text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
"Şərq qapısı"nda Naxçıvan teatrının təbliğinin monoqrafik təqdimatı. Həmin Sərəncamın işığında Muxtar respublikanın güzgüsünə çevrilmiş qəzetin yubileyinin layiqli şəkildə qeyd olunması məqsədi ilə "Tədbirlər Planı" təsdiq edildi. Həmin "Tədbirlər Planı"na əsasən, bir sıra tədbirlər keçirildi, yubileylər, görüşl...
ANL
Dağlar yıxılanda yaşananlar. Bəs görəsən, ədəbiyyat aləminin korifeylərindən olan Çingiz Aytmatov niyə son romanını "Dağlar yıxıldığı zaman (Əbədi Gəlin)" adlandırıb? Sonra qırğızcaya, türkcəyə və başqa dillərə çevrildi. Çünki əsərin baş qəhrəmanı, müstəqil jurnalist, həqiqət aşiqi Arsen Samançin hardasa Çingiz ...
ANL
Qələmi ilə keşikdə dayanan ədibimiz. Rüstəm Kamal illərdi saf ürəklə ədəbiyyatımızın və ədəbi tənqidimizin keşiyində dayanıb. Bu yazıda məqsədim müşahidə etdiyim, duyduğum bəzi məqamları dilə gətirməkdir. Onun üslub baxımından fərqli yanaşma tərzi var. Onu da qeyd edim ki, Rüstəm Kamal təhlil etdiyi bədii mətndə elə dü...
ANL
Milli Kitabxana "Şuşa məişət əşyaları" adlı virtual sərgi hazırlayıb. Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiy...
ANL
Sayəsində ziyasından nur ələnən işıqlı ocağın bir üzvünə də çevrilmişəm. Ayrı-ayrı yollarla eyni məktəbə gəldik və eyni sinifdə qarşılaşdıq. İllər bir-birini qova-qova aramızdakı ünsiyyəti isindirdi və sonda bu günə qədər gələn bir dostluğun təməli oldu. Onunla müsahibə hazırlamaq həmişə istəmişəm. Bilirdim ki,...
ANL
Xəyallar və reallıqlar. PSİXİATRİK SİNDROM - İNSANLARI REAL HƏYAT GERÇƏKLİKLƏRİNDƏN UZAQLAŞDIRAN XƏYALLAR DÜNYASI. Uşaqlıqlarda yaradıcı təxəyyülün inkişaf etdirilməsi birbaşa beynin də inkişafına böyük köməklik göstərir. Bu baxımdan da uşaqların təxəyyülünü məhdudlaşdırmağa çalışmaq onun beyin inkişafına mənfi təsi...
ANL
Şəhadətlə tamamlanan parlaq xidmət yolu. ŞƏHİD ZABİTİMİZ EMİN SÜLEYMANOVUN VƏTƏN UĞRUNDA GÖSTƏRDİYİ QƏHRƏMANLIQ GƏLƏCƏK NƏSİLLƏRƏ NÜMUNƏDİR. Qarabağımızı bizə qaytaran, 30 illik həsrətimizə son qoyan, namusumuzu təmizləyib, başımızı dik tutmağımıza səbəb olan 44 günlük Vətən müharibəmizin qəhrəmanlarından biri d...
ANL
O, hələ 1996-cı ildə nəşr etdirdiyi “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən təşkili” adlı kitabında Ukraynanı "avropalaşmış Qərb və rus-slavyan dünyagörüşlü Şərq" olmaqla iki hissəyə ayırır və Ukraynanı “iki konkret mədəniyyəti olan bölünmüş ölkə” kimi xarakterizə edirdi. Keçmişdə, müəyyən zama...
ANL
Vətən müharibəsində erməni tanklarının və hərbi texnikasının qənimi "Bayraktar" oldusa, Ukraynada rus hərbi texnikasının qənimi əsasən NLAW silahıdır. Yaxın məsafədən və küçə döyüşlərində, görünə bilən məsafədə hərbi texnikanın sıradan çıxarılmasında bu silahın müstəsna rolu var. İstifadəsi rahatdır, yəni adi bir...
ANL
"SWITD-dən uzaqlaşdırılma Rusiya iqtisadiyyatına necə təsir göstərəcək?". Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanın SWIFT-dən uzaqlaşdırılacağını bildirib. "Bu gün beynəlxalq tərəfdaşlarımızla birlikdə Rusiyanı qlobal maliyyə sistemindən kənarlaşdırmaq, o cümlədən Rusiya banklarını SWIFT-dən uzaqlaşd...
ANL
USTAD XANƏNDƏ ƏLİBABA MƏMMƏDOVUN ƏZİZ XATİRƏSİNƏ. "Dəşti" üstündə pıçıldadı... Həmişə fevralın ikinci yarısından sonra qulağım səsdə, ürəyim səksəkədə olub. Hələ soyuq canımızdan tam çıxmamış yazın surəti görünəndə - quşların nəğmələri təzə-təzə budaqları yumşaldanda bir amansız ölüm dalğası gəlir. Bu vədələr Tanrı...
ANL
"Qəhrəmanlıqla qazanılan ölümsüzlük". 44 günlük Vətən müharibəsi müasir tariximizin ən parlaq, ən şanlı səhifəsidir. Torpaqlarımızın uzun sürən işğalının sona yetməsi nə qədər sevincli, qürurlu olsa da, bu uğurda fəda olan üç minə yaxın cavan canın itkisi qəlbimizə dərin yaralar vurub. Qəhrəman şəhidlərimizin nurlu xat...
