text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
DÜNƏNİNƏ BƏNZƏMƏYƏN MÜASİR YEVLAX. İLHAM ƏLİYEV: "YEVLAX BU GÜN AVROPANIN ƏN QABAQCIL ŞƏHƏRLƏRİNDƏN BİR ADDIM DA GERİ QALMIR". Rayonun elektrik enerjisi və təbii qazla təminatı məsələsi də qüvvədə olan problemlərdəndir. Qeyd olunan zaman kəsiyində əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi i...
ANL
(Böyük alimimiz Əkrəm Cəfərə həsr olunur). Atası tacir Hacı Səftər, anası Həcər xanım idi. Təbii ki, uşağa adı atası qoymalı idi və Şərqin bir çox müqəddəs yerlərini ziyarət edən Hacı Səftər oğlunu comərd və kəramətli görmək istəyirdi. Ona görə də ərəbcə bu sözlərin mənasını verən "Əkrəm" adını seçir. İllər keçəcək və ...
ANL
Qafqaz incisi. Ölkənin şimal-qərb bölgəsinin incisi sayılan Qax rayonunun son illərdə sürətli yüksəlişi diqqət mərkəzindədir. Respublikanın hər yerində olduğu kimi, burada da regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası uğurla həyata keçirilir. Bu rayon indi təkcə təbiət gözəllikləri ilə deyil, şəhərd...
ANL
Birinci katib Əhməd Qasımov fikir-xəyal dəryasına cummuşdu. Aranı dağa-dağı arana aparıb gətirirdi və son nöqtədə, tətəlşüzün lap alt qatında nəsə ağlabatan, ürəkaçan heç nə görmürdü. Hər şey dumanlı, bozbulanlıq idi. Başqa kəndlərdə kolxoz təşkil etməkdən ötrü qolçomaqların, tək təsərrüfatçıların, ömrünü-gününü mal-qa...
ANL
TALEYİNİ MÜHACİRƏTDƏ YAŞAYAN DAHİ. Başqa sahələri deyə bilmərəm, amma elmin, ədəbiyyatın, mətbuatın, ifaçılıq sənətinin inkişafına görə Rusiya 19-cu əsrdə möhtəşəm, təkrarsız nailiyyətlər əldə etdi. Həmin yüzilliyi Rusiyanın tarixində istedad, intellekt əsri adlandırsaq əminəm ki, səhv etmərik. Elə Dostoyevskinin, Puşk...
ANL
"Azərbaycanın dərdi bizim də dərdimizdi". Türkiyə səfirliyinin dini işlər üzrə müşaviri Sadıq Əraslan: "Qarabağın işğaldan azad ediləcəyi gün uzaqda deyil". "Türkiyə ilə Azərbaycan vahid bir bədən kimidi. Bu bədənin bir əzası ağrıyırsa hökmən digər əzalar da ağrını hiss edir. Ağdam, Şuşa, Kəlbəcər, Laçın, Füzuli, Xocal...
ANL
(əvvəli ötən saylarımızda). Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi ə...
ANL
(əvvəli ötən saylarımızda). ERMƏNİ TERROR TƏŞKİLATÇILARINDAN BİRİ OLAN QRİQORYAN. Erməni terroristlərinə hadisələri törədib ələ keçməmək üçün dərhal aradan çıxmaq tapşırığı verilmişdi. Lakin, nə qədər çalışsalar da, vaxtında qaçıb aradan çıxa bilməyən terroristlərdən biri ələ keçdi. Azərbacanlı hakim kimlərinsə təsiril...
ANL
Bu şəhər nəhəng bir cama bənzər. Biz Bakı-Qazax magistralından Qaraməryəm-İsmayıllı yoluna burularkən hava ilıq və günəşli idi. Heç 20 km. məsafə qət etməmişdik ki, sanki yaz ağzından əsl qış nağılına düşdük. Hər tərəf bəyaz örtükdə, üstəlik yenə qar başlamışdı. İndi gör bir az da yuxarılarda - Qalacıqda, Buynuzda, Bas...
ANL
Bumbuz şaxta, odlu Günəş, Yazla qışın davasıdır. Üzə dəyən sərin meh də, Gözəl yazın havasıdır! Torpaq insanın anası, hava isə laylasıdır. Biz Ana torpağın qoynunda dünyaya gəlirik, onun saf havasını uda-uda, canımıza, qanımıza, ruhumuza hopdura-hopdura pərvəriş tapırıq. Ana Torpağın təzələnməsi daha cilvəli, təravətli...
ANL
İnformasiya-Məsləhət Mərkəzi yaradıldı. Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) xaricdə yaşayan soydaşların Rusiyaya könüllü köçməsinə yardım üzrə Dövlət Proqramının izah olunmasına dair İnformasiya-Məsləhət Mərkəzi (İMM) açılıb. RİMM-dan APA-ya verilən məlumata görə, İMM-ın açılışı...
ANL
Kitab və kitabxanalar niyə yaranıb? Müasir dövrümüzdə elm və texnologiyanın artan inkişaf tempi müsbət dəyərləri ilə yanaşı, həm də mənfi çalarları ilə özünü göstərməkdədir. Bir çox sahələrdə müşahidə olunan bu narahatedici hal, müqabilimizdə böyük çatlar yaradıb. Danılmaz haldır ki, texnologiyanın cəmiyyətimizə gətird...
ANL
DAK Türkiyədə "Xocalı həftəsi" keçirdi. Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə Türkiyədə "Xocalı həftəsi" keçirilib. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DAK rəhbərliyi səfər çərçivəsində Ankarada Türkiyə Böyük Millət Məclisində (TBMM) siyasi partiyalarının təmsilçiləri ilə görüşüblər. ...
