text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Mənsur şeirdə yeni imza. Kiçik həcimli, nəsrlə yazılan mənsur şeirdə də poeziyaya xas olan lirizm, emosionallıq, ahəngdarlıq və lakoniklik səciyyəvi cəhətlər hesab olunur. Geniş yayılmayan sözügedən bədii əsər formasına dünya ədəbiyyatında müəyyən müraciətlər olunub. Azərbaycan ədəbiyyatında isə mənsur şeir yaradıcılığ...
ANL
Adların ən gözəlləri. Bu yaxınlarda şair-publisist Əbülfəz Əhmədin “Adiloğlu” nəşriyyatında “Ən gözəl adlar” adlı şeir kitabı işıq üzü görüb. Dini- fəlsəfi məzmun kəsb edən kitab ədəbiyyatda Allah-Təalaya verilmiş ən gözəl adların məsnəvi şeir formasında şərhinə həsr olunub. Müəllifin özünün dediyi kimi, uca yaradanın ...
ANL
14 yaşlı Azərbaycan ifaçısı İtaliyada laureat olub. Romada keçirilən “Elia Catalano” milli festivalında Azərbaycanı Dövlət Uşaq Filarmoniyasının solisti Emin Eminzadə laureat adı qazanıb. İtaliyanın tanınmış sənətçiləri və musiqiçilərinin iştirak etdiyi festival iyulun 13-dən 16-na kimi davam edib. Festivalda Azərbayca...
ANL
Azərbaycanda ordu quruculuğu müasir mərhələdə. ORDU CƏMİYYƏTİN BİR HİSSƏSİDİR: SİLAHLI QÜVVƏLƏRƏ İCTİMAİ MÜNASİBƏTİN YENİ MEYARLARI. Hərbi hissənin yerləşdiyi ərazidə məskunlaşmış yerli əhali ilə münasibəti də ordu-cəmiyyət əlaqələrində böyük əhəmiyyət kəsb edir. Yerli əhali ilə əlaqədar baş verən hər hansı bir insiden...
ANL
AZƏRBAYCAN RADİOSUNUN DİKTORU, TANINMIŞ AKTYOR, XALQ ARTİSTİ YUSİF MUXTAROVUN XATİRƏSİNƏ. Bu dünyada hər kəs onu xatırladıb-yaşadacaq bir nişanə qoyub gedir. Yusif Muxtarovdan da bizlərə hər zaman ruhumuzu oxşayacaq bənzərsiz bir səs qaldı. Bəlkə də onu hər dəfə yaxınlarına xatırladacaq çox nişanələrdən danışmaq olar, ...
ANL
Daha bir erməni saxtakarlığının ifşası. Zemfira Hacıyevanın “Təkrarlanan tarix – təkrarlanan şərhlər” monoqrafiyası İrəvan xanlığının tarixini saxtalaşdıran ABŞ vətəndaşı, erməni əsilli tədqiqatçını ifşa edir. Fəlsəfə doktoru Zemfira xanım Hacıyevanın bugünlərdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasına daxil olan “Şərq-Qərb...
ANL
Diplomatlar və şairlər, yaxud diplomat şairlə. Atam Bəxtiyar Vahabzadənin unudulmaz xatirəsinə ithaf edirəm. “Peyğəmbərlərdən sonra şairlər gəlir”. Nizami Gəncəvi. “Tarixçilər tərsinə peyğəmbər (yəni ancaq keçmiş və dünənlər haqqında danışanlar), şairlər isə düzünə peyğəmbərlərdir (yəni gələcək və sabahlar haqqında fik...
ANL
“Mənim üçün yaxşı oxucu tənqidçidən daha önəmlidir”. Türkiyənin məşhur “Hürriyyət” qəzetinə əlavə kimi nəşr olunan, İstanbul ədəbiyyat və sənət çevrələrində yetərincə məşhur olan “Göstəri” dərgisinin yazı işləri müdiri, bizim sözlərlə desək, baş redaktoru, yazar, tanınmış sənətşünas Hami Çağdaşla da yazar-tərcüməçi Yas...
ANL
Almaniya dəftəri. İnsan azad və sağlam bir vəziyyətdə təbiətin qoynunda addımlayanda, yolla yeriyəndə nə yerə sığır, nə göyə, elə bilir yer də, göy də özüdür. Elə ki, xəstəlik başının üstünü kəsir, onda ayılır, yerlərə, göylərə daha çox baxmaq istəyir. Həm özünə, həm təbiətə daha çox həssaslıqla yanaşmağa can atır. Həy...
ANL
Oralarda kimlər var: YAZAR AİLƏLƏR. Bu işin müxtəlif tərəfləri var.Bir ailədə eyni sənət və eyni iş adamlarının öz aralarında dil tapması və sakit günlər yaşaması məncə bir o qədər də asan iş deyil.Çünki ayrı-ayrı sənət sahibləri olanda yanlışlar o saat aradan götürülə bilir.Vay o gündən ki, bizim bu günlərin yazar ail...
ANL
Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü. (Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı barədə qeydlər). Əgər üç nəslə aid olan fransız kralları- Şarl Martel, Pipin və Şarleman olmasaydı, islam, xristianlığı yer üzündən silib ata bilərdi. 742-ci ildə anadan olan Şarleman Longinusun nizəsini miras kimi götü...
ANL
“Övliya Çələbinin izinə düşüb, gəzib onun təsvir etdiyi 400 il öncəki Azərbaycanla indiki Azərbaycan arasındakı fərqlərdən yazmaq istəyirəm...”. Pərvinin həmsöhbəti tərcüməçi, nasir İmdat Avşardır. Bakıya xoş gəlmişsiniz! Təşəkkür edirəm! Bakıda olmağımdan məmnunam. Pərvin: Bildiyimə görə Azərbaycana bu dəfəki səfərini...
