text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
YAXUD, GETDİM XOŞBƏXTLİYİN ARXASINCA... Buz kimi xəyanətlərin, buz kimi yalanların soyuğunda üşüməyən çağımızın yeni şerinin yeni nəfəsi Ayselin “Doğulacaq qadın”la bağlı düşüncələrini izləyərkən... Ondan sonra “doğulacaq qadın” elə onun özü olmalıdı, çünki o qadına ruhunu, ondan sonra dünyaya gələcək kişiləri, sevgisi... | ANL |
Mübariz Əhmədoğlu: “Onun səlahiyyətləri çoxaldıqca İran-Azərbaycan münasibətlərində problemlər də artır”. “Olaylar” agentliyinin suallarını politoloq Mübariz Əhmədoğlu cavablandırır. – Mübariz müəllim, son günlər İranın Azərbaycana qarşı təzyiq-təxribatı kampaniyasında azalma müşahidə edilir. – İranın din xadimlərinin ... | ANL |
“Bioetika haqqında” qanun layihəsinin adı dəyişməlidir”. “SƏNƏDİN “BİOETİKA VƏ İNSAN HÜQUQLARI HAQQINDA”QANUN ADLANDIRILMASINI TƏKLİF EDİRƏM”. Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun “Bioetika və tibbi hüquq” şöbəsinin müdiri, YUNESKO-nun Beynəlxalq Bioetika Kafedralar Şəb... | ANL |
Bu gün – fevralın 2-də milli kinomuzun dəyərli simalarından olan, öz professionallığı və səmimiyyəti ilə seçilən, bacarıqlı təşkilatçı və ssenarist kimi tanınan Yusif Şeyxov özünün 60 yaşını qeyd edir. Bununla bağlı Azərbaycan Professional Kinorejissorlar Gildiyası Bürosunun yaydığı açıqlamada bildirilir: “Ömrünün böyü... | ANL |
Gənc bəstəkarların simfonik əsərlərindən ibarət konsert keçirilib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Gəncliyin səsi” layihəsi çərçivəsində konsert təşkil edilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən konsert 2 Fevral Gənclər Gününə həsr olunub. Tədbirdə çıxış edən musiqişüna... | ANL |
“Bu dünyanın məzarları ağlamaz” kitabının təqdimatı olub. Şair Nizami Muradoğlunun Ərtoğrul Cavidin həyat və yaradıcılığına həsr olunmuş “Bu dünyanın məzarları ağlamaz” kitabının təqdim mərasimi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda baş tutan tədbirdə çıxış edən professo... | ANL |
İsmayıllı “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan edilib. Bu il üçün “Azərbaycanın Əfsanələr Paytaxtı”, Lənkəran şəhəri “Azərbaycanın Folklor Paytaxtı” və İsmayıllı şəhəri “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, atılan addım A... | ANL |
Azərbaycana məhəbbətlə... Bizim ədəbiyyatşünaslıqda Azərbaycan-Pribaltika ədəbi əlaqələrindən kifayət qədər söz açılıb, bu sahədə praktiki işlər də görülüb. Hörmətli professor Pənah Xəlilovun bir vaxtlar ali məktəblər üçün nəşr etdiyi “SSRİ xalqları ədəbiyyatı” ikicildlik dərsliyində Latviya, Litva və Estoniya ədəbiyya... | ANL |
Dövrünün cəsur qəhrəmanı. BƏSTİ NƏCƏFLİ: “XALQ QƏHRƏMANI SULTAN BƏYİN 140 İLLİYİNİN QEYD EDİLMƏSİ MÜHARİBƏ ŞƏRAİTİNDƏ YAŞAYAN ÖLKƏMİZ ÜÇÜN OLDUQCA ƏHƏMİYYƏTLİDİR”. “Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə zəngin tarixi keçmişimizin araşdırılması nəticəsində nəşr oluna... | ANL |
Amsterdamda bəstəkar Firəngiz Əlizadənin yeni əsərinin premyerası olub. Hollandiyanın paytaxtı Amsterdam şəhərində “Flamenco Biennale” III Beynəlxalq Flamenko Musiqisi Festivalı keçirilib. Yanvarın 21-dən 30-dək davam edən festival çərçivəsində Hollandiyanın məşhur konsert salonlarında dünyanın müxtəlif ölkələrindən gə... | ANL |
Əməkdar rəssam Ənvər Qarayev dünyasını dəyişib. Azərbaycan Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin sədri, əməkdar rəssam Ənvər Qarayev vəfat edib. Bu barədə APA-ya məlumat verən Rəssamlar İttifaqının miniatür sənəti bölməsinin sədri, xalq rəssamı Arif Hüseynov bildirib ki, Ənvər Qarayev uzun sürən xəst... | ANL |
Gənc rəssamların sərgisi təşkil edilib. Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Mərkəzi Sərgi Salonunda 2 fevral – Gənclər Günü münasibətilə gənc rəssamların sərgisi açılıb. APA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə baş tutan sərgidə 200-ə ya... | ANL |
Ankarada azərbaycanlı rəssamların əsərləri sərgilənir. Dünən Ankara Rəsm və Heykəl Muzeyində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin açılışı keçirilib. APA-nın məlumatına görə, sərgi Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin XX ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində təşkil olunub. Sərgini... | ANL |
