text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Lerik-Qosmaliyan-Kəlvəz avtomobil yolunun tikintisi davam etdirilir. Bu tikintidə mühəndis işləyən Əlimərdan Talıbovun dediklərindən: -Dağlıq ərazidə yol çəkmək nə qədər çətindirsə, bu yolu saxlamaq ondan da çətindir. Qədərindən artıq yüklənmiş iri yük maşınları, dağ selləri yolların əsas qənimidir. Kiçik bir dağıntıda...
ANL
Heydər Əliyev Sarayında Azərbaycan peşəkar teatrının 140 illik yubileyi qeyd olunur. Tədbirin sonunda səhnəyə qalxan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev teatr xadimlərinin fəxri adlarla təltif olunması haqqında ölkə başçısının sərəncamını elan edir. Fəxri ada layiq görülənlər arasında Akademik Milli Dram Teatrı...
ANL
Dəqiq tarixi xatırlaya bilmirəm. Daha doğrusu, o tarixi xatırlamaq imkanımı kimsə əlimdən alıb və mən də o imkanın dalınca da getmək fikrində deyiləm. Don vurmuş adam kimi, eləcə hər tərəfə sakit baxışlarla baxmaqdan başqa indi nəyinsə qulpundan yapışmaq istəmirəm. Bu istəyimi də əlimdən alıblar. Özü də xəlvət yox, ham...
ANL
Xalqın və nəslin iftixarı. Vaxtilə Anarın, ictimaiyyətin böyük marağına səbəb olan "Sizsiz" əsərini oxuyanda incə bir məsələyə görə ürəyimin dərinliyində ona etiraz səsimi ucaltmışdım. Xalq şairi Nigar Rəfibəylinin yubileyinə məqalə yazmaq arzum gerçəkləşəndə bu əvəzsiz, örnək əsəri yenidən oxudum və etirazımın səbəbin...
ANL
Nəvəsini hərbi xidmətə yola saldığı günü xatırladı. Onda da indiki kimi qohum-əqrəba yığışmışdı. Kimi məsləhət verir, kimi il yarımlıq müddətin papağını fırladana kimi ötüb keçəcəyini xatırladır, kimi o qayıdanacan Allahın ətəyindən yapışıb sağ-salamat dönəcəyi üçün dua edəcəyini söyləyirdi. Kövrəlib ağlayanlar, yolasa...
ANL
ŞEİRİMİZDƏ QARABAĞ. Başlanğıcda fransız yazarı Giyom Apollinerin bir fikrini xatırlatmaq istəyirəm: "Yaddan çıxarmayaq ki, hər hansı bir millətdən ötrü ruhən işğal olunmaq silah gücünə işğal olunmaqdan daha təhlükəli ola bilər". Bəli, ruhən işğal olunmaq məğlubiyyətə yol açır. Bizim poeziya, ümumən ədəbiyyat həmişə qəl...
ANL
Onlar Hacıqabulun ən ucqar kəndlərinə asfalt yol döşəyirlər. Vaxt da ömür kimidir, necə keçdiyi hiss edilmir. Onunla hələ xeyli əvvəl razılığa gəlsək də, o vaxtdan yarım ildən çox zaman keçirdi. İndi göydən bu Şirvan düzünə sanki od tökülürdü. Hacıqabul rayonunun yayına bələd olanlar yəqin ki, haqlı olduğumu təsdiq edə...
ANL
Onlar Hacıqabulun ən ucqar kəndlərinə asfalt yol döşəyirlər. Yolçəkənlər, Tava kəndi və ağsaqqalları. Biz Tava kəndinə çatanda gün bir qədər qalxmışdı. Su daşıyan iri yük maşını çınqıl döşənmiş yollara su çiləyirdi. Bunsuz ötüşmək olmaz, çünki hələ asfalt döşənməmiş bu yollardan keçən mşınların toz-dumanı ərşə dayanır....
ANL
Mən onu ilk dəfə "Dəclə-Fərat sahillərində" kitabı ilə tanımışam. Onda dünyanın düz vaxtı idi. O mənada düz vaxtı deyirəm ki, biz hamımız bir imperiyanın vətəndaşıydıq və şair Mayakovskinin təbirincə desəm, hər yerdə Sovet vətəndaşıyam - deyib az qala at oynadıb meydan sulayırdıq. O cür imperiyanın vətəndaşı olmaq, lor...
ANL
“Dünya artıq Qarabağla bağlı həqiqəti bilir”. Akif Nağı: “Ermənistan ticari əlaqələrində 85 faizlik pay Gürcüstan və Türkiyəyə məxsusdur”. Akif Nağı: "Ermənistan ticari əlaqələrində 85 faizlik pay Gürcüstan və Türkiyəyə məxsusdur”. Müsahibimiz Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıdır. -Akif müəllim, bu yaxınlard...
ANL
Xatirələr Cəbrayıldan danışır. Həmin gün çox qəribə hisslər yaşadım. İndi də izah edə bilmirəm niyə belə oldu? Amma izah edə bilməsəm də, əslində belə olması mənim üçün çox uzaq illərin yaddaş qapısına əl uzatmağa kömək etdi, təkan verdi. İndi tez-tez işlənən dəstək sözünü burda özüm vurğulamıram. Çünki o yaddaşa doğru...
ANL
Bəri başdan etiraf edim ki, son illərdə hər yeni nömrəsini səbirsizlik və maraqla gözlədiyim ədəbi-bədii dərgilər arasında "Yada düşdü"nün xüsusi yeri var. Bu da səbəbsiz deyil. Lap birinci səbəbdən başlasam, onda deməliyəm ki, bu ədəbi-bədii jurnal mənim nostalji duyğularımı kökdən düşməyə qoymur. Əksinə, bu jurnalla ...