ANL
”Tədbirdə bir rusiyalı yazıçı dedi ki, burdan ermənilərə ultimatum verirəm, Kəlbəcərdən çıxın”. Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi, şair-publisist Nəsib Nəbioğlu Bakıya növbəti səfəri zamanı “525-ci qəzet”in qonağı olub. Dünya Azərbaycanlılarının üçüncü qurultayının nümayəndəsi olan N.Nəbioğlu müsahi...
ANL
“Kuba dəftəri” silsiləsindən. Məndən soruşan olsaydı ki, şeytanın gücü nədədi, düşünmədən deyərdim: insan qəlbindəki qorxuda. Bütün mübarizələrin başında insanın öz qorxusuyla mübarizəsi durur. Bəşəriyyət hələ ağlı kəsməyən, şüuru yetişməyən vaxtından bu mübarizədədi. Qələbələrin ən şirini qorxuya qalib gələnidi. Dünya...
ANL
Yəqin çox uzun zaman keçməlidir ki, insan özünü, işlərini, başqalarını, onların işlərini daha aydın və belə demək mümkünsə, nizamlanmış şəkildə görə bilsin, dəyərləndirsin. Görünür, bu, var olmanın danılmaz şərtidir. Xassəsinə görə mücərrəd olan zaman insaniləşdirilməlidir ki, ötüb-keç ən illər məşhur mahnıda deyildiyi...
ANL
İş burasındadır ki, qəzetin İnternet saytında texniki imkansızlıq üzündən, yazının müəllifi kimi yalnız Oğuztoğrulun adı verilib. Mən Ramiz bəyə məsələni aydınladaraq İbrahim bəyin Türklüyü haqqında düşüncəyə ortaq olduğumu və bu fikrin inkaredilməzliyini bildirdim. Bugünlərdə Bakıya Dünya azərbaycanlılarının qurultayı...
ANL
“İnternet, medianın əvvəlki formalarının hamısını öz qanadı altına yığır”. RASİM ƏLİQULİYEV: “İNTERNETİN İMKANLARINA ƏSASLANAN YENİ MEDİA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN ATRİBUTLARINDAN BİRİDİR”. İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı bütün sahələr kimi media sahəsinə də təsirsiz ötüşməyib. Bu inkişaf yeni m...
ANL
Əflatun Amaşov: “Azərbaycan cəmiyyətində mətbuatın ayrıca institut kimi öz yeri var”. Azərbaycan Milli Mətbuatının yaranmasının 136 yaşı tamam olur. Həsən bəy Zərdabinin “Əkinçi”si ilə əsası qoyulan Azərbaycan mətbuatının keçdiyi yol, inkişaf mərhələləri, problemləri və qarşısında dayanan vəzifələrlə bağlı Mətbuat Şura...
ANL
Bir yaddaşlıq Ağdam: xatırladıqlarım və unutmaq istədiklərim. Mənim yaddaş düyünçəmdə elə xatirələr gizlidir ki... O xatirələr, canlandığı zaman üzümdə təbəssümümü donduracaq qədər soyuq və unutmaq istədiyim qədər acıdır. Müharibə, köçkünlük həyatı, doğma vətəndə yad münasibətlərin verdiyi o əzablı illər. Acı sözlərin ...
ANL
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində tikmə ustası Mehriban Əliyeva–Xəlilzadənin əl işlərindən ibarət “Tikmələrin izi ilə” adlı sərgi açılışı gerçəkləşib. Tədbiri giriş sözü ilə çıxış edən muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru Röya Tağıyeva Azərbaycan xalça və xalq tə...
ANL
Əbülfəz Qarayev Bakıya gələn ispaniyalı nümayəndələrlə görüşüb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan İspaniya Krallığı Konqresinin nümayəndə heyətini qəbul edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İspaniya nümayəndə heyətinin tərkibinə Konqresin...
ANL
Dilçilikdə qanun və adət. Azərbaycan Mətbuat Şurasının mediada dil və üslub məsələləri ilə bağlı monitorinq qrupunun üzvü kimi qəzetləri vərəqləyərkən 34 il əvvəl professor Əziz Əfəndiyevlə olan söhbətimiz yadıma düşdü. O vaxt mən “Azərbaycan məktəbi” jurnalının böyük redaktoru, rəhmətlik Əziz müəllim isə həmin jurnalı...
ANL
Flora Xəlilzadə: “Mətbuata sənət kimi, mənəvi ehtiyacları ödəmə mənbəyi kimi baxmalıyıq”. “MƏTBUATIMIZIN UĞURLU GƏLƏCƏYİ ÜÇÜN BU SAHƏYƏ GƏLƏNLƏRİN ƏSL PEŞƏKARLAR OLMASI VACİB ŞƏRTDİR”. “Balıq susuz yaşaya bilmədiyi kimi, mən də jurnalistikasız yaşaya bilmərəm. Bəziləri deyir ki, bu sənəti seçməkdə səhv edib. Jurnalisti...
ANL
“AFGA bu gün nəinki Parisdə, eləcə də Fransada ən aktiv təşkilatlardan biridir”. VÜSALƏ MƏMMƏDZADƏ: “HAZIRDA XARİCDƏ ERMƏNİ DİASPORUNA ƏSASLANDIRILMIŞ FORMADA ELMİ CAVAB VERMƏYİ BACARAN GƏNCLƏRİMİZ KİFAYƏT QƏDƏRDİR”. Azərbaycan Fransa Gənclik Assosiyasiyası (AFGA) 2003-cü ildə Parisdə yaradılmış ilk tələbə assosiasiyas...
ANL
Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü. (Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı barədə qeydlər). Avropada islam işğalı daha çox İspaniyada ömür sürdü. O vaxtlar Mavr İspaniyasının parlaq sivilizasiyası (Əl-Əndəlus mədəniyyəti) Şimala doğru yayıldı, dünyanın başqa hissələrinə, birinci növbədə Fransa...