ANL
ƏMƏKDAR MƏŞQÇİ ASİF SAYADOV: "İDMANLA MƏŞĞUL OLANLARIN TƏHSİLDƏ GERİ QALMALARI İLƏ BAĞLI DEYİLƏNLƏRLƏ RAZI DEYİLƏM". Dərin fəlsəfəyə malik qədim Çin döyüş sənətinin məşhur stillərindən biri də Vinq Çun-dur. Yip-Man Vinq Çun döyüş üslubunu açıq bir şəkildə dünyaya yayan və öyrədən ilk ustadır. Bu döyüş sənəti A...
ANL
Samuray mənəvi ruhu yaşayır. Samuray sözü kübar döyüşçülərin (businin) adı kimi istifadə olunurdu, sonralar isə bütün döyüşçü sinfini əhatə etdi. Buna baxmayaraq, uzun çəkən həmin sülh dövründə samuraylar torpaq sahibliyindən uzaqlaşdırıldılar, öz vuruş gücünü itirdilər və təqaüd alan konfutsiçi bürokratlara çevr...
ANL
rubrikasının budəfəki qonağı sənətşünas Gülnar Əsədlidir. Gülnar xanımla Bəhruz Kəngərlinin "Minarəsi dağılmış məscid" əsəri haqqında danışmışıq. Azərbaycan xalqına zaman və şəraitdən asılı olmayaraq öz yaradıcılığı ilə böyük xidmətlər göstərmiş Bəhruz Kəngərli milli rəssamlıq nümunəsidir. Bəhruz Şirəlibəy oğlu Kəngə...
ANL
Mif yaşayır, mifoloji təfəkkür qaynayır, aşıb-daşır, özünə yol açır, ürəkləri, beyinləri, duyğu və düşüncələri çulğayır, bəşəri yükşəlişə yardım edir, sirli-soraqlı dünyadan xəbər verir, bəzən insan həyatının, yaşam tərzinin mizan-tərəzisinə çevrilir. Hər bir kəs istər-istəməz başqa ölçülərlə düşünməyə, duymağ...
ANL
Etiraf edim ki, kənd toylarında çox az olmuşam. Nə doğru-düzgün toy adəti bilirdim, nə də icrasına şahid olmuşdum. Amma milli kimliyimizi qoruyub-saxlayan, keçmişimizdən, nənə-babalarımızın məişətindən, dünyagörüşündən, düşüncə tərzindən xəbər verən adətlərimizi sevirəm. Buna görədir ki, tələbə vaxtı folklorşünaslıq ...
ANL
Zəmanə adamı. İkincilərin sayının daha çox olduğunu inkar etmək olmaz. Bir çox insan həyatını yoluna qoya bilməməyin səbəbini yaşadığı ölkədə görür. "Korlanmış" zəmanənin yüksək potensialının işə düşməsinə imkan vermədiyini, bu zəmanənin insanı olmadığını düşünür. Ancaq dərinə getdikdə, yaşamağın heç bir zaman asan...
ANL
Müharibə və dezinformasiya. Tarix boyu baş verən müharibələrdə silahlarla yanaşı, xüsusi informasiya üsulundan - dezinformasiyalardan da mübarizə vasitəsi kimi istifadə olunub. Faşist Almaniyasının baş ideoloqu Josepf Goebbelsin də dediyi kimi, kifayət qədər böyük bir yalan danışsanız və onu dəfələrlə təkrarlasanız, ...
ANL
Və AZƏRTAC var olduğu müddətcə - indi gəlib çatdığı 102 yaşına qədər həmişə Azərbaycan xalqının da, hər bir Azərbaycan vətəndaşının da, bütövlükdə dövlətimizin də mühüm istinad nöqtələrindən biri olub. 102 yaşının tamamında AZƏRTAC haqqında görüntülü müsahibədə düşüncələrimi bölüşmək istərkən də mən millətimizin...
ANL
Azərbaycan gənclərinin xaricdə təhsili üçün daha bir mühüm addım. Ötən gün Prezident İlham Əliyev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Təhsil Nazirliyi Sərəncamla təsdiq edilən Dövl...
ANL
Maraqların toqquşma poliqonu. Rusiya-Ukrayna müharibəsi yeni dünya müharibəsi görüntüsü yaratmaqla dəhşət saçmaqdadır. Bəşəriyyət hər saat böyük savaşa doğru yön alır. Təhlükənin miqyasını göstərən açıqlamalar, fikirlər vahimə yaradır. Belə bir durumda Azərbaycan xalqı olaraq biz də özünümüdafiə instinktimizi işə salma...
ANL
Ukrayna ilə Rusiya arasında Belarus sərhədində baş tutan danışıqlar dünən nəticəsiz, ancaq növbəti dialoqa əl yeri qoyulmaqla yekunlaşdı. Yerli saytlar dünən Kiyevdə hərbi hissəyə raket atılması, bu gün isə peykdən çəkilmiş fotoya əsasən Ukrayna paytaxtının yaxınlığına Rusiyanın böyük miqdarda qoşun gətirməsi barədə m...
ANL
Rəsmi Bakıdan Ukrayna ilə bağlı məntiqli addım. Ukraynadakı hərbi əməliyyatlar, şəhərlərlə qəsəbələrin, kəndlərlə kiçik və böyük yaşayış məntəqələrinin bombalanması, yüz minlərlə insanın taleyinə gecələri səhərədək qorxaraq partlayış gözləmək yazıldığı günlər davam edir. Həmin ölkədəki vəziyyətlə bağlı beynəlxalq siy...
