text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
İşləmək istəyən işsiz qalmaz. Lalə Məmmədova yol göstərir - çalışqan olun! Opera və Balet Teatrının səhnəsində özünü Leyli kimi sınayan əməkdar artist Lalə Məmmədova yaşıdlarından seçilir. Səsinin yetdiyi qədər musiqinin fərqli janrlarında özünü sınayır. Yeniliklər etməyə, seyrçini heyrətləndirməyə çalışır. Öz yaşam pr... | ANL |
Macarıstan: Avropadan Doğuya baxış. Qədim hunların varisləri üzlərini Türk Dünyasına çeviriblər. Onlar bir zamanlar Doğudan gəldilər, Avropanın mərkəzini özlərinə yurd seçdilər. Türk Dünyasının Fin-Uqor qoluna mənsub olan macarlar bir zamanlar Fin-Uqorların Suur Suomi (Böyük Finlandiya) ideyasını müdafiə etdiklərini gi... | ANL |
İradə Tuncay: "Mən ruhən Cəfər Cabbarlının varisiyəm". Tanıdığınız, bildiyiniz məşhurların "gözünün işığı" olan övladlarını, varislərini söhbətə çəkirik. Maraqlıdır axı: cəmiyyətdə tanınan, populyar, reytinqli... birisi övladının gözündə necə görünür? Onlar sıradan gənclərdən nə ilə fərqlənir, necə həyat tərzi keçirir,... | ANL |
"ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN XAN ÇİNARI". Sabiq "Ədalət"çi Məhəmmədəli Mustafaya məktub. Qarşımda bir kitab var. Çox nəfis şəkildə çap olunub. Kitabın üz qabığındaki nəhəng xan çinarın fonunda işığa bürünmüş işıqlı bir fotoportret də yerləşdirilib. Bu portret fotonun sahibini Azərbaycanda demək olar ki, uşaqdan böyüyə hər ... | ANL |
YENİ TİPLİ ORTA İXTİSAS KADRLARI DÖVRÜN TƏLƏBİDİR. Həlli vacib olan məsələlər. Bütün dövrlərdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından və onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olmuşdur. Cəmiyyətin tələbatı təhsilin inkişafını sürətləndirmiş, elmi və texnoloji nailiyyətlər isə təhsil siste... | ANL |
"Jurnalistika həmişə ictimai dialoqa xidmət edib". Professor Şamil Vəliyev: "Jurnalistika Azərbaycanda yeganə fəaliyyət sahəsidir ki, özünə və tarixinə tənqidi münasibət formalaşdırıb". Bu gün cəmiyyətin mətbuat nümayəndələrindən böyük gözləntiləri var. İnsanlar jurnalistlərdən peşəkarlıq, dolğun və qərəzsiz informasiy... | ANL |
"Həyat yolumuzu bəlirləyən, bizi biz edən bu anlamlardan hansının daha üstün gəlməsidi. Öz Yolumuzu beləcə tapırıq". Əsərin baş qəhrəmanı - müəllif öz Yolunu beləcə tapır. Oxucu ömür boyu haçalanan bu enişli, yoxuşlu, dolaylı yolun sonunda ümid və inamın işığını görür. Qələm sahibinin ümumən yaradıcılığına xas olan bu ... | ANL |
Ərzurumun gədiyinə varmadan... Bütün yollar ədəbiyyatdan keçir. İradə Tuncay: "Yazıçıyamsa, qorxuluyam. "Ərzurumda azərbaycanlı deyəndə hamının gözü qabağına alimlər gəlir". - "Yol romanı"nın müəllifi İradə Tuncay əsərində oxucusuna təqdim etdiyi yolla ikinci dəfə səfərə çıxdı. Demək olar ki, eyni yerlərdən keçdi, eyni... | ANL |
Növbəti xəbər göstəriləndə ürəyim yerindən oynadı. Türkiyədə "Palmali" şirkətinin prezidenti Mübariz Məsimovun sifarişilə ərsəyə gəlmiş "Bəxtiyar Vahabzadə" gəmisinin suya salınmasına həsr olunmuş süjet göstərilirdi. Mən bütün qəlbimlə ekrana bağlanmışdım. Böyük şairin ömür-gün yoldaşı Dilarə xanım Vahabzadə və oğlu Az... | ANL |
dostu olasan... Halal sözün ucalığını, pak və bakirəliyini, uca göylər qədər dərin, ağır dağlar kimi əzəmətli, bulaq suyu qədər duru, çiçək qönçəsi qədər zərif olduğunu söz adamları daha yaxşı bilirlər. Amma haqqında söz açıb, mənzərəsini cızmağa cəhd etdiyim bu söz sərrafı, nə yaxşı ki, könul verib, nuş eylədiyim könü... | ANL |
Ağdamın Mərzili kəndini görməmişəm. Amma bilirəm ki, Qarabağın bütün səfalı kəndləri kimi o da gözəldir. Və o kəndin adı çəkiləndə ilk növbədə dünya şöhrətli alim Xudu Məmmədovu xatırlayıram. Deyirlər Ağdamın ən böyük kəndidir Mərzili. Onun təzə şeir kitabında belə bir şeirlə qarşılaşdım: "Kəndimizlə aram bir addımlıqd... | ANL |
Övladi-vətən qoy hələ avarə dolansın, Çirkabi-səfalətlə əli, başı bulansın, Dul övrət isə sailə olsun, oda yansın, Ancaq mənim avazeyi-şənim ucalansın;. Hər millət edir səfheyi-dünyadə tərəqqi, Eylər hərə bir mənzilü məvadə tərəqqi, Yorğan-döşəyimdə düşə gər yadə tərəqqi, -- Biz də edərik aləmi-röyadə tərəqqi;. Nə əhli... | ANL |
