text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Yığıncaqdan qeydlər. Çoxumuz deməsək də etiraf etməliyik ki, yığıncaqlar, iclaslar rəsmi tədbir olduğundan çox zaman belə məclislərin iştirakında sərbəst olmaq bir qədər absurddu. 1963-ci ildə Əli Bayramlı şəhəri statusu alan, 7 may 2008-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Sərəncamı ...
ANL
Zaqatala: gözəlliyin və əzəmətin təntənəsi. 2011-ci ildə rayonda əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatı buğda və quş əti istisna olmaqla daxili istehsal hesabına ödənilmişdir. Ekoloji mühitə diqqət. Rayonda təbii sərvətlərin, eləcə də torpaqların mühafizəsinə diqqət artırılmış, torpaqların 439 alqı-satqı,...
ANL
Yığıncaqdan qeydlər. Hər naxış bir gözəllikdir. 80 min nəfərə yaxın əhalisi olan Şirvan şəhəri hər gün görkəmini bir az da gözəlləşdirir. Elə bu məqsədlə tikinti -abadlıq işləri nəticəsində şəhərin küçə və meydanları indi daha baxımlıdır. Ötən il Heydər Əliyev Prospektində 5.6 kilometr məsafədə asfalt-beton örtük əsasl...
ANL
"Səndən nə yaxşı polis çıxardı, bunları qatardın ee qabağıva". Seymur Qasımbəyli: "Bakalavrda oxuyanda ATV-də mənə yalnız bir qəzeti göstərdilər. Həmkarım Seymur Qasımbəyliylə "Azərbaycan" nəşriyyatının dəhlizlərində gündə bəlkə 3-4 dəfə qarşılaşsaq da, münasibətimiz "salam-sağ ol" həddindən o yana keçməmişdi. Amma onu...
ANL
ÜRƏYİNİZ AĞRIYIRSA... Onda vaxtında həkimə müraciət edin ki, infarkt keçirməyəsiniz. Yaz və payız mövsümlərində ürək-damar xəstəlikləri olan insanlar bir çox çətinliklər yaşayırlar. Daha doğrusu, onlar bu mövsümlərdə özlərini narahat hiss eləyir və tez-tez həkimə müraciət edirlər. Bir balaca da səhhətinə laqeyd yanaşan...
ANL
Beynəlxalq mükafatçıların sırasında bizim də yerimiz göründü. Azərbaycanda kitaba maraq, oxucunu kitaba qaytarmaq və ümumiyyətlə ömrümüzü kitablı, kitabları da ömrümüz kimi görmək istəyən, ona həvəslə, vicdanla, namusla çalışan, necə deyərlər gecəsini gündüzünə qatan tək-tək adamlar var ki, onlardan biri də "Təhsil nəş...
ANL
TORPAQ GƏLİR GÖRÜŞƏ - SÜRÜŞƏ-SÜRÜŞƏ. Beş gündü evimizin dalında dağ sürüşə-sürüşə evimizin üstünə gəlməkdədir. Bir də telekanalların maşınları parta-partnan gəlib-getməkdədir. Hətta JEK müdiri də həyətə gəlib. Binanın üstünə ünvan lövhəsi də vurublar. Müxtəlif təşkilatlardan gələnlər də var. Bir sözlə, məhləmiz məşhurl...
ANL
Zaqatala: gözəlliyin və əzəmətin təntənəsi. (əvvəli ötən saylarımızda). "Turizm ili" çərçivəsində rayonda bir sıra tədbirlər keçirilmiş, tarixi mədəni irsin qorunmasına qayğı ilə yanaşılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu ildə regiona növbəti səfəri zamanı rayonun simvoluna çevril...
ANL
XURŞİDBANU NATƏVAN. Səhərgəh nagahan gördüm dili-zarım nihan ağlar. Sirişgi-alilə hərdəm çəgər ahü fəğan ağlar. Sual etdim nə baisdir çıxıb əflakə əfqanın? Dəxi badi-səba, gördüm, bəsi dilkiru nalandır, Təkəllüm yox bəyan etsin, qalıbdır bizəban, ağlar. Gəzirdim bağu səhranı, pərişan halilə, gördüm. Dəyib badi-xəzan sə...
ANL
Onun ömür qatarı altmışa doğru baş alır. Qırx ilə yaxındı şeir yazır, Qorki adına Dünya Ədəbiyyatı institutunu bitirib. Onu bilirəm ki,yazdığı şeirlər ona başıaşağılıq gətirməyib. Doğulduğu Tovuz rayonu, Azaflı kəndidir. Bu kəndin adı çəkilən kimi "qoca qartal"-Mikayıl Azaflı yada düşür. Ustad aşıq-böyük sənətkar. Tovu...
ANL
"Ədalət"in şənbə sayının iki səhifəsini ədalətdən danışmağa həsr edirik. Uzun müddət davam etməsinə çalışacağıq. Ədalətin qalib gəlməsi hər kəsin arzusu olsa da, az hallarda reallaşır. Onu düşüncəmizdə yaratdıq, dilimizə gətirdik, nəhayət əməlimizə çatanda büdrədik. Bəlkə geriyə qayıdaq: daha dəqiq düşünək, düşündüyümü...
ANL
Qartal üçün yubiley, yubiley üçün qartal. Teatrın rəhbərliyi və aktyorun sənət yoldaşları Novruz Qartalın xətrini çox istədiklərindən martın sonlarını gözləməyə ehtiyac görməyiblər. Fevral təqvimdə yerini marta verməmiş teatrın ən yaşlı aktyoruna ad günü mərasimi keçiriblər. Düz də ediblər, söhbət Qartaldan gedirsə, rə...
