text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Dünən Azərbaycan Mətbuat Şurasında ilk qadın mətbuat orqanı olan “İşıq” qəzetinin 100 yaşının qeyd olunması münasibətilə yubiley mərasimi keçirilib. Mərasimi giriş sözü ilə Şuranın sədri Əflatun Amaşov açaraq, 100 yaşlı “İşığ”ın yaranma tarixindən söhbət açıb. Onun sözlərinə görə, Xədicə Əlibəyovanın həyat yoldaşı Must... | ANL |
Kamilə Əliyeva: “Cinayət Məcəlləsində rüşvət alan şəxslərə qarşı daha ciddi tədbirlərin seçilməsi nəzərdə tutulmalıdır”. YENİ AZƏRBAYCAN PARTİYASINDAN (YAP) OLAN MİLLƏT VƏKİLİ HESAB EDİR Kİ, RÜŞVƏTXORLUĞA VƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏNİN EFFEKTLİ OLMASI ÜÇÜN DAHA SƏRT CƏZA TƏDBİRLƏRİ NƏZƏRDƏ TUTULMALIDIR. – Kamilə xan... | ANL |
Gövhər Baxşəliyeva: “Azərbaycanda İslam faktorunun perspektivi beynəlxalq şəraitlə də bağlıdır”. MÜSAHİBİMİZ MİLLƏT VƏKİLİ, PROFESSOR GÖVHƏR BAXŞƏLİYEVADIR. – Son zamanlar Azərbaycanda müxtəlif dini təşkilatların fəallığı müşahidə olunsa da, bütövlükdə İslam faktorunun siyasi həyatda aparıcı rol oynamaq ehtimalı zəifdi... | ANL |
XANIM MİLLƏT VƏKİLİ AD GÜNÜNDƏ NÖVBƏTİ KİTABININ PREZENTASİYASINI KEÇİRDİ. Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın yeni kitabı aşıq üzü görüb. “Tarixə adını yazan qadınlar” adlanan üçcildli kitabda 100 qadının tarxi şəxsiyyət kimi səciyyəvi xüsusiyyətləri verilib. Martın 7-də sözügedən kita... | ANL |
İsmayıllıda Peşə Tədris Mərkəzinin açılışı olub. Dünən İsmayıllı rayonunda “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsi çərçivəsində inşa olunan İsmayıllı Peşə Tədris Mərkəzinin açılış mərasimi keçirilib. Açılış mərasimində təhsil naziri Misir Mərda... | ANL |
Sumqayıtın Tarixi Muzeyi – zəngin mədəni irs və yaddaş xəzinəsi. “Srağagün Sumqayıtın Tarixi Muzeyinin təntənəli açılışı oldu. Təntənəli açılışda şəhər Soveti icraiyyə komitəsi sədrinin müavini K.Axundov qısa giriş nitqi ilə çıxış etdi. Sonra şəhər komsomol komitəsinin I katibi G.Rzayev, keçmiş partizan Şahbaba Məcidov... | ANL |
Gözəlliyin tərənnümünə həsr olunan sənətkar ömrü. Bugünlərdə 90 yaşı tamam olan görkəmli fırça ustası, Azərbaycanın Xalq Rəssamı Oktay Sadıqzadə 1921-ci ildə “hər daşından, divarından qoca tariximizin boylandığı İçərişəhərdə”, poetik ruhla dolu bir aləmdə, yazıçı Seyid Hüseynin ailəsində dünyaya göz açıb. H.Cavid, Ə.Ca... | ANL |
Mənəviyyat və gözəllik dünyasının səyyahı. Onun barəsində yazmaq çoxdankı arzum olub, nədənsə alınmayıb. Qırx ildən bəri silahdaşım olan və heç vaxt məni darda qoymayan qələmim bu dəfə sözümə baxmayıb. Bəzən saatlarla düşünsəm də fikirlərimi bir yerə cəmləyə bilməmişəm, ağ vərəqi qatlayıb sonraya, hansısa bir vaxta sax... | ANL |
Teatr Xadimləri İttifaqının tamaşa zalında “Aktrisa” bədii filminin təqdimat mərasimi gerçəkləşib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Pozitiv Mediya” prodüser mərkəzində istehsal olunan bədii filmin quruluşçu rejissoru Rövşən İsaxdır. Filmin nümayişindən öncə “Aktrisa” filminin yaradıcı heyəti səhnədə tama... | ANL |
Xalq yazıçısı İsmayıl Şıxlının xatirə lövhəsi açıldı. Ötən gün xalq yazıçısı İsmayıl Şıxlının uzun illər yaşadığı Üzeyir Hacıbəyli küçəsindəki 27 nömrəli binanın qarşısında onun xatirə lövhəsinin açılış mərasimi gerçəkləşib. Mərasimi mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq, unudulmaz sənətkarın həy... | ANL |
Nəriman Həsənzadənin yubileyi Yazıçılar Birliyində qeyd edilib. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda xalq şairi, dramaturq Nəriman Həsənzadənin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. Mərasimi giriş sözü ilə açan AYB-nin sədri, xalq yazıçısı Anar əvvəlcə tədbirin iştirakçısı olan ... | ANL |
Türkmən şairi Nurməhəmməd Əndəlibin Azərbaycan dilində nəşr olunmuş kitabı təqdim edilib. Türkmənistan şairi və mütəfəkkiri Nurməhəmməd Əndəlibin Azərbaycan dilində nəşr edilən “Şeirlər, poemalar, dastanlar” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, M. F. Axundov adına Milli Kitabxananın direktoru Kərim T... | ANL |
