text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Bircə mavilər qalmışdı... Vaxtilə kəndin böyüyü sayılan kolxoz sədrinin doxsan yaşlı anası ölür. Günlər keçir, amma ağlaşma ara vermir. Qarının yeddisinə gələn bir ağsaqqal kolxoz sədrinə təskinlik verir: “Anan doxsan il yaşadı, sən buna şükür eləməlisən, bu ağlaşma nədir? Heç cavanlar öləndə bu qədər ağlamırlar!” Kolx... | ANL |
Ali təhsili Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakultəsində Teatr Bölümündə tamamladı.Dövlət teatrlarında dramaturq olaraq çalışdı. İlk tamaşası “Mahmud ilə Yezidə” Türkiyə İş Bankasının keçirdiyi yarışmada ikincilik mükafatını alan Murathan Munqan “Şahtiyan” adlı bir şeirilə də “Göstəri” dərgisinin 1981-ci il ... | ANL |
Üzeyir Hacıbəylinin “Ləzgi rəqsi”nin partiturası təqdim edilib. Dünən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan milli musiqisinin banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin nəşr edilən “Ləzgi rəqsi”nin (1932) partiturasının təqdimatı keçirilib. APA-nın məlumatına görə, Xalq çalğı alətləri orkestri üç... | ANL |
İranda Azərbaycan Mədəniyyəti Günləri bu gün başlayır. Sentyabrın 25-dən etibarən İran İslam Respublikasında Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Mədəniyyət günləri çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında geniş nümayəndə heyəti qonşu ölkədə səfərdə olacaq. Nazirliyin mətbuat... | ANL |
Cümhuriyyət naziri. Polşa tatarı, milli ordumuzun ilk Baş qərargah rəisi, general-leytenant Masey Sulkeviç haqqındakı yazımda 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyətinin türk soylarının, eləcə də Rusiya müsəlmanlarının seçkin nümayəndələrini maqnit kimi özünə çəkdiyini yazmışdım. Bu elə mürəkkəb bir zaman idi ki, t... | ANL |
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı b... | ANL |
Xüsusi solo konsertə dəvət edilən musiqiçinin ifasını Qahirə Opera Teatrının kamera zalı diqqətlə dinləyir. Böyük səhnədə güclə görünən saçı lentalı balaca musiqiçinin ifasında mürəkkəb klassik ifalar səslənir. Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində əlində zərif skripka tutan gənc bir xanım görünür. O, yayın bür... | ANL |
Axtarışların uğurlu bəhrəsi. MÜBARİZ CƏFƏRLİNİN YENİ POVESTİ HAQQINDA QEYDLƏR. Mən Mübariz Cəfərlini şəxsən tanımasam da, artıq neçə ildir ki, mətbuatda bu müəllifin hekayələrini, povestlərini izləyirəm və doğrusu, təəccüb edirəm ki, nə üçün ədəbi tənqid onun yaradıcılığına layiq olduğu diqqətlə yanaşmır. Görünür, bunu... | ANL |
Yubileylərin “qəşşşəng”i. Məmməd Səfa haqqında nəsə yazanda da gərək kişi kimi yazasan. Əgər elə belə, başdansovdu yazmağa başladınsa, heç nə. Ələlxüsus bu əllinin otuzdan çoxu əsl kişi fədakarlığıyla sənətə həsr olunubsa; daha konkret – teatra, kinoya, pedaqoji fəaliyyətə. Əlbəttə, fədakarlıq elə xüsusiyyətdi ki bir ç... | ANL |
UNUTMAĞA KİMSƏ YOX... Mirzə Pirqulu kağızı görən kimi rəngi dəyişdi. Əliqumral yüzbaşı onu diqqətlə süzüb söylədi: – Hələ bir bax, bu rəsmlər mağaranın dörd tərəfinə çəkilib durublar. Mirzə Pirqulu həyəcanlanmış idi və kağıza çəkilmiş rəsmlərə diqqətlə nəzər yetirib belə bir sual verdi: – Bu işarətlər... onlar mağara i... | ANL |
...Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsinin müzakirəsi gedirdi. Azərbaycan Prezidenti (və Azərbaycan xalqının lideri!) Heydər Əliyev dövlət dilinin adının Konstitusiyada necə yazılıcağı (və bundan sonra rəsmən necə adlandırılacağı!) ilə bağlı geniş müzakirəyə start verdi. Bu, olduqca vacib ... | ANL |
Son 20 ildə Azərbaycanın tarixinin və taleyinin ağrılı yerinə çevrilmiş Qarabağ olayları öz məcrasında çıxaraq bütün dünyanın diqqət mərkəzinə çevrilmişdir. Vətənimizin dilbər guşəsinə qarşı erməni təcavüzü Qarabağın tarixinin, mədəniyyətinin, dünəninin və bu gününün saxtalaşdırılması fonunda həyata keçirilmişdir. Bir ... | ANL |
Yesenin – Puşkindən sonrakı Rusiyadır. Əzizim İsaxan müəllim, əsərinizi birnəfəsə oxudum. Sizin də biliyinizə, dünyagörüşünüzə nisbətən bələd olduğum üçün sevindim. Yeseninlə Sizin dialoqunuz maraqlıydı. Tərcümə məsələlərinə, tərcümələrin özünə münasibətinizi də bilməyə tələsirdim. Bir daha yəqin etdim ki, tədqiqatçı, ... | ANL |