ANL
Eyni ədəbi nəslə mənsub sənətkarların bənzərsizliyi bir də ondadır ki, gerçəkliyi ən müxtəlif tərəflərdən təsvir edirlər, biri digərini təkrar etmir, hətta eyni mövzudan yazanda da müxtəlifliyin çox mükəmməl birliyini yaradırlar... 80-cilər ədəbi nəslinə mənsub olan Nəriman Əbdülrəhmanlı həmin nəslin simasını müəyyən e...
ANL
Öncə bir az minnətdarlıq, bir az içimdən gələn və adını da bilmədiyim duyğuların işığında təşəkkür ifadə edən bu sözlərlə başlayıram yazını. Ona görə ki, bu kitab məni yenidən özümdən-özümə qaytardı. Yol əslində bir neçə saatlıqdı. İndiki kimi yadımdadı, Bakıdan Tuğa marşrut avtobusu işləyirdi. Yol da Yevlaxdan, Bərdəd...
ANL
Aşiq qadının romanı. Fevralın 16-da Yazıçılar Birliyinin "Natəvan klubu"nda İradə Tuncayın "Yol romanı"ı oxuculara təqdim edildi. Etiraf edim ki, alayarımçıq mütaliədən o qədər də zövq ala bilməmişdim. Tədbirin sonuna qədər çıxış edənləri diqqətlə dinləyir, kitab haqqında məni maraqlandıran bir fikir eşitmək arzusuyla ...
ANL
Min illərdir yol gəlib gəncliyinə qovuşan şəhər. Hələ keçən ilin payızında Böyük Şamaxı haqqında bir neçə sayımızda dalbadal silsilə məqalələr dərc etmişdik. "Böyük Şamaxı" ifadəsini əbəs yerə işlətmədim. 3000 ilə yaxın yaşı olan Şamaxının ayrı-ayrı dövrlərdə necə bir qüdrət və şöhrət sahibi olması tarixin silinməz yad...
ANL
Gerçək nümunə: Qobustan. Yayda cadar-cadar, qışda isə dizəcən palçıqlı və miskin görüntü. İndi Avropanın abad əyalət qəsəbələrinə bənzəyən Qobustan rayonu, onun müasirləşən görkəmi insanda qürur hissi oyadır. Və mən belə məqamlarda həmişə rayon icra hakimiyyətinin başçısı, təcrübəli dövlət məmuru Adil Məmmədovun bu söz...
ANL
N.Əbdülrəhmanlının yaradıcılığında əsərdən-əsərə keçən obrazlar var. Bunlardan biri də Ana obrazıdır. "Yolsuz" romanında da Psixoloqun anası və bacısı ilə münasibətləri diqqət çəkir. Ana heç vaxt oğlnun qərarlarının əleyhinə getmir, onu nədənsə çəkindirmir, ancaq illərin sınağından çıxmış, özünü doğrultmuş məsləhətləri...
ANL
Bura Xan Lənkərandır. Ölkəmizin dilbər guşələrindən olan, öz təbii relyefi ilə bir çox regionlardan seçilən Lənkəran baharı qarşılamağa hazırlaşır. Zəngin təbiətli bu rayon qışı arxada qoymaqla həm də daha bir ilə yekun vurdu. Ancaq hər gün inkişaf edən, yeni-yeni uğurlara imza atan Azərbaycan adlı məmləkətdə Lənkəranı...
ANL
Etiraf edim ki, həyatımın ağrılı-acılı günlərini gətirib qoydun gözümün önünə... Əziz dost, böyük zəhmət çəkmisən. Təşəkkürlər, təşəkkürlər.". Bəxtiyar Vahabzadə. Uzaq dağlıq rayonun buz nəfəsli ucqar kəndindən paytaxtın qaynarına düşən ucaboy, şüvərək, gur saçlı, xoş sifətli bu oğlan heç cür ağlına sığışdıra bilmirdi ...
ANL
"Sevinirəm ki, Azərbaycan insanı şikayət edir". "Ədalət"in şənbə sayının iki səhifəsini ədalətdən danışmağa həsr edirik. Uzun müddət davam etməsinə çalışacağıq. Ədalətin qalib gəlməsi hər kəsin arzusu olsa da, az hallarda reallaşır. Onu düşüncəmizdə yaratdıq, dilimizə gətirdik, nəhayət əməlimizə çatanda büdrədik. Bəlkə...
ANL
Girişsiz-filansız təqdim etmək istəyirəm bu yazını. Ona görə ki,mənim onun haqqında yazacağım bütün fikirlər öz kitabını təqdimin içində ifadə olunmaqdadır.Və üstəlik də geniş oxucu kütləsinə az tanış olan bu imzanın sahibini də onun öza biyoqrafiyasından öyrənmək mümkündü.Yalnız bunu deyim ki, çox-çox illər öncəsindən...
ANL
DOST İTKİSİ. Məmməd İlqar- Ağamalı Sadiq dostluğunun çox şahidi olmuşam. Çox bağlıydılar bir- birinə. Qələmə alınsaydı, onların hər görüşü bir maraqlı dastan əhvalatına dönərdi... Ağamalının qəfil ölüm xəbəri Məmmədi necə sarsıtmış, necə bükmüşdü, gözlərim şahid oldu. Ta torpağa tapşırana kimi cənazənin yanından əl çək...
ANL
"AZƏRBAYCAN MÜHACİRƏT NƏSRİ". Azərbaycan mühacirət ədəbiyyatı... Artıq bu anlayış müasir ədəbiyyatşünaslığımızın tərkib hissəsinə daxil olmuşdur. İndi yeni yazılan ədəbiyyat tarixi dərsliklərində də ayrıca "Mühacirət ədəbiyyatı" adlı bölmələr, fəsillər vardı. Ancaq mühacirət ədəbiyyatı deyilən prosesin öz tarixi bu anl...
ANL
Baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim! Qoymaram yadları girsin qoynuna, İzin ver qolumu salım boynuna! Sənin bayramına, sənin toyuna. Dili bir, qanı bir qardaşın gəlib, Dərdinə aşina sirdaşın gəlib. Sən çıxdın qarşıma duzla, çörəklə, Bağından dərdiyin güllə, çiçəklə, İkiyə bölünməz saf bir...
