text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
"Royal arxasına keçəndə texniki vasitələri unuduram". Müsahibimiz ölkənin ən böyük təşkilatlarından birinə rəhbərlik edən şəxsdi. Beş ildir ki, fəal deputat kimi, seçicilərini Milli Məclisdə təmsil edir. Beynəlxalq Eko-Energetika Akademiyasının fəlsəfə doktoru, "Varlı olmaq istəyirsənsə", Xeyir və Şər", "Mənim düşüncəl...
ANL
Son gunlər nədənsə xatirələr mənə daha çox güc gəlir. Açığı səbəbini heç özüm də bilmirəm. Sadəcə bildiyim bir şey var. O da xatirələrin son dərəcə kövrək, həzin və bir az da insanı kədər notları üzərində kökləmək imkanıdı. Yəni nə qədər şirin xatirə olur olsun, onun sevincli, fərəhli damarının bir şaxəsi də kədərə, ni...
ANL
Böyüdüm iş verdilər. Ömrün-günün altında. Ömrün-günün altında. Bu arxın qırağından. Alaca bir quş tutdum. Quşun üzünə baxıb. Kürə şəklində dərdimiz. Dünya kürə şəklindədir, kürə şəklindədir günəş. ay kürə şəklindədir. kürə şəklindədir ürəyimiz, sevincimiz kürə şəklindədir –. sənin ölümündən sonra. yığıldı, büküldü, kür...
ANL
UCALARA BİR DİVANƏ YÜRÜŞÜ. Şair Xanəmirin "Saatım Bağdadda qaldı" kitabı haqda dost sözü. Burularaq içini yaralayan hər hansı bir Söz, hər hansı bir Fikir artıq səni düşündürmür. Bəlkə də içdən yaralanmağın fəsadları qatır başını, qoymur düşünməyə. Bəzən canında cızılmış bir şeirin alayarımçıq rəsmi uzun zaman yorur sə...
ANL
"Azərbaycan Qafqazların parlayan yıldızıdır". "Atatürk deyirdi ki, mətbuat müstəqilliyindən doğacaq problemlərin çözülməsi yenə də mətbuat azadlığının özündədir". Üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlmək və təmsil olunduğun ölkədə sevilmək çoxlarının nəsibi olmur. Amma bu fikirləri qardaş Türkiyənin ölkəmiz...
ANL
Bu yazını mən iki il əvvəl yazmışdım. Güman eləyirəm ki, bu iki ildə yazıda gedən söhbətlərdən heç nə dəyişməyib. Arada-bərədə bəzi hadisələr olub, bitə bilər, amma bütövlükdə mənim 1 Maya münasibətim dəyişməyib. Ona görə yazını yenidən sizin diqqətinizə təqdim edirəm. Yağışın altından qaçıb birtəhər özümü binaya çatdı...
ANL
Pasportumdakı doğum günü qeydiyyatını doğru sansaq, iyirmi beş yaşım var. Bu iyirmi beş yaşın on yeddisini Bakıdan çox uzaq bir kənddə keçirmişəm: orta məktəbdə oxumuşam, çilingağac oynamışam... pambıq yığmışam və məktəbimizdə keçirilən bədii gecələrdə şeir söyləmişəm. Ancaq ona sevinirəm ki, gec də olsa dünyada çox şe...
ANL
ZİRVƏDƏN ZÜLMƏTƏ. Ən böyük dərd budur ki, Sünbül-sünbül tarladan. Bir dən sənin olmasın. Adın vətəndaş olsun, Vətən sənin olmasın. - Vətəndaş Dönməz Məmmədli! O, yuxudan hövlnak oyanıb dəmir qapının gözlüyünə sarı boylandı. Nəfəsini içinə çəkib qulaq verdi. Ətrafa dərin sükut çökmüşdü, dəmir gözlük qapalı idi. Bəs bu e...
ANL
SOVET DÖNƏMİNİN ƏDƏBİ MÜHİTİ DAHA QAYNAR İDİ. Ağacəfər Həsənli imzası Azərbaycan oxucusuna yetərincə tanışdı. Bir şair-publisist kimi o qələminə söykənib bu dünyanın ağrı-acılarından, problemlərindən və bir də öz iç dünyasından üzüişığa boy göstərən duyğularından oxuculara söz açmağı və o sözlə də yaşamağı artıq neçə o...
ANL
Yazda yaşıl donlu, payızda çənli. Yay fəsli ətirli, gülzarlı dağlar! Hər sizi görəndə sizcən oluram. Həyatın loğmanı sizdə deyilmi? Hər dərdin dərmanı sizdə deyilmi? Ovçunun tərlanı sizdə deyilmi? Dar keçidləriniz dosta gen olar, Sevincdən başınız göylə tən olar. Üstündən dumanı qovar, şən olar. Qaçağa-quldura dırnaq s...
ANL
Dünyada kədərsiz şair yoxumuş. Dünyada kədərsiz şair yoxumuş, Şairlik taleyin qəsdindən keçir. Asanca yazılan şer yoxumuş, Şer ölümlərin üstündən keçir. Kəsilən ağaclar sap üçün deyil, Hər yerindən duran balta götürdü. Mənim yazdıqlarım çap üçün deyil, Mənim yazdıqlarım kələ-kötürdü. Uzanır torpağa Allahın əli, Düz yol...
ANL
Şair Vəli Xramçaylının yazıçı Seyran Səxavətə borcu var. Şair Vəli Xramçaylı "Azərbaycan"ın daimi sakinlərindəndi. Onu nəşriyyatın birinci və dördüncü qatında tez-tez görmək olar. Son günlər şairin qonaqları da artıb, məclislərin sayı da. Təbii ki, sağlıqların sayında da artım var. Dost məclislərində sağlıq deməkdən yo...