ANL
Şumerlərin məskəni Oğuz. Bu yerlər ən qədim yaşayış məskənidir. Çünki ibtidai insanın yaşamasından ötrü 4 əsas təbii şərtin hamısı mövcuddur: Şirin su, giləmeyvə, ov heyvanları, təbii mağara - meşələr. Meyvə, qoz, fındıq, şabalıd, eləcə də şirin su bulaqları, mineral sular cənnəti xatırladır. Çox koloritli və turizm cə...
ANL
Xatirələr Cəbrayıldan danışır. Marağımı nəzərə alıb mənimlə həmsöhbət olan rayon təhsil şöbəsinin əməkdaşları bildirir ki, təhsil ilində ötən ilkindən daha artıq məzunumuz ali və orta ixtisas məktəblərinə qəbul ediləcək. Onlar yüksək ballar toplamaqla rayonumuzun təhsil sahəsindəki uğurlarını bir daha nümayiş etdirəcək...
ANL
Balakəndə dünya standartı. Son illər rayonda bu sahəyə tanınmış həkim və bacarıqlı təşkilatçı olan Hacı Ömər Nuruyev başçılıq edir. Balakən mərkəzi rayon xəstəxanasının baş həkimi H.Nuruyevlə söhbətimiz zamanı ümumi fəaliyyət fonunda bir sıra məqamlar da diqqət çəkdi. Xüsusilə rayonda tikilib istifadəyə verilmiş geniş ...
ANL
Şirvan şəhəri - uğurlar ünvanı. Daha bir ilin yarısı arxada qaldı. Respublikanın bütün regionları kimi Şirvan şəhəri də bir sıra uğurlara imza atdı. 2013-cü ilin 1-ci yarısında Şirvan şəhərində "Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq abadlıq-quruculuq, tikinti işl...
ANL
Qəribə taleli yazıçı - İlyas Əfəndiyev. Ailənin xoş günləri, yazıçının uşaqlıq illərinin sevincli anları 1920-ci ilin aprel-may aylarında bitir. Sovet işğalından sonra "kulak" damğası ilə bu ailənin üzvlərinin hərəsi bir tərəfə dağılır. Təhlükəsizlik orqanlarının qorxusu, həbs olunmaq təhlükəsi qohumları bir-birindən a...
ANL
Şirvan şəhəri - uğurlar ünvanı. "Araz" və Telemexanika zavodlarının daha bir uğuru. Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki "Araz" zavodunda daha bir uğurlu layihəyə imza atılmışdır. Belə ki, bu zavodda döyüş sursatlarının utilizasiya mərkəzi fəaliyyətə başlamışdır. Çünki hərbi bazalarda saxlanılan və istifadə...
ANL
İçəribazarın satış-sərgi salonu. Son dövrlər öz inkişafının yüksək mərhələsinə qədəm qoyan Qax aparılan tikinti-quruculuq işlərinin, həyata keçirilən böyük sosial-iqtisadi əhəmiyyət kəsb edən layihələri miqyasına və keyfiyyətinə görə hazırda ölkəmizdə diqqəti daha çox cəlb edən bölgələrdəndir. Cari ilin ötən dövrü ərzi...
ANL
"Ramiz Rövşən poeziyanın saf havasıdır". 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Bədii yaradıcılığa keçən əsrin 80-ci illərində çap etdirdiyi şeirlərlə başlayıb. - Səksənincilər ədəbi nəsli sanki öz cavanlığını "təhvil vermədən" yaşlaşır. Bu nəsil sovet dövrü ədəbiyyatının sonbeşi...
ANL
"Yer üzərində elə bir küfr yoxdur ki, içində iman olmasın; elə bir itaət yoxdur ki, içində özündən daha böyük güman olmasın; ibadət üçün elə bir təkliyə çəkilmə (təcrid) yoxdur ki, içində hörmətsizlik olmasın; elə bir məhəbbət iddiası yoxdur ki, içində ədəbsizlik olmasın; Allah-Təala öz qullarını onların gücünə görə yü...
ANL
İnsan Mənzərələri. Hamı bilir ki, İncə Dərəsi üç qədim oymağın beşiyidi. Onu da hamı bilir ki, biri birindən tam fərqli olan bu oymaqların fizialogiyası, ləhcəsi və hətta məişəti belə bir birindən fərqlənməkdədir. Nəyə görə hamı bilir yazdım? Bu artıq danılmaz həqiqətə çevrilib ki, Əfqan Hacıdan, Qara Məmməd babadan, Ş...
ANL
ALTIMIŞINCILARIN SIRA NƏFƏRİNDƏN BİRİ... "Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında çatlayır. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstər...
ANL
Qədim Gəncə gözəlləşir, gəncləşir. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələri respublikamızın bütün bölgələri kimi, Gəncə şəhərində də yaxından hiss olunmaqdadır. Bu gün şəhərdə hansı ünvana baş çəksən dinamik inkişafın şahidi olarsan. Gəncə şəhərinin ictimai-siyasi həyatında ə...
ANL
Musiqimizdə qadınların yeri başdadır. Bugünkü qonağımız çox istedadlı insan bəstəkar Firudin Allahverdidi. - Firudin bəy, musiqiyə gəlişiniz, bəstəkarlıq sənətini seçiminiz barədə bir az danışardınız. - Uşaq yaşlarımdan musiqiyə həvəsim vardı. Orda belə bir səhnə var: "Leyli və Məcnun"un premyerasından bir neçə saat əv...