QIZLARIN ERKƏN YAŞDA ZORƏN ƏRƏ VERİLMƏSİ AZƏRBAYCAN CƏMİYYƏTİ ÜÇÜN SON VAXTLAR YENİDƏN QÖVR ETMƏYƏ BAŞLAYAN KÖHNƏ YARANI XATIRLADIR. XX əsrin əvvəllərinədək qızların zorla erkən yaşda ərə verilməsi Azərbaycanda geniş yayılmış bir hal idi. Qızlar çox zaman 12-13 yaşında kəbinli qadın olmaq məcburiyyətində qalırdılar. Qi... | ANL |
Neftlə yaradılan sənət möcüzələri. QEYRİ-ADİ YARADICILIQ ÜSULU İLƏ SEÇİLƏN RƏSSAM SABİR ÇOPUROĞLU ÖZÜNÜN NÖVBƏTİ FƏRDİ SƏRGİSİNƏ HAZIRLAŞIR. O, ömrünü kiçik emalatxanasında böyük əsərlər yaratmağa həsr edən, rəssamlıq tarixində yenilik yaradan bir Azərbaycan rəssamıdır. Onun haqqında bəzəkli sözlər işlətməyəcəm. “Qara ... | ANL |
Natəvan Hacıyevaya həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında əməkdar artist Natəvan Hacıyevanın milli televiziyadakı fəaliyyətinin 50 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən tədbirdə çıxış edənlər N.Hacıyevan... | ANL |
Rəssam Həlimə Ələsgərovanın təqdimatında “Mənim Şuşam” sərgisi. Sentyabrın 30-da gənc rəssam Həlimə Ələsgərovanın rəsm əsərlərindən ibarət “Mənim Şuşam” adlı sərginin aşılış mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, açılış mərasimi S.Bəhlulzadə adına qalereyada g... | ANL |
Çəkiliş davam edir... USTAD REJİSSOR VASİF BABAYEVİN PORTRET CİZGİLƏRİ. Neçə illərdir, Azərbaycan televiziyasının ziqzaqlı yollardan keçmiş tarixini araşdırıram. Vaxtaşırı arxivlərdə olur, zamanın ruhunu yaşadan sənədləri vərəqləyir, müxtəlif materialları gözdən keçirir, toz basmış qalın cildlər arasında nəbzi döyünən ... | ANL |
Yazıçılar Birliyində “Pəncərə” və “Sazlı-sözlü Sibir”in təqdimatı olub. Ötən gün Yazıçılar Birliyinin (AYB) Natəvan zalında “525 kitab” seriyasından, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə nəşr olunan yeni kitabların təqdimat mərasimi keçirilib. Bunlar tanınmış yazıçılar Natiq Rəsulzadənin “Pəncərə” və İm... | ANL |
Şair Ağacəfər Həsənli Türkiyədə mükafata layiq görülüb. Bugünlərdə Türkiyənin paytaxtında TÜRKSOY-un Ankara Bələdiyyəsi ilə birgə həyata keçirdiyi “Böyük Kültür Sənət Yarışması”nda tanınmış Azərbaycan şairi Ağacəfər Həsənli mükafatla təltif edilib. Mükafat alanlar arasında Ağacəfər Həsənli yeganə şair iştirakçı olub. B... | ANL |
“Tanıyaq, Tanıdaq” proqramı təqdim olundu. Ötən gün Azərbaycan Dövlət İncəsənət Muzeyində Gənclər üçün Təhsil Mərkəzinin yenicə icra etməyə başladığı “Tanıyaq, Tanıdaq” proqramının təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin direktor müavini Elnur Axundov çıxış edərək proqra... | ANL |
Şuşa Teatrı yeni mövsümü “Gözəlləri necə qaçırırlar”la açıb. Şuşa Dövlət Musiqili Dram Teatrı növbəti mövsümə Bilal Appayevin “Gözəlləri necə qaçırırlar” adlı komediyasının tamaşası ilə start verib. Tamaşa “Azərsun Holding”in Mədəniyyət Mərkəzində nümayiş olunub. Hadisələr dağ kəndlərindən birində – aulda cərəyan edir.... | ANL |
Düz otuz iki il bundan öncə, Bakıda, Yasamal qəsəbəsində, müvəqqəti sakini olduğum Aspirantlar yataqxanasının 43 nömrəli otağının qapısı döyüldü. Qapını açdım və məndən əvvəl bu yataqxanada yaşayan, sədaqətinə, dostluğuna heç bir şübhə eləmədiyim Əmrah Şəkərlini gördüm. İçəri keçdilər. Əmrah Şəkərli filosof idi. Bütün ... | ANL |
Azərbaycan Yazıçılar Birliyinin və Mahmud Qaşqarlı Fondunun nəşri olan bu dərginin ilk sayında xalq şairi Zəlimxan Yaqubun “Sürgünlə söhbət” poeması dərc edilib. Poemanı birnəfəsə oxudum və telefon açıb Zəlimxanı təbrik etdim. Bilirəm, irad tutacaqlar ki, “telefon etdim, zəng etdim” əvəzinə Türkiyə türkcəsiylə “telefon... | ANL |
“Qarabağ bülbülləri”nin Qarabağ səfəri. On altı ildən bəri didərgin həyatı yaşayan “Qarabağ bülbülləri” Qarabağa gedirdi. Amma bu, qayıdış deyildi, sadəcə Ağdam rayonunun bizdə olan hissəsində yaşayanlar və vətənin keşiyində dayanan hərbçilər qarşısında konsert proqramı ilə çıxış etməyə gedirdi “Bülbüllər”. Söhbət düny... | ANL |