ANL
Sözlə yaşayan adam üçün hər təzə kitab, hər yeni nəşr, hər yeni ifadə müəyyən aura yaratamaqla yanaşı, həm də söz ehtiyatının, dünya görüşünün artmasına da yardımçı olur. Yəni o təzə söz sənin saxlancını bir az dəyərləndirir, bir az da artımlı edir. Öncədən onu da deyim ki, son illərdə təzə sözün yaranma prosesi o qədə...
ANL
Durmuşam buludlar qaynaşan yerdə, Döyür alaçalpo üzümə mənim. Qışda qurşağıma qar çıxan yerdə. Yaxşı ki, axşamlar Aya baxırıq, Göylər də barışıq güzgüsü olub. Vallah, val dəyişib sözdən qaçmağın. Sozalan canımın üzgüsü olub. Səni tanıyandan girincəm, girinc, Nə könlüm toxtaqdı, nə qulağım dinc. Sənin bir baxışın daşı m...
ANL
Şair Ələddin İncəli Atlıtürkün 80 yaşına söz ərməğanı. Mən söz adamlarıyla tez-tez təmasda oluram. Və bu adamların hər birindən müəyyən qədər bəhrələnməyə, onların dilindən, düşüncələrindən, hətta davranışlarından nəsə əxz etməyə çalışıram. Bu da mənim hobbimdi. Qınayan qınasın, qınamayan da təbii ki, özü bilərg amma e...
ANL
Allahım, Niyə məni gizlətmədin? Əlli il də gözlətmədin: Bu gözəllə bir zamanda. yaş hasardı aramızda, Göynərtidi yaramızda. Eşidən yox. Tənəli baxışlarla. Üşüdən çox. Kirpiyindən asılmış, Gözlərinə qısılmışam, Boyu qədər qısalmışam. Utanıram yaşımdan, Tüstüm çıxır başımdan. Bu gözəldən. çınqı düşüb canıma, Alovlana-alo...
ANL
İÇİMİ SƏRDİM KÜLƏYƏ. İçimi sərdim küləyə. Çıxarıb asdım bezini, Günəş qızdırsın üzünü, Toparladım mən özümü. İçimi sərdim küləyə. Başqa cür yoxdur yozumu, Çəkdim içimin nazını. Külək aparsın tozunu, İçimi sərdim küləyə. Qoy gözümün qəmi getsin, Qoy dərdimin dəmi getsin, Qoy içimin nəmi getsin, İçimi sərdim küləyə. SƏNİ...
ANL
"Ağabala son nəfəsində də səsinə xəyanət etmədi". Tanınmış xanəndə və Seyid Şuşinskinin tələbəsi Təvəkkül Musayev belə dedi. Azərbaycan muğam sənətində böyük sənətkarlar və xanəndələr çox olub. Onların hər biri ifa etdiyi özünəməxsus muğamları ilə yadda qalıblar və ürəklərdə əbədi iz qoyublar. Belələrindən biri də böyü...
ANL
SEÇİLMİŞ. Əslində bizim hamımızın dəqiq bildiyimiz bir həqiqət var ki, nə qədər öyrənməyə çalışsaq da, elmi ixtiralardan bəhrələnsək də, Aya uçsaq da, okeanların dibinə enməyə cəhd eləsək də, biz həyatın yaranması, insan övladının bu günə qədər keçdiyi yol, dünyanın sirləri haqqında dəqiq heç nə bilmirik. Nə qədər oxus...
ANL
MƏKTƏBİ DƏ VAR... Uzaq... uzaq illərin birində böyük şairimiz Rəsul Rza haqqında heç bir yanda çap etdirə bilmədiyim bir məqalədə yazmışdım: "Əllinici illərdə və bundan sonra ədəbiyyata gələn ədəbi nəslin bir çoxunun bəxti onda gətirdi ki, onların taleyinə Rəsul Rza kimi bir şair havadar oldu. Bu sözün həm fiziki mənas...
ANL
ZİRVƏDƏN ZÜLMƏTƏ. Anasının gəlinindən, nəvələrindən razılığı onu xoşhal etdi. Özü də ömür sirdaşından, övladlarından, eləcə də qardaşlarından arxayın idi. Kişi üçün həyatda, xüsusən belə ağır sınaq çağında bu, ikinci nəfəs idi. Ciddi rejimli, qapalı məhbəsdə olsa da çox şeydən xəbər tuturdu. Təzəcə eşitdiyi bir xəbərdə...
ANL
O xalqına ən vəfalı oğuldu, Gülüşüylə qaranlıqlar boğuldu, Beş addımlıq bir daxmada doğuldu, Beş qitənin şöhrətinə döndü o. Qəlbi türkün inanc yeri - Kəbədi, Ömrü xalqın ömrü qədər əbədi. Zəngin əməl dünyasıdır yurdumun, İlk azadlıq, müstəqillik məbədi. Bir mələkdir daim ömür sürəsi, Elə bir dağ görməyib yer kürəsi, Va...
ANL
Ermənilərin "dağlarda toy" əməliyyatı. Ötən əsrin əvvəllərində başlatdıqları işi əsrin sonunda başa çatdırmaqda iddialı olan təcavüzkar Ermənistan Rusiya silahlı qüvvələrinin köməyi ilə istəyinə çatdı. Qeyd edək ki, Qarabağı Ermənistana birləşdirmək üçün ermənilərə iki strateji mərkəzi- Xocalı və Şuşa şəhərlərini ələ k...
ANL
...Rayondan öz maşınıyla Bakıya tək-tənha gələrkən Rabil yolboyu Muxtarla bağlı il yarım qabaq düşməncəsinə ayrıldıqları o gərgin saatları, dözülməz anları deyil, qəribə də olsa, onunla bağlı uzun illər yoldaşlıq elədikləri günlərdəki xoş məqamları, Moskviç maşınına səkkiz yüz kiloqram sarımsaq vurub yağışlı, çamurlu, ...
