text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
DİLÇİLİYİN GƏLƏCƏYİ. "Xalqın dili onun mənəvi həyatının heç bir vaxt solmayan və daim yenidən çiçəklənən, tarix hüdudlarından çox uzaqlarda başlamış boyasıdır. Milli dilin mənəvi dəyərliyi, maddi nemət olan çörəyin dəyərliyi qədərdir, bəlkə hələ ondan da artıqdır. Bu kəlamın iki mənası var: keçmişdə "dilinin bəlasını" ...
ANL
Bitməmiş mövzu. Söhbət Şirvan şəhər təhsilinin uğurlarından gedir. Azərbaycan Respublikasının təhsilində öz xüsusi çəkisi olan Şirvan şəhəri qabaqcıl maarif ənənələrini, elmin müasir yeniliklərini bu gün də uğurla davam etdirir. Çünki Ulu Öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" deyimi həm də özündə millətlə...
ANL
Bitməmiş mövzu. Söhbət Şirvan şəhər təhsilinin uğurlarından gedir. Məktəbin tədris prosesindən danışsaq kurikulumun uğurlu tətbiqindən mütləq bəhs etmək lazımdır. Bunun üçün ibtidai siniflərimizdə əlverişli şərait yaradılmışdır. Kurikulum jurnalında dərc olunmuş materiallardan tədris prosesində yaradıcı şəkildə istifad...
ANL
“Məmməd Araz poeziyası ruhumuzun poeziyasıdır”. Şairin Fəxri Xiyabandakı məzarı önündə reallaşan tədbirə Məmməd Araz ocağının dəyərli nümayəndələri ilə yanaşı millət vəkilləri, şair sevərlər və ictimayyətin tanınmış simaları qatılmışdı. Millət vəkili Aqil Abbas çair haqqında danışarkən qeyd etdi ki, Məmməd Araz yaradıc...
ANL
Qorxulu yuxuların qəhrəmanı. İbad Hüseynov. Söhbət Qarabağ müharibəsinin qəhrəmanı, "Azərbaycan Bayrağı" ordenli döyüşcü, kəşfiyyat-diversiya dəstəsinin komandiri, bu gün uşaqdan böyüyə hamının yaxşı tanıdığı İbad Hüseynovdan gedir. O, həm də Xocalı, Qaradağlı qatili Monte Melkonyanı 1993-cü ilin iyununda Xocavənddə öl...
ANL
Dağların qoynunda oxunan şərqi. Çoxları üçün turist mövsumu başa çatdı. Daxili turizmin də qələbəliyi hələ sentyabr bitmədən adi günlərə döndü. Bütün bunlara normal baxmaq gərəkdir. Ancaq respublikanın elə bölgələri də var ki, istək və zövqə görə, bütün fəsillərdə qonaq-qaralı olur, "peşəkar turistləri" cəlb edir. Məsə...
ANL
("Bölgələrdə ədəbiyyat" silsiləsindən). Nəinki doğulduğlu Ordubadın Tivi kəndində, bütün Naxçıvanda və Azərbaycan ədəbi mühitində onu yaxşı tanıyırdılar. Şair kimi də, ictimai iş adamı kimi də kifayət qədər tanınır və sevilirdi. Ordubadın Tivi kəndi Kiçik Qafqazın ən uca zirvəsi olan Qapıcıq dağının ətəyində yerləşir. ...
ANL
İnsan Mənzərələri. Ən çox Akif Səməd danışırdı Oqtay Xalloğlunun əhvalatlarından. Bir sinifdə oxumuşdular. Hər Bakıya gələndə (96-cı illərdə Gəncənin Kəpəz rayonu Hərbi komissarı idi) Akiflə görüşməmiş, onun dost payını verməmiş geri dönməzmiş. Aşıq Qərib isə onun ən sevimli aşığı idi."Qərib mənim aşığımdı" - deyib büt...
ANL
"Əmir Teymur"un Almatada təqdimatı keçirildi. Qazaxıstanın Birinci Prezidentinin Fondu, bu ölkənin Yazıçılar İttifaqı Bakıdakı Mahmud Qaşqari Fondu ilə birgə yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun Almatıda rus dilində çap olunmuş "Əmir Teymur" romanının təqdimatını keçirib. Adalet.az-ın ...
ANL
BƏZİ ŞEİRLƏRİN YARANMA TARİXİNDƏN. Doqquz ildir ki, Məmmədsiz onun anadan olan gününü ailə dairəsində, səssiz-səmirsiz keçiririk. Buludlar qalacaq, ağlar qalacaq, Ey mənim yaşamaq, yazmaq həvəsim, Tək səni özümlə aparasıyam. Tikan qayğıları, buz baxışları, Ayaz gülüşləri duyarsan onda... Niyə belə yazmışdı? Demək kardı...
ANL
(əvvəli ötən saylarımızda). Bəli, o valyuta sizin "Unuda bilmişəm" əsərinizin qonorarı olub, - deyə İlyas müəllimin əlindən tutdu oğlan. Onun dalğavari köynəyi bədəninə kip yapışmışdı. Enli kürəkləri lay divar idi. Zil qara saçları boynunun ardında sınır, geri qayıdırdı. Qızğın və həyəcanlıydı. Birdən iri qara gözləri ...
ANL
Həyat təcrübəm yaşıma ağırlıq edir... Yola saldığımız bu tələm-tələsik illər ərzində insanların yaddaşında özünə bir təmiz guşə ayırıb, orda illərcə yaşamaq, var olmaq hər sənət adamına nəsib ola biləcək xoşbəxtlik deyil. Bu sözlərdən sonra biz onu bir müddət mavi ekranın sirli-sehrli aynasından itirdik. Amma yaddaşımı...