Yazıçı Sara Oğuzla “Ziyalı ünsiyyəti”. Yanvarın 3-də yazıçı Sara Oğuz Nəzirova ilə görüş keçirilib. Görüş “Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyinin təşkilatçılığı ilə qurumun ənənə halını almış “Ziyalı ünsiyyəti” silsilə tədbirləri çərçivəsində gerçəkləşib. Tədbirdə yazıçının ingilis dilind... | ANL |
Qoridən başlanan yol. Bu gün dünya elmi ictimaiyyəti onu dilçi – alim kimi tanıyır. Elmi fəaliyyətə başladığı ilk günlərdən indiyə kimi yorulmaq bilmədən gənclik şövqü və əzmkarlığı ilə sevdiyi sahə ilə məşğul olub. Ömrünün 40 ildən çoxunu elmə və təhsilə həsr edən, Azərbaycan Dillər Universitetinin “İngilis dilinin le... | ANL |
Elmmi insana, insanmı elmə xidmət etməlidir?! Akademik Ramiz Mehdiyevin noyabr müşavirəsindəki çıxışından və məlum məqaləsindən sonra “humanitar və ictimai elmlər” mövzusu aktuallaşmışdır. Amma nə üçünsə hamı bu iki elmi istiqamətdən birlikdə, sanki vahid bir şeydən danışırlarmış kimi, bəhs edirlər. Halbuki, biz müvafi... | ANL |
Zəngin yaradıcılığın yeni səhifələri. Çağdaş Azərbaycan ədəbiyyatında Firuzə Məmmədlinin imzası özünəməxsus yer tutur. Çoxşaxəli yaradıcılığa malik Firuzə xanımın uzun illərdən bəri həm poeziya, həm nəsr, həm də publisistika sahəsindəki uğurlu fəaliyyəti onu Azərbaycan ədəbiyyatının dəyərli nümayəndələrindən biri kimi ... | ANL |
İşığa doğru gedən adam. Amma könlünə yatmış, sayğı duyduğun Adam haqqında düşüncələrini söyləmək və ya qələmə almaq üçün rəsmən yubiley kimi qəbul olunmuş rəqəmləri gözləmək lazım deyil. Mən də gözəl İnsan, dəyərli Ziyalı, bənzərsiz şair-publisist Nizami Zöhrabi barədə illərdən bəri düşündüklərimi 55 yaş bəhanəsi ilə k... | ANL |
Sanki başqa bir dünyaya düşmüşdüm. Həzin, kövrək bir səs mələk kimi məni öz qanadları üzərinə qaldıraraq, əsrarəngiz bir aləmə aparmışdı. Bu aləmdə hər şey bəmbəyaz idi. Mənə elə gəlirdi ki, bu səs məni pəmbə buludlardan da yuxarı qaldırıb. Bu bəyazlığın içərisində ağ olmayan tək bircə şey vardı. Bu da məni real aləmdə... | ANL |
“Yazıçı”nın yeni sayı Firuzə Məmmədliyə həsr edilib. “Oğuz eli” qəzetinin “Yazıçı” xüsusi buraxılışının növbəti sayı işıq üzü görüb. Jurnalın bu sayı tanınmış şairə, 70 illik yubileyi qeyd edilən Firuzə Məmmədliyə həsr olunub. Üz qabığında şairənin fotoşəkli, “Ürəyim sənə doğru” şeiri, professor Afad Qurbanovun “Firuzə... | ANL |
Ankarada azərbaycanlı rəssamın sərgisi açılıb. Ankaradakı Nurol sənət qalereyasında azərbaycanlı rəssam Sənan Eynullayevin fərdi sərgisi təşkil edilib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, sərgidə sənətkarın son dövrlərdə işlədiyi yağlı boya tabloları nümayiş etdirilir. Türkiyənin sənət dairələri və media sərgiyə m... | ANL |
Sənət sirlərinin fatehi. Azərbaycan musiqi mədəniyyəti tarixində öz dəst-xətti, üslubu ilə seçilən və özünə layiqli yer tutan sənətkarlardan biri də respublikamızın xalq artisti, məşhur muğam ustası Mənsum İbrahimovdur. Lirik, məlahətli səsə malik olan bu müğənni uzun illərdir ki, öz nəğmələri və xalq mahnıları ilə, yü... | ANL |
“Azərbaycan diasporuna dövlət qayğısı” kitabı nəşr olunub. Bu günlərdə “Azərbaycan diasporuna dövlət qayğısı” adlı kitab işıq üzü görüb. Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı bu nəşr Azərbaycan dövlətinin diasporumuzun inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən üçüncü nəşrdir. Burada Azərbaycan prezi... | ANL |
Gəncədə Cavad xanın xatirəsinə həsr olunmuş açıq tamaşa nümayiş etdirilib. Dünən Gəncədə Gəncə xanlığının sonuncu hakimi Cavad xan Ziyadxan oğlu Qacarın xatirəsinə həsr olunmuş bədii səhnə nümayiş etdirilib. Cavad xanın məqbərəsi önündə təşkil olunan kompozisiyada Gəncə Dövlət Dram Teatrının aktyorları iştirak ediblər.... | ANL |
Azərbaycan ədiblərinin əsərlərindən ibarət “Ləçəklər”. Rusiyanın Perm şəhərində Azərbaycan ədiblərinin seçilmiş əsərlərindən ibarət “Lepestki” (“Ləçəklər”) antologiyası işıq üzü görüb. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Kitabda ensiklopedik məlumat xarakterli yazılar və rus... | ANL |
Mənəvi ucalığa səsləyən dəyərlər. MİLLİ MENTALİTETİMİZLƏ BİRGƏ XALQIMIZIN MƏNƏVİ DÜNYASINI HƏM DƏ İSLAM DƏYƏRLƏRİ TƏŞKİL EDİR. Din insanların həyat tərzini nizamlayan sosial-iqtisadi, hüquqi-etik, mədəni-əxlaq qaydalarını əhatə edən bütöv bir elmi sistemdir. Ən yüksək mənəvi dəyərləri özündə birləşdirən müqəddəs İslam ... | ANL |
