşriyyatı, kitab dükanını, siyasi partiyanı öz qoynunda birləşdirən məkan artıq yeni bir ... | ANL |
Azərbaycanın gənclər siyasəti. Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, onların məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. Gənc kadrların irəli çəkilməsi siyasəti öz m... | ANL |
Sözünüzə qüvvət. Amsterdam Dövlət Universitetinin tələbəsi - nəvəm Fuad Novruzlunun forma və məzmunca çox fərqli olan bədii yazıları bəlkə də sabahın şeirləridir. Heç bir vəznə, qafiyəyə sığmayan bu yeni şeirlər daha çox fikir axını, ifadə sərbəstliyi və gənc müəllifin haqq-ədalət ölçülərini itirmiş narahat dünya... | ANL |
Sözünüzə qüvvət. Yaradıcılıq həm də daxili cəhənnəmin yanacağıdır. Həyat xəyalların növbəti duracağıdır. Gözəllik - əfsanələrin əbədi sığınacağıdır. Tanrı, həm də imandakı səmimi tərəddüddür, həmçinin narahat vicdandır. Fərqliliklər ağ-qara tək ikiqütblü deyil, Çoxlu çaları olan rəng təkcə boz deyil. Qəhrəmanın xi... | ANL |
Dul qadının tənhalığı. Avropa tarixində ilk dəfə 1649-cu ildə İngiltərə kralı I Karlın boynu vurulmuş və Azad İngiltərə Respublikasının yarandığı elan edilmişdi. İnqilab çox sayda iğtişaşlarla müşayiət olunmuş, İrlandiyada görünməmiş qırğınlar törətmişdi. İnqilab təkcə taxt-tac sahibini məhv etməklə kifayətlənmə... | ANL |
Qaramuraddan Turana yayılan poetik nəfəs. DƏYƏRLİ ŞAİRİMİZ SAHİB CAMALIN ÖZÜ VƏ SÖZÜ HAQQINDA QEYDLƏR. İnstitutda "Pöhrə" adlı ədəbi dərnək fəaliyyət göstərirdi. Mən də həmin dərnəyin üzvü idim. Dərnəyə I kurs tələbəsi Sahib Camal da təşrif gətirmişdi. Bir neçə şeirini oxudu. Oxuduğu şeirlərdən biri indi də yadımd... | ANL |
Vyanadakı eşqin ayaq izləri. Səhər saat yeddidə oyandım. Halbuki ən tezi saat doqquzda oyanmaq düşüncəsilə yatağa girmişdim. Kölndən Vyanaya on saatlıq yol məni xeyli yormuşdu. Yolboyu yağan aramsız yağış da məndə ayrı bir gərginlik yaratmışdı. Yuxudan oyanan kimi pərdəni açıb qurğuşun rəngli səmaya baxdım. Günəş çıxsa... | ANL |
Fədakar alim ömrü. AZƏRBAYCANDA GENETİKA ELMİNİN BANİSİ, BİOLOGİYA ELMLƏRİ DOKTORU, PROFESSOR MİRƏLİ AXUNDOVUN ANADAN OLMASINDAN 120 İL ÖTÜR. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi "İsgəndərnamə" poemasında yer kürəsinin yaranması, insanın əmələ gəlməsi, digər canlıların mövcudluğu ilə bağlı əsrlər bo... | ANL |
Pera Muzeyi, "Tısbağa tərbiyəçisi" və bir cinayətin sonu... Pera Muzeyinin üçüncü mərtəbəsinə qalxanda onlarla tablonun arasından keçərək onun qarşısında xeyli dayandım. Açığı, maddi dəyərinin üç milyon dollardan artıq olduğunu bilmirdim. Müəllifinin kimliyi, hekayəsinin nə olduğu haqqında heç bir məlumatım yox idi. M... | ANL |
Qardaş Pakistan haqqında qiymətli əsər. Tanınmış diplomat, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində müşavir, ruhumuzun şəhəri və ürəyimizin bir parçası olan Təbrizdə baş konsul vəzifəsinə təyin edilmiş (1996-2002), Pakistan İslam Respublikasında və Əfqanıstanda (2002-2010, iqamətgahı İsla... | ANL |
Budəfəki müsahibimiz gənc nəsil yazarlar arasında ən zəhmətkeşlərdən, öz üzərində daim işləyən və qələmini müxtəlif janrlarda, sahələrdə sınayan imzalardandır. Məhz bu zəhmətinin bəhrəsidir ki, bu günlərdə iki kitabı eyni vaxtda çap olundu. "İkimiz" və "Çamadan" adlı bu kitabların müəllifi Xanım Aydınla da söhbətimiz e... | ANL |
"Kitabi-Dədə Qorqud" qeyri-səlis məntiqin epistemoloji işığında. Redaksiyadan: Müəlliflər bu maraqlı mövzu üzərində xeyli vaxtdır ki, birgə işləyirlər. Tədqiqatın bəzi hissələrini zaman-zaman oxucularımıza çatdıracağıq. Biz əvvəlki yazılarımızda qeyri-səlis məntiqin ümumi təqdimindən və onun iki sütunu - məntiq ... | ANL |
RƏŞAD MƏCİD: "QOCALIĞIMI AĞOĞLANDA YAŞAMAQ İSTƏYƏRƏM". Zahirən nə qədər soyuqqanlı görünsə də, yaxın dostları Rəşad Məcidin çox kövrək insan olduğuna yaxşı bələddilər. Görünür, deyilənlərlə razılaşmağım üçün mən də onun üçün ən həssas məqamlarla bağlı emosional anlarına şahidlik etməli idim. Necə ki, məşhur bir... | ANL |