ANL
ZİRVƏDƏN ZÜLMƏTƏ. Rəisin üzü təbəssümlə işıqlandı: - Siz adi məhbus deyilsiniz. Vəzifələrdə olmusunuz, eşitmişəm ki, gözəl təşkilatçısınız. Mənə də sizin kimi təcrübəli təşkilatçı gərəkdir ki, uyğun vəzifə verim işləsin. O, təəccüblə çiyinlərini çəkdi: - Həbsxanada vəzifə? Deməli, biz məhbusları işlətməklə kifayətlənmə...
ANL
HƏMİŞƏ MÜASİR RƏSUL RZA. Bu münasibətlə Azərbaycanın bir çox şəhərlərində, ali məktəblərdə, elmi müəssisələrdə ədəbi-bədii gecələr, müşavirələr, elmi konfranslar keçirilib və heç şübhəsiz, bu sıradan tədbirlərin sayı daha da artacaq. Böyük bəstəkar Qara Qarayev yazırdı: "Rəsul Rza elə şairlərdəndir ki onun yaradıcılığı...
ANL
Yavər Camalov: "ABŞ şirkətləri Azərbaycana döyüş sursatları sifariş veriblər". Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun APA-ya eksklüziv müsahibəsi. Bu sərgidə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi də təmsil olunurdu... - SOFEX bizim üçün uğurlu bir sərgi oldu. Biz də bu sərgidə 55-dən artıq adda müdafiə ...
ANL
Qədimiliyin görüntüsü. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böy...
ANL
ÖLÜMÜ İLƏ DÜŞMƏNİ DİZ ÇÖKDÜRƏN GƏLİN. Ziyəddin Sultanovun qəhrəmanı həm göylərdən gəlib, həm də bizim aramızdan döyüş meydanına atılmışdı. Həftə sonu bir təsadüfdən qatıldığım möhtəşəm tədbir məni ötən illərə çəkib apardı. Laçın uğrunda şəhid olmuş qəhrəmanların şərəfinə Taxtakörpü qəsəbəsində ucaldılan kompleksin açıl...
ANL
Ermənilərin viran qoyduğu ərazilər. XX əsrin ikinci on illiyində Azərbaycanın çar Rusiyasının caynağından xilas olub Cümhuriyyət qurması və həmin möhtəşəm hadisənin may ayına təsadüf etməsi bəlkə də hər bir kəsdə bu ayla bağlı xoş hisslərin yaranmasına səbəb olur. Amma etiraf edək ki, elə həmin əsrin sonunda Cümhuriyyə...
ANL
Ermənilərin viran qoyduğu ərazilər. Cəbhədə dönüş anı. F.İsmayılov deyir ki, 1992-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycanın hərbi qüvvələrinin apardıqları hərbi əməliyyatlar nəticə etibarı ilə Laçın rayonu üzərində qələbəyə inamı xeyli artırmışdı. Bunu döyüşçülərimizin birinci Qarabağ müharibəsi tarixində göstərd...
ANL
Poeziya aləmi ulduzları sırasında öz parlaqlığı ilə söz və şeir xiridarlarını həmişə cəlb etmiş dahi rus şairi Aleksandr Sergeyeviç Puşkin həm də öz dövrünün üsyankar bir azadlıq carçısı olmuşdur. Məlumdur ki, Rusiyanın despot çar rejiminə, ölkədə hökm sürən krepostnoyçuluq hüququna qarşı rus dvoryan gənclərinin - hərb...
ANL
NAZİM HİKMƏTƏ. Sən Leninə şeir yazdın, Mən Atatürkə. Necə çıxar. Bəlkə nəğmələrim könül oxşamır, Bəlkə də kiminsə qəlbinə yatmır. Duyğusu sinəmə heç cürə yatmır. Çıxart köynəyindən sazı, Ədalət. Sinəm göl yeridir nəmi qurumaz, Köksümün altında qəm gejələyər. Daha gözlərimin nəmi qurumaz, Dindir sarı simi bir gejəliyə, ...
ANL
Adriatik dənizi sahillərində. Orta məktəbdə əlaçı şagird, ali məktəbdə müəllimlərin sevimli tələbəsi idi. Peşəkar rəssam kimi də tanınıb. Rus, alman, italyan, fransız dillərinin mükəmməl bilicisi olub. Əsgəri xidmətində isə Mehdi əsl ölməzlik mücəssəməsi idi. 1941-ci ildə Hitler Almaniyası SSRİ-yə müharibə elan edəndə ...
ANL
KAŞĞARİŞÜNASLIĞA QİYMƏTLİ TÖHFƏ. 2008-ci ildə "Elm" nəşriyyatı Cahid İsmayıloğlunun "XI yüzilliyin tarixi-onomastik leksikası (Mahmud Kaşğarlının "Divanü-lüğat-it-türk" əsəri əsasında)" adlı monoqrafiyasını çapdan buraxıb. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarına əsasən çap olunan kitabın elm...
ANL
Mənim qapım. daha xeyrə döyülməz, Hər qapını açan gedər əlimdən. Sevdiklərim üz tutulmaz, öyülməz, Öpən gedər, qucan gedər. əlimdən. Övladlarım cocuq yapar, ev yapar, Köçən gedər, qaçan gedər əlimdən. Sındırmaram əyrilərə, pislərə, Nəyim varsa yedirərəm, bəslərəm. gedər əlimdən. Hər qazancın zəkatı var, Xərc var xərcin...
ANL
Gözlərim yada düşmədi, Məni içimdən oydular. Məni ürəyimdən asıb, Şeirlərimdən soydular. Daşladılar sol-sağımı, Yaxınımı, uzağımı, Kölgəmi, əl-ayağımı, Nə də yeməkdən doydular. Tərpəndim, gücə gəldim mən, Bilmədim necə gəldim mən, Dünyaya necə gəldim mən, Adımı GÜNDÜZ qoydular. Bu qara uşağın uşaq dünyası, Bu qara ölkə...