ANL
Don Juan və gürcü familiyası. Akademik Milli Dram Teatrı beynəlxalq layihə çərçivəsində növbəti premyerasını təqdim etdi. Martın 10-u Azərbaycanda peşəkar teatrın yaranması günü kimi qeyd olunur. 1873-cü ilin baharında böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə oynanılan Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-Vəz...
ANL
Bura Xan Lənkərandır. - Bu ilin sərt qış günlərini arxada qoyduğumuzu düşünürdük. Ancaq qış qabaqda imiş deyəsən, gör necə qar yağır. İki çərşənbə qoymuşuq arxada, ancaq hələ də yazdan əsər-əlamət yoxdur. Onu deyim ki, bir neçə günü çıxmaq şərtilə bu qış kəndlərimizdə belə işıqsız qalmamışıq. 10 kilovoltluq elektrik xə...
ANL
O DAĞLARIN ZİRVƏSİNDƏN BAXANDA... Balakən qartalları unudulmaz ki... Burada dayanıb hansı tərəfə boylansan, əvvəl-əvvəl zirvələri qılınc kimi parlayan qarşı dağların əzəməti gözlərini qamaşdırar. Bir az aşağıda sanki heç qanad çalmadan saatlarla o ucalıqlarda dövr edən qartallardır. Balakənin rəmzinə çevrilib bu qartal...
ANL
"Bunların arasında peşəkar və qeyri-peşəkar aktyorlar var idi. - Nəyə görə məhz rejissorluq sənətini seçdiniz? - Rejissor sənətini seçməyim belə oldu ki, mən uşaqlıqdan bu sənətlə maraqlanırdım, həvəsim var idi. Atam rejissordu, anam isə televiziyada işləyirdi, mən də istər-istəməz aktyorlarla görüşürdüm, kinostudiyaya...
ANL
O, Azərbaycanı dünyaya tanıtdırır. "İnternetin imkanlarından effektiv istifadə etməliyik". Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında II panelin mövzusu "Azərbaycan lobbi quruculuğu: müasir dünyanın reallıqları və tarixi təcrübə gənclərin baxış bucağında" olub. APA-nın məlumatına görə, II paneldə Dünya Az...
ANL
Abadlıq və tikinti-quruculuq işlərinin miqyası genişlənir. Hesabat dövründə rayon ərazisində tikinti, təmir, abadlıq və quruculuq işləri ardıcıl və keyfiyyətlə aparılmış, yeni tikintilərə başlanılmışdır. 2011-ci ildə Balakən çay sistemində 180 metr uzunluğunda 700 m3 həcmində daş-beton bəndlərində cari təmir işləri apa...
ANL
ŞƏKİ: QÜRURLU OLMAQ SƏLAHİYYƏTİ. Şəkililəri sevindirən Prezident sərəncamları. Təkcə Şəkinin koloritli adı və məşhur Xan Sarayı bəs edər ki, bu qədim yurd haqqında həmişə iftixarla danışasan. Ancaq şəkililər o qədər də konservator deyillər. Onlar qədim diyarın müasir inkişafını da arzulayan, daim yeniliklərə, uğurlara ...
ANL
Sizə kimdən deyim, yaxşı padşahdan. Ravilər belə rəvayət edir ki, əyyami-qədimdə ya Çində, ya Maçində bir yaxşı padşah varmış. Yaxşı padşah heç vədə öz rəiyyətlərinə güldən ağır söz deməzmiş. Nə incidərmiş onları, nə boyunların vurdurarmış, nə də asarmış. Padşahın yaşı ötmüşdü, amma ömrü boyu o nəinki adam, heç taxtabi...
ANL
Əyyub Qiyasla tanışlığım. Yazıçı Əyyub Qiyas haqqında ilk dəfə Yusif Məhəmmədoğlu danışmışdı mənə. Onda Bakıya hələ yeni gəlmişdim. Ədəbi mühitdə çox az adamla ünsiyyətim var idi. Haqqında danışılan istənilən adamın yazdıqlarına o dəqiqə maraq göstərir, tapıb oxumağa çalışırdım. Yusif Əyyub Qiyas haqqında danışanda da ...
ANL
ŞƏKİ: QÜRURLU OLMAQ SƏLAHİYYƏTİ. Ekoloji mühitin daha da inkişaf etdirilməsi diqqət mərkəzində saxlanmış, həyata keçirilən ağac əkini kampaniyalarında ümumilikdə 84 min 910 ədəd ağac əkilmiş, Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 110 hektar ərazidə meşə əkinləri aparılmışdır. Bununla yanaşı,istər dövlət...
ANL
O DAĞLARIN ZİRVƏSİNDƏN BAXANDA... (əvvəli ötən saylarımızda). Ümumtəhsil məktəblərində şagirdlərin fiziki, milli və hərbi vətənpərvərlik tərbiyəsinin yaxşılaşdırılmasına da diqqət yetirilmiş, bu məqsədlə keçirilən yarış və turnirlərdə əksər məktəblərin şagirdlərinin iştirakı təmin edilmişdir. "Gələcək nəsillərlə üz-üzə...
ANL
Qələm adamları Novruz bayramını necə keçirəcək? Doğma kəndini arzulayanlar daha çoxdur... Novruz bayramı (Yeni Gün bayramı, Ərgənəkon bayramı) - türklər üçün yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayır, bu münasibətlə şənliklər keçirir, o...
ANL
Niyə hamının kefi kök olmalıdır, səninki pis". Padşah bu fikrin dərinliyindən cuşa gəldi və cuşa gəlib ardını düşünməyə başladı. Kimsə yuxusuzluğu mənimlə bölüşməlidir, bu işdə mənimlə əlbir olmalıdır. Səhərə yaxın qərar hazır idi: məmləkətdə heç kəs gecələr yatmamalıdır. Səhər üzü xoruzlar banlayanda padşah bu qanunu ...
