text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
“ATƏŞGAH MƏBƏDİ” AZƏRBAYCANIN DÜNYADA MƏŞHUR OLAN TARİXİ-MEMARLIQ ABİDƏLƏRİ SIRASINDA ÖN YERLƏRDƏN BİRİNİ TUTUR. Azərbaycanın qiymətli maddi mədəniyyət abidələrindən biri olan və dünyada böyük maraq doğuran “Atəşgah məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğu Abşeron yarımadasındakı Suraxanı kəndinin cənub-şərq qurtaracağınd...
ANL
9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsi məsələsi AŞPA-da gündəmə gətirildi. QƏNİRƏ PAŞAYEVA: “GÖZLƏYİRDİK Kİ, ERMƏNİ PARLAMENTARİLƏR ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN TÖRƏTDİYİ BU CİNAYƏTƏ – 9 YAŞLI FARİZ BƏDƏLOVUN QƏTLƏ YETİRİLMƏSİNƏ GÖRƏ ƏN AZI ÜZR İSTƏYƏCƏKLƏR”. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz ses...
ANL
“Molla Nəsrəddin” və mollanəsrəddinçilər” xatırlanıb. Cəlil Məmmədquluzadənin ev-muzeyində ““Molla Nəsrəddin” və mollanəsrəddinçilər” mövzusunda ədəbi məclis keçirilib. APA-nın məlumatına görə, tədbirdə Cəlil Məmmədquluzadənin tədqiqatçıları, yazıçı-publisistlər, jurnalistlər, karikaturaçı rəssamlar, tələbələr və Bakı ...
ANL
Yaqub Zurufçu: “Mənim dinləyicilərim əsasən səviyyəli musiqini sevən insanlardır”. “MƏNDƏKİ MUSİQİ DUYUMU, İFA QABİLİYYƏTİ HƏLƏ İNSANLARA TAM AYDIN OLMAYIB, BUNUN ÜÇÜN ZAMAN GƏRƏKDİR”. Azərbaycanın bənzərsiz diyarlarından olan, lakin hazırda ikiyə bölünən torpağının o tayından həmvətənlərinə baxan Təbrizimiz bizlərə bi...
ANL
Şirvan şahlarının əzəmətli məkanı: keçmişdən gələcəyə misilsiz yadigar kimi... ŞƏRQ MEMARLIQ ÜSLUBUNDAN İNCƏLİKLƏ İSTİFADƏ OLUNARAQ TİKİLMİŞ ŞİRVANŞAHLAR SARAY-KOMPLEKSİ ORTA ƏSR MEMARLIĞININ ŞAH ƏSƏRLƏRİNDƏNDİR. Zamanın, dövrün daşlaşmış yaddaşını özündə əks etdirən abidələr tarixin dərin qatlarından xəbər verən ən et...
ANL
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı dövlət başçısının bu ilin əvvəlində imzaladığı sərəncamda bu ictimai-siyasi hadisənin ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıdığı vurğulanıb. Bununla bərabər, müstəqillik illərində keçilən zəngin inkişaf yolunda qazanılan parlaq nailiyyətlə...
ANL
Ötən gün “Abşeron” Rəsm Qalereyasında gənc fotoqraf-jurnalist Rüstəm İsmayılovun sərgisi gerçəkləşib. “Baharın 60 anı” adlanan sərgi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və adıçəkilən rəsm qalereyasının təşəbbüsü ilə təşkil olunub. Ekspozisiyada yerləşdirilmiş 60 anı – foto-kadrı seyr edərkən tamaşaçıda ilk növbə...
ANL
Diplomatiya tariximizə və Xalq Cümhuriyyəti dövrünə dair qiymətli tədqiqat nümunəsi. PROFESSOR CƏMİL HƏSƏNLİNİN MOSKVADA NƏŞR OLUNAN “AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASININ XARİCİ SİYASƏTİ (1918-1920)” ƏSƏRİ TARİXİ, ELMİ VƏ İCTİMAİ FİKİR BAXIMINDAN BÖYÜK ƏHƏMİYYƏT DAŞIYIR. İtaliyanın nüfuzlu “Korriera della Serra” jurna...
ANL
Azərbaycan pianoçusu Emil İbrahim Almaniyada vəfat edib. Azərbaycanın tanınmış musiqiçisi, pianoçu, Bakı Caz Mərkəzinin art-direktoru Emil İbrahim dünən səhər saatlarında 37 yaşında dünyasını dəyişib. Bakı Caz Mərkəzindən APA-ya verilən məlumatına görə, gənc musiqiçi Berlində dünyasını dəyişib. Onun Almaniyaya səfəri u...
ANL
“MƏN AZƏRBAYCANA SİYASİ XƏRİTƏYLƏ YOX, ÜRƏYİN, RUHUN XƏRİTƏSİYLƏ YANAŞIRAM”. Bir neçə il bundan əvvəl keçirilən 2-ci Televiziya Muğam Müsabiqəsində bir səs də var idi – Nasir Ətapurun səsi. Həmin müsabiqə müddətində gənc və istedadlı xanəndə özünəməxsus ifa tərzi və məlahətli səsi ilə tamaşaçıların rəğbətini qazandı. N...
ANL
Karvansaralar: uzaq yolların tozunu, yorğun yolçuların izini bugünə daşıyan abidələr. Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan tarixən geniş ticarət əlaqələrinə malik olub. Ölkənin qədim karvan yolları üzərində yerləşməsi, əlverişli coğrafi mövqeyi və iqlimi ərazidə ticarətin geniş səviyyədə təşəkkülünə təkan verir...
