text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Mənim müqtədir müəllimim. Zülfüqar müəllimdən danışmaq istəyirəm sizə. Respublikanın Əməkdar Müəllimi Zülfüqar İbrahimovdan. Bizdə belə bir inam vardı: Zülfüqar müəllimdən dərs alan çöldə qalmaz! O vaxtlar “çöldə qalmamaq” ali məktəbə girmək anlamına gəlirdi. Artıq yüz yaşı olmuş və bizdən sonra qazandığı adı ilə şəhid...
ANL
Yazmağı sevdirən və öyrədən Ramiz Rövşən. Yanıma cavan bir oğlan gəlmişdi. Şeirlərini oxumaq istəyirdi. Dördüncüdə saxladım. Sual verdim ki, bizim şairlərdən kimləri sevirsiz? Cavabını bilirdim, təsdiqlədi, dedi ki, Nüsrət Kəsəmənlini. Soruşdum ki, əzbər bildiyiniz şeiri var? “Xəbər tutsaydınız ki, nişanlınız sizdən ba...
ANL
Qəbələ II Beynəlxalq İncəsənət - Rəsm Sərgisinin açılışı oldu. Azərbaycan Mədəniyyəti Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə "Qafqaz Resorte" otelində Qəbələ II Beynəlxalq İncəsənət-Rəsm Sərgisinin açılışı olub. APA-nın məlumatına görə "Sənət! mövz...
ANL
Jurnalist hazırlığı məzmunun və keyfiyyətin yeniləşmə mərhələsində. BAKI SLAVYAN UNİVERSİTETİNİN YENİ YARADILMIŞ JURNALİSTİKA FAKÜLTƏSİNİN FƏALİYYƏTİ BU SAHƏNİN PERSPEKTİVİ İLƏ BAĞLI NİKBİNLİYƏ ƏSAS VERİR. 2005-ci ildə Bakı Slavyan Universitetinin (BSU) filologiya fakültəsinin nəzdində jurnalistika şöbəsi yaradıldı. Qı...
ANL
Vətəndaş cəmiyyəti quruculuğu prosesində medianın rolu. QHT-lər VƏTƏNDAŞ CƏMİYYƏTİNİN DÖYÜNƏN ÜRƏYİDİRSƏ, MEDİA DA GÜCÜDÜR. “Biz məcburi köçkün təşkilatı olaraq öz gücümüzə regionlarda qadınlarla bağlı bir sıra tədbirlər keçirmişik. Keçirdiyimiz bütün tədbirlər barədə mətbuata press-relizlər göndərsək də, dərc etməyibl...
ANL
QƏDİR RÜSTƏMOVUN ƏZİZ XATİRƏSİNƏ. “Sona bülbüllər”ə, onun tək, yəni ilk və son ifaçısı olan Qədir Rüstəmova ilk dəfə nə vaxt qulaq asdığımı tam xatırlamıram. Amma mədəniyyətimizin çox mühüm bir mərhələsi sayıla bilən “Sona bülbüllər”in mədəniyyətimizin özü qədər köklü olduğunu, bizim də bu “mahnını” min illərdən bəri d...
ANL
Bir milyon azərbaycanlının taleyinə beynəlxalq birlik hələ də biganə yanaşır. Məcburi köçkünlər hazırda ölkənin 62 şəhər və rayonunda 1600-dən çox sıx məskunlaşma obyektində müvəqqəti yaşayırlar. Lakin onlar indiyədək yerinə yetirilməyib. İlk dövrlərdə məcburi köçkünlərin böyük əksəriyyəti 12 çadır düşərgəsində, 16 fin...
ANL
Salam, Elçin Hüseynbəyli! Onun ədəbiyyata gəlişi səksəninci illərin sonlarına-doxsanıncı illərin əvvəllərinə təsadüf edir. Qapılarını onun üzünə açan ilk dərgi “Gənclik” oldu. Sonra “Ulduz”, “Azərbaycan” jurnalları onun hekayələrini dərc etməyə başladı. Təbiətən çox qaynar, işgüzar təsir bağışlayan Elçin doxsanıncı ill...
ANL
“Mediamızda gənclər ən çox idman jurnalistikasında cəmləşib”. “AZƏRBAYCANDA XƏBƏR SAYTI AÇMAQ İSTƏYƏNLƏR BU İŞİN ÇOX ƏZİYYƏTLİ OLDUĞUNDAN BİXƏBƏRDİLƏR”. Ötən ay Qol.Az saytının fəaliyyətə başlamasının 3 ili tamam olub. 2008-ci il noyabr ayının 17-də idman-xəbər saytı olaraq oxucularla görüşə gələn Qol.Az qısa bir zaman...
ANL
Zaqafqaziya Seyminin üzvü CƏFƏR AXUNDOV. Zaqafqaziya Seyminin müsəlman fraksiyasına mənsub deputatların, özəlliklə Azərbaycandan olan üzvlərin həyat və fəaliyyəti, təəssüf ki, indiyədək tam araşdırılmayıb. Biz Seymin Azərbaycandan olan üzvlərinin bir çoxu haqqında indiyədək, demək olar ki, heç nə bilmirik. Bugünədək ta...
ANL
Məhəmməd ƏminRəsulzadə. Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). İran etidaliyunları həmişə deyirlə...
ANL
Beyrəyin qanlı köynəyi. “Dədə Qorqud” eposunun poetika sistemi son dərəcə mükəmməl bədii bir sistemdir. Eposa daxil olan boyların süjet strukturu fərqlərdən çox yaxınlıqları əks etdirir. Obrazlara gəldikdə isə onlar da bir-biri ilə sıx əlaqəli formadadır. Buna görə də eposun əsl məzmun və mahiyyətinin meydana çıxarılma...