ANL
TOPQAPI SARAYININ QİYMƏTLİ İNCİSİ... Ənənəvi yönümə malik, kişi cinsindən olan insanlarda "hərəmxana" sözü ağlagəlməz dərəcədə xoş hisslər yaradır. Bu fantastik kişi "dəliliyi" daha çox Şərqin yaşam münasibətlərindən biri olsa da, çox sonralar Qərbin özündə də bundan imtina etmək kiminsə ağlına gəlmədi... Türkiyə sulta...
ANL
Bədənə dar gələn köynək, pencək kimi qatı qaranlıq adamı sıxırdı. Azad buralara yaxşı bələd olan Rabilin hənirinə onun arxasınca addımlayırdı. Aşağıda yeməkxananın qapısı açılanda pilləkənlər azacıq işıqlandı, o, sözünə davam elədi - Respublikaya işıq verən Mingəçevirg Burda ataların çıraq öz dibinə işıq salmaz deyimi ...
ANL
Bu günlərdə atam məndən qəribə bir xahiş etdi: "Ananın yetmiş illiyidir, bir yaxşı yazı yaz. Doğrusu, hamı kimi mən də hədiyyə haqqında düşünmüşdüm, amma yazı yazmaq heç ağlıma gəlməmişdi. Söhbət mətbəxə qonşu otaqda olduğundan kimsə duyuq düşməsin deyə uzatmaq istəmədim: "Yazaram, mütləq yazaram,"- dedim. Üstündən bir...
ANL
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ AQRAR TƏHSİL VƏ ELM OCAĞI. 1918-ci ilin may ayında şərqdə ilk müstəqil müsəlman respublikası olan Azərbaycan Demokratik Respublikasının yarandığı gündən kənd təsərrüfatının inkişafına, ölkənin aqrar bölümü üçün mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilirdi. 1920-ci il noy...
ANL
Bir ildən artıqdır ki, xalq şairi, görkəmli dramaturq, akademik Bəxtiyar Vahabzadə aramızda yoxdur. Adətən, böyük sənətkarlar haqqında çıxış etmək yüksək səviyyəli mütəxəssislərin işidir. Lakin şairə olan böyük el məhəbbətinə görə bu haqda danışmaq və yazmaq hər bir ziyalının mənəvi borcu və şərəf işi hesab olunur. Niz...
ANL
Bu yaxınlarda qəzetlərin birində oxudum ki, dünyadan köçüb. Müxtəlif qəzetlərdə çap olunan şeirlərini bir yerə yığdım, şair Əbülfət Mədətoğludan isə iki kitabını aldım. Və bu şeirləri və bir də "Söndürülmüş telefonlar" adlı povestini oxuyandan sonra öz-özümü qınadım ki, niyə vaxtında Vahid Əlifoğlunun şeirləri barədə b...
ANL
Mənim dəyərsiz bədənim əlbəttə bir gün torpaq olacaqdı; ancaq Türkiyə Cümhuriyyəti əbədiyyətə kimi yaşayacaqdı. Dünyaya gəlib, boya-başa çatdığım İgdir vilayətinin Dizə (bəzi nadan məmurlar 60-cı illərdə onun adını dəyişib Koçqıran eləyib) kəndində kasıb, ancaq xoşbəxt bir ocağımız vardı. İbtidai məktəbi yenicə bitirmi...
ANL
Əlibaba Məmmədov: "Muğamı Şamaxı, Bakı ləhcəsində oxumaq olmaz". Azərbaycanın xalq artisti, ustad xanəndə Əlibaba Məmmədovun Milli.az xəbər portalına müsahibəsi. - Əlibaba müəllim, bu gün muğamdan müəyyən parçalar ifa edib, özlərini xanəndə kimi göstərənlər var. Sizcə, həmin şəxs muğamdan müəyyən parçalar ifa etməklə x...
ANL
Yazıçı-dramaturq, Xalq Yazıçısı İlyas Əfəndiyevin xatirəsinə. İlyas Əfəndiyev - nasir, dramaturq və nəhayət, şəxsiyyət! Onu düşünəndə ilk öncə hər qələm sahibində olmayan xarakter bütövlüyü yada düşür. Sənətə münasibətdə güzəştsiz, bir qədər də sərt kişi! Amma istənilən əsərində oxucunu, tamaşaçını mərhəmətə, sevgiyə, ...
ANL
"Bir çiçək axşamı"kitabından. Azərbaycan bayrağı. Azərbaycan bayrağı! Yağının min hiyləsi küydən, kələkdən keçər, Sən sancılan ucalıq min-min ürəkdən keçər, Dağlar yerindən oynar, daşlar ələkdən keçər, Göylərin nur yağmuru, yerlərin göy qurşağı- Azərbaycan bayrağı! Sən Arazın, Samurun umuduna bələndin, Çəni ağlar Göyçə...
ANL
Çıx şad xəbərlərlə qarışma, oğlum! Ömründə qoşulub qarışma, oğlum! Oyun günəşinlə hər səhər yarış, Gələcək günlərdən ver xəbər, yarış, Yarış dostlarınla, çal zəfər, yarış, Lakin nadanlarla yarışma oğlum! Həyatı əyləncə bilənlərlə sən, Zəhmətə xor baxıb gülənlərlə sən, Bəli, sağlığında ölənlərlə sən, Bir addım yol getmə...