ANL
Oralarda kimlər var: YAZAR AİLƏLƏR. Bu işin müxtəlif tərəfləri var.Bir ailədə eyni sənət və eyni iş adamlarının öz aralarında dil tapması və sakit günlər yaşaması məncə bir o qədər də asan iş deyil.Çünki ayrı-ayrı sənət sahibləri olanda yanlışlar o saat aradan götürülə bilir.Vay o gündən ki, bizim bu günlərin yazar ail...
ANL
Diplomatlar və şairlər,yaxud diplomat şairlər. Atam Bəxtiyar Vahabzadənin unudulmaz xatirəsinə ithaf edirəm. “Peyğəmbərlərdən sonra şairlər gəlir”. Nizami Gəncəvi. “Tarixçilər tərsinə peyğəmbər (yəni ancaq keçmiş və dünənlər haqqında danışanlar), şairlər isə düzünə peyğəmbərlərdir (yəni gələcək və sabahlar haqqında fik...
ANL
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda yazıçı Vahid Məmmədlinin “Atropatena dastanı” kitabının İmza günü gerçəkləşib. Tədbiri giriş sözü ilə açan “Ulduz” jurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyli kitab haqqında ətraflı məlumat verib: “Tanınmış yazıçı Vahid Məmmədlinin üç kita...
ANL
Vokalçı Ramil Qasımov Respublika Günündə zərdablılar üçün konsert verib. 28 may Respublika Günü – Azərbaycan Cümhuriyyətinin yaranmasının 93-cü il ölkənin hər yerində geniş qeyd olunub. Azərbaycanın ən gənc “Koroğlu”su, istedadlı vokalçı Ramil Qasımov Respublika Günü münasibətilə Zərdab rayon ictimaiyyətinin, bölgə sak...
ANL
Sabir Poeziya Günlərilə bağlı tədbirlər keçirilib. Mayın 30-da Şamaxı şəhərində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Sabir Poeziya Günləri qeyd olunub. Ə. Sabirin anadan olmasının 150 illiyinin keçirilməsi haqqında” 1 iyun 2010-cu il tarixli sərəncamına uyğun olaraq düzən...
ANL
Azərbaycan filmi beynəlxalq festivalda mükafata layiq görülüb. “Salnamə” studiyasında çəkilmiş “İz... Qala” sənədli filmi Ukraynada keçirilən “Xarkov yasəməni” beynəlxalq qısametrajlı filmlər festivalında iştirak edib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, film festivalda “Jurnalistlərin rəğb...
ANL
Latviyada simfo-muğam konserti. Latviyada Azərbaycanın Respublika Gününə həsr olunan simfo-muğam konserti keçirilib. APA-nın məlumatına görə, Latviyanın musiqili şəhəri olan Liepayanın 70 nəfərlik Dövlət Simfonik Orkestri, Yalçın Adıgözəlov və “Qarabağ” triosu – Mənsum İbrahimov, Elçin Həşimov, Elnur Əhmədov filarmoniy...
ANL
Dəyərli alim və vətəndaş şair – Hikmət Mahmud. Əziz oxucu, bu gün 75 yaşın müdriklik zirvəsində qərar tutan zəhmətkeş insan, qəlbi tükənməz eşq ilə döyünən alim-şair qardaşımız Hikmət İsmayıl oğlu Mahmudovun (Hikmət Mahmudun) elmi-bədii tərcümeyi-halını sizinlə birgə vərəqləmək istədim. Hikmət Mahmudov geologiya-minera...
ANL
Müstəqil Azərbaycan: estafeti almağa hazırıq! Hər zaman söyləyirlər: “Uşaqlar bizim gələcəyimizdir!”. Gələcəyi parlaq görmək üçün məhz uşaqların sağlam mühitdə böyüməsi və inkişafı naminə yararlı dünyanın qurulması ideyası gerçəkləşdirilməlidir. Bu yararlı dünyanı isə uşaqların özlərinin birbaşa iştirakı ilə qurmaq zər...
ANL
Xəyanətdən müharibəyə gedən yol. Bu gün informasiya orqanlarının gündəliyində özünə möhkəm yer tapan Dağlıq Qarabağ problemi əslində tarixdə daim münaqişələrə səbəb olan xəyanətdən başlanmışdı. Bir qrup qatı erməni millətçisi Azərbaycanın bu tarixi ərazisini qoparmaq üçün əvvəlcə xəyanət yolunu tutmuş, sonra isə bunun ...
ANL
“Dönməzlik” romanının təqdimatı keçirilib. Dalğa Gənclər Hərəkatı (DGH) 28 May Respublika Günündə yazıçı Teyyub Qurbanın Məhəmməd Əmin Rəsulzadənin həyatından bəhs edilən “Dönməzlik” romanının təqdimatını keçirib. Bu məqsədlə təşkil edilmiş mərasimi giriş sözü ilə DGH fəalı Rövşən Nəcəfov açaraq, illər öncə yazılmış ro...
ANL
Azərbaycan ədəbiyyatının yaradıcıları, bu günə qədər yüzlərlə böyük, sanballı və layiqli ədəbi nümunələr yaratmalarına baxmayaraq, təəssüf ki, dünyanın ən mötəbər mükafatlardan çox ucada dayanan dəyərini, öz günahımız ucbatından, hələ də almamışlar. Nizami, Füzuli, Nəsimi və digər sadalamaqla sona yetməyən fenomen ədib...
ANL
UNUDULMAZ SƏNƏTKAR MOBİL ƏHMƏDOVUN ƏZİZ XATİRƏSİNƏ. Filmdə dünya şöhrətli ifaçı Rəşid Behbudovun ifasını dinlədikdən sonra məndə müğənniliyə böyük həvəs yarandı. Oxuduğum məktəbin özfəaliyyət xorunda iştirak edirdim. Bir gün həm də adaşım olan yoldaşlarımdan biri dedi: “Dövlət Uşaq Filarmoniyasında səslə məşğul olan ya...