ANL
Əyalətdən boylanan ədəbiyyatşünas-filosof. SABİR BƏŞİROV HAQQINDA PORTRET OÇERK. Rəqəmlərin uğuruna inananlardan deyiləm. Rəvacda olan qoşa rəqəmlərə və avtomobil nömrə nişanlarına da vurğunluğum yoxdur. Ancaq 55 rəqəminin məndə uşaqlıqdan bəri xoş bir çağrışımı var. Lotoda torbadan bu daşı çıxaran oyunçu uca səslə “pa...
ANL
BÖYÜK MÜTƏFƏKKIR FƏTHULLAH GÜLƏN XOCAƏFƏNDI HAQQINDA TÜRKIYƏDƏ NƏŞR OLUNMUŞ BIOQRAFIQ KITAB AZƏRBAYCAN TÜRKCƏSI ILƏ DƏ BAKIDA YAYINLANMIŞDIR. İnsanların ən xeyirlisi başqalarına xeyri dəyən kimsədir! Min Kəbədən yeyrəkdir bir könül ziyarəti. Dünyamıza təzəcə gəlmiş bir kitab və onun mənəvi qəhrəmanı olan böyük mütəfəkk...
ANL
(Zəlimxan Yaqubu düşünərkən). Münasib məclislərdə yaradıcılıqlarından bol-bol söhbət açdığım, bəlkə də dostluğa görə bir az üzgörənlik etdiyim iki gənclik dostum, iki xalq şairi – Sabir Rüstəmxanlı və Zəlimxan Yaqub haqqında indiyə kimi mətbuatda ürək sözümü deməmişəm, sonraya qoymuşam. İnciməzlər, bir gün gələr daha t...
ANL
“Abdulla Şaiqin sözlərinə bəstələnmiş musiqi əsərləri” kitabı təqdim olunub. Musiqi Mədəniyyəti Muzeyindən görkəmli ədib, Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqin sözlərinə bəstələnmiş musiqi əsərlərindən ibarət kitabının təqdimat mərasimi keçirilib. Kitabı bəstəkar Rəşid Şəfəq tərtib edib. Mədəniyyət və Turizm...
ANL
YAŞARIN XALQ YAZIÇISI ELÇİN İLƏ MÜSAHİBƏSİ. YAŞAR – Sürət əsrində çox dəyərləri salıb itirdik. İstəsək də, istəməsək də bu gün maddiyyat mənəviyyatı kifayət qədər işğal edib. İnsanlar mədə uğrunda yarışda ruhsal aləmdən xeyli uzaqlaşıblar. Hətta bəzən irihəcmli klassik əsərlər də bu gün tələbəyə xülasə kimi təqdim olun...
ANL
Peyğəmbərlər Tanrı elçiləridir. İlahi seçimə layiq görülənədək adi insanların həyatını yaşayırlar. Bu zaman davranışlarında, əməllərində hansısa möcüzəvi özəlliklər müşahidə edilmir. Onları başqalarından fərqləndirən əsas cəhət üstün mənəviyyata malik olmalarıdır. İlahi seçim də məhz buna görə müəyyənləşir. Və Rəbbimiz...
ANL
Təhsilin səviyyələri arasında varislik prinsipi xüsusi diqqət tələb edir. “Təhsil haqqında” qanuna və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, tam orta təhsilin təmayüllər üzrə təşkilinin səmərəli həyata keçirilməsinə zəmin yaratmaq, ictimai rəyi formalaşdırmaq məqsədilə Təhsil Nazirliyi tərəfindən bir sı...
ANL
Mədəni dəyərlərimizi yaradanlar:onları unutmağa haqqımız yoxdur! XX əsrin axırıncı onillikləri və yeni əsrin ötən dövründə dünyada təkamül və yeni texnologiyaların tətbiqi ilə yaranmış informasiya bolluğunu qloballaşma ilə izah etsək, ona adekvat olaraq mədəniyyətdə də “müvafiq islahatlar”ın olacağı gözlənilirdi. Amma ...
ANL
Mirzə İbrahimovun 100 illiyi Dillər Universitetində qeyd olunub. Dünən Azərbaycan Dillər Universitetində (ADU) xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas Mirzə İbrahimovun 100 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçirilib. Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, xalq yazıçısı, dəyərl...
ANL
“Tofiq Bayramın əsərlərinin yenidən çapı üçün maddi dəstək lazımdır”. Şair artıq iyirmi ildir, əbədiyyətə qovuşsa da, şeirləri Azərbaycan insanının yaddaşında diridir, yaşayır. Şairlə bağlı xatirələrə işıq salmaq üçün 50 illik ömür-gün yoldaşı Zərifə Bayramova ilə söhbət etdik. Söhbətimizə Tofiq Bayramın həyat və yarad...
ANL
Ömrünün 9-cu onilliyini yaşayan Səlim müəllim “Yurd yeri” axtarışına çıxaraq, bu adda kitabını nəşr etdirib. Səlim Əzimov çox müdrik bir el ağsaqqalı olub, 56 il Ağdam rayonunun Novruzlu kənd orta məktəbinin rəhbəri kimi çalışıb. Bu məktəbdə xalqımızın dünya şöhrətli alimləri – Xudu Məmmədov, Rafiq Əliyev kimi adamlar ...
ANL
Aydın Mirzəzadə: “Müxalifət liderləri daha çox dünənki günlə yaşayırlar”. Müsahibimiz Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini,Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadədir. – Aydın müəllim, bu günlərdə ölkə prezidentinin imzaladığı 2020-ci ilə qədər inkişaf konsepsiy...
