text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Fikirlərimi müəllifə ünvanlayıram. Hər dəfə yeni nəşrlər barəsində nə isə yazmaq istəyəndə xeyli götür-qoy edirəm. Bu da səbəbsiz deyil. Adətən insan ona doğma olan, onun içini tərpədən və yaxud onun etirazını dilə gətirən məqamlarda daha cəld tərpənir, daha çevik olur, yəni sözünü daha tez deyir. Lakin təkrar-təkrar o... | ANL |
Sənət və istiqlaliyyət bayramı. Musiqili Komediya Teatrının Gədəbəy və Şəmkirə qastrol səfəri. Səhər saat yeddi olmasına rəğmən günəş elə sidq-ürəklə şölələnirdi ki, sanki günün günortasıydı. Mən sabah tezdən, saat altının yarısında Sumqayıtdan Bakıya gəlmək üçün yola düşəndə gün hələ təzə-təzə doğurdu və "Sahil" metro... | ANL |
Abdulla Şaiqin rus qızı ilə macərası. Görkəmli ədib və müəllim Abdulla Şaiqin xatirələrindən parçalar. Uzun sürməyən səadət. Ailə qurmaq haqqında indiyə qədər düşünməmiş deyildim. Fikrim ziyalı, oxumuş bir qız ilə evlənmək, şən ailə həyatı qurmaq idi. Lakin o zaman qızlara məxsus gimnaziyanı və qız pedaqoji texnikumunu... | ANL |
SÖZSÜZ ÇAĞIRIŞLAR... "Ruhumuz Qarabağlıdır" filmi barəsində bitməmiş fikirlərim. Hər dəfə söhbət təzələnir. Hər təzələnən söhbətdə də mən yenə o yerlərə qayıdıram. Elə bil mənimlə bağrı-badaşdı. Yuxuda da ayrıla bilmirik, gerçəklikdə dəgxatirədə də ayrıla bilmirik, xəyallarda da. Ümumiyyətlə, ayrılmaq barəsində düşünmə... | ANL |
GÖYÇAY MÜASİRLƏŞMƏNİN YENİ MƏRHƏLƏSİNDƏ. Bütün sahələr üzrə uğurlu nəticələr. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Dövlət başçısı bildirmişdir ki, il uğurla başlayıb v... | ANL |
AZƏRBAYCAN OĞULLARI STALİNQRAD DÖYÜŞLƏRİNDƏ. "Azərbaycan! Sən bizi bəslədin, böyütdün, bizdən heç nə əsirgəmədin. Biz böyük nizamilər, babəklər, koroğlular ölkəsi olan sənə, sənin bu sevginə and içirik ki, tapdalanmış torpaqlarımız və təhqir edilmiş, vəhşicəsinə divan tutulmuş hər bir vətəndaşımız üçün düşməndən amansı... | ANL |
"Çalışacağam ki, siz Azərbaycanla və mənimlə fəxr edəsiniz". - Artıq şouya hazırlıq işlərinə başlamısınız. Tamaşaçını necə bir şou gözləyir? Bizi nə ilə təəccübləndirəcəksiniz? - Mən komandamla birlikdə indi tamamən səhnə qoyuluşu, məşqlər, promoturlarla məşğuluq, bütün gücümü bunlara sərf edirəm. Sirlərimizi açmağa hə... | ANL |
GÖZLƏRDƏN BOYLANAN SEVİNC... Ətrafa yayılan musiqinin səsi insanın ürəyinə bir rahatlıq və bir xoş duyğu səpələyir. Sanki musiqinin ovqatında qarış-qarış o torpaqları, o çayları, o gölləri, o bulaqları və o dağları gəzirsən. Ərgünəşdən Füzuli şəhərinə düşüb Çənlibelə, Köndələn çaya və ordan da şəhərin küçələri ilə dola... | ANL |
DƏNİZ CƏNGAVƏRİ. Əvvəllər dəniz vasitəsi ilə kəşf olunan ərazilərdən, yaxud dəniz quldurlarından söz düşəndə niyəsə həmişə Avropanın okean sahilində yerləşən dövlətlərin dənizçiləri təsəvvürümə gələrdi - portəgizlər, ispanlar, ingilislər... Bilirdim ki, bu cür ölkələrdə dənizçilik, gəmiqayırma sahəsi hələ orta əsrlərdə... | ANL |
AZƏRBAYCAN OĞULLARI STALİNQRAD DÖYÜŞLƏRİNDƏ. "Azərbaycan! Sən bizi bəslədin, böyütdün, bizdən heç nə əsirgəmədin. Biz böyük nizamilər, babəklər, koroğlular ölkəsi olan sənə, sənin bu sevginə and içirik ki, tapdalanmış torpaqlarımız və təhqir edilmiş, vəhşicəsinə divan tutulmuş hər bir vətəndaşımız üçün düşməndən amansı... | ANL |
GÖYÇAY MÜASİRLƏŞMƏNİN YENİ MƏRHƏLƏSİNDƏ. Aqrar sahənin yeni istiqamətləri. Hazırda kənd təsərrüfatı rayon iqtisadiyyatının aparıcı sahəsi olmaqla ümumi məhsul istehsalında onun xüsusi çəkisi 25,9 faiz təşkil edir. Ötən müddət ərzində əkin torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması, torpaqların münbitl... | ANL |
Baxdıqca sehrindən doya bilmirəm, Yar olub könlümə bu dağlar mənim. Cığırlar, bulaqlar bələdçim olub, Yurd salıb sinəmdə o çağlar mənim. Yerlərin göylərə ibadəti var! Hər kimə pay versə olar bəxtiyar. Gör necə xəlq edib külli ixtiyar, Su səpir yarama yaylaqlar mənim. Bu yalan sərhəddi aça bilmirəm, Atılıb qoynuna qaça ... | ANL |
