text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
"Azərbaycançılıq hər birimiz üçün düşüncə və həyat tərzidir". "Bu ideologiya hər bir vətəndaşın öz dövləti ilə daha sıx bağlılığına zəmin yaradır". Milli ideologiyamız olan azərbaycançılıq ideologiyası ölkədə, kimliyindən asılı olmayaraq, bütün vətəndaşları bir araya gətirir və birləşdirir. Sağlam təməllərə söykə...
ANL
Xarıbülbül ovqatlı Bakı küçəsi. Bakı dünyanın ən fotogenik şəhərlərindən biridir. Elə suvenir-fotolarına baxan əcnəbi görmədən öncə də paytaxtımıza aşiq olur. Şəhərimizi gözəlləşdirən, atmosferini, ruhunu, koloritini təsdiq və təqdim edən onun küçələridir. Azərbaycan müstəqillik qazanandan sonra toponomiya komissiyası...
ANL
Yazıçı-şair Xanım Aydının "İkimiz" şeirlər və "Çamadan" hekayələr kitabının təqdimat və imza günü keçirildi. Kitab mərkəzlərindən birində baş tutan təqdimatda bir çox sənət adamları, yazıçılar, şairlər, jurnalistlər, o cümlədən, oxucular Xanım Aydına kitab imzalatdı, haqqında xoş sözlər söylədilər. Olduqca maraqlı ...
ANL
"Lütfi Zadə" biblioqrafiyası nəşr edilib. 2021-ci ilin fevral ayında dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam oldu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Böyük alimin 100 illik yubiley...
ANL
Türk Akademiyaları Birliyində Azərbaycanın sədrliyi dövrünün hesabatı müzakirə olunub. Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türk Akademiyaları Birliyinin iclası keçirilmişdir. İclasda Türk Akademiyaları Birliyinə Azərbaycan Milli Elmlər Akademiyasının sədrliyi dövrünün hesabatı dinlənilərək müzakirə edilib, əsasna...
ANL
İstanbulda Şuşa mövzulu konsert. AZƏRTAC xəbər verir ki, konsert “TRT” İstanbul Radiosu, Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (Hazarfem dərnəyi) təşkilatçılığı, İstanbulun Bakırköy Bələdiyyəsinin dəstəyi ilə baş tutub. Konsert proqramından əvvəl Azərbaycan və Türkiyə şəhidlərinin əziz xatirələri bir dəqiqəl...
ANL
Ömür bənzəyənlərlə bənzədilənlər arasında körpü qurmaqla keçir. Fikrimizin qayəsi iki nəsnənin müxtəlif müstəvilərdə müqayisəsi ilə aydınlanır. İnsan yaşadıqca bütün var olanları sözə çevirərək qocaman dünyanı bir əlcə ürəyinə sığdırır. Sözün qüdrəti bütün möhtəşəmlərdən daha möhtəşəmdir. Əslində, bütün texniki tərəqqi...
ANL
Könül Bünyadzadə “Könül dünyası”nı imzaladı. 4 iyun 2022-ci ildə LIBRAFF kitab evinin Park Akademiya filialında AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin MİMTA Yayımlarında nəşr olunan “Könül dünyası” kitabının imza günü keçirilib. Tədbirdə ziyalılar və kitab oxucuları iştirak edib. Fonddan Turaz.org- a verilən məluma...
ANL
Kamal Abdullaya TÜRKSOY-un “Şərəf” medalı verildi. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən türk dünyasının görkəmli elm adamlarını “Şərəf” medalı ilə təltif olunub. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla da mükafatlandırılanlar arasındadır. Mükafatlandırma mərasim...
ANL
Göyüzünü kipriklərinlə. Ürəyinə axıdarsan yağışları. Olur bəzən. sevə bilər insan. Məsələn, Göz yaşlarının arxasındakı. Susduqca qulağını batırırıq. Bütün əzbərləri. pozduğum gecələrdə. Bir dəniz üşüyər. Ləpələri döydükcə ürəyimi. Çoxalar məsafələr... Əgər yorulmasan, Bu dənizin dərininə dalmağı. Nağılda qalacağımıza?!...
ANL
Bu nəhəng təkliyim səni. Deyəsən, yaman hürküdür. Əsl qadın faciəsi. Tozlu pəncərə şüşəsi. Dəhlizin ortasındadır. Dağılmış bir zibil qabı. Cırılmış iki-üç şəkil. Çərçivənin sınıqları. Parçalanmış qırmızı don. Dualar çarmığa çəkir. Yalnızlığın taleyimdə. Yaratdığı iltihabı... Xatirələr guruldayır. Xatirələr oyanacaq. V...
ANL
Bir ailənin faciəsi. Qonşuluqlarında Aşot adlı bir erməninin də ailəsi yaşayırdı. Onların evləri yanaşı idi. Aşotun qızı Nora zahiri gözəlliyinə görə başqa qızlardan seçilirdi. Onlar azərbaycanlılar olan məhəllədə yaşadıqları üçün onların adət-ənənələrini yaxşı bilirdilər. Əsgərin Nora ilə söhbəti tuturdu və onlar ...
ANL
Samuray mənəvi ruhu yaşayır. İmperatora nəzarət edən liderlərin ölkədə başladıqları əlamətdar dəyişikliklər o vaxtdan etibarən Meydzi Bərpası kimi tanındı. Syoqunun Qərb millətlərinə güzəştə getməsi samurayları razı sala bilməzdi. Antixarici hisslərin hakim kəsildiyi samurayların bu narazılığının finalı 1867-ci i...
