text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Azərbaycanda televiziyanı beş barmağı kimi bilən beş adamdan biri- Vasif Babayevin 70 yaşı tamam oldu. Şəxsən mənim üçün Vasif müəllim təkcə işinin peşəkarı kimi yox, həm də uzun illərdən bəri ünsiyyətdə olduğum insan kimi də çox doğmadı. Afət xanımın həyat yoldaşı, Hüsniyyənin, Aslanın atası Vasif müəllimin dostlarını... | ANL |
ONLARIN DÜNƏNİ: ŞUŞA VƏ ONUN BAŞ MEMARI TOFİQ ZEYNALOV. Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın dünəni. Dünən onlar kim idi,hardaydılar və nələr yaşayırdılar? Yeni ədəbi nəsl üçün ibratamiz və bir qədər də kədərli olan... | ANL |
Mühafizə kapitala bağlı. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi izah edir: (Ətraf mühitin mühafizəsi. Qısa metodoloji izahlar) Ətraf mühit həyatın keyfiyyətinə, yaşayış şəraitinə və insanın səhhətinə təsir edən komponentlərin məcmusudur. Atmosfer havası, su, torpaq, yerin təki, heyvanat və bitki aləmi ət... | ANL |
Tələbə dostum, istedadlı qələm sahibi, Əməkdar jurnalist Ələkbər Abbasova- Şəhriliyə ömrümüzün 70-ci payızında sayğı və cansağlığı arzusu ilə. Günəş qüruba endikcə sönməkdə olan tonqal kimi közərir, qızılı şüaları ilə səmaya, dənizin mavi sularına bənzərsiz naxışlar vururdu. Eyvanın məhəccərinə söykənib qürub yerinə ta... | ANL |
Qayğısı, qovğası başından aşan, Yarası yüz yerdən sızlayan Vətən! Verib yeri-yurdu, bölüb ölkəni, Kəndiri kəsmişik, ipi qırmışıq. Qarabağ... üstəgəl yeddi bölgəni, Yığıb çadırlara sığışdırmışıq. Hədəfə tuş oldun gör neçə yerdən, Düşmən neştərindən bağrı qan Vətən. Kim deyir ikiyə bölünmüsən sən, Köksü qıyma-qıyma doğra... | ANL |
Çoxdandı bu tozlu şəhərdə nə sonbahar, nə ilkbahar olur. Hər şey qəfildən, birdən başlayır. Tədrici keçidlər olmadan. Yəqin bir gecə istidən qovrula-qovrula yatıb səhər üşüyə-üşüyə ayılacağıq. Deyəsən, dünyanı idarə eləyənlər iqlimin yönətiminə də əl qoyublar. İndi onsuz da heç nə elə belədən, təsadüfdən olmur qənaətin... | ANL |
AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN ŞAH ƏSƏRİ. "Teatr məbəddir"-deyiblər.Bəli doğrudan da bu belədir.İnsanlara dünyəvi hisslərin aşılanması üçün teatrın ta qədimlərdən müasir dövrədək çox böyük rolu olmuşdur.Ostrovskinin aşağıdakı fikirləri bütün sərhəd-keçid məntəqələrinə iri hərflərlə yazılmalıdır":Hər bir millətin səviyyəsini... | ANL |
Telefon zəngləri azalan Flora Xəlilzadə. Bu müsahibə tanınmış jurnalist, publisist, şair, "Azərbaycan" qəzetinin mədəniyyət şöbəsinin müdiri Flora Xəlilzadə ilə onun ad günü ərəfəsində hazırlanmalı idi. Amma iş elə gətirdi ki, müxtəlif səbəblər üzündən görüşümüz bir neçə dəfə təxirə salındı. Bu dəfə üz-üzə oturub söhbə... | ANL |
Ekoloji siyasətin əsas istiqamətləri. Azərbaycan Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlər vaxtında öz həllini tapmadığı üçün Respublikamızın ətraf mühiti həddindən artıq çirkləndirilmişdir. Hazırda respub... | ANL |
Tələbə dostum, istedadlı qələm sahibi, Əməkdar jurnalist Ələkbər Abbasova- Şəhriliyə ömrümüzün 70-ci payızında sayğı və cansağlığı arzusu ilə. - Yaxşı eləyirsiz, - eşitdiklərindən qanı qaralan Fəxri kişi xəcalət çəkirmiş kimi başını aşağı salıb, gözlərini yerə dikdi, sonra nəyisə xatırlayıb fikirli halda müsahibinə bax... | ANL |
ONLARIN DÜNƏNİ: ŞUŞA VƏ ONUN BAŞ MEMARI TOFİQ ZEYNALOV. Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın dünəni. Dünən onlar kim idi,hardaydılar və nələr yaşayırdılar? Yeni ədəbi nəsl üçün ibratamiz və bir qədər də kədərli olan... | ANL |
ANLAŞILMAYAN DAHİ. Bəşəriyyət Tanrının vergi, fitri istedadla mükafatlandırdığı şəxsiyyətlər hesabına bugünki inkişafa çatıb, indiki nailiyyətləri əldə edib. Məhz Böyük Yaradan tərəfindən seçilmişlər insanlığı bütün canlıların fövqünə qaldırıblar. Əlbəttə, həyatın ən müxtəlif sahələrində fenomen qabiliyyətlərə, qeyri-a... | ANL |
Azərbaycan ekologiyasının ötən ili. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi sahəsindəki çoxşaxəli fəaliyyətində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir. Bu çərçivədə Nazirlikdə yaradılan Ekoloji Təbliğat şöbəsi "Azərb... | ANL |
