text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Ədəbiyyatda "Yusif zirvəsi". Yusif müəllim, səninlə söhbətə başlamazdan əvvəl istəyirəm vaxta-zamana olan iradımı bildirəm. Doğrusu, yoxluğundan keçən bu bir ilin nə tez ötdüyünə təəccüblənirəm. Vallah, başımız öz həyati qayğılarımıza elə bərk qarışdı ki, Tanrının bizlərə yazdığı ömrün bir ilinin necə gəlib, nə cür keç...
ANL
Baharın ilk günündə dünyaya gələn ölməz Səməd Vurğun misralarıdır bunlar. Özündə çox mətləbləri əks etdirən bu "karvan yolundan" kimlər keçməyib ki? Dünyanın yaranışından elə bu ana qədər bu karvan yolunu keçənlərin sayını da heç kəs bilmir zatən. Dünyanın yaddaşında qalanlar, insanların xatirəsində yaşayanlar isə xoşb...
ANL
PROYEKTİMİZƏ DAVAM EDİRİK: ALTMIŞINCILAR. "Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında olur. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərmək...
ANL
Bu şair xoşbəxtliyidir ki, daim diqqət mərkəzində olasan, həmişə oxucuların sevimlisinə çevriləsən, şeirlərin özünə geniş auditoriya qazana, səni hamı tanıya. Məncə, C.Novruz da müasir səviyyəli, onu sevən, duyan həqiqi oxucular əhatəsində idi. Şeir kitablarının birinə yazdığı ön sözdə C.Novruz deyir: "Neçə-neçə şeir k...
ANL
Güman edirəm yenə oxunar. Nəsillər gəlir və gedir, torpaq əbədidir. Günəş doğur və batır, yenə çıxdığı yerə tələsir. Hərlənir-fırlanır, yenə öz yerinə qayıdır. Bütün çaylar dənizə axır, amma dəniz dolub-daşmır. Çaylar yenidən axmaq üçün öz mənbələrinə qayıdırlar. Təxminən iyirmi il əvvəl oxumuşdum bu kitabı. İndi götür...
ANL
Aqil Abbas, hər şeydən əvvəl, istedadlı İnsandır, sonra istedadlı yazıçı - qələm adamıdır,sonra isə istedadlı ictimai xadim - millət vəkilidir. Keçən əsrin yetmişinci illərinin sonu, səksəninci illərinin əvvəllərindən Aqili hansı enerjidə, hansı ünsiyyətlilikdə və hansı səmimiyyətdə görmüşəmsə, bü gün də elədir. Ancaq ...
ANL
GƏLƏCƏYİN ŞƏFƏQİ. (əvvəli ötən saylarımızda). -Əstəğfürullah de, Firudin bəy, - deyib axund başıaşağı təsbehini bir neçə dənəsini cütləyib ötürdü. Sizdə nə günah var, siz qəlbinizin hökmü ilə o kişinin gözəgörünməz qurban olduğumun - təsbehli əlini yuxarı qaldırıb üzünü tavana tutdu - göstərişlərini yerinə yetirmisiniz...
ANL
YAZIÇI TƏXƏYYÜLÜNÜN REAL HƏYATDA ƏKS-SƏDASI BARƏDƏ. Görkəmli yazıçı və alim Kamal Abdullanın 2004-cü ildə ilk dəfə işıq üzü görmüş "Yarımçıq əlyazma" romanı yalnız nəsrimizə gözlənilməz bir yenilik gətirməsi ilə yadda qalmadı. Əsərin filoloqlar, tənqidçilər tərəfindən hələ hərtərəfli təhlili ortaya çıxmadığı bir zamand...
ANL
Turan xanım Caviddən danışanda gözlərinin necə dolduğunu görmüşəm. Xatirələrini şair kimi danışır və hər dəfə uşaq kimi kövrəlir. "Cavid Əfəndidən bir kəlmə yazan adam gözümün işığıdır" deyir və həmin anlarda Hüseyn Caviddən kitab yazmadığıma görə təəssüflənmişəm də! Rəhmətlik Prezident Heydər Əliyev onu metropolitenə ...
ANL
Xalq artisti Səidə Quliyevanın Milli.Az-a müsahibəsi. Necə düşünürsünüz, gənclər özlərini doğrulda bilirlər? - Doğrulda bilirlər yox, doğrultmalıdırlar. Gənclik dövrü insanın həyatında ən məhsuldar dövrdür. İnsan yaşa dolduqca həm daxilən, həm xaricən çox dəyişilir. Təbii ki, mən sənət adamlarını nəzərdə tuturam. Ona g...
ANL
Qəşəm İsabəyli. Şöhrət paylananda, ad paylananda, Nə şöhrət umarsan, nə ad umarsan. Məmməd Araz. Mənə üz tutanları intizarda qoymağı xoşlamadığımdan əlimi dəstəyə atdım; həyəcan dolu bir səs qulağımda əks-səda verdi: -Salam, Qəşəm müəllim, necəsiniz? "in ruhundan hiss elədim ki, nəzakət xatirinədi. "Yaxşıyam-pisəm! Bu ...
ANL
Sarpi qəsəbəsindəki turistlərlə dolu olan "Kameo" hotelinin vestibülündə sakitlik hökm sürürdü; yay səhərinin gözü açılmamışdı, alatoranlıq idi; arabir magistral yoldan ötən minik və yük maşınlarının səsi gəlirdi, amma bu, bütün günü yaxındakı çimərlikdə özünü günə verən, Qara dənizin şəffaf suları qoynunda doyunca çim...