ANL
Rəbbim onu xoşbəxt yaradıb. Elə xalqlar var ki, başqa xalqın nümayəndəsi bu və ya digər səbəblərdən onların əhatəsinə düşürsə, onu (gəlməni) müəyyən təsir və üsullarla öz dillərinə, dinlərinə, milli adət-ənənələrinə uyğunlaşdırır, bir növ assimilyasiyaya məruz qoymağı milli maraqlardan irəli gələn tələb hesab edirlə...
ANL
Odur ki, doğma Qarabağımızın tarixindəki bir neçə önəmli məqamı aydın bədii nəsr güzgüsündə əks etdirən bu maraqlı hekayəni oxucularımızın diqqətinə çatdırmağı lazım bildik. Dan yeri söküləndə Şuşa qalasından üzü aşağı bir karvan enirdi. Dəvələrin ləngərli yerişi, zınqırovların qəribə cingiltili ahəngi, daşlar...
ANL
Amma türk olaraq bizi birləşdirən yalnız dilimiz, dinimiz, vərdişlərimiz, adət-ənənələrimiz, inanclarımız deyil. Eyni zamanda yaşadığımız faciələr, məruz qoyulduğumuz soyqırımları, repressiyalar, keçdiyimiz əzablı, mübarizə dolu yollar, yaşadığımız oxşar talelərdir. Bizə qarşı tarixin hər dönəmində aparılan məqs...
ANL
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ərazi-sərhəd məsələləri. Bu gün Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası, iki ölkə arasında ərazi-sərhəd mübahisələrinin həlli diqqət mərkəzindədir. Gələcək münasibətlərin qurulmasında mühüm rol oynayacağını nəzərə alaraq, Azərbaycan Xalq Cümhur...
ANL
Hüseyn Cavid irsinə və şəxsiyyətinə daha diqqətli yanaşaq! Bu yazını dahi şair-dramaturq, filosof Hüseyn Cavidin qızı mərhum Turan Cavidin 1998-ci il martın 12-də "Azərbaycan" qəzetinin redaksiyasına göndərdiyi müraciətdən parçalar ilə başlamaq istəyirəm: "Hörmətli ədəbi ictimaiyyət! Hörmətli Cavidsevərlər! Son illə...
ANL
Tamaşa və tamaşaçı. Dramaturq ustalığı. Tamaşa tamaşaçı üçün hazırlanır. Rəssamın əsəri öz sahibini tapandan sonra əsrlərlə yaşaya bilər, az tirajla çap edilmiş şeir də müəllifinə ölməzlik, əbədi həyat qazandıra bilər, amma tamaşaçısız səhnə əsəri, tamaşa, hesab elə, yoxdur, mövcud deyil. Əlbəttə, texniki imkanlar...
ANL
Zəfərin mübarək, Şuşa! Daxili İşlər nazirinin müvafiq əmri ilə 50 nəfərdən ibarət şəxsi heyətin komandiri kimi Laçına - Turşsuya ezam olunmuşduq. İzninlə qollarımı boynuna salıb, səninlə qolboyun oluram. Mən, bu dumansız və sakit səmada ulduzların ən uca üfüqdə bərkidildiyi tavanı da aydın görürəm. Gördüklərim İlahi hi...
ANL
İŞLƏRİ DAHA SONRAYA SAXLAMAĞIMIZIN PSİXOLOJİ SƏBƏBLƏRİ. Prokrastinasiya - edilməsi vacib, bəzən sıxıcı, bəzən icra etmək istəmədiyimiz işlərin sonraya saxlanması anlamına gəlir. İnsanlar tez-tez prokrastinasiyanı tənbəlliklə qarışdırsa da, məsələ göründüyündən daha qarışıqdır. Prokrastinator işləri sonraya saxlayı...
ANL
"İnsanların gözlərində torpaqları azad etməyin qürurunu görmək məni çox sevindirdi". Müsahibimiz Türkiyənin tanınmış televiziya rejissoru, professor Əbdülhəmid Avşardır. - Əbdülhəmid bəy, Azərbaycana xoş gəlmisiniz. Axırıncı dəfə Bakıda nə vaxt olmuşdunuz? Mən şəhəri tanıya bilmədim, bilmədim ki, hara-haradır. Bakı...
ANL
Vətənin, dövlətin təhlükəsizliyi naminə... İSTEFADA OLAN POLKOVNİK ELŞAD ŞABANOV MƏNALI ÖMRÜNÜN 70-Cİ İLİNƏ QÜRURLA YEKUN VURUR. Bir neçə il əvvəlin əhvalatıdır, ordu sıralarından yenicə tərxis olunmuşdum, qeydiyyatda olduğum Nərimanov rayonunun veteranlar təşkilatına üzv yazılmaq üçün üz tutdum həmin ünvana. Gəlişi...
ANL
Başlıqdakı suala cavab düşünərkən ağlıma ilk gələn insanlardan biri dəyərli alim və görkəmli şəxsiyyət Babək Qurbanov olur və dərhal bu qənaətə gəlirəm: Heç zaman unudulmaz! Çünki belə unudulmazlardan olan Babək Qurbanov xalqımızın əsl övladı idi. Namuslu, doğru-dürüst, insanlığın parlaq nümayəndəsi Osmanoğlu Sarıvəlli...