"Aşıq Şəmşir gözəl ustadnamələr yaradıb". Gülxani Pənah: "O, milli aşıq sənətimizin incəliklərinə dərindən bələd olan sənətkardır". Aşıq Şəmşir XX yüzil Azərbaycan aşıq poeziyasının inkişafında mühüm rol oynamış sənətkarlarımızdan biridir. Araşdırmaçı Gülxani Pənah deyir ki, ozan-aşıq sənətini xalqımız minilliklərdən b... | ANL |
Tənqidçilər yazarların cavabını verdi. Nərgiz Cabbarlı: "Əslində mən "Azadlıq" və "Öləngi" romanlarının meydana çıxmasında Markesin nə dərəcədə rolu olub, bax, bu məsələləri araşdırmağa çalışmışdım". Tehran Əlişanoğlu: "Əgər kiminsə bizim məqaləmizlə bağlı razılaşmadığı məqamlar varsa və bunu mətbuata söyləyirsə, bunun... | ANL |
TANINMIŞ SƏNƏTKAR RÜFƏT XƏLİLZADƏ TƏLƏBƏSİ AQŞİN ƏLƏKBƏRZADƏNİN İSTEDADINA VƏ GƏLƏCƏYİN MAHİR RƏQQASI OLACAĞINA İNANIR. Rəqs hərəkətdə olan gözəllikdir, sanki ruhun, daxili dünyamızın dinamikasıdır. O mənada ki, məsələn, “Tərəkəmə” rəqsini başqa millətin nümayəndəsi bütün incəliklərinə qədər duya, ifa edə bilməz. Milli... | ANL |
Vəli Qədimov Muğam Teatrında yad edilib. Dövlət Muğam Teatrında tanınmış klarnet ifaçısı Vəli Qədimovun xatirə gecəsi keçirilib. Bu barədə qəzetimizə teatrın direktoru, xalq artisti Arif Qazıyev məlumat verib. Mərasimdə A.Qazıyev məşhur klarnet ustasının həyat və yaradıcılığından söz açıb: “Vəli Qədimov görkəmli sənətk... | ANL |
Kamil Nəcəfzadənin yubiley sərgisi nümayiş olunur. Dövlət İncəsənət Muzeyində xalq rəssamı Kamil Nəcəfzadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açılıb. Təbdirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şey... | ANL |
Ciddi elmi lüğətlərdən birində “biblioqrafiya” sözünün semantikası belə açılır: “biblioqrafiya – kitabların elmi təsviri, əsərlərin göstəricilərinin sıralanması”. Biblioqrafiya mətbu, yazılı əsərlər haqqında informasiyanın hazırlanması və onun ötürülməsi ilə bağlı filoloji kitab faktıdır. Biblioqrafiya mətbu əsərləri n... | ANL |
Naxçıvan: uğurlu inkişafın əsas amili. Tarixçi alimlərin, xüsusən də arxeoloq və etnoqrafların Naxçıvan torpağı ilə bağlı belə bir deyimləri var: Burada hər daşın, hər qayanın altında bir tarix yatır. Bu qədim və kəşməkeşli tarixi isə sübut edən mənbələr, amillər çoxdur. Buna misal olaraq ilk növbədə antiq, orta əsrlər... | ANL |
Çay daşları üzərində əbədi sənət yaradan rəssam. Ədalət Elman oğlu Pirverdiyev 1979-cu ildə Xaçmaz rayonunun Alıcqışlaq kəndində dünyaya göz açıb, 9 illik orta təhsilini həmin kənddə başa vurub. 1993-cü ildə isə, uşaqlıqdan vurğunu olduğu Ağçay, Qudyalçay, Vəlvələçay, Qusarçay, Qaraçayın təmiz sularında hələ körpəlikdə... | ANL |
Ağalar İdrisoğlunun “Vicdan mühakiməsi”. Mən onun imzasını ilk dəfə teatr afişalarında görmüşəm. Özünü Sumqayıt teatrının direktoru işlədiyi vaxtlardan tanıyıram. Səliqə-sahmanı, ölçü-biçisi, ziyalı davranışları, bir qədər də pafoslu təsir bağışlayan rəvan nitqi ilə diqqət çəkirdi. Elə indi də həmin adamdır, təkcə saçl... | ANL |
Şairə Pərvanə Zəngəzurlunun 50 yaşı qeyd olunub. Behbudov adına Dövlət Mahnı Teatrında şairə Pərvanə Zəngəzurlunun 50 illik yubileyi münasibətilə yaradıcılıq gecəsi təşkil olunub. Tədbirdə professor Vilayət Əliyev doğma elindən didərgin düşmüş şairin Vətən həsrətli şeirlərinin hər zaman insanların ürəyini sızlatdığını,... | ANL |
“Cavad xan”ın Zaqatalada təqdimatı olub. Zaqatala rayonunun Əliabad qəsəbə mədəniyyət evində “Cavad xan” filminin təqdimatı keçirilib. Mədəniyyət evindən mətbuata verilən məlumat görə, tədbiri giriş sözüylə açan rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə xalqımızın qəhrəmanlıq tarixinin əhəmiyyətli dövrünü əks... | ANL |
III Beynəlxalq foto müsabiqəsinin qalibləri mükafatlandırılıb. Muzey Mərkəzində mərhum heykəltəraş Müslüm Eldarovun xatirəsinə həsr olunmuş “Ənənələr və müasirlik – Bakı-2009” 3-cü beynəlxalq foto müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Monako, Türki... | ANL |
