text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
"Elm və Təhsil" nəşriyyatında çap olunmuş bu şeirlər kitabının müəllifi Mahirə Əliyevadır. Kitabın ilk səhifəsindəki təqdimatdan bəlli olur ki, kitaba şairənin son illərdə yazdığı sevgi şeirləri toplanmışdır. Elə kitabın adı və onun sevgi şeirlərindən ibarət olması oxucunun diqqətini çəkən cəhət olduğundan biz də bu ki...
ANL
Şirvanın şöhrəti qədim Şamaxı. Sevgi və rəğbət misallı... Mən bu yazını hazırlayarkən bir məsələ üzərində düşünməli oldum: görəsən Şamaxının bu günkü inkişafından , yeniliklərindən , digər uğurlarından söhbət açıb nöqtəni qoysam, necə olar? Bəs bu qədim şəhərin tarixi keçmişi , şöhrəti, həm də başına gələn olmazın musi...
ANL
Yaxşı yazanlar gözəl də bilirlər: yazmaq çətin işdir. İllah da birinci cümləni. Bir də görürsən ki, yazı hazırdı - sənə yalnız səsini, nəfəsini duyduğun sətirləri vərəqə köçürmək qalıb. Əslində bu yazı qəlbimdə çoxdan yazılmışdı. Müəllimdən söz düşəndə, nəcib insanlar xatırlananda, bir ağsaqqal nəsihəti misal çəkiləndə...
ANL
Şirvanın şöhrəti qədim Şamaxı. Xoş ovqatla. Bu barədə eyni zamanda Şamaxıda aparılan yenidənqurma, müasirləşdirmə tədbirləri haqqında rayon icra hakimiyyəti başçısının müavini Ağamustafa Vaidovla xeyli söhbət etdik. Royonun ciddi bir turizm mərkəzinə çevriləcəyi yaxın gələcəyə xoş ovqatlı "səfərə" çıxdıq. Bütün bunlar ...
ANL
Unutsaq, unudularıq. Belə getsə görkəmli Azərbaycan bəstəkarları və şairləri yaxın zamanlarda unudulacaqlar. XX-ci əsrin axırıncı onillikləri və yeni əsrin keçən dövründə dünya iqtisadiyyatında baş vermiş təkamül və yenin texnologiyaların tətbiqi ilə yaranmış informasiya bolluğunu, başqa sözlə, bunları ümumiləşdirərək ...
ANL
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi. XX əsrin görkəmli siyasi xadimi Heydər Əliyevin ideyaları onun uzunmüddətli və səmərəli siyasi hakimiyyəti dövründə dördüncü hakimiyyət adlandırılan siyasi mətbuatın təsir vasitələrinə və demokratik gücünə, açıq sözün, azad fikrin, sərbəst düşüncənin t...
ANL
AZƏRBAYCANIMIZIN XUDU MÜƏLLİMİ. Özümlə, özgəylə yaxşı başarram, Arzumun ardınca illər aşaram. Məni altmışımla təbrik edən dost, Qoysalar doğsan da, yüz də yaşaram. Gəlin unutmayaq biz bu anları. Bəlkə insan kimi analar bizi. Həyatda ikən haqqında əfsanələr söylənən, dünyasını dəyişdikdən sonra belə bu əfsanələrin ardı ...
ANL
Bəziləri xalqın böyüklüyünü onun say çoxluğu, ərazi genişliyi ilə əlaqələndirir. Amma yanlış fikirdir. Xalqın böyüklüyü onun dünya mədəniyyəti xəzinəsinə verdiyi incilərlə, görkəmli şəxsiyyətləri - şairləri, elm xadimləri, dünya şöhrətli ailmləri ilə ölçülür! Bu mənada xalqımızın öyünməyə haqqı var. Bu gün biz fəxrlə d...
ANL
Amma şeir hər zaman yenidir. Şair də yenidir. Yeni nəsillər gələcək və hər yeni nəsil öz sevgi etiraflarını Ramizin hər zaman yeni olan şeirləri ilə edəcək. 65 yaş ərəfəsində yenidən bu yazıya qayıtmağı lazım bildim. Beş il ərzində bəlkə bütün köhnələr köhnəlir, Ramiz yenidir. Ramiz Rövşənin son kitabını mənə göndərdiy...
ANL
Gənclər və İdman Nazirliyinin qarşısındayam. Jurnalistlərdən yalnız "1news.az" agentliyinin müxbiri Elşən Rüstəmov gəlib. ... Söhbətləşirik... Gəzə-gəzə ofisi nazirliyin lap yaxınlığında yerləşən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) qarşısına gəlirik. Sən demə, həmkarlar burdaymış... Hə...
ANL
FİKRİN İŞIĞI. (Poetik deyimlərdən bir parça). Yol olmağınla sinənə döyüb, özünü öyüb, çox da qürrələnmə! Sən mənim ayaq izlərimdən yaranmısan! Cəngənliklərin içindən, keçilməz daşlıqlardan səni başlayıb yol eləmişəm,əbədiləşdirmişəm. Sən insanın gələcəyə başladığı yolsan. Sinənə döyüb, özünü öyüb yol olmağınla qürrələn...
ANL
Azərbaycanlıları birləşdirən dəyərlər: "Fəxr edirəm ki, Azərbaycanlıyam!". Ana südü, vətən torpağı və qürbətdə keçən ömür. Soydaşlarımızla görüşəndə adətən onlarla bu mövzular ətrafında söhbətimiz olur. Ona görə ki, ana müqəddəsdir, vətən əvəzolunmazdı. Günün nə qədər xoş keçsə də qürbət qürbətdi. Vətən məhəbbəti, torp...