Görkəmli ədəbiyyatşünas Araz Dadaşzadənin 75 illiyi qeyd edilib. Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda görkəmli tənqidçi və ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, əməkdar elm xadimi Araz Dadaşzadənin anadan olmasının 75 illiyilə bağlı tədbir keçirilib. Mərasim iştirakçıları əvvəlcə İkinci F... | ANL |
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib. TOPLANTIDA MALİYYƏ ORQANLARINDA KORRUPSİYA HALLARI İLƏ MÜBARİZƏ MÜZAKİRƏ OLUNUB. Maliyyə Nazirliyində 2010-cu ilin yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Hesabat dövründə dövlət büdcəsinin cari xə... | ANL |
“Azəri-Çex Cəmiyyəti bu ölkədəki diaspor təşkilatları arasında ön cərgədə dayanır”. ELŞƏN NƏZƏROV: “ÇEXLƏRDƏ ÜMUMİLİKDƏ AZƏRBAYCANA SEVGİ VAR”. Bu təşkilat həm də Çexiyada fəaliyyət göstərən ilk diaspor qurumudur. Müsahibimiz cəmiyyətin sədri Elşən Nəzərovun sözlərinə görə, AÇC-nin yaranması da məhz bu zərurətdən meyda... | ANL |
Əgər ermənidə belə qədim, yaşı minilliklərlə ölçülən tarixi abidələr olsaydı gecə-gündüz dünyada təbliğat aparmaqla məşğul olardı. Biz isə belə zəngin tariximizi nədənsə dünyaya yetərli şəkildə tanıtmamışıq. Bu gün təbliğatın mahiyyəti, dili, texnologiyası təkmilləşir. Ona görə də belə mədəniyyət abidələrinin daha yaxş... | ANL |
“Oharranın regiona səfərinin baş tutmamasının əsas səbəblərindən biri onun marşrutu düz seçməməsidir”. RAFAEL HÜSEYNOV: “HAÇAN O DÜZGÜN MÖVQE TUTACAQ, HAÇAN DÜZGÜN MARŞRUT SEÇƏCƏK, O ZAMAN GƏLƏCƏK VƏ BİZ ONUNLA BİR YERDƏ ARAŞDIRMA APARACAĞIQ”. “İstər Ermənistan ərazisində azərbaycanlıların tarixən yaşadıqları yerlərdək... | ANL |
Sonuncu çiçək dükanı. “Başqa adamlar” kitabından. O müdhiş gecənin sabahı bütün çiçək dükanları bağlandı. Nəinki çiçək dükanları, şəhərdəki bütün xidmət sahələri də dondu. Sonradan günlər keçdikcə onlar gah sakit, gah gizli fəaliyyət göstərərək yavaş-yavaş işlərini bərpa etsələr də çiçək dükanlarından açılan olmadı. Əs... | ANL |
Müsahibimiz yazar-publisist Aysel Əlizadədir. – Sizə necə müraciət olunmasını istərdiniz? Mən qocalmaqdan qorxmuram. Əksinə, elə hey gənc olmaqdan qorxuram. Dostum demiş, mən qədim adamam. Heyif ki, iki cümlədən sonra çox adam bu ərkə keçməyin vaxtı çatdığını sanır. Xoşum gəlmir, “bu sizdən-bizdən” deyənlərə şübhəylə y... | ANL |
(Əvvəli ötən şənbə saylarımızda). (Esse-kollaj) Muğam işığında təksəsli, çoxsəsli düşüncələr. Səslər də mənşəyinə, xislətinə görə ikiyə ayrılır: gecə səsləri və gündüz səsləri. Hz. Məhəmməd haqqında bir kitab oxuyurdum. Yazar səhra əsrarını və cahiliyyə dövrünün bir səhra günəşini təsvir edirdi. Olduqca atəşli, odlu tə... | ANL |
Yazar dostum Azər Abdulla mənim suallarıma cavab verəndən sonra müsahibənin bir az çox alındığını təkrar-təkrar mənə dedi və təkrar-təkrar arzuladı ki,Allahı sevərsən Rəşad bəydən də ( baş redaktordan) xahiş elə mümkünsə onu necə var eləcə çap etsin, sənə də toxunmuşam, o yerlərə də dəymə.Əlavə elədi: mən bilən birinci... | ANL |
Hüznün gətirdiyi xoşbəxtlik. Mən gənc şair Elxan Yurdoğlunu on ildən çoxdur ki, tanıyram. Bu on ildə onun hər dəfə məni təəccübləndirəcəyi bir sürprizinə, demək olar ki, alışmışam. Amma onun budəfəki sürprizinə – “Türkiyənin tanınmış elm adamı, yazıçı, elmlər doktoru, professor Hayrettin İvginlə danışmışam, “Melankolik... | ANL |
Füzuli rayonunun Böyük Bəhmənli kəndindən qara saçlarına təzə-təzə dən düşən 25 yaşlı bir gənc o zamanın “Sovet kəndi” adlanan qəzetinin redaksiyasında, mədəniyyət şöbəsində əyləşib, o zamanın dili ilə desək məktublar üzərində işləyirdi. İsti hava idi. Bayaqdan açıq olan qapının ağzında gur qara saçlarına dən düşməyən,... | ANL |
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı Fazil Güneyin “Qara qan” (2-ci hissə) kitabının İmza günü gerçəkləşib. Tədbiri giriş sözü ilə filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə açaraq romanın mövzusu və ideyası, bədii məziyyətləri haqqında danışıb: “Bir çox epizodların sənətkarlıqla qə... | ANL |
Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın “Çinar ömrü” şeirindəndir. İndi həmin şeir ustad şairin öz tərcümeyi-halının, yaşam tərzinin ifadəçisi kimi yad edilir, xatırlanır. Ötən gün Azərbaycan Televiziyasının istehsalı olan “Çinar ömrü” filminin Azərbaycan Kinematoqraflar İttifaqında keçirilən təqdimat mərasi... | ANL |
Pianoçu Ülviyyə Hacıbəyova ilə görüş olub. Maestro Niyazinin mənzil-muzeyində dəyərli pianoçu, Bakı əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova ilə yaradıcılıq görüşü gerçəkləşib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi nəzdində Klassik Musiqisevərlər Klubunun təşkilatçılığı ilə həyata keçirilən tədbirdə BMA-nın mü... | ANL |
Lalə Ağayevanın foto sərgisi – “Kölgələr uzananda”. Muzey Mərkəzinin Sərgi Qalereyasında Lalə Ağayeva-Lambertin “Kölgələr uzananda” adlı foto sərgisinin açılış mərasimi keçirilib. 120 fotoşəkildən ibarət olan bu sərgidə Lalənin dünayaya olan özünəməxsus baxışı və fotoqrafiya sənətinin imkanları öz əksini tapıb. Sərgidə... | ANL |
Gənc rəssamların xalça eskizləri sərgilənib. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Xalçada yeni nəfəs” adlı sərgi keçirilib. Sərginin əsas məqsədi mədəniyyətlərarası dialoqda xalçanın rolunu vurğulamaq və qədim ənənlərə malik Azərbyacan xalça sənətinə gənclərin münasibətini nüm... | ANL |
Məryəmin “Mənim gözəl dünyam” albomu haqqında söz. Dünyanın böyük rəssamlarının da albomu, bəlkə, mənim mizimin üstündə Məryəmin albomu qədər qalmayıb, bəlkə də mən onları Məryəmin albomu qədər vərəqləməmişəm və söhbət, aydın məsələdir, Məryəmi dünyanın böyük rəssamları ilə müqayisə etmək kimi mənasız bir mülahizədən g... | ANL |
Azadlıq yolu hər bir yurddaşın qeyrətindən keçir. Dünya Azərbaycanlıları Konqresinin həmsədri Bu məktubu Arazın o tayında, Azərbaycanın güneyində – Təbrizdə, Ərdəbildə, Urmiyədə, Zəncənda, Qəzvində, Həmədanda, Tehranda, Qumda və İran adlanan ölkənin bütün ərazilərində yaşayan Azərbaycan türklərinə, əziz bacı və qardaşl... | ANL |
ÜZEYİR BƏY İRSİNƏ CİDDİ MÜNASİBƏT VACİBDİR. Məlumat üçün qeyd edim ki, keçən il respublika mətbuatında Səadət Qarabağlının belə bir sensasiya xarakterli yazısı çıxdı ki, guya “Üzeyir Hacıbəyovun felyetonu tapılıb”. Bu barədə mübahisələr indi də davam etməkdədir. Əslində bu felyeton heç Üzeyir bəyə məxsus da deyil. Bəs ... | ANL |
Boris Pasternakın şeirlər toplusu Azərbaycan dilində. ŞAİRİN DÜNƏN TƏQDİMATI KEÇİRİLƏN “MİSRANIN SAHİBİ HİSSLƏR OLANDA” KİTABI “525 KİTAB” SERİYASI ÜZRƏ NƏŞR EDİLİB. Dünən Azərbaycan Yazıçılar Birliyində böyük şair Boris Pasternakın dilimizə tərcümə edilmiş şeirlərindən ibarət “Misranın sahibi hisslər olanda” kitabının... | ANL |
Çoxdan bəri məni narahat edən bir vacib məsələyə nəhayət ki, bu günlərdə, səthi də olsa, televiziya verilişlərinin birində toxunuldu. Mən də milyonlar kimi televiziya verilişlərinə baxan bir Azərbaycan vətəndaşıyam. Və sözsüz ki, teleməkanda mənim də zövqümü oxşayan və yaxud tamamilə əksinə olan müxtəlif verlişlər yer ... | ANL |
(Qaytara bilmədiyim borc). Otların, güllərin yanağında yaş kimi gilələnən şehin nə düşündüyünü bilsəydik, kəpənəyin ah çəkdiyini, bənövşənin gileyini eşidə bilsəydik... və bu gün İsa İsmayılzadə sağ olsaydı... Yığvalı qınamaqla, Allaha asi olmaqla, heç bir işin qulpundan yapışıb günü urvatla başa vura bilməyəndə, gözdə... | ANL |
Şəxsiyyətin əzəməti. Mən ədəbi yaradıcılığıma böyük insan, böyük vətəndaş, böyük ədib və el ağsaqqalı Əli Vəliyev haqqında xatirələrimlə başlamışam. Ömrümün bu ahıl çağında da yazıram, nə qədər əlim qələm tutur, fikirlərim, duyğu və düşüncələrim mənə ögeylik etmir, yenə də yazacam. Axı, mən yazmaya bilmərəm. Çünki xalq... | ANL |
Böyük kəramət sahibinə sonsuz ehtiram nümunəsi. “Mən çox sevinirəm, məmnunam ki, Qurban bayramı günü Mir Möhsün Ağanın qəbrini bir daha ziyarət etdim. Çox zəngin bir ziyarətgahdır. İnsanlar bura etiqad edir, sığınırlar. Mir Möhsün Ağa hələ sağ olan vaxtı insanlar ona inanırdılar. İnsanlar inanırdılar və bura hələ böyük... | ANL |
“Dostluğa sədaqət ruhumdan süzülən vəfa borcudur”. Bu gün şərqşünas Seyid Camad Əzimbəylinin 40 yaşı tamam olur.Ömrünün 40 ilini arxada qoyaraq yaşının üzərinə daha bir ili əlavə edən C.Əzimbəyli ilə söhbətimizi də məhz bu istiqamətdə qurduq. – Camal müəllim, arxada qoyduğunuz bu 40 ilə dönüb baxan zaman hansı hissələr... | ANL |