ANL
HƏMİŞƏ XATIRLADIĞIM NƏRİMAN MÜƏLLİM. Hərdən mənə elə gəlir ki, bu dünyada deyəsən həddindən çox yaşayıram. Tanrıya acıq gəlməsin, gördüklərim, yola saldığım işıqlı insanlar barəsində düşünəndə yaşımın neçə olduğunu ağlıma sığışdıra bilmirəm. Çünki mən yaşı öz yaşadığım, öz doğulduğum və doğum şəhadətnaməsində göstərilə...
ANL
RESPUBLİKA GÜNÜ. Mən tarixi ədalət dedim, amma ədalət məsələsi də nisbi olduğundan hansı ədalətin prizmasından baxmaq problemi meydana çıxacaq. Təbii ki, 1918-ci ildə istiqlaliyyətin elan edilməsi tariximizdə mühüm hadisə idi. Rusiyada baş verən inqilablar imperiyanı dağıtmışdı. Ucqarlarda cərəyan edən hadisələrə müdax...
ANL
Məzahir Əhmədoğlunu müsahib seçməyin N qədər səbəbi var. Hamısını yazası olsaq, bizə ayrılmış səhifənin çox hissəsi "işğal" altına düşər. Ona görə qısa-qısa: Məzahir Əhmədoğlu imzası sayılıb-seçilən jurnalist imzalarındandır. "Ədalət"in iki aydan sonra 20 yaşı olacağını fikirləşəndə məlum olur ki, Məzahir Əhmədoğlu "Əd...
ANL
TOPQAPI SARAYININ QİYMƏTLİ İNCİSİ... (əvvəli ötən şənbə sayımızda). Lunolikanın - Mehri şahın sarayda yetərincə sədaqətli qulluqçuları və dostları vardı. Əlbəttə ki, saraylarda yaşayırsansa, "sədaqətə", "dostluğa" çox da etibar etməməlisən. Mehri şah bunu bilirdi, amma onun ağıllı olmasını, yeri gələndə dəhşətli qisasç...
ANL
Əsərlərindən neft iyi gələn rəssam. Onun əsərləri ölkəmizin və dünyanın bir çox muzeylərində, ABŞ, Belçika, İran, Türkiyə, Britaniya və digər ölkələrdə sənətsevərlərin şəxsi kolleksiyalarında saxlanılır. Sabir Çopuroğlunun əsərləri özünəməxsusluğu, fərqli işlənmə texnikası ilə hər kəsi heyrətə gətirir. Əslən Borçalıdan...
ANL
"Nəriman Əbdülrəhmanlı: İşıq adamı". Bu günlərdə "Çinar-çap" nəşriyyatı tərəfindən 264 səhifədən ibarət olan "Nəriman Əbdülrəhmanlı: İşıq adamı" kitabı nəfis şəkildə çapdan çıxıb. Kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fəlsəfə elmləri namizədi Sabir Bəşirovdu. Öncədən onu xatırladaq ki, kitabın müəllifi...
ANL
İlk çağındaydı gözəl mövsimin. Qışdan çıxılmışdı, bahar gəlmişdi. İyirmi səkkizində idi Mayısın. Azərbaycan istiqlalə ermişdi. Derkən qopdu bir. qasırğa quzeydən, Baharımız heyhat döndü qış oldu. Azərbaycan Moskovların əlində. Əsarətin zəhrini dadmış oldu. Azərilər sarsıldı bu zərbədən, İstilaya qarşı üsyanlar oldu. İs...
ANL
Günəş kimi nurun saçır hər yana, Gözəl vəsfin gəlməz sənin bəyana, Canlar qurban sənin kimi məkana, Şərafətli mənim məkanım, yaşa, Yaşa, yaşa, Azərbaycanım, yaşa! Torpağın mişki-ənbərdən yaxşıdır, Daşların ləli-gövhərdən yaxşıdır, Suların abi-Kövsərdən yaxşıdır, Sənsən mənim baği-cinanım, yaşa! Sən Babəklər, Koroğlular...
ANL
Türküstan elləri öpüb alnını, Söyləyir dərdini sana, bayrağım! Üç rəngin əksini Quzğun dənizdən, Ərməğan yolla sən yara, bayrağım! Gedərkən Turana çıxdın qarşıma, Kölgən dövlət quşu, qondu başıma. İzin ver gözümdə coşan yaşıma, Dinlətsin dərdini ahə, bayrağım! Qayıxan soyundan aldığın rəngi, Qucamış İlxanla müsəlman bə...
ANL
Buraxınız seyr edəyim, düşünəyim, oxşayayım, Şu sevgili üç boyalı, üç mənalı. Mələklərin qanadının üzərinə. kölgə salan. Göy yapraqlı, al çiçəkli, yaşıl otlar topasımı? Fəqət bizim bayrağımız. yüksəklərdə fırlanır. qurultayına demək? qurultayına demək? Bizcə böylə söyləmək: Bu göy boya göy moğoldan qalmış. sarsılmayan ...
ANL
ƏSİR AZƏRBAYCANIM. qoynunda doğuran, Xəmirimi göz yaşıyla yoğuran, Beşiyimdə "layla balam" çağıran, Azərbaycan mənim. dilimdən, Azərbaycan, mənim eşsiz. Könlümə tək Kəbə yapdım.
ANL
AZƏRBAYCAN - DÜNYAM MƏNİM. Azərbaycan – qayalarda. çiçəklərin içində qaya. Mənim könlüm bu torpağı. vəsf eləyərək, Azərbaycan dünyasından. deyiləndə. ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər. Oğulları Kür gəzdirər biləklərində, Oğulların göz atəşi gözəl əridir. Azərbaycan səhərinin. bəbəklərində. Qütb ulduzu, dan u...
ANL
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram! Azadlığı istəmirəm bir həb gibi, dərman gibi. İstəyirəm. Gərək deyil sısqa bulaq, Mən ümmanlar təşnəsiyəm!!!