Son illər ölkə teatrlarının təmir olunması, maddi-texniki bazanın yaxşılaşdırılması və bunun fonunda baş verən narazılıqlar təbii ki, maraq doğurur. Amma sözsüz ki, bütün bunlar paytaxt teatrlarına aiddir. Bəs görək bölgə teatrlarında durum necədir. Hansı işlər görülür? Beləliklə, müsahibim Gəncə Dövlət Dram Teatrının ... | ANL |
Bakı Bələdiyyə Teatrı Kiyevdə. "Əli və Nino" tamaşası nümayiş etdirildi. Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə Kiyev Gənclər teatrında xalq artisti, professor Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrı Qurban Səidin "Əli və Nino" romanı əsasında səhnələşdirdiyi eyni adlı tamaşasını Ukrayna... | ANL |
Sabiq millət vəkili, publisist, Azərbaycan Dövlət Nəşriyyatının(Azərnəşr) direktoru Əlövsət Ağalarov qəzetimizə kitablar və "Azərnəşr"in yeni layihəsi haqqında danışır. -Əlövsət müəllim, uzun müddətdir ki, Azərbaycanda kitab sahəsində çalışırsınız. İstərdim kitablarla ilk tanışlığınızdan danışasınız... -Məktəbə gedən h... | ANL |
Bu tibb ocağı Şirvan şəhərindədir. Tez-tez xatırladığım, ancaq adını unutduğum bir məşhur həkimin dediyi iki sözdən ibarət bir cümlənin nəyə qadir olduğunun fərqindəyəm. Puşkinin şəxsi həkimi onun dueldə aldığı yaradan çox tezliklə öləcəyinin təsiri altında iş yerinə gəlir. Ona bütün varlığı ilə inanan pasientlərindən ... | ANL |
"Hər şeyin adiləşdiyi bir zamanda qeyri-adi görünmək bir xoşbəxtlikdir". Azərbaycan səhnəsində belələrinin sayı çox azdır. Qadınlar arasında isə demək olar ki. Söhbət nəhəng sayılacaq səhnə adamlarından gedir. Beləliklə müsahibim Gəncə Dövlət kukla teatrının aktrisası Yaqut Xasiyevadır. Gəncədə 18 saylı orta məktəbi bi... | ANL |
"Ailəm haqqında heç bir yerdə məlumat vermirəm". - Son vaxtlar efirdə və ümumiyyətlə mətbuatda çox az-az görünürsüz. Bunun səbəbi nə ilə bağlıdır? - Gün ərzində bir müğənni bir neçə televiziya kanalında qonaq olar? Bəlkə də bir gündə bir neçə kanalda görünmək kimlərəsə xoş gəlir. Amma o müğənni düşünməlidir ki, bu insa... | ANL |
Doğum gününü xatırlayan şair. Vaqif Səmədoğlu bizimlədir. Azərbaycanın Xalq şairi, əməkdar incəsənət xadimi Vaqif Səmədoğlunun iyunun 5-i doğum günüdür.Modern.az saytı şairlə əlaqə saxlayıb və ondan müsahibə alıb. "Ədalət" qəzeti həmin müsahibəni təqdim edir. Bu yaşda özünüzü necə hiss edirsiniz və bu yaş şairə hansı n... | ANL |
Firuz MUSTAFA: "Tənqid dağıdıcı, məhvedici yox, ehtiyatlı və ehtiramlı olmalıdır". "Göydə süzən" direktorun təkcə yolpuluna bir neçə maraqlı tamaşa hazırlamaq olar". Müsahibim Firuz Mustafanın yaradıcılığı geniş oxucu və tamaşaçı kütləsinə tanışdır. Onun dramaturgiyası öz səhnə həllini tapır və tamaşaçı zövqünü oxşayır... | ANL |
Bu tibb ocağı Şirvan şəhərindədir. Baş həkimin dediklərindən. Yeddi hektara yaxın ərazisi, müxtəlif ağaclardan ibarət yaşıllığı, xüsusi səliqə-səhmanı olan Şirvan Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi, təcrübəli cərrah Fərhad Sabir oğlu Səfərovla görüşümüzü günün ikinci yarısına təyin etmişdik. Öz işi ilə bərabər ən ... | ANL |
Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi, görkəmli şair və tərcüməçi, repressiya qurbanı Əhməd Cavadın 120 illik yubileyi qeyd edilib. APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyin sədri, xalq yazıç... | ANL |
Bədii ədəbiyyat tərcüməçiləri. Onların ikinci beynəlxalq elmi məktəbi. Rusiya Federasiyasının Moskva Dövlət Linqvistik Universiteti və Bakı Slavyan Universiteti MDB-nin üzv dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə 5 - 7 iyun 2012-ci il tarixlərdə "MDB ölkələri ədəbiyyatlarının bədii tərcüm... | ANL |
Alpay Azər: "Yazarların öz aralarında düşmənçilik etmələri mənə çatmır". Bakı Slavyan Universitetinin müəllimi, gənc yazıçı Alpay Azərdən qəzetimiz üçün müsahibə almışıq. Həmin müsahibəni sizlərə təqdim edirik. -Alpay bəy, uzun müddətdir mətbuatda imzanızı görürük. Mümkünsə özünüz haqqında ətraflı məlumat verərdiniz. K... | ANL |
KÖHNƏ KİŞİLƏR. Bir hekayədən doğan təəssürat. Adətən yazı yazmağa başlayanda ürəyimi tərpədən, duyğuları dilə gətirən və adi məntiqlə desəm, məni "kökləyən" məqamdan yapışıram. Nə vaxtdı yazı masamın üzərində dostların bağışladığı bir neçə kitab üst-üstə yığılıb. Onların bəzilərini artıq oxuyub bitirmişəm, bəzilərini g... | ANL |