ANL
ADMİU-da beynəlxalq elmi-praktiki konfrans. “TÜRKSOYLU XALQLARIN MUSİQİ MƏDƏNİYYƏTİNİN TƏDQİQİ PROBLEMLƏRİNƏ” HƏSR OLUNUB. Artıq neçənci ildir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsi tərəfindən “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemlərinə” həsr edilmiş...
ANL
Fevraldan aprelə qalan yazı. ƏDƏBİYYATIMIZIN YAXIN DOSTU YURİ KUZNETSOVUN 70 İLLİYİNƏ. Əvvəli ötən sayımızda. Heç bir il keçməyəcəkdi ki, hegemonu rus xalqı olan Sovet İttifaqı yerlə bir olacaq və Rusiyanın özünün də çalxantılı günləri başlayacaqdı. Tənqidçilər və oxucular da Y.Kuznetsovun şeirlərini və şəxsiyyətini bi...
ANL
Hamlet İsaxanlı: “Böyük iradə sahibi olmalısan ki,xırda maneələr səni yolundan çəkindirə bilməsin”. Xəzər Universiteti və “Dünya” məktəbinin təsisçisi, professor Hamlet İsaxanlı ilə müsahibə. Hamlet müəllim, ilk sualım Azərbaycan təhsil sistemi haqdadır. Bu barədə nələri söyləmək istərdiniz? Qısaca olaraq, istərdim Azə...
ANL
Adamlar yol yoldaşlığı eləmədən bir-birini yetərincə tanıya bilmirlər. Bu, sınanmış bir həqiqətdir. Barəsində yazılar yazmışam, toy məclislərində, ya elə-belə vaxtlarda bir yerdə durub-oturmuşuq, xahiş eləyiblər, şeir demişəm, kefimizin duru vaxtlarında qol götürüb rəqs eləmişik. Neçə illər bundan əvvəl Vaqif müəllimin...
ANL
VAHİD QAZİNİN “RUHLAR ŞƏHƏRİ” KİTABI HAQDA QEYDLƏR. Ağdama gedən varmı? – Ev tikən, pullarını dönə-dönə sayıb gizlədən, dissertasiya yazıb alim olmaq istəyən, toy tədarükü görən, dünya səyahətinə çıxmağa hazırlaşan, işdən qovulan, vəzifə pilləsində iməkləyən, böyük adam olmaq uğrunda kompyuter, “dil” öyrənən, qul bazar...
ANL
Yüksək mənəvi amal sahibi. Türk epos təfəkkürünün şah əsəri, ana kitabımız olan “Kitabi-Dədə Qorqud” dastanında ana Allaha bərabər tutulur: “Ana haqqı-Tanrı haqqı” deyilir. Həyatda heç bir övlad Ana haqqını qaytara bilmir. Xüsusilə biz qızlar ana olaraq Ana haqqımızı öz övladlarımıza qaytarırıq. “Ana qəlbi möcüzələr xə...
ANL
Dionisin sağlığına! Azərbaycan Yazıçılar Birliyinin son qurultayından ötən dövrdə dramaturgiyamıza dair çıxışımız iki bölümdən ibarətdir. Birinci bölüm müstəqillik dövrü ədəbiyyatı və eləcə də dramaturgiyasının ən ümumi durumunu şərtləndirən səbəblər, ikinci bölüm isə son səkkiz ildə yazılmış dram əsərlərinin birbaşa a...
ANL
Əhməd Ağaoğlu: Paris illəri. Xeyli müddətdir ki, XX əsrdə türk dünyasının siyasi və mədəni fikir tarixində son dərəcə böyük xidmətləri olan Azərbaycan əsilli fikir adamı Əhməd Ağaoğlu (1869-1939) barəsində kitab üzərində işləyirəm. Hazırda başa çatdırmaqda olduğum həmin kitabdan bir fəsli “525-ci qəzet”in oxucularına t...
ANL
Oralarda kimlər var:İsa İsmayılzadə. Bilmirəm çiçəklə,bilmirəm otla. Bilmirəm ağacla,yoxsa buludla. Dağları yerindən oynadıb gələn. Nə vaxtsa dönəcək ömrün illəri... Qısa bir not: Adətən acı xəbər insanları daha tez tapar deyirlər.Bu ifadənin nə dərəcədə doğru vəya yanlış olduğunu bilmirəm, amma həqiqətən də məmləkətdə...
ANL
Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü. (Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı haqda qeydlər). İnsanlar bu vaxt səhv etməkdən, nəyisə seçməkdən və onunla əylənməkdən xali deyildilər. Bu artıq belə bir hadisə deyildi ki, insanlar öz bütün ruhi qidalanmasını Ana Yerin südlü, şirə ilə dolu olan döşlə...
ANL
Pərvinin həmsöhbəti xalq şairi Sabir Rüstəmxanlıdır. Sabir Rüstəmxanlı: Xoş gördük. 20 May mənim oxuculara hesabat günüm idi. Yaradıcılıq gecələrini həm də özümə hesabat sayıram. Sevinirəm. Çünki bir yaş böyüyürəm. Hətta bunu mənən hiss edirəm. Amma belə bir fikirlə də tez-tez rastlaşırıq ki, insan yaşlaşdıqca uşaqlaşı...
ANL
Elegiya əvəzi – kədərli etiraf. Onu ürəkdən sevən əzizləri, dostları, tələbələri, yetirmələri, yaxın-uzaq oxucuları, qələm dostları, çox sevdiyi el-obası onun yoxluğuna inana bilmirlər. Axı bu necə ola bilər ki, insanlara qucaqdolusu sevgilər, yaxşılıqlar, xeyirxahlıqlar bəxş eyləyən bir mərd insanın ömür karvanı nakam...