ANL
"Allah mənim ömrümdə nə qədərdirsə, şeirlərimdə də o qədərdir". Ramiz Rövşənin Tehranda fars dilində nəşr olunan "Şükran" jurnalına müsahibəsi. - Şeir yaxınlaşmaqdır, yoxsa uzaqlaşmaq? Şeir yazmaq hamıdan uzaqlaşıb həmin o "məndən içəridəki mənə" yaxınlaşmaq, onunla qovuşmaq cəhdidir. Lorka şeir yazmağı meşəyə ova getm...
ANL
Çağlayan dağ seliyəm, eşq edib avara məni, Bir qara gözlü salıb bərri-biabana məni. Onu mən istədiyimdən, ölürəm dərdindən, İsməti, nazı, ədası gətirib cana məni. Fərhadam, eşqimizin bir dəli-divanəsiyəm, Saqqalı vermişəm əldən, basacaq çayə məni. Çarpayım pəncərəmə bir az yaxın, bitişik, Bir başı çarpayımdır, bir başı...
ANL
Müstəntiq kəndə çatanda əvvəlcə ölənə hörmət əlaməti olaraq qəbir üstünə getdi. Qəbrin yerini də indicə qaçıb xəbər verən uşaqdan soruşmuşdu. Ata həyətdən çıxıb yendi qəbiristanlığa, qonşunun uşağı da arxasınca, Müstəntiqlə də qəbiristanlığın ağzında rastlaşdılar... Oturmuşdular həyətdə. Müstəntiqin xahişi ilə Ata zəng...
ANL
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov: "Şabranın Əfsanələr Paytaxtı elan edilməsindən qürur duyuruq". Səsi-sorağı eramızdan əvvəl I minillikdən eşidilən Şabran şəhərinin şəninə çox təriflər yazılıb. Alimlər, səyyahlar, şair və yazıçılar hər qarışında tarix yatan qədim yaşayış məskəninə çox epitetlər qoşubla...
ANL
Qarabağ Qədirsiz qaldı, Qədir də Qarabağsız... Çox vaxt sevdiyin səs, məhəbbət bəslədiyin obraz haqqında qəlbindəki əsl duyğuları yaza bilmirsən. Bəlkə də ayrı-ayrı fikirlər səsləndirə bilərsən, ancaq qələm götürüb duyğuları, düşüncələri səfərbər etmək bəzən mümkünsüz olur. Görkəmli muğam ifaçısı, Qarabağ muğam məktəbi...
ANL
Politoloq Rüstəm Məmmədov: "Axırıncı canavarı, ayını Böyük Britaniyada üç yüz il əvvəl öldürüblər. Bu ölkədə qoyunlar açıq havada gecələyir". "Ərəb baharı" adı almış inqilablar yarım əsrlik diktator rejimlərinin çöküşünə gətirib çıxardı. İl sona yaxınlaşsa da siyasi müşahidəçilər gərgin siyasi proseslərin sona çatmadığ...
ANL
YENİ LAYİHƏMİZ: ÖMRÜMDƏKİ İNSANLAR. Yola saldığım yetmiş yaş bəzi şeyləri anlatsa da,artıq yaşamağa davam edirəm.70 yaş az yaş deyil.Şükürlür olsun Allahıma, bu yetmiş ilin 69-nu sağlam və ağrısız başa vurduq və indi "incə bir yolun" başlanğıcından həyata davam edirəm.Bu yetmiş ilin ATA-ANA bölümünü hamı kimi yaşamışam...
ANL
Qloballaşma dövründə milli-mədəni dəyərlərin və adət-ənənələrin yad təsirlərdən qorunması zərurəti. XX əsrin sonu - XXI əsrin əvvəllərində dünyada baş verən qlobal dəyişikliklər cəmiyyətimizdən də yan keçməyib. Bu isə istər-istəməz cəmiyyətin və xalqın milli dəyərlərinin inkişafında bəzi dəyişikliklərə və aşınmalara gə...
ANL
Aslan Kəmərli. Emalatxanamda ( evimizdə öz zövqümlə tikib hazırladığım ayrıca otaq ) ürək yanğılarımla , sevə - sevə işlədiyim portretlərlə üz - üzə oturmuşam. Hər baxışda bir məna , hər mənanın dinmək arzusuyla alışıb yanan sükutu. Nəhayət ki , dinşəyib eşidirəm sükutun pışıltılarıni , səssiz hənirtiləri, sakitliyə bü...
ANL
BU, ELÇİN HÜSEYNBƏYLİDİR. Onun ədəbiyyata gəlişi səksəninci illərin sonlarına-doxsanıncı illərin əvvəllərinə təsadüf edir. Qapılarını onun üzünə açan ilk dərgi "Gənclik" oldu. Sonra "Ulduz", "Azərbaycan" jurnalları onun hekayələrini dərc etməyə başladı. Təbiətən çox qaynar, işgüzar təsir bağışlayan Elçin doxsanıncı ill...
ANL
Qəbələ II Beynəlxalq İncəsənət - Rəsm Sərgisinin açılışı oldu. Azərbaycan Mədəniyyəti Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə "Qafqaz Resorte" otelində Qəbələ II Beynəlxalq İncəsənət-Rəsm Sərgisinin açılışı olub. APA-nın məlumatına görə "Sənət! mövz...