ANL
DAK “Şəhidlik zirvəsi” adlı tədbir keçirib. Dünya Azərbaycanlıları Konqresi (DAK) Gənclər Təşkilatı dünən Atatürk Mərkəzində”Şəhidlik zirvəsi” adlı tədbir keçirib. Gənclər Təşkilatının sədri Seymur Həsənli tədbirin məqsədləri barədə söz açıb. Ölkəmizin müharibə şəraitində olduğunu bildirən S.Həsənli şəhidlərin rəsmi şə...
ANL
Tələbələr arasında Heydər Əliyevin 88 illiyilə bağlı futbol yarışı başlayıb. Aprelin 16-da Bakı Dövlət Universitetinin (BDU) futbol meydançasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə universitetin 17 fakültəsi, eyni zamanda MDU-nun Bakı filialının tələbələri arasında futbol yarış...
ANL
Məhəmməd peyğəmbərin mövludu günü qeyd edilib. Aprelin 17-də şərqşünas Seyid Camal Əzimbəylinin təşkilatçılığı ilə Məhəmməd peyğəmbərin mövludu günü ilə bağlı tədbir düzənlənib. Tədbirdə ilk olaraq, Qurani-Kərimdən ayələr oxunub. Daha sonra çıxış edən Türkiyəli professor Akif Köten bildirib ki, Məhəmməd peyğəmbər öz hə...
ANL
Azad Rəhimov İordaniyada görüşlər keçirir. Gənclər və idman naziri Azad Rəhimov dünən İordaniyaya rəsmi səfərə yola düşüb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın verdiyi məlumata görə, 2009-cu il oktyabrın 12-də Əmman şəhərində “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimil...
ANL
Ümumi və tam orta təhsil səviyyələri üzrə sonuncu yoxlama imtahanı keçirilib. Təhsil Nazirliyi aprelin 17-də Azərbaycanda ümumi orta və tam orta təhsil səviyyələri üzrə sonuncu yoxlama imtahanı aparılıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, imtahanlar Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmk...
ANL
“Qərbi Avropa ölkələrilə müqayisədə Macarıstanda Qarabağ münaqişəsi haqda daha güclü məlumat var”. SƏFİR VİLAYƏT QULİYEV: “RƏSMİ BUDAPEŞTİN ENERJİ RESURSLARI BAXIMDAN DA AZƏRBAYCANA BÖYÜK MARAĞI VAR”. Azərbaycanın Macarıstandakı səfirliyi paytaxt Budapeştin mərkəzində qədim və tarixi bir binada yerləşir. Üçrəngli bayra...
ANL
Xoşbəxt Yusifzadə: “Azərbaycan “Nabucco”nu təkbaşına da qazla təmin edə bilər”. Azərbaycanın qaz ehtiyatlarının həcmi “Nabucco” layihəsini başqa Xəzəryanı dövlətlərin iştirakı olmadan da reallaşdırmağa imkan verir. “APA-Economics”in məlumatına görə, bunu dünən Bakıda işə başlayan V Xəzər Neft-Qaz Ticarət-Nəqliyyat Konf...
ANL
Jurnalist Qadınlar Assosiasiyası Fariz Bədəlovun qətlilə bağlı beynəlxalq qurumlara müraciət edib. Dünən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası (AJQA) 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsinin qırxıncı gününə həsr edilmiş dəyirmi masa keçirib. Tədbir iştirakçıları əvvəlcə Farizin xatirəsini bir dəqiqəlik sükutl...
ANL
Urmiya bəyannaməsinin mətni açıqlandı. AZƏRBAYCAN, İRAN VƏ TÜRKİYƏ XARİCİ İŞLƏR NAZİRLƏRİNİN NÖVBƏTİ GÖRÜŞÜ NAXÇIVANDA OLACAQ. Azərbaycanın Xarici İşlər Nazirliyi üç ölkənin- İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin İranın Urmiya şəhərində keçirilən üçtərəfli görüşündə qəbul olunan birgə bəyannamənin mətni...
ANL
İqtisadiyyat“Azərbaycanda bələdiyyələr: çətinliklər və inkişaf imkanları”. “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının təşkilatçılığı ilə “Azərbaycanda bələdiyyələr: çətinliklər və inkişaf imkanları” mövzusunda konfrans keçirilib. Konfransda dövlət orqanlarının, bələdiyyələrin, xarici ölkə səfirliklərinin, beynəlxa...
ANL
Valeh Hacılar haqqında uzun müddət yaza bilmədim. Mənə elə gəlirdi, yazsam, öz-özümə cismani yoxluğunu sübut edəcəyəm, bunu da heç istəmirdim. Amma gerçəklikdən kim sonacan qaça bilib ki?! Günlərin birində o maneəni keçməli, yaddaşımın Valeh Hacılar köşəsində qalanları işığa çağırmağı, ona öz duyğularımı əlavə eləməli ...
ANL
Məzahir Şəhamədlə Səlim Babullaoğlunun söhbəti. – Mənim əvvəlki şeir kitabımın lap başında belə bir qısa şeir var. Əlaqəsiz şeirlərimdəndi. Bər qorure nəməke tənhayiye mən baran mibarəd”. Tərcüməsi belə olar yəqin: Təklikdən ölümə qədər ara yoxdur, Təkliyimin duz daşına yağış yağır. vəğte neqah əz pəncəre. əgər bəxtiət...
ANL
“Müsavat” qurultayında. “Musavat” partiyası təkcə Azərbaycanda deyil, bütün türk və İslam aləmində yaranan ilk həqiqi demokratik istiqlalçı bir siyasi partiya idi. Qısa müddətdə Zaqafqaziyanın ən güclü siyasi partiyasına çevrilmiş “Müsavat” hər şeydən əvvəl müstəqil milli dövlətimiz – 1918-ci il 28 mayda elan edilmiş A...