ANL
ŞƏKİ: QÜRURLU OLMAQ SƏLAHİYYƏTİ. (əvvəli ötən saylarımızda). Əhalini elektrik enerjisi ilə təmin edən və istismar müddətini başa vurmuş əsas xətlər və dayaqlar dəyişdirilmir, transformator yarımstansiyalarına vaxtlı-vaxtında texniki baxışlar keçirilmir, payız-qış aylarında elektrik enerjisi ilə normal təminatda ciddi p...
ANL
İslamı tanıyaq, sevək və yaşayaq. Bu günümüzün insanlarında belə bir fikir var ki,hamımız Allahı qəbul edirik,onu sevirik,amma dindir,Peyğəmbərdir, ibadətdir,bunlar artıq şeylərdir,təki ürəyimiz düz olsun,ürəyimiz təmizdir,heç kimin malına,namusuna göz dikmirik,bacardığımız qədər də yetimə-yesirə yardım edirik,bunlar k...
ANL
Niyə hamının kefi kök olmalıdır, səninki pis". Padşah bu fikrin dərinliyindən cuşa gəldi və cuşa gəlib ardını düşünməyə başladı. Kimsə yuxusuzluğu mənimlə bölüşməlidir, bu işdə mənimlə əlbir olmalıdır. Səhərə yaxın qərar hazır idi: məmləkətdə heç kəs gecələr yatmamalıdır. Səhər üzü xoruzlar banlayanda padşah bu qanunu ...
ANL
Sizif haqqında Azərbaycan əfsanəsi. (Mirmehdi Ağaoğlunun "Küləyi dişləyən" memuar-hekayəsi haqqında). Mirmehdinin özü haqqında danışmaq mənim üçün olduqca asandır. Çünki münasibətlərdə və ünsiyyətdə o qədər sadə və mütəvazidir ki, haqqında "yaxşı insandır", "gözəl dostdur", " bütöv xarakterlidir" sözlərini işlətməkdən ...
ANL
Ölkənin ən qədim yaşayış məskənlərindən biri olan, Muğan düzünün cənub-qərbində qərarlaşan Biləsuvar rayonu haqqında danışanda xəyalıma 15-20 il əvvəl gördüyüm mənzərə gəlir. Bir-birinə sığınmış kiçik, köhnə evlər, dar, qaranlıq küçələr, baxımsız yollar rayonun ümumi mənzərəsini yaratmaqla iqtisadi-sosial durumdan da x...
ANL
"Məhəbbətsiz necə ömür eylər insanlar". Bu yaxınlarda musiqi tədqiqatçısı, filologiya elmləri doktoru, professor Vüqar Əhməd mənə "Əfsanəvi tarzən" sayca 29-cu kitabını hədiyyə etdi. Adı çəkilən kitab xalq artisti, görkəmli tar ifaçısı Firuz Əliyevin həyat və yaradıcılığına həsr olunub. "Müəllim" nəşriyyatında yüksək p...
ANL
Alçaqların yüksəkdə, yüksəklərin alçaqda olması ən böyük haqsızlıqdır. Müdrik sözü. Qapısı uzun, ensiz dəhlizə açılan auditoriyanın qarşısına yığılmış tələbələr öz aralarında pıçıltı ilə danışır, sonra kandarda oxlov udmuş kimi dümdüz dayanıb qırışığı açılmayan həmyaşıdlarına bir-bir yaxınlaşırdılar. O, qoltuğuna sıxdı...
ANL
İslahat, İslahat, ciddi İslahat! Ceyhun Musaoğlunun yeni layihəsi: "Ədalət"də ədalətdən danışaq (ceyhunmusaoglu@mail.ru). Ədalət"in şənbə sayının iki səhifəsini ədalətdən danışmağa həsr edirik. Uzun müddət davam etməsinə çalışacağıq. Ədalətin qalib gəlməsi hər kəsin arzusu olsa da, az hallarda reallaşır. Onu düşüncəmiz...
ANL
Girişsiz-filansız təqdim etmək istəyirəm bu yazını. Ona görə ki,mənim onun haqqında yazacağım bütün fikirlər öz kitabını təqdimin içində ifadə olunmaqdadır.Və üstəlik də geniş oxucu kütləsinə az tanış olan bu imzanın sahibini də onun öza biyoqrafiyasından öyrənmək mümkündü.Yalnız bunu deyim ki, çox-çox illər öncəsindən...
ANL
Enmək üçün enişim. Bu yolları getmək üçün. İnsan gərək. Uşaqlıqdan ayıq ola, Sonradan ayılmaq olmur. Bu yollar getmək üçündür, Yolları qayıtmaq olmur. Ömür yolu haqqında, bu yolun haçansa qırılacağı bir an, bir gün haqqındadır. Əlislam bir neçə il öncə o yolun sonuna çatdı və bir də geri qayıtmadı. Bilmirəm, cəmi iki ş...
ANL
"İnqilabi dəyişiklik edəcəyəm vədini verməmişəm". Zəlimxan Məmmədli: "Mən hələlik o məmurların adını çəkməyəcəm". "Borçalı Cəmiyyəti"nin sədri Zəlimxan Məmmədli "Ədalət" qəzetinin suallarını cavablandırır. - Gürcüstanda yaşayan soydaşlarımızın hədsiz problemlərlə üz-üzə qaldığı barədə zaman-zaman informasiyalar verilir...
ANL
XANƏMİR TELMANOĞLU: SADƏCƏ, ÇOXLARINA DÜŞÜNMƏ HAQQI VERİRƏM. Xanəmir həm insan kimi, həm də şair kimi maraqlı və bənzərsiz adamdır. Onunla bütün söhbətlərimiz maraqlı olur. Amma bu söhbət, başqa söhbətdir. Bu müsahibəni, biz iki dostun söhbətini oxumayan məncə çox şey itirəcək. Bir sözlə, uzun-uzadı giriş sözünə ehtiya...