ANL
İstedad da insan kimidi: uşaqlıq, yetkinlik, dövrü olur. Amma elə istedadlar da olur ki, zaman keçdikcə nəinki böyüyür, hətta qədərindən artıq, ağlasığmaz sürətlə böyüyür, binadan onun üçün çəkilmiş, imkanı daxilində olan çərçivələrlə razılaşmır, barışmır, bu həddləri, səddləri aşıb keçərək özünə sonsuzluq, hüdudsuzluq...
ANL
Muğam işığında düşüncələr. Filologiya elmləri doktoru, professor Kamil Vəlinin “Səs” kitabı işıq üzü görüb. Esse-kollaj janrında yazılmış kitab xanəndə Alim Qasımova, onun yaradıcılığına həsr olunub. Tək xanəndənin yaradıcılığı ilə məhdudlaşmayan kitabda müəllif muğam sənətinin dünəni və bu günü ilə bağlı bir çox mətlə...
ANL
Gülxanə Parkında polislə söhbət. YAXUD “MƏMLƏKƏTİMƏ QOVUŞMAQ ÜÇÜN ÖLMƏK ZORUNDAYAM?!”. Gülxanə Parkına çatar-çatmaz tərəddüd etmədən kiçik taxta parçası ilə əyilib yeri qazmağa başladım. Əvvəlcə torpağın üstündəki çəməni təmizləməli oldum. Sonra isə bir ovuc torpaq, sadəcə bir ovuc torpaq götürmək idi məqsədim. Torpağı...
ANL
“Bakı Universiteti” nəşriyyatı: dünəninə və bugününə baxış. Tarixi Bakı Dövlət Universitetinin (BDU) yaranması ilə sıx bağlı olan “Bakı Universiteti” nəşriyyatı fəaliyyətə redaksiya-nəşriyyat şöbəsi kimi başlayıb. Keçən əsrin 20-30-cu illərinin ictimai-siyasi həyatındakı proseslər, Böyük Vətən Müharibəsi dövrü və mühar...
ANL
Kurikulum islahatları Azərbaycan təhsilində mühüm mərhələ kimi. Bu gün Azərbaycanın ümumi təhsil sistemində məzmun islahatları “Kurikulum islahatları” adı altında aparılır. Məzmun sahəsində yeni siyasətə görə başlıca diqqət şagirdlərdə idraki bacarıqların, ilk növbədə, təhlil, tətbiq və dəyərləndirmə bacarıqlarının, ni...
ANL
“Dnepetrovskdəki Azərbaycan diasporu fəallığı ilə həmişə öndə gedib”. QÜDRƏT HACIYEV: “NÖVBƏTİ QURULTAY DÜNYA AZƏRBAYCANLILARI ARASINDA BAĞLILIĞI DAHA DA MÖHKƏMLƏNDİRƏCƏK”. Bu günlərdə vətənə gələn Ukrayna Azərbaycanlıları Konqresinin Dnepetrovski bölməsinin rəhbəri Qüdrət Hacıyev “525-ci qəzet”in qonağı olub. İyirmi d...
ANL
Ələsgər Ələkbərovun 100 illik yubileyi qeyd edilib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, xalq artisti Ələsgər Ələkbərovun 100 illik yubileyi münasibətilə tədbir gerçəkləşib. Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadənin aparıcılıq etdiyi tədbirdə tanınmış mədəniyyət və in...
ANL
Əliqismət Lalayev: “Azərbaycan teatrı bu gün ən yaxşı dövrlərindən birini yaşayır”. – Xeyli müddətdir ki, Musiqili Komediya teatrı təmirə bağlanıb. Təmir işlərinin nə vaxt yekunlaşacağı planlaşdırılır? – Musiqili Komediya Teatrı ötən ilin noyabr ayında prezident sərəncamı ilə təmirə bağlanıb. Teatrda çox yüksək səviyyə...
ANL
Kazanda böyük türk dünyasının Tukay bayramı qeyd edildi. Azərbaycanda da bir sıra elmi-ədəbi məclislər quruldu. Şairin doğulduğu aprel ayında Kazanda keçirilən tədbirlər rəngarəngliyi, geniş miqyası ilə daha möhtəşəm göründü. Həmin günlər Kazana Türkiyədən, Altaydan, Krımdan, Qazaxıstandan, Finlandiyadan, Hollandiyadan...
ANL
Dövlət dilinə hörmət hər kəsin borcudur. Bu ilin oktyabrında Azərbaycan Respublikasında dövlət müstəqilliyinin 20 illiyini təntənə ilə qeyd edilməsinə hazırlıq gedir. 20 ildə Azərbaycanın qazandığı uğurlardan çox yazılıb və təbii ki, bundan sonra da yazılacaq. Amma yubiley ərəfəsi hələ də Azərbaycan dilinin dövlət dili...
ANL
Mahmud Qocayevin XX əsrin görkəmli ixtiraçı alimi Saleh Balay oğlu Qocayevin şərəfli ömür yoluna həsr etdiyi kitab qarşımdadır. Bu böyük şəxsiyyəti yaxından tanıyan adam kimi cəsarətlə deyə bilərəm ki, belə insanlar əsrlər boyu tək-tək yaranır. O, XX əsrin birinci yarısının çox mürəkkəb, gərgin mübarizələrində yetişib ...
ANL
Ali Yavuz Akpınar: “Türk xalqlarının çox zəngin ortaq mədəni-mənəvi dəyərləri var”. “AZƏRBAYCAN VƏ TÜRKİYƏ KLASSİK ƏDƏBİYYATLARININ TƏMƏLİ BİRDİR, BUNLARI AYIRMAQ OLMAZ”. Türk dünyasının dəyərli şairi və alimi, Türkiyənin Ege Universitetinin ədəbiyyat fakültəsinin professoru Ali Yavuz Akpınar bugünlərdə Azərbaycana gəl...