ANL
Ədəbiyyatımızın və sənətimizin böyük bir qolunu təşkil edən Bakıdan,yəni mərkəzdən uzaqlarda yaşayan yaradıcı qüvvələrə adətən ƏYALƏTDƏKİ YARADICILAR adı verilmiş.Təbii ki, mərkəzdən uzaqda olan bu yaradıcılar Yazıçılar Birliyinin indiki məqamında böyük bir qüvvədilər və buna görə də bu Birliyin filialları deyə bir ter...
ANL
Əyyub Quliyev Romada Toskanini Filarmoniya Orkestrinə dirijorluq edib. Aprelin 14-də İtaliyanın paytaxtı Roma şəhərinin “Olimpiko” teatrında azərbaycanlı dirijor Əyyub Quliyevin idarəsilə Arturo Toskanini Filarmoniya Orkestrinin konserti keçirilib. Bu barədə APA-ya Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib...
ANL
BÜTÜN DƏRDLƏRDƏN AZAD QOCA ŞEYXİN NAĞILI. “Nağıllar” silsiləsindən. Həmin məşum günorta çağı Şeyx həzrətləri həyətin yuxarı başında həmişəki yerində oturub fikrə getmişdi və Şeyx fikrə gedəndə külək də dayanırdı, ağacların yarpaqları da susurdu, çünki onlar da bilirdi ki, Şeyx fikrə gedib və Şeyxin fikrini dağıtmaq olm...
ANL
Varşavadakı XI Mədəniyyət və Poeziya Festivalında Azərbaycan uğurla təmsil olunub. Aprelin 11-dən 17-dək UNESCO-nun dəstəyi ilə Polşanın paytaxtı Varşavada XI Mədəniyyət və poeziya festivalı keçirilib. Festivalda Azərbaycanı Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyeva, aşıq Sevil Xıdırova...
ANL
Mədəniyyət və İncəsənət Universitetində Turan Cavid anıldı. Böyük Azərbaycan şairi Hüseyn Cavidin sonbeşiyi Turan Cavid Mədəniyyət və İncəsənət Universitetində yüksək sayqı, xüsusi ehtiramla yad edildi. Axı Turan xanım yaşıdı olduğu bu unikal təhsil ocağının məzunlarından, sonralar isə pedaqoqlarından biri olub. Axı hə...
ANL
Elçinin nağılları və yaxud nağılın gerçəyə dedikləri. “İki könül bir-birini tutmasa, Alan da yazıqdı, gələn də yazıq” Aşıq Ələsgər Bu yaxınlarda xalq yazıçısı Elçinin “Ədəbi düşüncələr” kitabı haqqında düşüncələrini qəzet vasitəsilə bildirmişdim. Həmin kitab Elçin dünyasının dərki üçün, başqa əsərləri oxunmasa, belə, m...
ANL
Şahin Sinaria: “Ölülər” əsərini dünya teatrında səhnəyə qoysaq, böyük ajiotaj doğuracaq”. FRANSADA YAŞAYAN AZƏRBAYCANLI REJİSSOR: “DEPARDYENİN AZƏRBAYCAN KİNOSUNUN İNKİŞAFI ÜÇÜN HAVAYI İŞ GÖRƏCƏYİNƏ İNANMIRAM”. 16 ilə yaxındır ki, Fransada yaşayan və Paris Eksperimental Teatrında çalışan azərbaycanlı rejissor Şahin Sin...
ANL
Hesse sərgərdanlığı. Herman Hessenin “Yalquzaq” romanını, “Knulp” və “Siddiharha” povestlərini oxuyanda məndə belə bir fikir oyanmışdı: “Yəni bu həyatda doğma olan bircə adam da yoxdu?” Sonra həqiqətən də razılaşmalı olmuşdum ki, içimizdəki o gözəgörünməz “mənimiz”dən başqa, bizim dilimizi heç kəs tapa bilmir. Doğmalıq...
ANL
Təbrik novellası. İlk öncə onu deyim ki, şəxsiyyət ikiləşməsindən bu yazıda söhbət belə getməyəcək, biz sadəcə bir bədəndə iki candan danışacağıq, biri Qulu, digəri Ağsəs: biri şairdi, digəri publisist. Özü də həqiqətən quldu, dərgah quludu, mehrabını bildirməsə, üzə vurmasa da, Sözünün də, Səsinin də Ağı qaradan seçil...
ANL
Tanınmış tarixçi-alim Cəmil Həsənlinin “Azərbaycanda milli dil uğrunda mübarizə” kitabını oxuyandan sonra XX əsrin 50-ci illərinin ortalarında ideologiya və mənəviyyat cəbhəsində baş verən olayların əsas qəhrəmanlarından biri-böyük yazıçı, ictimai-siyasi xadim və ziyalı Mirzə İbrahimov gözümdə daha da yüksəldi. Təbii k...
ANL
... Dənizdən qalxan gün düşür otel odasının divarlarına. Gözümü açıb yatağımda qurdalanıram. Fərq eləməz, geyinirəm, çarıqlarımın, yəni krassovkalarımın ipini çəkirəm, güzgünün qarşısında sonuncu ştrixlər... Hüsnünə heç bir söz olmaz, Gözlərin yaman gözəldi – deyirəm özümə və yuxuyla heç bir problemi olmayan sayın mill...
ANL
“Boloniya prosesində ali təhsildə keyfiyyətin idarə olunması” müzakirə edilib. Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Nazirliyi və Qafqaz Universitetinin birgə təşkil olunan, ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilən “Boloniya prosesində ali təhsildə keyfiyyət...
ANL
Müsahibə“Azərbaycan hökuməti heç bir zaman kiminsə ərköyün hərəkətlərinə göz yummayacaq”. VİTSE-SPİKER BAHAR MURADOVA: “DİALOQ ADI ALTINDA MÜXALİFƏTİN QEYRİ-QANUNİ TƏLƏBLƏRİNƏ GÜZƏŞTƏ GEDİLMƏSİ NƏZƏRDƏ TUTULURSA, AZƏRBAYCAN HÖKUMƏTİ HEÇ ZAMAN BUNU ETMƏYƏCƏK”. – Bahar xanım, məlum olduğu kimi, İctimai Palata ayın 17-nə ...