ANL
(əvvəli ötən saylarımızda). Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi ə...
ANL
Amaliya Pənahova: "Mən bir daha Akademik Milli Dram Teatrına qayıdan deyiləm". Azərbaycanın xalq artisti, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri Amaliya Pənahovanın APA-ya müsahibə verib. Amaliya Pənahova ilə söhbətimiz Bakı Bələdiyyə Teatrının yeni ünvanı olan "Dostluq" kinoteatrında baş tutdu. Son aylar ərzində bir n...
ANL
Kür-Araz ovalığının şərqində yerləşən, elə bu istiqamətdən də Xəzər dənizinin mavi suları ilə əhatə edilmiş Neftçala rayonu 1940-cı ildə təşkil edilmişdir. Rayon 1959-cu ildə ləğv edilərək ərazisi Salyan rayonu ilə birləşdirilmişdir. Ərazisi dəniz səviyyəsindən 22 metr aşağıda yerləşən Neftçala rayonunda neft, qaz, yod...
ANL
Şəhriyar bu bənddə xalq adətinin nə qədər incəliyinə varır: Gərək qaynana, gəlin ayıq olsunlar, fəhmlə bəyin şalını tanıyıb ona özünə layiq, nisbətən bahalı bayram payı - naxışlı corab, ipək dəsmal, tirmə şal və s. bağlasınlar. Bütün bunlar qədim milli bayramımızın zahiri tərəfləridir. Batini tərəflərinə gəldikdə isə, ...
ANL
Rəssam, yazıçı, maarif xadimi Nazim Həsən oğlu Məmmədbəyov 1983-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodiki Mərkəzinin direktoru vəzifəsində çalışır. N.Məmmədbəyov öz pedaqoji fəaliyyətini 1967-ci ildə 240 nömrəli ümumtəhsil məktəbində təsviri sənət müəllimi kimi da...
ANL
BİR ÖMRÜN ANLARI... Onun günahı repressiya qurbanının qızı olması idi. İş otağımızda əyləşib gündəlik qayğılardan, problemlərdən söhbət edirdik. avtobusda qəribə bir qadınla tanış olduğunu söylədi. Bildirdi ki, bu yaşlı qadın Azərbaycan tarixində, xüsusilə Bakının tarixində önəmli yeri olan məşhur Nağıyevin qohumlarınd...
ANL
Milli-mənəvi dəyərlərə sahiblənməli. Novruz bayramı haqqında istər mifoloji, istərsə də etnoqrafik baxımdan elmi ədəbiyyatda kifayət qədər söz deyilib. Demək olar ki, bu məsələ ilə bağlı bütün araşdırmalarda bayram haqqında qısa məlumat verildikdən sonra xalq tamaşaları, mövsümi nəğmələr, mərasimlərdən nümunələr göstər...
ANL
Bərəkətli çörək muzeyləri. Çörəyin tarixi bəşəriyyətin yarandığı gündən başlayır. Bu gün dünyanın elə bir ölkəsi yoxdur ki, orada aparılan arxeoloji qazıntılar zamanı çörəklə bağlı əlamətlərə rast gəlinməsin. Tarixi mənbələrdə İraqın şimalında tapılan ilk mədəni buğdanın eramızdan əvvəl onuncu minilliyin ikinci yarısın...
ANL
(əvvəli ötən saylarımızda). Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi ə...
ANL
Hər yeni şeir kitabı müəllifinin poetik söz sərgisinin açılışına bənzəyir. Onların lenti işıq üzü gördükləri günün qırmızı şəfəqləri kimi kəsilir. Eksponatlar bir salon çərçivəsində qalmır. Bir məmləkətin 4 həndəvərindən səpələnib tamaşaçısı, (oxucusu) ilə üz-üzə, göz-gözə dayanır. Bu günlər, istedadlı şairimiz Məmməd ...
ANL
Bu şəhərin yuxusundan qatarlar keçər. İndi necə adlanır bilmirəm, sovet dövründə Bakı-Tbilisi dəmir yolu deyilirdi. Və bu dəmir yolu Ucar adlı rayonumuzun çox yerlərdə tanınmasında və taleyində gerçəkdən böyük rol oynayıb. Zarafat deyil, ərazisinə görə kiçik rayonlar sırasında olan Ucarın dəmir yolu xidmətinə 4 stansiy...
ANL
Novruz Bayramı: milli-mənəvi şifrəmiz, qlobal kulturoloji dəyərimiz. Azərbaycan dövlətinin səyi nəticəsində iki il bundan əvvəl YUNESKO-nun xüsusi qərarına əsasən Novruz bayramı bəşəriyyətin qeyri-maddi sərvətlər siyahısına daxil edildi. Məhz qlobal miqyasda atılan bu ciddi addımdan sonra dünya tərəfindən milli siviliz...
ANL
Az.TV-nin "Yurd" verilişlərindən biri Yəhya bəy Dilqəmə həsr olunmuşdu. Uca boylu, bəyaz saçlı, vüqarlı görkəmə malik bir nəfər sazı sinəsinə basıb "Dilqəmi" havasını yanıqlı-yanıqlı çalırdı. Adama elə gəlirdi ki, aşıq sazın sarı tellərini qəlbinin tellərinə calıyıb, içindəki yanğını, sızıltını sazın dili ilə bənzərsiz...