ANL
Şəkidə "İpək yolu" IV Beynəlxalq musiqi festivalının sədası dünyaya yayıldı. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəki şəhərində "İpək Yolu" IV Beynəlxalq musiqi festivalı keçirildi. Musiqi bayramında bir sıra xarici ölk...
ANL
Şəkidə "İpək yolu" IV Beynəlxalq musiqi festivalının sədası dünyaya yayıldı. Şəki şəhərində "İpək Yolu" IV Beynəlxalq musiqi festivalı çərçivəsində Türkiyənin "Axşam səfası" TRT orkestri və solistlərinin konserti olub. Tarixi-memarlıq abidəsi "Aşağı Karvansaray" kompleksində keçirilən konsertdə Şəki Şəhər İcra Hakimiyy...
ANL
Filmin təqdimatından əvvəl və sonra. Bu rayon təbiəti və adamları ilə işğalda olan Qarabağa çox bənzəyir. Elə Qarabağa həsr olunan filmin bəzi çəkilişləri üçün məkan seçiləndə də yaradıcı heyət bütünlüklə İsmayıllının üstündə dayandı. Yol uzanırdı və önümüzdə baş alıb gedən yaşıl düzlər, sıx meşələr, başımız üstübdə ağ...
ANL
Şəkidə "İpək yolu" IV Beynəlxalq musiqi festivalının sədası dünyaya yayıldı. "İpək Yolu" IV Beynəlxalq musiqi festivalı çərçivəsində XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanları sarayının həyətində Azərbaycanın tanınmış xanəndələri - Xalq Artisti Alim Qasımov və onun qızı, Əməkdar Artist Fərqan...
ANL
ŞEİRİMİZDƏ QARABAĞ. Müasir poeziyamızda öz fərdi dəst-xətti, deyim və duyum tərzi, yazı manerası ilə seçilən, fərqlənən şairlərdən biri də Əşrəf Veysəllidir. Bu yazıda mən zəngin yaradıcılıq yolu keçən, lakin nədənsə haqqında çox az danışılan, şeirləri ədəbi tənqidin diqqətindən kənarda qalan Əşrəf Veysəllinin yalnız Q...
ANL
Özü və Poyeziyası. Altımışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vurhəşir də bildiyimiz kimi hər zaman onların başında çatlayır.Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTIMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə ...
ANL
Neftçala yeni inkişaf mərhələsində. Şimaldan Salyan, şimal-qərbdən Biləsuvar, qərbdən Cəlilabad, cənub-qərbdən Masallı, cənubdan Lənkəran rayonları ilə əhatə olunmuş Neftçala rayonu Azərbaycan SSRİ-də inzibati rayon kimi 1940-cı il fevralın 11-də təşkil olunmuşdur. Neftçala rayonu sırf Salyan rayonu kimi təşkil olunmaq...
ANL
Səhnədə keçən ömür. Görkəmli səhnə ustası, Əməkdar İncəsənət xadimi, Azərbaycan Teatr Xadimləri Birliyinin üzvü, "Qızıl Dərviş" mükafatı, Gəncə Dövlət Dram teatrının rejissoru Vaqif Abdulla oğlu Şərifovun 70 yaşı tamam olur. İnsan yaşa dolduqca dönüb keçdiyi yola, yaşadığı onilliklərə nəzər salır və öz-özünə sual edir:...
ANL
Kəşfiyyatçılarla bir gecə, köhnəlməyən nisgil, dəyişməyən hədəf – QA-RA-BAĞ! Hündür boylu, pəhləvan cüssəli bir nəfər mənə tərəf gəldi. Uzun illərin dostu, qardaşı kimi qucaqlaşdıq. Şirin Mirzəyevin batalyonunda bir yerdə döyüşmüşük. Onda taleyin xoş təsadüfü nəticəsində hamımız sağ qaldıq, mən açıq yara almamışdım. Am...
ANL
ALTMIŞINCILAR: İNTİQAM QASIMZADƏ BİR ALTMIŞINCININ DA YETMİŞİ OLACAQ İNŞALLAH. "Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında çatlayır. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sən...
ANL
ÇİÇƏKLƏR AĞLAMASIN... (AYAZ ARABAÇININ ŞEİRLƏRİNİ OXUYARKƏN). Ayaz Arabaçı müasir ədəbiyyatımızın orta nəslinə mənsub yazarlardandır. Ədəbi nəsil etibarilə doxsanıncılara aiddir. Arabaçı təxəllüsünü o, kəndinin adından götürüb. Bir neçə şeir kitabı çapdan çıxsa da, mətbuatda şeirləri dərc edilsə də, hələlik Ayaz Arabaç...
ANL
Telefon zəng çaldı. Dəstəyi qulağına aparan Ağababayevin üzü əvvəlcə mülayim, sonra sərt ifadə aldı: - Təsərrüfat tamam-kamal yoxlanılmalıdır. O dikbaş cəzasına çatmalıdır. Dəstəyi yerinə qoyub söhbətin kimdən və nədən getdiyini fəhmlə hiss edən Gülaya baxdı: - Eşidirsən də, prokuror tərəddüd eləyir. Yox, mən heç kimə ...
ANL
Gənc rejissor Mikayıl Mikayılov "Şah və Şair" tamaşasının uğur qazanacağına inanır. Son illər Akademik Milli Dram Teatrında gənc rejissorlara geniş yaradıcılıq imkanları yaradılır. Bu gün teatrın repertuarında möhkəmlənən tamaşaların əksəriyyətini məhz gənc rejissorlar hazırlayıb. Mikayıl Mikayılov ölkənin baş teatrınd...