Azərbaycan dilində rəqəmsal "Qazax ədəbiyyatı kitabxanası"nın təqdimatı olub. İyunun 17-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi, Qazaxıstanın Azərbaycandakı səfirliyi və Milli Kitabxananın birgə layihəsi olan Azərbaycan dilində rəqəmsal Qazax ədəbiyyatı kitabxanasının təqdimat mər... | ANL |
Ucal Haqverdiyev Azərbaycan rəssamlıq məktəbinin Avropa İntibah dövrünün ənənələrini avanqard üslublarda improvizə edərək Şərq və Qərb estetikasının dialoq halında vəhdətinə nail olmuş sənətkardır. Rəssam yaradıcılıq fəaliyyətinin müxtəlif spektrlarinə işıq salaraq, öz yaradıcılıq fəlsəfəsinin axtarışlarını, müxtəlif ... | ANL |
Azərbaycan-Türkiyə. Vətən üçün ölərik, Yurda qurban canımız . Nurlu sabah gözləyir. Bizi elə həmişə. Heç vaxt üz çevirmərik. Azərbaycan-Türkiyə! Türkiyə-Azərbaycan! Düşməndən qorxumuz yox, Sinə gərdik yağıya . Azərbaycan-Türkiyə! Türkiyə - Azərbaycan! Çökdürə bilməz kimsə. Məğrur Azərbaycanı! Düşmən olana nifrət, Dost ... | ANL |
"ŞUŞA İLİ"NƏ HƏSR OLUNMUŞ RESPUBLİKA İNCƏSƏNƏT FESTİVAL-MÜSABİQƏSİNİN YEKUN TƏDBİRİNDƏ UNUDULMAZ ANLAR YAŞANDI. Məlum olduğu kimi, iyunun 1-də məktəblilər arasında "Şuşa İli"nə həsr olunmuş "Könlüm keçir Qarabağdan" adlı respublika incəsənət festival-müsabiqəsinin yekun konserti keçirildi. Uşaqların Beynəlxalq... | ANL |
Brus Linin ölümü ilə bağlı bu illər ərzindən müxtəlif fərqli ehtimallar irəli sürülüb. Rəsmi olaraq göstərilən səbəb isə onun baş ağrısı üçün qəbul etdiyi həbin orqanizmində allergiya effekti yaratması nəticəsində ölməsi idi. Amma əslində, gerçək səbəb budurmu? Amma deyə bilərəm ki, bu onun həyatının ən maraqsız faktıd... | ANL |
Əlimdəki vacib işi təzəcə bitirmişdim ki, cib telefonuma zəng gəldi. Onunla beş ildən çox bir təşkilatda işləmişdik. Arxada qalmış illər ərzində onunla bir-iki dəfə təsadüfən şəhərdə rastlaşmış, ayaqüstü də olsa, bir-birimizdən hal-əhval tutmuşduq. Amma nə edəsən ki, iş yoldaşımız içkiyə yaman aludə idi. Hansısa ... | ANL |
"Qarabağnamə"lər bütün dövrlərdə Azərbaycan tarixini öyrənmək üçün əsas mənbələrdən biri olub. Bu mənbələrin sırasına yeni bir kitab da əlavə olundu. Bu Əlövsət Poladın və Ələkbər Zahidovun tərtibatı ilə hazırlanan "XXI əsrin Qarabağnaməsi"dir. Kitab Qarabağ münaqişəsinin (sonradan müharibəsinin) fonunda müasir ... | ANL |
Ötən illərə tarix deyirik. Tarixi xatırlayanlar tanıdıqlarının ömür yolundan düşən işığı da yada salır və yaşanılmış illərə bu işıqdan nəzər salır. O işıqda gördüklərinin özü də, mahiyyəti də ömür ifadəsinin fəlsəfi yozumuna dönür. Yaxından tanıdığım, xarakterinə, düşüncələrinə bələd olduğum vətənpərvərləri hə... | ANL |
RƏŞİD MƏMMƏDOV: "YUNANLAR AZƏRBAYCAN MUSİQİSİNİ VƏ MƏTBƏXİNİ ÇOX BƏYƏNİRLƏR ". Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycanın təbliği, dövlətimizin daha yaxşı tanıdılması istiqamətində böyük işlər görürlər. 44 günlük Vətən müharibəsi günlərində Azərbaycan diasporu ... | ANL |
Minlərlə atlının sərkərdəsi... İRƏVAN AZƏRBAYCAN DÖVLƏT DRAM TEATRININ UNUDULMAZ TAMAŞASI HAQQINDA. Həyat təkcə ayrı-ayrı fərdləri deyil, millətləri, xalqları və onların yaratdığı maddi və mənəvi dəyərləri də zaman-zaman sınağa çəkir. Dünyanın qədim və unikal ərazilərindən birinə malik Azərbaycan da əsrlər boyu b... | ANL |
Neftçalada Şahanə Müşfiqlə görüş keçirilib. İyunun 18-də Neftçala Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının katibi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi, Prezident ... | ANL |
Bu haqda məlumatı kitabın redaktoru, Almaniyada yaşayan yazıçı-tərcüməçi Orxan Aras verib. O bildirib ki, romanı alman dilinə türkoloq Karl Hermann Keyhlin tərcümə edib. Almaniyanın "Pem" nəşriyyatı tərəfindən çap olunan kitab "Amazon" və "Thalia" kimi böyük internet satış saytlarında oxuculara belə təqdim edilib: "... | ANL |