Teymur Göyçayev klassik musiqi həvəskarları ilə görüşüb. Dövlət Musiqi Mədəniyyəti Muzeyinin (DMMM) nəzdindəki Klassik Musiqi Həvəskarları Klubu növbəti dəfə maestro Niyazinin ev-muzeyində toplaşıb. Muzeydən qəzetimizə verilən məlumat görə, klassik musiqi həvəskarlarının budəfəki qonağı Dövlət Kamera Orkestrinin və Döv... | ANL |
Bu gün ölkəmizin hər bir yerində, hətta ucqar rayonlarımızda belə təmir-abadlıq işləri aparılmaqdadır. Ölkəmizdəki bütün tarixi adidələr, yaşayış məskənləri yenidən bərpa edilir, qazıntılar nəticəsində yenicə aşkar olunmuş tariximiz-keçmişimiz dünyaya tanıtdırılır. İşğaldan azad olunmuş ərazilərdə də yenidənqurma işlər... | ANL |
Məktəbə bağlı ömür. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti inkişaf etdirirlər. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır.... | ANL |
Məmmədhüseyn Təhmasibin “Seçilmiş əsərlər”i çapa hazırlanıb. GÖRKƏMLİ FOLKLORŞÜNASIN İRSİNİN NƏŞRİ BAKI SLAVYAN UNİVERSİTETİNDƏ HƏYATA KEÇİRİLİR. Bakı Slavyan Universitetinin rektoru professor Kamal Abdullayevin və Məmmədhüseyn Təhmasibin tələbəsi professor Məhərrəm Cəfərlinin təşəbbüsü və eyni zamanda görkəmli ... | ANL |
“Əlvida və salam”ın təəssüratları. Rəşad Məcidin “Əlvida və salam” kitabını öz imzasıyla qiymətli bir həddiyə kimi qəbul etdim. Şeiri daha çox sevdiyimi bilən Rəşad müəllim dedi ki, bu, şeir kitabı deyil. Bəlkə də bunu ona görə söylədi ki, kitabındakı yazılar bəlkə mənim üçün o qədər də maraqlı olmaz. Sözün düzü, elə b... | ANL |
Oralarda kimlər var: Tofiq Abdin. yazmamağımın min bir nədəni var. minindən biri. bu dünyadan gedəndə. onları tapşıra biləcəyim. uzanan günlərin içindən çıxıb. açıq gözlərimi bağlamasınlar. allah sevgidənmi yaşatdı məni. iməkləməmiş. bu qoca dünyanı yıxılı gördüm... buludundan qorxdum,çayından qorxdum. başımın üstündə ... | ANL |
“Nobel mükafatlı qadınlar” kitabı ətrafında düşüncələr. Qənirə xanım Paşayevanın “Nobel mükafatlı qadınlar “ kitabı ötən ilin son günlərində işıq üzü gördü. Elə ilk baxışdan nəfis tərtibatı, yüksək poliqrafik keyfiyyətləri ilə nəzəri oxşayan kitabı oxuduqca içindəki yazıların da cazibəsindən ayrılmaq olmur. İndiyədək ə... | ANL |
Ustad dərsi keçmək istəməsə də... SABİR RÜSTƏMXANLININ ÖMÜR KİTABINDAN ÖYRƏNMƏLİ ÇOX MƏQAMLAR VARMIŞ... Gəlin, yazını belə başlayaq: “Bir dəli şeytan deyir, özünü oxşat Sabir Rüstəmxanlının cavan və dəliqanlı vaxtına, sağ bilmə, sol bilmə, ürəyin istəyən qədər tənqid elə. Deyl Karnegi deyib, tənqid poçt göyərçini kimid... | ANL |
“Ölməzlik” – qəhrəmanlara ehtiramın dəyərli nümunəsi. Bu yaxınlarda “Qanun” nəşriyyatında alim Eynəddin Məmmədovun “Ölməzlik” kitabı işıq üzü görüb. Kitabın müəllifi Eynəddin Hüseyn oğlu Məmmədov 1939-cu ildə Qərbi Azərbaycanın İrəvan şəhərində müəllim ailəsində doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix... | ANL |
Elbəyi Cəlaloğlunun “Mehralı bəy” dastan-poeması haqqında düşündüklərim. Şair Elbəyi Cəlaloğlunun son dövr yaradıcılığının məhsulu olan “Mehralı bəy” dastan-poemasının yaranması çox təbii və mənəvi bir ehtiyacdan doğulub. Müəllif Borçalıda və bütün türk dünyasında məşhur olan bir tarixi qəhrəman haqqında əsər yazmaq cə... | ANL |
Vaxtilə fransiz şairi Mişel Peqi yazı tərzinin, ümumiyyətlə, poeziyanın mahiyyətini “dünyanı başqa cür demək imkanı” adlandırmışdı. Bu formul Kamal Abdulla yaradıcılığından aldığımız təəssüratları ideal şəkildə ifadə edir. Görkəmli Azərbaycan dilçisinin və yazıçısının Söz və Yazı diapazonu (“Müasir Azərbaycan dilinin s... | ANL |
Teatra konseptual baxış. Ədalət Vəliyevin “Əqidə, Ruh və Teatr” monoqrafiyası barədə düşüncələr. Çağdaş Azərbaycan teatrının tanınmış nümayəndələrindən biri, teatrşünas alim Ədalət Vəliyevin “Teatr” monoqrafiyası Türkiyədə kitab kimi nəfis şəkildə çapdan çıxıb. Kitabda iyirminci yüzilliyin ikinci yarısında Azərbaycan m... | ANL |
Müsəlman şərqi ölkələrinin tarixi keçmişinin də, bu gününün də şahidlik etdiyi xoşagəlməz məsələlərdən biri qadın hüquqlarının pozulması, qadınların alçaldılması ilə bağlı eybəcər ənənələrlə bağlıdır. Klassik və müasir Azərbaycan ədəbiyyatında, eləcə də digər müsəlman şərqi ölkələrinin ədəbi nümunələrində tənqidə tutul... | ANL |