Səfəvi dövlətində türklərin və farsların mövqeyi. Səfəvi dövləti Azərbaycan və İran dövlətçilik ənənələrində köklü (fundamental) dəyişikliyə səbəb olduğu üçün tədqiqatçılar tərəfindən tez tez müraciət edilən obyektdir. Bu baxımdan hər iki xalqın tarixçilərinin Səfəvi üzərinə tənqidləri və Səfəvi dövləti sonrasında yara... | ANL |
RAFAEL HÜSEYNOV: “İNANIRAM Kİ, AZƏRBAYCAN GƏLƏCƏKDƏ DÜNYADA ƏN APARICI TURİZM ÖLKƏLƏRİNDƏN BİRİNƏ ÇEVRİLƏCƏK”. “Azərbaycan uzun müddət sərvətləri, özünü gələcəkdə iqtisadi baxımdan daha artıq təmin etmək qüdrəti nöqteyi-nəzərindən neft ölkəsi adlandırılıb. Bu, əlbəttə, müəyyən mənada belədir. Lakin dövlət başçısının da... | ANL |
Bakıda Azərbaycan-Litva biznes-forumu keçirilib. Dünən Bakı Biznes Mərkəzində Litva Respublikasının Seyminin sədri xanım İrena Dyaqutenin Azərbaycana rəsmi səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Litva b... | ANL |
İqtisadi İnkişaf Nazirliyi şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə çərçivəsində 2011-ci il üçün fəaliyyət planını təsdiq edib. İqtisadi İnkişaf Nazirliyi 2011-ci ilin oktyabrına qədər lisenziya və icazələrin verilməsi sisteminin sadələşdirilməsinə yönəldilmiş təkliflər paketini hazırlamağı planlaşdırır. ... | ANL |
Uşaq və Gənclərin İnteqrativ Tamaşalarının Milli Festivalı keçirilib. Azərbaycan Teatr Xadimləri İttifaqında (Aktyorlar Evində) Əlilliyi olan Uşaq və Gənclərin İnteqrativ Tamaşalarının Milli Festivalı gerçəkləşib. Festival “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi və “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyi tərəf... | ANL |
“Hardasan oğul?”un məşqləri yekunlaşır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Vaqif Əlixanlının müəllifi olduğu “Hardasan oğul?” tamaşasının son məşqləri gedir. İki hissəli milli faciə janrında olan səhnə əsərinin quruluşçu rejissoru Ağalar İdrisoğlu, rejissoru Sərvər Əliyev, quruluşçu rəssamı Mustafa Mustafayev... | ANL |
Bu yaxınlarda Elza Kərimin “Nə xoşbəxt imişəm” adlı kitabı işıq üzü görüb. Kitabda çağdaş Azərbaycan poeziyasında silinməz izlər qoymuş, görkəmli şair Əli Kərim haqqında Elza Kərimin – onun ömür-gün yoldaşının xatirələri əks olunub. E.Kərim şairin uşaqlıq, gənclik, o cümlədən də birgə yaşadıqları on bir illik ailə həya... | ANL |
Şəkidə xalq şairi Bəxtiyar Vahabzadə yad edilib. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə bağlı Şəki şəhərində anım mərasimi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumatda bildirilir ki, anım mərasimi Şəki şəhər İcra Hak... | ANL |
Nitsşe dühası – insanlıq davası. Tarixdə narahat şəxsiyyətlər çox olub: inqilabçılar, şairlər, rəssamlar. Belələri filosoflar arasında rast gələndə daha çox nəzərə çarpır. Lakin məsələnin daha maraqlı bir tərəfi belə mütəfəkkirlərin özlərini, görüşlərini sevən, araşdıran, bir növ öz həyatının bir hissəsinə çevirən şəxs... | ANL |
Görkəmli tarzənlə unudulmaz görüşlərim. BƏHRAM MƏNSUROVUN ANADAN OLMASININ 100 İLLİYİ MÜNASİBƏTİLƏ. Görkəmli tarzən, gözəl insan Bəhram müəllim Mənsurovla mənim ilk görüşüm 1980-cı illərdə olmuşdur. O vaxt mən XIX əsrin böyük şəxsiyyəti – musiqişünası, şairi, rəssamı şuşalı Mir Möhsün Nəvvabın yaradıcılığı və onun dəyə... | ANL |
Mən Vaqif Səmədoğluyam. Yazılarımda dəyərli fikir varsa, maraqlı obraz yaratmışamsa, yəqin ki, hər zamanın cəmiyyətinin şairi olacağam”. Vaqif Səmədoğlu. Adını çoxdan eşitsəm də, yaradıcılığı ilə xeyli əvvəldən tanış olsam da, onunla şəxsən tanışılıq şərəfinə son bir-iki ayda nail ola bilmişəm. Bəlkə də həyatımda iki, ... | ANL |
Unudulmaz müəllimlərimiz, Qabaqcıl maarif xadimləri Şamil Vəkilov və Fatma xanım Aslanovanın işıqlı xatirəsinə. Dünya düşünən insanların dayaq nöqtəsi kimi bir şeydir... İnsan imkanları ilə arzularının sərhədində yaşayır. Andre Morua Adəti üzrə səhər erkən evdən çıxıb asta addımlarla qəsəbənin hələ hay-küy düşməmiş sak... | ANL |