ANL
Əli Məsimli: “Mən layiqli insanlara borcluyam”. Bu məşhur ifadə özünü nə qədər doğruldur?! XXI əsrdə, dünyanın Barak Obamanın saçına dönüb qiyami-qiyamətə getdiyi bir zamanda, dünən əlindən öpüb, dostum, qardaşım dedikləri Qəddafilərin sabah başına bomba tökdürdükləri Berluskonilərin at belində cövlan etdikləri bir döv...
ANL
İSA MUĞANNA YENİ TƏQDİMATDA. Bu gün cəmiyyətimiz ücün ən ümdə məsələlərdən biri də milli kimlik, milli şüur məsələləridir. Lakin onlar haqda o qədər gəlişigözəl sözlər deyilib ki, artıq bu ideyalar sanki "özündəşey"ə çevrilib və əməli işlə öz bağlılıqlarını faktiki olaraq itirib. Bu mənada "Hədəf Nəşrləri" tərəfindən A...
ANL
Bu günkü müsahibimiz yaratdığı çoxsaylı obrazlarla bir çox tamaşaçılarımızın könlünü fəth etmiş, onlara teatrı, kinonu, aktyorluq sənətini sevdirmiş çox istedadlı və güclü aktyorumuz İncəsənət Universitetinin dosenti, əməkdar artist Məmməd Səfadır. -Məmməd bəy, hal-hazıra sizinlə uzun illərdi fəaliyyət göstərdiyiniz "Y...
ANL
O böyük arzular həyata keçdikcə, bax onda o insan mənən daha da vüqarlı olur. Təbii ki, arzuların həyata keçməsi və çin olması üçün əziyyət çəkmək, tər tökmək və işləmək lazımdır. O yerdə ki, inasn qolunu çırmayıb böyük işlər görür, layihələr həyata keçirir, təbii ki, gec-tez onun əməlləri xariqələr yaradır... GÖZƏL ŞƏ...
ANL
Abadlıq işləri kəndlərə ayaq aç. İmişlidə ötən yazımızda qeyd etdiyimiz kimi, elə bir möhtəşəm işlər görülür ki, bu işlərə baxanda adam sevinir. Rayon mərkəzindəki Heydər Əliyev parkında, Heydər Əliyev prospektində, Əzizbəyov, Ağamalıoğlu və 20 Yanvar küçələrində aparılmış abadlıq və quruculuq işləri çoxlarının təəccüb...
ANL
Zərnigar Ağakişiyeva: "Gurhagur həyatdan gəlib təkliyə düşdüm...". Xalq artisti Zərnigar Ağakişiyevanın Milli.Az-a müsahibəsini Adalet.az təqdim edir. Təqaüddəsiniz, teatra necə, gedib gəlirsiniz? - Xeyr, təqaüddə olduğum üçün artıq teatrda çalışmıram. Teatrda çalışmadığıma görə mənim ora gedib-gəlməyimə bir səbəb də y...
ANL
Poetik yollar, üslublar və meyllərin antologiyası. XX əsr artıq arxada qalmasına rəğmən, dövrün poeziyası, inkişaf yolları, üslublar və şəxsiyyətlər tədqiqat obyekti olaraq aktual mövzulardan biridir. Xüsusilə əsrin 20-ci illərindən başlanan poetik hərəkat, yenilikçilik (təəssüf ki, proletar poeziyası da daxil olmaqla)...
ANL
Azərbaycanın gözəl guşəsi Laçın. İndi o Ağcabədinin "Taxta körpü" adlanan ərazisinə sığınıb. Bir neçə il qabaq Masallı meşələrində dostum Qanbay Muradovla bir gəzintini tez-tez xatırlayıram. Başdan-başa yaşıllığa bürünmüş meşəlikdə xeyli gəzsək də, heç birimiz yorulmamışdıq. Heç birimiz də bu müddət ərzində bir kəlmə b...
ANL
Azərbaycanın gözəl guşəsi Laçın. İndi o Ağcabədinin "Taxta körpü" adlanan ərazisinə sığınıb. Taxta körpüdə bir sıra unudulmaz görüşlər keçirən İlham Əliyev və xanımı 552 ailəlik qəsəbənin rəsmi açılışını reallaşdırmışlar. Sakinlərə səmimi təbriklərini çatdıran prezident mərasimdəki çıxışında laçınlılar haqqında belə de...
ANL
ALTMIŞINCILAR: ELXAN BABAYEV... MUSİQİ DÜNYAMIZDA BİR ALTMIŞINCI (Elegik Bir Yazı). "Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında çatlayır. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil...
ANL
Əllərim bənzəyir quş dimdiyinə, Halal ocağıma dən daşıyıram. Bu sətirlərin müəllifi Ədalət Salmandır. Doxsanıncı illərin başlanğıcında "Açın bu dünyanın qapılarını" adlı ilk şeirlər kitabını çap etdirən, sonrakı illərdə də bir neçə şeir kitabı ilə oxucularını sevindirən, respublika mətbuatında isə müntəzəm çıxış edən v...
ANL
(əvvəli ötən şənbə saylarımızda). Dedim işçilər dağılışsın, gəlim. Elə bilirsən evə gediblər?! Hamısını göndərmişəm təsərrüfatlara. İncimə, deyəsən pis öyrədiblər sizi. Raykomun, icrakomun, idarə işçilərinin nə ixtiyarı var ki, hava qaralan kimi evə getsinlər?! Sağlığına nəfəslərini kəsmişəm, mənim iş üslubum belədir. ...