ANL
Səhərin açılması həmişə xoş ovqat yaradır. Elə görünür bu səbəbdəndir ki, atalar "axşamın xeyrindən səhərin şəri yaxşıdır" deyib. Bütün səhərlərimiz də elə bütün mənalarda xoş ovqatların, xoş həyatın üzünə açılıb. Təbii ki, açılan səhərin öz problemləri var və biz də bu problemləri çözməli, onun yükünü daşımalıyıq. Təə...
ANL
Torpaqlarımız hələ də işğal altındadır. Şəhidlərimizin ruhu hələ də vətənimizin və işğal olunmuş torpaqlarımızın üstündə rahatlıq tapmadan dolaşmaqdadır. Düşmən tapdağı altında olan torpaqlarımız prezidentimizin apardığı daxili və xarici siyasət nəticəsində azad olunacaq. Biz buna əminik. Ermənilər üzərində qələbəmizə ...
ANL
MÜBALİĞƏSİZ GÖZƏLLƏŞƏN BÖLGƏ. Ağcabədi Avropa şəhərləri ilə müqayisə oluna bilər. Gəlin etiraf edək ki, təkcə regionların inkişafına dair Dövlət Proqramı ilə əlaqədar olaraq bölgələrə etdiyimiz səfərlər zamanı müşahidə etdiyimiz məqamları bir kənara qoysaq, onda məlum olar ki, hələ bu proqramsız da ölkə ərazisindəki ma...
ANL
Mənalı ömür kitabı. İndi zaman elə gəlib ki, yaşından, dünya görüşündən, cəmiyyətdəki yerindən asılı olmadan, insan istər-istəməz müxtəlif peşə sahibləri ilə, müxtəlif xidmət sahələri ilə təmasda olur, üz-üzə gəlir. Bu da öz növbəsində həm özünü, həm ətrafını, həm cəmiyyətdəki real durumu görməyə, qiymət verməyə imkan ...
ANL
"İran dövlətini idarə edən türklər də gec-tez öz milli kimliklərini dərk edəcəklər". Milli Məclis tərəfindən müzakirə olunan Azərbaycanın 2012-ci il dövlət büdcəsi artıq Prezident tərəfindən də imzalanıb. Hər il olduğu kimi bu dəfə də növbəti ilin büdcəsindən müxtəlif istiqamətlər üzrə xərclənəcək vəsaitlərin həcmi art...
ANL
Teleaparıcı İradə İsaq Lent.az-a "Görünməyən tərəf"ini danışır. Teleməkanın "şou-biznes" adlı sağalmaz xəstəliyə büründüyü, onlarca öyüd-nəsihətə baxmayaraq tamaşaçıların gözünün, zövqünün korlandığı bir zamanda ekranda təsəlli verən bir sima göründü. Araşdırmaçı jurnalistika ilə məşğul olan şəxsləri gündüzün işığında ...
ANL
Nailə İslamzadə: "Onları efirdən yığışdırsan, hər şey yoluna düşəcək". Milli.Az xəbər portalının TRT Avaz-da "İşte kadın" verilişinin aparıcısı, əməkdar artist Nailə İslamzadə ilə müsahibəsi. - Uzun illər televiziyada çalışan birinə tamaşaçı olmaq çətin deyil? - Bir musiqiçi xarici çalınan musiqini necə həmən hiss edər...
ANL
Dövlət qayğısının uğurları. Azərbaycan dövlətinin və ölkə Prezidenti cənab İlham Əliyevin səhiyyəyə göstərdiyi qayğı digər sahələrdə olduğu kimi bu sistemdə də önəmli irəliləyişlərlə izlənməkdədir. Məhz bu siyasətin nəticəsidir ki, 2005-ci ildən etibarən Səhiyyə Nazirliyi sistemində geniş miqyaslı islahatlar həyata keç...
ANL
Yəqin ki, bundan artıq təqdimata ehtiyac yoxdur. Ən yaxşısı müsahibəyə keçməkdir. - Tariyel müəllim, hazırda sənət aləmində baş verənləri necə dəyərləndirirsiniz? - Sizin suala bu gün səhnəyə qoyulmuş "Romeo və Culyetta" tamaşasıyla cavab verə bilərəm. Bu Şekspirin əsəridir. Vaxtilə bizim teatrda dəfələrlə səhnələşdiri...
ANL
Təsirli misralardır, lap adamın ürəyini nanə yarpağı kimi titrədir. şeirindəndir. Poetik nümunə təkcə dünyadan nakam köçmüş ata nisgilli misralardan ibarət deyil. Şeir xeyirxah, qayğıkeş, daim el-oba dərdi-səriylə yaşayan bir insanın obrazını canlandırır. O səmimi şəxsi sağlığında bu sətirlərin müəllifi də yaxşı tanıyı...
ANL
Rayonun səhiyyə sistemində 139 həkim ştat vahidi vardır. 10 ay ərzində 4 nəfər həkim və 23 nəfər orta tibb işçisi ixtisasartırma və təkmilləşdirmə kurslarından keçmişdir. Baş həkimin nikbinliyinə əsas çoxdur. Uşaqlara göstərilən müalicə profilaktika xidmətinin keyfiyyətini yaxşılaşdırmaq üçün pediatr və mama-ginekoloq ...
ANL
Telefondakı adam elə bağırdı ki, az qaldı qulağı tutulsun: - Sən orda nə hoqqa çıxardırsan? - Cənab prokuror, sizin tapşırığınızla cinayəti açmaq istəyirəm. Özü də deyəsən açmaq üzrəyəm. Sən orda camaatı üstümüzə qaldırmaqla məşğulsan. Ölkədə elə bir təşkilat qalmayıb ki, sən orda olandan sonra teleqram vurmayalar. Eşi...