ANL
Tanınmış publisist İradə xanım Tuncayın "Yol romanı"nı vərəqləyirəm. Əsərin adındakı "roman" sözü məni qətiyyən maraqlandırmır, heç təəccüblənmirəm də. Onu janr mənasında çözməli olsaq, "publisistik roman" anlamına üstünlük verərik. Dünya ədəbiyyatında süjet xətti səyahət motivləri üstündə qurulan bu tipli romanlar az ...
ANL
Oxucunun görmədiyi ədəbi mühitimiz. Qısqanclıq və paxıllıq... "İnsan xoşbəxt olmaq istəyirsə, bədbəxt olduğu yerdən qaçmalıdır. "- bu fikri yenicə bitirdiyim romandan seçmişəm. Bəli, bu günlərdə dostum, dəyərli qələm adamı Kənan Hacının "Yağ kimi" romanını yenidən oxudum. Kitabı nəşrindən qısa müddət sonra, sadəcə tanı...
ANL
"Azərbaycan oxucusu gündəlik həyatda törətdikləri eybəcərlikləri ədəbiyyatda görəndə əsəbiləşir". - "Alma" qəzetinin ilk vaxtlarında muğam haqda bir yazı yazmışdım. Hətta bəzi muğam ifaçları Mətbuat Klubuna yığışaraq mənə qarşı öz etirazlarını bildirdilər. Buna görə qəzetdə yazılarıma "embarqo" qoydular. Redaktor dostu...
ANL
Bu qazi toyunda, bu ər toyunda, rəqs meydanına nidalar qoyan. tək qıçı üstündə oynayan oğlan, bu gecə tək qalan qıçın oynayır. Oturub ortada qara ciyər bəy, sağdişi ayaqdı, soldişi qoldu, dağlara dırmanan uzanan yoldu, sürünə-sürünə barmaqlar gəlir, atlana-atlana pəncələr gəlir, qollar rəqs eləyir, qıç təpik çalır, oyn...
ANL
"Milli təhlükəsizliyin keşiyində". Müstəqilliyin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun təhdidlərdən qorunması, vətəndaşların hüquq və mənafelərinin təmin edilməsi milli təhlükəsizlik siyasətinin ən vacib elementləri və əsas məqsədləri kimi hər bir dövlətin qarşısında dayanan başlıca vəzifələrdir. Təsadüfi deyil...
ANL
Bir ürəkdə iki dünya. Yazının sərlövhəsindən göründüyü kimi, haqqında söhbət açmaq istədiyim şəxs "iki ürəkli, dörd biləklidir". Qəhrəmanımın "birinci can"ı - həkim olaraq insanların sağlamlığının keşiyində durmaqdan ibarətdirsə, onun "ikinci can"ı ədəbiyyatımıza xidmət edən - şairlikdir. Bu baxımdan da mən bu yazımı i...
ANL
Qəlbimin xırda parçaları. Sənsizliyə salam verdim. Keçmiş günlərimin qırıq pəncərəsindən, Qan daman barmaqlarım da. Salamladı həsrətdən solan günəşi. İntihar qoxulu vücudumu. Sürüyürəm yol boyu. Bəlkə bu gedişlə qurtulacağam, Bəlkə də yoxluğa mən dolacağam, Süzülür qanım dolaşıq yollara. Gəl sənə nağıl danışım. Qaranlı...
ANL
Bir ürəkdə iki dünya. Ailədə ikinci övlad olan Nazim Musayev 1971-ci ildə orta məktəbi bitirdikdən sonra elə həmin il Azərbaycan Tibb İnstitutuna daxil olmuş, 1976-cı ildə ali təhsilini müvəffəqiyyətlə başa vuraraq farmakoloq ixtisasına yiyələnmiş, İ.M.Seçenov adına I Moskva Tibb İnstitutunun aspiranturasını bitirərək,...
ANL
"Kommunistlərin əsas qəzetlərində Nobelin şəxsiyyətini və mükafatı təhqir edən seriya yazılar dərc olunmağa başlandı. Bu hərəkətlərdən sonra Nobel Komitəsində bir daha bu iki Azərbaycan aliminin adı çəkilmədi. Azərbycan yazıçısı Kamal Abdullanın "Nobel" mükafatına namizəd olması hadisəyə çevrilib. Mətbuat bu hadisəni y...
ANL
ÖZÜMÜZÜ TANITMAĞIN GERÇƏK YOLU. Bu, zamanın sınağından çoxdan çıxıb. Gəlin etiraf edək ki, sovet dönəmində məmləkətimizdə kitaba, oxumağa, mütaliəyə maraq indikindən qat-qat artıq idi. Yəni insanlar rahat şəkildə kitab mağazalarına, eləcə də kitabxanalara üz tutur, oxu zallarında saatlarla əyləşib hər hansı bir elmi-əd...
ANL
Tələbəlik illəri yadına düşdü... Ömrünün ən qaynar, unudulmaz çağları arxada qalmışdı. O, universiteti fərqlənmə diplomu ilə bitirmişdi. Dostları ilə Dənizkənarı parka gəzməyə gedirdi. Qaçaraq qayıdıb mərmər pillələrlə yuxarı qalxdı... Ağsaçlı, üz-gözündən nur yağan professor birbaşa mətləbə keçdi: - Aspiranturada cəmi...
ANL
Maraq içində maraq güdməmək. Ceyhun Musaoğlunun yeni layihəsi: "Ədalət"də ədalətdən danışaq (ceyhunmusaoglu@mail.ru). ""Ədalət"də ədalətdən danışaq" layihəsinin növbəti qonağı Milli Məclisin vitse-spikeri Bahar Muradovadır. Bahar xanım həyatındakı və siyasi fəaliyyətindəki uğurun düsturunu göstərir. - 8-ci sinfi tərifn...