ANL
Müharibə əleyhinə hərəkat. Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü dünyada yeni siyasi vəziyyət yaratdığı kimi, yeni təsirlər də doğurub. Bu təsirlərin ən güclüsü müharibə əleyhinə yaranan əhval-ruhiyyədir. Son bir həftə ərzində müşahidə olunan müharibə əleyhinə çıxışlar Vyetnam müharibəsindən sonra müşahidə olunan ən...
ANL
Düşündürücü şeirlərinə bəstələnən mahnılar (bunlara nəğmələr deyərdim) dedi, səni tanıyanlarla söhbətlərində tarixin o üzündə qalan on illərdən, yüz illərdən danışanda zamanın dünənlərini sabahlara bağlayan, dünənlərlə sabahlar arasında mənəvi (və tarixi) bağ olan kəlamların pıçıldadı. Adına həmqafiyəni Tanrı ve...
ANL
Qarabağ adlı Vətənimiz yox, dərdimiz vardı. Ağır mərmilərdən yara almışdıq - o mərmilər bütöv bir millətin yarası idi. Qəlbimiz artıq döyünmürdü - xəncər saplanmışdı, tərpəndikcə bütöv bir millət qan ağlayırdı. Yaşamırdıq, ruhumuz cismimizdən ayrılmışdı, elə bil. 30 il sonra sanki bir möcüzə baş verdi, qəlbimiz artıq...
ANL
Yolumuz: biz kimik, hara yönləndirilirik və hara getməliyik? "Forbes" jurnalının araşdırmasına görə, dünyadakı parasal güc demək olar ki, 62 böyük şirkətin qurucularının əlində toplanıb. Onlar bunu necə ediblər? Dərindən araşdıranda da görürük ki, bir çox beynəlxalq düşüncə təşkilatlarının, reklam, kitab, KİV (t...
ANL
Nikah müqaviləsi. AZƏRBAYCANDA CÜTLÜKLƏR NİYƏ NİKAH MÜQAVİLƏSİ BAĞLAMAQDAN ÇƏKİNİRLƏR? Azərbaycanda ailə institutunda bəzi boşluqların olması cəmiyyətdə baş verən hadisələrdə də öz əksini tapmaqdadır. Xüsusilə ailədaxili münaqişələr, boşanmaların isə az qala, ölüm-itimlə nəticələnməsi, tərəflərdən birinə, yaxud ...
ANL
"Əlyazmalar İnstitutu Azərbaycanda əlyazmaların sistemli tədqiqi ilə məşğul olan yeganə elmi müəssisədir". Akademik Teymur Kərimli: "Çalışırıq ki, Əlyazmalar İnstitutunda orta əsrlərlə yanaşı, digər dövrlərə aid qiymətli əsərlər də yer alsın". Müsahibimiz Azərbaycanın tanınmış ədəbiyyatşünası, naşir, mətnşünas, ...
ANL
Şərəfli və məsuliyyətli peşə sahibi olan Vahid müəllim Pedaqoji fakültənin seçilən müəllimlərindəndir. Yorulmadan, səy və inamla çalışan Vahid Rzayev tələbə auditoriyasında uzun illərdir ki, həvəslə mühazirə oxuyur. Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayev 1952-ci il tarixdə Şərur rayonun Şərur qəsəbəsində ...
ANL
Martın 1-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə "Həyata kitabla addımla" adlı tədbir keçirilib. 525.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı ...
ANL
Əbdürrəhim bəy Haqverdiyev irsinin təbliğinə mühüm töhfə. Görkəmli ədibin 150 illiyi münasibətilə hazırlanmış "əbədiyyət yolçusu" kitabi təqdim edilib. Kitabda müxtəlif illərdə Ə.Haqverdiyevin bədii yaradıcılığı və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş məqalələr toplanıb. Eyni zamanda, kitab fotoşəkillərlə, di...
ANL
Ağdam deyəndə ilk növbədə Birinci Qarabağ müharibəsində verdiyi 6 minə yaxIn Vətən fədaisini – şəhidini düşünürəm. Şuşaya dayaq, Füzuliyə arxa, Xocalıya ümid olan ağ damlı şəhəri düşünürəm. Sonra da gözəl-gözəl imarətləri gəlir gözümün qabağına. «İmarətli» günləri... Bir məclisdə ortayaşlı qadın söhbət edirdi ki, Sov...
ANL
BİR ÇİYİN BOŞLUQ. Çox çətin ki, sağ çıxam azdığım bir kor tindən, Ürək boşaltdığını gözləri dola verdim. Keçib getdi cığallar qəlbimin özəyindən, Əllərimin içindən gələni yola verdim. Bu ömür deyilənin min cürə rəngi varmış, Dağ-dərə keçib yetdim düzünə yaşıllığın. Mənim inandığımdı ədalətin mizanı, Bütün tarazlıqları...
ANL
Qadınlara hansı peşə sahələrində çalışmaq qadağandır? Azərbaycan Respublikasının Konstitusiyasında qadın və kişilərin eyni hüquq və azadlıqlara malik olduqları, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünəfəaliyyət növü, peşə və iş yeri seçmək hüququnun olduğu qeyd edilir. Başqa bir qanun isə Azərba...