ANL
HƏR ŞAGİRD BİR ÜMİDDİR. Ağdamda təhsilə bu prizmadan baxırlar. Bu gün regionların inkişafına dair Dövlət Proqramına uyğun olaraq ölkəmizin bütün bölgələrində həyatın inkişaf tempi diqqəti çəkir. Təbii ki, bu sürəti, bu inkişafı cəbhə xəttindən uzaq ərazilərimizdə izləmək, müşahidə etmək çox asandır. Çünki barıt qoxusun...
ANL
Mənim onunla tanışlığımın (əslində isə imzası ilə tanışlığımın) tarixi ötən əsrin 80-ci illərindən boy alır. Otuz ilə yaxındır ki, gəlimli-gedimli jurnalistika dünyasında nəzərlərimdə sabit qədəm yer tutmuş iki-üç imzalardan biridir onun imzası. Kimdən yazır yazsın, nədən yazır yazsın, onun yazılarını oxuyanda təsvir o...
ANL
Bu yaxınlarda şair Məmməd Arazın 80 illiyi təntənəli şəkildə qeyd edildi. Bu münasibətlə şairin xanımı ilə görüşüb sənətkarımızı bir daha xatırladıq. Gülxanım Məlikməmmədovanın Lent. az-a müsahibəsi. - Sənətkarla yaşamaq çox çətindir. Rəhmətlik Əzizə Cəfərzadə deyirdi ki, yazıçının, şairin əgər kişidirsə xanımı, qadınd...
ANL
(əvvəli ötən saylarımızda). O yoldaşı da götürək özümüzlə yuxarı. Özü də sənətşünaslıq üzrə alimdi. Mənim də üzüm ağ olsun katibimin yanında. Bilirsinizmi, sonra burdan birbaşa gedəcəyik Raykomun qonaq evinə. Yaxşıca dincələrsiniz bir-iki həftə. - Amma soruşmaq ayıb olmasın, bəs yanınızda oturan bu saç-saqqallı yoldaş ...
ANL
HƏR ŞAGİRD BİR ÜMİDDİR. Ağdamda təhsilə bu prizmadan baxırlar. Ağdamda həyatın digər sahələri ilə yanaşı, təhsilə verilən önəmin xüsusi yeri var. Çünki təhsilin sabahımıza bir özül, bir mayak olduğunu hər kəs yaxşı bilir. Ona görə də təkcə müasir avadanlıqlar, kompüter vasitələri deyil, həm də təhsilin sirrini bilən, h...
ANL
BU, RAMİZ NOVRUZOVDUR... Zahirən, onunla oturub söhbət edəndə, yol gedəndə, ünsiyyətdə olanda o qədər də hiss eləmirsən bu, aktyordur, özü də istedadlı, sənətdə özünün dəst-xətti olan, öz SƏSİ və NƏFƏSİ ilə seçilən aktyor-XALQ artisti Ramiz Novruzov. Zahirən onunla dünyanın cürbəcür işlərindən söhbət edəndə, o söhbəti ...
ANL
ÜRƏYİNİN YOLLARI İLƏ ADDIMLAYAN ŞAİRƏ. "İctimaiyyət və təhsil" ictimai-siyasi hüquq qəzetinin təsisçi və baş redaktoru şairə-publisist, "Əsrin ziyalısı-ilin şairəsi", fəxri diplom təltifçisi, "Qızıl qələm" mükafatçısı, Mayisə Əsədullaqızının sayca ikinci olan "Ürəyimin yolları var" kitabı haqqında mülahizələrim. Mayisə...
ANL
Bu günlərdə "Mingəçevir leysanı" jurnalı növbəti 22-ci sayı ilə yenidən oxucuların görüşünə gəlmişdir. Əvvəlki saylarda olduğu kimi bu dəfə də dərgidə çeşidli ədəbi janrlarda qələmə alınan yazılar üstünlük təşkil etmişdir. İlk səhifələrdə istedadlı söz adamı Sabir Şirvanın "Azərbaycan" poemasının bir hissəsi işıq üzü g...
ANL
Gənc alimin yeni kitabları. Nəsib Heybət oğlu Şükürov Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. Yeddioymaq kənd orta məktəbinin və Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini əla qiymətlərlə bitirmişdir. Təhsil aldığı ali təhsil müəsisəsinin gənc, qabaqcıl müəllimi hesab olunur. "Azərbycan Resbublik...
ANL
BİR ÜMİDİN İŞIĞINDA. "Naxçıvan"ın xüsusi buraxılışı. Yazı masamın üstündə bir jurnal var. Əslində bu jurnaldan daha çox mükəmməl bir topludu. Çünki buradakı fikirlər, burada təqdim olunan mülahizələr, eləcə də bu xüsusi buraxılışın ünvanı olan poeziya çeşməsi Azərbaycan ədəbi fikrinə sanballı bir dayaq, sanballı bir mə...
ANL
MƏMMƏD ARAZIN XEYİR-DUASI İLƏ. (Söhbət şair Gülhüseyn Kazımın yaradıcılığından gedir). Keçən əsrin yetmişinci illəriydi. Poeziyaya yeni bir nəsil gəlirdi və bu nəslin içərisində qaraşın bir oğlan da seçilməyə, fərqlənməyə çalışırdı. Bu oğlan Cəbrayıldan gəlmişdi Bakıya. Şeirləri ilə mətbuat səhifələrinə təzə-təzə yol a...
ANL
Bütün saylarını oxuduğum "Ədələt"in vaxtiylə "Ədəbiyyat" əlavələri hazırlardı. O zaman o əlavələrin sonuncusunu oğlum almışdı. Səhər elə "danüzü"nün əlindən sivişən bomboz havada vərəqlədim. Riyadan, paxıllıqdan uzaq bir ədəbiyyat toplusu təsiri oyadan səhifələrdə Vaqif Yusifli ilə Tofiq Abdinin imzaları mənə daha yaxı...