Yeraltı şirin suların axtarışı və kəşfiyyatı. Hazırda ölkə hüdudlarında içməli, müalicəvi və termal su axtarışları davam etdirilir. Respublika ərazisində yerüstü və yeraltı şirin su hövzələri məhdud ehtiyatlara malik olmaqla ərazilər üzrə qeyri-bərabər paylanmışdır. Buna görə də yeraltı suların böyük əhəmiyyəti vardır.... | ANL |
Əvvəl gülmək, sonra düşünmək. Və ya əksinə... Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonundakı qələbəliyi başa düşmək olardı. Bir neçə qurumun təşkilatçılığı ilə tanınmış karikaturaçı rəssam Hafiz Nəsiroğlunun fərdi sərgisi açılırdı. Dəvətnamədə təşkilatçıların adı ətraflı yazılmışdı. Bir daha təkrar etməy... | ANL |
Ombudsman nazirə müraciət etdi. "Ekologiya İli" ilə bağlı birgə silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Bununla əlaqədar olaraq İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırova məktubla müraciət edib. Bu haqda Lent.az-a Ombudsmanın mətbuat xidmətindən məlumat ... | ANL |
Dad sənin əlindən, a qanlı fələk, Qardaşı qardaşa düşmən elədin. (Bu sözləri bilməm Səbri Şimşəkoğlununmu, Murat Çobanoğlununmu səsindən, oxumasından eşitdim. Oxuyanı unutdum, amma sözləri unuda bilmədim). Qardaş da qardaşa düşmən olurmu. Əfəndi ozanım, ozan əfəndim. Sirrimi verməyə sirdaş aradım, Qardaşım yanınmda qar... | ANL |
Qarşımda bir kitab var. Bu kitabın müəllifinə Azərbaycan yazı məkanında maraq böyükdü. Çünki bu xanım yazar özü sakit olduğu qədər də təmkinli və kəskin mövqeyi ilə həmişə başqalarından fərqlənib. Kənardan müşahidə edəndə düşünürsən ki, ilahi, bu qədər qayğılı görünən Bəsti Əlibəylinin qələmindəki bu od, alov, yanğı ha... | ANL |
Düşdüyüm dünyanı düşündüm dərin, Önündə acizəm mən bu sirlərin. Könlümdə bəslənən cəvahirlərin. Dar gəlir könlümə dünya büsbütün, Dünya da kiçilir yoxsa günbəgün? Yaralı könlümün, yazıq könlümün. Alçaldım yerə də, qalxdım göyə də, Başımın üstündə gördüm min hədə. Dinməyə qoymurlar, düşünməyə də. Rəngin ağdırsa da yazıq... | ANL |
HƏMİŞƏ RƏHMƏTLƏ ANILAN KİŞİ. Xatirə yaza-yaza insan özü də xatirəyə çevrilir. Görünür mənim də xatirəyə dönəcək çağlarım yaxınlaşır. Ona görə də həyatda gördüyüm, tanıdığım, sevdiyim köhnə kişiləri çox tez-tez xatırlayıram. Belə kişilərdən biri də mənim üçün Əlfi Qasımov olub. Onu bir yazıçı kimi də, nəşriyyat işçisi k... | ANL |
Ötən ilin sonlarında "Vektor" nəşrlər evi tanınmış qələm adamı, şair və yazıçı kimi oxucular tərəfindən sevilən Vaqif Nəsib Sarıhüseynoğlunun şeirlərindən ibarət olan 180 səhifəlik "Lalların əli danışır" kitabı müəllifin annotasiyası ilə başlayır. Yəni ilk səhifədə verilmiş qısa anonsdan bəlli olur ki, "Lalların əli da... | ANL |
Azərbaycan prezidentinin sərəncamı ilə nəşr olunan 150 cildlik dünya ədəbiyyatı nümayəndələrinin əsərləri sırasından nəşr edilən növbəti kitab görkəmli türk yazıçısı, Nobel mükafatı laureatı Orxan Pamukun "Seçilmiş əsərləri"dir. "Media forum" saytının məlumatına görə, Nəriman Əbdülrəhmanlının tərcümə etdiyi kitaba "Mən... | ANL |
Ustadın 60 yaşının tamam olduğunu eşidəndə, içimdən bir kövrək hiss keçdi. İstədim ki, mən də onunla bağlı bir oxucu kimi, düşüncələrimi, fikirlərimi qələmə alım. Sonra götür-qoy etdim, daha doğrusu, onun barəsində yazılanları gözdən keçirib, xatırlayıb, hiss etdim ki, Ustad barəsində elə fikirlər, elə mülahizələr söyl... | ANL |
Arazbarı sitat çələngi. Mən sükutdan sonragrəvayətlə başlayıram, daha dəqiqi, rəvayətdən çıxarışla: "Sabah sarayıma gəl, sənə on qızıl bəxşiş verəcəyəm". Bu təklif vaqiflərə aid deyil, baxmayaraq ki, Səməd Qaraçöp demiş: gedib asılmağa iki ağac var: çörək ağacıdır, dar ağacıdır. IX-XII əsrlərə aid məxəzlərdə yazılıb: "... | ANL |
O ki sizləri dünyalar qədər sevirdi. Və həyatını qurban verdi. Xəbəriniz varmı, dünən iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 100 yaşı tamam olurdu? Tamam başqa mövzudan yazacaqdım. Hətta baş redaktora Allah bilir neçənci kərə idi ki, söz verirdim: nəhayət, adı hələlik ona və mənə məlum olan xəstəxanada baş ve... | ANL |