ANL
Leylanı və Leylaları necə xilas etməli? Bu yazıya qədər əsasən filmlərimizdə doğulan qadınların taleyindən danışmışdım. Bu gün isə filmin əvvəlində gənc, gözəl, istedadlı, xoşbəxtliyə layiq bir qız kimi tanış olub, sonda sevgisini, gözəlliyini, gələcəyini, vaxtını, baxtını... və ismətini itirmiş xəstə varlıq kim...
ANL
Mədəniyyətimizdə önəmli hadisə: Müstəqil Teatrlar Festivalı. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına deyilən vaxtdan yarım saat qabaq gəlmişəm, amma binanın önünə xeyli insan toplaşıb artıq. Bəzilərini tanıyıram, bəzilərininsə əlindəki mikrofondan, kameradan jurnalist olduqlarını anlayıram. Medianın bu günə bu cü...
ANL
Ağdamlı şeirlər. Natəvanın qələmi. Heyran etdi aləmi. Hər misra qılınc kimi. Natəvanın Məclisi, Toplamışdı çox kəsi. Bağ-bağçadan gələrdi. Həzin qəzəllər səsi. Xan qızının bulağı. Axıb behişt eylədi. Şəfa tapdı oxlar dəymiş sinəmiz... Yolumuzu gözləməkdə ruhu şad. Güllərindən dəstə tutub hörməyə, Üzülməyək o yerləri gö...
ANL
Dul qadının tənhalığı. Mənim ruhun təsirindən çıxa bilməməyim sizə qəribə gəlir və siz buna, mənə hörmət əlaməti olaraq, yumşaq qaydada etiraz edirsiniz. Mən isə əksinə, itirdiyim varlığın bütünlüklə yoxa çıxmasına dözə bilmədiyimə görə, onun ruhunun mənimlə təmasda olmasından, ünsiyyətə girməsindən nəinki narah...
ANL
Yaxşı yadımdadır, 1999-cu ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi Bakı şəhərinə qastrola getmişdi. Nəriman Həsənzadənin "Atabəylər" əsərini Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində oynadıq. Çox yaxşı qarşılandı. Tamaşadan sonra Akademik Teatrın aktyorları səh...
ANL
Ədəbiyyatşünas, dilçi, filologiya elmləri doktoru, professor, tərcüməçi, yazıçı-publisist, pedaqoq, ictimai xadim və bütün bunların fövqündə duran gözəl insan Qəzənfər Paşayevi "Altı il Dəclə və Fərat sahillərində" kitabı ilə tanıyıb sevdim. Təkcə mən yox, bütün kitabsevər Azərbaycan oxucuları Qəzənfər müəllimi ...
ANL
Qadın xəyal və düşüncəmizdə xilqət hadisəsinin ən mühüm çaları, bəşəriyyət aləmində bərəkət, sehir göstəricisi, evimizdə Cənnət mələyinin qüsursuz timsalı, sonsuzluğumuzun əbədi mənbəyidir. O yaranmazdan əvvəl Adəm peyğəmbər yalqız, ekoloji sistem ruhsuz, bəşəriyyət müsibətlərə təslim, ailə bir ağac koğuşu, insan...
ANL
Sənin jurnalistikamızda, nəsrimizdə, kino sənətimizdə hansı xidmətlərin var! Elə məziyyətlərin sahibisən ki, həmişə örnəksən! Bu sevgini isə hamı qazana bilmir. Müjdə gələ ki, günün birində Bakıya gəlirsən. Görüşünə gələnlərin izdihamı başlayar. Svetlana İsmayılova repressiyaların səngimədiyi illərdə Bakıda doğulu...
ANL
Bir əsrə yaxın zaman kəsimində Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına xidmət edən, teatrımıza, kinematoqrafiyamıza, musiqimizə yüzlərlə, minlərlə dəyərli istedadlar bəxş edən, ölkəmizin əsas yaradıcı təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) bu ...
ANL
Ənənəvi təhsil sisteminin yaradıcılığa təsiri. Valideynlər uşaqların oyuncaqlarını qırdıqlarını görəndə əsəbləşirlər. Əlbəttə, özlərinə görə haqlı səbəbləri var. Pul verib aldıqları və oynamaq üçün olan bir əşyanı uşaq niyə qəsdən qırsın ki? Pedaqoqlar əksər uşaqlarda bu davranışın maraqdan, öyrənmək istəyindən yaran...
ANL
Yazıçı Günel Anarqızının "Şuşaya məktub" yazısı 2021-ci ilin may ayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən "Xarıbülbül" musiqi festivalı ilə bağlı təəssüratlardır. Günel Anarqızının doğum günü ərəfəsində həmin yazını yenidən oxuculara təqdim edir, müəllifə ad günü ilə bağlı təbriklərimizi çat...
ANL
Günelin ad günü. Çovğunlu, sazaqlı bir mart səhərində, ayın altısında qızım Günel dünyaya gəldi. Turaldan sonra Zemfira xanıma və mənə ikinci dəfə analıq, atalıq sevincini bəxş etdi. İki yaş, ya iki yaş yarımındaydı, təzəcə dil açmışdı.Güneldən səkkiz yaş böyük Turalla Zemfira məndən danışıb gileylənirmişlər: yam...
ANL
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, ədəbiyyatşünas alimlər, media nümayəndələri və başqaları iştirak ediblər. Müşavirəni giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq dey...