Qurbaninin göru yanır Diridə, Maralyanda nalə çəkir Pəri də, Zəngəzurda itib ocaq yeri də, "Cəngi" üstə qoy köklənsin ürək, can, Çıxart sazı köynəyindən Zəlimxan! Qarı düşmən divan tutur Ağdama, Bu xəyanət ağır gəlir adama, Qaçqın adı bir ləkədi adıma, Qoy qalmasın yerdə heç vaxt nahaq qan, Çıxart sazı köynəyindən Zəli... | ANL |
Bulaq suyu kimi durulub dünya, Dincəlmək istəyir, yorulub dünya. Məhəbbət üstündə qurulub dünya, dünya dağılardı sevgi olmasa. Ürək qəm yükünü necə çəkərdi? Kədər can mülkünü didib-sökərdi. Göylər bir andaca yerə çökərdi, Dünya dağılardı sevgi olmasa. Bilməzdik payızdı, qışdı, bahardı. Ulduzlar sönərdi, Günəş batardı, ... | ANL |
BÖYÜK DÜNYA ŞƏHƏRİ. Təkcə görmək yox, həm də gördüyünü təqdim etmək imkanı. Doğrusu, ölkəmiz müstəqillik əldə etdikdən sonra onun hüdudlarından kənara çıxmaq mənə nəsib olmayıb. Amma buna baxmayaraq, dünyada baş verənlərdən həm telekanallar vasitəsilə, həm internet vasitəsilə, həm də gedib, gəzib gələnlərin söylədiklər... | ANL |
Şairanə rejissor. Şairin rejissor oğlu. Yaşasaydı bu il dahi rejissor Tarkovski 80 illiyini qeyd edəcəkdi. Filmləri ilə dünya kino tarixində silinməz iz qoyan Tarkovskinin bir filminə baxmaq kifayətdir ki, onun vəhşi istedadının cazibəsinə düşəsən. Nədənsə mənə elə gəlir ki, Tarkovski haqqında bu qədər gözəl və duyğulu... | ANL |
GÖYÇAY MÜASİRLƏŞMƏNİN YENİ MƏRHƏLƏSİNDƏ. (əvvəli ötən saylarımızda). Abadlıq və quruculuq işləri. Abadlıq, quruculuq və yaşıllaşdırma sahəsində xeyli işlər görülmüşdür. Şəhərin mərkəzində inşa edilən bayraq meydanının abadlaşdırılması işləri davam etdirilir. M.Ə.Rəsulzadə küçəsində çoxmənzilli yaşayış binasının fasad h... | ANL |
AZƏRBAYCAN OĞULLARI STALİNQRAD DÖYÜŞLƏRİNDƏ. "Azərbaycan! Sən bizi bəslədin, böyütdün, bizdən heç nə əsirgəmədin. Biz böyük nizamilər, babəklər, koroğlular ölkəsi olan sənə, sənin bu sevginə and içirik ki, tapdalanmış torpaqlarımız və təhqir edilmiş, vəhşicəsinə divan tutulmuş hər bir vətəndaşımız üçün düşməndən amansı... | ANL |
Bəhram Bağırzadə: "Mən ümumiyyətlə tamaşaçıları görmürəm". - İlk olaraq ondan başlayaq ki, hazırda Bəhram Bağırzadə nə ilə məşğuldur? - Bu yaxınlarda "Qorxma mən səninləyəm" adlı filmə çəkildim, Yeqor Konçalovski tərəfindən çəkilən yeni "Bakı, mən səni sevirəm" filminə dəvət almışam. Orada məni hansısa bir seriyada gör... | ANL |
Şuşanı necə xatırlayaq? Qələm adamları Şuşanın işğalından danışır. Əsası Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan Şuşanın başını doğrudan da dumanlar alıb. Azərbaycan musiqisinin beşiyi sayılan Şuşanın onlarla tarixi abidələri, o cümlədən Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı "Gövhər ağa məscidi", Xur... | ANL |
Mətbuat Şurasında bayram günü. Umud Rəhimoğlu: "Elə bir, peşə sahəsi yoxdur ki, orada məhz mövcud istiqamətdə statistika aparılsın". Vüqar Səfərli: "Onların qayəsində söz və mətbuat azadlığına dəyər verilməsi dayanır". Müşfiq Ələsgərli: "3 may tarixi bəziləri üçün yalnız təqvim hadisəsi, Azərbaycanda isə bayram günüdür... | ANL |
AZƏRBAYCAN OĞULLARI STALİNQRAD DÖYÜŞLƏRİNDƏ. "Azərbaycan! Sən bizi bəslədin, böyütdün, bizdən heç nə əsirgəmədin. Biz böyük nizamilər, babəklər, koroğlular ölkəsi olan sənə, sənin bu sevginə and içirik ki, tapdalanmış torpaqlarımız və təhqir edilmiş, vəhşicəsinə divan tutulmuş hər bir vətəndaşımız üçün düşməndən amansı... | ANL |
QAX RAYONU İNKİŞAFIN YENİ MƏRHƏLƏSİNDƏ. Qafqaz incisinin artan şöhrəti. Mən əvvəllər də Qax rayonundan söhbət açarkən ilk olaraq mütləq bu yerlərin təbiət gözəlliyindən danışardım. İndi də Qafqaf İncisinin - Qaxın ən gözəl çaxlarıdır. Buralarda bahar sanki, elə may ayından başlayır. Ancaq Qax başqa bir özəlliyi ilə də ... | ANL |
"Orda bir idarə rəisi dedi ki, jurnalist gəlir yanıma, beş manat verirəm az qalır qarşımda dombalaq aşsın". "Həmkar"ın 14-cü sayının qonağı mətbuatımızın tanınmış imzalarından olan Elməddin Muradlıdır. Müsahibim özü haqda. Üfunət iyi gəlir hər yerdən. Öz-özümə düşündüm ki, kaş jurnalist olaydım, bunu yazaydım. Sonra el... | ANL |
Azərbaycanın böyük yazıçısı Yusif Vəzir Çəmənzəminlinin Nijne Novqorod yaxınlığında Suxobezvodnaya adlanan yerdəki məzarının vətənə gətirilməsi ədibin ruhuna böyük diqqət və sayqı nümunəsi olardı. Mən bu yazımda söhbətə birbaşa repressiyaya məruz qalmış Yusif Vəzir Çəmənzəminlinin məzarı ilə bağlı əldə olunan faktlarda... | ANL |