ANL
İnsan iradəsinin qələbəsi yaxud “Akonkaqua gündəliyi”. Bəşər tarixində insan iradəsi, insan dözümü barədə çox əsərlər yazılmışdır. Bunlar hər şeyə qadir olan insan dözümünün, insan iradəsinin qələbəsi kimi nəsillərdən – nəsillərə bir ərməğan tək çatdırılmışdır. Bunlar eyni zamanda insan qüdrətinin yenilməzliyinə, sarsı...
ANL
Müsahibimiz Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevdir. –Elman müəllim, başa çatmaqda olan 2011-ci il Azərbaycanın xarici siyasəti baxımından hansı hadisələrlə yadda qalacaq? –Bu il Azərbaycanın xarici siyasəti, diplomatiyası üçün doğurdan da əlamətdar bir ildir. Çünki Azərbaycan diplomatiyasının 20 i...
ANL
Qarabağ üzrə xüsusi müxbir. USTAD JURNALİST İSA AXUNDOVUN 70 İLLİYİNƏ. Onun işıqlı çöhrəsini xatırlayanda həmişə ağlıma “böyük adam” ifadəsi gəlir. Sözün bütün mənalarında böyük ölçülərlə yaşayan, böyük düşüncə sahibi olan, ağır və ləngərli davranışı, amma iti ağlı ilə ətrafında böyük bir cazibə sahəsi yaratmağı bacara...
ANL
Milli teleməkanda yerli serial boşluğu. BU BOŞLUĞUN MƏZMUNLU TELESERİALLARLA DOLDURULMASI ÜÇÜN İNDİ YETƏRLİ TAMAŞAÇI TƏLƏBİ DƏ VAR, LAZIMİ İMKAN VƏ ŞƏRAİT DƏ... BƏS PEŞƏKARLIQ? Böyükdən kiçiyə hamı oturub bu serialların vaxtını həsrətlə gözləyər, filmdəki qəhrəmanlarla gülər, onlarla birgə ağlayardılar. Zaman keçdikcə ...
ANL
Qənirə Paşayeva “Onun Sevgi məktubları”nı Yazıçılar Birliyində imzaladı. Dünən Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda millət vəkili, yazıçı-publisist Qənirə Paşayevanın “Onun Sevgi məktubları” kitabı üçün imza günü keçirilib. Mərasimi Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rə...
ANL
İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb. İstanbulun Vakıfbank qalereyasının sərgi salonunda azərbaycanlı rəssam Ədalət Qaranın fərdi sərgisi açılıb. Sərgidə rəssamın son illərdə yaratdığı yağlı boya tabloları nümayiş etdirilir. Türkiyədə modern rəsmin önəmli nümayəndələrindən biri kimi tanına Ədalət Qaranın sər...
ANL
Elçin Hüseynbəylinin sumqayıtlı oxucularla görüşü olub. Dekabrın 20-də Sumqayıtdakı Səməd Vurğun adına Mərkəzi Kitabxanada “Ulduz” jurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyli ilə oxucuların görüşü keçirilib. Yazıçının 50 illik yubileyinə təsadüf edən görüşü Sumqayıt Şəhər Mərkəzləşdirilmiş Kitabxana Si...
ANL
Rəqs edə bilməyən oğlan. DOSTUM ELÇİN HÜSEYNBƏYLİNİN 50 YAŞINA. Qadın necə görünürsə yaşı o qədərdir! Elçin böyük kişilərdəndi... Sadəcə ən xoş anlarımıza dəniz şahid olub deyə, Elçinlə dəniz mənə doğmadır. Biz anadan qoca doğulmuşuq... ağlımız kəsəndən həyatın yükü çiyinlərimizdən sıxıb, amma əyilmək də bizlik deyil.....
ANL
Elə bir mövzu qoyulub ki, sadəcə oxuyub keçmək mümkün deyil. Başdan-ayağa sualdı bizim üçün. Məncə, romanı oxuyarkən bu suallar qəlbində əks-səda verməyən oxucu- vətəndaş yəqin ki, onu oxumağa davam edə bilməz. Düşmən tapdağında tapdanan yurd yerlərimiz kimi ağrılı məsələdi. Düşmən sadəcə çölümüzdə deyil, içimizdə o qə...
ANL
Görkəmli mətbuat xadimi Nəsir İmanquliyevin 100 illiyi ilə bağlı elmi konfrans keçirilib. “NƏSİR İMANQULİYEV AZƏRBAYCAN MƏTBUATININ, JURNALİSTİKASININ İNKİŞAFINDA XÜSUSİ ROLU OLAN DƏYƏRLİ TARİXİ ŞƏXSİYYƏTDİR”. Dünən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında görkəmli jurnalist, ustad redaktor və pedaqoq Nəsir İm...
ANL
Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), şəxsən bu qurumun rəhbəri millət vəkili Fuad Muradovun təşəbbüsü, Gənclər və İdman Nazirliyinin, eləcə də “AGbank”-ın dəstəyi ilə ötən həftə İsmayıllı rayonunda düzənlənən 4 günlük “Gənc jurnalistlər üçün qış məktəbi” layihəsinin iştirakçılarından – hərçənd, gənclik yaşım ...
ANL
“Azərbaycanın Əfsanələr Paytaxtı” – Şabran. RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI NOVRUZ NOVRUZOV:“ŞABRANIN HƏR ADAMI BİR ABİDƏ, HƏR DAŞI BİR ƏFSANƏDİR”. Məhz buna görə də Nazirliyin təşkilatçılığı ilə media nümayəndələrinin adıçəkilən rayonlara infoturları təşkil edilir. Növbəti infotur ötən həftə “Azərbaycanın Əfsanələr ...
ANL
“Bu gün ADMİU geniş beynəlxalq əlaqələr şəbəkəsinə malikdir”. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyevlə söhbət. Dünyanı bürümüş və hələ də təsiri sovuşmayan maliyyə böhranına baxmayaraq, ölkəmiz üçün bu il iqtisadi baxımdan, əhalinin sosial rifahının möhkəmləndiril...