ANL
Azərbaycanın Macarıstandakı keçmiş səfiri, ədəbiyyatşünas alim Vilayət Quliyevin Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan zabiti Ramil Səfərovun ölkəmizə ekstradisiyası prosesindən bəhs edən, ötən il hissə-hissə "525-ci qəzet"də ardıcıl dərc olunan "Ramil Səfərovun ekstradisiyası: Bu necə olm...
ANL
Sanksiyaların qüdrəti. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Qərb dövlətlərinin işğalçıya qarşı tətbiq etdikləri sanksiyaların doğura biləcəyi təsirlərlə bağlı fərqli fikirlər mövcud idi. Rusiya rəsmiləri bu sanksiyaların ciddi təsir etməyəcəyini bildirirdilər. Onların əminliyi təhlilçilərin də fikirlərinə təs...
ANL
Mədəni biabırçılıq. Əvvəllər bir insanın hikkəsinin dünyadan daha böyük olduğunu desələr, mübaliğə olduğunu düşünüb, ədəbiyyata bağlayaraq üzərindən keçərdim. Amma bir neçə gündür milyardlarla insanla birlikdə hikkənin nələrə qadir olduğuna şahidlik edirik. Putini deyirəm, gözü dönüb, hikkəsi yeri-göyü dağıdır. Daxilin...
ANL
“Vətəndaşlarımızın təhlükəsiz təxliyəsi üçün əlimizdən gələni edirik”. Artıq 9 gündür Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan hökumətinin tapşırığı ilə Ukraynada yaşayan azərbaycanlıların təxliyəsi üçün çalışır. Ukraynanın müxtəlif vilayətlərindən gələn vətəndaşlarımız digər ölkələrə göndərilir. Təxliyə işi...
ANL
Bu əhvalat gözlənilmədən baş verdi. Toyxanaya keçən kimi gözümə birinci sataşan Pirqulu oldu. Pirqulu məni görən kimi gülümsədi. Çalıb-oynayanlardan ayrılıb mənə tərəf gəldi. Pirqulu mənim həmkəndlimdir, bir məhlədə böyümüşük, bir məktəbdə oxumuşuq, bir ildə ailə qurub oğul-uşaq sahibi olmuşuq. Beşi də evdədir ("evdəd...
ANL
Azərbaycan poeziyasında musiqi bədii obraz kimi. Qədim türklər şeiri musiqinin ahəngi üstündə oxuyub dərk edir və çatdırırdılar. Dünyada ən kamil musiqi azan səsidir. Və əruz Şərq - Azərbaycan şeirinin mükəmməl poetik sistemə malik lirik əmanətini - qəzəli dünyaya gətirdi. Ərəb ədəbiyyatında qəzəlin ustadı Əbu Nü...
ANL
Məişət zorakılığı halları hansı səbəblərdən yaranır? Amansızlıqla öldürülən qadınlar tez-tez xəbər mövzusu olurlar. Bəzən belə qətllər narkotik vasitələr, spirtli içkilərin təsiri altında, qısqanclıq zəminində, namus cinayətləri adı ilə törədilir. Cinayətin başvermə səbəbi kimi atanın psixi problemləri olduğu deyilir....
ANL
Təhsilin İnkişafı Fonduna böyük ümidlə yanaşılır. FONDUN TƏHSİL SAHƏSİNDƏ BİR SIRA MÜTƏRƏQQİ PROSESLƏRİN HƏYATA KEÇİRİLMƏSİNƏ TƏKAN VERƏCƏYİ BİLDİRİLİR. Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabe qurumların siyahısı genişləndirilib. Məlum olduğu kimi, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qər...
ANL
Göylər qədər sonsuz. İnanmıram ki, eşidildiyi, oxunduğu anda QADIN kəlməsinin dərinliyinə dalmayan kimsə tapılsın. Allah-təalanın, Ana Təbiətin bizim canlı həyata bəxş etdiyi bu şüurlu, mərhəmətli varlığın sirrini, cazibəsini sonacan duyub anlayan bir kimsə varmı görəsən? QADIN bəşər övladının mövcudluq eralarında...
ANL
“Qobustan” sənət toplusunun yaz sayı işıq üzü gördü. "Qobustan" sənət toplusunun yaz sayı çapdan çıxıb. Dərgi 8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində sənətin müxtəlif yönlərində tanınmış Azərbaycan qadınlarına həsr edilib. 525.az xəbər verir ki, burada öz sahəsində ilklərə imza atmış XIX-XX əsrin Qadın simaları da v...
ANL
Azərbaycanın Niderland Krallığındakı Səfirliyinin dəstəyi, Niderland Milli Teatrı və “Avrasiya Türk Qadınları” İctimai Birliyinin təşkilatçılığı ilə beynəlxalq ədalət şəhəri Haaqada “Şuşa İli” çərçivəsində ədəbi-bədii gecə keçirilib. Niderland Milli Teatrının binasında təşkil olunan “Natəvanın ayaq izləri” adlı...
ANL
Yeni sərgi “Mismarlar incəsənətin keşiyində”. Xətai Sənət Mərkəzində dekorativ tətbiqi sənət ustası Aytən Əliyevanın “Mismarlar incəsənətin keşiyində” adlı ilk fərdi sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, sərgi Milli Məclisin Mədəniyyət komitəsinin, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”, “Regional Hüquqi ...