ANL
Min illərdən bu yana dağı sevənlər dağdanmı öyrənib qürurlu duruşu? Dağdanmı öyrənib baxışların sirrini? Sevgilərlə gələnlərə qucaq açıb, bəd niyyətlə gələnlərə daş yumruq qıcayıb. Onu bilirəm ki, dağların vüqarını da sevmişəm, dağ vüqarlıları da, dağ havasını da sevmişəm, dağların saflığını da, düşüncələri da...
ANL
Milli mənlik və istiqlal duyğularının alovlu tərcümanı. Azərbaycan və Türk dünyası ədəbiyyatının görkəmli simalarından olan Əhməd Cavadın (1892-1937) yaradıcılığı milli dövlətçiliyin, o cümlədən, Xalq Cümhuriyyətinin tərənnümü baxımından çox zəngin və dəyərlidir. Dövlət müstəqilliyinin əldə olunmasından yaranan mil...
ANL
Bəzən tez-tez qarşılaşdığın, sənin sadə bildiyin bir insana Allah elə inayət, elə bir nemət bəxş edir ki, o adam böyük bir nəslin-şəcərəsinin tanınmasına, tanıtmaqla da davam etməsinə vəsilə olur və el-obanın sevimli birinə çevrilir. Söhbət bir çox mütəfəkkirlər, ustadlar yetişdirən narlı-çinarlı Göyçayda övliya Şıx...
ANL
Azərbaycan etnomusiqişünaslığına dair unikal nəşr. Düz 100 il bundan öncə - 1921-ci ildə dahi bəstəkar, alim və ictimai xadim Üzeyir Hacıbəyli tərəfindən Bakı Musiqi Akademiyasının (Azərbaycan Dövlət Konservatoriyası) yaranması ilə bərabər Azərbaycan etnomusiqişünaslığının əsası qoyulub. Belə bir xüsusi tarixi hadisə...
ANL
Azərbaycançılıq: birgəyaşayışın müasir və mükəmməl modeli. "ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV AZƏRBAYCANÇILIĞIN BÜTÜN DÜNYA AZƏRBAYCANLILARINI BİRLƏŞDİRƏN İDEOLOGİYA HALINA GƏLMƏSİNİ TƏMİN ETDİ". Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət u...
ANL
Beyləqanda poeziya təntənəsi. Mücirəddin Beyləqaniyə həsr olunmuş XII şairlər günü qeyd olunub. Hər il ənənəvi olaraq iyun ayının 5-i Bakıda keçirilən Şairlər Gününün XII əsrin görkəmli şairi Mücirəddin Beyləqaniyə həsr olunan hissəsi iyun ayının 7-si Beyləqan şəhərində qeyd edilib. Azərbaycan Yazıçılar Birliyini...
ANL
Milli İncəsənət Muzeyindən balaca sənətsevərlərə dəvət. Azərbaycan Milli İncəsənət Muzeyinin təsviri sənətimizin ölməz korifeylərinin yaradıcılığını yenidən yaşatmaq və yeni nəslə tanıtmaq məqsədilə gerçəkləşdirdiyi "Bədii lövhələr" layihəsinin növbəti qəhrəmanı Azərbaycan rəssamlıq məktəbinin görkəmli sənətkarlarınd...
ANL
Akademik Zemfira Səfərovanın 85 illiyi elmi sessiya ilə qeyd olunub. İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasında görkəmli musiqişünas alim, Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi, Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərovanın 85 illiyinə həsr olunan ...
ANL
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Avstriyada yeni layihəsini həyata keçirir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycanın Avstriyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə Vyanada “Türk dünyasını birləşdirən ədəbi körpü” adlı silsilə tədbirlərə start verilib. İlk tədbir iyunun 7-də Vyanadakı Az...
ANL
Həyat özü boyda qəm dənizidi. Laçın rayonu işğal ediləndən sonra, 1992-ci ildə ailəsi ilə birlikdə Biləsuvar rayonunda məskunlaşıb. Ədəbi yaradıcılığa erkən yaşlarından başlayan Seyid Malik iyirmi ildən artıqdır dövri-mətbuatda çıxış edir. Azərbaycan milli mətbuatının yaranmasının 136-cı ildönümü və "Məhsul" rayon q...
ANL
Ötən bazar gedişlər uzağa qol açmışdı, Döngələr kəsişmişdi, yer üzü susamışdı. İçimdə bir darıxmaq, qızımla əylənirdim, Xoşbəxtlər ölkəsinə bizdən gileylənirdim. İndiki bu yorğunluq, keçmişin gümrahlığı, Əl-ələ bir xatirə, yanaq qızarmışlığı. Bir ürək təşvişinə tanış köhnə küçələr, Saatlar ilə dönür, bitmirdi dəqiqələr...
ANL
Mən Xalq yazıçısı İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesinin müxtəlif vaxtlarda ayrı-ayrı rejissorlar tərəfindən qoyulmuş üç tamaşasını - birinin tam (televiziya tamaşası), ikisinin isə lentə alınmış müəyyən fraqmentlərini görmüşəm. Tofiq Kazımov və televiziya variantının rejissorunun qoyduqları tamaşala...
ANL
Turan birliyi: İdealdan həqiqətə. Son iki yüzildə - XIX və XX əsrlərdə ideal olaraq arzularda, yaddaşlarda yaşayan Türk birliyi - Turan tarixin iradəsi, taleyin hökmü ilə bahar gülləri kimi yavaş-yavaş çiçəklənməkdədir. Türkün ulu yurduna, Salam verək Qurduna. Mən də həmin tarixi hadisəyə rəsmi dəvət almışdım, xəs...