ANL
Milli teleməkanda yerli serial boşluğu. BU BOŞLUĞUN MƏZMUNLU TELESERİALLARLA DOLDURULMASI ÜÇÜN İNDİ YETƏRLİ TAMAŞAÇI TƏLƏBİ DƏ VAR, LAZIMİ İMKAN VƏ ŞƏRAİT DƏ... BƏS PEŞƏKARLIQ? Böyükdən kiçiyə hamı oturub bu serialların vaxtını həsrətlə gözləyər, filmdəki qəhrəmanlarla gülər, onlarla birgə ağlayardılar. Zaman keçdikcə ...
ANL
Oxudum, düşündüm... İmir Məmmədlinin çoxşaxəli (nəsr, şeir, dramaturji, tərcümə) yaradıcılığı duyumluların ruhuna yad deyil. Bu anlamda onun təzəlikcə nəşr olunmuş “Səksən səkkiz səkkizlik” kitabı da oxucusunu düşündürəcək, yəqinindəyəm; bu və ya digər kitabın dəyəri məhz bu amillə müəyyənləşdirilir. İmir Məmmədlinin ş...
ANL
Elçin Hüseynbəylinin 50 yaşı qeyd olundu. Dünən Azərbaycan Yazıçılar Birliyində yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin 50 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbiri açan AYB-nin sədri, xalq yazıçısı Anar Elçin Hüseynbəylinin son illərdə Azərbaycan ədəbiyyatına tövhələr verən çox istedadlı bir nasir, d...
ANL
Xalq yazıçısı Elçinin “Şekspir” əsəri Krımtatarlarının ifasında. Xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında Krımtatar Akademik Musiqili Dram Teatrının hazırladığı “Xəstə könül” tamaşası Bakı tamaşaçıları tərəfindən maraqla qarşılanıb. Akademik Milli Dram teatrında səhnəyə qoyulan əsər Krımtatar Akademik Musiqili Dr...
ANL
“Valideynim məni göydən yerə endirdi, müəllimim yerdən göyə qaldırdı”. Dünyada müəllimdən böyük ad yoxdur. Müəllimlik sənətlərin ən nəcibi, insan fəaliyyətinin ən nurlusu və ülvisidir. Gənc yaşlarında dünyaları fəth etmiş İskəndər öz müəllimi Aristotelin qarşısında tir-tir əsirmiş. Bir gün səhər adyutantı böyük sərkərd...
ANL
Strasburqda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun İşçi Qrupunun iclası olub. Fransanın Strasburq şəhərində Ümumdünya Mədəniyyətlərarası dialoq Forumunun İşçi Qrupunun növbəti iclası keçirilib. İclasda Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və p...
ANL
Görkəmli aktyor Ağadadaş Qurbanovun 100 illik yubileyi qeyd olunub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli sənətkar, unudulmaz teatr və kino aktyoru, xalq artisti Ağadadaş Qurbanovun anadan olmasının 100 illiyilə bağlı yubiley mərasimi təşkil edilib. Mərasim ...
ANL
Beynəlxalq Muğam Mərkəzində “Top həm düşər, həm qalxar” sənədli filminin təqdimat mərasimi olub. Mərasimdə rejissor Arzu Urşan çıxış edərək film haqqında məlumat verib: “Film bu il “Salnamə” studiyasında çəkilib. Azərbaycan futbolunun yaranmasının 100 illiyinə həsr olunmuş yeni ekran əsəri artıq cari ilin sentyabrında ...
ANL
Dəyərli alim, bütöv insan. İsmayıl Oruc oğlu Məmmədlinin (Məmmədov) nüfuzlu elm adamı olması, tanınmış ziyalılığı təkcə diplomları, elmi dərəcəsi, elmi rütbəsi ilə yox, həm də yüksək vətəndaşlıq mövqeyi, vətən əxlaqı, humanizmi və mənəvi təmizliyi ilə də daha çox bağlıdır. Onun kamil şəxsiyyətində ən gözəl alimlik və i...
ANL
Akademik Zahid Xəlilovun 100 illik yubileyi qeyd olunub. “Borçalı” İctimai Cəmiyyətinin təşkilatçılığı ilə görkəmli elm xadimi, riyaziyyatçı alim, akademik Zahid Xəlilovun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasim keçirilib. Mərasimdən öncə akademik Z.Xəlilovun fəxri Xiyabandakı abidəsi ziyarət olunub. Sonra t...
ANL
Müdrik şəxsiyyət, görkəmli alim. Yaxın günlərdə müasir Azərbaycanın təbiət elmləri sahəsində çalışan ən layiqli nümayəndələrindən olan Eldar Əli oğlu Məsimovun 70 yaşı tamam olur. Onun elmi-pedaqoji fəaliyyəti çoxşaxəlidir və bir məqalədə təfsilatı ilə bu fəaliyyəti əks etdirmək imkan xaricindədir. Ona görə də biz E.Mə...
ANL
NİZAMİ ZÖHRABİ: “ AZƏRBAYCANLA TÜRKİYƏNİN MƏDƏNİ ƏLAQƏLƏRİNİN TARİXİ SİYASİ, İQTİSADİ MÜNASİBƏTLƏRDƏN DAHA QƏDİMDİR ”. Bir neçə gündən sonra başa çatacaq 2011-ci il Azərbaycan Türkiyə münasibətləri baxımından bir sıra əlamətdar hadisələrlə yadda qalacaq. Bu il iki qardaş ölkə arasında ən müxtəlif sahələrdə dinamik inki...