QAX RAYONU İNKİŞAFIN YENİ MƏRHƏLƏSİNDƏ. Meliorasiya və Su Təsərrüfatı ASC xətti ilə Kürmük çayı hövzəsi boyunca selə qarşı mühafizə məqsədilə 13 min 860 m3 dəmir beton bəndlərin tikintisi işi aparılmışdır. Son illər rayonda bir sıra mühüm infrastuktur layihələri həyata keçirilmiş, müasir tələblərə cavab verən sosial yö... | ANL |
AZƏRBAYCAN OĞULLARI STALİNQRAD DÖYÜŞLƏRİNDƏ. "Azərbaycan! Sən bizi bəslədin, böyütdün, bizdən heç nə əsirgəmədin. Biz böyük nizamilər, babəklər, koroğlular ölkəsi olan sənə, sənin bu sevginə and içirik ki, tapdalanmış torpaqlarımız və təhqir edilmiş, vəhşicəsinə divan tutulmuş hər bir vətəndaşımız üçün düşməndən amansı... | ANL |
Şuşanın paxmel günü. "Xəngəl" adlı kafenin girişində şikəst Azərbaycanın əlli-ayaqlı iki kişisindən daha yekə görünəni o birisini bu sözlərlə içəri saldı. Barıt qoxusundan daha xoş ətri olan "semiçka" yağında hazırlanan yeməklərin iyi divarlarına hopmuş kafenin yeganə pəncərəsinin qarşısındakı masasında oturan iki müşt... | ANL |
Gənc yazar Xuraman Hüseynzadə: "Əsas odur ki, yazıçının xarakteri zədələnməsin". Müsahibim gənc yazar Xuraman Hüseynzadədir. Onu uzun-uzadı təqdim etmək istəmirəm. İstərdim ki, oxucularımız bu gənc qızın acınacaqlı həyatı, eyni zamanda düşüncələri ilə tanış olsun. -Necəsən Xuraman? Bildiyim qədər səhhətində problemlər ... | ANL |
Söz adamları istedadlı qələm sahiblərindən biri olan Givini yaxşı tanıyır. Öz dünyası, öz ətrafı olan bu söz adamını tanıdığım gündən onun ətrafında həmişə bir yaradıcı, işgüzar mühitin də formalaşdığını görmək mənə nəsib olub. Hiss etmişəm ki, o daha çox dostlarını, ətrafında olan adamları, istedadları arayıb-axtarır,... | ANL |
"Dövləti, xalqı böyük təhlükədən xilas etmişəm". İlyas İsmayılov. Təqdimat üçün onun ad və soyadı yetər. "Yetməz" deyə düşünənlər üçün belə yazaq: İlyas İsmayılov-deputat, Ədalət Partiyasının sədri. Adətən vəzifə və titul addan əvvəl gəlir. Biz bu ənənəni pozduq. Daha doğrusu bu ənənəi İlyas adı, İsmayılov soyadı pozur... | ANL |
İçində bir qız gəzər. Əlində divit qələm. Bu bəndin sonlarına "Leylim, aman" və "Nənən ölsün sarı gəlin, durna yarım" nəqarətlərinin əlavə olunduğu "Sarı Gəlin" mahnısı, neçə yüz il söylənərək süzülə-süzülə gəldi bilinməz. Türk bəstəçisi Müzəffər Sarısözən tərəfindən işləndikdən sonra da illərdir TRT radiolarında yüzlə... | ANL |
Çəliyinə söykənib üzü "Dəyirman çal"a baxırdı. Nələri düşünürdü görəsən. Yaş öz sözünü demiş, həyatın çalın- çarpaz yolları, amansız və islah olunmaz qanunları, bəxtin, yığvalın pozulmaz yazıları, Tanrının dəyişməz hökmü günbəgün, anbaan çin olmuşdu qənşərində. Ömür-gün yoldaşı Şərqiyə xanımla köçüb getdi hər növrağı a... | ANL |
Eldar İsmayıl Azərbaycanın Göyçə mahalında dünyaya gəlib və Göyçə adı çəkilən kimi xalqımızın ulu sənəti və sənətkarları gözlərimiz qarşısında canlanır. İstər-istəməz aşıq şeirimizin (və ümumiyyətlə, şeirimizin) korifeylərindən olan Aşıq Ələsgər yada düşür. Aşıq Ələsgərdən əvvəl və Aşıq Ələsgərdən sonra gələn neçə saz-... | ANL |
Yadına düşmədi tale yazanın, Sazına düşmədi teli, ozanın, Rənglər sərgisində Rəsul Rzanın. Yamyaşıl həvəsi saman eylədi, Çəkdiyi nəfəsi duman eylədi, Ah saya, ah saya. Sarı Hüseyinin. Eləki yerlərdən əllər üzülür. Dillənir göylərin sirr güşəsindən. Elə həmən andan qəlbə süzülür. Dumanlı dağların bir güşəsindən. Görünmə... | ANL |
Bu əlamətdar hadisə ərəfəsində Gəncə Teatrının direktoru Əli Qasımovla söhbətləşib, kiçik bir məclis təşkil etməyi qərarlaşdırdıq. Əli müəllim azacıq hazırlıq tədbirləri də gördü, şirniyyat süfrəsinin qonaqları aktyorun səhnə dostları idi. Səhnə ömürləri müxtəlif olan, yaşca da fərqli bu insanların hər birinin yaddaşın... | ANL |
Bir vardı, biri yoxdu, cənnətməkanda Abdal-Gülablı adlı bir kənd vardı. O kənddən çox istedadlar Azərbaycan adlı məmləkətin ədəbiyyat, mədəniyyət aləminə atılmışdı. Hamısı da öz sahəsinin sevilən, seçilən adamlarından olmuşdular. Bu kənd istedad istehsal edirdi. Bilsəydi gəlməzdi. Bacarsaydı zamanın çarxını geri fırlad... | ANL |