Hacıqabul yeni inkişaf mərhələsində. Keçən əsrin sonlarında - 1991-ci ildə- rayon kimi həyata vəsiqə alan Hacıqabul rayonu ölkədə gedən uğurlu inkişafın bütün sahələrində öz dəst-xəttini qoymaqdadır. Son illər simasını büs-bütün dəyişən rayon mərkəzi - Hacıqabul şəhəri - dediklərimizə əyani sübutdur. Şəhərin əsas yaşay... | ANL |
"Bizim ölkədə səmimi olmaq özü cəsarət tələb edir". Sizə elə gəlməsin ki, bu müsahibəni almaq mənə asan başa gəlib. Sevinci tapmaq o qədər də çətin deyil, amma onu müsahibəyə razı salmaq çox çətindir. Yaradıcılığı ilə çoxdan tanışam. İmzasını mütəmadi izlədiyim, şeirlərindəki istedada heyran olduğum imzalardandır Sevin... | ANL |
Hacıqabul yeni inkişaf mərhələsində. Rayonun bütün ərazisi mavi qazla təmin ediləcək. Hacıqabul rayonunda qış elə sərt keçməsə də payızın yağışı, qışın qarı elə soyuq deməkdir. Uzun illər odun-ocaq sarıdan korluq çəkən rayon sakinləri çox yaxın vaxtlarda bu qayğıdan tamam azad olacaqlar. Rayonun qaz təsərrüfatına 6 ild... | ANL |
Məmmədxan müəllim bizə cəmi bir semestr dərs demişdi. O bizə II kursun birinci semestrində yalnız bir fəndən - "Maliyyə hüququ"-ndan dərs demişdi. Lakin buna baxmayaraq, mən Məmmədxan müəllimi unudulmaz müəllim hesab edirəm. Bu da səbəbsiz deyildir. Rəsulov Məmmədxan Bayraməli oğlu 1933-cü ildə Zəngilan rayonunun adı k... | ANL |
İki ildən sonra Ağacəfər Həsənlinin (adının qarşısında ŞAİR sözünü işlətmədim, çünki külli-aləm bilir ki, Ağacəfər Həsənli ŞAİRDİR, özü də əlüyyül-əlasından!) Amma mən Ağacəfərlə dostluğumdan və onun maraqlı insan olmasından deyil, şeirlərindən söz açmaq istəyirəm. Şair Ağacəfər Həsənli Azərbaycanın uca dağlar qoynunda... | ANL |
AZƏRBAYCAN DÖVLƏT HİMNİ. Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı Vətəni! Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz! Üçrəngli bayrağınla məsud yaşa! Minlərlə can qurban oldu, Sinən hərbə meydan oldu! Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu! Sənə min bir məhəbbət. Sinəm... | ANL |
Xocavəndlilər bu inamdan ilhamlanırlar. Bəzən bu boyda şəhərdə özümə yer tapa bilmirəm. Adamlar da mənə yad gəlir, münasibətlər də. Elə təsəvvür edirəm ki, gedib düşmüşəm Afrikaya, Amerikaya. Çünki gördüklərimlə, düşündüklərim, xatırladıqlarım düz gəlmir. Ən azı ona görə ki, torpağının 20 faizi işğal olunmuş məmləkətin... | ANL |
Çingiz Aytmatov xalq yazıçısı deyildi. Ədəbi fəxri adlar bir çox sovet ölkəsində yox imiş. Kulis.az xalq yazıçısı və xalq şairi fəxri adlarının daha hansı respublikalarda verilməsiylə bağlı araşdırmanı təqdim edir. Uzun illərdir fəxri adlarla bağlı incəsənət adamları arasında söz savaşı səngimir. Biri o birinin aldığı ... | ANL |
Firəngiz Mütəllimova: "Yaşar Nuriyev məktəbinin öyrəncilərindən biriyəm". "Onlara böyük ümüdlərlə baxıram". Xalq artisti Firəngiz Mütəllimovanın Milli.Az-a müsahibəsi. - Firəngiz xanım, teatrda vəziyyət necədir? Repertuarda bir-birindən rəngarəng, maraqlı tamaşalar var. Hal-hazırda tək Azərbaycanın yox, dünya klassiklə... | ANL |
Şairləri qanadında bəsləyən, İnsanların həyatını süsləyən. İncə ruhlu mələklərə and olsun! Boynundakı dalğa-dalğa tellərə, Qaşlarının altındakı sellərə, Qəlbindəki istəklərə and olsun! Gül üzündə yeni-yeni açılmış, Xoş iyisi ürəyimə saçılmış. Qoxladığım çiçəklərə and olsun! Salxım-salxım küləklərə and olsun! Buludlarda... | ANL |
Bu gün hamının içində Qarabağ dərdi yaşayır. Bu dərdi hərə öz cismində, ruhunda bir cür yaşadır. Şeirimizdə də bu dərd korun-korun tüstülənməkdədir. Nisgilli, ağlar misralar şeirləri boyu səpələnir. həsrəti ilə Vətəndən Vətənə boylanan, gözləriylə unutmadıqları kəndlərinə yol çəkən soydaşlarımızdır. O kəndlər, oradakı ... | ANL |
Növbəti xəbər göstəriləndə ürəyim yerindən oynadı. Türkiyədə "Palmali" şirkətinin prezidenti Mübariz Məsimovun sifarişilə ərsəyə gəlmiş "Bəxtiyar Vahabzadə" gəmisinin suya salınmasına həsr olunmuş süjet göstərilirdi. Mən bütün qəlbimlə ekrana bağlanmışdım. Böyük şairin ömür-gün yoldaşı Dilarə xanım Vahabzadə və oğlu Az... | ANL |