ANL
Aktyor Sucəddin Mirzəyev özü və Lənkərandakı teatral mühit barədə. Sucəddin Mirzəyev müasir Azərbaycan teatrının ən istedadlı aktyorlarından biridi. Bunu tam məsuliyyətlə yazır və altından imzamı qoyuram. İş elə gətirib ki, bu istedadlı, olduqca təvəzökar və təmənnasız insanın səhnə fəaliyyətini, yaşam tərzini yaxından...
ANL
Girişsiz-filansız təqdim etmək istəyirəm bu yazını. Ona görə ki,mənim onun haqqında yazacağım bütün fikirlər öz kitabını təqdimin içində ifadə olunmaqdadır.Və üstəlik də geniş oxucu kütləsinə az tanış olan bu imzanın sahibini də onun özü bioqrafiyasından öyrənmək mümkündü.Yalnız bunu deyim ki, çox-çox illər öncəsindən ...
ANL
Dan yerində sevdalanan şeirlər. Ötər rüzgar acı-acı, Özündən ötürməz məni. Karvan-karvan yüküm bəlli, Körpülər götürməz məni. Bu yazını qələmə alanda Əsgəroğlu Ədalətin son illərdə qələmə aldığı gəraylılarından birini seçdim. Müasir poetik təfəkkür işığında "qoca" gəraylının yeni bir çaları ilə üzləşdim. "Qoca" gəraylı...
ANL
Məmməd İlqar. Məmməd İlqar haqda bitib tükənməyən fikirlərimi, onunla bağlı xatirələrimi nə qədər qısa yazmağa çalışdımsa, uzun alındı deyəsən. Ümidvaram ki, "Ədalət" in oxucuları Məmməd Ilqar haqda sonuncu yazımı da maraqla qarşılayacaqlar. Bu bir həqiqətdir ki, həm dəyərli, şair, həm dəyərli dost, həm də ümumən çox m...
ANL
Tamaşaçılar "Qarabağ vaxtı"na kökləndilər. "Bu bizik" qrupundan növbəti möhtəşəm layihə. Yuğ teatrında "Qarabağ vaxtı" adlı interaktiv tamaşanın ilkin təqdimatı oldu. İstedadlı gənclərdən ibarət "Bu bizik" yaradıcı qrupunun hazırladığı tamaşa tamaşaçılar tərəfindən maraqla qarşılandı. Fərqli formada, posmodernist yanaş...
ANL
Nüsrət Kəsəmənlinin xanımı şairi xatırlayır. Fikirli gəlirəm, dalğın gəlirəm, Qayğılı gözlərin çəkir şəklimi. Bəzən gec gəlirəm, yorğun gəlirəm. Bitirsən qapıda bənövşə kimi... Bəlkə min suçumu bilmisən mənim, Birini üzümə vurmamısan heç. Eyhamla üzümə gülmüsən mənim, Bircə yol üzümə durmamısan heç. Bu şeirin həsr edil...
ANL
Bu yazımı SƏSə - musiqiyə, daha döğrusu, musiqi düzümçüsünə, "milli mentalımız"dan irəli gələn xüsusiyyətlərimizə uyğun olaraq hələ özümüz zaman baxımından çox da uzaq olmayan bir vaxtda kəşf eləməyimizə baxmayaraq, musiqi nümunələrilə dünya çapında özünə layiqli yer tuta bilmiş, tələbkar Avropa dinləyicisini, Okeanın ...
ANL
SÖZÜN MÜHARİBƏ RƏNGİ. Ədəbiyyatımızda müharibə mövzusu, Qarabağda baş verən hadisələrin bədii sözün obyektinə çevrilməsi artıq ayrıca söhbət üçün yetərli görünür. İndi 90-cı illərdən üzü bəri yazılan, ədəbi ictimaiyyətin də tanış olduğu ədəbi əsərlərə qiymət verməyin, onları elmi-nəzəri tədqiqat hədəfinə çevirməyin vax...
ANL
YADIMA DÜŞDÜ. Gündə durna keçir göydən yüz qatar. Baxdım üfüqlərə həzin axşamlar. Bax, yaşıl Krımda yarpaqlar solub, Elə bil təbiət işdən yorulub. Hərdən qərib-qərib gözlərin dolub, Boynunu burmağın yadıma düşdü. Gəlməyəsən görüm səni zavala. Gözlərim yumulub getdim xəyala. Min oyun qurmağın yadıma düşdü. Səhər-səhər t...
ANL
İndi daha abad Sabirabad. Dəli Kürün daşması nəticəsində sel daşqınları rayonun Qaragüney, Mürsəlli, Qasımbəyli, Bala Həşimxanlı, Şıxlar, Ulacalı və digər kəndlərini öz ağuşuna almışdı. Minlərlə ev, onlarla məktəb, tibb müəssisələri, inzibati binalar daşqının qurbanına çevrilmişdi. İnsanlar təbii fəlakətin törətdiyi fa...
ANL
Keçmişdən səslər. Dövrünün böyük mütəfəkkiri Nəriman Nərimanovun xatirə muzeyi artıq 35 ilə yaxındır ki, fəaliyyət göstərir. Ötən illər ərzində muzeyimizdə bu fenomenal insanın həyatı və fəaliyyəti ilə bağlı 5300-dən çox eksponatın toplanması, araşdırılıb öyrənilməsi onun haqqında təsəvvürlərimizi daha dəqiq və dolğun ...
ANL
Həmin gün təbiət də çox qəribə olmuşdu və bu qəribəliyin ən diqqət çəkən məqamı göy üzünün birdən-birə qara buludlara bürünüb sonra da şaqqıltı ilə az qala göz boyda damlalara çevrilib yağış şəklində səpələnməsi idi. Bu məqamı ona görə unuda bilmirəm ki, biz Ağcabədiyə gələndə əməlli-başlı yay havası idi. İnsanlar artı...