ANL
Elçinin “Şekspir” əsərinin London premyerası. Bu il dekabr ayının 5-də Londonun teatr həyatında çox əlamətdar bir hadisə baş verdi: Paytaxtın “The Horse Hospital” İncəsənət Mərkəzində yerləşən Avanqard Teatrda xalq yazıçısı Elçinin məşhur “Şekspir” komediyasının ilk tamaşası göstərildi. Tamaşanın quruluşçu rejissoru Bö...
ANL
“Azərbaycan folkloru Avropa sivilizasiyası kontekstində” mövzulu konfrans keçirilib. Dekabrın 21-də AMEA-nın Rəyasət Heyətinin böyük akt salonunda Folklor İnstitutu “Azərbaycan folkloru Avropa sivilizasiyası kontekstində” mövzusunda elmi-praktiki konfrans təşkil edib. İnstitutun yaydığı açıqlamada konfransın məqsədləri...
ANL
TQDK-nın “Biologiya” üzrə hazırladığı vəsait müzakirə və tənqid olunub. “BU VƏSAİT TƏZƏDƏN İŞLƏNMƏLİ VƏ YALNIZ SƏHVLƏR ARADAN QALDIRILDIQDAN SONRA ABİTURİYENTLƏRİN İSTİFADƏSİNƏ VERİLMƏLİDİR”. “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşları tərəfindən “Biologiya” fənni üzrə vəsait-sorğu kitablarının bitkilərə (Bot...
ANL
Elçin Hüseynbəylinin özü və sözü. Mən Elçin Hüseynbəyli haqqında bəlağətli fikir deməkdən uzağam. Ona görə də həqiqəti olduğu kimi şişirtmədən deyəcəm: Elçin Hüseynbəyli müasir ədəbiyyatımızın gözlə görünən, qulaqla eşidilən, ürəklə duyulan, ruhla sezilən yazıçısıdır. Sözün həqiqi mənasında yazıçıdır: öz qələmilə, öz b...
ANL
Modernləşən Azərbaycanın sosial-rifaha gedən yolu. PARLAMENTIN SOSIAL-SIYASƏT KOMITƏSININ SƏDRI HADİ RƏCƏBLİ:“İLHAM ƏLİYEVİN DÖVLƏT QURUCULUĞU MODELİNDƏ MƏQSƏDYÖNLÜ,ÖLÇÜLÜ-BİÇİLİ VƏ ADDIM-ADDIM İRƏLİ GETMƏ XƏTTİ VAR”. Sabah ölkə Prezidenti İlham Əliyevin növbəti doğum gün – 50 illik yubileyidir. İlk növbədə bu əlamətda...
ANL
Bütöv bir ölkənin rəhbəri olmaq, onun inkişafı uğrunda gecə-gündüz çalışmaq həqiqətən də çox çətin işdir. Xüsusilə müharibə şəraitində olan Azərbaycanı idarə etmək, ölkənin hər bir vətəndaşının problemi, qayğısı ilə maraqlanmaq, heç kimi diqqətdən kənarda qoymamağın necə ağır olduğunu təsəvvür etməyə belə ehtiyac yoxdu...
ANL
Məhəmməd Əmin Rəsulzadə. Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). Şalyapinin Bakıya gəlib də iki ko...
ANL
(Əvvəli ötən şənbə saylarımızda). Otaqda kimsə yoxdu – hamı bir nəfər kimi səfərbər olub, maşını düzəltdirirlər. Aykut obaşdandan gəlib sayın millət vəkilini aparıb ustaya. Yarıtmayıb – maşını düz-əməlli kullana bilmir. İçimdə nigarançılıq da var, o biri gün nə boyda yol qət etməliyik. Maşın xarab olsa millət vəkili ol...
ANL
O, GƏLƏCƏKLƏ MƏŞĞULDUR. Bizə həyat verən qan damarları dolana-dolana uzanan yollara bənzəyir. Əslində həyatdakı bütün yollar da mütləq damarlarımızda axan qandan, o qanda daşıdığımız yaddaşdan başlanır. Prezident olmaq tarixin seçimi və qismətidir. Azərbaycanın qiymətli övladlarından olan İlham Əliyev ölkənin bu ali kü...
ANL
Üstümüzdəki Soros ləkəsi. “Demokratik institutlar öz-özünə inkişaf edə bilməz, onların inkişafı bizlərdən asılıdı. Demokratik institutların təkmilləşməsi problemi bu institutların yox, həmişə ayrı-ayrı şəxsiyyətlərin qarşısında duran problemdi”. Bu sözlər Avstriya filosofu Karl Popperə məxsusdu. Cəmiyyətdə, xalqın tale...
ANL
Məhbəsə sığmayan azadlıq eşqi. Budapeştli məktəblilər üçün həmişə şirin xatirələrlə yada salınan və unudulmaz tarixə çevrilən Pal küçəsindən keçib Ulbi küçəsi boyu sürətlə irəliləyirdik... Görkəmli macar yazıçısı Ferens Molnarın məşhur qəhrəmanları Boka, Nemeçek və Çanakos da bir vaxt gecənin qaranlığında bu küçə boyu ...
ANL
Məmməd Araz. Gözdolusu görüb sevincini duymadığı ömrünün üstəlik bir qərinəsinin üçdəbiri qədərində ağrı-acısını yaşayan, bu yaşayışın da son illərini evdən, ev adamlarından savayı görüb-görəcəyi olmayan yataq xəstəsi, şair Müzəffər Şükür Məchula, ətraf aləmlə müntəzəm əlaqə saxlayıb, iztirablarını bir az da azaltmaq ü...
ANL
Yeni dövrün yeni Naxçıvanı. Bu gün müstəqil Azərbaycan dövləti dünyanın sosial-iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələri sırasına daxil olub. 42 milyarddan artıq vəsaiti olan Azərbaycan dünyanın qabaqcıl hüquqi və demokratik dövlətlərindən birinə çevrilib. Beynəlxalq aləmdə qazandığı hörmət və nüfuzu sayəsində öl...