ANL
Həyatımda heç unutmadığım, daha doğrusu, unuda bilmədiyim, acısı-şirini ilə yaddaşıma hopan, ən xırda detalları ilə xatirələrimdə yaşayan çox az sayda günlər var. Həmin gün Anadolu rok musiqisinin əfsanəsi Barış Mançonu yaxından gördüm, ünlü sənətçini canlı dinlədim, şirin, məzəli söhbətlərinə qulaq asdım. Bir zamanlar...
ANL
Mübariz İbrahimov türk serialında qürurla anıldı. Türkiyənin "TRT1" kanalında yayımlanan məşhur "Sakarya Fırat" serialında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlığı nümunə göstərilib. Filmdə əsgərlərdən biri əsgər yoldaşlarına Mübariz İbrahimov haqqında danışır. "Mübariz İbrahimov Azərbaycanın milli...
ANL
YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR. İSTEDADLI ŞAİR TOFİQ HÜSEYN. "Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında olur. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrind...
ANL
Heydər Əliyevin 90 illik yubileyinə layiqli hədiyyə. Ukraynanın Kiyev Milli Linqvistik Universitetində Azərbaycan Dil və Mədəniyyət Mərkəzi açıldı. Dünyanın nüfuzlu mədəniyyət mərkəzləri və ali təhsil ocaqları ilə səmərəli əməkdaşlıq Bakı Slavyan Universitetinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. BSU-nu...
ANL
(Tanınmış yazıçı-jurnalist Sədaqət Kərimovanın 60 yaşına). Onun imzası ilə çoxdan tanışam. Hər hansı müəllifi təbii ki, yazılarına görə tanıyırlar və sevirlər. On il əvvəl, əlli yaşı tamam olanda haqqında iki kitab çapdan çıxmışdı. "Sədaqət Kərimova-50" (bu metodik vəsaiti M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanas...
ANL
Aqil olmaq missiyası. Biz tələsməmişik. Onsuz da həmkarlarımız neçə gündü ki, yubilyarı sual atəşinə tutublar. Aqil bəy də özü demişkən, populyar olmağı sevən adam, geninə-boluna müsahibələr verir. Biz yubileyi fərqli qeyd etmək istədik. Tanınmışların Aqil Abbas haqqında fikirlərinə yer ayırdıq. Qəzetimizin təsisçisi, ...
ANL
Şeir təhlilləri. Hüseyn Cavid. Öksüz Ənvər. Şərəfli bir adı var; daima müəllimlər. Sevərdilər onu. Nəzərlərilə üzər binəvayı leylü nahar. Zavallı annəsi söndükcə yavrucuq yanıyor, Yanıb da qavruluyor; ən böyük düşüncələri. Yarınki matəmi güldürmək üzrə aldanıyor, Fəqət qadın ərimiş, onda yoq həyat əsəri. Çocuq davam ed...
ANL
Mikayıl Müşfiq əsl Sovet şairi idi. Görkəmli şair həyat yoldaşının xatirələrində. Repressiya dövrü qurbanları deyəndə ağla gələn ilk adlardan biri şair Mikayıl Müşfiqdir. Əksəriyyət belə düşünür ki, 37-39-cu illərdə əsasən hökuməti tənqid edən, onu tərifləməkdən boyun qaçıran insanların repressiyaya məruz qalıb və Müşf...
ANL
Dövlət Proqramı Ana dilimizə qayğı və məhəbbətin yeni təzahürüdür. Ümummilli lider Heydər Əliyev ana dilimizə xalqımızın özünəməxsusluğunun birinci amili kimi baxırdı. Onun uzunmüddətli və möhtəşəm rəhbərliyi dövrlərində Azərbaycan dili ən müxtəlif mövqelərdən təqdir olunur, onun tətbiqi, tədqiqi, tədrisi, ən əsası qor...
ANL
Kürdəmirdə Məmməd Araz sevdası. Neçə gündü baharın ahəngi pozulmuşdu; göydə buludlar ora-bura topalanır, gah da bozarıb-qaralıb ağacların, çəmənlərin, gül-çiçəklərin üstünə çən, çiskin ələyirdi. Bu səhər Kürdəmirin küçələri daha işıqlı, daha izdihamlı, daha gözəl görünür. Küçələrdə, park və meydanlarda, yol kənarlarınd...
ANL
Qarşımda bir məktub vardır. O, müdriklər, uzunömürlülər və ağsaqqallar diyarı Lerikdən gəlmişdir. Lerik rayon Ağsaqqallar Şurası tərəfindən mənim adıma ünvanlanan bu məktubda Əməkdar jurnalist, "Qızıl qələm"li yaradıcı ziyalı Həmzə Ruhulla oğlu Vəliməmmədovun qarşıdan gələn baharda 75 yaşının tamam olacağını xəbər veri...
ANL
Həqiqət nədir? Yekə sualdır. Sokrat zəhər içənə qədər hamıya sual verirdi, cavab axtarırdı. Amma bir filmdə deyildiyi kimi həqiqət hardasa buralarda olmalıdır. Burda - köksümüzün sol tərəfində, qafamızın içində, gözlərimizin dərinliyində. Modilyaninin rəsmlərinə baxanda, Şopenin musiqisini dinləyəndə, Nabokovun romanla...
ANL
Ciddi fəlsəfi və sosial səpkili bu şeirdə təbiətin bu dilbər guşəsinin insan qayğısına ehtiyacı olduğu göstərilirdi. Qonşu dövlətlərin ərazilərində fəaliyyət göstərən qurğuşun, nikel zavodlarının kimyəvi tullantıları Kürün sularını zəhərə döndərirdi. Şairin səsini eşidirik: Kürə qayğı yoxdur desək, yalan olar! Kürlə ba...
ANL
Beləcə işə başlanılır. İşçi qüvvələri səfərbər edilir, sahələrə su kanalları, yollar çəkilir. Torpaqla insanın mübarizəsi başlayır. Hər şeyin ilki çətin olduğu kimi bu fermer təsərrüfatının da ilk günləri çətinliklə başlayır. Ağır zəhmətin nəticəsi də son anda uğurlu olur. İndi bu təsərrüfat haqqında nəsə demək olar və...