ANL
İllərin qanadında. Gecənin sükutunu iti addımlarla şütüyən ayaq səsləri pozurdu. Bu addımlar sanki ölümlə çarpışan kimisə həyata qaytarmağa, sönmüş bir ümidi yaşatmağa tələsirdi. Əməliyyat otağında hər şey hazır idi. Bir anda cərrahi formasını geyinib, həmişə olduğu kimi köməkçi tibb işçilərinə lazımi məsləhətlərini ve...
ANL
Zaman yaşadacaq Azərbaycanı! Qazana boy tutub, boylayıb gedib, Beyrəyə toy tutub toylayıb gedib, Qaraca çobanı haylayıb gedib, Eldən ayrılmayıb elin ozanı, Ozan yaşadacaq Azərbaycanı! Koroğlu qocalıb, nərəsi qalıb, Nəsimi soyulub, dərisi qalıb, Babəkin qol boyda yarası qalıb, Əsrlər ötsə də, kəsilmir qanı, O qan yaşada...
ANL
Cəlilabad - Taleyini günəş yazır bu diyarın. Cəlilabad rayonu ölkədə aparılan genişmiqyaslı işlərdə öndə gedir. Son illər rayonda həyata keçirilən işlər, sosial-iqtisadi sahədəki inkişaf uğurların təsadüfi olmadığını sübut edir. Rayon İcra Hakimiyyətində işlərin gedişi tez-tez müzakirə olunur, qarşıya çıxan problemləri...
ANL
Ehtiram İlham: "Şairlik insanın həyat tərzidir". Ehtiram İlham imzasını gənc nəsil yetərincə tanımır. Onun kimi ədəbiyyat adamı, ədəbiyyat təəssübkeşi kifayət qədər populyar deyil. Məmməd İsmayılın "Gənclik" ədəbi birliyindən başlayan yol onu meydanlara, mitinqlərə, siyasi mübarizəyə çəkib gətirib. Qəribədir ki, Ehtira...
ANL
Cəlilabad - Taleyini günəş yazır bu diyarın. Cəlilabad rayonu ölkədə aparılan genişmiqyaslı işlərdə öndə gedir. Son illər rayonda həyata keçirilən işlər, sosial-iqtisadi sahədəki inkişaf uğurların təsadüfi olmadığını sübut edir. Rayon İcra Hakimiyyətində işlərin gedişi tez-tez müzakirə olunur, qarşıya çıxan problemləri...
ANL
Kamal müəllim, sizinlə "Mən öz İtaka adama hökmən qayıdacağam”adlı son söhbətdə bir sıra ədəbi problemlərə toxunduq. Bunların arasında sovet ədəbiyyatının mahiyyəti, ədəbiyyatda bütləşdirmə, kitab mədəniyyəti, kitab oxumaq metodu və prinsipləri, yazıçı və cəmiyyət, üslub və üslubçuluq, "literaturşina” kimi anlayış və m...
ANL
ŞEİRİMİZDƏ QARABAĞ. "İnsan ağır bir itkiylə üzləşəndə, tüstüsü təpəsindən çıxanda, içərisi yananda, qəzəbi başdan aşanda, dərindən ah çəkib dünyanı silkələyəndə çırpınır, döyünür, düşünür və düşündürür, "niyələr", "neyçinlər" sinəsini para-para eləyir. Mən də bu əsəri yazanda həmin hissləri keçirmişəm. Səməd Vurğunu üz...
ANL
İnsan Mənzərələri. İllər zülümlə ötüb gedirdi. Nə baharın əlvan çiçəklərlə gəlişi, nə isti, qızmar yay genləri, nə solğun bənizli payız fəsli, nə də hirsli, hikkəli qış ayları öz növraqları ilə onun gözünə görünmür, hər xoş gününün, hər şaqraq gülüşünün içində yuvalanmış Vəzzühə dərdini bircə an belə unuda bilmirdi. Və...
ANL
Lənkəranda limon sarı. Dünyanın istənilən nöqtəsində, o cümlədən də Azərbaycanda insanların həyat şəraiti, sosial durumu xüsusi əhəmiyyət kəsb edir. Ölkənin durumu gözdən keçiriləndə məhz bu məqam xüsusi ilə qabardılır. Yəni iqtisadi cəhətdən təmin olunmaq, problemlərdən qismən də olsa, can qurtarmaq hər bir insanın öz...
ANL
Öncələr qəzetimizdə gedən "Onlar və məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və buna baxmayaraq zaman-zaman başqa məmləkətlərdə və xüsusilə qardaş Türkiyədə haqqımızdı gedən yazılar bizim diqqətimiz ...
ANL
Azərbaycanda Beynəlxalq Konfrans öz işinə başladı. Bakıda Central Park Hoteldə "Dünyanın dağlıq regionlarında turizmin davamlı inkişafı üçün dağ idman növlərinin Qafqaz nümunəsində mühüm rolu” mövzusunda Beynəlxalq Konfrans işinə başlayıb. Adalet.az xəbər verir ki, 3 sessiyada təşkil olunan konfransın 1-ci sessiyası "D...
ANL
Məmməd Araz dünyasına səyahət. Zəlimxan Yaqub Xalq şairi. Borçalıdan Bakıya təzə gəlmişdim. Azərbaycan mətbuatına təzə-təzə ayaq açırdım. Çağdaş Azərbaycan şairlərini görmək, tanımaq, duymaq istəyirdim. Sevdiyim adlar içərisində bir ad da var idi. Məmməd Araz! Əvvəllər Məhəmməd İbrahimov olan, adında və soyadında iki p...
ANL
Həyatın özü qədər gerçək ömür. Dünya bir pəncərədir - deyənlər doğru deyib. Çünki biz istəsək də, istəməsək də bu pəncərə dünyadan çox boylanırıq, çox baxırıq. Özü də hər baxışımızda nəsə axtarırıq, nəsə tapırıq və axtarıb tapdığımız, xatirələrinə daldığımız, gah da üstündən sükutla keçdiyimiz həmin o "dünən" sözü bütü...