ANL
Təhsilin İdarəolunması Məlumat Sistemi - müasir mərhələdə zəruri vasitə kimi. Təhsil sisteminin müasirləşdirilməsi şəraitində təhsil müəssisələrinin idarə olunması sisteminin təkmilləşdirilməsinə yeni tələblər qoyulur. Bu gün idarəetmə və nəzarət mexanizminin səmərəsini artırmaq üçün informasiya texnologiyalarından ist...
ANL
Əbülfəs Qarayev Cənub-Şərqi Avropa Mədəniyyət Nazirləri Şurasının sessiyasında iştirak edib. Rumıniyanın paytaxtı Buxarest şəhərində Cənub-Şərqi Avropa Mədəniyyət Nazirləri Şurasının illik sessiyası keçirilib. Nazirlər Şurasının sessiyasında iştirak etmək məqsədilə Azərbaycanın mədəniyyət və turizm naziri cənab Əbülfəs...
ANL
Xalq şairi Zəlimxan Yaqub “Zəngi” liseyinin qonağı olub. Dünən Bakının Nizami rayonunda yerləşən “Zəngi” liseyində xalq şairi Zəlimxan Yaqubla görüş keçirilib.Görüşdə liseyin müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan liseyin direktoru Bayram Heydərov şairi və qonaqları salam...
ANL
MİLLİ KİTABXANANIN ŞÖBƏ MÜDİRİ XURAMAN İSMAYILOVA: “BİR İLƏ YAXINDIR Kİ, BU İŞƏ BAŞLAMIŞAM, ARTIQ REDAKTƏ İŞLƏRİ GEDİR, BİBLİOQRAFİYA YAXIN GÜNLƏRDƏ ÇAPA TAM HAZIR OLACAQ”. Uzun illərdən bəri sənətsevərlərin sevimli jurnalı olan “Qobustan” sənət toplusunun yaxın zamanlarda geniş biblioqrafiyası oxucuların ixtiyarına ve...
ANL
Səlim Babullaoğludan yeni kitab: “Ədəbi söhbətlər”. “Professional söhbətlər”. Bugünlərdə şair, tərcüməçi, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babullaoğlunun “Ədəbi söhbətlər” adlı kitabı çapdan çıxıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə çap olunan kitaba müəllifin dünya...
ANL
“Müsavat” qurultayında. “Müsavat” partiyası təkcə Azərbaycanda deyil, bütün türk və İslam aləmində yaranan ilk həqiqi demokratik istiqlalçı bir siyasi partiya idi. Qısa müddətdə Zaqafqaziyanın ən güclü siyasi partiyasına çevrilmiş “Müsavat” hər şeydən əvvəl müstəqil milli dövlətimiz – 1918-ci il 28 mayda elan edilmiş A...
ANL
Keçmişi təhlil etməyə lüzum varmı?! Elçinin “Sosrealizm bizə nə verdi” ədəbi-estetik essesi üzərində düşünərkən... Dünyamız olduqca mürəkkəb siyasi, iqtisadi, ictimai, mədəni, mənəvi kataklizmlər burulğanında yaşadığından bəzən inkişafın, dialektikanın istiqamətini tutmaqda da problemlər yaranır. Filosoflar, estetlər, ...
ANL
Hardasa 60-cı ilin əvvəllərində, qiyabi oxuduğum zamanlarda Bakıda kitab mağazasının hansındansa (Onda hələ kitab mağazası binaları dəllal bazarına çıxarılıb satılmadığından sayı hesabı yox idi. İndiki kimi deyildi ki o boyda Bakıda bir-iki kitab mağazası qalsın. O kitab mağazalarını kim satdırdı, niyə satdırdı, mədəni...
ANL
Dədə Şəmşirlə üç görüş. Bu silsiləmi mənim üçün əziz olan, içimdə daim yaşatdığım, öləziməyə qoymadığım hisslərdən hörəcəyəm. O hisslərdən ki, vaxtilə bir sıra səbəblərdən; siyasi quruluş üzündən, tuş gəldiyim haqsızlıqlardan, evsizlikdən, əsəb gərginliyindən, vaxt məhdudluğundan qələmə ala bilməmişəm. Amma onları dəfn...
ANL
Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqilə bağlı mühüm işlər həyata keçirilib. 2010-2011-ci tədris ilindən başlayaraq, ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilir. Dövlət sifarişinin formalaşdırılması ölkənin milli, mədəni, humanitar...
ANL
İnqilab Kərimov fenomeni”ni açıqlama cəhdi. Görkəmli alim, sənətşünaslıq doktoru, professor, Azərbaycan MEA-nın müxbir üzvü İnqilab Kərimovun 80 illik yubileyi. Mən onun haqqında yazmalıyam. – geştalt psixologiyada formalaşmış nəhəng alim-şəxsiyyət. – həyat eşqi ilə daim alışıb-yanan sadə, humanist insanoğlu Bu iki key...
ANL
Milli Azərbaycan Tarixi Muzeyi: Şanlı tarixin silinməz mənzərəsi. Dünya mədəniyyəti xəzinəsinə gözəl nümunələr bəxş edən Azərbaycan xalqı qədim və zəngin mədəniyyətə malikdir. Xalqımızın ulu keçmişini özündə yaşadan, bu tarixi yolu əks etdirən eksponat və materialların toplandığı ünvanlardan biri də Milli Azərbaycan Ta...
ANL
Bu haqda İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı məlumat verib. Sərgidə Ocaqçılar, habelə Azərbaycanın tanınmış aydınları, elm, sənət xadimləri, jurnalistlər iştirak ediblər. Sərgini giriş sözüylə açan qalereyanın direktoru Eldəniz İbrahimov iştirakçıları salamlayıb, Asif Ataya həsr olunm...