Sərdar Amin yeni kitabını təqdim etdi. İyunun 18-də yazıçı-publisist Sərdar Aminin "İfşa" adlı kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda tanınmış qələm adamları, oxucular iştirak ediblər. Təqdimatı açıq elan edən gənc nasir və şair Nadir Yalçın Sərdar Aminin çağdaş Azərbaycan ədəbiyyatındakı yeri və rolu barə... | ANL |
İşləyən qadın üçün həftə sonu istirahət günüdür demək, fikrimcə, ciddi haqsızlıq olar. Sadəcə həftə sonu iş yerin dəyişir, bu dəfə evdə işləyirsən. Elə bu həftə sonu da səhərdən ev işlərinə başım elə qarışmışdı ki, qəfil saata baxanda 17-ni göstərdiyini gördüm və xatırladım ki, düz bir saat sonra bir həftədən bəri bax... | ANL |
Dövlət-din münasibətlərinin nümunəvi modeli. Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir. Ölkəmiz müstəqillik qazandıqdan və Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra təməlini qoyduğu dövlət-din münasibətləri bu gün də uğurla davam etdirilir. Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, hər z... | ANL |
Çıxanda bildim ki, canım can deyil, Tanrının bəlası məndən yan deyil. Ən gözəl bəstədir yaylım atəşi, Qəmli nəğmələrin keçdim pəsindən. Əzəl də torpaqdı, son da torpaqdı, Anladım həyatın fəlsəfəsindən. Kölgəsi özünə dönənlər bilər, Nə zaman paklaşıb olur pir adam. Ölmüşdü, şəklimi yerdən götürdüm, Qorxma, döyüşlərdə d... | ANL |
AZƏR LAÇINLININ ŞEİRLƏRİ HAQQINDA. Şair Azər Laçınlı ilə dağ qonşusuyuq, Xoşbulaq yaylağında, Qoşqar dağının ətəyində. Laçın həsrətini Xoşbulaqda özünə bir kümə qaraltmaqla ovudub. Evlərinin yerini göstərənəcən Azər nə qədər əli və ayağı ilə uzun yollar çəkir. Yorulmaq bilmədən. Əslində yol şairidir Azər. Onun şeirl... | ANL |
Samuray mənəvi ruhu yaşayır. Bütün bunlar militarist Yaponiyasının işğal siyasətinin insanlığa qarşı olan cinayətlərini aydın göstərir. Bu cinayətlər və böyük ərazilərin işğalı xalqlara və onun özünə görünməmiş bədbəxtlik gətirdi, buna görə də militarizm ilə birdəfəlik vidalaşmaq zərurəti yarandı. Yapon hərbi rəh... | ANL |
Qismətimizə bunun əksi düşmüşdü ki, adını eşitcək çiçəyimiz çırtladı. Sevincimiz öz yerində, gəlişi ilə suallarımızı da cavablandıracaqdı: səhhəti, dədə-baba yurdu Babək rayonunun Cəhri kəndindəki doğmalarının hal-əhvalı, jurnalistin yeni yaradıcılıq planları... Doğma elində əl-əl gəzib topladığı kəklikotu, sarıçiçə... | ANL |
Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, publisist, təbib, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Həsən bəy Ağayev 1905-1906-cı illərdə çap olunan "Həyat" qəzetində müntəzəm olaraq publisistik məqalələri ilə çıxışlar edib. Müəllifin "Fəqirin göz yaşı" sərlövhəli yazısını oxuculara çatdırır və zə... | ANL |
Qalib Şəfahətin şəfaətli misraları. Şair Qalibin "Eşqə batır yanaqlarını" kitabındakı əsərlər yığcamdır, lakonikdir, sözə qənaətlə yazılıb. Forma axtarışlarının rəngarəng tapıntıları, həyat faktlarının, detalların bolluğu misraların dinamikasını gücləndirir, şeirlərin çəkisini, sanbalını artırır. O da çox dəyə... | ANL |
Səni unutmayacağıq, Böyük kapitan! XATİRƏSİ DAİM YAŞAYACAQ ELNUR ƏŞRƏFOĞLUNUN 48 YAŞINA. Sistem də vurulur. Sən nələrə qalib gəlmisən. Bu koronaya da qalib gələcəksən. Həmin vaxt koronaya yoluxan Elnur müalicə aldığı klinikada süni tənəffüs aparatına yenicə qoşulmuşdu. Vəziyyəti kritik həddə çatmadığı üçün telef... | ANL |
Təməl daşı. Mədəni-mənəvi keçmişimizə ötəri nəzər salmaq belə kifayətdir ki, görəsən, aşıq yaradıcılığı Azərbaycan xalqının mədəniyyət tarixində və milli təfəkkürünün formalaşmasında olduqca böyük rol oynayıb. Müqəddəs kitabımız Qurani-Kərim dilimizə gec tərcümə olunduğundan və bir qayda olaraq, kəmsavad mollalar tərəf... | ANL |
"Azərbaycanın Ümummilli lideri Heydər Əliyev və Roma Papası". "Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Elarizdir. Onunla Xalq rəssamı Ağəli İbrahimovun "Azərbaycanın Ümummilli lideri Heydər Əliyev və Roma Papası" əsəri haqqında danışmışıq. Rəssam 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü... | ANL |