ANL
"Səfərova Zemfira Yusif qızı - Azərbaycanda musiqi mənbəşünaslığının əsasını qoyan araşdırıcı, Ü.Hacıbəylinin musiqi əsərlərini nəşrə hazırlayan, redaktə edən, onlara ön söz yazan, böyük bəstəkarın yaradıcılığının ardıcıl tədqiqatçısı, üzeyirşünas, akademik, Əməkdar incəsənət və Əməkdar elm xadimi, musiqimizin v...
ANL
"Dünya və teatr Qodonu gözlərkən"... Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) "Dünya və teatr Qodonu gözlərkən" mövzusunda Beynəlxalq Teatr Konfransı keçirməyi planlaşdırır. Konfransın mövzusu S.Bekketin absurd şedevrinin adı ilə əbəsdən səsləşmir: çünki dünyamızın gerçəklərinə, teatr sənətinin...
ANL
Müslüm Maqomayevin 80 illiyi konsertlə qeyd edilib. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə dünyaşöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin anadan olmasının 80 illiyi münasibətilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Ey əziz anam, Azərbaycan" adlı konsert keçirilib. Konsertdə müğənninin ad...
ANL
“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və...
ANL
Qəzəllər. Qəmi-deydən oldu fariq, yenə çıxdı yaza zülfün, Salacaqdı mən həzini qəmü dərdi-naza zülfün. Alıb əldən ixtiyarım, dəxi qalmayıb qərarım, Nə səbəb görəndə könlüm salır ehtizaza zülfün? Nə səbəb qara bulud tək geyinib qara libasa, Nədən eyləməz tərəhhüm məni-dilnəvaza zülfün? Niyə bir tərəhhüm etməz Sadığa ...
ANL
“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan. Dövrün "Təzkireyi-Nəvvab", "Riyazül-aşiqin" kimi mötəbər mənbələrində adı ehtiramla çəkilən, "Türkcə şeirguluqda səramədi-şüəra"(Müctəhidzadə) kimi qeyd olunan Asəf Lənbəraninin kimliyi, anadan olma və ölüm tarixi haqqında heç bir məlumat verilmir. Hətta Fir...
ANL
Qəzəllər. Bilməm ki, cisimmi görünür pirəhən içrə, Ya ruhi-rəvandımı dolanur bədən içrə. Müjganların içrə sənin ol çeşmi-xumarın, Bir nərgisi-tərdir ki, bitibdür tikən içrə. Bir şeri-nəməkriz ilə ağzından öpərdim, Pinhan ola bilseydim əgərçi süxən içrə. Asəf güli-ruxsarıni görmişmi nigarın, Qönçə dəhəni açıla qal...
ANL
Dul qadının tənhalığı. Həsən kredit kartından pulu ödəyəndən və ofisianta cibxərcliyi verəndən sonra üzünü Ruhiyyəyə tutub dedi: - Çox sağ olun ki, xahişimi yerə salmadınız, təklifimi qəbul etdiniz. Özünüz hiss etməsəniz də, elə bil ki, mənə dünyaları bağışladınız, elə hiss etdim ki, işlədiyim bankdakı bütün pul...
ANL
"Azərbaycanda və İraqda Bayatlar" kitabına giriş. Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev "Azərbaycanda və İraqda Bayatlar" adlı əsər yazıb. Oxucu və tədqiqatçıların marağına səbəb olacağını nəzərə alaraq əsərin "Giriş" bölümünü təqdim edirik. Azərbaycan xalqının dünya, zaman, insan, dövlət, ordu, qəhrəma...
ANL
Hacı Əkbər Rüstəmovun "Vətən kitabı"... Birinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərən, döyüş komandirlərindən biri, şəhid atası Hacı Əkbər Rüstəmovun "Vətən kitabı" adlı kitabı işıq üzü görüb. Kitabda müəllifin Birinci Qarabağ müharibəsi və doğulub boya-başa çatdığı Ağdam rayonunun işğalda olduğu dövrlərdə yaz...
ANL
Ədəbiyyata Vaqif Cəbrayılzadə ilə qoşa gəlmişdilər. Onların şeirləri verilmiş "Azərbaycan" jurnalını bəlkə də yataqxanadakı uşaqların hamısı məndən götürüb oxumuşdu. şeirləri hərgünki söhbətimizdə yada düşürdü. Elə bilirdim ki, Bəhmənli Vaqifin 1978-ci ildə oxuduğum Füzuliyə, Sabirə, Bəhram Gura, Mehdi Hüseynzadəyə h...
ANL
Qələmsiz yazılanlar. status-esselər. İndi dünyada Azərbaycan kimi dinamik, hərəkətdə olan ölkə tapmaq çətindir. Dövlət strukturları saat mexanizmi kimi işləyir, rəsmi qurumların əməkdaşları, ictimai təşkilatların nümayəndələri arı kimi çalışırlar. Görülən işlər, keçirilən tədbirlər o qədər çox, miqyas o qədər genişdir...
ANL
Çağdaş Azərbaycan gəncliyi: vətənə, millətə nümunəvi xidmət yolunda. Bir xalqın, bir millətin uğurlu gələcəyi savadlı, bilikli, milli-mənəvi dəyərlərə sadiq, vətəninə, torpağına sadiq, bağlı olan, dövlətinin rifahi üçün çalışan gənclərdən asılıdır. Bir xalq öz gələcəyinin parlaq olmasını istəyirsə, sahib olduğu ...