ANL
Cabbarlışünaslığa yeni və dəyərli töhfə. C.Cabbarlının sovet dönəmində və müstəqilliyimizin ilk illərində çap olunmuş bədii və elmi əsərlərini, tərcümələrini oxumaqla yanaşı, akademik Məmməd Arifin məlum tədqiqatlarından üzü bu yana böyük dramaturq haqqında yazılan çox sayda elmi-nəzəri, bədii-publisistik əsərləri də o...
ANL
Ötən gün “Park İnn”də görkəmli türkoloq Firudin Ağasıoğlunun (Cəlilov) “Etrusk-Türk bağı” kitabının təqdimat mərasimi gerçəkləşib. Millət vəkilləri, ictimai-siyasi xadimlər, ziyalılar qatılan tədbirdə giriş sözü ilə tanınmış jurnalist Sevil Nuriyeva çıxış edib. Kitabın işıq üzü görməsində “Oğuz Eli” İctimai Birliyinin ...
ANL
Sofi Həmid ziyarətgahı. VƏ YA AĞ DƏVƏNİN MÖCÜZƏSİ. Sofi Həmid ziyarətgahı Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində, Miəcik ərazisində yerləşir. Ətrafında yaşayış yeri olmayan, gözdən-könüldən uzaq yerdə qərarlaşan bu müqəddəs yerin özəlliyi Sofi Həmid adlı şəxsin dəfn olunduğu türbə və türbənin həyətindəki ağ dəv...
ANL
Xəzərşünas alimlərin 50 illik arzusu. Unikal və təbii resurslarla çox zəngin olan Xəzər dənizi vahid Avrasiya materikinin iki böyük hissəsinin sərhəddində, geniş materik depressiyasında yerləşmişdir. Yer kürəsinin ən böyük qapalı su tutarı olan bu təbii su obyekti qəbul olunmuş coğrafi təriflə göldür və Günesin rekordl...
ANL
“Xırda yalan böyük haqsızlıq doğurur”. Müsahibimiz tanınmış yazıçı, əməkdar incəsənət xadimi Natiq Rəsulzadədir. – Natiq müəllim, siz Milli Kitab Mükafatına layiq görülsəniz də, təqdimat mərasiminə gəlmədiniz. – Səbəb mənim həmin mükafatdan imtina etməyimdi. Mövcud olduğu cəmisi ikicə ildə bütünlüklə iç üçü açılan bir ...
ANL
Tarixi reallıq və mif. Kamal Abdullanın axırıncı romanı onun yaradıcılıq təkamülündə yeni mərhələdir. Əgər “Yarımçıq əlyazma”nın mövzusu tarixdən və yazılı abidədən, “Sehrbazlar dərəsi”nin mövzusu mifdən götürülmüşdüsə, “Unutmağa kimsə yox...” romanında müəllif müasir həyata müraciət edir. Əsər Bakıdan kəndə gəlmiş gən...
ANL
İlizarovun anadan olmasının 90 illiyi, İlizarov metodu ilə müalicənin 60 illiyi, hal-hazırda onun adını daşıyan Rusiya Travmatologiya və Ortopediya Bərpa Elmi Mərkəzinin 40 illik yubileyi qeyd olunacaq. Bu ərəfədə həmçinin İlizarovun ən layiqli davamçısı, digər həmyerlimiz professor Hüseynəli İsmayılovun 50 illiyi və e...
ANL
Azərbaycanlı rejissorun “Anlama”sı Özbəkistanda nümayiş olunub. Özbəkistanda yerli və əcnəbi gənclərin müəllif kinosu həftəsi keçirilir. APA-nın xəbərinə görə, Daşkənddə keçirilən festivalda Azərbaycan da təmsil olunur. Bu festivalda azərbaycanlı rejissor Murad Muradovun 2008-ci ildə Kino Akademiyasında “Bakı mən səni ...
ANL
Professor Tofiq Hacıyevin bədii dil məsələlərinə elmi baxışı. AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi professor Tofiq Hacıyev Azərbaycan ədəbi dili tarixinin ən görkəmli tədqiqatçısıdır. Onun çoxşaxəli filoloji araşdırmalarında bədii dillə bağlı fundamental yaradıcılığı da müasir dilçilik elmimizin ən sanballı nümunəl...
ANL
– Azərbaycana “Eurovision” qələbəsini gətirən Eldar Qasımov və Nigar Camalla prodüser kimi işləmək sizə həvalə olunub. Qaliblərlə işləmək çətinliyi sizi qorxutmur ki? – Eldar yanıma “Eurovision” müsabiqəsinin qalibi kimi gəldi. Onu milli seçimlərdən tanıyırdım. Çox sevindirici haldır ki, Nigar və Eldar ulduz xəstəliyin...
ANL
Boksçumuz İBO versiyasında çempion adına layiq görülüb. ƏGƏR AVQUST AYININ 5-ə KİMİ ÇEMPİON ADININ VƏ KƏMƏRİNİN MÜDAFİƏSİ TƏŞKİL EDİLMƏSƏ İDMANÇIMIZIN TİTULU ƏLİNDƏN ALINA BİLƏR. Ağəli Alışov 1986-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Oğlanqala kəndində anadan olub. Uşaqlıq və yeniyetməlik illərini doğul...
ANL
Şair Ağa Laçınlının əlyazmaları Ədəbiyyat və İncəsənət Arxivinə verilib. Şair və alim Ağa Laçınlının əlyazmalarının bir hissəsi Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim olunub. Arxivin direktoru Maarif Teymurov bildirib ki, 2007-ci ildə dünyasını dəyişmiş Ağa Laçınlının sənədlərini ö...