Gəncə səfərim mənə bu şəhəri daha yaxından tanıtmaqla yanaşı, həm də xeyli müsahib qazandırdı. Elə həmin müsahiblərdən biri Gəncə Dövlət Dram Teatrının aktyoru, hazırda "Azad Azərbaycan" televiziyasında yayımlanan "Pərvanələrin rəqsi" serialında "Murad" obrazını canlandıran Elxan Abbasovdur. Altıncı sinifdən şəhərimizd... | ANL |
"Gözümün qarşısında yaranan kitab". Yaxın vaxtların söhbətidi. Tanınmış şair, qədim Naxçıvan torpağında yaşayıb-yaradan, dəyərli naşirimiz Vaqif Məmmədovla Bakıda tanış oldum. Özü də ölməz Füzulinin heykəli qarşısında. Naxçıvan şairlərinin şeirlərini yeni çıxacaq jurnal üçün gətirmişdi. Şeirləri hörmətli qələm sahibi, ... | ANL |
Günəşin yandırıb-yaxdığı bu günlərdə təsərrüfat işləri göz açmağa imkan vermir. Payızın yağışına, qışın qarına zaman sanki, tələsir. Kifayət qədər geniş əraziyə malik Cəlilabad rayonunda da təsərrüfat işlərinin qızğın çağıdır. Xidməti idarə və müəssisələrdə bu daha çox hiss edilir. Çünki insanların sosial qayğılarına i... | ANL |
Həyatın nə olduğunu dərk edər-etməz daim çalışıblar ki, istədiklərinə, arzuladıqlarına sahiblənsinlər, kimsə onların üzərində diqtə etməsin. Və çox qəribə də olsa onu qeyd edim ki, insan oğlu nail olduğu, ola bilmədiyi azadlığın sərhədlərini heç vaxt özü üçün müəyyənləşdirə bilməyib. Yəqin ki, bütün bunlar insan xislət... | ANL |
Heç kəsdən küsməyən adam. Şairlə baş tutmayan görüş. Çoxdan... Lap çoxdan mənə demişdilər Zəlimxan Yaqubla görüşüb söhbətləşmək lazımdır. Azərbaycana səs salan, unikal yaddaşı, aydın zehni, gur bulaq kimi qaynayan təbi ilə oxucularını heyrətləndirən Zəlimxan Yaqub indi xəstə yatağındadır və uzun müddətdir ki, efirlərdə... | ANL |
OZAN-AŞIQ SƏNƏTİNƏ AĞIR İTKİ ÜZ VERİB. Borçalı ozan-aşıq sənətinə ağır itki üz verib. Borçalı bülbülü Xındı Məmmədin, Dədə Əmrahın, Xan Kamandarın müqəddəs və mübarək yolunun "Meydanda mərdi-mərdanə"(Xındı Məmməd) urvatlı davamçısı olan usdad aşıq Gülabı Xındıməmmədoğlu iyun ayının 8-də, ömrünün peyğəmbər yaşında dünya... | ANL |
Könül sızıltısı, ürək ağrısı, Bəxtimə yazılan yazımı, Allah! Yandırır sinəmi ağrı-acısı, Deyə bilməyirəm sözümü Allah! Dağlara üz tutub gəzə bilmirəm, Əl atıb gülünü üzə bilmirəm. Dərdlərim dəfn olub, yox olmalıdı, Arzular cücərib boy atmalıdı. Gülabı dünyadan kam almalıdı, Almaynan əlimdən sazımı, Allah! Dillən telli ... | ANL |
YURDA ÜRƏKDƏN BAĞLANANDA... Şəhidlər unudulmur. Qarabağ müharibəsinin ilk günlərindən döyüşən oğlanlarımızın, igidlərimizin və ərənlərimizin yanında olmuşam. Fikirləşmişəm ki, mən də sözümlə, qələmimlə və yazdığım yazılarla onlara ruh verim. Onlar məni görəndə o qədər seviniblər ki, elə bil doğmaları ilə görüşüblər. Bu... | ANL |
Türkiyədə "Azərbaycan ulduzları". Türkiyənin "TRT Avaz" telekanalının Bakı təmsilçiliyi tərəfindən hazırlanan "Azərbaycan ulduzları" musiqi proqramının təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, iyunun 10-da Türkiyənin ölkəmizdəki səfirliyində keçirilən mərasim "TRT Avaz" telekanalının və onun Bakı təmsilçiliyini... | ANL |
Həyatın nə olduğunu dərk edər-etməz daim çalışıblar ki, istədiklərinə, arzuladıqlatına sahiblənsinlər, kimsə onların üzərində diqtə etməsin. Və çox qəribə də olsa onu qeyd edim ki, insan oğlu nail olduğu, ola bilmədiyi azadlığın sərhədlərini heç vaxt özü üçün müəyyənləşdirə bilməyib. Yəqin ki, bütün bunlar insan xislət... | ANL |
"Biri rəhmətə gedib, qalanlarını müxtəlif səbəblərdən uzaqlaşdırmışam". Söhbətə başlamazdan öncə düşünürdüm ki, hər gün efirdə olan bir insanla hansısa toxunulmamış mətləblərdən danışmaq çətin olacaq. Çünki adətən hər gün efirdə olan insanlar bir müddət sonra cəmiyyət üçün maraqsızlaşır, hətta bəzən gözdən düşməyi də "... | ANL |
rast gəlmədim. şairə, Şair tanımadı. Dərisi soyulan Nəsimi. Ciyəri şişən Sabir. Qeysə Məcnun dedilər, Koroğlunun aşığına. Mahmuda Kərəm dedilər, Yəhya bəyə Dilqəm dedilər. Dəli şair dedilər Səmədə. Vurğun dedilər, çılğın dedilər, dalğın dedilər. Müşfiq Dilbərin dəlisi, Vurğun Dürrənin dəlisi. Şair bəzən elə coşur. birc... | ANL |
Yorğunluğu məlum idi. İlk dəfəydi uzaq bir məsafəni- üç min kilometrdən çox yolu tək-tənha, şəxsi "Mersedes"i ilə qət etmişdi. Özünə qalsaydı, həmişəki kimi təyyarədən istifadə edəcəkdi. Atası Hacı Mirkəriımlə uzun-uzadı telefon danışığından sonra fikrini dəyişmişdi; əslində bu daha sərfəli idi. Axı, beş aya yaxın doğu... | ANL |