“Akademik Milli Dram Teatrı foto-salnaməsi”nin təqdimatı olub. Dünən Akademik Milli Dram Teatrının studiyasında iki kitabdan ibarət “Akademik Milli Dram Teatrı foto-salnaməsi”nin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbir Akademik Milli Dram Teatrının hazırladığı tamaşalardan fraqmentlərin nümayişi il... | ANL |
Rəqs sənəti və professor Gülrux Əlibəyli dünyası. Dünyada elə adamlar var ki, auraları işıqlı olur. Onlar öz cazibəsi ilə hamıya sirayət edir və başqalarını da dəyişməyə qadir olurlar. Belə insanlara xarizmatik insanlar deyirlər. Filologiya elmləri doktoru, fəlsəfə professoru, publisist, 500-ə yaxın esse və tənqidi məq... | ANL |
Gənc Tamaşaçılar Teatrında Azərbaycanın görkəmli ədibi, maarif və mədəniyyət xadimi Abdulla Şaiqin anadan olmasının 130 illik yubileyi münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri başda olmaqla nazirliyin rəhbər heyəti, AMEA-nın və Azərbaycan Yazıçılar Birliyinin məsul şə... | ANL |
Uğursuz tale yaxud naləyə çevrilmiş şərqilər. Pedaqogika üzrə fəlsəfə doktoru Hər bir xalqın, millətin mənəvi dəyərləri sırasında onun ədəbiyyatı xüsusi yer tutur. Ədəbiyyat – bədii söz sənəti olmaqdan əlavə, millətin tarixi-ictimai-siyasi və bədii-estetik təqdimini verən mənbələrdəndir. Xalqın həyat salnaməsi, psixolo... | ANL |
“Payız prospekti”ndə görüş. Bu məhkumluğun məni hara aparıb çıxaracağını düşünməyə macal tapmamış, cəlilabadlı şair Abbasağa Azərturkün qəzəbinə tuş gəldim. Dostlarımın birindən göndərdiyi barmaq boyda kağız parçasında yazırdı : “İçini talayırsan, özünü öldürürsən. Əli Nəcəfxanlının yenicə nəşr edilmiş poeziya toplusun... | ANL |
Ramil Səfərovun macar dilindən Azərbaycan dilinə tərcümə etdiyi “Qapı” romanı təqdim olunub. Dünən erməni hərbçisinin qətlində təqsirləndirilərək Macarıstanda ömürlük həbs cəzası almış Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun macar dilindən tərcümə etdiyi “Qapı” romanının təqdimat mərasimi keçirilib. Tədbirdə ziyalı... | ANL |
Rəbiyyət Aslanova: “Avropa məkanında vahid bir miqrasiya sistemi yoxdur”. PARLAMENTİN İNSAN HÜQUQLARI KOMİTƏSİNİN SƏDRİ, PROFESSOR RƏBİYYƏT ASLANOVA HESAB EDİR Kİ, AVROPADAKI BEYNƏLXALQ TƏŞKİLATLARIN BİRGƏ FƏALİYYƏTİ NƏTİCƏSİNDƏ MƏHZ VAHİD MİQRASİYA SİSTEMİ FORMALAŞDIRILMALIDIR. – ATƏT artıq son zamanlar Avroatlantik m... | ANL |
Səməd Vurğunun ev-muzeyində “Aşıq Şəmşir, Dəlidağdan keçəndə...” adlı xatirə məclisi gerçəkləşib. Gecə xalq şairi ilə onun dostluq etdiyi məşhur aşıq, əməkdar incəsənət xadimi Aşıq Şəmşirə həsr olunub. Mərasimi giriş sözü ilə açan muzeyin direktoru, S.Vurğunun nəvəsi Aygün Vəkilova bu məclisin baharda keçirilməsinin da... | ANL |
Türkmən şairi Nurməhəmməd Əndəlibin 350 illiyi Bakı Dövlət Universitetində qeyd edilib. Dünən Bakı Dövlət Universitetində böyük türkmən şairi Nurməhəmməd Əndəlibin 350 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov yaradıcılığı ilə müxtəlif mədəniyyətlərin si... | ANL |
Akademik Milli Dram Teatrında əsaslı təmirdən sonra ilk tamaşa nümayiş olunub. 10 Mart Milli Teatr Günü münasibəti ilə Akademik Milli Dram Teatrında aparılan əsaslı təmirdən sonra ilk tamaşa nümayiş etdirilib. APA-nın xəbərinə görə, tamaşanın nümayişindən əvvəl Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ç... | ANL |
“Zirvə”yə layiq görülən sənətkarlar mükafatlandırılıb. Dünən – Milli Teatr Günündə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatlarının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, 2007-ci ildən təsis olunan mükafat mədəniyyətin hər sahə... | ANL |
Yetmiş ilin ədəbi-tarixi mənzərəsi. ELÇİNİN “SOSREALİZM BİZƏ NƏ VERDİ?” KİTABI ƏSASINDA. Azərbaycanda ədəbi tənqidin kökləri çox qədimlərə gedib çıxsa da, əslində onun əsryarımlıq yaşı var. Ədəbi-ictimai fikrimizin nəhənglərindən biri-M.F.Axundzadənin tarixi xidmətləri sırasında onun ilk milli tənqidçimiz kimi şərəfli ... | ANL |
Naxçıvanda tarixi yer adları və ya mənəvi dəyərlərimiz erməni məkrinin daimi hədəfi kimi. Firudin Rza: “Dil və etnogenez tariximizi yaşadan adlar sistemi və qədim mədəniyyət abidələrimiz dağıdılıb, Əski yazılar “ermənilƏşdirilməklə” bütün coğrafi adlar dəyişdirilib” Şərqin ən qədim elm və mədəniyyət mərkəzlərindən biri... | ANL |