DƏNİZ CƏNGAVƏRİ. Əvvəllər dəniz vasitəsi ilə kəşf olunan ərazilərdən, yaxud dəniz quldurlarından söz düşəndə niyəsə həmişə Avropanın okean sahilində yerləşən dövlətlərin dənizçiləri təsəvvürümə gələrdi - portəgizlər, ispanlar, ingilislər... Bilirdim ki, bu cür ölkələrdə dənizçilik, gəmiqayırma sahəsi hələ orta əsrlərdə... | ANL |
AZƏRBAYCAN OĞULLARI STALİNQRAD DÖYÜŞLƏRİNDƏ. (əvvəli ötən saylarımızda). "Azərbaycan! Sən bizi bəslədin, böyütdün, bizdən heç nə əsirgəmədin. Biz böyük nizamilər, babəklər, koroğlular ölkəsi olan sənə, sənin bu sevginə and içirik ki, tapdalanmış torpaqlarımız və təhqir edilmiş, vəhşicəsinə divan tutulmuş hər bir vətənd... | ANL |
QAX RAYONU İNKİŞAFIN YENİ MƏRHƏLƏSİNDƏ. (əvvəli ötən saylarımızda). Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün 236 ailə müraciət etmiş, bundan 235 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. Qanunla müəyyən olunaraq 49 nəfər vətəndaşa sosial müavinət təyin olunmuşdur. Tikinti quruculu... | ANL |
İçimdən yandırdın məni, Dağlara çəkilib əzəlin sənin. Niyə məlul-məlul baxırsan mənə?! Hanı gözəlliyin, gözəlin sənin?! Burda öz zövqümlə seçib hər daşı, Haman bu qalanı gətirdim başa. Tarixin məhvəri dönəndə geri. Faciə səhnəli Azərbaycanın. Hankı baharıyla vursun qəlbimiz?! İyirmi faizlə baş aldatmayaq, Yetmiş faizin... | ANL |
ƏDƏBİYYATŞÜNASLIQDA YENİ METODOLOJİ İSTİQAMƏT. Milli tənqid və ədəbiyyatşünaslığın klassik ədəbi irsi tədqiq etmək, onun yaradıcılıq axtarışlarını ümumiləşdirmək baxımından zəngin təcrübəsi var. Bu sırada XIX əsr Azərbaycan ədəbiyyatının öyrənilməsi elmi-nəzəri fikrimizin əsas qayğılarından biridir. Bir əsr yarımlıq ta... | ANL |
Işğal altında olan torpaqları azad etmək isə o qədər də asan deyildi. 1994-cü ilin yanvarın əvvəllərində Böyük Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Ordusu Füzulinin bir şəhərini və 22 yaşayış məntəqəsini erməni işğalçılarından azad elədi. Horadiz şəhəri və yaşayış məntəqələri yenidən öz doğma... | ANL |
Daşkəsəndə möhtəşəm bayram tədbiri keçirildi. Əhəd Abıyev: "Prezidentin sərəncamı ilə Daşkəsəndə yeni çəkilən Zağalı- Kollu-Çıraqlı yolu bizi Qarabağa aparacaq". Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Daşkəsən rayonunda möhtəşəm bayram tədbirləri keçirildi. Rayon ərazisində yerləşən ... | ANL |
Musiqi kimi qəlblərdə yaşamaq... İstedadlı musiqiçi və pedaqoq Aftandil Cəfərovun əziz xatirəsinə. Rəsmi sənədlərdə peşəsini bildirən qrafada cəmi bircə söz yazılmışdı-musiqiçi. Amma Aftandil Cəfərovun keçdiyi mənalı ömür yolunu, gördüyü işləri bu bir kəlmə ilə anlatmaq mümkün deyil. O, istedadlı musiqiçi olmaqla yanaş... | ANL |
"Eurovision" mahnı müsabiqəsinin icraçı rəhbəri (exectuve supervisor) Yan Ola Sandın APA-ya müsahibəsi. - Çıxışınızda dəfələrlə Azərbaycandakı şounun çox özünəməxsus və möhtəşəm olacağını bildirmisiniz. Bu il müsabiqədə müxtəlif yaş kateqoriyalı təmsilçilərin yarışmasına necə baxırsınız? Sizcə, bu yarışmada müvafiq bir... | ANL |
Onun əsərlərinin qəhrəmanları insanlara çevrilən oyuncaqlar idi. Mayın 3-də Azərbaycan Respublikası Rəssamlar İttifaqının Müasir İncəsənət Mərkəzində tanınmış rəssam Tamilla Qurbanovanın sərgisinin açılışı oldu. İki gün davam edən "Kukla dünyasının sirləri" adlı sərgidə rəssamın biri-birindən rəngarən əsərləri nümayiş ... | ANL |
Umud Rəhimoğlu: “20 il keçməsinə baxmayaraq, bəşəriyyət hələ də bu vandalizm aktından xəbərsizdir”. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə 1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20 illiyi... | ANL |
Təbrizdə oğurlanan şairlərimiz tapılmır. Axtarışlara Kamal Abdulla da qoşulub. "İrana Bakıdan səfər etmiş iki gənc Azərbaycan şairi Şəhriyar Hacızadə və Fərid Hüseynin tapılması barədə İrandakı Baş Konsulluğumuzu məlumatlandırmışıq. Hazırda baş konsulluq... "İrana Bakıdan səfər etmiş iki gənc Azərbaycan şairi Şəhriyar ... | ANL |
"Əsgər Analarına Dəstək" İctimai Birliyi Şuşanın düşmən tapdağında qalmasının 20 illiyi ilə əlaqədar tədbir keçirdi. Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Növrəstə İbrahimova ilk öncə bu günlə əlaqədar hamıya başsağlığı verdi. Sonra isə insanlarımızın laqeydliyindən danışdı: "Torpaqlarımız neçə illərdir in... | ANL |
