text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
(əvvəli ötən şənbə saylarımızda). Belə adamlar vicdanlı, düz danışan etibarlıdır. Onlara inanmaq olar. Proqressiv dünyagörüşü var, hörmət qazanmağa, dost-tanışlar arasında inam və etibarı qorumağa çalışır, onlara hər şeydə kömək etmək istəyir. Belə adamlar sanki ətrafda optimizm yayır, ona tapşırılan işi, vəzifəni doğr...
ANL
Hidayət Orucov: "Tarix boyu Azərbaycanda milli-dini zəmində heç bir qarşıdurma olmayıb". Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Vətəndaş cəmiyyəti quruculuğunda konfessiyalararası harmoniya: dialoq və dinc yanaşı yaşamaq" mövzusunda dəyirmi masa k...
ANL
Türkiyə Cümhuriyyəti Liberal Partiyasının Başqanı BESİM TİBUK. Çox hörmətli baş redaktorumuz İradə xanım Tuncayın yazı manerasında və redaktorluq fəaliyyətində maarifçilik deyilən ab-havanın üstün bir cəhət olduğu çap etdirdiyi yazılarda və qəzetin əsas istiqamətində açıq-aydın görünməkdədi. Və indiki məqamda təbii ki,...
ANL
Elçin Hüseynbəylinin "Şah Abbas" romanı haqqında debat rəy. Oxuduğum hər bir tarixi bədii əsərdə ilk axtardığım xüsusiyyət müəllifin tarixi faktlara münasibətidir. Çox təsadüf olunur ki, yazıçı tarixi faktları təhrif edir, öz təxəyyülündə yaratdığı hadisələrə uyğunlaşdırır. Necə ki, Nizami Gəncəvi Makedoniyalı İskəndər...
ANL
Bir sıra başqa oxucular kimi mən də hər hansı bir əsəri oxuyarkən oradakı hadisələrin təfərrüatından çox müəllifin şəxsiyyəti, yaradıcılıq aləmi, təfəkkürü, mənəvi keyfiyyətləri barədə düşünürəm. Müəllif təvazökarlıq edərək nə qədər çalışsa belə yaratdığı obrazların arxasında öz daxili aləmini biruzə verməsin, əksinə ö...
ANL
Xocalı olayları dünya mətbuatında. Sovet ordusunun yaranma günü tarixə düşən fevral bizim üçün uzun illər bayram ayı kimi anılsa da artıq 20 ildir biz belə bir gün tanımırıq. Amma feral ayı bizim üçün yənə də tarixi bir günün yaşandığı təqvim olaraq qalır. Çünki tayfa statusunu hələ də özündə saxlamaqda olan və ərazimi...
ANL
TƏNHALIQDA OLAN YAZIÇI... İnsan xarakterləri haqqında çoxlu sayda elmi əsərlər, araşdırmalar, rəylər mövcuddur. Amma mən deyərdim ki, bunların sayı və sanbalı nə qədər olursa-olsun, insanın bütövlükdə kəşf olunması, öyrənilməsi üçün kifayət deyil. Çünki ətrafımız insanlarla dolu olsa belə, biz yalnız gördüyümüz qədər o...
ANL
(Əvvəli ötən saylarımızda). Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi ə...
ANL
Adlandırılmayan faciə. Xocavənd rayonu haqqında yazımı tamam ayrı ovqatda, ayrı istiqamətdə başlamaq istəyirdim. Bütövlükdə köçkün həyatı yaşamalarına baxmayaraq, mənəviyyatca çox azad və zəngin olan bu kiçik rayonun təmkinli sakinləri ilə görüşlərimdəki söhbətlərdən, hətta bəzilərinin birbaşa mənə də dəxli olmasından ...
ANL
Və yaxud maraqlı kitab həcmlə ölçülmür. Bəzən ən qalın kitabda maraqlı bircə cümlə belə tapmaq olmur. Oxucunun diqqətini özünə cəlb edən, maraqla oxunan o qədər kiçik həcmli kitablar var ki... Həmkarımız Pünhan Şükürün əl boyda, lakin maraqla oxunan kitabı haqqında yazmaq istəyirəm. Uzun müddətdi "Azərbaycan" nəşriyyat...
ANL
Cəmil Quliyev: "Mədəniyyətimizin təbliğində öz zəhmətimi, əməyimi əsirgəməyəcəyəm". "Çalışacağıq ki, "Mədəniyyət" kanalının verilişləri rəngarəng, zəngin olsun. Milli mədəniyyətimizin təbliğində, inkişafında mühüm rol oynasın". Bunu Lent.az-a açıqlamasında "Mədəniyyət" kanalının baş direktoru Cəmil Quliyev deyib. O, il...
ANL
TOFİQ ABDİNİ TANIMAĞIN SEVİNCİ VƏ QÜRURU. Qıvraq, həmişə gənc görünməyi bacaran, səmimi, mehriban, əsl vətənpərvər azərbaycanlı və əlbəttə ki, dəyərli şair, qiymətli publisist... Bütün bu keyfiyyətlər bir şəxsdə - mənim son aylarda tanıdığım, qısa təmaslarla az-çox bələd ola bildiyim Tofiq Abdində bir araya toplanıb. D...