ANL
GECƏLƏRİN NAĞILI, GÜNDÜZLƏRİN GERÇƏYİ. Tarix necə yazılır? Yüz faiz dəqiqliyinə əmin olmasam da, mən bilən Ağsu yeganə rayonumuzdur ki, ərazisi həm dağlıq, həm dağətəyi, həm də aran yerləri birləşdirir. Şimalda və şimal-şərqdə Niyaldağ, Hinqar və Ləngəbiz silsilələri, Ağsu aşırımından Girdimançay istiqamətində dağətəyi...
ANL
Fərqanə Mehdiyeva: "Bütün şeirlər əslində layladı". Ədəbi ictimaiyyət bu imzanı yaxşı tanıyır. Təkcə işlədiyi jurnalda tutduğu məsul vəzifə ilə deyil, həm də sözünün çəkisi, öz yerini bilməsi əsl Azərbaycan xanımına xas bütün dəyərlərə malik olması bu imza sahibini hər kəsin yanında yüksək mərtəbədə saxlayır. Çünki o ö...
ANL
RƏNGLƏR QARIŞDI USTAD. Böyük şairimiz Rəsul Rzanın "Rənglər silsiləsi"nə. Çağırdım gedənləri. Dönmədi üzü bəri. Saydıqca şəhidləri. Gözüm qamaşdı, ustad. Kaş görəydin nə boyda. Rənglər qarışdı, ustad. Bu nağıl dünyanın dilindən tutub, Gedesən dünyanın axırınacan. Bir dəli sevginin əlindən tutub, Gedesən dünyanın axırın...
ANL
Valideynlər uşaqlar haqqında nəyi bilməlidir. (əvvəli ötən saylarımızda). QOÇlarda olduğu kimi, BUĞAlara da diqqətlə və ehtiyatla yanaşmaq lazımdır, burada yumşaq rəftar gərəkdir, kobudluqdan, döyməkdən, hədə-qorxu və zor tətbiq etməkdən qaçmaq lazımdır. Onları bir qayda olaraq təbdən çıxarmaq çətindir, amma qeyzləndim...
ANL
(Əvvəli ötən saylarımızda). Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi ə...
ANL
Çox hörmətli baş redaktorumuz İradə xanım Tuncayın yazı manerasında və redaktorluq fəaliyyətində maarifçilik deyilən ab-havanın üstün bir cəhət olduğu çap etdirdiyi yazılarda və qəzetin əsas istiqamətində açıq-aydın görünməkdədi. Və indiki məqamda təbii ki, maarifçilik bir az bir-təhər səslənsə də, təbliğatın bir çox s...
ANL
Novruz bayramı milli-mənəvi dəyərlərimizin rəmzidir. Bilirsənmi səndən niyə küsmüşəm. Əlimə qələmi aldığım andan sanki bir mələk donunda geyinib qarşımda durmusan. Əllərini saçımda hiss edirəm... Başımı qaldırıb üzüvə baxmaq sənə "Xoş gəldin" demək istəyirəm. Qəhər boğazımı, göz yaşı kipriklərimi kəsir. Səndən küsən, i...
ANL
Qəlbimdə lay-lay, bəlkə də qalın-qalın kitablara sığmayan qövsü-qüzeh xatirələr uyuyur. Çoxu da könül dünyamda əzizləyə-əzizləyə yaşatdığım, həmişə hörmətini uca tutduğum, ehtiram bəslədiyim söz-sənət adamlarından səs-soraq verir. Bu sənətkarların yubileyləri, anım günləri gələndə yaddaşımı silkələyir, uzaq-yaxın illər...
ANL
HEÇ KİMƏ BƏNZƏMƏYƏN ŞAİR-ƏLƏKBƏR SALAHZADƏ. Görəsən, bütün ömrünü yalnız poeziyaya həsr edən, şeirdən başqa heç nə barədə fikirləşməyən bir şair varmı? İnanmıram... Heç bir şair yaxasını yaşadığı dövrün ictimai hadisələrindən kənara çəkə bilməz. Lakin hər şairin də dövrə, zamana, ictimai hadisələrə öz münasibəti olur. ...
ANL
Əkizlər bürcü və ya Avtoportret. Kövrəyəmmi, ciddiyəmmi, İkiyəmmi, təkcəyəmmi? Özümə sorub gəldim. Kimsən, Allahın adamı? Ruhumun gecə-gündüzu, Yeddi yolu, qatı varmış. Üzüm əlacsız güləndə, Gözüm dalda ağlayırmış. Özümə yol başlayıram, Gəlib haqlaya bilmirəm. Bir əlim doğmaların üstə, Özüm baş alıb gedirəm. Gedirəm ik...
ANL
Tək məzarın çiçəklərlə bəzənib, Qəmli əksin qara daşa düzənib, Hüzurunda baş əyilib, diz enib. Arzulardın bu məzarı sən özün. Şərəfliydi mənə adın, ismətin, Ürək dolu sevgi oldu qismətin, Sən sevgidə vəfa umdun, istədin, Dünyanın ən vəfadarı sən özün. Görən neyçün tale məndən öc aldı? Bir söylə, yananın eşq atəşindən, ...
ANL
ŞƏKİ: KARVANSARAYLAR ŞƏHƏRİ. Təkcə bir fakta görə ki, Şəkinin yaşı da çox böyük rəqəmlə ifadə olunur. 2500 ilə yaxın yaşı olan Şəkinin Azərbaycanda ən qədim yaşayış mərkəzlərindən biri olmasının və şəhər kimi formalaşmasının səbəbləri də məlumdur. Artıq neçə illərdir ki, yenidən diqqətə gətirilən və ilkin dəyərlərinə e...