ANL
Turan ülküsünə möhürünü vurmuş, XX əsrin əvvəllərində Azərbaycanın siyasi, ictimai və mədəni həyatında mühüm rol oynamış, Azərbaycanın İstiqlal Bayrağında əks olunmuş "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək!" şüarını ilk dəfə önə sürmüş Əli bəy Hüseynzadənin şəxsi arxivi 2006-cı ildə qızı Feyzavər xanım Alpsar tərəfində...
ANL
DOXSAN İLİN ŞAHİDİ. Doğum tarixi Qələbə günü ilə üst-üstə düşən Abbas müəllim. Amma buna baxmayaraq, tarix o azalan insanları, o döyüş yolu keçmiş qəhrəmanları unutmur. Çünki onların göstərdiyi rəşadət insanlığı xilas edir, bəşəriyyəti faşizmin cəngindən qoparıb. Düz 68 il bundan qabaq dünyanın başı üzərini almış qara ...
ANL
MİNGƏÇEVİR - ONU SEVƏNLƏRİN ŞƏHƏRİ. Ana Kürün qədim sevdalısımı, yoxsa? Region səhifəsinin bütün yazıları təbii ki, "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsindən istiqamətlənir. Mingəçevir şəhərindən hazırladığımız materialın da əsasını burada görülən işlərin səviyyəsi, şəhərin bütün sahələr üz...
ANL
(əvvəli ötən şənbə saylarımızda). Bir daha təkrar edirik: XXI əsrin qoşması, gəraylısı, heca şeiri heç də XVIII ya XIX əsrin qoşmasına, gəraylısına bənzəmir. Forma, struktur dəyişməyib, amma bədii təfəkkürdə yeniləşmələr baş verir. Gəldinsə, deməli, getməyin də var, Dünyayla qalmağa əmr yoxuymuş. Elə bil şahların yolu ...
ANL
NƏSRİMİZİN ƏN MÜTEVAZİ YAZARI. Və mən bu daşın həmən kimə atıldığını da o məqam hiss eləyirəm. Amma dəfələrlə desəm də ki, balam mənim bu altmışıncılar deyilən ədəbi sıraya heç bir dəxlim yoxdur, adam yenə də dediyini deyir. Bax, bu yazar Əli Həsənov da altmışıncılar sırasına layiq olsa da Ədəbiyyatımızda daşlaşmış 60-...
ANL
“Haqqın “verilməsinin” tərəfində olsam da, yalnız “alınmaqla” mümkün olduğunu düşünürəm”. Tanıtım: Sadıqov Şəmil Kamil oğlu 1978-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Orta təhsili doğma kəndində alan Şəmil Sadiq BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmi...
ANL
"Mənim yazıçı işləmək imkanım yoxdu". "Həyata öyrəşdiyin kimi ölümə də öyrəşirsən". Yaşarın istedadlı yazıçı olduğunu ədəbi ictimaiyyət çoxdan qəbul edib. Yaşar isə kəmiyyət arxasınca qaçmadığından az yazır. Yubilyarın yaradıcılıq işləri bu hekayələrlə məhdudlaşmır. "Divar" hekayəsi Cəfər Cabbarlı adına "Azərbaycanfilm...
ANL
Düşmənlə göz-gözə, erməni qarının arabada gülməyi, cəhənnəm dəqiqələri... Qarabağ müharibəsinin gerçək hekayətlərini Lent.az-a və "Ədalət"ə kəşfiyyatçı Rey Kərimoğlu yazır. Layihə: "Kəşfiyyatçının xatirələri". Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əv...
ANL
Mikayıl Qarayev əsgəri xidməti Sibirdə çəkmişdi. Onun həyatının sonrakı dövrü də şimal şəhərlərindən biri ilə bağlı olmuşdu. Mən Mikayıl Qarayevlə tanış olduğum günü bütün təfərrüatı, dəqiqliyi ilə indi də xatırlayıram. Bu yad şəhərdə heç bir qohum-əqrəbam yox idi. Qəribçilik hissi məni üzürdü. Yaxşı xatırlayıram, yaz ...
ANL
Dörd il idi ki, övlad həsrəti çəkən gənc ailəni Tanrı birdən-birə oğul payı ilə sevindirmiş, nur topası kimi övlad bəxş etmişdi. Gənc ata gözlərini bu balaca, möcüzəli varlığa diksə də, toxunmaqdan sanki qorxurdu: "Əlimi vursam birdən qeybə çəkilər, yuxudan ayılaram" - düşünürdü. Gənc ana isə süd qoxulu balasını bağrın...
ANL
Yeni nəşirlər. Hər xalqın tarixi keçmişini və mədəni sərvətlərini bütün dolğunluğu ilə əks etdirən qaynaqları, onun doğruçu güzgüsü adlandırıla bilər. Bu yönümdən bəşər mədəniyyəti tarixində silinməz iz qoyan Azərbaycan xalqının rolu və xidməti əvəzsizdir. Xalqımız çox qədim dövlətçilik ənənələrinə, zəngin qaynaqlara v...
ANL
"Köhnə tüfəng” layihəsinin qonağı millət vəkili, yazıçı Aqil Abbasdır. Adalet.az həmin müsahibəni təqdim edir. Ondan sonra isə bir il müəllim işləmişəm. - Bəs jurnalistika fəaliyyəti ilə nə vaxtdan məşğul olmağa başladınız? Universitetə girəndə mən artıq "Gənclər” qəzetində yazırdım, radioda verilişlərim gedirdi. - Rad...