ŞƏRQ ŞİRNİYYATI. Heç sevmirəm də uzun-uzadı alış-verişi. Bircə, geyim mağazaları ilə aram yaxşıdı. Maaşımı alan kimi qaçıram şəhərin ticarət mərkəzlərinə. Bütün ayı işlədirlər, cəmisi bir gün maaş verirlər. Belə də ədalətsizlik olar? Rayona da pul göndərə bilmirəm. Anam soruşur maaşın nə qədərdir? Rəfiqələrim paxıllıq ... | ANL |
XX əsr ədəbiyyat tariximizə yeni metodoloji – estetik baxış. Azərbaycan ədəbiyyatı tarixi az qala bir əsr ərzində adekvat elmi üsullar, metodologiya və konsepsiyaya söykənmədən milli zəmin əsasından daha çox Çar Rusiyasının, Qırmızı İmperiyanın, Sov.İKP MK-nın Siyasi Bürosunun direktivlərinin müəyyənləşdirdiyi yön, ist... | ANL |
Zaman keçəcək. Bizdən əvvəl gəlib gedən nəsillər kimi biz də bu dünyadan köç edəcəyik. Amma yenə də şübhəsiz bir ümid var ki, tarix ondan uzaqlaşdıqca Füzuli böyüyəcək. Bu mülahizəni əbəs demirik. Azərbaycan füzulişünaslığının tarixi və təkamül mərhələləri haqqında tədqiqat apararkən gördük ki, məsələn, öz təzkirəsində... | ANL |
Ədəbiyyat tariximizdə ən böyük şəxsiyyətlərdən biri Cəlil Məmmədquluzadədir və bu fikrin təsdiqinə heç bir ehtiyac yoxdur. Çox vaxt bu böyük sənətkarı yeni ədəbiyyatımızın banisi Mirzə Fətəli Axundzadənin davamçısı sayırlar. Ancaq C.Məmmədquluzadə təkcə davamçı deyildi, həm də Azərbaycan nəsrində, dramaturgiyasında, pu... | ANL |
“GÖZLƏYİN DÜNYAYA QAYITMAĞIM VAR”. Aman Allahım! Yaş saydı,amma ömür tamam başqa bir şeydi.Nə qədər ki, İsanı tanıyan nəsil yaşayır və nə qədər ki, Ona əziz adamlar sıramızdadı heç şübhəsiz, İsa həmişə xatırlanacaq və xatırlanmalıdı.Ancaq daha sonralar nə olacaq bunu bir olan Allah bilir. Zaman amansız, insanlar zamand... | ANL |
(Əvvəli ötən şənbə saylarımızda). Muğam işığında təksəsli, çoxsəsli düşüncələr. Muğam ifaçının mənliyini əlindən alır və öz içinə qatır. Usta müğənnilər öz mənliyini təslim etməz və ifaları ilə həmin muğamın ömrünə yeni bir ömür qatmaqla həm öz-özlərini, həm də ifa etdikləri muğamı təzələmiş olarlar. Bu mənada gedilən ... | ANL |
Özü isə siqaretli müştüyünə bir nəfəs vuraraq: – Mənim yaşıma çatarsan, onda da çəkərsən. Mən cavanlığımda bir səhv edib bu zibilə öyrəşmişəm. Elə bu zaman altmış beş yaşlı kişinin doxsanı haqlamaqda olan qoca atası ağzında qəlyan onlara yaxınlaşır. Altmış beş yaşlı ixtiyar kişi dərhal əlindəki müştüyünü arxasında gizl... | ANL |
KƏRPİCKƏSƏN KİŞİNİN KƏDƏRLİ DASTANI. Şərif Ağayarın mənə göndərdiyi “Kərpickəsən kişinin dastanı” adlı kiçik povestdən ibarət kitabında verilmiş qısa bioqrafiyadan belə məlum olur ki, o, hələ 35 yaşı adlamayıb, ancaq, doğrusu, povestdəki ağrının-acının miqyası və bədii-sosioloji mündəricatı xeyli genişdir və həmin miqy... | ANL |
Dövlət Pantomim Teatrının baş rejissoru, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimi, “Qərib cinlər diyarında”(Qərib) və “Ovsunçu” (Rəsul) filmlərindən aktyor kimi tanıdığımız Bəxtiyar Xanızadə Milli.Az xəbər portalına müsahibə verib. Müsahibədən seçmə məqamları təqdim edirik. – Teatrın ap... | ANL |
Vahid Qazi “Ruhlar şəhəri”ni imzaladı. YAZIÇILAR BİRLİYİNDƏ KEÇİRİLƏN TƏDBİRDƏ MÜƏLLİFİN BU KİTABI MARAQLI VƏ TƏSİRLİ YADDAŞ ABİDƏSİ KİMİ DƏYƏRLƏNDİRİLDİ. Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Vahid Qazinin “Ruhlar şəhəri” kitabının İmza günü və “Qafqaz Xrosiması” adlı filmin təqdimat mərasimi keçirilib. Filmi... | ANL |
Mənəvi irsimizin açılmamış səhifələri. Məhəmməd Əmin RƏSULZADƏ. Bu ilin aprelində məşhur “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 105, Mirzə Cəlilin klassik “Ölülər” əsərinin ilk tamaşaya qoyulmasının 95 illiyi tamam olur. İstər satirik “Molla Nəsrəddin” jurnalı, istərsə də klassik “Ölülər” əsərləri haqqında keç... | ANL |
AZƏRBAYCAN MÜHACİRƏT MƏTBUATINDAN: “ODLU YURD” DƏRGİSİ VƏ BÜLLETENİ. Azərbaycanda 1920-ci ildə Milli hökümətin yıxılaraq yerinə kommunist hakimiyyətinin gəlməsindən sonra ölkə dışında mücadiləsini siyasi mühacir kimi sürdürən Məhəmmədəmin Rəsulzadə və arxadaşları, eləcə də onlara müxalif olanlar Almaniya və Türkiyədə ç... | ANL |
Məktəbdənkənar təhsil: faktlar nə kimi perspektiv vəd edir? Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli şərait yaradır, onların istirahətinin, asudə vaxtlarının mən... | ANL |