Şuşanın işğalından bir il də keçdi. Bundan sonra düşmənin 11 minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum edib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyi ilə həyata keçirilib. 11 min erməni əsgərinə çox az sayda azərbaycanlı müqavimət göstərib. Əsir götürülmüş 68 soydaşımızı... | ANL |
İNSAN YAŞADIĞI DÖVRÜN, ZAMANIN OXŞARIDIR, HƏM DƏ ONU DƏYİŞƏNDİR. Heydər Əliyev milyonların içində tək, tək olanda da milyonların arzularını, istəklərini, məqsədlərini qəlbində, şüurunda, ruhunda daşıdı.Sovet imperiyası Heydər Əliyevin bədənini həbs etdi, geyimini dəyişdi.Onun düşüncələrini, məqsədlərini, şüurunu, ruhun... | ANL |
Sonradan dinini dəyişən ünlü rejissor Emir Kusturitsa (Emir Kustirica) 1954-cü ildə Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda (Saraybosna) doğulub. Atası Murat Kusturitsa Sarayevo İnformasiya Nazirliyində jurnalist kimi fəaliyyət göstərib. Anası isə məhkəmə katibi vəzifəsində çalışıb. Ünlü rejissor, 2005-ci ildə at... | ANL |
AZƏRBAYCAN OĞULLARI STALİNQRAD DÖYÜŞLƏRİNDƏ. "Azərbaycan! Sən bizi bəslədin, böyütdün, bizdən heç nə əsirgəmədin. Biz böyük nizamilər, babəklər, koroğlular ölkəsi olan sənə, sənin bu sevginə and içirik ki, tapdalanmış torpaqlarımız və təhqir edilmiş, vəhşicəsinə divan tutulmuş hər bir vətəndaşımız üçün düşməndən amansı... | ANL |
Yer planetinin on bir iqlim qurşağından doqquzunu özündə birləşdirən Azərbaycan adlı məmləkətimiz təbiətinə, coğrafi mövqeyinə görə dünyanın ən unikal bölgələrindən biridir. Qərblə-Şərqi, Avropa və Asiyanı birləşdirən bu məkan həm də dünya tarixi baxımından kifayət qədər yaşı olan qədim bir diyardır. Bütün bunlar haqqı... | ANL |
"İki sahil"in xüsusi buraxılışı. "İki sahil" qəzeti ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş xüsusi buraxılış hazırlayıb. AzərTAc xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar hazırlanmış... | ANL |
Zamanın sürətini ölçmək və yaxud da onu dayandırmaq doğrudan da mümkün deyil. Deyilənə görə ən iti surət işığa və səsə məxsusdur. Amma zaman anlayışı ortaya gələndə həmin o işıq da, səs də arxa plana keçir. Çünki zaman indi bir göz qırpımı olub. Çox da uzaq olmayan tarixə nəzər salsaq onda dediklərimizi sübut etməyə eh... | ANL |
Aprelin 30-da Akademik Milli Dram Teatrda görkəmli mədəniyyət xadimi, əməkdar artist Həsən Əblucun anadan olmasının 70 illiyinə həsr olunan xatirə gecəsi keçirilib. Lent.az xəbər verir ki, tədbirə sənətkarın sənət dostları, kino və teatr xadimləri qatılıblar. Gecənin aparıcıları əməkdar artist Azad Şükürov və xalq arti... | ANL |
Dünən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevaya Macarıstanın "Xidmətlərə görə" komandor xaç ordeninin təqdim edilməsi mərasimi keçirilib. APA-nın xəbərinə görə, N.Paşayeva macar mədəniyyətinin Azərbaycanda təbliği istiqamətindəki fəaliyyətinə görə Macarıstanı... | ANL |
Məcid Məcidinin rejissoru olduğu filmlər dünyanın demək olar ki, bütün aparıcı dillərinə çevrilib və yayımlanıb. Onun yaradıcılığına xas olan bir neçə incə nüansı vurğulamaq, düşünürük ki, həm oxuculara, həm də kino "xiridar"larına maraqlı olar. O, kinomatoqrafiq effekti janrın tələbi kimi yox, ideyanın funssionallığı ... | ANL |
("Yazılmamış gündəlik" silsiləsindən). Havadan Novruz tonqallarının qoxusu gəlirdi. Tale elə gətirmişdi ki, həmin ilin martın 3-nə düşən çərşənbə tonqalını Azərbaycanın Milli Qəhrəmanı mərhum polkovnik-leytenant Şirin Mirzəyev və batalyonun xüsusi təyinatlı əsgərləri ilə Ağdərənin Sırxavənd kəndində qaladıq. Əslində Ş.... | ANL |
M.F.Axundzadənin dövlət və hüquq haqqında görüşlərinin bəzi məsələləri. XIX əsrin əvvəllərində Çar Rusiyası ilə İran arasında gedən müharibə nəticəsində Araz çayı boyunca Azərbaycanın ikiyə parçalanması özlüyündə mürtəce hadisə idi. Lakin Şimali Azərbaycanın zorla Çar Rusiyasına birləşdirilməsinin müəyyən müsbət cəhətl... | ANL |