ANL
Göygöl-Helenendorf: dostluq və mədəniyyət körpüsü. Son vaxtlar Azərbaycan xalqının tarixinin, mədəniyyətinin dünyaya layiqincə təqdim olunması, tanıdılması istiqamətində geniş işlər görülür. Təqdirəlayiq haldır ki, bu işlər respublikamızın ayrı-ayrı bölgələrinin timsalında da özünü göstərir. 1819-cu ildə Vürtemberq kra...
ANL
Şair Yusif Kamalın yeni kitabı işıq üzü görüb. Bu yaxınlarda “Gənclik” nəşriyyatında Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı şair Yusif Kamalın “Dar ağacı” adlı yeni kitabı çapdan çıxıb. Bundan əvvəl şairin “Hamı Allahı çağırır”, “Səməndər quşu” adlı kitabları nəşr edilib. Yeni topluda müəllifin fərqli illərdə ...
ANL
Vəli Məmmədovun 80 illik yubileyi qeyd edilib. Ötən həftənin bazar günü “Yardımlı Xeyriyyə Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı “Retro şam” restoranında tanınmış ictimai-siyasi xadim Vəli Məmmədovun 80 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən birliyin sədri Elman Eldaroğlu ilk olaraq qurum...
ANL
Azərbaycanda xalçaçılığın inkişafına “Azər-İlmə” töhfəsi. 15 YAŞLI BU MÜƏSSİSƏ MİLLİ XALÇAÇILIQ ƏNƏNƏLƏRİNİN QORUNMASINDA VƏ DAVAM ETDİRİLMƏSİNDƏ MÜHÜM ROL OYNAYIB. Azərbaycan xalq sənətinin qədim və zəngin tarixi, özünəməxsus ənənələri olan sahələrindən biri xalçaçılıqdır. Dünya mədəniyyətinə əvəzsiz töhfələr vermiş A...
ANL
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi: ədəbi-tarixi dəyərlərimizin etibarlı saxlanc yeri. Çoxəsrlik tarixə malik zəngin ədəbiyyat və mədəniyyət nümunələrinin toplandığı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin keçdiyi yola nəzər salmaq hər cəhətdən maraq doğurur. Muzeyin yerləşdiyi bina 1850-ci ildə birm...
ANL
“Azərbaycanda Turizmin İnkişafı” mövzusunda seminar keçirilib. M.S.Ordubadi xatirə muzeyi Səbail rayon MKS-nin 2 saylı filialı (keçmiş M.Seyidzadə adına Şəhər Uşaq Kitabxanası) ilə birgə “Azərbaycanda Turizmin İnkişafı” mövzusunda seminar gerçəkləşib. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Rəhilə Rzayeva se...
ANL
Aprelin 25-də Mədəniyyət və İncəsənət Universitetində dahi şairimiz Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş “Sabir və Azərbaycan gülüş mədəniyyəti” adlı elmi-nəzəri konfrans keçirildi. Konfransı giriş sözü ilə universitetin prorektoru, professor Rafiq Sadıqov açdı. O, Azərbaycan Respublikasının...
ANL
Rəngkarlıq və qrafika sənətimizdə özünəməxsus mövqeyi olan rəssamın yubileyilə əlaqədar, onun yaradıcılığını, xüsusilə qəlbən, ruhən sıx bağlı olduğu Bakıya aid əsərlərini geniş, dolğun şəkildə əks etdirən sanballı bir nəşr hazırlanıb. Yeni işıq üzü görən bu kitab-albom Altay Sadıxzadənin yaradıcı dünyagörüşü və sənət ...
ANL
MƏTBUAT ŞURASININ RƏHBƏRLİYİ YUBİLEY MƏRASİMİNDƏ İŞTİRAK EDİB. Dünən Qubanın “Şəfəq” qəzetinin 90 illik yubileyi ilə bağlı mərasim keçirilib. Mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin Qubanın mərkəzində ucaldılmış abidəsini ziyarət edərək üzərinə tər çiçəklər düzüblər. Rayon Mədəniyyət Evində baş tutan topl...
ANL
Əlbəttə, yazılarda soyadlardakı sonluq şəxsin milli mənsubiyyətini bildirən, şərtləndirən, adı qoruyan formal atributlardan biri, bəlkə də birincisidir. Terminologiya komitəsinin bu məsələ ilə bağlı yaratmış olduğu komissiyanın hazırladığı təklif və irəli sürdüyü tövsiyə öz məzmunu, geniş əhatəliyi ilə təqdirəlayiqdir ...
ANL
Turizmin sahəsini inkişaf etdirək. Azərbaycanın iqtisadi inkişafında, məlum olduğu kimi, neft sənayesi həlledici rol oynayır. Bununla yanaşı, ölkəmizdə düşünülmüş şəkildə qeyri-neft sektorun inkişafına xüsusi diqqət verilir. Realizə edilən qeyri-neft sektorunun inkişafı siyasəti bir çox sahələrin potensial imkanlarında...
ANL
Turizmin sahəsini inkişaf etdirək. Azərbaycanın iqtisadi inkişafında, məlum olduğu kimi, neft sənayesi həlledici rol oynayır. Bununla yanaşı, ölkəmizdə düşünülmüş şəkildə qeyri-neft sektorun inkişafına xüsusi diqqət verilir. Realizə edilən qeyri-neft sektorunun inkişafı siyasəti bir çox sahələrin potensial imkanlarında...
ANL
Zeynəb Bəhmənlinin “Könül incilərindən seçmələr”i işıq üzü görüb. Tanınmış şairə və publisist Zeynəb Bəhmənlinin 50 illik yubileyilə bağlı tədbir keçirilib. Mərasimi yazıçı-jurnalist Səriyyə Müslümqızı açaraq, Zeynəb Bəhmənlinin həyat və yaradıcılıq yolu haqqında qısa məlumat verib və onun böyük kəramət sahibi, məşhur ...