Arazın üstündəki bənd. O bəndin tikildiyi indiyə qədər yaxşı yadımdadır. Ötən əsrin 60-cı illərində Füzuli rayonunun Horadiz qəsəbəsinin yaxınlığından keçən Araz çayının üstündə İranla müştərək bənd tikilirdi. Buna çoxları "Arazstroy" deyirdilər. Tikintidə çoxlu sayda maşın və texnika işləyirdi. Sovet dönəmində "ZİL" y... | ANL |
DƏRDİ ALMADIM EYNİMƏ. Belə ağrısı çox olan. Dərdi almadım eynimə. Gözünə döndüyüm dərd də, Yol tapıb doldu beynimə. Gündüzlər üzümə gülüb, Gecələr ağrı göndərib. Mənə zorla söz öyrədir, Yamanca qəddar, kinlidi. Yaxşı bilirəm, belə dərd, Bələnmir ağa-sarğıya. Oğul kimi dözəcəyəm, Tanrıdan gələn ağrıya. | ANL |
Mehriban Ələkbərzadə: "Şeytan bizi içimizdəki boşluqlarla vurur ". - Bir zamanlar sizi efir məkanında tez-tez görürdük, amma indi sanki o nəhəng okeanın dalğası sakitcə bir qırağa çəkilib. Bir də belə bir ehtimal var ki, siz belə bir layihə ilə tamaşaçılaı salamlayasınız ? - Əvvəllər telekanalda çalışırdım və efir məka... | ANL |
İradə Tuncay "Həqiqətə xidmətlərinə görə" mükafat aldı. "Yol romanı" Mətbuat Şurası və Dialoq Avrasiya Platformasının Azərbaycan Nümayəndəliyinin seçdiyi əsər oldu. Dünən Mətbuat Şurası və Dialoq Avrasiya Platformasının Azərbaycan Nümayəndəliyinin birgə təsis etdikləri "Həqiqətə xidmətlərinə görə" mükafatının növbəti t... | ANL |
EY SULTANLIĞI, BƏYLİYİ DAĞILAN... Seyid Əzim Şirvani Gəncədə dünya poeziyasının Tanrısı Şeyx Nizami Gəncəvinin dağılmış, sahibsiz və kimsəsiz məzarı önündə dayanaraq ağrıya-ağrıya, bəlkə də ağlaya-ağlaya söylədiklərini indiki nəsil bilməsə də köhnə nəsil əzbər bilir: "Ey Nizami, ey nizamı dağılan...". Nə mən Şirvaniyəm... | ANL |
Mən bu yazını özümün özümlə, həm də özümün onunla söhbəti kimi kağıza köçürmək istəyirəm. Çünki onun barəsində yazmaq mənim üçün çox çətindir. Amma onunla həmsöhbət olmaq o qədər rahatdır ki, o söhbətin bitib-tükənməsini istəmirəm. Təbii ki, onunla yox, başqa insanlar var ki, nə qədər istəyirsən onların bərsində yazasa... | ANL |
Azərbaycanda bədii tərcümənin vəziyyəti. Milli mədəniyyətlər təkcə öz milli ədəbiyyatı ilə deyil, həm də dünya ədəbiyyatından qidalanaraq zənginləşir. Xalqların mənəvi sərvətlərinin üzvi vəhdətini yaratmaqda bədii tərcümə sənəti olduqca böyük rol oynayır. Təsadüfi deyil ki, tərcüməçiləri xalqlar arasında körpüsalanlar ... | ANL |
Fikrət Qocanın rəmzi obrazları. Yeni nəslin mərd və mübariz şeiriyyətində mövcud hakim ideya və görüşlər, ictimai münasibətlər sistemi və siyasi quruluşun neqativ cəhətləri ilə yanaşı, eyni zamanda, xalqın müti vəziyyəti və zəbun haləti də rəmzlər arxasındakı dərdli həqiqətlərdə əks edərdi. Xüsusən ənənəvi və klassik r... | ANL |
Hamını qovuşduran "Şikəstə". Hər dəfə paytaxtdan üzü Qarabağa səfər edəndə özümdən asılı olmadan qəribə hisslər keçirirəm. Loru dildə desəm, sanki qanadlanıram. Yolların narahatlığı, uzaqlığı da gözümə görünmür. Bu mənada yolun narahatlığı, uzaqlığı həmin o hisslərin içərisində əriyib itir. Yalnız ötən illərin şirin xa... | ANL |
Amma müəyyən mənada bu sənət sıralamasını tərsinə də düzmək olar. Belə ki, o, ilk öncə musiqiçi kimi sənətə gəlib, yalnız bundan sonra rejissor kimi çalışıb və ardınca filmlərə çəkilib. Tofiqdə musiqiçi qabiliyyəti lap erkən yaşlarından üzə çıxıb. Amma müharibə illərində anası, qardaşı və bacısıyla cəbhəyə yollanan ata... | ANL |
Sənədli hekayə. Subyektivdi-obyektivdi, deyə bilmərəm, mənim fikrimcə, bizim mətbuat hər sahədə yazır, bircə polisdən başqa. Onları nədənsə həmişə qara rəngdə göstərir. Görəsən belədirmi? O sistemdə xidməti işini vicdanla, namusla icra edən, xalqın hörmət və məhəbbətini qazanan, heç olmasa, bircə nəfər də yoxdur? Gecə-... | ANL |
Ana dilinə sonsuz sevgi və qayğı nümunəsi. Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi dövlət siyasətinin əsas prioritetlərindən biri olan elm sahəsində də uğurlu islahatlar aparılmaqdadır. Bu islahatlar elmi-texniki potensialın qorunub saxlanılması, yüksəkixtisaslı kadrların hazırlanması, elmi işçilərin cəmiyyətdə... | ANL |