ANL
Səkkiz yaşlı azərbaycanlı qız İtaliyada beynəlxalq musiqi müsabiqəsinin qalibi seçilib. Səkkiz yaşlı azərbaycanlı Züleyxa Abdullayeva Pyetro Arcento adına XIV Beynəlxalq Musiqi Müsabiqəsinin qalibi seçilib. İnformasiya Kommunikasiya Texnologiyalarının İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, Azərbaycan Mil...
ANL
Türk Dünyasında ədəbiyyat, ədəbiyyat(ımız)da Türk Dünyası. Yazıçıların XIII Qurultayı qarşısında düzənlənən silsilə tədbirlər çərçivəsində oxunmuş məruzədən bir hissəni oxuculara təqdim edirik. Dünya içrə dünya deyilən böyük coğrafi-mədəni ünvandan söhbət gedir... Və bu söhbət Ədəbiyyat planında, Söz sənəti üzərindədir...
ANL
“Üzeyir işığında” Bəstəkarlar İttifaqında təqdim edilib. Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) əməkdar incəsənət xadimi Sərdar Fərəcovun “Üzeyir işığında” kitabının təqdimatı keçirilib. Mərasimdə çıxış edən ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunan “Üzeyir işığında” ki...
ANL
“Azərbaycan İncəsənəti”nin yeni cildləri nəşr edilib. Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən çap olunan “Azərbaycan İncəsənəti-təsviri sənət, dekorativ tətbiqi sənət, memarlıq (uşaqlar üçün ...
ANL
İbrahim Yusifzadə: “Kəndə dövlət maşınında gələn məmurlara heyranlıqla baxırdım...”. “MURTUZ MÜƏLLIMƏ AND IÇDIM KI, MƏNƏ HEÇ VAXT RÜŞVƏT TƏKLIF ETMƏYIBLƏR”. Mən adətən qonaq dəvət edəndə azdan-çoxdan tanıdığım adamları dəvət eləyirəm. Budəfəki qonağımı redaksiyanın ağsaqqallar şurasının məsləhəti ilə çağırdım. Layihəni...
ANL
Azərbaycanlı rejissorun “Bir addım”ı beynəlxalq mükafat qazanıb. Başqırdıstanın Ufa şəhərində “Torpaq və insan” Beynəlxalq kinofestivalı keçirilib. Festivalda Azərbaycan, Almaniya, Rusiya, Qazaxıstan, Türkiyə və digər ölkələrin audiovizual məhsulları nümayiş olunub. Azərbaycanı “Bir addım” qısametrajlı bədii filmi təms...
ANL
Məxfi savaş cəngavəri – Çingiz Abdullayev. Çingiz Abdullayev, şübhəsiz ki, çağdaş dünya ədəbiyyatında ən yaxşı siyasi dedektiv ustalarından biridir. Bunu yalnız biz demirik, bunu Amerikanın nüfuzlu “The Christian Science Monitor” qəzeti də yazır. Bunu dünyanın nüfuzlu ədəbiyyatçıları etiraf edir. Onun adı Yan Fleminq, ...
ANL
İsa Muğanna hər əsərini, hər cümləsini, hər sətrini yazana kimi, hər vergülünü, nöqtəsini qoyana kimi neçə oğul itirib. Bu Vətən torpağı öz şivərək, mərd oğullarını necə itirmişdisə bax, o cür! Mən diqqət yetirmişəm ki, İsmayıl peyğəmbər, İsa peyğəmbərin anası Məryəm, Ziyadxanoğlu Yanıq Kərəm, hətta məşhur aşiq Qeys də...
ANL
“Yeddi gözəl” Başqırdıstanda tamaşaya qoyulub. Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti Başqırdıstan Opera və Balet Teatrında səhnələşdirilib. Tamaşanın premyerası iyunun 8 və 9-da Ufada gerçəkləşib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən verilən məlumata görə, ...
ANL
Rəqs eləyirlər, lətifə söyləyib gülüşürlər, badə cingildədirlər... Astaca qapını aralayıb içki, tütün qoxulu o aləmdən qopdu, pilləkənlə həyətə düşdü. Əyilib yerdən qar da götürmək istədi. Ancaq barmaqları torpağa sürtünəndə başa düşdü ki, bu təzə il də qarsız gəlir ömürlərinə. Lap uzaqda nöqtə boyda işıq işarırdı. Əvv...
ANL
Rəsul Rza: hər əsəriylə yenidən doğulan şair. Böyük Azərbaycan şairi Rəsul Rzanın Əli Kərim barədə yazdığı aşağıdakı fikirləri elə onun özünə də aid etmək olar: “Şair Əlinin ikinci doğulma tarixini müəyyən etmək, açmaq üçün ciddi, uzun, səbirli tədqiqat, təhlil, məhəbbətli axtarış gərəkdir.”. Cəmiyyətin özündə olduğu k...
ANL
Dionisin sağlığına! Azərbaycan Yazıçılar Birliyinin son qurultayından ötən dövrdə dramaturgiyamıza dair çıxışımız iki bölümdən ibarətdir. Birinci bölüm müstəqillik dövrü ədəbiyyatı və eləcə də dramaturgiyasının ən ümumi durumunu şərtləndirən səbəblər, ikinci bölüm isə son səkkiz ildə yazılmış dram əsərlərinin birbaşa a...
ANL
Əhməd Ağaoğlu: Paris illəri. Xeyli müddətdir ki, XX əsrdə türk dünyasının siyasi və mədəni fikir tarixində son dərəcə böyük xidmətləri olan Azərbaycan əsilli fikir adamı Əhməd Ağaoğlu (1869-1939) barəsində kitab üzərində işləyirəm. Hazırda başa çatdırmaqda olduğum həmin kitabdan bir fəsli“525-ci qəzet”in oxucularına tə...