ANL
Sona Çərkəzə oxucu məktubu. Bu günlərdə indi sizə təqdim edəcəyim kitabı təkrar gözdən keçirdim. Həqiqətən ürəyimcə olan, son dərəcə səmimi, xüsusilə dərdə çiyin verməyi bacaran "dərddən yoruldum!" deməyən Sona xanımın sözarası etdiyi bir işarə məni onun söz dünyasına bir də çəkib apardı. Bir az da açıqlasam, biz böyük...
ANL
"İlk qonorarımı dostlarımla qonaqlığa xərclədim...". Modern.az saytı Azərbaycan Televiziyasının tanınmış diktoru Rafiq Həşimovla müsahibəni təqdim edir. - Rafiq müəllim, diktor olmaq qərarını necə verdiniz? Bura texniki bir şöbə idi. Burada bir müddət işləyəndən sonra videoyazı deyilən sexdə montajçı, videooperator kim...
ANL
Təbiətin saflığına, müqəddəsliyinə sığınmış, ömrünü təbiət qoynunda keçirən böyük söz adamı, istedadlı şair Musa Yaqubun dünən 75 yaşı tamam oldu. Təbiətimizin doyumsuz tərənnümçüsü, ustad Musa Yaqubla doğum günündən bir neçə gün qabaq görüşdük. Vaxt azlığından şikayətlənsə də, ustad şairimizlə yubileyqabağı söhbət etm...
ANL
İndi daha abad Sabirabad. Heydər Əliyev prospektindəki daş hasarlar üzlənmiş, müasir üslubda yenidən qurulmuşdur. Ulu Öndərin adını daşıyan prospektdəki, 20 Yanvar küçəsindəki, Sənaye Törəmə Müəssisəsinin ərazisindəki binaların dam örtükləri də hərtərəfli təmir olunmuşdur. Sabirabad rayonunda, eləcə də rayon mərkəzində...
ANL
Bu il "Eurovision" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi hamımızın diqqətini bir daha Bakının ev sahibliyi etdiyi bu möhtəşəm yarışmanın tarixinə yönəldir. "Eurovision" nədir, necə yaranıb və bu mahnı yarışmasının meydana çıxaran zərurət nə olub? Hər şey də bu təklifdən başladı. Əslində, Avropanı təkcə iqtisadi ...
ANL
Aqil Abbas laçınlılara verdiyi sözü tutdu. "Millət vəkili Qarsda Sultan bəy Sultanovun məzarını taparaq ziyarət edib və onun qəbirüstü abidəsini inşa etdirmək üçün danışıqlar aparır". Təxminən bir ay əvvəl Laçın camaatının məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində xalq qəhrəmanı Sultan bəy Sultanovun anım...
ANL
Elxan Zal: "AYB-də islahatlar, struktur dəyişikliyi getməlidir". "Həmid Herisçi Anarı, Rəsul Rzanı tənqid edir, öz atası Qafar Kəndlini idealizə edirdi". Elxan Zalı Azərbaycan ədəbiyyatı ilə maraqlanan insanlar yaxşı tanıyır. Azərbaycan Yazıçılar Birliyinə qarşı yaranan müxalifətin tanınmışlarından olsa da, Azad Yazarl...
ANL
Uzaqlarda qalan boz xatirələr. Bilirsiniz, indi nələri xatırlayıram? O vaxtları ki, gənc respublikamızın sərhəd rayonları sanki çox uzaq və ünyetməz görünürdü. Balakən də uzaqlarda qalmışdı elə bil. Gecələri qaranlıq, gündüzləri boz-bulanıq primitiv bir dağ rayonu. İşıqlı, al-əlvan vətən torpağı... Milli liderimiz Heyd...
ANL
"Azər Paşa Nemət çağdaş dövrümüzün lider rejissorudur". Adətən aktyorların digər teatrlarda qoyulan tamaşalara baxması böyük marağa səbəb olur. Elə bu müsahibənini yaranmasında da qeyd elədiyim amilin böyük rolu oldu. Belə ki, bir neçə gün öncə Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulan "Boy Çiçəyi"nin s...
ANL
Süleyman Allah-Təalanın çox sevdiyi peyğəmbərlərdən biri idi. Böyük bir əyaləti haqla-ədalətlə idarə edən peyğəmbər təkcə padşah deyildi, küləyin ixtiyarı ona verilmişdi, hansı yana, hansı səmtə əmr etsəydi peyğəmbər, o yana, o səmtə üz tutardı külək. Bundan əlavə bütün heyvanat aləminin də dilini gözəl bilirdi Süleyma...
ANL
Meyvəçiliyin inkişafına təkan. Rayonda soyuducu və qurutma kameralarının tikintisi ilə yanaşı meyvəçiliyin inkişaf etdirilməsinə diqqət artırılmış, yeni intensiv bağ təsərrüfatları yaradılmışdır. Rayonun Qullar kəndində fiziki şəxs M.Bazarov tərəfindən 3,1 ha sahədə meyvə bağı salınmış, Yaponiya, Hollandiya, Çexiya və ...
ANL
Pəncərəm açılır qəbristanlığa, Gördüyüm mənzərə gözümə batır. Məəttəl qalıram uca Tanrıya, Alimi cahillə yanaşı yatır. Burda soruşmurlar kimsən, nəçisən, Möminsən, canisən, ya dilənçisən. Cərgəylə düzülüb sakit qəbirlər, Burda heç bilmirsən sən neçəncisən. Ömür də deyəsən düz paylanmayıb, İlahi, bağışla, söylədim günah...
ANL
Rafael Dadaşov: "Bəzi aktyorlar kənarda bir-birini görmək istəməyiblər, səhnədə sevişiblər". Akademik Milli Dram Teatrının simalarından biri, Xalq artisti Rafael Dadaşovun Modern.az-a müsahibəsi. Hələlik başqa bir şey yoxdur və yəqin ki, yeni sezondan olacaq. Çünki gözəl bir repertuarımız təşkil olunur. Sentyabrda məzu...