ANL
Azərbaycan Dövlət Rəqs Ansamblının 40 yaşı qeyd olunub. Azərbaycan Dövlət Rəqs Ansamblının 40 illik yubileyinə həsr olunmuş konsert keçirilib. APA-nın məlumatına görə, Heydər Əliyev Sarayında baş tutan yubiley tədbirində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dövlət Rəqs Ansamblının bütün heyətini təbri...
ANL
– Akademik Milli Dram Teatrında yaradılan Bədii Şurada Siz də təmsil olunursunuz... – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bədii Şuranın fəaliyyəti adət etdiyimiz kimi olmayacaq. Əvvəlki kimi olmaq o deməkdir ki, heç nə olmayacaq. Gərək biz bir az yeniliyi qəbul edək. Zaman dəyişir, Azərbaycanın bir nömrəli ...
ANL
Yeri görünən Aydın. Əgər insanın yaşını onun yaxşı əməllərinin sayı ilə hesablamaq lazım gəlsəydi, bu siyahıda yaxından tanıdığım insanlardan birinin – 42 yaşında dünyasını dəyişmiş Aydın Səlimzadənin adını birincilər sırasında görmək istərdim. Dünyaya sanki yaxşılıq etmək üçün gəlmişdi Aydın. 1993-cü ilin sentyabr ayı...
ANL
Milli mənəvi dəyərlərimiz ulu öndər Heydər Əliyevin dühası işığında. Müasir Azərbaycan Respublikasının qurucusu və memarı Ümummilli lider Heydər Əliyev cəmiyyət həyatının ictimai-siyasi, sosial iqtisadi inkişaf strategiyasına yaradıcısı və bilicisi olan bir dövlət xadimi olmaqla yanaşı həm də fəaliyyət göstərdiyi bütün...
ANL
Azərbaycanın Kukla Teatrı Mərakeşdəki festivalda birincilik qazanıb. Mərakeş Krallığının Taza şəhərində keçirilən XII Beynəlxalq Teatr Festivalı başa çatıb. Festivala Asiya, Avropa, Afrika və Amerika qitələrindən 11 uşaq teatrı qatılıb. Azərbaycan isə festivalda Abdulla Şaiq adına Dövlət Kukla Teatrı tərəfindən təmsil ...
ANL
Dillər Universitetində Tələbə Elmi Cəmiyyətinin illik konfransı keçirilir. Dünən Dillər Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı Tələbə Elmi Cəmiyyətinin (TEC) ənənəvi illik konfransı öz işinə başlayıb. Tədbirdə çıxış edən Dillər Universitetin rektoru, professor Səməd Se...
ANL
GUCCİ FATOŞ. Hekayə, yaxud monoloqdan fraqmentlər. Ona görə günəş xoşuma gəlmir. Mavi səmaya yaraşmır. Heç olmasa qəhvəyi rəngdə olsaydı, çox zərif bir estetik harmoniya yaradardı. Şüalarından Guccinin qoxusu gəlsəydi, istisi adamın dərisini Vichynin kremləri kimi gözəlləşdirsəydi, saçlarını Schwarzkopf kimi parlıdadsa...
ANL
Seymur Baycanın “Quqark”-ı haqqında. Kitab həyat hadisələri ilə zəngindir. Baxmayaraq ki, əsərin qəhrəmanı yazar özüdür oxucu bu romanın müəllifini unudur. Hətta onun Seymur Baycan olduğunu da unudur. Bütün çatışmazlıqları(qrammatik səhvlər, yalnış ifadələr- cümlələr, yersiz hadisələr) və qarışıqlığı ilə sonda oxucuya ...
ANL
Oralarda kimlər var: Zəlimxan Yaqub. Xalq şairi Zəlimxan Yaqubun danışmaq hızına heç bir qələm sahibi çatdıra bilməz və onun danışığı da yazı tərzinə çox yaxın olduğundan üz-üzə oturmaqdan vaz keçdim.Sualları göndərdim və cavabları aldım.Öz tempinə uyğun suallara cavab verdi.Temp beləydi: sualları alandan bircə gün son...
ANL
Rus şairi Nekrasov deyib ki, “Sən şair olmaya bilərsənsə də, Vətəndaş olmağın gərəkdir əlbət”. Sənətkarda bu iki keyfiyyət birləşəndə – həm istedadla mayalanmış yaradıcılıq, həm də vətəndaşlıq hünəri, vətən təəssübkeşliyi, həmin şəxsiyyət xalqının tərcümanı olur, milli yaşamında hadisəyə çevrilir. Anarın ictimai-siyasi...
ANL
“Nağıllar” silsiləsindən. Şimaldan Cənuba aparan o qədim yolun aşağı tərəfi dərin yarğana gedib çıxan sıldırım qayalar, yuxarı tərəfi isə başı qarlı dağlara qalxan meşəlik idi və yol boyu – meşənin ayağı altında – qalın böyürtkən kollarından ibarət zolaq uzandıqca uzanırdı. O meşənin uca və qollu-budaqlı ağacları – pal...
ANL
Kamal Abdulla yaradıcılığının poetikası və semiotikası məsələlərinə həsr olunmuş maraqlı və elmi cəhətdən dəyərli bir əsərdir. Müasir yazıçıların yaradıcılığı barədə yazan müəlliflər, adətən, özlərinin ilk təəssüratlarına daha çox yer verirlər, nəinki yazıçının əsərlərinin obyektiv mənasına və onların elmi-nəzəri tədqi...
ANL
“Qarabağ məsələsi Macarıstan üçün həssas və aktualdır”. VİLAYƏT QULİYEV: “MACARISTAN PARLAMENTİNDƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI QƏTNAMƏ LAYİHƏSİNİN QƏBUL OLUNMASI İSTİQAMƏTİNDƏ İŞ GEDİR”. Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev “Trend”ə müsahibə verib. Müsahibəni oxuculara tə...