ANL
Azərbaycanın məşhur "Yeddi oğul istərəm" filmində Qəqəni obrazını canlandıran aktyor Fərhad İsrafilovun Milli.Az xəbər portalına müsahibəsi. Milli.Az xbər portalının budəfəki müsahibi kinomuzun klassik nümunələrindən olan Tofiq Tağızadənin 40 bundan öncə çəkdiyi, posteri vaxtilə ABŞ-ın kinoteatrlarndan birinin fasadnı ...
ANL
Bu günlərdə Almatıda xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun "İçimdə ağlayan Krım" kitabı çapdan çıxıb. Aşıqlar Birliyindən Lent.az-a verilən məlumata görə, "İçimdə ağlayan Krım" kitabı isə bu ilin may-avqust aylarında Zəlimxan Yaqub Krımda - Yaltada müalicə aldığı zaman ərsəyə gəlib. Şairin ür...
ANL
O vaxtlar bizə yalnız sovet dövlətinin icazə verdiyi, məsləhət gördüyü müğənniləri dinləməyə icazə verərdilər. Həmin dövrü yaşayanların əksəriyyəti təsdiq edə bilər ki, bu, sosialist düşüncə tərzinə sığmaq istəməyənlər inqilabçı olmasalar da sərbəst düşünməyi bacaran şəxslər hesab edilirdilər. Və biz də o dövrün ən dəb...
ANL
Həyat rejissoru haqqında üzü ağ kitab. Və ya Əliqismət Lalayevlə daha yaxından tanışlıq imkanı. Kitabın vizit vərəqəsi. "Əliqismət Lalayev- həyat rejissoru" kitabı "Qanun" nəşriyyatında çap olunub. Tərtibçisi Qulam Sadıq, redaktoru Samir Sədaqətoğlu, rəyçi sənətşünaslıq namizədi Vidadi Qafarlıdı. Ön söz yerinə "Zaman v...
ANL
Ən qiymətli sərvət. Torpağa ilk elmi tərif V.V.Dokuçayev tərəfindən verilmişdir: "Dağ süxurlarının (fərqi yoxdur hansı) su, hava və müxtəlif növ canlı və cansız orqanizmlərin birgə fəaliyyəti nəticəsində təbii yolla dəyişdirilmiş"açıq" və ya xarici qatına torpaq deyilir". O müəyyən etmişdir ki, yer səthindəki bütün tor...
ANL
Şərəfli ömür yolu. ƏHLİMAN TAPDIQ OĞLU ƏMİRASLANOV 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd. Müasir Azərbaycan ziyalısından söhbət düşəndə gözlər önünə ilk gələnlərdən biri də dünya miqyasında tanınan alim, məşhur cərrah-onkoloq Əhliman Əmiraslanov olur. Əhliman Tapdıq oğlu Əm...
ANL
Bəxtiyar qələmli Bəxtiyar. Günün, dövrün olaylarından, gerçəkliklərindən yazmaq, zəmanəmizin salnaməsinin yaradılmasında iştirak etmək öhdəliyi çiynimizdədir. Bütün peşə sahiblərinin portretini, xarakterik cəhətlərini təqdim edirik, özümüzə gələndə yaşımızın yuvarlaq rəqəmi, həyatımızda baş verən hansısa hadisə siqnal,...
ANL
Yeni mənzillərin yeni sevincləri. Sabirabadda Kür daşqınlarından evlərini itirmiş sakinlərə yeni mənzillər inşa edilib. Yaşadığımız ilin baharını yəqin ki, ölkə əhalisi, eləcə də rəsmilər hələ uzun zaman unutmayacaq. Son illər müəyyən qayğılar, bəzən də problemlər yaradan Kür çayı bu il dəlilik elədi. Respublikanın ara...
ANL
SƏNİN ÜÇÜN. Fələyin dərd-qəmini. Əsdi xəzan yelləri, Bada verdim illəri. Qəlbimdə qəm gülləri. Hicran duymaz hər naşı, Yandı bağrımın başı! Vüsal bilən dözümü. Ümidlərə gözümü. Baxdığım məni görmədi, Qapımdan sevinc girmədi. Gündüzü gözüm görmədi, Gecəni yata bilmədim. DÜŞÜNCƏ. Canından keçər. Mərdlik oğula. Qanından k...
ANL
Müqəddəs torpağı qorumaq üçün. Müqəddəs torpağı. qorumaq üçün. And içib namusa, Təmiz vicdana. Dostlarım önündə. Azərbaycana! Qurbandı var nəyim- Azərbaycana! min budaq olsun! Müstəqil dövlətim, üzün ağ olsun! Vətən sağ olsun! Qurbandı hər şeyim. Azərbaycana! Hörməti, minnəti, haqqı itirmə. Nankorun bilinməz. Birinə əl...
ANL
Mənsum İbrahimovun yubileyi dövlət səviyyəsində qeyd olundu. Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Milli Konservatoriyanın dosenti, xalq artisti, "Şöhrət" ordenli Mənsum İbrahimovun 50 illik yubileyi münasibətilə tədbir keçirilib. Lent.az-ın məlumatına görə, Mədəniyyət...
ANL
Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim. O, öz ürəyinin sözlərini çox vaxt qələminin dililə deyərdi. O, öz xalqının, vətəninin, torpağının o qədər vurğunu idi ki, qürbətdə də, gecə-gündüz onun Allah tərəfindən verilən nemətlərindən danışırdı. Həmişə başı bəlalı torpağının yamyaşıl meşələri, saf, t...
ANL
Özümü, gecənin qaranlığına. boyası, qəlbimdə. fikrin qaranlığından, gecənin qaranlığını. zəbt edirəm. Bu gecənin. başqa. bir qız dodaqlarına. qonaq olmağa. Bu dərdlərin başçısının, Başını kəsib gedəsən. Qazanı yana çevirib, Aşını töküb gedəsən. Dərdləri başından aşa, İşi çoxalıb, dolaşa. Sonra da kotana qoşa. Yerini ək...