ANL
“Akademik qadınların kitab sərgisi” açılıb. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın alim qadınlarının, şəhid anaları və xanımlarının, eləcə də kitabxana oxucuları və əməkdaşlarının iştirakı ilə tədbir keçirilib. Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib....
ANL
4 mart 2022-ci il tarixində AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı Azərbaycan mədəniyyətində, ədəbiyyatında, elmində böyük rol oynamış yazıçı maarifçi, dramaturq, ictimai xadim olan M.F.Axundovun 210 illik yubiley tədbirini keçirmişdir. Tədb...
ANL
Zaman içindəki zaman. Əsərin nağıl içində nağıl, yuxu içində yuxu effekti daha çox diqqətçəkicidir. Əsərdə təqdim olunan hər bir personaj bütün yaşantıları ilə elmi, tarixi, ədəbi-bədii, sənədli mənbədən oxucuya yetərincə tanış olan obrazların tale ortaqlarıdır. Əsər boyunca mif gerçəkliyi, keçmiş çağdaşlığı, ...
ANL
Hamımız bir ulduzun zərrəsiyik. Sözügedən buraxılışın redaktoru, yazar Günay Səma Şirvanın bu barədə məqaləsini təqdim edirik. Yazacaqlarıma bu fikirlərlə başlayıram, çünki həyatın bizi saldığı uzun yollara düşərkən, kimsə qədərdən qəribliyin, qürbətin ağırlığını daşımağa gücü çatıb-çatmayacağının, "dünya səyahə...
ANL
Qlobal iqlim dəyişikliyi: dünyaya və Azərbaycana təsirləri. Müasir dövrdə dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri getdikcə daha çox narahatlıq doğurmaqdadır. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində...
ANL
Dünənin hüznündən sabahın coşqusuna. ADMİU ƏMƏKDAŞLARININ AĞDAM TƏƏSSÜRATLARI. Böyük Zəfərimizdən sonra azad olunmuş Qarabağa - Ağdama, Şuşaya səfərlərin təşkili, xüsusən, sərnişin avtobuslarının təyini xalqımızın qəlbində qubar bağlamış 30 illik həsrətin üstünə sərin su səpdi, sevincinə sevinc qatdı. Hər zama...
ANL
Mənim tanıdığım Düsen Kaseinov. Yaşadığımız dövrün xüsusi aktuallıq mövqeyini qoruyan, xalqlararası humanitar münasibətlərin ortaq məxrəci sivilizasiya tarixinin çağdaş siyasi, iqtisadi, ictimai, mədəni nailiyyətlərini ehtiva edən mədəniyyətlərarası dialoq prosesləri qlobal problemlərin həllini asanlaşdırır. Bu z...
ANL
"Baxış-2" festivalında tamaşaların nümayişi yekunlaşdı. Azərbaycan Teatr Xadimləri İttifaqında yaradılan laboratoriyalar pandemiya səbəbindən yaranan uzun fasilədən sonra yenidən fəaliyyətinə başlayıb. Əsl yaradıcılıq mühitindən xəbər verən səhnə əsərləri gündə iki dəfə olmaqla müxtəlif saatlarda təqdim olunub. Rejis...
ANL
Bir kitabın ilk oxucusu olmaq insanda fərqli duyğular oyadır. Həm də ilk oxucusu olduğun kitab haqqında qələmə alacağın cümlələrin məsuliyyəti bir az da artır. Çünki kitabı oxumayanlarda kitab haqqında ilk təəssüratı sənin fikirlərin yaradacaq. Naxçıvan ədəbi mühitindən və mətbuatdan yaxşı tanıdığımız Elxan Yurd...
ANL
Bütün tərəqqipərvər qüvvələrin Ukraynadakı müharibəyə qarşı etiraz səsini ucaltdığı bu günlərdə, iki fakt həmin xüsusda bir vətəndaş və kinoşünas kimi mövqeyimi bölüşməyə təkan oldu. Birinci fakt ölkəmizdə 8 il fasilədən sonra yenidən işıq üzü görən "Fokus" kino jurnalının nəşri, baş redaktor Əlisa Cabbarovun jurnald...
ANL
Havanı çirkləndirən amillər: dünyamız üçün həyəcan təbili. Atmosferin çirklənməsi və onun fəsadları bütün bəşəriyyəti dərindən narahat edən problemlərdəndir. Hazırda atmosferi çirkləndirən əsas mənbələr təbii və antropogen olaraq qruplaşdırılır. Təbii çirklənmə adətən vulkan püskürməsi və sair üzündən, antropogen çir...
ANL
Kantın paradoksları və xoşbəxtlik haqqında. Kantın fəlsəfəsini anlamaqda mənə yardımçı olan "Fəlsəfə tarixində fəlsəfə" kitabının müəllifi, filosof Niyazi Mehdiyə dərin hörmətlə. Fəlsəfənin ən qəliz məsələlərindən biri Allahın varlığının sübutu məsələsidir. Bəri başdan deyim ki, mən Allahın varlığına inanan adam...
ANL
Rəvan Qaçayev:"Muğam ifaçılığına yenilik gətirmək istəyirəm". Müsahibimiz VII Muğam Televiziya Müsabiqəsinin qaliblərindən gənc və istedadlı xanəndə Rəvan Qaçayevdir. Musiqiçi ailəsində dünyaya göz açan Rəvanla onu bu sənətə gətirən yoldan və daha da irəliləmək üçün düşündüyü planlarından danışdıq. Atam qarmon ...