ANL
Əsgər Fərhadi psixologizmi. 1972-ci ildə İsfahanda doğulan, Tehran Universitetində dram rejissorluğu ixtisasına yiyələnən, qısametraljı filmlər, seriallar üçün ssenarilər yazan, bir müddət televiziyada çalışan Əsgər Fərhadinin (1972) “Tozanaqda rəqs” (ssenari müəllifi Əlirza Bazrafşanyan, Əsgər Fərhadi, Məhəmmədrza Faz...
ANL
RAUF ARİFOĞLU: “QƏZETÇILIK ARTIQ MƏNIM HƏYAT TƏRZIMƏ ÇEVRILIB,BU SAHƏDƏ YENI PLANLAR, INKIŞAF HƏMIŞƏ GÖZLƏNILƏNDIR”. Bu günlərdə “Yeni Müsavat” qəzetinin qurucusu və baş redaktoru, ölkənin ən nüfuzlu media təmsilçilərindən biri sayılan Rauf Arifoğlunun 45 yaşı tamam oldu. Milli Mətbuatımızın 136-cı ildönümünə təsadüf e...
ANL
Modern şeir məktəbinin qurucusu. Fəlsəfi-intellektual şeirin qüdrətli siması. Ədəbiyyat və mədəniyyətimizin böyük təəssübkeşi. Görkəmli ictimai xadim. Tarixin sınaqlarında müdhiş çətinliklərlə üzləşən əzabkeş nəslin nümayəndəsi. Və bu əzab-əziyyətləri özündə sinirərək dirçələn, əzəmətli çinar kimi ucalan etalon şəxsiyy...
ANL
Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü. (Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı barədə qeydlər). Kortes kimi o, silahsız görüşmək təklifindən sonra çarı oğurladı. Girovun haqqı kimi o, otağın tavanına qədər qızıl verilməsini tələb etdi. Bir neçə həftə ərzində yerlilər dəstəsi qızıl lövhələri, şamda...
ANL
Oralarda kimlər var: Yazar ailələr. Müsəllim Həsənov – publisist, Şəhla Nağıyeva – pedaqoq-tərcüməçi. Bu işin müxtəlif tərəfləri var.Bir ailədə eyni sənət və eyni iş adamlarının öz aralarında dil tapması və sakit günlər yaşaması məncə bir o qədər də asan iş deyil.Çünki ayrı-ayrı sənət sahibləri olanda yanlışlar o saat ...
ANL
Tanınmış musiqiçilərin alim davamçısı – Telman Bədəlbəyli-Ağdamski. Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, kimya elmləri doktoru Telman Bədəlbəyli-Ağdamski ilə görüşümüz alimin 75 illik yubileyinə təsadüf edir. T.Ağdamski 1958-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini b...
ANL
“XX əsr polyak poeziyasının tarixi Polşa tarixi ilə paralel xətlər kimi inkişaf edib”. Şair və ədəbiyyatşünasdır, mədəniyyət sosiologiyası ilə məşğul olur. Filologiya doktorudur, müxtəlif ali təhsil müəssisələrində dərs deyir. Bizim görüşümüzə Samir adlı gənc rəssam səbəb oldu. İndi təfərrüatları unutmuşam. Səhv eləmir...
ANL
Azərbaycanda ordu quruculuğu müasir mərhələdə. Peşəkar hərbçinin yetişdirilməsi strateji məsələ kimi. İlk baxışdan adi səslənən “əsgər”, yaxud “hərbçi” məfhumları əslində çox ağır strateji yük daşıyır. Yaxşı əsgər necə olmalıdır, hərbi hazırlıq necə təşkil olunmalıdır, peşəkar hərbçinin hazırlanmasında hansı prinsiplər...
ANL
“Cavanlar həyatı” ilə başlayan böyük yol. Ulu öndər Heydər Əliyevin belə bir fikri var: “Milli özünüdərkin formalaşmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində mətbuat mühüm rol oynayır”. Həqiqətən də mətbuat hər ölkənin tarixinin bir parçası, Həsən bəy Zərdabinin sözləri...
ANL
Məmməd müəllim “Şərq qapısı” qəzetinin Baş redaktoru işləyərkən iş yoldaşı, dünyasını dəyişən Cəfər Kərimov haqqında bu başlıq altında belə yazırdı: “Bir səhər əl telefonuma zəng gəldi. Bəd xəbərdən tüklərim biz-biz oldu, ətim ürpəşdi. Elə bildim dünya gözlərimdə qaraldı. Bu bəd xəbərdən özümə gəlmək üçün evdəcə bir qə...
ANL
Zeynəb Kazımova: “Mətbuatla əlaqələrimiz qarşılıqlı işgüzar münasibətlərə söykənir”. Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə Əlaqələr və mətbuat xidməti bu sahədə ən fəal qurumlardan biri kimi tanınır. Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə Əlaqələr və Mətbuat xidməti universitetin ən gənc strukturları...
ANL
Bir yerdə xərcləmişik, Yad şəhərlər olub ki, Gecələr tək gəzmişik. Mən oxuyub Hamsunu, Sən oxuyub Hesseni. Saçımıza dən düşüb. Eyni gün eyni dərddən, Çörəyi tən bölüşüb. Suyla yemişik hərdən. İndi gözləmək qalır. Sirdisə də sonrası, Ey Ruminin əmisi, Ey Zəhranın atası. Yol yarıdan keçilmiş, Nə gün dönər, nə keçmiş, Göz...