Yaradıcılıq, mənəvi mühit və... Pandemiyanın ağır və gərgin ritmi bizə təkcə "kosmik tənhalığın" xofunu yaşatmadı, həm də həyatımıza, ətrafımıza, məsləkimizə yenidən baxmaq zərurəti gətirdi. Xüsusən də hər cür fəaliyyəti tənzimləyən sosial normalar baxımından yanaşdıqda, daha artıq əmin olduq ki, texnologiyalar,... | ANL |
Malayziyada Şuşa sərgisi. Malayziyada Azərbaycanın mədəniyyət incisi sayılan Şuşanın 270 illiyinə həsr olunan fotosərgi təşkil edilib. AZƏRTAC xəbər verir ki, Selanqor ştatının Petaling Jaya şəhərində açılan fotosərgi Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü və dəstəyi, Petaling Jaya Şəhər Şurasının ev sahib... | ANL |
Kərim Tahirov İFLA prezidenti Barbara Lison ilə görüşüb. Ankarada Türkiyə Prezident Kitabxanasında keçirilən 36-cı CENL-in illik iclasında iştirak edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov IFLA-nın (Beynəlxalq Kitabxanalar Assosiasiyaları Federasiyası) hazırkı prezidenti Barbara Lison ilə görüşüb. Ki... | ANL |
Azərbaycan-İran mədəni əlaqələri müzakirə edilib. İran ilə Azərbaycan xalqlarını çox əsirlik dostluq və qohumluq əlaqələri birləşdirir. Bu dəyərlər siyasi-iqtisadi əlaqələrlə yanaşı, mədəni əlaqələrin də inkişaf etdirilməsi üçün böyük zəmin yaradıb. AZƏRTAC xəbər verir ki, bu sözləri İranın mədəniyyət və islam ir... | ANL |
Milli istiqlalın böyük tərənnümçüsü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla ədəbiyyatımızın görkəmli nümayəndəsi, tanınmış maarifçi və ictimai xadim, Dövlət Himnimizin sözlərinin müəllifi, xalqımızın istiqlal mübarizəsinə layiqli töhfələr vermiş Əhməd Cavadın 130 illik yubile... | ANL |
Böyüklüyün qiyməti. Vinston Çörçillə görə, insanın böyüklüyü onun öz fikirlərinə cavabdehlik daşıması ilə ölçülür. Mənə görə də, hər işdə keyfiyyət birincidir. Ev işlərindən tutmuş, ta yazı-pozuya qədər. Söz səbəti aşıb-daşan vaxtı yazmaq fürsəti olmayanda ürəyimdə özümlə o qədər danışıram, bir də xəbər tuturam ki, nəf... | ANL |
Deyir, sevinci sevincə, kədəri kədərə qatmazlar; hər birini ayrıca, sonuna qədər yaşayasan gərək. Ancaq mən qatdım, iki möhtəşəm sevinci bir-birinə qatdım - hər bir insanın, illah da qadınların ildə bir dəfə özlərini özəl və gözəl, önəmli hiss etdikləri doğum günü sevinci ilə dünyanın bütün sevinclərini üstələməyə qad... | ANL |
Azərbaycan tarixinin çoxçeşidli dövrləri ilə bağlı müxtəlif elmi-tədqiqat əsərləri, monoqrafiyalar, dərsliklər mövcuddur. Lakin etiraf edək ki, bu əsərlərin böyük əksəriyyəti müxtəlif ideoloji təsirlərə məruz qalmış və bir çox halda obyektivlikdən uzaq olmuşdur. Xüsusilə Sovet dövründə meydana gəlmiş tarix kitab... | ANL |
Dahi rus yazıçısı Dostoyevski deyirdi ki, sevən qadın sevdiyi kişinin bütün qüsurlarını, hətta cinayətlərini belə ilahiləşdirər... İyunun 21-də Akademik Milli Dram Teatrında premyerası keçirilən "Medeya" monotamaşasının qəhrəmanı Medeya da vaxtilə sevən, çox sevən bir qadın idi. Hətta o, ərini o qədər sevirdi ki, vətə... | ANL |
Şeirin günəşi, sultanı, həm xanı qəzəldir, Könül evinin sevimli mehmanı qəzəldir. Muğam oduna yandıran insanı qəzəldir. Uydum adına, bəxtimə gün doğdu sevindim, Sandım ürəyin çarəsi, dərmanı qəzəldir. Çox vaxt gecələr nazlı gözəl tək məni tovlar. Ruhla qovuşan ömrümün hər anı qəzəldir. Ustad eləyən şair, qəzəlxanı qə... | ANL |
Azərbaycan-monqol ədəbi əlaqələri. Orijinaldan ana dilimizə tərcümə edilmiş monqol hekayələri haqqında qeydlər. Azərbaycan-monqol ədəbi əlaqələri bədii tərcümə yolu ilə genişlənərək inkişaf etməkdədir. Milli-mənəvi dəyərlərin təzahürü sayılan monqol ədəbi nümunələrinin Azərbaycan dilinə tərcüməsi daima ədəbiyyatl... | ANL |