ANL
Əliqismət Lalayev: "Kollektivi sevmədən teatrda işləmək mümkün deyil". Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevin Milli.Az xəbər portalına müsahibəsi. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Nikolay Vasilyeviç Qoqolun "Evlənmə" əsəri ilə yen...
ANL
Böyüyən, inkişaf edən Hacıqabul. Lap bu yaxınlara qədər bu yerlər boş çöllük idi. Paytaxtdan arana uzanan Hacıqabul rayonunun girişindəki bu tozlu-palçıqlı böyük bir ərazidə indi bir-birindən yaraşıqlı, müasir görkəmli inzibati binalar, fərdi evlər bu yerləri tanınmaz edib. Baytarlıq İdarəsinin, Təhsil və Maliyyə şöbəl...
ANL
Nəsibə Zeynalovanın vəfatından 7 il ötür. Azərbaycan sənətsevərləri arasında "Qaynana" kimi sevilən, Milli Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə Zeynalovanın ölümündən bu gün 7 il keçir. Aktrisa üçü...
ANL
Danışıqların getdiyi bir məqamda ermənilər niyə cəbhə xəttində silahları işə salır? Dağlıq Qarabağ danışıqlarının davamı kimi prezidentlərin bir araya gəlməsinin ardından cəbhədə atəş səslərinin daha yüksəkdən səsləndirilməsi təcrübəsi hamıya bəllidir. Çünki torpaq iddiası ilə başqasının ərazisinə göz dikən ermənilərin...
ANL
Vərəsəlik məsələlərini nəzərə alsaq, əslində mən bu universitetin yetirməsiyəm və həm də deyiləm. O vaxt bircə universitet vardı və həmin universitet də tamam başqa yerdə idi. İndi tələbələriylə görüşə gəldiyim bu auditoriyalar mənə yaddı, o illəri yadıma salan - dərsə çağıran zəng səsi və bizə dərs demiş müəllimlərdi....
ANL
Uzaqdan gələn şair. Həmişə xüsusi bir sayğı ilə yanaşdığım Ələkbər müəllim. Öncə bir şeyi etiraf edim. Əslində bu hamıya bəlli olan bir həqiqətdir, amma mən onu yenidən dilə gətirib etiraf etmək istəyirəm. Çünki etiraf həm də adamı bir-birinə bir az da yaxınlaşdırır, bir az da anlayış artır, münasibətlər öz müstəvisind...
ANL
Valideynlər uşaqlar haqqında nəyi bilməlidir. (əvvəli ötən saylarımızda). Astroloji dildə belə uşaqları XƏRÇƏNG adlandırırlar. Sanki valideynlər mələk xasiyyətli bir uşaq istəmişlər, bu uşaq isə güclü hisslərin qanadında dünyaya gəlmişdir. Bu hisslər uşağın ağlına üstün gəlir, onu kövrəkləşdirir. Onlar tez qızır və hir...
ANL
RƏNGLİ DÜŞÜNCƏLƏR... Rəssamlıq korlar üçün məşğuliyyətdi. Rəssam gördüyünü yox, hiss etdiyini və düşündüyünü yaradır. Bu günlərdə məni Kiçik QalArt Gallerydə keçirilən gənc rəssamların sərgisinə dəvət etdilər. Sərgi Fərid Rəsulovun təşkilatçılığı ilə göstərilirdi. Vernisajda Orxan Hüseynovun, Rəşad Ələkbərovun, Faiq Əh...
ANL
Artıq xalqımızın milli-mənəvi dəyərlərinin incilərindən olan, bütün şərq dünyasının müxtəlif forma və üsullarla qarşıladıqları, yazın gəlişi ilə eyni vaxta qeyd edilən Novruz bayramına cəmi bir həftə qalmışdır. Şifahi xalq yaradıcılığımızın bir çox nümunələrində də göstərildiyi kimi qış öz yerini yaza asanlıqla vermir,...
ANL
İlk dəfə rayon prokuroru vəzifəsinə təyin edilib, prokurorluqda işləri qəbul edərkən mənə məlum oldu ki, prokurorluq üçün yaxınlıqda boş sahədə yeni inzibati bina tikilir və binanın artıq üstü örtülmüşdür, binanın içərisində suvağın vurulması və digər tamamlama işləri görülməlidir. Elə prokurorluqda işə başladığım ilk ...
ANL
UNUDA BİLMƏDİYİM ŞAİR. Altımışıncı illərin sonuydu. ADU-nun filologiya fakültəsində oxuyurdum. Kənddən gəldiyim üçün şəhər həyatına çox çətin uyuşurdum. Yataqxana - Universitet - Axundov kitabxanası və yenə Yataqxana. Şəhərdə bir kimsəm yox. Ancaq Axundov kitabxanası mənə yataqxanadan daha doğma idi. Bəzən elə olurdu k...
ANL
BƏŞƏRİYYƏT GERÇƏKLƏRİ NƏ VAXT BİLƏCƏK?.. Alim Pollakın özü də öz sualını elə-belə kompüterə verməmişdi. Çünki bir müddət əvvəl bir sensasiyalı kəşf bütün dünyanı dolaşırdı: Yer üzündə mövcud olan bütün canlı orqanizmlər - bakteriyalardan tutmuş filədək, insan da daxil olmaqla bir bioloji koda malikdir. Ancaq həyatın əm...