ANL
Şəhid Mübariz. Qeyrətin dözmədi bu haqsızlığa, Düşmən yuvasına alov ələdin. Qırdın düşmənləri öz səngərində, Azğın dığaları qana bələdin. Vətəndaş yanğısı coşdu qanında, Qalxdı tufanlar tək haray salaraq? Babək hünərindən əzəmət aldın, Cavanşir ürəyi yatıb köksündə. Cavadxan vüqarın zirvələr aşdı, Dayandı əbədi tarix ö...
ANL
Niyə ağlayırsan, ay ömrüm-günüm, nədir qəlbindəki bu qorxu belə? Yoxsa səadətin yuxu kimidir, səni qorxudurmu bu yuxu belə? Gözünün suyu da aradan ötməz. Bəsdir məni qoydun dəli yerinə, Ölümdən qayıdan ölümə getməz. Ölüm nə karədir yaxına gəlsin, Ürəyim sevgimin sıxlığındadır. Eşqinin yoxluğu yoxdursa qorxma, Ölümüm eş...
ANL
Azərbaycanda içməli su problemi: dövlət nəzarəti və ictimai məsuliyyət. Bu gün bütün dünyada müzakirə olunan ən aktual və bir neçə qlobal məsələdən biri də ekoloji durum və ətraf mühitin mühafizəsidir. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev tərəfindən 2010-cu il Azərbaycanda Ekologiya ili elan olunub. İçməli su a...
ANL
Azərbaycanın cənnət guşələrindən biri olan İsmayıllı rayonunda dünyaya gələn Zakir müəllim özünün həyat salnaməsini göz önünə gətirəndə heç nə üçün təəssüflənmir. Dövlətin və xalqının qarşısında saysız-hesabsız elmi uğurlara imza atıbdı. Zakir müəllim bir dağ rayonunda dünyaya gəlib, amma seçdiyi həyat yolu, özünün həs...
ANL
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın dünəni. Dünən onlar kim idi,hardaydılar və nələr yaşayırdılar? Yeni ədəbi nəsl üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün ü...
ANL
XX əsrdə repressiyaya məruz qalmış insanlar həmişə maraq dairəmdə olmuş, onların keçirdiyi psixoloji hallar məni hər zaman düşündürmüşdü. Bu baxımdan da həmin insanların psixoloji anları, onu yaradan səbəblər barədə silsilə yazılar yazmaq məcburiyyətində qalırdım. Uzun müddət idi ki, bu mövzu üzərindən uzaqlaşıb məni d...
ANL
Şair Rafiq Yusifoğlu imzası Azərbaycan ədəbi cəmiyyətində tanınan, sayqı ilə yanaşılan və özünü təsdiq edən söz sahibinə aiddir. Yaradıcılığı çoxşaxəli və həm də son dərəcə milli olan Rafiq Yusifoğlu özünün oxucu arenasını qazanmış, oxucu qəlbinə yol tapıb onu öz yanında saxlamağı bacaran şairlərimizdəndi. Bu mənada əm...
ANL
"Nurlan" nəşriyyatında işıq üzü görmüş bu şeirlər və poemalar kitabının müəllifi Mübariz Məsimoğludur. Yəqin ki, dəyərli oxucular bu imzanı yaxşı tanıyırlar. Özünəməxsus yaradıcılıq üslubu olan Mübariz yaşıdları arasında öz dəsti xətti ilə seçilməklə yanaşı, həm də mövzu rəngarəngliyinə görə də fərqlənir. Bir neçə kita...
ANL
Bu günlərdə yurd-yuva niskilinin, Xocalı həsrətli qələm dostum, şair qardaşım Ələmdar Quluzadə ilə "Azərbaycan" nəşriyyatında qarşılaşdıq. Özünəməxsus yerişi və özünəməxsus da şirin təbəssümü olan dostumla hal-xoş edəndə çiyninə bir qədər ağırlıq edən çantası diqqətimi çəkdi. Sualımı göydə oxudu. Elə bu günlərdə götürm...
ANL
Şairlə tanışlıq, onun könül dünyasına bələdlik şeirlərindən başlayır. Mənim də qırx iki yaşlı İlham Abdullayevlə tanışlığım onun şeirlərindən başlayıb və bu tanışlıq neçə illərdir ki, davam edir. Bu illər ərzində çox nadir hallarda olsa da, onun şeirlərini müxtəlif qəzet və jurnal səhifələrində oxumuşam. Hər dəfə sevin...
ANL
FİLOLOQLARA MÜJDƏ! Görkəmli folklorşünas alim M.Təhmasibin "Seçilmiş əsərləri" Bakı Slavyan Universitetində çap olundu. Artıq bir ilə yaxın müddətdir ki, Bakı Slavyan Universitetinin Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzində folklorşünas alim, pedaqoq, professor Məmmədhüseyn Təhmasibin elmi-tədqiqat işləri, eləcə...
ANL
Ədəbi cəsarət. Ədəbi tənqid real ədəbi fakta fərdin münasibətindən daha çox, obyektiv aləmlə onun bədii təfəkkürdəki inikasının sosial mahiyyətini araşdırdığından, ictimai fikrə və gerçəkliyə ədəbiyyatın özündən daha yaxın olur. Buna görə də ədəbi proses ictimai-tarixi münasibətlər kontekstində müxtəlif "izmlər" altınd...
ANL
"Azərbaycan teatrı" veb-portalı hazırlandı. "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər, alternativlər" adlı Bakı Beynəlxalq Teatr Konfransının çərçivəsində keçirilmiş plenar iclasın bağlanışı oldu. Milli.Az portalı xəbər verir ki, iclasın sonunda "Azərbaycan teatrı" veb-portalı təqdim edildi. Azərbaycanı...