ANL
Gecə ulduzlarla söhbət edirəm, Gündüz həmsöhbətim Günəşdir mənim. Qapqara saçların qara dönübdü, Rəngi qar kimidi, üşüdür məni. Nəfəsim gödəlir, ömrüm qısalır, Enişlər-yoxuşlar tövşüdür məni. Qara tellərini qoruya bilsən, Nə var yük daşıyıb, daş qaldırmağa. Ağ saç üz qarası, könül yanğısı, Ağır xəstəliyin taxtında gəls...
ANL
Barəsində söz açdığım bu kitabı hələ əlyazması şəklində olarkən oxumuşdum. Üstəlik, bu kitabdakı bir çox yazılar da "Ədalət" qəzetində işıq üzü görmüşdü. Amma indi onu bütöv bir kitab kimi sizə təqdim edirəm. Bu da səbəbsiz deyil. Çünki "Böyük günah" özü-özünü ötən həftənin son iş günündə ədəbi ictimaiyyətə bir növ təq...
ANL
Diqqətin alternativi məsuliyyətdir, inkişafdır, uğurdur. Azərbaycan Prezidenti İlham Əliyev indiyə qədər Hacıqabul rayonuna 6 dəfə səfər etmişdir. Rayon mərkəzinə uzanan bu abad və kifayət qədər uzun, geniş küçəni şəhərin girişi də adlandırmaq olar. Əslində bu küçə deyil, prospektdir. Özü də Ulu Öndər Heydər Əliyevin a...
ANL
Bu dövrün teatr priması mən olmalıydım. Bu günkü qonağımız Akademik Milli Dram Teatrının ən güclü aktrisalarından biri xalq artisti Bəsti Cəfərovadı. Müsahibəmiz yayıma hazırlandığı vaxtda Bəsti xanımın on illik pedaqoji fəaliyyətinin müqabilində professor adına layiq görülməsi xəbərini aldıq. Həm bu ad münasibəti ilə,...
ANL
Od-ocaq sahibi olmayan bilməz. Qazan qaynayınca qapaq nə çəkir, Qanqala baxma ki, tutub dünyanı, Bir gül bitirincə torpaq nə çəkir? Ürəyin sirrini dodaqdan soruş, Şölənin dərdini çıraqdan soruş, Gövdədən xəbər al, budaqdan soruş- Xəzələ dönüncə yarpaq nə çəkir? Nağılçı nağıla uyurmu görən, Yağış günahları yuyurmu görən...
ANL
Regionların inkişafı ilə bağlı məlum Dövlət Proqramına uyğun olaraq biz də ardıcıl bölgələrimizə üz tutur, kənd və qəsəbələrimizdə, əyalətlərimizdə baş verənləri öz gözlərimizdə görüb sakinləri yerindəcə dinləyib sonda ümumi düşüncələrimizi oxucularımıza çatdırmağa çalışırıq. Bax elə son səfərlərimizin birində Tovuza b...
ANL
Laçınlı günləri xatırlayarkən. Qarşımdakı bu kitabın məllifi ilə dostlarımın vasitəsi ilə günün, ayın xoş bir məqamında tanış oldum. Həyat elə gətirdi ki, bu tanışlıq bizi bir-birimizə yaxınlaşdırmaqla yanaşı, həm də ailəmizə yol tapdı. Beləcə, Cəbrayıl müəllimin iç dünyasına bir az da yaxından bələd olmaq imkanı qazan...
ANL
Tovuzda iqtisadi həyatın yüksəlməsi üçün torpaqdan səmərəli şəkildə istifadə olunur. Demək olar ki, burada hər qarış torpağın qədri bilinir. Ona görə də bu gün tovuzlular ötən ildəki uğurlarla kifayətlənmir. Onlar indi qarşılarına 40-50 sentner taxıl toplamaq vəsifəsini qoyublar. Bunun üçün də taxılçılığa xüsusi diqqət...
ANL
Haqq sənindirsə, Haqqın da Sənindir. Pozub xeyrinə dəyişməyə cəhd etmə - ziyan görərsən. İnsani münasibətlərdə ikrah doğuran hərəkətlərdən ən asanı və ən ucuzu həyasızlıqdır... ***. Qapını da, qəlbini də açıq saxla, bağlama Allahın xeyir-bərəkət qapısını, Şeytana da daş at! Qismətin yetişəcək!.. Rəqibinin zəifləməsini ...
ANL
(əvvəli ötən şənbə saylarımızda). Özlüyündə qəti qərara gəlmişdi ki, Ağababayevlə ehtiyatlı dolansın. Odur ki, mümkün qədər gözünə görünməmək, arada müəyyən məsafə saxlamaq gərəkdir. Ancaq rayonda gərgin, böhranlı vəziyyət yarananda ürəyi dözmədi, köhnə dostunun görüşünə getdi. Başını əlləri arasına alıb fikrə getmişdi...
ANL
ƏHƏD MUXTARI XATIRLAMAQ... "Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında çatlayır. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və ...
ANL
Bizim bu keşməkeşli, tikanı gülündən, qəmi sevinjindən ağrısı laylasından, qarı çiçəyindən bol olan dünyamızda bir şairə yaşayırdı.Əsilli-nəsilli bu şairə 68 illik ömründə çox ayrılıqlar gördü; Gəngədə məşhur bir cərrah kimi tanınan atası Xudadat bəy Rəfibəyli-Müsavat hakimiyyəti dövründə şəhər valisi idi- ermənilər Na...