Azərbaycan Milli İstiqlal Hərəkatının ideoloqu və lideri, ancaq türk ellərində deyil, bütün islam aləmində ilk demokratik üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keçməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Azərbayca... | ANL |
Dövrü yaxşı bilən istənilən bir şəxs "AXC hökuməti təhvil verdi" ifadəsini işlətməz. Sabah Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından biri və birincisi olan insanın, Məmməd Əmin Rəsulzadənin dünyaya gəldiyi gündür. 16 yaşından aktiv siyasi fəaliyyətə başlayan bu böyük insan milli demokratik bir dövlətin qurulmasına... | ANL |
Əməkdar artist Ayşad Məmmədov Şəki Dövlət Dram Teatrında, Gənclər Teatrının səhnəsində elə obrazlar yaradıb ki, bu gün sənətə yeni gələn cavanlar həmin rolları yalnız arzulaya bilərlər. Şekspirin "Romeo və Cülyetta" tamaşasında oynadığı Romeonun səsi Moskvaya qədər gedib çıxıb. Rusiya mətbuatı istedadlı aktyor barədə x... | ANL |
O şeirlər yadda qalır ki, həmin misralar ürəkdən gəlir və oxucuların qəlbinin sarı siminə toxunur. Bu mənada "Adiloğlu" nəşriyyatı tərəfindən çapdan çıxan istedadlı şair Vahid Əlioğlunun "Ürək yanmasag" şeirlər kitabı neçə-neçə oxucu qəlbinin sarı siminə toxunacaq. Ən azından ona görə ki, şairin bu şeirlərində milli ru... | ANL |
ZİRVƏLƏR ARXADA, ZİRVƏLƏR ÖNDƏ. Coğrafiyaşünas alim-pedaqoq Yavər Qaçay oğlu Əliyevin 60 illiyi münasibəti ilə. Gələcək məzuniyyətimin bir parçasının hesabına bu ilki qışın ilk qarlı günlərində Abşerondakı " Günəşli " sanatoriyasında həm istirahətdə, həm də müalicədəyəm. Şəfa ocağına gələndə sağ əlimdəki orta barmağım ... | ANL |
DÜŞÜNMƏYƏ, MÜZAKİRƏYƏ ÇƏKƏN KİTAB. Əlimdə olan bu kitab barəsində mətbuatda bir-birindən maraqlı fikirlər oxumuşam və elə həmin oxuduğum fikirlər də daxili bir tələbat kimi məni bu kitabı əldə etməyə həvəsləndirdi. Necə deyərlər, yaxın günlərin birində istəyim çin oldu. Çox qısa bir zamanda bir-iki yuxusuz gecənin hesa... | ANL |
Hamarkənddən başlanan yol. 1963-cü ilin isti yay günlərində Yardımlının ucqar dağ kəndlərindən birindən-Hamarkənddən Bakıya bir cavan oğlan gəlir. Bu cavan oğlan o zaman yeganə universitetimizin filologiya fakültəsinə daxil olur. Dünyanın yaşıl xalısmına bənzəyən Hamarkənd Sabirin doğma ocağı, anasının laylalarının, ba... | ANL |
Azərbaycanlıların Soyqırımı Günü Cənubi Koreyada anıldı. Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, eləcə də Koreya Xarici Dillər Universiteti (KXDU) və Koreyanın "Mannam" sülhməramlı könüllülər assosiasiyasının təşkilati dəstəyi ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr... | ANL |
Amerika-Azərbaycan Cəmiyyəti Konqresə müraciət etdi. "Konqres Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə yardımları proqram səviyyəsinə endirməlidir". Amerika-Azərbaycan Cəmiyyəti 2012-ci maliyyə ili üçün dövlət büdcəsi ilə bağlı dinləmələrlə əlaqədar Konqresə öz fikirlərini bildirib. Bu barədə APA-nın Va... | ANL |
Azərbaycan diasporu bəyanat yaydı. Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Azərbaycan Cəmiyyəti 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda son 200 il ərzində ermənilərin xalqımıza qarşı apardığı soyqırı... | ANL |
Min illərdir yol gəlirik... Beyləqanda sakinləri və qonaqları daha çox özünə cəlb edən bu yerlərdən biri də rayon tarix-diyarşünaslıq muzeyinin açıq səma altında qurulan eksponatlarıdı. Son illərin əsl yaradıcılıq nümunəsi olan bu muzey kompozisiya orijinallığı ilə tamaşaçıları heyran edir. Beyləqan rayon tarix-diyarşü... | ANL |
Milli Kitab Mükafatının "on"luğu. Milli Kitab Mükafatının "on"luğunun siyahısı açıqlanıb. Tədbirdə Milli Kitab Mükafatının təşkilat komitəsi, ekspertləri, münsifləri, media mənsubları, ictimai təşkilatların nümayəndələri, yazıçılar iştirak edib. Açılışda çıxış edən Nigar Köçərli qeyd edib ki, münsiflərin qiymətləndiril... | ANL |
"Sərgüzəşti-vəziri-xani-Lənkəran" yeni quruluşda. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" pyesi əsasında hazırlanan tamaşanın premyerası keçirilib. Lent.az-ın məlumatına görə, dahi ədibin 200 illiyinə həsr olunan tamaşanın quruluş... | ANL |