AMEA-nın müxbir üzvü, Fizika İnstitutunun laboratoriya rəhbəri, fizika elmləri doktoru Səlimə İbrahim qızı Mehdiyeva 1941-ci ildə Naxçıvanda dünyaya gəlib. 1963-cü ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib, AMEA Fizika İnstitutunun aspiranturasında oxuyub. 1967-ci ildə Vilnus Dövlət Universitetində se... | ANL |
"Həyatımda yuxu kimi yaşadıqlarım qoy elə özümdə qalsın". Yaradıcılıq yolu teatrdan başlayıb. Nə biləydi ki, 16 yaşında işləməyə ehtiyacı olduğu üçün gəldiyi teatr onu öz səhnəsinin ulduzuna çevirəcək. Gəncəbasar deyərək öyündüyü məmləkətində hamı onu Nazan rolu ilə tanıdı. Gülqönçə pöhrələnərək Qızılgül tək açıldı. M... | ANL |
Mələklərin ruhaniyyət xanası... "Allah öz göstəriş və tapşırıqlarını vermək üçün mələklərlə göyqurşağında görüşür. Göyqurşağı mələklərin xanasıdır". Ustad Seyid Məhəmmədhüseyn Şəhriyar. Görkəmli sənətkarımız, Azərbaycan-türk muğamlarının şahbanusu Rübabə xanım Muradovanın yadigarı hesab etdiyim Azərbaycanın Xalq... | ANL |
Hər səfərdən əvvəl qəribə hisslərə qapılıram. Qısa bir səfərdə belə ürəyim döyünür, üzüm qızarır, daha da kövrəkləşirəm. Apreldə məni Niderlanda dəvət etdilər. Frankfurtda yaşayan alman naşir dostum Hans Yurgen Maurerlə qısa söhbət zamanı onun da Niderlanda getdiyini öyrəndim. Qəbul etdi. Beş yüz mil yolu təkbaşına q... | ANL |
Qazi yazar yeni kitablarını təqdim etdi. Bu gün "Libraff" kitab mağazasında qazi yazar Zaur Bayramoğlunun "Alabaş" və "Qara mamba" kitablarının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan müəllif, qonaqları salamlayıb və hər iki kitaba daxil olan hekayələr haqda məlumat verib. Yazarın silahdaşı kapitan N... | ANL |
Mədəniyyət Nazirliyi Böyük Zəfərə dair ədəbi müsabiqə keçirir. Mədəniyyət Nazirliyi Vətən müharibəsindəki tarixi Zəfərə ithaf olunan ədəbi müsabiqə elan edib. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin təşkilində əsas məqsəd Azərbaycanın hərb salnaməsinə və dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış “Də... | ANL |
əminliyi ilə yaşayanlara. Hər şeyə darılıb üzmə özünü, Dildaş olmadığın dillərdən uzaq. Gündə bir yol tutub ayaq döyəndə. Çətindir, bilirəm, ürək qızdırmaq, Sənə ürəyindən "pay" verənlərə. İnanıb aldanma inandığına, Aldana-aldana yaşamaq çətin. Aldana-aldana yaşasan əgər, İtər ləyaqətin, düşər hörmətin. Zülməti işığa ... | ANL |
Gəlmişəm o bayrağın. üç rəngindən öpməyə. Mən bunu eşitdim pıçıltılarda... Əl-ələ gəzirdik Cıdır düzünü. Sənli yuxuların əlvanlığıyla... Hər daşda tapırdıq həsrət izini, Yuyurduq vüsalın göz yaşlarıyla... Bir gün də yuxuma bəzənib gəldin. Vətənini görməkçün. Neçə arzu böyütdüm... Çin oldu arzularım... Gəlib durdum qarş... | ANL |
Hərbi xidmətdən yayınıb Azərbaycana qisas dalınca gələn qazax oğlu anıldı. Yenə Şəhidlər xiyabanına gedirdik. Budəfəki ziyarətçilərimiz Xəzərin o tayından gəlmişdilər. Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdırəli və Akademiyanın vitse-prezidenti Füzuli Məcidli idi. Başımda Aşıq Qərib dolanırdı. Şəhidlə... | ANL |
Azərbaycanın dünyaya bəxş etdiyi işıqlı şəxsiyyətlərdən biri də fədakar elm və din yolçusu Şeyx Məhəmməd Rasizadədir. Şeirə, muğamata dərindən bələd olan Hacı Molla Abdulla, çox məlahətli səsə malik olub. Şamaxı, Təbriz məclislərinə də dəvət alan, Seyid Əzim Şirvanı ilə yaxından tanış olan Hacı Molla Abdulla onu... | ANL |
Kino dil açıb danışmağa başlayandan sonra da bir çox rejissorlar danışmayan filmlər çəkməkdə davam edir, lal kinonun estetikasına üstünlük verirdilər. Lakin burada bir məqama diqqət yetirmək lazımdır. Məsələ burasındadır ki, səs-danışıq sistemi olmayan film və lal film anlayışları başqa-başqa şeylərdir. Lal film -... | ANL |
Naxçıvanda I Tibbi Forum keçirilib. Naxçıvan Dövlət Universitetinin inkişaf proseslərində yeni keyfiyyət mərhələsi başlanıb. Ardıcıl tədbirlər müstəvisində universitetimizin reallaşdırmış olduğu Forum tədris prosesləri ilə yanaşı, elmi araşdırmaların da diqqət mərkəzində olmasının əyani sübutudur. Dünyanın 7 ölkə... | ANL |