ANL
Heydərbaba, ildırımlar şaxanda, Sellər, sular şaqqıldayıb axanda, Qızlar ona səf bağlayıb baxanda, Salam olsun şövkətüzə, elüzə, Mənim də bir adım gəlsin dilüzə. Heydərbaba, kəhliklərin uçanda, Kol dibindən dovşan qalxıb qaçanda, Baxçaların çiçəklənib açanda, Bizdən də bir mümkün olsa yad elə, Açılmayan ürəkləri şad el...
ANL
Şair ömrü bitib-tükənməyən bir yoldur. Bu yol öz başlanğıcını sözdən götürür. Söz isə mənası, tutumu, çəkisi, gücü və təsiri ilə insanın (şairin) dünyaya baxışını, həyatı dərk etməsini əks etdirən və onun portretini yaradan əzəli bir meyardır. Məhz bu meyar ilə tanınmış alim, mütəxəssis-kitabşünas, tərcüməçi, gözəl təş...
ANL
BƏŞƏRİYYƏT GERÇƏKLƏRİ NƏ VAXT BİLƏCƏK?.. Digər mənbələrə istanad edilsə, başqa versiyalar da üzə çıxır: amerikalıların bu faktları gizlətməsinin strateji səbəbləri var. Nə qədər qeyri-adi səslənsə də artıq bəziləri belə hesab edir ki, NASA yadplanetlilərlə artıq əlaqə yarada bilib. İddialara görə, bu hələ "əməkdaşlıq" ...
ANL
Milli Qəhrəman Mübariz İbrahimovla bağlı "Hünər simfoniyası". Dünən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində "Qarabağ İctimai Forumu"nun (QİF) təşkilatçılığı ilə şair Balayar Sadiqin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat yolundan bəhs edən "Hünər simfoniyası" adlı kitabının təqdimat mərasim...
ANL
14 mart 2011-ci ildə Atatürk Mərkəzinin konfrans zalında Azərbaycanın ilk hüquq professoru, hakim, tərcüməçi-diplomat, Mustafa ağa Vəkilovun 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirin açılışı Koroğlu üverturasının səslənməsi ilə başlamışdır. Tədbirin təşkilatçılarından olan hüquqşünas Səməd Vəkilov ...
ANL
TƏBİİ FƏLAKƏTLƏR NİYƏ SƏRTLƏŞDİ?.. BƏŞƏRİYYƏT ÜÇÜN TƏHLÜKƏ VARMI? Əlbəttə, indi yazacağım və bölüşəcəyim məlumatlar heç də yalnız oxucu marağını çəkmək üçün deyil. Məqsədim alimlərin təbiətdə baş verən fəlakətlərin masştabı, təsir gücü, həm də bunların nədən qaynaqlandığı haqda proqnozlarını hər kəslə bölüşməkdir. Əsli...
ANL
ÖNDƏDİR HƏLƏ. Qayən bulaqların suyundan təmiz, Özün dost-doğmasan daim əzizsən. Ədib-dramaturq Hacızadəmiz, Şair təbiətli Nahidimizsən! Çağırır Savalan dağı da səni, Təbriz, Arazın o tayı gözləyir. Ömrün qarşıdakı çağında Səni. Nəvən Yasəmənin toyu gözləyir. Cütbaşlı əjdaha gərək əzilsin, Sabun köpüyüdür şər, böhtan, h...
ANL
Paytaxt Bakının və ümumilikdə Abşeron yarımadasının uzun illərdən bəri su probleminin həlli artıq reallaşdı. Ötən ilin son günlərində Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri - Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildi. Respublikamızın öz gücü ilə reallaşdırdığı bu sosial layihə özündə magistral su k...
ANL
Artıq Azərbaycan neçə illərdir ki, mötəbər idman yarışlarına ev sahibliyi edir. Çünki məmləkətimizdə təşkil olunan müxtəlif növ idman turnirlərinin təşkilindən iştirakçılar razılıq edirlər. Ən azından ona görə ki, mötəbər turnirlərdə və yarışlarda iştirakçı dövlətlərin idmançıları üçün hər cür şərait yaradılır, onların...
ANL
Dövlət Komissiyasının iclasında maraqlı faktlar açıqlandı. Dünən Nazirlər Kabinetində Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclası keçirildi. Komissiyanın sədri, baş nazirin müavini Əli Həsənov görülən işlərlə bağlı məlumat verdikdən...
ANL
Bakıda Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Maliyyə Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan sığorta bazarı: problemlər və perspektivlər" mövzusunda konfrans keçilib. "APA-Economics"in məlumatına görə, ASA Direktorlar Şurasının sədri Azər Əliyev konfransın keçirilməsində əsas məqsədin biznes təşkilatlarını...
ANL
Kim nə deyir desin soyuq, yağışlı, qaş-qabağından zəhər yağan bir qış günündən heç kimin xoşu gəlməz. Lənkərandan Astaraya uzanan yolun cəmi 40 kilometr olmasına baxmayaraq sanki maşınımız nə vaxtdır yol gedir. Çünki çılpaq dağlardakı ağaclar, boz rəngli çöllər çiskin yağış altında xeyli qüssəli, kədərlidir. Azərbaycan...
ANL
Əlibaba Məmmədov: "Muğama bu cür yüksək beynəlxalq qiymətin verilməsində Mehriban xanım Əliyevanın böyük zəhməti olub". "Azərbaycan muğamı qədim və zəngin ənənəyə malikdir. Əsrlər boyu muğam sənəti Azərbaycan xalqının ən yüksək mənəvi nailiyyətləri ilə zənginləşib, inkişaf edib. Ölkəmiz müstəqillik qazandıqdan sonra is...