Hamıya məlum naməlum Axundzadə. Və yaxud hekayəti-Mirzə Fətəli dramaturqi-məşhur... "Yuğ" Dövlət Teatrı bir neçə gün öncə yeni tamaşasını təqdim elədi. Premyerasının sonu alqış səsləri və gül hədiyyələri ilə bitən bu tamaşanın adı da olsun "Naməlum Axundzadə". Niyə məhz "Naməlum Axundzadə", Axundzadənin məlum olmayan t... | ANL |
Növbəti xəbər göstəriləndə ürəyim yerindən oynadı. Türkiyədə "Palmali" şirkətinin prezidenti Mübariz Məsimovun sifarişilə ərsəyə gəlmiş "Bəxtiyar Vahabzadə" gəmisinin suya salınmasına həsr olunmuş süjet göstərilirdi. Mən bütün qəlbimlə ekrana bağlanmışdım. Böyük şairin ömür-gün yoldaşı Dilarə xanım Vahabzadə və oğlu Az... | ANL |
İNKİŞAFIN AZƏRBAYCAN MODELİ. Ağcabədi Avropa şəhərləri ilə müqayisə oluna bilər. Bu gün həyatın inkişaf sürəti istər-istəməz bizi arxaya-dünənlə bu günün təmas nöqtəsini tapmağa, əlaqələrin tellərini yenidən yoxlamağa və bütövlükdə keçmişdən gələcəyə boylanmağa vadar edir. Biz dünəndən bu günə və sabaha baxdıqca təbii ... | ANL |
Dünya standartları səviyyəsinə doğru... Son illər ölkədə ən çox diqqət göstərilən və müasir səviyyədə yeniləşən sahələrdən biri də səhiyyədir. Azərbaycan səhiyyəsi bu gün özünün ən yüksək inkişaf dövrünü yaşayır. Ölkəmizdə səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanıl... | ANL |
Türkiyədə Azərbaycan Mədəniyyət Günləri. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Səfirliyimizin dəstəyi ilə 18-21 iyun tarixləri arasında, iki ölkənin mədəniyyət və turizm nazirlikləri arasında imzalanmış protokola əsasən Türkiy... | ANL |
ÜMUMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ. Təhsil əsri Azərbaycan reallığında. Davamlı inkişaf tərəqqi və yüksəliş prosesi bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyənləşdirir. Bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə möhkəmləndirir. Hazırda dünyanın əksər ölkələri iqtisadi ... | ANL |
Vətəndaş oldun. (Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun müqəddəs ruhuna ehtiramla). Səsin Vətən dağlarında. Səsinə səs verdi. Allahım! Səsinə səs verdi. Vətən! Səsinə səs verdi. Səsinə səs verdi. Vətənə can dedin. Addım səslərindən, qaynar nəfəsindən. Oyandı Vətən torpağı. Sən vətənin. Mübariz adınla, mübariz... | ANL |
Ayxan Ayvaz: "Atam sadəlövhlüklə tarixin qiymət verəcəyinə inanırdı". Bu yaxınlarda mərhum yazıçı Eyvaz Əlləzoğlunun sağlığında çap olunmayan kitabı işıq üzü görüb. "Qaraçöllü Qəzənfər" adlı kitab müəllifin sayca dördüncü kitabıdır. Xatırladaq ki, yazıçının "Ölü yay", "Yatan dinozavrlar" və "Odunçu geri qayıdır" nəsr k... | ANL |
ÜMUMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ. Göyçay rayonunun təhsil müəssisələrində çalışanlardan 5 nəfəri fəlsəfə doktoru, 6 nəfəri əməkdar müəllim, 5 nəfəri "Tərəqqi" medallı müəllim, 1 nəfər isə ilin ən yaxşı müəllimi seçilmiş pedaqoqdur. Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Asif Nəbiyevlə söhbətimiz zamanı o, rayonda ... | ANL |
Arxiv sənədlərindəki "ən məxfi" həqiqətlər. Bu arxiv sənədi Dağlıq Qarabağdakı məşhur alban abidəsinin - Qandzasar məbədinin erməni saxtakarlığına və dağıntılarına məruz qalması, Heydər Əliyevin tapşırığı ilə məsələnin müzakirəyə çıxarılması və yaranmış vəziyyətə dair Mərkəzi Komitə katibliyinin qərarı haqqında materia... | ANL |
"Qarabağ" 2009- cu ilin aprelindən ev oyunlarını yenidən Ağdamda yerləşən Quzanlı qəsəbə stadionunda keçirir. "Qarabağ"la nəfəs alan Ağdam camaatı hər oyunda stadionu ağzına qədər doldurur. Düzdü, bəzən azarkeşlər əsəblərini cilovlaya bilmir və baş məşqçinin əleyhinə müxtəlif şüarlar səsləndirirlər. Buna baxmayaraq, in... | ANL |
Xalq artisti Ramiz Novruzun Milli.Az-a müsahibəsi. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə, Adil İsgəndərovun kursuna daxil olub. 1978-ci ildə ali məktəbi bitirərək təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında aktyor fəaliyyətinə başlayar... | ANL |
İlk dəfəydi ki, yoldan qayıdırdım. Maşınımız Masallıda olanda artıq gün yarı olmuşdu. Bu dağ rayonunda qaynarlıq günortaya qədərdi. Çünki uzaq kəndlərdən gələnlər geri qayıtmaq üçün günün birinci yarısına kimi ən müxtəlif qayğılarını həll etməlidirlər. Günortadan sonra kimsəsiz, boş küçələr adamın üstünə gəlir. Sakitli... | ANL |