ANL
BÖYÜK ŞƏHƏRDƏ BÖYÜK İŞLƏR GÖRÜLÜR. Nazirlər Kabinetinin 2013-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxış edən cənab Prezident demişdir: "Deyə bilərəm ki, doqquz ay çox uğurlu keçdi, qarşımızda duran bütün vəzifələr icra edildi. Azərbaycan iqtisadiyyatı bu il uğurla inkişaf edir...
ANL
Sözün müqəddəsliyinə tapınan, sözə ilahi bir eşq ilə bağlanan söz xiridarı Mirəfsəl Təbibin daha bir kitabı haqqında söz demək məqamıdır. Son vaxtlar geniş oxucu auditoriyasının ixtiyarına verilmiş "Təbibim, obaya, elə arxalan", "Bir ömür sürmüşəm, dünya görmüşəm", "Fikirlərim, mülahizələrim, xatirələrim", "Dünya ola b...
ANL
Zəngilansızlıq cəzası…. Elməddin Muradlı. Zəngilan rayonunun Babaylı kəndindəyik. Motosiklet sürüb tütün yığmağa gedirdik, ot biçirdik, tüfəng götürüb ova gedirdik, tövləni təmizləyirdik, quzu otarırdıq… Kişi kimi olurdu kənd uşaqları. Biz də kişi kimi kəndimizi qoruyurduq. Cibimizdə güllə, qumbara gəzdirirdik. Əldə dü...
ANL
Onda Qaçay müəllimin altmış yaşı tamam olmuşdu, Bakıda yaşayırdı və Televiziya və Radio Verilişləri Şirkətində Bilgi və uşaq dünyası redaksiyasında çalışırdı. Onunla neçə illik tanışlığım vardı və Qaçay Köçərlinin xasiyyəti, xarakteri bir az mənə məlum idi. Bilirdim ki, o, çox təmiz adamdır, ürəyində söz saxlamır, heç ...
ANL
Bura məskənidir gözəlliklərin... Pöhrələr, şitillər indi körpədir, Fidanlar on qarış deyil hələlik. Sabah boy atacaq, görəcəksiniz. Xəzərin qoynunda yaşıl meşəlik. Qumsalı gülüstan edən kəsləri. Nəsillər hörmətlə yad edəcəkdir. Xalq şairi O.Sarıvəlli. İyirmi ildir ki, Abşeron arxipelaqının sahəsinə görə ən böyük adası ...
ANL
Şəmistan Nəzirli, İstefada olan olan polkovnik-leytenant. 1988-ci ildə Xırdalan qəsəbəsində yaşayan səksən iki yaşlı generalın qohumu Nadir Teymurzadənin söhbəti: "Məşhur sərkərdə Səməd bəy Mehmandarov anamın dayısıdır. Atam Teymur Peterburq mühəndislik institutunu bitirmişdi. Məni anam yeddinci nümunə məktəbinə qəbula...
ANL
Kaş külək olaydım, dəli bir külək, Əsəydi üstündə sözüm yurdumun. Bu sətirlər şairə Nəzakət xanımın "Yurd həsrəti" şeirindəndir. Yenicə işıq üzü görən "Ömrün qatarı" kitabında təqdim olunmuş bu şeirdə sanki iyirmi ildən artıq Vətən niskili sinəsini döyənək eləyən, Yurd həsrətiylə qovrulub yanan mən və mənim kimi yüzlər...
ANL
Bu günkü müsahibim gözəl aktrisa, mehriban insan, səhnəmizin xalq artisti Firəngiz Mütəllimovadı. -Firəngiz xanım, dərzi, jurnalist və aktrisa olmaq istəmisiniz? Necə oldu ki, üçüncü sırada yer alan sənət sizin həyatınızda birinci oldu? Mən bu üç sənətin üçünün də vurğunu olmuşam. Çünki, hər biri özlüyündə yaradıcılıq ...
ANL
Bizim keçmişdə başqa xalqların qibtə etmələrinə layiq böyüklərimiz çoxdur. Əgər biz istəyirik ki, gələcəkdə bizim xalqımızdan böyük şəxsiyyətlər yetişsin, həmin böyükləri müasirlərimizə, gənclərimizə yaxşı tanıtmalıyıq. Keçmişə məhəbbət gələcəyə xidmətdir. Əkrəm Cəfər, professor. Sadıq bəy oğlunun orta təhsil alması mü...
ANL
Azərbaycanda alternativ turizm növlərinin inkişafı üçün Budaq Budaqov irsi dərindən öyrənilməlidir. (Korifey alimin əziz xatirəsinə). İnsan taleyi bu dünyada ölçülüb-biçilib deyirlər. Kimin ömrü nə qədərdir, nə zaman bitəcək, bunu yalnız Allah bilir. Adama elə gəlir ki, Tanrı Budaq ömrünü əvvəlcədən səxavətlə verib. O ...
ANL
Ustadla söhbət. Qələmi publisistikada da şeirdəki qədər kəskin olan Xalq şairi Məmməd Arazın hələ 1967-ci ildə yazdığı "Mədəniyyət hardan başlayır?” məqaləsinin başlığını oxuyub iş otağımın pəncərəsindən çölə doğru boylanıram. Düşünürəm ki, bəlkə də, böyük şair indi doğma Naxçıvanının necə olduğunu yəqin ki, bilmək ist...
ANL
İradə Tuncay: "Mən ruhən Cəfər Cabbarlının varisiyəm". Tanıdığınız, bildiyiniz məşhurların "gözünün işığı" olan övladlarını, varislərini söhbətə çəkirik. Maraqlıdır axı: cəmiyyətdə tanınan, populyar, reytinqli... birisi övladının gözündə necə görünür? Onlar sıradan gənclərdən nə ilə fərqlənir, necə həyat tərzi keçirir,...