İstedadın Vətəni və Zamanı olmur və ya açıq cəmiyyət budurmu? Bu yazı bir qədər qəribə təsir bağışlaya bilər. Məqsəd və mahiyyətinin düzgün anlaşılmaması da mümkündür. Amma bəlkə on dəfələrlə mübahisə obyekti olmuş və az qala ədəbiyyatın (təkcə ədəbiyyatınmı?) “Axilles dabanı”na çevrilmiş bir mövzuya müraciətin aktuall... | ANL |
“Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq inkişaf etdirilməlidir”. TÜRKİYƏNİN MÜDAFİƏ NAZİRİ VECDİ GÖNÜLÜN “TREND”Ə MÜSAHİBƏSİ. – Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz? – Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq yalnız Azərbaycan Silahlı Qüvvələrinin... | ANL |
Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı Təhsil Nazirliyində kollegiya iclası olub. Dünən Təhsil Nazirliyində Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, ilkin nəticələr və təkliflərə dair kollegiya iclası keçirilib. İclasda təhsil naziri Misir Mərdanov, maliyyə n... | ANL |
Media rəhbərləri Bakı Slavyan Universitetinin tələbələri ilə görüşdülər. Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşəbbüsü ilə Bakı Slavyan Universitetinin jurnalistika fakültəsində təhsil alan tələbələrlə ölkənin aparıcı media qur... | ANL |
Balaca Allahverdi oğluna. Doqquz yaşlı Balaca bu dəfə tək-tənha yola düşüb evlərindən beş kilometr aralıda olan Tey kəndinə gedəndə qarşılaşacağı itin, qurdun, ayının, ilanın qorxusundan çox, iki şey onun gözünə dururdu. Bir, yaz vaxtı qan-qan deyən Mığrı çayının üstündən körpü əvəzinə yan-yana uzadılmış əyri-üyrü, yer... | ANL |
Bir neçə illik fasilədən sonra tanınmış şair Əjdər Ol yeni şeir kitabı ilə oxucuların görüşünə gəlib. Ədəbi mühitimizdə müşahidə olunan qəribə bir “qanuna” uyğun olaraq, yarıyaşda Əjdər Ol da publisistikaya, nəsrə, dramaturgiyaya meyl etdi və şeirdə olduğu kimi bu yazıları da sıradan bir nümunə olmadı, ədəbiyyat axının... | ANL |
Cavaba ehtiyacı olmayan suallar. Düzünə qalsa, dünyada baş verən, həyatımızda qarşımıza çıxan hadisə və olayları dəyərləndirməyə dursaq, bəlkə də bir qismi bəsit və bayağı görünəcək, bəziləri uydurma kimi qavranılacaq, amma istisnasız hamısı tanış gələcək. Və bu anda da Ramiz Rövşənin Dünya mənə tanış gəlir” misrası Ad... | ANL |
YAP Respublika Qadınlar Şurasının sədri, çox sevdiyim Nurlana xanım Əliyeva gəncliyin nümayəndəsi kimi mənə də söz verdi. Təvazökarlıq etməyəcəyəm: çıxışım çox yaxşı qarşılandı. Bu barədə ilk xoş sözü tədbirin aparıcısı, Milli Məclis sədrinin müavini Bahar xanım Muradova dedi: “Çox sevinirəm ki, Azərbaycanda bu cür gən... | ANL |
Oralarda kimlər var:AKİF QƏHRƏMANOV-2. Bütün xalqlarda və bütün ölkələrdə ədəbiyyatın ən populyar qollarından biri olan tərcümə hər zaman diqqət mərkəzində olmuşdur.Və bizim də gündəlik ədəbi müzakirələrdə tərcümə işi çox mübahisə doğuran bir qol olmaqla, həm də bizim dildən tərcümələrin taleyi də həmin sahədə çalışan ... | ANL |
(Esse-kollaj) Muğam işığında təksəsli, çoxsəsli düşüncələr. (Əvvəli ötən şənbə saylarımızda). Mən yaşadığım məqamı, anı əbədi hesab edənlərdənəm. Sevinc anında elə bilirəm ki, bu sevinc heç vaxt bitməyəcək. Dərd girdabına düşəndə elə sanıram ki, bu dərdin ömrü əbədiyyət qədərdir. Mənim üçün eşq, gözəllik qədər intizar,... | ANL |
“Nağıllar” silsiləsindən. O zaman o Qaysı Ağacı həyatında ilk dəfə ağrının nə olduğunu bildi və sonralar isə – yaz yazı əvəz etdikcə – ağrılara dözməyə məhkum olduğunu da başa düşdü. İnsan o iri bağban bıçağının iti ucu ilə Qaysı Ağacının kəsilmiş yerində budağın qabığını araladı və hansı ağacdansa kəsib gətirdiyi kiçi... | ANL |
Bu, xırdaca bir türk şeiridi, ilk dəfə eşitdiyimdə məni necə sarsıtmışdısa, bu gün də hər səslənişində məni məndən eləyir. İntəhası nə qədər yığcam, aydın, təsirli olsa da paradoksal haldır ki, heç cürə yadımda qalmırdı. Bəlkə də gündəlik udduğum hava, yediyim əkmək, içdiyim su kimi təbii olduğuna görə. Zamandı ki, böy... | ANL |