ANL
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramında şəhər və rayonların inkişaf etdirilməsi üşün konkret müddəalar öz əksini tapıb. Regionlarda yoxsulluq səviyyəsinin azaldılması, yeni-yeni iş yerlərinin açılması və sosial problemlərin həlli baxımından proqramın əhəmiyyəti yüksəkdir. Aparılan araşdırma onu deməyə ə...
ANL
Azərbaycanın dilbər güşələrindən biri olan Dağlıq Qarabağ artıq uzun illərdir ki, düşmən tapdağı altında, əsirlikdədir. 1988-ci ildən başlanan işğalçılıq siyasəti bizləri doğulduğumuz yurd-yuvaya, şeirlərimizdə, nəğmələrimizdə vəsf etdiyimiz Şuşaya həsrət qoyubdur. Amma bu həsrətə baxmayaraq, biz o torpağın nə qədər mü...
ANL
Ağca kənddəki Xocalı. Azərbaycanın ürək yarası, sağalmaz və əlacı hələ ki, mümkün olmayan kədər ünvanı yer üzünün qətliam şəhərlərindən biri insanlığın qanla boğulduğu bir torpaq. Bütün bunlar yurdun Xocalı adlı genasid ünvanı. Tarix faktları ilə həmişə istənilən məqamı, istənilən nöqtəni yenidən diktə etməyə, yenidən ...
ANL
16 yaşında müharibədə olan rəssam xanımın həyat hekayəsi. Pərinisə Əsgərova: “Rəssamlıq mənim üçün sevgidir”. İstedadlı rəssam dostum Pəri (Əsgərova Pərinisə) görüşlərimizin birində diqqətlə üzümə baxandan sonra demişdi ki, "Sənin xarakterik cizgilərin var, bir gün rəsmini çəkəcəyəm”. Təbii ki, bu söhbəti unutmamışdım ...
ANL
Qədim və müasir Salyan. 2800 illik tarixi yubileyini qeyd etməyə hazırlaşan Salyan rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Bir çox tarixi abidələri, mədəni ənənələri olan Salyan həm də ticarət yolunun üstündə yerləşdiyi üçün zamanında xeyli inkişaf etmişdir. Şirvanşahların Muğan, Təbriz, İran şəhər...
ANL
"Hədəf" rubrikası İntiqam Valehoğlunun təqdimatında. Xalq artisti Möhlət Müslümov xalq musiqimizi dərindən bilən tək-tük musiqiçilərdəndir. Son illər bir sıra müsabiqələrin münsifi qismində də gördüyümüz sənətkarla söhbətimizdə bir sıra maraqlı mətləblərə toxunmuşuq. "Hədəf"imizdə Əkrəm Əylisli də oldu. SMS-lə keçirilə...
ANL
PROYEKTİMİZƏ DAVAM EDİRİK: ALTMIŞINCILAR. "Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında olur. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərmək...
ANL
"Bakı" qəzetində yubileyi münasibətilə bir məqalə çap etdirmişdim və o məqalədə əsas gücü onun müharibə illərində yazdığı "Buz heykəl" hekayəsinə vermişdim. Ənvər Məmmədxanlı soraqlaşıb məni tapdı, təşəkkürünü bildirdi, amma həm də məzəmmətlə dedi ki, "Buz heykəl" onun zəif hekayəsidir, vurğunu o yazı üzərinə yönəltmək...
ANL
"Hər bir aktyorun daxilində rejissorluq var". Özü demişkən, Şəkidəki yaradıcılıq mühitini bəyənməyib Sumqayıt teatrında işə qəbul olunanda hamı oraları "Gənclik şəhəri" kimi tanıyırdı. Amma arxada qalan illəri müsahibim boşuna yaşamayıb. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında bir-birindən maraq...
ANL
Şair dostum Taleh Həmidə oxucu məktubu. Öncə salam! Təbii ki, qəzet səhifəsində dədə-baba qaydası ilə məktub yazmaq o qədər də doğru sayılmaz. Düzdür, indi bəzi yazı yazanlar qəzetdə palaz-palaz ərizələr çap edirlər və sonra da həmin qəzeti aidiyyatı orqanları göndərirlər. Məqsəd də yazdıqları ərizənin və yaxud da məkt...
ANL
(əvvəli ötən saylarımızda). Məşədi İbrahimin vaxtilə seminariyada bağışladığı bina indi də qalır. Yaxşı olardı ki, nəcib ənənə davam etdirilsin. Yenidən həmin binada seminariya açılsın. Zənnimizcə, məşhur pedaqoqumuz Firudin bəy Köçərli kimi maarif fədaisi gərəkdir ki, belə xeyirxah işə həsr etsin. Məşhur ədəbiyyatşüna...
ANL
"Yazıçılar arasında baş çıxarda bilmirəm". Yazıçı Məmməd Orucun Kulis.Az-a müsahibəsi. - Söhbətlərinizdən birində demişdiniz ki, sizi ədəbiyyata Səməd Vurğun olmaq istəyi gətirib. - Nə gizlədim, lap erkən yaşlarımdan içimdə Səməd Vurğun olmaq ehtirası vardı. Jdanov (indiki Beyləqan) rayonunda çap olunan "Yüksəliş" qəze...
ANL
(əvvəli ötən saylarımızda). Süleyman əmimin nəvəsi də xoş gəlib, onun dostu da... Osman müəllim söhbətinə ilk gəncliyindən, Səməd Vurğunla, Möhsüm Poladovla, komissar Şəmistan Əyyubovla (Səməd Vurğunun "Komsomol poeması"nın qəhrəmanı Sarı Şəmistan - Ş.N), Allahverdi Namazovla, Mirqasım Əfəndiyevlə, İbrahim Mirzəyevlə t...