ANL
Səsi olanlar "yalan dünya" mahnısını zümzümə edə-edə, səsi olmayanlar başqalarının səsi altında oxusunlar. adlı bir yazı işləmişdim. Yazıda Mark Tvenin "Qədim müdrik kəlamda deyilir ki, uşaqlar və dəlilər həmişə düzünü deyirlər. Nəticə aydındır: yaşlı və müdriklər heç vaxt həqiqəti demirlər" sitatını gətirmişdim. Deyim...
ANL
Aşurbəyovun qeyri-adi arzusu. Dörd adı, bir məqsədi olan nadir məscidin tarixi. Daha bir məscid bərpa və yenidənqurmadan sonra dindarların istifadəsinə verildi. Dekabrın 22-i Əjdərbəy məscidinin tarixində yeni səhifə açdı. Açılışla bağlı təşkil edilən mərasimdə dövlət başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva, Qafq...
ANL
YENİ LAYİHƏMİZ: ÖMRÜMDƏKİ İNSANLAR. İSA İSMAYILZADƏ. Yola saldığım yetmiş yaş bəzi şeyləri anlatsa da,artıq yaşamağa davam edirəm.70 yaş az yaş deyil.Şükürlür olsun Allahıma, bu yetmiş ilin 69-nu sağlam və ağrısız başa vurduq və indi "incə bir yolun" başlanğıcından həyata davam edirəm.Bu yetmiş ilin ATA-ANA bölümünü ha...
ANL
Müharibədən sonrakı illər ətraf neft mədənlərində çalışan işçilər üçün yataqxana kimi inşa edilmiş bu barakların istismar müddəti çoxdan başa çatsa da, ordan-burdan çat vermiş köhnə tiklilərdə hələ də yaşayan ailələr var. Doğrudur, inişil üzbəüzdəki barakların sakinlərini köçürüb, boş qalmış binaları sökməyə başlamışdı...
ANL
Bu son bir neçə gün ərzində Gənc Tamaşaçılar Teatrıyla bağlı mənim imzam altında gedən üçüncü yazıdır. Daha doğrusu bunlardan biri yazı, digəri isə müsahibə olub. Yazdıqlarımın az da olsa oxucu marağına səbəb olması, şərh olunması təbii ki, xoşdur. Amma bəzi oxucuların yazdıqlarımın hansısa maddiyyatla bağlı olduğu haq...
ANL
İMİR MƏMMƏDLİNİN HEKAYƏLƏRİ. Hekayə nəsrin həcmcə ən kiçik janrıdır, amma hər hansı bir yazıçının yaradıcılığında onun bədii ustalığını, həyat hadisələrinə estetik münasibətini təyin edən bütün məziyyətlər bu janrda öz əksini tapa bilər. Böyük roman müəlliflərinin əksəriyyəti üçün hekayə, necə deyərlər, bir sınaq meyda...
ANL
Sözündə özümü gördüm, Özümdə Akif Səmədi. Zülümdə fani dünyanı, Dözümdə Akif Səmədi. O ayağa durub mənimlə görüşdü. Təzəcə çapdan çıxmış "Uzaqlardan gəlirik" kitabını "Ən əsası İncəli olduğu üçün Məmməd bəyə"avtoqrafıyla mənə bağışladı və elə o gündən bağlandıq bir-birimizə. Ağamalı Sadiq itgisiylə necə barışıb, Ağamal...
ANL
Arxada qalan uğurlu il. Ən müxtəlif qayğılarla, ümidlərlə dolu daha bir il tarixin arxivinə verilməkdədir. Bir an kimi keçən bir il tarixi baxımdan elə də böyük zaman deyil. Ancaq hər saatı, hər günü qayğılar, sevinclər, uğur və uğursuzluqlarla müşayət edilən vaxt, zaman, nəhayət, son anda ilə çevrilən tarix elə də qıs...
ANL
Ölkəmizdə elm və təhsilin inkişafında daima fərqlənən, özünəməxsus yeri və rolu olan, xalq arasında "elm məbədi" sayılan Bakı Dövlət Universiteti həmişə olduğu kimi bu günlərdə də qonaq-qaralı idi. Ölkə başçısının elm və təhsilin inkişafına xidmət edən sərancamlarına, fərmanlarına daima diqqət və qayğı ilə yanaşan BDU-...
ANL
Dövlətin kitab məsələsinə müdaxiləsi vacibdir. Elçin Hüseynbəyli: "Hüseynbala Mirələmov üç kitabımın sponsorudur". "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəylinin Kulis.az-a müsahibəsi. - Hazırda hansısa bir əsər üzərində işləyirsinizmi? Ona görə də qıraq işlərə çox vaxt ayırmıram. 50 illik yubileylə bağlı bir sı...
ANL
YAŞILLIQLAR İÇİNDƏ ŞƏHƏR... Dünyada bir-birindən gözəl şəhərlər çoxdur. Amma onların içərisində Kiyev şəhərinin özünəməxsus bir gözəlliyi var. Bu da şəhərin başdan-ayağa yaşıllıqların və ağacların olması ilə bağlıdır. Biri var şəhərlər içərisində yaşıllıq, bir də var yaşıllıqlar içərisində şəhər. Mən Kiyevi gördüyümə g...
ANL
Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" qəzetinin 130 illiyi ilə bağlı elmi-praktik konfrans keçirilib. Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov cəmiyyətdə ictimai fikrin formalaşmasında qəzetin rolundan danışıb: "Əkinçi" qəzeti maarifçilik ideyalarını yaymaqla mətbuatın təməlini qoydu və sonradan...