Ötən günlərdən səhifələr. “ÜRƏYİMDƏN KİMLƏR KEÇDİ” SİLSİLƏSİNDƏN. Bir zaman yazmaq istədiyim elə fikirlər, xatirələr, duyumlar olub ki, nəyə görəsə yazmamışam, atmışam yaddaşımın bir “küncünə”. İndi zaman keçəndən sonra o sözlə, duyumlar, anmalar, xatirələr yaddaşımın “dolaylar”ından elə hey bu işıqlı dünyaya çıxmaq is... | ANL |
İşıqlı dünyada nə qədər azərbaycanlı varsa,elə o qədər də şair və şah var, lakin bir şahlıq taxtımız və bir Yazıçılar Birliyinin sədri oturan kürsümüz var. Dünyada millət çoxdur. İstəsək adam tutub öz yerimizə həccə də göndəririk... istəsək şair oluruq,istəsək nasir, dramaturq... Qar əridikcə zir-zibil üzə çıxdığı kimi... | ANL |
“Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” kitabı nəşr olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talibovun baş məsləhətçiliyi ilə akademik İsmayıl Hacıyevin tərtib etdiyi “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” adlı kitab bu günlərdə geniş oxucu kütləsinin ixtiyarına verilib. Nəfis tərtibatla n... | ANL |
Berti Foqts “Kitabi-Dədə Qorqud” dastanlarına həsr olunmuş tədbirə qatıldı. 10 martda Bakı Slavyan Universitetində Filologiya fakültəsinin yeni istifadəyə verilmiş konfrans zalında Almaniyanın Vürsburq Universitetinin professoru, Osvald fon Volkenşteyn Cəmiyyətinin prezidenti prof. Dr. Ziqlinde Hartmanın “Orta əsrlər ə... | ANL |
Vərəsəlik məsələlərini nəzərə alsaq, əslində mən bu universitetin yetirməsiyəm və həm də deyiləm. O vaxt bircə universitet vardı və həmin universitet də tamam başqa yerdə idi. İndi tələbələriylə görüşə gəldiyim bu auditoriyalar mənə yaddı, o illəri yadıma salan – dərsə çağıran zəng səsi və bizə dərs demiş müəllimlərdi.... | ANL |
Etibarlı sosial müdafiənin şərtləri təmin olunur. PENSİYA SİSTEMİ ŞƏFFAFLIQ PRİNSİPİ ÜZƏRİNDƏ QURULUB. Əmək stajının 14 ilini Naxçıvan Neft Məhsulları Təchizatı İdarəsində ocaqçı qalan hissəsini ayrı-ayrı təşkilatlarda ocaqçı, maşinist-mexanik və ya çilingər kimi işləyib. Əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa gör... | ANL |
Özbəkistanda üç gün. VƏ YURDDAŞLARIMIZIN QAYĞILARI... İsrailə məxsus bir reklamda yer kürəsi yəhudi ağsaqqalının başı kimi təsvir edilmişdir. Rəssamın fantaziyasına və ustalığına söz ola bilməz; elə işləmişdir ki, hər adam bu bənzəyişdəki ideyanı seçə bilməsin. Hər millət yer kürəsini öz sifətində görür. Özbəkistan mən... | ANL |
Təhsil sistemində akkreditasiya: əsas məqsəd – keyfiyyəti yüksəltməkdir. Təhsil müəssisələrinin akkreditasiyası təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunan dövlət standartlarına uyğunluğunu m... | ANL |
Bakıda məişət zorakılığına dair konfrans keçirilib. ELMİRA SÜLEYMANOVA: “QADINLARIN SAYININ AZALMASININ KÖKÜNDƏ MƏİŞƏT ZORAKILIĞI DURUR”. Dünən ATƏT-in Bakı ofisi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun implementasiyası: məlumatlandırma ... | ANL |
Mətbuat Şurasının Şikayətlər komissiyasının iclası keçirilib. Dünən Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiya 5 məsələni müzakirə edib. İclasda əvvəlcə Şəki Şəhər Təhsil Şöbəsinin “Azərbaycan gündəmi” qəzeti ilə bağlı ... | ANL |
Maral Rəhmanzadənin yaradıcılığı “Xalq Əmanəti” kimi təqdim olunub. “Xalq Bank”ın təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən “Xalq Əmanəti” layihəsi çərçivəsində Azərbaycanın xalq rəssamı Maral Rəhmanzadənin əsərlərindən ibarət sərginin açılışı və rəssamın yaradıcılığını əks etdirən bədii albomun təqdimat mərasi... | ANL |
“Dağlarda ən kəsə yol zirvədən zirvəyə gedən yoldur: amma bunun üçün uzun ayaqların olmalıdır. Rəmzlər zirvə olmalıdır, onların deyildiyi adam isə böyük və güclü”. “Zərdüşt belə dedi” kitabından. Xatirə yazmaqdan qorxuram. Bəlkə buna hələ yaş səlahiyyətim çatmır, ehtiyat edirəm. Ancaq son illər bu janrı canlandıran, ət... | ANL |
Vergilər Nazirliyində kollegiya iclası keçirilib. FAZİL MƏMMƏDOV: “VERGİ ORQANLARINDA VƏTƏNDAŞ MÜRACİƏTLƏRİNƏ BAXILMASI DÖVLƏT BÜDCƏSİNƏ VERGİ DAXİL OLMALARININ TƏMİN OLUNMASI QƏDƏR ƏHƏMİYYƏTLİ MƏSƏLƏDİR”. Vergilər Nazirliyində vətəndaş müraciətlərinə baxılmasının vəziyyəti ilə bağlı məsələlərə həsr olunmuş kollegiya i... | ANL |