Avstriya: Hafizələrə qovuşan bir həftə. Şərqdə tayfalar, dövlətlər altun üstündə bir-birinə qılınc çəkəndə, Mərkəzi Asiyada başqasının otlaqları, mal-qarası uğrunda müharibələr aparılıb. Dünyanın yarıdan çoxuna yiyələnən monqol-tatarlar düzənləri tutub dağ yamaclarındakı məskənlərə əhəmiyyət vermədən yürüşlərini davam ... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyinin British Council (Britaniya Şurası) ilə təhsil sahəsində əlaqələri, həyata keçirilən birgə layihə və proqramlar barədə fikirlərimi sizinlə bölüşəcəyəm. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimal... | ANL |
Yalçın Əlizadə: alim və müəllim ləyaqəti. Ləyaqət insanın ali keyfiyyətidir. Və ləyaqət insanın təkcə davranışına, münasibətinə deyil, onun fəaliyyətinin bütün istiqamətlərinə şamil edilən epitetdir. Kimin harda, hansı sahədə fəaliyyət göstərməsindən asılı olaraq, insanın bu sahədəki işi də ləyaqət tələb edir. Bütün bu... | ANL |
Deyirlər, şairlər elə anadan şair doğulurlar. Özündən qabaq doğulub, Yası yaşayan şairin. Küməsi nə, binəsi nə, Ürəyinə sinə-sinə, Bu dünyanı sinəsinə, Basıb yaşayan şairin, Zirəddin Qafarlı, doğrudan da, bu dünyanın bütün dərdlərini sinəsinə basıb yaşayan bir şairdir. Onun şeirləri oxucunu düşündürür. Şairlik həm də ş... | ANL |
“Dağlar Allaha yaxındır” deyənlər yanılmayıblar. Görünür, qadir Yaradana yaxın olduğuna görə dağlar belə əzəmətli, cazibədar, sehrlidirlər. Dağları görən şeir yazsa da, yazmasa da, heyrətdən şair olub gedir. Bir var gələsən, görəsən, vurulasan dağlara... Bir də var ki, ilk dəfə dünyaya göz açanda dağları görəsən, onlar... | ANL |
Milli Azərbaycan Tarixi Muzeyində şəhidlər yad edilib. Dünən Milli Azərbaycan Tarixi Muzeyində “Şəhidlər sınmayan vüqarımızdır” adlı tədbir keçirilib. Mərasimi giriş sözü ilə açan muzeyin direktoru Nailə Vəlixanlı 20 il öncə Azərbaycan tarixinə qanla yazılmış faciə haqqında tədbir iştirakçıları arasında üstünlük təşkil... | ANL |
20 Yanvar qurbanları “Şəhidlər unudulmur” adlı tədbirlə anılıb. Dünən Məmməd Səid Ordubadinin xatirə muzeyində “Şəhidlər unudulmur” adlı tədbir keçirilib. Bugünkü müstəqilliyimizi də elə həmin günahsız insanlara borcluyuq. Qan yaddaşımıza əbədi yazılmış 20 yanvar gecəsi illər keçsə də unudulmayacaq”. Təhsil Nazirliyi R... | ANL |
APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bildirib ki, həmin qanlı hadisələrdən illər ötməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir: “Çox yaxşıdır ki, İncəsənət Muzeyində, Rəssamlıq Akademiyasında, Rəssamlar İttifaq... | ANL |
“Əbədiyyətə qovuşan Koroğlu”nun təqdimatı olub. Azərbaycan Kinematoqrafçılar İttifaqında 20 Yanvar faciəsinin 20 illiyi ilə əlaqədar anım tədbiri keçirilib. APA-nın məlumatına görə, anım tədbirində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Koroğlu Rəhimova həsr olunan “Əbədiyyətə qovuşan Koroğlu” 40 dəqiqəlik sənədli filmini... | ANL |
Şəhidlərin şahidləri. Hörmətli redaktor! “Xalq qəzeti”ndə işlədiyim zaman, Qanlı Yanvar Şəhidlərinin ildönümü ilə əlaqədar əməkdaşlara, o cümlədən bu sətirlərin müəllifinə o məşum gecənin şəhidlərini arayıb-axtarmaq, hələ yaddaşlarda yaşayan ağrılı-acılı xatirələri yazıya almaq tapşırılmışdı. Axı xalqımızın başına gəti... | ANL |
Allah şəhidlərimizə rəhmət eləsin! Zeynəb arvad həmişəki kimi yuxudan erkən oyanmışdı. Toyuq-cücələrə dən verib, həyət-bacanı silib-süpürmüşdü. Müharibədə aldığı kontuziyadan əziyyət çəkirdi, əsəbləri isə son vaxtlar heç sözünə baxmırdı. Zeynəb arvad dodağının altında nəsə pıçıldaya-pıçıldaya boğçasını əlinə alıb, həyə... | ANL |
Şərur Vəkilovları – Naxçıvan Kəngərliləridir. Şərur Azərbaycanın ən qədim mahallarından biridir. Çox qədim və zəngin tarixə malik olan Şərur mahalının coğrafi toponimləri, qədim abidələri, maraqlı etnoqrafiyası, qəbilə və tayfa adlarını yaşadan kəndləri doğma Naxçıvan tariximizin parlaq bir səhifəsidir. Şərur mahalının... | ANL |
Peşəkar rejissor və yazıçının təqdim etdiyi “Vicdan mühakiməsi”. Yazıçı Ağalar İdrisoğlunun “Vicdan mühakiməsi” adlı kitabı işıq üzü görüb. Kitabda yazıçının ayrı-ayrı illərdə yazdığı və millətimizin problemlərini, arzularını, istəklərini özündə əks etdirən hekayələrinin, povestlərinin, pyeslərinin kiçik bir hissəsi to... | ANL |