İanələrin qəbulunda şəffaflığı artıran sistem. Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək. Bu, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliklə dini qurumlar könüllü ... | ANL |
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) özünün çoxillik milli maarifçilik ənənəsinə sadiq qalaraq "Göyçay tarixi" adlı yeni kitabını oxuculara təqdim edib. Kitabın ideya müəllifi və naşiri AVCİYA-nın prezidenti Elxan Süleymanov, müəllifi AVCİYA-nın vitse-prezidenti, tarix üzrə ... | ANL |
"PİLLƏ" Tələbə Tamaşaları Festivalı keçirilir. Açılışda Mədəniyyət Nazirliyinin əməkdaşları, universitet rəhbərliyi, tanınmış incəsənət xadimləri, professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözüylə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bu festivalı unive... | ANL |
“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və... | ANL |
Qəzəllər. Mənim bu zar olan könlüm sevib, bir yarə aşiqdir, Necə pərvaneyi-bidil yanar odlarə aşiqdir. O zülfündən pərişanəm, ona peyvəstə heyranəm, Demin təşbihi-Sənanəm, o da zünnarə aşiqdir. Könül varlıq zamanından keçibdir malü canından, Sənin ol xoş dəhanından çıxan göftarə aşiqdir. Demin Məcnun olub rüsva, t... | ANL |
Dul qadının tənhalığı. Dövlətlərin "böyüklüyü" də göz önündə aşağı düşməyə başlayır. Əgər əvvəllər onlar işğalçıya havadarlıq edirdilərsə, yeni, ədalətli müharibədə onun ağır məğlubiyyətə düçar olması, hamilərini əvvəlki səhv mövqelərindən çəkinməyə məcbur edir. Vaxtilə təcavüzə məruz qalmış dövlətin öz ərazi b... | ANL |
Halikarnas balıqçısının davam edən sürgünü. QAPISI QIFILLI MUZEY, KABABXANAYA ÇEVRİLƏN YAZIÇI EVİ. "Yoxuşun başına çatanda Bodrumu görəcəksən! Sanma ki, gəldiyin kimi dönəcəksən. Səndən öncəkilər də belə idilər, ancaq ağıllarını burada qoyub getdilər" deyib, Cavad Şakir Kabaağaclı və ya namidar Halikarnas balıqçısı.... | ANL |
Məlum oldu ki, Bayılın it bazarından aldığı, aylarla vitaminli it yeməkləri ilə bəslədiyi küçük heç kimə hürmür. Ötən üç ayda o qədər sürətlə böyümüşdü ki, bağ evinə gətirəndən sonra düzəltdiyi it damına sığmırdı. Düzünə qalsa, it azarkeşi deyildi, amma həyatın axarı ilə bağ evində məskunlaşandan və bir yox, bir ... | ANL |
Ədəbiyyatımızda yeni qələm, yeni obraz, yeni ruh. Dəyərli həmkarım, dostum, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovu həm insan kimi, həm jurnalist kimi cəmiyyətimizə tanıtmağa ehtiyac yoxdur. Hamı onu ağırbaşlı, istiqanlı, səmimi, mətbuatda böyük nüfuza sahib ziyalı, həmişə haqqın yanında olmağa çalışan ins... | ANL |
Bu gün keçmişimə - uşaqlığıma, arzularıma qovuşacağım gündür. Mən bunları heç eşitmədim də. Və bir də qəlbimi bürüyən sevgi tərəddüdlərimə üstün gəldi. Yerdəyəmmi, göydəyəmmi, bilmirəm. Əslində gedəndə nə ilə qarşılaşacağımı bilirdim. Amma görüşümüzün belə olacağını, bu qədər sarsılacağımı heç təsəvvür etməmiş... | ANL |
Geridə qoyduğumuz iki il özünün çox qəribə və çərçivələrə sığmayan hadisələriylə əlamətdar oldu. Dünya bu iki ilin içərisində böyük bir pandemiyanı çox çətinliklə sığışdırdığı halda, biz xalq olaraq, pandemiyayla yanaşı, müharibə dövrünü də yaşadıq. Hazırda pandemiyanın yumşaldığı zamanda və postmüharibə dövründə bu ik... | ANL |
Musiqi sənətimizin fəxri. BəstəkarElnarə Dadaşovanın yubileyi ilə bağlı düşüncələr. “Bəstələdiyim musiqini insanlara bəxş etməkdən zövq alıram”. Bu sözlər müasir Azərbaycan sənətinin ən maraqlı simalarından biri Elnarə Dadaşova ilə müsahibədəndir. Elnarə xanımın ovqatını bariz ifadə edən həmin sözlər onun həyat d... | ANL |
Hadisə vaqe olur Mingəçevir Dövlət Dram Teatrında. Teatrın baş rejissoru Vüsal Mehrəliyev Uilyam Şekspirin "Otella" pyesi əsasında hazırladığı "Yad" tamaşasında qadın (Byanka) obrazını aktyor Ceyhun Əhmədova həvalə edir. Təbii ki, ilin-günün bu vaxtında qadın rolunu kişinin oynaması birmənalı qarşılanmır. Uzun müzak... | ANL |