ANL
Atatürk Universitetində Məmməd Araz gecəsi. Atatürk Universitetində qurtuluşun il dönümünü qeyd etmək tədbirləri çərçivəsində universitetin ədəbiyyat fakültəsinin çağdaş türk ləhcələri və ədəbiyyat bölümlü tərəfindən «Şair Məmməd Arazın anım proqramı» gerçəkləşdirilib. Sayğı duruşundan və istiqlal marşından sonra Atatü...
ANL
Təqaüdə çıxış. Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-proflaktika fakültəsini bitirmişdi. İlk iş yeri təyinat üzrə Əfəndiyev adına xəstəxana oldu. Xarakterindəki idarəçilik ehtirası həkimliyi ilə bir araya sığmırdı. Harda, necə gəldi işçilərin üstünə qışqırması, xəstələrlə kobud davranması barəsində pis imic fo...
ANL
Mənə elə gəlir ki, onda... Çoxdandı Yazıçılar Birliyinə tərəf yolum düşmürdü. Bir təsadüf nəticəsində Birliyə baş çəkdim. "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli ilə söhbət əsnasında öyrəndim ki, həmkarımız, şairə xanım Fərqanənin kitabının təqdimatı keçiriləcək. Doğrusu, yaranmış fürsətdən istifadə etməmək ...
ANL
BƏRK TUT ƏTƏYİNDƏN TUTDUĞUN HAQQIN... ... Hər adamın işi deyil ki, haqq-ədalət və həqiqət yolunda çətinliklərə, əzab-əziyyətlərə və sıxıntılara dözə bilsin. Bunu o insanlar bacarırlar ki, onların içində həmişə haqq-ədalət və Allah sevgisi güclü olub. Hətta ataları dirilib gəlsə belə, o haqqı, o ədaləti danan deyillər. ...
ANL
ƏLİ VƏLİYEVin " Budağın xatirələri" romanından. Hər nə qədər unudulmaz dramaturqumuz İlyas Əfəndiyev desə də ki, GERİYƏ BAXMA,QOCA insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının,şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici...
ANL
Çox yox, beş-altı il ədəbi yaradıcılıqla məşğul oldu, məşhur satiralarını yazdı, "Molla Nəsrəddin" jurnalı vasitəsilə bu satiralar bütün Azərbaycana və Şərqə yayıldı, yatmışları oyandırdı, insanlara haqq yolunu göstərdi. Bir ədəbi məktəb yaratdı. Onun ən yaxın dostu və müasiri Abbas Səhhət yazırdı ki: "Sabir ...müqəlli...
ANL
Riyazi poeziyadan nümunələr. Sovet zamanında ağactək bitib. İki müavinli başçı ilə mən. Doğma yurd havası uduram hərdən. Nağıllardan boy göstərir qorxulu söz: Yarımvəhşi adamların. Alnındaymış üçüncü göz. Üçqovaq kəndinin akademiki. Çoxdan göstərilmir. Unutqanlıq deyilmi? Mən də axırıncı kursa. Xeyirxahlıq işi! Koordin...
ANL
Lerikdən o yana haçadır yollar. Cənubun mərkəzi sayılan Lənkərandan Lerikə uzanan yolda hələ ki, sakitlikdir. Otel və koteclərdən ibarət olan bu istirahət ocaqlarından bu ilin ilk rübündə 920 nəfər müsafir yararlanmışdır. Leriki paytaxtla bərabər respublikanın digər rayonları ilə də birləşdirən 56 kilometrlik Lənkəran-...
ANL
Daşkəsəndə bayram tədbirləri. Daşkəsən rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 94-cü ildönümü silsilə tədbirlərlə geniş qeyd olunmuşdur. Belə ki, əvvəlcədən hazırlanmış tədbirlər planına uyğun olaraq ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində dəyirmi masalar, diskussiyalar keçirilmişdir.Yekun olaraq "Məd...
ANL
Gəncəyə gedib bu şəhərin musiqi rəmzlərindən sayılan Şahnaz Haşımovayla görüşməmək günah olardı. Elə mən də bu günaha batmamaq üçün uzun axtarışlardan sonra xalq artistini tapmağa müvəffəq oldum. Zəng edirəm, Bakıdan gəldiyimi deyirəm. Gəncəlilərə məxsus tərzdə "qadan alım, sabah zəng vur görüşək" deyir. Amma mən hələ ...
ANL
Lerikdən o yana haçadır yollar. Bir-iki stəkan pürrəngi çaydan sonra Miriş Xanış oğlu Şahıyevin dərdi açıldı: - Bu yağışlar bilirsən bizə nə zülm edir? Dağlarda bu yağışın, qarın əlindən yol-iz qalmadı. Ərazimizdəki 496 kilometr kəndarası yolları daim nəzarətdə saxlamağımıza baxmayaraq əsaslı təmirə ehtiyacı var. Azərb...
ANL
Müsahibim gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, www.karabakhinfo.com e-jurnalın şef-redaktoru Zaur Qəriboğludur. - Zaur, uzun müddətdir mətbuatda imzanı görürük. Mümkünsə özün haqqında ətraflı məlumat ver. Kimdir Zaur Qəriboğlu. Nəyin, kimin, haranın qəribçiliyidir bu? - Mənim babam Cənubi Azərbaycanın Ərdə...
ANL
Gülxanım Fətəliqızı: "Məmməd Arazın yazı masasına başqası əl vursaydı, aylarla ona yaxın düşməzdi". "O haqsızlıq zamanı Yazıçılar İttifaqındakı iclasda onu təkcə Sabir Əhmədli müdafiə etmişdi...". Otağa girər-girməz gözlərim ondan yadigarı qalan və onu xatırladan əşyalar axtarırdı. Çarpayısı səliqə ilə yığılmışdı. Rəfd...
ANL