İstanbulda azərbaycanlı rəssam Sadıq Babayev və tələbələrinin xeyriyyə sərgisi açılıb. İstanbuldakı Böyük klubda açılan xeyriyyə sərgisində azərbaycanlı rəssam Sadıq Babayev və tələbələrinin əsərləri nümayiş etdirilir. Sərgidən əldə ediləcək gəlir Türk Əsgərinə Yardım Fondu – Mehmetcik Vəqfinə bağışlanacaq. Sərginin aç... | ANL |
Azərbaycan Jurnalistlər Birliyinin üzvü Bəhruzər Rüstəmovun “Qarğınsız” adlı kitabı işıq üzü görüb. Kitab Şəmşədil sultanlığının tarixi ərazisi, ermənidə qalan torpaqlar, Göyçə mahalı, Qaraqoyunlu dərəsi, Şəmkir çayının sağ sahilindən Qərbə və Ağstafada Həsənsu boyunca Cənuba doğru uzanan İcevan rayonu barədə söz ... | ANL |
Xəlil Rzanın Cavid ömrü və irsi ilə bağlı fikirləri bir topluda. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mənzum dramaturgiyamızın banisi Hüseyn Cavid haqqında Xəlil Rza Ulutürkün gündəliyindən seçmələr əsasında hazırlanmış “Mənim tanrım gözəllikdir” adlı kitab çapdan çıxıb. Kitaba Xəlil Rzanın Cavid haqqında müx... | ANL |
Yerlibaz həmyerlim. “Duyğular” silsiləmi mənim üçün əziz olan, içimdə daim yaşatdığım, öləziməyə qoymadığım hisslərdən hörəcəm. O hisslərdən ki, vaxtilə bir sıra səbəblərdən, siyasi sistem üzündən, tuş gəldiyim haqsızlıqlardan, evsizlik, əsəb gərginliyi, vaxt məhdudluğundan qələmə ala bilməmişəm. Amma onları dəfn edə, ... | ANL |
...Bir vaxtlar bizim kasıb ədəbiyyatçılar binasında yaşayan, sonradan ədəbiyyat elminin inkşafındakı müxtəlif xidmətlərinə görə dövlət tərəfindən bir sıra fəxri adlar və titullarla yanaşı, şəhərin dənizkənarı məhəllələrindən birindəki çoxmərtəbəli binada, üzü dənizə açılan geniş artırmalı mənzilə layiq görülən, Ədəbiyy... | ANL |
“Hər bir qəzet, kitab nəşriyyatın övladı kimi dünyaya gəlir”. Bu gün “Azərbaycan” nəşriyyatının Baş direktorunun müavini Allahverdi Məmmədovun 50 yaşı tamam olur. Amma poliqrafiya sahəsinə olan marağı, işgüzarlığı nəticəsində çapçı işindən bugünkü vəzifəsinə kimi yüksəlib. Allahverdi müəllimi tanıyanlar onu xeyirxah, s... | ANL |
“Anar mənim təklifimdən qətiyyətlə imtina etdi”. “O TƏHLÜKƏNİN REAL ÖLÇÜLƏRİNİ HİSS EDƏRƏK ADEKVAT TƏDBİR GÖRMƏK QABİLİYYƏTİNƏ MALİKDİ”. Dünya şöhrətli yazıçı və kinodramaturq Rüstəm İbrahimbəyovla görüşə mən çoxdan hazır idim. Amma yazıçının gərgin iş qrafiki və Moskvaya mütəmadi səfərləri (həmin şəhərin kinematoqrafi... | ANL |
Saray həyatının dəbdəbəsinin xiffəti və ya hələ uçmamış yeni “hava qəsrləri”. (Fərəh Pəhləvinin kitabı haqqında qeydlər). İstənilən memuarı panegirik ədəbiyyatın bir növü saymaq olar. Məddahlıq edənlər öz qəhrəmanını göylərə qaldırdığı kimi, ötən ömrün xatirəsini qələmə alanlar da adamlara xas olan zəifliyin nişanəsi k... | ANL |
Prezident İlham Əliyev Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.Sərəncamda deyilir: “Rəsul Rza XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. O, söz sənətimizə forma və məzmunca yeniliklər gətirərək novator şair kimi geniş şöhrət qazanmışdır. Azərbaycan dilinin poeti... | ANL |
Dilçi olmayanlar üçün dilçilik? Nəşriyyat işçisi kimi oturduğum otaqda çap etdiyimiz kitabların nümunələri düzülmüş bir guşə var. Otağa gələnlər( dostlar, ədəbiyyat, elm adamları və sair) istər-istəməz o guşədəki kitabların üz qabıqlarını görməli olurlar. Elə mən özüm də nəşriyyat işçisi kimi məcburən ünsiyyətdə olduğu... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, ötən məqalədə Təhsil Nazirliyinin British Council (Britaniya Şurası) ilə təhsil sahəsində əlaqələri, həyata keçirilən birgə layihə və proqramlar barədə məlumat vermişdim, bu məqalədə də həmin təşkilatla əməkdaşlıq əlaqələrimiz barədə f... | ANL |
Əziz Şərif - görkəmli ədəbiyyatşünas və böyük ziyalı. Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Şərifin XX əsr Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında böyük xidmətləri vardır. Professor Əziz Şərif (1895-1988) ölkəmizdə və onun hüdudlarından kənarda görkəmli ədəbiyyatşünas, fədakar tər... | ANL |