ANL
Bağlı boxçalarda bükülü evim, Dəftər vərəqində çəkili evim. Qarğıdan, qamışdan tikili evim. Tapdığım burdadır, itirdim nəyi, Əl atdım, qapımdan götürdüm nəyi? Cığırda bitmişdi ot, yadımdadı, Arxamca kişnəyən at, yadımdadı. Kənddən çıxıb qaçan it yadımdadı, Ay Allah, yadımdan çıxan nədi bəs? Atamın-anamın öldüyün gördüm...
ANL
FÜZULİ ŞƏHƏRİNƏ, QARABAĞA, ŞUŞAYA UZANAN YOL. İnsanlar inanırlar ki, çox keçməyəcək həmin asfalt yollar bizi Füzuli şəhərinə, Qarabağa, Şuşaya aparacaq. Bala Bəhmənli, Əhmədbəyli kəndləri ərazisində abadlıq, tikinti işləri genişlənib. Belə ki, Bala Bəhmənli kəndinin bazar adlanan hissəsində küçələrin ətrafına yöndəmsiz...
ANL
Müşfiq xatirə günü keçirilirdi. Hələ tədbir başlamamışdı. Mən bir az kənarda dayanıb qeydlər aparırdım. Atama bir nəfər yaxınlaşdı.Mənim adım Fərrux , soyadım Haqverdiyevdir. Sizinlə tanış olmaq istəyirəm.Çox yaxşı, deyərək atam ona cavab verdi.Hörmətli Cabir müəllim: Mən sizin doğulduğunuz Upa kəndində ev tikmişəm.Ata...
ANL
UZAQDAN GƏLƏN SƏS... Hər dəfə Beyləqana yolum düşəndə yeniliklərlə qarşılaşıram. Çox qəribədir ki, qısa zaman kəsiyində bu rayonda o qədər möhtəşəm işlər görülüb ki, saymaqla qurtarmaq olmur. Belə baxanda bunlara min şükür. Bu gün Beyləqanda da bir-birindən gözəl və bir-birindən orijinal, qeyri-adi tikililər inşa edili...
ANL
Məşhur Türk Yazıçısı Orxan Kamalın əsəri əsasında çəkilən "72 Koğuş" filmi həbs həyatı haqqında çəkilmiş son illərin ən dəhşətli və insanı sarsıdan ekran əsəridir. Məqaləmiz daxilində həmin filmi anlatmağa çalışacağıq. "Süjet tipologiyası" ilə yazdığımız bu məqalədə sujet əslində mətləblərin izahı kimi də qavranıla bil...
ANL
O, Heydər Əliyevdən nə xahiş etmişdi? Dekabrın 26-da Azərbaycan Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə babam, mərhum Xalq yazıçısı Əli Vəliyevin 110 illiyi qeyd olundu. Tədbirdə baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı ...
ANL
İndi deyin görüm həmin gün evinizdə qonaqlıq vermisiz? Xəbəri eşidən kənd tökülüb gəlmişdi. Allah verəndən bir süfrə açdıq. Hələ istəyirsiz sizin eşitmədiklərinizi də söyləyim. Hətta demişəm ki, onu vuranın əlinə qurban olum, məndən qeyrətli çıxdı. - Özünüz deyirsiz ağsaqqal adamsız, bir insanın ölümünə necə sevinə bil...
ANL
MƏMMƏD ARAZA SÖZ VERMİŞDİM... Məşhur avar şairi Rəsul Həmzətov sanki mənim sözümü deyib: Ömrüm boyu tələsmişəm, Ömrüm boyu gecikmişəm. Sıx bağlılığım olmasa da, münasibət qurduğum elm, sənət adamlarının bir çoxu haqqında sağlığında deyəcəyim sözü onlar həyatdan gedəndən sonra qərib ruhlarına pıçıldamalı olmuşam. Bəlkə ...
ANL
Hamının çoxdan gözlədiyi geniş istehsalat müşavirəsini direktorun kabinetində deyil, üçüncü mərtəbədəki məşq zalında keçirmək qərarına gəldilər. Müdiriyyətlə yanaşı ictimaiyyətin nümayəndələri, ən başlıcası, rəhbər orqanların təmsilçilərinin də qatılacağı iclasın başlamasına az qalmışdı. Xadimələr tez-tələsik məşq zalı...
ANL
İndi insan şüurunun təkamülü haqqında müxtəlif mühakimələr, fikirlər mövcuddur. Mənə elə gəlir ki, bunların sırasına təbiət hadisələrinin niyə, nədən baş verdiyini öyrənmək istəyini qatanlar doğrudurlar. Həqiqətən də insanlar daha çox səbəbi, mahiyyəti sirli, naməlum olan faktlara, olaylara daha çox maraq göstəriblər. ...
ANL
Ondan daha ailəcanlısı, daha qayğıkeşi olmayacaq. Doğrusu, bu müsahibəyə qədər mən də onun ailəli olduğunu bilmirdim. Amma... ...Elxan Əhədzadənin evinin yaxınlığındayam və zahiri görünüşüylə eynilə atasını xatırladan balaca Rafael anası Səbinə xanımla məni qarşılayır. Açığı, söhbətimizin bu qədər çətin alınacağını da ...
ANL
Dahi Üzeyirin vətəni. İşğal altında olan, ancaq tezliklə qaytaracağımız Dağlıq Qarabağ, müqayisə üçün söz axtarsan, "doğma qardaş" deyilən Ağdam, Bərdə, Füzuli, Beyləqan, Zərdab rayonları Ağcabədini yaxşı mənada mühasirəyə alıblar. Bir yandan da Ana Kür gecə-gündüz onun başına dolanır, bugünkü büsatına nəğmələr pıçılda...