Məleykə Abbaszadə: “Təkcə məktəbi günahlandırmaq olmaz, valideynlərin də günahı var, GƏRƏK ONLAR UŞAQLARLA BİRİNCİ SİNİFDƏN CİDDİ MARAQLANSINLAR”. Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri Azərbaycan cəmiyyətində tanınmış şəxslərlə görüşü davam etdirirlər. Bu sıradan olan növbəti görüş Tələbə Qəbulu üzrə Dövlət ... | ANL |
Korrupsiya ilə mübarizəyə ictimaiyyət nümayəndələri də qatılsın. MİLLİ MƏCLİSDƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ ÜZRƏ DÖVLƏT KOMİSSİYASINA SİYASİ PARTİYA NÜMAYƏNDƏLƏRİNİN ÜZVLÜYÜ MƏSƏLƏSİ GÜNDƏMƏ GƏTİRİLDİ. Milli Məclisin (MM) dünənki iclasında cari məsələlərin müzakirəsi üçün ayrılan vaxtın böyük bir hissəsi son günlərdə ölkəd... | ANL |
Azərbaycanın Milli Qəhrəmanının 40 illik yubileyi qeyd olunub. Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Mirabdulla oğlu Seyidovun 40 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. Tədbiri giriş sözü ilə açan Müdafiə Nazirliyinin şöbə rəisi, polkovnik Abdulla Qurbani Milli Qəhramanın keçdiyi şərəfli həyat yoluna nəzər sa... | ANL |
“Təhsilin əsasları” üzrə kurslara cəlb olunan mütəxəssislərə sertifikatlar təqdim edilib. Dünən 132-134 nömrəli təhsil kompleksində “Təhsilin əsasları” fənninin dördüncü semestrinin materialı üzrə kurslara cəlb edilən mütəxəssislərin sertifikatlarının təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə çıxış edən təhsil nazi... | ANL |
Görkəmli tarzən Bəhram Mansurovun 100 illiyi qeyd edilib. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Beynəlxalq Muğam Məkəzində görkəmli tarzən, xalq artisti Bəhram Mansurovun 100 illik yubileyilə bağlı mərasim keçirilib. Tədbiri yazıçı-publisist Mustafa Çəmənli açaraq, Bəhram Mansurovun həyat və yaradıcılığından ... | ANL |
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Mütləqə İnam Təliminin və fəlsəfəsinin yaradıcısı Asif Atanın 75 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Mütləqə İnam Ocağının övladlarıyla yanaşı, Ocaq dostları və bir çox ziyalılar iştirak ediblər. Mərasimi Mütləq İnam Ocağının Yükümlüsü İşıqlı Atalı aça... | ANL |
Əməkdar artist Təvəkkül Əliyevin 60 illiyilə bağlı Lənkəranda tədbir keçirilib. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ömrünün 38 ilini bu sənət ocağı ilə bağlamış respublikanın əməkdar artisti Təvəkkül Əliyevin anadan olmasının 60 illiyi münasibətilə yubiley mərasimi keçirilib. APA-nın Cənub bürosunun ... | ANL |
Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış yeni xor kollektivinin təqdimat mərasimi gerçəkləşib. Yeni xor kollektivi Türkiyənin “TRT” böyük xorunun və “Orfeon” kamera xorunun əsasında, tanınmış Azərbaycan xormeysteri, Türkiyə Radio Televiziya (TRT) qurumu böyük xorunun və “Or... | ANL |
Gənc Tamaşaçılar Teatrı “Fəcr ongünlüyü”ndən qayıdıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının bir qrup aktyoru İran İslam Respublikasınında hər il ənənəvi keçirilən 32-ci Beynəlxalq “Fəcr ongünlüyü” Teatr Festivalında iştirak edib. Bu barədə teatrın mətbuat xidmətindən verilən məlumatda deyilir. Dünyanın müxtəlif ... | ANL |
Azərbaycanda “Mədəniyyət” kanalı fəaliyyətə başlayıb. Dünən Azərbaycan teleməkanında “Mədəniyyət” kanalı açılıb. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) mətbuat xidmətinin rəhbəri Xatirə Qasım APA-ya bildirib ki, “Mədəniyyət” kanalının açılışı dünən saat 20.30-da Beynəlxalq Muğam M... | ANL |
Sözün, vətənin və millətin nəcib təəssübkeşi – İlham Bədəlbəyli. Bu yaxınlarda eşitdim ki, Moskvada yaşayan, bizimlə bərabər qəribliyin yükünü çiyinlərində daşıyan qələm dostum, həmkarım tanınmış Azərbaycan şairi İlham Bədəlbəylinin rus dilində “Paradoksı” adlı yeni şeirlər kitabı çapdan çıxıb.Zəng edib dostumu təbrik ... | ANL |
Daşın yaddaşı və ya dünənimizdən bu günümüzə boylanan tarix. Sultan Hüseyn Bayqara Şah İsmayıl Xətainin könlünü almaq məqsədilə ona rəqqasələr göndərir. Şah İsmayıl rəqqasələrə baxıb deyir: “Mən vuruş adamıyam. Gərək rahatlanmadan məmləkətimin ətrafında at cövlan etdirəm”. Hər bir xalqın, millətin gücü, kökə bağlılığı ... | ANL |