Ömər Muxtarın başçılığı ilə ərəblərin yadellilərə qarşı mübarizəsi 1912-ci ildə alovlandı. Təbiətcə cəsur, ağıllı və çevik mühakimə qabiliyyətinə malik bu adam çox çəkmədi ki, liviyalıların müəyyən qismini başına toplayaraq xalqın qatillərinə qan uddurmağa başladı. İlk döyüşlər kiçik masştabda keçsə də sonralar bu daha... | ANL |
RƏSUL RZA ÖMRÜNDƏN DAMLALAR. Sənətkar ömrünü, yaradıcı insanın düşüncə tərzini, həyata, cəmiyyətə, müxtəlif hadisələrə, sənətə münasibətini öyrənmək baxımından ən yaxşı mənbə onun öz əsərləri, məqalələri, çıxışları, xatirələridir. Ancaq dünyasını dəyişən qələm sahibinin ömürlüyündə baş verən hər kiçik hadisə, söhbət, ş... | ANL |
Yeni mənzillərdə ilk baharı qarşılayanlar. Heç ola bilməz ki, Sabirabad rayonuna gedəsən ancaq qəzetimizin köşə yazarı, publisistikada öz dəsti-xətti, nəfəsi olan Vəsilə Usubova ilə görüşməyəsən. Rayon İcra Hakimiyyətində kiçik bir vəzifədə işləyən Vəsilə xanımın kiçik, ancaq səliqə-səhmanlı otağında da görüşürük. Gəli... | ANL |
Əliağa Ağayev son filmində niyə ağlamışdı? Əliağa Ağayevin qızı Gülçin Ağayevanın Milli.Az xəbər portalına müsahibəsi. Razılaşın ki, komediya janrında zövq oxşamağı bacarmaq daha çətindi. Bayağı yumorun, duzsuz zarafatların böyük səhnələrə ayaq açdığı indiki dövrdə Əliağa Ağayev kimi sənətkarlarımızın yeri lap kəskin g... | ANL |
Rəsmi Bakının səbri tükənə bilər. Status-kvonun uzun müddət saxlanılması buna rəvac verir. Dağlıq Qarabağ danışıqları istiqamətindən yeni ilin ilk görüşü sayılan Soçi görüşündən xeyli müddət keçməsinə baxmayaraq ara-sıra ona qayıdılması halları özünü göstərməkdədir. Bir çox hallarda əksər ekspertlər tərəfindən Azərbayc... | ANL |
APREL AYI BAŞLADI... Dünyada qəribə bir situasiya yaranıb. Baş verən hadisələr, müxtəlif cür qlobal proseslər ara vermədən dəyişir, bəziləri ən aktiv şəkildə davam edir, gərginlik nöqtələri azalmaq əvəzinə durmadan artır. Təbii fəlakətlər, siyasi gərginliklər, müharibələr, iqtisadi krizislər, inqilablar, terror aktları... | ANL |
Reklam sevməyən həkim. O, Bakıda yaşayır, işləyir... Ötən ilin yayında səhhətimlə bağlı çox gərgin məqamlar yaşayırdım. Həmin məqamların birində Azərbaycanın dəyərli yazıçısı və son dərəcə də qayğıkeş dostlardan biri olan Seyran Səxavət özünəməxsus ciddiliklə dedi: - Ayə, dur düş qabağıma, səni aparım Vidadinin yanına.... | ANL |
MEYVƏLƏR ŞAHININ "BÜLLUR SARAYI". Həmyerliləri onunla fəxr edir. Hələ uzaqlardan baxanda belə o əzəmətli bina, modern görüntüsü və yaşıllıqlar çələngi ilə göz oxşayan o gözəl məkan öz büllur rəngi, büllur aurasıyla gerçəkdən Büllur Sarayı xatırladır. O özü hər şeyin belə olmasını istəmişdi. O - bir zamanlar futbol, vol... | ANL |
82 yaşını qeyd edən görkəmli azərbaycanlı. Azərbaycanın görkəmli pianoçusu, prezident təqaüdçüsü, hazırda ABŞ-ın San-Fransisko şəhərində yaşayan Çingiz Sadıxov 82 yaşını qeyd edir. Çingiz Sadıxov da ANS TV vasitəsi ilə xalqımıza bunları arzulayıb: "Arzum budur ki, mənim millətim xoşbəxt yaşasın, həmişə gülərüz olsun, m... | ANL |
İşğal altında qalmış rayonun təbii sərvətləri 18 ildir ki, talan edilir. Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da (ümumi istismar ehtiyatları 3093 m3/gün) işğal ərazisində yerləşir. Ə... | ANL |
MİSRALANMIŞ AL-ƏLVAN İŞIQLAR. Zəlimxan Yaqubun oxucuların üzünə açdığı qapı. Hətta bir az da ifrata varıb düşünür ki, onun görüb bildiyi qədər heç kim bilmir və görmür. Bunun içərisində bir özündən razılıq, bir də insanın mənsub olduğu gendən, xalqdan gələn məqamlar var. Bax, bu anlamda insan, xüsusilə Azərbaycan insan... | ANL |
Söhrab Tahir: "Məni təqib edən jandarmalardan qurtarmaq üçün özümü dərədən atdım və bilirdim ki, ölməyəcəyəm". Bu il 85 yaşı tamam olacaq Azərbaycanın xalq şairi Söhrab Tahiri oxuculara təqdim etməyə ehtiyac yoxdur. O taylı, bu taylı Azərbaycanın birləşdirici körpüsü sayılan şairi həmişə şux, vüqarlı, əzəmətli görmüşəm... | ANL |
BOYNU ƏYRİ KİŞİ. Qızım Ləmana. "Mənim planetim" deyərək böyük ədəbi mühitə top-tüfənglə, səs-səda ilə gəlib "Daş evlər"də oturub "Nekroloq" yaza-yaza "Bəhanələr"dən istifadə edib "Qaçhaqaç"a başlayan və hələ "Palıd toxumu"nu gözdən keçirə-keçirə dərin xəyala dalıb neçə-neçə "İt intervüsü" və ondan da dadlı-duzlu məsələ... | ANL |