ANL
QARABAĞ HƏSRƏTİ. "Qarabağsız şeirlər" - istedadlı şairə Mahirə Abdullanın yeni şeirlər kitabının adı öncə mənə qəribə və təəccüblü göründü. Düşündüm: məgər Qarabağsız şeir necə yazıla bilər? Qarabağ dərdlərimizin zirvəsi deyilmi? Ancaq kitabdakı şeirləri sətir-sətir oxuduqdan sonra hər şey bütün çılpaqlığı və görüntülə...
ANL
NİDAYİ MİLLƏT YAXUD AMALI-VƏTƏNPƏRVƏRANƏ. Bir dəm arayın halımıza rahi-əlaci! Sönmüş vətənin sərsəri-cəhl ilə siraci, Vicdanları təlx etdi qəmin, məsləh əcaci, Milliyyəti yad eyləyin, ey milləti-naci! Pək təhlükəli xəstədir islam məzaci! Yaran, yığılaq bircə quraq məclisi-matəm, Öz halımıza eyləyəlim növhə dəmadəm. İsl...
ANL
Çıxıb çadırlardan. Görüşməsək yaxşıdı, Yüz araq, Bir siqaret ovundurursa. Qürbət yerin işıqları, Şüşə sınığına oxşayır. Qocalığın üzünə. Keçən günlər, Keçən günlər- Ortasına daş atılmış. Başımda, Gözlərimi yummağa qoymayan. Dənizin dibində. Yosunların arasında, Batmış balıqçının əlləri. Kompas əqrəbləri kimi. Tufanlı d...
ANL
Nazirliyin rəsmi saytında yerləşdirilən xəbərə görə, nazir Misir Mərdanov təhsil orqanları və müəssisələrində neqativ halların, qanun pozuntularının, korrupsiyaya şərait yaradan faktların aşkar edilməsi, nöqsanlara yol vermiş məsul şəxslər barədə intizam tənbehinin tətbiqi sahəsində müntəzəm iş aparıldığını nəzərə çatd...
ANL
ABŞ Ermənistanla bağlı nə düşünür? Politoloqlar optimist qənaətdədirlər. Ötən həftə Münhendə təhlükəsizlik üzrə 47-ci beynəlxalq konfrans çərçivəsində Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, eləcə də Ermənistan prezidenti Serj Sarkisyanla görüşdü. Dağlıq Qar...
ANL
(Əvvəli ötən saylarımızda). Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi ə...
ANL
Yazıçılar Birliyində İnam Ataya həsr olunmuş tədbir keçirilib. Tədbirdə Mütləqə İnam Ocağının övladlarıyla yanaşı, Ocaq dostları, Azərbaycan aydınları iştirak ediblər. Toplantını Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı açaraq 50 ildir Azərbaycan ictimai mühitində İnam Ata obrazının ədəbi, fəlsəfi, milli, mənəvi, i...
ANL
Azərbaycan mətbuatının 135 illiyi ilə əlaqədar olaraq ölkədə bir-birindən rəngarəng və çoxsaylı tədbirlər keçirildi. Düşünmək olardı ki, bu tədbirlər mətbuatın yubileyi qeyd edildikdən sonra yəqin ki, dayandırılar və yaxud da unudular. Amma görülən işlər, davam etdirilən silsilə tədbirlər bizim yanıldığımızı sübut etdi...
ANL
MİL DÜZÜNÜN PARLAYAN ULDUZU. Məşhur inqilabçının adını kölgədə qoyan "ağ qızıl" şahzadəsi. Hər necə olur-olsun inkişafın, tərəqqinin özünəməxsus nəticələri yaranır. Bunu bugünki Beyləqan şəhərinin timsalında, bütövlükdə elə rayonun özünə də şamil etmək mümkündür. Bütün məsələlər bir yana, indilərdə tək bir fakt bu məna...
ANL
"KİMDƏNSƏ ÖYRƏNMƏK OLAR, AMMA KİMİSƏ YAMSILAMAQ OLMAZ". Gənc gitaraçı Mahmud İsmayıloğlu belə deyir. Bir dəfə gitarada gözəl bir musiqi eşitdim. Musiqi o qədər ürəyə yatımlı və yaddaqalan idi ki, uzun müddət onun təsirindən ayrıla bilmədim. Çünki gitaraçı "Təbrizim" mahnısını elə səsləndirirdi ki, sanki gitara çalınmır...
ANL
Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin açılması haqqında danışan əksər ekspertlər nədənsə məsələnin mahiyyətini anlamağa varmır, bu münasibətlərin nədən korlanması haqqında danışmır, həmin səbəblərin aradan qaldırılması üçün obyektiv təkliflər irəli sürmür. Heç beynəlxalq statuslu diplomatl...
ANL
Mətbuat Şurasında görkəmli alimin yubileyi ilə bağlı mərasim keçirilib. Dünən Azərbaycan Mətbuat Şurasında Bakı Slavyan Universitetinin rektoru, MŞ İdarə Heyətinin üzvü, professor Kamal Abdullanın 60 illik yubileyi münasibətilə mərasim keçirilib. Tədbirdə Şuranın İdarə Heyətinin üzvləri, ölkənin tanınmış, ictimai fikrə...