Qayaların silinməz yaddaşı – Qobustanın daş xəzinəsi. Daş insanların təkcə yaşayışının, məişətinin deyil, həm də estetik zövqünün inkişaf etməsində böyük rol oynayıb. Əbəs deyil ki, alimlər ən qədim rəsm nümunələrinə daş və qayalar üzərində rast gəlirlər. Elə buna görə də xalqımız uzaq keçmişlərdən tutmuş bu günədək da... | ANL |
Professor Məhəmməd İmanlı plagiatlıq edib? Məqalə adını gizli saxlamağı lazım bilən bir məzunun məktubu əsasında yazılıb. Məzun bildirir ki, Məhəmməd İmanlı doktorluq dissertasiyasını Rusiya alimlərinin kitabından köçürüb. Açığı burda yazının məzmunundan daha çox diqqəti çəkən məqam zirək məzun obrazıdır. Elmlə məşğul ... | ANL |
Rəsul Rzaya bir dəstə çiçək, YAXUD RƏŞİD FAXRALININ “TONQAL YERİNDƏ ÇİÇƏK” POEMASI ÜZƏRİNDƏ DÜŞÜNCƏLƏR. Tanınmış şair Rəşid Faxralının “Tonqal yerində çiçək” poemasını bu günlərdə bir daha oxudum. Xalq şairi, Azərbaycan ədəbi-ictimai fikrinin nəhəng nümayəndələrindən biri Rəsul Rzaya həsr olunan poemada sözə, bu anlamd... | ANL |
Vətən göylərində əbədi Ulutürk məşəli. Xəlil Rza Ulutürk – bu adı ilk dəfə üçüncü sinifdə oxuyarkən eşitmişdim. Eşitmişdim, amma təbii ki, Xəlil Rzadakı Ulutürk mahiyyətini dərk edə bilməmişdim. İndi onun şeirlərini oxuyuram. Haqqında nəsə yazmaq istəyirəm. Qələmi əlimə götürürəm, lakin qələmim o sətirlərdəki vulkanın ... | ANL |
Azadlıq, müstəqillik uğrunda mübarizənin dayağı: Naxçıvan. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” ölkə başçısı cənab İlham Əliyevin imzaladığı 21 yanvar 2011-ci il tarixli sərəncamda dövlət müstəqilliyi ölkəmizin hər bir vətəndaşı üçün ən böyük sərvət hesab olunub. Hə... | ANL |
Sabir Rüstəmxanlı: “İranda bütün xalqların mənafeləri farsların xeyrinə yönəldilir”. MÜSAHİBİMİZ VƏTƏNDAŞ HƏMRƏYLİYİ PARTİYASININ (VHP) VƏ DÜNYA AZƏRBAYCANLILARI KONQRESİNİN (DAK) SƏDRİ, MİLLƏT VƏKİLİ SABİR RÜSTƏMXANLIDIR. – Bu gün İranda ali dini rəhbər milliyyətcə türk və əhalinin də yarıdan çoxusu Azərbaycan türklər... | ANL |
Bəşəriyyət öz inkişafı tarixində dörd böyük mərhələdən (ictimai-iqtisadi formasiyadan) keçib: icma, quldarlıq, feodalizm və kapitalizm. Marksizm-leninizm nəzəriyyəsinə görə, kapitalizmin yüksək mərhələsindən (imperializm-dən) sonra sosializm mərhələsi başlanmalı idi. Bu ehtimal sovet təcrübəsində süquta uğradı və bəşər... | ANL |
Azərbaycan Jurnalistlər Birliyi (AJB) və “Yeni Nəsil” Jurnalistlər Birliyinin birgə təşkilatçılığı ilə “Media və İKT” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən AJB-nin sədri Elçin Şıxlı bildirib ki, son illər internet media resursları ənənəvi medianı sıxışdırmaqda və reklam bazarını ələ almaqdadır: “Artıq gənc n... | ANL |
“Ali təhsil müəssisələrinin bakalavr ixtisasları” adlı nəşr abituriyentlərə ixtisas seçimində yardımçı olacaq”. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Ali təhsil müəssisələrinin bakalavr ixtisasları” adlı vəsait oxucuların istifadəsinə verib. “Abituriyent” jurnalın... | ANL |
Baxmağa gecikmişdim, amma belə başa düşdüm ki, söhbət ədəbiyyatda insan hisslərinin abırlı, yoxsa bayağı şəkildə ifadəsindən, təsvirindən gedir. Gənc yazarların şeir və hekayələrindəki erotik ifadə və səhnələrdən danışılırdı. Həmin xanım fərqli bir misal çəkdi. Vüqarla Arzu uzun illərin ayrılığından sonra görüşəndə bir... | ANL |
Mərhum şair İsa İsmayılzadənin 70 illiyi qeyd olunub. Aktyor Evində görkəmli şair İsa İsmayılzadənin 70 illik yubileyilə bağlı mərasim təşkil edilib. Mərasimi giriş sözü ilə açan xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı İ.İsmayılzadənin həyat yolundan, bənzərsiz yaradıcılığından, işıqlı şəxsiyyətindən danışıb. Tədbi... | ANL |
“İlyas Əfəndiyev. Şeirə sığmayan ömür” kitabı təqdim olunub. Dünən Muzey Mərkəzində XX əsr Azərbaycan ədəbiyyatının klassiki, xalq yazıçısı İlyas Əfəndiyevə həsr olunmuş “İlyas Əfəndiyev. Şeirə sığmayan ömür” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə İ.Əfəndiyevin oğlu, baş nazirin müavini, xalq yazıçısı Elçin, h... | ANL |
Oqtay Sadıqzadənin 90 illik yubileyilə bağlı sərgi açılıb. R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində xalq rəssamı Oqtay Sadıqzadənin 90 illik yubileyi münasibətilə sənətkarın fərdi yaradıcılıq sərgisinin açılış mərasimi gerçəkləşib. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət İncəsənət Muzeyinin ... | ANL |