ANL
Lahıc kəndi. Balaca Azər, Kori adlı uzunqulaq və qədim Lahıc. Biz onunla birinci dəfə Lahıc kəndinə gedən yolda, təpənin üstündə yerləşən ziyarətdə rastlaşmışdıq. Bu balaca oğlan həmin təpənin yanında dayanıb oranı ziyarət etməyə gələnləri ədəb-ərkanla qarşılayır, əmməllicə ziyarət haqqında məlumat və izah verir. Daha ...
ANL
ATƏT-in Minsk qrupundan imtina... Dağlıq Qarabağ məsələsi qədər çətindir. Dağlıq Qarabağ probleminin aradan qaldırılmasında üzərinə missiya götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi həmişə narazılıq doğurub. Hətta qurumun vasitəçiliyindən imtina ilə bağlı aşağıdan gələn təklif yuxarılarda da dəstək alıb. Amma han...
ANL
Mən Zaqatala haqqında çox söhbətlər açmışam, müxtəlif yazılar qələmə almışam. Hətta üstündən on ildən də artıq vaxt keçməsinə baxmayaraq, ""Kiçik Paris"in sirləri" adlı iri həcmli məqaləmi bir müəllif kimi indinin özündə də mənə xatırladır və təşəkkür edirlər. Zaqatalaya "Kiçik Paris", "Bala Tiflis" deyibən oxşatmaları...
ANL
ABŞ-dakı erməni diasporunun vəziyyəti çox çətinləşir. "The Washington Times" qəzetindəki məqalə xəbərdarlıq kimi qiymətləndirilir. Nüfuzlu "The Washington Times" qəzetində Ermənistan-ABŞ münasibətlərinə həsr olunan məqalə iki ölkə arasında münasibətlərə ciddi təsir göstərə bilər. Məqalədə İran hərbçilərinə silah satan ...
ANL
Azərbaycana radikal islamın ixracı mümkün deyil. Maraqlı qüvvələrin bu arzularının ürəklərində qalacağını əminliklə demək mümkündür. Son vaxtlar bəzi qüvvələr tərəfindən Azərbaycanda dini məsələlərlə bağlı süni şəkildə gərginliklər yaşanmaqdadır. Əvvəlcə "Fatimeyi-Zəhra" məscidi ətrafında yaşanan hadisələr, onun ardınc...
ANL
Ötən ay qəzetimizdə "Kriminal Aləm və idmançılar" adlı araşdırma yazı dərc edildi. Qısa zaman ərzində material bir sıra gündəlik mətbu orqanlarda, saytlarda da getdi və orda adıçəkilən idmançıların bəzilərinin narazılığına səbəb oldu. Elə onlardan biri-Mövlud Mirəliyev redaksiyamızın qonağıdır. Əvvəlcə həmsöhbətimizlə ...
ANL
DAĞLARIN OVCUNDA PARLAYAN İNCİ. Xaldan-Laqodex magistralından ayrılan 15 kilometrlik yol qışdan başqa bütün fəsillərdə yaşıl və ya qırmızımtıl-sarıya çalan tunelə bənzəyir. Yolun hər iki hissəsindəki hündür və qol-budaqlı qoz ağacları yüksəklikdə bir-birinə qovuşmağa can atır sanki. "Pavilyon"dan aşağılarda - Almalı, Q...
ANL
Fuad Poladov, dostu Hamlet Xanızadə haqqındakı xatirələrini Milli.Az xəbər portalına danışdı. Bu gün - fevralın 3-də görkəmli aktyor Hamlet Xanızadənin vəfatının ildönümüdür. Atası ilə anası incəsənət sahəsində çalışmasalar da, dayısı Rəşid Behbudovun ansamblında dəfçalan, bibisi oğlu isə peşəkar tarçalan olublar. Atas...
ANL
QƏRİB YURDDA ŞİRİN SƏSLƏR... Ətrafdan tarın, qarmonun məlahətli səsi gəlir. Bir anlıq ayaq saxlayıram. Özümdən də asılı olmayaraq, ürəyimi ofsunlayan və qəlbimi titrədən musiqi səsi gələn tərəfə addımlayıram. Tarın və qarmonun səsi lap ucadan səslənir. İçəri girəndə buranın musiqi məktəbi olduğunu öyrənirik. Bura Bakıd...
ANL
Daxili Qoşunlar Baş İdarəsində müşavirə. Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlar Baş İdarəsində 2010-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak...
ANL
ETSN-də kollegiya iclası keçirilib. Dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyində Kollegiya iclası keçirilib. 2010-cu ilin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Kollegiya iclasında dörd məsələ - 2010-cu il -"Ekologiya ilində" görülmüş işlər və qarşıda duran vəzifələr, Ətraf Mühitin Mühafi...
ANL
Fuad Muradov: "Azərbaycanda fərdi layihələrin dəstəklənməsi üçün Gənclər Fondunun yaradılması çox vacibdir". Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradovun APA-ya müsahibəsi. - Gənclər Təşkilatları Milli Şurasının yaranmasından 15 il ötür. Ötən dövrdə qurumun keçdiyi yolu və fəaliyy...
ANL
İndiki kitab bolluğunda oxucunu təəccübləndirmək və sevindirmək o qədər də asan deyil. Elə kiminlə görüşürsənsə sənə ya bir qəzet verir, ya da bir kitab. Baxırsan, həmin kitablar və qəzetlərin içərisindən təzə bir söz belə tapa bilmirsən. Çoxdan tanıdığım dostum şair Çingiz Bahaduroğlu mənə "Zirvəyə uzanan yol" kitabın...