Folklorşünaslıq ağırlıqlı görkəmli ədəbiyyatşünas. Azərbaycan elmi ictimaiyyəti Milli Elmlər Akademiyasının müxbir üzvü Kamran Əliyevi görkəmli ədəbiyyatşünas alim və tanınmış yaradıcı ziyalılardan biri kimi dəyərləndirir. Ədəbiyyatşünaslıq elmi də, bədii yaradıcılıq da Kamran Əliyevin təkcə maraq dairəsi və ya f... | ANL |
İsaxan İsaxanlının hekayələr kitabı işıq üzü görüb. Bu yaxınlarda filologiya elmləri doktoru İsaxan İsaxanlının "Bir sevgi dastanı" (Bakı, Xəzər Universiteti nəşriyyatı, 2022) adlı hekayələr kitabı nəşr olunub. Kitabda, əsasən, müəllifin müxtəlif illərdə qələmə aldığı sevgi hekayələri cəmləşib. Kitabın ön sözünün mü... | ANL |
"Şuşa söhbətləri"nin ikinci görüşü baş tutub. Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin "Şuşa İli" çərçivəsində həyata keçirdiyi "Şuşa söhbətləri" (Shusha talks) layihəsinin ikinci görüşü baş tutub. APA xəbər verir ki, görüşdə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, bloger və infl... | ANL |
Ürəyi Vətən torpağında döyünən qəhrəman. Atası Azər Bayramovun dediklərindən: "Cavid könüllü yazılmışdı. Nəsə ağırlıq doldu ürəyimə. İllərdi gözləyirik. Vətəndir, torpaqdır bu, qala bilmərəm, birincilərdən olmalıyam" dedi. Oğluma baxıb fərəhləndim. O vaxt yaralanmışdım, şəhid olduğumu düşünmüşdülər, ailəmizə də xəbər... | ANL |
Ceyhun Şalıyev Qarabağ torpaqlarımız uğrunda - II Qarabağ müharibəsində Şəhid olan 3000 igid oğlumuzdan - qardaşımızdan biridir. Torpaqlarımızın işğal altında qalmasına dözməyən minlərlə igidimizdən, səfərbərlik elan edilən günü cəbhəyə yollanan gənclərimizdən biri idi. Müharibəyə gedən ölümü gözünə alıb gedir: "ya Qa... | ANL |
Uşaqlar üçün zövqlü şeir sovqatı. Uşaqlar surəti olan, lakin hələ yazılmamış əsərdir. Əvvəl özləri yaranır, sonra öz dünyalarını yaradır. Həyatın ən unudulmaz və əvəzolunmaz dövrü olan uşaqlıq dünyanın sevinc mənbəyidir. Bu sevinci artıran zəruriyyətlərdən biri də uşaqlar üçün yazılmış əsərlərdir. Onların zövqləri... | ANL |
Samuray mənəvi ruhu yaşayır. Yaponlar təkcə işgüzarlığı ilə deyil, həm də istehsalat intizamı ilə seçilir. Onlar işə girdikləri şirkəti özlərinin ikinci ailəsi hesab edir və nadir hallarda onu tərk edirlər. Onlarda Vətənə sevgi ilə yanaşı, həm də "firma vətənpərvərliyi" də mövcuddur və bu, şirkətlərin istehsalda... | ANL |
Ruhun ilahi və insani saflığı. UNUDULMAZ MÜƏLLİMİMİZ KAMAL QƏHRƏMANOV HAQQINDA XATİRƏLƏRİM. ...Filologiya fakültəsinə qəbul olunmuşdum, bir neçə gündən sonra dərslər başlanacaqdı, yataqxana problemi düzəlmişdi. Əslində I kursları bu məişət hüququndan məhrum eləmək istəmişdilər. Pedaqoji İnstitutunun rektoru, mərhum ... | ANL |
Türklər Ərəb Xilafətinin dövlət və ordu idarəçiliyində. Yeni bir din və ya mədəniyyətin qəbulu nəticəsində cəmiyyət içərisində inanc, düşüncə və yaşam tərzində meydana gələn dəyişiklik və inkişaf bir etnosun tarixində ən mühüm hadisə kimi xarakterizə olunur. Həqiqətdə din dəyişmə və yaxud yeni dinin qəbulu bir f... | ANL |
Naxçıvan - doğmalığın və gözəlliyin fövqündə. Amma özümdən asılı olmayan səbəblər üzündən qarşılıq verə bilmirdim. Bu məkanın adı hələ yunan alimi Ptolomeyin əsərlərində keçirdi. Qədim əfsanəyə görə, Naxçıvan Nuh əyyamında böyük kufənkufdan sonra yaranıb və qədim insan məskənlərindən biri sayılır. Hamının bildiy... | ANL |
Müjdə. "Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Elariz Nəhmədlidir. Onunla Leonardo Da Vinçinin "Müjdə" əsərihaqqında danışmışıq. - Elariz bəy, əsərin yaranma tarixçəsi haqqında nə bilirik? - "Müjdə" əsəri rəngkarlıq tarixində xüsusi yer tutan tablolardandır. Əsər dünya incəsənətində "Cakonda" əsə... | ANL |
Birinci yazıda Hollandiyada Qurban Səidin tədqiqatçısı Hans Yurgen Mauerdən bəhs etmişdim. Ertəsi gün günortadan sonra Hollandiyanın paytaxtı olan Den Haaqdan həyəcanla Utrextə yola düşdüm. Den Haaq ilə Utrext arasındakı məsafə təxminən əlli kilometrdir. Magistral yollarla birləşən iki şəhər tarlalar, su kanalları və... | ANL |