"Azərbaycan pələngi" Hacı Məhəmməd Əli Müslümzadə. Veteran samboçular arasında dünya çempionu İslam dinini qəbul etdikdən sonra həyatında böyük dəyişiklik baş verdiyini deyir. Hacı Məhəmməd Əli Müslümzadə maraqlı söhbətləri ilə hamının diqqətini cəlb etməyi bacarır. Cüssəli, yaşından cavan görünən və ünsiyyət qurmağı s... | ANL |
Böyük şəcərənin həlqələri - Axundovlar nəsli. 14 may görkəmli siyasi-ictimai xadim Vəli Axundovun doğum günüdür. Saray Bakının tarixi çox qədim olan kəndlərindəndir. Tarixi mənbələrə görə, hələ XIII əsrdə burada insanlar məskunlaşmışlar. "Saray" termininin farsca və türkcə lüğəti mənası qəsr, iqamətgah deməkdir. Orta ə... | ANL |
HAQQINDA BİZLƏRDƏ NƏ DÜŞÜNÜRLƏR. Araşdırıcı alim Məmməd ELLİ suallarımıza cavab verdi. -Məmməd bəy, Sovetlər dövründən siz də bu mahnının tarixini araşdıranlardan birisiniz və hələ o zamanlar mən sizin yazılarınızı dövrü mətbuatda oxumuşdum və "Qobustan" toplusunda da bir yazınız çap olunmuşdu. Nədir bu mahnının taleyi... | ANL |
ABBAS BƏYİN ÖLÜMÜ. Texniki səbəblər üzündən ötən şənbə sayımızda "Qaçaq İsmayılın mənzərəsi (etüd)" təkrar çap olunmuşdur, ancaq yazıda Abbas bəyin surəti təqdim olunmuşdur. Yol verilmiş qüsura görə oxuculardan və müəllifdən üzr istəyirik. Biz ötən saylarımızda Qaçaq İsmayıl haqda mənzərənin birinci etüd cizgilərini tə... | ANL |
Bu gün Azərbaycanın elə bir kəndi, şəhəri yoxdu ki,Musa Yaqubu orada tanımasınlar. Kökdən, bünövrədən təbii şair olan Musa öz poeziyasında da bu təbiiliyi bir sərvət kimi yaşadır. Başqa şairlərin adları qarşısında işlədilən o təyinlərin ömrü bəzən ötəri, keçici olur. Amma Musaya "təbiət şairi" deməmək günahdı. Çağdaş A... | ANL |
Utancaq gəlin tək çəkinib əvvəl. Bürünər bir yaşıl duvağa lalə. Yırtıb örpəyini baş qaldıranda, Bənzər təbəssümlü dodağa lalə. Yel əsib duvağı salar üzündən, Görərsən xal qoyub yanağa lalə. Yağışlar yuyanda ləçəklərini. Çəkər saçlarını darağa lalə. Xoşlanar günəşin od nəfəsindən, Verər sinəsini qabağa lalə. Qərənfil, b... | ANL |
MÜASİRLƏŞƏN MELİORASİYA VƏ İRRİQASİYA SİSTEMLƏRİ. Daim inkişafda olan strateji dövlət qurumu. Bu mövzuda söhbət açarkən əvvəlcə bir sıra vacib məsələləri xatırlamaq lazım gəlir. Məlumdur ki, Böyük və Kiçik Qafqaz dağlarının əhatəsində yerləşən respublikamızın coğrafi mövqeyi, təbiəti, relyefi rəngarəng və mürəkkəbdir. ... | ANL |
Təkcə mən yox, bütün yaradıcı qrup nəticə gözləyirdi. Çünki sonsuz sınaq çəkilişləri adamları tamam yormuşdu. Rəhmətlik özunəməxsus kişiyanə əda ilə çevrilib çiyninin üstündən Seyidzadəyə baxdı: - Ə Seyidzadə, qadam, öz aramızdadır, axtaranda, tapmaq olur, hə!". Məni təbrik etdilər, çünki artıq qərarı Ədil İsgəndərov ö... | ANL |
Bakıda Bülbülə abidə qoyuldu. Prezident Bülbülün abidəsinin açılışı mərasimində. Prezident İlham Əliyev Bakıda, Bülbül prospektində görkəmli opera müğənnisi, SSRİ xalq artisti Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib. Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumatına görə, prezide... | ANL |
"Gülüşün göyqurşağı" kitabının müəllifinə... Hərdən tez-tez eşitdiyim və bəzən özümün də təkrar etdiyim bir fikrə gün işığı kimi inanmaq istəyirəm. Təbii ki, dünyaya ürəyi ilə baxanlar da mənim bu saydıqlarımı rahatca yaşayırlar. Deməli, bizim xalqımız barəsində səsləndirilən "şair xalq" ifadəsi bu məqamda öz təsdiqini... | ANL |
İŞIQLI ŞƏXSİYYƏT. Əbdülrəhim Məmmədov haqqında xatirə yazmaq mənim üçün həm çətin, həm də şərəflidi. Çətindi ona görə ki, Əbdülrəhim Məmmədov Nuxa şəhər partiya komitəsinin birinci katibi vəzifəsində işlərkən mən orta məktəbin ibtidai sinfində oxumaqla, pioner sıralarına, sonralar isə komsomol sıralarına yenicə qəbul o... | ANL |
"Biz bütün bu mərhələləri, içimizdən keçiririk". Qismət: "Müasir dövrdə şeirin oxucuları, şeirin fədailəridir". Bu müsahibəni təxminən iki il əvvəl, yağışlı bir gündə, şəhərin ucuz kafelərinin birində almışam. Çünki, tam olaraq yazmağa həvəsim olmayıb. Bu günlərdə arxivimdən yarımçıq müsahibəni və səs yazısını tapdım. ... | ANL |
Bütün cəmiyyət, təhsil, səhiyyə, iqtisadiyyat, mədəniyyət hər şey, hər şey avropalaşıb. Bəs əxlaqımız, mənəvi dəyərlərimiz necə, o da avropalaşıb? Çiyinlərini çəkdilər - yəni yox! Həsənxan haçandan müəllim oldu? İki saat ötməmiş hamı dağıldı. İstəsək-istəməsək belə ən qədim adətlərimizin ən gözəli, sevincə, şənliyə çev... | ANL |