ANL
MUZEY MƏRKƏZİNDƏKİ İŞIQ. Xalq yazıçısı İlyas Əfəndiyevin ruhu bu işığı bir az da artırmışdı. Dünən, yəni xalqımızın ilin son çərşənbəsini qeyd etdiyi gözəl bayram ovqatının tonqalları hələ sönməmiş paytaxtımızın Muzey Mərkəzində möhtəşəm bir tədbir düzənləndi. Əslində bu tədbirdən daha çox bizlərin Muzey Mərkəzini və b...
ANL
Eldar Mahmudov: "Azərbaycanın əlverişli geosiyasi mövqeyi xarici xüsusi xidmət orqanları və kriminal elementləri üçün cəlbedici görünür". Azərbaycan milli təhlükəsizlik orqanlarının yaranmasından 92 il ötür. Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, peşə bayramı münasibətlə m...
ANL
Qərb dünyası uzun əsrlər boyu müsəlman aləminə qarşı düzənlədiyi açıq və gizli savaşlarını bu gün də sürdürməkdədir. Səlib yürüşləri bu və ya digər şəkildə bu gün də həyata keçirilir, müsəlmanlar mənəvi və fiziki cəhətdən məhv edilir. Onlar hətta "beynəlxalq" adlandırdıqları qanunları da hazırlayanda onun yalnız islam ...
ANL
Şair Vaqif Bayatlı Odərin Milli.Az xəbər portalına müsahibəsi. Onunla hər dəfə gəzdiyi, idman elədiyi yerdə - Şeyx Şamil küçəsindən bir qədər aralıdakı parkda görüşdük. Onu görən, söhbət edən adamlardan biri olduğuma yenə sevindim. Dedi, qapalı yerdə sıxılıram. Elə burda söhbətləşək. Heç skamyada da oturmadan, ayaq üst...
ANL
Azərbaycanlılar Avropada bir arada. Martın 10-13-də Fransanın Strasburq şəhərində yerləşən Avropa Şurası Parlament Assambleyası və Avropa Şurası Gənclər Mərkəzində 25 ölkədən 250 Azərbaycan gəncinin iştirakı ilə keçirilən Xaricdə Təhsil Alan və Məzun Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF) başa çatıb. Qurumun ...
ANL
Oskar alan ilk azərbaycanlı. Timur Oduşev: "Bu filmin çəkilişlərinə görə bir il sinifdə qaldım". Bu günlərdə Azərbaycan kinosunda bir ilk yaşandı. Bu il "Oskar" mükafatının təqdimatı zamanı "Ən yaxşı xarici" film nominasiyasına iddialı olan "Sahə" bədii filmi Hollivuddan əliboş qayıtmayıb. Filmdə baş rolu ifa edən Timu...
ANL
Əbülfəs Qarayev azərbaycanlı aktyora fəxri fərman təqdim etdi. Mədəniyyət və Turizm Nazirliyində "Hollivudun Gənc Aktyorlar Mükafatı"na layiq görülmüş gənc aktyor Timur Oduşev və "Sahə" bədii filminin yaradıcı kollektivi ilə görüş keçirilib. Lent.az-ın məlumatına görə, görüşdə nazir Əbülfəs Qarayev "Hollivudun Gənc Akt...
ANL
Elmar Məmmədyarov Meksikaya səfəri başa çatdı. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksikaya ilk rəsmi səfərinin ikinci günü - martın 29-da Konqresin Deputatlar Palatasında Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri və palatanın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Porfirio Munyoz Led...
ANL
Modern.az saytının suallarını eks-millət vəkili Anar Axundzadə cavablandırır. Hətta, sizin aktiv siyasi fəaliyyətdən getməyiniz haqda da fikirlər səslənirdi. Bilmək istərdik bu müddət ərzində haralarda idiniz, nə işlə məşğul idiniz? - Əvvəla fəaliyyətlə bağlı "görsənmirsiz" ifadəsi doğru deyil. Hesab edirəm ki, bu müdd...
ANL
Soyqırım - Bu ifadənin mahiyyətini ermənilər hamıdan yaxşı bilir. Çünki törətdikləri vəhşilik insanlıqla bir araya sığmır. Bu gün təkcə Azərbaycanda deyil, həm də dünyanın bir çox ölkələrində Azərbaycanlıların soyqırım günü anılır. Ötən əsrin əvvəllərində ermənilərin bütün ölkə ərazisində xalqımıza qarşı həyata keçirdi...
ANL
YADDAN ÇIXMAZ QARABAĞ. Paris məzarlığında Qarabağ torpağına dönmüş Ceyhun bəy Hacıbəylinin, cümlə qürbətçilərin xatirəsinə. Şuranın ulduz papaqlı süvarilərinin atlarının kişnərtisi Qarabağ bəylərini də yerindən-yurdundan pərən-pərən salmışdı. Xanzadələri, bəyzadələri həyət-bacasında güllələyən kəmfürsətlərin əlindən Əl...
ANL
"OCAQ YERİ" POVESTİNİN FÖVQÜNDƏ. Keçən ilin bir payız günü, yəni 2010-cu ilin Kasım ayının 20-də Yusif Məhəmmədoğlu fizik xətti ilə UniPrint nəşriyyatı tərəfindən yenicə işıq üzü görmüş "Ocaq yeri" povestini aftoqraflayıb mənə təqdim etdi. Məmuniyyətlə qəbul etdiyim bu povestin redaktoru təcrübəli jurnalist, tanınmış ş...