ANL
Xeyirxahlıq əsl ziyalılıqdır. Əkbər Hüseynzadə. Yumruq boyda bir ürəyin nələrə qadir olduğunu, dünyanın, bizi əhatə edən bütöv bir aləmin orada özünə necə sığınacaq tapdığını fikirləşəndə bəzən heyrətə gəlirsən. Bir-birlərinə bənzəmirlər. Bax, insanlar da eləcə müxtəlif olur. Yaşadığımız həyat bizi çox insanlarla qarşı...
ANL
Ağasəfanın "Göydələndən baxan uşaq" və "Bir dəqiqəlik sükut" poemalarında onun şairlik təbiətinin başqa bir xüsusiyyəti də diqqəti cəlb edir. Bu da onun ictimai mövqeyidir, şair rastlaşdığı, üz-üzə gəldiyi, müşahidə etdiyi həyat hadisələrinə, neqativ hallara münasibətini bildirir, bəzən ironiya ilə, bəzən lap açıq şəki...
ANL
Düşmənlə göz-gözə, erməni qarının arabada gülməyi, cəhənnəm dəqiqələri... Qarabağ müharibəsinin gerçək hekayətlərini Lent.az-a və "Ədalət"ə kəşfiyyatçı Rey Kərimoğlu yazır. Layihə: "Kəşfiyyatçının xatirələri". Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əv...
ANL
Diqqətin alternativi məsuliyyətdir, inkişafdır, uğurdur. Azərbaycan Prezidenti İlham Əliyev indiyə qədər Hacıqabul rayonuna 6 dəfə səfər etmişdir. Su həyatdır, kanalizasiya təmizlik. Yayı quraq və çox isti keçən Hacıqabul rayonunda suyun nə demək olduğunu izah etmək artıqdır. İndi daha bu problem həll edilməkdədir. Hac...
ANL
İKİNCİ DÖNƏM: HÜSEYNAĞA ATAKİŞİYEV. REJİSSOR HÜSEYNAĞA ATAKİŞİYEV HANSI QƏZETLƏRİ OXUYARDI. Hər nə qədər unudulmaz dramaturqumuz İlyas Əfəndiyev desə də ki, GERİYƏ BAXMA, QOCA insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər...
ANL
O, altmış il öncə Naxçıvanda, Ordubad rayonunun Tivi kəndində dünyaya göz açıb. Şimalda, Zəngəzur silsiləsinin ətəyindədir. Bu kəndin özünəməxsus gözəl təbiəti olduğu kimi, onu məşhurlaşdıran ziyalıları da olub və indi də var. Azərbaycan Yazıçılar Birliyinin təxminən on üzvü Tividəndir (ötən illərdə və indi). Elman Həb...
ANL
QƏDİM MÜASİR ŞAMAXI. Məlum olduğu kimi, 2013-cü ilin iyul ayının 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Həmin iclasda dövlətim...
ANL
QƏDİM MÜASİR ŞAMAXI. (əvvəli ötən saylarımızda). 2013-cü ilin birinci yarısı ərzində Şamaxı şəhər 1 saylı uşaq bağçası-körpələr evinin tikintisi sürətlə davam etdirilmiş, Fövqəladə Hallar Nazirliyi tərəfindən şəhərin 20 Yanvar küçəsində inşa olunan beş mənzilli yaşayış binası istifadəyə verilmişdir. Muğanlı kəndində sü...
ANL
Bu gün Ağdam rayonunda yaşayan əhalinin sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün gərəkli olan bütün addımlar atılır. İstər dövlət vəsaiti hesabına, istərsə də özəl sektorun imkanları daxilində rayonda yeni iş yerlərinin açılması, sosial obyektlərin istifadəyə verilməsi, məhsul istehsalının artırılması və digər probl...
ANL
və yaxud "Gündəm" qəzetinin baş redaktoruna Açıq məktub. Ramiq Muxtar şair-dramaturq, prezident təqaüdçüsü. Hörmətli baş redaktor! Sizin rəhbərlik etdiyiniz "Gündəm" qəzetinin 31 avqust 2013-cü il nömrəsində dərc olunan "Cavid Qurbanovun qaranlıq keçmişi" adlı yalan, böhtanla dolu, qərəzli yazınızı oxuyandan sonra bu q...
ANL
BU İNKİŞAF, BU YÜKSƏLİŞ SEVİNDİRMƏZMİ? Qəribə hadisələrin sirri və sevinci. İndi bu yerlərə Azərbaycanın İsveçrəsi də deyirlər. Ölkənin şimal-qərbində, xüsusilə bir-birinə qovuşuq üç qonşu rayonda yaxşı mənada qəribə hadisələr baş verir. Əvvəllər Zaqatala istisna olmaqla müasirliyin uzaqlığında qalan bölgənin şəhər, qə...
ANL
BU İNKİŞAF, BU YÜKSƏLİŞ SEVİNDİRMƏZMİ? Qəribə hadisələrin sirri və sevinci. İndi bu yerlərə Azərbaycanın İsveçrəsi də deyirlər. Göründüyü kimi, heyvandarlıqda bütün növ məhsulların istehsalı üzrə artım əldə olunmuşdur. "Azəryemsənaye" MMC-də son 6 ayda heyvandarlıqda istifadə olunan 800 ton qüvvəli yem istehsal edilmək...
ANL
BU İNKİŞAF, BU YÜKSƏLİŞ SEVİNDİRMƏZMİ? Qəribə hadisələrin sirri və sevinci. İndi bu yerlərə Azərbaycanın İsveçrəsi də deyirlər. (əvvəli ötən saylarımızda). Ə. Ansuxski küçəsində yerləşən iki çoxmənzilli yaşayış binasının və şəhər 2 saylı uşaq bağçasının istiliklə təchizatı məqsədilə yeni, müasir qazanxananın tikintisi ...