Valideynlər uşaqlar haqqında nəyi bilməlidir. (əvvəli ötən şənbə saylarımızda). Belə demək mümkünsə, onlar məqsəd uğrunda mübarizə aparmaq üçün doğulmuşlar. Bu bürc altında iki tip uşaq doğulur: birinci tip döyüşkən, hərbçi, əsl aristokratdır, ikincilər - zahirən sakit və qapalı, amma ağıllı, nüfuzedici və sərraf olur.... | ANL |
Mirzə Fətəlidən Vaqif İbrahimoğluna qədər. Bir neçə il çəkən təmir-yenidənqurma işlərindən sonra Akademik Milli Dram Teatrı yenidən qapılarını teatrsevərlərin üzünə açdı. Martın 10-da 138-ci mövsümə xalq yazıçısı İlyas Əfəndiyevin "Qarabağnamə" tamaşası ilə start verən ölkənin baş teatrı artıq qonaqlarını öz doğma bina... | ANL |
Yaşar Nuri: "Tamaşaçılar məndən ötrü, mən də onlardan ötrü darıxmışam". Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycanın kino və teatrında silinməz izlər qoymuş, sevə-sevə izlədiyimiz rolların yaradıcısı, xalq artisti Yaşar Nuriylə Milli Dram Teatrında görüşdük. Şən və gülərüz halda gəldi görüşə. Bütün teatr ... | ANL |
BƏSTƏKAR ÖMRÜ. Ey könül mülkünün barı Naxçıvan, Ellərin sevgili yarı Naxçıvan... Bu şux, əbədiyaşar mahnını dinləyənlər, sonralar zümzümə edəndə də heç ağıllarına gətirməyiblər ki, onun müəllifi naxçıvanlı olmaya bilər. Çünki diyara oğul məhəbbəti mahnının melodiyasında belə açıq-aşkar duyulur. Ona görə də istər-istəmə... | ANL |
Çox demirəm, 6-7 il bundan əvvəl Qəbələdən çıxıb indi geri qayıdan ən xəyalpərvər insan belə gördüklərinə inanmaz. Təkcə baş prospektdə başını qaldırıb dağlara tərəf baxmasan, elə bilərsən Bakının hansısa yeni bir məhəlləsindəsən. Sözsüz ki, Qafqazın bu dilbər güşəsində ilk olaraq təbiət gözəlliyi insanı valeh edir. Zi... | ANL |
Mənsum İbrahimov, "Qarabağ" muğam qrupu və uğurlu qastrol səfəri. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti, "Şöhrət" ordenli Mənsum İbrahimov aprelin 1-dən 5-ə kimi qastrol səfərində olub. Məşhur xanəndə "Qarabağ" muğam qrupu adı altında musiqiçiləri ilə birgə əvvəl Belçikada, sonra Hol... | ANL |
Azərbaycan Beynəlxalq kitab sərgisində. Azərbaycan Respublikasının Misirdəki Səfirliyi 31 mart - 4 aprel tarixlərində Qahirə şəhərində keçirilən "Təhrir Beynəlxalq kitab sərgisi"də iştirak edib. Səfirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, sərgidə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, musiq... | ANL |
XOŞ GÖRDÜK, ŞAİR RAMİZ ƏZİZBƏYLİ! Az qala yarım əsrdir ki, yaxından tanıdığım, şəxsiyyətini, sənətini uca tutduğum xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru, aktyor-kinorejissor Ramiz Əzizbəyli məni Azərbaycan radiosuna - aparıcısı olduğu "Gəl səhərim" verilişinə dəvət etmişdi. Bu çağırış, bu gör... | ANL |
Əjdər Ol ədəbi nəsil etibarilə "səksənincilər" sırasındadır. Elə bir dövrdə ədəbiyyata gəlib ki, həmin illərdə poeziyada H.Arif, N.Xəzri, B.Vahabzadə, Qabil, M.Araz, C.Novruz, N.Həsənzadə kimi ustad şairlərimiz ən gözəl şeir və poemalarını yazmış, amma hələ sözlərini bitirməmişdilər. A.Abdulla, S.Rüstəmxanlı, Z.Yaqub, ... | ANL |
Dünən bir kimsəsiz qonaq kimiydim, Yaxşı ki, taleyin yadına düşdüm. Dünən odu sönmüş ocaq kimiydim, İlahi gözlərin oduna düşdüm. Dünən cana gəldim gül nəfəsindən, Varlığım titrədi incə səsindən. Qurtulub hicranın daş qəfəsindən, Bir şirin sevdanın badına düşdüm. Sevgisiz bilmirəm ölmüşəm, sağam, Saralan çiçəyəm, solan ... | ANL |
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Kulis.az-a müsahibəsində qarşıdan gələn qurultay, AYB-nin mətbu orqanları və şəxsi yaradıcılıq planları haqqında danışır... - Qarşıdan AYB-nin qurultayı gəlir. Hazırlıqlar nə yerdədir? - Qurultay payız aylarında keçiriləcək, indi ona hazırlıq gedir. Adətən məruz... | ANL |
Həmsöhbətim çoxlu sayda ödüllər qazanmış Seyran Cəfərlidi. İş günü yenicə başlamışdı. Çoxdan bəri görmədiyim, amma yaradıcılığını müxtəlif qəzet və jurnalların səhifələrində izlədiyim, tanınmış karikaturaçı rəssam Seyran Cəfərli qapımızı döydü. Oturub bir xeyli dərdləşdik. Yaradıcı insanların, fırça, qələm adamlarının ... | ANL |