Əjdər Həmidov teatrda Otello, Hamlet oynayan aktyorlardan deyil. Özünəməxsus xarakterik kiçik obrazlar oynayır, amma... - Yeni mövsümün tamaşalarını məşq edirik. Həsən Həsənovun "Brüsseldən məktublar " tamaşasında Nəcəf rolunu oynayıram. - Tamam yeni quruluşdur, rejissor, aktyorlar dəyişilib, amma bərpa demək də olar. ... | ANL |
Dağlar qoynundakı Lerik. Buna baxmayaraq son illər Lerikdə yol tikintisinə ayrıca diqqət verilir. Elə Lənkərandan Lerikə uzanan 56 kilometrlik yol buna misaldır. Hal-hazırda Lerik şəhərindən Zuvand yaşayış məntəqəsinə yüksək keyfiyyətli asfalt yolun çəkilməsinin son mərhələsidir. Azərbaycan Respublikası Prezidentinin 3... | ANL |
KİVDF ilə Suraxanı İcra Hakimiyyətinin birgə konfransı. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dünən "Yerli icra Hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşl... | ANL |
Mirmehdi Ağaoğlunun "Görüş" romanı haqqında qeydlər. Bir müddət öncə gənc həmkarlarımdan birinin yenicə çap olunmuş, ədəbiyyatda birmənalı qarşılanmamış, romanı haqqında tanıtım xarakterli tənqidi bir yazı yazdım. Məqsədim gənc həmkarımı incitmək olmasa da, münasibətindən hiss elədim ki, məndən inciyib. Sözün düzü, niy... | ANL |
Bələdiyyə institutunun inkişaf problemləri nədədir? İlqar Hüseynli: "Bələdiyyənin maliyyə imkanları bir çox hallarda yalnız bələdiyyə şurasının və qulluqçularının əməkhaqqı xərclərinin cüzi hissəsinin ödənilməsinə yönəlir". 1999-cu ildə Azərbaycanda bələdiyyələrin fəaliyyətinə start verilməyinə baxmayaraq sözügedən ins... | ANL |
FƏRƏHLİ ÖMÜR YAŞAMAQ SƏLAHİYYƏTİ. İndi ən pessimist adamı dindirsən belə... Azərbaycanın dünya ölkələri sırasında mötəbər yer alması, təbii ki, uğurlara hesablanmış stabil daxili və xarici siyasət strategiyasının nəticəsidir. Sürətli sosial-iqtisadi inkişaf ən pessimist insanları da qarşıya qoyulmuş mühüm vəzifələrin h... | ANL |
"Müraciətə imza atandan sonra toya getdim". Kulis.az-ın suallarını toylar əleyhinə müraciət müəlliflərindən biri Salam Sarvan cavablandırır. - Toy əleyhinə müraciət ideyası kimdən gəldi? - Bu barədə əvvəllər də düşüncələrimiz vardı, dəfələrlə köşə yazılarımızda öz narahatlığımızı ifadə etmişik. Müraciət isə mən, Murad ... | ANL |
YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR. "Altımışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vurhəşir də bildiyimiz kimi hər zaman onların başında olur.Bunun nədən olduğunu mən araşdıran deyiləm,amma bunu bilirm ki ALTIMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və m... | ANL |
FƏRƏHLİ ÖMÜR YAŞAMAQ SƏLAHİYYƏTİ. ...Sentyabr ayının 12-də cənab Prezidentimizin xanımı Mehriban Əliyeva və ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə Şəkidə qonaq olması bizim üçün olduqca fərəhli və sevindirici bir hadisə idi. Cənab Prezidentimiz İlham... | ANL |
Mən nə ədəbiyyat tənqidçisi, nə də ədəbiyyatşünas deyiləm. Buna baxmayaraq, özümü öz ədəbi zövqümdən nagüman adam da saymıram. Doğrudur, son illərdə yaşanan ədəbiyyat bumu, yazılan kitabların kəmiyyətcə çoxluğu bəzən həqiqi ədəbi dəyəri olan əsərlərin oxucuya çatmasını əngəlləyə bilir... Son vaxtlarda ünsiyyətdə olduğu... | ANL |
Sumqayıt səhnəsində Ağa Məhəmməd Şah Qacar, Müsyo Yordan, Akademik Milli Dram Teatrında Napoleon, "Yuğ"da Kebot , Lopaxin... Gənc aktyor Oktay Mehdiyev rol oynamaq sarıdan gileylənə bilməz. Vaxt azlığından isə şikayətlənməyə haqqı var. Məhz bu üzdən istedadlı aktyorun zamanını çox almaq istəmədik. Bu günlərdə Napoleon ... | ANL |
Onun səsi meydanlardan, tribunalardan, uca kürsülərdən, şeir məclislərindən gələrdi. Bu səsdə qətiyyət, cəsarət, kişilik vardı. Bütöv bir məmləkətin azadlıq səsiydi... O, həyatını, varlığını Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə həsr etdi və bu yolda son nəfəsinəcən bircə addım da geri çəkilmədi. Onun ... | ANL |
FƏRƏHLİ ÖMÜR YAŞAMAQ SƏLAHİYYƏTİ. (əvvəli ötən saylarımızda). Şəkililər ölkə rəhbərinin əhalinin sosial müdafiəsi sahəsində yeritdiyi siyasəti yüksək qiymətləndirir, aztəminatlı əhali qrupuna göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi qəbul edir. Nazirlər Kabinetinin oktyabr ayının 10-da keçirilən geniş iclasınd... | ANL |