ANL
Pərvanə İbrahimova: “Media ilə uğurlu əməkdaşlıq qurmaq üçün mətbuat katibi xüsusi keyfiyyətlərə malik olmalıdır”. Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsi bu ali təhsil ocağı ilə KİV və İctimaiyyət arasında əsas əlaqələndirici vəzifəsini layiqincə yerinə yetirməyə çalışır. Azərbaycanın ən nüfuzlu ali ...
ANL
Təhsildə dəyərləndirmə: mahiyyəti, zəruriliyi və hazırkı vəziyyəti. Qiymətləndirmə təhsildə proqnozlaşdırmanın mühüm tərkib hissəsi olub, sistemli məlumat toplama və məlumatların təhlili vasitəsi ilə təlimin dəyərləndirilməsinə və bu sahədə perspektivlərin müəyyənləşdirilməsinə imkan verən, təhsilin keyfiyyətini idarə ...
ANL
Qərb Universiteti nəzdindəki tam orta məktəb – müasir səviyyəli təhsil ocağı. DİREKTOR MÜAVİNİ SƏİDƏ ZEYNALOVA: “BURADA PEŞƏKAR, TƏCRÜBƏLİ MÜƏLLİMLƏR ƏN YENİ TƏDRİS PROQRAMLARI, QABAQCIL METODLAR ƏSASINDA, AZƏRBAYCAN VƏ RUS BÖLMƏLƏRİ ÜZRƏ YÜKSƏK KEYFİYYƏTDƏ DƏRS KEÇİRLƏR”. Qərb Universitetinin nəzdindəki tam orta məktə...
ANL
Kamal Təbrizinin etiqadı. İslam dinin özəlliklərinin, əzəmətini, mənəvi dəyərlərə söykənməsini, insanları haqq-ədalətə, humanizmə səsləməsini əks etdirən İran filmləri nəinki daxili, hətta xarici kino bazarlarında da öz tamaşaçılarını tapa bilir. Bu filmlərin ən yaxşı nümunələrində etiqadlı müəlliflər tamaşaçını, müsəl...
ANL
Söz sənətinin şeir qədər sahibinə iztirab, duyum, çox incə həssaslıq və sonda həzz yaşadan ikinci janrını tanımıram. Bəzən bir-iki misranın məna siqləti cild-cild əsərlərin leytmotivini təşkil edir. Buna İlahi duyğu da deyirlər. Məhz bu baxımdan şairlər Tanrıya daha yaxın şəxslər qismində qəbul olunmuşlar. Əksəriyyətim...
ANL
Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü. (Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı barədə qeydlər). Fransız qoşunları Misirə girdi, bu Napoleonun nöqteyi-nəzərinə görə vacib bir iş idi. Fransız gizli polisinin başçısı Fuşeyə görə Napoleon Böyük Piramidanın içərisində müqəddəs Jermen olmaq üçün bir ada...
ANL
Bəyaz pərdə açılanda. Zaman, vaxt bir-birini qovhaqovdadı. Daha doğrusu, kitablar faktiki olaraq gerçəyi, reallığı hardasa bir cizgi, kontur kimi cızır, yerdə qalanları oxucunun ixtiyarına buraxır. Həm də kitabdan kitaba fərq dağlar qədər çoxdu – bir var sırf xronoloji hadisələr, bir də var bu hadisələrin içində, görün...
ANL
Mütəfəkkir. Azərbaycan mədəniyyəti tarixində danılmaz xidmətləri olan böyük şəxsiyyətlər çoxdur – Mirzə Cəlil, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Rəsul Rza. Bu sırada dayanan görkəmli şəxsiyyətlərindən biri də Anardır. Onun fəaliyyəti keçən əsrin 60-cı illərindən başlayır. Publisist, esseçi, ssenarist, dramaturq, alim, na...
ANL
Bir vətən dastanı. Gözəl səsi vardı Natiqin. Həm də dürüst oxuyurdu, elə bil musiqi nəzəriyyəsini mükəmməl öyrənmişdi. Halbuki musiqinin heç bir sahəsi üzrə təhsil almamışdı. Qanından, canından gəlirdi bu şirin avaz, şaqraq zəngulələr. Şuşanın havasından udmuşdu, suyundan içmişdi, bərəkətli torpağının yetişdirdiyi möcü...
ANL
Sözün həqiqi mənasında, gördüyüm hər bir tablo – hər bir sənət əsəri məni heyrətləndirir. Tablolar o qədər canlı, ürəkdən, sevgi ilə işlənib ki, tamamlanmış və tamamlanmamış təbiət mənzərələri, fəlsəfi kompozisiyalar adamı özünə çəkir. Səni məcbur edir ki, saatlarla bu kətan üzərinə çəkilmiş hər bir sənət əsərinə baxıb...
ANL
Anların sehrli əbədiyyəti. FOTOQRAF RUSLAN AĞAZADƏ: “MƏNİM QƏHRƏMANLARIM ADİ HƏYATDA GÖRMƏYƏ ALIŞMADIĞIMIZ MƏQAMLAR VƏ İNSANLARDIR”. Bəzən çəkilən adi bir foto insanın həmin anda yaşadığı sevinci, kədəri, həyəcanı deyilə biləcək bir yığın sözdən daha təsirli anladır. İnsanın bütün yaşantılarını, hiss-həyəcanını, daxili...
ANL
ZEMFİRA MƏHƏRRƏMLİ: “BU MƏNADA, HƏYAT VƏ YARADICILIQ YOLU, PEŞƏKARLIĞI, SƏNƏTƏ MÜNASİBƏTİLƏ SEÇİLƏN QƏLƏM SAHİBLƏRİ GƏNC JURNALİSTLƏR ÜÇÜN İSTİNAD MƏNBƏYİDİR”. Zemfira Məhərrəmli, illərdən bəridir, istedadlı jurnalist, dəyərli yazıçı-publisist, mətbuatımızda öz yeri, mövqeyi olan qələm sahibi kimi tanınır. Ombudsman Ap...
ANL