ANL
Ulu Öndərin yadigarları bu yerləri şöhrətləndirdi. Göyçaydan hazırladığımız ötən yazılarımızda da bu rayonda gedən tikinti-quruculuq və müasirləşmə işlərinin xüsusi bir yüksəliş aldığını vurğulamışıq. Həqiqətən də belədir. Rayon rəhbərliyi Prezident İlham Əliyevin göstərdiyi qayğı və diqqətə cavab olaraq qüvvə və imkan...
ANL
Əməkdar jurnalist Flora Xəlilzadənin yeni kitabı ilə bağlı düşüncələrim. Hər bir yazı insanın, daha doğrusu, o yazının müəllifi ilə təkcə oxucunun təması deyil. Həm də müəllifin özünün özü ilə, ruhu ilə baş-başa qalmasıdır. Yəni ürəkdən, sifarişsiz-filansız "ya Allah" deyib qələmi götürüb ağ vərəqə sinəni boşaldanda tə...
ANL
Xalq yazıçısı Elçin Əfəndiyevin 70 yaşı tamam olur. Doğrusu bu "yetmiş söhbəti" onun həmişə javan, heç vaxt bədii təravətini itirməyən yaradıjılığı ilə müqayisədə bir az qəribə görünür. Bu gün çağdaş Azərbayjan ədəbiyyatının ön sıralarında gedən, bu ədəbiyyatın əsl mənada SMFƏTİNİ təyin edən şəxsiyyətlərdən biri də Elç...
ANL
Aqrar sahəyə xüsusi diqqətin vacibliyi. Aqrar sahənin inkişafı, əkin torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması və torpaqların münbitliyinin artırılması üçün müəyyən tədbirlər həyata keçirilmişdir. Heyvandarlıq sahəsində məhsul istehsalında, həmçinin mal-qaranın baş sayında dinamik artım vardır. Ümumi...
ANL
(əvvəli ötən saylarımızda). Keçən ilin dekabrında modernist şair Adil Mirseyidin 60 yaşı tamam oldu. Müasir Azərbaycan poeziyası Adil Mirseyidin timsalında maraqlı və orijinal bir sima qazanıb, - desək, qətiyyən səhv eləmərik. Elə şairlər var ki, onların yaradıcılığı olmadan da ədəbi inkişaf öz axarındadır. Amma Adil M...
ANL
Ustad, ölümünün 30-cu ilində bir çox şəhərdə fərqli fəaliyyətlərlə xatırlanacaq. 9 May cümə axşamı günü İstanbulda, Sefaköy Cənnət Mədəniyyət Mərkəzində reallaşacaq simpoziumda, onun adıyla xatırlanan "BÖYÜK ŞƏRQ" jurnalının qapaqlarındakı düşüncənin izləri anılacaq. "Böyük Şərq Qapaqları" sərgisi isə eyni məkanda bir ...
ANL
Heydər Əliyevdən qəti tapşırıq. "1996-cı ilin martında Heydər Əliyev Azərbaycan Prezidenti kimi Gürcüstana ilk rəsmi səfərinə getmişdi. Gürcüstan Prezidenti Eduard Şevardnadze dövlətimizin başçısını, öz köhnə dostunu böyük sevinc və təntənə ilə qarşıladı. Səfər zamanı yaddaqalan görüşlər çox oldu. Belə görüşlərin birin...
ANL
Bütövün bir hissəsi, Gümüşü rəngin cazibəsi və ya adilik içində qeyri-adilik... İstənilən bədii mətnə müxtəlif rakurslardan yanaşmaq mümkündür. Məsələn, təhlilin nüvəsini hansısa bir problem təşkil edə bilər; ya da təhlilə cəlb edilən mətn müstəqil bir parça tək (tədqiqatçı istəsə, onu yazıçının və şairin ümumi yaradıc...
ANL
Bəzən gedəcəyin ünvana səni borc, məsuliyyət hissi, cavabdehlik duyğusu, kiməsə yaramaq istəyi sürükləyir. Getməlisən, düşünürsən... sənin varlığının, sənin gedişinin orada yaradacağı ab-havanın, xoş auranın bəlkə də, səndən də çox onlara lazım olduğunu bildiyindən. Həmin yolun aparacağı ünvansa özü səni çağırır, çəkir...
ANL
Yaxın, uzaq ellərdən... Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının uğurlu icrası qeyri-neft sektorunun da inkişafının stabil göstəricisidir. Regionların iqtisadi potensialının hərəkətə gətirilməsi, yerlərdə təşəbbüskarlığa geniş meydan verilməsi nəticəsində şəhər və rayonlar müasirləşmiş, inkişaf...
ANL
(əvvəli ötən saylarımızda). Əhaliyə rabitə xidmətlərinin göstərilməsi sahəsində ilin əvvəlində inşasına başlanan Qazbinə kəndindəki elektron stansiya istifadəyə tam hazır vəziyyətdədir, Qaravəli elektron stansiyasında isə avadanlıqların montaj işləri yekunlaşmaq üzrədir. 2013-cü ilin ölkə Prezidenti tərəfindən "İnforma...
ANL
Elçin Əfəndiyevin doğum gününə gecikmiş məktub. Bu yazını yazmaq mənim üçün son dərəcə çətindir. Amma həm də çox ürəyimdən olan, içimdən gələn istəkdir. Çünki bir oxucu kimi demək olar ki, əksər kitablarını oxuduğum, öz kitab rəfimdə yerləşdirdiyim, hətta uşaqlarıma da oxumağı tövsiyə etdiyim tək-tək yazıçılardan biri ...
ANL
"İctimai-milli faydası bilinməyən və Alpinizm federasiyasını ələ keçirən bir qrupu milli-ekoloji dəyərlər, dağlar, ələlxüsus da idman zərrə qədər maraqlandırmır". Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar "Heydər zirvəsi"nə təşkil olunmuş və yüzlərlə şəxsin qatıldığı kütləvi yürüş baş...