Xocalı faciəsinə gedən yol. Erməni-Azərbaycan müharibələri bir əsrdə bir neçə dəfə təkrarlanıb. Və həmişə də erməni hiyləsi, erməni bicliyi, özünü göstərib, özgə boşqabı yalayan, ikiüzlü, yaltıq, mənfur ermənilər ah-nalə qopardaraq haqqı nahaqqa boğdura biliblər. Üç avtobusun partladılması nəticəsində 40 nəfər həlak ol... | ANL |
Saray həyatının dəbdəbəsinin xiffəti və ya hələ uçmamış yeni “hava qəsrləri”. (Fərəh Pəhləvinin kitabı haqqında qeydlər). İran inqilabının, kitabda getdiyi kimi təsadüfən baş verməsi fikri də qeyri-ciddi görünür. İranda təşəkkül tapmış proletar sinfi yox idi, kəndlilər isə yalnız bunt qaldırmağa qadirdir, onu inqilaba ... | ANL |
Əziz Şərif - görkəmli ədəbiyyatşünas və böyük ziyalı. “Keçmiş günlər”dəki kitabının “Adamlar” adlanan ikinci cildi XX əsrin ədəbi-mədəni həyatının hərəkətverici qüvvəsi olan görkəmli şəxsiyyətlərdən bəhs edən ədəbi oçerklərdən ibarətdir. “Atam və mən”də sənədlərdə, gündəliklərdə, xatirələrdə ara-sıra təmsil olunan, bəz... | ANL |
Göylərdən gələn gəlin. Bir vaxtlar, dünyanın düz vaxtlarında, bəxtəvər çağlarında uca dağlar başında, Laçında, Şamkənddə bir gözəl vardı. Səma yaşyarımlıq körpəsi ilə girov düşdü. Ancaq Həcər qeyrətli bu dağlar gözəli düşmən qarşısında əyilmədi, sınmadı, təslim olmadı. Mərd və ləyaqətli ölümü üstün tutdu. “Göylərdən gə... | ANL |
Xocalı faciəsinə gedən yol. Malbəyli od-alov içərisində, qan gölündə döyüşürdü. Düşmən addım-addım irəliləyirdi. Kəndin müdafiəçiləri qadınları, uşaqları, qocaları yaxınlıqdakı Quşçular kəndinə tərəf aparır, irəli cuman vəhşi ermənilərlə əlbəyaxa döyüşür, tələfat verərək geri çəkilirdilər. Qanlı döyüşlərdən, ölümün cay... | ANL |
Xocalı faciəsinə gedən yol. Sadə, dinc əhalinin taleyi üzərində hakimiyyət uğrunda gedən oyunlar qurulmasaydı, o iyrənc, şərəfsiz oyundan da uduzan prisipi olmasaydı, Xocalını xilas etmək mümkün idi. Fevralın 26-sı gününü yaxşı xatırlayıram. Soyuq, sazaqlı bir qış günü idi. Şelli dağında ölümün, qəsdin, tələnin pəncəsi... | ANL |
Vətənpərvər maarifçi alim: Muxtar Əfəndizadə. İyirminci əsrin görkəmli şərqşünaslarından biri hesab edilən, Azərbaycanda, Krımda, Zaqafqaziyada, Türkiyədə və ərəb ölkələrində Muxtar Əfəndi adı ilə tanınan Muxtar İsmayıl oğlu Əfəndizadə 1880-ci ilin yanvar ayında Ağdaş rayonunun Şəmsabad kəndində bir müdərris (mədrəsə m... | ANL |
Xeyrəddin Qoca: “Yaşadığım ömürlə qürur duya bilərəm”. Ömrünün 60-cı ilini yola salan yazıçıyla söhbətimizi təqdim etməmişdən əvvəl əslində hamıya tanış olan Xeyrəddin Qocanın həyat və fəaliyyətindən bəzi məqamları oxucuların diqqətinə çatdırmağı lazım bilirik. 1967-ci ildə Qəsil kənd orta məktəbini bitirdikdən sonra A... | ANL |
Zakir Məmmədov və Sührəvərdi fəlsəfəsi. Azərbaycan elminin içində düzünə yol gələn alimlərdən biri kimi Zakir Məmmədovun adını xatırlamamaq ədalətsizlik olardı. İctimai-siyasi həyatın qələbəlikləri içində görünməsə də alim adının ağırlığı altında vicdanla duruş gətirən, öz mövzusunu və üslubunu tapmış, titul və dərəcəl... | ANL |
Göylərdən gələn gəlin. Bir vaxtlar, dünyanın düz vaxtlarında, bəxtəvər çağlarında uca dağlar başında, Laçında, Şamkənddə bir gözəl vardı. Səma yaşyarımlıq körpəsi ilə girov düşdü. Ancaq Həcər qeyrətli bu dağlar gözəli düşmən qarşısında əyilmədi, sınmadı, təslim olmadı. Mərd və ləyaqətli ölümü üstün tutdu. “Göylərdən gə... | ANL |
Fikrət Sadıq poeziyası üzərində yeni tədqiqat işığı. “POETİK İLHAMIN ÖZÜNƏMƏXSUSLUĞU” KİTABININ MÜƏLLİFİ İFRAT ƏLİYEVA ŞAİRİN YARADICILIĞININ FƏRDİ-ÜSLUBİ KEYFİYYƏTLƏRİNİ ARAŞDIRIB. Tanınmış ədəbiyyatşünas alim İfrat Əliyevanın “Poetik ilhamın özünəməxsusluğu” adlı kitabı çapdan çıxıb. Kitabda Azərbaycan poeziyasının g... | ANL |
Yafəs Türksəsin yeni kitabı işıq üzü görüb. Şair-publisist Yafəs Türksəsin “Baycanın simfoniyası” adlı kitabı çapdan çıxıb. Redaktoru Vüsal Ağayarov olan kitabda şairin müxtəlif illərdə yazdığı şeirlər, müsahibələr, məqalələr və bədii publisistika nümunələri yer alıb. Onun yazdığı “Fasiləli” şeirlər, “Solaxay xəbərlər”... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.