ANL
BALABANIN SAHİBİ KİMDİR?! Çox kasıb və əfəl kişinin var-dövlətdən madar bir eşşəyi varmış. Meşənin ənginliyində kimsə olmayan yerdə kəndlinin ürəktutması baş verir, huşu bədəndən çıxır və yıxılır. Bir müddətdən sonra onun huşu başına cəm olur. Ətrafa baxıb görür ki, ac canavar ulağın gödənini sökür. Böyük sərkərdə Əmir...
ANL
İslam Konfransı Gənclər Forumu, Ukrayna Azərbaycanlı Gənclər Birliyi və Ümumukrayna Gənclər Assambleyasının birgə təşəbbüsü və Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə fevral ayı Ukraynada "Xocalı ayı" elan edilib. Bu barədə APA-ya Ukrayna Azərbaycanlı Gənclər Birliyindən bildirilib. Bununla bağlı növbədənkəna...
ANL
Masallı- sevilən məkan. Azərbaycanın qədim və dilbər guşələrindən biri olan Masallı rayonu şərqdə Xəzər dənizinin kiçik Qızılağac körfəzindən qərbdə Talış dağları silsiləsinin orta dağ qurşağına qədər, şimalda Cəlilabad rayon sərhəddindən cənuba- Lənkəran rayon sərhəddinə qədər uzanır. Cənub bölgəsində xüsusi rolu olan...
ANL
Amsterdamda Firəngiz Əlizadənin yeni əsərinin premyerası. Hollandiyanın paytaxtı Amsterdamda "Flamenco Biennale" III Beynəlxalq Flamenko Musiqisi Festivalı keçirilib. Festival çərçivəsində Hollandiyanın məşhur konsert salonlarında dünyanın müxtəlif ölkələrindən gələn tanınmış musiqiçilərin ifasında qədim Əndəlüs musiqi...
ANL
AMEA qəbul planını Nazirlər Kabinetinə təqdim etdi. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) doktoranturaya qəbul planını Azərbaycan Nazirlər Kabinetinə (NK) təqdim edib. Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov bildirib. Doktoranturalar yaradılan digər ali təhsil müəssisələrinin və elmi təşkilatları...
ANL
Ermənilər Avropadan qovulur? "Ölkəmizdə ən müxtəlif dövlətlərdən gəlmiş insanlar yaşayır və onlara münasibətimiz normaldır. Lakin bu insanlar arasında elələri var ki, normal münasibətləri bilərəkdən korlayır, hər vasitə ilə aranı qarışdırmağa çalışırlar". Bu sözlər Belçikanın məşhur siyasətçisi, flamandiyalı xristian-d...
ANL
Aprel ayına o qədər də çox qalmayıb. Demək ermənilər özlərinin qondarma "soyqırım" iddiaları ilə yenidən türklərin zəhləsini tökəcək. Yenidən müxtəlif erməni məmurlar, politoloqlar okeanın o tayına üz tutaraq orada yaşayan erməni lobbisinin baş bilənləri ilə görüşəcək, onlarla birgə hərəkətə başlayacaqlar ki, Vaşinqton...
ANL
Almaniya "Şərq Tərəfdaşlığı" proqramını dəstəklədi. "Almaniya Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramını dəstəkləyir". Polşa, Fransa və Almaniya rəhbərlərinin Varşavada keçirilən görüşündə Merkel bildirib ki, bu proqram Aİ ölkələrinin qonşularla münasibətlərini dərinləşdirməyə imkan verir. Görüşdə Avropa İttifaq...
ANL
XX əsrin əvvəlində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri. Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edi...
ANL
"Dağlıq Qarabağ münaqişəsi həllini əbədi olaraq gözləyə bilməz". Sloveniyanın sabiq xarici işlər naziri: "Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə daha yaxından cəlb olunmalıdır". "Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə daha yaxından cəlb olunmalıdır. Bunu APA-ya ...
ANL
Milli soyad sonluqları ictimai müzakirədə. Dünən "Azərbaycan-türk ocağı" mətbuat mərkəzində Azərbaycan Dil Qurumunun (ADQ) təşəbbüsü ilə "Soyad sonluqları ictimai müzakirədə" mövzusunda elmi-praktik konfrans keçirildi. Tədbiri giriş sözü ilə açan ADQ-in sədri, millət vəkili Sabir Rüstəmxanlı 20 ildir müstəqil olan Azər...
ANL
Azərbaycan-Litva biznes-forumu keçirildi. Bakıda Azərbaycan-Litva biznes-forumu işə başlayıb. "APA-Economics"in xəbərinə görə, Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ("Azpromo"nun) təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Azərbaycan Milli Məcl...
ANL
(Əvvəli ötən saylarımızda). Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi ə...
ANL
DÜZ YAŞAYAN KİŞİ. Adamlar öz güzəranları ilə, gündəlik qayğıları ilə başlarını qatır, işi ilə, gücü ilə məşğul olur və həyata tamam fərqli bir prizmadan baxırdılar. Çünki adamların başını onda siyasət xarab eləməmişdi... Çünki onda adamların çörəyi siyasətdən çıxmırdı... Çünki onda adamlar dünyanın bəlkə də birinci sup...