ANL
Ordumuz öz sözünü deməyə hazırdır. Qarabağdakı təcavüzkar ordunu da Avropadan qovulan ermənilərin taleyi gözləyir. Azərbaycan iqtisadiyyatının hər il artan sürətlə inkişafı bütün sahələrdə müsbət nəticələrini verir. Dövlətin respublika əhalisinə göstərdiyi diqqət və qayğı ölkənin milli maraqları ilə bağlı problemlərin ...
ANL
(Əvvəli ötən saylarımızda). Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi ə...
ANL
Bunu Qorxmaz Əlilicanzadə sənədlərlə sübut edir. İş günü yenicə başlamışdı. Qəzetimizin təsisçisi, millət vəkili Aqil Abbasla birlikdə iş otağıma tanınmış bir sənət adamı daxil oldu. Doğrudur, biz onunla əvvəlcə şərtləşmişdik. Mərhum müğənni Rüfət Mehdiyev mənim sözlərimə yazılmış mahnını lentə köçürürdü. Səsyazma stud...
ANL
Azərbaycanın cənubunda yerləşən və özünə məxsus təbii iqlim şəraiti olan rayonlarımızdan biri də Cəlilabaddır. Ərazisində çoxsaylı tarixi-arxeoloji abidələr-Eneolit və Tunc dövrlərinə məxsus yaşayış məskənləri, çox qədim tarixi olan Muğan və Bəcirəvan şəhərlərinin qalıqları yerləşir. Cəlilabad rayonunun xeyli ərazisi İ...
ANL
Milli.Az xəbər portalı "Xoş gəlmişik" adlı rubrikasının növbəti qonağını təqdim edir. Bu, şou-biznesdə yüksək intelektual səviyyəsi, musiqi savadı və məlahətli səsi ilə fərqlənən, Bakı Musiqi Akademiyasında baş müəllim vəzifəsində çalışan Lalə Məmmədovadır. Evində qonaq olduğumuz zaman qonaqpərvərlik və səmimilik nümay...
ANL
Hamılıqla korrupsiyaya qarşı mübarizə. Ölkədə korrupsiya hallarının olduğu barədə dövlət rəsmiləri dəfələrlə öz mövqelərini açıqlayıb və bununla bağlı yaradılan qurum da ona qarşı mübarizənin əsas olduğunu göstərir. Son günlər isə bu məsələnin üzərinə ən yüksək səviyyədə gedildiyi açıq-aşkar görünür. Normativ baza vətə...
ANL
Xocavəndlilər də dərdlərinin yubileyini keçirtdi. Əməlli-başlı qar yağırdı. Amma göy üzü qopmadı, sadəcə buludlar öz bildikləri kimi için-için, həzin-həzin ağladılar. Onların göz yaşı bizim üstümüzə ələndi. Bizim göz yaşımız isə Şəhidlər Xiyabanına... Dünən artıq əbədi ziyarətgahımıza çevrilmiş Şəhidlər Xiyabanının yux...
ANL
"YENİ ADDIMLAR ŞƏFFAFLIĞIN TƏMİN EDİLMƏSİNƏ XİDMƏT GÖSTƏRƏCƏK". Bu fikri bizimlə söhbətində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik-leytenant Vaqif Əsədov xüsusilə vurğuladı. Bu gün Bakı şəhərində milyona yaxın müxtəlif nəqliyyat vasitəsi var. Təbii ki, nəqliyyat vasitə...
ANL
Baş katibə məktub ünvanlandı. Azərbaycanın BMT-də daimi nümayəndəsi Aqşin Mehdiyev Ermənistan prezidenti Serj Sərkisyanın açıqlamaları və atəşkəs rejiminin Ermənistan Silahlı Qüvvələri tərəfindən davamlı pozulması ilə bağlı qurumun Baş Katibi və Təhlükəsizlik Şurasına məktub ünvanlayıb. Bu barədə APA-nın Vaşinqton müxb...
ANL
"İndi deyəcəklər ki, Yunis Hüseynov Kristian Ronaldonu bəyənmədi". Yəqin ki, Yunis Hüseynov haqqında artıq təqdimat yazmağa ehtiyac yoxdur. Amma futboldan kənar olsa da, futbolsuz qalmayıb. Dediyinə görə, tez-tez "Neftçi"nin köhnə bazasında dostlarla, veteran həmkarlarıyla görüşür, gənclik illərini yada salıb "qurdları...
ANL
(Əvvəli ötən saylarımızda). Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi ə...
ANL
Türk Xalqlarının Vətəndaş Cəmiyyəti Forumu təsis olundu. Bakıda 5 qeyri-hökumət təşkilatı Türk Xalqlarının Vətəndaş Cəmiyyəti Forumunu (TXVCF) təsis edib. APA-nın məlumatına görə, təsisçilər "Demokratik Azərbaycan Naminə", "Demokratik İslahatçı Gənclər", "Sağlam İnkişaf və Maarifləndirmə", "Yeni Həyat" Humanitar və Sos...
ANL
Nahid Hacızadənin 75 illiyi münasibətilə. Dağlardan süzülən bulaq kimisən. Tikanlar yolunda bitməyib sənin. Yoluna qəlbinin işığı düşüb, Enişdə, yoxuşda büdrəməmisən. Zamanın amansız gərdişlərində. Sən heç vaxt simanı dəyişməmisən. Sonu gözəl bitən nağıllar kimi. Qələmin heç pisə köklənməyibdir. Sevgin, məhəbbətin tükə...