ANL
Bugünkü qonağımız yazıçı-publisist, teleaparıcı Həmid Herisçidi. - Həmid bəy, yaradıcılığınız barədə nə deyərdiniz? - Sərbəst nəsr, sərbəst şeir, sərbəst publisistika, sərbəst telelayihələrim... Bu sahədə xeyli çalışdım. Nino, Bakı" romanlarımın, şeirlərimin ədəbi prosesimizə güclü təsiri olsa da, nəticələrindən o qədə...
ANL
İSMAYILLININ BUGÜNKÜ MƏNZƏRƏSİ. Hər bir bölgənin özünəməxsus gözəllikləri var. Bu gözəlliklər içərisində seçilən və ilin bütün fəsillərində gəzmək, görmək, yaşamaq üçün diqqəti çəkən, insanı özünə cəlb edən guşələrdən biri də İsmayıllıdır. Bu qədim diyar elə bir coğrafi ərazidə tarixiləşib ki, onu görmədən, onu seyr et...
ANL
MOLLA CÜMƏ İRSİ. Azərbaycan ədəbiyyatının mühüm sahəsini folklor, xalq yaradıcılığı təşkil edir. Qədim dövrlərdən başlayaraq inkişaf edən bu zəngin yaradıcılıq ənənəsi əsrlər boyu davam etdiyi kimi, hal-hazırda da öz yolu ilə getməkdə, yaşamaqda, davam etməkdədir. Azərbaycan aşıqlarının xüsusi adət-ənənələri, qayda-qan...
ANL
Bu millət özünə sahib çıxmayır, Yamanca qarışıb başı sərvətə. Kim isə özünə xaniman qurur, Kim isə birinə imdad eyləyir. Tərəzi gözündə batman imanlar, Bir zərrə hiylədə bir qismət yatır. Hamilə qalıbdı yüklü limanlar, Bir kəsim çörəkdə min ismət yatır. O kimdir, dayanıb yol qırağında, Qolları qoynunda balınca dönüb. Ç...
ANL
AĞSTAFA: SÜRƏTLİ İNKİŞAF YOLUNDA. Ölkənin kənd təsərrüfatı rayonlarından biri olan Ağstafa bu gün geniş bir tikinti meydançasını xatırladır. Təbii ki, bu da regionların inkişaf etdirilməsinə dair Dövlət Proqramının tələblərindən irəli gələn bir göstəricidir. Artıq bütün regionların, o cümlədən Ağstafa sakinləri də bu a...
ANL
"The Million” saytı jurnalist, yazıçı və tənqidçilərdən ibarət 57 nəfər ekspert qrupu vasitəsilə XXI əsrin 20 romanını müəyyənləşdirib. Adalet.az Kulis.Az-a istinadən siyahını təqdim edir. Bir hermafroditin həyatından bəhs edən açıq və səmimi etiraflar. Onun gözü ilə bir ailənin bir neçə nəslinin tarixçəsi danışılır. Ə...
ANL
AĞSTAFA: SÜRƏTLİ İNKİŞAF YOLUNDA. Ağstafada aqrar bölmənin inkişafı və məsuldarlığın daha yüksək göstəricilərlə qeydə alınması üçün aqro-texniki tədbirlər, xüsusilə suvarma işləri çox əhəmiyyətli bir şəkildə qurulmuşdu. Elə ötən ilin səyyar qəbulları, həmçinin icra strukturlarında vətəndaşlarla keçirilən görüşlər zaman...
ANL
Hər yaşam mərhələsinin öz mənzərəsi var. Və zaman-zaman bu mənzərələri xatırlayanda göz önünə gələn parlaq, ya da solğun rənglər içində yaşatdıqlarının nə qədər sağlam olduğunun sığortasıdı bəlkə də... Müəyyən bir dövrdə kimlər qurub bu mozaik mənzərəni? Və hər dəfə bir mərhələdən o birinə qədəm qoyanda, özünə verdiyin...
ANL
Paytaxtdan, ayrı-ayrı bölgələrdən, lap elə rayon mərkəzi Masallıdan da bura yolu düşənlər özlərini sanki başqa bir aləmdə, başqa bir məmləkətdə hiss edərdilər. Torpağa, əkin-biçinə, tarlalara, bağ-bağata bağlılıq, adamların biri-birinə olan sevgisi, isti, doğma münasibəti, səmimiyyəti kənar adama mehriban bir ailəni xa...
ANL
BİR AKTYORUN ŞEİR DÜNYASI. Onu teatr tamaşalarından, bədii filmlərdən, seriallardan tanıyırdım. Müxtəlif səpgili, bir-birindən fərqli rollar oynayırdı. Ağlıma belə sığışdıra bilmirdim ki, Nazir Rüstəm həm də şairdir. Amma günlərin bir günü yaşadığı Sumqayıt şəhərində, bir tədbirdə şeir söylədiyinin şahidi oldum. O, əzb...
ANL
HƏSƏN BƏY ZƏRDABİNİN VƏ ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOVUN NƏVƏSİ: ZƏRİFƏ XANIM KÜRDƏMİR (SULTANOVA) – 1. Prezident İlham Əliyevin sərəncamı ilə bu il may ayında çağdaş tariximizə Azərbaycan Cümhuriyyətinin qurucularından biri kimi daxil olan görkəmli siyasi xadim və dövlət adamı, diplomat, publisist Əlimərdan bəy Topçubaşovun...
ANL
Dövlət sərhədi evinizdən keçir? Beynəlxalq layihənin iştirakçıları bu problemi həll etməyə çalışır. Dünya teatr məkanına inteqrasiya etməyi qarşısına məqsəd qoyan və bu məqsədə addım-addım gedən "YUĞ" Dövlət Teatrı daha bir beynəlxalq layihə üzərində yaradıcılıq işi aparır. Sadə, el dilində desək, bu teatrda əcnəbilərl...