ANL
Tədbir pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə həsr olunub. Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) 2010-cu ilin noyabrın 9-11-də Bakıda Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və BMT-nin Narkotiklər və Cinayət İdarəsi ilə birgə "Pulların yuyulmasına və terror...
ANL
MƏDƏNİYYƏTLƏRİN VƏ DİLLƏRİN DİALOQU. Forum MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Rusiyanın Moskva Dövlət Linqvistik Universiteti (MDLU) və Bakı Slavyan Universiteti (BSU) tərəfindən təşkil olunmuşdur. Müstəqil Dövlətlər Birliyinin 20-illik yubileyinə və MDB-ölkələrinin dil və mədəniyyətlər üzrə B...
ANL
Ekspertlər onu yüksək qiymətləndirir. Ötən ay Bakıda daha bir beynəlxalq tədbirə imza atıldı. Paytaxtımızda beynəlxalq münasibətlər üzrə ixtisaslaşan ekspertlərin Bakı simpoziumu keçirildi. Onu da qeyd edək ki, sözügedən tədbirlə bağlı yerli siyasi ekspertlər məlumatsız olsalar da bu toplantıda iştirak edən Qərb polito...
ANL
SƏNAYE MÜƏSSİSƏLƏRİNİN ATMOSFERƏ TƏSİRİ. Antropoloji faktorların neqativ təsiri nəticəsində, ətraf mühitin çirklənməsi istiləşməyə səbəb olmuşdur. Əsas təhlükə atmosferdə və digər texnogen qazların artmasıdır. Karbon qazının atmosferdə normadan çox artması "parnik effekti" ilə nəticələnə bilər. Bu Yerlə Kosmos arasında...
ANL
Axım xüsusiyyətlərinə görə Azərbaycan Respublikasında çaylar üç qrupa bölünür: 1) daimi axan çaylar;. 3) müvəqqəti axan çaylar - axımı yalnız şiddətli yağıntılar zamanı olur. Bu qruplar arasında fərq yaradan əsas amillərdən biri axına qarışan yeraltı suların miqdarıdır. Birinci qrup çaylara yeraltı sular daim axıb gəld...
ANL
İmzasını izlədiyim, məqalələrini maraqla oxuduğum bir müəllifin-İradə Tuncayın ədəbi hadisə doğuracaq ilk kitabı işıq üzü görüb-"Sarı odalar". Artıq bu kitabın Yazıçılar Birliyinin "Natəvan" klubunda təqdimatı da keçirilib. İstər o təqdimatdan əvvəl, istərsə də sonra mətbuat səhifələrində xeyli məqalə də çap edilib, hə...
ANL
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatına görə, XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olub. Azərbaycan meşə fondu torpaqlarının ümumi sahəsi 1,214 milyon hektardır. Bu gün ölkə dendro florasının tərkibində 70 regional endem növə təsadüf edilir. Amma dendrofloranın belə ...
ANL
Xəzərin vəziyyəti. Xəzərin ekoloji vəziyyəti son 30-50 il ərzində təbii və antropogen amillərin təsiri nəticəsində əhəmiyyətli dərəcədə dəyişmişdir. Xəzər dənizi qapalı su hövzəsi olduğundan tarixən yeni gəlmə növlərin axınına (invaziyasına) məruz qalmışdır. Son əsr ərzində Xəzərə 150-yə yaxın plankton və bentosa aid o...
ANL
Türkmənistan Mədəniyyəti Günləri başa çatdı. Azərbaycanda keçirilən Türkmənistan Mədəniyyəti Günləri başa çatdı. Mədəniyyət və incəsənət xadimlərindən ibarət 60 nəfərlik nümayəndə heyətinə Türkmənistan Milli Mədəniyyət Mərkəzinin baş direktoru xanim Tuvakbibi Durdiyeva rəhbərlik edirdi. Mədəniyyət günləri çərçivəsində ...
ANL
ZEMFİRA VERDİYEVA HAQQA QOVUŞDU. Azərbaycan filologiya elminə ağır itki üz verdi. Görkəmli alim filologiya elmləri doktoru, professor, EA-nın müxbir üzvü Zemfira Nadir qızı Verdiyeva vəfat etmişdi. Məhz qazandığı elmi nailiyyətlər dövlətimiz tərəfindən xüsusi mükafatlandırılmış və onu 1973-cü ildə Xarici Dillər İnstitu...
ANL
Bu haqda Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı məlumat verib. Kitab Yolruh Atalının "İnsanı var edən kitab" önsözüylə açılır. "Mövcudluq" əsəri insanın Ruhani varlıq olmasından danışır. Ata göstərir ki, İnsan özünü Ruhani varlıq kimi dəyərləndirməlidir, əgər bu yoxdursa, onda o, təbiətin verdiyi ilə yetərlənəcək...
ANL
ONLARIN DÜNƏNİ: TÜRKİYƏ və TÜRKİYƏLİLƏR-1. Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz DÜNƏNdən başlayıb. Dünənimizdə Kimlər və Haralar var. Bu Kimlər oralarda nələr yaşayırdılar? Görmədiyimiz o yerlər və o yerlərin insanları necəydi? Yeni nəsl üçün ibrətamiz və bir qədər də kədərli olan ...
ANL
XANIMIN BƏYİNİ TƏRİFLƏMƏKDƏN GÖZƏL DÜNYADA NƏ VAR... Adətən biz öz doğmalarımız haqqında xüsusi ilə qadın söz adamları öz həyat yoldaşları, ailə üzvləri ilə bağlı hər hansı bir yazını qələmə alanda müəyyən mentalları nəzərə alır. Amma şükürlər olsun ki, son vaxtlar həmin o mental sıxıntılar nisbətən aradan qalxır. Necə...
ANL