ANL
Qüdrət Həsənquliyev: "İranda rejimin devrilməsi böyük aşınmalarla müşayiət olunacaq". Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi. Bu proses çərçivəsində bir sıra qurumlarda nöqsanlara yol verən şəxslərin işdən azad olunması, hüquq-mühafizə orqanlarına...
ANL
Gələcəyə nə qədər ümidli olsaq da, nikbinliyimizi necə təmkinlə qoruya bilsək də, söhbət növbəsi düşmənlərimizin işğal etdiyi rayonlardan düşərkən xəyal bizi haralara aparmır... Onda qala bu söhbət hələ bir o gözəl, ürəyimizin bir parçası doğma Laçından düşə. Xiffət kövrəldib, kövrəldib uzaqlıq gətirər həmişə. Bunları ...
ANL
İNSAN KİMİ. Unudulmaz müəllimlərimiz, Qabaqcıl maarif xadimləri Şamil Vəkilov və Fatma xanım Aslanovanın işıqlı xatirəsinə. Dünya düşünən insanların dayaq nöqtəsi kimi bir şeydir... İnsan imkanları ilə arzularının sərhədində yaşayır. Adəti üzrə səhər erkən evdən çıxıb asta addımlarla qəsəbənin hələ hay-küy düşməmiş sak...
ANL
(əvvəli ötən şənbə saylarımızda). Rəqəmlər gündəlik həyatımızda. Adamlar inanır ki, onların həyatında həm yaxşı, həm də pis günlər olur. Şübhəsiz, onlar pis günün təsirindən qaçmaq üçün günləri necə seçmək lazım olduğunu bilmək istərdilər. Numerologiyada hər günün doğum tarixi rəqəmi və ad rəqəmi olduğu kimi, özünə xas...
ANL
GUAM-ın perspektivinə inam böyükdür. Avropa İttifaqı ölkələri rəhbərlərinin Strasburqda 1997-ci ildə keçirilən sammiti gedişində yaradılan GUAM ilk olaraq Rusiyanı narahat etməyə başlamışdı. Çünki yeni yaradılan belə bir qrumun iqtisadi maraqları ilə yanaşı siyasi perspektivi istiqamətində əməli addımların atılması nar...
ANL
Azərbaycan səfirliyi mətbuat konfransı keçirdi. Azərbaycanın İordaniyadakı səfirliyində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş mətbuat konfransı keçirilib. Səfirlikdən APA-ya verilən xəbərə görə, İordaniyanın 20-yə yaxın kütləvi informasiya vasitələrinin, o cümlədən televiziya nümayəndələrinin iştirak etdiyi t...
ANL
HƏYATIN DİBİNDƏN ÇIXAN MİLYONÇU. Bəşəriyyət yaradıldığı gündən mübarizədədir. Öncə həyatda mövcud olmaq üçün təbiətlə mübarizəyə başlayan insanlar bunun yolunu tədricən öyrəndilər. Bundan sonra anladılar ki, yaşamaq üçün lazım olan vasitələr, imkanlar çox olduqca, onlar daha yaxşı, daha rahat, daha fərqli ömür sürə bil...
ANL
(Əvvəli ötən saylarımızda). Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi ə...
ANL
GƏNCLİYƏ MƏHƏBBƏTLƏ. Kimdən küsdü cavanlığım? Şərəfli həyatının bahar təravətli gənclik illərini, ən gözəl zamanlarını Azərbaycanın milli mədəniyyətinin, maarifçiliyinin tərəqqisinə, inkişafına həsr etmiş professor Əkrəm Cəfər 20-30-cu illərin sənət aləminə lirik, romantik ovqatlı şeirlər müəllifi kimi qədəm qoymuş, dö...
ANL
GƏNCLİYƏ PƏRƏSTİŞ. Bircə bilsəydim gəncliyin. hansı dənizə axıb getdiyini, Məni belə həsrət içində buraxıb getdiyini. Hara gedirdinsə, məni də aparaydın ora! Mən ürəyimlə qul olardım sənə. deyərdim nə əmr etsəydin mənə. Bizə lazım deyil qızıl tac. Bizə lazım deyil qızıl qolbaq. Tüpürərdik dünyanın bütün sərvətlərinə, m...
ANL
İradə İbrahimova: "Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya müsahibəsi. - Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi bu günədək nazirliyə şəhərdəki qəzalı ağaclara rəy bildir...
ANL
Mənsum İbrahimovun dördüncü albomu işıq üzü gördü. Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimovun yeni albomu işıq üzü görüb. Albom barədə Lent-az-a danışan Mənsum İbrahimovun sözlərinə görə, albom bu gündən etibarən satışa çıxacaq: "Albomda mənim ifamda sevilən 10 mahnı, eləcə də "Qarabağ ş...
ANL
II Respublika muğam müsabiqəsi start götürdü. Fevralın 21-də Kamera və orqan musiqisi zalında Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm, Təhsil nazirlikləri və Milli Konservatoriyanın təşkilatçılığı ilə keçirilən II Respublika muğam müsabiqəsinin açılış mərasimi olub. Lent.az-ın məlumatına görə, mərasimdə mədəniyyət və...