Heydər Əliyevin. Azərbaycan mədəniyyətinə qarşı erməni saxtakarlıqları ilə siyasi mübarizəsi. Şübhəsiz ki, Heydər Əliyev məktubda qaldırılan məsələnin Ermənistanın siyasi rəhbərliyi, alimləri, rəsmi qurumları, öyrədilmiş vətəndaşları tərəfindən Azərbaycana qarşı saxta və qərəzli bir şəkildə siyasiləşdirilməsi və ideolo... | ANL |
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında qadınların rolu. Jurnalist Qadınlar Assosiasiyası və Yevlax şəhər YAP qadınlar Şurasının təşkilatçılığı ilə Yevlaxda "Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında qadınların rolu" adlı tədbir keçirilib. İlk öncə qonaqlar Yevlax şəhərində ümummilli lider H.Əliyevin heykəli önün... | ANL |
Bu dəfəki həmsöhbətim "qafqazinfo.az" saytının qurucusu və baş redaktoru Elbrus Əruddur. Zəng edib söhbətləşmək istəyimi bildirəndə, azacıq tərəddüd etsə də razılaşdı. Bizi, qafqazinfo.az saytının ofisinə dəvət elədi. Həmsöhbətimin uzunmüddətli jurnalistika təcrübəsini nəzərə alıb, onu hər ehtimala qarşı neytrallaşdırm... | ANL |
Onun "dostluq xəritəsi" çox geniş, dostları isə saya gəlməzdir: uşaqlıq və gənclik dostları, ürək və çörək dostları, söz-sənət dostlarıg Biz hələ Bəxtiyar şeriyyətinin, şəxsiyyətinin, mərdanəliyinin və dönməzliyinin pərəstişkarlarını, vurğunlarını demirik. Yaxından-uzaqdan onun qədər məktub alan, bu məktubların birini ... | ANL |
(Zeynəb Əliqızının hekayələri haqqında). Bəzən hekayəni "kiçik canr" adlandırır, onu roman və povestlə müqayisə edib həyatı təsvirdə geniş imkanlara malik olmadığını söyləyirlər. Lakin canrları bir-birinə qarşı qoymağın, zənnimcə, heç bir elmi əsası yoxdur. Roman da, povest də, hekayə də eyni məqsədə xidmət edir: həyat... | ANL |
Dünya gözlərinin yaşına dəyməz. Min kaman çəkilə sevda oxuyla. Üstümə çatılan qaşına dəyməz. Dəyməz bu dünyanın ən uca eşqi. Sevdamın bir qırıq daşına, dəyməz. Üstümə tökülə sevda naxışı, Hər damla bir ömrün sevgi naxışıg. Bütün gözəllərin sirli baxışı. Sinəmə sıxdığın qurşuna dəyməz. Qurban gözlərinə, ağlama, bəsdi. D... | ANL |
Yaxşı yaşamaq yaxşı işləməkdən keçir. Yardımlı rayonunun kəndləri bir-birindən xeyli uzaqda yerləşirlər. 17377 hektar torpaq ərazisi isə bələdiyyənin səlahiyyətindədir. Heyvandarlığa xüsusi fikir verən rayon sakinləri iri buynuzlu mal-qaranın sayını 27577 başa çatdırmışlar. Rayonun ənənəvi məşğuliyyət sahələrindən olan... | ANL |
Hər nə qədər unudulmaz dramaturqumuz İlyas Əfəndiyev desə də ki, GERİYƏ BAXMA, QOCA insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. Bu məqamları və olanları ... | ANL |
Azərbaycan xalqının tarixi və ya"tərcümeyi- hal"ı. Azərbaycan xalqının hamı üçün anlaşıqlı olan, tarixin ən ümumi konturlarını özündə əks etdirən az- çox mükəmməl bir "tərcümeyi- hal"ının təsəvvürlərdə canlandırılmasına böyük ehtiyac artıq xeyli zamandır ki, özünü göstərməkdədir. Nəinki bir xalqın, hətta bir insanın da... | ANL |
Azərbaycan xalqının tarixi və ya"tərcümeyi- hal"ı. Eramızın ilk əsrlərində Azərbaycana gələn türklər Altaylardan Qərbi Avropaya doğru yürüş edən hunlardan idilər. Onlar Qafqaz dağlarını aşıb Şimaldan Cənuba doğru böyük kütlələr halında hərəkət edərək ölkədə məskunlaşırdılar. olduğunu təsəvvür etmək üçün yalnız onu xatı... | ANL |
Arxeoloqların həyəcan təbili: "Ermənilər Dağlıq Qarabağdakı alban məbədini öz kilsələrinə çeviriblər". Azərbaycana siyası rəhbərlik edən Heydər Əliyev Azərbaycan tarixini, arxeologiyasını, mədəniyyətini, ədəbiyyatını daha geniş və fəal bir şəkildə tədqiq, təbliğ etmək barədə qəti siyasi mövqe nümayiş edəndən sonra, erm... | ANL |
YUXULARDAN ÇIXMAYAN... Duaların bəzəyi şəhər. Hər gün mərmi səsinə, müxtəlif çaplı silahların səs-səsə verməsinə artıq adət etmiş bu bölgədə həyat da öz adəti üzrə davam etməkdədi. Yəni hələ 1988-ci ilin fevralından Qarabağ müharibəsinin "daş dövrü"ndən başlayaraq, ağrı-acının, qan-qadanın nə olduğuna öyrəşməyə başlaya... | ANL |
Kitabın müəllifi, sözün əsl mənasında, böyük insan, təcrübəli dövlət qulluqçusu, yorulmaz folklorşünas və etnoqraf, tanınmış ziyalı Hikmət Əbdülhəlimovdur. Hikmət müəllimi mən çoxdan, orta məktəb illərindən, Şəki şəhər Nizami adına 7 N-li orta məktəbdə oxuduğum illərdən tanıyıram. Başqa sözlə, bu tanışlığın əvvəli, az ... | ANL |