ANL
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY Birləşmiş Ştatlarda Novruz şənlikləri çərçivəsində Vaşinqtonda böyük konsert təşkil edib. Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, şəhərin tarixi Linkoln teatrında təşkil edilmiş konsertdə türk xalqlarını təmsil edən 140-dan çox incəsənət ustası işt...
ANL
Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı başlayır. Aprelin 2-dən 8-ə kimi Bakıda Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun Lent.az-a verdiyi məlumata görə, festival çərçivəsində elmi konfrans, həmçinin dünyan...
ANL
OXU, MUSTAFA, QOY SƏSİN QƏDİR KİMİ ÜRƏKLƏRİ TİTRƏTSİN. Torpaq, günəş, hava, su nədirsə, mənim üçün Qədir Rüstəmovun səsi onların hamısı qədərdi. Qədir Rüstəmovun səsi ilə bağlı povest də yazmışam, bəlkə onlarla məqalə də yazmışam. Qeyri-adi insanıydı və çox böyük də ədəbiyyatçıydı. Dedim, Qədir Rüstəmovun səsi haqqında...
ANL
Şirvan müasir sənaye şəhəridir. Hacı Qəhrəmanlı və Bayramlı qəsəbələrini özündə birləşdirən bu yurda şəhər adı 1963-cü ildə verilib. Ətrafında və bəzi ərazilərində neft və qaz çıxarılan bu şəhərə "neftçilər", "energetiklər" şəhəri də deyilir. Çünki neft sənayesi ilə bərabər bu şəhərdə Şirvan Dövlət Rayonlar arası Elekt...
ANL
Ədəbiyyatda izi qalan... (Xalq şairi Cabir Novruzu xatırlayarkən). Cabir Novruzun rəhmətə getmək xəbərini eşidəndə, əslən Giləzidən olan Həmiyyə xanım (indi o da Allahın rəhmətinə gedib) az qala yana-yana dedi: -Hər il biz Giləziyə qəbir üstünə gedəndə Cabir Novruzu da bacısının qəbrini ziyarət eləyən görərdik. Bu söz ...
ANL
... Mən bir vaxtlar İlisu haqqında söhbət açarkən hansı hisslər keçirdiyimi indi də eləcə yaşamaqdayam. Bütün bunlar izahı mümkün olmayan və tez-tez təkrarlanan valiyə kimidir. Bir az heyrətli, bir az qorxulu, bir az mürgülü, amma nə gözəl, amma nə şirin... Yazırdım: Burada dayandığın yerdən dönüb hara baxsan zirvələri...
ANL
Latviya mətbuatında azyaşlı azərbaycanlı uşağın ermənilər tərəfindən öldürülməsi ilə bağlı məqalə dərc olundu. Latviyanın "Ças" qəzetinin 17 mart tarixli sayında 9 yaşlı azərbaycanlı Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən öldürülməsi ilə bağlı məqalə dərc olunub. Diasporla İş üzrə Dövlət Ko...
ANL
Məmməd Araz poeziyası qeyri-adi deyim tərzi və obrazlılığı ilə keçən əsrin iknci yarısında, artıq, oxucuların diqqətini cəlb etmişdi. Bu poeziya o zaman ən çox vətəndaşlıq qayəsinə görə önə çəkilirdi. Heç şübhəsiz, vətəndaşlıq motivlərinə olan ehtiyacı bu poeziya doldururdu, ancaq bu "gözəl parıltı" Məmməd Araz şeirind...
ANL
HAVALANSIN İSLAMIN SƏSİ... Elə səslər var ki, onlar nadir səslərdən sayılır. O səslər heç də adi xanəndələrin, müğənnilərin səslərinə bənzəmir. Azərbaycan musiqi sənətində ağ səsi olan müğənnilər barmaqla sayıla bilər. Mənim tanıdığım belə sənətkarlardan biri Rəşid Behbudov, digəri isə İslam Rzayevdi. Ona görə bu sənət...
ANL
Sahibkarlar üçün tədbir keçirildi. İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Binə qəsəbəsində "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. "APA-Economics"in məlumatına görə, tədbir çərçivəsində sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mex...
ANL
Kişi dəsmalla qurulanırdı. Qadın çarpayıda uzansa da, açıq gözlərini tavana zilləmişdi. Sən gələndə mən yarıyuxulu idim. Elə bil bayaqdan bu sözləri eşidəcəyinə duruxmuşdu. - Burda qəbahət nə var ki, siz qadınlar öz aranızda danışanda utanmaq lazımdır, özü də saatlarla - kişi danışa-danışa üzünü yana çevirdi. Gərək bir...
ANL
Valideynlər uşaqlar haqqında nəyi bilməlidir. (əvvəli ötən saylarımızda). Belə uşaqlar realist və praktikdir. Onların iti və soyuq ağlı, mühakimə və analitik düşüncəsi, höccətliliyi və tənqidi mülahizələri uşaqlıqdan özünü göstərir. QIZlar bir qayda olaraq valideynlərin, müəllimlərin ümidini doğruldurlar. Onlar əvvəlcə...
ANL
Çox hörmətli baş redaktorumuz İradə xanım Tuncayın yazı manerasında və redaktorluq fəaliyyətində maarifçilik deyilən bir ab-havanın üstün bir cəhət olduğu bu keçdimiz illərdə çap etdirdiyi yazılarda və qəzetin əsas istiqamətində açıq-aydın görünməkdədi. Və indiki məqamda təbii ki, maarifçilik bir az bir-təhər səslənsə ...