ANL
Milli ruhun yüksəldilməsində teatrların rolu danılmazdır. Milli Məclisin dünən keçirilən iclasında çıxış edən millət vəkili, Elmira Axundova isə teatrlardan danışıb. O qeyd edib ki, hər bir xalqın mədəniyyətinin inkişafında və yaşadılmasında teatrların rolu danılmazdır: "Müasir dünyamızda teatrların inkişaf səviyyəsi x...
ANL
Mətbuat Şurasında görüş keçirildi. Azərbaycan Mətbuat Şurasında ölkəmizdə səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun direktoru Alison Betel Mckenzi və qurumun mətbuat, kommunikasiya məsələləri üzrə meneceri Antoni Milzlə görüş keçirilib. MŞ-dən APA-ya verilən məlumata görə, tədbirdə MŞ İdarə Heyətinin üzvləri ilə yan...
ANL
Onda da belə olmuşdu. Dostum Vahid Əlifoğlunun ölüm xəbərini də belə sübh çağı, bu lənət olmuş telefon mənə çatdırmışdı. İndi də səsindən hiss elədim ki, qara xəbər gətirib mənə. O mənim üçün daha çox qardaş idi, dost idi. Çünki aramızda yaş fərqi çox az olduğundan uşaqlığımız bir keçmişdi. Tələbəliyimiz də bir keçdi. ...
ANL
Səfir Hulusi Kılıc: "Xocalı qətliamı dünyada törədilmiş ən dəhşətli faciələrdən biridir". Türkiyənin Azərbaycandakı səfirliyində TRT telekanalının Bakı təmsilçiliyinin Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar çəkdiyi "Duyun artıq" sənədli filminin təqdimatı keçirilib. APA-nın məlumatına görə, filmin quruluşçu reji...
ANL
"Qarabağ Birlik Məclisi": təşkilati strukturu və proqramı. (Əvvəli ötən saylarımızda). Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilm...
ANL
İndi Qarabağ problemi ilə bağlı müzakirələrdə daha çox müharibə variantı haqqında danışılır. Astana Sammitinin nəticəsiz başa çatması həqiqətən də Minsk qrupunun himayəsi altında aparılan sülh danışıqlarının mənasızlığını bir daha təsdiqlədi. Status-kvonu saxlamaqda maraqlı olan Yerevan həmin sammitdən razı qalsa da Ba...
ANL
Bunu o vaxtlar, millətin ac-yalavac vaxtında, özünün yeməyə çörək, keçisinin ot tapmadığı vaxtda ac olsa da kefindən qalmayan ağsaqqalımız yazın gəlişi ilə qışdan acıq çıxmaq üçün demişdi. İndi bu problemlər yoxdur. Əslində indi heç ağsaqqal-ağbirçək də yoxdur, hamı rənglənib gəzir. Daha folklor nümunələri də yaratmırl...
ANL
"Qarabağ Birlik Məclisi": təşkilati strukturu və proqramı. (Əvvəli ötən saylarımızda). Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilm...
ANL
Yaxşı adam - İlyas Bədəlov haqqında. Bu yazı insanı, sözü və daşı qiymətləndirməyi bacaran dostumuzun doğum gününə həsr olunur. Bilmirəm bu qaydanı kim tətbiq edib... Həyatımızda, taleyimizdə rolu olan insanlar, ürəyimizdə yer ayırdığımız dostlar barədə ancaq doğum günləri, yubiley mərasimi keçirilən anlarda yazı yazır...
ANL
Erməni terrorist təşkilatlarının təşkil edib törətdikləri Sumqayıt terroru ermənilərin özlərinin özlərini soyqırıma düçar etdikləri tarixi hadisə idi. Erməni terrorist təşkilatlarının törətdikləri Sumqayıt terroru Sumqayıt hadisələri kimi yanlış adla tarixə düşüb. Erməni terroristlərinin törətdikləri Sumqayıt soyqırımı...
ANL
Bu günlərdə yeni bir kitab işıq üzü görüb. Amma ənənəvi kitablardan fərqli olaraq o, hansısa şairin, yazarın əsəri olaraq ortaya qoyulmayıb. "Zərif imzalar" adlanan bu kitabda adından da göründüyü kimi imzası ilə tanınan xanımlarımızla bağlı qısa məlumatlar yer alıb. Azərbaycan və İngilis dilində nəşr olunan "Zərif xan...
ANL
Bu gün bütün dünyada, o cümlədən də Azərbaycanda hər kəsin diqqətini çəkən problemlərdən biri də "Ağ ölüm" adlandırılan narkomaniyadı. Həmin məsələnin İsmayıllı rayonunda hansı səviyyədə olduğunu öyrənmək üçün RİN başçısının müavini, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə komissi...
ANL
Markos Peres: "Xocalı yer üzündən hər hansı təbii fəlakət nəticəsində deyil, məhz insan əli ilə silinib". Mexiko şəhərində Xatirə və Dözümlük Müzeyində Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində "Bir daha soyqırıma yol verilməsin!" mövzusunda konfrans keçirilib...
ANL
Azərbaycan Türkiyədəki səfirliyi tərəfindən Xocalı Soyqırımının 19-cu ildönümü münasibətilə təşkil olunmuş silsilə xatirə tədbirləri çərçivəsində Ankara Şəhərinin Etimesgut bələdiyyəsi ilə birlikdə anma gecəsi keçirilib. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə professor Cəmil Həsənli, Xoca...