ANL
Anamın ürəyinə dammışdı. Əlləri qoynunda, mən də boyunda. Anam məni gözləyirdi. dünyaya gəldim, Bir balaca otaqda doğuldum. Deyirlər ki, onda belə deyildim, Onda yaman oğuldum. dünyanın içinə sarı qaçdım, Durnaların köçünə sarı qaçdım. Qayıdım bu yoldan, necə qayıdım? Qorxuram yollara yenə dərd yağa. Qayıdıb bu yoldan ...
ANL
"Bioetika: sənədlər, terminlər" kitabı təqdim edildi. Aytən Mustafayeva: "Vətəndaşların bioetika ilə bağlı məlumatı azdır". Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda "Bioetika: sənədlər, terminlər" kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, UNESCO üzrə Azərbaycan Milli Komi...
ANL
Fransa Senatının nümayəndələri Şəkidə oldu. Fransa Senatının nümayəndə heyəti Şəkidə olub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumatda bildirilir ki, Natali Qulenin rəhbərlik etdiyi Fransa Senatının nümayəndə heyəti Respublikamıza səfəri çərçivəsində dünən...
ANL
Mübariz Əhmədoğlu: "İran Azərbaycanı özbaşına və ya ABŞ və İsrailin sözü ilə Şuşasız qoyub - bu artıq İrana aid məsələdir". "İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhraminin İranın vasitəçilik missiyası ilə Şuşanın işğal olunması arasında əlaqəni görməsi təqdirəlayiqdir. Səfirin 1992-ci ildə Şu...
ANL
Beynəlxalq Böhran Qrupu nəhayət haqqa gəldi. Beynəlxalq Böhran Qrupu (İCG) "Ermənistan-Azərbaycan - müharibənin qarşısı alınmalıdır" adlı 33 səhifəlik məruzə yayıb. Qrup bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında ermənilərin tutduqları mövqelər, konfliktin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesind...
ANL
(Əvvəli ötən saylarımızda). Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi ə...
ANL
Beynəlxalq Böhran Qrupunun hesabatı. Onun təsir dərəcəsi şübhəlidir. Azərbaycanda ATƏT adı çəkiləndə ilk öncə gözlər qarşısına Minsk qrupunun həmsədrləri gəlir. Bu üçlükdə kimin kimi əvəz etməsindən asılı olmayaraq hər birimiz tez bir zamanda problemimizin çözümündə "axtarışda" olan kəsi həmin andan öz yaxınımız sayağı...
ANL
Hüseyn Zülfüqari: "Xəzərin təhlükəsizliyi regionda ən əhəmiyyətli məsələdir". "Regionda sülhün, sabitliyin mövcudluğu ən əsas məsələdir. Xüsusi ilə də Xəzər sülh dənizi olmalıdır. Xəzəryanı dövlətlərin xalqları mütləq əmin-amanlıq içərisində yaşamalıdırlar". APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanda səfərdə ol...
ANL
FÜZULİ: NİKBİN OLMAQ SƏLAHİYYƏTİ. O günləri yaşamışıq nə vaxtsa. Mən Füzuliyə həmişə Ağdam yolu ilə gedirdim. Sonra Martunidəki (daha bu adda rayonumuz yoxdur) 9 mərtəbənin qarşısındakı dairədən keçib birbaşa Füzuliyə yollanardım. Dostlarım mərhum Alıkişi Səfərovun, Seyran Səxavətin, Faiq Qismətoğlunun, Vaqif Bəhmənlin...
ANL
Yusif Vəzir Çəmənzəminlinin sənədləri arxivə verildi. Görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminlinin sənədləri Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim olunub. Arxivin direktoru Maarif Teymurun Lent.az-a verdiyi məlumata görə, yazıçının mərhum oğulları Orxan və Fikrət tərəfindən toplanı...
ANL
"ÖLÜLƏR"DƏN "ÖLÜLƏR"Ə. Ədəbiyyat tariximizdə ən böyük şəxsiyyətlərdən biri Cəlil Məmmədquluzadədir və bu fikrin təsdiqinə heç bir ehtiyac yoxdur. Çox vaxt bu böyük sənətkarı yeni ədəbiyyatımızın banisi Mirzə Fətəli Axundzadənin davamçısı sayırlar. Ancaq C.Məmmədquluzadə təkcə davamçı deyildi, həm də Azərbaycan nəsrində...
ANL
DAŞKƏSƏN: DAĞLARIN AĞ ŞƏHƏRİ. Hər bir adamın əməlləri onun gördüyü işlərdə öz əksini tapır. Söz demək, vəd vermək olar, hansısa bəyanat vermək olar, amma əgər bunların arxasında konkret işlər dayanmırsa, heç bir əhəmiyyəti yoxdur. Respublikamızın tanınmış şairi İlyas Tapdıq öz poeziyasında vaxtı ilə Daşkəsəni dağların ...
ANL
Tərcümə fənnini tədris edən müəllimlər üçün seminar. ADU-nun fransız dilinin tərcüməsi kafedrasının baş müəllimi Xədicə Əyyubova 2011-ci il fevralın 1-dən 5-ə kimi Azərbaycan Dillər Universitetində TEMPUS proqramı çərçivəsində "Azərbaycanda Yazılı və Şifahi Tərcümənin Tədrisində İslahatlar" mövzusunda treyninq keçirild...
ANL
Öncə bugünkü kitablardan, daha doğrusu, nəşriyyat işindən başlamaq istəyirəm. Məmləkətimiz müstəqillik əldə edəndən sonra bütün sahələrdə olduğu kimi, nəşriyyat-poliqrafiya sahəsində də bir özəl azadlıq yarandı. Yəni, bazar iqtisadiyyatı deyilən meydan buraya hər cür yararlı-yararsız məhsulların ayaq açmasına şərait ya...
ANL