Sabah Azərbaycanın eks-prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günüdür. Kimsə lakeyin gözündə qəhrəman ola bilməz. Ona görə yox ki, qəhrəman Qəhrəman deyil. Ömrün hər hansı dövrünü yaşadıqca həmin səhifələri qatlayıb qoyursan bir qırağa. Tamam qapamaq olsaydı, nə gözəl olardı. Dünənki gündə... | ANL |
Həyatın nə olduğunu dərk edər-etməz daim çalışıblar ki, istədiklərinə, arzuladıqlarına sahiblənsinlər, kimsə onların üzərində diqtə etməsin. Və çox qəribə də olsa onu qeyd edim ki, insan oğlu nail olduğu, ola bilmədiyi azadlığın sərhədlərini heç vaxt özü üçün müəyyənləşdirə bilməyib. Yəqin ki, bütün bunlar insan xislət... | ANL |
Azərbaycan xalqının tarixi və ya "tərcümeyi- hal"ı. (əvvəli ötən saylarımızda). XVI əsrdən güclənən Rusiya tədricən türk torpaqlarını zəbt etməyə başladı. XVII- XVIII əsrlərdə Qafqaz uğrunda mübarizəyə girişən imperiya XIX əsrin əvvəllərindən etibarən Azərbaycanın Şimalını işğal etdi. Və beləliklə, Azərbaycan xalqı mil... | ANL |
Biləsuvar yeni inkişaf mərhələsində. Bu il hələ yay başlamamış istilər tüğyan elədi. Ölkənin dağ rayonlarında, dəniz sahillərində bu o qədər hiss edilməsə də, aranda sanki təndir qalanmışdır. Bu anomal hava şəraiti rayon sakinlərini narahat etsə də, elə ciddi gərginlik yaratmadı. Çünki çörəyi torpaqdan çıxan bu adamlar... | ANL |
BÖLGƏNİN MƏRKƏZİ RABİTƏ MÜƏSSİSƏSİ. Bugünkü inkişafın təməl dövrü. Ölkəmizdə rabitə sektorunun inkişaf strategiyasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hələ Sovet İttifaqının tərkibində olarkən Azərbaycanın inkişaf perspektivlərinin respublikanın sənaye potensialının gücləndirilməsi, xüsusən ... | ANL |
Azərbaycan xalqının tarixi və ya "tərcümeyi- hal"ı. (əvvəli ötən saylarımızda). İran İslam inqilabının qələbəsi Azərbaycanın Şimalı ilə Cənubu arasındakı münasibətlərin yenidən dirçəlməsinə təkan verdi. Azərbaycan Xalq Cümhuriyyətinin məğlubiyyətindən sonra ölkəni tərk etməyə məcbur olmuş milli liderlər öz mübarizələri... | ANL |
Biləsuvar yeni inkişaf mərhələsində. Uğurlar hələ qarşıdadır. 1-ci rübdə bütün vəzifələr icra edilibdir. Əsas iqtisadi göstəricilərimiz müsbətdir. Ancaq qeyri-neft sektorunda ümumdaxili məhsul 7,7 faiz artmışdır. Bu çox gözəl göstəricidir və son ayların, illərin göstəricisidir". Bu iqtisadi göstəricinin içərisində Bilə... | ANL |
Dahi rejissorun altı arvadı, yeddi uşağı və tənhalığı. Ömrünün sonunda telefona aşiq olan İnqmar Berqman. İsveç rejissoru İnqmar Berqmanı çox təntənəli təqdim etmək olar: məsələn, intellektual fəlsəfi kinonun son ustalarından biri, "insan təbiətinin rentgeni"(Berqmanın yaradıcılığında əsas mövzu ənənəvi ailənin, dinin,... | ANL |
Sıralanıb bir-birindən seçilməyən yorucu, üzücü, bomboz, soyuq qış günləri kimi deyil, şaxtanı, sazağı qəfil sındırıb bütün canlıların canından keçib donuqluğunu, qırışığını açan, silkələyib oyadan ilıq, həlim yaz havası... yaxud bitib-tükənməyən isti, yay günlərindən, saralmış yarpaqlarıyla kədər, hüzün, həsrət dolu s... | ANL |
Uşaqlıq günlərim yadıma düşür, Qəribə yuxular görürdüm onda, Gah göydə ulduzla, Ayla görüşür, Gah saray tikirdim suyun altında. Gecə qəhrəmanı olurdum özüm. Qartaltək üstündə kiçik bir salın. Süzürdüm qəlbimdə, canımda dözüm. Qorxunc divlər ilə mən əlləşirdim, Qızmış pələnglərə atırdım kəmənd. Bir anda gözümdə gözəlləş... | ANL |
Mirzə Fətəli düşüncələri və arzuları işığında. "Dahi olmaq azdır, vaxtında doğulmaq lazımdır" - hikməti həmişə aktual olmuş və bəzən zamanın idrak səviyyəsinin hökmü ilə bu müdrük insanlar elə öz dövrlərinin ən nüfuzlu şəxsiyyətlərinə çevrilmiş, böyük hörmət sahibi sayılmış, yaşadıqları cəmiyyət tərəfindən yüksək qiymə... | ANL |
Zaqatala: gözəlliyin və əzəmətin təntənəsi. Elə ki, hər iki tərəfdən hündür ağaclarla əhatələnmiş tunelə bənzər bu rahat yola çıxıb qarşı dağlara tərəf irəliləyirsən, şirin düşüncələrdən ayrıla bilmirsən. Yol boyu yaxından və uzaqdan görünən abad kəndlər, yollar, meşəliklər, tarlalar, fındıq bağları, nəhəng qoz, şabalı... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.