Gənc şair Rüstəm Ocaqlının “Toxunmayın göz yaşıma” şeirlər toplusu işıq üzü görüb. Kitabda şairin Vətənə, sevgiyə həsr olunmuş şeirləri toplanıb. “Vətəndən və dostlarımdan uzaqlarda”, “Azərbaycan”, “Qarabağ” adlı şeirləri Vətəndən uzaq bir gəncin yaşantılarını, doğma yurda olan məhəbbətini əks etdirir. İstedadlı gəncin... | ANL |
Milli mədəniyyət tariximizdə iki mötəbər ünvan – Şuşa və Ağdam teatrları. Əsrlərdən bəri mədəniyyət və incəsənət beşiyi sayılan Qarabağ Azərbaycan musiqi tarixinə, ədəbiyyatına, eləcə də teatrına görkəmli şəxsiyyətlər, nadir sənət inciləri bəxş edib. Qarabağdan danışanda Şuşa və Ağdamın mədəniyyətini, bu şəhərlərdəki m... | ANL |
Bakıda “Muğam aləmi” çərçivəsində silsilə tədbirlər keçirilib. Azərbaycan Bəstəkarlar İttifaqında “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən “Azərbaycan muğamı və Orta Şərq musiqisi” mövzusunda elmi simpozium martın 17-də öz işini bölmə iclasında davam etdirib. APA-nın məlumatına görə, iclasa am... | ANL |
Xalça Muzeyində “Bahar bayramı, sənət meydanı”. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Novruz bayramı münasibəti ilə peşəkar və həvəskar rəssamların, xalq yaradıcılığı ilə məşğul olan sənətkarların əl işlərindən ibarət “Bahar bayramı, sənət meydanı” adlı sərginin açılışı keçirili... | ANL |
İTV yenə fərqləndi. Ağdam rayonu ərazisində – qoşunların təmas xəttində 9 yaşlı Fariz Bədəlovun erməni snayperi tərəfindən qətlə yetrilməsi son günlərdə Azərbaycan kütləvi informasiya vasitələrinin aparıcı mövzusuna çevrilib. Bu, tamamilə təbiidir. Çünki düşmən snayperi bu dəfə hədəf kimi Azərbaycan əsgərini, zabitini,... | ANL |
Gənc Tamaşaçılar Teatrı – sənət məbədi və mənəvi dəyərlərin güzgüsü kimi. Milli-mənəvi dəyərlər insanları birləşdirə biləcək başlıca qüvvədir. Hər bir xalqın milli-mənəvi dəyərləri onun milli mənəviyyatının əsas göstəriciləridir. Bu mənəviyyat isə tarix və gerçəkliklər, zəngin mədəniyyət və incəsənət, qədim adət və ənə... | ANL |
İçimdəki və güzgüdəki adamla söhbət. Korrupsiyadan söhbət düşəndə Şərqin qədim bir əfsanəsi yadıma düşür. Dağın ətrafındakı əyalətlər əjdahaya xidmət etmək üçün ən gözəl qızlarını göndərirlər. Əyalətlərdən çıxan ən igid oğullar əjdahanı öldürməyə gedib geri dönməyib. Qəzəblənmiş əjdahanın vergisi bir az da artıb. Nəhay... | ANL |
“Məqsədimiz Yeni Zelandiyada yaşayan azərilər arasında birliyə nail olmaqdır”. QALİB MAHMUDOV: “MÜNASİBƏTLƏRİN DAHA DA İNKİŞAFI ÜÇÜN İKİ ÖLKƏ ARASINDA İQTİSADİ, TURİZM SAHƏSİNDƏ İNKİŞAF VACİBDİR”. Bu gün Yeni Zelandiyada 2 minə yaxın azərbaycanlı yaşayır. Onların əksəriyyətini Cənubi Azərbaycandan olanlar təşkil edir. ... | ANL |
Birinci mərtəbədə yaşamağın qəribə imkanları var. Həyətdə baş verənlərə yaxından baxmaq kimi məsələn. Bu yaxınlığa öyrəşmək kimi. Torpağa yaxın olmaq kimi. Öyrəşəndən sonra yuxarıdan baxanda hövüllənmək kimi... Yıxılıb hündürdən ölmək, yerə düşüb parçalanmaq qorxusundan məhrum yaşamaq kimi məsələn... Nə vaxt pəncərədən... | ANL |
Tariximizə və ağrılarımıza işıq salan roman. Bu yaxınlarda “Ulduz”un redaksiyasındaydım, yazıçı dostum Elçin Hüseynbəyli mənə sanballı bir kitab verdi, “Qarabağ müharibəsindəndir, bilirəm bu mövzu səni maraqlandırır”-dedi. Erməni təcavüzü, Qarabağ müharibəsi mövzusu məni həqiqətən də daim məşğul edir. 2009-cu ildə həya... | ANL |
“Azərbaycanda – bu ecazkar ölkədə həyat daha düzgündü... ...MƏN MƏNƏVİ QANUNLARA GÖRƏ DEYİRƏM BUNU, MADDİYYATDAN DANIŞMIRAM” MOSKVALI YAZAR OKSANA BULANOVA İLƏ SƏLİM BABULLAOĞLUNUN SÖHBƏTİ. Jurnalist, şair, yazıçıdı.İş elə gətirib ki, 2004-cü ildən əsasən Bakıda yaşayır, bizim bir çox rusdilli nəşrlərlə əməkdaşlıq edir... | ANL |
Bütün xalqlarda və bütün ölkələrdə ədəbiyyatın ən populyar qollarından biri olan tərcümə hər zaman diqqət mərkəzində olmuşdur.Və bizim də gündəlik ədəbi müzakirələrdə tərcümə işi çox mübahisə doğuran bir qol olmaqla, həm də bizim dildən tərcümələrin taleyi də həmin sahədə çalışan və bu sahəyə meyilli yaradıcılarda fiki... | ANL |