ANL
Oralarda kimlər var: AZƏR ABDULLA. Şair kultunun hökm etdiyi bir məmləkətdə şairlərin nəsrə üz tutması bir müəmma olduğu kimi, nasirlərin də şeir yazması bir o qədər qeyri-ciddi qarşılana bilər mənim fikrimcə. Amma hər iki halda qələm ədəbiyyata xidmət edir və yenə də qələm sahibləri özlərinin şair kimi təqdimindən çox...
ANL
Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü. (Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı haqda qeydlər). Misir və Şumer sivilizasiyaları. Zaratustranın dövrü barədə müxtəlif fikir məktəbləri vardır. Bəzi qədim dünya yazıçıları onu təqribən b.e.ə. Bu yenə də bir neçə Zaratustranın olması faktı ilə əlaqədardı...
ANL
Pərvinin həmsöhbəti gənc yazar Cavid Zeynallıdır. Pərvin: Cavid, adətən, jurnalistlər müsahibin qorxduğu sualları tapmağa çalışırlar. İndi yadıma düşür, biz Aztv-yə çəkilişə gedəndə sən demişdin ki, şablon suallardan qorxursan. Ona görə qəsdən soruşuram: Gözəllik sənin üçün nədir? Cavid: Belə suallardan həqiqətən qorxu...
ANL
Zəlimxan Yaqub daşı. İndi mən Əli Kərimin məşhur “Daş” şeirindəki “yarıçılpaq, yarıvəhşi qədim insan atan daş”dan danışmıram. Bu yerdə kəsədən getmək, müxtəsər danışmaq mümkünsüz olduğu üçün Zəlimxan Yaqubun bala vətəni Kəpənəkçiyə dönürəm. Zəlimxan Yaqubun bala vətəni Kəpənəkçi ilə mənim doğulduğum Dəllər kəndləri ara...
ANL
Diplomatlar və şairlər,yaxud diplomat şairlər. Atam Bəxtiyar Vahabzadənin unudulmaz xatirəsinə ithaf edirəm. “Peyğəmbərlərdən sonra şairlər gəlir”. Nizami Gəncəvi. “Tarixçilər tərsinə peyğəmbər (yəni. ancaq keçmiş və dünənlər haqqında. danışanlar), şairlər isə düzünə. peyğəmbərlərdir (yəni gələcək və. sabahlar haqqında...
ANL
Yunus Oğuz son illər sıraladığı tarixi romanları ilə bizi sevindirməkdə və heyrətləndirməkdə davam etməkdədir. Duyğumuzun birinci tərəfi uzun illərin tanışlığından, həmkarlığımızdan, bizim də daxil olduğumuz geniş oxucu auditoriyasının rəğbətini qazanmasından qaynaqlanır. Heyrətimizin də baiskarı özüdür. Ölkənin tanına...
ANL
Xeyli müddət idi “ağ paltarlı qadın”dan xəbər yoxuydu. Bəlkə məktubum çatmayıb, yaxud səfirliyin internet mərkəzinə getməyi ona qadağan ediblər?! Ağlıma başqa səbəb gəlmirdi. Onun ayda bir dəfə səfirliyin internet xidmətindən istifadəyə icazəsi vardı. Hər dəfə bu günü həvəslə gözləyirdi. Giselanın elektron poçtuna xüsu...
ANL
Fransalı qonaq Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində olub. Heydər Əliyev Fondunun dəvətilə ölkəmizə səfərə gələn Fransanın “Guimet” Asiya İncəsənəti Milli Muzeyinin direktoru Jak Gie Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin qonağı olub. O, ekspozisiyanı ziyarət...
ANL
Rəssam Sənan Abusəmədzadənin fərdi sərgisi açılıb. Rəssam Sənan Abusəmədzadənin fərdi yaradıcılıq sərgisinin açılışı keçirilib. Bədii yaradıcılıq fəaliyyətini görkəmli Azərbaycan rəssamı Böyükağa Mirzəzadənin rəhbərliyi altında davam etdirib, təsviri sənətin sirlərini bu görkəmli fırça ustasından öyrənib. İncəsənətə ol...
ANL
Təhsil Nazirliyində bioetika elminin əsasları müzakirə olunub. Dünən Təhsil Nazirliyində bioetika elminin əsaslarına həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, ölkədə tamamilə yeni elmi istiqamət olan “bioetika və tibbi hüquq” inkişaf etdirilməlidir. Bu fənn həm tibbi, h...
ANL
“Kaspi”nin qürur duyulası tarixi. XIX əsrin sonlarında Bakıda rus dilində bir neçə qəzet nəşr edilirdi. Azərbaycanda rus dilində nəşr edilən bu mətbuat orqanları sırasında ən mühüm yeri “Kaspi” qəzeti tuturdu. Bu dövrdə tanınmış azərbaycanlı ziyalılar bu qəzetin səhifələrində maraqlı yazılarla çıxış edirdilər. “Kaspi” ...
ANL
Ailə albomumuza baxıram. Şəkillərdən birində anamın qucaqdayam, o birində məktəbliyəm, bir başqasında gözlərimi qıyıb təəccüblə fotoaparata baxıram. Məqsədim, “novator” şairlər demiş, “özümü axtarmaq” deyil, uşaqlıqda yanından qaçıb getdiyim (ya da yanımdan qaçıb gedən) zamana fotoların gözüylə baxmaqdı. Fotolara baxdı...
ANL
“Polşadakı Azərbaycan siyasi mühacirəti irsindən” kitabının təqdimatı olub. TƏRTİBÇİSİ VƏ ELMİ REDAKTORU VİLAYƏT QULİYEV OLAN BU NƏŞRDƏ AZƏRBAYCAN TARİXİLƏ BAĞLI MÜHÜM MƏTLƏBLƏR İŞIQLANDIRILIB. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin...
ANL