(Tanınmış rəssam Arif Əzizin yaradıcılığından etüdlər). Respublikamızın əməkdar incəsənət xadimi, YUNESKO yanında Beynəlxalq Rəssamlıq Akademiyasının akademiki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, tanınmış rəssam Arif Əziz yarım əsrə yaxındır ki, Azərbaycan təsviri sənətinin inkişafına... | ANL |
Paytaxt beynəlxalq tədbirə ev sahibliyi edir. Dünəndən etibarən paytaxt Bakıda, "Gülüstan" sarayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Tədbirin ilk günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mi... | ANL |
Götürüb çəkimi gülüm, Göndərdin gedər gəlməzə. Gələnim gələ bilərdi, Dərdimi bölə bilərdi. Halımı billə bilərdi, Döndərdin gedər gəlməzə. Yandırdın odumu aldın, Söndürdün gedər gəlməzə. Sükut boyu kirimişdim, Bulud üstə yerimişdim, Yeri göyə dirəmişdim, Endirdin gedər gəlməzə. Bu izi çoxları izləyib qağa, Gedəsi deyilə... | ANL |
Çoxdan yolumu salmadığım Saatlı rayonu başqa bölgələrimiz kimi simasını son vaxtlar xeyli dəyişib. Geniş və rahat küçələr, meydançalar, istirahət yerləri səliqəlidir. İnşa edilən yeni inzibati və fərdi binalar rayon mərkəzində xoş ovqat yaradır. 93 minə yaxın əhalisi olan rayonda tikinti-abadlıq işləri indi də davam et... | ANL |
Gəlin "Molla Nəsrəddin"in keçdiyi yola nəzər salaq; "Molla Nəsrəddin" jurnalı eyni zamanda Azərbaycanın ilk illüstrasiyalı jurnalıdır. Jurnal çapa başlayan gündən təzyiq və senzuralardan keçərək düz 25 il sadə xalqın dilində yazıb. Üstəlik, Azərbaycan dilinin bütün şirinliyini publisistikaya gətirə bilib. Ola bilər ki,... | ANL |
Bakıda Beynəlxalq Moda Festivalı. İçərişəhərdə gənc modelyerlərin Beynəlxalq Moda Festivalı keçirilib. Lent.az-ın məlumatına görə, festival gənc modelyerlərin əmək qabiliyyətlərini üzə çıxarmaq, əcnəbi ölkələrlə gələcəkdə əməkdaşlıq etmək məqsədilə keçirilir. Festivalda iştirakçılar - Olqa Kabanok (Qazaxıstan), Olya Ba... | ANL |
Məşhur jurnalist, gözəl ziyalı və ictimai xadim, mərd və ləyaqətli insan, əvəzsiz dost, Sadıq müəllim haqqında bu sətirləri yazıram və yaza-yaza da gözlərim önündən çoxsaylı görüşlərimiz keçir. Müxtəlif vaxtlarda müxtəlif münasibətlə çəkdirdiyimiz fotolara baxıram. Uzun illər ərzində qəlbimdə çəkdiyim, yaratdığım şəkil... | ANL |
Elmar Qasımov: "Türkiyə universitetlərinə sənəd qəbulu hələlik dayandırılıb". Azərbaycan təhsil nazirinin müavini Elmar Qasımovun APA-ya müsahibəsi. - Türkiyə və Azərbaycan arasında imzalanmış dövlətlərarası müqaviləyə uyğun olaraq, Türkiyə ali məktəblərinə azərbaycanlı gənclərin qəbulu aparılacaq ixtisasların adları, ... | ANL |
Söhrab Tahir: "Məni təqib edən jandarmalardan qurtarmaq üçün özümü dərədən atdım və bilirdim ki, ölməyəcəyəm". Açılışda Ümummilli Lider Heydər Əliyev də iştirak edirdi. O zaman bu açılışı və oradakı çıxışları radio vasitəsilə canlı dinləyirdim. Siz o zaman tribunada çıxış edərkən dediniz ki, özümü burada qərib hiss edi... | ANL |
Valideynlər uşaqlar haqqında nəyi bilməlidir. Astroloji dildə belə uşaqlar OĞLAQ adlanır. Bu bürc altında doğulan uşağı həmişə uğur gözləyir. Kiçik yaşlardan onda ciddiyyət, işgüzarlıq və əməksevərlik, inadkarlıq, əzm və dəyanət müşahidə olunur. Bu, ona uğur qazanmaqda kömək edir, sosial pillələri inamla qalxır. Onun d... | ANL |
Azərbaycanlı kosmonavtın düşüncələri. Yuri Qaqarinin göyə çıxmasının 50 illiyinə həsr olunur. Dünya binə olandan çox hadisələr baş verib. Onların bəzilərini tarix öz yaddaşından silib. Amma elə hadisələr var ki... İnsan övladının kosmosa ilk uçuşunun isə tarixin yaddaşında daimi qalması üçün limiti tükənməzdi. Gedib ko... | ANL |
Hərfi mənada latın dilindən tərcümədə" reanimasiya" həyata qayıdış, dirilmə və ya hərəkətə gəlmə deməkdir. Bəli, Bakıda keçirilən ən möhtəşəm festivallar sırasında 25 illik qəribə, qulaq batırıcı sükut vardı. Sükut ən möhtəşəm festivallarımızdan olan Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalının "dirilməsi" ... | ANL |
"Oqtay Rza daim həyatla ünsiyyətdədir, təbiətin qoynundadır. Onun gözəlliklərini şair kimi duyur, geoloq kimi axtarır, bu da onun şeirlərinin təravətini artırır". Nəriman Həsənzadə, xalq şairi. Kitab rəfindən götürüb vərəqlədim, müəllifin Vətənə, insana, torpağa, gözəlliyə tükənməz məhəbbətini tərənnüm edən rübailərini... | ANL |