Tələbə qəbulu ilə bağlı Lənkəranda zona müşavirəsi keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Lənkəran şəhərində 2010-2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi təşkil edib. Müşavirədə TQDK sədri Məleykə Abbaszadə, Komissiya ... | ANL |
Təhsil Nazirliyinin Kollegiya iclasında korrupsiyaya qarşı mübarizə tədbirləri müzakirə olunub. Dünən Təhsil Nazirliyində “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya (2007-2011-ci illər)”nın icrası mövzusunda kollegiya iclası keçirilib. İclasda nazir müavinləri, nazirliyin müvafiq stru... | ANL |
Yaxud Dördüncü Qütbə Baxış. Bu gün Mətbuat Şurasında yeni məclis qurulacaq – dost, kəlam məclisi. Kamal Abdullanın yubileyini qeyd edəcəyik. Niyyətimiz suçumuzu yumaq, təskinlik deyil. Yubileyi ölkənin söz, sənətlə bağlı qurumlarında adına, xidmətlərinə, cəmiyyətdəki yerinə layiq tədbirlərlə qeyd edilib. Elmi-praktik k... | ANL |
Cavid Məmmədov: “Məqsədimiz Azərbaycanı Türkiyədə doğru şəkildə tanıtmaq idi”. MÜSAHİBİMİZ TÜRKİYƏDƏ FƏALİYYƏT GÖSTƏRƏN ƏSKİŞƏHƏR AZƏRBAYCANLILAR DƏRNƏYİNİN RƏHBƏRİ CAVİD MƏMMƏDOVDUR. 1998-ci ildə dövlət xəttilə Türkiyənin Əskişəhər Anadolu Universitetinin əczaçılıq fakültəsinə daxil olub. Həmin fakültənin bakalavr və ... | ANL |
– Sonra da təlaşla ora-bura vurnuxub tibb bacılarına göstəriş verdi. Özü isə asta addımlarla otaqdan çıxdı. Ülkər Əliyeva onuncu dəfədir ki, bura – Bərdə rayon xəstəxanasına düşür. Dəfələrlə Bakıya, Gəncəyə, Mingəçevirə aparıblar. Həmişə də ağır vəziyyətdə, ciddi əsəb sarsıntıları ilə. Müalicə öz təsirini göstərir, qız... | ANL |
” XALQ YAZIÇISI ELÇİNİN BU MÖVZUDA QƏLƏMƏ ALDIĞI ƏSƏR TANINMIŞ ƏDƏBİYYATŞÜNASLARIN İŞTİRAKI İLƏ AMEA-nın NİZAMİ ADINA ƏDƏBİYYAT İNSTİTUTUNDA GENİŞ MÜZAKİRƏ OLUNUB. Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda xalq yazıçısı Elçinin “Sosrealizm bizə nə verdi?” mini-monoqrafiyası... | ANL |
YAZIÇI SABİR SÜLEYMANOVUN XATİRƏSİNƏ. Qar yağırdı, geyinib-kecinib çıxdım küçəyə, sevincək “səndən bir dənədi də” pıçıldayıb düşündüm ki, deyəsən, bu fevral ayı qarlı qışın şəklini şəhərdə tezliklə çəkəcək. Bakıya aramsız qarın yağmasını arzulaya-arzulaya yön aldım avtobus dayanacağına və qəfildən tanıdığım, unuda bilm... | ANL |
Nənəmiz Qarabağ. Qarabağ mövzusu müasir ədəbiyyatımızın həmişə qanayan yarasıdır. Ədəbiyyatçılarımız qələmlərinin iti ucu ilə bu yaranı qaşıdıqca, qaşıyacaq. Yaratdıqları müxtəlif obrazlarla, dramatik səhnələrlə ruhumuzu göynətməyə çalışacaqlar. İndi öz zamanımız, öz zəmanəmizdi. Biz döyüşürük! Məharətlə bacardığımız u... | ANL |
“Avrointeqrasiya və vicdan azadlığı” mövzusunda dəyirmi masa keçirilib. Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi (AAMİK) “Avrointeqrasiya və vicdan azadlığı” mövzusunda debat keçirilib. APA-nın məlumatına görə, Avrointeqrasiya Milli İctimai Komitəsinin fəaliyyətdə olan sədri Məlahət Mürşüdlü mövzunun əhəmiyyət... | ANL |
“Stavropolda Azərbaycan diasporuna etimad ermənilərdən üstündür”. FƏXRƏDDİN YARIYEV: “BURADA YAŞAYAN AZƏRBAYCANLILARIN HEÇ BİR PROBLEMİ YOXDUR, DİNİ FƏALİYYƏTİMİZƏ MƏHDUDİYYƏT QOYULMUR”. Rusiyanın Stavropol vilayətində fəaliyyət göstərən “Odlar Yurdu” Cəmiyyəti 2000-ci ildə yaradılıb. Təşkilat burada yaşayan soydaşları... | ANL |
Turizm sektorunda məlumat bazasının yaradılması ilə bağlı layihənin təqdimatı keçirilib. Dünən Azərbaycanda Regional İnkişaf Mərkəzi Fondu “Geoinformasiya texnologiyaları əsasında turizm məlumat bazasının yaradılmasının zəruriliyi” mövzusunda dəyirmi masa keçirib. Onun sözlərinə görə, respublikamızda inkişaf etməkdə ol... | ANL |
Fəzail İbrahimli: “Korrupsiyanın qarşısını çox asanlıqla almaq olar, AMMA BUNUN ÜÇÜN BÜTÜN İCTİMAİYYƏTİN PROSESƏ ÜRƏKLƏ QOŞULMASI LAZIMDIR”. MÜSAHİBİMİZ AZƏRBAYCANIN AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASINDAKI (AŞPA) NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVÜ, VƏTƏNDAŞ HƏMRƏYLİYİ PARTİYASINDAN (VHP) OLAN MİLLƏT VƏKİLİ FƏZAİL İBRAHİMLİDİR.... | ANL |
EYVAZ HÜSEYNOV: “QARADAĞLI KƏNDİNDƏ VƏHŞİLİK TÖRƏDƏN ERMƏNİ ƏSGƏRLƏRİNƏ MƏŞHUR TERRORÇU, ASALA-NIN RƏHBƏRLƏRİNDƏN OLAN MONTE MELKONYAN BAŞÇILIQ EDİB”. Dünən “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi Xocavənd (Martuni) rayonunun Qaradağlı kəndinin ermənilər tərəfindən işğal edilməsinin 19-cu ildönümünə həsr... | ANL |