ANL
Bir yarpaq da düşdü: İntiqam Mehdizadə. Yaddaşlarda daha çox publisist kimi qalan İntiqam Mehdizadə 1970-ci illərin ədəbi meydanında "Lotoreya" hekayəsi ilə göründü və bir neçə ay sonra bu hekayənin Almaniyada - özü də Qərbi Almaniyada nəşr olunması və bu xəbəri də SİTA-nın (TASS) yayması İntiqama qəfil bir şöhrət gə...
ANL
"Ulu Gəncənin sənət inciləri" Mingəçevirdə. Bugünlərdə Aran elinin sənət sevdalıları Gəncə incəsənət aləminin xüsusi bilgi və ustalıq tələb edən növlərinin üç tanınan isminin əsərlərini seyr etmək imkanı qazanıblar. Bərdə Regional Mədəniyyət İdarəsinin Mingəçevir Nümayəndəliyinin təşkilatçılığı ilə Mingəçevirdəki Hey...
ANL
BDU Jurnalistika fakültəsi Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professoru mərhum Nəsir Əhmədlinin xatirəsinə dərin ehtiramla. Elə ustadlarımız var ki, onlar müasir Azərbaycan jurnalistikasında özünəməxsus dəyərə sahibdirlər. Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Nurəddin Babayev, Qulu Xəlilov...
ANL
Ürəklərə köçən insan... Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi, heç vaxt ucuz şöhrət dalınca qaçmayan böyük alim və əsl ziyalı Nəsir Əhmədli haqqında xatirə yazmaq? Dünənə qədər söhbətindən doymadığımız bu şair qəlbli nəcib insanın beləcə aramızdan gedib xatirəyə çevrilməsinə inana bilmirəm. Dilimizi ...
ANL
Əziz müəllimim Nəsir Əhmədliyə. Qoynunda uyuyan ürəklər ki var. Dünyalara oyun qurdun, öyündün. Əziz müəllimim, bu gün gözəl bir insan kimi, minlərlə tələbənin rəğbətini, hörmətini qazanan fədakar Alim kimi dünyanızı dəyişdiniz. Öz ağrı-acınızı çiyinlərinizdə, qəlbinizdə daşıya-daşıya bu vəfasız dünyaya əlvida d...
ANL
Gözəl dünyamızın özəl qonağı. Və hər birimiz hay-küylə qonaq gəldiyimiz bu dünyadan bir gün səssiz-səmirsiz köçüb gedəcəyik. Burada əsas məsələ adını "yalan" qoyduğumuz bu dünyaya necə gəlmək deyil, bizə bəxş edilən ömrü nə cür başa vurmaqdır, qonaq gəldiyimiz dünyadan haqq dünyasına gedərkən çoxlu sevgi və r...
ANL
Şəxsiyyət kimi yetişmək və formalaşmaq heç də hamıya nəsib olan keyfiyyət deyil. Şəxsiyyətin bir sıra istiqamətləri var ki, hətta onları çalışmaqla da qazanmaq olmur: nəfsi təmiz olmaq, fövqəladə bilik və bacarığa sahib olmaq, müddəasız iddialılıqdan uzaq olmaq, qəlbində, ürəyində səmimiyyət daşımaq, paxıllıqdan ...
ANL
Səhər tezdən otağıma girən ürkək tələbə qız suallarını verdi, son hazırladığı materiallardan bəhs etdi, birdən hiss etdi ki, onun dediklərini dinləsəm də, fikrim çox-çox uzaqlardadır. Masamın üstündəki kompüterin ekranında baxışlarını harasa zilləyib gülümsəyən Nəsir müəllimin şəklinə işarə etdim, "Müəllimimi i...
ANL
Mənəviyyatın zirvəsində. Sizə necə müraciət edək ki, Sizin böyüklüyünüzü, vətəndaşlıq ləyaqətinizi, millətinə olan sonsuz sevginizi, yüksək ziyalılığınızı, mənəvi zənginliyinizi, sakit, təmkinli davranışınızı və əxlaqi keyfiyyətinizi, insani münasibətinizi, kollektivin hər bir üzvünə və tələbələrinizə olan mərh...
ANL
Xüsusilə, Azərbaycan jurnalist cameəsi. Təsəvvür edin, Nəsir müəllim 50 ildən artıqdır ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dərs deyir. Respublikamızın elə bir regionu, rayonu yoxdur ki, orada Nəsir müəllimin tələbəsi olmasın. Nəsir müəllimin itkisi Azərbaycan jurnalistlərinin bütöv bir nəslinin it...
ANL
Həqiqət acı olsa da, həqiqətdir. Bu gün acı həqiqətlərdən biri dünyanın özünü gözümüzdə ucuzlaşdırdı. Nəsir müəllimlə bağlı acı həqiqət budur ki, artıq o, fiziki cəhətdən aramızda yoxdur. Sakitcə, səssiz-səmirsiz, doğma Alakol kəndində haqq dünyasına qovuşdu, Allahın dərgahına getdi... Səhər-səhər bu acı xəbər ild...
ANL
Mənim əziz Müəllimim. İnsanlığı, qayğıkeşliyi, səmimiliyi, ləyaqəti, böyüklüyü ilə hər zaman seçilən böyük insan Nəsir müəllim. Onun qəlbinin gözəlliyi, əxlaqının, əməllərinin, təfəkkürünün, təxəyyülünün gözəlliyi idi ki, hər zaman çöhrəsində nur saçırdı. Nəsir müəllim Yaradanın yaratdığı bütün gözəllikləri duy...