ƏN DƏRDLİ AĞLAMAQ LAL AĞLAMAQDI... Məni təbiətə qəlbən bağlayan, Bulağın baharda çağlamasıdı, Bir də ürəyimi didib-dağlayan, Kiminsə içində ağlamasıdı. Bu göz yaşlarıyla qəlb dağlamaqdı. Ən dərdli ağlamaq lal ağlamaqdı. O dərdli dərdini ağlayıb-ağlar, Dərdi ürəyinə bağlayıb ağlar, Qəhərdən sinəsi çağlayıb ağlar, Bu göz... | ANL |
Günel Mövludun şeirləri haqqında iki yazı. "Bu dünyada bir qramlıq adrenalin-zad qalmayıb. Heç nəyə təəccüblənmək, heç nədən sarsılmaq, şoka düşmək mümkün deyil. Yaşımızın belə gənc, şair qəlbimizin belə kövrək vaxtında nələr görmədik, nələr eşitmədik, İlahi!". Yuxarıdakı cümlələr şairə Günel Mövludun bir köşəsindən se... | ANL |
Onda nə qaçqınçılıq var idi, nə də müharibənin ölüm-itimi. O də əksəriyyətimiz kimi doğulduğu rayonda yaşayıb, sevib-seçdiyi peşənin qulpundan tutmuşdu. Bu məqamda səmimi deyim ki, həmin peşə bəzilərimizin günahı üzündən bir az urvatdan düşsə də, amma böyük söz, böyük jurnalistika belə şeyləri çox görüb. Ona görə də in... | ANL |
FƏRƏHLİ ÖMÜR YAŞAMAQ SƏLAHİYYƏTİ. (əvvəli ötən saylarımızda). Cari ilin doqquz ayında H.Əliyev, M.Ə.Rəsulzadə, M.F.Axundov prospektlərində, Salman Mümtaz küçəsində müasir işıqlandırma sisteminin qurulması işi davam etdirilmiş, bir sıra çoxmərtəbəli ictimai yaşayış binalarının dam örtükləri, fasadları əsaslı təmir edilm... | ANL |
Bu gün ölkəmizdə əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosialyönümlü siyasətin tərkib hissələrindən biri olan Dövlət Gənclər Siyasəti Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin hərtərəfli inkişafı, təhsili, məşğuliyyətinin təmin olunması üçün hər cür şərait yar... | ANL |
Mən Sona xanımı qiyabi tanıyırdım; şeirlərini qəzet səhifələrindən oxumuşdum. "Sona xanım" deyiləndə insanlarda xoş bir ovqatın yarandığını da görürdüm. Publisistik yazıları ilə ürəklərimizi riqqətə gətirən, şeirləri ilə oxucusunun zövqünü oxşayan, duyğulu bir ürəyə malik, "Azərbaycan" qəzetinin şöbə müdiri Flora Xəlil... | ANL |
Qarabağda ilk dəfə üçrəngli bayrağı qaldıran oğlan. Azərbaycanın müstəqilliyinə səs verən 43 millət vəkilindən biri - Eldar Bağırovun unudulmasında maraqlı olan kimlərdir? Bu qəbir də min qəbirdən biridir. Hamı elə qarabağlılar demişkən kiriyib, amma o qara paltarlı qadın kirimək bilmir. Nə bağrına basmağa başdaşı var,... | ANL |
Quşlar ağlaya bilmir, çünki ağlasalar ölərlər. Quşlardan yeganə sərçələrdir ki, ölməmişdin qabaq ağlayırlar. Bunun da öz tarixçəsi var. Belə rəvayət edirlər ki, qoca bir padşahın cavan bir qıza gözü düşür, onu almaq istəyir. Sən gərək mənə quş sümüyündən 40 otaqlı bir imarət tikdirəsən. Bütün quşlara xəbər göndərir, ha... | ANL |
evlərinin pəncərəsini daşlayar, qonşularına çığırıb. bircə mən döyəcləyəcəm hər kəsin yerinə. mis qazanları, dəmir qapaqları. heç kim bilmir, günəş hələ çox gizlənəcək hamıdan. axı o, bircə çəkili pərdələrdən incik, axı o, təkcə bağlı pəncərələrdən küskün... mən inanmaram, inanmaram dualara, bircə qaçmağı bilərlər Onun... | ANL |
Zaqatala: ZƏLZƏLƏNİN VURDUĞU ZİYANLAR ARADAN QALDIRILIR, DÖVLƏT PROQRAMININ İCRASI UĞURLA DAVAM EDİR. Dövlətin qayğısı fəlakətin acılarını unutdurur. Bu ilin may ayında ölkənin şimal-qərb bölgəsində baş vermiş güclü zəlzələdən daha çox ziyan çəkən Zaqatala rayonunda həyat öz axarı ilə davam etməkdədir. Bir yandan zəlzə... | ANL |
Görün bizim dahi bəstəkar nələr yaradıb. Dünən dünyanın ən böyük bəstəkarlarından biri olan Tofiq Quliyevin doğum günü idi. Tofiq Quliyev 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. Aysberqin sinfində fortepiano, həm də S.Q. Ştrasserin sinfində dirijor... | ANL |
Əhalinin sosial müdafiəsi əsas vəzifələrdəndir. Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ünvanlı sosial yardımların, pensiyaların, əməkhaqlarının vaxtında verilməsi, aztəminatlı ailələrə qayğının artırılması daim diqqət mərkəzində saxlanılmışdır. Aqrar sektor yeni ... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.