ANL
"Qarabağ Birlik Məclisi": təşkilati strukturu və proqramı. (Əvvəli ötən saylarımızda). Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilm...
ANL
Gizli şəkildə aparılan çəkilişlərin xarici ölkələrdə nümayiş etdirilib dünya ictimaiyyətinə çatdırılmasına qədər hər şey dönə-dönə ölçülüb-biçilmişdi. Məşqlər keçən, hazırlıq səviyyələri yoxlanılan terroristlərə teraktı törətdikdən sonra ələ keçmədən aradan çıxmaq tapşırıqları verilmişdi. HADİSƏLƏRİN BAŞLANMASI. Hadisə...
ANL
(Əvvəli ötən saylarımızda). Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi ə...
ANL
Ölkə mətbuatından imzası oxuculara tanış olan Mübariz Əliyev Ağcabədi rayonunun Qaradolaq kəndində doğulub. Bakı Dövlət Universitetini bitirir və bu gün də doğulduğu rayonda yaşayıb-yaradıb. Mübarizin bu günlərdə işıq üzü görən kitabının adı "Mübariz dastanı" adlanır. Çünki bu dastanda söhbət Azərbaycanın Milli qəhrəma...
ANL
Onda o, Azərbaycan Televiziyasının müxbiri kimi nakam şairimiz Mikayıl Müşfiqi anmaq, "Xəbərlər" proqramına süjet hazırlamaq üçün Xızıya gəlmişdi. Söhbətimiz əsnasında məlum oldu ki, oğluna Müşfiq adı verib. Məhz buna görə mən ona hörmət bəsləməyə başladım. Hər dəfə onunla təmasda olanda, mütləq adaşımı xəbər alıram. A...
ANL
Mənə elə gəlir ki, Ömər Xəyyam imzasını tanımayan, onun rübailərindən xəbərdar olmayan tək-tək adamla qarşılaşmaq və yaxud da mövcudluğuna rast gəlmək mümkündür. Çünki Ömər Xəyyam şərq aləmində özünün orijinal və hikmət dolu rübailəri ilə həmişə gündəmdə olmuş, hətta onun bir çox rübailəri zərb məsələlərə, hikmətli söz...
ANL
ƏNƏNƏDƏN MODERN ŞEİRƏ. (BALAYAR SADİQİN "Allahın unutduğu adam" şeirlər kitabı haqqında). Azərbaycan poeziyasında modernizm nə vaxt meydana çıxıb, onun ilk banisi kimdir? Bu suala cavab verməmişdən öncə belə bir həqiqəti nəzərə çarpdıraq ki, sovet dövrü ədəbiyyatında modernizm burjua ideologiyasının təzahürü sayılmışdı...
ANL
Evdə bikef olur yoldaşım hərdən, bir soyuqluq qopur qana, iliyə. - Dünən qonşuluqda səni istəyən. Sən o söz-söhbətə öyrəş arabir, yağışa, küləyə öyrəşdiyintək. Göydən dolu töksə, mat qalma buna, qoy gülər gözlərin batmasın yasa. Bir dəgməndən ötrü xiffət hədərdir, əksinə, sevin. Deyirlər, kamala yetdikcə insane. Niyə k...
ANL
İNSAN KİMİ. Osman kişinin əsəbdən səsi titrədi: - Cangüdənlər Fatı arvada tərəf cumanda camaat onların qabağını kəsdi. Dazbaş tez maşına minib aradan çıxdı. Ertəsi gün yığışıb icra hakimiyyətinə getdik. Şikayətimizə məhəl qoymadılar. Hava qaralanda dazbaşın adamları yenə gəlib, yük maşınlarını, buldozeri, kranı bağçanı...
ANL
(əvvəli ötən şənbə saylarımızda). Pifaqor öz rəqəmli cədvəllərində insan təbiətinin bir çox cəhətlərini göstərmişdir. İnsanın mahiyyəti onun anadan olduğu ilin, günün, ayın tarixi ilə bağlıdır. Amma anadan olanda təbiətin bizə bəxş etdiyi qabiliyyətləri həyata keçirmək həm özümüzdən, həm də düşdüyümüz mühitdən asılıdır...
ANL
(Əvvəli ötən saylarımızdı). Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi ə...
ANL
İŞIQ VƏ GÖZƏLLİK ŞAİRİ. Mənim həyatımın nə mənası var, Sizin üzünüzdə gülüş olmasa. Babamın yadigar bir misrası var: Səngər nəyə gərək döyüş olmasa. Həyatın əzəli qanunu budur. Hər torpaq dünyada məmləkət olmur, Parça var-yaşayır bayraq olanda. Çətindir keçilən ömür yolları, Yaşamaq özü də istəyir hünər. Məni bayraq ki...
ANL
Dünən meyxanədə mən bir qoacadan, Soruşdum ki, gedib bu qədər insan, Onlardan xəbər ver. Gedənlər qayıtmaz bir də heç zaman. Əfsus gəncliyimin dövranı getdi, Ömrümün son bahar zamanı getdi, Gənclik dedikləri o quş bilmirəm, Nə zaman tərk edib bu canı getdi. Əkmə qəm ağacı qəlbində bir an, Şadlıq kitabını oxu hər zaman....