ANL
Heyrətamiz məktub, tərk edilmiş post, parçalanmış əsgərin son arzusu. Qarabağ müharibəsinin gerçək hekayətlərini Lent.az-a və "Ədalət"-ə kəşfiyyatçı Rey Kərimoğlu yazır. Layihə: "Kəşfiyyatçının xatirələri". Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəl...
ANL
Bir kərə yüksələn bayraq bir daha enməz. ADR-qurulmasının 95-illiyi münasibəti ilə. XX-əsrin əvvəllərində ölkədə müxtəlif istiqamətli siyasi dərnək və partiyaların fəaliyyət göstərməsi cəmiyyətdə yeni baxışların, o cümlədən müstəqillik duyğularının yaranıb inkişaf etməsinə əlverişli zəmin və şərait hazırlamışdı. Bütün ...
ANL
Litvada Azərbaycan yazarının əsərləri çap edilib. Mahir Həmzəyev. Litva azərbaycanlıları cəmiyyətinin sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü. Tanınmış yazıçı və dramaturq, ədəbiyyat üzrə nüfuzlu ödüllərin sahibi Elçin Hüseynbəylinin dörd hekayəsi bu ilin fevral – aprel aylarında Litvanın ədəbiyya...
ANL
Son on illikdə öz simasını tamam dəyişən Azərbaycanın füsunkar guşələri çoxdur. "Cənubun mirvarisi" adlandırılan Lənkəranın isə bir başqa hüsnü var. Talış dağlarının ətəklərində, mavi Xəzərin sahilində nazlanan bu rayonun gözəlliklərinin əsiri olanlar da az olmayıb. Keçmiş Sovetlər Birliyinin böyük rütbəli məmurları, r...
ANL
Heyvandarlıq məhsullarının istehsalında irəliləyişlər əldə edilmişdir. Sahibkarlığın inkişafı nəticəsində aqrar bölmədə 99 faiz göstərici özəl bölmənin payına düşmüşdür. Ötən 3 ayda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlar, iş adamlarına 61 min manat kredit verilmişdir. Torpağa bağlılıq, təsərrüfat işlərin...
ANL
Bugünkü müsahibimiz ədəbiyyat və kino sahəsində intellektual biliyə, dərin mülahizələrə sahib olan istadedlı yazar Sevda Sultanovadır. Yazıçı, jurnalist, yoxsa kino tənqdiçisi kimi... - Dünyada çox məşhur kino tənqidçisi var ki, onlarla müqayisədə mənim biliklərim, analizlərim kölgədə qalır. Bu mənada kino tənqidçisi d...
ANL
Yaz gələndə bu mənzərə tamamilə dəyişir və yeni bir görkəm alır. Yazın gəlişi tək təbiətdə gözəllik və füsunkarlıq yaratmır. Yazın gəlişi həm də insanların qəlbinə, ruhuna və ürəyinə bir yaz havası gətirir. Çünki yazda insanlar daha nikbin və daha ümidli olurlar. İnsanlar fikirləşirlər ki, bu yazda onların bütün arzula...
ANL
İflas etmiş biznesmen, sığorta mütəxəsisi, jurnalist. İlk romanında – avtobioqrafik səciyyəli "Buddеnbroklar ailsi" romanında öz ailə biznеslərinin timsalında Lübеkdəki bir ticarət firmasının tənəzzülü və iflas tariхçəsini təsvir еdən yazıçı və publisist Tomas Mann Almaniyanın şimalında, qədim liman şəhəri Lübekdə doğu...
ANL
Köpək və Zəncirlənmiş adam. İstənilən sənət adamı, yaradıcı insanla söhbətləşməzdən əvvəl onun həyatı, yaradıcılığı ilə dərindən tanış olmağı, hətta bəzi məqamlarda həmin bilgilərin çoxluğu ilə həmin insanları yaxşı mənada məlumat çoxluğu ilə təccübbləndirdiyini hiss etmək gözəl bir duyğudu. Bu günlərdə də çox istedadl...
ANL
Səlim Babullaoğlu: "Dünya ədəbiyyatından bu 5 yazarı oxumağı məsləhət görərdim". "Sərəncam işə düşsə, tərcümə işinə xeyli təkan verəcək". AYB-nin "Dünya ədəbiyyatı " jurnalının baş redaktoru, şair-tərcüməçi Səlim Babullaoğlunun Modern.az-a müsahibəsi. - Jurnalın nəşr olunmaması məndən asılı məsələ deyil. Masamın üzərin...
ANL
Qarabağın vuran ürəyi Ağdam. Düz bir qərinə əvvəl bu yollarla quşqonmaz qayaları, dərin dərələri, qalın meşələri olan Laçına gedərdim. İndi həm şirin, həm acı xatirəli qaranlıq gecələr nə qədər gözəl idi, İlahi. Heç vaxt yaşanmayacaq, heç vaxt öləziməyəcək o duyğular nə şirindir, nə təmizdir, İlahi. Maşın neçə yerdə da...
ANL
Salman Rüşdiyə peyğəmbəri təhqir etməyi kim tapşırdı? Salman Rüşdinin "İblislər kampaniyası". "Yeni hadisələrin ən böyüyü o oldu ki, "Tanrı öldü", ancaq insanların təbiəti elədi ki, ola bilsin mağaralarda min illər boyu onun kölgəsini göstərəcəklər. Və biz hələ onun kölgəsinə də qalib gəlməliyik". "İnsan həyatının zidd...