ANL
Mərhum şair qardaşım Alim Məhərrəmliyə. Dünya çox incidə bilərdi səni, Bəlkə düz etmisən, çıxıb getmisən. Qısa bir ömürlə sınadı səni, Yoxsa bu dünyanı yıxıb getmisən? Sorğudan, sualdan bezmirdi ürək, Canını dişinə sıxıb getmisən. Yaman tez çəkildi duman dağlara, Qara baxta sevdalı yox ağlaya. Yuvan da yox qapısını bağ...
ANL
(əvvəli ötən saylarımızda). El dərdi çəkən.Seminariyanın divar qəzetində təbiət təsvirləri haqqında və aşiqanə qoşmalarımla çıxış edərdim.O vaxtlar Vaqifi, Vidadini, Zakiri məşhur türk şairlərindən Tofiq Fikrəti, Əbdülhəq Hamidi daha çox sevər, şeirlərini hər gün əzbər oxumaqdan xüsusi zövq alardım. Vaqifin, Vidadinin ...
ANL
PROYEKTİMİZƏ DAVAM EDİRİK: ALTMIŞINCILAR. "Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında olur. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərmək...
ANL
(Fəridə Hacıyevanın şeirləri haqqında). Şairin Tanrı ilə mənəvi, ruhi bağlılığı şeirimizdə zaman-zaman səslənməkdədir. Klassik poeziyadan gələn bu ənənə müasir şeirimizdə də davam etməkdədir. Anar Vaqif Səmədoğlunun "Mən burdayam, ilahi..." şeirlər kitabına yazdığı "Allahla söhbət" müqəddiməsində deyir: "Vaqif Səmədoğl...
ANL
Şeir təhlilləri. Abbas Səhhət. Tərcümeyi-halım, yaxud hululu. Məğzi bir saiqə, bir vulkandır, Könlü niyran, əməli xüsrandır. Uçurumlar, qayalar məskənidir, Qanlı, müdhiş qayalar məmənidir. Daldığı fikri dərin dəryalar, Düşdüyü eşqi çətin sövdalar, Qəlbi qan, halı yaman, xanəxərab, Göz yaşı içdiyisu,bağrı kəbab. Satdığı...
ANL
Bu nüfuzlu ali təhsil müəssisəsi fəaliyyət göstərdiyi dövr ərzində zəngin inkişaf yolu keçmişdir və hazırda geniş ixtisas şəbəkəsinə malikdir. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Azərbaycan xalqının dünya sivilzasiyasına, bəşər mədəniyyətinə bəxş etdiyi ən qədim və nadir töhfələrdən biri də şübhəsiz ki...
ANL
açanlar" - deyəndə şübhəsiz ki, Moskvanı nəzərdə tuturdu. Çünki, bir istedadlı aktyorunu əsassız repressiyadan xilas edə bilməyən Azərbaycan hökumətinin (MİK) müstəqil qərarlar qəbul etmək səlahiyyətləri sıfıra bərabər idi. Səhnə "dahilər"i ifadəsinin alt qatında isə ideoloji təbliğat "korifey"lərinin hazırlanması sahə...
ANL
Adətən yuvarlaq rəqəmlərlə diqqəti çəkən doğum günləri dotsları, doğmaları bir yerə yığmağa yaxşı bəhanə olur. Hətta dünyaya gələn, yəni doğum günü bəlli olan səbəbkar nə qədər yaxasını kənara çəksə də, dostların əlindən qurtara bilmir. Çünki burada mədə doldurmaq, qidalanmaq yox, duyğuları kökləmək, ruha sərbəstlik ve...
ANL
Baba Əhmədli, Texniki elmlər namizədi, publisist. Adı it dəftərində də yoxdur. İnsana arxadır onun kamalı, Ağıldır hər kəsin dövləti, malı. Nizami Gəncəvi. Dilçi alimlərin tarix boyu milli adların və milli dillərin yaranması prosesinə qəribə baxışları olub. Anlayıblar ki, dillərin ilkin mənşəyi Daş Dövründə yaşamış ins...
ANL
Sənətə azadlıq verilməlidir. Bugünkü müsahibim bir çox gənc yazarların, şairlərin üzə çıxmasında, yayımlanmasında onlara hər zaman köməklik edən, dəstək olan olduqca işıqlı bir insandır. O, hər zaman gənclərin və istedadlı insanların dostu olub və olmağa da davam edir. Beləliklə, müsahibim kult.az və ann.az saytlarının...
ANL
Bu gün Azərbaycanda ictimai-siyasi vəziyyət öz sabitliyi ilə diqqəti çəkir. Təbii ki, bu sabitliyin də qarantı, şəxsən ölkə rəhbəri, ümummilli liderimizin layiqli varisi cənab İlham Əliyevdir. Ölkə prezidenti özünün bütün fəaliyyəti ilə ölkədə elə bir işgüzar mühit yaradıb ki, həmin mühit də bacarığı, istedadı, qabiliy...
ANL
Qəbələdə beynəlxalq konfrans. Dünən Qəbələ şəhərində "Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması" mövzusunda beynəlxalq konfrans başlayıb. APA-nın məlumatına görə, Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə keçi...