ANL
Özünü qələm əhli adlandıran əksəriyyətin təmənnasız USTAD dediyi şəxsiyyət. Nəsir müəllimlə bağlı xatirələrimi kağıza köçürmək nə qədər çətin olsa da, bir təsəllim var... Ustadım tələbələrinin uğurlarında yaşayır, bundan sonra da yaşayacaq... İlk dəfə "Nitq mədəniyyəti" dərsinin mühazirəsində tanıdım onu... Elə ...
ANL
Tələbələrin yaddaşında. Fakültəmiz növbəti hüznünü yaşayır. Səhərimiz kədərlə açılır. Jurnalistika fakültəsinin ağsaqqal müəllimi, Azərbaycan elminin cəfakeş alimi Nəsir Əhmədli işıqlı dünyayla sağollaşır. Nəsir Əhmədli bizə "Jurnalistin nitq mədəniyyəti" fənnini tədris edirdi. Nəsir müəllim ana dilimizin cəfake...
ANL
Nəsir Əhmədli ruhuna ehtiramla. Bir neçə gün olar ki, Bakı Dövlət Universitetində yaz imtahan sessiyası başlayıb. İmtahanların tələbələrdə doğurduğu həyəcandan başqa, demək olar digər hiss və duyğular rəngsiz, son dərəcə adi və mənasız görünür. Əlqərəz, tələbə bütün fikirlərinin imtahana kökləndiyi zamanı yaşayı...
ANL
Əbədiyaşarlıq haqqını qazanmış sənətkar. UNUDULMAZ ŞAİRİMİZ NOVRUZ GƏNCƏLİ HAQQINDA XATİRƏLƏR VƏ DÜŞÜNCƏLƏR. Teatrşünas Anar Burcəliyevin "Xalq şairi olmayan, xalqın şairi" kitabı unudulmaz şair, dramaturq, tərcüməçi və ən əsası isə böyük insan Novruz Gəncəlinin 100 illik yubileyinə həsr olunub. Bu yaxınlarda Gə...
ANL
Tanıdığım müəllimləri xatırlayanda həmişə qəlbimdə incə bir titrəyiş duymuşam. Bu titrəyişdə sevgi olub, ehtiram olub, minnətdarlıq olub. Rayon komsomol komitəsində idman və kütləvi-müdafiə işləri şöbəsinin müdiri işlədiyim vaxtlarda bir gənc müəllimlə söhbətimiz aşırı vaxt aparmışdı. Təlimatçı bunun səbəbini s...
ANL
Sədərəkdəki qədim şəhər qalıqları: dünya arxeologiya elmində yeni səhifə. Tarixi zəngin köklərə dayanan, sahib olduğu mədəni inkişaf səviyyəsi ilə Cənubi Qafqaz regionunda özünəməxsus yer tutan Azərbaycan, o cümlədən, onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası tarixi-mədəni abidələrinin təkrarsızlığı il...
ANL
Ömər Seyfəddinin “Hekayələr” kitabı alman dilində təqdim edilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Vyanada “Türk dünyasını birləşdirən ədəbi körpü” adlı layihəsi çərçivəsində Fond tərəfindən nəşr olunmuş Türk ədəbiyyatının görkəmli nümayəndələrindən biri Ömər Seyfəddinin “Hekayələr” kitabı alman dilində t...
ANL
Zemfira Səfərova Prezident İlham Əliyevə təşəkkür edib. İyunun 9-u görkəmli musiqişünas, akademik Zemfira Səfərova 85 illik yubileyi münasibəti ilə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən "Şöhrət" ordeninə layiq görülmüşdü. 525.az xəbər verir ki, bununla əlaqədar olaraq, akademik Cənab Prezidentə təşəkk...
ANL
Xalq yazıçısı Anarın Daşkənddə “Əlbəttə görüşərik” kitabının təqdimatı olub. Özbəkistan Yazıçılar İttifaqında Azərbaycanın Xalq yazıçısı Anarın Daşkənddəki “Tamaddun” nəşriyyatında özbək dilində nəfis tərtibatla çap olunan “Əlbəttə görüşərik” adlı kitabının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, 350 s...
ANL
Milli Kitabxana “Şuşa zərgərlik məmulatları”nı sərgiləyib. Milli Kitabxananın əməkdaşları tərəfindən “Şuşa zərgərlik məmulatları” adlı virtual sərgi hazırlanıb. Şuşa xalqımızın varlığını özündə yaşadan tarixi, mədəniyyət abidələri, o cümlədən sənətkarlıq nümunələri – onun tərkib hissəsi olan zərgərlik məmulatlar...
ANL
Yazıçı-publisist Yunus Oğuzun "Cığır" romanı çapdan çıxıb. Olaylar.az xəbər verir ki, Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş tarixi romanda 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin ...
ANL
“Mədəni gənclik" yenidən Milli Dram Teatrında. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı növbəti dəfə "Mədəni gənclik" layihəsinə ev sahibliyi edib. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tələbələr M.F.Axundzadənin müəllifi olduğu "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsəri əsasında səhnələşdir...