ANL
O YUXULAR YADIMA DÜŞÜR... Zaman o Zaman idi... O Zaman ki, unudulmaz dramaturqumuz İlyas Əfəndiyev demişdi: GERİYƏ BAXMA, QOCA... Amma insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliv...
ANL
("Bölgələrdə ədəbiyyat" silsiləsindən). O, gözəlliklər diyarı Lənkəranda dünyaya gəlmişdi. Şeirlərində də bu gözəl diyarı tərənnüm etməkdən yorulmurdu. Burdadır ən gözəli. Lənkəran bir gözəldir- Bəzənir Xəzər adlı. Güzgünün qabağında. Qızılgülün rəngidir. Lənkəran elə bil ki, Xəzərin yaxasında. Qızılgül çələngidir. Uşa...
ANL
İ R S. Böyük alim, müdrik insan Əlövsət Quliyevin işıqlı xatirəsinə. Dəniz kükrəyib coşur, dalğalar bir-birini qova-qova sahilə cumur, sal daşlara çırpılır, parçalanıb ağ kəpənəkləri xatırladan damlalara çevrilir, havada uçuşaraq narın qumluğa səpələnir... Bir azdan xəzri səngiyir. Şərqdə, göyün dənizə sinə gərdiyi yer...
ANL
"Tamaşaçını utandırmaq yox, maraqlandırmaq istəyirik". Şəhərin yay günləri başa çatır. Paytaxt əvvəlki qaynar həyatına qayıtmaq üzrədir. Tətildən qayıdan teatr kollektivləri də yeni mövsümün hazırlıqlarına başlayıblar. Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 86-cı mövsümünə start verir. Teatrın direktoru əməkdar artist M...
ANL
BU İNKİŞAF, BU YÜKSƏLİŞ SEVİNDİRMƏZMİ? Qəribə hadisələrin sirri və sevinci. İndi bu yerlərə Azərbaycanın İsveçrəsi də deyirlər. (əvvəli ötən saylarımızda). Səhiyyədə yeniliklər çoxdur. Əhaliyə səhiyyə xidmətlərinin göstərilməsi sahəsində 2013-cü ilin I yarısında doğuş zamanı ana ölümü və uşaq ölümü istisna olmaqla əsas...
ANL
HƏR SƏHƏRİ XOŞ GÜZARA AÇILAN ŞƏHƏR... İndi tamam başqa günlər yaşanır... İndi növbəti dəfə Şəki rayonundan yazı hazırlayarkən nəyi xatırlayıram? Yaxın keçmişin yeknəsək günlərini. Yox, bu da ədalətsizlik olardı ki, Şəki tam durğunluq içində olub deyə ittiham irəli sürək, müəyyən tədbirlərin, irəliləyişlərin sevincini, ...
ANL
ADİLİYİN VƏ QEYRİ-ADİLİYİN MODERNİZMİ. Tanınmış publisist Məzahir Əhmədoğlunu 35 ildən çoxdur tanıyırıq. 90-cı illərdən sonra nadir hallarda olsa da rastlaşır və bəzi uzun-qısa söhbətlərimiz də baş tutur. Bu söhbətlərin nüvəsində bəzən "mübhəm ziddiyyət", bəzən normal ədəbi diskussiya, bəzən də dostlar və özümüzlə bağl...
ANL
Əhalinin sosial müdafiəsinə dövlət qayğısı. Şəkililər ölkə rəhbərinin əhalinin sosial müdafiəsi sahəsində yeritdiyi siyasəti yüksək qiymətləndirir, aztəminatlı əhali qrupuna göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi qəbul edir. Nazirlər Kabinetinin iyul ayının 18-də keçirilən geniş iclasında çıxış edən Preziden...
ANL
2013-cü ildə ayrılmış yerli büdcə vəsaiti hesabına bu il şəhərin 16 küçəsində abadlıq işlərinin aparılması, 17 küçədə isə asfalt beton örtük çəkilməklə yolların əsaslı təmir edilməsi nəzərdə tutulmuşdur. Cari ilin I yarısında H.Əliyev, M.Ə.Rəsulzadə, M.F.Axundov prospektlərində, Salman Mümtaz küçəsində müasir işıqlandı...
ANL
Mənim lüğətimdə xəyanət sözü yoxdu. Bugünkü müsahibim gənc yaşlarından bir çox filmlərə çəkilmiş və yaddaşımıza "Ölsəm bağışla" filmindəki Gülya obrazı ilə həmişəlik həkk olunmuş aktrisa Gülzar Qurbanovadır. - Gülzar xanım, bir az aktrisalıq sənətini seçiminizdən, gənclik illərinizdən danışardınız. Uşaq vaxtı çox dəcəl...
ANL
O GÖRDÜYÜN MİRAJ DEYİL, QAFQAZ GÖZƏLİDİR... Havalar nə qədər isti keçsə də, bəzi dəyişkən günlərdə payızın yaxınlaşdığı hiss olunur, özünü göstərir. Xüsusilə dağlıq yerlərdə gecələrin sərinliyi bu ovqatı özünəməxsus məqamlarla tamamlayır. İnsanlar təbiətə indi ayrı bir ovqatla qovuşmağa hazırlaşırlar. Sonbahar sevdalar...
ANL
YARIMÇIQ QALAN ÖMÜR. Həmin dostum bizi tanış edərkən bildirdi ki, Vaqif müəllimlə tələbəliyimiz bir keçib. Yaxşı günlərlə yanaşı, qayğılı, çətin anları da bölüşə bilmişik. Onda Xocavənd rayonu bütünlüklə işğal olunmuşdu və biz də Beyləqan, Ağcabədi, həmçinin digər bölgələrin ümid yeri bildiyimiz ünvanlarında məskunlaşm...
ANL
Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda, istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki, bu günümüzün içindən çıxan məqamları...