ANL
Bu xəlvət pərdəsini açan zaman əlbəəl Söz oldu bu cahanda cilvələnən ilk gözəl. NİZAMİ GƏNCƏVİ. Uzaq dağlıq rayonun buz nəfəsli ucqar kəndindən paytaxtın qaynarına düşən ucaboy, şüvərək, gur saçlı, xoş sifətli bu oğlan heç cür ağlına sığışdıra bilmirdi ki, elə bir gün gələcək, ustad Rəsul Rza ona deyəcək: "Nahid, sənin...
ANL
QARLI AXŞAMIN İZLƏRİ. Vətənin ağır günündə o başqalarından fərqli olaraq içində rahatlıq tapa bilmirdi. Bir onu bilirdi ki, silaha sarılmalıdı və dostlarını da Qarabağ torpağı uğrunda mübarizəyə səsləməli idi. Onda heç də hər adam müharibənin dəhşətlərindən və fəlakətlərindən baş aça bilmirdi. Yəni baş aça bilmirdi ki,...
ANL
Canlı əfsanə "Ədalət"in qonağı oldu. Adətən hansısa titulu idmançı haqda danışanda belə bir ifadə işlədirlər ki, titullarını saymaqla bitməz. Sözsüz ki, mübaliğəli fikirdir. Amma "Mübarizədən kənar"ın 8-ci qonağının titulları haqda nəsə demək üçün gərək yazının tən yarısını ona həsr edəsən... Belə demək mümkünsə, bu in...
ANL
"Qarabağ Birlik Məclisi": təşkilati strukturu və proqramı. (Əvvəli ötən saylarımızda). Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilm...
ANL
ŞƏXSİYYƏT ƏMANƏTİ. Oğluma deyərsən ki, atan da, babam da ermənilər döyüşdə mərdliklə vuruşaraq şəhid oldular. Qoy yavrum bu qurşunları üç yansın. Şəhidin alın yazısı. ən ön sıralarında. Bu ad həyat yolu dramatik əfsanəyə bənzəyən Rəsulun özünə də yaraşır: Rəsul Rza kişi şairdir! Dədəm hər səhər işə gedərkən anama pul v...
ANL
Xalqa həsr olunan ömür. Həyatda öz izi, öz yolu olan, heç kimə bənzəməyən insanlar çoxdur. Ədəbiyyatda da belədir. Bayağılıqdan uzaq, heç kəsi təkrar etməyən, özündən sonra ya bir məktəb, yada bir iz qoymağa çalışan şairlər, yazıçılar vardır. Nəriman Həsənzadə kimi. Şair, dramaturq, ictimai xadim. Ən əsası isə milyonla...
ANL
DAN YERİ QIZARIR, SULAR DURULUR, İSTİQLALIMIZIN FÜTHUATLARI. Xalqımızın haqq səsi, coşğun poeziyamızın ideya silahına çevrilməsi, milli duyğularımız, bütövlüyümüzün tərənnümü, müstəmləkəçilik əleyhinə mübarizə, meydan hərəkatının etirazı və coşğunluğu, milli şüurun coşub püskürməsi, lirikasının siyasi məzmununun qeyri-...
ANL
Arzular dünyası elə özünsən, Sənədir inamım, rəğbətim ancaq. Qalan nə ki, vardır ömür meyvəsi, Gözümdə-könlümdə oyun-oyuncaq, Sənədir inamım, rəğbətim ancaq. Sayəndə xoşbəxtəm, çiyinləri dağ, Çoxları göz qoyur addımlarıma. Haqqında sanballı bir şeir yazsam, Bəlkə də çataram arzu, kamına, Çoxları göz qoyur addımlarıma. ...
ANL
ŞƏKİ: KARVANSARAYLAR ŞƏHƏRİ. Təkcə bir fakta görə ki, Şəkinin yaşı da çox böyük rəqəmlə ifadə olunur. 2500 ilə yaxın yaşı olan Şəkinin Azərbaycanda ən qədim yaşayış mərkəzlərindən biri olmasının və şəhər kimi formalaşmasının səbəbləri də məlumdur. Artıq neçə illərdir ki, yenidən diqqətə gətirilən və ilkin dəyərlərinə e...
ANL
Əliqismət Lalayev: "Kollektivi sevmədən teatrda işləmək mümkün deyil". Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevin Milli.Az xəbər portalına müsahibəsi. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Nikolay Vasilyeviç Qoqolun "Evlənmə" əsəri ilə yen...
ANL
Nəsibə Zeynalovanın vəfatından 7 il ötür. Azərbaycan sənətsevərləri arasında "Qaynana" kimi sevilən, Milli Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə Zeynalovanın ölümündən bu gün 7 il keçir. Aktrisa üçü...
ANL
Qələminə və mövzularına sadiq yazıçı. Duyduğum odur ki, bu yazıçı həmişə qələminə və mövzularına sadiqliyi ilə seçilir. Hələ hərbi xidmətdə ikən Saratovdan Bakıya rəhmətlik yazıçı Əlfi Qasımova özünün bir hekayəsini göndərib. 1974-cü ilin yanvar ayında "Xatirə" adlı həmin hekayə yazıçı Əlfi Qasımovun "Uğur olsun, əsgər...