ANL
Xarizmatik şəxsiyyəti, peşəkar idarəçilik qabiliyyəti, dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən Həsən Əziz oğlu Həsənov Azərbaycanda yetərincə tanınmış simadır. İri sağanaqlı eynəyi arxasından baxan, təbəssümün əskik olmadığı gözləri ilə müsahibinin “astarını üzündən” oxuyan ciddi ziyalıdır. Ölkəmizin təxminən son ...
ANL
Tiflisdə Azərbaycandilli məktəb şagirdlərinin rəsmlərinin sərgisi açılıb. Gürcüstan paytaxtındakı Yelena Axvlediani adına Uşaq Rəsm Qalereyasında Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə və 31 Dekabr – Dünya Azərbaycanlılarının Hə...
ANL
“Osmanlı arxiv sənədlərində Naxçıvan” kitabının təqdimatı keçirilib. AMEA Naxçıvan Bölməsinin böyük Akt zalında Türk Cümhuriyyətinin Baş Nazirliyinin Dövlət Arxivləri müdiri, fəlsəfə doktoru Yusif Sarınay tərəfindən hazırlanıb, nəfis tərtibatda türk dilində nəşr olunan “Osmanlı arxiv sənədlərində Naxçıvan” adlı fundame...
ANL
Mübarizəyə və zəfərə səsləyən sətirlər – “Danışır Azərbaycan!”. “Ağdam“ Ədəbi Birliyinin sədri, “Hərbi and” qəzetinin baş redaktoru, şair Nadir Qədimlinin “Danışır Azərbaycan” adlı kitabı işıq üzü görüb. Kitaba müəllifin qələmə aldığı “Danışır Azərbaycan” və “Mənim ordum” əsərləri daxil edilib. Yaradıcılığının əsasını ...
ANL
YAŞARIN XALQ YAZIÇISI ELÇİN İLƏ MÜSAHİBƏSİ. (Əvvəli ötən şənbə saylarımızda). Elə bu yerdə mən bizim görkəmli ədəbiyyatşünas-alimimiz Qəzənfər Paşayevin böyük və şübhəsiz ki, gərgin zəhmətin bəhrəsi kimi azərbaycanlı oxuculara təqdim etdiyi fundamental yaradıcılıq işini – Mişel Nostradamusun bütün Senturiyalarının dili...
ANL
“Pedaqoji kadrların düzgün seçilib yerləşdirilməsi xüsusi aktuallıq kəsb edir”. Müəllimlərin işə qəbulu sahəsində yeni qaydaların tətbiqini zəruri edən bir sıra səbəblər olub: yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisələri tərəfindən ciddi ehtiyac olmadan müəllimlərin işə qəbul edilməsi; bir stavkadan a...
ANL
“Sehrli dünya” uşaq jurnalının təqdimatı olub. Gənc Tamaşaçılar Teatrının “Gümüş maska” zalında “Sehrli dünya” uşaq jurnalının təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edən jurnalın baş redaktoru, uşaq yazarı Gülzar İbrahimova onları qarşıdan gələn bayram münasibətilə təbrik edərək yeni toplu haqqında məlumat ve...
ANL
Milli Dram Teatrının səhnəsində “Qadın sevgisi”. Dekabrın 24-25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Viktor Hüqonun “Mariya Tüdor” əsərinin motivləri əsasında “Qadın sevgisi” tamaşasının premyerası oldu. “İkihissəli, şekspirsayağı dram” kimi müəyyənləşdirilən tamaşa mərhum rejissor Mehdi Məmməd...
ANL
“Xalçalarda Nizami dünyası” sərgilənib. Ötən gün Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində dünya şöhrətli şair və mütəfəkkir Nizami Gəncəvinin 870 illiyinə həsr edilən “Xalçalarda Nizami dünyası” adlı sərgi gerçəkləşib. Yubiley-sərgisində Nizami obrazları və onun ölməz əsərlərindəki motivlərin əks olun...
ANL
Xalq yazıçısı Elçin:“Axtarış istedadla üst-üstə düşməlidir”. “YARADICILIĞIM HƏMİŞƏ OBIVATEL DEDİ-QODUSU İLƏ QOŞA ADDIMLAYIB”. – Elçin müəllim, Siz ədəbi prosesi daima izləyən və ardıcıl surətdə bu mövzunu qələmə alan ədibsiniz. Hazırkı ədəbi prosesi necə qiymətləndirirsiz? Nə çatışmır? – Bu gün ədəbi prosesə elitarlıq ...
ANL
Təhsilimizdə aparılan qiymətləndirmələr, mülahizələr. ABŞ-ın Montana Universitetində “Kurikulum hazırlığı” kursu üzrə təhsil alan kurikulum mütəxəssisi və kifayət qədər pedaqoji staja malik Azərbaycan dili və ədəbiyyatı, fizika müəllimləri kimi ölkəmizin təhsil sistemində aparılan qiymətləndirmələr barədə bu yazıda öz ...
ANL
Dövlətin müstəsna mülkiyyəti: Azərbaycan Mərkəzi Bankı. Azərbaycan iqtisadi inkişafına görə dünya ölkələri arasında qabaqcıl yerlərdən birini tutur. Təbii ki, belə bir iqtisadi inkişaf dinamikasında, maliyyə sisteminin sürətli artımı və qlobal iqtisadi mühitin möhkəmlənməsində Azərbaycan Mərkəzi Bankının (AMB) üzərinə ...