Muğam işığında təksəsli, çoxsəsli düşüncələr. (Əvvəli ötən şənbə saylarımızda). XX əsrdə Stravinskinin, Qara Qarayevin polifonik çoxsəsli musiqisi səsin yeni həqiqətlərini ortaya qoydu. Eurovijen şərqi yarışmasında fəxri 3-cü yer tutan Aysel xanımın səhnə mədəniyyəti, səmimiyyəti, ən başlıcası istedadı sevinc doğurmaya... | ANL |
Tarzənin və köhnə tar ilə təzə tarın nağılı. “Nağıllar” silsiləsindən. Tarzən tarı çalıb, son mizrabı vurandan sonra fikirləşdi ki, ikinci bir tarı da Qoca Ustaya sifariş verib, almaq lazımdır, çünki Tarzənin təkcə bir tarı var idi və o, bu tarı çox istəyirdi. Tarzənin atası da tarzən olmuşdu və bu tar da atasından qal... | ANL |
Bu qədər axtarıb tapdığımız Sözün axtardığı nədi? Nəhayət, belə qəribə duyğular içində şair Barat Vüsala üz tutduq. Neyləyirsən buralarda? Axtardığın nədi, şair qardaş? Şairin axtardığı nədir, bilirsənmi: Bir müqəddəs yazı itib, Tapan gərək, izi itib. Çünki o, deyirdi ki, ən böyük xoşbəxtlik uşaqlığı özündə axıracan ya... | ANL |
Azərbaycanca danışaq: ölkə və onun dili”. PROFESSOR KAMAL ABDULLAYEVİN MACAR KENESSEY MARİA İLƏ BİRGƏ QƏLƏMƏ ALDIĞI KİTAB BUDAPEŞTDƏ İŞIQ ÜZÜ GÖR“ÜB. Xarici ölkələrin tədris ocaqları və mədəniyyət mərkəzləri ilə qarşılıqlı əlaqələr sahəsində böyük uğurlar əldə etmiş Bakı Slavyan Universiteti Azərbaycan dilinin, tarixin... | ANL |
BSU-da XALQ YAZIÇISI ELÇİNİN KİTABININ GENİŞ MÜZAKİRƏSİ KEÇİRİLİB. Bakı Savyan Universitetində (BSU) Azərbaycanın xalq yazıçısı Elçinin “Sosrealizm bizə nə verdi?” kitabının təqdimatı keçirilib. BSU-nun rektoru, görkəmli yazıçı Kamal Abdulla tədbiri açaraq bildirib ki, bu görüşün böyük filoloji əhəmiyyəti var. Onun söz... | ANL |
Hacan Hacısoyun “Yurdum-yuvam” adlı yeni kitabı işıq üzü görüb. Tanınmış söz adamı, alim və diplomat Hacan Hacısoyun “Yurdum-yuvam” adlı şeirlər kitabı nəşr olunub. Qeyd edək ki, H.Hacısoy vətəndaş mövqeyilə, insana, vətənə və xalqa sevgisiylə seçilən ziyalıdır, onun bu məziyyəti yazılarında da özünü göstərir. Müəllif ... | ANL |
Gələcək naminə yaşanan ömür. Nazim Məmmədbəyovun 75 illiyinə. Elə yaradıcı insanlar var ki onların fəaliyyəti ədəbi mühitin diqqətindən müəyyən qədər kənarda qalsa da, cəmiyyət üçün çox böyük əhəmiyyətə malikdir. Yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nazim Məmmədbəyov da belə yaradıcı insanlardandır. B... | ANL |
“Varlı qadının kasıblığı”. “Varlı qadın” Kumık səhnəsində Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində martın 10-da Dağıstan Respublikası Kumık Musiqili Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” komediyası əsasında hazırlanmış tamaşanın premyerası olub. Böyük uğurla keçən tamaşa haqqında “Daq... | ANL |
Müsahibə“Düşmənlərimi bağışlayıram, dostlarımı yox”. ORXAN FİKRƏTOĞLU: “ƏDƏBİYYAT MƏKTUB KİMİ BİR ŞEYDİR. Bu münasibətlə O.Fikrətoğlu ilə görüşüb müxtəlif mövzularla bağlı söhbətləşdik. O, ədəbiyyat, televiziya və kino sahəsindəki yaradıcılığı və s. barədə bir çox məqamlara toxundu. – Orxan müəllim, siz sənətə yazıçı k... | ANL |
Rəhim Hüseynzadə:“Yaradıcılığı heç nəyə dəyişmərəm”. SALYANDAYDIM, BİR GÜN ƏFLATUN AMAŞOV MƏNƏ ZƏNG ELƏDİ VƏ ZARAFATYANA ŞƏKİLDƏ “İŞƏ NİYƏ ÇIXMIRSAN?” DEDİ. BUNDAN SONRA MƏTBUAT ŞURASINDA ÇALIŞMAĞA BAŞLADIM”. Azərbaycan Mətbuat Şurasının icraçı katibidir. 2008-ci ilin sentyabrından “Zərdabi Mətbuat Mərkəzi” İctimai Bir... | ANL |
Təhsildə qiymətləndirmə siyasəti: islahatlar müsbət nəticələr vəd edir. Azərbaycanın ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün dəqiq qiymətləndirmə standartlarının olması, şagird nəticələrinin obyektiv qiymətləndirilməsi, müasir qiymətləndirmə metodlarından istifadəyə geniş yer verilməsi,... | ANL |
İllik “Uğur-2010” milli mükafatının təsisçiləri, yekun rəyə əsasən, ötən il ərzində əhəmiyyətli nəticələrə nail olan şəxslərin adlarını açıqlayıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, laureatlar arasında ictimai xadimlər, həmçinin dövlət təşkilatları və özəl şirkətlər olub. Özəl ... | ANL |