ANL
ŞEİRİMİZDƏ QARABAĞ. Şeirmizdə Qarabağ olaylarından söz açırkən Xalq şairi Zəlimxan Yaqubu xatırlamamaq, onun bu mövzuda qələmə aldığı şeir və poemalarından söz açmamaq mümkün deyil. Hadisələrin lap başlanğıcında Zəlimxanın yurdu mübarizəyə, qələbəyə çağıran səsini eşitdik: Baxma ki, yollarda duman var, toz var, Qəlbimd...
ANL
İnsan Mənzərələri. Sözündə özümü gördüm, Özümdə Akif Səmədi. Zülümdə fani dünyanı, Dözümdə Akif Səmədi. İlk tanışlığımız Tusi adına pedaqoji Universitetdə Tələbə dostum Soltan Ateyivin otağında oldu. Soltan: -Məmməd, bu incəli balasıyla tanışsınızmı? O ayağa durub mənimlə görüşdü. Təzəcə çapdan çıxmış "Uzaqlardan gəlir...
ANL
Avtomobil yollarının əsaslı təmiri ilə bağlı büdcədə nəzərdə tutulmuş 950,6 min manat hesabına Ləkit və Əlibəyli kəndlərinə giriş yoluna asfalt örtüyünün salınması, Heydər Əliyev prospektində və C.Cabbarlı küçəsində yolun əsaslı təmiri işləri planlaşdırılmışdır. Artıq Əlibəyli kəndinin giriş hissəsinə 4,5km və Ləkit kə...
ANL
16 saylı Yol İstismarı idarəsi tərəfindən hesabat dövründə respublika əhəmiyyətli yolların saxlanması və təmirinə 180 min manat, yerli əhəmiyyətli yolların saxlanılması və təmirinə 89 min manat olmaqla ümumilikdə 269 min manat məbləğində işlər görülmüşdür. Suvarma sistemlərinin nümunəvi işi. Güllük və Əmbərçay kəndləri...
ANL
Hər gün inkişaf edən, hər gün bir kərpic böyüyən Salyan rayonu 2013-cü ilin I yarısında da rayonun sosial-iqtisadi inkişafı istiqamətində xeyli uğurlara imza atmışdır. Əhalinin işlə təmin olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Rayon əhalisinin sosial problemlərinin həll edilməsi rayon İcra Haki...
ANL
Onun ağlamağı mənim üçün dəhşətli zərbə oldu... Bugünkü müsahibim bir çox fotolara öz imzasını atmış fotoqraf Abbas Atilaydı. Necə oldu ki, fotoqrafiya sənətini seçdiniz? Rusiya qoşunları Gürcüstana müdaxilə edən ərəfələrdə mən Norveçdəydim. O zaman Qoridə çəkilmiş maraqlı bir şəkil görmüşdüm. Bir nəfər oğlan cansız və...
ANL
Bütün ölkədə olduğu kimi Salyan rayonunda da sahibkarlığın inkişafı üçün münbit şərait yaradılmışdır. Rayonda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun kreditləri və sahibkarların vəsaiti hesabına yeni istehsal və emal sənayelərinin yaradılması istiqamətində işlər səngimir....
ANL
Bütün ölkə, eləcə də rayonların sosial-iqtisadi inkişafı ilə bağlı görülən tədbirlər öz nəticəsini verməkdədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin regionlara silsilə səfərləri də bu işlərin uğurlu nəticəsinə həsr olunmuşdur. 29 avqust 2013-cü ildə Saatlı rayonuna səfər edən Prezident İlham Əliyev Qarayevkənd-Sı...
ANL
Rayon sakinlərinin həyətyanı sahələrini əhatə edən 200 kvadrat metr divarlar hörülüb suvaq edilmişdir. Ərazidə salınan Bayraq Meydanı ilə həmsərhəd olan yaşayış evlərinin dam örtüyü dəyişdirilmişdir. Saatlı şəhərinin Gənclər küçəsində yerləşən 2 mərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, binanın fasad hissəs...
ANL
“Səttar Bəhlulzadə söyüşlə danışırdı”. Ədəbiyyat onlara heç nə qazandırmayıb. Siz deyən elə mükafatları-filan da yoxdur. Onların ədəbiyyat tarixində qalıb-qalmayacaqları da mübahisəlidir. Çünki yaddaşlarda qalmaq əhəmiyyətli dərəcədə bu gündən asılı olan məsələdir. Bu gün isə onlar ortada yoxdurlar, başqaları var. Həm ...
ANL
Ay işığı ağ güllərdən toxunmuş bəyaz bir çələng kimidir. Elə bil, gecənin boynundan asılıbdır. Gecə sanki bir məktub kimi işıqla yazılıb. Ağaclar bir durna qatarı tək cərgə-cərgə düzülüblər. İşıq yağır göylərdən, Göylər könlümə əziz. Yerlər könlümə yaxın. Dünya işıq içində. İşıq tutub dağları, Üfüq boyu açılır. Qolları...
ANL
İnsan Mənzərələri. Xalqımızın böyük və sevimli şairi Zəlimxan Yaqubun "Nurlan" nəşriyyatında çapdan çıxmış "Səhra gülləri" kitabım haqda qələmə aldığı təəssüratlarını oxuyuram. Elə bu başdan böyük ustadımız, Xalq şairi Zəlimxan Yaquba öz dərin təşəkkürümü bildirirəm. Xəstəhal olmasına baxmayaraq, zəhmət çəkib bu yazını...
ANL
İlk dəfə onun imzasına rast gələndə hələ tələbə idi, universitetin jurnalistika fakültəsində oxuyurdu. Vaxt ötdükcə qələminin meydanı genişlənirdi. Gənc jurnalistin qəzet və jurnalların səhifələrində imzası görünür, Azərbaycan radiosunun efirində tez-tez səsi eşidilirdi. Orta məktəbi qızıl medalla, universiteti isə qır...