ANL
"İnsanlar səməni ovsunu ilə yeni tale yaratmaq istəyiblər". Novruz gözəlliklər, mehr-məhəbbət bayramıdır. Novruzda elin-elatın xoş niyyəti, yenilənmək həvəsi, şövqü düz-dünya ilə bir olar. Ən böyük ümidlər Novruzda çin olar. Ən gözəl duyğular Novruzda baş qaldırar. Novruzda müqəddəs yerlər ziyarət edilər, qohumlara...
ANL
Ömür vəfa etsəydi, 82 yaşını əzizləri, doğmaları arasında keçirəcəkdi. Unudulmaz muğam ifaçısını xatırlayanda illərin bu cür sürətli uçuşundan heyrətlənirəm. Mən onda Bakı Dövlət Universitetinin tələbəsi idim. Xanəli, Canəli və Məzahir Əkbərovların Filarmoniyada konserti vardı. Mən də bilet alıb bu konsertə getmişdim (...
ANL
1873-cü il martın 10-da Bakıda maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov, aktyor Əsgər ağa Adıgözəlov və Realnı məktəbin şagirdlərinin iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib. Azərbaycanda peşəkar milli teatrın yaranması bu tarixdən he...
ANL
“Professor Düsen Kaseinov” adlı virtual sərgi açılıb. Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Professor Düsen Kaseinov” adlı virtual sərgi hazırlanıb. Virtual sərgi ilə bağlı məlumatda qeyd edilir ki, TÜRKSOY otuz ilə yaxın müddətdə türkdilli xalqların mədəniyyətinin dünyaya tanıdılması ...
ANL
“Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabının təqdimatı olub. Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm Mərkəzində “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabının təqdimatı olub. Kitabın elmi redaktoru və “Ön söz...
ANL
Hegemon brendlər. Bu yazını mənə son günlər baş verən hadisər - lap dəqiqi Rusiyaya qarşı tətbiq olunan genişmiqyaslı sanksiyalar və bu sanksiyalara qoşulan şirkətlərin siyahısındakı iki ad yazdırdı. Söhbət adlarını, demək olar, hər gün eşitdiyimiz, hər yaşın nümayəndəsini ovuclarının içərisində saxlamağı bacaran ...
ANL
İstanbulda kafelərdən birində dostlarla qəhvə içib, söhbətləşirdik. Hərdən gözüm eskalatorla enən gözü yaşlı, burnu, üzü qızarmış qadınlara sataşırdı. Hətta bir ara yanlış gördüyümü zənn etmişdim. İçimdə ilan kimi qıvrılan maraq yuxarıda nə baş verdiyini öyrənməyə can atdığı üçün söhbətə adaptasiya ola bilmirdim. Nəhay...
ANL
Dul qadının tənhalığı. Həmin uzun gecəni gözlərimə yuxu getmədi, əvvəllər dərd məni yatmağa qoymurdusa, indi sevinc, bədənimi döyəcləyən xoşbəxtlik dalğası şadlığımın ömrünü uzatmaq üçün məni ayıq saxlayırdı və elə bil ki, mənə deyirdi ki, sənin də küçənə bayram gəldi, sənin də quraqlıqdan az qala məhv olan qönç...
ANL
Plastik tullantılar: ekoloji tarazlığın qənimi. Ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablaşdırma tullantılarıdır. Ən əsası isə plastik tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti...
ANL
Azərbaycanda Milli Teatr Günü geniş qeyd olundu. Zəngin mədəni irsə sahib Azərbaycan xalqının sözə, musiqiyə, oyuna marağının yaşı minillikləri əhatə edir. Dildən- dilə, ağızdan-ağıza keçərək bu günümüzə qədər gəlib çıxmış şifahi xalq yaradıcılığımızın çoxşaxəli və rəngarəngliyi bunun ən bariz nümunəsidir. Folk...
ANL
Milli Teatr günü ərəfəsində Azərbaycan Teatr Xadimləri ittifaqında sərgilənən tamaşalar barədə qeydlər. Yaradıcılıq laboratoriyaları nə vəd edir? Müasir tendensiya ilə ayaqlaşmaq incəsənətin müxtəlif sahələri üçün nə qədər labüddürsə, bir o qədər də məziyyətdir. Yeni nəfəs, təzə fikir, kreativ baxış tərzi, dünyada...
ANL
Nikolay Katanov - Xakas türklərinin ilk alimi. Bu il martın 9-da Kazan şərqşünaslıq məktəbinin sonuncu görkəmli nümayəndəsi, türkoloq-alim, İmperator Kazan Universiteti və Kazan Ruhani Akademiyasının professoru, Rusiyada türk dilləri, müqayisəli dilçilik, folklor, etnoqrafiya və Şərq numizimatikası sahəsində tan...
ANL
Martın 14-ü Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın dünyaya gəldiyi gündür. Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin görkəmli nümayəndəsini - sevimli yazıçımızı bu əlamətdar gün münasibətilə təbrik edir, Anar müəllimə cansağlığı, sağlam ömür və yeni-yeni yaradıcılıq uğurları arzula...
ANL
Martın 11-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan "Dünya ədəbiyyatı" dərgisinin "İsrail" sayının təqdimatı keçirilib. Bu barədə AYB-nin Mətbuat xidməti məlumat yayıb. Tədbirdə Milli Məclisin üzvləri, İsrailin Azərbaycandakı səfiri, Dağ Yəhudiləri Dini...