Misir Mərdanov Niderlandın Azərbaycandakı səfiri ilə görüşüb. Dünən təhsil naziri Misir Mərdanovun Niderland Krallığının Azərbaycandakı səfiri Aryen Uyterlinde ilə görüşü olub. Görüş zamanı çıxış edən təhsil naziri Misir Mərdanov Azərbaycanla Niderland Krallığı arasındakı təhsil sahəsində əməkdaşlıq perspektivlərindən ... | ANL |
“Azərbaycan faciələrinin təqvimi” kitabının təqdimat mərasimi keçirilib. Dünən Demokratik İslahatlar Partiyasının (DİP) qərargahında tədqiqatçı Nazim Tapdıqoğlunun “Azərbaycan faciələrinin təqvimi” kitabının təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə DİP sədri Asim Mollazadə açaraq, təqdimatına yığışılan yeni... | ANL |
Şəhidlik məvhumu müqəddəs olduğu kimi onu anmaq, ondan yazmaq, onu vəsf eləmək də lazımdır, savabdır. Kim hökm edə bilər ki, bu mövzu yasaq edilsin, yığışdırılsın mətbuat səhifələrindən, ondan yazan qələmlər sındırılsın? Amma əlbəttə ki, şəhidlik arzuolunmazdır, yolverilməzdir, çünki ağır hadisədir, kədərlidir. Amma ən... | ANL |
Seyran Səxavət: “Bu gün Azərbaycan ədəbiyyatında yetərincə istedadlı nəsil yetişib”. “ŞƏXSƏN MƏN MİN İL SONRAKI ƏDƏBİYYATIMIZ SARIDAN DA HEÇ BİR NİGARANÇILIQ YAŞAMIRAM”. Bununla bağlı ölkə mətbuatında gedən irili- xırdalı yazıların, müsahibələrin sayı da artmışdı. O vaxt işlədiyim “Azadlıq” qəzeti yazıçını sorğu-suala ... | ANL |
Heç nə əbədi deyil, bircə sənətdən başqa... Xalq yazıçısı Anarın “Muğamın əbədiliyi” essesini oxuyarkən. Həmişə görürdüm, ədəbiyyat müəllimi olan rəhmətlik atam radioda (o zaman kəndimizdə hələ televizor yox idi) səsləndirilən muğam dəstgahlarına qulaq asanda sanki bu dünyadan ayrılırdı. Başa düşüb-düşməməyimizdən asıl... | ANL |
Söz vədəsində deyilsə, yazılsa yaxşıdır. Amma mən çox gecikdim... İlk dəfə Zəlimxan Yaqub Almaniyada müalicə olunanda məqalə yazmaq istədim. Yazını nədənsə sonraya saxladım. Səbəbini unutmuşam. Həmin silsilənin bəzi misraları yadımdadır. Qürbətdə olmasına və ürək ağrılarına baxmayaraq, ustad şairin sözlərində, davranış... | ANL |
“GÖZLƏYİN DÜNYAYA QAYITMAĞIM VAR”. Aman Allahım! Yaş saydı,amma ömür tamam başqa bir şeydi.Nə qədər ki, İsanı tanıyan nəsil yaşayır və nə qədər ki, Ona əziz adamlar sıramızdadı heç şübhəsiz, İsa həmişə xatırlanacaq və xatırlanmalıdı.Ancaq daha sonralar nə olacaq bunu bir olan Allah bilir. Zaman amansız, insanlar zamand... | ANL |
(Esse-kollaj) Muğam işığında təksəsli, çoxsəsli düşüncələr. (Əvvəli ötən şənbə saylarımızda). Möcüzəni dinlədinizmi? Hər tərəfə səsiylə Allahın rəhmətini yayan möcüzəni dinləyə bildinizmi? Uzaqlaşıb yaxınlaşan, yaxınlaşıb uzaqlaşan səs insanları ibadətə – Allahın evinə çağırır. Uşaq vaxtı daş atıb göydən bir ulduz salm... | ANL |
“Nağıllar” silsiləsindən. O palıd ağacı qocalmışdı, o qədər qocalmışdı ki, xatirələrində özünün sütül çubuq olduğu, yüngülcə bir küləyin də onu titrətdiyi, vahiməyə saldığı vaxtlar tamam dumana bürünmüşdü, amma əvvəllər – yüz il, yüz əlli il bundan əvvəl – belə deyildi, həmin xatirələri tez-tez yadına salırdı və o sütü... | ANL |
İki gənc şair haqqında bir yazı. Bu yaxınlarda iş otağımda mənə bağışlanan yeni kitabları gözdən keçirirdim. Daha çox elmi məzmunda olan bu nəşrlərin arasında Naxçıvanda yaşayıb-yaradan iki gənc şair dostumun kitabları elə bil bir az qəribsəmiş kimi idi. Ovqatım da elə o kitablar kimi olduğundan, həm onların qəribliyin... | ANL |
Səsin tərkibində element nə çoxmuş: biri də dəmir! Ölüm həyatın son sözü olduğu kimi, musiqi də sənətin son sözüdür. H.Heynenin kəlamı yazıma gərək ola bilər, kəsib saxlamışam. Bəlkə istifadə elədim. Gülablıyla erməni kəndinin arasında göl vardı, camış qızanda orda səbbi alınırdı. Onun ifasına – dünyanın hansı qitəsind... | ANL |
Pəncərə”nin Azərbaycana baxışı. JURNALIN YENİ NƏŞR OLUNAN XÜSUSİ BURAXILIŞINDA AYRI-AYRI BÖLGƏLƏRİMİZ HAQQINDA MARAQLI MƏLUMATLAR ÖZ ƏKSİNİ TAPIB. “Pəncərə – mədəniyyətə baxış” jurnalının xüsusi buraxılışı oxuculara təqdim olunub. Buraxılışın ilk səhifəsində Bakı haqqında məqalə verilib. Yazıda tarixi iki min ilə çatan... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.