ANL
GƏLƏCƏYİN ŞƏFƏQİ. Bir institutun görə bilmədiyi işi Firudun bəy Köçərli təkbaşına görmüşdür. Firudun bəy ötən əsrin sonlarında yazmağa başladığı "Azərbaycan ədəbiyyatı tarixi materialları"nı 1908-ci ildə bitirmişdi. Özü demişkən, məcmuənin işi dərin quyuya düşmüşdü. Əsər toz basa-basa qalırdı. "İnsafsız" naşirlər gah a...
ANL
GƏLƏCƏYİN ŞƏFƏQİ. Xeyirxahlığından fərəhlənən Firudin bəy danışdıqca qürur hissi keçirir, ötəri də olsa qulaq asanların üzündəki inam, etibar nişanələri ona daha böyük bir cəsarətlə danışmağa imkan verirdi. Əli ilə kvadrat şəkilli hasarı göstərib, - bir seminarist icazəsiz bu hasardan bir addım da kənara atmayacaq. Uşa...
ANL
Yol boyu bir misra ürəyimdə dolaşmaqda idi. Elə bil o misranı əzbərləmək istəyirdim... elə bil kimsə o misranı mənə diktə edirdi... və elə bil kimsə o misranın gücünü, hökmünü, gerçəkliyini və bir də səmimiyyətini açıb ortaya qoyurdu. Mən də bütün bunların içərisində "Azərbaycan" nəşriyyatından Fəxri Xiyabana doğru ged...
ANL
Onlar sənətçi, siyasətçi, yazıçı kimi doğulmayıblar. Onlar da hamı kimi orta məktəbə gedib, sonra ali təhsil alaraq müxtəlif peşələrə yiyələniblər. Ancaq həyat bəzən onları öz sevdikləri peşələrindən də ayrı salıb. İllər ötüb, tamam başqa bir sahəni özlərinin həyat kredosu seçiblər. Lent.az “Onun ilk peşəsi” rubrikasın...
ANL
GƏLƏCƏYİN ŞƏFƏQİ. (əvvəli ötən saylarımızda). Bütün bunları fikirləşib özünə toxtaqlıq verən Əmirxan yenə "Qırmızı Qazax" sözlərini xatırladıqca ilan yarpızdan qorxan kimi diksinirdi. Qatardan düşüb Ağstafadan gələnə kimi yol boyu gördüyü kəndli ağa, bəy - hamısı ona qırmızı görünürdü. Beyninə pərçim olmuş, "çətin cama...
ANL
Həyatın elə çağları, məqamları, hətta anları var ki, onlar insanın daxilində mənəvi bir öhdəlik yaradır və bu mənəvi öhdəlik, olsun ki, daha artıq dərəcədə təhtəlşüur səciyyə daşıyır. Soyuq mart günü, hələ səhərin gözü açılmamış - sübh tezdən kompüterin arxasına keçib Anarın 75 illiyinə yazdığım bu sətirlər mənim içimd...
ANL
Şeir təhlilləri. Vətən. Ey çeşmimin önündə mücəssəm, vətən, vətən! Qəlbim kimi ələmlərə həmdəm, vətən, vətən! Fikrim sarayını dolaşırsan zaman-zaman, Qanlı kəfənlə dərd ilə toəm vətən, vətən! Baxdıqca həsrət ilə o solğun camalına, Çeşmimdə tar görsənir aləm, vətən, vətən! Axşam-səhər o gül üzünü isladan nədir? Dəhşət i...
ANL
PROYEKTİMİZƏ DAVAM EDİRİK: ALTMIŞINCILAR. "Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında olur. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərmək...
ANL
Onu tanıdığım gündən gözlərində kədər görmüşəm. Ürəyində yuva salan qəm-qüssə gözlərinin dərinliyinə çöküb. Dalğın baxışlarından çəkilib getməyən kədərin alt qatında ümid közərir... Ümid inam doğurur. "Qiyamət günü olsa belə əlinizdəki son toxumu torpağa səpin". Peyğəmbər hikmətinin mənası: ən ağır günündə də ümidini, ...
ANL
Anasız dilimiz, yaxud "Qorxunc Əlifba"nın davamı... Orta məktəb dərsliklərimiz barədə son illərdə yazılan, deyilən tənqidi fikirləri, qüsur və iradları bir yerə toplasaq, yəqin ki, iri həcmli, bəlkə də çoxcildli kitab alınar. Az qala, bütün cəmiyyətin - dərslik fəsadlarından əziyyət çəkən valideyn və müəllim zümrəsi il...
ANL
Özbək və Azərbaycan musiqiçiləri bir arada. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı çərçivəsində cari il martın 13-də Beynəlxalq Muğam Mərkəzində Özbəkistanın Xalq Artisti, özbək makom...
ANL
Gülməkdən ölən komediya aktyoru. O, yayın istisində ictimai nəqliyyatda gənc bir oğlanın qəzəblə axan göz yaşlarını sildiyini görür. Yaxınlaşıb soruşur ki, heç sənin kimi gənc də bu şəkildə göz yaşı tökərmi? Gənc oğlan cavab verir ki, əgər üç il bir ali məktəbdən kəsilərsə, başsız qalmış bacı-qardaşlarına çörəkpulu qaz...
ANL
GƏLƏCƏYİN ŞƏFƏQİ. (əvvəli ötən saylarımızda). Fikri fikrə calayan qubernatorun atı asta və rahat gedirdi. Firudin bəyin yiyəni bərk tutmaqdan qolları ağrıyırdı. Tərs kimi atı da dəlisoy idi. Uryadnik onun dəstəsi atlarını lap yavaşıtmışdılar. Nə qubernatoru keçə bilirdilər, nə də "sür" deməyə cəsarət edirdilər. Firudin...
ANL