ANL
Məmməd Orucun özü və sözü. onunla birlikdə Yazıçılar İttifaqında işlədiyimiz gözəl illər yadıma düşdü - o, "Azərbaycan" jurnalında, mən isə İttifaqda işləyirdik. Bu qırx ildə nələr olmadı, hansı qlobal hadisələr baş vermədi? Qırx il insan ömründə az zaman deyil, ancaq həmin olanlar, baş verənlər bu qırx ilin çərçivə...
ANL
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində işə başlayandan sonra təsadüfən “Axundov bağı”nda “525”dən tanıdığım Vahid Qazi ilə rastlaşdım. Sağ olsun, həmin səs yazısını mənə göndərdi. Amma o dövrdə bəzi səbəblərdən azanla bağlı nəsə etmək mümkün olmadı. Vaxtı ilə Ağdam məscidində verilmiş azanın “Qazi Qarabağ azanı” ad...
ANL
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə hökumətin orqanı kimi "Azərbaycan" qəzeti fəaliyyət göstərib. Qəzet Azərbaycan türkcəsində və rus dilində çap olunurdu. Bilirik ki, həmin dövrdə Azərbaycanda yazı ərəb qrafikalı əlifba ilə icra edilirdi. Bu da çağdaş zamanda AXC-nin fəaliyyətini araşdıra...
ANL
"Qələmsiz yazılanlar". status-esselər. Ənvər Əhməd Qarabağ sevgisiylə nəfəs alan gözəl şair, dəyərli alim, vətənpərvər insan idi. ƏTRAFLI. Allah rəhmət eləsin! Deyir, pul, adətən, onu sonradan görənləri çaşdırır. İTV-nin "Ötən günlər" verilişinin Mirzə Ələsgər Növrəsə həsr olunmuş sayı çox təqdirəlayiq, maarifləndiric...
ANL
Rusiya: Fəlakətin mənzərəsi. Rusiyanın ABŞ və NATO-ya qarşı ötən ilin dekabrında irəli sürdüyü ultimatumun müharibəyə səbəb olacağını proqnozlaşdırdığımız kimi, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin dünyanın siyasi xəritəsini dəyişəcəyini də əminliklə deyə bilərik. Əlbəttə, bu dəyişikliklərin tam miqyasını ...
ANL
Ukraynadakı Azərbaycan diaspor təşkilatları koordinasiyalı fəaliyyət göstərir. Ukrayna Azərbaycanlıları radasının baş katibi Ceyhun Məmmədov: "Vətəndaşlarımız zamanında burada qeydiyyatdan keçsəydilər, indi təxliyə üçün dəqiq sayi bilərdik". 24 fevraldan başlayan Rusiya-Ukrayna müharibəsi artıq iki həftədən çoxdur...
ANL
Ruhlarımızın Xan Arazdan güc aldığı doğma bölgədən olan həmyerlim Elçin Hüseynbəylinin "On üçüncü həvari və ya 141-ci Don Juan" romanıyla tanışlığım Azərbaycan Yazıçılar Birliyini ziyarət edərkən gerçəkləşdi. Ənənəvi olaraq Novruz bayramı ərəfəsində vətənimi, ailəmi, əizizlərimi ziyarətə getmişdim. Yazıçılar Birl...
ANL
UNEC-in elmmetrik göstəriciləri barədə hesabat təqdim olunub. HƏYATA KEÇİRİLƏN MƏQSƏDYÖNLÜ TƏDBİRLƏR UNİVERSİTETDƏ ELMİ TƏDQİQATLARIN SAY VƏ KEYFİYYƏTİNİN YÜKSƏLMƏSİNƏ TƏKAN VERİB. Bugünlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tədqiqat Mərkəzləri 2018-2021-ci illər üzrə elmmetrik göstəricilər barədə...
ANL
Heç kimə sirr deyil ki, böyük Qarabağ zəfərini bizə bəxş edən Vətən müharibəsi qələbə və sevinclə yanaşı bəzi problemlər, acılar da yaşatdı. Məhz bu müharibədən sonra ölkəmizdə əlilliyi olan gənclərin sayı xeyli dərəcədə artdı. Canını, qanını torpaq uğrunda fəda edən qəhrəmanlarımızın bəzisi şəhid, bəzisi qazi o...
ANL
Qəzənfər Paşayevin “İraq – Türkman poeziya antologiyası” təqdim olundu. Martın 14-də Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “İraq – Türkman poeziya antologiyası” kitabı...
ANL
Rüstəm İbrahimbəyovun xatirəsinə. Rüstəmi itirdik. Bu sözləri yazmaq çox ağırdır. Altmış il ərzində Rüstəm mənim ən etibarlı dostlarımdan idi. Yaxın dostlar arasında da hərdən-birdən xırda-para incikliklər, narazılıqlar olur. Bütün bu illər ərzində Rüstəmlə aramızda zərrə qədər də anlaşılmazlıq olmadı. Həyatının ən bö...
ANL
kim inciyib küsən imiş, ürəyində dərd üşənmiş;. ağıllısı salam deyir, dəlisinə salam olsun;. qazilərin əsasına, şəhidlərin qisasına;. Məmmədinə, Musasına, Əlisinə salam olsun;. bu dünyanın haqsız qalan, qul üzünə salam olsun. Bir az qəlbidən danış. saçıma düşən qarın, sorağı qışdan gəlir;. sevgilərin hamısı, bir ilk ba...
ANL