ÜRƏYİMİZDƏSƏN. Bilmirsən haradan başlayıb, harada nöqtə qoyasan. Heç nəyi də unutmayasan... Tərəddüdlər içində çırpınıram. Əlimizdən başqa nə gəlir ki? Belə olmasaydı nə qədər işlər görər, nə qədər kitablar nəşr etdirərdim!" Bu, sənin ürəyinin genişliyindən irəli gəlirdi. Sən qədərincə şeirlər, poemalar yazmısan, dünya... | ANL |
"BƏNÖVŞƏ ƏTİRLİ ZƏRİF ŞEİRLƏR". (Rəfail İncəyurdun şeirləri haqqında). Neçə illərdir qəzet və jurnal səhifələrində onun şeirləri ilə rastlaşır, bu şeirlərdəki zərifliyi, incəliyi, xalq şeirindən gələn təmizliyi, saflığı duyur, sevinirəm. Rəfailin bir neçə şeir kitabı da çıxıb, amma onun şeirləri və şeir kitabları nadir... | ANL |
Çəməndə gül açılıb, yasəmən gülür bağda, Dolubdur şehlə səhər, dağ döşündə lalə gözəl. Məni sevdayə salan nazlı pərizadə deyin, O keçən dəmləri salsın nə olar yadə, deyin. Bir zamanlar o mənim könlümü almışdı ələ, Vermiş öz könlünü indii nə üçün yadə, deyin. Sanmasın qəlbimi sındırmağı canan bir hünər, Yaxşılıq yaxşıdı... | ANL |
Zaman-zaman qayıdılan mövzulardan, araşdırılan tarixi məqamlardan biri də xalqımızın məruz qaldığı soyqırım faktıdı. Bu fakt heç vaxt köhnəlmir, əksinə hər bir araşdırmada yeni mənzərələr, yeni gerçəkliklər üzə çıxır. Özü də soyqırım faktı təkcə tarixçilərin deyil, bütövlükdə xalqına, onun keçmişinə yaradıcı yanaşan, ö... | ANL |
Qarşımda çox nəfis şəkildə çap olunmuş bir kitab var. Bu kitabı Azərbaycan ictimaiyyətinə "Çaşıoğlu" nəşriyyatı təqdim edib. Amma kitabı çapa millət vəkili, professor Nizami Cəfərovun rəhbərlik etdiyi Atatürk Mərkəzi hazırlayıb. Kitabın ön sözündə Türkiyə sultanlarının, bütövlükdə Osmanlı dövlətinin tarixinə ümumi bir ... | ANL |
Azərbaycandan ucalan haqq səsi. Birinci Ledi Tanrı kitabının müdafiəsinə qalxdı. Azərbaycan çox mürəkkəb bir coğrafi məkanda yerləşir. Regionda təkcə siyasi baxımdan deyil, dini və milli mənsubluq baxımından da kifayət qədər həssaslıq var. Lakin bütün bu məsələlərə rəğmən Azərbaycan dini və milli tolerantlıq baxımından... | ANL |
BİRİNCİ OLMAQ SƏADƏTİ. Valideynlərimin dediyinə görə, danışmağa başlayanda ilk sözüm "Qaqarin" olub. O vaxtlar Moskvada oxuyan atamın qucağında ölkə paytaxtının küçələrini gəzərkən coşqu, sevinc içində bir-birini salamlayan insanlardan eşitdiyim sözlərin içindən məhz "Qaqarin"i seçmişəm. Bəlkə də uşaq dilinə yatımlı sö... | ANL |
Son vaxtlar yolu Bərdə şəhərindən düşənlər əvvəl-əvvəl çaşıb qalırlar. Küçələrdə, meydanlarda insanların, maşın-mexanizmlərin coşğulu hərəkəti qeyri-adi mənzərə yaradır. Əslində diqqət yetirib məsələnin mahiyyətini öyrənincə, hər kəsin qəlbində xoş ovqat yaranır, gözəl təəssüratların ilkini başlayır. Axı bura Bərdədir.... | ANL |
Azərbaycanlı ifaçının Böyük Britaniyada qələbə yürüşü. Tanınmış azərbaycanlı müğənni və bəstəkar Emin Ağalarovun (EMIN) "Wonder" albomu Böyük Britaniyada uğur qazanmaqda davam edir. ANS PRESS-in müğənninin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, albom Britaniyanın məşhur CITY BEAT radio dalğalarında həf... | ANL |
Heykəltəraşın real görünən arzusu. Əməkdar rəssam Görüş Babayev: "Görkəmli bəstəkar Qara Qarayevə Bakıda abidə ucaldılmasını istərdim". Azərbaycanda istedadlı jurnalist kadrlarının hazırlanmasında müstəsna xidmətləri olan, böyük alim, istedadlı yazıçı Nurəddin Babayevin övladıdı. Böyüdüyü mühit onu erkən yaşlarından in... | ANL |
Bakıda Avro-Atlantik Tərəfdaşlıq Şurasının seminarı keçirilir. Bakıda BMT Təhlükəsizlik Şurasının 1540 saylı qətnaməsinin icrası üzrə Avro-Atlantik Tərəfdaşlıq Şurasının seminarı işə başlayıb. "APA-ECONOMICS"in xəbərinə görə, iki gün davam edəcək seminar "Kütləvi qırğın silahlarının yayılması ilə mübarizədə, kütləvi qı... | ANL |
Natiq Səfiyev reklamdan çox yaradıcılığa üstünlük verir. Bu günlərdə yaradıcılığına və insanlığına çox böyük önəm verdiyim dəyərli ziyalılarımızdan biri şair Ramiz Məmmədzadə telefon söhbəti zamanı sözarası soruşdu ki, Natiq Səfiyevi tanıyırsan, yoxsa yox. Mən təbii ki, bu imza ilə qarşılaşdığımı, ancaq söhbətin konkre... | ANL |