ANL
HƏSƏN BƏY ZƏRDABİNİN VƏ ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOVUN NƏVƏSİ: ZƏRİFƏ XANIM KÜRDƏMİR (SULTANOVA) - 2. Prezident İlham Əliyevin sərəncamı ilə bu il may ayında çağdaş tariximizə Azərbaycan Cümhuriyyətinin qurucularından biri kimi daxil olan görkəmli siyasi xadim və dövlət adamı, diplomat, publisist Əlimərdan bəy Topçubaşovun...
ANL
Yurdumuzun Cənub bölgəsində ədəbi həyat əvvəlkitək qaynayır. Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Lerik, Astara rayonlarında yaşayıb-yaradan çoxlu nasirləri, şairləri, publisistləri tanıyırıq. Vaxtilə mərkəzi mətbuatda çox çətinliklə çap olunan, kitabları nəşriyyatlarda yatıb qalan şairlər indi rahat nəfəs alır, heç...
ANL
Küçə qapısının səsi gəldi. Sonra qapıdan uzaqlaşan maşının uğultusu sübhün sükutunda eşidilməz oldu. Üstündən dağ götürülmüş kimi özünü yüngül hiss edən qadın sinə dolusu nəfəs alıb dərindən köks ötürdü: "İndi get, Gülay xanım dursun qulluğunda... İlahi, əl boyda yad qızı dağ kimi kişini necə ovsunlayıb". Rayonda irili...
ANL
Mən Gülşəni çoxdan tanıyırdım. İlk dəfə onunla bir toyda tanış olmuşduq. Bir suyu, hind aktrisası Zinet Amanın cavanlığına bənzəyirdi. Özü də çox arıq idi. Hansısa salonda saç ustası işləyirdi. Yaxşı əl qabiliyyəti vardı. Çoxları onun adamayovuşmaz, qapalı qadın olduğunu söyləsələr də mən onda mehribanlıq hiss etmişdim...
ANL
“Mənimlə gedə bilməyən adamlar olub”. Vurğun Əyyub: “Dost anlayışını hədsiz mücərrədləşdirməyə də gərək yoxdur”. Bu məşhur ifadə özünü nə qədər doğruldur?! XXI əsrdə, dünyanın Barak Obamanın saçına dönüb qiyami-qiyamətə getdiyi bir zamanda, dünən əlindən öpüb, dostum, qardaşım dedikləri Qəddafilərin sabah başına bomba ...
ANL
Sosial qayğıların təminatı iqtisadi inkişafdan asılıdır. İnsanların yaşam tərzinin daha mənalı olması üçün onların sosial qayğıları daha az olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və...
ANL
Hacıqabul səhiyyəsinin dünəni, bu günü və sabahı. Hələ neçə il əvvəl indiki Şirvan, əvvəlki Əli Bayramlı şəhər Mərkəzi Xəstəxanasında işləyəndən tanıyıram Beydulla həkimi. Hafizələrimizdə formalaşmış təmkinli, səliqəli, ünsiyyətcil həkim obrazı elə bil onun boyuna biçilib. Bir xeyli də sakitliyi sevən bu həkimlə 5-10 d...
ANL
Rəsulzadənin sevimli şairi, Azərbaycanın ilk “qorqudşünası” – ARAŞDIRMA. İstiqlal, o sönməyən müəbbəd bir məşalə. Könüllərdə tutuşur, gözlərdə sönsə belə. Azərbaycan Demokratik Cümhuriyyətindən (1918-20) bəhs edən yazılarda, kitablarda Gültəkin imzalı şairin bu bir bəndlik şeiri hər zaman diqqətimi çəkib. Hələ 15-20 il...
ANL
Hacıqabul səhiyyəsinin dünəni, bu günü və sabahı. Şəkərli diabet, irsi qan xəstəlikləri, xroniki böyrək çatışmamazlığı, vərəm, yoluxucu xəstəliklərin immunoprofilaktikası Rayon Mərkəzi Xəstəxanasında müvəffəqiyyətlə həyata keçirilmişdir. 2372 nəfərdən qan nümunəsi götürülərək GİÇS-ə görə müayinəyə göndərilmişdir. Rayon...
ANL
O nisgil həmişə mənim ürəyimdədi. Bugünkü qonağımız Respublikanın əməkdar artisti, Akademik Milli Dram Teatrının aktrisası Sənubər İskəndərlidi. - Sənubər xanım, uzun illərdi aktrisa kimi fəaliyyət göstərirsiniz. Sənətinizi, həm tamaşaçılar, həm də oxucular üçün necə xarakterizə edərdiniz? Sənətdə baş verən durğunluqla...
ANL
BÖYÜK ŞƏHƏRDƏ BÖYÜK İŞLƏR GÖRÜLÜR. (Əvvəli ötən saylarımızda). Təhsil... Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır. Məzunlardan 133 nəfərin attestat qiymətlərinin hamısı 5 olmuşdur. Sevindirici haldır ki, Şəki təhsilinin tarixində i...
ANL
Cənub bölgəsinin təqdimatı. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan pedaqoji fikir tarixində silinməz iz qoymuş onlarca parlaq simalar fəaliyyət göstərmişlər. Bütün həyat və fəaliyyətini həmvətənlərinin təhsilə, elmə, maarifə və mədəniyyətə yiyələnmələrinə həsr etmiş görkəmli ziyalılarımızdan biri də müəllim, ...
ANL
(Əvvəli ötən saylarımızda). "Niva" jurnalı təkcə biriilik nömrələrində Azərbaycan xalqının müharibəyə könüllü ianə toplaması haqqında və Qafqaz süvari briqadasının tərkibində vuruşan oğullarmızın qəhrəmanlığı barədə az da olsa məlumatlar verir. Onu da xatırladaq ki, Port - Arturda Ə. Şıxlinski və S. Mehmandarovdan başq...