Azərbaycan səhnəsinin yeni Koroğlusunun debütü uğurlu olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Koroğlu” operasının tamaşası nümayiş etdirilib. Anşlaqla baş tutan tamaşada Koroğlu obrazında gənc vokalçı Ramil Qasımov ilk dəfə səhnəyə çıxıb. APA-nın məlumatına görə, bununla Akademik ... | ANL |
Kamran Nəzirlinin hekayələri rus dilində. “Mütərcim” nəşriyyatı yazıçı Kamran Nəzirlinin hekayələr toplusunu rus dilində nəfis şəkildə çapdan buraxıb. Kitaba yazıçının son illərdə yazdığı on yeddi hekayəsi daxil edilib. Hekayələri rus dilinə Cavid Abbasov çevirib. Bu, K. Nəzirlinin rus dilində nəşr olunan ilk kitabıdır... | ANL |
Türkiyədə Azərbaycan aşıqları və el şairləri antologiyası nəşr olunub. “DİLLƏN, TELLİ SAZIM” ADLI TOPLUNU ŞAİR MƏMMƏD İSMAYIL TƏRTİB EDİB. Bugünlərdə Türkiyənin Çanaqqala 18 Mart Universitetinin mətbəəsində şair Məmməd İsmayılın tərtib edib hazırladığı və Türkiyə türkcəsinə uyğunlaşdırdığı “Dillən, telli sazım” – Azərb... | ANL |
M.S.Ordubadinin xatirə-muzeyində Bahar bayramı qeyd olunub. Bahar bayramı qeyd olunub Məmməd Səid Ordubadinin xatirə-muzeyində görkəmli nasir, şair, dramaturq, tərcüməçinin 139 illik yubileyi və Bahar bayramı münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə muzeyin direktoru Lalə Abaszadə açaraq, iştirakçıları sal... | ANL |
Elman Rüstəmov: “Əldə etdiyimiz nailiyyətlər zəngin mədəniyyətimizin əsasında mümkün olub”. ABŞ paytaxtında Dünya Bankının baş qərargahında Azərbaycan Respublikasının Mərkəzi Bankı və Dünya Bankının Azərbaycan təmsilçiliyinin təşkilatçılığı ilə Azərbaycan günləri keçirilib. “20 illik uğurlu tərəfdaşlığın təntənəsi” dev... | ANL |
Turqut Ərin uydurmalarının arxasında kimlər və nələr dayanır? Təvazökarlığı bir kənara qoyaraq, qeyd etməyi vacib bilirəm ki, Ərin təsvir etdiyi hadisələr haqqında özümü kifayət qədər məlumatlı hesab edirəm. Odur ki, oxuduqlarımla bağlı gəldiyim qənaətləri oxucularla bölüşməyə qərar verdim. Düzünü desəm, məni bu geniş ... | ANL |
“Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” kitabı Türkiyə türkcəsində çap edilib. Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının həmmüəllifi olduğu “Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” kitabı Türkiyə türkcəsində... | ANL |
Nəriman Həsənzadənin “Seçilmiş əsərləri”nin təqdimatı olub. 80 YAŞI TAMAM OLAN XALQ ŞAİRİ HAQQINDA HAZIRLANAN “NƏRİMAN HƏSƏNZADƏ” ELEKTRON MƏLUMAT BAZASI DA TƏQDİM EDİLİB. Ötən gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Nəriman Həsənzadənin anadan ol... | ANL |
Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının baş qərargahında görüşlər keçirib. 2011-ci il Azərbaycanda Turizm İli elan edilməsi ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş qərargahında təşkil olunmuş ikitərəfli görüşlərdə iştirak edib. Mədəniyyət və Turizm Nazirliyind... | ANL |
31 Mart soyqırımının qurbanları Naxçıvan Dövlət Universitetində anılıb. Naxçıvan Dövlət Universitetinin (NDU) Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş elmi konfrans keçirildi. Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. N... | ANL |
”Ədəbiyyat xalqları birləşdirir“. MOSKVADA AZƏRBAYCAN-RUSİYA ƏDƏBİ ƏLAQƏLƏRİNƏ HƏSR OLUNAN TƏDBİR TƏŞKİL EDİLİB. Martın 25-də Moskva şəhər meriyasının regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqə departamentinin, Millətlər Evinin, “Ocaq” Azərbaycan mədəniyyət cəmiyyətinin, Azərbaycan Yazıçılar B... | ANL |
“Özbəkistan bədii sənətkarlığı: ənənələr və müasirlik” sərgisi açılıb. Ötən gün Mədəniyyət və Turizm Nazirliyinin Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində yeni fəaliyyətə başlayan “Azərbaycan xalçaçıları” İctimai Birliyinin (AXİB) təqdimetmə mərasimi və “Özbəkistan bədii sənətkarlı... | ANL |
“Azərbaycan” jurnalının oxuculara təqdim olunan növbəti sayının “Poeziya” bölməsinə Rəsmiyyə Sabirin, Valeh Bahaduroğlunun, Mirsəyyaf Zamanlının, Sabir Şirvanlının, Mirhafiz Bahadırlının, Zeynal Vəfanın və Mətləb Misirin şeirləri daxil edilib. “Nəsr” guşəsində Aslan Quliyevin “Yaşıl təpələrin üstündəki buludlar” romanı... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.