ANL
Tarzən Əhmədbəy. Şəki Azərbaycan mədəniyyəti və incəsənətinə bir çox el sənətkarları bəxş etmişdir. Onlardan biri də bütün həyatını xalqımızın mədəniyyətinin və incəsənətinin çiçəklənməsinə həsr etmiş, xalq musiqisi və folklorunun mahir bilicisi, məşhur tarzən Əhmədbəy Mahmud oğlu Tahirov idi. O, dövrünün ən məşhur tar...
ANL
Tanış nömrəni yığdım. Dəstəyi özü götürdü. Mən onun sualına cavab olaraq televiziyada oxuduğu, qəzetlərdə çap etdirdiyi yeni şeirlərindən, öz dəvətilə premyerasında olduğum "Özümüzü kəsən qılınc" və "Atamın kitabı" pyeslərinin tamaşasından söz açdım və axırda: - Bəxtiyar müəllim, - dedim, - eşq olsun! Gənclik coşğunluğ...
ANL
Camal Yusifzadə mənim gəncliyimin şairidir. Biz altmışıncı illərin tələbələri bizdən yeddi-səkkiz yaş böyük, o zaman "gənc şair" kimi tanınan İsa İsmayılzadənin, Ələkbər Salahzadənin, Vaqif Səmədoğlunun, Camal Yusifzadənin şeirlərini həvəslə oxuyurduq. Bu şeirlər Azərbaycan şeirinə yeni bir SƏSin, təzə bir NƏFƏSin gəli...
ANL
Bu gəmidə bizə də bir kayuta ayırmışdılar". Xeyli müddətdir ki, Azərbaycanın universitetlərinə rəhbərlik edən şəxslərlə silsilə həmsöhbət olmağı düşünürdüm. Təxminən ötən ilin sonunda istəyimi reallaşdırmaq üçün qəzetin rəhbərliyi ilə razılaşdım və arxada qalan yaxın günlərin birində ilk ali məktəbimiz olan Bakı Dövlət...
ANL
Bəzi vaxtlar mətbuat səhifələrində Azərbaycan Yazıçılar Birliyi haqqında qərəzli münasibətlər ifadə edən fikirlər nümayiş olunur. Bunlardan biri də ŞƏRQ qəzetinin 18 aprel sayında yer almışdır. Bu yazı istər məntiqi, istərsə də əxlaqi cəhətdən tənqid səviyyəsindən çox aşağı olduğuna görə mən onun haqqında danışmaq istə...
ANL
Azərbaycanın bu dilbər guşəsində saz-sözlə yanaşı, iqtisadi inkişaf da ruhu oxşayır. Bu gün Tovuzda hər bir kəs öz həyətyanı təsərrüfatı ilə yanaşı, həm də mövcud qurumlarda, eləcə də sahibkarlara məxsus təsərrüfatlarda da çalışmaqla həm özlərini, həm də rayonun iqtisadi gücünün artırılmasına köməklik göstərirlər. Təbi...
ANL
Qəm çiləyən bir ələməm, Könüllərdən gəlir avaz. Sularınla Xəzərə yaz: Dönəcəkmi Məmməd, Araz? Əsərlərin min çələngdir, Qələminsə şir, pələngdir. Tarix özü bir ələkdir, Şairləri saxlar az-az, Sularınla Xəzərə yaz: Dönəcəkmi Məmməd, Araz? Qayalarda izin qaldı. Dünya yenə qalmaqaldı, Ürəklərdə şaxta, ayaz. Sularınla Xəzər...
ANL
SARI AŞIĞIN İŞIĞINDA. Laçın aşıqlarının iştirakı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Sarı Aşığın işığında" adlı konsert proqramı keçirilmişdir. Tədbiri professor Məhərrəm Qasımlı açaraq ilk sözü Laçın rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılova vermişdi. Sarı aşıq yaradıcılığından, Laçın r...
ANL
Azərbaycanın bu dilbər guşəsində saz-sözlə yanaşı, iqtisadi inkişaf da ruhu oxşayır. Azərbaycan adlanan məmləkətin istənilən guşəsi özünəməxsusluğu, xüsusilə coğrafi baxımdan fərqlənməsi ilə həmişə diqqəti çəkir. Biz coğrafi baxım deyəndə burada həmin o regionun yer quruluşunu, onun malik olduğu təbii füsünkarlığı da d...
ANL
HEYDƏR ƏLİYEV ABİDƏSİ XALQIN ÜRƏYİNDƏDİR. Bütün zamanların fövqündə durmaq, bütün dövrlərin insanı olmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Lakin Tanrı sevgisi böyük olanda O, özünün ən sevimli bəndələrinə məhz belə bir ömrü, belə bir taleyi, həyatı qismət edir. Bu mənada Azərbaycan xalqının böyük oğlu, Ümummilli Li...
ANL
XALQINI DÜNYAYA TANIDAN DAHİ. Müdrik insanların, böyük tarixi şəxsiyyətlərin həyatı elə onların özləri kimi maraqlı, ibrətamiz və bütün zamanlar üçün xatırlanan, öyrənilən bir məktəb olub. Bu mənada Azərbaycan xalqının tarixində ən böyük məktəb, ən böyük tarixi şəxsiyyət və zamanını qabaqlayan yeganə şəxslərdən biri, h...
ANL
Məktəblərdə seçim turuna start verilib. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə keçirilən "VƏTƏNİ TANI" Ümumrespublika Kampaniyası davam edir. Kampaniya çərçivəsində növbəti seçim turu dünən Yasamal rayonu 175 saylı orta məktəbdə keçirildi. Tədbiri giriş sözü ilə açan, ARGTMŞ-ın Baş K...
ANL