ANL
İçərişəhərdə. içinə qaxılıb seyfə dönmüşəm, - divara sıxılıb barlyefə dönmüşəm, - Bir şəhidlikdə, dirilərə ağlaya-ağlaya. az qala öldürmüşəm özümü. Bir şahidlikdə, gerçəklərə bağlaya, bağlaya. Yuxulara açıq qoymuşam gözümü, Arxada körpüləri. çaxmağa, qova çəkmişəm. Nəsib koxanın Əskiparadakı. qənşəri yaylıq armudlu. Mə...
ANL
XIX əsrin sonu, XX əsrin əvvəli Azərbaycan ədəbiyyatının növbəti qızıl dövrü sayılır. Amma söz sənəti, sözün qüdrəti, sözün qeyrəti dövrə baxmır, deyənə baxır. Söz deyənlər, həm də qiymətli söz deyənlər Azərbaycan ədəbiyyatı tarixində növbəti dəfə XX əsrin əvvəlində meydana çıxdılar. XX əsrin əvvəlində böyük söz sahibi...
ANL
ÇİNGİZ CANDAR DAĞLIQ QARABAĞ VƏ MÜNAQİŞƏLİ QAFQAZ ÜÇLÜYÜ (1). Öncələr qəzetimizdə gedən "Onlar və məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və buna baxmayaraq zaman-zaman başqa məmləkətlərdə və xüsusi...
ANL
"Müharibədə qalib gələn tərəf olmur". Əməkdar artist Qurban İsmayılov: "Aktyorun tamaşaçıdan bircə istəyi var...". Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulan İsveç dramaturqu Lars Nurenin "Mən qayıtdım, qızlar"("Müharibə") pyesi son illərin ən uğurlu yaradıcılıq işlərindən sayılır. Teatr ictimaiyyəti bu tamaşanı...
ANL
("Bölgələrdə ədəbiyyat" silsiləsindən). Yurdumuzun gözəl guşələrindən biri də Xaçmazdır. Samur-Dəvəçi ovalığında yerləşən, Xəzər dəniziylə əhatə olunan, Dağıstanla sərhəddə yerləşən, gözəl təbiəti və elə bu təbiət qədər gözəl insanları ilə tanınan Xaçmazda son illər ədəbi həyat da gurlaşmağa başlayıb. Bunun əyani sübut...
ANL
XORUZ DÖYÜŞÜ. Zəng edib hal-əhval tutmaq istədim, heç olmasa bircə dəfə də olsa qulluğunda durmaq könlümdən keçdi. Əvvəlcə görüşməkdən boyun qaçırdı. İsrarlı olduğumu görub, yerini nişan verdi: - Dəmirçoğlu, stadionun arxa tərəfində xoruz döyüşündəyəm. Bura gəlib kimdən soruşsan, yerimizi nişan verəcəklər. Könlündən ke...
ANL
Əgər düz baxmasalar - mənim Aqil Abbas haqqında düz yazmağım düz çıxmayacaq. Bu fikir yolda ağlıma gəldi, düzünü desəm ürəyimdən keçdi. O yolda ki, bu yol bizi itirilmiş, amma bir hissəsi bizdə olan torpaqlarımıza aparırdı - Füzuliyə. Bir hissəsi bizdə olan rayonumuzda "Dolu" filminə baxış olacaqdı. "Dolu" filminin yar...
ANL
Şəmistan Nəzirli, İstefada olan olan polkovnik-leytenant. (Əvvəli ötən saylarımızda). ƏLİ AĞA ŞIXLİNSKİ PORT-ARTUR DÖYÜŞLƏRİNDƏ. Azərbaycanlılar birinci dəfə deyil ki, vuruş meydanlarında yaponlarla qarşı-qarşıya gəlirlər. Mən Port-Artur uğrunda gedən döyüşlərdə fərqlənmiş məşhur topçü Əli ağa Şıxlinskinin adını çəkə b...
ANL
(Əvvəli ötən saylarımızda). General Mehmandarov əsirliyə yolu düşdüg o, vicdanına and içib "evə" gedənlərin ən qəddar düşməni olacağını bildirdi.Gündüz saat on ikidir. Yaralıların yanında idim. Məsələn: həmişə döyüş mövqelərinin sağ cinahında olan F. və Ş. qeyd etdilər ki, güya mövqelərdə olarkən necə olubsa, onların y...
ANL
Bir ömrün qəhrəmanlıq dastanı. İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş igid Azərbaycan oğulları barədə söhbət düşəndə həmişə Gülüstan nənəmi xatırlayıram. Ciyər-parası Məmməd Xəlilov müharibədən qayıtmadı. Beli ikiqat olmuş zavallı qadın gözlərini əbədi yumana qədər oğlunu gözlədi. O, Məmmədin həlak olacağına,...
ANL
KAŞ AYRILIQ OLMAYAYDI. Könlüm istər gələ yarım, Şirin-şirin gülə yarım. Kaş dərdimi bilə yarım, Kaş ayrılıq olmayaydı. Gəldi ömrün qürub çağı, Kaş ayrılıq olmayaydı. Hey axtarır səni gözüm, Ocağımda sönüb közüm. Ayrılığa necə dözüm? Kaş ayrılıq olmayaydı. Neylim, fələk çox namərddi, Vahid sənə kim həmdəddi? Tənha qalma...
ANL
Bu xanımın bir müddət əvvəl söylədiyi fikirlər ədəbiyyat cameəsində böyük səs-küyə səbəb olmuşdu. İllərdir yazıçıların "ciddi ədəbiyyat nümunəsi yaradırıq, amma oxuyan yoxdur”,- deyib oxucuları günahlandırmağına bu xanım sərt cavab vermişdi: "Yaxşı əsər , tez satılır”. O, bu fikri ilə yazarların yox, oxucuların tərəfin...
ANL