AFAQ ŞIXLININ DOĞUM GÜNÜNƏ. Həkimlik sənətdir, şairlik vergi. Və təsadüfi deyil ki, həkimlər bədəni, yazarlar-şairlər isə ruhu, qəlbi müayinə edir deyirlər. Tarixdə həkimlikdən ədəbi mühitə yönəlib şöhrət qazanan tanınmış qələm adamlarına tez-tez rast gəlmişik. Dünya ədəbiyyatından Fransua Rable, Anton Çexov, Stanis... | ANL |
Olğun duyğuları gizlətmə təki. Dinləmə həyatı boş sananları, Yaxşı-pis, unutma yaşananları! Afaq Şıxlı. | ANL |
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sənət ocağı 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Zəfər yolu" tamaşası ilə mövsümü yekunlaşdırıb. Səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə ərməğan olan yeni... | ANL |
"Şuşa İli"nə həsr olunmuş "Mədəniyyət: problemlər və perspektivlər" adlı Beynəlxalq elmi Konfrans keçirilib. İyunun 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında elan olunmuş 2022-ci il "Şuşa İli"nə həsr olunan "Mədəni... | ANL |
Mədəniyyət Nazirliyi tərəfindən "Şuşa İli" münasibətilə həyata keçirilən "Şuşa mədəniyyətinin inciləri" layihəsi yeni təqdimatlarla davam edir. Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihənin "Şuşanın memarlıq salnaməsi" bölməsi üzrə növbəti təqdimat Şuşa qalasına həsr olunub. Pənahəli xanın müdafiə m... | ANL |
Berlində Şuşa İli çərçivəsində muğam konserti və sərgi təşkil edilib. 27 iyun 2022-ci ildə Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Şuşa ili çərçivəsində muğam konserti və sərgi keçirilib, habelə ziyafət təşkil olunub. Tədbir Berlində yeni istifadəyə verilmiş Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin ... | ANL |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə "ADMİU 99+" layihəsi çərçivəsində keçirilən "PİLLƏ" Tələbə Tamaşaları Festivalı başa çatıb. İyunun 25-də baş tutan bağlanış mərasimində universitet rəhbərliyi, tanınmış incəsənət xadimləri, professor-müəllim heyəti, tələ... | ANL |
Uşaq kitabxanası Nağıl Festivalında iştirak edib. 17-26 iyun tarixlərində Bursa Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı, UNESCO-nun Türkiyə üzrə Milli Kömitəsi, Türksoyun dəstəyi ilə Türkiyənin Bursa şəhərində təşkil olunan “Əvvəl Zamanı” Nağıl Festivalında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Əm... | ANL |
Milli Kitabxana “Həsən bəy Zərdabi” adlı virtual sərgini istifadəçilərin ixtiyarına verib. Milli mətbuatın banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin 180 illiyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Həsən bəy Zərdabi” adlı virtual sərgi hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildir... | ANL |
Qələmsiz yazılanlar. status-esselər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələr Günündə Kəlbəcər və Laçına səfərini, Kəlbəcər rayonunda komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirakını izləmək böyük qürur hissi oyatdı. İki il ... | ANL |
Təhsildə inkişaf və innovasiyalar. Məlum olduğu kimi, artıq bir neçə ildir ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri keçirilir. Təhsil sahəsində baş verən mütərəqqi dəyişikliklərin davamı olaraq bu müsabiqələrin başlıca məqsədi təhsil müəssisələrində, tə... | ANL |
Cüneyt Arkın, uşaqlığım və Azərbaycan. İlk dəfə kinoya on-on bir yaşımda İğdırda getmişdim. İbtidai sinif müəllimimiz bizi mükafatlandırmaq üçün İkinci Dünya müharibəsindən bəhs edən bir filmə aparmışdı. Toplar partlayanda, pulemyotlardan atəş açılanda qorxudan yan üstə uzanırdıq. İki nəfərlik motosikletlərlə bizə tə... | ANL |
Mənsur ənəlhəq söylədi. Çoxsaylı mürid və ardıcılları olmasına baxmayaraq, onun bəzi ideyaları nəinki ortodoks İslam üləmasını, hətta mötədil sufiləri belə narazı salmışdır. Həllac Mənsur sərməst sufizmin (sukr) ideoloqu idi. Təsəvvüfdə ruhi sərməstlik tərəfdarları (Həllac və Bəyazid Bistami) əsas diqqəti fəna ha... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.