ANL
Bir neçə gün əvvəlki güclü yağışlardan sonra təbiət tamam dəyişib. Ağacların yarpaqlarındakı toz-torpaq töküldüyündən hər tərəf günəşin şüaları altında sanki bərq vururdu. Arxada qalan İmişli rayonunun Bəcrəvan, Mirili, Qaravəlli və digər kəndlərinin həyətlərində bir-birinə sığınmış mal-qara sanki havanın istiləşməyini...
ANL
Lakin İmişli rayonunun əsas iqtisadiyyatını kənd təsərrüfatı təşkil edir. "Xalq sözü" qəzetinin redaktoru Səməd İsmayılovla da söhbətimiz bu barədədir. O rayonun kənd təsərrüfatı haqqında çox səmimi və ürəklə danışır: - 2013-cü ilin I yarısında heyvandarlıq və quşçuluq sahəsinin inkişafı təmin edilmişdir. Haqqında danı...
ANL
Cəbhə bölgəsində yerləşən, demək olar ki, ön səngər sayılan Tərtər rayonu özünün son illərini bütünlüklə inkişafa, tərəqqiyə həsr edib. Bu rayonda həyatın inkişaf tempi bölgəyə qədəm qoyan hər kəsin dərhal diqqətini çəkir. Çünki Qarabağın Bərdə və Ağdamla bir növ çiyin-çiyinə yaşayıb inkişaf edən Tərtərdə Azərbaycanın ...
ANL
AĞAMALI SADİQ ƏFƏNDİ. İnsan Mənzərələri. Mənmi qocalmişam, ya zəmanəmi? Demək olar yatmağa hazırlaşırdım ki, telefon zəng çaldı. Həyat yoldaşım Zenfira xanım sanki telefonun səsindən tanıyırmış kimi: - Bu zaman zəng edən ancaq dostun Ağamalı Sadiq olar - deyib, telefonu mənə uzatdi. Doğurdan da belə idi. Dəstəkdən Ağam...
ANL
Azərbaycan poeziyası Azərbaycan torpağına oxşayır. O torpağa hər il, bəlkə də hər gün qayğı göstərilməsəydi, bar verməzdi. Bu mənada böyük şairimiz Məmməd Araz o torpağın ən bərəkətli, ən məhsuldar ərazilərindən biridir. Əvvəlcə ilk tanışlıqdan başlayım. XI sinifdə oxuyurdum və artıq gələcəkdə ədəbiyyatçı olacağıma qət...
ANL
APA-nın məlumatına görə, əsəri türkcə çapa Balıkesir Universitetinin professoru Ali Duymaz hazırlayıb. Kitabda professor Ali Duymazın, professor Rəhman Bədəlovun və müəllifin ön sözləri də öz əksini tapıb. Xatırladaq ki, professor Ali Duymaz azərbaycanlı yazar-alim Kamal Abdullanın 1997-ci ildə "Ötüken" nəşriyyatında ç...
ANL
Qürbətdə vətənim – Məmməd İsmayıl. Kiminsə yadında qalan bənddəyəm, Hələ söz Vətəndə, mən qürbətdəyəm! Məmməd İsmayıl. Hardan başlanır Vətən?! Vətən bir körpənin beşiyi ("Ömrün uşaqlığı Vətəndi bəlkə, sonra əlimizdən çıxan Vətəndi!" O xatırlama gözlərimin önündə sovetlər dönəmində Vətən yanğısıyla inləyən M.Ə.Rəsulzadə...
ANL
Həmkarım Eldar İsmayılovun 65 yaşına. O günlərin birində bizim ümumi dostlarımızın iştirakı ilə süfrə başında əyləşdik. Bu mənim ilk və ən böyük yalanım idi. Amma sonu mehribançılıqla, səmimiyyətlə başa çatan yalanim!". Başqa bir xatirə yarpağı. "Universitetin jurnalistika fakültəsində oxuyanların hamısı görkəmli söz a...
ANL
Məbud Məhərrəmov: "Fəaliyyətimdə fasilə yarandığı dövrdə çox məşhurlaşdım". "Mən möcüzəyə inananlardanam". Xalq artisti Məbud Məhərrəmovun Milli.Az-a müsahibəsi. Dosye: Məbud Məhərrəmov 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib. Bu illər ərzində teatrın səhnəsində 50-də...
ANL
Bir neçə il qabaq dünya şöhrətli “Molodaya qvardiya” nəşriyyatının “Görkəmli adamların həyatı” seriyasından Hüseynbala Mirələmovun Moskvada çapdan çıxmış “Zərifə Əliyeva” kitabını oxuyarkən öz–özümə sual vermişdim: “Bu kitab niyə əvvəlcə Bakıda çıxmayıb?” Tezcə də beynimdən başqa fikir keçdi: “Bəlkə də müəllif özü bilə...
ANL
Bu gün Azərbaycanın oxucu camiyəsində kifayət qədər özünü tanıtmış, öz yerini müəyyənləşdirmək gücünü ortaya qoymuş imza sahibləri var. Doğrudur, oxucu həmişə təzə imza, təzə söz sorağında olur. Bu da zamanla, inkişafla, xüsusi olaraq ədəbiyyata yönəlik baxışlarla əlaqəlidir. Yəni oxucu geniş informasiya şəbəkələrinə m...
ANL
Qıcıq üçün məhərrəmlikdə içən şair. Gecə bir-iki saatlıq gözümü yuman kimi yuxuma girir o qəribə adam. Yuxularımda onunla Gəncənin Şah Abbas məscidinin qarşısında görüşüb çayxanaya domino oynamağa gedirik. Hərdən də qırmızı rəngli avtomobilini yanımda saxlayır, mən də o vaxtlar olduğu kimi öndə oturub pəncərəni açıb si...
ANL