ANL
QAZ TƏCHİZATI YAXŞILAŞIB. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Şabran rayonunda da insanların həyat və yaşayışı, məişət şəraiti günbəgün yaxşılaşır. Məlum olduğu kimi, "Azəriqaz" İstehsalat Birliyinin sifarişi ilə rayonun qaz təchizatının yenidənqurulması planlaşdırılıb. Üç mərhəl...
ANL
"VURĞUNUN QOYDUĞU İZDƏN GƏLMİŞƏM". (Cığatel İsaqızının şeirləri haqqında). Haqqın aşiqiyəm, elin aşığı, Sazdan mayalanıb, sözdən gəlmişəm. od övladıyam, Ocaqda qovrulub, közdən gəlmişəm. Dolanıb, yaxından-uzaqdan keçib, Gör neçə şaxtadan, sazaqdan keçib, Oğuz ellərindən - Qazaxdan keçib, Vurğunun qoyduğu. izdən gəlmişə...
ANL
Bu nemətin yaşı, sirri bilinməz. Su... Onun əvəzedilməz həyat mənbəyi olması haqqında, onun dadı, qoxusu vəg qorxusu haqqında ulu Dədə Qorquddan, dahi Nizamidən, elə Antuan Sent de Ekzüperidən tutmuş müasir mütəfəkkirlərimizəcən xeyli hikmətli sözlər eşitmişik. Çaylara, göllərə, bulaqlara şeirlər qoşmuşuq, mahnılar bəs...
ANL
Meliorasiya və irriqasiya sistemlərinin istismarı və saxlanmasını təmin edir, cəmiyyət tərəfindən təsdiq edilmiş xərclər smetasına uyğun olaraq istismar və təmir-bərpa işlərini yerinə yetirir. Su istifadəçilərindən lazımi məlumatı alır, sudan istifadə pulunun planını tərtib edib razılaşdırmaq üçün baş idarəyə təqdim ed...
ANL
Sudan pullu istifadə. Su pulundan əldə olunmuş 25443 manat SİB-lər tərəfindən idarəyə tərtib edilmiş icra aktları əsasında ödənilmişdir. Yığılan vəsaitin 1027 manatı hidrotexniki qurğuların əsaslı təmirinə, 13138 manatı plana müvafiq olaraq çay məcralarının təmizlənməsinə sərf olunmuşdur. 1307 manat vəsait isə idarənin...
ANL
Yaman dil-dil ötürdük, Ortaya nə gətirdik? Qarabağ deyə-deyə. Ərənlərin hardadı? Eldən didərgin düşən. Yollar buz bağlayacaq, Dərd səni dağlayacaq. Hələ çox ağlayacaq. İnanıb gördünmü ki, Vəfasız çıxdı sənə. Əsirmi tutulmusan, Qolu bağlı qulmusan? BAĞIŞLA, QARABAĞ. Çağırdın, hayına gələ bilmədim, Axan göz yaşını silə b...
ANL
ÜRƏKLƏRDƏ QALAN İZ... İnsan dünyaya gələndə Allah-Təala ona öz payını verir. Bu pay istedad sayılır. Yəni istedadı olan adam müəyyən zaman kəsiyindən sonra o dəqiqə üzə çıxır. Amma gərək istedadı da itib-batmağa və məhv olmağa imkan verməyəsən... Burdakı uşaqlar ilk baxışdan adama elə gəlir ki, tay-tuşlarından fərqlənm...
ANL
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev özünü Allahın xoşbəxt bəndələrindən sayır. Salyanın sayılıb-seçilən ziyalısı Hümmət kişinin ocağında dünyaya gəlib. Tələbəlik və gənclik illərindən ölkədə istedadlı rejissor, aktyor kimi tanınmağa başla...
ANL
Şəkinin simvolları. Bütövlükdə götürəndə, biz əvvəllər Şəki haqqında, onun sosial-iqtisadi və mədəni həyatındakı dəyişikliklər barəsində müəyyən söhbətlər açmışıq. Qədim tarixə malik Şəkinin özünəməxsusluğu elə neçə müxtəlif yazının mövzusudur. Respublikanın ən böyük kənd rayonu kimi fərqlənən Şəkinin problemləri də ço...
ANL
Oturub ömrün içində. Çiçək şəkli çəkirəm. Yalan rəngləri götürüb, Gerçək şəkli çəkirəm. Kimsə bilməz nə çəkdirir, Mənə mən çəkdiklərim. Ölümlərə cücərirlər. Olmağa əkdiklərim. Dəryalar mənə çəkilir, Tufanlar məndən qopur. Başıma odlar ələnir. Şəkillənir qələmimdə. Bu şeirin müəllifi İbrahim İlyaslıdır, elə güman edirəm...
ANL
MÖHTƏŞƏM ƏDƏBİYYATIMIZIN YÜZ İLİ. Azərbaycan xalqı elə xoşbəxt xalqlardandır ki, ədəbiyyat tarixinin hər səhifəsi sənətkarlıqla qələmə alınmış, ali bəşəri hissləri tərənnüm edən poeziya nümunələri ilə zəngindir. Bu baxımdan XVII yüzil ədəbiyyatımız da istisna deyildir. XVII yüzildə yaşayıb-yaratmış şairlərimizin yaradı...
ANL