ANL
Möhtəşəm tədbir. Bu yaxınlarda Berlində fəaliyyət göstərən Azərbaycan Evinin yaranmasının 5 illik yubileyi ilə bağlı keçirilən möhtəşəm tədbirlərin əks-sədası səngimək bilmir. Azərbaycan Evinin rəhbəri Tofiq Qarayevlə yanaşı əsərləri Avropada yüksək tirajlarla nəşr olunan həmyerlimiz, tanınmış yazıçı-ssenarist Əmir Pəh...
ANL
“Vətəni qəlbində daşıyanların. Ömür bağçasının gülləri solmur”. Azərbaycan ədəbiyyatşünaslıq elminin nüfuzlu, mötəbər ağsaqqalı akademik Bəkir Nəbiyevin “Elmlə şeir qovuşanda” adlı nəfis kitabı 2011-ci ildə işıq üzü görmüşdür. Bu kitabda müəllifin son illərin məhsulu olan məqalələri, rəyləri, məruzə və nitqləri vahid b...
ANL
Milli Teatrda gürcü mərəkəsi. Avlabarsız Tiflis heçnədir. Bəs Şeytanbazarsız nə olar Tiflis? Pah, gürcü Avksenti, şuluq dramaturq! İndi başqa zaman deyilmi, knyaz! Düzdür, başqa zamandır. Hərçənd... müasir cavanların da ürəyincədir bu gürcünün evlənmək və evləndirmək istəyi üzərində qurduğu yengə-yengə oyunu. Nədən ki,...
ANL
Ölkə prezidenti ad günündə, özü də 50 yaşının tamamında Ağcabədi rayonu ərazisində salınmış Taxta körpü qəsəbəsində məskunlaşan əslən Laçın rayonundan olan məcburi köçkünlərlə görüşə getdi. Bu görüş dövlət başçısı İlham Əliyevə məhəbbət bəsləyənlərin sıralarını sıxlaşdırdı, dünyanı bir az təəccübləndirdi, düşmənlərə gö...
ANL
Məlum olduğu kimi bu yaxınlarda Əli İldırımoğlunun “Daş yağan gün” romanı çapdan çıxmışdır. Müəllif əsər üzərində yenidən işləmiş və romana bəzi əlavələr, dəyişikliklər etmişdir. Məlum olduğu kimi, son günlər Fransa parlamentinin qondarma erməni soyqırımı iddiası Türkiyədə və Azərbaycanda geniş etirazlara səbəb olub. O...
ANL
Son vaxtlar nəsrimizdə kənd həyatından bəhs edən maraqlı hekayələrə az rast gəlinir. Sözün əsl mənasında çox böyük mənəvi həzz aldım. Hekayədə çox böyük ürək sahibi olan bir azərbaycanlı qadın Güldəstənin həyatından bəhs edilir. Güldəstə çox ağır həyat yolu keçmiş, əli qabarlı, dörd uşaq anası, həyat yoldaşını erkən it...
ANL
İrəvan teatrının Türkiyə uğuru. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 15-25 noyabr 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Müstəqilliyimizin bərpa olunmasının 20-ci ildönümü tədbirlər planı çərçivəsində həyata keçirdiyi layihələr sırasının davamı olaraq Türkiyə...
ANL
ÜNLÜ SƏNƏTÇİ, XALQ ARTİSTİ, MİLLƏT VƏKİLİ ZEYNƏB XANLAROVANIN 75 YAŞI TAMAM OLDU. Azərbaycan səhnəsinin canlı əfsanəsi, müsiqi dünyasının kraliçası, korifey sənətkar, millət vəkili, Azərbaycanın və SSRİ-nin xalq artisti, “Şöhrət” ordenli Zeynəb xanım Xanlarovanın dünən doğum günü – yubileyi idi. Dəfələrlə bəzi yazıları...
ANL
Səmalardan gələn İnsan. Mən səni tanımırdım, səsini eşitmişdim. Baxmayaraq ki, 1966-cı ildən Dövlət Teleradio Verilişləri Komitəsində işləyirdim, səninlə şəxsən tanış deyildik. Bir dəfə Tofiq Abdinin gecəqondusunda dostlarımızla yığışmışdıq və Tofiq səni də dəvət etmişdi. Təsnifdəki o yanğını, həsrətin ağrı-acısını tək...
ANL
Herbert Kvelle: “Biz BMT Təhlükəsizlik Şurasında Azərbaycana öz texniki-təşkilati dəstəyimizi təklif etmişik“. Müsahibimiz Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelledir. –Cənab səfir, Azərbaycan və Almaniya arasında əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? –Ölkələrimiz arasında əlaqələr səmimi və ...
ANL
Milli Elmlər Akademiyasında akademik Adilə Namazovanın 85 illiyi qeyd olunub. Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində akademik Adilə Namazovanın anadan olmasının 85 illiyilə bağlı yubiley mərasimi keçirilib. Tədbirdə parlamentin vitse-spikeri Bahar Muradova, millət vəkilləri Qənirə Paşayeva, Gülə...
ANL
Tarix dərsliklərimiz və əlavə vəsaitlər. Məlum olduğu kimi təhsil dövlətin təməl daşlarından biri, millətin gələcəyidir. Məhz buna görə də milli təhsil siyasəti ümumi dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir. Təhsilə qayğı və diqqət, onun inkişafının təmin edilməsi dövlət quruculuğunun mühüm sahəsidir. ...
ANL
Milli dəyərlərin maya dəyəri. “Həyatda saxlanma qanunu varmı, Pak admı üstündür, dövlətmi, varmı? Biri azalanda o biri artsa, Məcmuyu bunların sabit qalarmı?”. Bəşəriyyətin gəliri-çıxarı. Bəşəriyyət öz tarixinin müəyyən mərhələsində qazanıb, müəyyən mərhələsində isə xərcləyib. Qədim Hind və Çin fəlsəfəsini yaradan, yük...