ANL
Şuşa Bəyannaməsindən ötən bir il. Bir il əvvəl, 2021-ci il 15 iyun tarixində Azərbaycanla Türkiyə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qalxmasını şərtləndirən tarixi sənəd - Şuşa Bəyannaməsi imzalandı. İki qardaş dövlətin əməkdaşlığının bütün aspektlərini əhatə edən bu sənəd gələcək işbirliyi...
ANL
“Dərinliyimin içində özümü axtara-axtara qalıram”. Sanki müxtəlif rəng çalarlarının harmoniyasını özündə cəmləşdirə bilib. Bilib yox, sadəcə bunu bacarıb. Müsahib olmağa dərhal razılıq verdi. Artıq söhbətə başlayanda hiss etdim ki, mənim üçün maraqlı olan bu xanım, eyni zamanda həm də zəngin təxəyyülə malikdir. Su...
ANL
Çərkəz atası Pünhan kişi ilə eyvanda oturmuşdu. Eyvanın işığında Kamandar göründü. Çərkəz tez həyətə düşüb, köhnə dostunu qucaqladı. Kamandar eyvana qalxıb, onunla görüşdü. Bu tərəflərə də bir ezamiyyətim düşmür. İndi elə qonşu rayondaydım. İşimi qurtardım. Nə olar, bir dəfə külfətini bizim tərəflərə gətirsənə....
ANL
Samuray mənəvi ruhu yaşayır. Tarixin çox vaxt işə saldığı amansız ironiya yenə də öz işini gördü, syoqunat dövründə böyük hərbi və siyasi çəkiyə malik olan və ölkəyə nisbi sakitlik gətirən bir sinif bu vaxt siyasət aləmi üçün buxov hesab edilməklə, onun sındırılması zərurəti yarandı. Samuraylar onları sıxan mühit...
ANL
Azərbaycanda Bayatlar. Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev "Azərbaycanda və İraqda Bayatlar" adlı əsər yazıb. Oxucu və tədqiqatçıların marağına səbəb olacağını nəzərə alaraq əsərin "Azərbaycanda Bayatlar" bölümünü təqdim edirik. Bayat boyunu, Bayat qəbilələrini, Bayat əşirətlərini, köylərini incələməy...
ANL
Ağdamlı şeirlər. Azərbaycan yaşaya bilməz!". Heydər Əliyev. Budaqları qara açsın. Yarpaqları çürüsün! Hələ belə qəddarlığı. Hayına gələn oldumu? Gözünü silən oldumu? Didik-didik eylədilər. Səsin qalxdı buludlara. Şaqqalandı ev-eşiyin. Əvvəl-axır. Yeni Ağdam qurulacaq! Səndən ayrı yoxdur Vətən! Öpdüm sənin güllə...
ANL
Ramiz Qusarçaylı: "İstanbuldakı şeir festivalında bir daha əmin oldum ki, böyük turan yaranacaq". Çağdaş ədəbiyyatımızın dəyərli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylının müəllifi olduğu və son zamanların ədəbi hadisəsinə çevrilən "Vətən" poeması və bu əsər haqqın...
ANL
Sənətşünaslığımıza layiqli töhfə. XALQ YAZIÇISI ANARIN ON İL ƏVVƏL ÇAP OLUNMUŞ KİTABINA GECİKMİŞ RESENZİYA. Kitabın çox əhatəli mündəricatı, xüsusilə də 910 səhifəlik nəşrdə yer almış çoxsaylı məqalələrin iyirmidən çoxunun təsviri sənətlə bağlı olması məni, gec də olsa, bu yazılanlara münasibət bildirməyə məcbur...
ANL
Baba Vəziroğlu ilə Oslo görüşləri. və ya uzaq sahillərdə Azərbaycan poeziyasi axşamı. 28 May Müstəqillik Günü ilə əlaqədar Norveçdə Azərbaycan diasporu şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüşlər keçirib. Baba Vəziroğlu Norveçə Osloda fəaliyyət göstərən Azərbaycan Evi və N.Gəncəvi adına həftəsonu A...
ANL
Şərqin ilk heykəltaraş qadını. Bu gün öz rəngarəng yaradıcılığı ilə insanlara estetik zövq və gözəllik bəxş edən, sənəti ilə adını mədəniyyət tariximizə yazdıran görkəmli heykəltaraş Zivər Məmmədovanın anadan olmasından 120 il ötür. Bu münasibətlə AZƏRTAC unudulmaz sənətkarın həyat və yaradıcılığının bəzi məqaml...
ANL
Mədəniyyət Nazirliyi tərəfindən "Şuşa İli" münasibətilə həyata keçirilən "Şuşa mədəniyyətinin inciləri" layihəsi yeni təqdimatlarla davam edir. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin "Şuşanın ədəbi həyatı" bölməsi üzrə növbəti təqdimat "Məclisi-Üns" ədəbi məclisə həsr olunub. XIX əsr Şuşa ədəbi məclisləri...
ANL
Mədəni irslə bağlı yeni təlim proqramı başlanıb. UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il Konvensiyası çərçivəsində "İrsin idarəedilməsi bacarıqlarının inkişafı" mövzusunda dörd gün davam edəcək Təlim proqramının açılışı olub. AZƏRTAC xəbər verir ki, tədbirin açılışında çıxış edən təlim p...
ANL
Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələri genişlənir. İyunun 13-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Macarıstanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı ilə macar musiqisinin klassiki, dünyaşöhrətli bəstəkar, virtouz pianoçu Ferens Listə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir...