Müdafiə Nazirliyinin xəstəliklərin monitorinqinin aparılması laboratoriyasının açılışı oldu. Aprelin 12-də Azərbaycan Müdafiə Nazirliyinin Bakı şəhərində xəstəliklərin monitorinqinin aparılması üçün yüksək müasir standartlara cavab verən laboratoriyasının açılışı olub. ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidməti... | ANL |
Salyan yeni inkişaf mərhələsində. Kürün sahilində yerləşən bu rayonda- Salyanda indi qayğıların qızğın vaxtıdır. Maldarlıq və əkinçiliklə məşğul olan rayon sakinləri yaz tarla işlərinə başlamışlar. Elə rayon mərkəzində qurumuş, əhali üçün təhlükə törədən ağacların kəsilməsi, küçə və səkilərin təmizlənərək rənglənməsi, ... | ANL |
İlham Əliyev: "Dağlıq Qarabağa müstəqilliyin verilməsi mümkünsüzdür". "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində mövqeyimiz birmənalıdır. Bu məsələdə beynəlxalq hüquq normaları tam şəkildə təmin edilməlidir". APA-nın "AzərTAc" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan prezi... | ANL |
"Buludların yaranması prosesi Bakının üzərində formalaşmır". Hüseynqulu Bağırov: "Bu, qlobal sabitliyin pozulmasının təzahürləridir". Son illər dünyada fəlakətlər baş verməkdədir. Dəhşətli mənzərəni izləyəndə əksər insanlar dünyanın sonunun çatdığını düşünür. Bütün bu müşahidə olunan faciəvi fəlakətləri aidiyyəti qurum... | ANL |
ABŞ- İslam Dünyası forumu işinə başladı. Vaşinqtonda ABŞ- İslam Dünyası forumu işinə başlayıb. APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, forumda ABŞ və 30-dan çox müsəlman ölkəsinin lideri qatılıb. Builki forum ərəb dünyasında mühüm ictimai-siyasi proseslərin baş verdiyi bir zaman keçirilir. Tədbirin ə... | ANL |
Zaman və məkan kəsimindən asılı olmayaraq hər bir dövlətin və millətin inkişafında təhsilin müstəsna rolu var. Elmi və təhsili olmayan millət heç vaxt qabaqcıl millətlər sırasında ola bilməz. Cəmiyyətin inkişafı da təhsilin inkişafından asılıdır; intellektin formalaşması, maddi sərvətlərin insan kapitalına çevrilməsi, ... | ANL |
VAQİF SULTANLININ "HEÇLİK VADİSİ" KİTABI NƏŞR OLUNUB. Bu günlərdə yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının "Heçlik vadisi" adlı kitabı nəşr olunmuşdur. Azərbaycan Dövlət Nəşriyyatının nəfis şəkildə çap etdiyi kitaba müəllifin eyniadlı essesi, müxtəlif dövrlərdə qələmə aldığı povest və hekayələri daxil edilmişdir. Qeyd e... | ANL |
Görkəmli ədib, xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı - Süleyman Rəhimovun unudulmaz xatirəsinə hörmət və ehtiramla... Böyük sənətkarlar, tarixi şəxsiyyətlər barəsində söz demək, fikir yürütmək çətin olduğu qədər də məsuliyyətlidir. Xalqımızın böyük sənətkarı Süleyman Rəhimovun nəhəng yaradıcılığı barəsində söz demək... | ANL |
Arxeologiya ilə bağlı ilk elektron jurnal. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı tərəfindən "Arxeoloq" adlı ilk elektron jurnal yaradılıb. Elektron jurnalın baş redaktor müavini Səbuhi Hüseynovun APA-ya verdiyi məlumata görə, jurnal ölkəmizdə 2011-ci ilin "Turi... | ANL |
Badamdar mədəniyyət evində "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Kitabxana Direktorları Şurasının birgə təşkilatçılığı ilə "Tanıyaq, tanıtdıraq" silsiləsindən ilk tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü Badamdar Mədəniyyət evinin ... | ANL |
- Aqil müəllim, son dövrlər müxalifət liderlərinin ərəb dünyasında baş qaldıran inqilabların Azərbaycana da gəlib çatacağı ilə bağlı iddialarının reallıqla hər hansı əlaqəsi varmı? - Azərbaycanda inqilabın olacağı ilə bağlı səslənən iddiaları qətiyyən bölüşmürəm. Artıq Azərbaycanda inqilablar dönəmi bitib. Ölkəmizdə ya... | ANL |
Xoşqədəm Hidayətqızı: "Əsas odur ki, qadını sındırmasınlar". "Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızının Milli.Az xəbər portalına müsahibəsi. Müsahibimlə söhbətim onun redaktoru olduğu qəzet redaksiyasında, qaynar bir iş şəraitində baş tutdu. Bu, işgüzar bir xanımın özünə arzuladığı həyatın bir məqamıdır... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.