ANL
“Fransa kimi böyük dövlət erməni diasporunun girovuna çevrilib”. SEVİNC FƏTƏLİYEVA: “SƏNƏDİN FRANSA SENATINDA QƏBUL OLUNMAMASI ÜÇÜN QARŞI TƏRƏFLƏ İNTENSİV ŞƏKİLDƏ İŞLƏR APARMALIYIQ”. Müsahibimiz Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevadır. – Sevinc ...
ANL
Xalqın, cəmiyyətin taleyüklü problemlərinin həllində böyük vəzifələri yerinə yetirmiş və yetirməkdə olan mətbuatın tarixi həmişə elmi ictimayyətin diqqət mərkəzində olub. Mənəvi dəyərlərimizin, mədəniyyətimizin yenidən qiymətləndirilməsi, bunlara yeni müstəvidən baxış müasir Azərbaycan ziyalılarının elmi-təhlil süzgəci...
ANL
Üçüncü yer. Havası olmadan yaşaya bilməyəcəyim şəhər indi nədənsə boğurdu məni.Ən acı xatirələrim bu şəhərlə bağlı idi... Bir zamanlar onunla eyni şəhərin havasını udurduq..indi isə onsuz bu şəhər çox dözülməzdi.Bu şəhər almışdı onu mənim əlimdən. Onunla birgə gəzməkdən doymadığım küçələrdə indi yalnız gəzib dolaşırdım...
ANL
Polşadan söhbət düşəndə ilk və tək ağlıma gələn Tadeuş Dolençi-Mostoviçin povesti əsasında 1982-ci ildə ekranlaşdırılmış Polşa filmi olurdu. Mən o filmə ilk dəfə baxanda elə də çox yaşım yox idi, amma hələ onda həyat yoldaşının tərk etməsi xəbərini alanda filmin qəhrəmanı cərrah Rafal Vilçurun sifətindəki o cizgilər, b...
ANL
Polşa və Azərbaycan:ədəbiyyat işığında. Polyak ədəbiyyatı Bakıda. Neçə illərdi ki, Polşa ilə Azərbaycan arasında ədəbiyyat sahəsində əməkdaşlıq mövcuddur. Hər il Polşa Respublikasının Bakıdakı Səfirliyi Azərbaycan Respublikasının Yazıçılar Birliyi, həmçinin Bakı Slavyan Universiteti nəzdində Polşa Dili və Mədəniyyəti M...
ANL
RAFİQ HAQDA RƏFİQ SÖZÜ. Bəşər övladının xislətinə dərindən bələd olan filosof-şairimiz Məhəmməd Hadi şeirlərinin birində yazırdı: İnsanları pək çox sevirəm, lakin uzaqdan, Gəldikdə yaxın qalmayır əvvəlki məhəbbət. Fəaliyyət sahəmlə əlaqədar son yeddi il ərzində fiziki olaraq Azərbaycandan kənarda yaşadığımdan bu misral...
ANL
Xalq yazıçısı Anar haqqında iki cildlik biblioqrafik nəşr işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın həyat və yaradıcılığını əks etdirən iki cildlik biblioqrafik nəşr hazırlanıb. Birinci cilddə ədibin ömür və fəaliyyət yolunun ən maraqlı məqamlarından söhbət açılıb, çap olunmuş əsərləri...
ANL
YAŞARIN XALQ YAZIÇISI ELÇİN İLƏ MÜSAHİBƏSİ. (Əvvəli ötən şənbə saylarımızda). YAŞAR – Söhbətimizin davamı kimi Sizin “Ədəbi düşüncələr”də bir yazıçıya rəğbətiniz xüsusi hiss olunur. Həmin yazıçı əlbəttə ki, Lev Tolstoydu. Elçin müəllim, bu böyük rus yazıçısını təsadüfən xatırlatmadım. Belə ki, son vaxtlar mətbuatda dav...
ANL
İxtisasartırma təhsili: inkişaf naminə atılan addımlar. Ümumi təhsil sistemində həyata keçirilməkdə olan məzmun islahatları – yeni fənn kurikulumlarının, qiymətləndirmə sisteminin tətbiqi, müasir təlim metodlarının təlim prosesində istifadəsi pedaqoji kadrların ixtisasının artırılmasını zəruri edir. Bununla əlaqədar öl...
ANL
Cahangir Mehdiyevin 60 illiyi qeyd olunub. Azərbaycan Kinematoqrafçılar İttifaqında tanınmış kinorejissor və aktyor, əməkdar incəsənət xadimi Cahangir Mehdiyevin 60 illik yubileyinə həsr olunmuş tədbir baş tutub. Tədbirdə yubilyarın sənət dostları, mədəniyyət və incəsənət xadimləri çıxış edərək onun mənalı ömür yoluna ...
ANL
Gürcü rəssamın “Şəhərlər”i Bakıda sərgiləndi. R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində Gürcüstan təsviri sənətinin görkəmli nümayəndəsi, rəssam Mamuka Tsetsxladzenin “Şəhərlər” adlı fərdi sərgisi açılıb. Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iki qonşu xalq arasın...
ANL
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının gənc aktyor-vokalisti Ramil Qasımov “Biz Bakıdanıq” adlı yeni estrada-simfonik orkestri yaradıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, gənc solistin rəhbərliyi altında fəaliyyət göstərən orkestrin tamaşaçılarla ilk görüşü İctimai Kanalın “Yeni Gün” səhər proqra...
ANL
Azərbaycanlı sənətçi Budapeşt Opera və Balet Teatrının bədii rəhbəri təyin edilib. Azərbaycanlı balet ustası Eldar Əliyev Budapeşt Opera və Balet Teatrının bədii rəhbəri təyin olunub. Bu barədəAPA-ya Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib. 1974-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında çalı...
ANL