ANL
Azərbaycan-Qətər mədəni əlaqələri müzakirə olunub. Mədəniyyət naziri Anar Kərimov Qətər Dövlətinin Azərbaycandakı səfiri Faisal bin Abdullah Al-Hanzab və ölkəmizin Qətərdəki səfiri Rəşad İsmayılovla görüşüb. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüdə ölkələrimiz arasındakı mədəni əlaqələrin möhkəmləndirilməsinin və...
ANL
Tarixin əvəzolunmaz şəxsiyyəti. Hər bir xalqın taleyində böyük əhəmiyyət kəsb edən elə məqamlar var ki, həmin günlərdə onun gələcək müqəddəratını müəyyən edən mühüm başlanğıcların əsası qoyulmuşdur. Azərbaycan xalqının tarixində belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 iyun - Milli Qurtu...
ANL
Müasir Azərbaycan Heydər Əliyevin arzuladığı Azərbaycandır. Hər tarixi gün dövlətçiliklə bağlı olur. Ona görə də tarixi gün deyəndə dövlətçilik günü anlaşılır. Bu baxımdan xalqımızın tarixində tarixləşən günlər çox olub. O günləri tarixi şəxsiyyətlər tarixləşdirib. Belə tarixi şəxsiyyətlər tarixin axarını xalqın saba...
ANL
Milli Kitabxanada 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib. Dünən Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndir...
ANL
MÜTTƏFİQLİK SƏNƏDİ AZƏRBAYCAN - TÜRKİYƏ MÜNASİBƏTLƏRİNDƏ CANLANMA YARADIB. Bu gün Azərbaycanla Türkiyə arasında azad Şuşada müttəfiqlik münasibətləri haqqında tarixi Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür. Bəyannamədə 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad edilir. Həmçinin, 1994-...
ANL
Milli Qurtuluş Günü - Azərbaycanın zəfər tarixi. Xalqımız artıq ikinci ildir ki, Milli Qurtuluş Gününü tamamilə fərqli ovqatda, qalib ölkənin qalib vətəndaşı olaraq qeyd edir. 30 ilə yaxın müddətdə yurd həsrəti ilə yaşayan xalqımız üçün bundan böyük xoşbəxtlik ola bilməz. Artıq çağdaş dünya tarixinə ən mükəmməl hərbi ...
ANL
İlon Mask və onun qorxunc Mars planları. Şübhəsiz, ağıllı adamdır. Amma bir o qədər də çılğın düşüncələrə sahibdir - Marsa nüvə raketləri göndərəcək qədər çılğın. Həyat hekayəsini oxusanız, onun ən böyük məqsədinin Mars və ora köç etmək olduğunu görəcəksiniz. İlon Mask hələ uşaq yaşlarından kosmosa maraq göstərirdi. Əv...
ANL
Mən bir yolun yolçusuyam, Yol gedirəm sənə sarı. Məni yolumdan eləmə, Bu əl-qolumdan eləmə. Ölüb, yenidən doğulam, Yenə bu nurla yoğrulam. Bir ozan dədə oğluyam, Yolumu yolsuzdan qoru. Sevgidən ötrü. Həsrətə sevginin işığı düşdü, Ümidin ovcunda gəldin könlümə. Yollar ayrıcında sükut görüşdü, Bir anın özü də ömürmüş dem...
ANL
Qardaşıq biz! Müşkülümüz olsa harda, Hər ikimiz şəksiz orda. İsrarlıyıq sözümüzdə, Çəkinmək yox gözümüzdə. Əməlimiz, işimiz haqq, Çətin gündə arxa-dayaq. Əlimizdə qoşa bayraq, Yüksəlişdə millətimiz, Tək dost deyil, qardaşıq biz. Haqsızlara veririk dərs, Həddin qansın kəmfürsət, tərs. Boğuluruq, batırıq yalanların iç...
ANL
Qalanın İrəvan qapısı. Əlbəttə, söhbət Şuşa qalasından gedir, amma öncə bir məhəbbət macərası haqqında arayış verim ki, sözügedən qalanın İrəvan qapısını tapa bilək. 1951-ci ilin payızında Qərbi Azərbaycandan (Ermənistan SSR-dən) Azərbaycana deportasiya olunandan sonra məskunlaşdığımız aran kəndində üçüncü sinfi...
ANL
Sabir fenomeni Azərbaycan mühacirət mətbuatında. Bolşeviklərin 28 aprel 1920-ci ildə ölkəmizə hərbi təcavüzündən, Cümhuriyyətin süqutundan bir müddət sonra Türkiyədə məskunlaşan Azərbaycan Xalq Cümhuriyyəti liderləri nəşr etdikləri mətbu orqanlarda totalitar sovet rejimi və kommunist diktaturasına qarşı müxtəlif i...
ANL
Yazının bu hissəsinə şair Vaqif Səmədoğlunun bir şeirini yada salmaqla başlayıram: Yuxumda bir ömür gördüm, pozulmamışdı, Yuxumda bir yol gördüm, azılmamışdı, Yuxumda bir şeir gördüm, yazılmamışdı, Yuxumda bir qəbir gördüm, qazılmamışdı... Bu misralara, burada yazılanlara adi məntiqin qanunları ilə yanaşsaq, şei...
ANL
Bələdiyyə Teatrında "Xan qızı"nın premyerası keçirilib. İyunun 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Bakı Bələdiyyə Teatrın hazırladığı "Xan qızı" tamaşasının premyerası keçirilib. Şair, ictimai xadim Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyi münasibətilə yeni quruluşda hazır...
ANL